AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

30.08.2012

Qeydiyyat nömrəsi

16-N

Adı

“Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə[1]

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

31.08.2012

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

390.010.030

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201208300016

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

30.08.2012

 

 

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 6-cı hissəsinin icrasını təmin etmək məqsədi ilə, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanına uyğun olaraq “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

 

QƏRARA ALIR:

 

1. “Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında Təlimat” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Bu Təlimatın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. Ədliyyə Nazirliyi üzrə 2010-cu il 20 dekabr tarixli 21‑T nömrəli əmrin 2.1-ci bəndi ləğv edilsin.

4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

I dərəcəli dövlət ədliyyə müşaviri

 

 

Fikrət Məmmədov

 


 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 30 avqust tarixli 16-N nömrəli Qərarı ilə

təsdiq edilmişdir

 

Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında

Təlimat

 

1. Ümumi müddəalar

 

1.1. Bu Təlimat Azərbaycan Respublikasının Cəzaların İcrası və Cinayət məcəllələrinə, habelə digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyatının aparılması, onların ictimai qaydalara riayət etməsinə və məhkəmə tərəfindən onlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin təşkili qaydalarını müəyyən edir.

1.2. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində (hərbi qulluqçular istisna olmaqla) nəzarəti sınaq müddəti və cəzanın çəkilməmiş hissəsi ərzində məhkumun yaşayış yeri üzrə icra məmurları həyata keçirir.

 

2. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər barəsində məhkəmənin hökm və ya digər yekun qərarını icraya qəbul edilməsi, icrası və nəzarətin təşkili qaydaları

 

2.1. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyata götürülməsi üçün əsas məhkəmənin hökm və ya digər yekun qərarı, habelə hakimin göstərişi və ya cəzaçəkmə müəssisəsinin göndərişidir.

2.2. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında məhkəmə qərarının surətini, habelə məhkumun azad edildiyi vaxtdan sonra on beş gün müddətində yaşayış yeri üzrə icra qurumuna qeydiyyata götürülməsi ilə əlaqədar müraciət etməsi haqqında iltizamının surətini üç gündən gec olmayaraq onun yaşayış yeri üzrə məhkəməyə və icra qurumuna göndərir.

2.3. Sınaq müddəti məhkəmənin hökm və ya digər yekun qərarının qanuni qüvvəyə mindiyi gündən hesablanır.

2.4. İcra məmuru daxil olmuş sənədləri qəbul etdikdən dərhal sonra vərəqləri nömrələnərək tikilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Naxçıvan Muxtar Respublikasının ərazisində - Muxtar Respublikanın Ədliyyə Nazirliyinin) möhürü ilə təsdiqlənmiş şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyatı kitabında məhkumların qeydiyyatını aparır (Əlavə 1 və 2).

2.5. İcra məmuru şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs barəsində məhkəmənin hökm və ya digər yekun qərarının surətinə, hakimin göstərişinə və ya cəzaçəkmə müəssisəsinin göndərişinə və əlavə olunmuş digər sənədlərə əsasən nəzarət işi açır (Əlavə 3 və 4). Nəzarət işində olan bütün sənədlər ardıcıllıqla tikilir və səhifələnir. Nəzarət işinin üz qabığının içəri hissəsində orada olan bütün sənədlərin siyahısı tərtib edilir.

Nəzarət işinin nömrəsi şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyat kitabındakı sıra nömrəsi ilə eyni olmalıdır.

Nəzarət işinə buraxılış yalnız onunla birbaşa işləyən və ya digər səlahiyyətli şəxslərlə məhdudlaşır.

2.6. İcra məmuru şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsi qeydiyyata götürdükdən sonra onunla söhbət aparır, onun üzərinə məhkəmənin hökm və ya digər yekun qərarı ilə qoyulmuş vəzifələri nəzərinə çatdırır, ona məsuliyyətini, vəzifə və hüquqlarını izah edir və bu barədə arayış tərtib edir (Əlavə 5).

2.7. İcra məmuru şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs barəsində məhkəmənin hökm və ya digər yekun qərarını və əlavə olunmuş digər sənədləri icraata qəbul etdikdən dərhal sonra bu barədə hökmü və ya digər yekun qərarı çıxarmış məhkəməyə məlumat verir.

