Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə
1. Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹4, II kitab,
maddə 251, ¹5, maddə 323, ¹12, maddə 835; 2001, ¹1, maddə
24, ¹7, maddə 455; 2002, ¹1, maddə 9, ¹5, maddələr 236,
248, 258, ¹6, maddə 326, ¹8, maddə 465; 2003, ¹6, maddələr
276, 279, ¹8, maddələr 424, 425, ¹12, I kitab, maddə 676; 2004,
¹1, maddə 10, ¹4, maddə 200, ¹5, maddə 321, ¹8, maddə 598,
¹10, maddə 762, ¹ 11, maddə 900; 2005, ¹1, maddə 3, ¹6,
maddə 462, ¹7, maddə 575, ¹10, maddə 904, ¹11, maddə 994;
2006, ¹2, maddələr 71, 72, 75, ¹5, maddə 390, ¹12,
maddələr 1008, 1020, 1028; 2007, ¹2, maddə 68, ¹5, maddə
398, ¹6, maddələr 560, 562, 579, ¹8, maddə 757, ¹10,
maddələr 937, 941, ¹11, maddələr 1049, 1080, 1090, ¹12,
maddə 1221; 2008, ¹6, maddələr 454, 461, ¹7, maddə 602,
¹10, maddə 884, ¹12, maddələr 1047, 1049; 2009, ¹5, maddə
315, ¹7, maddə 517, ¹12, maddə 953; 2010, ¹2, maddə 70, ¹3,
maddələr, 171, 178, ¹4, maddələr 275, 276, ¹7, maddə
591; 2011, ¹4, maddə 253, ¹6, maddə 472, ¹7, maddələr 587,
601, 621; ¹11, maddə 980, ¹12, maddə 1093; Azərbaycan
Respublikasının 2011-ci il 15 noyabr tarixli 256-IVQD
nömrəli Qanunu) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 42.0.8 və 51-ci maddələr
çıxarılsın;
1.2. 43.3-cü maddədən “, əmlak
müsadirəsi” sözləri çıxarılsın;
1.3. 68.2-ci maddədə “, habelə cərimə
və ya əmlak müsadirəsi” sözləri “və ya cərimə”
sözləri ilə əvəz edilsin;
1.4.
VI Bölmənin adı aşağıdakı redaksiyada
verilsin:
“Bölmə VI
CİNAYƏT-HÜQUQİ
XARAKTERLİ DİGƏR TƏDBİRLƏR”;
1.5.
VI Bölməyə aşağıdakı məzmunda 15-1-ci
və 15-2-ci fəsillər əlavə edilsin:
“Fəsil 15-1
Xüsusi müsadirə
Maddə 99-1. Xüsusi
müsadirə
99-1.1. Xüsusi müsadirə cinayət-hüquqi
tədbiri aşağıda göstərilən əmlakın
məcburi qaydada və əvəzsiz olaraq dövlət
nəfinə alınmasıdır:
99-1.1.1. məhkumun cinayət törədilərkən
istifadə etdiyi alət və vasitələr (qanuni
sahibinə qaytarılmalı olan alət və vasitələr
istisna olmaqla);
99-1.1.2. məhkumun cinayət yolu ilə əldə
etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə
həmin pul vəsaitləri və ya digər əmlak
hesabına əldə edilmiş gəlirlər (qanuni
sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya
digər əmlak və ondan əldə edilmiş
gəlirlər istisna olmaqla);
99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul
vəsaitləri və ya digər əmlakın
mülki-hüquqi əqdlərin bağlanması və ya
digər üsullarla tam və ya qismən çevrildiyi
digər əmlak və ya onun müvafiq hissəsi;
99-1.1.4. terrorçuluğun, qanunvericiliklə
nəzərdə tutulmayan silahlı
birləşmələrin və ya qrupların,
mütəşəkkil dəstələrin və ya
cinayətkar birliklərin (cinayətkar təşkilatların)
maliyyələşdirilməsi üçün
nəzərdə tutulan və ya istifadə olunan əmlak.
