“Serbiya Respublikasında E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borc verən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borc alan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında Kredit Sazişi”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2012-ci il fevralın 2-də Bakı şəhərində imzalanmış “Serbiya Respublikasında E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borc verən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borc alan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında Kredit Sazişi” təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 aprel 2012-ci il

¹ 319-IVQ

 

 

 

 


 

 

 

 

 

SERBİYA RESPUBLİKASINDA E-763 AVTOMOBİL MAGİSTRALININ LYİQ-BOLYKOVTCİ, BOLYKOVTCİ - TAKOVO VƏ TAKOVO - PRELYİNA HİSSƏLƏRİNİN TİKİNTİSİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ ÜÇÜN

 

 

 

 

BORC VERƏN QİSMİNDƏ ÇIXIŞ EDƏN

AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ

 

 

 

 

BORC ALAN QİSMİNDƏ ÇIXIŞ EDƏN

SERBİYA RESPUBLİKASI HÖKUMƏTİ

 

 

arasında

 

 

 

 

KREDİT SAZİŞİ

 

 

 

 

 

 

 

 


MÜNDƏRİCAT

 

1.         ANLAYIŞLAR VƏ TƏFSİR................................................................................................................................3

2.         KREDİT.................................................................................................................................................................9

3.         SAZİŞİN QÜVVƏYƏ MİNMƏSİ VƏ İLKİN ŞƏRTLƏR..............................................................................10

4.         KREDİTİN İSTİFADƏSİ VƏ VERİLMƏSİ.....................................................................................................14

5.         ƏSAS MƏBLƏĞİN ÖDƏNİLMƏSİ................................................................................................................14

6.         KREDİTİN VAXTINDAN ƏVVƏL ÖDƏNİLMƏSİ.....................................................................................16

7.         FAİZ.....................................................................................................................................................................17

8.         ÖDƏNİŞLƏR......................................................................................................................................................17

9.         ÖHDƏLİKLƏRİN YERİNƏ YETİRİLMƏMƏSİ İLƏ BAĞLI FAİZ; TƏZMİNATLAR...........................18

10.      BƏYANAT VƏ ZƏMANƏTLƏR....................................................................................................................20

11.      ÖHDƏLİKLƏR..................................................................................................................................................25

12.      ÖHDƏLİKLƏRİN YERİNƏ YETİRİLMƏMƏSİ VƏ İCRASININ SÜRƏTLƏNDİRİLMƏSİ

HALLARI.............................................................................................................................................................28

13.      ÖHDƏLİK HAQQI............................................................................................................................................31

14.      XƏRC VƏ MƏSRƏFLƏR..................................................................................................................................31

15.      BİLDİRİŞLƏR.....................................................................................................................................................31

16.      GÜZƏŞT..............................................................................................................................................................32

17.      BORC VERƏNİN HESAB KİTABI..................................................................................................................33

18.      DİGƏR MÜDDƏALAR....................................................................................................................................33

19.      BORC VERƏNƏ QARŞI MÜDAFİƏ VASİTƏLƏRİNDƏN İSTİFADƏNİN QEYRİ-

MÜMKÜNLÜYÜ................................................................................................................................................35

20.    ARBİTRAJ VƏ TƏTBİQ EDİLƏ BİLƏN HÜQUQ.........................................................................................35

 

 

BU KREDİT SAZİŞİ ___________, 2012-ci il tarixində:

 

İqtisadi İnkişaf Nazirliyi vasitəsilə çıxış edən AZƏRBAYCAN RESPUBLİKASININ HÖKUMƏTİ (“Borc Verən”);

 

 

Serbiya Respublikasının nümayəndəsi kimi çıxış edən SERBİYA RESPUBLİKASININ HÖKUMƏTİ (“Borc Alan”), arasında bağlanmışdır.

 

NƏZƏRƏ ALARAQ Kİ,

 

1)                  Azərbaycan Respublikasının Hökuməti ilə Serbiya Respublikasının Hökuməti arasında 25 yanvar 2012-ci il tarixdə “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında İqtisadi və Texnoloji Əməkdaşlıq haqqında Saziş” bağlanmış və iki dövlət arasında iqtisadi əməkdaşlığın prinsipləri müəyyən edilmişdir (“Çərçivə Sazişi”);

2)                  Koridori Srbije d.o.o. Beograd (“Sifarişçi”) şirkəti Serbiya Respublikasında E-763 avtomobil magistralının Lyiq-Bolykovtci, Bolykovtci - Takovo və Takovo -Prelyina hissələrinin inşası məqsədi ilə mal və xidmətlərin satın alınması üçün üç yüz səkkiz milyon Avroya (AVRO 308 000 000) qədər məbləğdə (“Tikinti Müqaviləsinin Qiyməti”) Podratçı ilə müqavilə (“Tikinti Müqaviləsi”) imzalayacaq;

3)                  Tikinti Müqaviləsi Qiymətinin ödənilməsini maliyyələşdirmək məqsədilə, Borc Alan Borc Verəndən kreditin verilməsini xahiş etmişdir;

4)                  Bu Kredit Sazişində və digər Maliyyə Sənədlərində qeyd olunan şərt və müddəalara müvafiq qaydada, Borc Verən Krediti Borc Alana təqdim etmək niyyətindədir.

 

BUNUNLA AŞAĞIDAKILAR BARƏSİNDƏ RAZILIQ ƏLDƏ OLUNUR:

 

1. Anlayışlar və təfsir

 

1.1. Anlayışlar

 

Bu Sazişin mətnində (o cümlədən də, onun giriş hissəsində):

 

“Rəsmi Orqan” hər hansı milli, beynəlxalq, regional və ya yerli hökumət yaxud icra, inzibati, maliyyə, məhkəmə və ya parlament orqanı, departament, komissiya, qurum, tribunal, agentlik, təsisat və ya mərkəzi bankı (yaxud da ki, dövlətin mülkiyyətində olub-olmamasına, habelə hansı qaydada təsis edilməsinə və necə adlandırılmasından asılı olmayaraq, mərkəzi bank funksiyalarını həyata keçirən hər hansı təsisat) deməkdir.

 

“İcazələr” konkret hərəkət nəticəsində və ya hər hansı müəyyən edilmiş vaxt kəsiri ərzində lazımi hərəkətin icra olunmaması nəticəsində hər hansı Rəsmi Orqan tərəfindən, ona münasibətdə və ya onunla əlaqədar olaraq verilməsi fərz edilən hər hansı İcazə, qeydiyyat, təqdimat, razılaşma, notarial təsdiq, sertifikat, lisenziya, təsdiq, icazə, səlahiyyət və ya azadolma, habelə bütün korporativ, kreditor, qiymətli kağız sahibləri, səhmdar və direktorlar şurasının qərar və ya razılığı deməkdir.

“Kreditin İstifadə Müddəti” Kredit Sazişinin Qüvvəyəminmə Tarixindən etibarən 48 aydan artıq olmayan müddət deməkdir.

“İş Günü” (şənbə və bazar günləri istisna olmaqla) bankların ümumi iş üçün Frankfurt, Bakı və Belqrad şəhərlərində açıq olduğu günlər deməkdir.

“Təsdiq Edilmiş Surət” hər hansı sənədin əslinin Serbiya Respublikasının hər hansı səlahiyyətli məhkəməsi və ya Serbiya Respublikasının Maliyyə Nazirliyi (və ya adları və imza nümunələri müvafiq qərarda qeyd olunan şəxslərə müvafiq səlahiyyətləri verən Serbiya Respublikasının Maliyyə Nazirliyinin yazılı qərarda göstərilən hər hansı şəxs və ya şəxslər) tərəfindən müvafiq sənədin surəti olması təsdiq edilmiş surəti deməkdir.

“Hüquqda Dəyişiklik” bu Kredit Sazişinin tarixindən sonra olmaq şərti ilə:

(a)               hər hansı məhkəmə, tribunal, hər hansı mərkəzi bank, vergi, maliyyə, gəlir, hökumət, yerli, beynəlxalq, mərkəzi və ya digər səlahiyyətli rəsmi orqan yaxud qurum tərəfindən hər hansı tətbiq edilən qanun, qayda, təlimat, saziş, fəaliyyət qaydası və ya imtiyazı, yaxud rəsmi direktiv, qətnamə, tapşırıq, bildiriş, göstəriş, siyasət bəyannaməsi və ya təcrübə bəyannaməsinin tətbiqi, qəbulu, ləğvi, geri götürülməsi və ya dəyişdirilməsi (bunların qanun qüvvəsinə malik olub -olmamalarına varmadan, lakin, qanun qüvvəsinə malik olmadıqda, müvafiq sənədin şərtlərinə riayətin aidiyyəti yurisdiksiyada bank və maliyyə təşkilatları üçün məcburi olması şərti ilə); və ya

(b)              tətbiq edilən qanun, qayda, təlimat, saziş, fəaliyyət qaydası və ya imtiyazı, yaxud rəsmi direktiv, qətnamə, tapşırıq, bildiriş, göstəriş, siyasət bəyannaməsi və ya təcrübə bəyannaməsinin hər hansı bank, məhkəmə, tribunal, təsisat, rəsmi orqan və ya yuxarıdakı (a) paraqrafında istinad edilən hər hansı digər qurum tərəfindən təfsirində baş verən hər hansı dəyişiklik, deməkdir.

“İşlərin Başlanması Tarixi” Tikinti Müqaviləsi üzrə bütün ilkin şərtlərin yerinə yetirildiyi və bunun Podratçı və Sifarişçi tərəfindən təsdiq olunduğu tarix deməkdir.

“Öhdəlik Haqqı” 13-cü Bəndə (Öhdəlik haqqı) əsasən Borc Alan tərəfindən Borc Verənə ödənilməli olan haqq deməkdir.

“Podratçı” Azərbaycan Respublikasında təsis edilmiş və Azərbaycan Respublikasının qanunlarına əsasən fəaliyyət göstərən “AZVİRT” Məhdud Məsuliyyətli Cəmiyyəti (onun Serbiya Respublikasındakı filialı və ya Layihənin məqsədləri üçün yaradılmış hər hansı müəssisəsi də daxil olmaqla) deməkdir.

“Müqavilə” Podratçı və Subpodratçı arasında bağlanan hər hansı müqavilə deməkdir.

“Kredit Vəsaitləri” bu Kredit Sazişinin 4.2 Yarımbəndinə uyğun olaraq Kreditin tam məbləği və ya müəyyən hissəsinin Podratçıya ödənilməsi deməkdir.

“Kredit Vəsaitlərinin Verilməsi Tarixi” Borc Alana Kredit Vəsaitlərinin verilməsinin hər bir tarixi deməkdir.

“Kreditin Verilməsi üçün Ərizə (Ərizələr)” Qoşma 1 mətnində (Kreditin Verilməsi üçün Ərizənin forması) verilmiş formaya uyğun olmaqla tərtib edilən və Borc Alanın səlahiyyətli nümayəndəsi tərəfindən lazımi qaydada imzalanan kreditin verilməsi üçün ərizə deməkdir.

“Kredit Sazişinin Qüvvəyəminmə Tarixi” 3.1 Yarımbəndinə müvafiq olaraq bu Kredit Sazişinin qüvvəyə mindiyi tarix deməkdir.

“Avro”, “AVRO” və ya “ˆ” İştirakçı Üzv Dövlətlərin qanuni valyutası deməkdir.

“Öhdəliklərin Yerinə Yetirilməməsi Halı” 12 saylı Bənddə (Öhdəliklərin Yerinə Yetirilməməsi Halları və Öhdəliklərin Vaxtından Əvvəl İcrasının Tələb Edilməsi) verilmiş mənanı daşıyır.

“Maliyyə Borcu” hər hansı şəxsə münasibətdə, təkrarlanmalara yol verməmək şərti ilə (a) borc alınmış pul vəsaitləri üçün (o cümlədən, borcun əsas məbləği, faiz, haqq və başqa ödənişlər üzrə) həmin şəxsin bütün öhdəlikləri, (b) həmin şəxsin istiqrazlar, borc öhdəlikləri, notlar və ya digər bu kimi kağızlar ilə təsbit edilən bütün öhdəlikləri, (c) həmin şəxsin adına buraxılmış bütün cari akkreditivlərin məbləği və, təkrarlanmalara yol verməmək şərti ilə, həmin akkreditivlərə aid olan, ödənişə aid bütün yerinə yetirilməmiş qalan öhdəliklər, (d) hər hansı üçüncü tərəflərin öhdəliklərini müdafiə etmək üçün həmin şəxs tərəfindən verilən zəmanət və ya kompensasiyalar.

“Kreditin Qaytarılmasının Son Tarixi” Kredit Vəsaitlərinin verilməsinin ilk tarixindən 180 ay sonra gələn tarix deməkdir.

“Maliyyə Sənədləri” bu Kredit Sazişi və bu qisimdə Borc Alan və Borc Verən tərəfindən müəyyən edilən hər hansı digər sənəd deməkdir.

“Kreditin Qaytarılmasının İlk Tarixi” Kredit Vəsaitlərinin verilməsinin ilk tarixindən etibarən 36 ay sonra gələn tarix deməkdir.

“İcra Müqaviləsi” Serbiya Respublikasının Maliyyə Nazirliyi ilə Sifarişçi arasında Layihə ilə əlaqədar alınmış Kredit vəsaitlərinin istifadəsi daxil olmaqla Layihənin icrası ilə əlaqədar bağlanan müqavilə deməkdir.

“Faiz Ödənişi Tarixi” hər bir Kredit Verilməsi və ya Kreditə münasibətdə:

(a)               Kreditin Qaytarılmasının İlk Tarixinə qədər olan müddət ərzində, hər il 15 iyun və 15 dekabr tarixləri deməkdir, bu zaman, birinci belə Faiz Ödənişi Tarixi birinci Kreditin Verilməsi Tarixindən sonra ilk gələn 15 iyun və 15 dekabr tarixinə təsadüf edir, sonuncu Faiz Ödənişi Tarixi isə Kreditin Qaytarılmasının İlk Tarixinə təsadüf edir; və

(b)              Kreditin Qaytarılmasının İlk Tarixindən etibarən Kreditin Qaytarılmasının Son Tarixinə qədər olan dövr ərzində, hər hansı Kreditin Qaytarılması Tarixi, deməkdir.

“Faiz Dövrü” Kredit üzrə hər hansı Kredit Vəsaitlərinə münasibətdə, ilk Faiz Dövrünə münasibətdə, hər bir Kredit Vəsaitləri ilə əlaqədar olan Kredit Vəsaitlərinin Verilməsi Tarixindən etibarən (və həmin tarix də daxil olmaqla) birinci Faiz Ödənişi Tarixinə qədər (lakin həmin tarix xaric olmaqla) olan müddət, hər bir sonrakı Faiz Dövrü üçün isə, müvafiq Faiz Ödənişi Tarixindən etibarən (və həmin tarix də daxil olmaqla) növbəti Faiz Ödənişi Tarixinə qədər (lakin həmin tarix xaric olmaqla) olan müddət deməkdir, lakin, bu şərtlə ki:

(a)               Faiz Ödənişi Tarixi İş Günü olmayan bir tarixə təsadüf edərsə, müvafiq Faiz Dövr İş Günü olan növbəti gündə başa çatır;

(b)              Kreditin İstifadəsi Müddəti ərzində müvafiq Faiz Dövrünün sonuncu günü hər hansı Kredit Vəsaitləri verildikdən sonra gələn otuz (30) günə təsadüf edərsə, qeyd olunan Kredit Vəsaitlərinə münasibətdə Faiz Dövrü növbəti Faiz Dövrünün sonuncu günündə başa çatır; və

(c)               Heç bir halda heç bir Faiz Dövrü Kreditin Qaytarılmasının Son Tarixindən sonra başa çata bilməz.

