Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, I
kitab, maddə 584; 2001, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7,
maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731; 2002,
¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr 234,
237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692; 2003,
¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr 177, 178, ¹ 5,
maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr
407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab,
maddələr 713, 714; 2004, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4,
maddələr 200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹
6, maddə 397, ¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr
762, 779, ¹ 11, maddə 900, ¹ 12, maddə 973; 2005, ¹ 1,
maddələr 5, 6, ¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273,
275, 278, ¹ 6, maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8,
maddələr 691, 692, ¹ 10, maddələr 875, 877, 904, ¹ 11,
maddələr 993, 994, 995, ¹ 12, maddələr 1083, 1085; 2006, ¹
2, maddələr 64, 68, ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5,
maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹
12, maddələr 1005, 1020, 1024; 2007, ¹ 1, maddələr 3, 4, ¹
2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6,
maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10,
maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049,
1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217,
1218, 1221; 2008, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152, 159, ¹
4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454, 460, 461,
464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr, 699, 701,
711, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957, ¹
12, maddələr 1045, 1047, 1049; 2009, ¹ 2, maddələr 36, 45,
49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr 404, 405,
¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611, ¹ 12,
maddələr 953, 954, 966, 971; 2010, ¹ 2, maddələr 70, 71, ¹
3, maddələr 167, 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 5,
maddələr 379, 380, ¹ 6, maddə 483, ¹ 7, maddələr 577,
591, 594, 595, 598, 600, ¹ 10, maddə 838, ¹ 11, maddələr 936,
938, 949, ¹ 12, maddə 1059; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 3,
maddələr 162, 164, 167,168, 170, ¹ 4, maddələr 246, 254, ¹
6, maddələr 470, 479, 487, ¹ 7, maddələr 596, 614, ¹ 10,
maddə 881, ¹ 11 maddə 981, Azərbaycan Respublikasının
2011-ci il 15 noyabr tarixli 238-IVQD, 239-IVQD, 244-IVQD, 248-IVQD, 251-IVQD
nömrəli, 13 dekabr tarixli 268-IVQD nömrəli, 30 dekabr
tarixli 285-IVQD nömrəli, 2012-ci il 14 fevral tarixli 300-IVQD
nömrəli qanunları) aşağıdakı
dəyişikliklər edilsin:
1. 28.3-cü maddədə “151.3-cü”
sözündən sonra “151.3-1-ci, 151-1.2-ci, 151-1.3-cü,”
sözləri əlavə edilsin, “və 156-cı”
sözləri “, 156-cı və 158-1.3-cü” sözləri
ilə, “
2. 151.1-ci maddə üzrə:
2.1. “Yolda müəyyən edilmiş
hərəkət sürətinin 10-30 km/saat həddində
aşılmasına, yol” sözləri “Yol” sözü ilə
əvəz edilsin;
2.2. “dayanma və ya durma,”, “işıq cihazlarından,
səs siqnallarından, təhlükəsizlik
kəmərlərindən və ya
motodəbilqələrdən istifadə,”, “ümumi
istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq
meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15
metrdən az yaxınlıqda digər nəqliyyat
vasitələrinin dayanmasına və ya durmasına,”
sözləri çıxarılsın;
2.3. “on beş manatdan iyirmi manatadək miqdarda”
sözləri “iyirmi manat miqdarında” sözləri ilə
əvəz edilsin.
3. 151.2-ci maddə üzrə:
3.1. “Yolda müəyyən edilmiş
hərəkət sürətinin 30-60 km/saat həddində
aşılmasına, svetoforun” sözləri “Svetoforun”
sözü ilə əvəz edilsin;
3.2. “, 3.2 “Hərəkət qadağandır” yol
nişanları” sözləri “yol nişanı” sözləri
ilə əvəz edilsin;
3.3. “əks istiqamətli nəqliyyat
axınlarının hərəkət zolağına
keçilməsinə” sözləri “sola və ya geriyə
dönməyə, yaxud maneəni kənardan keçməyə”
sözləri ilə əvəz edilsin;
3.4. “iyirmi manatdan qırx manatadək miqdarda”
sözləri “qırx manat miqdarında” sözləri ilə
əvəz edilsin.
4. 151.3-cü maddə üzrə:
4.1. “Yolda müəyyən edilmiş
hərəkət sürətinin 60 km/saat həddindən
artıq aşılmasına, dəmiryol” sözləri
“Dəmiryol” sözü ilə əvəz edilsin;
4.2. “ümumi istifadədə olan nəqliyyat
vasitəsini sərnişinləri mindirmək və ya
düşürtmək üçün bu məqsədlə
xüsusi olaraq müəyyən edilmiş dayanacaq
meydançalarından və ya 5.12, 5.13 nişanları ilə
işarələnmiş dayanacaq yerlərindən kənarda
dayandırılmasına,” sözləri
çıxarılsın;
4.3. “qırx manatdan altmış manatadək miqdarda”
sözləri “altmış manat miqdarında” sözləri
ilə əvəz edilsin.
5. Aşağıdakı məzmunda 151.3-1-ci maddə
əlavə edilsin:
“151.3-1. Birtərəfli hərəkət yollarında
müəyyən edilmiş hərəkət istiqamətinin
əksinə hərəkət etməyə, habelə 1.1, 1.3
və 1.11 üfüqi nişanlanma xətlərinin
tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq
əks istiqamətli nəqliyyat axınının
hərəkət zolağına keçirərək
nəqliyyat axınına əks istiqamətdə
hərəkət etməyə görə -
yüz manat miqdarında cərimə edilir.”.
