Hərbi vəzifə və hərbi xidmət
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci
bəndinə uyğun olaraq Azərbaycan Respublikasının
Silahlı Qüvvələrinə və hərbi
xidmət nəzərdə tutulmuş digər dövlət
orqanlarına (dövlət orqanlarının strukturuna daxil
olan qurumlara) həvalə edilmiş vəzifələrin
yerinə yetirilməsi sahəsində hərbi vəzifənin
və hərbi xidmətkeçmənin hüquqi
tənzimlənməsi qaydalarını müəyyən edir.[1]
1-ci fəsil
Ümumi müddəalar
Maddə 1. Hərbi
vəzifə və hərbi xidmət haqqında qanunvericilik
1.1. Hərbi vəzifə və hərbi
xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası
Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan
və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
1.2. Səfərbərlik üzrə hərbi
vəzifələrin yerinə yetirilməsi
məsələləri Azərbaycan Respublikasında
səfərbərlik hazırlığı və
səfərbərlik haqqında Azərbaycan Respublikasının
Qanunu və Hərbi xidmətkeçmə haqqında
Əsasnamə ilə tənzimlənir.
Maddə 2. Bu Qanunda
istifadə olunan əsas anlayışlar
2.0. Bu Qanunda istifadə olunan əsas
anlayışlar aşağıdakılardır:
2.0.1. hərbi vəzifə - qanunvericiliklə
nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası
vətəndaşlarının hərbi qeydiyyatı,
çağırışaqədərki
hazırlığı, hərbi xidmətə
çağırışı, çağırış
üzrə və könüllü hərbi
xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara
çağırışı və toplanış
keçməsi, səfərbərlik üzrə
vəzifələrin yerinə yetirilməsidir;
2.0.2. hərbi xidmət dövlət
qulluğunun xüsusi növü olmaqla Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində və
siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş digər dövlət
orqanlarında (dövlət orqanlarının strukturuna daxil
olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş
qaydada və müddətlərdə Azərbaycan
Respublikası vətəndaşlarının, əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin həyata keçirdikləri xidməti
fəaliyyətdir;[2]
2.0.3. ehtiyatda xidmət toplanışlar
keçmək və müharibə zamanı
səfərbərlik üzrə çağırış
qaydalarını yerinə yetirməkdən ibarət olan
xidməti fəaliyyətdir;
2.0.4. hərbi uçot Azərbaycan
Respublikasının Silahlı Qüvvələrini və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı
birləşmələri şəxsi heyətlə
komplektləşdirmək məqsədilə
çağırışçıların və hərbi
vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada siyahıya
alınmasıdır;[3]
2.0.5. hərbi qeydiyyat
Azərbaycan Respublikasının Silahlı
Qüvvələrini və Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa
silahlı birləşmələri şəxsi heyətlə
komplektləşdirmək məqsədi ilə bütün
çağırışçıların və hərbi
vəzifəlilərin yaşayış yeri və ya olduğu
yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata
alınmasıdır.
Çağırışçıların və hərbi
vəzifəlilərin hərbi qeydiyyatının aparılması
qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir;[4]
2.0.6. hərbi uçot ixtisası Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində və
ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı
birləşmələrdə həqiqi hərbi
xidmətə çağırılmalı olan (və ya
qəbul edilməsi mümkün olan) şəxslərin
hərbi ixtisaslar üzrə istifadəsi mümkünlüyünün
müəyyənləşdirilmiş qeydiyyatıdır;[5]
2.0.7. çağırışaqədər
yaş həddində olan vətəndaşlar ilkin hərbi
qeydiyyata alınma yaş həddində olan Azərbaycan
Respublikasının vətəndaşları;
2.0.8. çağırışçılar
ilkin hərbi qeydiyyata alınmış və ya
alınmalı olan müddətli həqiqi hərbi xidmət
keçməmiş 18 yaşından 35 yaşınadək
Azərbaycan Respublikasının kişi cinsli
vətəndaşları;
2.0.9. hərbi qulluqçular həqiqi hərbi
xidmətdə olan şəxslər. Həqiqi
hərbi xidmətə çağırılmış və
ya könüllü daxil olmuş şəxs hərbi
qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra
hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar;[6]
2.0.10. hərbi vəzifəlilər ehtiyata
keçirilmiş Azərbaycan Respublikasının
vətəndaşları;
2.0.11. hərbi vəzifəli olmayanlar hərbi
qeydiyyata götürülməli olmayan və istefaya
buraxılmış (keçirilmiş)
Azərbaycan Respublikasının vətəndaşları;[7]
2.0.12. hərbi qeydiyyata
götürülməli olmayanlar - Azərbaycan
Respublikasının vətəndaşlığı olmayan
şəxslər, sağlamlıq vəziyyətinə
görə həm dinc dövrdə, həm də
müharibə dövründə hərbi xidmətə
yararsız hesab edilmiş, törədilmiş ağır
və ya xüsusilə ağır cinayətə görə
müəyyən müddətə azadlıqdan məhrum
etmə və ya ömürlük azadlıqdan məhrum
etmə növündə cəzaya məhkum edilmiş,
ehtiyatda olmağın son yaş həddinə
çatmış vətəndaşlar və qadın
vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan,
öz razılığı ilə hərbi qeydiyyata
götürülən qadınlardan başqa).[8]
Maddə 3. Azərbaycan
Respublikasında hərbi vəzifə və hərbi xidmət
3.1. Azərbaycan Respublikası
Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə
uyğun olaraq Vətəni müdafiə hər bir
vətəndaşın borcudur.
