Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara
alır:
Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹4, II
kitab, maddə 251, ¹5, maddə 323, ¹12, maddə 835; 2001, ¹1,
maddə 24, ¹7, maddə 455; 2002, ¹1, maddə 9, ¹5,
maddələr 236, 248, 258, ¹6, maddə 326, ¹8, maddə 465; 2003,
¹6, maddələr 276, 279, ¹8, maddələr 424, 425, ¹12, I kitab,
maddə 676; 2004, ¹1, maddə 10, ¹4, maddə 200, ¹5, maddə
321, ¹8, maddə 598, ¹10, maddə 762, ¹ 11, maddə 900; 2005, ¹1,
maddə 3, ¹6, maddə 462, ¹7, maddə 575, ¹10, maddə 904, ¹11,
maddə 994; 2006, ¹2, maddələr 71, 72, 75, ¹5, maddə 390,
¹12, maddələr 1008, 1020, 1028; 2007, ¹2, maddə 68, ¹5,
maddə 398, ¹6, maddələr 560, 562, 579, ¹8, maddə 757, ¹10, maddələr
937, 941, ¹11, maddələr 1049, 1080, 1090, ¹12, maddə 1221; 2008,
¹6, maddələr 454, 461, ¹7, maddə 602, ¹10, maddə 884, ¹12,
maddələr 1047, 1049; 2009, ¹5, maddə 315, ¹7, maddə 517,
¹12, maddə 953; 2010, ¹2, maddə 70, ¹3, maddələr 171, 178,
¹4, maddələr 275, 276, ¹7, maddə 591; 2011, ¹4, maddə 253,
¹6, maddə 472, ¹7, maddələr 587, 601, 621, ¹11, maddə 980,
¹12, maddə 1093; 2012, ¹2, maddə 45, ¹3, maddələr 193, 196)
aşağıdakı dəyişikliklər edilsin:
1. Məcəllənin
otuzuncu fəsli aşağıdakı redaksiyada verilsin:
“Otuzuncu fəsil
KİBERCİNAYƏTLƏR
Maddə 271. Kompyuter sisteminə qanunsuz daxil olma
271.1. Kompyuter
sisteminə və ya onun hər hansı bir hissəsinə
daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun
hər hansı bir hissəsinə mühafizə
tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək
və ya başqa şəxsi niyyətlə qəsdən daxil
olma -
iki ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə min manatdan iki min manatadək
miqdarda cərimə və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
271.2. Eyni
əməllər:
271.2.1. təkrar
törədildikdə;
271.2.2. qabaqcadan əlbir olan
bir qrup şəxs, mütəşəkkil dəstə və
ya cinayətkar birlik (təşkilat) tərəfindən
törədildikdə;
271.2.3. vəzifəli
şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə törədildikdə –
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə iki
min manatdan üç min manatadək miqdarda cərimə
və ya iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
271.3. Bu
Məcəllənin 271.1 və ya 271.2-ci
maddələrində nəzərdə tutulmuş
əməllər ictimai əhəmiyyətli infrastruktur
obyektinin kompyuter sisteminə və ya onun
hər hansı bir hissəsinə münasibətdə
törədildikdə –
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
dörd ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu
Məcəllənin 271-273-2-ci
maddələrində “kompyuter sistemi” dedikdə, müvafiq proqramlara uyğun
olaraq verilənlərin avtomatlaşdırılmış
işlənməsini həyata keçirən hər hansı
qurğu və ya bir-birinə qoşulmuş və ya
əlaqələndirilmiş qurğular qrupu başa
düşülür.
2. Bu
Məcəllənin 271-273-2-ci
maddələrində “kompyuter
məlumatları” dedikdə, kompyuter
sistemində işlənməsi, emal edilməsi
üçün yararlı olan istənilən informasiya
(faktlar, məlumatlar, proqramlar və anlayışlar) başa
düşülür.
3. Bu
Məcəllənin 271-273-cü
maddələrində “ictimai əhəmiyyətli infrastruktur obyekti” dedikdə, dövlət və
cəmiyyət üçün mühüm
əhəmiyyət kəsb edən xidmətlər
göstərən dövlət idarə, müəssisə,
təşkilatları, qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar), kredit
təşkilatları, sığorta şirkətləri,
investisiya fondları başa düşülür.
