Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin
17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, I
kitab, maddə 584; 2001, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7,
maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002,
¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr 234,
237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692; 2003,
¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr 177, 178, ¹ 5,
maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr
407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab,
maddələr 713, 714; 2004, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4,
maddələr 200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹
6, maddə 397, ¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr
762, 779, ¹ 11, maddə 900, ¹ 12, maddə 973; 2005, ¹ 1,
maddələr 5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273,
275, 278, ¹ 6, maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8,
maddələr 691, 692, ¹ 10, maddələr 875, 877, 904, ¹ 11,
maddələr 993, 994, 995, ¹ 12, maddələr 1083, 1085; 2006, ¹
2, maddələr 64, 68, ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5,
maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹
12, maddələr 1005, 1020, 1024; 2007, ¹ 1, maddələr 3, 4, ¹
2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6,
maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10,
maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049,
1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217,
1218, 1221; 2008, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152, 159, ¹
4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454, 460, 461,
464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr, 699, 701,
711, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957, ¹
12, maddələr 1045, 1047, 1049; 2009, ¹ 2, maddələr 36, 45,
49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr 404, 405,
¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611, ¹ 12,
maddələr 953, 954, 966, 971; 2010, ¹ 2, maddələr 70, 71, ¹
3, maddələr 167, 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 5,
maddələr 379, 380, ¹ 6, maddə 483, ¹ 7, maddələr 577,
591, 594, 595, 598, 600, ¹ 10, maddə 838, ¹ 11, maddələr 936,
938, 949, ¹ 12, maddə 1059; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 3,
maddələr 162, 164, 167, 168, 170, ¹ 4, maddələr 246 və
254, ¹ 6, maddələr 470, 479, 487, ¹ 7, maddələr 596, 614, ¹
10, maddə 881, ¹ 11, maddə 981, ¹ 12, maddələr 1094, 1095,
1099, 1103, 1106; 2012, ¹ 1, maddə 3, ¹ 2, maddə 50, ¹ 3, maddə
194, ¹ 4, maddə 271, ¹ 5, maddə 404, ¹ 6, maddə 499, ¹ 7,
maddələr 649, 665, 667; Azərbaycan Respublikasının 29
iyun tarixli 416-IVQD nömrəli qanunu) aşağıdakı
dəyişikliklər edilsin:
1.1.
28.3-cü maddədə “151.2-ci, 151.3-cü, 151.3-1-ci,
151-1.2-ci, 151-1.3-cü, 152-1.1-ci, 152-1.2-ci, 155.3-cü, 156-cı
və 158-1.3-cü maddələrində müəyyən
edilmiş” sözləri “151.4-cü maddəsində
göstərilən” sözləri ilə əvəz edilsin.
1.2.
69-cu maddədə “otuz beş manatdan qırx” sözləri
“əlli manatdan səksən” sözləri ilə əvəz
edilsin.
1.3.
104.3-cü maddədə “iyirmi” sözü “əlli”
sözü ilə əvəz edilsin.
1.4.
151.1-ci maddə üzrə:
1.4.1.
“avtomagistralda və ya” və “piyada keçidində
nəqliyyat vasitələrinin hərəkəti
nizamlayıcı tərəfindən və ya svetofor
vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə
daxil olmuş və ya daxil olmaqda olan piyadaya sürücü
tərəfindən nəqliyyat vasitəsini dayandıraraq yol
verilməməsinə,” sözləri
çıxarılsın;
1.4.2.
“iyirmi” sözü “qırx” sözü ilə əvəz
edilsin.
1.5.
151.2-ci maddədə “qırx” sözü “altmış”
sözü ilə əvəz edilsin.
1.6.
151.3-cü maddədə “altmış” sözü
“səksən” sözü ilə əvəz edilsin.
1.7.
