AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASI

QƏRAR

¹ 1217050000004800

Bakı şəhəri                                                                                                   24 dekabr 2012-ci il

Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hal-hazırda elektron formada göstərilən 46 növdə elektron xidmətlər üzrə müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmışdır. [1]

Yuxarıda qeyd edilən normativ hüquqi aktların icrası məqsədilə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 20-ci maddəsini, “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci və Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2006-cı il tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 17-1-ci bəndlərini rəhbər tutaraq Vergilər Nazirliyinin Kollegiyası

QƏRARA ALIR:

1. Vergilər Nazirliyi tərəfindən göstərilən aşağıdakı elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin:

1.1. “Elektron bəyannamənin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (1 nömrəli əlavə);

1.2. “Elektron vergi hesab-fakturasının qəbulu” elektron xidməti üzrə inzibati reqlament (2 nömrəli əlavə);

1.3. “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlament (3 nömrəli əlavə);

1.4. “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament (4 nömrəli əlavə); [2]

1.5. “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament (5 nömrəli əlavə);

1.6. “ƏDV məqsədləri üçün onlayn qeydiyyat” elektron xidməti üzrə inzibati reqlament (6 nömrəli əlavə);

1.7. “Bank idarələrində hesabların açılması” elektron xidməti üzrə inzibati reqlament (7 nömrəli əlavə);[3]

1.8. “Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi” elektron xidməti üzrə inzibati reqlament (8 nömrəli əlavə);

1.9. “Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament (9 nömrəli əlavə);

1.10. “Vergi borcu barədə arayışın verilməsi üçün müraciətin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (10 nömrəli əlavə);

1.11. “Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün müraciətin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (11 nömrəli əlavə);

1.12. “Üzləşmə aktlarının verilməsi üçün müraciətin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (12 nömrəli əlavə);

1.13. “Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament (13 nömrəli əlavə)”

1.14. “POS-terminalın onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament (14 nömrəli əlavə);

1.15. “POS-terminalın onlayn qeydiyyatdan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament (15 nömrəli əlavə);

1.16. “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament (16 nömrəli əlavə);

1.17. “Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament (17 nömrəli əlavə);

1.18. “Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament (18 nömrəli əlavə);

1.19. “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament (19 nömrəli əlavə);

1.20. “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament (20 nömrəli əlavə);

1.21.” Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament (21 nömrəli əlavə);

1.22. “Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament (22 nömrəli əlavə);

1.23. “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament (23 nömrəli əlavə);

1.24. “Vergilər Nazirliyinə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənməsi” elektron xidməti üzrə inzibati reqlament (24 nömrəli əlavə);

1.25. “Satınalmalar üzrə məlumatların onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament (25 nömrəli əlavə);

1.26.Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlament (26 nömrəli əlavə);

1.27. “Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlament (27 nömrəli əlavə);

1.28. “Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament (28 nömrəli əlavə);

1.29. “Vətəndaşların video qəbulu” elektron xidməti üzrə inzibati reqlament (29 nömrəli əlavə);

1.30. “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament (30 nömrəli əlavə);

1.31. “Vergi kalkulyatoru” elektron xidməti üzrə inzibati reqlament (31 nömrəli əlavə);

1.32. “İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament (32 nömrəli əlavə);

1.33. “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament (33 nömrəli əlavə);

1.34. “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” elektron xidməti üzrə inzibati reqlament (34 nömrəli əlavə);

1.35. “ƏDV ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament (35 nömrəli əlavə);

1.36. “Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması” elektron xidməti üzrə inzibati reqlament (36 nömrəli əlavə);

1.37. “Çağrı Mərkəzində vergi qanunvericiliyi və elektron xidmətlərin tətbiqi ilə bağlı sualların cavablandırılması” elektron xidməti üzrə inzibati reqlament (37 nömrəli əlavə);

1.38. “Çağrı Mərkəzində vergidən yayınma halları və vergi orqanının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) barədə müraciətlərin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (38 nömrəli əlavə);

1.39. “Çağrı Mərkəzində vergi növləri barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament (39 nömrəli əlavə);

1.40. “Çağrı Mərkəzində vergi borcu barədə məlumatın təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament (40 nömrəli əlavə);

1.41. “Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması” elektron xidməti üzrə inzibati reqlament (41 nömrəli əlavə);

1.42. “Çağrı Mərkəzində qeyri-iş saatlarında zəng etmiş şəxsin sonradan onunla canlı rejimdə əlaqə yaradılması barədə müraciətinin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (42 nömrəli əlavə);

1.43. “Vergi ödəyiciləri ilə sual-cavab” elektron xidməti üzrə inzibati reqlament (43 nömrəli əlavə);

1.44. “Vergilər nazirinə onlayn müraciət” elektron xidməti üzrə inzibati reqlament (44 nömrəli əlavə);

1.45. “Vergi orqanlarına xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (45 nömrəli əlavə);

1.46. “Vergi orqanlarında vakant vəzifələr üzrə qeydə alınmış namizədlər barədə statistik məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament (46 nömrəli əlavə).

2. Hüquq idarəsinin rəisi, vergi xidməti müşaviri Samirə Musayevaya tapşırılsın ki, bu Qərarın və təsdiq edilmiş inzibati reqlamentlərin təsdiq olunmuş surətlərinin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi, baş vergi xidməti müşaviri Elçin Məmmədova tapşırılsın ki, bu Qərarla təsdiq edilmiş inzibati reqlamentlərin Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

4. Analitik-informasiya şöbəsinin rəisi, kiçik vergi xidməti müşaviri Mehti Mirsəlimova tapşırılsın ki, bu Qərarla təsdiq edilmiş inzibati reqlamentlərin mahiyyəti, o cümlədən göstərilən elektron xidmətlər barədə məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etsin.

5. Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinin və bölmələrinin rəhbərlərinə tapşırılsın ki, vergi orqanı əməkdaşları tərəfindən bu Qərarla təsdiq edilmiş inzibati reqlamentlərin tələblərinə əməl edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsinlər.

Vergilər naziri,

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Fazil Məmmədov

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 1

“Elektron bəyannamənin qəbulu” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Elektron bəyannamənin qəbulu

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyicilərinin Bəyannamə Tərtibatı Proqramından (BTP) istifadə etməklə bəyannamələrin, elektron formada tərtib edilərək vergi orqanına təqdim edilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16-cı və 72-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası"nın təsdiq edilməsi barədə” 27 iyul 2007-ci il tarixli, 120 nömrəli Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.1-ci bəndi. [4]

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi bəyannamələri formada tərtib edilərək İnternet Vergi İdarəsi vasitəsilə elektron formada təqdim edilir və bu barədə vergi ödəyicisinə bildiriş verilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: https://www.e-taxes.gov.az/ http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.e-taxes.gov.az/dispatcher?menu=ebyn&submenu=1&nav=ebyn

- http://www.e-gov.az

- http://www.taxes.gov.az/?name=beyanname&bolme=formalar&lang=

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

2.6 Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Bəyannamə Tərtibatı Proqramından (BTP) istifadə etməklə tərtib olunmuş bəyannamə.

Qeyd: Bəyannamə formaları http://www.taxes.gov.az/?name=beyanname&cat=4&lang= elektron ünvanında yerləşdirilmişdir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətin istifadəçilərinin Bəyannamə Tərtibatı Proqramı, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə istifadəçi bəyannaməni elektron formada tərtib edir və sistemə daxil olduqda həmin bəyannaməni vergi orqanına təqdim etmək imkanı yaranır.

 3.2.1. Sorğunun formalaşdırılması: İstifadəçi Bəyannamə Tərtibatı Proqramını (BTP) aşağıdakı elektron ünvandan kompyuterinə yükləyir:

- https://www.e-taxes.gov.az/dispatcher?menu=ebyn&submenu=1&nav=ebyn.

- Yüklənmiş BTP proqramı işə salınaraq “Fayl” sətrindən “Yeni” düyməsi sıxılır. Açılmış pəncərədən tərtib olunacaq bəyannamə, hesabat və ya arayış seçilir və “Qəbul” düyməsi sıxılır. Ekranda açılmış bəyannamə, hesabat və ya arayış formasına müvafiq məlumatlar daxil edilərək yenidən “Fayl” sətrindən “Qeyd et” düyməsi vasitəsi ilə açılmış bəyannamə, hesabat və ya arayış yaddaşa salınır.

- Daha sonra BTP proqramının “Paketlə” sətrindən “Paketlə” düyməsi sıxılır.

- Açılmış pəncərədən müvafiq bəyannamə, hesabat və ya arayışlar (bir vəya bir neçəsi) seçilərək “Bəyannaməni paketə əlavə et” düyməsi sıxılır.

- Paket faylının adı daxil edildikdən sonra “Paketlə” düyməsi sıxılaraq paket faylı yaradılır.

- Daha sonra İnternet Vergi idarəsi portalının E-bəyannamə, ƏDV-DH və ŞHV bölümü üzərindən açılan pəncərədən:

-“e-Bəyannamə”siyahısından “Paket göndər” seçilir.

- Açılan pəncərədən “Obzor”düyməsi vasitəsi ilə göndəriləcək paket seçilir və “Göndər” düyməsi sıxılır.

- Yüklənmiş bəyannamə, hesabat və ya arayışların sistem tərəfindən avtomatik yoxlanılması üçün – “Yoxla” düyməsinə basılır.

- Bəyannamə, hesabat və ya arayışlarda səhv tapıldıqda bu barədə müvafiq mesaj çıxır. Yanıb-sönən mesaj düyməsi sıxılmaqla səhvin təfərrüatları ekrana çıxarılır. Aşkar edilmiş səhv aradan qaldırıldıqdan sonra proses yenidən həyata keçirilir.

- Bəyannamədə səhv tapılmadıqda “təsdiq et” düyməsi sıxılır

- Təsdiqdən sonra Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına göndərilməsi barədə ekrana Bildiriş çıxır.

Çap düyməsi ilə Bildiriş çap edilir.

3.2.2. Sorğunun qəbulu: Bəyannamə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş bildiriş verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Elektron bəyannamənin qəbulundan aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir:

- İstifadəçi kodu, parol və ya şifrəsi səhv olarsa;

- Vaxtı keçmiş olarsa;

- Fərdi sahibkar vəfat etmiş olarsa;

- VÖEN səhv olarsa;

- İdarə kodu (ƏVİ kodu) səhv olarsa;

- Səyyar vergi yoxlaması aparılan dövr üzrə;

- Mükəlləfiyyəti uyğun deyilsə;

- Bəyannamənin dövrü səhv göstərilərsə.

3.3.2. Sorğunun qəbulu: İmtina üçün əsas olmadıqda bəyannamə qəbul edilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Vergi bəyannaməsi Bəyannamə Tərtibatı Proqramı (BTP) vasitəsilə elektron formada tərtib edilərək təqdim edilir.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.[5]

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Vergi bəyannaməsi Bəyannamə Tərtibatı Proqramı (BTP) vasitəsilə elektron formada tərtib edilərək təqdim edildikdə avtomatik olaraq vergi ödəyicisinə bildiriş təqdim edilir və bəyannamə təqdim edilmiş hesab edilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə Onlayn qaydada nəzarət edilir.

3.5.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 2

“Elektron vergi hesab fakturasının qəbulu” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Elektron Vergi Hesab fakturasının qəbulu

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət əlavə dəyər vergisi ödəyicisinin elektron vergi hesab-fakturasını tərtib etmək, ləğv etmək, dəqiqləşdirmək, əvəzləşdirilən vergi hesab-fakturaları barədə məlumatları sistemə daxil etmək kimi əməliyyatların həyata keçirməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 176-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında” 28 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.2-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi ödəyicisi (satıcı) tərəfindən mal, iş və xidmətlərə görə elektron vergi hesab-fakturası hazırlanaraq təsdiq edilir və müvafiq əvəzləşmənin aparılması üçün digər vergi ödəyicisinə (alıcıya) ötürülür.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Əlavə dəyər vergisi ödəyiciləri

2.4. Elektron xidmətin təqdim olunma yeri: https://www.e-taxes.gov.az/ http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.taxes.gov.az

- http://www.e-gov.az

- https://www.e-taxes.gov.az/dispatcher?menu=evhf&submenu=2&nav=evhf)

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün xidmətin təqdim edildiyi elektron ünvandakı elektron vergi hesab-fakturasında olan məlumatlar interaktiv şəkildə vergi ödəyicisi tərəfindən sistemə daxil edilir.

Qeyd: Elektron xidmət bölməsinə müraciət edən şəxs tərəfindən doldurulması tələb olunan elektron vergi hesab fakturanın forması bu reqlamentə əlavə edilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu: İnteraktiv xidmətin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə istifadəçi elektron vergi hesab-fakturanı onlayn rejimdə tərtib etmək, ləğv etmək, dəqiqləşdirmək, əvəzləşdirilən VHF barədə məlumatları daxil etmək, gücləndirilmiş elektron imzadan istifadə etməklə paketləmə aparmadan onları qarşı tərəfə göndərmək və s. kimi əməliyyatları yerinə yetirir.[6]

3.2.1. Sorğunun formalaşdırılması: Vergi ödəyicisi olan fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud ödəniş sənədlərini təsdiq etməyə səlahiyyətli olan digər şəxs (şəxslər) onlara vergi orqanı tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə, yaxud gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olaraq e-VHF altsistemini seçir, elektron vergi hesab-fakturanı hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edərək göndərir. [7]

3.2.2. Sorğunun qəbulu: Elektron xidmətin göstərilməsi zamanı istifadəçiyə Elektron vergi hesab-fakturasının tərtibi iki rejimdə (onlayn və oflayn ) təklif olunur.

Elektron vergi hesab-fakturası (e-VHF) altsistemi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (http://www.e-taxes.gov.az) vasitəsilə elektron vergi hesab-fakturanı onlayn rejimdə tərtib etmək, ləğv etmək, dəqiqləşdirmək, əvəzləşdirilən VHF barədə məlumatları daxil etmək, gücləndirilmiş elektron imzadan istifadə etməklə paketləmə aparmadan onları qarşı tərəfə göndərmək və s. kimi əməliyyatları yerinə yetirir.

Elektron Faktura Tərtibatı (eFP) vasitəsilə oflayn rejmdə hazırlanmış paket formada olan elektron VHF-ləri sistemə yükləmək və gücləndirilmiş elektron imzadan istifadə etməklə göndərmək imkanına da malikdir.[8]

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilən, əlavə dəyər vergisi ödəyicisi olan və elektron sənəd mübadiləsi barədə müqaviləyə malik bütün vergi ödəyiciləri Faktura Tərtibatı Proqramına daxil olmaq üçün vergi ödəyicisinin istifadəçi kodu, parol və şifrəsi, yaxud gücləndirilmiş elektron imzası olmalıdır.[9]

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Əlavə dəyər vergisi ödəyicisi olmayan və elektron sənəd mübadiləsi barədə müqaviləyə malik olmayan vergi ödəyiciləri Faktura Tərtibatı Proqramından istifadə edə bilməzlər.

3.3.2. İmtina üçün əsas olmadıqda elektron xidmət göstərilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

- İstifadəçi adı, şifrə və parola, yaxud gücləndirilmiş elektron imzaya görə istifadəçinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;[10]

- Yeni elektron vergi hesab-fakturanın hazırlanması, məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

- Vergi hesab-fakturasının ləğv edilməsi, məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

- Dəqiqləşmiş elektron vergi hesab-fakturasının göndərilməsi, məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

- ƏDV bəyannamələrin VHF-nin əvəzləşdirilməsi məsul şəxs-Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

- Oflayn rejimdə hazırlanmış paketlərin göndərilməsi, məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.[11]

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

Yeni elektron vergi hesab-fakturanın hazırlanması:

“Yeni Faktura” düyməsini basmaqla Satıcı vergi ödəyicisi elektron VHF-ni hazırlayaraq qarşı tərəfə (alıcıya) təqdim edir. İstifadəçi (satıcı) “Kimə” bölməsində VÖEN xanasına sifarişçinin (alıcının) VÖEN-i daxil edir. Bu zaman ödəyicinin adı və filialları (obyektləri) sistem təfərindən avtomatik doldurulur. Əgər obyekt varsa, onun adı siyahıdan seçilir, əks halda boş saxlamaq lazımdır. “Qeyd” rekvizitinin doldurulması mütləqdir, əks halda ekrana onun daxil edilməsi barədə xəbərdaredici mesaj çıxır.

“Əlavə et” düyməsilə fakturanın daxil edilməsi üçün aşağıdakı cədvələ boş sətir əlavə edilir. İstifadəçi həmin sətri doldurmalıdır.

Həmin cədvəldə seçilmiş sətirləri silmək üçün “Seçilmişləri sil”, bütün sətirləri silmək üçün isə “Hamısını təmizlə” düymələrindən istifadə olunur.

Elektron vergi hesab-fakturası aşağıdakı qaydada doldurulur:

-  “Sıra ¹-si” - alıcıya (sifarişçiyə) təqdim olunmuş malların (işlərin, xidmətlərin) sıra sayıdır, proqram tərəfindən nömrələnilir;

-  “Yola salınmış malların (işlərin, xidmətlərin) adı” - təqdim edilmiş malların (işlərin, xidmətlərin) adları sütunudur;

-  “Ölçü vahidi” sütunu malların (işlərin, xidmətlərin) ölçü vahidini göstərir;

-  ”Miqdarı, həcmi” - malların (işlərin, xidmətlərin) ölçü vahidi ilə miqdarı (həcmi) sütunudur;

-  “Vahidinin buraxılış qiyməti” - malların (işlərin, xidmətlərin) müəyyən olunmuş ölçü vahidinin qiyməti (ƏDV və aksiz nəzərə alınmadan) sütunudur;

-  “Cəmi” sütunu təqdim edilmiş malın, iş və xidmətin (ƏDV-siz və aksizsiz) ümumi dəyərini göstərir;

-  “Aksiz” qrafasının ikinci (“Məbləği, man”) sütununda aksizli mallar üzrə aksizin ümumi məbləği yazılır;

- “Təqdim edilmiş malın (işin, xidmətin) dəyəri (ƏDV-siz), man.” qrafasının “Cəmi” sütununda təqdim edilmiş malın (işlərin, xidmətlərin) ümumi dəyəri ilə aksizin məbləğinin cəmi göstərilir;

- “o cümlədən, ƏDV-yə cəlb edilən” sütununda təqdim edilmiş malların (işlərin, xidmətlərin) əlavə dəyər vergisinə cəlb olunan dəyəri qeyd edilir;

- “o cümlədən, ƏDV-yə cəlb edilməyən” sütununda təqdim edilmiş malların (işlərin, xidmətlərin) qanunvericiliyin müddəalarına əsasən əlavə dəyər vergisinə cəlb olunmayan dəyəri yazılır;

- “o cümlədən, ƏDV-yə «0» (sıfır) dərəcə ilə cəlb edilən” sütununda təqdim edilmiş malların (işlərin, xidmətlərin) qanunvericiliyin müddəalarına əsasən əlavə dəyər vergisinə «0» (sıfır) dərəcəsi ilə cəlb edilən dəyəri göstərilir;

- “Vergi tutulan əməliyyatdan ödənilməli olan ƏDV, man.” sütununda göstərilən məbləğ eyni bir sətir üzrə “ƏDV-ə cəlb edilən” sütununda göstərilən rəqəmin ƏDV-nin qanunvericiliklə müəyyən edilmiş dərəcəsinə hasil edilməklə hesablanır;

- “Təqdim edilmiş mallar (işlər, xidmətlər) üçün məbləğ, man.”» sütununda göstərilən məbləğ eyni bir sətir üzrə “Təqdim edilmiş malın (işin, xidmətin) dəyəri (ƏDV-siz)” “Cəmi” sütunu ilə “Vergi tutulan əməliyyatdan ödənilməli olan ƏDV məbləği, man.” sütununda göstərilən məbləğlərin cəminə bərabər olmalıdır;

Yekun bölməsindəki məlumatlar elektron VHF-nın müvafiq məlumat sətirlərindəki məlumatların yekunudur.

Bütün bu məlumatları daxil etdikdən sonra istifadəçi (satıcı) VHF-ni qarşı tərəfə təqdim etmək üçün “gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər” düyməsini basmalıdır.[12]

Elektron vergi hesab-fakturaların ləğv edilməsi:

Satıcı vergi ödəyicisi göndərdiyi e-VHF-ni ləğv etmək istəyirsə, “Göndərdiklərim” qovluğuna daxil olmalı, həmin e-VHF-ni 2 dəfə tıklamalı və açılan ekranda “Fakturanı ləğv et” düyməsini basmalıdır.

Bu zaman əməliyyatı təsdiqləmə barədə pəncərə açılır. Təsdiqdən sonra ləğv etmənin səbəbi yazılır və “gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər” düyməsi basılır. Nəticədə e-VHF ləğv edilir və satıcının “Göndərdiklərim”, alıcının isə “Gələnlər” qovluqlarında həmin VHF-nın vəziyyəti “ləğv edilmış” olur.[13]

e-VHF-nin ləğvi onu təqdim edən Satıcı tərəfindən yerinə yetirilir. Bu əməliyyatdan sonra Alıcının “e-Qutu”suna bu barədə məlumat göndərilir. Bundan sonra həmin e-VHF üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradıla bilər.

Əgər e-VHF-nin ləğv edilməsi zərurəti yaranarsa, Alıcı Satıcıya müraciət edir və təqdim edilmiş VHF-nin ləğv edilməsini xahiş edir. Ləğvetmə əməliyyatı Satıcı tərəfindən yerinə yetirilir.

Dəqiqləşmiş elektron vergi hesab-fakturasının göndərilməsi:

E-VHF-nin dəqiqləşdirilməsi elektron vergi hesab-fakturası təqdim edildikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda (Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən əməliyyat qismən ləğv edildikdə, o cümlədən mal qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.

Dəqiqləşdirilmiş e-VHF hazırlamaq üçün “Faktura tipi” bölməsində “Dəqiqləşdirilmiş” sözü qeyd edilir və e-VHF-nin seriyası, nömrəsi daxil edilir.

Bu əməliyyatdan sonra faktura üzrə məlumatlar ekrana gəlir. Müvafiq düzəlişlər edildikdən və təsdiqləndikdən sonra e-VHF-yə sistem tərəfindən yeni seriya və nömrə verilir.

Satıcı tərəfindən təqdim edilmiş “dəqiqləşdirilmiş” e-VHF Alıcı tərəfindən təsdiq edilməlidir. Əgər Satıcı tərəfindən təqdim edilmiş e-VHF Alıcı tərəfindən təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilməzsə, o proqram tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.

ƏDV bəyannamələrin VHF-nin əvəzləşdirilməsi:

Vergi ödəyicisi Əvəzləşdirilənlər ekranı vasitəsilə ƏDV bəyannamələrinə əvəzləşdirilən vergi hesab-fakturaları barədə məlumatları əlavə edərək vergi orqanına göndərir. Bunun üçün “Əvəzləşdirilənlər” düyməsi basılır.

Görünən ekranda “Dövrü seç” düyməsini tıkladıqdan sonra İl, Dövr tipi, Ay rekvizitləri daxil edilir və “Qəbul” düyməsi basılır.

Nəticədə pəncərənin “Hesabat dövrü bəyannamələri” bölməsində, seçilmiş hesabat dövrünə uyğun bütün bəyannamələrin siyahısı görünür.

İxtiyari bəyannaməni 2 dəfə tıkladıqda və ya “Baxış” düyməsini basdıqda, əgər əvəzləşdirilən VHF-lər varsa, onların siyahısı ekranda əks olunur.

Siyahıda vəziyyəti “Təsdiqlənəcək” bəyannaməyə, əvəzləşdirilən VHF-ləri əlavə etmək üçün “Əvəzləşdirələcək faktura məlumatları” bölməsindəki cədvələ aşağıdakı rekvizitlər daxil edilir və “Daxil et” düyməsi basılır:

- Seriya - əvəzləşdirilən VHF-nin seriyası

- Nömrə - əvəzləşdirilən VHF-nin nömrəsi

- Tarix - əvəzləşdirilən VHF-nin tarixi

- Sətir kodu- siyahıdan seçilir (308, 314, 316)

- Dövr    - təqdim olunan hesabat dövrü

- VÖEN- istifadəçinin VÖEN-i

- Adı - istifadəçinin adi

- Malın ƏDV-siz ümumi dəyəri (avtomatik doldurulur, satıcı tərəfindən göndərilən VHF-yə əsasən)

- Malın ƏDV məbləği (avtomatik doldurulur, satıcı tərəfindən göndərilən VHF-yə əsasən)

- Ödənilmiş ƏDV-siz ümumi dəyər (Alıcı tərəfindən Satıcıya ödənilmiş məbləğ)

- Ödənilmiş ƏDV məbləği (sistem tərəfindən hesablanır)

İstifadəçi bu bölümdə e-VHF-nin seriya və nömrəsini daxil etdikdə bəzi məlumatlar sistem tərəfindən avtomatik doldurulur. Bu qayda ilə əvəzləşdiriləcək bütün VHF-lər “Əlavə et” düyməsindən sonra “Daxil etdiyiniz son 5 əvəzləşəcək faktura” bölməsindəki cədvələ düşür.

Əgər istifadəçi “dəqiqləşdirilmiş” bəyannaməyə əvəzləşdirmə üçün göndərilmiş VHF-ləri “Daxil etdiyiniz son 5 əvəzləşəcək faktura” bölməsindəki cədvələ avtomatik daxil etmək istəyirsə, “Əvvəlkini gətir” düyməsini tıklamalıdır.

Bu zaman həmin dövr üzrə əvvəlki bəyannamədə göndərilən bütün əvəzləşdiriləcək VHF-lər cədvələ düşür. Cədvəldə yalnız 5 ədəd VHF görünür.

VHF-lərin sayı 5-dən cox olduqda, onları görmək üçün “Bu dövr üzrə axtarış” bölümündən istifadə olunur. Burada axtarışın nəticəsi “Axtarışa uyğun əvəzləşəcək fakturalar” bölümünə düşür. Onları dəyişmək üçün “Dəyiş”, silmək üçün isə “Sil” düymələrindən biri basılır.

“Təmizlə” düyməsi “Əvəzləşəcək faktura məlumatları” bölümündəki cədvəlin sətrində olan məlumatları silmək üçün nəzərdə tutulmuşdur.

“Baxış” düyməsi vasitəsi ilə əvəzləşdiriləcək fakturaların siyahısına baxmaq və ya çap etmək olar.

Siyahı tamamlandıqdan sonra “Göndər” düyməsini tıklamaq lazımdır. Nəticədə göndərilən siyahı ƏDV bəyannaməsinə 1 nömrəli əlavə kimi vergi orqanına göndərilir.

Bu əməliyyatdan sonra yuxarıda əlavə edilən VHF-lər “Daxil etdiyiniz son 5 əvəzləşəcək faktura” bölməsindəki cədvəldən silinir. “Hesabat dövrü bəyannamələri” bölməsində olan “Təsdiqlənəcək” bəyannamənin vəziyyəti isə “Təsdiqləndi” olur. Bununla ƏDV bəyannaməsinin VHF-nin əvəzləşdirilməsi əməliyyatı başa çatdırılmış olur.

Oflayn rejimdə hazirlanmiş paketlərin göndərilməsi

E-VHF proqramı oflayn rejimdə eFP (“e-Faktura”) proqramı vasitəsilə hazırlanmış və paketlənmiş VHF-lərin göndərilməsini təmin edir.

Bunun üçün “Paket göndər” düyməsi və aşağıda göstərilən ekranda paket növü, paketlənmiş faylın yeri göstərilir və “gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər” düyməsi basılır.[14]

Bütün əməliyyatlar real vaxt rejimdə icra olunur.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Vergi ödəyicisi (satıcı) tərəfindən mal, iş və xidmətlərə görə elektron vergi hesab-fakturası hazırlanaraq təsdiq edilir və müvafiq əvəzləşmənin aparılması üçün digər vergi ödəyicisinə (alıcıya) ötürülür.

Elektron vergi hesab-fakturası vergi ödəyicisi (satıcı) tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdən sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsi tərəfindən avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutusu) ötürülür.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə Onlayn qaydada nəzarət edilir.

3.5.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin - Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 3

“Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə

inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülmə işlərinin yerinə yetirilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 30 dekabr tarixli, 219 nömrəli Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.3-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

Vergi ödəyiciləri tərəfindən vergi orqanlarından alınmış xüsusi istifadəçi kodu, parol və şifrədən, yaxud gücləndirilmiş elektron imzadan istifadə etməklə, öz ƏDV sub-uçot hesabı üzrə real vaxt rejimində müvafiq əməliyyatlar aparılır.([15])

1.7. Elektron xidmətin icra müddəti: Əgər köçürmə əməliyyatı əlavə dəyər vergisinin depozit hesabı daxilində aparılırsa, (yəni 1 vergi ödəyicisi öz ƏDV sub-uçot hesabından digər vergi ödəyicisinin ƏDV sub-uçot hesabına köçürürsə) köçürmə əməliyyatlarının aparılması istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq yerinə yetirilir.

Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş iş günü saat 11:30-dək proqram təminatında təsdiq edildikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi həmin gün, saat 11:30-dan sonra və ya qeyri-iş günündə proqram təminatında təsdiq edildikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi növbəti iş günündə həyata keçirilir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti və dövlət büdcəsinə köçürülməsi kimi əməliyyatlar həyata keçirilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Əlavə dəyər vergisi ödəyicisi olan vergi ödəyiciləri.

2.4. Elektron xidmətin təqdim olunma yeri: https://www.e-taxes.gov.az/login.jsp http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.taxes.gov.az/

- http://www.e-gov.az

-https://www.e-taxes.gov.az/dispatcher?menu=edvdep&submenu=1&nav= edvdep

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron poçt ünvanı: office@taxes.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün hər hansı bir sənədin elektron formada təqdim edilməsi tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu: İnteraktiv xidmətin istifadəçiləri Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, şifrə, paroldan və ya gücləndirilmiş elektron imzadan istifadə etməklə sistemə daxil olaraq ƏDV depozit hesabı üzrə köçürmə əməliyyatlarının aparılmasını həyata keçirə bilərlər.

3.2.1. Sorğunun formalaşdırılması: Vergi ödəyiciləri İnternet Vergi İdarəsi portalından (www.e-taxes.gov.az) istifadə edərək ƏDV-nin sub-uçot hesabından aşağıdakı növ köçürmələri yerinə yetirirlər:

- digər vergi ödəyicilərin sub-uçot hesablarına köçürmələri;

- dövlət büdcəsinə ödənişləri;

- idxala görə Dövlət Gömrük Komitəsinə köçürmələri.

3.2.2. Sorğunun qəbulu: Alınmış elektron vergi hesab-fakturasına əsasən alıcı vergi ödəyicisi öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini gücləndirilmiş elektron imzadan istifadə etməklə satıcı vergi ödəyicinin ƏDV sub-uçot hesabına köçürür. Bu ödənişi aparmaq üçün vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olmalı və “ƏDV-nin depozit hesabı” menyusunu sıxmalıdır. Bu menyu aşağıdakı alt menyulardan ibarətdir([16])

- Köçürmə əməliyyatının aparılması;

- Köçürmə əməliyyatlarının hesabat/axtarışıHesabından çıxarış.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Elektron xidmətin göstərilməsindən aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir:

- Əlavə dəyər vergisi odəyicisi olmayan vergi ödəyiciləri;

- İstifadəçi kodu, parol və ya şifrəsi səhv olarsa;

- Dövlət büdcəsinə borcu olduğu halda digər sub-uçot hesaba ödəniş aparılmasından imtina edilir.

- Vergi ödəyicisi gücləndirilmiş elektron imzaya malik olmadıqda;([17])

3.3.2. İmtina üçün əsas olmadıqda elektron xidmət göstərilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat;

İstifadəçi kodu, şifrə və parola, yaxud gücləndirilmiş elektron imzaya görə istifadəçinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs – Azərbaycan Respublikasının Vergilər Nazirliyi;([18])

Köçürmə əməliyyatlarının aparılması, məsul şəxs – Azərbaycan RespublikasınınVergilər Nazirliyi;

Digər sub-uçot hesaba köçürmə;

Büdcəyə ödəniş;

Naməlumdan digər sub-uçot hesaba köçürmə;

Naməlumdan idxala görə ƏDV köçürməsi;

İdxala görə ƏDV köçürməsi.

Əlavə dəyər vergisinin depozit hesabı proqramı vasitəsi ilə – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılır.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti:

Köçürmə əməliyyatlarının aparılması:

Köçürmə əməliyyatlarını aparmaq üçün “ƏDV-nin depozit hesabı/Köçürmə əməliyyatlarının aparılması” menyusunu icra etmək lazımdır. Əməliyyatı Alıcı vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə aparır.([19])

Köçürmə əməliyyatları ekranına daxil olduqda ödəyən müştərinin aşağıdakı məlumatları sistem tərəfindən avtomatik olaraq ekranda görüntülənir:

- Sub-uçot hesabının qalığı;

- Naməlum sub-uçot hesabının qalığı;

- ƏDV borcu.

Bu ekran vasitəsilə aşağıdakı əməliyyatlar aparıla bilər:

- Digər sub-uçot hesaba köçürmə;

- Büdcəyə ödəniş;

- Naməlumdan digər sub-uçot hesaba köçürmə;

- İdxala görə ƏDV köçürməsi.

Digər sub-uçot hesaba köçürmə əməliyyatı:

Bu əməliyyat əsasən qarşılıqlı əməliyyatlar zamanı alınmış elektron vergi hesab-fakturasına əsasən Alıcı vergi ödəyicisinin öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini Satıcı vergi ödəyicisinin ƏDV sub-uçot hesabına köçürülməsi məqsədilə aparılır.

Bu əməliyyat növünü icra etmək üçün Alıcı vergi ödəyicisi “Digər sub-uçot hesaba köçürmə” bəndini seçir və aşağıdakı məlumatları daxil edib gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" düyməsini basır:

- Satıcının VÖEN-ı;

- Ödənişin məbləğini;

- Ödənişin təyinatını.

Bu əməliyyatdan sonra köçürülən məbləğ Alıcı vergi ödəyicisinin sub-hesabından Satıcı vergi ödəyicisinin sub-hesabına köçürülür.

Büdcəyə ödəniş əməliyyatı:

Bu əməliyyat növü vasitəsilə vergi ödəyicisi ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişı həyata keçirir. Bunun üçün əməliyyat növündən “Büdcəyə ödəniş əməliyyatını” bəndini, alanın VÖEN hissəsində olan siyahıdan həmin ödəyicinin qeydiyyatda olduğu müvafiq xəzinə orqanının məlumatlarını seçməli və Ödənişin məbləği, Ödənişin təyinatı rekvizitlərini daxil edib gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" düyməsini basmaq lazımdır. Bu prosesdən sonra daxil edilmiş məbləğ vergi ödəyicisinin sub-ucot hesabından büdcəyə köçürülür. Əlavə dəyər vergisi üzrə büdcəyə olan borclar Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyi təqdirdə bu məbləğ vergi ödəyicisinin sub-uçot hesabından avtomatik olaraq büdcəyə köçürülür.

Naməlumdan digər sub-uçot hesaba köçürmə əməliyyatı:

Qarşılıqlı əməliyyatlarda sub-uçot hesabdan köçürmələr zamanı alanın(ödənilən tərəfin) VÖEN-i düzgün göstərilmədiyi və alan (ödənilən tərəf) ƏDV ödəyicisi olmadığı hallarda köçürülən məbləğ ödəyən müştərinin Naməlum sub-uçot hesabına qayıdır. Bu əməliyyat növü yuxarıda qeyd etdiyimiz müəyyən səbəblərdən ödəyənin naməlum sub-uçot hesabına qayıtmış köçürmələrin yenidən aidiyyəti ödəyiciyə köçürülməsi üçün istifadə edilir.

Bunun üçün əməliyyat növündən “Naməlum sub-uçot hesabdan digər sub-uçot hesaba köçürmə” bəndi qeyd edilir. Sonra Alanın VÖEN-i, Naməlum ödənişin məbləği, Ödənişin təyinatı daxil edilir və gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" düyməsi basılır. Nəticədə naməlum sub-uçot hesabdakı məbləğ alanın (ödənilən tərəfin) sub-uçot hesabına köçürülür.

Naməlum sub-uçot hesabadan büdcəyə köçürmə əməliyyatı:

Qarşılıqlı əməliyyatlarda sub-uçot hesabdan köçürmələr zamanı alanın (ödənilən tərəfin) VÖEN-i düzgün göstərilmədiyi və alan (ödənilən tərəf) ƏDV ödəyicisi olmadığı hallarda köçürülən məbləğ ödəyən müştərinin Naməlum sub-uçot hesabına qayıdır. Bu əməliyyat növü yuxarıda qeyd etdiyimiz müəyyən səbəblərdən ödəyənin naməlum sub-uçot hesabına qayıtmış köçürmələrin yenidən aidiyyəti ünvana köçürülməsi üçün istifadə edilir.

Bu köçürmə üçün əməliyyat növündən “Naməlum sub-uçot hesabdan büdcəyə köçürmə” bəndi qeyd edilir. Sonra Alanın VÖENi, Ödənişin məbləği, Ödənişin təyinatı daxil edilir və gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" düyməsi basılır. Nəticədə naməlum sub-uçot hesabdakı məbləğ büdcəyə, yəni ŞHV-yə oturur.

İdxala görə ƏDV köçürmə əməliyyatı:

Bu əməliyyat növü ilə ƏDV sub-uçot hesabından idxala görə ƏDV köçürməsi ödənişi gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir.([20])

Bunun üçün əməliyyat növündən “İdxala görə ƏDV köçürməsi” bəndi qeyd edilir. Sonra Alanın VÖEN-i siyahısından müvafiq Gömrük İdarəsı seçilir, Ödənişin məbləği və Ödənişin təyinatı daxil edilir. Sonda gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" düyməsi basılır. Bu əməliyyatdan sonra daxil edilmiş məbləğ vergi ödəyicisinin sub-ucot hesabından təyin edilmiş Gömrük İdarəsinə köçürülür.([21])

Ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi:

Əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturalarında nağdsız qaydada (mal, iş və xidmət tədim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti və dövlət büdcəsinə köçürülməsi kimi əməliyyatlar həyata keçirilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.5.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 4

“Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidməti üzrə

inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Fərdi sahibkarların onlayn qeydiyyatı

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin elektron qaydada vergi uçotuna alınmasını əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.4-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7 Elektron xidmətin icra müddəti: Fiziki şəxsin onlayn qeydiyyatı istifadəçinin daxil etdiyi tələb olunan məlumatların informasiya sistemində emalı müddətinə uyğun olaraq dərhal həyata keçirilməlidir.[22]

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Fərdi sahibkar vergi uçotuna götürülərək ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir. Fərdi sahibkarın vergi uçotuna alınması barədə Şəhadətnaməsi onun elektron ünvanına göndərilir.

Vergi uçotu barədə Şəhadətnamənin kağız daşıyıcılarda alınması üçün vergi ödəyicisinin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq yerli vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/ http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.taxes.gov.az

- http://www.e-gov.az

- https://www.e-axes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az.

2.6        Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ərizə:

Xidmətin təqdim edildiyi elektron ünvandan ərizədə olan məlumatlar interaktiv şəkildə fərdi sahibkar tərəfindən sistemə daxil edilir.

- Azərbaycan Respublikasının vətəndaşları üçün Daxili İşlər Nazirliyi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsnin məlumatlarıi.

- Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin məlumatları.([23])

2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda:

 - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (Məlumatlar Onlayn rejimində Daxili İşlər Nazirliyinin İAMAS-dan əldə edilir.)

 - Əcnəbi və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi ( Məlumatlar Onlayn rejimində Dövlət Miqrasiya Xidmətinin informasiya sistemindən əldə edilir). ([24])

Qeyd: Elektron xidmət bölməsinə müraciət edən şəxs tərəfindən doldurulması tələb olunan ərizə forması bu reqlamentə əlavə edilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.[25]

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: Fərdi sahibkarın e-qeydiyyatı İnternet Vergi İdarəsi Portalının “Onlayn kargüzarlıq və e-VHF” bölümü üzərindən aparılır. Bu məqsədlə fərdi sahibkar gücləndirilmiş elektron imza vasitəsilə həmin bölümə daxil olur və “Fiziki şəxsin qeydiyyat ərizəsi”ni seçir.[26]

Bu halda ekrana elektron ərizə forması çıxır:

İstifadəçi həmin pəncərədə aşağıdakı məlumatları daxil edir və sonda İrəli düyməsini sıxır:

- Poçt əlaqəsinin aparılacağı ünvan (hüquqi və ya faktiki ünvanlardan biri seçilir).

- Fəaliyyət sahəsinin kodu daxil edilir və Əlavə et düyməsi basılır. (Fəaliyyət sahəsinin məlumatları alt cədvələ düşür).

- Əvvəlki VÖEN (9 rəqəmli) daxil edilir (yoxlamaq üçün Yoxla düyməsi basılır).

- İstifadəçi kodu, parol, şifrənin qüvvədə olma intervalı daxil edilir (başlanğıc və son tarixlər).[27]

Daxil edilmiş məlumatlar vizual yoxlanılır və əgər edilmiş əməliyyat doğrudursa, “Tanış oldum, məlumatların doğruluğunu təsdiqləyirəm” ifadəsinin qarşısındakı boş xana işarələnir və İmzala və göndər düyməsi sıxılır.[28]

Ərizə gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra Sistem tərəfindən ekrana “Fərdi sahibkarın Onlayn Qeydiyyatı” ərizəsinin qəbul olunması haqqında “Bildiriş” çıxarılır və sənədə 16 rəqəmli qeydiyyat nömrəsi verilir.[29]

İstifadəçi Bildirişi çap etmək üçün Çap, bağlamaq üçün isə Bağla düymələrindən birini sıxır.

Yuxarıdakı əməliyyatlardan sonra fiziki şəxsin onlayn qeydiyyat şəhadətnaməsi istifadəçinin Gələnlər qovluğuna düşür.

İstifadəçi Gələnlər qovluğundan həmin sənədi taparaq və 2 dəfə tıklamaqla həmin sənəd barədə məlumatlarla tanış ola bilər.

Əsas sənədi PDF formatında görmək üçün istifadəçi ekrandakı linki tıklayır. Bu zaman “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə” ekrana çıxır.

3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

Fərdi sahibkarın e-qeydiyyatından aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir:

- Azərbaycan Respublikası vətəndaşının, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin Pin kodu üzrə Daxili İşlər Nazirliyinin və ya Dövlət Miqrasiya Xidmətinin informasiya sistemlərinə göndərilmiş sorğu üzrə müvafiq məlumatlar əldə edilmədikdə (şəxsiyyəti təsdiq edən sənəd aktiv olmadıqda).

- Qanunvericiliyə uyğun olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə qoyulmuş yaş məhdudiyyətinə görə;

- Bəzi fəaliyyət növlərinə qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərə görə.

3.3.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda fərdi sahibkar qeydiyyata alınır və ona Şəhadətnamə verilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

- İstifadəçi adı, şifrə və parola görə istifadəçinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;[30]

- gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- akkreditə edilmiş sertifikat mərkəzi;

- şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən Azərbaycan Respublikası vətəndaşının müəyyən edilməsi (identikləşdirilməsi), məsul şəxs - Daxili İşlər Nazirliyinin məlumat bazası (İAMAS);

- Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi məlumatlarına əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin müəyyən edilməsi (identikləşdirilməsi), məsul şəxs - Dövlət Miqrasiya Xidmətinin məlumat bazası; ([31])

- fərdi sahibkarın vergi uçotuna alınması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

- fərdi sahibkara verilmiş vergi uçotu barədə Şəhadətnamənin onun elektron ünvanına göndərilməsi (prosesin sonu), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Fərdi sahibkar vergi uçotuna götürülərək ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir. Fərdi sahibkarın vergi uçotuna alınması barədə Şəhadətnaməsi onun elektron ünvanına göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə Onlayn qaydada nəzarət edilir.

3.5.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin - Çağrı Mərkəzi (195)fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 5

“Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament

1.      Ümumi müddəalar

1.1 Elektron xidmətin adı: Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı

1.2 Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin sürətli elektron dövlət qeydiyyatı və adi elektron dövlət qeydiyyatının aparılması proseslərini əhatə edir.