Yuxarıda yazılanlara varmadan, Kreditin Qaytarılmasının İlk Tarixinə qədər olan sonuncu Faiz Dövrü elə qaydada qısaldılır ki, həmin Faiz Dövrünün sonuncu günü Kreditin Qaytarılmasının İlk Tarixinə təsadüf etsin.

“Faiz Dərəcəsi” illik (4)% deməkdir.

“Kredit” bu Kredit Sazişinə müvafiq olaraq verilən və ya veriləcək, Kredit Vəsaitlərindən ibarət olan və ya ibarət olacaq hər hansı kredit, və ya, kontekstdən asılı olaraq, vaxtaşırı olaraq, bu Kredit Sazişinə istinadən əsas kredit məbləğinin qaytarılmamış qalan hissəsi deməkdir.

“Kredit Sazişi” vaxtaşırı olaraq edilə bilən əlavə, dəyişiklik və düzəlişlər nəzərə alınmaqla, tərəflərin bu Sazişin predmetinə münasibətdə tam anlaşmalarını təsbit edən, bu saziş, habelə onun hər hansı qoşma, əlavə və cədvəlləri deməkdir.

“Ciddi Mənfi Təsir” Borc Verənin rəyinə əsasən aşağıda qeyd edilənlərə münasibətdə heç bir ciddi mənfi təsir deməkdir: (a) Serbiya Respublikasının siyasi və iqtisadi durumu; (b) Borc Alanın maliyyə durumu, aktivləri, fəaliyyət perspektivləri və ya kommersiya fəaliyyəti, (c) Borc Alanın tərəf olduğu hər hansı Maliyyə Sənədi üzrə öhdəlikləri icra etmək qabiliyyəti, və ya (d) hər hansı Maliyyə Sənədinin qanuniliyi, etibarlı olması və ya qüvvəsi.

“Serbiyanın Milli Bankı” Serbiya Respublikasının Milli Bankı haqqında qanununda nəzərdə tutulduğu kimi vəzifə və öhdəlikləri ilə birlikdə Serbiya Respublikasının mərkəzi bankı (Narodna banka Srbije) deməkdir (əlavə olunmuş və ya təkrar qeyd olunmuş “Serbiya Respublikasının Rəsmi Qəzeti”, N:72/2003, 55/2004 və 44/2010).

“Ödənilməmiş Məbləğ” hər hansı məqam üçün Kredit üzrə Borc Alana təqdim edilmiş, və geri ödənilməmiş məbləğ deməkdir.

“Tərəf” bu Kredit Sazişinin hər hansı tərəfi deməkdir.

“İştirakçı Üzv Dövlət” Avropa İttifaqının üzvü olan, İqtisadi və Pul Birliyinə aid Avropa İttifaqının qanunvericiliyinə müvafiq qaydada Avronu qanuni valyutası kimi qəbul etmiş hər hansı dövlət deməkdir.

“İşçi heyəti” işə alınmış, muzdla tutulmuş və ya müvəqqəti işə götürülmüş (ezam edilmiş) işçi heyəti deməkdir.

“Potensial Öhdəliklərin Yerinə Yetirilməməsi Halı” möhlət müddətinin bitməsi, bildiriş verilməsi, Maliyyə Sənədinə müvafiq olaraq hər hansı qərarın çıxarılması və ya yuxarıda qeyd edilənlərin birləşməsi nəticəsində Öhdəliklərin Yerinə Yetirilməməsi Halını yaradacaq hər hansı hal və ya hadisə deməkdir.

“Layihə” Serbiya Respublikasında E-763 avtomobil şosesinin Ljig-Boljkovci, Boljkovci - Takovo və Takovo - Preljina bölmələrinin tikintisi deməkdir.

“Dövlət Əmlakı” Serbiya Respublikasının əmlakı və Serbiyanın Milli Bankı və mərkəzi bankın funksiyalarını icra edən hər hansı digər təsisatın, yaxud valyutanın stabilləşdirilməsi fondunun və ya Serbiya Respublikası üçün bu kimi funksiyaları icra edən digər qurumun əmlakı deməkdir.

“Qaytarılması Tarixi” Kreditin qaytarılmalı olduğu iyirmi beş (25) ardıcıl altı aylıq tarixlər deməkdir, bu şərtlə ki, həmin tarixlərdən birinci Kreditin Qaytarılmasının İlk Tarixinə, sonuncusu isə Kreditin Qaytarılmasının Son Tarixinə təsadüf etməlidir (lakin, Kreditin Qaytarılması Tarixi İş Günü olmayan tarixə təsadüf edərsə, həmin Kreditin Qaytarılması Tarixi kimi bilavasitə növbəti İş Günü qəbul edilməlidir).

“Sanksiyalar” Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı tərəfindən qəbul edilmiş və ya tətbiq edilən hər hansı embarqo və ya sanksiyalar deməkdir.

“Serbiya Sub-podratçısı” Serbiya Respublikasında təsis olunmuş və ya Serbiya Respublikasının vətəndaşı olan Sub-podratçı deməkdir.

“Sub-podratçı” Layihə ilə əlaqədar olaraq Təchizatların təmin edilməsi üçün Podratçı ilə bilavasitə müqavilə bağlamış hər hansı şəxs deməkdir.

“Təchizatlar” təchizatı Kredit vəsaitlərindən istifadə etməklə maliyyələşdirilən Layihə ilə əlaqədar olaraq tələb olunan hər hansı avadanlıq, material, iş və istənilən xidmətlər deməkdir.

“Vergi(lər)” hər hansı cari və ya gələcək vergilər (hər hansı qəbildən olan və hər hansı ad ilə çağırılan) hər hansı növdən olan və hər hansı qaydada tətbiq edilən və yığılan, hər hansı hökumət və ya vergi orqanı tərəfindən qoyulan, hesablanan, tutulan, çıxılan, toplanan, tələb edilən, ödəniş mənbəyində götürülən və ya ödənilməsi tələb olunan hər hansı haqlar, maliyyə ayırmaları, gömrük və idxal rüsumları daxil olmaqla rüsumlar, baclar, xərclər, hesablamalar, əlavələr, məhdudiyyətlər, şərtlər və ya digər ödənişlər, habelə bunlara aid və bağlı olan bütün faiz, penya, cərimə və ya digər bu kimi ödənişlər deməkdir.

“Üçüncü Tərəflərin Hüquqları haqqında Qanun” “Müqavilələr Üçüncü Tərəflərin Hüquqları haqqında” 1999-cu il tarixli Qanun deməkdir.

“ƏDV” Serbiya Respublikasının Əlavə Dəyər Vergisi haqqında qanununda nəzərdə tutulduğu kimi Əlavə Dəyər Vergisi deməkdir (əlavə olunmuş və ya təkrar qeyd olunmuş “Serbiya Respublikasının Rəsmi Qəzeti”, N:84/2004, 61/2005 və 61/2007).

1.2. Təfsir

Mətndən fərqli məna irəli gəlmirsə, bu Kredit Sazişi mətnində:

1.2.1.      Borc Verən, Podratçı və ya hər hansı tərəfə istinadlar həmin şəxsin varislərini, icazə verilən müvəkkillərini və icazə verilən sedentlərini də əhatə edir;

1.2.2.      aktivlərə istinadlar cari və gələcək, hər hansı təsvirə cavab verən əmlakı, gəliri və hüquqları da əhatə edir;

1.2.3.      Maliyyə Sənədinə və ya hər hansı digər razılaşma və ya sənədə istinad, həmin Maliyyə Sənədi, digər razılaşma və ya sənədə edilən əlavə, dəyişiklik və düzəlişləri, onların novasiyasını, yeni redaksiyalarını və ya əlavə müddətlərini də əhatə edir;

1.2.4.      borc dedikdə pul vəsaitlərinin ödənilməsi və ya qaytarılması üçün hazırkı, gələcək, faktiki və ya şərti olan (əsas və ya əlavə borclu kimi) hər hansı öhdəlik nəzərdə tutulur;

1.2.5.      şəxs dedikdə hər hansı şəxs, firma, şirkət, korporasiya, hökumət, dövlət və ya dövlətin orqanı, yaxud da ki, hər hansı birlik, trest, birgə müəssisə, konsorsium, yaxud ortaqlıq deməkdir (deyilənlərin, ayrıca hüquqi şəxs statusuna malik olub-olmamalarına varmadan) və onun bir və ya bir neçə varis, müvəkkil, sedent, nümayəndə, əlavə nümayəndə və təmsilçiləri (hər hansı Tərəfə münasibətdə, hər hansı belə müvəkkil, sedent, nümayəndə, əlavə nümayəndə və təmsilçiləri icazə verilməsi şərti ilə) özündə əks etdirir;

1.2.6.      qayda dedikdə hər hansı hökumət, hökumətlərarası, beynəlxalq orqan, agentlik, departament, tənzimləyici, özünü tənzimləyən və ya digər qurum yaxud təşkilat tərəfindən qəbul olunan hər hansı qayda, əsasnamə, rəsmi direktiv, göstəriş və ya təlimat nəzərdə tutulur (bunların qanun qüvvəsinə malik olub-olmamasına varmadan);

1.2.7.      hər hansı qanun müddəasına istinad həmin müddəaya edilən əlavə, dəyişiklik və düzəlişləri, onun yeni redaksiyasını də əhatə edir;

1.2.8.      bənd və əlavələrin başlıqları yalnız istinadın rahatlığı məqsədi ilə istifadə olunmuşdur;

1.2.9.      mətndən fərqli məna irəli gəlmirsə, hər hansı digər Maliyyə Sənədində və ya hər hansı digər Maliyyə Sənədi ilə əlaqədar və ya bağlı olmaqla təqdim olunan hər hansı bildirişdə istifadə olunan ifadə həmin Maliyyə Sənədi və ya bildiriş ilə əlaqədar bu Kredit Sazişində verilmiş mənanı daşıyır; və

1.2.10.  Öhdəliklərin Yerinə Yetirilməməsi Halı istisna olmaqla, Potensial Öhdəliklərin Yerinə Yetirilməməsi Halı o halda davam edən sayılır ki, o, aradan qaldırılmasın və ya ondan imtina olunmasın, Öhdəliklərin Yerinə Yetirilməməsi Halı isə o halda davam edən sayılır ki, o, aradan qaldırılmasın və ya ondan imtina olunmasın.

1.3. Üçüncü Tərəflərin Hüquqları

1.3.1.      Maliyyə Sənədi ilə birbaşa olaraq fərqli qayda nəzərdə tutulmayıbsa, müvafiq Maliyyə Sənədinə tərəf olmayan heç bir şəxs Üçüncü Tərəflərin Hüquqları haqqında Qanuna əsasən bu Kredit Sazişinin hər hansı müddəasından faydalanmaq və ya bu Kredit Sazişinin hər hansı müddəasının icrasını tələb etmək hüququna malik deyildir.

1.3.2.      Hər hansı Maliyyə Sənədinin hər hansı müddəasına varmadan, müvafiq Maliyyə Sənədinin tərəfi olmayan heç bir şəxsin bu Kredit Sazişinə əlavə, dəyişiklik və ya düzəliş etmək üçün heç bir zamanda hər hansı razılığı və ya icazəsi tələb olunmur.

 

2. Kredit

 

2.1. Kreditin məqsədi; Kredit vəsaitinin istifadə olunması

2.1.1.      Bu Kredit Sazişində müəyyən edilmiş şərt və müddəalara müvafiq olaraq, Borc Alan Borc Verəndən pul vəsaitlərini kredit kimi götürməyi, Borc Verən isə, bu Kredit Sazişində verilmiş bəyanat və zəmanətlərə istinadən, Tikinti Müqaviləsinin maliyyələşdirilməsi məqsədi ilə Borcun 49%-dən az olmayan hissəsinin Serbiya Sub-podratçısından təchizatların alınması üçün sərf olunmaması şərtilə bu Kredit Sazişinin şərt və müddəalarına müvafiq olaraq üç yüz milyon Avroya (AVRO 300 000 000) qədər olan məbləğdə Krediti Borc Alana təqdim etməyə razılığını verir.

2.1.2.      Anlaşılmazlıqların aradan qaldırılması üçün, Borc Verən Tikinti Müqaviləsinin üç yüz milyon Avrodan (AVRO 300 000 000) artıq olan hər hansı hissəsini maliyyələşdirmək üçün əlavə vəsait təqdim etmək üzrə heç bir məsuliyyət daşımır və Tikinti Müqaviləsinin lazımi qaydada və vaxtlı-vaxtında həyata keçirilməsini təmin etmək üçün Borc Alan üç yüz milyon Avrodan (AVRO 300 000 000) artıq olan hər hansı məbləği maliyyələşdirməyi öz öhdəliyinə götürür.

2.1.3.      Tikinti Müqaviləsinin Qiymətinin üç yüz milyon Avrodan (AVRO 300 000 000) aşağı düşdüyü halda, Kredit Sazişi əsasında Borc Verən tərəfindən Borc Alana verilən Borcun məbləği Tikinti Müqaviləsinin Qiymətinin üç yüz milyon Avrodan (AVRO 300 000 000) aşağı olan məbləğdə azaldılmalıdır.

2.1.4.  Tərəflər bununla razılaşırlar ki, Kredit vəsaitləri Layihənin Podratçı və Sub-podratçı tərəfindən icrası və yerinə yetirilməsi ilə əlaqədar mal və xidmətlərin satılması və mal və xidmətlərin idxalı üzrə ƏDV-nin, gömrük rüsumu haqqı və digər idxal rüsumlarının, vergilərin və digər rüsumların ödənilməsi üçün istifadə olunmamalıdır.

2.1.5.     Tərəflər bununla razılaşırlar ki, Serbiya Respublikasında idxal əməliyyatlarına tətbiq olunan rüsum və digər toplama və ya xərclər Təchizatların Serbiya Respublikasına idxal edilməsinə tətbiq olunmamalıdır.

2.1.6.   Tərəflər bununla razılaşırlar ki, Podratçının işgüzar mənfəəti Serbiya Respublikasında mövcud vergi qanunlarına və Serbiya Respublikasında tətbiq olunan müvafiq beynəlxalq sazişlərə uyğun olaraq vergiyə cəlb olunmalıdır, və mənfəətin ölkədən köçürülməsi və Layihə ilə əlaqədar gəlirin ödənilməsi üzrə hər hansı digər ödəmələrlə bağlı Serbiya Respublikasında tətbiq oluna bilən hər hansı Vergilər Podratçıya tətbiq olunmamalıdır.

 

3. Sazişin qüvvəyə minməsi və ilkin şərtlər

 

3.1. Kredit Sazişinin Qüvvəyəminmə Tarixi

3.1.1. Kredit Sazişi onun qüvvəyə minməsi üçün tələb olunan Tərəflərin müvafiq daxili prosedurların başa çatdırılması haqqında bir-birinə məlumat verdiyi son xəbərdarlıqdan sonra qüvvəyə minir.