6. 151.4-cü maddədə “151.3-cü,”
sözündən sonra “151.3-1-ci, 151-1.2-ci, 151-1.3-cü,”
sözləri əlavə edilsin, “və 156-cı”
sözləri “, 156-cı, 158-1.2-ci və 158-1.3-cü”
sözləri ilə, “
7. 151.5-ci maddədə “151.1-151.3-cü” sözləri
“151.1-151.3-1-ci və 151-1-ci” sözləri ilə, “yüz
manatdan yüz qırx manatadək miqdarda” sözləri “iki
yüz manat miqdarında” sözləri ilə əvəz
edilsin.
8. 151-ci maddənin “Qeyd” hissəsinin 1-ci
bəndində “Bu Məcəllənin” sözlərindən
sonra “151-1.2-ci maddəsində nəzərdə tutulmuş
xətalar 2 balla,” sözləri əlavə edilsin, “151.2-ci
maddəsində” sözləri “151.2-ci və 151-1.3-cü
maddələrində” sözləri ilə, “155.3-cü”
sözü ”151.3-1-ci, 155.3-cü və 158-1.3-cü”
sözləri ilə, “5 balla” sözləri “6 balla”
sözləri ilə əvəz edilsin.
9. Aşağıdakı məzmunda 151-1-ci və
151-2-ci maddələr əlavə edilsin:
“Maddə
151-1. Yolda müəyyən edilmiş hərəkət
sürəti həddini aşma
151-1.1. Yolda müəyyən edilmiş
hərəkət sürətini 10-30 km/saat həddində
aşmağa görə –
iyirmi manat miqdarında cərimə edilir.
151-1.2. Yolda müəyyən edilmiş
hərəkət sürətini 30-60 km/saat həddində
aşmağa görə –
yüz manat miqdarında cərimə edilir.
151-1.3. Yolda müəyyən edilmiş
hərəkət sürətini 60 km/saat həddindən
artıq aşmağa görə –
yüz əlli manat miqdarında cərimə edilir.
Maddə
151-2. Təhlükəsizlik kəmərlərindən,
motodəbilqələrdən, işıq cihazlarından
və səs siqnallarından istifadə qaydalarının
pozulması
151-2.1. Motodəbilqə taxmadan və ya onu
düymələmədən motosikleti idarə etməyə,
yaxud motodəbilqəsi olmayan və ya onu
düymələməyən sərnişinləri motosikletdə
daşımağa görə -
iyirmi manat miqdarında cərimə edilir.
151-2.2. İşıq cihazlarından və səs
siqnallarından istifadə qaydalarını pozmağa
görə–
otuz manat miqdarında cərimə edilir.
151-2.3. Təhlükəsizlik kəmərini
bağlamadan nəqliyyat vasitəsini idarə etməyə
görə–
qırx manat
miqdarında cərimə edilir.”.
10. 152.2-ci maddədə “altmış manat”
sözləri “yüz manat” sözləri ilə əvəz
edilsin.
11. 152.3-cü maddədə “152.1-ci və ya 152.2-ci
maddələrində nəzərdə tutulmuş
xətaların” sözləri “152.2-ci maddəsində
nəzərdə tutulmuş xətanın” sözləri
ilə əvəz edilsin və “səksən manatdan yüz
manatadək miqdarda” sözləri “iki yüz manat miqdarında”
sözləri ilə əvəz edilsin.
12. 152.4-cü maddədə “152.1-ci və ya 152.2-ci
maddələrində nəzərdə tutulmuş xətalar”
sözləri “152.2-ci maddəsində nəzərdə
tutulmuş xəta” sözləri ilə əvəz edilsin
və “yüz qırx manatdan yüz səksən manatadək
miqdarda” sözləri “dörd yüz manat miqdarında”
sözləri ilə əvəz edilsin.
13. 152-1-ci maddə üzrə:
13.1. 152-1.1-ci maddədə “səksən manatdan
yüz manatadək miqdarda” sözləri “yüz əlli manat
miqdarında” sözləri ilə əvəz edilsin;
13.2. 152-1.2-ci maddədə “yüz iyirmi manatdan yüz
əlli manatadək miqdarda” sözləri “iki yüz manat
miqdarında” sözləri ilə əvəz edilsin;
13.3. 152-1.3-cü maddədə “
13.4. 152-1.4-cü maddədə “yüz yetmiş
manatdan iki yüz manatadək miqdarda” sözləri
“üç yüz manat miqdarında” sözləri ilə
əvəz edilsin.
14. 152-2-ci maddə üzrə:
14.1. 152-2.1-ci maddədə “yüz əlli manatdan iki
yüz manatadək miqdarda” sözləri “iki yüz əlli
manat miqdarında” sözləri ilə əvəz edilsin;
14.2. 152-2.2-ci maddədə “iki yüz manatdan
üç yüz manatadək miqdarda” sözləri
“üç yüz əlli manat miqdarında” sözləri
ilə əvəz edilsin;
14.3. 152-2.3-cü maddədə “üç yüz
manatdan dörd yüz manatadək miqdarda” sözləri
“dörd yüz əlli manat miqdarında” sözləri ilə
əvəz edilsin.