1.3 Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci, 2.0.12-ci və 5-1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” 20 yanvar 2012-ci il tarixli 571 nömrəli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.5-ci bəndi.

1.4 Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi və onun yerli vergi orqanları.

1.5 Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6 Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7 Elektron xidmətin icra müddəti: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə müvafiq olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı 1 gündən gec olmayaraq , sürətli elektron dövlət qeydiyyatı isə istifadəçinin daxil etdiyi tələb olunan məlumatların informasiya sistemində emalı müddətinə uyğun olaraq dərhal həyata keçirilməlidir.[32]

1.8 Elektron xidmətin göstərilməsinin nəticəsi: Dövlət qeydiyyatına alınmış hüquqi şəxsə dövlət qeydiyyat nömrəsi (VÖEN) verilir, onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi qeydiyyat orqanının rəhbərinin imzası ilə təsdiq edilərək hüquqi şəxsin elektron ünvanına göndərilir.

Həmin sənədlərin kağız daşıyıcılarda alınması üçün səlahiyyətli şəxs tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq yerli vergi orqanına aşağıdakı ünvanlar üzrə müraciət edilməlidir:

- Naxçıvan MR Vergilər Nazirliyi (Naxçıvan MR üzrə)

Ünvan: AZ 7000, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi

- Bakı şəhəri Vergilər Departamentinin KHŞDQİ (Bakı şəhərinin rayonları üzrə)

Ünvan: AZ 1029, Bakı şəhəri, H.Əliyev pr. 105

- 2 saylı Ərazi Vergilər İdarəsi (Sumqayıt ş., Abşeron r., Xızı r., Siyəzən r., Qubadlı r., Zəngilan r., Şuşa r)

Ünvan: AZ 5001, Sumqayıt şəhəri, 44-cü məhəllə, Quliyev küçəsi, bina 2

- 3 saylı Ərazi Vergilər İdarəsi (Quba r., Qusar r., Şabran r., Xaçmaz r)

Ünvan: AZ 4000, Quba şəhəri, Yeni körpü 1

- 4 saylı Ərazi Vergilər İdarəsi (Şamaxı r., Ağsu r., Qobustan r)

Ünvan: AZ 5600, Şamaxı şəhəri, Bakı-Qazax şossesinin 118-ci km-i

- 5 saylı Ərazi Vergilər İdarəsi (Şirvan ş., Neftçala r., Saatlı r., Sabirabad r., Salyan r., Hacıqabul r., Cəbrayıl r)

Ünvan: AZ 1812, Şirvan; şəhəri, G.Şıxbala oğlu küçəsi, 14

- 6 saylı Ərazi Vergilər İdarəsi (Lənkəran ş., Astara r., Biləsuvar r., Yardımlı r., Lerik r., Masallı r., Cəlilabad r)

Ünvan: AZ 4200, Lənkəran şəhəri, Z. Əliyeva küçəsi, 97 "a"

- 8 saylı Ərazi Vergilər İdarəsi (Beyləqan r., Ağcabədi r., İmişli r., Fizuli r., Xocavənd r., Laçın r)

Ünvan: AZ 1200, Beyləqan şəhəri SMD-42 qəsəbəsi

- 9 saylı Ərazi Vergilər İdarəsi (Göyçay r., Ağdaş r., Zərdab r., Kürdəmir r., Ucar r)

Ünvan: AZ 2300, Göyçay şəhəri, Əli Kərim küçəsi, 112 "A"

- 10 saylı Ərazi Vergilər İdarəsi (Qəbələ r., İsmayıllı r., Oğuz r)

Ünvan: AZ 3600, Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi, 27

- 11 saylı Ərazi Vergilər İdarəsi (Mingəçevir ş., Yevlax ş., Şəki ş., Bərdə r., Tərtər r., Ağdam r., Xocalı r)

Ünvan: AZ 6600, Yevlax şəhəri, Nizami küçəsi, 14

- 12 saylı Ərazi Vergilər İdarəsi (Gəncə ş., Naftalan ş., Daşkəsən r., Goranboy r., Samux r., Göygöl r., Kəlbəcər r)

Ünvan:AZ 2003, Gəncə şəhəri, Ş. İ. Xətai prospekti, 87

- 13 saylı Ərazi Vergilər İdarəsi (Zaqatala r., Balakən r., Qax r)

Ünvan: AZ 6200, Zaqatala şəhəri, Nizami küçəsi, 1

- 14 saylı Ərazi Vergilər İdarəsi (Şəmkir, Ağstafa r., Qazax r., Gədəbəy r., Tovuz r)

Ünvan: AZ 5700, Şəmkir şəhəri, H.Əliyev prospekti, 5

2.      Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1 Elektron xidmətin növü: İnteraktiv.

2.2 Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3 Elektron xidmətin istifadəçiləri: Tam fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və on rəqəmli VÖEN-ə malik hüquqi şəxslər.

2.4 Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “İnternet Vergi İdarəsi” portalı (www.e-taxes.gov.az http://www.e-gov.az).

2.5 Elektron xidmət barədə məlumatlandırma:

 https://www.taxes.gov.az

http://www.e-gov.az

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “İnternet Vergi İdarəsi” portalının (www.e-taxes.gov.az) “E-qeydiyyat” bölməsində elektron xidmətin istifadəçiləri üçün müvafiq təlimat və formalar yerləşdirilmişdir.

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron poçt ünvanı: office@taxes.gov.az, telefonlar: 403-87-26; 403-88-94.

2.6 Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin sürətli elektron dövlət qeydiyyatı xidmətinin göstərilməsi üçün sənədlərin elektron formada təqdim edilməsi tələb olunmur.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı zamanı yalnız bir halda – təsisçinin tərtib etdiyi nizamnamənin seçilməsi halında bu nizamnamənin təqdim edilməsi tələb olunur. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı zamanı sistem tərəfindən təklif olunan nizamnamənin təsisçilər tərəfindən qəbul edilməsi halında sənədlərin elektron formada təqdim edilməsi tələb olunmur.

2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda: Təsisçilərin və təyin edilən vəzifəli şəxslərin şəxsiyyət vəsiqələrindəki PİN-kodun daxil edilməsi ilə onların sistemdə identikləşdirilməsi təmin olunur.

Təsisçi hüquqi şəxslərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) daxil etməklə hüquqi şəxsin sistemdə identikləşdirilməsi təmin olunur.

Təsisçi hüquqi şəxslərin nizamnaməsinin, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) elektron formada surəti ərizəyə qeydiyyat orqanı tərəfindən əlavə edilir.

2.6.2. Elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olmadıqda: Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı zamanı cəmiyyətin nizamnaməsi təsisçilərin özləri tərəfindən tərtib edildiyi halda nizamnamə layihəsi elektron formada təqdim olunur.

Qeydlər:

1.     Elektron xidmət bölməsinə müraciət edən şəxs tərəfindən doldurulması tələb olunan ərizənin, təsis qərarının, nümunəvi nizamnamələrin formaları bu Reqlamentə əlavə edilir.[33]

2.     Təqdim olunan ərizəyə və ona əlavə edilən sənədlərə qanunvericiliklə notarial qaydada təsdiqləmə tələbi müəyyən edilmədiyi üçün ərizə və həmin sənədlər yalnız elektron qaydada təqdim edilir.

3.      Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2 İnteraktiv xidmətlər üçün sorğu: Sistemdə göstərilən interaktiv xidmətlərin istifadəçilərinin gücləndirilmiş elektron imzası olmalıdır. Bu imzadan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.

Ərizənin sistemə daxil edildiyi gün qeydiyyat sənədləri müvafiq qeydiyyat orqanının rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əgər ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda qeydiyyat sənədləri həmin gündən sonrakı ilk iş gününün əvvəlində təsdiqlənir.

3.2.1. Sorğunun formalaşdırılması: İstifadəçi “İnternet Vergi İdarəsi”ndə “e-imza” pəncərəsində “Onlayn kargüzarlıq” bölməsini seçib “Daxil ol” düyməsini basır.[34]

Açılan növbəti pəncərədə ərizə növü olaraq “Yerli investisiyalı hüquqi şəxsin sürətli qeydiyyat ərizəsi” və ya “Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat ərizəsi” seçilir.

Sürətli e-qeydiyyat

Sürətli qeydiyyat bölməsində açılmış səhifəyə istifadəçi şəxsi məlumatlarını daxil edir:

-pin kod;

-soyadı;

-adı;

-atasının adı;

-doğum tarixi;

-ünvan;

-əlaqə telefonları.

-hüquqi şəxsin rəhbəri barədə məlumatlar;

-hüquqi şəxsin fəaliyyət kodu.

Bu məlumatlar daxil edildikdən sonra “irəli” düyməsi basılır.

Yeni açılan pəncərədə şəxsi məlumatlarda müvafiq dəyişiklik aparılmasına zərurət olduqda, həmin dəyişikliklər aparılır və sonra “qəbul” düyməsi basılır.

Həmin anda proqram tərəfindən hüquqi şəxsin elektron ərizəsi, qərarı və nizamnaməsi imzalanmaq üçün hazırlanmış olur.

Hüquqi şəxsin adı və hüquqi ünvanı proqram tərəfindən avtomatik müəyyən edilir.

İstifadəçi hazır olan sənədlərin doğruluğunu yoxlayıb “qəbul” düyməsi ilə təsdiqləyir.

E-imzalanma üçün elektron ərizə, qərar və nizamnamə faylları istifadəçinin “gələnlər” qovluğuna düşür.

İstifadəçi həmin sənədləri “E-imzalayıcı” proqramı vasitəsilə imzalayır.

İmzalanmış fayllar “Onlayn kargüzarlıq” bölməsində “ərizənin göndərilməsi” düyməsi vasitəsilə qeydiyyat orqanına ötürülür.

Proqram avtomatik olaraq dövlət qeydiyyatının aparılmasının başa çatması və hüquqi şəxsin VÖEN-i barədə bildirişi ekrana çıxardır.

İstifadəçi həmin bildirişi çap edir və yaxud qovluğuna əlavə edir.

Sənədlər qeydiyyat orqanında yoxlanılıb təsdiq edildikdən sonra proqram avtomatik olaraq hüquqi şəxsin qeydiyyata alınmış nizamnaməsini, qeydiyyat şəhadətnaməsini və reyestrdən çıxarışını istifadəçinin qovluğuna göndərir.

Adi e-qeydiyyat

Adi qeydiyyat bölməsində açılmış səhifəyə istifadəçi şəxsi məlumatlarını daxil edir:

-pin kod;

-soyadı;

-adı;

-atasının adı;

-doğum tarixi;

-ünvan;

-əlaqə telefonları.

Hüquqi şəxsə aid məlumatlar sistemə daxil edilir:

-hüquqi şəxsin adı;

-hüquqi ünvanı;

-hüquqi şəxsin təsisçilərinin ümumi sayı;

-icra orqanının forması (təkbaşına və kollegial)

-hüquqi şəxsin rəhbəri barədə məlumatlar;

-zərurət olduqda, idarə heyətinin üzvləri barədə məlumatlar;

-zərurət olduqda, müşahidə şurasının üzvləri barədə məlumatlar;

-hüquqi şəxsin fəaliyyət kodu.

Təsisçilər, idarə heyətinin və müşahidə şurasının üzvləri haqqında məlumatlar “əlavə et” düyməsi vasitəsilə daxil edilir.

Sonra “irəli” düyməsi basılır.

Yeni açılan pəncərədə şəxsi məlumatlarda müvafiq dəyişiklik aparılmasına zərurət olduqda, həmin dəyişikliklər aparılır və sonra “qəbul” düyməsi basılır.

Həmin anda proqram tərəfindən hüquqi şəxsin elektron ərizəsi, qərarı və nizamnaməsi imzalanmaq üçün hazırlanmış olur.

Zərurət olduqda, istifadəçi proqram tərəfindən təklif olunan nizamnaməni “imtina” düyməsi vasitəsi ilə rədd edib öz variantını əlavə edir.

İstifadəçi hazır olan sənədlərin doğruluğunu yoxlayır və “qəbul ” düyməsi ilə təsdiqləyir.

E-imzalanma üçün elektron ərizə, qərar və nizamnamə faylları istifadəçinin “gələnlər” qovluğuna düşür.

İstifadəçi həmin sənədləri “e-imzalayıcı” proqram vasitəsilə imzalayır.

İmzalanmış fayllar “Onlayn kargüzarlıq” bölməsində “ərizənin göndərilməsi” düyməsi vasitəsilə qeydiyyat orqanına ötürülür.

Sənədlərin qeydiyyat orqanında qəbul edilməsi barədə “bildiriş” istifadəçinin ekranına çıxır.

Sənədlər qeydiyyat orqanında yoxlanılıb təsdiq edildikdən sonra proqram avtomatik olaraq hüquqi şəxsin qeydiyyata alınmış nizamnaməsini, qeydiyyat şəhadətnaməsini və reyestrdən çıxarışını istifadəçinin qovluğuna göndərir.

3.2.2. Sorğunun qəbulu: Ərizə istifadəçi tərəfindən imzalandığı andan sistemdə qeydiyyata alınmış olur. Təsisçi bir şəxs olduqda sistemdə ərizə “icra gözləyən sənəd” vəziyyətində olur. Təsisçi bir neçə şəxs olduqda, ərizənin qeydiyyat nömrəsi istifadəçiyə bildirilir və ərizənin digər təsisçilər tərəfindən tanış olub imzalanması üçün bu nömrədən istifadə olunur. Bütün təsisçilər tərəfindən imzalanmamış ərizə “imzalama gözləyən sənəd” vəziyyətində olur və sistem tərəfindən icra edilmir.

3.3 Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Bu reqlamentin 3.4-cü bəndinin 2-ci abzasında nəzərdə tutulmuş hallar istisna olmaqla, sürətli elektron dövlət qeydiyyatı zamanı elektron xidmətin göstərilməsindən imtina edilmir.

Adi elektron dövlət qeydiyyatı zamanı kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından yalnız “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsində nəzərdə tutulmuş hallarda 1 iş günü müddətində imtina edilə bilər.

3.3.2. Sorğunun qəbulu: İmtina üçün əsas olmadıqda elektron xidmət göstərilir.[35]

3.4. Elektron xidmətin göstərilməsi zamanı istifadəçiyə elektron dövlət qeydiyyatının aparılmasının iki üsulu (sürətli və adi elektron dövlət qeydiyyatı) təklif olunur.

Sürətli elektron qeydiyyat üsulu seçildikdə, istifadəçi sistemə öz şəxsiyyət vəsiqəsinin məlumatlarını (PİN-kod) daxil etdikdə avtomatik olaraq onun adı, soyadı, atasının adı, ünvanı və doğum tarixi məlumatları ekrana çıxarılır. Sistem avtomatik olaraq onun yaş həddini yoxlayır, istifadəçinin 18 yaşı olmadıqda istifadəçiyə müvafiq xəbərdarlıq edilməklə proses dayandırılır. İstifadəçi əlaqə telefonu, elektron ünvanı, təsis etdiyi cəmiyyətə təyin edilən rəhbərin məlumatlarını və cəmiyyətin fəaliyyət sahəsi məlumatlarını sistemə daxil edir. Sistemin real vaxt rejimində təklif etdiyi qərar və nizamnamə istifadəçi (təsisçi) tərəfindən imzalandıqdan sonra ərizə qəbul edilir və ona qeydiyyat nömrəsi verilir.[36]

Adi elektron qeydiyyat forması seçildikdə, istifadəçi sistemə bütün təsisçi fiziki şəxslərin şəxsiyyət vəsiqəsinin məlumatlarını (PİN-kod) daxil etdikdə avtomatik olaraq onların adı, soyadı, atasının adı, ünvan və doğum tarixi məlumatları ekrana çıxarılır. Sistem avtomatik olaraq təsisçilərin yaş həddini yoxlayır, onlardan hər hansı birinin 18 yaşı olmadıqda istifadəçiyə müvafiq xəbərdarlıq edilməklə proses dayandırılır. İstifadəçi təsisçilərin və təsis edilən cəmiyyətə təyin edilən idarəetmə orqanlarının üzvlərinin məlumatlarını, nizamnamə kapitalı, hüquqi ünvan, əlaqə vasitələri, vergi mükəlləfiyyəti və cəmiyyətin fəaliyyət sahəsi barədə məlumatlarını sistemə daxil edir.

Sistemin real vaxt rejimində təklif etdiyi nizamnamə istifadəçi (təsisçi) tərəfindən seçildikdən və ya təsisçilərin tərtib etdiyi nizamnamə sistemə əlavə olunduqdan sonra, nizamnamənin və cəmiyyətin yaradılması barədə qərarın təsisçilər tərəfindən imzalanması yerinə yetirilir. Nizamnamə və cəmiyyətin yaradılması barədə qərar bütün təsisçilər tərəfindən imzalandıqdan sonra ərizə qəbul edilir və ona qeydiyyat nömrəsi verilir.[37]

Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Sürətli elektron dövlət qeydiyyatı zamanı:

-  gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- akkreditə edilmiş sertifikat mərkəzi;

-  şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən sistemdə fiziki şəxslərin müəyyən edilməsi (identikləşdirilməsi), məsul şəxs- pasport qeydiyyatı məlumat bazası;

-  nizamnamənin və təsisetmə qərarının hazırlanması və tanış olub təsdiq edilmək üçün istifadəçiyə təqdim edilməsi, məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;[38]

-  yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatına alınması və cəmiyyətə elektron ünvanın yaradılması, məsul şəxs – Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-  dövlət qeydiyyatına alınmış nizamnamənin, qeydiyyat haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın elektron imza ilə təsdiq edilməsi, məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin qeydiyyat orqanının rəhbəri;

-  dövlət qeydiyyatına alınmış nizamnamənin, qeydiyyat haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın cəmiyyətin elektron ünvanına göndərilməsi (prosesin sonu), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

Adi elektron dövlət qeydiyyatı zamanı:

-  gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- akkreditə edilmiş sertifikat mərkəzi;

-  şəxsiyyət vəsiqəsi məlumatlarının daxil edilməsi və sistemdə fiziki şəxslərin müəyyən edilməsi (identikləşdirilməsi), məsul şəxs- pasport qeydiyyatı məlumat bazası;

-  təsisçi hüquqi şəxslərin VÖEN-ə görə hüquqi şəxslərin müəyyən edilməsi (identikləşdirilməsi), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-  nizamnamənin və təsis qərarının hazırlanması və tanış olub təsdiq edilmək üçün istifadəçiyə təqdim edilməsi, məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;[39]

-  ərizənin qeydiyyata alınması və bu barədə bildirişin istifadəçinin elektron ünvanına göndərilməsi, məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-  ərizə və ona əlavə edilmiş sənədlərin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə əsasən yoxlanılaraq müvafiq rəyin bildirilməsi, məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin qeydiyyat orqanının hüquqşünası;

-  yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatına alınması və cəmiyyətə elektron ünvanın verilməsi, məsul şəxs – Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-  dövlət qeydiyyatına alınmış nizamnamənin, qeydiyyat haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın elektron imza ilə təsdiq edilməsi, məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin qeydiyyat orqanının rəhbəri;

-  dövlət qeydiyyatına alınmış nizamnamənin, qeydiyyat haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın cəmiyyətin elektron ünvanına göndərilməsi (prosesin sonu), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-  elektron dövlət qeydiyyatının aparılmasından imtina edilməsi (prosesin sonu), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin qeydiyyat orqanının rəhbəri.

-  Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi məsuliyyət daşıyır.

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti:

Sürətli elektron dövlət qeydiyyatı zamanı:

-  gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi): istifadəçinin gücləndirilmiş elektron imzasının akkreditə edilmiş sertifikat mərkəzində yoxlanılıb təsdiq edilməsi - real vaxt rejimində yerinə yetirilir;

-  şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən sistemdə fiziki şəxslərin müəyyən edilməsi (identikləşdirilməsi) üçün təsisçinin və təyin edilən rəhbərin PİN-kodunun sistemə daxil edilməsi-real vaxt rejimində yerinə yetirilir;

-  təsisçinin poçt indeksi göstərilməklə ünvanı, əlaqə telefonları və e-ünvanı, habelə təsis edilən cəmiyyətin fəaliyyət sahəsi barədə məlumatların sistemə daxil edilməsi-real vaxt rejimində yerinə yetirilir;

-  cəmiyyətin nizamnaməsinin və təsis qərarının tanış olub təsdiq edilməsi üçün təsisçiyə verilməsi-real vaxt rejimində yerinə yetirilir;[40]

-  cəmiyyətin dövlət qeydiyyatına alınması və cəmiyyətə elektron ünvanın verilməsi-real vaxt rejimində yerinə yetirilir;

-  dövlət qeydiyyatına alınmış nizamnamənin, qeydiyyat haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın elektron imza ilə təsdiq edilməsi-real vaxt rejimində yerinə yetirilir;

-  dövlət qeydiyyatına alınmış nizamnamənin, qeydiyyat haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın cəmiyyətin elektron ünvanına göndərilməsi-(prosesin sonu) real vaxt rejimində yerinə yetirilir.

Bütün əməliyyatların yerinə yetirilməsinə sərf edilən müddət 5-10 dəqiqə civarındadır.

Adi elektron dövlət qeydiyyatı zamanı:

-  gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi): istifadəçinin gücləndirilmiş elektron imzasının akkreditə edilmiş sertifikat mərkəzində yoxlanılıb təsdiq edilməsi-real vaxt rejimində yerinə yetirilir;

-  şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən sistemdə fiziki şəxslərin müəyyən edilməsi (identikləşdirilməsi) üçün sistemə təsisçinin və təyin edilən idarəetmə orqanlarının üzvlərin və rəhbərin PİN-kodunun daxil edilməsi- real vaxt rejimində yerinə yetirilir;

-  təsisçi hüquqi şəxslərin VÖEN-nin sistemə daxil edilməsi və VÖEN-ə görə hüquqi şəxslərin müəyyən edilməsi-(identikləşdirilməsi) real vaxt rejimində yerinə yetirilir;

-  cəmiyyətə təyin edilən idarəetmə orqanlarının üzvləri və rəhbəri, nizamnamə kapitalı, hüquqi ünvan, əlaqə vasitələri, vergi mükəlləfiyyəti və cəmiyyətin fəaliyyət sahəsi barədə məlumatların sistemə daxil edilməsi- real vaxt rejimində yerinə yetirilir;

-  nizamnamənin və təsis qərarının təsdiq edilməsi üçün təsisçiyə (təsisçilərə) verilməsi -real vaxt rejimində yerinə yetirilir;

-  ərizənin qeydiyyata alınması və bu barədə bildirişin istifadəçinin elektron poçt ünvanına göndərilməsi-real vaxt rejimində yerinə yetirilir;

-  ərizə və ona əlavə edilmiş sənədlərin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinə əsasən yoxlanılması və bu barədə rəyin bildirilməsi- 1 iş günü ərzində yerinə yetirilir;

-  cəmiyyətin dövlət qeydiyyatına alınması və cəmiyyətə elektron ünvanın yaradılması-real vaxt rejimində yerinə yetirilir;

-  dövlət qeydiyyatına alınmış nizamnamənin, qeydiyyat haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın elektron imza ilə təsdiq edilməsi-real vaxt rejimində yerinə yetirilir;

-  qeydə alınmış nizamnamənin, qeydiyyat haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın cəmiyyətin elektron ünvanına göndərilməsi (prosesin sonu) -real vaxt rejimində yerinə yetirilir;

elektron dövlət qeydiyyatının aparılmasından imtina edilməsi (prosesin sonu) - bütün əməliyyatların yerinə yetirilməsinə sərf edilən müddət 1 iş günüdür.[41]

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Elektron xidmətin göstərilməsi zamanı sistem qeydiyyata alınan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətə avtomatik olaraq elektron poçt ünvanı yaradır.

Qeydiyyat sənədləri qeydiyyat orqanının rəhbəri tərəfindən imzalandıqdan dərhal sonra avtomatik olaraq həmin elektron ünvana göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Qanunvericiliyin tələbləri nəzərə alınmaqla, xüsusi proqram təminatı vasitəsi ilə ərizələrin icra müddətlərinin nəzarətdə saxlanılması təmin edilir.

3.5.2. Nəzarət qaydası:

- sürətli elektron dövlət qeydiyyatı zamanı ərizələr real vaxt rejimində icra olunur, yalnız qeydiyyat sənədlərinin vaxtında imzalanması xüsusi proqram təminatı vasitəsi ilə nəzarətdə saxlanılır. Qeydiyyat sənədlərini imzalamalı olan qeydiyyat orqanının rəhbəri imzalama zərurəti barədə sistemdə xəbərdar edilir.

- adi elektron dövlət qeydiyyatı zamanı ərizələrin icra müddətləri və qeydiyyat sənədlərinin vaxtında imzalanması xüsusi proqram təminatı vasitəsi ilə nəzarətdə saxlanılır. Müraciətə baxmalı olan hüquqşünas və qeydiyyat sənədlərini imzalamalı olan qeydiyyat orqanının rəhbəri müvafiq olaraq rəy bildirmə və imzalama zərurəti barədə sistemdə xəbərdar edilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

“Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə İnzibati Reqlamentin əlavəsi

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyat ərizələri

A. Sürətli elektron dövlət qeydiyyatı zamanı tətbiq edilən ərizənin forması

1. Məhdud məsuliyyətli cəmiyyətin təsisçisi olan fiziki şəxsin məlumatları:

Şəxsiyyətini təsdiq edən sənəddəki PİN-kod:

...

Adı (avtomatik):

................

Soyadı (avtomatik):

................

Atasının adı (avtomatik):

................

Doğum tarixi (avtomatik):

.........

Şəhər/rayon (avtomatik):

................

Poçt indeksi (seçilir):

...

Küçə (seçilir):

Ev:

Mənzil:

Əlaqə telefonu (şəhər):

Əlaqə telefonu (mobil):

2. Məhdud məsuliyyətli cəmiyyətin təkbaşına icra orqanının rəhbərinin məlumatları:

Təyin edilən rəhbər təsisçinin özüdürsə, işarə edilir:

Şəxsiyyətini təsdiq edən sənəddəki PİN-kod:

...

Adı (avtomatik):

................

Soyadı (avtomatik):

................

Atasının adı (avtomatik):

................

Doğum tarixi (avtomatik):

.........

Şəhər/rayon (avtomatik):

................

Poçt indeksi (seçilir):

...

Küçə (seçilir):

Ev:

Mənzil:

Əlaqə telefonu (şəhər):

Əlaqə telefonu (mobil):

3. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyət sahəsi:

Əsas fəaliyyət növü (seçilir):

Ərizəyə daxil etdiyim məlumatların doğruluğunu təsdiq edirəm. Yanlış məlumatların təqdim edilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətdən xəbərdaram. Təsisçisi olduğum yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatına alınmasını xahiş edirəm.

Təsisçinin imzası:

E-imza:

......

Qəbul

B. Adi elektron dövlət qeydiyyatı zamanı tətbiq edilən ərizənin forması

1. Məhdud məsuliyyətli cəmiyyətin adı:

Cəmiyyətin adı (unikallığı yoxlanılır):

...

2. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı:

Nizamnamə kapitalının ümumi məbləği manatla:

Nizamnamə kapitalındakı payların ümumi miqdarı:

3. Məhdud məsuliyyətli cəmiyyətin təsisçilərinin ümumi sayı:

Təsisçilərin ümumi sayı:

...

4. Təsisçi hüquqi şəxslərin məlumatları:

VÖEN:

Təsisçi hüquqi şəxsin adı (avtomatik):

................

Nizamnamə kapitalındakı payının məbləği:

...

Nizamnamə kapitalındakı payın miqdarı:

5. Təsisçi fiziki şəxslərin məlumatları:

Şəxsiyyətini təsdiq edən sənəddəki PİN-kod:

...

Adı (avtomatik):

................

Soyadı (avtomatik):

................

Atasının adı (avtomatik):

................

Doğum tarixi (avtomatik):

.........

Şəhər/rayon (avtomatik):

................

Poçt indeksi (seçilir):

...

Küçə (seçilir):

Ev:

Mənzil:

Əlaqə telefonu (şəhər):

Əlaqə telefonu (mobil):

Nizamnamə kapitalındakı payının məbləği:

...

Nizamnamə kapitalındakı payının miqdarı:

6. Məhdud məsuliyyətli cəmiyyətin hüquqi ünvanı:

Şəhər/rayon (avtomatik):

Poçt indeksi (seçilir):

...

Küçə (seçilir):

Ev:

Mənzil:

Əlaqə telefonu (şəhər):

Əlaqə telefonu (mobil):

7. Cəmiyyətin icra orqanının forması:

Təkbaşına:

Kollegial:

8. Cəmiyyətin təkbaşına icra orqanının rəhbərinin məlumatları:

(rəhbər təsisçilərdən biridirsə, yalnız PİN-kod daxil edilir)

Şəxsiyyətini təsdiq edən sənəddəki PİN-kod:

...

        (rəhbər təsisçilərdən biridirsə, doldurulmur)

Adı (avtomatik):

................

Soyadı (avtomatik):

................

Atasının adı (avtomatik):

................

Doğum tarixi (avtomatik):

.........

Şəhər/rayon (avtomatik):

................

Poçt indeksi (seçilir):

...

Küçə (seçilir):

Ev:

Mənzil:

Əlaqə telefonu (şəhər):

Əlaqə telefonu (mobil):

8. Cəmiyyətin kollegial icra orqanının üzvlərinin məlumatları: 

(ən azı 3 üzv barədə məlumatlar daxil edilir)

Şəxsiyyətini təsdiq edən sənəddəki PİN-kod:

...

Adı (avtomatik):

................

Soyadı (avtomatik):

................

Atasının adı (avtomatik):

................

Doğum tarixi (avtomatik):

.........

Şəhər/rayon (avtomatik):

................

Poçt indeksi (seçilir):

...

Küçə (seçilir):

Ev:

Mənzil:

Əlaqə telefonu (şəhər):

Əlaqə telefonu (mobil):

Kollegial icra orqanının rəhbəri funksiyasını həyata keçirəcəyi təqdirdə

9. Müşahidə Şurasının tərkibi:

(təsis yığıncağında Müşahidə Şurası seçilmişdirsə, üzvlərin sayı tək sayda olmaqla ən azı 3 üzv barədə məlumatlar doldurulur)

Şəxsiyyətini təsdiq edən sənəddəki PİN-kod:

...

Adı (avtomatik):

................

Soyadı (avtomatik):

................

Atasının adı (avtomatik):

................

Doğum tarixi (avtomatik):

.........

Şəhər/rayon (avtomatik):

................

Poçt indeksi (seçilir):

...

Küçə (seçilir):

Ev:

Mənzil:

Müşahidə Şurasının sədri funksiyasını həyata keçirəcəyi təqdirdə

10. Cəmiyyətin fəaliyyət sahəsi:

Müraciətedən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyət sahəsi barədə məlumatı sistemə daxil edir:

Əsas fəaliyyət növü (seçilir):

Digər fəaliyyət növü (seçilir)

Ərizəyə daxil edilmiş məlumatların doğruluğunu təsdiq edirəm. Yanlış məlumatların və sənədlərin təqdim edilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətdən xəbərdaram. Təsisçisi olduğum yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatına alınmasını xahiş edirəm.

Təsisçinin (təsisçilərin) imzası:

E-imza:

......

Qəbul

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə İnzibati Reqlamentin əlavəsi

“...............................................” Məhdud Məsuliyyətli Cəmiyyətinin

təsis edilməsi haqqında

Q Ə R A R  [42]

      ”.........    20....-ci il                                                            .............................

gün     ay                                                                             şəhər/rayon

Mən, .............................................................................. (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə

Q Ə R A R A   A L I R A M :

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun olaraq,  “................................ ” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilsin.

2. Cəmiyyətin nizamnaməsi təsdiq edilsin.

3. Cəmiyyətin nizamnamə kapitalı hər birinin nominal dəyəri 5 (beş) manat olan 2 (iki) paydan ibarət olmaqla 10 (on) manat məbləğində müəyyən edilsin.

4.Cəmiyyətin direktoru vəzifəsinə ............................................................ (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........) təyin edilsin.

Təsisçi:                       ....................................................................

Qeyd: Sürətli e-qeydiyyat zamanı

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə İnzibati Reqlamentin əlavəsi

“...............................................” Məhdud Məsuliyyətli Cəmiyyətinin

təsis edilməsi haqqında

Q Ə R A R

      ”.........    20....-ci il                                                            .............................

        gün     ay                                                                                                   şəhər/rayon

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə

Q Ə R A R A   A L I N S I N :

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun olaraq, “................................ ” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilsin.

2. Cəmiyyətin nizamnaməsi təsdiq edilsin.

3. Cəmiyyətin nizamnamə kapitalı hər birinin nominal dəyəri ..... (.....) manat olan  ..... (.....) paydan ibarət olmaqla ..... (.....) manat məbləğində müəyyən edilsin.

4.Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə ............................................................ (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........) təyin edilsin.

1. Təsisçi:          ................................................ (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........)

2,...

Qeyd : adi e-qeydiyyat zamanı “təkbaşına icra orqanı”  seçildikdə və “müşahidə şurası” linki seçilmədikdə 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə İnzibati Reqlamentin əlavəsi

“...............................................” Məhdud Məsuliyyətli Cəmiyyətinin

təsis edilməsi haqqında

Q Ə R A R

      ”.........    20....-ci il                                                            .............................         

 gün    ay                                                                                                  şəhər/rayon

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə

Q Ə R A R A   A L I N S I N :

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun olaraq, “................................ ” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilsin.

2. Cəmiyyətin nizamnaməsi təsdiq edilsin.

3. Cəmiyyətin nizamnamə kapitalı hər birinin nominal dəyəri ..... (.....) manat olan  ..... (.....) paydan ibarət olmaqla ..... (.....) manat məbləğində müəyyən edilsin.

4. Aşağıdakı şəxslər Cəmiyyətin Müşahidə Şurasının üzvləri təyin edilsin:

1.      .................................................. (sədr) (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........)

2.      ............................................................ (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........)

3.      ............................................................ (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........)

5. Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə ............................................................ (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........) təyin edilsin.

1.Təsisçi: ............................................... (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........)

2,... 

Qeyd : adi e-qeydiyyat zamanı “təkbaşına icra orqanı”“müşahidə şurası” linki seçildikdə 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə İnzibati Reqlamentin əlavəsi

“...............................................” Məhdud Məsuliyyətli Cəmiyyətinin

təsis edilməsi haqqında

Q Ə R A R

      ”.........    20....-ci il                                                            .............................         

 gün      ay                                                                                                 şəhər/rayon

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə

Q Ə R A R A   A L I N S I N :

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun olaraq, “................................ ” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilsin.

2. Cəmiyyətin nizamnaməsi təsdiq edilsin.

3. Cəmiyyətin nizamnamə kapitalı hər birinin nominal dəyəri ..... (.....) manat olan  ..... (.....) paydan ibarət olmaqla ..... (.....) manat məbləğində müəyyən edilsin.

4. Aşağıdakı şəxslər Cəmiyyətin İdarə Heyətinin üzvləri təyin edilsin:

       1.   .................................................. (sədr) (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........)

2.      ............................................................ (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........)

3.      ............................................................ (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........)

1. Təsisçi:          ................................................ (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........)

2,...

Qeyd : adi e-qeydiyyat zamanı “kollegial icra orqanı” seçildikdə və “müşahidə şurası” linki seçilmədikdə 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə İnzibati Reqlamentin əlavəsi

“...............................................” Məhdud Məsuliyyətli Cəmiyyətinin

təsis edilməsi haqqında

Q Ə R A R

      ”.........    20....-ci il                                                            .............................         

 gün     ay                                                                                                     şəhər/rayon

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə

Q Ə R A R A   A L I N S I N :

1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun olaraq, “................................ ” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilsin.

2. Cəmiyyətin nizamnaməsi təsdiq edilsin.

3. Cəmiyyətin nizamnamə kapitalı hər birinin nominal dəyəri ..... (.....) manat olan  ..... (.....) paydan ibarət olmaqla ..... (.....) manat məbləğində müəyyən edilsin.

4. Aşağıdakı şəxslər Cəmiyyətin Müşahidə Şurasının üzvləri təyin edilsin:

1 .................................................. (sədr) (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........)

2. ........................................................... (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........)

3. ........................................................... (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........)

5.  Aşağıdakı şəxslər Cəmiyyətin İdarə Heyətinin üzvləri təyin edilsin:

      1.  .................................................. (sədr) (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........)

2.  ............................................................ (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........)

3. ............................................................ (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........)

1.Təsisçi: ............................................... (şəxsiyyət vəsiqəsi AZE ¹  ...........)

2,... 

Qeyd : adi e-qeydiyyat zamanı “kollegial icra orqanı”  “müşahidə şurası” linki seçildikdə 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə İnzibati Reqlamentin əlavəsi

“......................................” Məhdud Məsuliyyətli Cəmiyyətinin

Nizamnaməsi

1. Ümumİ müddəalar

1.1. “_______________________” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Cəmiyyət adlanacaq) öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir.

1.2. Cəmiyyətin hüquqi ünvanı: ..................................................................................................

2. Cəmiyyətin nizamnamə kapitalı

2.1. Cəmiyyətin nizamnamə kapitalı 10 (on) manat həcmindədir və hər biri 5 (beş) manat olmaqla 2 (iki) paydan ibarətdir.

2.2. Cəmiyyətin təsisçisi: ............................................................................................................

(ş/vəsiqəsinin seriyası AZE nömrəsi..........................................................................................)

2.3. Cəmiyyətin nizamnamə kapitalı cəmiyyət dövlət qeydiyyatına alındıqdan sonra üç ay ərzində təsisçilər tərəfindən ödənilməlidir. Cəmiyyətin nizamnamə kapitalına qoyulan pay puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. Nizamnamə kapitalına pay qoyulması üçün götürdüyü öhdəlik təsisçi tərəfindən pozulduqda o, Ümumi Yığıncağın qərarı ilə qəbul edilmiş qaydalara müvafiq məsuliyyət daşıyır. Nizamnamə kapitalına qoyulan əmlak və digər mülkiyyətin qiymətləndirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

2.4. Cəmiyyət iştirakçısının qoyduğu mayanın tərkibi və onun dəyişməsi, mayanın qoyulması qaydası və müddəti Ümumi Yığıncaq tərəfindən müəyyən edilir.

2.5. Ümumi Yığıncağın qərarı əsasında vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülür. 

2.6. Cəmiyyət, iştirakçının payını (və ya onun bir hissəsini) əldə etdiyi halda, həmin payı (və ya payın hissəsini) Ümumi Yığıncağın qərarında müəyyən edilmiş müddətdə və qaydada satmalı və ya qanunvericiliyə müvafiq qaydada nizamnamə kapitalını azaltmalıdır.

3. Cəmİyyətİn fəaliyyəti

3.1. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.

4. CƏMİYYƏTİN iştirakçılarının ümumi yığıncağı

4.2. Ümumi Yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti Ümumi Yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir təsisçi Cəmiyyətin Ümumi Yığıncağında iştirak etmək, Cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır.

4.3. Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:

·  Cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi, onun nizamnamə kapitalının miqdarının dəyişdirilməsi;

·  Cəmiyyətin nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi;

·   Cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması hallarının və qaydasının müəyyən edilməsi;

·   Cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi;

·   Cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi haqqında qərarın qəbul edilməsi;

·   Cəmiyyətin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən Direktorun təyin edilməsi və geri çağırılması,

·  Cəmiyyətin Müşahidə Şurası və təftiş komissiyasını (müfəttişini) seçmək;

·  Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasının müəyyən edilməsi.

4.4. Ümumi Yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin nizamnamə kapitalındakı payların 75%-nə malik olan iştirakçıların təmsil olunduğu Ümumi Yığıncaq səlahiyyətli sayılır. Cəmiyyətin ləğv edilməsi və ya yenidən təşkili barədə qərarların qəbul olunması üçün Cəmiyyətin nizamnamə kapitalındakı payların 100%-nə malik olan iştirakçılar Ümumi Yığıncaqda təmsil olunmalıdırlar.

4.5. Ümumi Yığıncaqda Nizamnamənin və Nizamnaməyə edilən əlavə və dəyişikliklərin, nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi, Cəmiyyətin yenidən təşkil və ya ləğv edilməsi barədə qərarlar bütün təsisçilərin yekdil qərarı ilə, digər məsələlər isə sadə səs çoxluğu ilə qəbul edilir.

4.6. Ümumi Yığıncağın qərarları iştirakçılar tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və Cəmiyyətin möhürü ilə təsdiqlənir.

5. CƏMİYYƏTİN İCRA ORQANI

5.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan Direktor tərəfindən həyata keçirilir.

5.2. Direktorun səlahiyyətlərinə aşağıdakılar aid edilir:

·   Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edir və onun operativ idarə olunmasını həyata keçirir;

·   vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış edir, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir;

·   Ümumi Yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin edir;

·   öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr verir (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açır və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam verir;

·   Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən edir, onlarla əmək müqavilələri bağlayır, şərtlərini dəyişdirir və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv edir;

·   Cəmiyyətin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

·   Öz səlahiyyəti daxilində qərarlar qəbul edir və həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirir; 

·   Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirir.

5.3. Cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiliyə) verilə bilər.

5.4. Direktor qanunvericiliklə və Cəmiyyətin Nizamnaməsi ilə Ümumi Yığıncağın səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir.

6. Cəmİyyətİn ləğv olunmasI və YENİDƏN TƏŞKİLİ

6.1. Cəmiyyətin ləğv olunması və yenidən təşkili Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir.

Qeyd: Sürətli elektron qeydiyyat zamanı

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə İnzibati Reqlamentin əlavəsi

“.............................................” Məhdud Məsuliyyətli Cəmiyyətinin

Nizamnaməsi

1. Ümumİ müddəalar

1.1. “_______________________” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Cəmiyyət adlanacaq) öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir.

1.2. Cəmiyyətin hüquqi ünvanı: ..................................................................................................

2. Cəmiyyətin nizamnamə kapitalı

2.1. Cəmiyyətin nizamnamə kapitalı ..... (.....) manat həcmindədir və hər biri ..... (.....) manat olmaqla ..... (.....) paydan ibarətdir.

2.2. Cəmiyyətin təsisçisi: .....................................(ş/vəsiqəsinin seriyası AZE nömrəsi.....)

...............

Qeyd : adi e-qeydiyyat zamanı “təkbaşına icra orqanı” seçildikdə və “müşahidə şurası” linki seçilmədikdə.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə İnzibati Reqlamentin əlavəsi

“..................................”

Məhdud Məsuliyyətli Cəmiyyətinin

Nizamnaməsi

1. Ümumİ müddəalar

1.1. “_______________________” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Cəmiyyət adlanacaq) öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir.

1.2. Cəmiyyətin hüquqi ünvanı: ..................................................................................................

2. Cəmiyyətin nizamnamə kapitalı

2.1. Cəmiyyətin nizamnamə kapitalı ..... (.....) manat həcmindədir və hər biri ..... (.....) manat olmaqla ..... (.....) paydan ibarətdir.

2.2. Cəmiyyətin təsisçisi: .........................................(ş/vəsiqəsinin seriyası AZE nömrəsi.....)

 ........

2.3. Cəmiyyətin nizamnamə kapitalı Cəmiyyət dövlət qeydiyyatına alındıqdan sonra üç ay ərzində təsisçilər tərəfindən ödənilməlidir. Cəmiyyətin nizamnamə kapitalına qoyulan pay puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. Nizamnamə kapitalına pay qoyulması üçün götürdüyü öhdəlik təsisçi tərəfindən pozulduqda o, Ümumi Yığıncağın qərarı ilə qəbul edilmiş qaydalara müvafiq məsuliyyət daşıyır. Nizamnamə kapitalına qoyulan əmlak və digər mülkiyyətin qiymətləndirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

2.4. Cəmiyyət iştirakçısının qoyduğu mayanın tərkibi və onun dəyişməsi, mayanın qoyulması qaydası və müddəti Ümumi Yığıncaq tərəfindən müəyyən edilir.