3.2. Birinci Kredit Vəsaitlərinə aid olan ilkin şərtlər

3.2.1. Kredit üzrə birinci Kredit Vəsaitləri Borc Verən aşağıda qeyd olunan sənədlərin hər birini, forma və məzmunca onun üçün məqbul olan qaydada alana qədər verilə bilməz:

(a)               Bu Kredit Sazişinin bütün tərəflərinin səlahiyyətli nümayəndələri tərəfindən bu Kredit Sazişinin lazımi qaydada imzalanmış dörd (4) əsli;

(b)               yalnız Kredit Sazişinin Serbiya Respublikasının Milli Assambleyası tərəfindən ratifikasiya və təsdiq edilməsindən sonra Tikinti Müqaviləsinin Sifarişçi ilə Podratçı arasında düzgün şəkildə bağlandığını təsdiq edən Serbiya Respublikasının Maliyyə Nazirliyi (ictimai təchizat məsələlərinə görə məsuliyyət daşıyan nazirlik kimi çıxış edərək) tərəfindən verilmiş məktub;

(c)                Tikinti Müqaviləsinin, habelə, müvafiq hallarda, ona hər hansı əlavə və dəyişikliklərin Sifarişçi və Podratçı tərəfindən imzalanmış nüsxəsinin Təsdiq Edilmiş Surəti;

(d)               Borc Verən üçün məqbul formada olması şərti ilə, Tikinti Müqaviləsinin qüvvəyə minmiş olması və İşlərin Başlanması Tarixinin baş verməsinə dair Sifarişçi və Podratçının təsdiqi;

(e)                4.2 yarımbəndində qeyd olunan sənədlərin, habelə bu Kredit Sazişində qeyd olunan, Podratçı tərəfindən təqdim edilməli olan digər sənəd və sertifikatların Podratçının adından və onun üçün imzalanması məqsədi ilə müvafiq səlahiyyətli şəxslərə verilmiş etibarnamələr və imza nümunələri;

(f)                 (i) bu Kredit Sazişi və Kredit Sazişinin layihəsinə müvafiq olaraq Borc Alan tərəfindən borcun alınmasını birbaşa olaraq təsdiq edən, (ii) Serbiya Respublikasının Maliyyə Nazirliyi və ya Serbiya Respublikası adından hər hansı bir şəxsə bu Kredit Sazişini imzalamaq üçün birbaşa olaraq səlahiyyət verən Serbiya Respublikasının müvafiq Orqanı tərəfindən lazımi qaydada hazırlanmış Serbiya Respublikası Hökuməti qərarının və ya hər hansı digər sənədin Təsdiq Edilmiş Surəti;

(g)               Serbiya Respublikasının Milli Assambleyasının bu Kredit Sazişini “beynəlxalq müqavilə” kimi təsdiq və ratifikasiya edən qanun qəbul etməsinin sübutu (bu cür qanunun Serbiya Respublikasının Prezidenti tərəfindən imzalanmaqla dərcə yönəldilməsini təsdiq edən sübutla birlikdə) və Serbiya Respublikasının Rəsmi qəzetində çap olunmalıdır;

(h) Kredit Sazişinin Serbiya Respublikasının Milli Bankında qeydiyyata alınmasının sübutu;

(i) Borc Alanın daxili sənədləri formasında olmaqla, aşağıda qeyd edilənlərə dair sübut:

(i) Borc Alanın tərəf olduğu Maliyyə Sənədlərini Borc Alanın adından imzalamaq üçün səlahiyyət almış müvafiq şəxs və ya şəxslər;

(ii) Borc Alanın tərəf olduğu Maliyyə Sənədlərinin müddəalarına müvafiq qaydada Borc Alan tərəfindən imzalanmalı və / və ya təqdim edilməli olan bütün sənəd və bildirişlərin Təsdiq olunmuş surətlərinin çıxarılması, o cümlədən Kreditin Verilməsi üçün Ərizəni Borc Alanın adından imzalamaq və / və ya təqdim etmək üçün səlahiyyət almış müvafiq şəxs və ya şəxslər; və

(iii) 4.2 Bəndində qeyd olunan sənədləri Borc Alanın adından imzalamaq üçün səlahiyyət almış müvafiq şəxs və ya şəxslər.

(j) Yuxanda (i) yarımbəndində qeyd olunan hər bir şəxsin imzasının təsdiq edilmiş nümunəsini daşıyan sənədin əslinin alınması;

(k) Serbiya Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Borc Verən üçün məqbul forma və məzmunda olan bu Kredit Sazişi ilə əlaqədar ingilis dilində tərtib edilmiş və Borc Verənə ünvanlanan hüquqi rəyin əsli;

(l) Forma və məzmunca Borc Verən üçün məqbul olmaq şərti ilə, Kredit Sazişi ilə əlaqədar Serbiya hüququna aid məsələlər üzrə Borc Verənin hüquq məsləhətçisi olan Karanovic & Nikolic o.a.d. Belqrad, Serbiya tərəfindən verilmiş hüquqi rəy;

(m) Maliyyə Sənədlərinin bağlanması və icrası ilə əlaqədar Borc Verənin zəruri hesab etdiyi hər hansı digər İcazə və ya digər sənəd, rəy yaxud təminat;

(n) Yarımbənd 14.1-ə müvafiq olaraq xərc və məsrəflərin (mövcud olduğu halda) ödənilməsi;

(o) Müqavilədə iştirak edən tərəflərin müvafiq qaydada yerinə yetirdikləri İcra Müqaviləsinin Təsdiq olunmuş Surəti.

 

3.3. İkinci dəfə Kreditin verilməsinə aid ilkin şərtlər

3.3.1. Kredit üzrə ikinci vəsait Kredit Sazişi üzrə müvafiq məlumatların Serbiya Respublikasının Maliyyə Nazirliyinin Dövlət Borcları İdarəsi tərəfindən saxlanılan Dövlət borcları haqqında qeydlərə daxil edilməsini sübut edən dəlillər Borc Verənə təqdim olunduqdan sonra verilə bilər.

3.4. Bütün Kredit Vəsaitlərinə aid olan ilkin şərtlər

3.4.1. Borc Verən aşağıda qeyd olunan ilkin şərtlərin həm Kreditin Verilməsi üçün Ərizənin, həmçinin də müvafiq Kredit Vəsaitləri tarixində Borc Verəni qane edən tərzdə yerinə yetirilməsinə əmin olana qədər, Kredit üzrə heç bir Kredit Vəsaitləri (birinci vəsait daxil olmaqla və birinci Vəsaitin verilməsi məqsədilə aşağıda (i) bəndində verilən şərtlər istisna olmaqla) Borc Alana təqdim oluna bilməz:

(a)               Bu Sazişinin 13-cü Bəndinə (Öhdəlik haqqı) uyğun qaydada ödənilməli olan Öhdəlik haqqı üzrə Borc Verən qarşısında hər hansı borcun qalmaması;

(b)              4.2 Yanmbəndində qeyd olunan sənədlərin Borc Verəni qane edən qaydada alınması;

(c)               Öhdəliklərin Yerinə Yetirilməməsi Halı və ya Potensial Öhdəliklərin Yerinə Yetirilməməsi Halının baş verib davam etməməsi və ya müvafiq Kredit Vəsaitlərinin nəticəsi olaraq baş verə biləcəyi ehtimalının olmaması;

(d)              Heç bir Ciddi Mənfi Təsirin olmaması;

(e)               Borc Alan tərəfindən bu Kredit Sazişində verilmiş bəyanat və zəmanətlərin doğru və düzgün olması;

(f)                Müvafiq Kredit Vəsaitlərinin Podratçının hesabına köçürülməsinə mane ola bilən, bunu yubada və ya bu işə digər surətdə mənfi təsir göstərə bilən hər hansı hal və ya hadisənin olmaması;

(g)              Bütün Maliyyə Sənədlərinin tam qüvvədə və etibarlı olması və heç bir Maliyyə Sənədinin dayandırılmaması, xitam verilməməsi və ləğv edilməməsi;

(h)              Tikinti Müqaviləsinin dayandırılmış, hər hansı əhəmiyyətli dərəcədə dəyişdirilmiş (Borc Verən ilə Borc Alanın razılığı alındığı hallar istisna olmaqla), ləğv edilmiş, xətm olunmuş və ya sona yetirilmiş olmaması, Tikinti Müqaviləsi ilə əlaqədar Sifarişçi ilə Podratçı və ya hər hansı üçüncü şəxs arasında hər hansı arbitraj araşdırması, məhkəmə prosesi və ya mübahisənin olmaması;

(p) Borc Alanın Tikinti Müqaviləsinin Qiymətinin üç yüz milyon Avrodan (AVRO 300 000 000) artıq olan hissəsini maliyyələşdirmək üçün tələb olunan vəsaitə malik olmasını təsdiqləyən Borc Verəni qane edən şəkildə və məzmunda dəlilin olması;

(i) Serbiya Respublikasında Tikinti Müqaviləsinin Serbiya qanunvericiliyinə uyğun olaraq yerinə yetirilməsi və pulun köçürülməsi, habelə özünün Serbiya Respublikasındakı bank hesabına vəsaitlərin alınması və hesablardan vəsaitlərin köçürülməsi və belə bank hesablarından xaricə ödənişlərin yerinə yetirilməsi üçün Podratçıdan tələb olunan bütün İcazələr (anlaşılmazlıqların aradan qaldırılması məqsədilə hər hansı tikinti lisenziyaları və İşçi heyəti üçün fərdi icazələr daxil olmaqla) Serbiya qanunvericiliyinə uyğun olaraq müvafiq qaydada alınmış, düzəliş edilməmiş və ya ləğv edilməmiş və tam şəkildə etibarlılığını saxlamaqdadır.

(j) Yuxandakı 3.2 və 3.3 Yarımbəndlərinə müvafiq qaydada Borc Alan tərəfindən təqdim edilmiş sənədlərdən irəli gələn və ya bunlar ilə bağlı olan hər hansı məsələ, hüquqi məqam və / və ya digər sualların aydınlaşdırılması, əsaslandırılması, yoxlanılması və ya digər qaydada dəqiqləşdirilməsi məqsədi ilə Borc Verən tərəfindən əsaslı olaraq Borc Alandan tələb olunan digər müvafiq məlumat, sənəd və / və ya sertifikatların alınması.

3.5. 3-cü Bənddə sadalanan və ingilis dilində olmayan bütün sənədlər (İlkin Qüvvədəolma və Şərtlər) 18.6-cı Yarımbənddə qeyd olunan müddəalara müvafiq olaraq ingilis dilində tərcüməsi ilə təqdim olunmalıdır.

 

4. Kreditin istifadəsi və verilməsi

 

4.1.            Kredit Kreditin İstifadə Müddəti ərzində istifadə oluna bilər və Kredit, 3-cü Bənddə (Sazişin qüvvəyə minməsi və ilkin şərtlər) qeyd olunan ilkin şərtlərin Borc Verəni tam qane edən tərzdə yerinə yetirilməsi şərti ilə, təqdim olunur.

4.2.            Borc Alan geri götürülə bilməyən qaydada Borc Verənə Borc Alanın adından və Borc Alan üçün olmaqla Tikinti Müqaviləsinə əsasən Sifarişçi tərəfindən Podratçıya ödənilməli olan hər hansı məbləği müvafiq mal və / və ya xidmətlərə münasibətdə Borc Alan tərəfindən aşağıda qeyd olunan sənədlərin alınması şərti ilə on (10) İş Günü ərzində Podratçıya ödəmək üçün göstərişini təqdim edir, bu şərtlə ki, qeyd edilən sənədlər müvafiq formalara uyğun olmaları şərti ilə Borc Verən tərəfindən qəbul edilmiş olsun:

4.2.1.      Podratçı tərəfindən verilmiş və Sifarişçinin səlahiyyətli nümayəndəsi tərəfindən lazımi qaydada təsdiq edilmiş kommersiya hesab-fakturasının (hesab-fakturalarının) surəti;

4.2.2.      1 saylı Qoşmada (Kreditin Verilməsi üçün Ərizə) verilmiş formaya uyğun olmaqla hazırlanmış və Borc Alanın səlahiyyətli nümayəndəsi tərəfindən lazımi qaydada imzalanmış Kreditin Verilməsi üçün Ərizə; və

4.2.3.      Tikinti Müqaviləsinin şərtlərinə əsasən sonradan Borc Alan, Borc Verən, Sifarişçi və Podratçı arasında razılaşdırılacaq digər sənədlər.

 

4.3. 4.2 Yarımbəndinə əsasən verilən göstəriş Borc Alan və Borc Verənin yazılı icazəsi
olmadan geri götürülə və ya dəyişdirilə bilməz.

4.4.            Hər bir Kredit Vəsaitlərinin məbləği Podratçının yazılı şəkildə Borc Verənə və Borc Alana bildirdiyi Podratçının bank hesabına köçürülür. Bu məqsədlə Podratçı ya “AZVIRT” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabını və ya onun Serbiya Respublikasındakı filialının bank hesabını təyin edə bilər. Podratçının pulu alacağı valyuta - Avrodur.

4.5.            4.2 Yarımbəndinə müvafiq qaydada ödəniş Podratçıya verildikdə, bütün məqsədlərə münasibətdə hesab olunur ki, həmin ödənişin məbləğində olan Kredit Vəsaitləri kredit olaraq Borc Verən tərəfindən Borc Alana təqdim olunmuş, və borc kimi Borc Alan tərəfindən Borc Verəndən alınmışdır.

4.6.            Hər dəfə Kredit Vəsaitləri verilərkən, Borc Verən Kredit Vəsaitlərinin məbləği və verildiyi tarix barəsində Borc Alana məlumat verir. 3-cü Bənddə (İlkin Qüvvədəolma və Şərtlər) qeyd olunan şərtləri yerinə yetirilmədikdə, hər hansı Kredit Vəsaitləri verilmir.

4.7.            Sonuncu Kredit Vəsaitləri üzrə ödəniş istisna olmaqla, Borc Verən beş yüz min Avrodan (500,000 AVRO) az olan məbləğdə hər hansı Kredit Vəsaitlərini verməmək hüququnu özündə saxlayır.

4.8.            Kredit Vəsaitlərindən yalnız Kreditin İstifadəsi Müddəti ərzində istifadə oluna bilər.

4.9.            Kredit vəsaitlərinin İstifadəsi Müddəti başa çatdıqdan sonra, Borc Verən ümumi ödənişlər cədvəlini Borc Alana verir.

4.10.        4.2 Yarımbəndində qeyd olunan sənədlərin təhlilinə dair Borc Verənin yeganə vəzifəsi həmin sənədlərin ümumilikdə bu Kredit Sazişinin 4.2 Yarımbəndində qeyd olunan şərt və müddəalara uyğun gəlməsini yoxlayıb təsdiq etməkdən ibarət olur. “Ümumilikdə uyğun gələn” ifadəsi Beynəlxalq Ticarət Palatasının Sənədli Kreditlər üzrə Vahid Qayda və Şərtlərin 2007-ci il redaksiyasında həmin ifadə üçün verilmiş mənanı kəsb edir (BTP-nin 600 saylı nəşri). Borc Verən nə Podratçı tərəfindən təqdim olunan sənədlərin Tikinti Müqaviləsinə uyğun gəlməsini yəqin etmək üçün, nə də ki, Borc Verən Tikinti Müqaviləsində qeyd olunan ödəniş şərtlərinə əməl etmək üçün hər hansı öhdəlik daşımır.

 

5. Əsas məbləğin ödənilməsi

 

5.1. Borc Alan Borc Verən qarşısında Kreditin əsas məbləğini sərbəst surətdə köçürülə bilən Avro ilə iyirmi beş (25) bərabər ardıcıl altı aylıq hissələr ilə qaytarmaq öhdəliyini öz üzərinə götürür. Birinci belə ödəniş Kreditin Qaytarılmasının İlk Tarixində, növbəti iyirmi dörd (24) hissə isə növbəti iyirmi dörd (24) Kreditin Qaytarılması Tarixlərində ödənilir. Hər hansı anlaşılmazlıqların aradan qaldırılması məqsədi ilə, Tərəflər razılaşırlar ki, heç bir təqdirdə Kreditin əsas məbləğinin qaytarılması Kredit Qaytarılmasının Son Tarixindən sonraya təsadüf edə bilməz.