99-1.2. Məhkəmə hər bir cinayət işi
üzrə bu Məcəllənin 99-1.1-ci
maddələrində nəzərdə tutulmuş
müsadirə edilməli əmlakın olub-olmaması
məsələsini həll edir. Xüsusi müsadirə
həm fiziki, həm də hüquqi şəxslərə
tətbiq oluna bilər.
99-1.3.
Məhkum tərəfindən özgəninkiləşdirilmiş
və ya hər hansı şəkildə digər
şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci
maddəsində nəzərdə tutulan əmlak o halda
müsadirə edilir ki, həmin əmlakı alan şəxs
əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi
və ya bilməli olduğu halda onu qəbul etmişdir.
Maddə 99-2.
Əmlakın dəyərinə görə müsadirə
Bu
Məcəllənin 99-1.1.2—99-1.1.4-cü maddələrində
nəzərdə tutulmuş müsadirə edilməli olan
əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi
və ya başqa səbəblərdən dövlət
nəfinə alına bilinmədiyi halda həmin əmlakın
dəyəri məbləğində məhkuma məxsus olan
digər əmlak müsadirə edilir.
Maddə 99-3. Cinayət
nəticəsində vurulmuş ziyanın müsadirə
edilmiş əmlak vasitəsilə ödənilməsi
99-3.1. Müsadirə məsələsi həll
olunarkən ilk növbədə cinayət
nəticəsində əmlakın qanuni sahibinə vurulmuş
ziyan ödənilməlidir.
99-3.2. Cinayət törətmiş şəxsin
müsadirə edilmiş əmlakdan başqa ziyanın
ödənilməsini təmin edəcək əmlakı
olmadıqda, cinayət nəticəsində əmlakın
qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş
əmlak hesabına ödənilməli, bundan sonra
əmlakın qalan hissəsi dövlət nəfinə
alınmalıdır.
Fəsil 15-2
Hüquqi
şəxslər barəsində tətbiq olunan
cinayət-hüquqi tədbirlər
Maddə 99-4. Hüquqi
şəxslərə cinayət-hüquqi tədbirlərin
tətbiq olunmasının əsasları və
şərtləri
99-4.1. Hüquqi şəxsə cinayət-hüquqi
tədbirlər həmin hüquqi şəxsin xeyrinə
və ya onun maraqlarının qorunması üçün
aşağıdakı fiziki şəxslər
tərəfindən törədilən cinayətlərə
görə tətbiq edilir:
99-4.1.1. hüquqi şəxsi təmsil etmək
səlahiyyətinə malik olan vəzifəli şəxs;
99-4.1.2. hüquqi şəxsin adından qərarlar
qəbul etmək səlahiyyətinə malik olan
vəzifəli şəxs;
99-4.1.3. hüquqi şəxsin fəaliyyətinə
nəzarət etmək səlahiyyətinə malik olan
vəzifəli şəxs;
99-4.1.4. bu Məcəllənin 99-4.1.1—99-4.1.3-cü
maddələrində nəzərdə tutulmuş
vəzifəli şəxslər tərəfindən
nəzarətin həyata keçirilməməsi
nəticəsində hüquqi şəxsin işçisi.
99-4.2. Hüquqi şəxsə cinayət-hüquqi
tədbirlərin tətbiqi həmin əməli törətmiş
və ya onun törədilməsində hər hansı
şəkildə iştirak etmiş fiziki şəxsin
cinayət məsuliyyətini istisna etmir.
99-4.4. Bu Məcəllənin 99-4.1-ci maddəsində
nəzərdə tutulmuş fiziki şəxs barəsində
qanunla müəyyən edilmiş hallarda cinayət
təqibinə xitam verilməsi hüquqi şəxsə
cinayət-hüquqi tədbirlərin tətbiqinə mane olmur.
99-4.5. Dövlət, bələdiyyələr,
həmçinin beynəlxalq təşkilatlar barəsində
cinayət-hüquqi tədbirlər tətbiq edilə
bilməz.
