![]() |
| AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
|
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI |
|
Qəbul edildiyi tarix |
04.10.2012 |
|
Qeydiyyat nömrəsi |
Q52-001-12 |
|
Adı |
“Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə Təlimat”ın təsdiq edilməsi haqqında |
|
Rəsmi dərc edildiyi mənbə |
|
|
Qüvvəyə minmə tarixi |
16.10.2012 |
|
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
390.010.000 |
|
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201210040052 |
|
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
15.10.2012 |
İstintaq, təhqiqat və məhkəmə orqanlarından gizlənən, cəza çəkməkdən yayınan və öhdəliklərin icrasından boyun qaçıran, xəbərsiz itkin düşmüş, habelə səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin və naməlum meyitlərin vahid uçotunun təşkili və aparılması qaydalarının təkmilləşdirilməsi, habelə «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun icrasının təmin edilməsi məqsədilə,
KOLLEGİYA QƏRARA ALIR :
1. «Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə Təlimat» təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 23.02.2007-ci il tarixli 107 nömrəli əmri ləğv edilsin.
3. Qərar qəbul edildiyi gündən 3 gün müddətində «Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri»nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
4. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
|
Kollegiyanın Sədri |
|
|
general-polkovnik |
Ramil Usubov |
|
|
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 04 oktyabr 2012-ci il tarixli Q52-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir. |
Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə
TƏLİMAT
1. Ümumi müddəalar
1.1. Bu Təlimat Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.4-cü yarımbəndinə əsasən Nazirlik axtarışa dair məlumatların bankını yaradır, bu bankların üzərində iş aparılmasını və onların istifadəsini təşkil edir.
1.2. Vahid uçot – uçot obyektlərinin qeydiyyata alınmasından, mərkəzləşdirilmiş uçotunun aparılmasından və onlara dair məlumatların statistik hesabata daxil edilməsindən ibarətdir.
1.3. Vahid uçotun obyektləri aşağıdakılardır :
1.3.1. müvəqqəti saxlama yerlərindən, istintaq təcridxanalarından, penitensiar müəssisələrdən, nəzarət altından və mühafizədən (nəzarətdən, komvoydan) qaçanlar ;
1.3.2. təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənənlər;
1.3.3. mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclular ;
1.3.4. itkin düşmüş şəxslər;
1.3.5. naməlum meyitlər;
1.3.6. səhhəti, yaşı və digər səbəblərdən özləri haqqında məlumat verə bilməyən və ya verməyən şəxslər, o cümlədən uşaqlar.
1.4. Vahid uçotun subyektləri əməliyyat-axtarış fəaliyyətini həyata keçirən aşağıdakı orqanlardır:
1.4.1. Daxili İşlər Nazirliyi ;
1.4.2.
Milli Təhlükəsizlik Nazirliyi;[1]
1.4.3. Ədliyyə Nazirliyi ;
1.4.4. Fövqəladə Hallar Nazirliyi;
1.4.5.
Vergilər Nazirliyi;[2]
1.4.6. Dövlət Gömrük Komitəsi;
1.4.6-1. Dövlət Təhlükəsizliyi Xidməti;[3]
1.4.7. Dövlət Sərhəd Xidməti;
1.4.7-1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti.[4]
1.4.8. Qeyd olunan subyektlərin icraatında olan işlər üzrə obyektlərin vahid uçotu Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi (bundan sonra DİN-in BƏSİİ) tərəfindən aparılır.
1.5. Qeydiyyat - təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənən, cəza çəkməkdən yayınan və öhdəliklərin icrasından boyun qaçıran, xəbərsiz itkin düşmüş, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslər və naməlum meyitlər barədə məlumatların ilkin uçot sənədlərinə daxil edilməsi və axtarış işinin qeydiyyat jurnalında ardıcıl sıra nömrəsi verilməklə əks olunmasıdır.
1.6. Mərkəzləşdirilmiş uçot - vahid uçotun obyektləri barədə statistik hesabata daxil edilməli informasiyanın avtomatlaşdırılmış məlumat bankında əks edilməsidir.
1.6.1. Vahid avtomatlaşdırılmış məlumat bankı DİN-in BƏSİİ-də formalaşır.
1.7. Axtarışın vəziyyətini xarakterizə edən statistik hesabatlar vahid uçotun subyektləri tərəfindən tərtib olunan statistik kartoçkalar əsasında hazırlanır.
1.8. Uçot subyektləri, ayrı-ayrı regionlar, eləcə də bütövlükdə respublika üzrə axtarışın vəziyyətini xarakterizə edən statistik hesabatların tamlığı və dürüstlüyü məhz bu uçotun düzgün aparılmasından asılıdır.