2.5. Ümumi Yığıncağın qərarı əsasında vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülür. 

2.6. Cəmiyyət, iştirakçının payını (və ya onun bir hissəsini) əldə etdiyi halda, həmin payı (və ya payın hissəsini) Ümumi Yığıncağın qərarında müəyyən edilmiş müddətdə və qaydada satmalı və ya qanunvericiliyə müvafiq qaydada nizamnamə kapitalını azaltmalıdır.

3. Cəmİyyətİn fəaliyyəti

3.1. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.

4. CƏMİYYƏTİN iştirakçılarının ümumi yığıncağı

4.1. Cəmiyyətin ali orqanı onun iştirakçılarının Ümumi Yığıncağıdır (bundan sonra –Ümumi Yığıncaq). Cəmiyyətin təsisçisi bir nəfər olduqda, Cəmiyyətin Ümumi Yığıncağının səlahiyyətləri təsisçi tərəfindən təkbaşına həyata keçirilir.

5. MÜŞAHİDƏ ŞURASI

5.1. Müşahidə Şurası Cəmiyyətin icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirən orqandır. Müşahidə Şurası tək sayda ən azı üç üzvdən ibarət olmaqla, formalaşır. Şuranın üzvləri Ümumi Yığıncaq tərəfindən iştirakçılardan və ya kənar şəxslərdən üç il müddətinə, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq təyin edilən fiziki şəxslərdir. Cəmiyyətin Direktoru Müşahidə Şurasının üzvü seçilə bilməz. Ümumi Yığıncaq Müşahidə Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir. Müşahidə Şurasının iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müşahidə Şurasının sədri onun iclaslarını üç ayda bir dəfədən az olmayaraq çağırır və iclaslara sədrlik edir. Müşahidə Şurasının qərarları iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səxslər bərabər olduqda, Müşahidə Şurasının sədrinin səsi həlledici sayılır. Müşahidə Şurasının qərarları Müşahidə Şurasının sədri tərəfindən imzalanır.

5.2.Müşahidə Şurası aşağıdakı səlahiyyətlərə malikdir:

·        Cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərini və inkişaf strategiyasını müəyyənləşdirmək, Cəmiyyətin biznes planını təsdiq etmək;

·        Cəmiyyətin icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən Direktordan məlumat almaq;

·        Ümumi Yığıncaq və Direktor üçün tövsiyələr vermək;

·        Cəmiyyət tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə bu pozuntu barəsində Ümumi Yığıncağı və Direktoru xəbərdar etmək;

·        Cəmiyyətin idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları və əsasnamələri qəbul etmək;

·        Cəmiyyətin fəaliyyətinin kompleks və ayrı-ayrı sahələrinin yoxlanılması barədə qərar qəbul etmək.

6.CƏMİYYƏTİN İCRA ORQANI

6.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan Direktor  tərəfindən həyata keçirilir. Müşahidə Şurasının üzvü Cəmiyyətin Direktoru təyin edilə bilməz.

6.2. Direktorun səlahiyyətlərinə aşağıdakılar aid edilir:

·         Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edir və onun operativ idarə olunmasını həyata keçirir;

·         vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış edir, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir;

·         Ümumi Yığıncaq və Müşahidə Şurası tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin edir;

·         öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr verir (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açır və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam verir;

·         Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən edir, onlarla əmək müqavilələri bağlayır, şərtlərini dəyişdirir və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv edir;

·         Cəmiyyətin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

·         Öz səlahiyyəti daxilində qərarlar qəbul edir və həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirir; 

·         Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirir.

6.3. Direktor qanunvericiliklə və Cəmiyyətin Nizamnaməsi ilə digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirir.

6.4. Cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiliyə) verilə bilər

7. Cəmİyyətİn ləğv olunmasI və YENİDƏN TƏŞKİLİ

7.1. Cəmiyyətin ləğv olunması və yenidən təşkili Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir.

Qeyd : adi e-qeydiyyat zamanı “təkbaşına icra orqanı”  “müşahidə şurası” linki seçildikdə 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə İnzibati Reqlamentin əlavəsi

“....................................”

Məhdud Məsuliyyətli Cəmiyyətinin

Nizamnaməsi

1. Ümumİ müddəalar

1.1. “_______________________” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Cəmiyyət adlanacaq) öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir.

1.2. Cəmiyyətin hüquqi ünvanı: ..................................................................................................

2. Cəmiyyətin nizamnamə kapitalı

2.1. Cəmiyyətin nizamnamə kapitalı ..... (.....) manat həcmindədir və hər biri ..... (.....) manat olmaqla ..... (.....) paydan ibarətdir.

2.2. Cəmiyyətin təsisçisi: .........................................(ş/vəsiqəsinin seriyası AZE nömrəsi.....)

        ........

2.3. Cəmiyyətin nizamnamə kapitalı Cəmiyyət dövlət qeydiyyatına alındıqdan sonra üç ay ərzində təsisçilər tərəfindən ödənilməlidir. Cəmiyyətin nizamnamə kapitalına qoyulan pay puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. Nizamnamə kapitalına pay qoyulması üçün götürdüyü öhdəlik təsisçi tərəfindən pozulduqda o, Ümumi Yığıncağın qərarı ilə qəbul edilmiş qaydalara müvafiq məsuliyyət daşıyır. Nizamnamə kapitalına qoyulan əmlak və digər mülkiyyətin qiymətləndirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

2.4. Cəmiyyət iştirakçısının qoyduğu mayanın tərkibi və onun dəyişməsi, mayanın qoyulması qaydası və müddəti Ümumi Yığıncaq tərəfindən müəyyən edilir.

2.5. Ümumi Yığıncağın qərarı əsasında vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülür. 

2.6. Cəmiyyət, iştirakçının payını (və ya onun bir hissəsini) əldə etdiyi halda, həmin payı (və ya payın hissəsini) Ümumi Yığıncağın qərarında müəyyən edilmiş müddətdə və qaydada satmalı və ya qanunvericiliyə müvafiq qaydada nizamnamə kapitalını azaltmalıdır.

3. Cəmİyyətİn fəaliyyəti

3.1. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.

4. CƏMİYYƏTİN iştirakçılarının ümumi yığıncağı

4.1. Cəmiyyətin ali orqanı onun iştirakçılarının Ümumi Yığıncağıdır (bundan sonra –Ümumi Yığıncaq). Cəmiyyətin təsisçisi bir nəfər olduqda, Cəmiyyətin Ümumi Yığıncağının səlahiyyətləri təsisçi tərəfindən təkbaşına həyata keçirilir.

4.2. Ümumi Yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti Ümumi Yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir təsisçi Cəmiyyətin Ümumi Yığıncağında iştirak etmək, Cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır.

4.3. Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:

·  Cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi, onun nizamnamə kapitalının miqdarının dəyişdirilməsi;

·  Cəmiyyətin nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi;

·   Cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması hallarının və qaydasının müəyyən edilməsi;

·   Cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi;

·   Cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi haqqında qərarın qəbul edilməsi;

·   Cəmiyyətin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən icra orqanının üzvlərinin (rəhbərinin) təyin edilməsi və geri çağırılması,

·  Cəmiyyətin Müşahidə Şurası və təftiş komissiyasını (müfəttişini) seçmək;

·  Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasının müəyyən edilməsi.

4.4. Ümumi Yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin nizamnamə kapitalındakı payların 75%-nə malik olan iştirakçıların təmsil olunduğu Ümumi Yığıncaq səlahiyyətli sayılır. Cəmiyyətin ləğv edilməsi və ya yenidən təşkili barədə qərarların qəbul olunması üçün Cəmiyyətin nizamnamə kapitalındakı payların 100%-nə malik olan iştirakçılar Ümumi Yığıncaqda təmsil olunmalıdırlar.

4.5. Ümumi Yığıncaqda Nizamnamənin və Nizamnaməyə edilən əlavə və dəyişikliklərin, nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi, Cəmiyyətin yenidən təşkil və ya ləğv edilməsi barədə qərarlar bütün təsisçilərin yekdil qərarı ilə, digər məsələlər isə sadə səs çoxluğu ilə qəbul edilir.

4.6. Ümumi Yığıncağın qərarları iştirakçılar tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və Cəmiyyətin möhürü ilə təsdiqlənir.

5. CƏMİYYƏTİN İCRA ORQANI

5.1. Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik və onun işlərinin aparılması onun kollegial icra orqanı olan İdarə Heyəti tərəfindən həyata keçirilir.

5.2 İdarə Heyəti tək sayda olmaqla azı üç fiziki şəxsdən ibarət olur. İdarə Heyətinin üzvləri Ümumi Yığıncaq tərəfindən Cəmiyyətin iştirakçıları və kənar şəxslərdən dörd il müddətinə seçilir. Onlar təkrar müddətə seçilə (təyin edilə) bilər. Müşahidə Şurasının üzvü İdarə Heyətinin üzvü seçilə (təyin edilə) bilməz. İdarə Heyətinin üzvləri Cəmiyyətlə aralarında bağlanmış əmək müqaviləsinə əsasən fəaliyyət göstərir. İdarə Heyətinin sədri üzvlər arasından Ümumi Yığıncaq tərəfindən təyin edilir. İdarə Heyətinin iclası üzvlərinin 2/3-si iştirak etdikdə səlahiyyətli sayılır. İdarə Heyətinin qərarları adi səs çoxluğu ilə qəbul edilir. İdarə Heyətinin bütün iclasları protokollaşdırılır, İdarə Heyətinin bütün üzvləri tərəfindən imzalandıqdan sonra Cəmiyyətin möhürü ilə təsdiq edilir. Cəmiyyətin iştirakçıları və ya onların səlahiyyətli nümayəndələri iclasın protokolları ilə tanış ola bilərlər.

5.3. İdarə Heyətinin səlahiyyətinə aşağıdakılar aid edilir:

·   Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edir və onun operativ idarə olunmasını həyata keçirir;

·   Cəmiyyətin daxili əmək intizamı qaydalarını, Ümumi Yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin edir;

·   Cəmiyyətin əməkdaşlarının vəzifə təlimatını (əmək funksiyasını) hazırlayır və təsdiq edir;

·   Cəmiyyətin əməkdaşlarının təhsil alması üzrə proqramlar və tədbirlərə aid təkliflər hazırlayır və təsdiq edir;

·   Cəmiyyətin fəaliyyəti ilə bağlı digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirir.

5.4. İdarə Heyətinin səlahiyyətlərinə həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu nizamnamə ilə Ümumi Yığıncağın səlahiyyətlərinə aid edilməmiş digər səlahiyyətlər daxildir.

5.5. İdarə Heyəti Sədrinin səlahiyyətinə aşağıdakılar daxil edilir:

·  vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış edir, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir;

·  Cəmiyyətin adından bütün növ müqavilələr bağlayır, vəkalətnamələr verir (o cümlədən başqasına etibar etmək hüququ ilə), banklarda Cəmiyyətin cari və başqa bank hesablarını açır və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarını aparır;

·  Cəmiyyətin işçilərini işə qəbul edib işdən azad edir, işçilərə həvəsləndirmə tədbirləri tətbiq edir, Cəmiyyətin daxili əmək intizamı qaydalarına və qanunvericiliyə müvafiq olaraq onları intizam məsuliyyətinə cəlb edir;

·  Cəmiyyətin daxili fəaliyyət məsələləri üzrə qərar qəbul edir və əmrlər (sərəncamlar) verir.

5.6. Ümumi Yığıncağın qərarı ilə icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər.

6. Cəmİyyətİn ləğv olunmasI və YENİDƏN TƏŞKİLİ

6.1. Cəmiyyətin ləğv olunması və yenidən təşkili Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiº qaydada həyata keçirilir.

Qeyd : adi e-qeydiyyat zamanı “kollegial icra orqanı” seçildikdə və “müşahidə şurası” linki seçilmədikdə 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə İnzibati Reqlamentin əlavəsi

 “................................”

Məhdud Məsuliyyətli Cəmiyyətinin

Nizamnaməsi

1. Ümumİ müddəalar

1.1. “_______________________” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra Cəmiyyət adlanacaq) öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir.

1.2. Cəmiyyətin hüquqi ünvanı: ..................................................................................................

2. Cəmiyyətin nizamnamə kapitalı

2.1. Cəmiyyətin nizamnamə kapitalı ..... (.....) manat həcmindədir və hər biri ..... (.....) manat olmaqla ..... (.....) paydan ibarətdir.

2.2. Cəmiyyətin təsisçisi: .........................................(ş/vəsiqəsinin seriyası AZE nömrəsi.....)

        ........

2.3. Cəmiyyətin nizamnamə kapitalı Cəmiyyət dövlət qeydiyyatına alındıqdan sonra üç ay ərzində təsisçilər tərəfindən ödənilməlidir. Cəmiyyətin nizamnamə kapitalına qoyulan pay puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. Nizamnamə kapitalına pay qoyulması üçün götürdüyü öhdəlik təsisçi tərəfindən pozulduqda o, Ümumi Yığıncağın qərarı ilə qəbul edilmiş qaydalara müvafiq məsuliyyət daşıyır. Nizamnamə kapitalına qoyulan əmlak və digər mülkiyyətin qiymətləndirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

2.4. Cəmiyyət iştirakçısının qoyduğu mayanın tərkibi və onun dəyişməsi, mayanın qoyulması qaydası və müddəti Ümumi Yığıncaq tərəfindən müəyyən edilir.

2.5. Ümumi Yığıncağın qərarı əsasında vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülür. 

2.6. Cəmiyyət, iştirakçının payını (və ya onun bir hissəsini) əldə etdiyi halda, həmin payı (və ya payın hissəsini) Ümumi Yığıncağın qərarında müəyyən edilmiş müddətdə və qaydada satmalı və ya qanunvericiliyə müvafiq qaydada nizamnamə kapitalını azaltmalıdır.

3. Cəmİyyətİn fəaliyyəti

3.1. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.

4. CƏMİYYƏTİN iştirakçılarının ümumi yığıncağı

4.1. Cəmiyyətin ali orqanı onun iştirakçılarının Ümumi Yığıncağıdır (bundan sonra –Ümumi Yığıncaq). Cəmiyyətin təsisçisi bir nəfər olduqda, Cəmiyyətin Ümumi Yığıncağının səlahiyyətləri təsisçi tərəfindən təkbaşına həyata keçirilir.

4.2. Ümumi Yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti Ümumi Yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər bir təsisçi Cəmiyyətin Ümumi Yığıncağında iştirak etmək, Cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır.

4.3. Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:

·  Cəmiyyətin Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi, onun nizamnamə kapitalının miqdarının dəyişdirilməsi;

·  Cəmiyyətin nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi;

·   Cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması hallarının və qaydasının müəyyən edilməsi;

·   Cəmiyyətin illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi;

·   Cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi haqqında qərarın qəbul edilməsi;

·   Cəmiyyətin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən icra orqanının üzvlərinin (rəhbərinin) təyin edilməsi və geri çağırılması,

·  Cəmiyyətin Müşahidə Şurası və təftiş komissiyasını (müfəttişini) seçmək;

·  Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasının müəyyən edilməsi.

4.4. Ümumi Yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin nizamnamə kapitalındakı payların 75%-nə malik olan iştirakçıların təmsil olunduğu Ümumi Yığıncaq səlahiyyətli sayılır. Cəmiyyətin ləğv edilməsi və ya yenidən təşkili barədə qərarların qəbul olunması üçün Cəmiyyətin nizamnamə kapitalındakı payların 100%-nə malik olan iştirakçılar Ümumi Yığıncaqda təmsil olunmalıdırlar.

4.5. Ümumi Yığıncaqda Nizamnamənin və Nizamnaməyə edilən əlavə və dəyişikliklərin, nizamnamə kapitalına ödənilən pul olmayan əmanətin dəyərinin təsdiq edilməsi, Cəmiyyətin yenidən təşkil və ya ləğv edilməsi barədə qərarlar bütün təsisçilərin yekdil qərarı ilə, digər məsələlər isə sadə səs çoxluğu ilə qəbul edilir.

4.6. Ümumi Yığıncağın qərarları iştirakçılar tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və Cəmiyyətin möhürü ilə təsdiqlənir.

5. MÜŞAHİDƏ ŞURASI

5.1. Müşahidə Şurası Cəmiyyətin icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirən orqandır. Müşahidə Şurası tək sayda ən azı üç üzvdən ibarət olmaqla, formalaşır. Şuranın üzvləri Ümumi Yığıncaq tərəfindən iştirakçılardan və ya kənar şəxslərdən üç il müddətinə, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq təyin edilən fiziki şəxslərdir. Cəmiyyətin İdarə Heyətinin üzvü Müşahidə Şurasının üzvü seçilə bilməz. Ümumi Yığıncaq Müşahidə Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir. Müşahidə Şurasının iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müşahidə Şurasının sədri onun iclaslarını üç ayda bir dəfədən az olmayaraq çağırır və iclaslara sədrlik edir. Müşahidə Şurasının qərarları iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Şəxslər bərabər olduqda, Müşahidə Şurasının sədrinin səsi həlledici sayılır. Müşahidə Şurasının qərarları Müşahidə Şurasının sədri tərəfindən imzalanır.

5.2.Müşahidə Şurası aşağıdakı səlahiyyətlərə malikdir:

·  Cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərini və inkişaf strategiyasını müəyyənləşdirmək, Cəmiyyətin biznes planını təsdiq etmək;

·  Cəmiyyətin icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən İdarə Heyətindən məlumat almaq;

·  Ümumi Yığıncaq və İdarə Heyəti üçün tövsiyələr vermək;

·  Cəmiyyət tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə bu pozuntu barəsində Ümumi Yığıncağı və İdarə Heyətini xəbərdar etmək;

·  Cəmiyyətin idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları və əsasnamələri qəbul etmək;

·  Cəmiyyətin fəaliyyətinin kompleks və ayrı-ayrı sahələrinin yoxlanılması barədə qərar qəbul etmək.

6.CƏMİYYƏTİN İCRA ORQANI

6.1. Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik və onun işlərinin aparılması onun kollegial icra orqanı olan İdarə Heyəti tərəfindən həyata keçirilir.

6.2. İdarə Heyəti tək sayda olmaqla azı üç fiziki şəxsdən ibarət olur. İdarə Heyətinin üzvləri Ümumi Yığıncaq tərəfindən Cəmiyyətin iştirakçıları və kənar şəxslərdən dörd il müddətinə seçilir. Onlar təkrar müddətə seçilə (təyin edilə) bilər. Müşahidə Şurasının üzvü İdarə Heyətinin üzvü seçilə (təyin edilə) bilməz. İdarə Heyətinin üzvləri Cəmiyyətlə aralarında bağlanmış əmək müqaviləsinə əsasən fəaliyyət göstərir. İdarə Heyətinin sədri üzvlər arasından Ümumi Yığıncaq tərəfindən təyin edilir. İdarə Heyətinin iclası üzvlərinin 2/3-si iştirak etdikdə səlahiyyətli sayılır. İdarə Heyətinin qərarları adi səs çoxluğu ilə qəbul edilir. İdarə Heyətinin bütün iclasları protokollaşdırılır, İdarə Heyətinin bütün üzvləri tərəfindən imzalandıqdan sonra Cəmiyyətin möhürü ilə təsdiq edilir. Cəmiyyətin iştirakçıları və ya onların səlahiyyətli nümayəndələri iclasın protokolları ilə tanış ola bilərlər.

6.3. İdarə Heyətinin səlahiyyətinə aşağıdakılar aid edilir:

·   Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edir və onun operativ idarə olunmasını həyata keçirir;

·   Cəmiyyətin daxili əmək intizamı qaydalarını, Ümumi Yığıncaq və Müşahidə Şurası tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin edir;

·   Cəmiyyətin əməkdaşlarının vəzifə təlimatını (əmək funksiyasını) hazırlayır və təsdiq edir;

·   Cəmiyyətin əməkdaşlarının təhsil alması üzrə proqramlar və tədbirlərə aid təkliflər hazırlayır və təsdiq edir;

·   Cəmiyyətin fəaliyyəti ilə bağlı digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirir.

6.4. İdarə Heyətinin səlahiyyətlərinə həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu nizamnamə ilə Ümumi Yığıncağın və Müşahidə Şurasının səlahiyyətlərinə aid edilməmiş digər səlahiyyətlər daxildir.

6.5. İdarə Heyəti Sədrinin səlahiyyətinə aşağıdakılar daxil edilir:

·  vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış edir, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir;

·  Cəmiyyətin adından bütün növ müqavilələr bağlayır, vəkalətnamələr verir (o cümlədən başqasına etibar etmək hüququ ilə), banklarda Cəmiyyətin cari və başqa bank hesablarını açır və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarını aparır;

·  Cəmiyyətin işçilərini işə qəbul edib işdən azad edir, işçilərə həvəsləndirmə tədbirləri tətbiq edir, Cəmiyyətin daxili əmək intizamı qaydalarına və qanunvericiliyə müvafiq olaraq onları intizam məsuliyyətinə cəlb edir.

·  Cəmiyyətin daxili fəaliyyət məsələləri üzrə qərar qəbul edir və əmrlər (sərəncamlar) verir.

6.6. Ümumi Yığıncağın qərarı ilə icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər.

7. Cəmİyyətİn ləğv olunmasI və YENİDƏN TƏŞKİLİ

7.1. Cəmiyyətin ləğv olunması və yenidən təşkili Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir.

Qeyd : adi e-qeydiyyat zamanı ““kollegial icra orqanı”“müşahidə şurası” linki seçildikdə

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 6

“ƏDV məqsədləri üçün onlayn qeydiyyat” elektron xidməti üzrə

inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün e-qeydiyyat.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyicisi olan hüquqi və fiziki şəxslərin, qeyri- rezidentin daimi nümayəndəliyinin, filial və bölməsinin elektron formada Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmasını əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 157-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.6-cı bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi ödəyicisinin elektron ünvanına Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizəsinin icraya qəbul edildiyi və ƏDV məqsədləri üçün Bildirişin vergi orqanından götürülməsi haqqında məlumat göndərilir.

Əlavə dəyər vergisinin məqsədləri üçün Bildirişin kağız daşıyıcılarda alınması üçün vergi ödəyicisinin rəhbəri və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq yerli vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/ http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.taxes.gov.az

- http://www.e-gov.az

- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün xidmətin təqdim edildiyi elektron ünvandakı ərizədə olan məlumatlar interaktiv şəkildə vergi ödəyicisi tərəfindən sistemə daxil edilir.

Qeyd: Elektron xidmət bölməsinə müraciət edən şəxs tərəfindən doldurulması tələb olunan ərizə forması bu reqlamentə əlavə edilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: Vergi ödəyicisinin Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizəsi İnternet Vergi idarəsi portalının Onlayn Kargüzarlıq bölümü üzərindən aparılır. “ƏDV-nin qeydiyyatı ərizəsi”ni işləmək üçün Yeni müraciət düyməsi sıxılır və açılan pəncərədə:

- “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

- “Müraciətin növü” siyahısından - Ərizə

- “Sənədin növü” siyahısından - ƏDV qeydiyyatı ərizəsi seçilir və Qəbul düyməsi sıxılır.

Açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

- Qeydiyyat növü seçilir;

- Qüvvəyə minmə tarixi daxil edilir;

- İrəli düyməsi sıxılır.

Sonra monitora daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.

İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün Qəbul düyməsini basır. Əks halda, imtina etmək üçün İmtina düyməsi icra edilir.

Təsdiqdən sonra ekrana “ƏDV məqsədləri üçün qeydiyyata alınma haqqında ərizənin qəbul edildiyibarədə Bildiriş çıxır.

Çap düyməsilə Bildiriş çap edilir.

Ödəyici tərəfindən göndərilən elektron ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizəsinin Azərbaycan Respublikasının Vergilər Nazirliyində icra vəziyyətini izləyə bilər.

3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Vergi ödəyicisinin Əlavə dəyər vergisinin məqsədləri üçün e-qeydiyyatından elektron qeydiyyat anında onun ƏDV ödəyicisi olduğu və ƏDV-nin qüvvəyə minmə tarixinin vergi ödəyicisinin qeydiyyat tarixindən əvvəlki tarix olduğu hallarda imtina edilir.

3.3.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda ərizə qəbul edilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

-  İstifadəçi adı, şifrə və parola görə vergi ödəyicisinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-  Gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- akkreditə edilmiş sertifikat mərkəzi;

-  Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması, məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-  Vergi ödəyicisinə əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyat alınması barədə Bildirişin verilməsi, (prosesin sonu), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

-  Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Vergi ödəyicisinin elektron ünvanına Əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizəsinin icraya qəbul edildiyi və ƏDV məqsədləri üçün Bildirişin vergi orqanından götürülməsi haqqında məlumat göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə Onlayn qaydada nəzarət edilir.

3.5.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 7

“Bank idarələrində hesabların açılması” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Bank idarələrində hesabların açılması.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyicilərinə bank idarələrində hesabların açılması üçün elektron qaydada şəhadətnamə-dublikatların verilməsini və onların banklara göndərilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 35-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.7-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Banklar.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Vergi ödəyicisinin ərizəsi bir neçə dəqiqə ərzində emal edilir və hesab açmaq üçün şəhadətnamə dublikat Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) iş rejimindən asılı olaraq ən geci 2 iş günü ərzində bank idarəsinə ötürülür.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi ödəyicisinin ekranına bank idarəsində hesab açmaq haqqında ərizəsinin qəbul edilməsi barədə BİLDİRİŞ çıxarılır. Bildirişdə vergi ödəyicisinin hansı tarixdə bank idarəsinə müraciət etməli olduğu göstərilir və onu çap etmək olar.

Əgər hesabın açıldığı bank idarəsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə elektron mübadiləyə qoşulmayıbsa vergi ödəyicisi vergi orqanından şəhadətnamə dublikatı kağız daşıyıcılarda götürərək bank idarəsinə təqdim etməlidir.

.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/ http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.taxes.gov.az

- http://www.e-gov.az 

- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün xidmətin təqdim edildiyi elektron ünvandakı ərizədə olan məlumatlar interaktiv şəkildə vergi ödəyicisi tərəfindən sistemə daxil edilir.

Qeyd: Elektron xidmət bölməsinə müraciət edən şəxs tərəfindən doldurulması tələb olunan ərizə forması bu reqlamentə əlavə edilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: Vergi ödəyicisinin bank idarəsində hesab açması ərizəsi İnternet Vergi idarəsi portalının Onlayn Kargüzarlıq bölümü üzərindən işlənilir. Bu məqsədlə Yeni müraciət düyməsi sıxılır və açılan pəncərədə:

- “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

- “Müraciətin növü” siyahısından - Ərizə

- “Sənədin növü” siyahısından - Bankda hesab açılması ərizəsi seçilir və Qəbul düyməsi sıxılır.

Açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

- Bankın adı seçilir;

- Bankın filialının adı seçilir;

- Hesabın növü seçilir;

- Valyutanın növü seçilir;

- İrəli düyməsi sıxılır.

Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.

İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün Qəbul düyməsini basır. Əks halda, imtina etmək üçün İmtina düyməsi icra edilir.

Təsdiqdən sonra ekrana “Bankda hesab açılması barədə Bildiriş” çıxır.

Çap düyməsilə Bildiriş çap edilir.

Vergi ödəyicisi tərəfindən göndərilən elektron ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizənin Azərbaycan Respublikasının Vergilər Nazirliyində icra vəziyyətini izləyə bilər.

3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduğu halda ona bank idarəsində hesab açmaq üçün şəhadətnamə-dublikatların verilməsindən imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesaj verilir.

3.3.2. Sorğunun qəbulu: Vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadığı halda ona bank idarəsində hesab açmaq üçün şəhadətnamə-dublikat verilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

- İstifadəçi adı, şifrə və parola görə vergi ödəyicisinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

- Gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- akkreditə edilmiş sertifikat mərkəzi;

- Vergi ödəyicisinə bank hesabı açmaq üçün şəhadətnamə dublikatın verilməsi, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

- Şəhadətnamə dublikatın elektron şəkildə bank idarəsinə göndərilməsi (prosesin sonu), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

- Açılmış hesablar və ya şəhadətnamənin etibarsız hesab edilməsi barədə məlumatların elektron şəkildə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilməsi, məsul şəxs –bank idarələri.

- Hesab nömrələrinin məlumat bazasına daxil edilməsi (prosesin sonu), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Vergi ödəyicisinin ərizəsi bir neçə dəqiqə ərzində emal edilir və hesab açmaq üçün şəhadətnamə dublikat Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) iş rejimindən asılı olaraq ən geci 2 iş günü ərzində bank idarəsinə ötürülür.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Vergi ödəyicisinin ekranına bank idarəsində hesab açmaq haqqında ərizəsinin qəbul edilməsi barədə BİLDİRİ çıxarılır. Bildirişdə vergi ödəyicisinin hansı tarixdə bank idarəsinə müraciət etməli olduğu göstərilir və onu çap etmək olar.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə Onlayn qaydada nəzarət edilir.

3.5.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 8

“Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vergi və digər büdcə daxilolmalarının internet vasitəsi ilə ödənilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyiciləri tərəfindən vergi və rüsumların müasir ödəniş mexanizmlərindən istifadə edilərək elektron formada ödənilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 24.11.2010-cu il tarixli, 358 nömrəli Fərmanının 6.3-cü bəndi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 284-IVQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2012-ci il 20 yanvar tarixli 571 nömrəli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.8-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Xidmətin həyata keçirilməsi nəticəsində vəsait kart sahibinin bank hesabından silinərək müvafiq Xəzinədarlıq orqanında olan büdcə hesabına köçürülür. Aparılmış hər bir əməliyyat üzrə real vaxt rejimində elektron formada 30-60 saniyə ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat ötürülür.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.

Kart sahibindən aparılmış hər bir əməliyyata görə Azərbaycan Respublikasının Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) ilə əməliyyatların aparılmasına dair Kollektiv Sazişlə tənzimlənən tarif əsasında avtomatik rejimdə müvafiq bank idarəsinin xeyrinə xidmət haqqı tutulur.

2.3. Elektron xidmətin istifadəçiləri: Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/ http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.taxes.gov.az

- http://www.e-gov.az

- http://www.e- taxes.gov.az/

 - Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az.

2.6 Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Vergi və rüsumların elektron şəkildə ödənilməsi üçün sənəd tələb olunmur. Xidmətin yerinə yetirilməsi üçün istifadəçi ödəniş kartına malik olmalıdır.

2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda: Mərkəzi Bankın KÖMİS sistemində ödəyici haqqında məlumatın, ödəyicinin qeydiyyatdan keçdiyi region üzrə Yerli Xəzinədarlıq Orqanının bank rekvizitlərinin və büdcə təsnifatının kodunun mərkəzi informasiya bazasında olması yoxlanılır və büdcə səviyyəsinin, büdcə təşkilatının kodu avtomatik rejimdə müəyyənləşdirilərək ödəniş tranzaksiyasına əlavə edilir. Ödəniş kartının məlumatları və kart hesabında kifayət qədər vəsaitin olması müvafiq prosessinq mərkəzi tərəfindən yoxlanılır.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: Vergi və rüsumların elektron ödənişi üzrə sorğu elektron imzadan və ya vergi ödəyicisinə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Müqavilə əsasında verilmiş şifrə və paroldan istifadə edilməklə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən verilir.

İstifadəçi tərəfindən aparılmış hər bir ödəniş üzrə əməliyyat aparıldıqdan sonra 30-60 saniyə ərzində KÖMİS vasitəsilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat ötürülür. Gün ərzində aparılmış ödənişlərin kliring prossesi növbəti ilk əməliyyat günü həyata keçirilir.

3.2.1. İnteraktiv elektron xidmətlər uçun sorğunun formalaşdırılması:

İstifadəçi ödəmə əməliyyatlarını internet vasitəsilə həyata keçirmək üçün aşağıdakı əməliyyatları yerinə yetirir:

- İnternet Vergi İdarəsi saytına (www.e-taxes.gov.az)  daxil olur və Giriş düyməsini sıxır. Açılan pəncərədə İstifadəçi kodu, parol, şifrəni daxil edir (sistemə daxil olmaq üçün "e-İmza" kartından da istifadə etmək olar). Onlayn kargüzarlıq və e-VHF" bölməsini seçir. Sonra "Daxil ol" düyməsi sıxılır. İstifadəçi yeni açılmış pəncərədən "Onlayn Ödəmə" düyməsini sıxır. Bu zaman sistem tərəfindən ekrana həmin tarixə onun büdcəyə olan borcu barədə məlumat çıxarılır.

- Təsnifat kodu siyahıdan seçilir:

- Növbəti xanaya Ödəniləcək məbləği daxil edilir və “Ödə” düyməsi sıxılır. Bu halda Mərkəzi Bankın KÖMİS-i mühitinə keçid alınır və yeni ekran açılır.

-ödəniş kartının nömrəsinin ilk 6 rəqəmini yığaraq “Ödəmək” düyməsini sıxır. Yeni ekranda aşağıdakı məlumatlar daxil edilir

- Kartın nömrəsi xanasına ödəmə kartının növbəti nömrələri əlavə edilir (kartın nömrəsinin ilk 6(altı) rəqəmi yuxarıdakı pəncərədə daxil edilmişdir);

- Kartın istifadə müddətinin bitmə tarixi (ay, il) müvafiq siyahılardan seçilir;

- Kartın 3 rəqəmli CVV2/CVC2 kodu daxil edilir;

- Kartın növü siyahıdan seçilir.

Əməliyyatı təsdiqləmək üçün Təsdiq düyməsi sıxılır. Daxil edilmiş məlumatlarda kənarlaşma olmadıqda “Ödəniş müvəffəqiyyətlə başa çatdı” xəbərdarlıq məlumatı verilir. Son mərhələdə ekrana aparılmış ödəniş üzrə Mədaxil qəbzi çıxarılır. İstifadəçi qəbzi çap edə və yaxud elektron poçt ünvanına istiqamətləndirə bilər. Ödəniş bitdikdən, KÖMİS-in infrastrukturunda proses başa çatdıqdan sonra ödəyici avtomatik rejimdə yenidən Vergilər Nazirliyinin “İnternet Vergi İdarəsi” portalına keçid alır

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Vergi və rüsumların elektron formada ödənilməsindən ödəniş kartının məlumatları yanlış olduqda, hesabda vəsait olmadıqda sistem tərəfindən bu barədə istifadəçi interfeysi vasitəsilə ödəyiciyə müvafiq xəbərdarlıq edilir.

3.3.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda ödəniş aparılır.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Vergi və rüsumların elektron ödənişi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “İnternet Vergi İdarəsi” portalının (https://www.e-taxes.gov.az) “Elektron ödəmə” bölməsində aparılır. İstifadəçi “Elektron ödəmə” düyməsini sıxdıqda sistem tərəfindən ekrana həmin tarixə onun büdcəyə olan borcu barədə məlumat çıxarılır. İstifadəçi təsnifat kodunu seçərək ödəyəcəyi məbləği daxil edir və “Ödə” düyməsini sıxır. Bu halda Mərkəzi Bankın KÖMİS-i mühitinə keçid alınır və yeni ekran açılır. Ödəyici ödəniş kartının nömrəsinin ilk 6 rəqəmini yığaraq “Ödəmək” düyməsini sıxır. Növbəti ekran formasında Ödəyici ekranda ödəniş kartının nömrəsinin qalan hissəsini, kartın istifadə müddətinin bitmə tarixini, kartın növünü daxil edərək “Təsdiq” düyməsini sıxır. Ekrana “Ödəniş müvəffəqiyyətlə başa çatdı” xəbərdarlıq məlumatı verilir. Son mərhələdə ekrana aparılmış ödəniş üzrə Mədaxil qəbzi çıxarılır. İstifadəçi qəbzi çap edə və yaxud elektron poçt ünvanına istiqamətləndirə bilər. Ödəniş bitdikdən, KÖMİS-in infrastrukturunda proses başa çatdıqdan sonra ödəyici avtomatik rejimdə yenidən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “İnternet Vergi İdarəsi” portalına keçid alır.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Xidmətin həyata keçirilməsi nəticəsində vəsait kart sahibinin bank hesabından silinərək müvafiq Xəzinədarlıq orqanında olan büdcə hesabına köçürülür. Aparılmış hər bir əməliyyat üzrə real vaxt rejimində elektron formada 30-60 saniyə ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat ötürülür.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə Onlayn qaydada nəzarət edilir.

3.5.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə 9

“Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyicilərinin onlayn rejimdə sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına elektron formada təqdim edilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16-cı və 72-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.10-cu bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Sadələşdirilmiş vergi bəyannaməsi İnternet Vergi İdarəsi vasitəsilə onlayn rejimdə elektron formada tərtib edilərək təqdim edilir və bu barədə vergi ödəyicisinə bildiriş verilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: https://www.e-taxes.gov.az/ http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.e-taxes.gov.az/dispatcher?menu=ebyn&submenu=1&nav=ebyn

- http://www.taxes.gov.az/?name=beyanname&bolme=formalar&lang=

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az

2.6 Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Onlayn rejimdə tərtib edilmiş sadələşdirilmiş vergi bəyannaməsi

Xidmətin təqdim edildiyi elektron ünvandan bəyannamədə olan məlumatlar interaktiv şəkildə istifadəçi tərəfindən sistemə daxil edilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə istifadəçi sistemə daxil olaraq onlayn rejimdə sadələşdirilmiş vergi bəyannaməsini elektron formada tərtib edir və həmin sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edir.

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: Vergi ödəyicisinin Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi İnternet Vergi idarəsi portalının E-bəyannamə, ƏDV-DH və ŞHV bölümü üzərindən aparılır. Açılan pəncərədən:

- “e-Bəyannamə”siyahısından “Online sadələşdirilmiş bəyannamə” seçilir və bəyannamə forması açılır.

- Açılmış online sadələşdirilmiş bərannamə formasına məlumatlar daxil edilir.

- Məlumatlar daxil edildikdən sonra “Göndər” düyməsi sıxılaraq bəyannamə yüklənilir..

- Yüklənmiş bəyannamələrin sistem tərəfindən avtomatik yoxlanılması üçün – “Yoxla” düyməsinə basılır.

- Bəyannamədə səhv tapıldıqda bu barədə müvafiq mesaj çıxır. Yanıb-sönən mesaj düyməsi sıxılmaqla səhvin təfərrüatları ekrana çıxarılır. Aşkar edilmiş səhv aradan qaldırıldıqdan sonra proses davam etdirilir.

- Bəyannamədə səhv tapılmadıqda “təsdiq et” düyməsi sıxılır

- Təsdiqdən sonra Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına göndərilməsi barədə ekrana Bildiriş çıxır.

Çap düyməsi ilə Bildiriş çap edilir.

3.2.2. Sorğunun qəbulu: Sadələşdirilmiş vergi bəyannaməsi tərtib edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş bildiriş verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Sadələşdirilmiş vergi bəyannaməsinin qəbulundan aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir:

- İstifadəçi kodu, parol və ya şifrəsi səhv olarsa;

- Vaxtı keçmiş olarsa;

- Fərdi sahibkar vəfat etmiş olarsa;

- VÖEN səhv olarsa;

- İdarə kodu (ƏVİ kodu) səhv olarsa;

- Səyyar vergi yoxlaması aparılan dövr üzrə;

- Mükəlləfiyyəti uyğun deyilsə;

- Sadələşdirilmiş vergi bəyannaməsinin dövrü səhv göstərilərsə və s.

3.3.2. Sorğunun qəbulu: İmtina üçün əsas olmadıqda sadələşdirilmiş vergi bəyannaməsi qəbul edilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sadələşdirilmiş vergi bəyannaməsi onlayn rejimdə tərtib edilərək təqdim edildikdə avtomatik olaraq vergi ödəyicisinə bildiriş verilir və sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş hesab edilir.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır[43]

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

Xidmətin yerinə yetirilməsi nəticəsində vergi ödəyicisinin bəyannaməsi İnternet Vergi İdarəsi vasitəsilə onlayn rejimdə elektron formada tərtib edilərək təqdim edilir və bu barədə vergi ödəyicisinə bildiriş verilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.5.2. nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə 10

“Vergi borcu barədə arayışın verilməsi üçün müraciətin qəbulu”

elektron xidməti inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vergi borcu barədə arayışın verilməsi üçün müraciətin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət borclu vergi ödəyicilərinin vergi borcu barədə arayışlar üzrə müraciətlərin qəbulu və onların cavablandırılmasını əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.12-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Vergi borcu barədə arayışlar müraciət qeydiyyata alındığı gündən etibarən 15 gündən gec olmayaraq təqdim edilir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi ödəyicisi tərəfindən edilmiş müraciət cavablandırılaraq onun elektron ünvanına göndərilir.

Vergi ödəyicisi vergi borcu barədə arayışı kağız formatında da qeydiyyatda olduğu vergi orqanından əldə edə bilər.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/ http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.taxes.gov.az/

- http://www.e-taxes.gov.az/

- http://www.e-gov.az

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az

- tel: 012 403-87-71

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Elektron xidmətin göstərilməsi üçün hər hansı sənəd tələb olunmur.

Xidmət təqdim olunan elektron ünvandan müvafiq menyu vasitəsilə seçilərək qəbul edildikdən sonra müvafiq ərizə forması avtomatik olaraq sistem tərəfindən doldurulub icra olunması üçün aidiyyəti yerli vergi orqanına göndərilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: İstifadəçi sorğunu göndərmək üçün təqdim olunan elektron ünvanda “Onlayn Kargüzarlıq” bölməsinə daxil olaraq “Yeni müraciət” ekranı açılır, açılan ekranda “Müraciətin növü” sətrində ərizə, “Sənədin növü” sətrində isə “Borun olub-olmaması barədə” ərizə seçilərək “Qəbul” düyməsi basıldıqdan sonra ərizə hazırlanır.

3.2.2. Sorğunun qəbulu: Təqdim edilən sorğu Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən qəbul edilir, qeydiyyata alınaraq ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir və aidiyyəti şöbəyə göndərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1 Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): Vergi borcu barədə arayışın verilməsi üçün edilən müraciətlər bütün hallarda cavablandırılır.

3.3.2. Sorğunun qəbul edilməsi: İmtina üçün əsas olmadıqda sorğu qəbul edilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Təqdim edilən müraciətlər Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən qəbul edilir, qeydiyyata alınaraq ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir və aidiyyəti şöbəyə göndərilir.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.[44]

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Aidiyyəti şöbədə sənədlərə baxılır, müraciətin növü müəyyənləşdirilir və 15 gün müddətində müraciətin növünə uyğun olaraq cavab məktubu hazırlanaraq vergi ödəyicisinin elektron ünvanına göndərilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Vergi ödəyicisi tərəfindən edilmiş müraciət cavablandırılaraq onun elektron ünvanına göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi(195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə 11

“Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün müraciətin qəbulu” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün müraciətin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət borclu vergi ödəyicilərinin şəxsi hesab vərəqəsindən çıxarışlar üzrə müraciətlərin qəbulu və onların cavablandırılmasını əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.2-ci maddəsi, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.13-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Şəxsi hesab vərəqəsindən çıxarışlar müraciət qeydiyyata alındığı gündən etibarən 15 gündən gec olmayaraq təqdim edilir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi ödəyicisi tərəfindən edilmiş müraciət cavablandırılaraq onun elektron ünvanına göndərilir.

Vergi ödəyicisi şəxsi hesab vərəqəsindən çıxarışı kağız formatında da qeydiyyatda olduğu vergi orqanından əldə edə bilər.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/ http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.taxes.gov.az/

- http://www.e-taxes.gov.az/

- http://www.e-gov.az

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az

- tel: 012 403-87-71

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Elektron xidmətin göstərilməsi üçün hər hansı sənəd tələb olunmur.

Xidmət təqdim olunan elektron ünvandan müvafiq menyu vasitəsilə seçilərək qəbul edildikdən sonra müvafiq ərizə forması avtomatik olaraq sistem tərəfindən doldurulub icra olunması üçün aidiyyəti yerli vergi orqanına göndərilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: İstifadəçi ona təqdim olunan elektron ünvanda “Onlayn Kargüzarlıq” bölməsinə daxil olduqda “Yeni müraciət” ekranı açılır, açılan ekranda “Müraciətin növü” sətrində ərizə, “Sənədin növü” sətrində isə “Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi barədə” ərizə seçilərək “Qəbul” düyməsi basıldıqdan sonra müraciət qeydə alınır.