99-4.6. Hüquqi şəxslərə
cinayət-hüquqi tədbirlər bu Məcəllənin
144-1, 144-2, 193-1, 194, 214, 214-1, 271-273, 308, 311, 312, 312-1, 313, 316-1
və 316-2-ci maddələri ilə nəzərdə
tutulmuş əməllərin törədilməsinə
görə tətbiq edilir.
99-4.7.
Məhkəmə tərəfindən cinayət-hüquqi
tədbirin təyin edilməsi ilə bağlı qərar
qəbul olunanadək hüquqi şəxs yenidən
təşkil olunduqda cinayət-hüquqi tədbirlər
hüquqi şəxsin hüquqi varisinə təyin olunur.
Məhkəmə tərəfindən cinayət-hüquqi
tədbirin təyin edilməsi ilə bağlı qərar
qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv
olunanadək hüquqi şəxsin yenidən təşkil
olunması, yaxud təsisçilərinin (iştirakçılarının)
və ya hüquqi şəxsin nizamnamə ilə vəkil
edilmiş orqanının qərarı ilə ləğv
edilməsi qadağandır.
Maddə 99-5. Hüquqi
şəxslərə tətbiq edilən cinayət-hüquqi
tədbirlərin növləri
99-5.1. Hüquqi şəxslərə tətbiq
edilən cinayət-hüquqi tədbirlər
aşağıdakılardır:
99-5.1.1. cərimə;
99-5.1.2. xüsusi müsadirə;
99-5.1.3. hüquqi şəxsi müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə;
99-5.1.4. hüquqi şəxsi ləğv etmə.
99-5.2. Xüsusi müsadirə bu Məcəllənin 15-2-ci
fəsli ilə müəyyən edilmiş qaydada tətbiq
edilir.
99-5.3. Hüquqi şəxsi ləğv etmə
cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə
həm əsas, həm də əlavə, hüquqi şəxsi
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə və xüsusi müsadirə
yalnız əlavə cinayət-hüquqi tədbir növü
kimi tətbiq olunur.
99-5.3. Hüquqi şəxsə tətbiq olunacaq
cinayət-hüquqi tədbirin növü və həddi
müəyyən olunarkən aşağıdakı hallar
nəzərə alınır:
99-5.3.1. cinayətin ictimai təhlükəliliyinin
xarakteri və dərəcəsi;
99-5.3.2. cinayət nəticəsində hüquqi
şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun
maraqlarının təmin edilməsinin xarakteri və
dərəcəsi;
99-5.3.3. cinayətlərin sayı və onun
(onların) nəticələrinin ağırlığı;
99-5.3.4. cinayətin açılması, onun
iştirakçılarının ifşa edilməsi,
cinayət nəticəsində əldə edilmiş
əmlakın axtarışı və tapılmasına
kömək etmə;
99-5.3.5. cinayət nəticəsində dəymiş
maddi və mənəvi zərərin könüllü olaraq
ödənilməsi və ya aradan qaldırılması,
zərərçəkmiş şəxsə dəymiş
zərərin azaldılmasına yönəldilmiş
hüquqi şəxs tərəfindən görülən
digər tədbirlər.
99-5.3.6.
hüquqi şəxsi xarakterizə edən hallar, o
cümlədən əvvəllər onun barəsində
cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud
xeyriyyəçilik və ya digər ictimai faydalı
fəaliyyətlə məşğul olması.
Maddə 99-6.
Cərimə
99-6.1. Hüquqi şəxslərə tətbiq
edilən cinayət-hüquqi tədbir qismində cərimə
bu Məcəllə ilə müəyyən edilmiş hallarda
və məbləğdə məhkəmə
tərəfindən təyin edilən və dövlət
nəfinə keçirilən məcburi pul tutulmasından
ibarətdir.