Maddə 272. Kompyuter məlumatlarını qanunsuz ələ
keçirmə
272.1. Kompyuter
sisteminə, kompyuter sistemindən və ya
bu sistem daxilində ötürülən ümumi istifadə
üçün nəzərdə tutulmayan kompyuter
məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının
daşıyıcısı olan kompyuter
sistemlərinin elektromaqnit şüalanmasının, buna
hüququ olmayan şəxs tərəfindən texniki
vasitələrdən istifadə etməklə qəsdən
ələ keçirilməsi –
iki ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə min manatdan iki min manatadək
miqdarda cərimə və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
272.2. Eyni
əməllər:
272.2.1. təkrar
törədildikdə;
272.2.2. qabaqcadan əlbir olan
bir qrup şəxs, mütəşəkkil dəstə və
ya cinayətkar birlik (təşkilat) tərəfindən
törədildikdə;
272.2.3. vəzifəli
şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə törədildikdə –
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə iki
min manatdan üç min manatadək miqdarda cərimə
və ya iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
272.3. Bu
Məcəllənin 272.1 və ya 272.2-ci
maddələrində nəzərdə tutulmuş
əməllər ictimai əhəmiyyətli infrastruktur
obyektinin kompyuter sisteminə və ya onun
hər hansı bir hissəsinə münasibətdə
törədildikdə –
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
dörd ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 273. Kompyuter sisteminə və ya kompyuter
məlumatlarına qanunsuz müdaxilə
273.1. Kompyuter
məlumatlarının qəsdən zədələnməsi,
silinməsi, korlanması, dəyişdirilməsi və ya
bloklanması buna hüququ olmayan şəxs
tərəfindən törədilməklə
əhəmiyyətli zərər vurulmasına səbəb
olduqda –
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə min
manatdan iki min manatadək miqdarda cərimə və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
273.2. Kompyuter
məlumatlarının daxil edilməsi,
ötürülməsi, zədələnməsi,
silinməsi, korlanması, dəyişdirilməsi və ya
bloklanması yolu ilə kompyuter sisteminin
işləməsinə buna hüququ olmayan şəxs
tərəfindən qəsdən ciddi maneə
törədilməsi –
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə min
manatdan iki min manatadək miqdarda cərimə və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
273.3. Bu
Məcəllənin 273.1 və ya 273.2-ci
maddələrində nəzərdə tutulmuş
əməllər:
273.3.1. təkrar
törədildikdə;
273.3.2. qabaqcadan əlbir olan
bir qrup şəxs, mütəşəkkil dəstə və
ya cinayətkar birlik (təşkilat) tərəfindən
törədildikdə;
273.3.3. vəzifəli
şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə törədildikdə –
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə min
manatdan iki min manatadək miqdarda cərimə və ya iki
ildən dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
273.4. Bu
Məcəllənin 273.1-273.3-cü
maddələrində nəzərdə tutulmuş
əməllər ictimai əhəmiyyətli infrastruktur
obyektlərinin kompyuter sisteminə və
ya onun hər hansı bir hissəsinə münasibətdə
törədildikdə –
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
dörd ildən altı ilədək müddətə
azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd:
1. Bu fəslin
maddələrində “əhəmiyyətli zərər”
dedikdə, ictimai təhlükəli əməl
nəticəsində min manatdan artıq olan
məbləğdə ziyan vurulması və ya dövlətin,
cəmiyyətin və ya ayrı-ayrı şəxslərin
qanunla qorunan maraqlarına digər mühüm zərərin
vurulması başa düşülür.
2. Bu
Məcəllənin 273.2-ci
maddəsində “kompyuter sisteminin
işləməsinə ciddi maneə törədilməsi” kompyuter sisteminin normal fəaliyyətinin elə
bir pozulmasıdır ki, kompyuter sisteminin
sahibinin və ya istifadəçisinin bu sistemdən
istifadə etmək və ya digər kompyuter
sistemləri ilə məlumatları mübadilə etmək
imkanını mühüm dərəcədə
məhdudlaşdırsın.
Maddə 273-1. Kibercinayətlərin törədilməsi
üçün hazırlanmış vasitələrin
dövriyyəsi
273-1.1.