1.9. Axtarışda olanlar, naməlum meyitlər, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslər barəsində olan məlumatlar ilkin uçot sənədlərində və qeydiyyat jurnalında əks olunduqda, mərkəzləşdirilmiş uçota qoyulduqda və müvafiq dövrün statistik hesabatına daxil edildikdə vahid uçota qoyulmuş hesab olunur.
1.10. Uçot sənədlərinin qeydiyyatı və göndərilməsi işi ümumi kargüzarlıq qaydaları əsasında həyata keçirilir.
1.11. Uçot subyektlərinin müvafiq vahid jurnal və ilkin uçot sənədləri ilə mərkəzləşdirilmiş təminatını Daxili İşlər Nazirliyinin (bundan sonra DİN-in) Mətbəəsi həyata keçirir.
1.12. Axtarış işlərinin qeydiyyatı və mərkəzləşdirilmiş uçotunun aparılması üçün hər 3 ildən bir BƏSİİ tərəfindən vahid uçot subyektlərinə müəyyən edilmiş sayda nömrələr verilir. Müəyyən səbəblərdən ləğv edilmiş axtarış işinin nömrəsi növbəti açılmış axtarış işinə verilir.
2. Vahid uçotun əsasları
2.1. Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun əsaslarını aşağıdakılar təşkil edir :
2.1.1. şübhəli və ya təqsirləndirilən şəxsin axtarışının elan edilməsi barədə istintaq və ya məhkəmə orqanlarının qərarı ;
2.1.2. şəxsin itkin düşməsi faktı ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ;
2.1.3. naməlum meyitin tapılması faktı ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ;
2.1.4. səhhəti, yaşı və digər səbəblərdən özləri haqqında məlumat verə bilməyən şəxslərin və ya uşaqların tapılması barədə məlumat ;
2.1.5. mülki-hüquqi öhdəliklərin icrasından yayınan borcluların axtarılması haqqında məhkəmə icraçılarının qərarı ;
2.1.6. cinayət işinin başlanılması barədə qərar (naməlum meyitin şəxsiyyətinin müəyyən edilməsinə dair iş açıldıqda).
3. Mərkəzləşdirilmiş uçotun təşkili qaydaları
3.1. Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin mərkəzləşdirilmiş uçota alınması və çıxarılması üçün aşağıdakı ilkin uçot sənədləri tərtib edilərək BƏSİİ-yə göndərilir:
3.1.1. Şübhəli və ya təqsirləndirilən şəxs barədə axtarış işi açıldıqda:
3.1.1.1. axtarışı elan olunan şəxsə dair 1 №-li statistik kartoçka (əlavə №1);
3.1.1.2. axtarış kartoçkası (əlavə №2);
3.1.1.3. nəzarət vərəqəsi (əlavə №3).
3.1.1.4. İş xitam edildikdə:
3.1.1.4.1. axtarışın xitam olunmasına dair 2 №-li statistik kartoçka (əlavə №4);
3.1.1.4.2. yerli axtarışın xitam olunması barədə bildiriş (əlavə №5 ).
3.1.2. İtkin düşmüş şəxs barədə axtarış işi açıldıqda:
3.1.2.1. axtarışı elan olunan şəxsə dair 1 №-li statistik kartoçka (əlavə №1);
3.1.2.2. axtarış kartoçkası (əlavə №2 );
3.1.2.3. tanınma kartı, fotoşəkil əlavə edilməklə (əlavə №6) ;
3.1.2.4. nəzarət vərəqəsi (əlavə №3) ;
3.1.2.5. İş xitam edildikdə:
3.1.2.5.1. axtarışın xitam olunmasına dair 2 №-li statistik kartoçka (əlavə №4);
3.1.2.5.2. yerli axtarışın xitam olunması barədə bildiriş (əlavə №5);
3.1.2.5.3. məlumat (əlavə №7)
3.1.2.6. Mülki-hüquqi öhdəliklərin icrasından yayınan borcluların mərkəzləşdirilmiş uçota alınması və çıxarılması bu Təlimatın 3.1.1-ci bəndində nəzərdə tutulmuş sənədlər əsasında həyata keçirilir.
3.1.3. Naməlum meyitin şəxsiyyətinin müəyyən edilməsinə dair iş açıldıqda:
3.1.3. 1. tanınma kartı, fotoşəkil əlavə edilməklə (əlavə №6);
3.1.3. 2. daktiloskopik xəritə;
3.1.3. 3. ölümün səbəbləri barədə arayış;
3.1.3. 4. məhkəmə-tibb ekspertizasının rəyi.