5.2.            Kreditin əsas məbləği Kreditin Qaytarılması Tarixindən əvvəl (i) Kreditin verilmə müddətinin son günündə; və ya (ii) Son Ödəmə Tarixində ödənildikdə, bu cür ödəmələr edildiyi tarixdən əvvəl ödənilmiş Kredit Vəsaitlərin məbləğinə bərabər şəkildə həyata keçirilməlidir.

5.3.            (i) Kreditin verilmə müddətinin son günündən; və ya (ii) Son Ödəmə Tarixindən əvvəl on (10) iş günü ərzində Borc Verən hər ödəmə tarixində ona ödənilməli olan məbləğləri əks etdirən Borcun Qaytarılması planı cədvəlini göndərməlidir.

 

6. Kreditin vaxtından əvvəl ödənilməsi

 

6.1. Kreditin məcburi olaraq vaxtından əvvəl ödənilməsi

6.1.1. Qeyri-qanunilik

Tərəflər başqa cür razılaşmadığı təqdirdə, Hüquqda Dəyişikliyin nəticəsi olaraq, Borc Verənin bu Sazişə tərəf olması və ya Krediti maliyyələşdirməsi qeyri-qanuni və ya qeyri-mümkün olarsa, Borc Alan bu Kredit Sazişinə əsasən bütün məbləğləri Borc Verənə qaytarmalı və ödəməlidir.

6.1.2. Tikinti Müqaviləsi

Tikinti Müqaviləsi hər hansı səbəbdən təxirə salınar, vaxtından qabaq ləğv edilər və ya xətm olunarsa, Borc Alan bu barədə Borc Verənə məlumat verməli və Tərəflər arasında başqa cür razılaşdırıldığı təqdirdə, Ödənilməmiş Məbləği, habelə hər hansı hesablanmış faizi və bu Kredit Sazişinə əsasən ödənilməli olan məsrəfləri toplanmış faiz və digər məbləğlərlə birlikdə vicdanlı məsləhətləşmələrdən sonra Borc Verənə qaytarmalı və ödəməlidir.

6.1.3. Tikinti Müqaviləsinin Qiymətinin azaldılması

Tikinti Müqaviləsinin Qiyməti azaldılarsa və Ödənilməmiş Məbləğ azaldılmış Tikinti Müqaviləsinin Qiymətindən artıq olarsa, Borc Alan bu barədə Borc Verənə məlumat verməli, azalmanın həddini qeyd etməli və Borc Verənin tələbi üzrə azaldılmış Tikinti Müqaviləsinin Qiymətindən artıq olan Ödənilməmiş Məbləğin bir hissəsini Borc Verənə ödəməlidir.

 

6.2.      Kreditin könüllü olaraq vaxtından əvvəl qaytarılması

6.2.1.      Kreditin İstifadəsi Müddəti ərzində kredit üzrə hər hansı vəsaitlər könüllü olaraq vaxtından əvvəl qaytarıla bilməz.

6.2.2.      Borc Alan Ödənilməmiş Məbləği bütövlükdə və ya hər hansı hissədə qaytarmaq istəyində olduqda, aşağıda qeyd olunan şərtlər tətbiq olunur:

 

(a)               Kreditin vaxtından əvvəl ödənilməsi yalnız Kreditin Qaytarılması Tarixində aparıla bilər və bu zaman ödəniş məbləği azı beş milyon Avro (5,000,000 AVRO) (və ya, daha az olduğu halda, Ödənilməmiş Məbləğ) olmalıdır.

(b)               vəsaitlərin vaxtından əvvəl ödəniləcəyi tarixə azı otuz (30) gün qalmış Borc Alan vəsaitləri vaxtından əvvəl ödəmək niyyəti barəsində Borc Verənə yazılı bildiriş təqdim etməlidir. Tərəflər başqa cür razılaşmayıblarsa, bu cür bildiriş geriyə götürülə (ləğv edilə) bilməz.

6.2.3. Bu qaydada, vaxtından əvvəl ödənilən hər hansı məbləğlər əsas məbləğin müvafiq hissələrinin ödənilməsi və qaytarılması üçün müəyyən edilmiş ödəniş cədvəlinə əsasən ən birinci tarixdən başlayaraq borcun əsas məbləğinin bağlanması üçün istifadə olunur. Vaxtından əvvəl qaytarılmış heç bir məbləğ yenidən borc olaraq götürülə bilməz.

 

7. Faiz

 

7.1.            Hər bir Faiz Ödənişi Tarixində Borc Alan Faiz Dərəcəsinə əsasən Kreditin qaytarılmamış qalan əsas məbləğinə Borc Verən tərəfindən hesablanmış Faizi Avro ilə Borc Verənə ödəyir.

7.2.            Faiz gündəlik, ildə 365 günün olması fərziyyəsi ilə, keçmiş günlərin faktiki sayına uyğun olaraq hesablanır. Faiz, Faiz Dövrünün birinci günündən (həmin gün də daxil olmaqla) həmin Faiz Dövrünün son gününə qədər olan dövr üçün (lakin həmin sonuncu gün istisna olmaqla) hesablanır.

7.3.            Hər bir Faiz Ödənişi Tarixinə azı otuz (30) gün qalmış Borc Verən həmin Faiz Ödənişi Tarixindən ödənilməli olan Faizin təfərrüatları barəsində bildirişi Borc Alana təqdim edir, bu şərtlə ki, belə bildirişin verilməməsi Borc Alanı bu Kredit Sazişinə uyğun qaydada hesablanmış faizi müvafiq tarixdə Borc Verənə ödəmək vəzifəsindən azad etməmiş olsun.

 

8. Ödənişlər

 

8.1.            Hər hansı Maliyyə Sənədinə əsasən Borc Alan tərəfindən aparılmalı olan bütün ödənişlər əvəzləşdirmə və ya hər hansı əks tələb olmadan, hər hansı çıxma və ya tutma tətbiq edilmədən, AVRO ilə Borc Verənin Borc Alana bildiriş vasitəsi ilə bildirdiyi bank hesabına ödənilməlidir.

8.2.            Bu Kredit Sazişinə əsasən Borc Alan tərəfindən aparılan bütün ödənişlər elə qaydada aparılmalıdır ki, vəsaitlər ödəniş tarixində Bakıda 18:00-dan tez olaraq (yerli vaxtla) alanın sərəncamına keçmiş olsun.

8.3.            Bu Sazişin və ona aid olan sənədlərin imzalanması / və ya icrası və / və ya bu Saziş və ona aid olan sənədlər ilə əlaqədar Serbiya Respublikasında ödənilməli olan bütün Vergilər və digər Vergi məbləğləri (o cümlədən, müvafiq hallarda, qeydiyyat rüsumları və vergiləri) Borc Alan tərəfindən ödənilməlidir. Hər hansı zamanda Maliyyə Sənədlərinə əsasən Borc Verənin xeyrinə olaraq ödənişin mənbəyi olan dövlətin və ya vergi qanunvericiliyi Borc Alana şamil edilən dövlətin hər hansı tətbiq edilən qanunu, qaydası və ya məcburi təlimatı ilə, yaxud hər hansı hökumət orqanı, maliyyə qurumu və ya mərkəzi bank təşkilatı tərəfindən Borc Alandan Maliyyə Sənədlərinə istinadən Borc Verənin xeyrinə aparılan ödənişlərdən ödəmə mənbəyində hər hansı vəsaitləri tutmaq və ya çıxmaq tələb edildikdə, həmin ödəniş ilə əlaqədar Borc Alan tərəfindən ödəniləcək məbləğ bu qədər artırılmalıdır ki, müvafiq olaraq ödəniş mənbəyində lazımi məbləğ tutulduqdan və ya çıxıldıqdan sonra, Borc Verən həmin ödənişin müvafiq tarixində (hər hansı tutma və ya çıxma ilə bağlı öhdəliklər ilə yüklü edilməmək şərti ilə) hər hansı belə qeyd olunan çıxma və ya tutmanın tətbiq olunmaması halında Borc Alandan alacağı məbləğə bərabər bir xalis məbləği almış olsun.

8.4.            Maliyyə Sənədlərinə əsasən hər hansı ödəniş İş Günü olmayan bir günə təsadüf edərsə, müvafiq ödənişin tarixi bilavasitə növbəti İş Günü hesab olunur, lakin, belə bilavasitə növbəti İş Günü artıq növbəti ayda olarsa, ödəniş bilavasitə əvvəlki İş Günündə aparılmalıdır.

8.5.            Borc Verən tərəfindən alınmış ödəniş Maliyyə Sənədlərinə Borc Verənə çatası və ya ödənilməli olmalı bütün məbləğləri bağlamaq üçün kifayət etmirsə, Borc Verən həmin ödənişi Maliyyə Sənədlərinə istinadən Borc Alanın öhdəliklərinin icrasına aşağıda qeyd olunan ardıcıllıq ilə istifadə edir:

 

8.5.1.      digərləri ilə bərabər, bu Kredit Sazişi üzrə Borc Verənlər tərəfindən özünün hüquqlarının müdafiəsi ilə əlaqədar çəkilmiş bütün əsaslı xərc, məsrəf və ödənişlərin ödənilməsi və bağlanması üçün;

8.5.2.      müvafiq olaraq bu Kredit Sazişinin 13-cü Bəndinə (Öhdəlik haqqı) müvafiq olaraq Öhdəlik Haqqının ödənilməsi və bağlanması üçün;

8.5.3.      9-cu Bəndə (Öhdəliklərin yerinə yetirilməməsi halları üçün faiz; təzminatlar) uyğun olaraq hesablanmış faizin və təzminatların ödənilməsi və bağlanması üçün;

8.5.4.      Faiz Dərəcəsi ilə faizin ödənilməsi və bağlanması üçün;

8.5.5.      Kreditin əsas məbləğinin qaytarılması və ödənilməsi üçün.

8.6. Maliyyə Sənədlərinə əsasən Borc Alan tərəfindən aparılmalı olan bütün ödənişlər hər hansı əvəzləşdirmə və ya əks tələb olmadan, və hər hansı çıxma yaxud tutma tətbiq edilmədən və bunlardan azad surətdə, hesablanır və aparılır.

 

9. Öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı faiz; Təzminatlar

 

9.1. Öhdəliklərin İcrasının Yubadılması Faizi

Bu Kredit Sazişinin şərtlərinə əsasən ödənilməli olan hər hansı məbləğ ödəniş üçün müəyyən olunmuş tarixdə ödənilməzsə, həmin məbləğin borc təşkil etdiyi müddət üçün, Borc Alan Faiz Dərəcəsinin üzərinə əlavə olaraq 2 (iki) faiz gəldikdən sonra alınan illik faiz ilə əlavə faizi Borc Verənə ödəməlidir (“Öhdəliklərin İcrasının Yubadılması Faizi”). Qeyd olunan Öhdəliklərin İcrasının Yubadılması Faizi gündəlik olaraq hesablanır, hər hansı növdən olan bildiriş və ya tələbə ehtiyac olmadan ödəniş üçün müəyyən olunmuş müvafiq tarixdən etibarən həmin borc məbləğinin faktiki olaraq Borc Verən tərəfindən alındığı tarixə qədər olan müddət üçün ödənilir. Ödənilməli olan faizin dərəcəsi və bu Bəndə əsasən hesablamanın aparılması qaydasına aid olan və Borc Verən tərəfindən tərtib edilmiş sertifikat, aşkar səhvlər olmadığı təqdirdə, Borc Alana münasibətdə məcburi qüvvə daşıyır.

9.2. Vergilər üzrə təzminat

Borc Alan Borc Verəni və onun hər bir icraçı orqanını (hər biri – “Təzminat alan şəxs”) bu Kredit Sazişi və ya hər hansı digər Maliyyə Sənədi ilə əlaqədar Təzminat alan şəxs tərəfindən Serbiya Respublikasında ödənilməli olan bütün Vergilər üzrə bütün zamanlarda tam məbləğdə olmaq şərti ilə bütün məsuliyyətdən qoruyur, müdafiə edir və belə məsuliyyəti ödəyir, yaxud da ki, ödənilməsini təmin edir (və, Borc Verənin tələbinə əsasən, müvafiq ödənişlərin və öhdəliklərin icrasının sübutlarını Borc Verənə təqdim edir.

9.3. Qeydiyyat vergiləri

Tələb tarixindən etibarən üç (3) İş Günü ərzində, Borc Alan Borc Verənin hər hansı Maliyyə Sənədi ilə əlaqədar Serbiya Respublikasında çəkdiyi hər hansı qeydiyyat rüsumu, vergisi və ya digər bu kimi Vergilər ilə bağlı olan hər hansı xərc, məsrəf və məsuliyyətdən qoruyur, müdafiə edir və müvafiq təzminatı ödəyir.

9.4. Öhdəliklərin yerinə yetirilməməsi halı üzrə təzminat

9.4.1. Borc Alan razılaşır ki, hər hansı zamanda, bu Bənddə və ya digər qaydada qeyd olunan hər hansı hal və ya şəraitin baş verməsi səbəbindən hər hansı Təzminat alan şəxsin, vergilər çıxılmaqla, təkbaşına və ya digərləri ilə birlikdə, aşağıda qeyd edilənlərin nəticəsi olaraq və ya bunlar ilə bağlı olmaqla, hər hansı formada olmaqla, Təzminat alan şəxsdən ödənilməsi və ya kompensasiya olunması tələb edilən yaxud da ki, çıxarılan müvafiq qərara uyğun olaraq istənilən hər hansı və bütün iddia, tələb, zərər, ziyan, məsuliyyət, xərc, məsrəf və məhkəmə yaxud arbitraj ödənişlərindən (ümumilikdə - “Zərər”) həmin Təzminat alan şəxsi qoruyur, müdafiə edir və tam məbləğdə olmaq şərti ilə müvafiq təzminatı ödəyir:

(a)               Hər hansı Öhdəliklərin Yerinə Yetirilməməsi Halının baş verməsi;

(b)               Hər hansı belə öhdəliklərin yerinə yetirilməməsi halı baş verdikdən sonra, müvafiq Təzminat alan şəxs tərəfindən hər hansı Maliyyə Sənədi üzrə özünün hər hansı hüquq və ya hüquqi müdafiə vasitələrindən istifadə olunması;

(c)                Maliyyə Sənədləri, və ya Maliyyə Sənədləri ilə nəzərdə tutulan hər hansı əqd, yaxud da ki, bunların hər hansı biri, və ya Kredit üzrə vəsaitlərin istifadəsi yaxud da ki, nəzərdə tutulan istifadəsi ilə əlaqədar hər hansı iddianın, təhqiqatın, məhkəmə prosesi və ya arbitraj araşdırmasının qaldırılması yaxud başlanması, yaxud da ki, bunlar ilə əlaqədar hazırlıq işlərinin aparılması.