Hazırlanmasının və ya
uyğunlaşdırılmasının əsas məqsədi
bu Məcəllənin 271-273-cü
maddələrində nəzərdə tutulmuş
cinayətlərin törədilməsi olan qurğuların
və ya kompyuter proqramlarının
istehsalı, həmin cinayətlərin törədilməsi
məqsədi ilə idxalı, istifadə üçün
əldə olunması, saxlanılması, satışı,
yayılması və ya əldə edilməsinə digər
formalarda şərait yaradılması, əhəmiyyətli
zərər vurduqda –
iki ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki min manatdan üç
min manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
273-1.2. Kompyuter
parollarının, giriş kodlarının və ya kompyuter sisteminə, yaxud onun hər hansı
bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən
digər analoji məlumatların bu Məcəllənin
271—273-cü maddələrində nəzərdə
tutulmuş cinayətlərin törədilməsi
məqsədilə istehsalı, saxlanılması və ya
istifadə üçün əldə olunması,
əhəmiyyətli zərər vurduqda –
iki ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki min manatdan üç
min manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
273-1.3. Kompyuter
parollarının, giriş kodlarının və ya kompyuter sisteminə, yaxud onun hər hansı
bir hissəsinə hüququ olmadan daxil olmağa imkan verən
digər analoji məlumatların bu Məcəllənin
271—273-cü maddələrində nəzərdə
tutulmuş cinayətlərin törədilməsi
məqsədi ilə satışı, yayılması və
ya onların əldə edilməsinə digər formalarda
şərait yaradılması –
iki ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki min manatdan üç
min manatadək miqdarda cərimə və ya iki ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
273-1.4. Bu Məcəllənin
273-1.1-273-1.3-cü maddələrində
nəzərdə tutulmuş əməllər:
273-1.4.1. təkrar
törədildikdə;
273-1.4.2. qabaqcadan əlbir olan
bir qrup şəxs, mütəşəkkil dəstə və
ya cinayətkar birlik (təşkilat) tərəfindən
törədildikdə;
273-1.4.3. vəzifəli
şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə törədildikdə –
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə
üç min manatdan dörd min manatadək miqdarda
cərimə və ya iki ildən dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 273-2. Kompyuter məlumatlarının saxtalaşdırılması
Saxtalaşdırılmış
kompyuter məlumatlarını autentik
(həqiqi) kompyuter məlumatları kimi
qələmə vermək və ya istifadə etmək
məqsədilə kompyuter
məlumatlarını müvafiq hüquq olmadan qəsdən
daxil etmə, dəyişdirmə, silmə və ya bloklama, bu
əməllər ilkin kompyuter
məlumatlarının autentikliyinin
(həqiqiliyinin) pozulmasına səbəb olduqda –
üç
ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə min
manatdan üç min manatadək miqdarda cərimə və ya
iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.”.
2.
Aşağıdakı məzmunda 171-1-ci
maddə əlavə olunsun:
“Maddə 171-1. Uşaq
pornoqrafiyasının dövriyyəsi
171-1.1. Uşaq
pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına
vermə, göndərmə, təklif etmə, əldə
edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam
etmək məqsədilə hazırlama, əldə etmə
və ya saxlama –
səkkiz min manatdan on
min manatadək miqdarda cərimə və ya beş
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
171-1.2. Eyni əməllər:
171-1.2.1. təkrar
törədildikdə;
171-1.2.2. qabaqcadan əlbir olan
bir qrup şəxs, mütəşəkkil dəstə və
ya cinayətkar birlik (təşkilat) tərəfindən
törədildikdə;
171-1.2.3. xeyli miqdarda gəlir
əldə etməklə törədildikdə;
171-1.2.4. yetkinlik yaşına
çatmayanın valideynləri və ya üzərinə
qanunla yetkinlik yaşına çatmayanı tərbiyə
etmək vəzifəsi qoyulmuş şəxslər və ya
yetkinlik yaşına çatmayanlara nəzarəti həyata
keçirmək vəzifəsini daşıyan təhsil,
tərbiyə, tibbi və ya digər müəssisənin
müəllimi və ya digər işçisi
tərəfindən törədildikdə;
171-1.2.5. təqsirkar
üçün aşkar surətdə on dörd
yaşına çatmayan şəxs barəsində
törədildikdə;
üç ilədək
müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə beş ildən səkkiz
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Qeyd:
1. Bu
Məcəllənin 171-1-ci maddəsinin
məqsədləri üçün “uşaq pornoqrafiyası”
dedikdə, yetkinlik yaşına çatmayan şəxsin
və ya yetkinlik yaşına çatmayan
təsəvvürünü yaradan şəxsin aşkar
seksual xarakterli hərəkətlərdə real və ya
simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud
seksual məqsədlərlə yetkinlik yaşına
çatmayanların cinsi orqanlarını əks etdirən
istənilən əşyalar və ya materiallar, o
cümlədən aşkar seksual
hərəkətlərdə iştirak edən yetkinlik
yaşına çatmayan şəxsi əks etdirən
realistik təsvirlər başa düşülür.
2. Bu
Məcəllənin 171-1.2.3-cü
maddəsində "xeyli miqdar" dedikdə, min manatdan
artıq olan məbləğ başa düşülür.”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2012-ci il
¹ 408-IVQD