Aşağıdakı məzmunda 151.3-2-ci maddə
əlavə edilsin:
“151.3-2. Avtomagistrallarda və 5.3
nişanı ilə işarə olunmuş yollarda texniki
sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin
hərəkət etməsinə, icazə verilən maksimum
kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin
ikinci zolaqdan sonrakına keçməsinə, geriyə
dönməyə, geriyə hərəkət etməyə
və sürmə təlimi keçməyə görə -
yüz manat miqdarında
cərimə edilir.”.
1.8.
151.4-cü maddədə “, 158-1.2-ci” sözü
çıxarılsın, “151.3-1-ci,” sözündən sonra
“151.3-2-ci,” sözü, “151-1.3-cü,” sözündən sonra
“151-1.4-cü,” sözü əlavə edilsin.
1.9.
151.5-ci maddədə “151.1-151.3-1-ci və 151-1-ci”
sözləri “151.1-151.3-2-ci, 151-1-ci və 151-3-cü”
sözləri ilə əvəz edilsin, “və ya zərər
çəkən şəxsə maddi zərər
vurulmasına” sözləri çıxarılsın.
1.10.
151-ci maddənin “Qeyd” hissəsinin 1-ci bəndində
“151.3-1-ci,” sözündən sonra “151.3-2-ci, 151-1.4-cü,”
sözləri əlavə edilsin, “, 152-1.1-ci, 152-1.2-ci,
156-cı maddələrində nəzərdə tutulmuş
xətalar 6 balla” sözləri çıxarılsın.
1.11.
151-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə
151-1. Yolda müəyyən edilmiş hərəkət
sürəti həddini aşma
151-1.1.
Yolda müəyyən edilmiş hərəkət
sürətini 10-20 km/saat həddində aşmağa
görə -
otuz manat miqdarında cərimə
edilir.
151-1.2. Yolda müəyyən
edilmiş hərəkət sürətini 20-40 km/saat
həddində aşmağa görə -
əlli manat miqdarında
cərimə edilir.
151-1.3. Yolda müəyyən
edilmiş hərəkət sürətini 40-60 km/saat
həddində aşmağa görə -
yüz əlli manat miqdarında
cərimə edilir.
151-1.4. Yolda müəyyən
edilmiş hərəkət sürətini 60 km/saat
həddindən artıq aşmağa görə -
iki yüz əlli manat miqdarında
cərimə edilir.”.
1.12.
151-2.1-ci maddədə “iyirmi” sözü “qırx” sözü
ilə əvəz edilsin.
1.13.
Aşağıdakı məzmunda 151-3-cü maddə
əlavə edilsin:
“Maddə
151-3. Piyada keçidində piyadaya yol verilməməsi
Piyada
keçidində nəqliyyat vasitələrinin
hərəkəti nizamlayıcı tərəfindən və
ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada
keçidinə daxil olmuş və ya daxil olmaqda olan piyadaya
sürücü tərəfindən nəqliyyat vasitəsini
dayandıraraq yol verilməməsinə görə -
əlli manat miqdarında
cərimə edilir.”.
1.14.
152-1-ci maddə üzrə:
1.14.1. 152-1.1-ci maddədə “yüz
əlli manat miqdarında cərimə edilir” sözləri
“üç yüz manat miqdarında cərimə edilir və
ya nəqliyyat vasitələrini idarə etmə hüququ
altı aydan bir ilədək müddətə
məhdudlaşdırılır” sözləri ilə
əvəz edilsin;
1.14.2. 152-1.2-ci maddədə “iki
yüz manat miqdarında cərimə edilir” sözləri
“nəqliyyat vasitələrini idarə etmə hüququ bir il
müddətinə məhdudlaşdırılmaqla dörd
yüz manatdan beş yüz manatadək miqdarda cərimə
edilir” sözləri ilə əvəz edilsin;
1.14.3. 152-1.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“152-1.3. Bu Məcəllənin
152-1.1-ci maddəsində nəzərdə tutulmuş
xətanın il ərzində inzibati tənbeh almış
şəxs tərəfindən təkrar
törədilməsinə görə -
nəqliyyat vasitələrini
idarə etmə hüququ iki il müddətinə
məhdudlaşdırılmaqla dörd yüz manatdan beş
yüz manatadək miqdarda cərimə edilir və ya
nəqliyyat vasitələrini idarə etmə hüququ iki il
müddətinə məhdudlaşdırılmaqla işin
hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla on
günədək inzibati həbs tətbiq olunur.”;
1.14.4. 152-1.4-cü maddədə
“və ya 152-1.2-ci” sözləri “, 152-1.2-ci və ya 152-1.3-cü”
sözləri ilə, “üç yüz” sözləri “yeddi
yüz” sözləri ilə əvəz edilsin.