9.5. Borc Alan tərəfindən təzminata aid ödənişlər

Bu Sazişin təzminatlara və ödəniş öhdəliklərinə aid müddəalarına (o cümlədən, lakin yalnız bununla məhdudlaşmadan, 9-cu Bəndin (Öhdəliklərin İcrasının Yubadılması Faizi; təzminatlar) müddəalarına, əsasən Borc Alan tərəfindən Borc Verənə və ya digər Təzminat alan şəxslərə ödənilməli olan pul vəsaitləri Borc Verən (və ya digər Təzminat alan şəxs) tərəfindən irəli sürülən birinci yazılı tələbə əsasən on (10) İş Günü ərzində, tələb tarixindən etibarən Borc Alan tərəfindən müvafiq vəsaitlərin Borc Verənə (və ya digər Təzminat alan şəxsə) ödənildiyi tarixə qədər olan müddət üçün (həm müvafiq qərar çıxarıldığı tarixə qədər, həmçinin də həmin tarixdən sonra gələn dövrlər daxil olmaqla) Faiz Dərəcəsi ilə hesablanan faiz ilə birlikdə ödənilir.

9.6. Davam edən təzminat

Bu Kredit Sazişində (o cümlədən, lakin yalnız deyilənlər ilə məhdudlaşmadan, bu 9.6 Bəndində) Təzminat alan şəxslərin xeyrinə olaraq verilmiş təzminatlar, (a) bu Kredit Sazişinin hər hansı səbəbdən ləğv edilməsinə, (b) Borc Alanın və ya hər hansı Təzminat alan şəxsin kommersiya fəaliyyətinin xitam olunması, bağlanması və ya təşkilatı-hüquqi formasını dəyişməsinə, və ya (c) yuxarıda qeyd edilənlərə bənzər olub-olmamasına varmadan, hər hansı növdən olan hər hansı digər fakt, hadisə və ya şəraitdən asılı olmayaraq, özlərinin şərtlərinə uyğun olaraq və müvafiq qaydada tam qüvvədə qalır və etibarlı olurlar.

 

10. Bəyanat və zəmanətlər

 

10.1. Bu Sazişin, eləcə də Kredit Sazişinin qüvvəyə minmə tarixi üçün (aşağıda verilən Yarımbənd 10.1.2 (ii) və 10.1.12-də qeyd olunan bəyanat və zəmanətlər istisna olmaqla, belə ki, onlar Kredit Sazişinin Qüvvəyəminmə Tarixində verilmişdir və aşağıda verilən Yarımbənd 10.1.9-dan 10.1.12-yə qədər qeyd olunan bəyanat və zəmanətlər istisna olmaqla, belə ki, onlar ilk Kredit Vəsaitinin Verilmə Tarixində verilmişdir), Borc Alan bəyan edib zəmanət verir ki:

10.1.1.  Borc Alan bu Kredit Sazişini və digər Maliyyə Sənədlərini, habelə bu Kredit Sazişi və digər Maliyyə Sənədləri ilə bağlı olaraq imzalanması və təsdiq edilməsi tələb olunan və ya nəzərdə tutulan bütün digər sənədləri imzalamaq, təsdiq etmək və icra eləmək üçün, o cümlədən də, AVRODA Kredit almaq, Kredit Sazişi, digər Maliyyə Sənədləri və / və ya Kredit Sazişi və digər Maliyyə Sənədləri ilə əlaqədar olan və ya Kredit Sazişi və digər Maliyyə Sənədlərində istinad edilən hər hansı digər sənədlərə əsasən ödənişləri AVRO ilə aparmaq üçün tam qanuni Səlahiyyətlərə malikdir, və yuxarıda qeyd edilən məqsəd ilə bütün müvafiq rəsmi orqanlardan bütün zəruri İcazələri almışdır;

10.1.2.  (i) ona Maliyyə Sənədlərini qanuni surətdə bağlamaq, imzalamaq, Maliyyə Sənədləri ilə nəzərdə tutulan hüquqlardan istifadə etmək və müvafiq olaraq qəbul edilən öhdəliklərə riayət eləmək və onları yerinə yetirmək üçün imkan yaratmaq, (ii) həmin Maliyyə Sənədləri ilə müəyyən edilmiş öhdəliklərin qanuni, etibarlı, məcburi və mütləq qaydada icra edilə bilən olmasını təmin etmək, və (iii) Maliyyə Sənədlərinin Serbiya Respublikasında və ya hər hansı digər müvafiq yurisdiksiyada sübut kimi qəbul edilməsini təmin eləmək məqsədi ilə bütün yerinə yetirilməli, icra olunmalı və ya riayət edilməli olan bütün hərəkət, tədbir və şərtlər yerinə yetirilmiş, icra olunmuş və riayət edilmişdir;

10.1.3.  hər bir Maliyyə Sənədinə əsasən Borc Alan tərəfindən qəbul edilən öhdəliklər onun qanuni, məcburi və etibarlı öhdəliklərini təşkil etməklə, özlərinin müvafiq şərtlərinə uyğun olaraq Borc Alana qarşı icra edilə bilər;

10.1.4.  onun tərəfindən Maliyyə Sənədlərinin bağlanması, icrası və Maliyyə Sənədləri ilə nəzərdə tutulan əqdlərin icrası:

(a)                Serbiya Respublikasının Konstitusiyası;

(b)                Ona şamil edilən hər hansı digər qanun, təlimat, qayda və ya əsasnamə;

(c)                Borc Alana şamil edilən və ya Borc Alanın tabe olduğu hər hansı qərar, qətnamə, arbitraj qərarı, göstəriş və ya icazəyə; və ya

(d)                Onun tərəf olduğu hər hansı müqavilə və ya saziş, və ya ona yaxud aktivlərinə münasibətdə mütləq qüvvə daşıyan hər hansı digər anlaşmaya, zidd deyil və zidd olmayacaq.

10.1.5. Maliyyə Sənədlərinin heç bir müddəası Serbiya Respublikasının ictimai qaydasına zidd deyil;

10.1.6.  Maliyyə Sənədlərinin imzalanması və Borc Alan tərəfindən Maliyyə Sənədləri ilə nəzərdə tutulan hüquqların icrası və öhdəliklərin yerinə yetirilməsi Borc Alanın bütün və ya hər hansı cari yaxud gələcək gəlir və ya aktivləri üzərində yüklülüyü yaratmayacaq, nə də ki, Borc Alan üzərinə belə yüklülük yaratmaq öhdəliyini qoymayacaq, habelə Borc Alan və ya onun hər hansı cari yaxud gələcək gəlir və ya aktivlərinə münasibətdə məcburi qüvvə daşıyan hər hansı razılaşma, anlaşma və ya sənədin müddəalarına zidd olmayacaq;

10.1.7.  Borc Alan özünün tərəf olduğu, və ya özü yaxud hər hansı aktivlərinə münasibətdə mütləq qüvvə daşıyan hər hansı razılaşma üzrə öhdəliklərinin yerinə yetirilməməsi halına yol verməmişdir;

10.1.8.  Maliyyə Sənədlərini Borc Alan adından imzalayan hər bir vəzifəli şəxs, həmin sənədi imzaladığı vaxtda, müvafiq vəzifədə qanuni və lazımi qaydada olmuş və deyilən sənədi imzalamaq üçün tam səlahiyyətlərə malik olmuşdur, və Maliyyə Sənədlərinə əsasən tələb olunan və ya təqdim edilən hər hansı digər sənəd müvafiq vəzifədə qanuni və lazımi qaydada olmuş və həmin sənədi imzalamaq üçün tam səlahiyyətlərə malik olan şəxs tərəfindən imzalanmışdır;

10.1.9.  Tikinti Müqaviləsinin Sifarişçi tərəfindən bağlanması və icrası üçün tələb olunan bütün İcazələr Serbiya Respublikasının müvafiq Rəsmi Orqanları tərəfindən lazımi qaydada təqdim edilmişdir;

10.1.10.                       Tikinti Müqaviləsi üzrə Sifarişçinin hər bir öhdəliyi Sifarişçinin qanuni, məcburi və etibarlı öhdəliyini təşkil etməklə, qanuni surətdə ona qarşı icra ediləbilər;

10.1.11.                       Layihənin icrası üçün zəruri olan bütün İcazələr Serbiya Respublikasının müvafiq Rəsmi Orqanları tərəfindən lazımi qaydada verilmişdir və tam qüvvədə olaraq etibarlıdır;

10.1.12.                       Tikinti Müqaviləsi tam qüvvədədir və etibarlıdır, imzalandığı tarixdən sonra dayandırılmamış, ləğv və xətm edilməmişdir, və Tikinti Müqaviləsi ilə əlaqədar Sifarişçi ilə Podratçı arasında hər hansı məhkəmə prosesi, arbitraj araşdırması və ya mübahisə mövcud deyil;

10.1.13.                       Maliyyə Sənədlərinə şamil edilən hüquq kimi İngiltərə hüququnun seçimi Serbiya Respublikasında qanuni, etibarlı, tanınan və icrası təmin edilən seçimdir;

10.1.14.                       20-ci Bəndə (Arbitraj araşdırması və tətbiq edilən hüquq) uyğun qaydada mübahisələrin arbitraj araşdırmasına təqdim olunması Serbiya Respublikasında tanınacaq və təmin ediləcək;

10.1.15.                       20-ci Bəndə (Arbitraj araşdırması və tətbiq edilən hüquq) uyğun qaydada aparılan arbitraj araşdırması nəticəsində hər hansı Maliyyə Sənədi ilə əlaqədar çıxarılan hər hansı arbitraj qərarı Serbiya Respublikasında tanınacaq və mahiyyəti üzrə baxılmadan icra ediləcək;

10.1.16.                       Kredit Sazişi Serbiya Respublikasının Konstitusiyasına və müvafiq Serbiya qanunlarına (xüsusən də Beynəlxalq Müqavilələrin İcrası və Yerinə Yetirilməsi üzrə Qanun (“SFRY Rəsmi Jurnalı”, N: 55/78 və 47/89)) müvafiq olaraq ratifikasiya edilmiş “beynəlxalq müqavilədən” təşkil olunmuşdur və belə olduqda Serbiya Respublikasının Konstitusiyasının 94 və 97-ci Maddələri ilə verilmiş səlahiyyətlərə əsasən Serbiya Respublikası tərəfindən imzalanır;

10.1.17.                       Tərəf olduğu hər hansı Maliyyə Sənədi üzrə öhdəliklərinə münasibətdə Borc Alan mülki hüquq normalarına tabedir və özü yaxud aktivlərinə münasibətdə toxunulmazlıq hüququnun istifadəsinə iddia etmək hüququna malik deyil;

10.1.18.                       hər hansı Maliyyə Sənədinə əsasən Borc Verənə ödənilməli olan hər hansı ödənişdən Vergilər ilə əlaqədar və ya Vergilər hesabına hər hansı tutmanın aparılması tələb edilmir;

10.1.19.                       (i) Serbiya Respublikasının Maliyyə Nazirliyinin Dövlət borcları İdarəsində saxlanılan Dövlət borcları haqqında qeydlərdə Kredit Sazişində olan müvafiq məlumatlar; və (ii) Kredit Sazişinin (əlavələr edilməsi, xitam verilməsi və icrası) Serbiya Milli Bankında qeydiyyata alınması istisna olmaqla, Serbiya Respublikasının qanunvericiliyinə əsasən, Maliyyə Sənədlərinin həmin yurisdiksiyada hər hansı məhkəmə və ya digər Səlahiyyətli orqana təqdim edilməsi, bunlarda uçota yaxud qeydiyyata alınması, Maliyyə Sənədləri, yaxud da ki, Maliyyə Sənədləri ilə nəzərdə tutulan əqdlərə münasibətdə hər hansı qeydiyyat, uçot və ya digər Vergilərin ödənilməsi tələb edilmir;

10.1.20.                       Öhdəliklərin Yerinə Yetirilməməsi Halı və ya Potensial Öhdəliklərin Yerinə Yetirilməməsi Halı baş verməmişdir, davam etməkdə deyil, hər hansı Maliyyə Sənədinin imzalanması və ya hər hansı Maliyyə Sənədi ilə nəzərdə tutulan hər hansı əqdin həyata keçirilməsi nəticəsində baş verməyəcək, nə də ki, hər hansı Kredit Vəsaitlərinin təqdim edilməsi və ya tələb olunması nəticəsində Öhdəliklərin Yerinə Yetirilməməsi Halı və ya Potensial Öhdəliklərin Yerinə Yetirilməməsi Halının baş verəcəyi əsaslı dərəcədə ehtimal edilə bilməz;

10.1.21.                       ona və ya aktivlərinə şamil edilən (i) hər hansı digər müqavilə və ya razılaşma üzrə öhdəliklərin yerinə yetirilməməsi halını təşkil edə bilən, və (ii) Ciddi Mənfi Təsirin yaranmasına və davam etməsinə gətirib çıxara bilən hər hansı hal və ya şərait mövcud deyil;

10.1.22.                       bu Kredit Sazişi ilə əlaqədar yazılı surətdə olmaqla bu Sazişin tarixinə qədər olan dövr ərzində Borc Alan tərəfindən Borc Verənə təqdim edilmiş hər hansı faktlara aid olan məlumat təqdim olunduğu tarixdə və ya, beləsi varsa, bəyan edildiyi tarixdə bütün mühüm məqsədlərə münasibətdə dəqiq və doğru olmuşdur, hər hansı mühüm məlumat buraxılmamışdır və həmin məlumatdakı faktların dəqiqliyini yəqin etmək məqsədi ilə Borc Alan tərəfindən bütün əsaslı sorğular verilmişdir;

10.1.23.                       Kredit Sazişi və ya Tikinti Müqaviləsi ilə əlaqədar olaraq Borc Verənə təqdim edilmiş məlumatdan nə isə buraxılmamış və nə isə dəyişməmişdir, və bu Sazişin tarixinə qədər olan dövr ərzində Borc Verənə təqdim edilmiş hər hansı məlumatı hər hansı mühüm məqsədə münasibətdə qeyri-dəqiq və ya çaşdırıcı edə biləcək nəticəyə gətirib çıxara bilən hər hansı məlumat verilməmiş və ya gizlədilməmişdir;

10.1.24.                       Maliyyə Sənədlərinə əsasən Borc Alanın ödənişlər ilə əlaqədar olan öhdəlikləri ən azından onun hər hansı Maliyyə Borcuna münasibətdə bütün digər təminatsız və subordinasiya edilməmiş kreditorlarının tələbləri ilə eyni səviyyədə (pari passu) durur;

10.1.25.                       ona, onun siyasi bölmə və ya qurumlarına qarşı hər hansı məhkəmə, arbitraj tribunalı və ya təsisat qarşısında, qərarı onlara qarşı çıxarıldığı halda, əsaslı olaraq, Ciddi Mənfi Təsir ilə nəticələnə bilən, və ya Maliyyə Sənədlərinin hər hansı mühüm şərtinin qanuniliyi, etibarlı və ya məcburi olmasını təhlükə altına sala biləcək hər hansı məhkəmə prosesi, arbitraj araşdırması və ya inzibati tədqiqat başlanmamışdır və belə prosesin, araşdırma və ya tədqiqatın başlanması təhlükəsi mövcud deyil;

10.1.26.                       Borc Alan özünün tərəf olduğu və ya olacağı bu Kredit Sazişi və ya hər hansı digər Maliyyə Sənədinə münasibətdə bağlanan hər hansı araşdırma, proses, təhqiqat və ya tədqiqat ilə əlaqədar hazırda sahib olduğu və ya sahib ola biləcəyi yurisdiksiya, qərarın yerinə yetirilməsi və ya məcburi icrasına qarşı hər hansı toxunulmazlıq hüququndan lazımi qaydada imtina etmişdir, və Borc Alanın diplomatik məqsədlər üçün nəzərdə tutulmuş vəsaitləri istisna olmaqla, o, özünə yaxud aktivlərinə münasibətdə, hər hansı iddia, iddianın icrası, həbs tədbiri və ya digər prosessual hərəkətə qarşı hər hansı toxunulmazlıq hüququndan istifadə etməyəcək;