15. 152-3-cü maddə üzrə:
15.1. 152-3.1-ci maddədə "qırx manatdan
altmış manatadək miqdarda" sözləri
"altmış manat miqdarında" sözləri ilə,
"yüz əlli manatdan iki yüz manatadək miqdarda"
sözləri "iki yüz manat miqdarında"
sözləri ilə, "min beş yüz manatdan iki min
manatadək miqdarda" sözləri "iki min manat
miqdarında" sözləri ilə əvəz edilsin;
15.2. 152-3.2-ci maddədə "səksən manatdan
yüz manatadək miqdarda" sözləri "yüz manat
miqdarında" sözləri ilə, "iki yüz əlli
manatdan üç yüz manatadək miqdarda"
sözləri "üç yüz manat miqdarında"
sözləri ilə, "iki min beş yüz manatdan
üç min manatadək miqdarda" sözləri
"üç min manat miqdarında" sözləri ilə
əvəz edilsin;
15.3. 152-3.3-cü maddədə "yüz qırx
manatdan yüz səksən manatadək miqdarda"
sözləri "yüz səksən manat miqdarında"
sözləri ilə, "dörd yüz manatdan beş yüz
manatadək miqdarda" sözləri "beş yüz manat
miqdarında" sözləri ilə, "dörd min manatdan
beş min manatadək miqdarda" sözləri "beş min
manat miqdarında" sözləri ilə əvəz edilsin.
16. 152-4-cü maddə üzrə:
16.1. 152-4.1-ci maddədə "səksən manatdan
yüz manatadək miqdarda" sözləri "yüz manat
miqdarında" sözləri ilə, "iki yüz əlli
manatdan üç yüz manatadək miqdarda"
sözləri "üç yüz manat miqdarında"
sözləri ilə, "iki min beş yüz manatdan
üç min manatadək miqdarda" sözləri
"üç min manat miqdarında" sözləri ilə
əvəz edilsin;
16.2. 152-4.2-ci maddədə "yüz əlli manatdan
iki yüz manatadək miqdarda" sözləri "iki yüz
manat miqdarında" sözləri ilə, "üç
yüz manatdan dörd yüz manatadək miqdarda"
sözləri "dörd yüz manat miqdarında"
sözləri ilə, "üç min manatdan dörd min
manatadək miqdarda" sözləri "dörd min manat
miqdarında" sözləri ilə əvəz edilsin;
16.3. 152-4.3-cü maddədə "iki yüz manatdan
üç yüz manatadək miqdarda" sözləri
"üç yüz manat miqdarında" sözləri
ilə, "beş yüz manatdan altı yüz manatadək
miqdarda" sözləri "altı yüz manat
miqdarında" sözləri ilə, "beş min manatdan
altı min manatadək miqdarda" sözləri "altı
min manat miqdarında" sözləri ilə əvəz
edilsin.
17. 152-5-ci maddə üzrə:
17.1. 152-5.1-ci maddədə "yüz əlli manatdan
iki yüz manatadək miqdarda" sözləri "iki yüz
manat miqdarında" sözləri ilə, "üç
yüz əlli manatdan dörd yüz manatadək miqdarda"
sözləri "dörd yüz manat miqdarında"
sözləri ilə, "üç min beş yüz manatdan
dörd min manatadək miqdarda" sözləri "dörd
min manat miqdarında" sözləri ilə əvəz
edilsin;
17.2. 152-5.2-ci maddədə "iki yüz manatdan
üç yüz manatadək miqdarda" sözləri
"üç yüz manat miqdarında" sözləri ilə,
"beş yüz manatdan altı yüz manatadək
miqdarda" sözləri "altı yüz manat
miqdarında" sözləri ilə, "beş min manatdan
altı min manatadək miqdarda" sözləri "altı
min manat miqdarında" sözləri ilə əvəz
edilsin;
17.3. 152-5.3-cü maddədə "üç yüz
manatdan dörd yüz manatadək miqdarda" sözləri
"dörd yüz manat miqdarında" sözləri
ilə, "yeddi yüz manatdan səkkiz yüz manatadək
miqdarda" sözləri "səkkiz yüz manat
miqdarında" sözləri ilə, "yeddi min manatdan
səkkiz min manatadək miqdarda" sözləri
"səkkiz min manat miqdarında" sözləri ilə
əvəz edilsin.
18. 153-cü maddə üzrə:
18.1. 153.2-ci maddədə "altı manatdan on
manatadək miqdarda" sözləri "on manat
miqdarında" sözləri ilə əvəz edilsin;
18.2. 153.3-cü maddədə "iyirmi manatdan qırx
manatadək miqdarda" sözləri "qırx manat
miqdarında" sözləri ilə əvəz edilsin;
18.3. 153.4-cü maddədə "iyirmi manatdan qırx
manatadək miqdarda" sözləri "qırx manat
miqdarında" sözləri ilə əvəz edilsin;
18.4. 153.5-ci maddədə "əlli manatdan yetmiş
manatadək miqdarda" sözləri "yetmiş manat miqdarında"
sözləri ilə əvəz edilsin.
