![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının Qərarı |
Qəbul edildiyi tarix |
05.11.2012 |
Qeydiyyat nömrəsi |
119 |
Adı |
“Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları”nın təsdiq edilməsi barədə[1] |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
09.11.2012 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
330.010.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201211050119 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
08.11.2012 |
Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108
nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Dövlət orqanlarında dövlət qulluğuna
müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 8-ci
hissəsinin icrasını təmin etmək
məqsədilə Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya qərara alır:
1.
“Dövlət orqanlarında dövlət qulluğuna qəbul
ilə bağlı keçirilən test imtahanları
üçün test nümunələrinin hazırlanması
və ekspertizası Qaydaları” təsdiq edilsin (əlavə
olunur);
2.
Hüquq sektoruna (V.Əsgərova) tapşırılsın ki,
bu Qaydaların 3 gün müddətində Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilməsi üçün Ədliyyə Nazirliyinə
təqdim edilməsini təmin etsin;
3.
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə
Komissiya sədrinin 2009-cu il 1 oktyabr tarixli 250 nömrəli
əmri ilə təsdiq edilmiş “Dövlət orqanlarında
dövlət qulluğuna qəbul ilə bağlı
keçirilən test imtahanları üçün test
nümunələrinin hazırlanması və ekspertizası
Qaydaları” ləğv edilsin.
4. Bu
Qərarın icrasına nəzarəti sədr müavini
Vəfadar Misirova tapşırılsın.
Sədr
Bəhram
Xəlilov
|
|
Dövlət
orqanlarında dövlət qulluğuna qəbul ilə
bağlı keçirilən test imtahanları
üçün test nümunələrinin hazırlanması
və ekspertizası
QAYDALARI
1.
Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun
tarixli 108 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Dövlət orqanlarında dövlət
qulluğuna müsabiqə vasitəsilə qəbul
Qaydaları”nın 8-ci hissəsinin icrasını təmin
etmək məqsədilə hazırlanmışdır və
dövlət orqanlarında inzibati vəzifələrin
beşinci-yeddinci təsnifatlarına uyğun olan
vəzifələr üzrə dövlət qulluğuna
qəbul məqsədi ilə keçirilən test
imtahanları üçün test nümunələrinin
(tapşırıqlarının) hazırlanması və
ekspertizası qaydalarını müəyyən edir.
2.
Test imtahanı namizədlər tərəfindən test
tapşırıqlarının yerinə yetirilməsini
nəzərdə tutur. Test imtahanında namizədlərə
100 test tapşırığı (bundan sonra - imtahan testi)
təqdim olunur.
2.1.
İmtahan testi aşağıdakı test bloklarından
ibarətdir:
2.1.1.
dünyagörüşü, o cümlədən Azərbaycan
haqqında ümumi biliklərin və Azərbaycan
Respublikasının dövlət dili üzrə biliklərin
yoxlanılması üçün test
tapşırıqlarından ibarət test bloku;
2.1.2.
qanunvericilik üzrə biliklərin yoxlanılması
üçün test tapşırıqlarından ibarət
test bloku;
2.1.3.
informasiya texnologiyalarından istifadə üzrə
biliklərin yoxlanılması üçün test
tapşırıqlarından ibarət test bloku;
2.1.4.
məntiqi düşünmə qabiliyyətinin
yoxlanılması üçün test
tapşırıqlarından ibarət test bloku.
3.
Bu Qaydaların 2-ci hissəsində nəzərdə
tutulmuş test bloklarına uyğun olaraq müvafiq
sahələr üzrə test tapşırıqları
hazırlanır və ekspertizadan keçirilir. Test
tapşırıqlarının hazırlanması və
ekspertizasının keçirilməsi Komissiya
tərəfindən təşkil edilir. Test
tapşırıqlarının hazırlanması və
ekspertizası Komissiyanın, digər dövlət
orqanlarının, müvafiq təhsil müəssisələrinin
və mərkəzlərinin xüsusi biliklərə malik olan
əməkdaşları və ya müstəqil
mütəxəssislər cəlb edilməklə həyata keçirilir.
Test tapşırıqlarının hazırlanmasına
cəlb edilmiş şəxslər müəllif, test
tapşırıqlarının ekspertizasına cəlb
edilmiş şəxslər isə ekspert adlanır.
4.
Test tapşırıqlarının hazırlanması
aşağıdakı qaydada həyata keçirilir:
4.1.
dünyagörüşü, o cümlədən Azərbaycan
haqqında test tapşırıqları dünyanın və
Azərbaycanın tarixi, coğrafiyası,
mədəniyyəti, müasir beynəlxalq
münasibətləri haqqında ümumi bilikləri,
dövlət dili üzrə bilikləri yoxlayan test
tapşırıqları isə Azərbaycan dili üzrə
bilikləri müəyyən etmək üçün hazırlanır;
4.2.