10.1.27.                       o, üzvlük ilə əlaqədar bütün müvafiq öhdəliklərini yerinə yetirməklə, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq İnkişaf Agentliyi, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, İnvestisiya Mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəz, Avropa Yenidənqurma və İnkişaf Bankı, İnvestisiyalara Zəmanət üzrə Çoxtərəfli Agentliyin üzvüdür və onun tərəfindən üzvlük ilə əlaqədar öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən adları çəkilən təsisatlardan heç birinin vəsaitlərinin istifadəsi üzərində hər hansı məhdudiyyət və ya qadağa qoyulmayıb;

10.1.28.                       onun Maliyyə Sənədlərini bağlaması və Maliyyə Sənədlərinə uyğun qaydada Borc Verənə ödənişlərin aparılması BVF və ya Dünya Bankının Borc Alana şamil edilən hər hansı qayda, təlimat, direktiv və ya tələblərinin şərtlərinə zidd deyil, zidd olmayacaq, bunlar ilə toqquşma və ya ziddiyyət yaratmayacaq;

10.1.29.                       nə Borc Alan, nə də ki, onun siyasi və ya inzibati bölmələri və təsisatları, Borc Alanın mülkiyyətində və / və ya nəzarətində olan təsisatlar, və onların müvafiq vəzifəli şəxsləri, işçiləri və nümayəndələrinə hər hansı Sanksiyalar tətbiq edilmir və Borc Alan bütün səylərindən istifadə edərək təmin edəcək ki, gələcəkdə də bunların heç hansı birinə hər hansı Sanksiyalar şamil edilməsin;

10.1.30.                       Borc Alan tərəfindən bu Kredit Sazişinin bağlanması hər hansı Sanksiyalara zidd deyil və Kredit üzrə vəsaitlər hər hansı Sanksiyanı pozan qaydada istifadə edilməyəcək; və

10.1.31.                       Borc Verən, yalnız Maliyyə Sənədlərinin imzalanması, təsdiq edilməsi, icrası və ya icrasının təmin edilməsi səbəbinə istinadən, Serbiya Respublikasının rezidenti, burada yerləşən şəxs, burada kommersiya fəaliyyətini həyata keçirən şəxs və ya Vergi ödəyicisi hesab edilməyəcək və olmayacaq.

10.2. Yuxanda qeyd olunan bəyanat və zəmanətlər, müvafiq tarixlərdə üstünlük təşkil edən şəraitə istinadən, hər bir Kreditin Qaytarılması Tarixində, Faiz Ödənişi Tarixində və Kredit Vəsaitlərinin Verilməsi Tarixində Borc Alan tərəfindən təkrar edilmiş hesab olunur.

 

11. Öhdəliklər

 

11.1. Bununla Borc Alan Borc Verən qarşısında öhdəlik götürür ki, Maliyyə Sənədlərinin şərtlərinə əsasən hər hansı məbləğ ödənilməmiş qaldığı bütün müddət ərzində:

11.1.1.   vaxtaşırı olaraq, Borc Verənin müraciətinə əsasən, Borc Verən tərəfindən əsaslı olaraq tələb edilə biləcək digər müvafiq maliyyə, statistik və ümumi xarakterli məlumatları Borc Verənə təqdim edəcək;

11.1.2.   Maliyyə Sənədlərinin şərtlərinə əsasən Borc Alan tərəfindən Borc Verənə veriləcək bildirişləri (o cümlədən, Kreditin Verilməsi üçün Ərizəni) imzalamaq və Borc Alan üçün yerinə yetirilməsi məcburi olan öhdəliklər götürmək səlahiyyətinə malik olan yeni şəxs (şəxslər) təyin edildiyi təqdirdə həmin şəxsin (şəxslərin) yeni imza nümunələrini Borc Verənə təqdim edəcək;

11.1.3.   4.2 Bəndinə uyğun qaydada verilmiş göstərişləri geri almayacaq və onları dəyişdirməyəcək;

11.1.4.   10-cu Bənddə (Bəyanat və zəmanətlər) qeyd olunan hər hansı bəyanat və ya zəmanət artıq doğru və ya dəqiq olmazsa, bu barədə mümkün qədər tez Borc Verənə məlumat verəcək;

11.1.5.   Maliyyə Sənədləri ilə müəyyən edilmiş hər hansı öhdəliklərin Borc Alan tərəfindən yerinə yetirilməsi üçün (o cümlədən, bu Kredit Sazişinə müvafiq qaydada və onun şərtlərinə əsasən Borc Alanın Krediti qaytarmaq öhdəliyini yerinə yetirmək üçün AVRO valyutasını almaq və köçürmək hüququndan istifadə etmək üçün) hər hansı tətbiq edilən hüquq və ya qaydalara əsasən tələb olunan bütün Razılıqları alacaq və, zəruri hallarda, onların müddətini dərhal uzadacaq və, buradakı digər müddəaların ümumi xarakterinə xələl yetirmədən, o cümlədən bu Kredit Sazişinin Qüvvəyəminmə Tarixinə qədər olan müddət ərzində bütün belə Razılıqların şərtlərinə əməl edəcək;

11.1.6.   Serbiya Respublikasında bütün Vergiləri və məsrəfləri (lazım olduqda və lazımi vaxtda), o cümlədən, aidiyyəti hallarda, Maliyyə Sənədlərinin imzalanması, təsdiq edilməsi və icrası ilə əlaqədar ödəniş vaxtları çatdıqda hər hansı gerb rüsumlarını və qeydiyyat vergilərini ödəyəcək;

11.1.7.   Maliyyə Sənədlərinin etibarlılığını və məcburi qaydada icra ilə təmin edilə bilən olmasını təmin etmək üçün, əsaslı tərzdə hərəkət edən Borc Verən tərəfindən tələb olunan bütün tədbirləri həyata keçirəcək;

11.1.8.   İlk Kredit Vəsaitinin verilməsindən dərhal sonra Serbiya Respublikasının Maliyyə Nazirliyinin Dövlət borcları İdarəsində saxlanılan dövlət borcları haqqında qeydlərə Kredit Sazişi üzrə müvafiq məlumatları daxil edəcək və Kredit Sazişi (və ona hər hansı əlavələr, ona xitam verilməsi və ya onun icrası da daxil olmaqla) Serbiya Respublikasının Milli Məclisi tərəfindən təsdiq və ratifikasiya edildikdən dərhal sonra Kredit Sazişi üzrə müvafiq məlumat (və ona hər hansı əlavələr, ona xitam verilməsi və ya onun icrası da daxil olmaqla) Serbiya Milli Bankında qeydiyyata alacaqdır;

11.1.9.   bu Kredit Sazişi üzrə özünün öhdəliklərinin azından Borc Alanın digər təmin edilməmiş və subordinasiya olunmamış Maliyyə Borcları ilə eyni səviyyədə (pari passu) olmasını təmin edəcək;

11.1.10. təmin edəcək ki, Sifarişçi:

(a)                Tikinti Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmək üçün tələb olunan bütün İcazələri almışdır və həmin icazələr qüvvədədir;

(b)               Borc Verənin və Borc Alanın qabaqcadan alınmış icazəsi olmadan, Tikinti Müqaviləsinin hər hansı müddəasına, o cümlədən Tikinti Müqaviləsinin tərəfləri, məqsədi, qiyməti, həmin qiymətin bölgüsü, işlərin görülməsi tarixi və ümumiyyətlə, Tikinti Müqaviləsinin hər hansı Kredit Vəsaitlərinin şərtlərinə təsir göstərə biləcək hər hansı müddəasına dəyişiklik və düzəliş etmir;

(c)                Hər zaman, tətbiq edilən hüququn müddəalarına riayət edir;

11.1.11.                       Tikinti Müqaviləsi üzrə hər hansı öhdəliklərin yerinə yetirilməməsi halı, Tikinti Müqaviləsinin pozulması və ya Tikinti Müqaviləsi üzrə hər hansı öhdəliyə riayət edilməməsi barəsində dərhal Borc Verənə məlumat verəcək;

11.1.12.                       Borc Verənin qabaqcadan yazılı razılığı alındığı hallar istisna olmaqla, Sifarişçinin 100% mülkiyyətçisi qalacaq və Sifarişçi üzərində 100% nəzarəti saxlayacaq;

11.1.13.                       əsaslı tərzdə hərəkət etməsi şərti ilə, Borc Verənin mülahizəsinə əsasən, müvafiq zamanlarda hər hansı kənar məsləhətçilərin, o cümlədən, Borc Verənin müəyyən etdiyi auditorların köməkliyi ilə və ya onlar vasitəsi ilə hərəkət edən Borc Verənə Tikinti Müqaviləsi ilə əlaqədar Sifarişçinin iş yerlərinə səfərlər etmək, təftişlər aparmaq, Borc Verənin mühasibatlıq kitabları, hesabları, uçot məlumatı və ya digər sənədləri ilə tanış olmaq imkanını yaradacaq;

11.1.14.                       Tikinti Müqaviləsi üzrə fors major halını təşkil edən hər hansı hadisə barəsində Borc Verənə dərhal məlumat verəcək;

11.1.15.                       Kredit Vəsaitlərinin Azərbaycan Respublikasının diplomatik əlaqələri olmadığı və/yaxud Azərbaycan Respublikasının beynəlxalq münaqişə yaşadığı hər hansı şəxs və ya ölkədən Təchizatların satın alınması üçün istifadə olunmamasını təmin edəcək;

11.1.16.                       Borc Alan, onun hər hansı siyasi və ya inzibati bölməsi və ya təsisatı, Borc Alanın mülkiyyətində və / və ya nəzarətində olan hüquqi şəxslərə münasibətdə hər hansı Sanksiyaların tətbiq olunması barədə Borc Verənə dərhal məlumat verəcək;

11.1.17.                       Baş verən və əsaslı olaraq Ciddi Mənfi Təsir törədə bilməsi ehtimal edilə biləcək hər hansı hadisələr barəsində Borc Verənə yazılı surətdə məlumat verəcək;

11.1.18.                       Öhdəliklərin Mümkün Yerinə Yetirilməməsi Halı və ya Öhdəliklərin Yerinə Yetirilməməsi Halının baş verməsi barədə məlumat əldə etdikdən dərhal sonra bu barədə Borc Verənə məlumat verəcək;

11.1.19.                       Borc Verənə özünün borclarının restrukturizasiyası və ya həmin borcların şərtlərinin yenidən müzakirə olunması məqsədi ilə kreditorlarla aparılan danışıqlar barəsində, baş tutduğu təqdirdə, dərhal məlumat verəcək;

11.1.20.                       bu Kredit Sazişi ilə əlaqədar Borc Verənin maraqlarına xələl yetirən və ya yetirə biləcək hər hansı hərəkəti icra etməyəcək, hər hansı tədbir görməyəcək və ya bilərəkdən hər hansı tədbirin yerinə yetirilməsinə yol verməyəcək;

11.1.21.                        Krediti proporsional olaraq vaxtından tez geri ödəmədən Maliyyə Borclarının hamısı və ya bir hissəsini (Kreditdən başqa) vaxtından tez geri ödəməyəcək;

11.1.22.                        Serbiya Respublikasında ümumilikdə idxal əməliyyatlarına tətbiq edilən gömrük rüsumları və digər yığımların və ya haqların Təchizatların Serbiya Respublikasına Podratçı və ya Sub-podratçılar tərəfindən idxalına tətbiq olunmamasını təmin edəcək və buna nail olmaq üçün tələb olunan bütün hərəkətlərin müvafiq Rəsmi Orqanlar tərəfindən həyata keçirilməsini təmin edəcək;

11.1.23.                        Podratçının bu cür Razılıqların alınması üçün müvafiq müraciət prosedurlarına əməl etməsi şərti ilə, Podratçının Serbiya Respublikasında Serbiya qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərməsi üçün ümumilikdə, və xüsusilə də Tikinti Müqaviləsinin icra edilməsi üçün tələb olunan bütün Razılıqların (hər şeydən əlavə, Serbiya Respublikasındakı bank hesablarına və ya bank hesablarından xarici valyutada vəsaitlərin alınması və ya ödənilməsi və burada razılaşdırılmış vergi məsələlərinin icra olunması üçün tələb olunan Razılıqlar da daxil olmaqla) alınmasının asanlaşdırılması üçün maksimal həddə səy göstərəcək, və Serbiya Respublikasının bütün müvafiq Rəsmi Orqanlarının tam etibarlı və qüvvədə olan Razılıqların verilməsi və belə Razılıqların qüvvədə qalması üçün tələb olunan bütün tədbirləri həyata keçirməsini təmin edəcəkdir.

 

11.2. Girovun yaradılmaması

11.2.1.   Borc Alan öhdəlik götürür ki, o, xarici valyutada hər hansı (şərti və ya digər) borcuna təminat kimi hər hansı Dövlət Əmlakı üzərində hər hansı yüklülük yaradarsa və ya belə yüklülüyün yaradılmasına icazə verərsə, Borc Alan birbaşa olaraq təmin edəcək ki, həmin yüklülük ipso facto eyni dərəcədə və müvafiq nisbətdə bu Kredit Sazişi üzrə Borc Alanın Borc Verən qarşısında daşıdığı öhdəlikləri də təmin etsin. Hər hansı Dövlət Əmlakı üzərində qanunvericilik müddəalarına istinadən hər hansı məcburi yüklülük yaranarsa və həmin yüklülük ilə xarici valyutada olan hər hansı borc təmin edilərsə, Borc Alan Borc Verən üçün məqbul olan ekvivalent təminatı Borc Verənə də təqdim edəcək.

11.2.2.   Bu 11.2 Yarımbəndinin müddəaları: (i) müstəsna olaraq müvafiq əmlakın satınalma qiymətinin ödənilməsinə təminat kimi, satın alındığı vaxtda, həmin əmlak üzərində yaradılan yüklülüyə, və ya (ii) adi bank əməliyyatları gedişində yaranan və müddəti bir ildən artıq olmayan borcları təmin edən hər hansı yüklülüyə şamil edilmir.

