Azərbaycan Respublikasının Mülki
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci
və 13-cü bəndlərini rəhbər tutaraq,
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli Qanununun tətbiqi
ilə əlaqədar qərara
alır:
Maddə
1. Azərbaycan Respublikasının Mülki
Məcəlləsində (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 4, I kitab, maddə 250, ¹ 5, maddə
323; 2002, ¹ 12, maddə 709; 2003, ¹ 8, maddə 420; 2004, ¹ 3,
maddə 123, ¹ 5, maddə 318, ¹ 6, maddə 415, ¹ 10, maddə 761,
¹ 11, maddə 901; 2005, ¹ 2, maddə 61, ¹ 6, maddə 466, ¹ 8,
maddələr 684, 692, 693, ¹ 11, maddə 996, ¹ 12, maddə 1085;
2006, ¹ 2, maddə 68, ¹ 3, maddə 225, ¹ 5, maddə 387, ¹ 6,
maddə 478, ¹ 8, maddə 657, ¹ 12, maddə 1005; 2007, ¹ 2,
maddə 80, ¹ 6, maddə 560, ¹ 8, maddə 745, ¹ 10, maddə 937,
¹ 11, maddə 1053, ¹ 12, maddələr 1215, 1219; 2008, ¹ 3,
maddə 145, ¹ 6, maddə 456, ¹ 7, maddə 602, ¹ 12, maddə
1049; 2009, ¹ 2, maddə 47, ¹ 5, maddə 295, ¹ 6, maddə 404, ¹ 7,
maddə 517; 2010, ¹ 2, maddə 75, ¹ 3, maddə 171, ¹ 4,
maddələr 265, 266, 276; 2011, ¹ 2, maddə 71, ¹ 7, maddə
586, ¹ 8, maddə 750, ¹12, maddə 1102; 2012, ¹1, maddə 5)
aşağıdakı dəyişikliklər edilsin:
1.1.
157.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“157.9.
Dövlət ehtiyacları tələb etdikdə,
dövlət tərəfindən mülkiyyət yalnız
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət
əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin
çəkilməsi və quraşdırılması,
sərhədboyu zolaqda dövlət sərhədinin
etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə
və təhlükəsizlik əhəmiyyətli
obyektlərin tikilməsi, dövlət əhəmiyyətli
dağ-mədən sənayesi obyektlərinin tikilməsi
məqsədi ilə alınır.”;
1.2.
246-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün
alınması
246.1.
Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq,
torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında qərar müvafiq icra hakimiyyəti
orqanı tərəfindən “Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada qəbul edilir.
246.2.
Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında müvafiq icra hakimiyyəti
orqanının qərarı daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınmalıdır.
246.3.
Torpağın alınması haqqında qərar qəbul
etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə
torpaq sahəsinin mülkiyyətçisinə yazılı
bildiriş göndərməlidir.
246.4.
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikası Qanununun
35.3-cü maddəsinə uyğun olaraq torpağın
alğı-satqı müqaviləsi bağlandıqdan sonra
alan orqan 90 (doxsan) təqvim günü ərzində
aşağıdakıları həyata keçirir:
246.4.1.
mülkiyyətçiyə torpağın dəyərini tam
ödəyir;
246.4.2.
torpaqla bağlı hüquqların dövlətə
verilməsi (keçməsi) üçün öz
xərcləri hesabına lazımi tədbirləri
görür;
246.4.3.
satılan torpaq mülkiyyətçinin, onun ailəsinin
yaşayış yeri olduğu halda, torpağın
dəyəri mülkiyyətçiyə tam
ödənildikdən sonra “Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun
olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda
və yeni yaşayış yerinə köçməkdə
köməklik göstərir.
246.5.
Bu Məcəllənin 246-249-cu maddələrinin
müddəaları dövlət ehtiyacları
üçün alınan torpaqla yanaşı həmin torpaqda
yerləşən və ya yerləşməyən, eyni
məqsədlərlə alınan torpaqla bağlı daşınmaz
əmlaka (sututarlar, meşələr, çoxillik
əkmələr, tikililər, qurğular və bu kimi
digər obyektlər) da şamil edilir.
