Yüksək
Texnologiyalar Parkının yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
iqtisadiyyatın davamlı inkişafını və
rəqabət qabiliyyətinin artırılmasını,
müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan
informasiya və kommunikasiya texnologiyaları sahələrinin
genişləndirilməsini, elmi tədqiqatlar
aparılmasını və yeni informasiya
texnologiyalarının işlənilməsi üzrə
müasir komplekslər yaradılmasını təmin etmək
məqsədi ilə qərara
alıram:
1. Bakı şəhəri,
Pirallahı rayonunda Yüksək Texnologiyalar Parkı (bundan
sonra - “YT Park”) yaradılsın.[1]
2.
Müəyyən edilsin ki, “YT Park” informasiya və kommunikasiya
texnologiyaları, telekommunikasiya və kosmos, enerji
səmərəliliyi sahələrində tədqiqatlar
aparılması, yeni və yüksək texnologiyaların
hazırlanması üçün zəruri infrastrukturu,
maddi-texniki bazası və idarəetmə qurumları olan
ərazidir.
3.
Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi:[2]
3.1. “YT
Park”ın fəaliyyətinin təşkili üçün bu
Fərmanın 7.1.1-ci yarımbəndinə müvafiq olaraq
ayrılmış ərazidə zəruri infrastrukturun
yaradılması, xidmətlər göstərilməsinin və
parkın fəaliyyətinin səmərəli həyata
keçirilməsi üçün tədbirlər
görülməsini;
3.2. “YT
Park”ın fəaliyyət istiqamətləri üzrə elmi
tədqiqat və təcrübə-konstruktor işlərinin
həyata keçirilməsi məqsədi ilə yerli və
xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin
fəaliyyətinin əlaqələndirilməsi, elmi-texniki
və innovasiya sahələrində
əməkdaşlığın təşkili və
genişləndirilməsi üçün Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye
Nazirliyi,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və
Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə
tədbirlər görülməsini təmin etsin.[3]
4. “YT Park”ın fəaliyyətinin
təşkilini, idarə olunmasını və inkişaf
etdirilməsini Azərbaycan Respublikası Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində
İnnovasiyalar Agentliyi həyata keçirir.[4]
5.
“Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud
Məsuliyyətli Cəmiyyətində (bundan sonra –
Cəmiyyət) ümumi yığıncağın
səlahiyyətlərinin həyata keçirilməsi
aşağıdakı dövlət orqanlarına
həvalə edilsin:
5.1.
Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinə:
5.1.1.
Cəmiyyətin strukturunun, işçilərinin say
həddinin, əməkhaqqı sisteminin müəyyən
olunması və xərclər smetasının təsdiq
edilməsi;
5.1.2.
Cəmiyyətin icra orqanlarının (kollegial və ya
təkbaşçı) yaradılması, onların
səlahiyyətlərinin
müəyyənləşdirilməsi və səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi;
5.1.3.
Cəmiyyətin icra orqanının rəhbərinin, onun
müavinlərinin, nümayəndəlik və
filiallarının, həmçinin tabeliyindəki
qurumların rəhbərlərinin vəzifəyə təyin
və vəzifədən azad edilməsi;
5.1.4.
Cəmiyyətin müşahidə şurasının
seçilməsi;
5.1.5.
Cəmiyyətin inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi;
5.1.6.
Cəmiyyətin illik hesabatlarının, mühasibat
balanslarının, mənfəət və zərər
hesablarının təsdiq edilməsi, mənfəətinin
və zərərinin bölüşdürülməsi;
5.2.
Azərbaycan Respublikası Nəqliyyat,
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin təklifləri əsasında
Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinə:
5.2.1.
Cəmiyyətin Nizamnaməsinin, nizamnamə kapitalının
həcminin və ona dəyişikliklərin təsdiqi;
5.2.2.
Cəmiyyətin nümayəndəlik və
filiallarının yaradılmasına və ya
ləğvinə, tabeliyində hüquqi şəxs statuslu
qurumların yaradılmasına, yenidən təşkilinə
və ya ləğvinə razılıq verilməsi;
5.2.3. bu
Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə
ümumi yığıncağın
səlahiyyətlərinə aid edilmiş digər
məsələlərin həlli.
6. Cəmiyyətin
yenidən təşkili və (və ya) ləğvi
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
həyata keçirilir.[5]
7.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın:
7.1.