3.1.3. 5. Qeyd: Tanınma kartına meyitin baş hissəsinin 3 fotoşəkli (ölçüləri 5-6 sm.) – öndən və hər iki yandan (sağ, sol) çəkilmiş fotoşəkillər əlavə olunur. Meyitin fotoşəklini çəkmək, əl-barmaq izlərini götürmək mümkün olmadıqda (çürümüş, zədələnmiş olduqda) bu barədə arayış tərtib edilir və digər sənədlərlə birgə BƏSİİ-yə göndərilir.
3.1.3.5.1. İş xitam edildikdə:
3.1.3.5.2. məlumat (əlavə №8)
3.1.4. Səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslər barədə iş açıldıqda:
3.1.4. 1. tanınma kartı, fotoşəkil əlavə edilməklə (əlavə №6);
3.1.4. 2. daktiloskopik xəritə.
3.1.4. 3. İş xitam edildikdə :
3.1.4. 3.1. məlumat (əlavə №8)
3.2. Müstəqil Dövlətlər Birliyi çərçivəsində Dövlətlərarası axtarışın mərkəzləşdirilmiş uçotu Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Analitik Mərkəzində (bundan sonra Rusiya Federasiyası DİN-in BİAM) fəaliyyət göstərən Dövlətlərarası Məlumat Bankı tərəfindən aparılır. Vahid uçotun subyektləri tərəfindən dövlətlərarası axtarışa dair tərtib olunmuş uçot sənədləri BƏSİİ vasitəsi ilə Rusiya Federasiyası DİN-in BİAM-a göndərilir.
3.3. Zərurət yarandıqda şəxsin təcili dövlətlərarası axtarışının elan edilməsi üçün axtarışın təşəbbüskarı tərəfindən BƏSİİ-yə göndərilən şifroteleqramda (teletaypoqramda, telefaksda və s.) aşağıdakılar göstərilir :
3.3.1. pasport göstəriciləri həcmində axtarışda olanın şəxsiyyəti haqqında məlumatlar ;
3.3.2. şəxsiyyəti təsdiq edən sənədlərin rekvizitləri ;
3.3.3. axtarış üçün əsaslar ;
3.3.4. axtarış işinin nömrəsi və açılma tarixi, cinayət işinin nömrəsi və başlama tarixi;
3.3.5. şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin maddəsi, barəsində seçilən qətimkan tədbiri;
3.3.6. axtarışı aparan orqanın adı, tutulduqda məlumat verilməli olan telefon, teletayp, telefaks nömrələri.
Göstərilən qaydada şəxs dövlətlərarası axtarış elan edildikdə axtarışın təşəbbüskarı axtarış işinin açılmasına dair sənədləri 2 gün ərzində BƏSİİ-yə təqdim edir, sonuncu isə 3 gün ərzində müvafiq sənədləri Rusiya Federasiyası DİN-in BİAM-a göndərir.
4. İlkin uçot sənədlərinin tərtibi, onlara dair məlumatların qeydiyyat jurnalında əks olunması və BƏSİİ-yə göndərilməsi qaydaları
4.1. Axtarış və şəxsiyyətin müəyyən edilməsinə dair işlər açıldıqdan sonra onlara aid müvafiq uçot sənədləri 3 gündən gec olmayaraq tərtib edilir və BƏSİİ-yə göndərilir.
4.2. Axtarışı elan olunmuş şəxslərə dair uçot sənədləri oxunan xətlə, düzəlişsiz tərtib edilməli, onların soyadı, adı və atasının adı iri çap hərflərilə yazılmalıdır.
Uçot sənədlərinin müvafiq qrafaları düzgün doldurulmalı, qeyd olunmuş suallara dolğun cavablar verilməlidir. Şəxsin anadan olma tarixi (gün, ay, il göstərməklə) və yeri, onun yaşadığı ünvan qısaldılmadan, tam əks olunmalıdır.
4.3. Statistik kartoçkalarda əsas göstəricilər mütləq öz əksini tapmalı, şəxsiyyətin müəyyənləşdirilməsinə dair tanınma kartında 1, 4, 6-17, 44-59-cu qrafalar mütləq doldurulmalıdır.
4.4. Uçot sənədlərini tərtib edən və imzalayan şəxslər tutduğu vəzifəsini, rütbəsini, soyadını tam və qısaldılmadan kartoçkada əks etdirməlidir.
4.5. Axtarış və şəxsiyyətin müəyyən edilməsinə dair işlərin qeydiyyatı əməliyyat aparatının rəhbərliyi və ya müvafiq əmrlə bu işin həvalə olunduğu digər əməkdaş tərəfindən aparılır.