3.2. Azərbaycan Respublikasının 18
yaşına çatmış və sağlamlıq
vəziyyətinə görə hərbi xidmətə
yararlı hər bir kişi cinsli vətəndaşı
Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində və ya Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı
birləşmələrdə bu Qanunla müəyyən
edilmiş qaydada müddətli həqiqi hərbi xidmət
keçməlidir.
3.3. Azərbaycan Respublikası
Konstitusiyasının 76-cı maddəsinin II hissəsinə
uyğun olaraq vətəndaşların əqidəsi
həqiqi hərbi xidmət keçməyə ziddirsə,
qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi
xidmətin alternativ xidmətlə əvəz olunmasına yol
verilir.
3.4. Siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilən hərbi
uçot ixtisası olan 19 yaşından 40
yaşınadək Azərbaycan Respublikasının qadın
vətəndaşları özlərinin razılığı
ilə hərbi qeydiyyata götürülür və
bağlaşma əsasında Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində və ya Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı
birləşmələrdə hərbi xidmətə
qəbul edilirlər.
2-ci fəsil
Vətəndaşların hərbi qeydiyyatı
Maddə 4. Hərbi
qeydiyyatın təşkili
4.1. Bütün
çağırışçılar və hərbi
vəzifəlilər hərbi qeydiyyata alınmalıdırlar.
4.2.
Çağırışçıların və hərbi
vəzifəlilərin (bu Qanunun
4.4-cü maddəsində nəzərdə tutulmuş
hərbi vəzifəlilər istisna olmaqla)
hərbi qeydiyyatı onların yaşayış yeri
üzrə, 3 aydan artıq müddətə
yaşayış yerini dəyişdirdikdə isə olduğu
yer üzrə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən aparılır.[9]
4.3.
Çağırışçıların və hərbi
vəzifəlilərin hərbi qeydiyyatının
aparılması qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
4.4. Müvafiq icra
hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi
vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan
tərəfindən aparılır.[10]
Maddə 5. İlkin
hərbi qeydiyyata alma komissiyaları
5.1. Vətəndaşların müvafiq icra
hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınması
üçün müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə aşağıdakı tərkibdə
ilkin hərbi qeydiyyata alma komissiyaları yaradılır:
5.1.1. komissiyanın sədri müvafiq icra hakimiyyəti
orqanının rəhbəri;
5.1.2. komissiyanın üzvləri həkim
mütəxəssislər.
5.2. Rayon, şəhər, şəhərdə
rayon ilkin hərbi qeydiyyata alma komissiyasının fərdi
tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq
edir.
Maddə 6.
Vətəndaşların ilkin hərbi qeydiyyata
alınması
6.1. Hər il yanvar-mart ayları ərzində
həmin il 15
yaşı tamam olan Azərbaycan Respublikasının kişi
cinsli vətəndaşları yaşayış və ya
olduğu yer üzrə müvafiq icra hakimiyyəti
orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar.[11]
6.2. Vətəndaşlar müvafiq icra
hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən
onların hərbi xidmətə
yararlılığını müəyyən etmək
məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada
həkim mütəxəssislər tərəfindən
hökmən tibbi müayinə, habelə hərbi xidmət
müddətində onlardan daha məqsədəuyğun
istifadə edilməsini müəyyənləşdirmək
üçün psixoloji müayinə edilməli,
müvəqqəti yararsız hesab edilən şəxslər
isə Azərbaycan Respublikasının dövlət
büdcəsi hesabına dövlət tibb
müəssisələrində mütləq qaydada
müalicəyə göndərilməlidirlər.