19. 154-cü maddə üzrə:
19.1. 154.1-ci maddədə “vasitəsinin dövlət
qeydiyyatından və texniki baxışdan
keçirməməyə” sözləri “vasitəsini
dövlət qeydiyyatından və ya texniki baxışdan
keçirmədən idarə etməyə” sözləri
ilə, "qırx manatdan yetmiş manatadək miqdarda"
sözləri "yetmiş manat miqdarında"
sözləri ilə əvəz edilsin;
19.2. 154.4-cü maddədə "otuz manatdan qırx
manatadək miqdarda" sözləri "qırx manat
miqdarında" sözləri ilə əvəz edilsin;
19.3. maddəyə aşağıdakı məzmunda
“Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd:
Şəxs bu Məcəllənin 154.1-ci
maddəsində nəzərdə tutulmuş nəqliyyat
vasitəsini dövlət qeydiyyatından və ya texniki
baxışdan keçirmədən idarə etməyə
görə inzibati məsuliyyətə cəlb olunduqda 10
gün ərzində nəqliyyat vasitəsini dövlət
qeydiyyatından və ya texniki baxışdan
keçirməlidir. Bu müddət ərzində şəxs
həmin əməlin törədilməsinə görə
təkrarən inzibati məsuliyyətə cəlb olunmur.”.
20. 155-ci maddə üzrə:
20.1. 155.1-ci maddədə "on manatdan iyirmi
manatadək miqdarda" sözləri "iyirmi manat
miqdarında" sözləri ilə əvəz edilsin;
20.2. 155.2.3-cü maddədə “və ya habelə”
sözləri “, yaxud” sözü ilə əvəz edilsin,
155.2-ci maddənin sanksiyasında "iyirmi manatdan otuz
manatadək miqdarda" sözləri "otuz manat
miqdarında" sözləri ilə əvəz edilsin;
20.3. 155.3-cü maddədə "qırx manatdan
altmış manatadək miqdarda" sözləri
"altmış manat miqdarında" sözləri ilə
əvəz edilsin;
20.4. 155.4-cü maddədə "qırx manatdan
altmış manatadək miqdarda" sözləri
"altmış manat miqdarında" sözləri ilə
əvəz edilsin;
20.5. 155.7-ci maddədə “habelə”
sözündən sonra “nəqliyyat vasitəsinin dövlət
qeydiyyat nişanının görünüşünü
çətinləşdirən örtüklərdən
və ya qurğulardan,” sözləri əlavə edilsin,
“qırx manatdan altmış manatadək” sözləri
“səksən manatdan yüz manatadək” sözləri ilə
əvəz edilsin.
21. 156-cı maddədə “yetmiş” sözü
“yüz əlli” sözləri ilə əvəz edilsin.
22. 156-1-ci maddədə “on manatdan otuz manatadək
miqdarda” sözləri “otuz manat miqdarında” sözləri
ilə əvəz edilsin.
23. 158-ci maddə üzrə:
23.1. 158.1-ci maddə çıxarılsın;
23.2. 158.2-ci maddədə "qırx manatdan
altmış manatadək miqdarda" sözləri
"altmış manat miqdarında" sözləri ilə,
"yüz manatdan yüz əlli manatadək miqdarda"
sözləri "yüz əlli manat miqdarında"
sözləri ilə əvəz edilsin;
23.3. 158.3-cü maddədə "yüz manatdan
yüz iyirmi manatadək miqdarda" sözləri "yüz
iyirmi manat miqdarında" sözləri ilə əvəz
edilsin.
24. Aşağıdakı məzmunda 158-1-ci maddə
əlavə edilsin:
“Maddə 158-1. Dayanma,
durma və parklanma qaydalarının pozulması
158-1.1. Dayanma, durma və ya parklanma qaydalarını
pozmağa görə -
iyirmi manat miqdarında cərimə edilir.
158-1.2. Ümumi istifadədə olan nəqliyyat
vasitələrinin dayanacaq meydançasında və ya 5.12,
5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda
digər nəqliyyat vasitələrinin dayanmasına və ya
durmasına görə -
qırx manat miqdarında cərimə edilir.
158-1.3. Ümumi istifadədə olan nəqliyyat
vasitəsini sərnişinləri mindirmək və ya
düşürtmək üçün bu məqsədlə
xüsusi olaraq müəyyən edilmiş dayanacaq
meydançalarından və ya 5.12, 5.13 nişanları ilə
işarələnmiş dayanacaq yerlərindən kənarda
dayandırmağa görə -
altmış manat
miqdarında cərimə edilir.
25. 159-cu maddədə "yetmiş manatdan yüz
manatadək miqdarda" sözləri "yüz manat
miqdarında" sözləri ilə, "üç yüz
manatdan beş yüz manatadək miqdarda" sözləri "beş
yüz manat miqdarında" sözləri ilə,
"üç min manatdan beş min manatadək miqdarda"
sözləri "beş min manat miqdarında"
sözləri ilə əvəz edilsin.
26. 159-1-ci maddədə:
26.1. “altı ay müddətinə” sözləri
“altı aydan bir ilədək müddətə” sözləri
ilə əvəz edilsin;
26.2. aşağıdakı məzmunda “Qeyd” hissəsi
əlavə edilsin:
“Qeyd:
Bu Məcəllənin 159-1-ci maddəsində
nəzərdə tutulmuş inzibati xətanı
törətmiş şəxs müvafiq cəriməni,
dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa
gətirilməsinə və onun orada saxlanılmasına
görə haqqı, inzibati xəta haqqında iş
üzrə məhkəmə qərar qəbul
edənədək ödədikdə inzibati
məsuliyyətdən azad olunur.”.
27. Aşağıdakı məzmunda 314-1-ci maddə
əlavə edilsin:
“Maddə 314-1.