3.2.2. Sorğunun qəbulu: Təqdim edilən sorğu Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən qəbul edilir, qeydiyyata alınaraq ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir və aidiyyəti şöbəyə göndərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1 Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): Vergi Məcəlləsinin 87.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir.

3.3.2. Sorğunun qəbul edilməsi: İmtina üçün əsas olmadıqda sorğu qəbul edilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Təqdim edilən müraciətlər Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən qəbul edilir, qeydiyyata alınaraq ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir və aidiyyəti şöbəyə göndərilir.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Aidiyyəti şöbədə sənədlərə baxılır, müraciətin növü müəyyənləşdirilir və 15 gün müddətində müraciətin növünə uyğun olaraq cavab məktubu hazırlanaraq vergi ödəyicisinin elektron ünvanına göndərilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Vergi ödəyicisi tərəfindən edilmiş müraciət cavablandırılaraq onun elektron ünvanına göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə 12

“Üzləşmə aktlarının verilməsi üçün müraciətin qəbulu” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı Üzləşmə aktlarının verilməsi üçün müraciətin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət üzləşmə aktları üzrə müraciətlərin qəbulu və onların cavablandırılmasını əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.2-ci maddəsi, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.14-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Üzləşmə aktları müraciət qeydiyyata alındığı gündən etibarən 15 gündən gec olmayaraq təqdim edilir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi ödəyicisi tərəfindən edilmiş müraciət cavablandırılaraq onun elektron ünvanına göndərilir.

Vergi ödəyicisi üzləşmə aktını kağız formatında da qeydiyyatda olduğu vergi orqanından əldə edə bilər.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/ http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.taxes.gov.az/

- http://www.e-taxes.gov.az/

- http://www.e-gov.az

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az

- tel: 012 403-87-71

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Elektron xidmətin göstərilməsi üçün hər hansı sənəd tələb olunmur.

Xidmət təqdim olunan elektron ünvandan müvafiq menyu vasitəsilə seçilərək qəbul edildikdən sonra müvafiq ərizə forması avtomatik olaraq sistem tərəfindən doldurulub icra olunması üçün aidiyyəti yerli vergi orqanına göndərilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: İstifadəçi ona təqdim olunan elektron ünvanda “Onlayn Kargüzarlıq” bölməsinə daxil olaraq “Yeni müraciət” ekranı açılır, açılan ekranda “Müraciətin növü” sətrində ərizə, “Sənədin növü” sətrində isə “Üzləşdirmə aktının verilməsi barədə” ərizə seçilərək “Qəbul” düyməsi basıldıqdan sonra müraciət qeydə alınır.

3.2.2. Sorğunun qəbulu: Təqdim edilən sorğu Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən qəbul edilir, qeydiyyata alınaraq ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir və aidiyyəti şöbəyə göndərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1 Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): Vergi Məcəlləsinin 87.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə üzləşmə aktı verilmir.

3.3.2. Sorğunun qəbul edilməsi: İmtina üçün əsas olmadıqda sorğu qəbul edilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Təqdim edilən müraciətlər Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən qəbul edilir, qeydiyyata alınaraq ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir və aidiyyəti şöbəyə göndərilir.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Aidiyyəti şöbədə sənədlərə baxılır, müraciətin növü müəyyənləşdirilir və 15 gün müddətində müraciətin növünə uyğun olaraq cavab məktubu hazırlanaraq vergi ödəyicisinin elektron ünvanına göndərilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Vergi ödəyicisi tərəfindən edilmiş müraciət cavablandırılaraq onun elektron ünvanına göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 13

“Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması” elektron xidməti üzrəinzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi orqanları tərəfindən vergi ödəyicilərinin nəzarət-kassa aparatlarının (NKA) elektron formada qeydiyyata alınması və qeydiyyatdan çıxarılmasını əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: - Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.8-ci və 24.0.6-cı maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” 266 nömrəli Qərarı, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.20-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: NKA-nın qeydiyyata alınması ərizəsi işlənildikdə vergi ödəyicisinin Nəzarət- kassa aparatı qeydiyyata alınır və bu barədə ona Bildiriş göndərilir, NKA-nın qeydiyyatdan çıxma ərizəsi işlənildikdə isə vergi ödəyicisinə 3 gün ərzində akt tərtib ediləcəyi və NKA-nın qeydiyyatdan çıxarılacağı barədə Bildiriş göndərilir. Akt tərtib edildikdən sonra NKA qeydiyyatdan çıxarılır.

NKA-nın qeydiyyat vərəqəsinin kağız daşıyıcılarda alınması üçün vergi ödəyicisinin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq yerli vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/, http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- NKA-nın qeydiyyata alınması və qeydiyyatdan çıxarılması barədə ərizələr;

Xidmətin təqdim edildiyi elektron ünvandan ərizələrdə olan məlumatlar interaktiv şəkildə vergi ödəyicisi və ya Servis Texniki Xidmət Mərkəzi (bundan sonra STXM) tərəfindən sistemə daxil edilir.

Ərizə vergi ödəyicisi tərəfindən təqdim olunduqda ona elektron formada (PDF fayl şəklində) aşağıdakı sənədlər əlavə olunur:

-    STXM-in NKA-nın quraşdırılması və ya qeydiyyatdan çıxarılması barədə aktı;

- Ərizənin təqdim olunma tarixinə NKA-nın fiskal yaddaşının göstəricisini əks etdirən çek;

-     Nəzarət-kassa aparatında quraşdırılmış elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti barədə STXM-in aktı.

- Ərizə STXM tərəfindən vergi orqanına elektron formada göndərildikdə isə yuxarıda göstərilən sənədlərə vergi ödəyicisi ilə STXM arasında bağlanmış Müqavilə əlavə olunur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: Nəzarət kassa aparatının qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması ərizəsi İnternet Vergi idarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə

·  “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

·  “Müraciətin növü” siyahısından - Ərizə

·  “Sənədin növü” siyahısından - NKA-nın qeydiyyata alınması və NKA-nın qeydiyyatdan çıxarılması ərizələrindən biri seçilir və “Qəbul” düyməsi sıxılır.

a) Əgər NKA-nın qeydiyyata alınması ərizəsi seçilmişdirsə açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

-   Obyekt kodu seçilir

-   NKA-nın markası seçilir

-   Zavod nömrəsi daxil edilir

-   Sayğacın ilk göstəricisi daxil edilir

-   Qeydiyyat tarixi daxil edilir

-   STXM aktının tarixi daxil edilir

-   Elektron qurğunun tipi seçilir (əgər quraşdırılıbsa)

-   Elektron qurğunun nömrəsi daxil edilir (əgər quraşdırılıbsa)

-   Fiskal yaddaşın göstəricisi daxil edilir

-   Quraşdırılma aktının tarixi daxil edilir

-   STXM-in NKA quraşdırma aktı elektron formada əlavə olunur

-   NKA-nın Fiskal yaddaş çeki elektron formada əlavə olunur

-   STXM-in EMQ quraşdırma aktı elektron formada əlavə olunur (əgər quraşdırılıbsa)

-   STXM ilə müqavilə elektron formada əlavə olunur (ərizə STXM tərəfindən təqdim edildiyi təqdirdə)

b) Əgər NKA-nın qeydiyyata çıxarılması ərizəsi seçilmişdirsə açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

-   Obyekt kodu seçilir

-   NKA-nın markası seçilir

-   Zavod nömrəsi daxil edilir

-   Qeydiyyatdan çıxma tarixi daxil edilir

-   STXM-in plombun zədələnməməsi aktı elektron formada əlavə olunur

-   NKA-nın Fiskal yaddaş çeki elektron formada əlavə olunur

-   STXM-in EMQ aktı elektron formada əlavə olunur (əgər quraşdırılıbsa)

Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.

 İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün “Qəbul” düyməsini sıxır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsi icra edilir.

Təsdiqdən sonra vergi ödəyicisinin elektron ünvanına “NKA-nın qeydiyyata alınması” və ya “Qeydiyyatdan çıxarılması” barədə Bildiriş göndərilir.

 3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Sistem tərəfindən NKA-nın quraşdırıldığı təsərrüfat subyekti üzrə vergi ödəyicisinin uçotda olub-olmaması, NKA-nın markasının müvafiq dövlət reyestrinə daxil edilib-edilməməsi, həmin NKA-nın digər obyektlərdə qeydiyyatda olub-olmaması, vergi ödəyicisi hüquqi şəxs olduqda məlumat bazasında onun rəhbəri barədə məlumatın olub-olmaması yoxlanılır. Əgər yuxarıda göstərilən şərtlərdən biri düz olmazsa, qeydiyyat ərizəsinin vergi orqanına göndərilməsinə yol verilmir.

Büdcəyə borcu olan vergi ödəyicisinin təsərrüfat subyektində quraşdırılmış NKA-nın qeydiyyatdan çıxarılmasına icazə verilmir.

Ərizənin göstəriciləri ilə ona əlavə olunmuş PDF formatda sənədlərdə kənarlaşmalar aşkar edildikdə NKA qeydiyyata alınmır və ya qeydiyyatdan çıxarılmır (Kənarlaşmalar barədə vergi ödəyicisinin E-qutusuna uyğunsuzluq barədə məktub göndərilir).

3.3.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda NKA qeydiyyata alınır və ya qeydiyyatdan çıxarılır.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

-    İstifadəçi adı, şifrə və parola görə vergi ödəyicisinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-    Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

-    Ərizəyə PDF formatda əlavə olunmuş sənədlərin düzgünlüyünün yoxlanılması, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

-    NKA-nın qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi..

-    NKA-nın plomlanması aktının tərtib edilərək sistemə daxil edilməsi, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

-    NKA-nın Qeydiyyat Vərəqəsinin hazırlanması və vergi ödəyicisinin elektron ünvanına göndərilməsi (prosesin sonu), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır[45]

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

Nəzarət kassa aparatı qeydiyyata alınaraq ona Qeydiyyat vərəqəsi verilir.

Vergi ödəyicisinin nəzarət-kassa aparatı qeydiyyatdan çıxarılır.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.5.2. nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 14

“POS-terminalın onlayn qeydiyyatı“ elektron xidməti üzrə

inzibati reqlament

1. Ümumi müddəalar

         1.1. Elektron xidmətin adı: POS-terminalın onlayn qeydiyyatı.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyicilərinin təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallar barədə məlumatların bank ekvayer (kommersiya bankları) tərəfindən elektron qaydada vergi orqanlarına göndərilməsini, vergi orqanları tərəfindən onlara qeydiyyat nömrəsinin verilməsini və həmin məlumatların elektron formada bank ekvayerə göndərilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində Pos-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında 219 nömrəli Qərarı, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.21-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: POS-terminalın qeydiyyata alınması ərizəsi işlənildikdə müvafiq bank ekvayerin elektron ünvanına ərizənin qeydiyyata alınması barədə Bildiriş göndərilir. Sonra 2 iş günü ərzində POS-terminala qeydiyyat nömrəsi verilir və bu barədə bank ekvayerin elektron ünvanına qeydiyyat nömrələri barədə məlumat göndərilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.       

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikası ərazində POS- terminalların quraşdırılması ilə məşğul olan banklar.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/, http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az

2.6.      Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- POS-terminalın qeydiyyata alınması barədə ərizə;

Xidmətin təqdim edildiyi elektron ünvandan ərizələrdə olan məlumatlar interaktiv şəkildə bank ekvayer tərəfindən sistemə daxil edilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: POS-terminalın qeydiyyata alınması ərizəsi İnternet Vergi idarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə

·  “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

·  “Müraciətin növü” siyahısından - Ərizə

·  “Sənədin növü” siyahısından - POS-terminalın qeydiyyata alınması ərizəsi seçilir və “Qəbul” düyməsi sıxılır.

Ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

-   Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) sistemə daxil edilir

-   Obyekt kodu seçilir

-   Bank ekvayerin adı sistem tərəfindən avtomatik müəyyənləşdirilək ekrana çıxarılır

-   Bank ekvayerin filialı seçilir (zərurət olduqda)

-   Siyahıdan prosessinq mərkəzi seçilir

-   POS-terminalın seriya və nömrəsi sistemə daxil edilir

Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.

İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün “Qəbul” düyməsini sıxır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsi icra edilir.

Təsdiqdən sonra bank ekvayerin elektron ünvanına “POS-terminalın qeydiyyata alınmasıərizəsinin icraya qəbul edilməsi barədə Bildiriş göndərilir.

 3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Sistem tərəfindən POS-terminalın quraşdırıldığı təsərrüfat subyekti üzrə vergi ödəyicisinin uçotda olub-olmaması və həmin POS-terminalın digər obyektlərdə qeydiyyatda olub-olmaması yoxlanılır. Əgər yuxarıda göstərilən şərtlərdən biri ödənilməzsə, qeydiyyat ərizəsinin vergi orqanına göndərilməsinə yol verilmir və bu barədə istifadəçinin ekranına mesaj verilir.

3.3.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda POS-terminal qeydiyyata alınır.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

-    İstifadəçi adı, şifrə və parola görə bank ekvayerin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-    Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

Pos-terminalın qeydiyyat məlumatlarının sistemə daxil edilməsi məsul şəxs –banklar.

-    Pos-terminala qeydiyyat nömrəsinin verilməsi və bu barədə məlumatın bank ekvayerin elektron ünvanına göndərilməsi, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

-    Pos-terminala verilmiş qeydiyyat nömrəsi barədə məlumat vergi ödəyicisinə verilməsi (prosesin sonu), məsul şəxs - banklar.

 Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

POS-terminal qeydiyyata alınaraq ona Qeydiyyat nömrəsi verilir və bu barədə məlumat bank ekvayerin elektron ünvanına göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.5.2. nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

POS-terminalın onlayn qeydiyyatı elektron xidməti üzrə Əlavə

POS-terminalın qeydiyyatı üçün müraciət

Bank ekvayerin adı: _________________________________

Sifarişçinin adı: ____________________________________

Sifarişçinin VÖEN-i: _________________________________

Təsərrüfat subyektinin kodu

Təsərrüfat subyektinin adı

Ünvan

POS-terminalın seriya nömrəsi

Bank ekvayerin səlahiyyətli

nümayəndəsi:                               ____________          ___________________

                                                        (imza)                       (soyadı, adı)

Tarix             __________________

M.Y.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 15

“POS-terminalın onlayn qeydiyyatdan çıxarılması“

elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

         1.1. Elektron xidmətin adı: POS-terminalın onlayn qeydiyyatdan çıxarılması.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyicilərinin təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalların qeydiyyatdan çıxarılması barədə məlumatların bank ekvayer (kommersiya bankları) tərəfindən elektron qaydada vergi orqanlarına göndərilməsini, vergi orqanları tərəfindən onların qeydiyyatdan çıxarılmasını və bu barədə məlumatların elektron formada bank ekvayerə göndərilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində Pos-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında 4 oktyabr 2012-ci il tarixli, 219 nömrəli Qərarı, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.22-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: POS-terminal qeydiyyatdan çıxarılır və bu barədə bank ekvayerin elektron ünvanına müvafiq məlumat göndərilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikası ərazisində Pos-terminalların quraşdırılması ilə məşğul olan banklar.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/, http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az

2.7.      Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- Pos-terminalın qeydiyyatdan çıxarılması barədə ərizə;

Xidmətin təqdim edildiyi elektron ünvandan ərizələrdə olan məlumatlar interaktiv şəkildə bank ekvayer tərəfindən sistemə daxil edilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: POS-terminalın qeydiyyatdan çıxarılması ərizəsi İnternet Vergi idarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə

·  “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

·  “Müraciətin növü” siyahısından - Ərizə

·  “Sənədin növü” siyahısından - Pos-terminalın qeydiyyatdan çıxarılması ərizəsi seçilir və “Qəbul” düyməsi sıxılır.

Ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

-   Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) daxil edilir

-   Obyekt kodu seçilir

-   POS-terminalın seriya və nömrəsi seçilir

-   POS-terminalın qeydiyyatdan çıxarılma səbəbi seçilir

Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.

İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün “Qəbul” düyməsini sıxır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsi icra edilir.

Təsdiqdən sonra bank ekvayerin elektron ünvanına “POS-terminalın qeydiyyata çıxarılmasıərizəsinin icraya qəbul edilməsi barədə Bildiriş göndərilir.

3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Sistem tərəfindən ilk növbədə qeydiyyatdan çıxarılan POS-terminalın həmin bank ekvayerə məxsus olması yoxlanılır. Bank ekvayer yalnız ona məxsus POS-terminalı qeydiyyatdan çıxara bilər. “Təsərrüfat subyekti ləğv edilmişdir” səbəbi ilə ancaq ləğv olunmuş təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalın qeydiyyatdan çıxarılmasına icazə verilir. “Yenisi ilə əvəz edilir” səbəbi seçilməklə ancaq aktiv və fəaliyyətini dayandırmış təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalı qeydiyyatdan çıxarmaq olar. Əgər yuxarıda göstərilən şərtlərdən biri düz olmazsa, qeydiyyat ərizəsinin vergi orqanına göndərilməsinə yol verilmir və bu barədə istifadəçinin ekranına mesaj verilir.

3.3.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda POS-terminal qeydiyyatdan çıxarılır.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

-    İstifadəçi adı, şifrə və parola görə bank ekvayerin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-    Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

-    POS-terminalın qeydiyyatdan çıxarılma məlumatlarının sistemə daxil edilməsi məsul şəxs –bank ekvayerlər.

-    POS-terminalların qeydiyyatdan çıxarılması və bu barədə məlumatın bank ekvayerin elektron ünvanına göndərilməsi, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

-    POS-terminalın qeydiyyatdan çıxarılması barədə məlumatın vergi ödəyicisinə verilməsi (prosesin sonu), məsul şəxs - Bank ekvayer.

 Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

POS-terminal qeydiyyatdan çıxarılır və bu barədə məlumat bank ekvayerin elektron ünvanına göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.5.2. nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

POS-terminalın onlayn qeydiyyatdan çıxarılması elektron xidməti üzrə

Əlavə

POS-terminalın qeydiyyatdan çıxarılması üçün müraciət

Bank ekvayerin adı    _______________________________

 Sifarişçinin adı            _______________________________

 Sifarişçinin VÖEN-i  ________________________________

Təsərrüfat subyektinin kodu

Təsərrüfat subyektinin  adı

Ünvan

POS-terminalın seriya nömrəsi

POS-terminalın qeydiyyat nömrəsi

POS -terminalın qeydiyyata alınma tarixi

 POS-terminalın qeydiyyatının ləğvi səbəbi:

Sifarişçi ilə bank ekvayer arasında bağlanmış müqaviləyə xitam verilib.           

POS-terminal yenisi ilə əvəz edilib.                                      

 Təsərrüfat subyekti ləğv edilib.

 Bank ekvayerin səlahiyyətli

nümayəndəsi                           ____________         _____________________

                                                      (imza)                   (soyadı, adı)

 Tarix __________________

M.Y.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 16[46]

“Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət fiziki şəxs olan vergi ödəyicilərinin (bundan sonra – istifadəçi) Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə və ya Vergilər Nazirliyinin Çağrı Mərkəzi (bundan sonra – Çağrı Mərkəzi) vasitəsi ilə fəaliyyətinin müvəqqəti dayandırılmasını əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.3-cü, 24.0.2-ci və 24.0.6-cı maddələri;

1.3.2.Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri; [47]

1.3.3. “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04.08.2016-cı il tarixli 2257 nömrəli Sərəncamının 2.11-ci bəndi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.23-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

1.6.1. İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə göstərilən xidmət tam avtomatlaşdırılmışdır;

1.6.2. Çağrı Mərkəzi vasitəsi ilə göstərilən xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti:

1.7.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.7.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə elektron xidmətin icra müddəti tələb olunan məlumatların istifadəçi tərəfindən təqdim edilməsindən, icraçının (Çağrı Mərkəzinin təmsilçisinin) həmin məlumatları sistemə daxil etməsindən, istifadəçinin gücləndirilmiş elektron imza vasitəsi ilə əməliyyatları təsdiqləməsindən və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılı olaraq 5-7 dəqiqədir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Fiziki şəxsin fəaliyyəti müvəqqəti dayandırılır. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə bu barədə vergi ödəyiciləri üçün ayrıca yaradılmış elektron ünvana onlayn qaydada bildiriş göndərilir. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə istifadəçinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (bundan sonra - ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imzanın bağlı olduğu mobil telefon nömrəsinə (bundan sonra - mobil telefon nömrəsi) SMS, habelə vergi ödəyiciləri üçün ayrıca yaradılmış elektron ünvana onlayn qaydada ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi göndərilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri:

2.3.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almış və Elektron sənəd mübadiləsi haqqında müqavilə əsasında istifadəçi kodu, parol və şifrə və ya Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanununun müddəalarına əsasən gücləndirilmiş elektron imza əldə etmiş fiziki şəxslər;

2.3.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almış və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən ASXM tərəfindən verilmiş gücləndirilmiş elektron imza əldə etmiş fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

2.4.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:

1. https://www.e-taxes.gov.az;

2. https://www.e-gov.az;

3. https://www.taxes.gov.az;

4. https://www.dxr.az.

2.4.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə: Çağrı Mərkəzi (195-1).

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. https://www.taxes.gov.az;

2.5.2. https://www.e-gov.az;

2.5.3. https://www.e-taxes.gov.az;

2.5.4. https://asanimza.az;

2.5.5. https://www.dxr.az;

2.5.6. Vergilər Nazirliyinin struktur vahid və bölmələri;

2.5.7. Vergi ödəyicilərinə xidmət mərkəzləri;

2.5.8. Çağrı Mərkəzi (195-1).

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Bu xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.

2.7. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda: Yoxdur

3. Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması:

3.1.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:

1. İstifadəçi Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza vasitəsi ilə İnternet Vergi İdarəsi Portalının “Onlayn kargüzarlıq və E-VHF” bölməsinə daxil olur.

2. İstifadəçi “Yeni müraciət” düyməsini sıxır, “Kimə” siyahısından “Vergilər Nazirliyi”, “müraciətin növü” siyahısından “Ərizə”, “Sənədin növü” siyahısından Fiziki şəxsin fəaliyyətinin dayandırılması”nı seçir və Qəbul” düyməsi sıxılır.

3. İstifadəçi açılan ekranda ərizə (“Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi”nin elektron forması) üzrə tələb edilən məlumatları daxil edir.

4. Daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir. İstifadəçi məlumatların doğruluğuna əmin olduqda “Qəbul” düyməsini sıxır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsi sıxılır.

3.1.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə:

1. İstifadəçi Çağrı Mərkəzinə (195-1) zəng etməklə müraciət edir.

2. İstifadəçi mobil telefon nömrəsini təqdim edir.

3. İstifadəçi kimliyinin müəyyənləşdirilməsi məqsədi ilə mobil telefon nömrəsinə gəlmiş SMS-lə tanış olduqdan sonra gücləndirilmiş elektron imza PİN2 kodunu daxil edir.

4. İstifadəçi tərəfindən təqdim edilən məlumatlar əsasında “Fiziki şəxsin fəaliyyətinin dayandırılması” ərizəsi doldurulur.

5. İstifadəçinin mobil telefon nömrəsinə ərizədə qeyd olunan məlumatlar barədə SMS göndərilir.

6. İstifadəçi SMS-lə tanış olduqdan sonra yoxlama kodunu təsdiqləyir və gücləndirilmiş elektron imza PİN2 kodunu daxil etməklə ərizəni imzalayır.

3.1.2. Sorğunun qəbulu:

1. Elektron xidmət İnternet Vergi İdarəsi Portali vasitəsi ilə həyata keçirildikdə istifadəçi ərizənin doğruluğunu təsdiqlədikdən sonra ekrana fəaliyyətin dayandırılması haqqında “Bildiriş” çıxır, həmin bildirişi çap etmək üçün “Çap”, bağlamaq üçün isə “Bağla” düymələrindən biri sıxılır. Eyni zamanda İstifadəçi “Onlayn kargüzarlıq və E-VHF” bölməsinin “Göndərdiklərim” qovluğundan ərizə və bildirişlə, habelə əməliyyat tarixçəsi ilə tanış ola bilər;

2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə əməliyyat başa çatdıqdan sonra istifadəçinin mobil telefon nömrəsinə fəaliyyətin dayandırılması barədə SMS və “Onlayn kargüzarlıq və E-VHF” bölməsindəki elektron qutusuna ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi göndərilir. Eyni zamanda İstifadəçi “Onlayn kargüzarlıq və E-VHF” bölməsinin “Göndərdiklərim” qovluğundan ərizə və ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi ilə tanış ola bilər.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

3.2.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:

1. Fəaliyyətin dayandırılması barədə daha əvvəl təqdim edilmiş ərizə üzrə məlumatlar Avtomatlaşdırılmış Vergi informasiya Sisteminə (bundan sonra - AVİS) daxil edilənədək, fiziki şəxs tərəfindən yenidən fəaliyyətin dayandırılması ərizəsi göndərildikdə;

2. Fəaliyyəti dayandırılmış fiziki şəxs tərəfindən həmin dövr daxil olmaqla fəaliyyətin dayandırılması barədə yeni ərizə təqdim edildikdə.

3.2.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə:

1. Fəaliyyətin dayandırılması barədə daha əvvəl təqdim edilmiş ərizə üzrə məlumatlar AVİS-ə daxil edilənədək, fiziki şəxs tərəfindən yenidən fəaliyyətin dayandırılması ərizəsinin təqdim edilməsi üçün müraciət edildikdə;

2. Fəaliyyəti dayandırılmış fiziki şəxs tərəfindən həmin dövr daxil olmaqla fəaliyyətin dayandırılması barədə yeni ərizənin təqdim edilməsi üçün müraciət edildikdə;

3. Müraciət edən şəxs ASXM tərəfindən verilmiş gücləndirilmiş elektron imzaya sahib olmadıqda;

4. Mobil telefon nömrəsi səhv bildirildikdə və ya həmin nömrə ilə bağlı nasazlıq olduqda;

5. Ərizədə qeyd edilməli olan məlumatlar dəqiq bildirilmədikdə;

6. Müraciət iş vaxtı (həftənin iş günləri, saat 09:00-18:00) edilmədikdə.

3.2.2. Sorğunun qəbulu: Sorğunun qəbulundan imtina üçün əsaslar olmadıqda fiziki şəxsin fəaliyyəti dayandırılır və ona bu barədə məlumat verilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.3.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat aşağıdakı kimidir:

1. İstifadəçi kodu, şifrə və parola və ya gücləndirilmiş elektron imza əsasında istifadəçinin sistemdə təyin edilməsi, məsul şəxs - Vergilər Nazirliyi;

2. Ərizə üzrə tələb olunan məlumatların düzgün daxil edilməsi, məsul şəxs – istifadəçi;

3. Fiziki şəxsin fəaliyyətinin dayandırılması, məsul şəxs - Vergilər Nazirliyi;

4. Fəaliyyətin dayandırılması barədə fiziki şəxsə “Bildiriş”in göndərilməsi, məsul şəxs - Vergilər Nazirliyi;

3.3.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat aşağıdakı kimidir:

1. Mobil telefon nömrə məlumatlarının düzgün təqdim edilməsi, məsul şəxs – istifadəçi;

2. Mobil telefon nömrə məlumatlarının sistemdə yoxlanılması, məsul şəxs-Vergilər Nazirliyi;

3. Kimliyin müəyyən olunması və xidmətdən istifadənin təsdiqlənməsi üçün gücləndirilmiş elektron imza PİN2 kodunun daxil edilməsi, məsul şəxs – istifadəçi;

4. Ərizə üzrə tələb olunan məlumatların düzgün təqdim edilməsi, məsul şəxs – istifadəçi;

5. Təqdim edilmiş məlumatların sistemə daxil edilməsi, məsul şəxs – Vergilər Nazirliyi;

6. Fiziki şəxsin fəaliyyətinin dayandırılması məqsədi ilə hazırlanmış ərizə barədə istifadəçiyə SMS-in göndərilməsi, məsul şəxs – Vergilər Nazirliyi;

7. Ərizənin vergi orqanına göndərilməsi üçün gücləndirilmiş elektron imza PİN2 kodunu daxil etməklə ərizənin imzalanması, məsul şəxs – istifadəçi;

8. Əməliyyat başa çatdıqdan sonra ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsinin istifadəçinin e-qutusuna (“Onlayn kargüzarlıq” səhifəsinin “Göndərdiklərim” qovluğuna) göndərilməsi, məsul şəxs-Vergilər Nazirliyi.

9. Əməliyyat baş çatdıqdan sonra fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə istifadəçinin mobil telefon nömrəsinə SMS-in göndərilməsi, məsul şəxs – Vergilər Nazirliyi.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə fəaliyyətin dayandırılması haqqında elektron ərizənin doldurularaq təqdim edilməsi istifadəçinin əməliyyatları aparması tezliyindən asılı olaraq yerinə yetirilir. Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması isə müvafiq ərizə göndərildikdən sonra həmin məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq yerinə yetirilir;

2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə fəaliyyətin dayandırılması haqqında elektron ərizə üzrə tələb olunan məlumatların istifadəçi tərəfindən təqdim edilməsi, icraçı (Çağrı Mərkəzinin təmsilçisi) tərəfindən həmin məlumatların sistemə daxil edilməsi, məlumatların düzgünlüyünün istifadəçi tərəfindən təsdiq edilməsi tezliyindən asılı olaraq yerinə yetirilir. Fiziki şəxsin fəaliyyətinin dayandırılması isə müvafiq ərizə göndərildikdən sonra həmin məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq yerinə yetirilir. Elektron xidmət üzrə əməliyyatların maksimal yerinə yetirilmə müddəti 5-7 dəqiqədir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə fiziki şəxsin fəaliyyəti müvəqqəti dayandırılır və bu barədə onun elektron ünvanına onlayn qaydada bildiriş göndərilir. Bildirişdə fəaliyyətin hansı tarixdən hansı tarixədək dayandırıldığı göstərilir.

2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə fiziki şəxsin fəaliyyəti müvəqqəti dayandırılır və istifadəçinin mobil telefon nömrəsinə SMS, habelə vergi ödəyiciləri üçün ayrıca yaradılmış elektron ünvana onlayn qaydada ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsi ilə onlayn qaydada və Çağrı Mərkəzi (195-1) vasitəsi ilə nəzarət edilir;

3.4.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsi ilə və Çağrı Mərkəzi (195-1) vasitəsi ilə həyata keçirilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayətin verilməsi və baxılması qaydası aşağıdakı kimidir:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 17[48]

“Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət hüquqi şəxs olan vergi ödəyicilərinin (bundan sonra – istifadəçi) Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə və ya Vergilər Nazirliyinin Çağrı Mərkəzi (bundan sonra – Çağrı Mərkəzi) vasitəsi ilə fəaliyyətinin müvəqqəti dayandırılmasını əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.3-cü, 24.0.2-ci və 24.0.6-cı maddələri;

1.3.2.Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;

1.3.3. “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04.08.2016-cı il tarixli 2257 nömrəli Sərəncamının 2.11-ci bəndi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.24-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

1.6.1. İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə göstərilən xidmət tam avtomatlaşdırılmışdır;

1.6.2. Çağrı Mərkəzi vasitəsi ilə göstərilən xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti:

1.7.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.7.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə elektron xidmətin icra müddəti tələb olunan məlumatların istifadəçinin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilməsindən, icraçının (Çağrı Mərkəzinin təmsilçisinin) həmin məlumatları sistemə daxil etməsindən, istifadəçinin səlahiyyətli nümayəndəsinin gücləndirilmiş elektron imza vasitəsi ilə əməliyyatları təsdiqləməsindən və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılı olaraq 5-7 dəqiqədir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Hüquqi şəxsin fəaliyyəti müvəqqəti dayandırılır. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə bu barədə vergi ödəyiciləri üçün ayrıca yaradılmış elektron ünvana onlayn qaydada bildiriş göndərilir. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə istifadəçinin səlahiyyətli nümayəndəsinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (bundan sonra - ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imzanın bağlı olduğu mobil telefon nömrəsinə (bundan sonra - mobil telefon nömrəsi) SMS, habelə vergi ödəyiciləri üçün ayrıca yaradılmış elektron ünvana onlayn qaydada ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi göndərilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri:

2.3.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almış və Elektron sənəd mübadiləsi haqqında müqavilə əsasında istifadəçi kodu, parol və şifrə və ya Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanununun müddəalarına əsasən gücləndirilmiş elektron imza əldə etmiş hüquqi şəxslər;

2.3.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almış və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən ASXM tərəfindən verilmiş gücləndirilmiş elektron imza əldə etmiş hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

2.4.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:

1. https://www.e-taxes.gov.az;

2. https://www.e-gov.az;

3. https://www.taxes.gov.az;

4. https://www.dxr.az.

2.4.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə, Çağrı Mərkəzi (195-1).

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. https://www.taxes.gov.az;

2.5.2. http://www.e-gov.az;

2.5.3. https://www.e-taxes.gov.az;

2.5.4. https://asanimza.az;

2.5.5. https://www.dxr.az.

2.5.6. Vergilər Nazirliyinin struktur vahid və bölmələri;

2.5.7. Vergi ödəyicilərinə xidmət mərkəzləri;

2.5.8. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1).

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Bu xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.

2.7. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda: Yoxdur

3. Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması:

3.1.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:

1. İstifadəçinin səlahiyyətli nümayəndəsi Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza vasitəsi ilə İnternet Vergi İdarəsi Portalının “Onlayn kargüzarlıq və E-VHF” bölməsinə daxil olur;

2. İstifadəçinin səlahiyyətli nümayəndəsi “Yeni müraciət” düyməsini sıxır, “Kimə” siyahısından “Vergilər Nazirliyi”, “müraciətin növü” siyahısından “Ərizə”, “Sənədin növü” siyahısından Hüquqi şəxsin fəaliyyətinin dayandırılması”nı seçir vəQəbul” düyməsi sıxılır;

3. İstifadəçinin səlahiyyətli nümayəndəsi açılan ekranda ərizə (“Hüquqi şəxsin fəaliyyətinin dayandırılması ərizəsi”nin elektron forması) üzrə tələb edilən məlumatları daxil edir;

4. Daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir. İstifadəçinin səlahiyyətli nümayəndəsi məlumatların doğruluğuna əmin olduqda “Qəbul” düyməsini sıxır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsini sıxır.

3.1.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə:

1. İstifadəçinin səlahiyyətli nümayəndəsi Çağrı Mərkəzinə (195-1) zəng etməklə müraciət edir;

2. İstifadəçinin səlahiyyətli nümayəndəsi mobil telefon nömrəsini təqdim edir;

3. İstifadəçinin səlahiyyətli nümayəndəsi kimliyinin müəyyənləşdirilməsi məqsədi ilə mobil telefon nömrəsinə gəlmiş SMS-lə tanış olduqdan sonra gücləndirilmiş elektron imza PİN2 kodunu daxil edir;

4. İstifadəçinin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilən məlumatlar əsasında Hüquqi şəxsin fəaliyyətinin dayandırılması ərizəsi doldurulur;

5. İstifadəçinin mobil telefon nömrəsinə ərizədə qeyd olunan məlumatlar barədə SMS göndərilir;

6. İstifadəçinin səlahiyyətli nümayəndəsi SMS-lə tanış olduqdan sonra yoxlama kodunu təsdiqləyir və gücləndirilmiş elektron imza PİN2 kodunu daxil etməklə SMS vasitəsi ilə göndərilmiş ərizə məlumatlarını imzalayır.

3.1.2. Sorğunun qəbulu:

1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə İstifadəçinin səlahiyyətli nümayəndəsi ərizənin doğruluğunu təsdiqlədikdən sonra ekrana fəaliyyətin dayandırılması haqqında “Bildiriş” çıxır, həmin bildirişi çap etmək üçün “Çap”, bağlamaq üçün isə “Bağla” düymələrindən birini sıxır. Eyni zamanda istifadəçinin səlahiyyətli nümayəndəsi “Onlayn kargüzarlıq və E-VHF” bölməsinin “Göndərdiklərim” qovluğundan ərizə və bildirişlə, habelə əməliyyat tarixçəsi ilə tanış ola bilər;

2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə əməliyyat başa çatdıqdan sonra istifadəçinin səlahiyyətli nümayəndəsinin mobil telefon nömrəsinə fəaliyyətin dayandırılması barədə SMS və “Onlayn kargüzarlıq və E-VHF” bölməsindəki elektron qutusuna ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi göndərilir. İstifadəçinin səlahiyyətli nümayəndəsi “Onlayn kargüzarlıq və E-VHF” bölməsinin “Göndərdiklərim” qovluğundan ərizə və ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi ilə tanış ola bilər.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

3.2.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:

1. Fəaliyyətin dayandırılması barədə daha əvvəl təqdim edilmiş ərizə üzrə məlumatlar Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (bundan sonra - AVİS) daxil edilənədək, yenidən hüquqi şəxsin fəaliyyətinin dayandırılması ərizəsi göndərildikdə;

2. Fəaliyyəti dayandırılmış hüquqi şəxs tərəfindən həmin dövr daxil olmaqla fəaliyyətin dayandırılması barədə yeni ərizə təqdim edildikdə.

3.2.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə:

1. Müraciət edən şəxsin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi olmadığı müəyyən edildikdə;

2. Fəaliyyətin dayandırılması barədə daha əvvəl təqdim edilmiş ərizə üzrə məlumatlar AVİS-ə daxil edilənədək, hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən yenidən fəaliyyətin dayandırılması ərizəsinin təqdim edilməsi üçün müraciət edildikdə;

3. Fəaliyyəti dayandırılmış hüquqi şəxs tərəfindən həmin dövr daxil olmaqla fəaliyyətin dayandırılması barədə yeni ərizənin təqdim edilməsi üçün müraciət edildikdə;

4. İstifadəçinin səlahiyyətli nümayəndəsi ASXM tərəfindən verilmiş gücləndirilmiş elektron imzaya sahib olmadıqda;

5. Mobil telefon nömrəsi səhv bildirildikdə və ya həmin nömrə ilə bağlı nasazlıq olduqda;

6. Ərizədə qeyd edilməli olan məlumatlar dəqiq bildirilmədikdə;

7. Müraciət iş vaxtı (həftənin iş günləri, saat 09:00-18:00) edilmədikdə.

3.2.2. Sorğunun qəbulu: Sorğunun qəbulundan imtina üçün əsaslar olmadıqda hüquqi şəxsin fəaliyyəti dayandırılır və bu barədə məlumat verilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.3.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat aşağıdakı kimidir:

1. İstifadəçi kodu, şifrə və parola və ya gücləndirilmiş elektron imza əsasında istifadəçinin və ya istifadəçinin səlahiyyətli nümayəndəsinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Vergilər Nazirliyi.

2. Ərizə üzrə tələb olunan məlumatların düzgün daxil edilməsi, məsul şəxs – istifadəçinin səlahiyyətli nümayəndəsi.

3. Hüquqi şəxsin fəaliyyətinin dayandırılması, məsul şəxs - Vergilər Nazirliyi.

4. Fəaliyyətin dayandırılması barədə hüquqi şəxsə “Bildiriş”in göndərilməsi, məsul şəxs - Vergilər Nazirliyi.

3.3.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat aşağıdakı kimidir:

1. Mobil telefon nömrə məlumatlarının düzgün təqdim edilməsi, məsul şəxs – istifadəçi;

2. Mobil telefon nömrə məlumatlarının sistemdə yoxlanılması, məsul şəxs-Vergilər Nazirliyi.

3. Kimliyin müəyyən olunması və xidmətdən istifadənin təsdiqlənməsi üçün gücləndirilmiş elektron imza PİN2 kodunun daxil edilməsi, məsul şəxs – istifadəçinin səlahiyyətli nümayəndəsi.

4. Ərizə üzrə tələb olunan məlumatların düzgün təqdim edilməsi, məsul şəxs – istifadəçinin səlahiyyətli nümayəndəsi.

5. Təqdim edilmiş məlumatların sistemə daxil edilməsi, məsul şəxs – Vergilər Nazirliyi.

6. Hüquqi şəxsin fəaliyyətinin dayandırılması məqsədi ilə hazırlanmış ərizə barədə istifadəçinin səlahiyyətli nümayəndəsinin mobil telefon nömrəsinə SMS-in göndərilməsi, məsul şəxs – Vergilər Nazirliyi.

7. Ərizənin vergi orqanına göndərilməsi üçün gücləndirilmiş elektron imza PİN2 kodunu daxil etməklə ərizənin imzalanması, məsul şəxs – istifadəçi.

8. Əməliyyat başa çatdıqdan sonra ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsinin istifadəçinin e-qutusuna (“Onlayn kargüzarlıq” səhifəsinin “Göndərdiklərim” qovluğuna) göndərilməsi, məsul şəxs-Vergilər Nazirliyi.

9. Əməliyyat baş çatdıqdan sonra hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə istifadəçinin səlahiyyətli nümayəndəsinin mobil telefon nömrəsinə SMS-in göndərilməsi, məsul şəxs – Vergilər Nazirliyi.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə fəaliyyətin dayandırılması haqqında elektron ərizənin doldurularaq təqdim edilməsi istifadəçinin səlahiyyətli nümayəndəsinin əməliyyatları aparması tezliyindən asılı olaraq yerinə yetirilir. Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması isə müvafiq ərizə göndərildikdən sonra həmin məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq yerinə yetirilir.

3.3.2.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə fəaliyyətin dayandırılması haqqında elektron ərizə üzrə tələb olunan məlumatların müraciət edən şəxs tərəfindən təqdim edilməsi, icraçı (Çağrı Mərkəzinin təmsilçisi) tərəfindən həmin məlumatların sistemə daxil edilməsi, məlumatların düzgünlüyünün müraciət etmiş şəxs tərəfindən təsdiq edilməsi tezliyindən asılı olaraq yerinə yetirilir. Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması isə müvafiq ərizə göndərildikdən sonra həmin məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq yerinə yetirilir. Elektron xidmət üzrə əməliyyatların maksimal yerinə yetirilmə müddəti 5-7 dəqiqədir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə hüquqi şəxsin fəaliyyəti müvəqqəti dayandırılır və bu barədə onun elektron ünvanına onlayn qaydada bildiriş göndərilir. Bildirişdə fəaliyyətin hansı tarixdən hansı tarixədək dayandırıldığı göstərilir.

2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə hüquqi şəxsin fəaliyyəti müvəqqəti dayandırılır və istifadəçinin səlahiyyətli nümayəndəsinin ASXM tərəfindən verilmiş gücləndirilmiş elektron imzanın bağlı olduğu mobil telefon nömrəsinə SMS, habelə vergi ödəyiciləri üçün ayrıca yaradılmış elektron ünvana onlayn qaydada ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsi ilə onlayn qaydada və Çağrı Mərkəzi (195-1) vasitəsi ilə nəzarət edilir;

3.4.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsi ilə və Çağrı Mərkəzi (195-1) vasitəsi ilə həyata keçirilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayətin verilməsi və baxılması qaydası aşağıdakı kimidir:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 18

“Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn dayandırılması.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn dayandırılmasını əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.2-16.5-ci və 24.0.6-cı maddələri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.25-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyəti müvəqqəti dayandırılır və bu barədə onun elektron ünvanına Bildiriş göndərilir. Bildirişdə fəaliyyətin hansı tarixdən hansı tarixədək dayandırıldığı göstərilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz        

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/, http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi(195)

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Hüquqi şəxsin filialının, nümayəndəliyin fəaliyyətinin dayandırılması barədə ərizə.

Xidmətin təqdim edildiyi elektron ünvandan ərizədə olan məlumatlar interaktiv şəkildə istifadəçi tərəfindən sistemə daxil edilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.

 Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: Hüquqi şəxsin filialının, nümayəndəliyinin elektron formada fəaliyyətinin dayandırılması ərizəsi İnternet Vergi idarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə

·  “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

·  “Müraciətin növü” siyahısından - Ərizə

·  “Sənədin növü” siyahısından - Filialın fəaliyyətinin dayandırması ərizəsi seçilir və “Qəbul” düyməsi sıxılır.

Açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

-   Filial kodu seçilir

-   Fəaliyyətin və əməliyyatın dayandırıldığı tarix daxil edilir;

Fəaliyyətin və əməliyyatın bərpa ediləcəyi tarix daxil edilir

-   Fəaliyyət dayandırıldığı dövrdə muzdlu işçilərə əməkhaqqı ödənilib-ödənilməməsi seçilir;

-   “İrəli” düyməsi sıxılır

Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.

İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün “Qəbul” düyməsini basır. Əks halda, imtina etmək üçün İmtina düyməsi icra edilir.

Təsdiqdən sonra ekrana “Fəaliyyətin dayandırılmasıbarədə Bildiriş çıxır.

“Çap” düyməsi ilə Bildiriş çap edilə bilinər.

Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun “Göndərdiklərim” qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər.

 3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Onlayn rejimdə fəaliyyətin dayandırılması barədə təqdim edilmiş ərizə üzrə məlumatlar AVİS-ə daxil edilmədiyi halda, vergi ödəyicisi tərəfindən növbəti fəaliyyətin dayandırılması ərizəsinin qeydiyyata alınmasına məhdudiyyət qoyulmuşdur. Eyni dövr üzrə yalnız bir ədəd fəaliyyətin dayandırılması barədə ərizə təqdim oluna bilər. Qeyd edilən tələblərə əməl edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina olunur.

3.3.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda hüquqi şəxsin filialının, nümayəndəliyinin (obyektin) fəaliyyəti dayandırılır.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

-   İstifadəçi adı, şifrə və parola görə vergi ödəyicisinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-   gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- akkreditə edilmiş sertifikat mərkəzi;

-   hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin dayandırılması, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

-   hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin dayandırılması barədə vergi ödəyicisinə Bildirişin verilməsi (prosesin sonu), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

Xidmətin yerinə yetirilməsi nəticəsində Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyəti ərizədə göstərilən müddətə dayandırılır.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.5.2. nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 19

“Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn dayandırılması.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) elektron formada fəaliyyətinin dayandırılmasını əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.2-ci-16.5-ci və 24.0.6-cı maddələri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.26-cı bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyəti müvəqqəti dayandırılır və bu barədə onun elektron ünvanına Bildiriş göndərilir. Bildirişdə fəaliyyətin hansı tarixdən hansı tarixədək dayandırıldığı göstərilir.

.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/, http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması barədə ərizə.

Xidmətin təqdim edildiyi elektron ünvandan ərizədə olan məlumatlar interaktiv şəkildə istifadəçi tərəfindən sistemə daxil edilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) elektron formada fəaliyyətinin dayandırılması ərizəsi İnternet Vergi idarəsi portalının Onlayn Kargüzarlıq bölümü üzərindən işlənilir. Bu məqsədlə Yeni müraciət düyməsi sıxılır və açılan pəncərədə

·  “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

·  “Müraciətin növü” siyahısından - Ərizə

·  “Sənədin növü” siyahısından - Obyektin fəaliyyətinin dayandırması ərizəsi seçilir və Qəbul düyməsi sıxılır.

Açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

-   Təsərrüfat subyektinin (obyektin) kodu seçilir

-   Fəaliyyətin və əməliyyatın dayandırıldığı tarix daxil edilir;

Fəaliyyətin və əməliyyatın bərpa ediləcəyi tarix daxil edilir

-   Fəaliyyət dayandırıldığı dövrdə muzdlu işçilərə əməkhaqqı ödənilib-ödənilməməsi seçilir;

-   İrəli düyməsi sıxılır

Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.

İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün Qəbul düyməsini basır. Əks halda, imtina etmək üçün İmtina düyməsi icra edilir.

Təsdiqdən sonra ekrana “Fəaliyyətin dayandırılmasıbarədə Bildiriş çıxır.

Çap düyməsi ilə Bildiriş çap edilə bilinər.

Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun Göndərdiklərim qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər.

 3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Onlayn rejimdə təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması barədə təqdim edilmiş ərizə üzrə məlumatlar AVİS-ə daxil edilmədiyi halda, vergi ödəyicisi tərəfindən növbəti fəaliyyətin dayandırılması ərizəsinin qeydiyyata alınmasına məhdudiyyət qoyulmuşdur. Bundan əlavə vergi ödəyicisi tərəfindən kəsişən dövrlər üzrə təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması ərizələri təqdim edilə bilməz. Bu məsələlərə sistem tərəfindən avtomatik nəzarət olunur və ekrana müvafiq mesajlar çıxarılır.

3.3.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyəti dayandırılır.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

-   İstifadəçi adı, şifrə və parola görə vergi ödəyicisinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-   gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- akkreditə edilmiş sertifikat mərkəzi;

-   Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) fəaliyyətinin dayandırılması, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

-   Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) fəaliyyətinin dayandırılması barədə vergi ödəyicisinə Bildirişin verilməsi (prosesin sonu), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.[49]

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

Xidmətin yerinə yetirilməsi nəticəsində Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyəti ərizədə göstərilən müddətə dayandırılır.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə Onlayn qaydada nəzarət edilir.

3.5.2. nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 20[50]

“Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət fəaliyyətini dayandırmış fiziki şəxs olan vergi ödəyicilərinin (bundan sonra – istifadəçi) Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə və ya Vergilər Nazirliyinin Çağrı Mərkəzi (bundan sonra – Çağrı Mərkəzi) vasitəsi ilə fəaliyyətinin bərpasını (aktivləşdirilməsini) əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.3-cü, 16.5-ci, 24.0.2-ci və 24.0.6-cı maddələri;

1.3.2.Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;

1.3.3. “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04.08.2016-cı il tarixli 2257 nömrəli Sərəncamının 2.11-ci bəndi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.27-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

1.6.1. İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə göstərilən xidmət tam avtomatlaşdırılmışdır;

1.6.2. Çağrı Mərkəzi vasitəsi ilə göstərilən xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti:

1.7.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.7.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə elektron xidmətin icra müddəti tələb olunan məlumatların istifadəçi tərəfindən təqdim edilməsindən, icraçının (Çağrı Mərkəzinin təmsilçisinin) həmin məlumatları sistemə daxil etməsindən, istifadəçinin gücləndirilmiş elektron imza vasitəsi ilə əməliyyatları təsdiqləməsindən və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılı olaraq 5-7 dəqiqədir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Fiziki şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması barədə müraciəti öz qüvvəsini itirir və onun fəaliyyəti bərpa olunur (aktivləşdirilir). Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə bu barədə vergi ödəyiciləri üçün ayrıca yaradılmış elektron ünvana onlayn qaydada bildiriş göndərilir. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə istifadəçinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (bundan sonra - ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imzanın bağlı olduğu mobil telefon nömrəsinə (bundan sonra - mobil telefon nömrəsi) SMS, habelə vergi ödəyiciləri üçün ayrıca yaradılmış elektron ünvana onlayn qaydada ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi göndərilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri:

2.3.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almış və Elektron sənəd mübadiləsi haqqında müqavilə əsasında istifadəçi kodu, parol və şifrə və ya Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanununun müddəalarına əsasən gücləndirilmiş elektron imza əldə etmiş və müraciəti əsasında fəaliyyəti müvəqqəti dayandırılmış fiziki şəxslər.

2.3.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almış və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən ASXM tərəfindən verilən gücləndirilmiş elektron imza əldə etmiş və müraciəti əsasında fəaliyyəti müvəqqəti dayandırılmış fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

2.4.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:

1. https://www.e-taxes.gov.az;

2. https://www.e-gov.az;

3. https://www.taxes.gov.az.

4. https://www.dxr.az.

2.4.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə, Çağrı Mərkəzi (195-1).

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. https://www.taxes.gov.az;

2.5.2. https://www.e-gov.az;

2.5.3. https://www.e-taxes.gov.az;

2.5.4. https://asanimza.az;

2.5.5. https://www.dxr.az;

2.5.6. Vergilər Nazirliyinin struktur vahid və bölmələri;

2.5.7. Vergi ödəyicilərinə xidmət mərkəzləri;

2.5.8. Çağrı Mərkəzi (195-1).

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Bu xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.

2.7. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda: Yoxdur

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması:

3.1.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:

1. İstifadəçi Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza vasitəsi ilə İnternet Vergi İdarəsi Portalının “Onlayn kargüzarlıq və E-VHF” bölməsinə daxil olur;

2. İstifadəçi “Yeni müraciət” düyməsini sıxır, “Kimə” siyahısından “Vergilər Nazirliyi”, “müraciətin növü” siyahısından “Ərizə”, “Sənədin növü” siyahısından Fiziki şəxsin fəaliyyətinin bərpası”nı seçir vəQəbul” düyməsini sıxır;

3. İstifadəçi açılan ekranda ərizə (“Fiziki şəxsin fəaliyyətinin bərpası ərizəsi”nin elektron forması) üzrə tələb edilən məlumatları daxil edir;

4. Daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir. İstifadəçi məlumatların doğruluğuna əmin olduqda “Qəbul” düyməsini sıxır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsini sıxır.

3.1.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə:

1. İstifadəçi Çağrı Mərkəzinə (195-1) zəng etməklə müraciət edir;

2. İstifadəçi mobil telefon nömrəsini təqdim edir;

3. İstifadəçi kimliyinin müəyyənləşdirilməsi məqsədi ilə mobil telefona gəlmiş SMS-lə tanış olduqdan sonra gücləndirilmiş elektron imza PİN2 kodunu daxil edir;

4. İstifadəçi tərəfindən təqdim edilən məlumatlar əsasında “Fiziki şəxsin fəaliyyətinin bərpası” ərizəsi doldurulur;

5. İstifadəçinin mobil telefon nömrəsinə ərizədə qeyd olunan məlumatlar barədə SMS göndərilir;

6. İstifadəçi SMS-lə tanış olduqdan sonra yoxlama kodunu təsdiqləyir və gücləndirilmiş elektron imza PİN2 kodunu daxil etməklə ərizəni imzalayır.

3.1.2. Sorğunun qəbulu:

1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə istifadəçi ərizənin doğruluğunu təsdiqlədikdən sonra ekrana fəaliyyətin bərpası barədə “Bildiriş” çıxır, həmin bildirişi çap etmək üçün “Çap”, bağlamaq üçün isə “Bağla” düymələrindən biri sıxılır. Eyni zamanda İstifadəçi “Onlayn kargüzarlıq və E-VHF” bölməsinin “Göndərdiklərim” qovluğundan ərizə və bildirişlə, habelə əməliyyat tarixçəsi ilə tanış ola bilər;

2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə əməliyyat başa çatdıqdan sonra istifadəçinin mobil telefon nömrəsinə fəaliyyətin bərpası barədə SMS və “Onlayn kargüzarlıq və E-VHF” bölməsindəki elektron qutusuna ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi göndərilir. İstifadəçi “Onlayn kargüzarlıq və E-VHF” bölməsinin “Göndərdiklərim” qovluğundan ərizə və ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi ilə tanış ola bilər.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

3.2.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:

1. Fəaliyyətin bərpası barədə daha əvvəl təqdim edilmiş ərizə üzrə məlumatlar Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (bundan sonra - AVİS) daxil edilənədək, fiziki şəxs tərəfindən yenidən fəaliyyətin bərpası ərizəsi göndərildikdə;

2. Fiziki şəxsin fəaliyyəti aktiv olduğu (dayandırılmadığı) halda.

3.2.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə:

1. Fəaliyyətin bərpası barədə daha əvvəl təqdim edilmiş ərizə üzrə məlumatlar AVİS-ə daxil edilənədək, fiziki şəxs tərəfindən yenidən fəaliyyətin bərpası ərizəsinin təqdim edilməsi üçün müraciət edildikdə;

2. Fiziki şəxsin fəaliyyəti aktiv olduğu (dayandırılmadığı) halda;

3. Müraciət edən şəxs ASXM tərəfindən verilən gücləndirilmiş elektron imzaya sahib olmadıqda;

4. Mobil telefon nömrəsi səhv bildirildikdə və ya həmin nömrə ilə bağlı nasazlıq olduqda;

5. Ərizədə qeyd edilməli olan məlumatlar dəqiq bildirilmədikdə;

6. Müraciət iş vaxtı (həftənin iş günləri, saat 09:00-18:00) edilmədikdə.

3.2.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda fiziki şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması barədə müraciəti öz qüvvəsini itirməklə onun fəaliyyəti bərpa olunur (aktivləşdirilir) və ona bu barədə məlumat verilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.3.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat aşağıdakı kimidir:

1. İstifadəçi kodu, şifrə və parol və ya gücləndirilmiş elektron imza əsasında istifadəçinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - Vergilər Nazirliyi;

2. Ərizə üzrə tələb olunan məlumatların düzgün daxil edilməsi, məsul şəxs – istifadəçi;

3. Fiziki şəxsin fəaliyyətinin bərpası, məsul şəxs - Vergilər Nazirliyi;

4. Fəaliyyətin bərpası barədə fiziki şəxsə “Bildiriş”in göndərilməsi, məsul şəxs - Vergilər Nazirliyi;

3.3.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat aşağıdakı kimidir:

1. Mobil telefon nömrə məlumatlarının düzgün təqdim edilməsi, məsul şəxs – istifadəçi;

2. Mobil telefon nömrə məlumatlarının sistemdə yoxlanılması, məsul şəxs-Vergilər Nazirliyi;

3. Kimliyin müəyyən olunması və xidmətdən istifadənin təsdiqlənməsi üçün gücləndirilmiş elektron imza PİN2 kodunun daxil edilməsi, məsul şəxs – İstifadəçi;

4. Ərizə üzrə tələb olunan məlumatların düzgün təqdim edilməsi, məsul şəxs – İstifadəçi;

5. Təqdim edilmiş məlumatların sistemə daxil edilməsi, məsul şəxs – Vergilər Nazirliyi;

6. Fiziki şəxsin fəaliyyətinin bərpası məqsədi ilə hazırlanmış ərizə barədə istifadəçiyə SMS-in göndərilməsi, məsul şəxs – Vergilər Nazirliyi;

7. Ərizənin vergi orqanına göndərilməsi üçün gücləndirilmiş elektron imza PİN2 kodunu daxil etməklə ərizənin imzalanması, məsul şəxs – İstifadəçi;

8. Əməliyyat başa çatdıqdan sonra ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsinin istifadəçinin e-qutusuna (“Onlayn kargüzarlıq” səhifəsinin “Göndərdiklərim” qovluğuna) göndərilməsi, məsul şəxs-Vergilər Nazirliyi.

9. Əməliyyat baş çatdıqdan sonra fiziki şəxsin fəaliyyətinin bərpası barədə istifadəçinin mobil telefon nömrəsinə SMS-in göndərilməsi, məsul şəxs – Vergilər Nazirliyi.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə fəaliyyətin bərpası haqqında elektron ərizənin doldurularaq təqdim edilməsi istifadəçinin əməliyyatları aparması tezliyindən asılı olaraq yerinə yetirilir. Fiziki şəxsin fəaliyyətinin bərpası isə müvafiq ərizə göndərildikdən sonra həmin məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq yerinə yetirilir;

2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə fəaliyyətin bərpası haqqında elektron ərizə üzrə tələb olunan məlumatların istifadəçi tərəfindən təqdim edilməsi, icraçı (Çağrı Mərkəzinin təmsilçisi) tərəfindən həmin məlumatların sistemə daxil edilməsi, məlumatların düzgünlüyünün istifadəçi tərəfindən təsdiq edilməsi tezliyindən asılı olaraq yerinə yetirilir. Fiziki şəxsin fəaliyyətinin bərpası isə müvafiq ərizə göndərildikdən sonra həmin məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq yerinə yetirilir. Elektron xidmət üzrə əməliyyatların maksimal yerinə yetirilmə müddəti 5-7 dəqiqədir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə fiziki şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması barədə müraciəti öz qüvvəsini itirir, onun fəaliyyəti bərpa olunur (aktivləşdirilir) və bu barədə vergi ödəyiciləri üçün ayrıca yaradılmış elektron ünvana onlayn qaydada bildiriş göndərilir.

2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə fiziki şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması barədə müraciəti öz qüvvəsini itirir, onun fəaliyyəti bərpa olunur (aktivləşdirilir) və istifadəçinin mobil telefon nömrəsinə SMS, habelə vergi ödəyiciləri üçün ayrıca yaradılmış elektron ünvana onlayn qaydada ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsi ilə onlayn qaydada və Çağrı Mərkəzi (195-1) vasitəsi ilə nəzarət edilir;

3.4.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsi ilə və Çağrı Mərkəzi (195-1) vasitəsi ilə həyata keçirilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayətin verilməsi və baxılması qaydası aşağıdakı kimidir:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 21[51]

“Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət fəaliyyətini dayandırmış hüquqi şəxs olan vergi ödəyicilərinin (bundan sonra – istifadəçi) Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə və ya Vergilər Nazirliyinin Çağrı Mərkəzi (bundan sonra – Çağrı Mərkəzi) vasitəsi ilə fəaliyyətinin bərpasını (aktivləşdirilməsini) əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.3-cü, 16.5-ci, 24.0.2-ci və 24.0.6-cı maddələri;

1.3.2.Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri;

1.3.3. “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04.08.2016-cı il tarixli 2257 nömrəli Sərəncamının 2.11-ci bəndi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.28-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

1.6.1. İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə göstərilən xidmət tam avtomatlaşdırılmışdır;

1.6.2. Çağrı Mərkəzi vasitəsi ilə göstərilən xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti:

1.7.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.7.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə elektron xidmətin icra müddəti tələb olunan məlumatların istifadəçinin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilməsindən, icraçının (Çağrı Mərkəzinin təmsilçisinin) həmin məlumatları sistemə daxil etməsindən, istifadəçinin səlahiyyətli nümayəndəsinin gücləndirilmiş elektron imza vasitəsi ilə əməliyyatları təsdiqləməsindən və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılı olaraq 5-7 dəqiqədir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Hüquqi şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması barədə müraciət öz qüvvəsini itirir və onun fəaliyyəti bərpa olunur (aktivləşdirilir). Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə bu barədə vergi ödəyiciləri üçün ayrıca yaradılmış elektron ünvana onlayn qaydada bildiriş göndərilir. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə istifadəçinin səlahiyyətli nümayəndəsinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (bundan sonra - ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imzanın bağlı olduğu mobil telefon nömrəsinə (bundan sonra – mobil telefon nömrəsi) SMS, habelə vergi ödəyiciləri üçün ayrıca yaradılmış elektron ünvana onlayn qaydada ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi göndərilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri:

2.3.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almış və Elektron sənəd mübadiləsi haqqında müqavilə əsasında istifadəçi kodu, parol və şifrə və ya Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanununun müddəalarına əsasən gücləndirilmiş elektron imza əldə etmiş və müraciəti əsasında fəaliyyəti müvəqqəti dayandırılmış hüquqi şəxslər.

2.3.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almış və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən ASXM tərəfindən verilən gücləndirilmiş elektron imza əldə etmiş və müraciəti əsasında fəaliyyəti müvəqqəti dayandırılmış hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

2.4.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:

1. https://www.e-taxes.gov.az;

2. https://www.e-gov.az;

3. https://www.taxes.gov.az.

4. https://www.dxr.az.

2.4.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə, Çağrı Mərkəzi (195-1).

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. https://www.taxes.gov.az;

2.5.2. https://www.e-gov.az;

2.5.3. https://www.e-taxes.gov.az;

2.5.4. https://asanimza.az;

2.5.5. https://www.dxr.az;

2.5.6. Vergilər Nazirliyinin struktur vahid və bölmələri;

2.5.7. Vergi ödəyicilərinə xidmət mərkəzləri;

2.5.8. Çağrı Mərkəzi (195-1).

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Bu xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.

2.7. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda: Yoxdur

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması:

3.1.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:

1. İstifadəçinin səlahiyyətli nümayəndəsi Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza vasitəsi ilə İnternet Vergi İdarəsi Portalının “Onlayn kargüzarlıq və E-VHF” bölməsinə daxil olur;

2. İstifadəçinin səlahiyyətli nümayəndəsi “Yeni müraciət” düyməsini sıxır, “Kimə” siyahısından “Vergilər Nazirliyi”, “müraciətin növü” siyahısından “Ərizə”, “Sənədin növü” siyahısından Hüquqi şəxsin fəaliyyətinin bərpası”nı seçir vəQəbul” düyməsini sıxır;

3. İstifadəçinin səlahiyyətli nümayəndəsi açılan ekranda ərizə (“Hüquqi şəxsin fəaliyyətinin bərpası ərizəsi”nin elektron forması) üzrə tələb edilən məlumatları daxil edir;

4. Daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir. İstifadəçinin səlahiyyətli nümayəndəsi məlumatların doğruluğuna əmin olduqda “Qəbul” düyməsini sıxır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsini sıxır.

3.1.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə:

1. İstifadəçinin səlahiyyətli nümayəndəsi Çağrı Mərkəzinə (195-1) zəng etməklə müraciət edir;

2. İstifadəçinin səlahiyyətli nümayəndəsi mobil telefon nömrəsini təqdim edir;

3. İstifadəçinin səlahiyyətli nümayəndəsi kimliyinin müəyyənləşdirilməsi məqsədi ilə mobil telefon nömrəsinə gəlmiş SMS-lə tanış olduqdan sonra gücləndirilmiş elektron imza PİN2 kodunu daxil edir;

4. Təqdim edilən məlumatlar əsasında icraçı (Çağrı Mərkəzinin təmsilçisi) tərəfindən “Hüquqi şəxsin fəaliyyətinin bərpası” ərizəsi doldurulur;

5. İstifadəçinin səlahiyyətli nümayəndəsinin mobil telefon nömrəsinə ərizədə qeyd olunan məlumatlar barədə SMS göndərilir;

6. İstifadəçinin səlahiyyətli nümayəndəsi SMS-lə tanış olduqdan sonra yoxlama kodunu təsdiqləyir və gücləndirilmiş elektron imza PİN2 kodunu daxil etməklə SMS vasitəsi ilə göndərilmiş ərizə məlumatlarını imzalayır.

3.1.2. Sorğunun qəbulu:

1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə istifadəçinin səlahiyyətli nümayəndəsi ərizənin doğruluğunu təsdiqlədikdən sonra ekrana fəaliyyətin bərpası haqqında “Bildiriş” çıxır, həmin bildirişi çap etmək üçün “Çap”, bağlamaq üçün isə “Bağla” düymələrindən biri sıxılır. Eyni zamanda istifadəçinin səlahiyyətli nümayəndəsi “Onlayn kargüzarlıq və E-VHF” bölməsinin “Göndərdiklərim” qovluğundan ərizə və bildirişlə, habelə əməliyyat tarixçəsi ilə tanış ola bilər;

2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə əməliyyat başa çatdıqdan sonra istifadəçinin səlahiyyətli nümayəndəsinin mobil telefon nömrəsinə fəaliyyətin bərpası barədə SMS və “Onlayn kargüzarlıq və E-VHF” bölməsindəki elektron qutusuna ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi göndərilir. İstifadəçinin səlahiyyətli nümayəndəsi “Onlayn kargüzarlıq və E-VHF” bölməsinin “Göndərdiklərim” qovluğundan ərizə və ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi ilə tanış ola bilər.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

3.2.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:

1. Fəaliyyətin bərpası barədə daha əvvəl təqdim edilmiş ərizə üzrə məlumatlar Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (bundan sonra - AVİS) daxil edilənədək, yenidən hüquqi şəxsin fəaliyyətinin bərpası ərizəsi göndərildikdə;

2. Hüquqi şəxsin fəaliyyəti aktiv olduğu (dayandırılmadığı) halda.

3.2.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə:

1. Müraciət edən şəxsin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi olmadığı müəyyən edildikdə;

2. Fəaliyyətin bərpası barədə daha əvvəl təqdim edilmiş ərizə üzrə məlumatlar AVİS-ə daxil edilənədək, yenidən hüquqi şəxsin fəaliyyətinin bərpası ərizəsinin təqdim edilməsi üçün müraciət edildikdə;

3. Hüquqi şəxsin fəaliyyəti aktiv olduğu (dayandırılmadığı) halda.

4. Müraciət edən şəxs ASXM tərəfindən verilən gücləndirilmiş elektron imzaya sahib olmadıqda;

5. Mobil telefon nömrəsi səhv bildirildikdə və ya həmin nömrə ilə bağlı nasazlıq olduqda;

6. Ərizədə qeyd edilməli olan məlumatlar dəqiq bildirilmədikdə;

7. Müraciət iş vaxtı (həftənin iş günləri, saat 09:00-18:00) edilmədikdə.

3.2.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda hüquqi şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması barədə müraciəti öz qüvvəsini itirməklə onun fəaliyyəti bərpa olunur (aktivləşdirilir) və bu barədə məlumat verilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.3.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:

1. İstifadəçi kodu, şifrə və parol və ya gücləndirilmiş elektron imza əsasında istifadəçinin və ya istifadəçinin səlahiyyətli nümayəndəsinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - Vergilər Nazirliyi;

2. Ərizə üzrə tələb olunan məlumatların düzgün daxil edilməsi, məsul şəxs – istifadəçinin səlahiyyətli nümayəndəsi;

3. Hüquqi şəxsin fəaliyyətinin bərpası, məsul şəxs - Vergilər Nazirliyi;

4. Fəaliyyətin bərpası barədə hüquqi şəxsə “Bildiriş”in göndərilməsi, məsul şəxs - Vergilər Nazirliyi;

3.3.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə,

1. Mobil telefon nömrə məlumatlarının düzgün təqdim edilməsi, məsul şəxs – istifadəçinin səlahiyyətli nümayəndəsi;

2. Mobil telefon nömrə məlumatlarının sistemdə yoxlanılması, məsul şəxs-Vergilər Nazirliyi;

3. Kimliyin müəyyən olunması və xidmətdən istifadənin təsdiqlənməsi üçün gücləndirilmiş elektron imza PİN2 kodunun daxil edilməsi, məsul şəxs – istifadəçinin səlahiyyətli nümayəndəsi;

4. Ərizə üzrə tələb olunan məlumatların düzgün təqdim edilməsi, məsul şəxs – istifadəçinin səlahiyyətli nümayəndəsi;

5. Təqdim edilmiş məlumatların sistemə daxil edilməsi, məsul şəxs – Vergilər Nazirliyi;

6. Hüquqi şəxsin fəaliyyətinin bərpası məqsədi ilə hazırlanmış ərizə barədə istifadəçinin səlahiyyətli nümayəndəsinin mobil telefon nömrəsinə SMS-in göndərilməsi, məsul şəxs – Vergilər Nazirliyi;

7. Ərizənin vergi orqanına göndərilməsi üçün gücləndirilmiş elektron imza PİN2 kodunu daxil etməklə ərizənin imzalanması, məsul şəxs – istifadəçinin səlahiyyətli nümayəndəsi;

8. Əməliyyat başa çatdıqdan sonra ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsinin istifadəçinin e-qutusuna (“Onlayn kargüzarlıq” səhifəsinin “Göndərdiklərim” qovluğuna) göndərilməsi, məsul şəxs-Vergilər Nazirliyi.

9. Əməliyyat baş çatdıqdan sonra hüquqi şəxsin fəaliyyətinin bərpası barədə istifadəçinin səlahiyyətli nümayəndəsinin mobil telefon nömrəsinə SMS-in göndərilməsi, məsul şəxs – Vergilər Nazirliyi.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə fəaliyyətin bərpası haqqında elektron ərizənin doldurularaq təqdim edilməsi istifadəçinin səlahiyyətli nümayəndəsinin əməliyyatları aparması tezliyindən asılı olaraq yerinə yetirilir. Hüquqi şəxsin fəaliyyətinin bərpası isə müvafiq ərizə göndərildikdən sonra həmin məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq yerinə yetirilir;

2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə fəaliyyətin bərpası haqqında elektron ərizə üzrə tələb olunan məlumatların müraciət edən şəxs tərəfindən təqdim edilməsi, icraçı (Çağrı Mərkəzinin təmsilçisi) tərəfindən həmin məlumatların sistemə daxil edilməsi, məlumatların düzgünlüyünün müraciət etmiş şəxs tərəfindən təsdiq edilməsi tezliyindən asılı olaraq yerinə yetirilir. Hüquqi şəxsin fəaliyyətinin bərpası isə müvafiq ərizə göndərildikdən sonra həmin məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq yerinə yetirilir. Elektron xidmət üzrə əməliyyatların maksimal yerinə yetirilmə müddəti 5-7 dəqiqədir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə hüquqi şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması barədə müraciət öz qüvvəsini itirir, onun fəaliyyəti bərpa olunur (aktivləşdirilir) və bu barədə vergi ödəyiciləri üçün ayrıca yaradılmış elektron ünvana onlayn qaydada bildiriş göndərilir.

2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə hüquqi şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması barədə müraciət öz qüvvəsini itirir, onun fəaliyyəti bərpa olunur (aktivləşdirilir) və istifadəçinin səlahiyyətli nümayəndəsinin mobil telefon nömrəsinə SMS, habelə vergi ödəyiciləri üçün ayrıca yaradılmış elektron ünvana onlayn qaydada ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsi ilə onlayn qaydada və Çağrı Mərkəzi (195-1) vasitəsi ilə nəzarət edilir;

3.4.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsi ilə və Çağrı Mərkəzi (195-1) vasitəsi ilə həyata keçirilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayətin verilməsi və baxılması qaydası aşağıdakı kimidir:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 22

“Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn bərpası

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn bərpasını əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.2-16.5-ci və 24.0.6-cı maddələri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.29-cu bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyəti bərpa edilir və bu barədə onun elektron ünvanına Bildiriş göndərilir. Bildirişdə fəaliyyətin hansı tarixdən bərpa olunduğu göstərilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/, http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn bərpası barədə ərizə.

Xidmətin təqdim edildiyi elektron ünvandan ərizədə olan məlumatlar interaktiv şəkildə istifadəçi tərəfindən sistemə daxil edilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: Hüquqi şəxsin filialının, nümayəndəliyinin elektron formada fəaliyyətinin bərpası ərizəsi İnternet Vergi idarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə

·  “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

·  “Müraciətin növü” siyahısından - Ərizə

·  “Sənədin növü” siyahısından - Filialın fəaliyyətinin bərpası ərizəsi seçilir və “Qəbul” düyməsi sıxılır.

Açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

-   Filial kodu seçilir

-   Fəaliyyətin bərpa olunduğu tarix daxil edilir

-   İrəli düyməsi sıxılır

Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.

İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün “Qəbul” düyməsini basır. Əks halda, imtina etmək üçün İmtina düyməsi icra edilir.

Təsdiqdən sonra ekrana “Fəaliyyətin bərpasıbarədə Bildiriş çıxır.

“Çap” düyməsi ilə Bildiriş çap edilə bilinər.

Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun “Göndərdiklərim” qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər.

 3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Onlayn rejimdə fəaliyyətin bərpası barədə təqdim edilmiş ərizə üzrə məlumatlar AVİS-ə daxil edilmədiyi halda, vergi ödəyicisi tərəfindən növbəti filialın, nümayəndəliyin fəaliyyətinin bərpası ərizəsinin qeydiyyata alınmasına məhdudiyyət qoyulmuşdur. Filialın, nümayəndəliyin fəaliyyəti dayandırılmamışdırsa bu halda fəaliyyətin bərpası ərizəsi təqdim edilə bilməz. Əgər hüquqi şəxsin fəaliyyəti dayandırılmışdırsa, bu halda filialın, nümayəndəliyin fəaliyyətinin bərpası ərizəsi icraya qəbul olunmur. Qeyd edilən hallarda sorğunun yerinə yetirilməsindən imtina olunur.

3.3.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyəti bərpa olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

-   İstifadəçi adı, şifrə və parola görə vergi ödəyicisinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-   gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- akkreditə edilmiş sertifikat mərkəzi;

-   hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin bərpası, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

-   hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin bərpası barədə vergi ödəyicisinə Bildirişin verilməsi (prosesin sonu), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.[52]

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

Xidmətin yerinə yetirilməsi nəticəsində hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyəti ərizədə göstərilən tarixdən bərpa edilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.5.2. nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 23

“Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin)

 fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə

inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn bərpası.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) elektron formada fəaliyyətinin bərpasını əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.3-16.5-ci və 24.0.6-cı maddələri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.30-cu bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyəti bərpa edilir və bu barədə onun elektron ünvanına Bildiriş göndərilir. Bildirişdə fəaliyyətin hansı tarixdən bərpa olunduğu göstərilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/, http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpa edilməsi barədə ərizə.

Xidmətin təqdim edildiyi elektron ünvandan ərizədə olan məlumatlar interaktiv şəkildə istifadəçi tərəfindən sistemə daxil edilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) elektron formada fəaliyyətinin bərpası ərizəsi İnternet Vergi idarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə

·  “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

·  “Müraciətin növü” siyahısından - Ərizə

·  “Sənədin növü” siyahısından - Obyektin fəaliyyətinin bərpası ərizəsi seçilir və “Qəbul” düyməsi sıxılır.

Açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

-   Təsərrüfat subyektinin (obyektinin) kodu seçilir

-   Fəaliyyətin bərpa olunduğu tarix daxil edilir;

-   İrəli düyməsi sıxılır

 Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.

İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün “Qəbul” düyməsini basır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsi icra edilir.

Təsdiqdən sonra ekrana “Fəaliyyətin bərpasıbarədə Bildiriş çıxır.

“Çap” düyməsi ilə Bildiriş çap edilə bilinər.

Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun “Göndərdiklərim” qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər.

 3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Onlayn rejimdə fəaliyyətin bərpası barədə təqdim edilmiş ərizə üzrə məlumatlar AVİS-ə daxil edilmədiyi halda, vergi ödəyicisi tərəfindən növbəti fəaliyyətin bərpası ərizəsinin qeydiyyata alınmasına məhdudiyyət qoyulmuşdur. Bundan əlavə bərpa tarixinin daxil olduğu hər hansı iki tarix arasında təsərrüfat subyektinin (obyektinin) fəaliyyəti dayandırılmamışdırsa bu halda fəaliyyətin bərpası ərizəsi təqdim edilə bilməz. Əgər vergi ödəyicisinin fəaliyyəti dayandırılmışdırsa, onun təsərrüfat subyektinin (obyektinin) fəaliyyətin bərpası ərizəsi icraya qəbul olunmur. Bu məsələlərə sistem tərəfindən avtomatik nəzarət olunur və ekrana müvafiq mesajlar çıxarılır.

3.3.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyəti bərpa olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

-   İstifadəçi adı, şifrə və parola görə vergi ödəyicisinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-   gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- akkreditə edilmiş sertifikat mərkəzi;

-   Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpası, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

-   Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin bərpası barədə vergi ödəyicisinə Bildirişin verilməsi (prosesin sonu), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

Xidmətin yerinə yetirilməsi nəticəsində Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyəti ərizədə göstərilən tarixdən bərpa edilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə “Onlayn” qaydada nəzarət edilir.

3.5.2. nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 24

“Vergilər Nazirliyinə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənməsi” elektron xidməti üzrə

inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vergilər Nazirliyinə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyicilərinə verilən şifrə-paroldan, vətəndaşlara isə şəxsiyyət vəsiqəsinin məlumatlarından istifadə edərək Vergilər Nazirliyinə müraciət etmək və müraciətlərin icrasına onlayn nəzarət etmək imkanı yaradır.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.35-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Daimi

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi ödəyiciləri və vətəndaşlar Azərbaycan Respublikasının Vergilər Nazirliyinə elektron şəkildə müraciət edir və müraciətinin icrasına onlayn şəkildə nəzarət edir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının vətəndaşları və vergi ödəyiciləri

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.taxes.gov.az

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az

2.7        Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Bu elektron xidmətin göstərilməsi üçün hər hansı bir sənədin təqdim olunması tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

İnteraktiv xidmətlərin istifadəçiləri Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə-paroldan və ya şəxsiyyət vəsiqəsinin pin-kodundan istifadə etməlidir. Bunlardan istifadə etməklə sistemə daxil olub Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etmək imkanı yaranır.

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: Müraciət (sorğu, məktub) istifadəçi tərəfindən e-taxes.gov.az internet səhifəsi vasitəsi ilə “onlayn kargüzarlıq” bölümünə daxil olmaqla şəxsiyyət vəsiqəsinin pin-kodundan və ya şifrə-paroldan istifadə edilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilir. Göndərilən müraciət (sorğu, məktub) AVİS Kargüzarlıq altsistemində avtomatik şəkildə qeydiyyata alınaraq AVİS daxilolma nömrəsi verilir. Sonra müvafiq şöbə (Nazirliyin Aparatının Ümumi şöbəsi, yerli vergi orqanlarında Koordinasiya strukturları) tərəfindən “Növbəti sənədi hovuzdan al” linki vasitəsilə müraciət (sorğu, məktub) istifadəçinin “Sənədlərim” bölməsinə düşür və bundan sonra sənədə onun növü və icraçı strukturun adı əlavə edilərək dərkənara göndərilir və istifadəçi “Sənədlərim” bölməsi vasitəsilə sənədin əməliyyat tarixçəsini izləyə bilir.[53]

3.2.2. Sorğunun qəbulu: Ərizə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

Şifrə-parol və şəxsiyyət vəsiqəsindəki məlumatlar düzgün daxil edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina olunur.

3.3.2. Sorğunun qəbulu: İmtina üçün əsas olmadıqda sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Müraciət tərtib edilərək rəsmi internet səhifəsi üzərindən göndərilir, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı tərəfindən qəbul olunur və icraya yönəldilir.[54]

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.[55]

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Məlumatlar informasiya sisteminə daxil edildikdə xidmət dərhal yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Vergi ödəyicisi və vətəndaş onlayn müraciət edir və müraciət vergi orqanı tərəfindən cavablandırılır.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə nəzarət edilir.

3.5.2. Nəzarət qaydası: Bu prosesə nəzarəti Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi həyata keçirir. Yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə vergi ödəyicilərinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) xidmət edir.[56]

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 25

“Satınalmalar üzrə məlumatların onlayn təqdim edilməsi”

elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Satınalmalar üzrə müqavilə məlumatlarının onlayn təqdim edilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınması üzrə bağlanmış müqavilə məlumatlarının elektron qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim edilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.36-cı bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satınalması üzrə bağlanmış müqavilə məlumatlarının elektron təqdim edilməsini əhatə edir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.taxes.gov.az/, http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.e-taxes.gov.az

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- office@taxes.gov.az

2.8.      Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- Dövlət satınalma müqaviləsi;

Xidmətin təqdim edildiyi elektron ünvandan müqavilədə olan məlumatlar interaktiv şəkildə vergi ödəyicisi tərəfindən sistemə daxil edilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə istifadəçi məlumatı elektron formada tərtib edir və sistemə daxil olduqda həmin məlumat formasını vergi orqanına təqdim etmək imkanı yaranır.

Məlumat iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: Vergi ödəyicisi “Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən investisiya layihələri üzrə tenderlərin qalibləri ilə bağlanılmış müqavilələr, dövlət vəsaiti və dövlət zəmanəti ilə alınmış kreditlər hesabına mal (iş, xidmət) alınması üzrə məbləği 50,0 min manatdan yuxarı olan bağlanılmış müqavilələr barədə” məlumat formasını Onlayn Kargüzarlıq vasitəsilə göndərir. Bu məlumat formasını göndərmək üçün Yeni müraciət düyməsi sıxılır və açılan pəncərədə:

- “Kimə” siyahısından - Vergilər Nazirliyi

- “Müraciətin növü” siyahısından - Ərizə

- “Sənədin növü” siyahısından - Tender məlumatı ərizəsi seçilir və Qəbul düyməsi sıxılır.

Açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

-  İstifadəçi Əlavə et düyməsini basır.

- Bağlanılmış müqavilə üzrə nəzərdə tutulmuş ümumi məbləğ ƏDV daxil olmaqla qeyd edilir.

- Bağlanılmış müqavilənin ümumi dəyərinə daxil olan ƏDV-nin məbləği ayrıca olaraq qeyd edilməlidir.

- Satınalan təşkilat tərəfindən istifadə edilmiş satınalma metodu qeyd edilməlidir.

- Malların (işlərin, xidmətlərin) satınalmasına yönəldilən dövlət vəsaitlərinin büdcə xərclərinin iqtisadi təsnifatına uyğun kodları daxil edilir.

- Malların (işlərin və xidmətlərin) adı göstərilməlidir.

- Maliyyələşmə mənbəyi seçilir.

- Müqavilənin bağlanma tarixi, işlərin icrasının başlanğıc tarixi, işlərin icrasının sona çatma tarixi daxil edilir.

-  rezident və ya qeyri-rezident olması qeyd edilir.

- malgöndərən (podratçı) vergi ödəyicisinin adı, VÖEN-i, mükəlləfiyyəti, yalnız bu müqavilə üzrə cəlb olunacaq işçilərin sayı və bağlanılmış müqavilə üzrə orta aylıq əmək haqqı fondunun məbləği daxil edilir.

- yalnız bu müqavilə üzrə əmək haqqına yönəldiləcək hissəsi haqqında məlumat daxil edilir.

-  müqavilə üzrə gözlənilən mənfəətin məbləği haqqında məlumat daxil edilir.

Eyni zamanda bir neçə tender məlumatı təqdim edilə bilər.

İrəli düyməsi basılır.

 Sonra monitora daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.

İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün Tanış oldum, məlumatların doğruluğunu təsdiqləyirəm düyməsini ifadəsini qeyd etməli və Göndər düyməsini basmalıdır.

Təsdiqdən sonra ekrana tender məlumatlarının göndərilməsini təsdiqləyən Bildiriş çıxır.

 Çap düyməsilə Bildiriş çap edilir.

 Ödəyici tərəfindən qeydiyyata alınmış sənəd Göndərdiklərim qovluğuna düşür. Onun digər nüsxəsi isə Vergilər Nazirliyinə göndərilir

3.2.2. Sorğunun qəbulu: Məlumatlar sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş bildiriş verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Məlumatın qəbulundan aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir:

- İstifadəçi kodu, parol və ya şifrəsi səhv olarsa;

- VÖEN səhv olarsa;

- ƏDV məbləği göstərilməzsə;

- Müqavilənin ümumi məbləği 10.0 min manatdan aşağı olarsa;

- Sütunlar üzrə məlumatlar tam doldurulmadığı halda;

- İcraçının rezidentliyi qeyd edilmədiyi halda.

3.3.2. Sorğunun qəbulu: İmtina üçün əsas olmadıqda məlumatlar qəbul edilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Məlumat elektron formada tərtib edilərək təqdim edilir.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.[57]

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Məlumat elektron formada tərtib edilərək təqdim edildikdə avtomatik olaraq təqdim edilmiş hesab edilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.5.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 30 iyul 2015-ci il tarixli 1517050000006200 nömrəli Qərarı ilə təsdiq edilmişdir. [58]

Əlavə - 26

Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi

Elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Fiziki və hüquqi şəxslər vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onlayn müraciət edə bilərlər. Bu elektron xidmətin təşkili vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə zəmin yaradır.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 12-ci və 14-cü maddələri, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci, 52-ci və 78-ci maddələri, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 8.3-cü və 8.4-cü bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.37-ci bəndi.[59]

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 10-cu maddələrində, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci və 78-ci maddələrində göstərilən müddətlər.[60]

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Müraciətin araşdırılmasının nəticəsinə dair müraciət müəllifinə cavab məktubu göndərilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: İstənilən fiziki və hüquqi şəxs.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler), http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. http://www.taxes.gov.az;

2.5.2. http://www.e-gov.az;

2.5.3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1);

2.5.4. Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

2.5.5. Vergi ödəyicilərinə xidmət mərkəzləri;

2.5.6. office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Şəxsiyyəti təsdiq edən sənəd (təqdim olunmuş forma üzrə müəyyən edilmiş müvafiq qrafalarda şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi qeyd olunur).

