Masallı rayonunun sosial-iqtisadi inkişafının daha
da sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Masallı
rayonunda regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2009-2013-cü illər) uğurla yerinə yetirilir.
Qısa müddət ərzində rayonun sosial-iqtisadi
həyatında əsaslı dəyişikliklər baş
vermiş, bir sıra mühüm infrastruktur layihələri
yerinə yetirilmiş, yeni təhsil, səhiyyə, idman,
mədəniyyət müəssisələri və digər
sosial yönümlü obyektlər tikilərək
istifadəyə verilmişdir.
Əhalini narahat edən sosial
əhəmiyyətli problemlərin həlli istiqamətində
işlərin davam etdirilməsi və “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda
müəyyən olunmuş tədbirlərin həyata
keçirilməsinin sürətləndirilməsi
məqsədilə Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1.
Masallı rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsi məqsədilə Masallı
Rayon İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2012-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat
məbləğində vəsait ayrılsın.
2.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu
Sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 15 mart 2012-ci il
¹ 2099