2.8. İcra məmuru şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs barəsində məhkumun yaşayış yeri üzrə polis orqanına bildiriş göndərir və məhkumun yaşayış yerini dəyişməsi və ya yaşayış yeri üzrə qeydiyyatdan çıxmaq üçün müraciət etməsi, habelə onun ictimai qaydaları pozması  və ya cinayət törətməsi barədə dərhal məlumat verilməsini xahiş edir (Əlavə 6).

2.9. İcra məmuru şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs üzərində nəzarəti təmin etmək məqsədi ilə onun iş (təhsil) yerinə bildiriş göndərir, məhkum tərəfindən ictimai qaydanın pozulması və məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməməsi və iş (təhsil) yerinin dəyişdirməsi hallarında dərhal ona məlumat verilməsini xahiş edir (Əlavə 7).

2.10. İcra məmuru şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş hərbi vəzifəlilər və çağırışçılar barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmünə dair məlumatı onların qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölmə) 7 (yeddi) gün müddətində verməlidir.

 

3. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən icra məmurlarının vəzifələri

 

3.1. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən icra məmuru aşağıdakı vəzifələri daşıyır:

3.1.1. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin davranışını, məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrə və ictimai qaydalara əməl etməsini öyrənmək məqsədi ilə vaxtaşırı onun iş (təhsil) yerinə sorğu etmək;

3.1.2. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin qanun pozuntusuna yol verib-verməməsini və məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələrə əməl etməsini öyrənmək məqsədi ilə vaxtaşırı onun yaşayış yeri üzrə polis orqanına sorğu etmək;

3.1.3. Vaxtaşırı şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərlə görüşüb söhbətlər aparmaq;

3.1.4. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin ərizə və şikayətlərini qəbul etmək, onlara vaxtında cavab vermək;

3.1.5. Məhkum yaşayış yerini dəyişdikdə və ya yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq başqa yerə getdikdə, icra məmuru həmin rayonun icra qurumuna bu barədə məlumat verir və məhkum edilmiş şəxs barəsində məhkəmənin hökm və ya digər yekun qərarını, habelə nəzarət işində olan digər sənədləri ərazi aidiyyəti üzrə göndərir.

3.2. Məhkuma müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza əlavə cəza kimi təyin edildikdə, məhkumun yaşadığı yerin icra məmuru:

3.2.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə barədə məhkəmə hökmünün tələblərinə məhkumun riayət etməsinə nəzarət edir;

3.2.2. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə barədə məhkəmənin hökmündə nəzərdə tutulan tələblərin işəgötürən tərəfindən yerinə yetirilməsini yoxlayır.

3.3. Şərti məhkum olunma və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı əlavə cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru tərəfindən həyata keçirilir. Şərti məhkum etmə zamanı əlavə cəza kimi əmlak müsadirəsi növündə cəzanın icrasını isə əmlakın olduğu yer üzrə icra məmuru həyata keçirir və bu barədə əsas cəzanı icra edən icra məmuruna məlumat verir.

3.4. Məhkuma nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza əlavə cəza kimi təyin edildikdə, məhkum olunmuş şəxsin yaşadığı yerin icra məmuru:

3.4.1. Məhkumun məhkəmənin hökmündə göstərilən tələblərə riayət etməsinə nəzarət edir;

3.4.2. Hökmdə göstərilən tələblərin məhkumun işlədiyi yerin işəgötürəni tərəfindən yerinə yetirilməsini yoxlayır.

3.5. Hərbi hissənin komandiri sınaq müddəti başa çatmamış şərti məhkum olunmuş şəxsin müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar onun barəsində çıxarılmış məhkəmənin hökm və ya digər yekun qərarını, habelə nəzarət işində olan digər sənədləri daimi yaşayış üçün getdiyi yerin icra qurumuna göndərdikdə, qurum tərəfindən həmin şəxs üzərində nəzarət həyata keçirilir.

3.6. Şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən boyun qaçırdıqda və ya ictimai qaydaları pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, icra məmuru sınaq müddətinin uzadılması haqqında məhkəməyə təqdimat verir (Əlavə 8).

3.7. Şərti məhkum olunmuş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən mütəmadi və ya qərəzli olaraq boyun qaçırdıqda, icra məmuru şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması barədə məhkəməyə təqdimat verir (Əlavə 9).

3.8. Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən mütəmadi, yaxud qərəzli olaraq boyun qaçırdıqda və ya ictimai qaydaları pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, icra məmuru şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında məhkəməyə təqdimat verir (Əlavə 10).