 

12. Öhdəliklərin yerinə yetirilməməsi və icrasının sürətləndirilməsi halları

 

12.1. Aşağıda qeyd olunan hal və hadisələrin hər biri Öhdəliklərin Yerinə Yetirilməməsi Halını təşkil edir:

12.1.1.   Borc Alan Kreditin əsas məbləğinin hər hansı hissəsini və ya Kredit üzrə hər hansı faizi, yaxud da ki, Maliyyə Sənədlərinə əsasən ödənilməli olan hər hansı digər məbləği ödəniş üçün müəyyən edilmiş vaxtda, burada nəzərdə tutulmuş valyutada və qaydada ödəmədikdə;

12.1.2.   Borc Alan Maliyyə Sənədləri ilə müəyyən edilmiş hər hansı digər şərt, öhdəlik və ya razılığı lazımi qaydada icra etmədikdə və ya onlara lazımi qaydada əməl etmədikdə və bu icra etməmə və ya əməl etməmə (onun aradan qaldırılması mümkün olduqda) bu barədə Borc Verənin Borc Alana bildiriş təqdim etdiyi tarixdən və ya Borc Alanın icra etməmə və ya əməl etməmə barəsində məlumat aldığı tarixdən etibarən iyirmi bir (21) təqvim günü ərzində aradan qaldırılmadıqda;

12.1.3.   Maliyyə Sənədlərində və ya bu Sazişə uyğun qaydada təqdim edilən hər hansı sənəddə Borc Alan tərəfindən təqdim edilmiş hər hansı bəyanat və ya zəmanət təqdim edildiyi vaxtda, təqdim edilmiş hesab olunduqda yalan, natamam və ya çaşdırıcı olmuşsa, və ya artıq doğru deyilsə;

12.1.4.   Borc Alan özünün ödəməli olduğu hər hansı Maliyyə Borcunu ödəniş üçün müəyyən edilmiş vaxtda və ya ilkin olaraq nəzərdə tutulmuş möhlət müddəti ərzində hər hansı səbəbdən ödəməzsə, və ya Borc Alanın hər hansı kreditoru hər hansı səbəbdən borcun vaxtından əvvəl qaytarılmasını və ya hər hansı ödəniş öhdəliyinin vaxtından əvvəl icrasını tələb edəcəyini və ya tələb etmək hüququna malik olduğunu bəyan edərsə, və ya Borc Alanın hər hansı kreditoru Borc Alan üçün pul vəsaitlərini ayırmaq öhdəliyini dayandırarsa, həmin öhdəliyə xitam verdikdə, və ya həmin öhdəliyi dayandırmaq və ya ona xitam vermək hüququna malik olduqda;

12.1.5.   hər hansı Maliyyə Sənədinin bağlanmasına icazə verilməsi və ya onun imzalanması, təsdiqi, etibarlı olması, məcburi qaydada icra edilə bilməsi və ya sübut kimi qəbul oluna bilməsi, və ya hər hansı Maliyyə Sənədi üzrə onun öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq Borc Alan tərəfindən tələb edilən hər hansı İcazə Borc Verən üçün məqbul olmayan qaydada dəyişdirildikdə, və ya Borc Alana verilmədikdə, və ya geri alındıqda, yaxud da ki, qüvvədə olma müddəti bitdikdə və belə müddət uzadılmadıqda, yaxud da ki, hər hansı digər səbəbdən belə İcazə artıq tam qüvvədə və etibarlı olmadıqda;

12.1.6.   Serbiya Respublikasının xarici valyutadakı borclarının əsas məbləğinin qaytarılması və ya faizinin ödənilməsinə münasibətdə moratorium elan edildikdə;

12.1.7.   Borc Alan hər hansı Maliyyə Sənədini, bütövlükdə və ya hər hansı hissədə, ləğv etdikdə, ondan imtina etdikdə, hər hansı Maliyyə Sənədini, bütövlükdə və ya hər hansı hissədə, ləğv etmək və ya ondan imtina etmək üçün çalışdıqda, və ya hər hansı Maliyyə Sənədini, bütövlükdə və ya hər hansı hissədə, ləğv etmək və ya ondan imtina etmək niyyətini ifadə etdikdə;

12.1.8.   Borc Alan, onun hər hansı siyasi və ya inzibati bölməsi və ya təsisatı, Borc Alanın mülkiyyətində və / və ya nəzarətində olan hüquqi şəxslərə münasibətdə hər hansı Sanksiya tətbiq edildikdə;

12.1.9.   Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasındakı diplomatik münasibətlərə xitam verildikdə;

12.1.10.                      Çərçivə Sazişi qüvvədən düşdükdə və etibarsız olduqda;

12.1.11.                      Tikinti Müqaviləsinə hər hansı əhəmiyyətli dəyişikliklər edildikdə (Borc Verənin və Borc Alanın razılığı olmadan), Borc Alan, Sifarişçi və ya Serbiya Respublikasındakı hər hansı Rəsmi Orqana aid olan səbəbdən Tikinti Müqaviləsi dayandırıldıqda, ona vaxtından əvvəl xitam verildikdə və ya ləğv edildikdə və ya Tikinti Müqaviləsi ilə əlaqədar hər hansı məhkəmə prosesi və ya arbitraj araşdırması aparıldıqda;

12.1.12.                      Sifarişçi Borc Alanın 100% mülkiyyətçisi olmadıqda;

12.1.13.                      Borc Alan Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq İnkişaf Agentliyi, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, İnvestisiya Mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəz, Avropa Yenidənqurma və İnkişaf Bankı, İnvestisiyalara Zəmanət üzrə Çoxtərəfli Agentliyindəki, adı çəkilən hər hansı təşkilatın varisi olan təsisatdakı üzvlük ilə əlaqədar bütün müvafiq öhdəliklərini yerinə yetirən üzv statusunu itirdikdə, və ya bu təşkilatlardan hər hansı birinin yaxud onun varislərinin vəsaitlərindən istifadə etmək hüququndan məhrum olduqda;

12.1.14.                      hər hansı Maliyyə Sənədi üzrə hər hansı öhdəliklərini yerinə yetirmək Borc Alan üçün qeyri - qanuni olduqda və ya belə vəziyyət yarandıqda;

12.1.15.                      hər hansı Maliyyə Sənədi tam qüvvədə və etibarlı olmadıqda;

12.1.16.                      Ciddi Mənfi Təsirə malik hər hansı hadisə və ya şəraitin meydana gəldikdə.

12.2. Hər hansı Öhdəliklərin Yerinə Yetirilməməsi Halı baş verdiyi tarixdən etibarən, Borc Verəndən hər hansı Kredit Vəsaitlərinin verilməsi tələb oluna bilməz. Hər hansı Öhdəliklərin Yerinə Yetirilməməsi Halı baş verdiyi tarixdə və bu tarixdən etibarən, Borc Verən, bildiriş vermək və ya hər hansı digər məhkəmə və ya məhkəmədən kənar rəsmi prosedurlara riayət etmədən, Borc Alana bildiriş təqdim etməklə: (i) Maliyyə Sənədlərinə əsasən bütün məbləğlərin Borc Alan tərəfindən dərhal qaytarılması və ödənilməsini tələb edə bilər və, nəticə etibarı ilə, bütün belə məbləğlər, habelə həmin məbləğlər üzərinə hesablanmış və ya həmin məbləğlər ilə bağlı ödənilməli olan bütün faizlər avtomatik olaraq dərhal qaytarılmalı və ödənilməli olur, və / və ya (ii) Kredit Sazişinə dərhal xitam verə bilər, Borc Verənin sərəncamında olan bütün vəsaitlərdən istifadə edə və Maliyyə Sənədlərinə yaxud da ki, tətbiq edilən hüquqa əsasən ona təqdim edilən hər hansı hüquqlardan istifadə edə bilər.

 

13. Öhdəlik haqqı

 

13.1.        Borc Alan Borc Verənə Kredit Sazişinin Qüvvəyəminmə Tarixindən etibarən, Kredit Sazişi ilə əlaqədar, illik sıfır tam onda beş faiz (0.5%) dərəcəsi ilə Öhdəlik Haqqı ödəyir.

13.2.        Öhdəlik Haqqının məbləği hər bir altı (6) aylıq dövr üçün Kreditin gündəlik istifadə olunmamış məbləği üzərinə, ildə 365 gün olması fərziyyəsi ilə, günlərin faktiki sayına uyğun olaraq, Kredit Sazişinin Qüvvəyəminmə Tarixdən başlayaraq sonuncu Kredit Vəsaitlərinin Verilməsi Tarixinə qədər hesablanır.

13.3.        Öhdəlik Haqqı hissələrlə ödənilir, və ilk ödəniş bu Kredit Sazişinin Qüvvəyəminmə Tarixindən altı (6) ay keçdikdən sonra aparılır, bu şərtlə ki, ilk Kredit Vəsaitlərinin verilməsindən sonra, Öhdəlik Haqqı hər bir Faiz Ödənişi Tarixində ödənilir. Öhdəlik Haqqının hər hissəsinin ödənilməsi tarixinə azı on (10) təqvim günü qalmış Borc Verən müvafiq hesablamanı Borc Alana təqdim edir.

 

14. Xərc və məsrəflər

 

14.1.        Borc Alan hər hansı Maliyyə Sənədinə münasibətdə hər hansı dəyişiklik, əlavə, imtina və ya icazə üçün müraciət etdikdə, müvafiq tələb tarixindən etibarən üç (3) İş Günü ərzində Borc Alan, müvafiq müraciət və tələbə cavabın hazırlanması, həmin müraciət və ya tələb üzrə danışıqların aparılması, onların qiymətləndirilməsi və ya belə tələb yaxud müraciətə riayət olunması ilə əlaqədar Borc Verən tərəfindən əsaslı tərzdə çəkilmiş bütün xərc və məsrəflərin (o cümlədən, vəkil qonorarları və yol xərclərinin) əvəzini Borc Verənə ödəyir.

14.2.        Müvafiq tələb tarixindən etibarən üç (3) İş Günü ərzində Borc Alan, hər hansı Maliyyə Sənədi üzrə hər hansı hüquqların icrasının təmin edilməsi və ya qorunması ilə əlaqədar Borc Verən tərəfindən çəkilmiş bütün xərc və məsrəflərin (o cümlədən, vəkil qonorarları, tərcümə və yol xərclərinin) əvəzini Borc Verənə ödəyir.

 

15. Bildirişlər

 

15.1. Maliyyə Sənədləri ilə əlaqədar Borc Alan ilə Borc Verən arasında bütün bildiriş, müraciət və ya yazışma svift, faks, beynəlxalq miqyaslı kuryer poçtu xidməti və ya sifarişli poçt ilə, yaxud da ki, şəxsən çatdırılmaqla və müvafiq sənədin çatdırılması barəsində qəbz alınmaqla, aşağıda qeyd olunan ünvanlara göndərilir:

 

Borc Verən:

 

AZƏRBAYCAN RESPUBLİKASININ HÖKUMƏTİ

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

Ünvan: Hökumət Evi, U.Hacıbəyov 40

 

Tel: +994124938867

Faks : +994125989504

 

Kimə: Aparatın Rəhbəri

 

Borc Alan:

 

SERBİYA RESPUBLİKASININ HÖKUMƏTİ

 

Ünvan: Kneza Milosa 20, Belqrad, Serbiya Respublikası

 

Tel: +381113642-656

Faks: +381113618-961

Kimə: Maliyyə Naziri

 

yaxud da ki, hər bir tərəf həmin tərəfin qarşı tərəfə yazılı surətdə məlum etdiyi digər müvafiq ünvana göndərilir.

 

15.2.        Hər hansı sənəd svift və ya faks ilə göndərilmişsə, həmin sənəd göndərildiyi tarixdən sonra gələn İş Günündə alınmış hesab olunur (bu şərtlə ki, müvafiq sənəd oxuna bilən formada alınmış olsun); hər hansı sənəd beynəlxalq miqyaslı kuryer poçtu ilə göndərildikdə və ya şəxsən çatdırıldıqda, həmin sənəd alan tərəf onu faktiki olaraq aldığı tarixdə alınmış hesab olunur; və hər hansı sənəd sifarişli poçt ilə göndərildikdə, həmin sənəd, o, alan tərəfə təhvil verildiyi tarixdə alınmış hesab olunur.

15.3.        Ünvan dəyişikliyinə aid olan hər hansı bildiriş bu 15-cı Bəndə (Bildirişlər) müvafiq olaraq müəyyən edilmiş prosedura uyğun qaydada təqdim olunmalıdır. Borc Verən tərəfindən Maliyyə Sənədləri ilə əlaqədar olaraq Borc Alana verilən hər hansı sənəd elektron poçt və ya hər hansı digər elektron vasitə ilə göndərilə bilər, bu şərtlə ki, Borc Alan və Borc Verən:

15.3.1.   digər qayda müəyyən edilmədiyi halda, yazışmanın bu üsulu barədə razılığa gəlmiş olsunlar;

15.3.2.   bir-birinə elektron poçt ünvanı haqqında məlumatı və / və ya elektron vasitə ilə sənədlərin göndərilməsi üçün zəruri olan digər məlumatı təqdim etsinlər; və

15.3.3.   qarşı tərəfə təqdim edilmiş və müvafiq ünvanları yaxud digər məlumata aid təfərrüatlarda dəyişikliklər baş verdikdə, bu barədə həmin qarşı tərəfə məlumat versinlər.

15.4. Bütün sənədləşmə ingilis dilində tərtib olunmalıdır.

 

16. Güzəşt

 

16.1.        Borc Verən (“Hazırkı Borc Verən”), hər zaman, bu Saziş üzrə özünün bütün və ya hər hansı hüquq və imtiyazlarını, habelə bu Saziş üzrə özünün bütün və ya hər hansı öhdəliklərini hər hansı digər şəxsə (“Yeni Borc Verən”) güzəşt edə və ya köçürə bilər, bu şərtlə ki, (a) hüquq və ya öhdəliklərin Borc Verənin nəzarəti altında olan və Azərbaycan Respublikasında təsis edilmiş hər hansı maliyyə təşkilatına güzəşti və köçürülməsi üçün Borc Alanın razılığı tələb olunmur, və (b) hər hansı digər şəxsə güzəşt və ya köçürülmə üçün Borc Alanın razılığı tələb olunur (bu şərtlə ki, həmin razılıq, əsaslı səbəblər olmadan yubadılmamalı və ya onun verilməsindən imtina edilməməlidir). Potensial Öhdəliklərin Yerinə Yetirilməməsi Halı və ya Öhdəliklərin Yerinə Yetirilməməsi Halı baş verdiyi halda, hüquq və öhdəliklərin güzəşti və köçürülməsi üçün Borc Alanın razılığı tələb olunmur. Borc Alan bu 16.1-ci Yarımbəndə əsasən Borc Verən tərəfindən aparılan güzəşt və köçürmələrin yerinə yetirilməsini təmin etmək üçün tələb olunan bütün tədbirləri həyata keçirməlidir.

16.2.        Borc Alan bu Saziş üzrə hüquq və öhdəliklərini, heç vaxt, hər hansı başqa şəxsə güzəşt edə və ya köçürə bilməz.

 

17. Borc Verənin hesab kitabı

 

Borc Alan bununla təsdiq edir ki, bu Kredit Sazişi ilə əlaqədar, Borc Verənin mühasibatlıq kitabları, hesablan, qeydləri və faiz hesablamaları, aşkar səhvin müəyyən edildiyi hallar istisna olmaqla, düz hesab olunur və bütün təfərrüatlara, o cümlədən də yuxarıda qeyd edilmiş məbləğlərin hesablanması və bununla bağlı olan digər məsələlərə münasibətdə bütün istinadlar ilə bağlı əsas sübut kimi qəbul olunur.

 

18. Digər müddəalar

 

18.1. İmtinanın olmaması

Borc Verənin hər hansı Maliyyə Sənədi üzrə hər hansı hüququndan istifadə etməməsi və ya hər hansı hüququn istifadəsi zamanı yubanmaya yol verməsi hər hansı belə hüquqdan imtina hesab olunmur. Hər hansı hüquqdan yalnız müəyyən dərəcədə istifadə nə həmin hüququn sonrakı istifadəsini, nə də ki, daha geniş mənada, qanunvericilik ilə nəzərdə tutulan hər hansı hüquq və ya hüquqi müdafiə vasitələrinin istifadəsini istisna etmir.

18.2. Ayrı - ayrı müddəaların etibarsızlığı və ya məcburi qaydada icra edilə bilməməsi

18.2.1.  hər hansı Maliyyə Sənədinin hər hansı müddəasının hər hansı məhkəmə tərəfindən etibarsız və ya məcburi qaydada icra edilə bilməyən bəyan edilməsi heç bir vasitə ilə həmin Maliyyə Sənədlərinin qalan müddəalarının etibarlılığına və ya məcburi qaydada icra edilə bilməsinə təsir göstərmir.