4.6. Axtarış işlərinin qeydiyyatını aparan əməkdaş 1 №-li qeydiyyat jurnalında (əlavə №9) axtarış işinə dair müvafiq qeydləri aparır. Həmin jurnalın sütunları müvafiq statistik uçot sənədlərinin məlumatlarına əsasən doldurulur. Məlumatlar jurnalın sütunlarındakı göstəricilərə əsasən tam və dəqiq əks etdirilməlidir. Sonradan tərtib olunan uçot sənədlərindəki məlumatlar jurnalda qeyd edilən zaman hansı məlumatın dəqiqləşdirildiyi və dəyişikliyin edildiyi göstərilməlidir.
4.7. Bu Təlimatın tələbləri pozulmaqla tərtib olunmuş uçot sənədləri BƏSİİ-də uçota alınmadan geri qaytarılır.
4.8. Axtarış işləri üzrə əlavə məlumatlar, dəyişikliklər və düzəlişlər olduqda, bu barədə axtarışın təşəbbüskarı tərəfindən yeni uçot sənədləri tərtib olunaraq BƏSİİ-yə göndərilir.
5.1. Daxil olan uçot sənədləri üzrə axtarılan şəxslərin axtarışda olub-olmamasının (o cümlədən dövlətlərarası axtarışda), həbs edilib-edilməməsinin dəqiqləşdirilməsi məqsədilə 1 №-li statistik kartoçkalar BƏSİİ-nin müvafiq uçotları üzrə yoxlanılır.
5.2. Kartoçkalar BƏSİİ-də yoxlanılarkən şəxsin axtarışda və ya həbsdə olması aşkar edilərsə, daxil olmuş uçot sənədləri 2 №-li qeydiyyat jurnalında əks olunmur və təşəbbüskar orqana qaytarılır. Şəxsin axtarışda olması aşkar edildikdə 1 №-li statistik kartoçkanın üzərində onu axtaran orqanın adı, axtarış işinin nömrəsi, axtarışın elan olunması tarixi, Cinayət Məcəlləsinin maddəsi qeyd edilir. Şəxsin həbsdə olması aşkar edildikdə isə 1 №-li statistik kartoçkada onun həbs olunma tarixi, saxlanıldığı yer, cinayət işinin nömrəsi, Cinayət Məcəlləsinin maddəsi göstərilir.
5.3. Digər hallarda 1 №-li statistik kartoçkalar axtarış işlərinin 2 №-li qeydiyyat jurnalında (əlavə №10) əks etdirilir.
5.4. Statistik kartoçkalarda olan məlumatlar avtomatlaşdırılmış məlumat bankına daxil edilir və kartoçkaların üzərində müvafiq qeydlər aparılır.
5.5. Sorğuların cavablandırılması məqsədilə şəxslərə dair axtarış kartoçkaları BƏSİİ-nin müvafiq kartotekasına yerləşdirilir.
5.6. Barələrində axtarış işləri olan şəxslərə dair tərtib olunmuş nəzarət vərəqəsi müvafiq kartotekaya yerləşdirilməsi üçün DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.
5.7. Dövlətlərarası axtarışın elan edilməsi barədə daxil olmuş qərar yoxlanılır və sonradan DİN-in Baş Cinayət Axtarış İdarəsinin (bundan sonra BCAİ) rəhbərliyi tərəfindən təsdiq olunaraq BƏSİİ vasitəsi ilə Rusiya Federasiyası DİN-in BİAM-a göndərilir.
5.8. Axtarış işinin xitam olunması barədə BƏSİİ-yə daxil olan 2 №-li statistik kartoçka 2 №-li qeydiyyat jurnalında əks olunur, avtomatlaşdırılmış məlumat bankına daxil edilir və kartoçkanın üzərində bu barədə müvafiq qeydiyyat aparılır.
5.9. 2 №-li statistik kartoçkaya əsasən əvvəllər müvafiq kartotekaya yerləşdirilmiş axtarış kartoçkası götürülür.
5.10. Axtarış işinin xitam olunmasına dair bildiriş müvafiq kartotekadan nəzarət vərəqəsinin çıxarılması üçün DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinə göndərilir.
5.11. Dövlətlərarası axtarışın xitam edilməsi barədə DİN-in BCAİ rəhbərliyinin təsdiq etdiyi qərar BƏSİİ tərəfindən Rusiya Federasiyası DİN-in BİAM-a göndərilir.
5.12. İtkin düşmüş şəxslərin, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin mərkəzləşdirilmiş uçotdan çıxarılması təşəbbüskar orqanlar tərəfindən BƏSİİ-yə göndərilmiş məlumatlar ( 7 və 8 №-li əlavələr) əsasında həyata keçirilir.