1.15.
152-2-ci maddə üzrə:
1.15.1. 152-2.1-ci maddədə “iki
yüz əlli manat miqdarında cərimə edilir”
sözləri “beş yüz manat miqdarında cərimə
edilir və ya işin hallarına görə, pozuntunu
törədənin şəxsiyyəti nəzərə
alınmaqla beş günədək inzibati həbs tətbiq
olunur” sözləri ilə əvəz edilsin;
1.15.2. 152-2.2-ci maddədə
“üç yüz əlli” sözləri “yeddi yüz”
sözləri ilə əvəz edilsin və “on
günədək” sözlərindən əvvəl “beş
gündən” sözləri əlavə edilsin;
1.15.3. 152-2.3-cü maddədə
“dörd yüz əlli” sözləri “səkkiz yüz”
sözləri ilə əvəz edilsin.
1.16.
153-cü maddə üzrə:
1.16.1. 153.1-ci maddədə “on”
sözü “iyirmi” sözü ilə əvəz edilsin;
1.16.2. 153.2-ci maddədə “on”
sözü “otuz” sözü ilə əvəz edilsin.
1.17.
154.1-ci maddədə “fiziki şəxslər otuz manat
miqdarında, vəzifəli şəxslər yetmiş manat
miqdarında” sözləri “fiziki şəxslər əlli
manat miqdarında, vəzifəli şəxslər yüz manat
miqdarında, hüquqi şəxslər üç yüz
manat miqdarında” sözləri ilə əvəz edilsin.
1.18.
155-ci maddə üzrə:
1.18.1. 155.1-ci maddədə “iyirmi”
sözü “qırx” sözü ilə əvəz edilsin;
1.18.2. 155.2-ci maddədə “otuz”
sözü “əlli” sözü ilə əvəz edilsin;
1.18.3. 155.4-cü maddədə
“və ya zərər çəkən şəxsə maddi
zərər vurulmasına” sözləri çıxarılsın,
“altmış” sözü “iki yüz” sözləri ilə
əvəz edilsin.
1.19.
156-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 156. Sərxoşluq
vəziyyətinin müayinəsindən boyun qaçırma
156.1.
Qanunla müəyyən edilmiş hallarda aparılması
nəzərdə tutulan sərxoşluq vəziyyətinin
müayinəsindən nəqliyyat vasitəsini idarə
etmək hüququ olan şəxsin boyun qaçırmasına
görə -
nəqliyyat vasitələrini
idarə etmə hüququ bir ildən iki ilədək
müddətə məhdudlaşdırılmaqla üç
yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə
edilir və ya nəqliyyat vasitələrini idarə etmə
hüququ bir ildən iki ilədək müddətə
məhdudlaşdırılmaqla işin hallarına
görə, pozuntunu törədənin şəxsiyyəti
nəzərə alınmaqla on günədək inzibati
həbs tətbiq olunur.
156.2.
Qanunla müəyyən edilmiş hallarda aparılması
nəzərdə tutulan sərxoşluq vəziyyətinin
müayinəsindən nəqliyyat vasitəsini idarə
etmək hüququ olmayan şəxsin boyun
qaçırmasına görə -
beş yüz manatdan səkkiz
yüz manatadək miqdarda cərimə edilir və ya işin
hallarına görə, pozuntunu törədənin
şəxsiyyəti nəzərə alınmaqla on beş
günədək inzibati həbs tətbiq olunur.”.
1.20.