İnzibati xətalar haqqında işlər üzrə
sənədi qəbul etməkdən imtina və ya onu
çatdırmama
314-1.1. Barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxsin
yaşadığı yer üzrə yerli
özünüidarə orqanının, müvafiq icra
hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer
üzrə müdiriyyətin vəzifəli
şəxslərinin bu Məcəllədə
müəyyən edilmiş hallarda bildirişi və ya inzibati
xətalar haqqında işlər üzrə digər
sənədləri ünvan sahibinə çatdırmaq
üçün qəbul etməkdən imtina etməsinə
görə -
iyirmi manatdan otuz manatadək miqdarda cərimə
edilir.”.
314-1.2. Bu Məcəllədə müəyyən
edilmiş hallarda bildirişin və ya inzibati xətalar
haqqında işlər üzrə digər
sənədlərin barəsində inzibati xəta haqqında
iş üzrə icraat aparılan şəxsin
yaşadığı yer üzrə yerli
özünüidarə orqanının, müvafiq icra
hakimiyyəti orqanının, yaxud onun işlədiyi yer
üzrə müdiriyyətin vəzifəli
şəxsləri və ya sənədin
çatdırılması tapşırılmış
digər şəxslər tərəfindən
səhlənkarlıq nəticəsində ünvan sahibinə
çatdırmamasına görə -
otuz manatdan qırx manatadək miqdarda cərimə
edilir.”.
28. Aşağıdakı məzmunda 370-1 – 370-4-cü
maddələr əlavə edilsin:
“Maddə 370-1.
İnzibati xətalar haqqında işlər üzrə
sənədlərin rəsmi qaydada verilməsi
370-1.1. İnzibati xətalar haqqında işlər
üzrə icraatın iştirakçılarına bu
Məcəllədə müəyyən edilmiş hallarda
inzibati xətalar haqqında işlər üzrə
sənədlər (qərarlar, qərardadlar, protokollar,
bildirişlər) hakim və ya səlahiyyətli orqan
(vəzifəli şəxs) tərəfindən “Poçt
haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş sifarişli poçt
göndərişi ilə çatdırılır, yaxud
səlahiyyətli vəzifəli şəxs
tərəfindən şəxsən verilir. Sifarişli
poçt göndərişi - göndərilmək
üçün qəbul olunduğuna dair
istifadəçiyə qəbz verilməsi,
çatdırılarkən isə ünvan sahibinin müvafiq
sənədi imzalaması tələb olunan poçt
göndərişidir. Sənədin
çatdırılmasını hakim məhkəmə
işçisinə, səlahiyyətli orqan isə müvafiq
orqanın əməkdaşına tapşıra bilər.
370-1.2. Sənəd onu göndərən hakimə
və ya səlahiyyətli orqana (vəzifəli
şəxsə) qaytarılmalı olan, forması müvafiq
qaydada təsdiq edilmiş qəbzə və ya sənədin
kötüyünə imza etdirilməklə, ünvan
sahibinə rabitə orqanları, səlahiyyətli orqan
(vəzifəli şəxs), yaxud sənədin
çatdırılması tapşırılmış
şəxslər tərəfindən şəxsən verilir.
Hüquqi şəxsə ünvanlanmış sənəd
müvafiq vəzifəli şəxsə qəbzə və ya
sənədin kötüyünə imza etdirilməklə
verilir.
370-1.3. Sənədi çatdırmalı olan
şəxs ünvan sahibini onun yaşadığı, yaxud
işlədiyi yer üzrə tapmadıqda, həmin
sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik
yaşına çatmış ailə üzvlərindən
birinə (onların razılığı ilə), onlar
olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə
yerli özünüidarə orqanına, müvafiq icra
hakimiyyəti orqanına, yaxud onun iş yerinin
müdiriyyətinə verilir. Ünvan sahibinin
əvəzinə sənədi qəbul etmiş şəxs
qəbzdə və ya sənədin kötüyündə
öz soyadını, adını, atasının
adını, ünvan sahibinə münasibətini və ya
tutduğu vəzifəni göstərməli və imkan olan
kimi sənədi ünvan sahibinə verməlidir.
370-1.4. Sənədi çatdırmalı olan
rabitə orqanı, yaxud sənədin
çatdırılması tapşırılmış
şəxs bu işi sənədi aldığı tarixdən
sonrakı gündən gec olmayaraq yerinə yetirməli və
sənədi çatdırdığı barədə bir
gün müddətində müvafiq hakimə və ya
səlahiyyətli orqana (vəzifəli şəxsə)
xəbər verməlidir.
370-1.5. İnzibati xəta haqqında iş üzrə
sənəd aşağıdakı hallarda rəsmi qaydada
verilmiş hesab edilir:
370-1.5.1. bu Məcəllənin 370-1.2-ci
maddəsində nəzərdə tutulmuş hallarda ünvan
sahibinə şəxsən verildiyi vaxtdan;
370-1.5.2. bu Məcəllənin 370-1.3-cü
maddəsində nəzərdə tutulmuş hallarda:
370-1.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan
yetkinlik yaşına çatmış ailə
üzvlərindən birinə şəxsən verildiyi vaxtdan;
370-1.5.2.2. sənədin çatdırılması
tapşırılmış digər şəxslər
sənədin çatdırılması barədə
müvafiq hakimə və ya səlahiyyətli orqana
(vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan;
370-1.5.3. bu Məcəllənin 407.3-1-ci
maddəsində nəzərdə tutulmuş halda nəqliyyat
vasitəsinin istifadəçisinə verildiyi vaxtdan.