3.9. İcra məmuru şərti məhkum olunmuş şəxsin üzərinə onun islah olunmasına kömək edən yeni vəzifələrin qoyulması və ya məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələrin tamamilə və ya qismən ləğv edilməsi barədə məhkəməyə təqdimat verir (Əlavə 11).

3.10. Sınaq müddətinin azı yarısı keçdikdən sonra şərti məhkum olunmuş şəxs öz davranışı ilə islah olunduğunu sübut edərsə, icra məmuru şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi barədə məhkəməyə onun razılığına əsasən təqdimat verir (Əlavə 12).

Məhkum barəsində xasiyyətnamə və digər sənədlər də təqdimata əlavə edilərək baxılması üçün məhkəməyə göndərilir.

 

4. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin yerini müəyyən etmək mümkün olmadıqda, icra məmurunun hərəkətləri

 

4.1. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin olduğu yer məlum olmadıqda, icra məmuru aşağıdakı tədbirləri həyata keçirir:

4.1.1. Məhkumun yaxın qohum və tanışlarına şifahi sorğu edir;

4.1.2. Yaşayış yerinin qeydiyyat orqanına şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin qeydiyyatdan çıxıb-çıxmaması barədə sorğu edir;

4.1.3. Məhkumun yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti orqanının yerli nümayəndəliyinə (mənzil istismar sahəsinə) onun həmin ərazidə faktiki olaraq yaşayıb-yaşamaması barədə sorğu edir;

4.1.4. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs yaşadığı ərazinin qeydiyyatından çıxaraq getmişsə, müvafiq orqana sorğu edir;

4.1.5. Məhkum işləyirsə, onun iş yerinə sorğu edir;

4.1.6. Hərbi qeydiyyatdan çıxıb-çıxmaması barədə onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbə və ya bölmə) sorğu edir;

4.1.7. Məhkumun yaşayış yeri üzrə səhiyyə orqanlarına sorğu edir;

4.1.8. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin yaşayış yeri üzrə polis orqanlarına sorğu edir.

4.2. İcra məmuru şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin olduğu yeri bir ay müddətində müəyyən edə bilməzsə, onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədi ilə məhkəməyə təqdimatla müraciət edir (Əlavə 13).

Təqdimata şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs barəsində məhkəmənin hökm və ya digər yekun qərarının surəti və ilkin axtarış tədbirləri haqqında bütün materiallar əlavə edilir.

 

5. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarətin dayandırılması və onun qeydiyyatdan çıxarılması

 

5.1. İcra məmuru aşağıdakı əsaslar olduqda, şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarəti dayandırır və onları qeydiyyatdan çıxarır:

5.1.1. Şərti məhkum olunmuş şəxs barəsində təyin edilmiş sınaq müddəti, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin cəzasının çəkilməmiş hissəsi başa çatdıqda;

5.1.2. Məhkum vəfat etdikdə;

5.1.3. Şərti məhkum olunma və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildikdə və məhkum ona məhkəmənin hökm və ya digər yekun qərarı ilə təyin olunmuş cəzanı çəkməyə göndərildikdə;

5.1.4. Məhkum bəraət aldıqda;

5.1.5. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsə amnistiya aktı tətbiq edildikdə;

5.1.6. Məhkum əfv edildikdə;

5.1.7. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi ilə əlaqədar həbs edildikdə;

5.1.8. Məhkum yaşayış yerini dəyişdikdə;

5.1.9. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;

5.1.10. Sınaq müddətinin azı yarısı keçdikdən sonra məhkumun üzərində nəzarəti həyata keçirən icra məmurunun təqdimatı əsasında şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi barədə məhkəmə qərar qəbul etdikdə.

5.2. Aşağıdakı sənədlər şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsi qeydiyyatdan çıxarmağa əsas verir:

5.2.1. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs vəfat etdikdə - qeydiyyat orqanın bu barədə arayışı;

5.2.2. Amnistiya aktının tətbiq edilməsi barədə qərar;

5.2.3. Əfvetmə barədə fərman;

5.2.4. Şərti məhkum olunma və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilərək, məhkumun məhkəmə hökmü ilə ona təyin edilmiş cəzanı çəkməyə göndərilməsi barədə məhkəmənin hökm və ya digər yekun qərarının surətini;

5.2.5. Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs sınaq müddəti və cəzanın çəkilməmiş hissəsi ərzində yeni cinayət törətdikdə, məhkəmənin hökm və ya digər yekun qərarının surəti və hakimin göstərişi;

5.2.6. Məhkum yaşayış yerini dəyişdikdə və yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq başqa yerə getdikdə - həmin yer üzrə icra məmurunun şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs barəsində məhkəmənin hökm və ya digər yekun qərarını, habelə nəzarət işində olan digər sənədləri alması barədə məlumatı;

5.2.7. Məhkəmənin bəraət hökmü.

5.2.8. Şərti məhkum etmənin ləğv olunması və məhkumluğun götürülməsi barədə məhkəmə qərarı.