6. Uçot üzrə sorğuların verilməsi və cavablandırılması qaydaları
6.1. Uçot üzrə sorğu etmək hüququna təhqiqat, istintaq və məhkəmə orqanları malikdirlər.
6.2. Vahid uçotun obyektləri üzrə aşağıdakı sorğular verilə bilər :
6.2.1. uçot sənədində olan rekvizitlər üzrə ;
6.2.2. ayrı-ayrı regionlar, bütövlükdə respublika, eləcə də uçot subyektləri üzrə axtarışın vəziyyətini xarakterizə edən hesabatlara dair.
6.3. Şəxslərin axtarışda olması barədə məlumatı əldə etmək üçün aşağıdakı orqanlara müraciət etmək olar :
6.3.1. yazılı sorğu ilə BƏSİİ-yə ;
6.3.2. yazılı və ya telefon vasitəsi ilə (şərtləşdirilmiş məxfi sözlə-parolla) DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə.
6.4. Xəbərsiz itkin düşmüş şəxslərə, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyənlərə və naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsinə dair sorğular tanınma kartının blankında tərtib edilərək BƏSİİ-yə göndərilir. Bir sıra hallarda (çürümüş və ya skeletləşmiş meyit) sorğu sərbəst formada tərtib edilə bilər.
Xəbərsiz itkin düşmüş şəxsin istintaq təcridxanasında, penitensiar müəssisələrdə, ölmüş və ya xəstələrin sırasında olmasına dair müvafiq yoxlama aparılır və sonradan özləri haqqında məlumat verə bilməyən şəxslərin və ya naməlum meyitlərin uçotları üzrə yoxlanılır.
Yoxlama zamanı xəbərsiz itkin düşmüş şəxsin məlumatları özləri haqqında məlumat verə bilməyən şəxslərin və ya naməlum meyitin məlumatları ilə oxşarlıq təşkil edərsə, bu barədə sorğunun təşəbbüskarına məlumat verilir.
6.5. Uçot üzrə BƏSİİ-yə daxil olan sorğular 7 iş günündən gec olmayaraq, təcili sorğular isə 1 gün ərzində icra edilir. Sorğu mürəkkəb və ya böyük həcmli olduqda BƏSİİ-nin rəhbərliyi sorğunun icra müddətini əlavə olaraq 7 iş gününə qədər uzada bilər.
7. Uçot sənədlərinin və informasiyanın saxlanılması müddətləri
7.1. Axtarışda olan şəxslər barədə statistik kartoçkalar axtarış işinin xitamı ilə əlaqədar BƏSİİ-də 1 il saxlanıldıqdan sonra məhv edilir.
7.2. Şəxsiyyəti müəyyən edilmiş şəxs barədə işi üzrə uçot sənədləri BƏSİİ-də 1 il saxlanıldıqdan sonra məhv edilir.
7.3. 15 il müddətində yeri müəyyən edilməyən itkin düşmüş şəxsə və ya şəxsiyyəti müəyyənləşməyən naməlum meyitə, eləcə də səhhəti və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən xəstə və ya uşaqlara dair xitam olunmuş iş üzrə tanınma kartı BƏSİİ-də 10 il saxlanıldıqdan sonra məhv edilir. Bu müddət əməliyyat-axtarış işlərinə aid edilmir.
Qeyd: İtkin düşmüş şəxsin ölmüş hesab edilməsi barədə məhkəmənin qərarı tanınma kartının məhv edilməsi üçün əsas ola bilməz.
7.4. Uçot obyektlərinə dair elektron variantda olan arxiv məlumatları BƏSİİ-də 15 il müddətində saxlanıldıqdan sonra məhv edilir.
7.5. Axtarış işlərinə dair 1 №-li qeydiyyat jurnalı yenisi ilə əvəz olunduqda uçot subyektində 5 il müddətində saxlanıldıqdan sonra məhv edilir.
7.6. Axtarış işlərinə dair 2 №-li qeydiyyat jurnalı yenisi ilə əvəz olunduqda BƏSİİ-də 5 il müddətində saxlanıldıqdan sonra məhv edilir.
8. Nəzarət və yoxlama
8.1. Uçot subyektinin rəhbəri (əməliyyat aparatının rəhbəri) və axtarış işlərinin qeydiyyatını aparan əməkdaş :
8.1.1. bu Təlimatın tələblərinin icrasını təmin edir ;
8.1.2. statistik uçot sənədlərinin Təlimatın tələblərinə uyğun qaydada tərtib edilməsi və müəyyən edilmiş müddətlərdə BƏSİİ-yə göndərilməsinə nəzarət edir ;
8.1.3. uçot-qeydiyyat intizamının vəziyyətini mütəmadi olaraq araşdırır və uçot obyektlərinin qeydiyyatını, mərkəzləşdirilmiş uçotunu təmin etməyən, məlumatların təhrifinə yol verən əməkdaşların qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunması məsələsini həll edir;
8.1.4. hər rübün yekunu üzrə uçot subyektinin qeydiyyatında olan axtarış işlərini BƏSİİ-nin uçotu üzrə üzləşdirir və müəyyən edilmiş fərqlərin aradan qaldırılmasını təmin edir.