99-6.2. Cərimə bu Məcəllənin 99-6.3, 99-6.4
və 99-8.3-cü maddələrində göstərilən
hallar və hüquqi şəxsin maliyyə-iqtisadi
vəziyyəti nəzərə alınmaqla əlli min manatdan
iki yüz min manatadək miqdarda və ya cinayət
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) bir mislindən beş mislinədək
miqdarda müəyyən olunur.
99-6.3. Hüquqi şəxslərə cərimə
növündə cinayət-hüquqi tədbir
aşağıdakı hədlərdə təyin edilir:
99-6.3.1. böyük ictimai təhlükə törətməyən
cinayətlərə görə - əlli min manatdan yetmiş
beş min manatadək, yaxud cinayət nəticəsində
vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir
mislindən iki mislinədək miqdarda;
99-6.3.2. az ağır cinayətlərə görə
- yetmiş beş min manatdan yüz min manatadək, yaxud
cinayət nəticəsində vurulmuş ziyanın
(əldə edilmiş gəlirin) iki mislindən üç
mislinədək miqdarda;
99-6.3.3. ağır cinayətlərə görə -
yüz min manatdan yüz iyirmi beş min manatadək, yaxud
cinayət nəticəsində vurulmuş ziyanın
(əldə edilmiş gəlirin) üç mislindən
dörd mislinədək miqdarda;
99-6.3.4. xüsusilə ağır
cinayətlərə görə - yüz iyirmi beş min
manatdan yüz əlli min manatadək miqdarda, yaxud cinayət
nəticəsində vurulmuş ziyanın (əldə
edilmiş gəlirin) dörd mislindən beş
mislinədək miqdarda.
99-6.4.
Hüquqi şəxsə tətbiq edilən cərimə onun
əmlakının dəyərinin yarıdan çox
hissəsini təşkil edə bilməz.
Maddə 99-7. Hüquqi
şəxsi müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə
99-7.1. Hüquqi şəxsi müəyyən
fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə sahibkarlıq fəaliyyətinin
müəyyən növünü həyata keçirməyə
icazə verən xüsusi razılığın
(lisenziyanın) və ya xüsusi icazənin ləğv
edilməsindən, müəyyən əqdlərin
bağlanılmasının, səhm və ya digər
qiymətli kağızların buraxılmasının,
dövlətdən subsidiyaların və ya başqa
güzəştlərin əldə edilməsinin və ya
digər fəaliyyətlə məşğul olmanın
qadağan edilməsindən ibarətdir.
99-7.2. Hüquqi şəxsi müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə bu
Məcəllənin 99-5.3-cü maddəsində
göstərilən hallar nəzərə alınmaqla
hüquqi şəxsin müəyyən fəaliyyətlə
məşğul olma hüququnun saxlanılması
qeyri-mümkün hesab edildikdə aşağıdakı
müddətlərə təyin edilir:
99-7.2.1. böyük ictimai təhlükə
törətməyən cinayətlərə görə - bir
ildən iki ilədək müddətə;
99-7.2.2. az ağır cinayətlərə görə
- iki ildən üç ilədək müddətə;
99-7.2.3. ağır cinayətlərə görə -
üç ildən dörd ilədək müddətə;
99-7.2.4.
xüsusilə ağır cinayətlərə görə -
dörd ildən beş ilədək müddətə.
Maddə 99-8. Hüquqi
şəxsi ləğv etmə
99-8.1. Hüquqi şəxsi ləğv etmə
hüquqi şəxsin xeyrinə və ya onun
maraqlarının qorunması üçün
törədilən cinayətlə əlaqədar onun
mövcudluğuna və fəaliyyətinə, hüquq və
vəzifələri hüquq varisliyi qaydasında başqa
şəxslərə keçmədən xitam
verilməsindən ibarət müstəsna cinayət-hüquqi
tədbirdir.