246.6.
Torpağın alınmasından imtina hesab edilən hallarda,
imtina edilmiş alınmanın obyekti olan torpağın ən
azı 3 (üç) il ərzində alınmasına
təkrar başlanıla bilməz.
246.7.
Torpaqların dövlət ehtiyacları üçün
alınması, bununla bağlı kompensasiya
məbləğinin hesablanması və ödənilməsi
qaydaları, habelə bu sahədə tərəflər
arasında yaranan digər münasibətlər “Torpaqların
dövlət ehtiyacları üçün alınması
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.”;
1.3.
247-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə
247. Torpaqların alınması və ya torpağa dair
hüquqları ilə bağlı alınmanın
təsirinə məruz qalan şəxslərə verilən
kompensasiya
247.1.
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən alınan torpaq üçün
kompensasiyanın məbləği aşağıdakı
üsullarla hesablanır:
247.1.1.
torpağın bazar qiymətinin müəyyən edilməsi;
247.1.2.
torpağın qiymətinin bazar qiyməti əsasında
ədalətli müəyyən edilməsi üçün
alınan torpağın yerləşdiyi ərazidə torpaq
bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar
qiymətinin müəyyən edilməsi üçün
kifayət etmədikdə, yaxud alınan torpağın
əvəzinə digər torpaq verildikdə, bərpa
qiymətinin müəyyən edilməsi.
247.2.
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən dövlət ehtiyacları
üçün alınacaq hər hansı torpaqla
bağlı kompensasiyanın məbləği
müəyyən edilərkən, aşağıdakı
amillər nəzərə alınır:
247.2.1.
iddiaçılara ödəniləcək kompensasiya elə
prinsipə əsaslanmalıdır ki, torpaqlarını
tərk etmələrinin və başqa yerə
köçürülmələrinin tələb olunması
ilə bağlı və onun nəticəsində
zərər və narahatlıq çəkən bütün
şəxslərin əmlakları, dolanışıq
üçün vasitələri, gəlirləri,
yaşayış standartları onların məruz
qaldıqları zərər və narahatlığın baş
verdiyindən sonra ağlabatan müddətdə,
köçürülənədək malik olduqları
şəraitdən əlverişsiz şəraitə
düşməmələri baxımından bərpa edilsin;
247.2.2.
ödəniləcək kompensasiya
qiymətləndirilərkən, mövcud inflyasiya;
247.2.3.
torpağın (tikilinin) “Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən
müəyyən edilmiş bazar qiyməti;
247.2.4.
alınmanın təsirinə məruz qalan şəxsdən
torpağın müəyyən hissəsinin
alındığı hallarda alınan torpağın həmin
şəxsin saxlanılan (alınmayan) torpağından
ayrılması nəticəsində şəxsə
dəyə biləcək zərər;
247.2.5.
alınmanın təsirinə məruz qalan şəxsdən
torpağa sahibliyin əldə edilməsi nəticəsində
həmin şəxsin digər daşınar və ya
daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə
dəyən və ya dəyə biləcək zərər;
247.2.6.
alınma nəticəsində şəxs yaşayış,
sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və
ya iş yerini dəyişməyə məcbur
edilmişdirsə, belə yerdəyişmədən irəli
gələn bütün xərclər və itkilər.
247.3.
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən dövlət ehtiyacları
üçün alınan torpağa veriləcək
kompensasiyanın məbləği müəyyən
edilərkən, aşağıdakı amillər
nəzərə alınmır:
247.3.1.
alınmaya səbəb olan təcililiyin dərəcəsi;
247.3.2.
alınmanın təsirinə məruz qalan şəxsin
torpaqdan çıxmaqdan boyun qaçırması;
247.3.3.
torpağın gələcəkdə istifadəsindən
irəli gələ biləcək qiymətinin azalması;
247.3.4.
torpağın gələcəkdə istifadəsindən
irəli gələ biləcək qiymətinin artması;
247.3.5.
alınan torpaqda hər hansı tikilinin lazımi
vəziyyətdə saxlanılması üçün
zəruri olan yenidən qurulmasına və kənd
təsərrüfatı məqsədləri üçün
torpaqda məhsulun davamlı becərilməsinə vəsait
qoyuluşu halları istisna olmaqla “Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
siyahıya alınma tarixindən sonra alınan torpağa
sərf edilən yenidənqurma və digər
əlavələrlə bağlı xərclər.