18.2.2.  hər hansı Maliyyə Sənədinin etibarsız və ya məcburi qaydada icra edilə bilməyən bəyan edilə biləcək müddəası Tərəflərin razılaşmasına əsasən, mümkün olan həddə, həmin Maliyyə Sənədlərinə əsasən tərəflərin niyyətinə uyğun gələn oxşar müddəalar ilə əvəz edilir.

18.3. Mübahisə üçün əsasın olmaması

Maliyyə Sənədlərinə əsasən Borc Alan tərəfindən Borc Verənə ödənilməli olan məbləğlərə aid olan və Borc Verən tərəfindən hazırlanmış bütün hesabatlar və ya digər sertifikatlar, aşkar səhv müəyyən edilmədikdə, Borc Alan üçün tam məcburi qüvvəyə malikdir.

18.4.    Əlavə və dəyişikliklər və imtinalar

18.4.1.   Tərəflər bu Kredit Sazişinin hər hansı müddəasına əlavə və ya dəyişiklik edə, bu Kredit Sazişinin hər hansı müddəasından imtina edə bilərlər və hər hansı belə əlavə, dəyişiklik və ya imtina bütün Tərəflərə münasibətdə məcburi qüvvəyə malikdir.

18.4.2.   Qeyd olunan əlavə və dəyişikliklər ilə əlaqədar Borc Verən, çəkdiyi xərclər üçün Borc Alana hesab təqdim etmək hüququna malikdir.

18.5. Qoşmalar

Bu Kredit Sazişinin Qoşmaları və Giriş Hissəsi onun tərkib hissəsini təşkil edir və bu Kredit Sazişi ilə eyni hüquqi qüvvəyə malik olur.

18.6.    Dil

18.6.1.  Maliyyə Sənədləri, habelə Maliyyə Sənədlərinə əsasən təqdim edilən hər hansı bildiriş və ya sənəd ingilis dilində tərtib olunur. Digər dillərdə imzalanma və ya Digər dillərə tərcümə zəruri olarsa, Maliyyə Sənədlərinin müddəalarının təfsirində hər hansı ziddiyyət yarandıqda, və ya Tərəflər arasında mübahisə olduqda, yalnız ingilis dilində olan mətn hüquqi qüvvəyə malikdir (lakin, hüquqi şəxsin nizamnaməsi, normativ - hüquqi aktın mətni və ya rəsmi xarakter daşıyan hər hansı digər sənəd istisna təşkil etməklə).

18.6.2.  Maliyyə Sənədlərinə əsasən Borc Verənə təqdim edilməli olan bütün sənədlərin, icazələrin və digər yazışmanın əsli, ingilis dilində tərtib edilmədikdə, Borc Verənin tələbinə əsasən, tərcümə ilə müşayiət edilməli və həmin tərcümənin doğruluğu rəsmi tərcüməçi tərəfindən təsdiq edilməlidir.

18.7.    Əvvəlki razılaşmaların ləğvi

Bu Sazişin imzalanması tarixindən etibarən, bu Kredit Sazişi özünün predmetinə aid Tərəflərin tam anlaşmasını təşkil edir və, müvafiq qaydada, bu Kredit Sazişi üzrə danışıqların aparıldığı müddət ərzində tərəflər arasında mübadilə edilmiş və ya təqdim edilmiş hər hansı əvvəlki sənədi üstələyir (Çərçivə Sazişi istisna olmaqla).

18.8.    Məlumatın açıqlanması

Məlumatın məxfiliyinin qorunmasına dair mövcud olan hər hansı razılaşmaya baxmayaraq, Borc Verən Borc Alana və Maliyə Sənədlərinə aid olan hər hansı məlumat və ya hər hansı sənədləri (i) özünün auditorları, rəsmi mühasibləri, reytinq agentlikləri və məsləhətçilərinə, (ii) Maliyyə Sənədləri üzrə Borc Verən tərəfindən özünün hər hansı hüquq və ya öhdəliklərinin güzəşt etmək və ya köçürmək niyyətində olduğu hər hansı şəxsə və ya müəssisəyə və ya Maliyyə Sənədləri ilə əlaqədar Borc Verənin iştirakçılıq müqaviləsi və ya ödənişlərinin Maliyyə Sənədlərinə istinadən aparılacağı nəzərdə tutulan hər hansı digər razılaşmanı bağladığı (potensial olaraq bağlaya biləcəyi) hər hansı fiziki və ya hüquqi şəxsə (yaxud da ki, bu zaman vasitəçi kimi çıxış edən hər hansı fiziki şəxsə və ya müəssisəyə), (iii) Maliyyə Sənədləri üzrə hüquqların müdafiə edilməsi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə hər hansı fiziki və ya hüquqi şəxsə, (iv) Azərbaycan Respublikasının Rəsmi Orqanlarına, (v) onların qrupunun digər üzvlərinə (törəmə müəssisələr, əlaqədar müəssisələr, baş şirkətlər və s.), və (vi) qanun və ya qaydalara əsasən məlumatın açıqlanmalı olan hər hansı şəxsə açıqlaya bilər, bu şərtlə ki, həmin şəxslər məlumatın məxfiliyini qorunması üzrə peşələri ilə əlaqədar öhdəlik daşısınlar və ya digər qaydada həmin məlumatın məxfiliyini qorumağa borclu olsunlar.

18.9. Sazişin müxtəlif nüsxələri

Bu Kredit Sazişi hər hansı sayda nüsxədə imzalana bilər və bu zaman hesab olunur ki, bütün imzalar Kredit Sazişinin bir nüsxəsinə qoyulmuşdur.

 

19. Borc Verənə qarşı müdafiə vasitələrindən istifadənin qeyri-mümkünlüyü

 

19.1.   Borc Alan təsdiq edir ki, onun bu Kredit Sazişi üzrə öhdəlikləri Tikinti Müqaviləsindən müstəqil və ayrıdır və nə Tikinti Müqaviləsindən (o cümlədən, lakin yalnız deyilən ilə məhdudlaşmadan, onun etibarlı olmasından), nə Tikinti Müqaviləsinin icrasından (o cümlədən, lakin yalnız deyilən ilə məhdudlaşmadan, Tikinti Müqaviləsinə müvafiq qaydada təchiz edilən hər hansı mal və ya xidmətlərin vəziyyətindən və ya çatdırılmasından) yaxud da ki, Tikinti Müqaviləsinin hər hansı tərəfinin vəziyyətindən (o cümlədən, lakin yalnız deyilən ilə məhdudlaşmadan, müflis olub - olmamasından) asılı olmur, və onun tərəfindən bu Kredit Sazişi üzrə öhdəliklərin icrası, hər bir halda, Tikinti Müqaviləsi ilə əlaqədar və ya hər hansı digər əsaslar ilə Sifarişçi ilə Podratçı arasında yaranan hər hansı mübahisə və ya təqdim edilən hər hansı tələb yaxud iddianın təsirinə məruz qalmır.

19.2.   Borc Alan hər hansı məqsədə və ya hər hansı səbəbə istinadən Borc Verənə qarşı hər hansı tələbə sahib olması fikrində olduğu hallara münasibətdə hər hansı əvəzləşdirmə üzrə hüquqlarından imtina edir.

 

20. Arbitraj və tətbiq edilə bilən hüquq

 

20.1. Bu Kredit Sazişi müstəsna olaraq İngiltərə və Uels hüququna uyğun olaraq tənzimlənir və təfsir edilir.

20.2.    Maliyyə Sənədləri, o cümlədən, lakin yalnız deyilənlər ilə məhdudlaşmadan, onların mövcud olması, etibarlı olması, təfsiri, icrası, pozulması və ya ləğvi, ilə əlaqədar olaraq yaranan və ya deyilənlərdən irəli gələn hər hansı mübahisə, fikir ayrılığı və ya iddia (“Mübahisə”) son və qəti olaraq London Beynəlxalq Arbitraj Məhkəməsinin Arbitraj Reqlamentinə uyğun olaraq həll edilir və həmin Reqlament bu istinad vasitəsi ilə hazırkı Yanmbəndyə daxil edilmiş hesab olunur.

20.3.    Arbitraj tribunalı üç (3) arbitrdən ibarət olur, onlardan biri Borc Verən, biri Borc Alan tərəfindən seçilir, və bu qaydada seçilmiş iki arbitr üçüncü arbitrin kimliyi barəsində razılığa gəlib onu təyin edirlər (və həmin üçüncü arbitr, digər razılaşma əldə olunmadığı halda, tribunalın sədri kimi çıxış edir), belə razılıq əldə edilmədikdə isə, üçüncü arbitr London Beynəlxalq Arbitraj Məhkəməsi tərəfindən təyin olunur. Arbitraj araşdırması London şəhərindən keçirilir. Arbitraj araşdırması ingilis dilində aparılır. Tribunal tərəfindən qərar yazılı surətdə çıxarılır və qərarın hansı əsaslarla çıxarılması izah edilir.

20.4.    Bir halda ki, Borc Alan hər hansı yurisdiksiyada (o cümlədən, Serbiya Respublikasında) özü və ya aktivləri üçün (qərar yaxud qətnamə çıxarılana qədər və ya sonrakı dövrlərə aid olmaqla) hər hansı iddia, yüklülük, icra, həbs yaxud da ki, digər hüquqi prosesdən toxunulmazlıq hüququna malik olmasını iddia edə bilər, və bir halda ki, hər hansı belə yurisdiksiyada ona yaxud da ki, aktivlərinə və ya gəlirinə münasibətdə hər hansı belə toxunulmazlıq hüququ şamil oluna bilər (onun iddia edilib - edilməməsindən asılı olmayaraq), Borc Alan bununla geri çağırılmayan tərzdə həmin yurisdiksiyanın qanunvericiliyi ilə nəzərdə tutulan ən geniş həcmdə olmaqla hər hansı belə toxunulmazlıq hüququnun istifadəsinə dair iddia qaldırmaq hüququndan və hər hansı belə toxunulmazlıq hüququndan imtina edir, və hər hansı məhdudiyyət qoyulmadan, ümumilikdə, Borc Alan hər hansı yurisdiksiyada özü, aktivləri (yalnız diplomatik məqsədlər üçün nəzərdə tutulan vəsaitlər istisna olmaqla) və ya gəlirinə münasibətdə bütün toxunulmazlıq hüquqlarından, o cümlədən də aşağıda qeyd edilənlərə aid olan toxunulmazlıq hüquqlarından, imtina edir:

20.4.1.                   iddianın təmin edilməsi məqsədi ilə məhkəmə tərəfindən qəbul edilən hər hansı qadağanedici göstərişin verilməsi və ya müəyyən hərəkətlərin icrası və ya aktivlərin yaxud pul vəsaitlərinin tutulması üçün qərarın çıxarılması; və

20.4.2.                   onun aktivlərinə (yalnız diplomatik məqsədlər üçün nəzərdə tutulan vəsaitlər istisna olmaqla) və ya gəlirinə qarşı, onun hər hansı aktivləri (yalnız diplomatik məqsədlər üçün nəzərdə tutulan vəsaitlər istisna olmaqla) və gəlirlərinin həbsi, saxlanılması və ya satışı ilə əlaqədar əmlak xarakterli hər hansı məhkəmə və ya arbitraj qərar yaxud qətnaməsinin icrası ilə əlaqədar hər hansı məhkəmə sənədinin təqdim edilməsi.

 

 

QEYD OLUNANLARIN TƏSDİQİ OLARAQ, tərəflər bu Kredit Sazişinin özlərinin müvafiq qaydada və lazımi tərzdə səlahiyyət verilmiş vəzifəli şəxsləri tərəfindən yuxarıda birinci qeyd edilmiş tarixdə 6 əsl nüsxədə imzalanmasını və təsdiq edilməsini təmin etdilər.

 

Azərbaycan Respublikasının Hökuməti adından:

Serbiya Respublikasının Hökuməti adından:

 

 

 

İmza:

 

 

İmza:

 

 

Adı: Şahin Mustafayev

 

Adı: Vuk Jeremic

 

Vəzifəsi: Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri

Vəzifəsi: Serbiya Respublikasının Xarici İşlər Naziri

 

 

 


Qoşma 1

KREDİT VƏSAİTLƏRİNİN VERİLMƏSİ ÜÇÜN ƏRİZƏ FORMASI

(Borc Alanın blankında çap olunur)

 

Kimə [•]

 

[ünvan]

 

Tarix:

 

Hörmətli cənablar,

 

Biz Koridori Srbije d.o.o. Beograd (“Sifarişçi”) ilə “AZVİRT” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Podratçı”) arasında bağlanmış Tikinti Müqaviləsi və Azərbaycan Respublikasının Hökuməti (“Borc Verən”) ilə Serbiya Respublikasının Hökuməti (“Borc Alan”) arasında bağlanmış [•] tarixli Kredit Sazişinə istinad edirik.

 

Burada istifadə edilən və Kredit Sazişinin mətnində anlayış verilmiş söz və ifadələr, bu ərizənin mətnində onlara başqa anlayış verilmədiyi halda, Kredit Sazişi ilə müəyyən edilmiş mənaları daşıyırlar.

 

1. Kredit Sazişinin 4.2 Bəndinə müvafiq qaydada, Tikinti Müqaviləsi çərçivəsində təchiz edilmiş mal / xidmətlər ilə əlaqədar təqdim edilmiş aşağıda qeyd olunan sənədlər bu ərizəyə əlavə olunur:

 

(a)   Podratçı tərəfindən təqdim edilmiş və Sifarişçinin səlahiyyətli nümayəndəsi tərəfindən lazımi qaydada təsdiq edilmiş kommersiya hesab - fakturasının əslinin surəti (“Kommersiya Hesab-Fakturası”);

(b)   [Tikinti Müqaviləsinin ödənişlərə aid şərtlərinə müvafiq qaydada doldurulur];

 

(Yuxarıda qeyd edilmiş bütün sənədlər birlikdə “Ödəniş Sənədləri” deyərək istinad olunur).

 

2. Ödəniş Sənədlərinin hər biri Tikinti Müqaviləsinə əsasən Podratçıya ödənişin aparılması üçün nəzərdə tutulan şərtlərə tam cavab verir və biz bununla Sizə, geri çağırılması mümkün olmayan tərzdə, aşağıda qeyd olunan şərtlərə əsasən Kredit Vəsaitlərinin verilməsini və __________ AVRO məbləğində vəsaitləri, yəni bura əlavə olunan kommersiya hesab - fakturasına əsasən Podratçıya ödənilməli olan məbləği təşkil edən vəsaitləri, Podratçıya (Podratçının adı) ödəmək üçün göstəriş veririk.

 

Hesab: [•]

 

Bank: [•]

 

3. Bu Kreditin Verilməsi üçün Ərizə geri götürülə bilməz.

 

4. Biz təsdiq edirik ki, Kredit Sazişinin 10-cu Bəndində verilmiş bəyanat və zəmanətlər, bu ərizənin tarixi üçün bütün əhəmiyyətli məqamlarda dəqiq və doğrudurlar və müvafiq Kredit Vəsaitlərinin Verilməsi Tarixi üçün bütün əhəmiyyətli məqamlarda dəqiq və doğru olacaqlar və bu ərizənin tarixi üçün hər hansı Öhdəliklərin Yerinə Yetirilməməsi Halı baş verməmişdir və davam etmir və qeyd olunan Kredit Vəsaitlərinin Verilməsi Tarixi üçün belə Öhdəliklərin Yerinə Yetirilməməsi Halı baş verməyəcək və davam etməyəcək.

 

Hörmətlə,

 

Serbiya Respublikasının Hökuməti adından

 

(səlahiyyətli nümayəndə)