99-8.2. Hüquqi şəxsi ləğv etmə
həmin hüquqi şəxs mütəmadi olaraq
cinayətlərin törədilməsində və ya
cinayətin izlərinin, cinayət yolu ilə əldə
edilmiş pul vəsaitləri və ya digər əmlakın
gizlədilməsində istifadə edildikdə və ya onun
əmlakının yarıdan çox hissəsi bu
Məcəllənin 99-1.1-ci maddəsinə əsasən
müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq
olunur.
99-8.3. Hüquqi şəxsi ləğv etmə
növündə cinayət-hüquqi tədbir təyin
edildikdə əlavə cinayət-hüquqi tədbir
qismində bu Məcəllənin 99-6.4-cü maddəsi
nəzərə alınmaqla iki yüz min manat miqdarında
cərimə təyin edilir.
99-8.4.
Hüquqi şəxsi ləğv etmə siyasi partiyalara və
həmkarlar ittifaqına, dövlət (bələdiyyə) müəssisələrinə
və ya səhmlərinin (paylarının) nəzarət
zərfi dövlətə (bələdiyyəyə) məxsus
olan hüquqi şəxslərə tətbiq edilmir.
Maddə 99-9. Hüquqi
şəxsin cinayət-hüquqi tədbirlərin
tətbiqindən azad edilməsi
Hüquqi şəxsin xeyrinə və ya onun
maraqlarının qorunması üçün cinayət
törətmiş şəxs bu Məcəllənin 75-ci
maddəsi ilə nəzərdə tutulmuş qaydada
müddətin keçməsi ilə bağlı cinayət
məsuliyyətindən azad edildikdə, hüquqi şəxs
barəsində cinayət-hüquqi tədbirlər tətbiq
edilə bilməz.”;
1.6. 144-1.1, 144-1.2, 144-1.3, 165.2, 165-2.1, 165-2.2, 181.2,
181.3, 182.3, 183.2, 184.3, 204.2, 204.3, 205.2, 206.4, 213-1.1, 213-1.2,
214.1, 214.2, 214-1, 232.3, 234.4, 235.4, 308.1, 309.2, 311.3, 312.1, 312.2, 312-1.1
və 312-1.2-ci maddələrin sanksiyalarından “əmlakı
müsadirə olunmaqla” sözləri
çıxarılsın;
1.7. 165-3.1 və 165-3.2-ci maddələrin sanksiyasından
“əmlakı müsadirə olunmaqla,” sözləri
çıxarılsın;
1.8. 177.2, 177.3, 178.2, 178.3, 179.2, 179.3, 180.2, 180.3, 181.1,
182.2, 183.1, 194.2, 199.3, 204.1, 206.2, 206.3, 207, 217.1, 217.2, 218.1,
218.2, 218.3, 219-1.2, 219-1.3, 227.3, 234.2, 234.3, 235.2, 235.3, 274, 276
və 279.3-cü maddələrin sanksiyalarından
“əmlakı müsadirə olunmaqla və ya olunmamaqla”
sözləri çıxarılsın;
1.9. 193-1.1, 193-1.2, 193-1.3, 202-2.1, 202-2.2, 203-1.1, 203-1.2,
308.2, 309.1, 311.1, 311.2 və 313-cü maddələrin
sanksiyalarından “, əmlakı müsadirə olunmaqla”
sözləri çıxarılsın;
1.10. 194.1, 233-1.1, 233-1.2-ci maddələrin
sanksiyasından “əmlakı müsadirə edilməklə”
sözləri çıxarılsın;
1.11.
214-1-ci maddədə “219-
Maddə 2. Qanunun
qüvvəyə minməsi
2.1. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 15-2-ci fəsli hüquqi
şəxslər barəsində cinayət-hüquqi
tədbirlərin tətbiqi qaydası ilə əlaqədar
Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsində və Azərbaycan Respublikası
Cəzaların İcrası Məcəlləsində
ediləcək dəyişikliklərlə eyni gündə
qüvvəyə minir.
2.2.
Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hal
istisna olmaqla bu Qanunun digər müddəaları 2012-ci il
mayın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 7 mart 2012-ci il
¹
314-IVQD