5.3. Məhkum qeydiyyatdan çıxarıldıqda, şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyat kitabında müvafiq qeyd aparılır və bu barədə məhkəməyə məlumat verilir.

 


 

“Şərti məhkum olunmuş və cəzadan şərti olaraq

vaxtından əvvəl azad edilmiş şəxslər üzərində

nəzarətin həyata keçirilməsi qaydaları haqqında

Təlimat”a  əlavə 1

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

 

______________________________________________________________________

(icra qurumunun adı)

 

Şərti məhkum edilmiş şəxslərin qeydiyyatı
Kitabı

 

Başlandı: “___” ______________ 20___ il

Qurtardı: “___” _______________ 20___ il

 

 

S/s

Soyadı, adı, atasının adı, təvəllüdü

 

Yaşayış və iş (təhsil) yeri

 

Hansı məhkəmə tərəfindən, nə vaxt, Cinayət Məcəlləsinin hansı maddəsi ilə, hansı müddətə məhkum edilmişdir

 

Hökmün qanuni qüvvəyə mindiyi tarix

 

Hökmün surətinin icra məmuru tərəfindən icraya qəbul edildiyi tarix

 

Sınaq müddətinin başa çatmalı olduğu tarix

 

Məhkəmə tərəfindən məhkum üzərinə qoyulmuş vəzifələr

 

Şərti məhkum edilmiş şəxs barədə polis orqanına məlumat verildiyi tarix

 

Sınaq müddətinin uzadılması, yaxud şərti məhkum etmənin ləğv edilməsi və ya məhkumun cəza çəkmək üçün göndərilməsi barədə qeyd

 

Məhkumun üzərinə onun islah olunmasına kömək edən yeni vəzifələrin qoyulması və ya əvvəllər qoyulmuş vəzifələrin tamamilə və ya qismən ləğv edilməsi barədə qeyd

 

Şərti məhkum edilmiş şəxs barədə həyata keçirilmiş ilkin axtarış tədbirləri barədə qeyd

 

Şərti məhkum edilmiş şəxsin nəzarət işinin başqa yerə göndərilməsi barədə qeyd

 

Məhkumun qeydiyyatdan çıxarılmasının tarixi və əsası

 

Qeyd

 


 

“Şərti məhkum olunmuş və cəzadan şərti olaraq

vaxtından əvvəl azad edilmiş şəxslər üzərində

nəzarətin həyata keçirilməsi qaydaları haqqında

Təlimat”a  əlavə 2

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

 

______________________________________________________________________

(icra qurumunun adı)

 

Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyatı
Kitabı

 

Başlandı: “___” _______________ 20___ il

Qurtardı: “___” _______________ 20___ il

 

 

S/s

 

Soyadı, adı, atasının adı, təvəllüdü

 

Yaşayış və iş (təhsil) yeri

 

Hansı məhkəmə tərəfindən, nə vaxt, hansı müddətə cəzadan azad edilmişdir

 

Hökmün qanuni qüvvəyə mindiyi tarix

 

Yekun qərarın icra məmuru tərəfindən icraya qəbul edildiyi tarix

 

Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin başa çatmalı olduğu tarix

 

Məhkəmə tərəfindən məhkum üzərinə qoyulmuş vəzifələr

 

Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs barədə polis orqanına məlumat verildiyi tarix

 

Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və məhkumun cəza çəkmək üçün göndərilməsi barədə qeyd

 

Məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələrin tamamilə və ya qismən ləğv edilməsi barədə qeyd

 

Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs barədə həyata keçirilmiş ilkin axtarış tədbirləri barədə qeyd

 

Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin nəzarət işinin başqa yerə göndərilməsi barədə qeyd

 

Məhkumun qeydiyyatdan çıxarılmasının tarixi və əsası

 

Qeyd

 

 


 

 