158.3-cü maddədə “yüz iyirmi” sözləri “iki
yüz əlli” sözləri ilə əvəz edilsin.
1.21.
167-ci maddədə “on manatdan iyirmi” sözləri “qırx
manatdan əlli” sözləri ilə əvəz edilsin.
1.22.
235-ci maddədə “on manatdan otuz manatadək miqdarda”
sözləri “səksən manat miqdarında” sözləri
ilə əvəz edilsin.
1.23.
296-1-ci maddə üzrə:
1.23.1.
296-1.1-ci maddədə “bir ilədək müddətə” sözləri
(hər iki halda) “bir il müddətinə” sözləri
ilə əvəz edilsin və “on günədək”
sözlərindən əvvəl “beş gündən”
sözləri əlavə edilsin;
1.23.2.
296-1.2-ci maddədə “bir ildən iki ilədək
müddətə” sözləri (hər iki halda) “iki il
müddətinə” sözləri ilə əvəz edilsin
və “on beş günədək” sözlərindən
əvvəl “on gündən” sözləri əlavə
edilsin.
1.24.
306-cı maddədə “on manatdan on beş” sözləri “otuz
manatdan əlli” sözləri ilə əvəz edilsin.
1.25.
308-ci maddədə “otuz beş manatdan qırx” sözləri
“səksən manatdan yüz” sözləri ilə əvəz
edilsin.
1.26.
310.1-ci maddədə “iyirmi manatdan iyirmi beş manatadək
miqdarda” sözləri “iki yüz manat miqdarında”
sözləri ilə əvəz edilsin.
1.27.
327.1-ci maddədə “beş manatdan on beş manatadək
miqdarda” sözləri “otuz manat miqdarında” sözləri
ilə əvəz edilsin.
1.28.
328-ci maddədə “on beş manatdan iyirmi manatadək miqdarda”
sözləri “yüz manat miqdarında” sözləri ilə
əvəz edilsin.
1.29.
329-cu maddədə “üç manatdan beş manatadək
miqdarda” sözləri “iyirmi manat miqdarında” sözləri
ilə əvəz edilsin.
1.30.
331-ci maddədə “on beş manatdan iyirmi beş manatadək
miqdarda” sözləri “otuz manat miqdarında” sözləri
ilə əvəz edilsin.
1.31.
341-ci maddədə “səkkiz manatdan on manatadək miqdarda”
sözləri “qırx manat miqdarında” sözləri ilə
əvəz edilsin.
1.32.
344-cü maddədə “xəbərdarlıq edilir və ya on
manatdan iyirmi” sözləri “qırx manatdan altmış”
sözləri ilə əvəz edilsin.
1.33.
345-ci maddədə “iyirmi beş manatdan otuz” sözləri
“əlli manatdan yetmiş” sözləri ilə əvəz
edilsin.
1.34.
346-cı maddə üzrə:
1.34.1. 346.1-ci maddədə “iyirmi
beş manatdan otuz beş” sözləri “əlli manatdan
yetmiş” sözləri ilə əvəz edilsin;
1.34.2. 346.2-ci maddədə “otuz
manatdan qırx” sözləri “səksən manatdan yüz”
sözləri ilə əvəz edilsin.
1.35.
347-ci maddədə “on manatdan iyirmi beş” sözləri
“səksən manatdan yüz” sözləri ilə əvəz
edilsin.
1.36.
348-ci maddədə “on beş manatdan iyirmi” sözləri “otuz
manatdan əlli” sözləri ilə əvəz edilsin.
1.37.
360.1-ci maddədə “152-1.4, 152-2.2, 152-
1.38.
410-1.1-ci maddədə “151.3-
Maddə
2. Qanunun qüvvəyə minməsi
2.1.
Bu Qanunun 1.3-cü maddəsi 2013-cü il martın 1-dən
qüvvəyə minir.
2.2.
Bu Qanunun digər müddəaları dərc edildiyi
gündən qüvvəyə minir.
İlham
Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 2 noyabr 2012-ci il
¹ 457-IVQD