qanunvericilik üzrə test tapşırıqları
dövlət qulluğu və dövlət qulluqçusunun
qulluq funksiyaları ilə bağlı normativ hüquqi aktlar
(Azərbaycan Respublikasının Konstitusiyası,
“Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı
mübarizə haqqında”, “Dövlət
qulluqçularının etik davranış qaydaları
haqqında”, “Vətəndaşların
müraciətlərinə baxılması qaydası
haqqında” Azərbaycan Respublikasının Qanunları və
digər normativ hüquqi aktlar) üzrə bilikləri
müəyyən etmək üçün hazırlanır;
4.3. informasiya texnologiyaları üzrə test
tapşırıqları informasiya texnologiyaları
sahəsində minimal bilikləri müəyyən etmək
üçün hazırlanır;
4.4.
məntiqi düşünmə qabiliyyətinin
yoxlanılması üzrə test tapşırıqları
namizədin intellektual səviyyəsinin, zehni
inkişafının, analiz və sintez etmə
qabiliyyətinin, ümumiləşdirmə,
müqayisəetmə, dərketmə bacarığının
və təfəkkürlə bağlı digər
qabiliyyətlərinin müəyyən edilməsi
üçün hazırlanır;
5.
Test tapşırıqlarının hazırlanması
üçün ümumiləşdirilmiş proqram tərtib
edilir. Proqramda test tapşırıqlarının
hazırlanmasında istifadə ediləcək mövzular
və müvafiq ədəbiyyat siyahısı (normativ
hüquqi aktlar, dərsliklər, dərs vəsaitləri
və digər mənbələr) göstərilir.
6.
Hazırlanan hər bir test tapşırığı
aşağıdakı tələblərə cavab
verməlidir.
6.1.
test tapşırığı şərtdən və
cavablardan ibarət olmalıdır;
6.2.
hər bir test tapşırığına dörd cavab
hazırlanmalı və bunlardan biri düzgün,
üçü isə səhv olmalıdır. Məntiqi
düşünmə qabiliyyətini yoxlayan test
tapşırıqları üçün beş cavab
hazırlanmalı, onlardan biri düzgün, dördü
isə səhv olmalıdır;
6.3.
test tapşırığında düzgün cavab və onun
hazırlanmasında istifadə olunan mənbə
göstərilməli və mövzusu
ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar,
dərsliklər və dərs vəsaitləri
çərçivəsindən kənara
çıxmamalıdır;
6.4.
test tapşırığı mürəkkəblik
dərəcəsinə görə sadə, orta və ya
mürəkkəb olmalıdır;
6.5.
test tapşırığının şərti və
cavabları qısa, dəqiq, aydın və birmənalı
olmalıdır;
6.6.
düzgün olmayan cavablar məntiqi cəhətdən
əsaslandırılmalı və düzgün cavaba yaxın
olmalıdır.
7.
Hazırlanan test tapşırıqları ekspertizadan
keçirilir. Test tapşırıqlarının
ekspertizası üçün cəlb edilmiş ekspertlər
aşağıdakı tələblərə əməl
etməlidirlər:
7.1.
Komissiya tərəfindən qadağan edilmiş
vasitələrlə ekspertiza zalına daxil olmamalı;
7.2.
ekspertizanın keçirildiyi müddətdə
ekspertizanın keçirilməsi üzrə məsul
şəxslər istisna olmaqla digər şəxslərlə
əlaqə saxlamamalı;
7.3.
ekspertizanın keçirilməsi üzrə məsul
şəxslərin razılığı olmadan ekspertiza
zalını tərk etməməli;
7.4.
ekspertiza edilən test tapşırıqlarını ekspertiza
zalından kənara çıxarmamalı və onların
yayılmasına yol verməməli;
7.5.
ekspertiza keçirilməsi üzrə məsul
şəxslərin göstərişlərinə tabe
olmalı.
8.
Ekspertizadan keçirilmiş test tapşırıqları
müvafiq sahələr üzrə test bankına daxil edilir.
Hər bir sahə üzrə test bankında toplanan test
tapşırıqlarının ümumi sayı imtahan testinin
müvafiq test blokunda olan test tapşırıqlarının
sayından ən azı 20 dəfə çox olmalıdır.
9.
Test bankındakı müvafiq sahələr üzrə test
tapşırıqlarının ümumi sayının 35 faizi
sadə, 35 faizi orta, 30 faizi isə mürəkkəb
olmalıdır.
10.
Yeni test tapşırıqları bu Qaydalara uyğun olaraq test
bankına əlavə edilir. Test bankında toplanmış
test tapşırıqları təkmilləşdirilmə
məqsədilə və qanunvericilikdə olan
dəyişikliklər nəzərə alınmaqla yenidən
ekspertizadan keçirilir.
11. Test
tapşırıqlarının hazırlanması,
ekspertizasının keçirilməsi və test
bankının saxlanılması ilə əlaqədar
məxfilik rejimi Komissiya, habelə müəlliflər,
ekspertlər və bu prosesdə iştirak edən digər
şəxslər tərəfindən təmin edilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 10 mart 2017-ci il tarixli 86 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201703100086, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 mart 2017-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 10 mart 2017-ci il tarixli 86 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201703100086, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 mart 2017-ci il) ilə “Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 5 noyabr tarixli 119 nömrəli qərarı ləğv edilmişdir.