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi tərəfindən Reqlamentin 2.4-cü bəndində qeyd edilən “E-xidmətlər” bölməsində “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsixidmət növü seçilir. Bu zaman açılmış pəncərədə təqdim olunmuş forma üzrə (*) işarəsi ilə qeyd olunan “Adınız”, “Soyadınız”, “Atanızın adı”, “Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi” və “Doğum tarixi” qrafaları doldurularaq “Davam et” düyməsi sıxılır. Bundan sonra açılacaq yeni pəncərədə istifadəçi tərəfindən forma üzrə müəyyən edilmiş müvafiq qrafalar doldurularaq “Göndər” düyməsi sıxılır. Bu zaman (*) işarəsi ilə qeyd olunan aşağıdakı qrafaların mahiyyəti üzrə doldurulması zəruridir:

1. Telefon nömrəsi (ev, iş, mobil);

2. E-mail;

3. Müraciətin predmeti;

4. Müraciətin məzmunu.

3.1.2. sorğunun qəbulu: Müraciət formasının məlumatları əks əlaqə (feed-back) vasitəsilə onlayn rejimdə qəbul edilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: Reqlamentin 3.1.1-ci yarımbəndində qeyd olunan qrafalardan ((*) işarəsi ilə qeyd olunmayan qrafalar istisna olmaqla) hər hansı biri doldurulmadıqda elektron xidmətin göstərilməsindən imtina olunur;

3.2.2. sorğunun qəbulu: Reqlamentin 3.1.2-ci yarımbəndinə uyğun olaraq həyata keçirilir.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Təqdim olunmuş forma istifadəçi tərəfindən doldurulub onlayn rejimdə göndərildikdən sonra müraciət dərhal Vergilər Nazirliyinin Aparatına daxil olur. Müraciət Vergilər Nazirliyinin Aparatı tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (bundan sonra - AVİS) vasitəsilə qeydiyyata alındıqdan sonra dərkənar verilməsi üçün aidiyyəti üzrə nazirliyin rəhbərliyinə təqdim edilir. Müvafiq dərkənar verildikdən sonra müraciət icra üçün aidiyyəti struktura göndərilir. Müraciətin araşdırılmasının nəticəsinə dair hazırlanmış cavab məktubu AVİS vasitəsilə qeydiyyata alınaraq müraciət müəllifinin qeyd etdiyi e-mail ünvana göndərilir. Elektron xidmətin göstərilməsinə Vergilər Nazirliyinin Aparatı, Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamenti, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyırlar;[61]

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 10-cu maddələrində, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci və 78-ci maddələrində göstərilən müddətlər;[62]

3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur;

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Reqlamentin 3.3.1-ci yarımbəndinə uyğun olaraq həyata keçirilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Müraciət AVİS vasitəsilə qeydiyyata alınır və icra müddəti göstərilir;

3.4.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı tərəfindən həyata keçirilir. İstifadəçilər üçün elektron xidmətdən istifadə ilə bağlı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya onlara metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onun narazılığına səbəb olan istənilən məsələ barədə inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Şikayətin verilməsi və baxılması qaydası aşağıdakı kimidir:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 30 iyul 2015-ci il tarixli 1517050000006200 nömrəli Qərarı ilə təsdiq edilmişdir. [63]

Əlavə - 27

Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə

məlumatın onlayn verilməsi”

elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Fiziki və hüquqi şəxslər vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onlayn müraciət edə bilərlər. Bu elektron xidmətin təşkili vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə zəmin yaradır.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci, 6-cı, 7-ci, 8-ci, 10-cu, 12-ci və 14-cü maddələri, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci, 52-ci və 78-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 8.3-cü və 8.4-cü bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.38-ci bəndi.[64]

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci və 78-ci maddələrində göstərilən müddətlər.[65]

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Müraciətin araşdırılmasının nəticəsinə dair müraciət müəllifinə cavab məktubu göndərilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: İstənilən fiziki və hüquqi şəxs.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler), http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. http://www.taxes.gov.az;

2.5.2. http://www.e-gov.az;

2.5.3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1);

2.5.4. Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

2.5.5. Vergi ödəyicilərinə xidmət mərkəzləri;

2.5.6. office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Şəxsiyyəti təsdiq edən sənəd (təqdim olunmuş forma üzrə müəyyən edilmiş müvafiq qrafalarda şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi qeyd olunur).

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi tərəfindən Reqlamentin 2.4-cü bəndində qeyd edilən “E-xidmətlər” bölməsində Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi xidmət növü seçilir. Bu zaman açılmış pəncərədə təqdim olunmuş forma üzrə (*) işarəsi ilə qeyd olunan “Adınız”, “Soyadınız”, “Atanızın adı”, “Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi” və “Doğum tarixi” qrafaları doldurularaq “Davam et” düyməsi sıxılır. Bundan sonra açılacaq yeni pəncərədə istifadəçi tərəfindən forma üzrə müəyyən edilmiş müvafiq qrafalar doldurularaq “Göndər” düyməsi sıxılır. Bu zaman (*) işarəsi ilə qeyd olunan aşağıdakı qrafaların mahiyyəti üzrə doldurulması zəruridir:

1. Telefon nömrəsi (ev, iş, mobil);

2. E-mail;

3. Müraciətin məzmunu;

3.1.2. sorğunun qəbulu: Müraciət formasının məlumatları əks əlaqə (feed-back) vasitəsilə onlayn rejimdə qəbul edilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: Reqlamentin 3.1.1-ci yarımbəndində qeyd olunan qrafalardan ((*) işarəsi ilə qeyd olunmayan qrafalar istisna olmaqla) hər hansı biri doldurulmadıqda elektron xidmətin göstərilməsindən imtina olunur;

3.2.2. sorğunun qəbulu: Reqlamentin 3.1.2-ci yarımbəndinə uyğun olaraq həyata keçirilir.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Təqdim olunmuş forma istifadəçi tərəfindən doldurulub onlayn rejimdə göndərildikdən sonra müraciət dərhal Vergilər Nazirliyinin Aparatına daxil olur. Müraciət Vergilər Nazirliyinin Aparatı tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (bundan sonra - AVİS) vasitəsilə qeydiyyata alındıqdan sonra dərkənar verilməsi üçün aidiyyəti üzrə nazirliyin rəhbərliyinə təqdim edilir. Müvafiq dərkənar verildikdən sonra müraciət icra üçün aidiyyəti struktura göndərilir. Müraciətin araşdırılmasının nəticəsinə dair hazırlanmış cavab məktubu AVİS vasitəsilə qeydiyyata alınaraq müraciət müəllifinin qeyd etdiyi e-mail ünvana göndərilir. Elektron xidmətin göstərilməsinə Vergilər Nazirliyinin Aparatı, Vergilər Nazirliyinin İnsan resursları departamenti, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyırlar;[66]

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci və 78-ci maddələrində göstərilən müddətlər;

3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur;

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Reqlamentin 3.3.1-ci yarımbəndinə uyğun olaraq həyata keçirilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Müraciət AVİS vasitəsilə qeydiyyata alınır və icra müddəti göstərilir;

3.4.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı tərəfindən həyata keçirilir. İstifadəçilər üçün elektron xidmətdən istifadə ilə bağlı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya onlara metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onun narazılığına səbəb olan istənilən məsələ barədə inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Şikayətin verilməsi və baxılması qaydası aşağıdakı kimidir:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 30 iyul 2015-ci il tarixli 1517050000006200 nömrəli Qərarı ilə təsdiq edilmişdir. [67]

Əlavə - 28

Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi.

1.2. Elektron xidmətin məzmunu: Fiziki və hüquqi şəxslər vergi orqanlarının qəbul etdiyi inzibati aktlarla bağlı verdikləri ərizə və ya şikayətlərin (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) nəticəsi üzrə Vergilər Nazirliyinin aparatının struktur vahidləri tərəfindən qəbul edilmiş inzibati qərarlardan təkrar şikayətlə Vergi Apellyasiya Şurasına onlayn müraciət edə bilərlər. Bu elektron xidmətin təşkili vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə, habelə məhkəməyə qədər (məhkəmədən kənar) sadələşdirilmiş prosedurlara əməl edilməklə mübahisələrin obyektiv şəkildə həll edilməsinə zəmin yaradır.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci, 7-ci və 10-cu maddələri, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci, 52-ci və 78-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 8.3-cü və 8.4-cü bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.39-cu bəndi.[68]

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci və 78-ci maddələrində göstərilən müddətlər.[69]

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Müraciətin araşdırılmasının nəticəsinə dair müraciət müəllifinə cavab məktubu göndərilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: İstənilən fiziki və hüquqi şəxs.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler), http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. http://www.taxes.gov.az;

2.5.2. http://www.e-gov.az;

2.5.3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1);

2.5.4. Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

2.5.5. Vergi ödəyicilərinə xidmət mərkəzləri;

2.5.6. office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Şəxsiyyəti təsdiq edən sənəd (təqdim olunmuş forma üzrə müəyyən edilmiş müvafiq qrafalarda şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi qeyd olunur).

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi tərəfindən Reqlamentin 2.4-cü bəndində qeyd edilən “E-xidmətlər” bölməsində “Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” xidmət növü seçilir. Bu zaman açılmış pəncərədə təqdim olunmuş forma üzrə (*) işarəsi ilə qeyd olunan “Adınız”, “Soyadınız”, “Atanızın adı”, “Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi” və “Doğum tarixi” qrafaları doldurularaq “Davam et” düyməsi sıxılır. Bundan sonra açılacaq yeni pəncərədə istifadəçi tərəfindən forma üzrə müəyyən edilmiş müvafiq qrafalar doldurularaq “Göndər” düyməsi sıxılır. Bu zaman (*) işarəsi ilə qeyd olunan aşağıdakı qrafaların mahiyyəti üzrə doldurulması zəruridir:

1. Telefon nömrəsi (ev, iş, mobil);

2. E-mail;

3. Müraciətin predmeti;

4. Müraciətin məzmunu.

3.1.2. sorğunun qəbulu: Müraciət formasının məlumatları əks əlaqə (feed-back) vasitəsilə onlayn rejimdə qəbul edilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: Reqlamentin 3.1.1-ci yarımbəndində qeyd olunan qrafalardan ((*) işarəsi ilə qeyd olunmayan qrafalar istisna olmaqla) hər hansı biri doldurulmadıqda elektron xidmətin göstərilməsindən imtina olunur;

3.2.2. sorğunun qəbulu: Reqlamentin 3.1.2-ci yarımbəndinə uyğun olaraq həyata keçirilir. Aşağıdakı müraciətlər Vergi Apellyasiya Şurası tərəfindən icraata qəbul edilmir:

1. korrupsiya hüquqpozma halları barədə müraciətlər;

2. eyni şəxs tərəfindən eyni predmet üzrə verilmiş və bununla bağlı Vergi Apellyasiya Şurasının qərarı olan müraciətlər.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Təqdim olunmuş forma istifadəçi tərəfindən doldurulub onlayn rejimdə göndərildikdən sonra müraciət (təkrar şikayət) dərhal Vergilər Nazirliyinin Aparatına daxil olur. Müraciət Vergilər Nazirliyinin Aparatı tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (bundan sonra- AVİS) vasitəsilə qeydiyyata alındıqdan sonra dərkənar verilməsi üçün aidiyyəti üzrə Vergi Apellyasiya Şurasının sədrinə təqdim edilir. Müvafiq dərkənar verildikdən sonra müraciət icra üçün Vergi Apellyasiya Şurasının Katibliyinə göndərilir. Müraciətin araşdırılmasının nəticəsinə dair hazırlanmış cavab məktubu AVİS vasitəsilə qeydiyyata alınaraq müraciət müəllifinin qeyd etdiyi e-mail ünvana göndərilir. Elektron xidmətin göstərilməsinə Vergilər Nazirliyinin Aparatı, Vergi Apellyasiya Şurası, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyırlar;[70]

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci və 78-ci maddələrində göstərilən müddətlər;[71]

3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur;

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Reqlamentin 3.3.1-ci yarımbəndinə uyğun olaraq həyata keçirilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Müraciət AVİS vasitəsilə qeydiyyat alınır və icra müddəti göstərilir;

3.4.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı tərəfindən həyata keçirilir. İstifadəçilər üçün elektron xidmətdən istifadə ilə bağlı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya onlara metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onun narazılığına səbəb olan istənilən məsələ barədə inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Şikayətin verilməsi və baxılması qaydası aşağıdakı kimidir:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 29

Vətəndaşların video qəbulu” elektron xidməti üzrə

 inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vətəndaşların video qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vətəndaşların Azərbaycan Respublikasının Vergilər Nazirliyinin məsul vəzifəli şəxsləri ilə birbaşa video əlaqə yaratma proseslərini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci,12-ci və 14-cü maddələri, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri, Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2 və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.40-cı bəndi.[72]

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.  

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Vətəndaşın qəbulda iştirak etmək üçün müraciətində göstərdiyi tarixədək.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vətəndaş video bağlantının köməkliyi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin məsul vəzifəli şəxsinə öz müraciətini ünvanlayıb 30 dəqiqə müddətində real rejimdə onu maraqlandıran suallara cavab almaq imkanı əldə edir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: İstənilən hüquqi və fiziki şəxs.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

1) Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (http://www.taxes.gov.az/?name=vqebul),

2) iştirak - www.taxes.gov.az/video

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.taxes.gov.az;

- http://www.e-gov.az;

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

- Vergi ödəyicilərinə xidmət mərkəzləri;

- office@taxes.gov.az.

2.6.    Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsi və pin-kodu tələb olunur.

2.6.1. elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda: Şəxsiyyət vəsiqəsinin nömrəsinin avtomatik identikləşdirilməsi həyata keçirilir.

2.6.2. elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olmadıqda: Şəxsiyyət vəsiqəsinin nömrəsinin avtomatik identikləşdirilməsi həyata keçirilmədikdə vətəndaşa bu barədə əks-əlaqə vasitəsilə məlumat verilir və şəxsiyyət vəsiqəsinin surəti elektron poçt və ya faks vasitəsilə ondan alınır.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.2.1. sorğunun formalaşdırılması: Vətəndaş internet səhifənin E-xidmət bölməsinin “Vətəndaşların video qəbul” xidmətinə daxil olaraq “Video qəbul qeydiyyatı” başlığı seçilir. Öndə açılmış ekranın “Video qəbula elektron müraciət” adlı xüsusi müraciət formasının müvafiq qrafalarını dolduraraq “Göndər” düyməsi vasitəsilə aidiyyəti üzrə göndərir (forma əlavə olunur).

3.2.2. sorğunun qəbulu: Doldurulmuş müraciət forması Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatının elektron ünvanına daxil olur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin səlahiyyətli mütəxəssisi formanın məzmunu ilə tanış olur.   

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): Vətəndaş tərəfindən formanın doldurulması zamanı hər hansı çatışmazlıqlara yol verilibsə, mütəxəssis həmin vətəndaşla əks-əlaqə yaradıb, bunu onun nəzərinə çatdırır.

3.3.2. sorğunun qəbulu: Vətəndaş bu çatışmazlıqları aradan qaldırmaq şərtilə formanı bir daha doldurur, formanın məzmunu bütün tələblərə cavab verdikdə müraciət qəbul olunur.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Əgər formanın məzmunu bütün tələblərə cavab verirsə həmin müraciət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı tərəfindən rəsmi qeydiyyata alınır və vətəndaşa Azərbaycan Respublikasının Vergilər Nazirliyinin məsul vəzifəli şəxsi ilə birbaşa video-əlaqə yaratmaq üçün tarix, saat və məkan haqqında məlumat verilir.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.[73]

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Video-qəbulun həyata keçirilmə tarixi vətəndaşın formanı doldurduğu zaman qəbul üçün seçdiyi tarix ilə tənzimlənir.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Vətəndaş video bağlantının köməkliyi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin məsul vəzifəli şəxsinə öz müraciətini ünvanlayıb 30 dəqiqə müddətində real vaxt rejimində onu maraqlandıran suallara cavab almaq imkanı əldə edir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Elektron xidmət servisinin daim işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.

3.5.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 30

 Büdcə rekvizitləri barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Büdcə rekvizitləri barədə məlumatın verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət istifadəçinin dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesablarının rekvizitləri üzrə axtarış sistemi vasitəsilə müvafiq məlumatları əldə etmə proseslərini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24-cü maddəsi, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri, “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2 və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.41-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçi dövlət xəzinədarlığı orqanlarında olan vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesabları barədə məlumat əldə edir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Hüquqi və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (http://www.taxes.gov.az/?name=pages&page=71, https://www.e-taxes.gov.az/ebyn/voenYXOChecker.jsp) və http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

 - http://www.taxes.gov.az;

 - http://www.e-taxes.gov.az;

 - http://www.e-gov.az;

 - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

 - Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

 - Vergi ödəyicilərinə xidmət mərkəzləri;

 - office@taxes.gov.az.

2.6.    Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Bu elektron xidmətin göstərilməsi üçün hər hansı bir sənədin təqdim edilməsi tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.2.1. sorğunun formalaşdırılması: Xidmətin göstərilməsi prosesi tamamilə informasiya sistemləri tərəfindən həyata keçirilir. Bu barədə müraciət edən istifadəçi “Dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesablarının rekvizitləri üzrə axtarış sistemi” üzrə öndə açılmış “Dövlət Xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək hesablar” adlı ekranda “VÖEN” qrafasına vergi ödəyicisinin VÖEN-ni daxil etməklə, “Yoxla” düyməsi vasitəsilə avtomatik olaraq həmin vergi ödəyicisinin dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesabları barədə müvafiq informasiya əldə edir.

3.2.2. sorğunun qəbulu: Sorğu məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan avtomatik olaraq qəbul edilir, nəticə isə informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda göstərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): İstifadəçinin daxil etdiyi VÖEN məlumat bazasında tapılmadıqda xidmət yerinə yetirilmir.

3.3.2. Sorğunun qəbulu: Sorğu elektron formada qəbul edilir və onların icrası informasiya sistemində emalı müddətindən asılı olaraq aparıldığı üçün qeydiyyatı aparılmır.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Məlumatlar Reqlamentin 3.2.1-ci bəndindəki qaydaya uyğun sistemə daxil edilir, müvafiq düymə sıxılan an sorğu icra olunur və nəticə informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda göstərilir.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamenti, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.[74]

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Elektron xidmətinin fəaliyyəti hər hansı bir inzibati prosedur ilə əhatə olunmayıb.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Elektron xidmətin göstərilməsi zamanı sistemdə sorğunun cavablandırılması real vaxt rejimdə dərhal (ani) aparılır və nəticədə informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda həmin vergi ödəyicisinin dövlət xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək bank hesabları barədə müvafiq informasiya göstərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Elektron xidmət servisinin daim işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.

3.5.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.[75]

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 31

 Vergi kalkulyatoru” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vergi kalkulyatoru.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vasitəsilə istifadəçi 10 (on) göstərici üzrə vergiləri elektron formada hesablamaq imkanı əldə edir.[76]

1.3 Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Vergi Məcəlləsinin 24-cü maddəsi, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.42-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçi vergi kalkulyatoru vasitəsi ilə sorğu etdiyi vergi növü üzrə ödəməli olduğu verginin məbləği barədə informasiya sistemində emalı müddətindən asılı olaraq məlumatlanmış olur.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnformativ.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Bu xidmət bütün fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulub.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (https://www.e-taxes.gov.az/ebyn/calcMain.jsp), http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.taxes.gov.az;

- https://www.e-taxes.gov.az;

- http://www.e-gov.az;

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

- Vergi ödəyicilərinə xidmət mərkəzləri;

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Bu elektron xidmətin göstərilməsi üçün hər hansı bir sənədin təqdim edilməsi tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

Bu elektron xidmətin göstərilməsi prosesi tamamilə informasiya sistemləri tərəfindən həyata keçirilir. Bu xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsində hər hansı bir qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstənilən şəxs sərbəst şəkildə xidmətdən istifadə üçün sorğu göndərə bilər. Müraciət edən istifadəçi “Vergi kalkulyatoru” elektron xidmət üzrə öndə açılmış “Vergilərin hesablanması üçün kalkulyator” adlı ekranda aşağıda göstərilən 10 (on) göstərici əsasında vergilərini avtomatik olaraq hesablaya bilir:

1. ƏDV məqsədləri üçün qeydiyyata alınmamış şəxslərin sadələşdirilmiş vergisinin hesablanması;

2. Avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımasını həyata keçirən şəxslərin sadələşdirilmiş vergisinin hesablanması;

3. Bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin hesablanması;[77]

4. Fiziki şəxslərin muzdlu işdən əldə olunan aylıq gəlirlərindən verginin hesablanması;

5. Yol vergisinin hesablanması;

6. Mədən vergisinin hesablanması;

7. Vergi borclarına faizlərin hesablanması;

8. Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərin sadələşdirilmiş vergisinin hesablanması;

9. Mülkiyyətində olan torpaq sahələrini təqdim edən şəxslərin sadələşdirilmiş vergisinin hesablanması;

10. Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslərin ödəməli olduğu sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğin hesablanması.[78]

Bu xidmətdən istifadə etmək üçün müraciət edən şəxs yuxarıda qeyd edilən göstəricilər üzrə birini, məsələn 1-ci sırada olan “ƏDV məqsədləri üçün qeydiyyata alınmamış şəxslərin sadələşdirilmiş vergisinin hesablanması” göstəricisini seçməli və ekrandakı “Davam et” düyməsini sıxmalıdır. Bu zaman öndə açılan növbəti “Sadələşdirilmiş verginin hesablanması” adlı ekranda “Fəaliyyət göstərdiyiniz ərazi” üzrə Bakı şəhərində fəaliyyət göstərildikdə “Bakı şəhərində”, digər şəhər və rayonda, Naxçıvan MR-da fəaliyyət göstərildiyi halda isə “Digər şəhər və rayonda, Naxçıvan MR-da” düyməsi seçilməli, sonra isə “Cari rüb üzrə hasilatın həcmi:________ AZN” qrafaları doldurulmalı və sonda “Hesabla” düyməsi sıxılmaqla ödənilməli olan sadələşdirilmiş vergini hesablamaqla bu barədə müvafiq informasiya əldə etmək olar. “Əvvələ” düyməsi vasitəsilə isə digər vergiləri hesablamaq üçün əvvələ qayıtmaq olar.

Sorğu məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan avtomatik olaraq qəbul edilir, nəticə isə informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda göstərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): Sorğunun yerinə yetirilməsindən heç bir halda imtina edilmir.

3.3.2. Sorğunun qəbulu: Sorğu elektron formada qəbul edilir və onların icrası informasiya sistemində emalı müddətindən asılı olaraq aparıldığı üçün qeydiyyatı aparılmır.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Məlumatlar Reqlamentin 3.2.1-ci bəndindəki qaydaya uyğun sistemə daxil edilir, müvafiq düymə sıxılan an sorğu icra olunur və nəticə informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda göstərilir.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.[79]

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və(və ya) maksimal yerinə yetirilmə müddəti: Elektron xidmətinin fəaliyyəti hər hansı bir inzibati prosedur ilə əhatə olunmayıb.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Elektron xidmətin göstərilməsi zamanı sistemdə sorğunun cavablandırılması real vaxt rejimdə dərhal (ani) aparılır və nəticədə informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda sorğu edilən vergi növü üzrə hesablanmış vergi barədə müvafiq informasiya göstərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmət servisinin daim işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.

3.5.2. Nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.[80]

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 32

İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumatların verilməsi.

1.2.      Elektron xidmətin məzmunu: Bu xidmət istifadəçinin vergi orqanlarının nəzarət əhatəsinə daxil olan ərazilərdə faktiki istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri, onların istehsal etdiyi məhsulların növü və əmtəə nişanı, istehsal sahəsinin faktiki fəaliyyət göstərdiyi ünvan barədə axtarış bazası üzrə geniş və operativ məlumatların əldə edilməsi imkanlarını əhatə edir.

1.3.      Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24-cü və 30-cu maddələri, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.43-cü bəndi.

1.4.      Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5.      Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6.      Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7.      Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8.      Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçi istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri, onların istehsal etdiyi məhsulların növü və əmtəə nişanı, istehsal sahəsinin faktiki fəaliyyət göstərdiyi ünvan barədə axtarış bazası üzrə geniş və operativ məlumatlar əldə edir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (http://www.taxes.gov.az/?name=odeyiciler), http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.taxes.gov.az;

- http://www.e-gov.az;

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

- Vergi ödəyicilərinə xidmət mərkəzləri;

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: Xidmətin göstərilməsi prosesi tamamilə informasiya sistemləri tərəfindən həyata keçirilir. Bu barədə müraciət edən istifadəçi bu reqlamentin 2.4-cü bəndində elektron xidmətin təqdim edildiyi internet ünvanından “İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumat bazasında axtarış sistemi” üzrə öndə açılmış “İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumat” adlı ekranda “Vergi ödəyicisinin adı:” qrafasına sorğu edilən vergi ödəyicisinin adını, “VÖEN:” qrafasında həmin vergi ödəyicinin VÖEN-ni, “İstehsal etdiyi məhsulun növü:” qrafasında müvafiq məhsul növünü, “Məhsulun ticarət adı:” qrafasında həmin məhsulun əmtəə nişanı, “Aid olduğu vergi orqanı:” qrafasında vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı, “Şəhər/rayon:” qrafasında istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin yerləşdiyi müvafiq şəhər və ya rayon, “İstehsal sahəsinin faktiki fəaliyyət göstərdiyi ünvan:” qrafasında isə istehsal sahəsinin faktiki fəaliyyət göstərdiyi ünvanı daxil etməklə, daha sonra “Axtar” düyməsi vasitəsilə avtomatik olaraq həmin istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi barədə müvafiq informasiya əldə edir.

3.2.2. Sorğunun qəbulu: Bu elektron xidmət real-vaxt rejimində həyata keçirilir. Nəzərdə tutulmuş sorğu məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndikdən sonra sorğu avtomatik olaraq qəbul edilir və sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda göstərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): İstifadəçi sorğunun formalaşdırılması üçün bu reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatları səhv daxil etdikdə sorğu qəbul edilmir. Səhv məlumatın daxil edilməsi istifadəçinin yenidən sorğu verməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən bu reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatlar düzgün daxil edildikdə sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Məlumatlar Reqlamentin 3.2.1-ci yarımbəndindəki qaydaya uyğun sistemə daxil edilir, müvafiq düymə sıxılan an sorğu icra olunur və sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda göstərilir.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamenti, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.[81]

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Elektron xidmətin fəaliyyəti hər hansı bir inzibati prosedur ilə əhatə olunmayıb.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Elektron xidmətin göstərilməsi zamanı sistemdə sorğunun cavablandırılması real vaxt rejimdə dərhal aparılır və sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri, onların istehsal etdiyi məhsulların növü və əmtəə nişanı, istehsal sahəsinin faktiki fəaliyyət göstərdiyi ünvan barədə müvafiq informasiya göstərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmət servisinin daim işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.

3.5.2. Nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.[82]

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

3.6.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 33

 Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi.

1.2.      Elektron xidmətin məzmunu: İstifadəçi tərəfindən vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın əldə edilməsi.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Vergi Məcəlləsinin 24-cü və 30-cu maddələri, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.44-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçi vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə edir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (http://vn.taxes.gov.az/2009/modul.php?lang=&name=birpencere&bolme=fiziki_axtar), http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

 - http://www.taxes.gov.az;

- http://www.e-gov.az;

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

- Vergi ödəyicilərinə xidmət mərkəzləri;

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: Bu elektron xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsində hər hansı bir qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstənilən şəxs sərbəst şəkildə xidmətdən istifadə üçün sorğu göndərə bilər.

“Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın əldə edilməsi” elektron xidməti real-vaxt rejimində həyata keçirilir və nəzərdə tutulmuş sorğu forması doldurulduqdan sonra sorğu avtomatik olaraq qəbul edilir.

Xidmətin göstərilməsi prosesi tamamilə informasiya sistemləri tərəfindən həyata keçirilir. Müraciət edən istifadəçi bu reqlamentin 2.4-cü bəndində elektron xidmətin təqdim edildiyi internet ünvanından “Vergi uçotuna alınmış vergi ödəyiciləri üzrə axtarış” üzrə öndə açılmış “Qeydiyyatdan keçmiş vergi ödəyiciləri üzrə axtarış bazası” adlı ekranda vergi orqanında qeydiyyata alınmış vergi ödəyiciləri üzrə “Ad üzrə” və ya “VÖEN üzrə” xanalardan birini seçməklə “Axtar” düyməsi vasitəsilə istədiyi vergi ödəyicisinin vergi orqanında vergi uçotunda olduğu barədə informasiyanı avtomatik olaraq əldə edir.

3.2.2. Sorğunun qəbulu: Sorğu məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan avtomatik olaraq qəbul edilir və sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda göstərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): İstifadəçi sorğunun formalaşdırılması üçün bu reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatları səhv daxil etdikdə sorğu qəbul edilmir. Səhv məlumatın daxil edilməsi istifadəçinin yenidən sorğu verməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən bu reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatlar düzgün daxil edildikdə sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Məlumatlar Reqlamentin 3.2.1-ci yarımbəndindəki qaydaya uyğun sistemə daxil edilir, müvafiq düymə sıxılan an sorğu icra olunur və sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda göstərilir.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi i məsuliyyət daşıyır.[83]

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Elektron xidmətin fəaliyyəti hər hansı bir inzibati prosedur ilə əhatə olunmayıb.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Elektron xidmətin göstərilməsi zamanı sistemdə sorğunun cavablandırılması real vaxt rejimdə dərhal aparılır və sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda sorğu edilən vergi ödəyicisinin vergi uçotuna alınması barədə müvafiq informasiya göstərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmət servisinin daim işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.

3.5.2. Nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.[84]

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

3.6.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 34

 Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi.

1.2.      Elektron xidmətin məzmunu: Bu xidmət vasitəsilə istifadəçi vergi orqanlarında qeydiyyata alınmış kommersiya qurumlarının kommersiya sirri və (və ya) vergi sirri hesab edilməyən dövlət reyestri məlumatlarını əldə edir.[85]

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.8-ci maddəsinə əsasən, hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24-cü və 30-cu maddələri, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.45-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçi vergi orqanlarında qeydiyyata alınmış kommersiya qurumlarının kommersiya sirri və (və ya) vergi sirri hesab edilməyən dövlət reyestri məlumatlarını əldə edir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (https://www.e-taxes.gov.az/ebyn/commersialChecker.jsp), http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.taxes.gov.az;

- https://www.e-taxes.gov.az;

- http://www.e-gov.az;

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

- Vergi ödəyicilərinə xidmət mərkəzləri;

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: Xidmətin göstərilməsi prosesi tamamilə informasiya sistemləri tərəfindən həyata keçirilir. İstifadəçi bu reqlamentin 2.4-cü bəndində elektron xidmətin təqdim edildiyi internet ünvanından “E-xidmətlər” bölməsindən “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” adlı alt bölməsini seçir. Ekranda axtarış ekranı çıxır. Axtarış ekranı iki növ axtarış imkanına malikdir: “Ada görə axtarış” və “VÖEN-ə görə axtarış”. “Ada görə axtarış”dan istifadə edildikdə, boş xanaya axtarılan kommersiya hüquqi şəxsin adı, “VÖEN-ə görə axtarış”dan istifadə edildikdə isə kommersiya hüquqi şəxsin VÖEN-i daxil edilir. “Ada görə axtarış” zamanı sorğu materialları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan oxşar adlara malik olan kommersiya hüquqi şəxslərin adı və VÖEN-i informasiya sistemində emalı müddətindən asılı olaraq ekrana çıxır. “VÖEN-ə görə axtarış” zamanı isə axtarılan kommersiya hüququ şəxsin VÖEN-i sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan həmin kommersiya hüququ şəxsin dövlət reyestrinə daxil edilmiş və kommersiya sirri və (və ya) vergi sirri hesab edilməyən məlumatları, yəni kommersiya qurumunun adı, VÖEN-i, təşkilat-hüquqi forması, hüquqi ünvanı, nizamnamə kapitalı, maliyyə ili, qanuni təmsilçisi və dövlət qeydiyyatına alındığı tarixi əks etdirən cədvəl formasında məlumatlar informasiya sistemində emalı müddətindən asılı olaraq ekrana çıxır.

3.2.2. Sorğunun qəbulu: Sorğu məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan avtomatik olaraq qəbul edilir və sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda göstərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): İstifadəçi sorğunun formalaşdırılması üçün bu reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatları səhv daxil etdikdə sorğu qəbul edilmir. Səhv məlumatın daxil edilməsi istifadəçinin yenidən sorğu verməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən bu reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatlar düzgün daxil edildikdə sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Məlumatlar Reqlamentin 3.2.1-ci yarımbəndindəki qaydaya uyğun sistemə daxil edilir, “YOXLA” düyməsi sıxılan an sorğu icra olunur və sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda göstərilir.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.[86]

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Elektron xidmətin fəaliyyəti hər hansı bir inzibati prosedur ilə əhatə olunmayıb.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Elektron xidmətin göstərilməsi zamanı sistemdə sorğunun cavablandırılması real vaxt rejimdə dərhal aparılır və sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda sorğu edilən kommersiya qurumlarının dövlət reyestri barədə müvafiq informasiya göstərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmət servisinin daim işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.

3.5.2. Nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.[87]

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

3.6.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 35

 ƏDV ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1.    Elektron xidmətin adı: ƏDV ödəyiciləri barədə məlumatların verilməsi.

1.2.    Elektron xidmətin məzmunu: Bu xidmət istifadəçinin vergi orqanlarında ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan vergi ödəyiciləri barədə məlumat əldə etmək imkanını əhatə edir.

1.3.     Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24-cü və 30-cu maddələri, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.46-cı bəndi.

1.4.     Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5.     Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6.     Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7.     Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8.     Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçi sorğu edilən şəxsin ƏDV ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması barədə məlumat əldə edir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsm internet səhifəsinin “E-xidmətlər” bölməsi (https://www.e-taxes.gov.az/ebyn/edvPayerChecker.jsp), http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.taxes.gov.az;

- https://www.e-taxes.gov.az;

- http://www.e-gov.az;

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

- Vergi ödəyicilərinə xidmət mərkəzləri;

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: Xidmətin göstərilməsi prosesi tamamilə informasiya sistemləri tərəfindən həyata keçirilir. Bu barədə müraciət edən istifadəçi bu reqlamentin 2.4-cü bəndində elektron xidmətin təqdim edildiyi internet ünvanından “ƏDV ödəyicisi barədə məlumat verilməsi” elektron xidməti üzrə öndə açılmış “ƏDV ödəyicisinin axtarışı” adlı ekranında “VÖEN” qrafasına sorğu edilən vergi ödəyicisinin VÖEN-i daxil edilərək “Yoxla” düyməsi sıxılmaqla həmin şəxsin vergi orqanında ƏDV ödəyicisi kimi qeydiyyatında olub-olmaması yoxlanılır. Həmin şəxs ƏDV ödəyicisi olduqda ekrana “Bu ödəyici ƏDV qeydiyyatındadır: 1500260451 – “MRT” MMC” məzmunda mesaj çıxır. Həmin şəxs ƏDV ödəyicisi olmadıqda isə ekrana ”Bu ödəyici ƏDV qeydiyyatında deyildir: 1000165741 – “Xəzan” SC” məzmunda mesaj çıxır. Bununla da istifadəçi həmin şəxsin vergi orqanında ƏDV ödəyicisi olması barədə informasiyanı avtomatik olaraq əldə edir.

3.2.2. Sorğunun qəbulu: Sorğu məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan avtomatik olaraq qəbul edilir və sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda göstərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): İstifadəçi sorğunun formalaşdırılması üçün bu reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatları səhv daxil etdikdə sorğu qəbul edilmir. Səhv məlumatın daxil edilməsi istifadəçinin yenidən sorğu verməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən bu reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatlar düzgün daxil edildikdə sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Məlumatlar bu reqlamentin 3.2.1-ci yarımbəndindəki qaydaya uyğun sistemə daxil edilir, “YOXLA” düymə sıxılan an sorğu icra olunur və sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda göstərilir.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamenti, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.[88]

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Elektron xidmətinin fəaliyyəti hər hansı bir inzibati prosedur ilə əhatə olunmayıb.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Elektron xidmətin göstərilməsi zamanı sistemdə sorğunun cavablandırılması real vaxt rejimdə dərhal aparılır və sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda sorğu edilən vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması barədə müvafiq informasiya göstərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmət servisinin daim işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.

3.5.2. Nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.[89]

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

3.6.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 36

 Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasında yeni yaradılacaq kommersiya hüquqi şəxsinin təsisçi tərəfindən ona verilməli adın unikallığının yoxlanılmasından ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50.2-ci və 50.3-cü maddələri, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.47-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət tam avtomatlaşdırılmış, həmin xidmətin yerinə yetirilməsi prosesi tamamilə informasiya sistemləri tərəfindən həyata keçirilir.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Dövlət qeydiyyatına alınacaq kommersiya hüquqi şəxsinə unikal (təkrarolunmaz) xüsusi ad seçilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnformativ.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (https://www.e-taxes.gov.az/ebyn/TaxPayerChecker.jsp), http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.taxes.gov.az/,

- https://www.e-taxes.gov.az/,

- http://www.e-gov.az;

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

- Vergi ödəyicilərinə xidmət mərkəzləri;

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Sorğunun yerinə yetirilməsindən heç bir halda imtina edilmir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Yeni yaradılacaq kommersiya hüquqi şəxsi üçün seçilmiş adın (kommersiya hüquqi şəxsin adının təşkilati-hüquqi formaya qədər olan hissəsi) böyük latın hərfləri ilə sistemə daxil edilir.

Sorğu sistemə daxil ediləndən sonra kommersiya hüquqi şəxsin adının unikal olub-olmadığı barədə məlumat ekrana çıxır.

İstifadəçinin istəyindən asılı olaraq, ona oxşar adlı kommersiya hüquqi şəxslərin adlarına baxış imkanı yaradılır.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.[90]

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti: Kommersiya hüquqi şəxsinin adının unikal olub-olmadığı və oxşar adlı hüquqi şəxslərin adları barədə məlumatların ekrana çıxarılması, sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Sorğunun cavablandırılması informasiya sistemində sorğunun emalı müddətindən asılıdır. Sorğuya baxılmasının nəticələrinə dair hər hansı sənəd təqdim olunmur.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.5.2. Nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.[91]

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

3.6.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 37

 Çağrı Mərkəzində vergi qanunvericiliyi və elektron xidmətlərin tətbiqi ilə bağlı sualların cavablandırılması” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Çağrı Mərkəzində vergi qanunvericiliyi və elektron xidmətlərin tətbiqi ilə bağlı sualların cavablandırılması.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vasitəsilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195) zəng etməklə vergi ödəyiciləri vergi qanunvericiliyi və elektron xidmətlərin tətbiqinə aid suallara operativ cavab və elektron xidmətlərin tətbiqi zamanı yaranmış texniki problemlərin aradan qaldırılmasına dair yardım ala bilərlər.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15-ci və 24-cü maddələri, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanunu, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri; “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.48-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Xidmət real vaxt rejimində həyata keçirilərək daxil olmuş müraciətlər dərhal cavablandırılır. Lakin müraciət edən şəxsin sualına tam əhatəli cavab vermək mümkün olmadıqda onunla təkrar əlaqə yaradılaraq məlumatlandırılması üçün sual vərəqəsi tərtib edilir. Bu tipli müraciətlərə Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanununa əsasən baxılır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi ödəyicilərinin vergi qanunvericiliyi və elektron xidmətlərin tətbiqi ilə əlaqədar sualları cavablandırılır və elektron xidmətlərin tətbiqi zamanı yaranmış texniki problemlər aradan qaldırılır.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnformativ.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195).

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.taxes.gov.az;

- http://www.e-gov.az;

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

- Vergi ödəyicilərinə xidmət mərkəzləri;

- Vergilər qəzeti;

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): Sorğunun yerinə yetirilməsindən heç bir halda imtina edilmir.

3.3.2. sorğunun qəbulu:

Çağrı Mərkəzinə (195 nömrəsinə) müraciət etmiş şəxs 1 düyməsini sıxmaqla Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qoşulur. Müraciət vergi qanunvericiliyinin tətbiqi ilə bağlıdırsa 1, elektron xidmətlərlə bağlıdırsa 2 düyməsini sıxmaqla şəxs canlı rejimdə xidmət göstərən Çağrı Mərkəzinin əməkdaşına bağlanır.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Elektron xidmət bu reqlamentin 1.7-ci bəndində nəzərdə tutulmuş qaydada Çağrı Mərkəzinin (195) əməkdaşları tərəfindən icra olunur.

Elektron xidmətin göstərilməsinə Vergi ödəyicilərinə xidmət idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi məsuliyyət daşıyır.

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Elektron xidmət bu reqlamentin 1.7-ci bəndində nəzərdə tutulmuş vaxtda icra olunur.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Bu xidmət vasitəsilə vergi ödəyiciləri vergi qanunvericiliyi və elektron xidmətlərin tətbiqinə aid suallara operativ cavab ala bilər və elektron xidmətlərin tətbiqi zamanı yaranmış texniki problemlərin aradan qaldırılmasına nail ola bilərlər.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Xidmətin daim işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) tərəfindən nəzarətdə saxlanılır.

3.5.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) tərəfindən həyata keçirilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

3.6.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 38

 “Çağrı Mərkəzində vergidən yayınma halları və vergi orqanının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) barədə müraciətlərin qəbulu” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Çağrı Mərkəzində vergidən yayınma halları və vergi orqanının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) barədə müraciətlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vasitəsilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195) zəng etməklə bütün fiziki və hüquqi şəxslər vergidən yayınma halları və vergi orqanının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) barədə müraciət edə bilərlər.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci və 15-ci maddələri, İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8-ci bəndi, “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2 və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.49-cu bəndi.[92]

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Xidmət real vaxt rejimində həyata keçirilərək daxil olmuş müraciətlər dərhal qəbul olunur.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vətəndaşların vergidən yayınma halları və vergi orqanlarının vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyi ilə əlaqədar müraciətlərinin qəbul edilməsi.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: İstənilən hüquqi və fiziki şəxs.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195).

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.taxes.gov.az;

- http://www.e-gov.az;

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

- Vergi ödəyicilərinə xidmət mərkəzləri;

- Vergilər qəzeti;

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Müraciət edənin müraciəti ilə əlaqədar “Şikayət vərəqəsi” tərtib edilir ki, bu zaman müraciət edən adını, atasının adını, soyadını, VÖEN-ni (vergi ödəyicisi olduğu təqdirdə), ünvanını və telefon nömrəsini deməlidir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.2.1. sorğunun formalaşdırılması: Çağrı Mərkəzinə (195 nömrəsinə) müraciət etmiş şəxs 1 düyməsini sıxmaqla Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qoşulur. Bundan sonra şəxs yenidən 1 düyməsini sıxmaqla canlı rejimdə xidmət göstərən Çağrı Mərkəzinin (195) əməkdaşına bağlanır.

3.2.2. sorğunun qəbulu: Sorğular reqlamentin 3.2.1-ci bəndində nəzərdə tutulmuş qaydada qəbul edilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): Müraciət edən adını, atasının adını, soyadını, ünvanını və ya işlədiyi yeri bildirmədikdə, habelə şikayətdə qaldırılan məsələlərin həlli dövlət vergi orqanlarının səlahiyyətlərinə aid olmadıqda Çağrı Mərkəzinin (195) əməkdaşı qüvvədə olan qanunvericiliyə istinad edilərək şikayətə baxılmasının mümkün olmadığını bildirir.

3.3.2. sorğunun qəbulu: Sorğular reqlamentin 3.2.1-ci bəndində nəzərdə tutulmuş qaydada qəbul edilir.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: 1.7-ci bənddə nəzərdə tutulmuş qaydada Çağrı Mərkəzinin (195) əməkdaşları tərəfindən icra olunur.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi və Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamenti məsuliyyət daşıyır.[93]

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: 1.7-ci bənddə nəzərdə tutulmuş vaxtda icra olunur.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası. Bu xidmət vasitəsilə bütün fiziki və hüquqi şəxslərin vergidən yayınma halları və vergi orqanının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) barədə müraciətləri qəbul olunur və müraciət əsasında Çağrı Mərkəzinin (195) əməkdaşı tərəfindən şikayət vərəqəsi tərtib olunur.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Xidmətin daim işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) tərəfindən nəzarətdə saxlanılır.

3.5.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) tərəfindən həyata keçirilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 39

 “Çağrı Mərkəzində vergi növləri barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Çağrı Mərkəzində vergi növləri barədə məlumatın verilməsi.