“Şərti məhkum olunmuş və cəzadan şərti olaraq

vaxtından əvvəl azad edilmiş şəxslər üzərində

nəzarətin həyata keçirilməsi qaydaları haqqında

Təlimat”a  əlavə 3

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

 

______________________________________________________________

(icra qurumunun adı)

 

 

Şərti məhkum edilmiş şəxsin _____ ¹-li
Nəzarət işi

 

__________________________________________________________________

(məhkumun soyadı, adı, atasının adı)

_____________________________________________ “___” ____________ 20___ il tarixli

                                    (məhkəmənin adı)

hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ____________ maddəsi ilə

təqsirli bilinərək ______il ______ ay _________________ növündə cəzaya məhkum edilmiş, təyin olunmuş cəza ______ il ______ ay sınaq müddəti ərzində şərti hesab edilmişdir.

 

Qeydiyyata götürülmüşdür: “___” ___________ 20__ il

 

Qeydiyyatdan çıxarılmışdır: “___” ___________ 20___ il

 

Əsas: ____________________________________________________________________

 

İşdə olan vərəqlərin sayı: _____________________________________________________

                                       (sözlə)

 


 

“Şərti məhkum olunmuş və cəzadan şərti olaraq

vaxtından əvvəl azad edilmiş şəxslər üzərində

nəzarətin həyata keçirilməsi qaydaları haqqında

Təlimat”a  əlavə 4

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

 

_______________________________________________________________________

(icra qurumunun adı)

 

Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin ___ ¹-li

Nəzarət işi

 

___________________________________________________________________

(məhkumun soyadı, adı, atasının adı)

___________________________________________ “___” ____________ 20___ il tarixli

                                    (məhkəmənin adı)

hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ___________ maddəsilə təqsirli bilinərək _________ il ________ ay ________________ növündə cəzaya məhkum edilmiş və cəzanın çəkilməmiş  ______ il ___________ay ___________ gün hissəsindən   ____________________________________________”___” ____________ 20___il tarixli

                                       (məhkəmənin adı)

qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir.

 

Qeydiyyata götürülmüşdür: “___” ___________ 20__ il

 

Qeydiyyatdan çıxarılmışdır: “___” ___________ 20___ il

 

Əsas: __________________________________________________________________

 

İşdə olan vərəqlərin sayı: ___________________________________________________

                                           (sözlə)

 

 


 

 

“Şərti məhkum olunmuş və cəzadan şərti olaraq

vaxtından əvvəl azad edilmiş şəxslər üzərində

nəzarətin həyata keçirilməsi qaydaları haqqında

Təlimat”a  əlavə 5

 

Məhkumla söhbət aparılması barədə

 

ARAYIŞ

 

______________________________________ “___” _________20___ il tarixli  hökmünə

                            (məhkəmənin adı)

 

əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ____ maddə(ləri)si ilə təqsirli bilinərək _____ il_____ ay _________________________ cəzasına məhkum olunmuş və

 

______________________________________________________________________________

(şərti məhkum etmə zamanı sınaq müddətini, cəzadan şərti olaraq vaxtından əvvəl

_______________________________________________________________________________

azad etmə zamanı məhkəmə qərarının tarixini və cəzanın çəkilməmiş hissəsini göstərməli)

 

________________________________________________________ ilə söhbət aparıldı,

                            (məhkumun soyadı, adı, atasının adı)

şərti məhkum edilmə (və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə) ilə əlaqədar hüquq və vəzifələri və ümumi qaydalar ona izah edildi.

 

________________________________________________

(icra qurumunun adı)

 

_________________________________________________

(icra  məmurunun soyadı, adı, atasının adı)

 

_____________

(imza)

 

Şərti məhkum edilmə (və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə) ilə əlaqədar hüquq və vəzifələrim və ümumi qaydalar mənə izah edildi.