8.2. BƏSİİ :
8.2.1. axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun Təlimatın tələblərinə uyğun təşkilinə və aparılmasına nəzarət edir ;
8.2.2. vahid avtomatlaşdırılmış məlumat bankının fəaliyyətini təmin edir.
8.2.3. uçot materiallarının dolğunluğuna və keyfiyyətinə nəzarət edir ;
8.2.4. təqsirləndirilən şəxslərin axtarışı ilə əlaqədar icraatı dayandırılmış cinayət işlərini açılmış axtarış işləri ilə mütəmadi olaraq tutuşdurur və müəyyən edilmiş fərqlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür ;
8.2.5. vahid uçotun təmin edilməsi sahəsində aşkar olunan nöqsanlar barədə uçot subyektlərinin rəhbərlərini məlumatlandırır.
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Təlimata 2 №-li əlavə
AXTARIŞ KARTOÇKASI
|
|
|
Soyadı ___________________________________ Adı ______________________________________ Atasının adı ______________________________ Anadan olma tarixi ________________________ Anadan olma yeri _________________________ _________________________________________ cinsi _____________________________________ Pasp (1), ş/vəs (2): seriya __________ № ___________ _____________ il tarixdən _________________________ |
Qeydiyyat yeri ______________________ ____________________________________ ____________________________________ Dövlətlərarası axtarış: tarixi: ______________________________ sirk. №_____________________________ daktoformula: ___________________________________ ____________________________________ |
|
_________________________________________________ ərazisində gizlənir (itmişdir) rayon, kənd Axtarışın səbəbi _____________________________________________________________________ Cinayətin növü, CM mad. ____________qətimkan tədbiri_______________________________ C/İ-nin №-si ______dayan.tarixi ________a/i-nin №-si________ tarixi _____________________ ____________________________________________________________ orqan tərəfindən axtarılır. |
|
|
arxa tərəfi
|
|
|
_____________________________________________________________________________________ Alimentdən və ya vurulan ziyanı ödəməkdən yayınan şəxsin s.a.a ___________________ məhkəməsi tərəfindən _________________________________ il tarixdə verilən _______________ saylı icra vərəqəsinə əsasən iddiaçı _____________________________ ____________________________________________________________________________________ şəxsin s.a.a., dövlət və ya ictimai təşkilatın adı nəfinə ________________ məbləğində vurulan ziyanı ödəməyə (aliment verməyə) borcludur. Kartoçkanı tərtib etdi ____________________________________________________________ vəzifəsi, rütbəsi, soyadı
______________________ orqanın rəisi ___________________________________ rütbəsi, soyadı «_______» _____________ 20 __ il ___________________________________________ imza
(ölçüləri 95x140) |
|
|
A X T A R I Ş |
Təlimata 3№-li əlavə
NƏZARƏT VƏRƏQƏSİ
Soyadı ________________________________________________________________________
Adı ___________________________________________________________________________
Atasının adı ___________________________________________________________________
Anadan olma tarixi _____________________________________________________________
Anadan olma yeri ______________________________________________________________
Pasport (1), şəxsiyyət vəsiqəsi (2): seriya ___________№ ___________« »-ci il tarixdə _______________________________ Orqan tərəfindən verilmişdir Axtarış işinin №-si, ili _____________________________________________ _________________________________________________________________ orqan tərəfindən axtarılır. Qətimkan tədbiri ____________________________________________________________ ____________________________________________________________________________
Tərtib etdi __________________________________________________________________ vəzifəsi, rütbəsi, soyadı
_______________________________________________________ orqanın rəisi
_________________________________________________________________ rütbəsi, soyadı, imzası
«_______» _____________ 20 __ il
|
|
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Təlimata 5 №-li əlavə
Azərbaycan Respublikası DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə
Yerli axtarışın xitam olunması barədə
B İ L D İ R İ Ş
__________________________________________________________________________ axtarışda olanın kateqoriyasını göstərmək: təqsirləndirilən, itkin düşən
Soyadı ___________________________________________________________________
Adı ______________________________________________________________________
Atasının adı_______________________________________________________________
Anadan olma tarixi __________________________________________________________
Anadan olma yeri___________________________________________________________ Ölkə, vilayət
____________________________________________________________________________ şəhər, rayon, kənd
________________________________________________________________ orqan rəisi
___________________________________________________________________________
__________________________________________________________________________ rütbəsi, soyadı, imzası
BƏSİİ-nin uçotundan çıxarılmışdır.
Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin rəisi
________________________________________________________________________________ (rütbəsi, soyadı, imzası)
“_____”___________________20 ____-ci il.
(ölçüləri: 150 x 210)
|
|
Təlimata əlavə №6 1. Orqanın adı ________________________________________________
TANINMA KARTI 5
2. 6
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Təlimata 7 №-li əlavə
İtkin düşmüş şəxslərin mərkəzləşdirilmiş uçotdan çıxarılması barədə
M ə l u m a t
1. _______________________________________________________________________________________________, (itkin düşmüş şəxsin soyadı, adı, atasının adı və doğum tarixi) _________________________________________________________________________________________________
2. «____» ______________ 20___ ildə itkin düşüb
3. Axtarış işinin №-si _________________elan olunma tarixi ___________________________________________
4. «____» ______________________ 20___ ildə müəyyən olunub 4.1. respublika ərazisində, 4.2. Başqa dövlətin ərazisində _________________________________________________________________________________________________ (lazım olanı xətləmək və sözlə yazmaq) 5. Uçotdan çıxarılmağa əsas (lazım olanı xətləmək) 5.1. yeri müəyyən olunub, 5.2. meyit tapılıb __________________________________________________________________________________ (tapıldığı yeri _________________________________________________________________________________________________ meyitin şəxsiyyətinin müəyyən edilməsinə dair açılmış işin №-si və tarixi) 5.3. müddət keçdiyinə görə iş xitam olunub
6. İtkin düşmə faktı ilə əlaqədar cinayət işi başlanıb: c/i-nin №-si ___________________ başlama tarixi _______________________________________________________
Orqan rəisi _______________________________________________________________________________________ _________________________________________________________________________________________________
_________________________________________________________________________________________________ (rütbəsi) (imzası) (soyadı)
AR DİN-in BƏSİİ-nin rəisi
__________________________________________________________________________________________________ (rütbəsi) (imzası) (soyadı)
ölçüləri (95x140)
|
|
Təlimata 8 №-li əlavə
Naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin mərkəzləşdirilmiş uçotdan çıxarılması barədə
M ə l u m a t
1. Tapılıb «____» _____________ 20 ___
2. Tapıldığı yer ______________________________________________________________________________ (ölkə, diyar, vilayət, rayon, yaşayış məntəqəsi) 3. __________________________________________________________________________________________
____________________________________________________________ şəxsiyyətinin müəyyən edilməsinə dair iş (meyitin xəstənin, uşağın) ____________________________________________________________________________________________ (nömrə, başlandığı tarix)
4. Üzərində zorakarlıq əlamətləri var, Üzərində zorakarlıq əlamətləri yoxdur ____________________________________________________________________________________________ (lazım olanı xətlə qeyd etmək)
5. Uçotdan çıxarılmanın əsasları (lazım olanı xətlə qeyd etmək)
a) identifikasiya (daktilouçot daxil olmaqla) b) müəyyən edilib c) mürur müddətinə görə _____________________________________________________________________________________________ (müəyyən edilənin soyadı, adı, atasının adı, anadan olduğu yer və tarix)
6. İtkin düşmüş şəxs kimi uçotdadır_____________________________________________________________ (hə, yox) _____________________________________________________________________________________________ (hansı ölkədə, axtarış işin nömrəsi və başlandığı tarix)
Orqan rəisi___________________________________________________________________________________ _____________________________________________________________________________________________ (rütbə) (imza) (soyadı)
BƏSİİ-nin rəisi__________________________________________________________________________ (rütbə) (imza) (soyadı)
Ölçüləri (95x140)
|
|
Təlimata 9 №-li əlavə
Vahid uçotun subyektinin adı
Xidməti istifadə üçün
______________________________________________________________________ orqanın, xidmətin adı
______________________________________________________________________
AXTARIŞ İŞLƏRİNİN QEYDİYYATI
JURNALI № 1
Qeydiyyat №-si ________
Başlanıb “____”__________20 __-ci il.
Qurtarıb “____”__________20 __-ci il.
Arx. №_______
Saxlama müddəti________________
|
|
Sıra № si |
Qeydiyyat tarixi, İşin №-si |
Axtarılan şəxslərin adı, soyadı, atasının adı |
İş kim tərəfindən açılıb (orqanın adı, əməkdaşın adı, soyadı, atasının adı, qəbul etməsi barədə imzası) |
Göndərilən orqanın adı, göndərilən məktubun №-si və tarixi |
İşinin xitamı üçün əsas, tarixi və arxiv № si |
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Təlimata 10 №-li əlavə
Vahid uçotun subyektinin adı
Xidməti istifadə üçün
______________________________________________________________________ orqanın, xidmətin adı
______________________________________________________________________
AXTARIŞ İŞLƏRİNİN QEYDİYYATI
JURNALI № 2
Qeydiyyat №-si ________
Başlanıb “____”__________20 __-ci il.