Maddə
370-2. Qəbzin məzmunu
370-2.0. Bu Məcəllənin 370-1.2-ci maddəsində
nəzərdə tutulmuş qəbzdə
aşağıdakılar göstərilməlidir:
370-2.0.1. inzibati xəta haqqında iş üzrə
sənədi göndərən orqanın adı və
ünvanı;
370-2.0.2. sənədin verilməli olduğu
şəxsin soyadı, adı, atasının adı və ya
hüquqi şəxsin adı və yerləşdiyi ünvan;
370-2.0.3. verilən sənədin adı;
370-2.0.4. verilmənin vaxtı (tarix və saat) və
yeri;
370-2.0.5. sənədin verilməməsinin
səbəbləri (göstərilən ünvanda olmama,
səhv ünvan və sair);
370-2.0.6. sənədin verildiyi şəxs;
370-2.0.7. sənədin çatdırılması
tapşırılmış şəxsin, yaxud rabitə
orqanı nümayəndəsinin imzası.
Maddə
370-3. İnzibati xəta haqqında iş üzrə
sənədi qəbul etməkdən imtina
370-3.1. İnzibati xəta haqqında işlər
üzrə sənədin ünvanlandığı
şəxs və ya onunla birlikdə yaşayan yetkinlik
yaşına çatmış ailə üzvləri qanuni
əsas olmadan sənədi qəbul etməkdən imtina
edərsə, sənəd verildiyi ünvanda qalmalıdır.
Bu halda sənəd rəsmi qaydada verilmiş hesab olunur.
370-3.2. Ünvan sahibi və ya onunla birlikdə
yaşayan yetkinlik yaşına çatmış ailə
üzvləri bildirişi qəbul etməkdən imtina
etdikdə, onu təqdim edən şəxs bildirişdə
müvafiq qeydlər etdikdən sonra həmin bildirişi onu
göndərən hakimə və ya səlahiyyətli orqana
(vəzifəli şəxsə) qaytarır. Bu halda bildiriş
rəsmi qaydada verilmiş hesab olunur.
370-3.3. Bildirişin ünvan sahibi tərəfindən
qəbul edilməsindən imtina barədə qeyd onun
yaşayış yeri üzrə yerli özünüidarə
orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun
iş yerinin müdiriyyəti tərəfindən təsdiq
edilir.
370-3.4. Bildirişin ünvanlandığı
şəxs tərəfindən həmin sənədi qəbul
etməkdən imtina edilməsi işə baxılması
və ya ayrı-ayrı prosessual hərəkətlərin
həyata keçirilməsi üçün maneə deyildir.
Maddə
370-4. Bildirişlər
370-4.1. Hakim və ya səlahiyyətli orqan
(vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati
xətalar haqqında işlər üzrə icraatın
iştirakçılarını işə
baxılmasının vaxtı və yeri, habelə
ayrı-ayrı prosessual hərəkətlər haqqında
xəbərdar edir, onları işə baxılmasında
və ya digər prosessual hərəkətlərin həyata
keçirilməsində iştirak etmək üçün
çağırırlar.
370-4.2. Bildirişdə aşağıdakılar
göstərilməlidir:
370-4.2.1. məhkəmənin və ya
səlahiyyətli orqanın (vəzifəli şəxsin)
adı, ünvanı və əlaqə üçün
məlumatlar (telefon, faks, elektron poçt ünvanı və
sair);
370-4.2.2. gəlmə vaxtı (tarix və saat) və
yeri;
370-4.2.3. xəbər verilən, yaxud
məhkəməyə, səlahiyyətli orqana
çağırılan şəxsin soyadı, adı,
atasının adı və ya hüquqi şəxsin adı;
370-4.2.4. xəbər verilən, yaxud
məhkəməyə, səlahiyyətli orqana
çağırılan şəxsin ünvanı və ya
hüquqi şəxsin yerləşdiyi ünvan;
370-4.2.5. ünvan sahibinin kim qismində xəbərdar
edilməsi və ya çağırılması;
370-4.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud
çağırıldığı işin adı;
370-4.2.7. işdə iştirak edən
şəxslərə iş üzrə onlarda olan
bütün sübutların təqdim edilməsinə dair
təklif;
370-4.2.8. ünvan sahibinin olmadığı
təqdirdə bildirişi qəbul edən şəxsin imkan
olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə
dair qeyd;
370-4.2.9. bildirişi qəbul etməkdən imtinaya
və ya onun ünvan sahibinə çatdırmamasına
görə qanunla məsuliyyət nəzərdə
tutulduğu barədə qeyd;
370-4.2.10. xəbər verilən və ya çağırılan
şəxsin məhkəməyə və ya
səlahiyyətli orqana gəlməməsinin
nəticələri və gəlməmənin
səbəbləri barədə məlumat vermək
vəzifəsinə dair qeyd.
370-4.3. İşdə iştirak edən
şəxslərin öz müdafiəsini hazırlamağa
və vaxtında gəlmələrinə imkan yaratmaq
üçün bildiriş onlara müvafiq prosessual
hərəkətin tarixinə ən azı 10 gün
qalmış verilir.
370-4.4. Bildiriş bu Məcəllənin 370-1-ci
maddəsində nəzərdə tutulmuş qaydada
göndərildikdən sonra inzibati xətalar haqqında
işlər üzrə icraatın iştirakçıları
bildirişin məzmununun ötürülməsini təmin
etməklə internet, telefon və ya digər rabitə
vasitələri ilə də şəxsə əlavə
məlumat verə bilərlər.”.