 

_______________________________________________________

(məhkumun soyadı, adı, atasının adı)

________________

(imza)

“____” _________________ 20____ il

 

 


 

“Şərti məhkum olunmuş və cəzadan şərti olaraq

vaxtından əvvəl azad edilmiş şəxslər üzərində

nəzarətin həyata keçirilməsi qaydaları haqqında

Təlimat”a  əlavə 6

 

 

                                                                         ________________________________ rayon

                                                                           polis idarəsinə (şöbəsinə, bölməsinə)

 

 

BİLDİRİŞ

 

_______________________________ “___” _________20___ il tarixli hökmünə əsasən

                        (məhkəmənin adı)

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ___maddə(ləri)si ilə təqsirli bilinərək ____il ____ay müddətinə ______________________________________________________

(şərti məhkum etmə zamanı sınaq müddətini, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkəmə qərarının  tarixini və cəzanın çəkilməmiş hissəsini göstərməli)

 

cəzasına məhkum olunmuş və _________________________________________________

                                                                  (məhkumun ünvanı, soyadı, adı, atasının adı)

 

üzərinə____________________________________________________________________

(üzərinə qoyulmuş vəzifələri göstərməli)

 

___________________________________________________kimi vəzifələr qoyulmuşdur.

 

Şərti məhkum edilmiş (və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş

 

______________________________________________________________________________

(soyadı, adı, atasının adı)

 

sınaq müddətində (və ya cəzanın çəkilməmiş hissəsi ərzində) məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədikdə, ictimai qaydaları pozduqda və ya cinayət törətdikdə dərhal məlumat verilməsi xahiş olunur.

___________________________________________________________________________

(icra qurumunun adı)

___________________________________________________________________________

(icra məmurunun soyadı, adı, atasının adı)

___________________

(imza)

 

“___” __________________ 20__ il

 


 

 

“Şərti məhkum olunmuş və cəzadan şərti olaraq

vaxtından əvvəl azad edilmiş şəxslər üzərində

nəzarətin həyata keçirilməsi qaydaları haqqında

Təlimat”a  əlavə 7

 

______________________________________

 

______________________________________

(idarə, müəssisə və təşkilatın adı və ünvanı)

 

 

 

BİLDİRİŞ

 

_________________________________________________”___” _________20___ il tarixli

                         (məhkəmənin adı)

hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ___________ maddə(ləri)si ilə təqsirli bilinərək _________ il __________ ay ____________________ cəzasına məhkum olunmuş və_____________________________________________________________________

_________________________________________________________________________________

(şərti məhkum etmə zamanı sınaq müddətini, cəzadan şərti olaraq vaxtından əvvəl

azad etmə zamanı məhkəmə qərarının tarixini və cəzanın çəkilməmiş hissəsini göstərməli)

_________________________________________________________________________________

_________________________________________________________________________________

(məhkumun ünvanı, soyadı, adı, atasının adı)

 

sınaq müddəti (və ya cəzanın çəkilməmiş hissəsi) ərzində ictimai qaydanı pozduqda, yaxud işdən çıxmaq üçün müraciət etdikdə və ya işdən çıxdıqda, dərhal məlumat verilməsi xahiş olunur.

 

______________________________________________

(icra qurumunun adı)

 

____________________________________________________

(icra məmurunun soyadı, adı, atasının adı)

 

_____________________________

(imza)

 

“____” ________________ 20__ il

 


 

“Şərti məhkum olunmuş və cəzadan şərti olaraq

vaxtından əvvəl azad edilmiş şəxslər üzərində

nəzarətin həyata keçirilməsi qaydaları haqqında

Təlimat”a  əlavə 8

                                                                               

 ________________________________

                                                                                          (məhkəmənin adı)

 

Təqdimat

 

 

____________________________________________________ “___” __________20___ il tarixli

                                       (məhkəmənin adı)

 

hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ___________ maddəsi üzrə təqsirli bilinərək ________ il _______ ay ____________________ cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəza ______ il ________ ay sınaq müddəti ərzində şərti hesab edilmiş __________________________________________________________________________________

(məhkumun ünvanı, soyadı, adı, atasının adı)

üzərinə ____________________________________________________________________________

 __________________________________________________________________________________

(üzərinə qoyulmuş vəzifələri göstərməli)

________________________________________________________ kimi vəzifələr qoyulmuşdur.

 

Məhkum sınaq müddəti ərzində _____________________________________________________

___________________________________________________________________________________

(məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırması, ictimai qaydanı pozması və inzibati tənbeh edilməsi hallarını göstərməli)

 

Yuxarıda göstərilənləri nəzərə alaraq, şərti məhkum edilmiş _____________________________

 

___________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

 

məhkəmə tərəfindən təyin edilmiş sınaq müddətinin uzadılması məsələsinə baxmanızı xahiş edirəm.