Qurtarıb “____”__________20 __-ci il.
Arx. №_______
Saxlama müddəti________________
|
|
Axtarış işinin BƏSİİ-dəqeydiyyat №-si və tarixi |
Axtarış işinin №-si |
Cinayət Məcəlləsinin maddəsi və cinayət işinin №-si
|
Axtarılanın soyadı, atasının adı Meyitin, naməlum xəstənin aşkar olunma yeri və tarixi, onun cinsi |
Yerli axtarışın elan olunması tarixi |
Dövlətlərarası axtarışa göndərilmə tarixi
|
Dövlətlərarası axtarış sirkulyarının №-si |
Soyad üzrə qeydiyyat bölməsinin imzası |
Dövlətlər arası axtarışın dayandırılması barədə məktubun №-si və tarixi |
Axtarış işinin qurtarması barədə qeyd. İşin başqa orqana verilməsi barədə məktubun №-si və tarixi. Dövlətlərarası axtarışın dayandırılması barədə sirkulyarın №-si və tarixi |
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 01 iyun 2016-cı il tarixli Q29-001-16 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606010029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 iyun 2016-cı il)
2. 14 may 2019-cu il tarixli Q28-001-19 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905140028, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 may 2019-cu il)
3. 19 oktyabr 2020-ci il tarixli Q36-001-20 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010190036, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 oktyabr 2020-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 01 iyun 2016-cı il tarixli Q29-001-16 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606010029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 iyun 2016-cı il) ilə “Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə Təlimat”nın 1.4.2-ci yarımbənd ləğv olunmuşdur.
[2] 19 oktyabr 2020-ci il tarixli Q36-001-20 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010190036, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 oktyabr 2020-ci il) ilə “Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə Təlimat”nın 1.4.5-ci yarımbənd ləğv edilmişdir.
[3] 01 iyun 2016-cı il tarixli Q29-001-16 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606010029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 iyun 2016-cı il) ilə “Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə Təlimat”nın 1.4.6-1-ci yarımbənd əlavə edilmişdir.
[4] 19 oktyabr 2020-ci il tarixli Q36-001-20 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010190036, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 oktyabr 2020-ci il) ilə “Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə Təlimat”nın 1.4.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və yeni məzmunda 1.4.7-1-ci yarımbənd əlavə edilmişdir.
[5] 01 iyun 2016-cı il tarixli Q29-001-16 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606010029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 iyun 2016-cı il) ilə “Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə Təlimat”nın 1 nömrəli əlavə - “Axtarışa elan olunan şəxsə dair 1 №-li statistik kartoçka”nın 10-cu, 16-cı bəndlərində “MTN” abreviaturası “DTX” abreviaturası ilə əvəz olunmuşdur.
[6] 19 oktyabr 2020-ci il tarixli Q36-001-20 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010190036, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 oktyabr 2020-ci il) ilə “Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə Təlimat”nın 1 nömrəli əlavənin 10-cu və 16-cı bəndlərində “VN” abreviaturası “İNDVX” abreviaturası ilə əvəz edilmişdir.
[7] 01 iyun 2016-cı il tarixli Q29-001-16 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606010029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 iyun 2016-cı il) ilə Təlimata 4 nömrəli əlavə - “Axtarışın xitam olunmasına dair 2 №-li statistik kartoçka”nın 12-ci və 20-ci bəndlərində 10-cu, 16-cı bəndlərində “MTN” abreviaturası “DTX” abreviaturası ilə əvəz olunmuşdur.
[8] 19 oktyabr 2020-ci il tarixli Q36-001-20 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202010190036, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 oktyabr 2020-ci il) ilə “Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə Təlimat”nın 4 nömrəli əlavənin 12-ci və 20-ci bəndlərində “VN” abreviaturası “İNDVX” abreviaturası ilə əvəz edilmişdir.
[9] 14 may 2019-cu il tarixli Q28-001-19 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905140028, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 may 2019-cu il) ilə “Axtarışda olanların, naməlum meyitlərin, səhhətinə və ya yaşına görə özləri haqqında məlumat verə bilməyən şəxslərin vahid uçotunun təşkili və aparılması qaydaları barədə Təlimat”a əlavə № 6 - “Tanınma kartı”nın 36-cı qrafasında “nevroloji və psixoloji xəstəliklər” sözləri “nevroloji xəstəliklər, psixi pozuntular” sözləri ilə əvəz edilmişdir.