üç ay müddətində:
7.1.1. “YT Park”ın fəaliyyəti
üçün Bakı şəhəri, Pirallahı rayonu,
Səməd Vurğun küçəsində
yerləşən
7.1.2.
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyi ilə birlikdə “Texnologiyalar
parkları haqqında Nümunəvi Əsasnamə”nin
layihəsini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
7.1.3.
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər
Nazirliyi və Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi ilə birlikdə “YT Park”da vergi və
gömrük sahəsində stimullaşdırıcı
tədbirlərin tətbiqi barədə təkliflər
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
7.2. bu Fərmanın
3-cü hissəsində nəzərdə tutulmuş
işlərin görülməsi üçün zəruri
maliyyələşmənin, habelə “Yüksək
Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli
Cəmiyyətinin nizamnamə kapitalının və ilkin
mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsinin
dövlət büdcəsinin vəsaiti hesabına həyata
keçirilməsini təmin etsin;[7]
7.3. bu
Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
8.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi və
Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi “Yüksək
Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli
Cəmiyyətinin dövlət qeydiyyatına alınması
üçün tədbirlər görsün.
9. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Fərmanın
icrası ilə bağlı görülən işlər
barədə Azərbaycan Respublikasının Prezidentinə
vaxtaşırı məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 noyabr 2012-ci il
¹ 736
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
16 sentyabr
2013-cü il tarixli 984
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 09,
maddə 1050)
3.
2
sentyabr 2014-cü il tarixli 247
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 09,
maddə 1027)
4.
16 avqust
2016-cı il tarixli 1023
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, ¹ 178, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1384)
5.
7 avqust
2017-ci il tarixli 1574
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq”
qəzeti, 8 avqust 2017-ci il, ¹ 170,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
8, maddə 1521)
6.
12 iyun
2019-cu il tarixli 735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu
il, ¹6, maddə 1027)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 16 sentyabr
2013-cü il tarixli 984
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 09,
maddə 1050)
ilə 1-ci hissədə “Sumqayıt
şəhərində” sözləri “Bakı şəhəri, Pirallahı rayonunda”
sözləri ilə əvəz edilmişdir.
[2] 2 sentyabr 2014-cü il
tarixli 247 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 09,
maddə 1027) ilə 3-cü və
4-cü hissələrdə, 5.1-ci və 5.2-ci
bəndlərdə, 7.1.2-ci və 7.1.3-cü
yarımbəndlərdə “İnformasiya
Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə
əvəz edilmişdir.
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 8 avqust 2017-ci il, ¹ 170,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
8, maddə 1521)
ilə 3-cü və 4-cü
hissələrə, 5.1-ci və 5.2-ci bəndlərə “Rabitə” sözündən
əvvəl “Nəqliyyat,”
sözü əlavə edilmişdir.
[3]
14 may 2014-cü il tarixli 164 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may
2014-cü il, ¹ 101, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 5, maddə 477) ilə 3.2-ci bəndində “İqtisadi İnkişaf”
sözləri “İqtisadiyyat
və Sənaye” sözləri ilə əvəz
edilmişdir.
16 avqust
2016-cı il tarixli 1023
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, ¹ 178, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1384) ilə 3.2-ci bənddən “və Sənaye” sözləri
çıxarılmışdır.
[4] 12 iyun 2019-cu il tarixli 735
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹6, maddə 1027) ilə 4-cü hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada
deyilirdi:
4. “YT Park”ın
fəaliyyətinin təşkili və idarə olunması
məqsədi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı – “YT
Park” Məhdud Məsuliyyətli Cəmiyyəti
yaradılsın.
[5] 12 iyun 2019-cu il tarixli 735
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹6, maddə 1027) ilə 5-ci, 6-cı və 8-ci hissələr ləğv
edilmişdir.
[6] 16 sentyabr 2013-cü il tarixli 984 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 09,
maddə 1050) ilə 7.1.1-ci yarımbənd yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
7.1.1.
“YT Park”ın fəaliyyəti üçün Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya”
İstehsalat Birliyinin tabeliyindəki Superfosfat Zavodunun
ərazisindən 30 hektar torpaq sahəsinin Cəmiyyətə
verilməsini təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
[7] 12 iyun 2019-cu il tarixli 735
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹6, maddə 1027) ilə 7.2-ci bənddən “,
habelə “Yüksək Texnologiyalar Parkı - “YT Park” Məhdud
Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının
və ilkin mərhələdə saxlanma xərclərinin
maliyyələşdirilməsinin” sözləri
çıxarılmışdır.