1.2.         Elektron xidmətin məzmunu: Bu xidmət vasitəsilə müraciət edənlər Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195) zəng edərək vergi növləri barədə məlumat əldə edir.

1.3.                Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15-ci və 24-cü maddələri, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri, Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2 və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.50-ci bəndi.

1.4.       Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Nazirliyi.

1.5.       Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6.       Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən xidmət tam avtomatlaşdırılmışdır.

1.7.       Elektron xidmətin icra müddəti: Xidmət real-vaxt rejimində dərhal həyata keçirilir.

1.8.       Elektron xidmətin göstərilməsinin nəticəsi: Müraciət edənlərin vergi növləri barədə məlumat alması.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnformativ

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195).

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.taxes.gov.az;

- http://www.e-gov.az;

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

- Vergi ödəyicilərinə xidmət mərkəzləri;

- Vergilər qəzeti;

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): Sorğunun yerinə yetirilməsindən heç bir halda imtina edilmir.

3.3.2. Sorğunun qəbulu:

Çağrı Mərkəzinə (195 nömrəsinə) müraciət etmiş şəxs 1 düyməsini sıxmaqla Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qoşulur, müvafiq dildə məlumat almaq üçün seçdiyi dilə uyğun düyməni seçir, daha sonra vergi növləri barədə məlumat almaq üçün 1 düyməsini sıxır. Bu zaman müraciət etmiş şəxsə müvafiq vergi növünə uyğun düyməni seçməklə məlumat almaq imkanı verilir. Sifariş elektron formada qəbul edilir və müvafiq proqram təminatı tərəfindən qeydiyyatı aparılır.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Müraciət etmiş şəxsin seçiminə uyğun olaraq müvafiq vergi növü barədə avtomatik proqram təminatı tərəfindən məlumat verilir;

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı, İnformasiya texnologiyaları mərkəzi və Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamenti məsuliyyət daşıyır.[94]

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Müraciət etmiş şəxsə məlumat dərhal təqdim olunur.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Xidmətin göstərilməsi zamanı sistemdə sorğunun cavablandırılması real vaxt rejimdə dərhal aparılır və sorğuya baxılmasının nəticələrinə dair hər hansı sənəd formalaşmır.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Xidmətin daim işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) tərəfindən nəzarətdə saxlanılır və aylıq olaraq xidmətdən istifadə barədə hesabat hazırlanır.

3.5.2. nəzarət qaydası: Reqlamentin 3.5.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) tərəfindən xidmətin işlək vəziyyətdə olması test edilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

3.6.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 40

 “Çağrı Mərkəzində vergi borcu barədə məlumatın təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Çağrı Mərkəzində vergi borcu barədə məlumatın təqdim edilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vasitəsilə vergi ödəyiciləri Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195) zəng edərək dövlət büdcəsinə olan vergi borcları barədə məlumat əldə edirlər.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24-cü və 30.2.5-ci maddələri, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2 və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.51-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Xidmət real-vaxt rejimində dərhal həyata keçirilir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi ödəyiciləri dövlət büdcəsinə olan vergi borcu barədə məlumat əldə edir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195).

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.taxes.gov.az;

- http://www.e-gov.az;

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

- Vergi ödəyicilərinə xidmət mərkəzləri;

- Vergilər qəzeti;

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.2.1. sorğunun formalaşdırılması: Bunun üçün qeyri-iş saatlarında Çağrı Mərkəzinə (195 nömrəsinə) zəng etmiş vergi ödəyicisi 1 düyməsini sıxmaqla Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qoşulur, müvafiq dildə məlumat almaq üçün seçdiyi dilə uyğun olan düyməni seçir, daha sonra vergi borcu barədə məlumat almaq üçün 2 düyməsini sıxır;

İş saatlarında isə Çağrı Mərkəzinə (195 nömrəsinə) zəng etmiş vergi ödəyicisi 1 düyməsini sıxmaqla Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qoşulur, dövlət büdcəsinə olan vergi borcu barədə məlumat almaq üçün 3 düyməsini sıxır, daha sonra isə müvafiq dildə məlumat almaq üçün seçdiyi dilə uyğun olan düyməni seçir;

Hər iki halda müvafiq seçimlər edildikdən sonra vergi ödəyicisi vergi orqanından verilmiş eyniləşdirmə nömrəsini (VÖEN) daxil etməli və “#” düyməsini sıxmalıdır.

3.2.2. sorğunun qəbulu: Reqlamentin 3.2.1-ci yarımbəndinə uyğun olaraq formalaşan müraciət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzində (195) avtomatik qəbul olunur.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): İstifadəçi sorğunun formalaşdırılması üçün bu reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatları səhv daxil etdikdə sorğu qəbul edilmir. Səhv məlumatın daxil edilməsi istifadəçinin yenidən sorğu verməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu: Sorğu müvafiq proqram təminatı tərəfindən elektron formada qəbul edilir .

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Müraciət etmiş vergi ödəyicilərinə müvafiq dil seçiminə uyğun olaraq dövlət büdcəsinə olan vergi borcu barədə məlumat proqram təminatı tərəfindən avtomatik təqdim olunur.

Elektron xidmətin göstərilməsinə Vergi ödəyicilərinə xidmət idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi məsuliyyət daşıyır.

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Müraciət etmiş vergi ödəyicilərinə məlumat dərhal təqdim olunur.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Sorğu dərhal cavablandırılır. Sorğuya baxılmasının nəticələrinə dair hər hansı sənəd təqdim olunmur.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Xidmətin daim işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) tərəfindən nəzarət edilir.

3.5.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) tərəfindən həyata keçirilir.

Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

3.6.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 41

 “Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət “İkitərəfli SMS xidməti”ndən istifadə etmək üçün mobil telefondan “*195*istifadəçi kodu*şifrə#yes” yığmaqla qeydiyyatdan keçmiş vergi ödəyicilərinə vergi orqanı tərəfindən vergi öhdəlikləri və vergilər barədə məlumatların təqdim edilməsini nəzərdə tutur.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24-cü maddəsi, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri, “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2.1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.52-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Abunə olan vergi ödəyicilərinə məlumatlar əməliyyatın həyata keçirildiyi gündən sonrakı gün, sorğu zamanı isə sorğu edilən gün ərzində göndərilir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Məlumatlar vergi ödəyicilərinə 2 formada təqdim edilir:

1. Abunə olmaqla – bu zaman vergi ödəyicilərinə vergi öhdəlikləri və vergilər barədə məlumatlar göndərilir.

2. Sorğu göndərməklə - bu zaman “İkitərəfli SMS xidməti”nin istifadəçiləri qeydiyyatdan keçmiş hər hansı bir nömrədən müvafiq rəqəmləri (məsələn: borcunu öyrənmək istədikdə 1) yazıb 8195 nömrəsinə göndərir. Bundan sonra vergi orqanı tərəfindən gün ərzində müvafiq məlumatlar sorğu edən şəxsə göndərilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli. Aylıq abunə haqqı 1,18 manat, hər bir sorğunun dəyəri isə 0,10 manatdır. Müvafiq xidmət haqqı mobil operatorlar tərəfindən tutulur.

2.3. Elektron xidmətin istifadəçiləri: Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195).

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.taxes.gov.az;

- http://www.e-gov.az;

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

- Vergi ödəyicilərinə xidmət mərkəzləri;

- Vergilər qəzeti;

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar:

Abunə olan vergi ödəyicilərinə məlumatlar aşağıdakı vaxtlarda və (və ya) hallarda göndərilir:

1. Vergi ödəyicisi büdcəyə ödəniş etdikdə – şəxsi hesab vərəqəsinə (bundan sonra - ŞHV) işlənildikdən sonrakı gün;

2. Vergi ödəyicisinin yeni borcu yarandıqda – ŞHV-yə işlənildikdən sonrakı gün;

3. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə üzrə vergi hesablandıqda – ŞHV-yə işlənildikdən sonrakı gün;

4. Bəyannamə üzrə uyğunsuzluq yarandıqda – uyğunsuzluq məktubu vergi orqanından çıxdıqdan sonrakı gün;

5. Vergi ödəyicisinin təqdim edilməli bəyannamələri olduqda – bəyannamənin təqdim edilməsi üçün müəyyən olunmuş müddətin 2-ci günü, əgər abunəlik daha sonra aktivləşibsə və bəyannamənin təqdim edilmə müddəti bitməyibsə, abunəliyin aktivləşdiyi gün, əgər bəyannamənin təqdim edilmə müddəti bir neçə ayı əhatə edirsə, hər ayın 2-ci günü;

6. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda – fəaliyyətin dayandırılması barədə Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (bundan sonra AVİS) məlumat işləndikdən sonrakı gün;

7. Vergi ödəyicisinin fəaliyyəti aktivləşdikdə – fəaliyyətin aktivləşməsi barədə AVİS-ə məlumat işləndikdən sonrakı gün;

8. Cari vergi ödəmələri barədə arayış təqdim etdikdə (Mənfəət, Gəlir) – ŞHV-yə işlənildikdən sonrakı gün;

9. Cari vergi ödəmələrinin hesablanması barədə (Mənfəət, Gəlir, Əmlak, Yol) – ŞHV-yə işlənildikdən sonrakı gün;

10. Ləğv bəyannamələri göndərildikdə – bəyannamənin təqdim edilməsi üçün müəyyən olunmuş müddətin 2-ci günü.

Sorğu göndərən vergi ödəyicilərinə məlumatlar sorğu göndərilən gün ərzində göndərilir.

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu: Xidmətin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu və şifrəsi olmalıdır. Bunlardan istifadə etməklə mobil telefondan “*195*istifadəçi kodu*şifrə#yes” yığılmaqla mobil nömrə qeydiyyatdan keçirildikdən sonra xidmətdən abunə olmaqla və ya sorğu göndərilməklə istifadə edilir.

3.2.1. sorğunun formalaşdırılması: Xidmətdən istifadə etmək üçün ilk növbədə mobil telefon nömrəsi qeydiyyatdan keçirilməlidir.

Bunun üçün mobil telefonda “*195*istifadəçi kodu*şifrə#” yığılmaqla “Yes düyməsi sıxılır. Xidmətdən 2 formada abunə olmaqla və ya sorğu göndərməklə istifadə etmək olar:

1. Xidmətə abunə olmaq üçün qeydiyyatdan keçirilmiş mobil telefon nömrəsindən start yazılıb 8195 nömrəsinə SMS göndərilməlidir. Bir nömrə iki və daha çox vergi ödəyicisi üzrə qeydiyyatdan keçirildikdə müvafiq VÖEN və start sözü (məsələn “1000567891 start”) yazılıb 8195 nömrəsinə SMS göndərilməlidir.

2. Xidmətdən sorğu göndərməklə istifadə etmək istədikdə isə qeydiyyatdan keçirilmiş mobil telefon nömrəsindən müvafiq sorğu rəqəmi (vergi borcu barədə 1, təqdim edilməli bəyannamələr barədə 2, sahibkarlıq fəaliyyətinin aktiv və ya dayandırılmış olması barədə 3) qeyd edilməklə 8195 nömrəsinə SMS göndərilir. Bir nömrə iki və daha çox vergi ödəyicisi üzrə qeydiyyatdan keçirildikdə müvafiq VÖEN və sorğu rəqəmi (məsələn “1000567891 1”) yazılıb 8195 nömrəsinə SMS göndərilməlidir.

3.2.2. Sorğunun qəbulu: Abunə olmuş vergi ödəyicilərinin hər hansı bir əməliyyatları (büdcəyə ödəniş edildikdə, büdcəyə borcu yarandıqda, təqdim etdiyi bəyannamə üzrə vergi hesablandıqda, bəyannamə üzrə uyğunsuzluq yarandıqda və s.) olduqda və ya dövlət büdcəsinə olan borcları, təqdim edilməli bəyannamələri barədə, fəaliyyətin dayandırılması və bərpası ilə bağlı məlumat almaq üçün sorğu göndərməklə, abunə olmayan vergi ödəyiciləri isə yalnız sorğu göndərməklə SMS vasitəsilə məlumatlandırılır.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla):

1. Abunəliyin passivləşdirilməsi üçün “stop” yazılaraq 8195 nömrəsinə SMS göndərilməlidir.

2. Telefon nömrəsi qeydiyyatdan keçmədikdə, sorğu düzgün göndərilmədikdə, göndərilmiş sorğuların mətni düzgün formatda olmadıqda və ya balansda kifayət qədər məbləğ olmadıqda xidmət göstərilmir və bununla bağlı xidmətin istifadəçilərinə müvafiq məzmunlu bildiriş xarakterli mesajlar göndərilir.

3. Abunə olmuş vergi ödəyicisi (istifadəçi kodu) üzrə abunə haqqının tutulması üçün balansda kifayət qədər məbləğ olmadıqda SMS-lərin göndərilməsi dayandırılır, ona balansını artırması barədə mesaj göndərilir və balansdan məbləğin tutulması üçün 30 gün müddətində cəhdlər edilir.

30 gün ərzində edilən cəhdlərin hər hansı birinin nəticəsində balansdan abunə haqqı tutulduqda abunəlik 30 gün müddətinə artırılır.

30 gün keçdikdən sonra edilən cəhdlər nəticəsində balansdan məbləğ tutmaq mümkün olmadıqda 30-cu gün abunə olan şəxsə abunəliyin bloklaşdırılması barədə mesaj göndərilir.

4. Hər hansı nömrənin SMS qeydiyyatından çıxarılması üçün vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinə yazılı müraciət edilməlidir.[95]

Qeyd: İlkin mərhələdə xidmət Azercell abonentləri üçün aktivdir.

3.3.2. Sorğunun qəbulu: Sifariş elektron formada qəbul edilir və müvafiq proqram təminatı tərəfindən qeydiyyatı aparılır.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Bu reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulmuş qaydada sorğu edən şəxs və ya abonentlər proqram təminatı tərəfindən SMS vasitəsilə məlumatlandırılır.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Məlumatlar vergi ödəyicilərinə 2 formada təqdim edilir:

1. Abunə olmaqla – bu zaman vergi ödəyicilərinin ay ərzində apardıqları əməliyyatlar barədə məlumatlar və həmin ay üçün vergi ödəyicilərinə təqdim edilməli olan digər məlumatlar göndərilir.

2. Sorğu göndərməklə - bu zaman “İkitərəfli SMS xidməti”nin istifadəçiləri qeydiyyatdan keçmiş hər hansı bir nömrədən müvafiq rəqəmləri (məsələn: borcunu öyrənmək istədikdə 1) yazıb 8195 nömrəsinə göndərdikdən sonra vergi orqanı tərəfindən gün ərzində məlumatların göndərilməsi təmin edilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Abunə olmuş və ya sorğu göndərmiş vergi ödəyiciləri barədə hər gün hesabat hazırlanır.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki köməkliyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.5.1. Nəzarət forması: Xidmətin daim işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) tərəfindən nəzarətdə saxlanılır.

3.5.2. Nəzarət qaydası: Xidmətin yerinə yetirilməsi zamanı bu prosesdə yaranan hər hansı anlaşılmazlıq barədə xidmətin istifadəçilərindən daxil olan müraciətlər Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) tərəfindən qəbul edilərək araşdırılması və uyğunsuzluqların aradan qaldırılmasının təmin edilməsi məqsədilə gün ərzində AVİS Yardım Masasına göndərilir. AVİS Yardım Masası araşdırmanın nəticəsi və (və ya) uyğunsuzluğun aradan qaldırılması barədə əsaslandırılmış məlumatı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195) təqdim etdikdən sonra Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) həmin gün bu barədə məlumatı müraciət edən şəxslərə təqdim edir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

3.6.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 42

 “Çağrı Mərkəzində qeyri-iş saatlarında zəng etmiş şəxsin sonradan onunla canlı rejimdə əlaqə yaradılması barədə müraciətinin qəbulu” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Çağrı Mərkəzində qeyri-iş saatlarında zəng etmiş şəxsin sonradan onunla canlı rejimdə əlaqə yaradılması barədə müraciətinin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vasitəsilə qeyri-iş saatlarında Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195) zəng edərək elektron operatorun verdiyi məlumatlarla qane olmayan şəxslər sonradan onlarla Çağrı Mərkəzinin (195) əməkdaşı tərəfindən əlaqə yaradılması üçün müraciət edə bilərlər.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24-cü maddəsi, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri, “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2 və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.53-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Sifarişlər dərhal qəbul edilir. Qəbul edilmiş sifarişlərə uyğun müraciət edən şəxslərlə qarşılıqlı əlaqə yaradılaraq məlumatlandırılması isə sifarişlərin qəbul edildiyi gündən sonrakı ilk iş günündə həyata keçirilir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Qeyri-iş saatlarında müraciət etmiş və elektron operatorun verdiyi məlumatlarla qane olmayaraq onunla canlı əlaqə yaradılmasını istəmiş şəxslərə növbəti iş günü ərzində Çağrı Mərkəzinin (195) əməkdaşı tərəfindən əlaqə yaradılaraq müvafiq xidmət göstərilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195).

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.taxes.gov.az;

- http://www.e-gov.az;

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

- Vergi ödəyicilərinə xidmət mərkəzləri;

- Vergilər qəzeti;

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.2.1. sorğunun formalaşdırılması: Xidmətin göstərilməsi prosesi tamamilə avtomatlaşdırılaraq informasiya sistemləri tərəfindən həyata keçirilir. Bunun üçün qeyri-iş saatında Çağrı Mərkəzinə (195 nömrəsinə) müraciət etmiş şəxs 1 düyməsini sıxmaqla Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qoşulur, müvafiq dildə məlumat almaq üçün seçdiyi dilə uyğun düyməni sıxır, daha sonra onunla təkrar əlaqə yaradılmasını istəyirsə 3 düyməsini sıxır və təkrar əlaqə yaradılacaq stasionar telefon nömrəsini daxil edərək # düyməsini sıxır, müraciət vergi qanunvericiliyinin tətbiqi ilə bağlıdırsa 1, elektron xidmətlərlə bağlıdırsa 2, vergi hüquqpozmaları ilə bağlıdırsa 3 düyməsi sıxılır və müraciət qeydiyyata alınır.

3.2.2. sorğunun qəbulu: Sifariş edilən stasionar nömrə daxil edildikdən sonra növbəti gün müvafiq proqram təminatı vasitəsilə hesabat alınır.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): Sifariş edilən telefon nömrəsi stasionar nömrə olmadıqda və ya telefon nömrəsi düzgün olmadıqda sorğu icra edilmir.

3.3.2. Sorğunun qəbulu: Sifariş elektron formada qəbul edilir və müvafiq proqram təminatı tərəfindən qeydiyyatı aparılır.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Düzgün sifariş edilən nömrə ilə Çağrı Mərkəzinin (195) əməkdaşı tərəfindən əlaqə yaradılaraq müvafiq xidmət göstərilir.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi və Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamenti məsuliyyət daşıyır.[96]

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Sorğu verildiyi gündən sonrakı iş günü icra edilir.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Sifariş edilmiş telefon nömrəsi əsasında sorğunun icrası canlı rejimdə növbəti gün ərzində aparılır və sifarişin nəticələrinə dair hər gün hesabat hazırlanır.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması:

Xidmətin daim işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) tərəfindən nəzarətdə saxlanılır.

3.5.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) tərəfindən həyata keçirilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

3.6.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 43

 “Vergi ödəyiciləri ilə sual-cavab” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vergi ödəyiciləri ilə sual-cavab.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyicilərinin və ya vətəndaşların vergilərlə bağlı müraciətlərini vergi mütəxəssislərinə ünvanlayaraq qısa müddətdə cavab alma proseslərini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci bəndi, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci, 7-ci və 10-1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 8.3-cü və 8.4-cü bəndləri, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2 və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.54-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində göstərilən müddətlər.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Bu xidmət vasitəsi ilə vergi ödəyici və ya vətəndaş tərəfindən vergilərə aid maraqlandığı məsələlərlə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyindən cavab əldə edir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: İstənilən hüquqi və fiziki şəxs.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (http://www.taxes.gov.az/?name=faq&lang=), http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

 - http://www.taxes.gov.az;

 - http://www.e-gov.az;

 - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

 - Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

 - Vergi ödəyicilərinə xidmət mərkəzləri;

 - office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Bu elektron xidmətin göstərilməsi üçün hər hansı bir sənədin təqdim edilməsi tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.2.1. sorğunun formalaşdırılması: Vergi ödəyicisi və ya vətəndaş internet səhifənin müvafiq bölməsindəki xidmət üzrə yerləşdirilmiş xüsusi müraciət formasını doldurur.

3.2.2. sorğunun qəbulu: Müraciət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq struktur bölməsinin elektron ünvanına daxil olur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin səlahiyyətli mütəxəssisi formanın məzmunu ilə tanış olur.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): “Sual-cavab” bölməsində mövcud qanunvericiliyə uyğun olaraq kommersiya (vergi) sirri təşkil edən məlumatlar verilmir. VÖEN haqqında, müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında, vergi qanunvericililiyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında, vergi ödəyiciləri üzrə borclar, hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) və vergi ödəyicilərinin razılığı ilə aşkar edilən məlumatlar istisna olmaqla digər məlumatlar kommersiya (vergi) sirri hesab olunur.

3.3.2. sorğunun qəbulu: Reqlamentin 3.2.2-ci bəndinə uyğun olaraq.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Müraciət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq struktur bölməsinin elektron ünvanına daxil olur və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin səlahiyyətli mütəxəssisi tərəfindən cavablandırılır.

Elektron xidmətin göstərilməsinə Vergi ödəyicilərinə xidmət idarəsi məsuliyyət daşıyır.

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Sorğu “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 10-cu maddəsində göstərilən müddətdə cavablandırılır.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Sorğu cavablandırılaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi saytının “Sual-cavab” bölməsində yerləşdirilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Elektron xidmət servisinin daim işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.

3.5.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsi və İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 30 iyul 2015-ci il tarixli 1517050000006200 nömrəli Qərarı ilə təsdiq edilmişdir. [97]

Əlavə - 44

“Vergilər nazirinə onlayn müraciət”

elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vergilər nazirinə onlayn müraciət.

1.2. Elektron xidmətin məzmunu: Fiziki və hüquqi şəxslər vergi orqanlarının səlahiyyətlərinə aid olan məsələlərlə bağlı vergilər nazirinə onlayn müraciət edə bilərlər. Bu elektron xidmətin təşkili vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə zəmin yaradır.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 12-ci və 14-cü maddələri, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci, 52-ci və 78-ci maddələri, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 8.3-cü və 8.4-cü bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.55-ci bəndi.[98]

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 10-cu maddələrində, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci və 78-ci maddələrində göstərilən müddətlər.[99]

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Müraciətin araşdırılmasının nəticəsinə dair müraciət müəllifinə cavab məktubu göndərilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: İstənilən fiziki və hüquqi şəxs.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler), http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. http://www.taxes.gov.az;

2.5.2. http://www.e-gov.az;

2.5.3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1);

2.5.4. Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

2.5.5. Vergi ödəyicilərinə xidmət mərkəzləri;

2.5.6. office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Şəxsiyyəti təsdiq edən sənəd (təqdim olunmuş forma üzrə müəyyən edilmiş müvafiq qrafalarda şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi qeyd olunur).

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi tərəfindən Reqlamentin 2.4-cü bəndində qeyd edilən “E-xidmətlər” bölməsində “Vergilər nazirinə onlayn müraciət” xidmət növü seçilir. Bu zaman açılmış pəncərədə təqdim olunmuş forma üzrə (*) işarəsi ilə qeyd olunan “Adınız”, “Soyadınız”, “Atanızın adı”, “Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi” və “Doğum tarixi” qrafaları doldurularaq “Davam et” düyməsi sıxılır. Bundan sonra açılacaq yeni pəncərədə istifadəçi tərəfindən forma üzrə müəyyən edilmiş müvafiq qrafalar doldurularaq “Göndər” düyməsi sıxılır. Bu zaman (*) işarəsi ilə qeyd olunan aşağıdakı qrafaların mahiyyəti üzrə doldurulması zəruridir:

1. Telefon nömrəsi (ev, iş, mobil);

2. E-mail;

3. Müraciətin məzmunu;

3.1.2. sorğunun qəbulu: Müraciət formasının məlumatları əks əlaqə (feed-back) vasitəsilə onlayn rejimdə qəbul edilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: Reqlamentin 3.1.1-ci yarımbəndində qeyd olunan qrafalardan ((*) işarəsi ilə qeyd olunmayan qrafalar istisna olmaqla) hər hansı biri doldurulmadıqda elektron xidmətin göstərilməsindən imtina olunur;

3.2.2. sorğunun qəbulu: Reqlamentin 3.1.2-ci yarımbəndinə uyğun olaraq həyata keçirilir.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Təqdim olunmuş forma istifadəçi tərəfindən doldurulub onlayn rejimdə göndərildikdən sonra müraciət dərhal Vergilər Nazirliyinin Aparatına daxil olur. Müraciət Vergilər Nazirliyinin Aparatı tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (bundan sonra - AVİS) vasitəsilə qeydiyyata alındıqdan sonra dərkənar verilməsi üçün aidiyyəti üzrə vergilər nazirinə təqdim edilir. Müvafiq dərkənar verildikdən sonra müraciət icra üçün aidiyyəti struktura göndərilir. Müraciətin araşdırılmasının nəticəsinə dair hazırlanmış cavab məktubu AVİS vasitəsilə qeydiyyata alınaraq müraciət müəllifinin qeyd etdiyi e-mail ünvana göndərilir. Elektron xidmətin göstərilməsinə Vergilər Nazirliyinin Aparatı, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyırlar;[100]

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 10-cu maddələrində, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci və 78-ci maddələrində göstərilən müddətlər;[101]

3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur;

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Reqlamentin 3.3.1-ci yarımbəndinə uyğun olaraq həyata keçirilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Müraciət AVİS vasitəsilə qeydiyyata alınır və icra müddəti göstərilir;

3.4.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı tərəfindən həyata keçirilir. İstifadəçilər üçün elektron xidmətdən istifadə ilə bağlı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya onlara metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onun narazılığına səbəb olan istənilən məsələ barədə inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Şikayətin verilməsi və baxılması qaydası aşağıdakı kimidir:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 45

“Vergi orqanlarına xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vergi orqanlarına xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu

1.2.      Elektron xidmətin məzmunu: Bu elektron xidmət vasitəsilə vətəndaşlar onlayn qaydada vergi orqanlarına işə qəbulla bağlı müsabiqədə iştirak üçün qeydiyyat imkanı əldə edirlər.

1.3.     Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.56-cı bəndi.

1.4.     Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5.     Elektron xidmətin digər icraçıları: Bu xidmət yalnız Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

1.6.     Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Yoxdur.

1.7.     Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8.     Elektron xidmətin göstərilməsinin nəticəsi: Vətəndaşlar Azərbaycan Respublikasının Vergilər Nazirliyinə gəlmədən müsabiqədə iştirak üçün qeydiyyatdan keçə bilər.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Bu xidmət yalnız Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulub.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsi (http://vroom.e-taxes.gov.az/tqdk) http://www.e-gov.az, http://www.taxes.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

 - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsi (http://www.taxes.gov.az);

- http://www.e-gov.az

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnsan resursları idarəsi, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Bu elektron xidmətin göstərilməsi üçün hər hansı bir sənədin təqdim edilməsi tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması:

İnteraktiv elektron xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsində hər hansı bir qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Azərbaycan Respublikasının hər bir vətəndaşı sərbəst şəkildə xidmətdən istifadə üçün sorğu göndərə bilər.

3.2.2. Sorğunun qəbulu:

“Vergi orqanlarına xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti real-vaxt rejimində həyata keçirilir və nəzərdə tutulmuş sorğu forması doldurulduqdan sonra sorğu avtomatik olaraq qəbul edilir.

Xidmətin göstərilməsi prosesi tamamilə avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Bu barədə müraciət edən istifadəçi saytda qoyulmuş “Vergi orqanlarına işə qəbulla bağlı müraciət forması” linkindən daxil olaraq şəxsiyyət vəsiqəsinin pin kodunu və nömrəsini daxil etməklə sistemə daxil olub tələb olunan məlumatları daxil etməklə qeydiyyatdan keçir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): Vətəndaşın göndərdiyi məlumatlar yoxlanılır və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin tələblərinə uyğun gəlmədikdə səbəb göstərilməklə sorğunun qəbul edilmədiyi barədə bildiriş göndərilir

3.3.2. Sorğunun qəbulu: Sorğu elektron formada qəbul edilir və müsabiqəyə buraxılmaq üçün təsdiq olunmuş müraciətlərə sıra ardıcıllığı ilə Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş iş nömrəsi verilir.[102]

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Məlumatlar avtomatlaşdırılmış qaydada qəbul olunur və işə qəbulla bağlı yaradılmış işçi qrup tərəfindən yoxlanılaraq avtomatlaşdırılmış qaydada cavablandırılır.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnsan resursları departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.[103]

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və(və ya) maksimal yerinə yetirilmə müddəti: Elektron qeydiyyat ərizələri üç gün ərzində işçi qrup tərəfindən yoxlanılır və cavablandırılır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Elektron xidmətin göstərilməsi zamanı sistemdə sorğunun cavablandırılması real vaxt rejimdə üç gün ərzində aparılır və sorğuya baxılmasının nəticələrinə dair müraciət edənə bildiriş göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmət servisinin daim işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.

3.5.2. Nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.[104]

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 46

“Vergi orqanlarında vakant vəzifələr üzrə qeydə alınmış namizədlər barədə statistik məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vergi orqanlarına xidmətə qəbul üçün müraciətlərin statistik interaktiv cədvəli.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət internet vasitəsi ilə vergi orqanlarına işə qəbulla bağlı vətəndaşların müsabiqədə iştirak ərizələrinin sayının statistik interaktiv cədvəlini əks etdirir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 222 nömrəli 15.04.2012-ci il tarixli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.57-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vətəndaşlar Azərbaycan Respublikasının Vergilər Nazirliyinə gəlmədən müsabiqədə iştirak edən şəxslərin sayı və hər vakant vəzifəyə neçə şəxsin müraciət etdiyi barədə məlumat ala bilər.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnformativ.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsi (http://vroom.e-taxes.gov.az/tqdk) http://www.e-gov.az, http://www.taxes.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

 - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsi (http://www.taxes.gov.az);

- http://www.e-gov.az

- İnsan resursları idarəsi, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Bu elektron xidmətin göstərilməsi üçün hər hansı bir sənədin təqdim edilməsi tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

Elektron xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsində hər hansı bir qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstənilən şəxs sərbəst şəkildə xidmətdən istifadə üçün sorğu göndərə bilər.

“Vergi orqanlarında vakant vəzifələr üzrə qeydə alınmış namizədlər barədə statistik məlumatların verilməsi” elektron xidməti real-vaxt rejimində həyata keçirilir və statistika bölməsində yerləşdirilir.

Xidmətin göstərilməsi prosesi tamamilə avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Bu barədə müraciət edən istifadəçi saytda qoyulmuş “Vergi orqanlarına işə qəbulla bağlı müraciət forması” linkindən daxil olaraq statistika bölməsinə baxmalıdır.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): Sorğunun yerinə yetirilməsindən heç bir halda imtina edilmir.

3.3.2. Sorğunun qəbulu: Sorğu elektron formada qəbul edilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Məlumatlar avtomatlaşdırılmış qaydada qəbul olunur

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnsan resursları departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.[105]

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və(və ya) maksimal yerinə yetirilmə müddəti: Elektron xidmət real-vaxt rejimində həyata keçirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Elektron xidmətin göstərilməsi zamanı sistemdə sorğunun cavablandırılması real vaxt rejimdə aparılır.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron xidmət servisinin daim işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.

3.5.2. Nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.[106]

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.       08 oktyabr 2013-cü il tarixli 1317050000004800 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı

2.       22 aprel 2014-cü il tarixli 1417050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı

3.       04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı

4.       19 may 2015-ci il tarixli 1517050000004800 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı

5.       30 iyul 2015-ci il tarixli 15170000006200 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı

6.       7 sentyabr 2016-cı il tarixli 1617050000011400 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı

7.       27 yanvar 2017-ci il tarixli 1717050000005500 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı

8.       31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı

9.       6 oktyabr 2017-ci il tarixli 1717050000021100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 6 oktyabr 2017-ci il tarixli 1717050000021100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə qərarın preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

[2] 19 may 2015-ci il tarixli 1517050000004800 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” və “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidmətləri ləğv edilmişdir.

[3] 27 yanvar 2017-ci il tarixli 1717050000005500 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarın 1.7-ci, 1.37-ci, 1.40-cı və 1.43-cü bəndləri ləğv edilmişdir.

[4] 6 oktyabr 2017-ci il tarixli 1717050000021100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə 1 nömrəli əlavə - “Elektron bəyannamənin qəbulu” elektron xidməti üzrə inzibati reqlament, 2 nömrəli əlavə - “Elektron vergi hesab-fakturasının qəbulu” elektron xidməti üzrə inzibati reqlament, 3 nömrəli əlavə - “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlament, 6 nömrəli əlavə - “ƏDV məqsədləri üçün onlayn qeydiyyat” elektron xidməti üzrə inzibati reqlament, 8 nömrəli əlavə - “Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi” elektron xidməti üzrə inzibati reqlament, 9 nömrəli əlavə - “Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament, 10 nömrəli əlavə - “Vergi borcu barədə arayışın verilməsi üçün müraciətin qəbulu” elektron xidməti üzrə inzibati reqlament, 11 nömrəli əlavə - “Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün müraciətin qəbulu” elektron xidməti üzrə inzibati reqlament, 12 nömrəli əlavə - “Üzləşmə aktlarının verilməsi üçün müraciətin qəbulu” elektron xidməti üzrə inzibati reqlament, 13 nömrəli əlavə - “Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament, 14 nömrəli əlavə - “POS-terminalın onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament, 15 nömrəli əlavə - “POS-terminalın onlayn qeydiyyatdan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament, 18 nömrəli əlavə - “Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament, 19 nömrəli əlavə - “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament, 22 nömrəli əlavə - “Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament, 23 nömrəli əlavə - “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament, 24 nömrəli əlavə - “Vergilər Nazirliyinə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənməsi” elektron xidməti üzrə inzibati reqlament, 25 nömrəli əlavə - “Satınalmalar üzrə məlumatların onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament, 26 nömrəli əlavə - “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlament, 27 nömrəli əlavə - “Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlament, 28 nömrəli əlavə - “Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament, 29 nömrəli əlavə - “Vətəndaşların video qəbulu” elektron xidməti üzrə inzibati reqlament, 30 nömrəli əlavə - “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament, 31 nömrəli əlavə - “Vergi kalkulyatoru” elektron xidməti üzrə inzibati reqlament, 32 nömrəli əlavə - “İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament, 33 nömrəli əlavə - “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament, 34 nömrəli əlavə - “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” elektron xidməti üzrə inzibati reqlament, 35 nömrəli əlavə - “ƏDV ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament, 36 nömrəli əlavə - “Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması” elektron xidməti üzrə inzibati reqlament, 38 nömrəli əlavə - “Çağrı Mərkəzində vergidən yayınma halları və vergi orqanının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) barədə müraciətlərin qəbulu” elektron xidməti üzrə inzibati reqlament, 39 nömrəli əlavə - “Çağrı Mərkəzində vergi növləri barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament, 41 nömrəli əlavə - “Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması” elektron xidməti üzrə inzibati reqlament, 42 nömrəli əlavə - “Çağrı Mərkəzində qeyri-iş saatlarında zəng etmiş şəxsin sonradan onunla canlı rejimdə əlaqə yaradılması barədə müraciətinin qəbulu” elektron xidməti üzrə inzibati reqlament, 44 nömrəli əlavə - “Vergilər nazirinə onlayn müraciət” elektron xidməti üzrə inzibati reqlament, 45 nömrəli əlavə - “Vergi orqanlarına xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti üzrə inzibati reqlament və 46 nömrəli əlavə - “Vergi orqanlarında vakant vəzifələr üzrə qeydə alınmış namizədlər barədə statistik məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlamentin 1.3-cü bəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

[5] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron bəyannamənin qəbulu” elektron xidmət üzrə inzibati reqlamentin 3.4.1-ci yarımbəndində “Iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi” sözləri “Vergi risklərinin təhlili və nəzarəti departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[6] 22 aprel 2014-cü il tarixli 1417050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Fərdi sahibkarlarınonlayn qeydiyyatı" elektron xidməti üzrə inzibati reqlamentinin 3.2-ci bəndində "daxil etmək," sözlərindən sonra "gücləndirilmiş elektron imzadan istifadə etməklə" sözləri əlavə edilmişdir.

[7] 22 aprel 2014-cü il tarixli 1417050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Fərdi sahibkarlarınonlayn qeydiyyatı" elektron xidməti üzrə inzibati reqlamentinin 3.2.1-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.2.1. Sorğunun formalaşdırılması: Vergi ödəyicisi, ona vergi orqanı tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az), daxil olaraq e-VHF altsistemini seçir, elektron vergi hesab-fakturanı hazırlayır və göndərir.

[8] 22 aprel 2014-cü il tarixli 1417050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Fərdi sahibkarlarınonlayn qeydiyyatı" elektron xidməti üzrə inzibati reqlamentinin 3.2.2-ci yarımbəndinin ikinci abzasda "daxil etmək,", üçüncü abzasda "sistemə yükləmək və" sözlərindən sonra "gücləndirilmiş elektron imzadan istifadə etməklə" sözləri əlavə edilmişdir.

[9] 22 aprel 2014-cü il tarixli 1417050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Fərdi sahibkarlarınonlayn qeydiyyatı" elektron xidməti üzrə inzibati reqlamentinin 3.2.2-ci yarımbəndinin dördüncü abzasda "şifrəsi" sözündən sonra ", yaxud gücləndirilmiş elektron imzası" sözləri əlavə edilmişdir.

[10] 22 aprel 2014-cü il tarixli 1417050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Fərdi sahibkarlarınonlayn qeydiyyatı" elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.1-ci yarımbəndinin ikinci abzasında "parola" sözündən sonra ", yaxud gücləndirilmiş elektron imzaya" sözləri əlavə edilmişdir.

[11] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron vergi hesab-fakturasının qəbulu”, 3 nömrəli əlavə - “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması”, 6 nömrəli əlavə - “ƏDV məqsədləri üçün onlayn qeydiyyat”, 8 nömrəli əlavə - “Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi” elektron xidmətləri üzrə inzibati reqlamentlərin 3.4.1-ci yarımbəndində “İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi” sözləri “Vergi risklərinin təhlili və nəzarəti departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[12] 22 aprel 2014-cü il tarixli 1417050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Fərdi sahibkarlarınonlayn qeydiyyatı" elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.2-ci yarımbəndinin "Elektron vergi hesab-fakturası aşağıdakı qaydada doldurulur:" bölməsində "Fakturanı Göndər" sözləri "gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" sözləri ilə əvəz edilmişdir.

[13] 22 aprel 2014-cü il tarixli 1417050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Fərdi sahibkarlarınonlayn qeydiyyatı" elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.2-ci yarımbəndinin "Elektron vergi hesab-fakturasının ləğv edilməsi:" bölməsində "Qəbul" sözü "gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" sözləri ilə əvəz edilmişdir.

[14] 22 aprel 2014-cü il tarixli 1417050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Fərdi sahibkarlarınonlayn qeydiyyatı" elektron xidməti üzrə inzibati reqlamentinin "ƏDV bəyannamələrin VHF-nin əvəzləşdirilməsi:" və "Oflayn rejimdə hazırlanmış paketlərin göndərilməsi:" bölmələrində "Göndər" sözü "gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" sözləri ilə əvəz edilmişdir.

[15] 22 aprel 2014-cü il tarixli 1417050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması" elektron xidməti üzrə inzibati reqlamentinin 1.6-cı bənddə "xüsusi parol-şifrədən" sözləri "istifadəçi kodu, parol və şifrədən, yaxud gücləndirilmiş elektron imzadan" sözləri ilə əvəz edilmişdir.

[16] 22 aprel 2014-cü il tarixli 1417050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması" elektron xidməti üzrə inzibati reqlamentinin 3.2.2-ci yarımbənddə "ƏDV məbləğini" sözlərindən sonra "gücləndirilmiş elektron imzadan istifadə etməklə" sözləri əlavə edilmişdir.

[17] 22 aprel 2014-cü il tarixli 1417050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması" elektron xidməti üzrə inzibati reqlamentinin 3.3.1-ci yarımbənə 4-cü abzas əlavə edilmişdir.

[18] 22 aprel 2014-cü il tarixli 1417050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması" elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.1-ci yarımbəndin ikinci abzasında "Şifrə və parola" sözləri "İstifadəçi kodu, şifrə və parola, yaxud gücləndirilmiş elektron imzaya" sözləri ilə əvəz edilmişdir.

[19] 22 aprel 2014-cü il tarixli 1417050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması" elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.2-ci yarımbəndinin "Köçürmə əməliyyatlarının aparılması:" bölməsində "Alıcı vergi ödəyicisi" sözlərindən sonra "gücləndirilmiş elektron imza vasitəsilə" sözləri əlavə edilmişdir.

[20] 22 aprel 2014-cü il tarixli 1417050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması" elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.2-ci yarımbəndinin "İdxala görə ƏDV köçürmə əməliyyatı:" bölməsində "ƏDV köçürməsi ödənişi" sözlərindən sonra "gücləndirilmiş elektron imza vasitəsilə" sözləri əlavə edilmişdir.

[21] 22 aprel 2014-cü il tarixli 1417050000003100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması" elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.2-ci "Digər sub-uçot hesaba köçürmə əməliyyatı:", "Büdcəyə ödəniş əməliyyatı:", "Naməlumdan digər sub-uçot köçürmə əməliyyatı:", "Naməlum sub-uçot hesabdan büdcəyə köçürmə əməliyyatı:" və "İdxala görə ƏDV köçürmə əməliyyatı:" bölmələrində "Qəbul" sözü "gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" sözləri ilə əvəz edilmişdir.

[22] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 1.7-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

[23] 08 oktyabr 2013-cü il tarixli 1317050000004800 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Fərdi sahibkarlarınonlayn qeydiyyatı" elektron xidməti üzrə inzibati reqlamentinin 2.6-cı bəndində "qeydiyyat vəsiqəsinin" sözləri "Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin" sözləri ilə əvəz edilmişdir.

[24] 08 oktyabr 2013-cü il tarixli 1317050000004800 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Fərdi sahibkarlarınonlayn qeydiyyatı" elektron xidməti üzrə inzibati reqlamentinin 2.6.1-ci bəndində "qeydiyyat vəsiqəsi" sözləri "Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi" sözləri ilə əvəz edilmişdir.

[25] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 3.2-ci bənddən “Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya” sözləri çıxarılmışdır.

[26] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 3.2.1-ci yarımbəndin 1-ci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.2.1. Sorğunun formalaşdırılması:  Fərdi sahibkarın e-qeydiyyatı İnternet Vergi İdarəsi portalının “Fərdi sahibkarların onlayn qeydiyyatı” bölümü üzərindən aparılır. Bu məqsədlə fərdi sahibkar istifadəçi adı, şifrə və parolu daxil edir və “Daxil ol” düyməsini sıxır.

[27] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 3.2.1-ci yarımbəndin 7-ci abzası çıxarılmışdır.

[28] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 3.2.1-ci yarımbəndin 8-ci abzasında “İcra et” sözləri “İmzala və göndər” sözləri ilə əvəz edilmişdir.

[29] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 3.2.1-ci yarımbəndin 9-cu abzasının əvvəlinə “Ərizə gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra” sözləri əlavə edilmişdir.

[30] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 3.4.1-ci yarımbəndin 2-ci abzası çıxarılmışdır.

[31] 08 oktyabr 2013-cü il tarixli 1317050000004800 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə "Fərdi sahibkarlarınonlayn qeydiyyatı" elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.1-ci bəndində "qeydiyyat vəsiqəsi" sözləri "Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi" sözləri ilə əvəz edilmişdir.

[32] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 1.7-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.7 Elektron xidmətin icra müddəti: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-1.1-ci maddəsinə müvafiq olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı 1 gündən 3 günədək müddətdə, sürətli elektron dövlət qeydiyyatı isə istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

[33] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 2.6.2-ci yarımbəndin “Qeydlər” bölməsinin 1-ci hissəsində “təsis qərarının,  sözləri çıxarılmışdır.