 

__________________________________________________________________________________

(icra qurumunun adı)

 

___________________________________________________________________________________

(icra  məmurunun soyadı, adı, atasının adı)

 

_____________________________

               (imza)

 

“___”______________ 20__ il

 


 

“Şərti məhkum olunmuş və cəzadan şərti olaraq

vaxtından əvvəl azad edilmiş şəxslər üzərində

nəzarətin həyata keçirilməsi qaydaları haqqında

Təlimat”a  əlavə 9

                                                                               

                                                                     ______________________________________

                                                                                           (məhkəmənin adı)

 

Təqdimat

 

____________________________________________ “___” _________20___ il tarixli

                                  (məhkəmənin adı)

 

hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ___________ maddəsi üzrə təqsirli bilinərək ________ il _______ ay _________________________ cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəza ______ il _____ay sınaq müddəti ərzində şərti hesab edilmiş

_____________________________________________________________________________

(məhkumun ünvanı, soyadı, adı, atasının adı)

üzərinə_______________________________________________________________________

(üzərinə qoyulmuş vəzifələri göstərməli)

____________________________________________________ kimi vəzifələr qoyulmuşdur.

 

Məhkum sınaq müddəti ərzində

____________________________________________________________________________

(məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi və ya qərəzli boyun qaçırması hallarını göstərməli)

 

Yuxarıda göstərilənləri nəzərə alaraq, şərti məhkum edilmiş ________________________

 

_____________________________________________________________________________

(soyadı, adı, atasının adı)

 

barəsində şərti məhkum etmənin ləğv edilməsi və hökmlə ona təyin edilmiş cəzanın icra olunması məsələsinə baxmanızı xahiş edirəm.

 

____________________________________________________________________________

 (icra qurumunun adı)

_____________________________________________________________________________

(icra  məmurunun soyadı, adı, atasının adı)

 

________________________________

(imza)

“___” ______________ 20__ il

 

 


 

“Şərti məhkum olunmuş və cəzadan şərti olaraq

vaxtından əvvəl azad edilmiş şəxslər üzərində

nəzarətin həyata keçirilməsi qaydaları haqqında

Təlimat”a  əlavə 10

 

_______________________________________

        (məhkəmənin adı)

 

 

TƏQDİMAT

 

__________________________________________________“___”__________20___ il tarixli

(məhkəmənin adı)

hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin _____________ maddəsi üzrə təqsirli bilinərək ________ il _______ ay _____________________ növündə cəzaya məhkum olunmuş və cəzanın çəkilməmiş  ______ il ____________ ay _______gün hissəsindən

__________________________________________________” ___” _________20___ il tarixli

(məhkəmənin adı)

 

qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmiş

_____________________________________________________________________________

(məhkumun ünvanı, soyadı, adı, atasının adı)

üzərinə ______________________________________________________________________

(üzərinə qoyulmuş vəzifələri göstərməli)

____________________________________________________ kimi vəzifələr qoyulmuşdur.

Məhkum cəzanın çəkilməmiş hissəsi ərzində _____________________________________

_____________________________________________________________________________

(məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi, yaxud qərəzli olaraq boyun qaçırması və ya ictimai qaydaları pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edilməsi hallarını göstərməli)

 

Yuxarıda göstərilənləri nəzərə alaraq, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş

_____________________________________________________________________________

(soyadı, adı, atasının adı)

barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması məsələsinə baxmanızı xahiş edirəm.

 

_____________________________________________________________________________

(icra qurumunun adı)

 

____________________________________________________________________________

(icra məmurunun  soyadı, adı, atasının adı)

 

__________________________________

(imza)

“___” _________________ 20__ il

 


 

“Şərti məhkum olunmuş və cəzadan şərti olaraq

vaxtından əvvəl azad edilmiş şəxslər üzərində

nəzarətin həyata keçirilməsi qaydaları haqqında

Təlimat”a əlavə 11

 

_____________________________________

(məhkəmənin adı)

 

TƏQDİMAT

 

____________________________________________ “___” _________20___ il tarixli

                                    (məhkəmənin adı)

 

hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin _________ maddəsi üzrə təqsirli bilinərək _________ il ________ ay __________________________ növündə cəzaya məhkum olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəza _____ il __________________ ay sınaq müddəti ərzində şərti hesab edilmiş

 _____________________________________________________________________________

(məhkumun ünvanı, soyadı, adı, atasının adı)

üzərinə_______________________________________________________________________

_____________________________________________________________________________

(üzərinə qoyulmuş vəzifələri göstərməli)

 

___________________________________________________ kimi vəzifələr qoyulmuşdur.

 

Məhkum sınaq müddəti ərzində ________________________________________________

_____________________________________________________________________________

(məhkumun davranışını və ya məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsini xarakterizə edən halları göstərməli)

 

Yuxarıda göstərilənləri nəzərə alaraq, şərti məhkum edilmiş _______________________

_____________________________________________________________________________

(soyadı, adı, atasının adı)

_____________________________________________________________________________

(islah olunmasına kömək edən yeni vəzifələrin qoyulması)

_____________________________________________________________________________

(vəzifələrin qismən və ya tamamilə ləğv edilməsi)

 

məsələsinə baxmanızı xahiş edirəm.