247.4.
Dövlət ehtiyacları üçün alınan torpaqlara
görə kompensasiya aşağıdakı formalarda
ödənilir:
247.4.1.
itirilmiş torpaqla müqayisə ediləcək
keyfiyyətə, ölçüyə, istehsal potensialına
malik olan torpaq sahəsi;
247.4.2.
itirilmiş yaşayış sahəsi və ya tikili ilə
müqayisə ediləcək keyfiyyətə,
ölçüyə və istifadə imkanına malik olan
yaşayış sahəsi və ya tikili;
247.4.3.
kənd təsərrüfatı torpaqları itirildikdə,
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulan torpaqdan əlavə kənd
təsərrüfatı torpağında istifadə etmək
üçün bitkilər və toxumlar;
247.4.4.
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanununda müəyyən edilmiş ümumi istifadədə
olan əmlakla bağlı təminatlar;
247.4.5.
torpaq və digər kapital itkisinə görə bu fəslin
müddəalarına uyğun olaraq, müəyyən
edilmiş məbləğdə birdəfəlik pul
ödənişi;
247.4.6.
yerdəyişmə nəticəsində azalmış və
ya itirilmiş gəlirin təmin edilməsi və ya
əvəz edilməsi üçün müəyyən
müddətə ödənişlər;
247.4.7.
itirilmiş torpaqda əldə edilən qida
məhsullarının və ya əvvəllər belə qida
məhsullarını əldə etmək üçün
istifadə olunmuş itirilmiş gəlirin əvəzinə
müəyyən müddət ərzində qida
məhsulları ilə mütəmadi təchizat;
247.4.8.
yerdəyişmə nəticəsində itirilmiş iş
imkanlarının əvəz edilməsi məqsədi ilə
iş əldə etmək üçün alınmanın
təsirinə məruz qalan şəxslərə yeni
vərdişləri aşılamaqla və ya torpağın
alınması layihəsi nəticəsində açılan
iş imkanlarından istifadə etməklə əlaqədar
təlimin təmin edilməsi;
247.4.9.
alınmanın təsirinə məruz qalan
şəxslərlə alan orqan arasında müəyyən
edilən və ya razılaşdırılan digər
kompensasiya formaları.
247.5.
Alınmanın təsirinə məruz qalan şəxs ona
ödənilməli kompensasiyanın bir və ya daha çox
növünü seçə bilər.”;
1.4.
248-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə
248. Məhkəmə təsdiqi
248.1.
Alınmanın təsirinə məruz qalan şəxsdən
alınan torpaqla bağlı sahibliyin əldə edilməsi
yalnız məhkəmə tərəfindən müvafiq
qərar qəbul edildikdən sonra həyata keçirilə
bilər.
248.2.
Alınan torpağın yerləşdiyi ərazi vahidi
üzrə məhkəməyə müraciət alan orqan
tərəfindən aşağıdakıların təsdiq
olunması üçün edilir:
248.2.1.
torpağın alınmasının “Torpaqların
dövlət ehtiyacları üçün alınması
haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olmasının;
248.2.2.
alınan torpağa sahibliyin “Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olaraq əldə olunmasının;
248.2.3.
alınmanın təsirinə məruz qalan şəxslərə
ödəniləcək kompensasiyanın növünün
və məbləğinin.
248.3.
Torpağının alınmasına, torpağının
üzərində sahibliyin əldə olunmasına və ya
təklif olunan kompensasiyaya etiraz edən alınmanın
təsirinə məruz qalan şəxs
aşağıdakı əsaslardan biri və ya bir
neçəsi ilə məhkəməyə ərizə
verə bilər:
248.3.1.
torpağın alınmasının “Torpaqların
dövlət ehtiyacları üçün alınması
haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə zidd olması;
248.3.2.
torpağın alındığı layihənin həyata
keçirilməsi üçün lazım olmaması;
248.3.3.
təklif olunan kompensasiyanın ədalətli olmaması;
248.3.4.
alan orqanın müvafiq səlahiyyətlərə malik
olmaması;
248.3.5.