[34] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 3.2.1-ci yarımbəndinin “Sürətli e-qeydiyyat” bölməsinin 13-cü və 16-cı abzaslarından, “Adi e-qeydiyyat” bölməsinin 21-ci və 24-cü abzaslarından , qərar” sözü çıxarılmışdır.

[35] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 3.3.1-ci yarımbəndin 2-ci abzasında “3 gün” sözləri “1 iş günü” sözləri ilə əvəz edilmişdir.

[36] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 3.4-cü bəndinin 2-ci abzasdan “qərar və” sözü çıxarılmışdır.

[37] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 3.4-cü bəndinin 4-cü abzasın 1-ci cümləsindən “və cəmiyyətin yaradılması barədə qərarın” və 2-ci cümləsindən “və cəmiyyətin yaradılması barədə qərar” sözləri çıxarılmışdır.

[38] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 3.4.1-ci yarımbəndinin “Sürətli elektron dövlət qeydiyyatı zamanı” bölməsinin 3-cü abzasından “və təsisetmə qərarının” sözləri çıxarılmışdır.

[39] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 3.4.1-ci yarımbəndinin “Adi elektron dövlət qeydiyyatı zamanı” bölməsinin 4-cü abzasından “və təsis qərarının” sözləri çıxarılmışdır.

[40] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 3.4.2-ci yarımbəndinin “Sürətli elektron dövlət qeydiyyatı zamanı” bölməsinin 4-cü abzasından və “Adi elektron dövlət qeydiyyatı zamanı” bölməsinin 5-ci abzasından “və təsis qərarının” sözləri çıxarılmışdır.

[41] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 3.4.2-ci yarımbəndinin “Adi elektron dövlət qeydiyyatı zamanı” bölməsinin 11-ci abzasında “1-3 rəqəmləri “1 rəqəmi ilə əvəz edilmişdir.

[42] 04 fevral 2015-ci il tarixli 1517050000001700 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə “Məhdud Məsuliyyətli Cəmiyyətin təsis edilməsi haqqında Qərar” formaları ləğv edilmişdir.

[43] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 9 nömrəli əlavə - “Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlamentin 3.4.1-ci yarımbəndində “İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “Vergi risklərinin təhlili və nəzarəti departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[44] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 10 nömrəli əlavə - “Vergi borcu barədə arayışın verilməsi üçün müraciətin qəbulu”,  11 nömrəli əlavə -  “Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün müraciətin qəbulu”, 12 nömrəli əlavə - “Üzləşmə aktlarının verilməsi üçün müraciətin qəbulu” elektron xidmətləri üzrə inzibati reqlamentlərin 3.4.1-ci yarımbəndində “İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi” sözləri “İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[45] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 13 nömrəli əlavə - “Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması”, 14 nömrəli əlavə - “POS-terminalın onlayn qeydiyyatı”, 15 nömrəli əlavə - “POS-terminalın onlayn qeydiyyatdan çıxarılması”, 18 nömrəli əlavə - “Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn dayandırılması” elektron xidmətləri üzrə inzibati reqlamentlərin 3.4.1-ci yarımbəndində “İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[46] 7 sentyabr 2016-cı il tarixli 1617050000011400 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə 16 nömrəli “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Vergilər  Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 16

“Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Fiziki şəxsin fəaliyyətinin onlayn  dayandırılması.

1.2. Elektron xidmətin məzmunu:  Bu xidmət fiziki şəxslərin sahibkarlıq fəaliyyətinin elektron  formada müvəqqəti  dayandırılmasını əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.2-ci-16.5-ci və 24.0.6-cı maddələri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin  Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.23-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları:  Yoxdur

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:  tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti:  Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Fiziki şəxsin fəaliyyəti müvəqqəti dayandırılır və bu barədə onun elektron ünvanına Bildiriş göndərilir. Bildirişdə fəaliyyətin hansı tarixdən hansı tarixədək dayandırıldığı göstərilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü:   İnteraktiv

2.2. Elektron xidmət üzrə ödəniş:   Ödənişsiz              

2.3. Elektron xidmətin istifadəçiləri:  Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış fərdi sahibkarlar.

2.4. Elektron xidmətin təqdim olunma yeri:  http://www.e-taxes.gov.az/, http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

       - Fiziki şəxsin  fəaliyyətinin dayandırılması barədə ərizə.

Xidmətin təqdim edildiyi elektron ünvandan ərizədə olan məlumatlar interaktiv şəkildə fərdi sahibkar tərəfindən sistemə daxil edilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.

    Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: Fiziki şəxsin fəaliyyətinin onlayn  dayandırılması ərizəsi İnternet Vergi idarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə

·   “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

·   “Müraciətin növü” siyahısından - Ərizə

·   “Sənədin növü” siyahısından -  Fiziki şəxsin fəaliyyətinin dayandırması ərizəsi seçilir və “Qəbul” düyməsi sıxılır.

Açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

-    Fəaliyyətin və əməliyyatın dayandırıldığı tarix daxil edilir;

Fəaliyyətin və əməliyyatın bərpa ediləcəyi tarix daxil edilir

-    Fəaliyyət dayandırıldığı dövrdə muzdlu işçilərə əməkhaqqı ödənilib-ödənilməməsi seçilir;

-    “İrəl”i düyməsi sıxılır.

Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.

İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün “Qəbul” düyməsini basır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsi icra edilir.

Təsdiqdən sonra ekrana “Fəaliyyətin dayandırılmasıbarədə Bildiriş çıxır. 

“Çap” düyməsi vasitəsi  ilə Bildirişi  çap etmək mümkündür.

Fərdi sahibkar tərəfindən göndərilən bu elektron ərizə onun “Göndərdiklərim” qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər.

 3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.

3.3.  Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Onlayn rejimdə fəaliyyətin dayandırılması barədə təqdim edilmiş ərizə üzrə məlumatlar AVİS-ə daxil edilmədiyi halda, fərdi sahibkar tərəfindən növbəti fəaliyyətin dayandırılması ərizəsinin qeydiyyata alınmasına məhdudiyyət qoyulmuşdur. Bundan əlavə fərdi sahibkar tərəfindən kəsişən dövrlər üzrə fəaliyyətin dayandırılması ərizələri təqdim edilə bilməz.  Bu məsələlərə sistem tərəfindən avtomatik nəzarət olunur və ekrana müvafiq mesajlar çıxarılır.

3.3.2. Sorğunun qəbulu:  İmtinaya əsas olmadıqda fərdi sahibkarın fəaliyyəti dayandırılır.

3.4. Sorğunun icrası:

        3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

-    İstifadəçi adı, şifrə və parola görə fərdi sahibkarın sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-    gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- akkreditə edilmiş sertifikat mərkəzi;

-    Fərdi sahibkarın fəaliyyətinin dayandırılması, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

-    Fəaliyyətinin dayandırılması barədə Fərdi sahibkara Bildirişin verilməsi (prosesin sonu), məsul şəxs -  Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:   Xidmətin yerinə yetirilməsi nəticəsində fərdi sahibkarın fəaliyyəti ərizədə göstərilən müddətə dayandırılır.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1.  nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.5.2. nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

[47] 6 oktyabr 2017-ci il tarixli 1717050000021100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə 16 nömrəli əlavə - “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament, 17 nömrəli əlavə - “Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament, 20 nömrəli əlavə - “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və 21 nömrəli əlavə - “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlamentin 1.3.2-ci yarımbəndində “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

[48] 7 sentyabr 2016-cı il tarixli 1617050000011400 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə 17 nömrəli “Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Vergilər  Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 17

“Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması.

1.2. Elektron xidmətin məzmunu:  Bu xidmət hüquqi şəxsin fəaliyyətinin elektron formada dayandırılmasını əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.2-16.5-ci və 24.0.6-cı maddələri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin  Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.24-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi

1.5. Elektron xidmətin digər icraçıları:  Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti:  Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Hüquqi şəxsin fəaliyyəti müvəqqəti dayandırılır və bu barədə onun elektron ünvanına Bildiriş göndərilir. Bildirişdə fəaliyyətin hansı tarixdən hansı tarixədək dayandırıldığı göstərilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü:   İnteraktiv

2.2. Elektron xidmət üzrə ödəniş:   Ödənişsiz              

2.3. Elektron xidmətin istifadəçiləri:  Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:  http://www.e-taxes.gov.az/, http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:      

       - Hüquqi şəxsin  fəaliyyətinin dayandırılması barədə ərizə.

Xidmətin təqdim edildiyi elektron ünvandan ərizədə olan məlumatlar interaktiv şəkildə istifadəçi  tərəfindən sistemə daxil edilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.

    Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: Hüquqi şəxslərin elektron formada fəaliyyətinin dayandırılması ərizəsi İnternet Vergi idarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə

·   “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

·   “Müraciətin növü” siyahısından - Ərizə

·   “Sənədin növü” siyahısından -  Hüquqi şəxsin fəaliyyətinin dayandırması ərizəsi seçilir və “Qəbul”  düyməsi sıxılır.

Açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

-    Fəaliyyətin və əməliyyatın dayandırıldığı tarix daxil edilir;

- Fəaliyyətin və əməliyyatın bərpa ediləcəyi tarix daxil edilir

-    Fəaliyyət dayandırıldığı dövrdə muzdlu işçilərə əməkhaqqı ödənilib-ödənilməməsi seçilir;

-    “İrəli” düyməsi sıxılır

Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.

İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün “Qəbul” düyməsini basır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsi icra edilir.

Təsdiqdən sonra ekrana “Fəaliyyətin dayandırılmasıbarədə Bildiriş çıxır.

“Çap” düyməsi ilə Bildiriş  çap edilə bilinər.

Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun “Göndərdiklərim” qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər.

 3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.

3.3.  Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Onlayn rejimdə fəaliyyətin dayandırılması barədə təqdim edilmiş ərizə üzrə məlumatlar AVİS-ə daxil edilmədiyi halda, hüquqi şəxs  tərəfindən növbəti fəaliyyətin dayandırılması ərizəsinin qeydiyyata alınmasına məhdudiyyət qoyulmuşdur. Hüquqi şəxs tərəfindən eyni dövr üzrə yalnız bir ədəd fəaliyyətin dayandırılması barədə ərizə təqdim oluna bilər. Qeyd edilən tələblərə əməl edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina olunur.

3.3.2. Sorğunun qəbulu:  İmtinaya əsas olmadıqda hüquqi şəxsin fəaliyyəti dayandırılır.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

- İstifadəçi adı, şifrə və parola görə hüquqi şəxsin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-    gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- akkreditə edilmiş sertifikat mərkəzi;

-    Hüquqi şəxsin fəaliyyətinin dayandırılması, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

-    Hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə vergi ödəyicisinə Bildirişin verilməsi (prosesin sonu), məsul şəxs -  Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi məsuliyyət daşıyır

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:      

Xidmətin yerinə yetirilməsi nəticəsində hüquqi şəxsin fəaliyyəti ərizədə göstərilən müddətə dayandırılır.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1.  nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.5.2. nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

[49] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 19 nömrəli əlavə - “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.4.1-ci yarımbəndində “İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi” sözləri “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[50] 7 sentyabr 2016-cı il tarixli 1617050000011400 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə 20 nömrəli “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Vergilər  Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 20

“Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Fiziki şəxsin fəaliyyətinin onlayn  bərpası.

1.2. Elektron xidmətin məzmunu:  Bu xidmət fiziki şəxslərin elektron   formada fəaliyyətinin bərpa edilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.3-16.5-ci və 24.0.6-cı maddələri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin  Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.27-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

        1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:  tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Fiziki şəxsin fəaliyyəti bərpa olunur və bu barədə onun elektron ünvanına Bildiriş göndərilir. Bildirişdə fəaliyyətin bərpa olunduğu tarixdən etibarən Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə müvafiq bəyannamələrin vergi orqanına təqdim edilməli olduğu, həmçinin,  hesablanmış vergilərin vaxtında dövlət büdcəsinə ödənilməsi göstərilir.   

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü:   İnteraktiv

2.2. Elektron xidmət üzrə ödəniş:   Ödənişsiz              

2.3. Elektron xidmətin istifadəçiləri:  Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış fərdi sahibkarlar.

2.4. Elektron xidmətin təqdim olunma yeri:  http://www.e-taxes.gov.az/, http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg 

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

       - Fiziki şəxsin  fəaliyyətinin bərpası barədə ərizə.

Xidmətin təqdim edildiyi elektron ünvandan ərizədə olan məlumatlar interaktiv şəkildə fərdi sahibkar tərəfindən sistemə daxil edilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: Fiziki şəxsin fəaliyyətinin onlayn  bərpası ərizəsi İnternet Vergi idarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə Yeni müraciət düyməsi sıxılır və açılan pəncərədə

·   “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

·   “Müraciətin növü” siyahısından - Ərizə

·   “Sənədin növü” siyahısından - Fiziki şəxsin fəaliyyətinin bərpası ərizəsi seçilir və “Qəbul” düyməsi sıxılır.

Açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

-    Fəaliyyətin bərpa tarixi daxil edilir

-    “İrəli” düyməsi sıxılır

Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.

İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün “Qəbul” düyməsini basır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsi icra edilir.

Təsdiqdən sonra ekrana “Fəaliyyətin bərpasıbarədə Bildiriş çıxır.

“Çap” düyməsi ilə Bildiriş  çap edilə bilinər.

Fərdi sahibkar tərəfindən göndərilən bu elektron ərizə onun “Göndərdiklərim” qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər.

 3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.

3.3.  Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Onlayn rejimdə fəaliyyətin bərpası barədə təqdim edilmiş ərizə üzrə məlumatlar AVİS-ə daxil edilmədiyi halda, fərdi sahibkar tərəfindən növbəti fəaliyyətin bərpası ərizəsinin qeydiyyata alınmasına məhdudiyyət qoyulmuşdur. Bundan əlavə bərpa tarixinin daxil olduğu hər hansı iki tarix arasında fərdi sahibkarın fəaliyyəti dayandırılmamışdırsa bu halda fəaliyyətin bərpası ərizəsi təqdim edilə bilməz.  Bu məsələlərə sistem tərəfindən avtomatik nəzarət olunur və ekrana müvafiq mesajlar çıxarılır.

3.3.2. Sorğunun qəbulu:  İmtinaya əsas olmadıqda fərdi sahibkarın fəaliyyəti ərizədə göstərilən tarixdən  bərpa edilir.

3.4. Sorğunun icrası:

        3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

-    İstifadəçi adı, şifrə və parola görə fərdi sahibkarın sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-    gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - akkreditə edilmiş sertifikat mərkəzi;

-    Fərdi sahibkarın fəaliyyətinin bərpa edilməsi, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

-    Fəaliyyətinin bərpası barədə Fərdi sahibkara Bildirişin verilməsi (prosesin sonu), məsul şəxs -  Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Xidmətin yerinə yetirilməsi nəticəsində fərdi sahibkarın fəaliyyəti ərizədə göstərilən tarixdən bərpa edilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1.  nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.5.2. nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

[51] 7 sentyabr 2016-cı il tarixli 1617050000011400 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə 21 nömrəli “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Vergilər  Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 21

“Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət hüquqi şəxsin fəaliyyətinin elektron formada bərpasını əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.2-16.5-ci və 24.0.6-cı  maddələri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin  Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.28-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

       1.5. Elektron xidmətin digər icraçıları:  Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:  tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti:  Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Hüquqi şəxsin fəaliyyəti bərpa olunur və bu barədə onun elektron ünvanına Bildiriş göndərilir. Bildirişdə fəaliyyətin bərpa olunduğu tarixdən etibarən Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə müvafiq bəyannamələrin vergi orqanına təqdim edilməli olduğu, həmçinin hesablanmış vergilərin vaxtında dövlət büdcəsinə ödənilməsi göstərilir.   

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü:   İnteraktiv

2.2. Elektron xidmət üzrə ödəniş:   Ödənişsiz              

2.3. Elektron xidmətin istifadəçiləri:  Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi  şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:  http://www.e-taxes.gov.az/, http://www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg 

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)

- Vergi ödəyicilərinə xidmət mərkəzləri

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)

- office@taxes.gov.az

.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

         -Hüquqi şəxsin  fəaliyyətinin bərpa edilməsi barədə ərizə.

Xidmətin təqdim edildiyi elektron ünvandan ərizədə olan məlumatlar interaktiv şəkildə istifadəçi tərəfindən sistemə daxil edilir.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş Şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.

Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

3.2.1. Sorğunun formalaşdırılması: Hüquqi şəxslərin elektron formada fəaliyyətinin bərpası ərizəsi İnternet Vergi idarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə

·   “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi

·   “Müraciətin növü” siyahısından - Ərizə

·   “Sənədin növü” siyahısından -  Hüquqi şəxsin fəaliyyətinin bərpası ərizəsi seçilir və “Qəbul” düyməsi sıxılır.

Açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

-    Fəaliyyətin bərpa tarixi daxil edilir

-    “İrəli” düyməsi sıxılır

Sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir.

İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün “Qəbul” düyməsini basır. Əks halda, imtina etmək üçün İmtina düyməsi icra edilir.

Təsdiqdən sonra ekrana “Fəaliyyətin bərpasıbarədə Bildiriş çıxır.

“Çap” düyməsi ilə Bildiriş  çap edilə bilinər.

Ödəyici tərəfindən göndərilən bu elektron ərizə onun “Göndərdiklərim” qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər.

 3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.

3.3.  Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Onlayn rejimdə fəaliyyətin bərpası barədə təqdim edilmiş ərizə üzrə məlumatlar AVİS-ə daxil edilmədiyi halda, istifadəçi tərəfindən növbəti fəaliyyətin bərpası ərizəsinin qeydiyyata alınmasına məhdudiyyət qoyulmuşdur. Hüquqi şəxsin fəaliyyəti dayandırılmamışdırsa bu halda fəaliyyətin bərpası ərizəsi təqdim edilə bilməz.  Qeyd edilən hallarda sorğunun yerinə yetirilməsindən imtina olunur.

3.3.2. Sorğunun qəbulu:  İmtinaya əsas olmadıqda hüquqi şəxsin fəaliyyəti ərizədə göstərilən tarixdən bərpa edilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

-    İstifadəçi adı, şifrə və parola görə hüquqi şəxsin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

-    gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- akkreditə edilmiş sertifikat mərkəzi;

-    Hüquqi şəxsin fəaliyyətinin bərpası, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

-    Hüquqi şəxsin fəaliyyətinin bərpası barədə vergi ödəyicisinə Bildirişin verilməsi (prosesin sonu), məsul şəxs -  Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi məsuliyyət daşıyır

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:      

Xidmətin yerinə yetirilməsi nəticəsində hüquqi şəxsin fəaliyyəti ərizədə göstərilən tarixdən bərpa edilir .

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1.  nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə Onlayn qaydada nəzarət edilir.

3.5.2. nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195 fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

[52] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 22 nömrəli əlavə - “Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn bərpası”, 23 nömrəli əlavə - “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn bərpası” elektron xidmətləri üzrə inzibati reqlamentlərin 3.4.1-ci yarımbəndində “İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[53] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 24 nömrəli əlavə - “Vergilər Nazirliyinə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.2.1-ci yarımbənddə “Aparatında Dəftərxana və arxiv şöbəsi, yerli vergi orqanlarında Koordinasiya şöbələri” sözləri “Aparatının Ümumi şöbəsi, yerli vergi orqanlarında Koordinasiya strukturları” sözləri ilə əvəz edilmişdir.

[54] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 24 nömrəli əlavə - “Vergilər Nazirliyinə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.1-ci yarımbəndin 1-ci abzasında  Nazirliyin” sözü “Nazirliyinin” sözü ilə əvəz edilmişdir.

[55] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 24 nömrəli əlavə - “Vergilər Nazirliyinə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.1-ci yarımbəndin 2-ci abzasında “Nazirliyin Aparatı, İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “Nazirliyinin Aparatı və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[56] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 24 nömrəli əlavə - “Vergilər Nazirliyinə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.5.2-ci yarımbənddə “İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[57] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 25 nömrəli əlavə - “Satınalmalar üzrə məlumatların onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlamentin 3.4.1-ci yarımbəndində “İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi” sözləri “Vergi risklərinin təhlili və nəzarəti departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[58] 30 iyul 2015-ci il tarixli 15170000006200 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə 26 nömrəli “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlament yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Vergilər  Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 26

Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi” elektron

 xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı:  Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vətəndaşların vergi orqanları əməkdaşlarının qanunsuz hərəkətlərindən birbaşa və operativ qaydada şikayət etmə proseslərini əhatə edir.

Bu xidmət təşkili vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi üçün vətəndaşların vergi orqanları əməkdaşlarının qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Daxili nəzarət strukturuna birbaşa və operativ qaydada müraciət etmə imkanlarının genişləndirilməsinə zəmin yaradır.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1-ci bəndi, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 5-ci, 7-ci və 10-1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 8.3-cü və 8.4-cü bəndləri, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2  və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin  Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.37-ci bəndi.

                 1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

             1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

                 1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

                 1.7. Elektron xidmətin icra müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu və 10-1-ci maddələrində göstərilən müddətlərdən asılıdır.

                 1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vətəndaşa cavab məktubu.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

                 2.1. Elektron xidmətin növü: İnteraktiv.

                 2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: İstənilən hüquqi və fiziki şəxs.

                 2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (http://www.taxes.gov.az/?name=daudit&lang=), http://www.e-gov.az.

                 2.5. Elektron xidmət barədə məlumatlandırma:

 - http://www.taxes.gov.az;

 - http://www.e-gov.az;

 - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

 - Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

 - Vergi ödəyicilərinə xidmət mərkəzləri;

 - office@taxes.gov.az.

2.6.         Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Bu elektron xidmətin göstərilməsi üçün vətəndaş tərəfindən müraciət formasının doldurulması tələb olunur (forma əlavə olunur).

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.2.1. sorğunun formalaşdırılması: İstifadəçi http://www.taxes.gov.az internet səhifəsində “Müraciətlər” bölməsinə daxil olaraq, “Onlayn müraciət” alt modulunu seçərək “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumat ver” başlığını sıxır. Bu zaman yeni pəncərə açılır. Yeni açılmış pəncərədə olan müraciət forması istifadəçi tərəfindən doldurulur və “OK” düyməsi sıxılır.

3.2.2. sorğunun qəbulu: Müraciət formasının məlumatları feed-back vasitəsilə onlayn rejimdə qəbul edilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin  uyğun xüsusiyyətləri nəzərə alınmaqla): Vətəndaş tərəfindən müraciət formasının doldurulması zamanı vətəndaşın VÖEN-i və ya adı, atasının adı, soyadı, emaili, ev, iş, mobil telefon nömrəsi, müraciətin məzmunu göstərilmədikdə və ya səhv məlumatlar daxil edildikdə xidmətin göstərilməsindən imtina edilir.

3.3.2. sorğunun qəbulu: Müraciət formasının məlumatları feed-back vasitəsilə onlayn rejimdə qəbul edilir.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Əgər formanın məzmunu bütün tələblərə cavab verirsə həmin müraciət Nazirliyin Aparatı tərəfindən rəsmi qeydiyyata alınır. Vətəndaşa onun müraciətinə baxılacağı haqqında ilkin məlumat verilir (şikayət olduğu halda).

Elektron xidmətin göstərilməsinə Daxili təhlükəsizlik baş idarəsi, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı və Vergi ödəyicilərinə xidmət idarəsi məsuliyyət daşıyır.

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Müraciətin cavablandırılması “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 10-cu və 10-1-ci maddələrində göstərilən müddətlərlə tənzimlənir.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Müraciətin araşdırılmasının nəticəsi müraciət edən vətəndaşın qeydiyyat zamanı göstərdiyi email ünvana göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Müraciət Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə qeydiyyata  alınır və icra müddəti göstərilir.

3.5.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

[59] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 26 nömrəli əlavə - “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 1.3-cü bənddə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci, 7-ci, 10-cu və 10-1-ci” sözləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 12-ci və 14-cü” sözləri ilə əvəz edilmişdir.

[60] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 26 nömrəli əlavə - “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 1.7-ci bənddə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu və 10-1-ci” sözləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 10-cu” sözləri ilə əvəz edilmişdir.

[61] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 26 nömrəli əlavə - “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.3.1-ci yarımbənddə “Daxili təhlükəsizlik baş idarəsi, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “Daxili təhlükəsizlik departamenti, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[62] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 26 nömrəli əlavə - “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.3.2-ci yarımbənddə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu və 10-1-ci” sözləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 10-cu” sözləri ilə əvəz edilmişdir.

[63] 30 iyul 2015-ci il tarixli 15170000006200 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə 27 nömrəli “Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlament yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Vergilər  Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 27

Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə Azərbaycan Respublikasının Vergilər Nazirlinə məlumat verilməsi proseslərini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı, 7-ci və 10-ci maddələri, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi  orqanlarında xidmət haqqında Əsasnamə”nin 44-cü bəndi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin  Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.38-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 10-cu maddəsində göstərilən müddətlər.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Müraciət edən şəxsə məlumat verilir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Hüquqi və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (http://www.taxes.gov.az/?name=etik&cat=1&lang=), http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

 - http://www.taxes.gov.az;

 - http://www.e-gov.az;

 - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

 - Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

 - Vergi ödəyicilərinə xidmət mərkəzləri;

 - office@taxes.gov.az.

2.6.          Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Bu elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən müraciət formasının doldurulması zamanı onun adı, soyadı və atasının adı, e-maili, poçt ünvanı və telefon nömrəsi (nömrənin təsdiqlənməsi üçün həmin şəxslə əks əlaqə saxlanılır) və müraciətin məzmununun göstərilməsi istisna  olmaqla digər sənədin təqdim edilməsi tələb olunmur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.2.1. sorğunun formalaşdırılması: İstifadəçi səhifənin müvafiq bölməsində təqdim edilmiş xüsusi formada “Adınız, soyadınız, atanızın adı”, “Email, poçt ünvanınız və telefon nömrəniz” (nömrənin təsdiqlənməsi üçün  əks əlaqə yaradılır), “Məlumatınız” qrafalarını dolduraraq “OK” düyməsi ilə onları təsdiqləyir.

3.2.2. sorğunun qəbulu: İstifadəçinin telefon nömrəsinin təsdiqlənməsi üçün həmin şəxslə əks əlaqə saxlanılır, telefon nömrəsi təsdiqlənmədikdə isə bu barədə əks-əlaqə vasitəsilə ona məlumat verilir və müvafiq məlumatlar elektron poçt və ya faks vasitəsilə ondan alınır. Təsdiqlənmiş məlumat Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq struktur bölməsinin elektron ünvanına daxil olur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin səlahiyyətli mütəxəssisi formanın məzmunu ilə tanış olur.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin  uyğun xüsusiyyətləri nəzərə alınmaqla): Vətəndaş tərəfindən müraciət formasının doldurulması zamanı vətəndaşın adı, atasının adı, soyadı, emaili, telefon nömrəsi, müraciətin məzmunu düzgün göstərilmədiyi təqdirdə xidmətin göstərilməsindən imtina edilir.

3.3.2. sorğunun qəbulu: Təsdiqlənmiş məlumat Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq struktur bölməsinin elektron ünvanına daxil olur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin səlahiyyətli mütəxəssisi formanın məzmunu ilə tanış olur.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Əgər formanın məzmunu bütün tələblərə cavab verirsə həmin müraciət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı tərəfindən rəsmi qeydiyyata alınır. Vətəndaşa müraciətinə baxılacağı haqqında ona ilkin məlumat verilir (şikayət olduğu halda).

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı, İnsan resurslar; idarəsi  və Vergi ödəyicilərinə xidmət idarəsi məsuliyyət daşıyır.

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Müraciətin cavablandırılması “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 10-cu maddəsində göstərilən müddətlərlə tənzimlənir.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:   Müraciətin araşdırılmasının nəticəsi istifadəçinin qeydiyyata alınan zaman göstərdiyi e-mail ünvanına göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Müraciət Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə qeydiyyat alınır və icra müddəti göstərilir.

3.5.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

[64] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 27 nömrəli əlavə - “Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 1.3-cü bənddə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci, 7-ci və 10-cu” sözləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci, 6-cı, 7-ci, 8-ci, 10-cu, 12-ci və 14-cü” sözləri ilə əvəz edilmişdir.

[65] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 27 nömrəli əlavə - “Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 1.7-ci bənddə və 3.3.2-ci yarımbənddə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu” sözləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu” sözləri ilə əvəz edilmişdir.

[66] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 27 nömrəli əlavə - “Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.3.1-ci yarımbənddə “İnsan resursları idarəsi, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “İnsan resursları departamenti, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[67] 30 iyul 2015-ci il tarixli 15170000006200 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə 28 nömrəli “Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Vergilər  Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 28

Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin aparatının funksional idarələrinin vergi orqanlarının yazılmış aktları və onların nəticələri üzrə qəbul edilmiş qərarlardan vergi ödəyiciləri tərəfindən verilmiş təkrar şikayət və ərizələrə məhkəmədən kənar (məhkəməyə qədər) obyektiv və hərtərəfli araşdırma aparılmaqla baxılması proseslərini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun Qanunun 5-ci, 7-ci və 10-cu maddələri, İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8-ci bəndi, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin  Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.39-cu bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 10-cu və 10-1-ci maddələrində göstərilən müddətlərdən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vətəndaşa cavab məktubu.

Vətəndaş bu xidmətin köməkliyi ilə hüquqlarının müdafiəsi, şikayətlərə (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması və məhkəməyə qədər sadələşdirilmiş prosedurlara əməl edilməklə mübahisələrin obyektiv şəkildə həll edilməsi imkanı əldə edir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş:  Ödənişsiz.               

2.3. Elektron xidmətin istifadəçiləri: İstənilən hüquqi və fiziki şəxs.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (http://www.taxes.gov.az/?name=apellyasiya), http://www.e-gov.az. 

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.taxes.gov.az;

- http://www.e-gov.az;

- Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

- Vergi ödəyicilərinə xidmət mərkəzləri;

- office@taxes.gov.az.

2.6.      Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Müraciət edən şəxsdən “Apelyasiya Şurasına elektron müraciət” formasının müvafiq məlumatlarının doldurulması tələb olunur.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.2.1. sorğunun formalaşdırılması: İstifadəçi http://www.taxes.gov.az internet səhifəsində “Müraciətlər” bölməsinə daxil olaraq, “Onlayn müraciət” alt modulunu seçərək “Vergi Apellyasiya Şurasına elektron müraciət et” başlığını sıxmaqla “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər baxılması üçün Vergi Apellyasiya Şurası tərəfindən icraata qəbul edilmir” səhifəsi açılır, burada “OK” düyməsi sıxılır və “Apellyasiya Şurasına elektron müraciət” adlı yeni pəncərə açılır. Həmin pəncərədə olan müraciət forması doldurulur və “Göndər” düyməsi sıxılır.

3.2.2. sorğunun qəbulu: Müraciət Nazirliyin müvafiq struktur bölməsinin elektron ünvanına daxil olur. Nazirliyin səlahiyyətli mütəxəssisi formanın məzmunu ilə tanış olur.         

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla):

Eyni predmet üzrə eyni əsaslarla verilmiş şikayətlə bağlı Vergi Apellyasiya Şurasının qərarı olarsa həmin şikayət  baxılması üçün Vergi Apellyasiya Şurası tərəfindən icraata qəbul edilmir.

3.3.2. sorğunun qəbulu: Əgər formanın məzmunu bütün tələblərə cavab verirsə həmin müraciət Vergi Apellyasiya Şurası tərəfindən icraata qəbul edilir.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Əgər ərizənin məzmunu bütün tələblərə cavab verirsə həmin müraciət Nazirliyin Aparatı tərəfindən rəsmi qeydiyyata alınır, aidiyyəti üzrə göndərilir və qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır. Nazirliyin səlahiyyətli mütəxəssisi formanın məzmunu ilə tanış olur.

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı, Vergi Apellyasiya Şurası və Vergi ödəyicilərinə xidmət idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi məsuliyyət daşıyır.

 3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

Daxil olan şikayətə Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Müraciətin araşdırılmasının nəticəsi müraciət edən vətəndaşın qeydiyyat zamanı göstərdiyi e-mail ünvana göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə qeydiyyat alınır və icra müddəti göstərilir.

3.5.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

[68] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 28 nömrəli əlavə - “Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 1.3-cü bənddən “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci, 7-ci və 10-cu maddələri,” sözləri çıxarılmışdır.

[69] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 28 nömrəli əlavə - “Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 1.7-ci bənddən “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində,” sözləri çıxarılmışdır.

[70] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 28 nömrəli əlavə - “Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.3.1-ci yarımbənddə “Vergi ödəyicilərinə xidmət baş idarəsi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “Media və kommunikasiya mərkəzi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[71] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 28 nömrəli əlavə - “Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.3.2-ci yarımbənddə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində,” sözləri çıxarılmışdır.

[72] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 29 nömrəli əlavə - “Vətəndaşların video qəbulu” elektron xidməti üzrə inzibati reqlamentinin 1.3-cü bənddə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı, 7-ci və 10-cu” sözləri Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci,12-ci və 14-cü” sözləri ilə əvəz edilmişdir.

[73] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 29 nömrəli əlavə - “Vətəndaşların video qəbulu” elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.1-ci yarımbənddə “Vergi ödəyicilərinə xidmət idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi” sözləri “Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[74] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 30 nömrəli əlavə - “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.1-ci yarımbənddə “iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi, Vergi ödəyicilərinə xidmət idarəsi və İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “Vergi risklərinin təhlili və nəzarəti departamenti, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[75] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 30 nömrəli əlavə - “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.5.2-ci yarımbənddə “İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[76] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 31 nömrəli əlavə - “Vergi kalkulyatoru” elektron xidməti üzrə inzibati reqlamentinin 1.2-ci və 3.1-ci bəndlərdə “7 (yeddi)” sözləri “10 (on)” sözləri ilə əvəz edilmişdir.

[77] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 30 nömrəli əlavə - “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.1-ci bəndinin 3-cü abzasda “Mənzil” sözü “Bina” sözü ilə əvəz edilmişdir.

[78] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 30 nömrəli əlavə - “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.1-ci bəndinin 7-ci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 8-10-cu abzaslar əlavə edilmişdir.

[79] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 30 nömrəli əlavə - “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.1-ci yarımbənddə “Vergi ödəyicilərinə xidmət idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi” sözləri “Vergi siyasəti və strateji araşdırmalar departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[80] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 30 nömrəli əlavə - “Büdcə rekvizitləri barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.5.2-ci yarımbənddə “İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[81] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 32 nömrəli əlavə - “İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.1-ci yarımbənddə “Vergi siyasəti və strateji araşdırmalar baş idarəsi, Vergi ödəyicilərinə xidmət idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi” sözləri “Vergi siyasəti və strateji araşdırmalar departamenti, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[82] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 32 nömrəli əlavə - “İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.5.2-ci yarımbənddə “İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[83] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 33 nömrəli əlavə - “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.1-ci yarımbənddə “iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi, Vergi ödəyicilərinə xidmət idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi” sözləri “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[84] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 33 nömrəli əlavə - “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.5.2-ci yarımbənddə “İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[85] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 34 nömrəli əlavə - “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 1.2-ci, 1.8-ci bəndlərdə və 3.2.1-ci yarımbənddə “kommersiya sirri” sözlərindən sonra “və (və ya) vergi sirri” sözləri əlavə edilmişdir.

[86] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 34 nömrəli əlavə - “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.1-ci yarımbənddə “Iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi, Vergi ödəyicilərinə xidmət idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi” sözləri “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[87] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 34 nömrəli əlavə - “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.5.2-ci yarımbənddə “İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[88] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 35 nömrəli əlavə - “ƏDV ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.1-ci yarımbənddə “iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi, Vergi ödəyicilərinə xidmət idarəsi və İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “Vergi risklərinin təhlili və nəzarəti departamenti, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[89] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 35 nömrəli əlavə - “ƏDV ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.5.2-ci yarımbənddə “İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[90] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 36 nömrəli əlavə - “Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması” elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.1-ci yarımbənddə “iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi” sözləri “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[91] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 36 nömrəli əlavə - “Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması” elektron xidməti üzrə inzibati reqlamentinin 3.5.2-ci yarımbənddə “İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[92] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 38 nömrəli əlavə - “Çağrı Mərkəzində vergidən yayınma halları və vergi orqanının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) barədə müraciətlərin qəbulu” elektron xidməti üzrə inzibati reqlamentinin 1.3-cü bənddə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun Qanunun 5-ci, 7-ci və 10-cu” sözləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci və 15-ci” sözləri ilə əvəz edilmişdir.

[93] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 38 nömrəli əlavə - “Çağrı Mərkəzində vergidən yayınma halları və vergi orqanının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) barədə müraciətlərin qəbulu” elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.1-ci yarımbənddə “Vergi ödəyicilərinə xidmət idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi” sözləri “Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi və Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamenti” sözləri ilə əvəz edilmişdir.

[94] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 39 nömrəli əlavə - “Çağrı Mərkəzində vergi növləri barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlamentin 3.4.1-ci yarımbəndində “Vergi ödəyicilərinə xidmət idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi” sözləri “İnformasiya texnologiyaları mərkəzi və Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamenti” sözləri ilə əvəz edilmişdir.

[95] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 41 nömrəli əlavə - “Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.3.1-ci yarımbəndində “Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinə” sözləri “Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinə” sözləri ilə əvəz edilsin və sonuncu cümlə çıxarılmışdır.

[96] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 42 nömrəli əlavə - “Çağrı Mərkəzində qeyri-iş saatlarında zəng etmiş şəxsin sonradan onunla canlı rejimdə əlaqə yaradılması barədə müraciətinin qəbulu” elektron xidməti üzrə inzibati reqlamentin 3.4.1-ci yarımbəndində “Vergi ödəyicilərinə xidmət idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi” sözləri “Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi və Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamenti” sözləri ilə əvəz edilmişdir.

[97] 30 iyul 2015-ci il tarixli 15170000006200 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə 44 nömrəli “Vergilər nazirinə onlayn müraciət” elektron xidməti üzrə inzibati reqlament yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əlavə - 44

“Vergilər nazirinə onlayn müraciət” elektron xidməti üzrə inzibati reqlament

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: Vergilər nazirinə onlayn müraciət.

1.2. Elektron xidmətin məzmunu: Vergi ödəyiciləri öz fəaliyyəti zamanı vergi sistemi ilə əlaqədar mövcud problemlərin həlli ilə bağlı Vergilər nazirinə onlayn müraciət edə bilərlər.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci bəndi, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci, 7-ci və 10-1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 8.3-cü və 8.4-cü bəndləri, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2 və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.55-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu və 10-1-ci maddələrində göstərilən müddətlər.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi ödəyicisi bu xidmət vasitəsilə öz fəaliyyəti zamanı vergi sistemi ilə əlaqədar mövcud problemlərin həlli ilə bağlı müraciətlərinin cavablandırılması imkanı əldə edir.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: İstənilən hüquqi və fiziki şəxs.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (http://www.taxes.gov.az/?name=nazir&lang=), http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

 - http://www.taxes.gov.az;

 - http://www.e-gov.az;

 - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195);

 - Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

 - Vergi ödəyicilərinə xidmət mərkəzləri;

 - office@taxes.gov.az.

2.6.       Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Müraciət formasında tələb olunan məlumatlardan əlavə sənədin təqdim edilməsi tələb olunmur (forma əlavə olunur).

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər uçun sorğu:

3.2.1. sorğunun formalaşdırılması: Vətəndaş səhifənin müvafiq bölməsində təqdim olunmuş formanı tələb olunan məlumatlarla doldurur.

3.2.2. sorğunun qəbulu: Müraciət formasının məlumatları feed-back vasitəsilə onlayn rejimdə qəbul edilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları (tam və qismən avtomatlaşdırılmış xidmətlərin uyğun xüsusiyyətləri nəzərə alınmaqla): Formadakı bir sıra qrafaların aidiyyəti üzrə doldurulması zəruridir. Bunlar aşağıdakılardır:

- Ad, soyad;

- Ünvan;

- Telefon nömrəsi (ev, iş, mobil);

- Müraciətlə bağlı öncədən müraciət etdiyi vergi orqanı və (və ya) onu təmsil edən əməkdaş;

- Müraciət.

Zəruri sayılan məlumatların hər hansını mahiyyəti üzrə doldurmadıqda müraciət qəbul edilmir.

3.3.2. sorğunun qəbulu: Reqlamentin 3.2.2-ci bəndinə uyğun olaraq.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Forma vətəndaş tərəfindən doldurulub onlayn rejimdə göndərildikdən sonra o dərhal Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatına daxil olur. Rəsmi qeydiyyatdan keçdikdən sonra müraciət Vergilər nazirinə göndərilir. Vergilər naziri tərəfindən müvafiq dərkənar verilir və icra üçün aidiyyəti quruma göndərilir. İcra olunduqdan sonra cavab məktubu qeydiyyata alınır və müraciət edən vətəndaşın qeydiyyat zamanı göstərdiyi email ünvana göndərilir.

Elektron xidmətin göstərilməsinə Vergi Nazirliyinin Aparatı və Vergi ödəyicilərinə xidmət idarəsi məsuliyyət daşıyır.

3.4.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunun 10-cu və 10-1-ci maddələrində göstərilən müddətlər.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Reqlamentin 3.4.1-ci bəndinə uyğun olaraq.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə qeydiyyata alınır və icra müddəti göstərilir.

3.5.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

* * *

[98] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 44 nömrəli əlavə - “Vergilər nazirinə onlayn müraciət” elektron xidməti üzrə inzibati reqlamentinin 1.3-cü bənddə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci, 7-ci, 10-cu və 10-1-ci” sözləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 12-ci və 14-cü” sözləri ilə əvəz edilmişdir.

[99] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 44 nömrəli əlavə - “Vergilər nazirinə onlayn müraciət” elektron xidməti üzrə inzibati reqlamentinin 1.7-ci bənddə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu və 10-1-ci” sözləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 10-cu” sözləri ilə əvəz edilmişdir.

[100] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 44 nömrəli əlavə - “Vergilər nazirinə onlayn müraciət” elektron xidməti üzrə inzibati reqlamentinin 3.3.1-ci yarımbənddə “Vergi ödəyicilərinə xidmət baş idarəsi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi” sözləri “Media və kommunikasiya mərkəzi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[101] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 44 nömrəli əlavə - “Vergilər nazirinə onlayn müraciət” elektron xidməti üzrə inzibati reqlamentinin3.3.2-ci yarımbənddə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu və 10-1-ci” sözləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 10-cu” sözləri ilə əvəz edilmişdir.

[102] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 45 nömrəli əlavə - “Vergi orqanlarına xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti üzrə inzibati reqlamentinin 3.3.2-ci yarımbənddə “TQDK” abreveaturası “ilə Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[103] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 45 nömrəli əlavə - “Vergi orqanlarına xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.1-ci yarımbənddə “İnsan resursları idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi” sözləri “İnsan resursları departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[104] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 45 nömrəli əlavə - “Vergi orqanlarına xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti üzrə inzibati reqlamentinin 3.5.2-ci yarımbənddə “İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə İnsan resursları idarəsinə müraciət olunur” sözləri “İnformasiya texnologiyaları mərkəzi tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir” sözləri ilə əvəz edilmişdir.

[105] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 46 nömrəli əlavə - “Vergi orqanlarında vakant vəzifələr üzrə qeydə alınmış namizədlər barədə statistik məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.4.1-ci yarımbənddə “İnsan resursları idarəsi və İnformasiya texnologiyaları və Proqram təminatı şöbəsi” sözləri “İnsan resursları departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi” sözləri ilə əvəz edilmişdir.

[106] 31 iyul 2017-ci il tarixli 1717050000017600 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə Qərarla təsdiq edilmiş 46 nömrəli əlavə - “Vergi orqanlarında vakant vəzifələr üzrə qeydə alınmış namizədlər barədə statistik məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin 3.5.2-ci yarımbənddə “İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə İnsan resursları idarəsinə müraciət olunur” sözləri “İnformasiya texnologiyaları mərkəzi tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir” sözləri ilə əvəz edilmişdir.