 

_____________________________________________________________________________

(icra qurumunun adı)

 

_________________________________________________________________________

(icra  məmurunun soyadı, adı, atasının adı)

 

______________________________

(imza)

“_____” _______________ 20___ il


 

“Şərti məhkum olunmuş və cəzadan şərti olaraq

vaxtından əvvəl azad edilmiş şəxslər üzərində

nəzarətin həyata keçirilməsi qaydaları haqqında

Təlimat”a  əlavə 12

 

________________________________________

    (məhkəmənin adı)

 

TƏQDİMAT

 

____________________________________________ “___” _________20___ il tarixli

                                     (məhkəmənin adı)

hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ________ maddəsi üzrə təqsirli bilinərək ________ il _______ ay _________________________ növündə cəzaya məhkum olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəza ______ il ___________ ay sınaq müddəti ərzində şərti hesab edilmiş

 _____________________________________________________________________________

(məhkumun ünvanı, soyadı, adı, atasının adı)

üzərinə_______________________________________________________________________

_____________________________________________________________________________

(məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri göstərməli)

____________________________________________________ kimi vəzifələr qoyulmuşdur.

 

Sınaq müddətinin yarısından çoxu keçmiş məhkum bu müddət ərzində _____________

_____________________________________________________________________________

(məhkumun öz davranışı ilə islah olunduğunu sübut edən halları göstərməli)

 

Yuxarıda göstərilənləri nəzərə alaraq, şərti məhkum edilmiş _______________________

       (soyadı, adı, atasının adı)

 

barəsində şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi məsələsinə baxmanızı xahiş edirəm.

 

________________________________________________________________

(icra şöbəsinin (bölmə, qrup) adı)

 

________________________________________________

(icra  məmurunun soyadı, adı, atasının adı)

 

____________________________

(imza)

 

“___” ______________ 20__ il

 


 

“Şərti məhkum olunmuş və cəzadan şərti olaraq

vaxtından əvvəl azad edilmiş şəxslər üzərində

nəzarətin həyata keçirilməsi qaydaları haqqında

Təlimat”a  əlavə 13

 

___________________________________

    (məhkəmənin adı)

 

TƏQDİMAT

 

__________________________________________________ “___” _________20___ il tarixli

                            (məhkəmənin adı)

hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin _______________ maddə(ləri) si üzrə təqsirli bilinərək ______il _____ ay ___________cəzasına məhkum olunmuş və___________________________________________________________________

(şərti məhkum etmə zamanı sınaq müddətini, cəzadan şərti olaraq vaxtından əvvəl

________________________________________________________________________

azad etmə zamanı məhkəmə qərarının tarixini və cəzanın çəkilməmiş hissəsini göstərməli)

_____________________________________________________________________________

_____________________________________________________________________________

(məhkumun soyadı, adı, atasının adı)

 

üzərində nəzarəti həyata keçirmək istərkən, məlum oldu ki, o yaşayış yerində yoxdur.

Belə ki,_______________________________________________________________________

(həyata keçirilən ilkin axtarış tədbirlərini göstərməli)

Lakin məhkumun yerini müəyyən etmək mümkün olmamışdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkum

_____________________________________________________________________________

(soyadı, adı, atasının adı)

 

barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini xahiş edirəm.

 

__________________________________________________________

(icra qurumunun adı)

 

________________________________________________________

(icra məmurunun soyadı, adı, atasının adı)

 

______________________

(imza)

 

“____” ________________ 20____ il

 

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 aprel 2018-ci il tarixli 14-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201804240014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 aprel 2018-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 aprel 2018-ci il tarixli 14-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201804240014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 24 aprel 2018-ci il) ilə “Şərti məhkum olunmuş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 30 avqust tarixli 16-N nömrəli qərarı (3-cü hissəsi istisna olmaqla) ləğv edilmişdir.