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunmuş prosedurlara riayət
edilməməsi və ya düzgün və ədalətli
riayət edilməməsi.
248.4.
Torpaq üzərində hüquqların alınma
prosedurlarını başa çatdırmaq üçün
tələb olunan hər hansı
hərəkətlərlə əlaqədar alınmanın
təsirinə məruz qalan şəxsin üzərinə
heç bir xərc, ödəmə, yaxud başqa maliyyə
tələbləri qoyula və ya alına bilməz.”;
1.5.
249-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə
249. Torpağın alınması barədə qərarın
hüquqi qüvvəsi
249.1.
Torpağın alınması barədə qərarın
qəbul edildiyi tarixdən:
249.1.1.
həmin torpaq alınan torpaq kimi tanınır;
249.1.2.
alınan torpaqda yaşayan və ya ondan istifadə edən
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən siyahıya alınmış
şəxslər alınmanın təsirinə məruz qalan
hesab edilir;
249.1.3.
alan orqan alınan torpağın alınması ilə
bağlı tələb olunan tədbirləri yerinə
yetirmək öhdəliyini daşıyır;
249.1.4.
köçürülmə planı və (və ya)
təlimatı tələb olunan hallarda, alan orqan onların
alınmanın təsirinə məruz qalan
şəxslərlə məsləhətləşməklə
ağlabatan müddətdə hazırlanmasını təmin
etmək öhdəliyini daşıyır;
249.1.5.
alan orqan alınmanın təsirinə məruz qalan
şəxslərə və torpağın alınması
nəticəsində zərər çəkəcək
digər şəxslər və təşkilatlara
ödəniləcək kompensasiyanın müəyyən
edilməsi məqsədi ilə alınan torpağın və
həmin torpaqda yerləşən tikililərin (inşası
başa çatdırılmamış tikililər də daxil
olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii
əşyaların və tikilmiş əmlakın
qiymətləndirilməsində qiymətləndirmə
komissiyasına kömək etmək öhdəliyini
daşıyır;
249.1.6.
alan orqan alınmanın təsirinə məruz qalan
şəxslərə və torpağın alınması
nəticəsində zərər çəkəcək
digər şəxslərə və təşkilatlara
kompensasiya ödəmək öhdəliyini daşıyır;
249.1.7.
alan orqan kompensasiyanın ödənilməsi məqsədi
ilə aidiyyəti dövlət orqanlarından vəsait almaq
üçün zəruri sənədləri hazırlamaq
öhdəliyini daşıyır.
249.2.
Torpağın alınması barədə qərarın
qəbul edildiyi tarixdən sonra həmin tarixədək
mülkiyyətində alınan torpaq olan şəxslərin
sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin
torpaqla bağlı bütün hüquqları kompensasiya almaq
hüququna çevrilir. “Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən
dövlətin hüquqları alınmamış hər
hansı torpağın alınmasından imtina etdiyi hallar
və torpağın alınmasından imtina hesab edilən
hallar istisna olmaqla, bu hüquq qanunla müəyyən
olunmuş qaydada digər şəxslərə keçə
bilər.
249.3.
Müvafiq icra hakimiyyəti orqanı torpağın
alınması barədə qərarın qəbul edildiyi
tarixdən sonra alınan torpaqda başlanılmış
tikintinin (inşaat işlərinin) dayandırılması
və (və ya) tikilinin sökülməsi məqsədi
ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada
zəruri tədbirləri həyata keçirə bilər.
249.4.
Alan orqan torpağın alınması haqqında
qərarın və həmin qərarın hüquqi
qüvvəsinə dair arayışın surətini
alınmanın təsirinə məruz qalan
şəxslərin diqqətinə çatdırmaq
vəzifəsini daşıyır.”.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 aprel 2012-ci
il
¹
332-IVQD