29. Aşağıdakı məzmunda 407.3-1-ci maddə
əlavə edilsin:
“407.3-1. Yol hərəkəti qaydaları
əleyhinə olan inzibati xətalar haqqında işlər
üzrə sənədləri ünvan sahibinə onun
yaşadığı, yaxud işlədiyi yer üzrə
tapılmaması və onunla birlikdə yaşayan yetkinlik
yaşına çatmış ailə üzvlərinin
olmaması səbəbindən 10 gün ərzində bu
Məcəllənin 370-1-ci maddəsində nəzərdə
tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda,
həmin sənədlərin surətinin verilməsi
məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən nəqliyyat vasitəsinin
saxlanılması barədə qərar qəbul edilir. Bu halda
saxlanılmış nəqliyyat vasitəsinin
istifadəçisinə həmin sənədlərin
surəti təqdim edildikdən və müvafiq qeydlər
aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi
buraxılır.”.
30. 410.1.7-1-ci maddədə “texniki nəzarət
etmə vasitələrindən” sözləri “xüsusi texniki
vasitələrdən” sözləri ilə əvəz edilsin,
“göstəriciləri” sözündən sonra “, habelə
istifadə olunmuş xüsusi texniki vasitənin tipi,
markası, modeli, yerləşdiyi yer, ölçmə
vasitəsinin son dəfə müqayisəli dövlət
yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən
sənədin nömrəsi, tarixi) və növbəti
yoxlamanın keçirilməli olduğu vaxt barədə
məlumatlar” sözləri əlavə edilsin.
31. Aşağıdakı məzmunda 410-1-ci maddə
əlavə edilsin:
“Maddə 410-1.
İnzibati xəta haqqında protokolun inzibati xəta törətmiş şəxsin
iştirakı olmadan tərtib edilməsi
410-1.1. Bu Məcəllənin 151.2, 151.3-1, 151-1.2,
151-1.3 və 158-1.3-cü maddələrində
nəzərdə tutulmuş xətalar avtomatik rejimdə
işləyən foto və ya video qeydiyyat funksiyalarına
malik xüsusi texniki vasitələrin köməyi ilə
aşkar edildikdə, inzibati xəta haqqında protokol həmin
xətanı törətmiş şəxsin iştirakı
olmadan “Elektron imza və elektron sənəd haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada elektron sənəd
formasında xətanın törədildiyi gün tərtib
edilir və elektron imza ilə təsdiqlənir.
410-1.2. Bu Məcəllənin 410-1.1-ci maddəsində
nəzərdə tutulmuş halda inzibati xəta haqqında
protokol müvafiq icra hakimiyyəti orqanının
mərkəzi informasiya sisteminin məlumatlarına
əsasən nəqliyyat vasitəsinin istifadəçisi
(nəqliyyat vasitəsi icarə müqaviləsi və ya
nəqliyyat vasitəsindən istifadə etmə və ya ona
dair sərəncam vermə hüquqları ilə bağlı
etibarnamə əsasında sonuncu dəfə təkrar
dövlət qeydiyyatından keçirilərkən qeydiyyata
götürülmüş şəxs, belə məlumat
olmadıqda isə nəqliyyat vasitəsinin
mülkiyyətçisi) barəsində tərtib edilir.
Hüquqi şəxsə məxsus olan və sərnişin
və ya yük daşıma xidmətləri
göstərən nəqliyyat vasitəsi tərəfindən
törədilən xəta avtomatik rejimdə
işləyən foto və ya video qeydiyyat funksiyalarına
malik xüsusi texniki vasitələrin köməyi ilə
aşkar edildikdə, xətanın törədilməsi
zamanı nəqliyyat vasitəsini idarə edən şəxs
barədə məlumatlar sorğu əsasında müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təqdim edilir.
410-1.3. İnzibati xəta haqqında protokolda bu
Məcəllənin 410.1-ci maddəsində nəzərdə
tutulmuş məlumatlar qeyd olunmaqla, protokola inzibati xəta
hadisəsinin baş verməsini və hansı nəqliyyat
vasitəsinin sürücüsü tərəfindən
törədilməsini sübut edən foto və ya video
materiallar əlavə olunmalıdır.
410-1.4. Bu Məcəllənin 410-1.1-ci maddəsində
nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun
kağız daşıyıcıda surəti və ona
əlavə edilmiş materiallar nəqliyyat vasitəsinin
istifadəçisinə xətanın törədildiyi vaxtdan
2 gün müddətində bu Məcəllənin 370-1-ci
maddəsində nəzərdə tutulmuş rəsmi qaydada
verilir. Protokolun əlavə edildiyi müşayiət məktubunda
şəxsə inzibati xəta haqqında işə
baxılmanın yeri və vaxtı, həmçinin bu
Məcəllənin 410-1.6-cı və 410-1.7-ci
maddələri barədə məlumat verilir.
410-1.5. Bu Məcəllənin 158-1.1-ci və ya
158-1.2-ci maddələrində nəzərdə tutulmuş
inzibati xətanı törətmiş şəxs nəqliyyat
vasitəsində olmadığı və nəqliyyat
vasitəsinin mühafizə olunan duracağa aparılması
mümkün olmadığı hallarda da inzibati xəta
törətmiş şəxsin iştirakı olmadan inzibati
xəta haqqında protokol tərtib edilir. Bu halda inzibati
xəta haqqında protokol müvafiq icra hakimiyyəti
orqanının informasiya sisteminin məlumatı
əsasında müəyyən edilmiş nəqliyyat
vasitəsinin istifadəçisi barədə foto və ya
video çəkiliş aparılmaqla tərtib edilir.
İnzibati xəta hadisəsinin baş verməsini və
hansı nəqliyyat vasitəsinin sürücüsü
tərəfindən törədilməsini sübut edən
foto və ya video materiallar əlavə olunmaqla həmin
protokolun bir surəti nəqliyyat vasitəsinin ön şüşəsinə
qoyulur, bir surəti isə barəsində inzibati xəta
haqqında protokol tərtib edilmiş şəxsə
xətanın törədildiyi vaxtdan 2 gün
müddətində bu Məcəllənin 370-1-ci
maddəsində nəzərdə tutulmuş rəsmi qaydada
verilir.
410-1.6. Barəsində bu Məcəllənin 410-1.1-ci
və ya 410-1.5-ci maddələrində nəzərdə
tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib
edilmiş şəxs, həmin protokol ona rəsmi qaydada
verildiyi və ya bu Məcəllənin 410-1.5-ci
maddəsində nəzərdə tutulmuş qaydada protokolu
aldığı vaxtdan 10 gün müddətində səlahiyyətli
orqana inzibati xətanın törədilməsi zamanı
nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində
və ya istifadəsində olması, yaxud digər
şəxslərin qanunsuz əməlləri
nəticəsində onun sahibliyindən çıxması
barədə vəsatətlə müraciət edə
bilər. Vəsatət şəxsən verilə və ya
poçt, yaxud internet vasitəsilə göndərilə
bilər. Vəsatətdə göstərilən məlumatlar təsdiq
olunarsa, iştirakı olmadan barəsində inzibati xəta
haqqında protokol tərtib edilmiş şəxsin haqqında
olan iş üzrə icraata xitam verilir və inzibati
xətanı törətmiş şəxsin inzibati
məsuliyyətə cəlb edilməsi üçün
müvafiq tədbirlər görülür. Vəsatət
verən şəxs inzibati xətanın törədilməsi
zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair
ehtimalını vəsatətdə göstərə
bilər.
410-1.7. İnzibati xəta törətmiş
şəxsin iştirakı olmadan tərtib edilmiş protokol
rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində bu
Məcəllənin 410-1.6-cı maddəsində
nəzərdə tutulmuş vəsatət verilmədikdə
və ya barəsində inzibati xəta haqqında iş
üzrə icraat aparılan şəxs işin
baxılmasında iştirak etmək üçün
gəlmədikdə səlahiyyətli orqan (vəzifəli
şəxs) inzibati xətanı törətmiş
şəxsin iştirakı olmadan inzibati tənbeh vermə
haqqında qərar qəbul edir.
410-1.8. Sürücünün əvvəllər
törətdiyi və avtomatik rejimdə işləyən foto
və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki
vasitələrin köməyi ilə aşkar edilmiş
inzibati xətalara görə nəqliyyat vasitəsini
dayandıraraq törədilmiş belə xətalara dərhal
yerində baxılmasını tələb etmək
qadağandır.
410-1.9. Bu Məcəllənin 159-1-ci maddəsində
nəzərdə tutulmuş inzibati xətanı
törətmiş şəxs səlahiyyətli orqan
(vəzifəli şəxs) tərəfindən həmin inzibati
xəta haqqında protokolun tərtib edilməsi
üçün bu Məcəllənin 370-1—370-4-cü
maddələrində nəzərdə tutulmuş qaydada
çağırıldıqda və gəlməkdən
qəsdən boyun qaçırdıqda, inzibati xəta
haqqında protokol inzibati xəta törətmiş
şəxsin iştirakı olmadan tərtib edilir və
müvafiq sənədlərlə birlikdə baxılması
üçün aidiyyəti üzrə
məhkəməyə göndərilir.”.
32. 432.1-ci maddədə “, təqdim edildiyi və ya
alındığı gündən” sözləri “bu
Məcəllənin 370-1-ci maddəsində nəzərdə
tutulmuş rəsmi qaydada verildiyi vaxtdan” sözləri ilə
əvəz edilsin.
33. 447.1-ci maddədə “İnzibati” sözü “Bu
Məcəllənin 23.1.2-ci maddəsində nəzərdə
tutulmuş inzibati tənbeh istisna olmaqla, digər inzibati”
sözləri ilə əvəz edilsin.
34. Aşağıdakı məzmunda 456.4-cü
maddə əlavə edilsin:
“456.4.
Nəqliyyat vasitələrini idarə etmək hüququ
məhdudlaşdırılmış şəxs
barəsində bu Məcəllənin 159-1-ci maddəsinə
əsasən nəqliyyat vasitələrini idarə etmək
hüququnun məhdudlaşdırılması barədə
qərar qəbul edildikdə sonuncu qərara əsasən
nəqliyyat vasitələrini idarə etmək hüququnun
məhdudlaşdırılması müddəti əvvəlki
qərara əsasən təyin edilmiş nəqliyyat
vasitələrini idarə etmək hüququnun
məhdudlaşdırılması müddətinin son günündən
etibarən hesablanmağa başlayır.”
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 6 aprel 2012-ci il
¹ 322-IVQD