6.3. Azərbaycan Respublikasında fəaliyyət
göstərən mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq,
Azərbaycan Respublikasının və ya xarici dövlətin
qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi
şəxs statusunda olan müəssisə, idarə və
təşkilatlar, onların filial və
nümayəndəlikləri, o cümlədən təhsil
müəssisələri (bundan sonra - təşkilatlar),
müvafiq icra hakimiyyəti orqanı, yerli
özünüidarə orqanları hər il sentyabr
ayının 1-dək müvafiq icra hakimiyyəti orqanında
ilkin hərbi qeydiyyata alınmalı olan
vətəndaşların siyahılarını müvafiq icra
hakimiyyəti orqanına təqdim etməlidirlər.
6.4. Müvafiq icra hakimiyyəti orqanında ilkin
hərbi qeydiyyata alınmalı olan vətəndaşlar
qeydiyyata alınmaq üçün müvafiq icra
hakimiyyəti orqanının fərdi çağırış
vərəqəsində göstərilmiş
müddətdə müvafiq icra hakimiyyəti orqanına
gəlməli və aşağıdakı
sənədləri təqdim etməlidirlər:
6.4.1. doğum haqqında
şəhadətnamənin surəti;
6.4.2. ailə tərkibi haqqında arayış;
6.4.3. təhsil haqqında sənəd (təhsil
müəssisəsini bitirənlər üçün);
6.4.4. təhsil (təhsil müəssisəsini
bitirməyənlər üçün) və ya iş
yerindən arayış;
6.4.5. tərcümeyi-hal;
6.4.6. 6 ədəd 3x4 sm. ölçüdə
fotoşəkil.
Qeyd. Bu Qanunun 6.4.1-ci
maddəsində nəzərdə tutulmuş sənəd
üzrə məlumatların elektron informasiya sistemindən
əldə edilməsi mümkün olduğu hallarda həmin sənəd
vətəndaşlardan tələb olunmur.[12]
6.5. Müvafiq icra hakimiyyəti orqanında ilkin
hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin
hərbi qeydiyyata alma komissiyasının qərarı elan
edilir, onların hüquq və vəzifələri, ilkin
hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə
hazırlığın keçilməsi qaydası izah olunur
və forması müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş ilkin hərbi
qeydiyyata alınma haqqında vəsiqə verilir.
Maddə 7.
Vətəndaşların hərbi qeydiyyat üzrə
vəzifələri
7.1. Vətəndaşlar
ehtiyata keçirildikdən sonra 7 gün müddətində
yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq
üçün müvafiq icra hakimiyyəti orqanına
gəlməlidirlər.[13]
7.2. Hərbi vəzifəlilər və
çağırışçılar yaşayış
yerini 3 aydan çox müddətə dəyişdirdikdə
yaşayış yeri üzrə hərbi qeydiyyatdan
çıxmalı və olduğu yer üzrə hərbi
qeydiyyata durmalıdırlar.
7.3. Hərbi vəzifəlilər və
çağırışçılar yaşayış
yerini dəyişərkən 10 gün müddətində
hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti
orqanına məlumat verməlidirlər.
Maddə 8. Dövlət
orqanlarının, yerli özünüidarə
orqanlarının, təşkilatların və vəzifəli
şəxslərin hərbi qeydiyyat üzrə vəzifələri
8.1. Dövlət orqanları, yerli
özünüidarə orqanları, təşkilatlar və
vəzifəli şəxslər müvafiq icra hakimiyyəti
orqanının müraciətinə əsasən hərbi
vəzifəlilərin və
çağırışçıların müvafiq icra
hakimiyyəti orqanına çağırılması
barədə onlara məlumat verməli və onların
çağırış üzrə vaxtında
gəlməsinə köməklik
göstərməlidirlər.
8.2. Müvafiq icra hakimiyyəti orqanı:
8.2.1. hərbi vəzifəliləri və
çağırışçıları yalnız
onların hərbi qeydiyyat sənədlərində hərbi
qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarma
barədə müvafiq icra hakimiyyəti orqanının
qeydləri olduğu təqdirdə yaşayış yeri
üzrə qeydiyyata almalı və ya qeydiyyatdan
çıxarmalı;
8.2.2. vətəndaşların hərbi
xidmətə (toplanışlara)
çağırılmasında, vətəndaşların
hərbi qeydiyyat qaydalarına əməl etməsinə
nəzarət olunmasında və hərbi
vəzifəlilər və
çağırışçılar sırasından
müəyyən edilmiş hərbi qeydiyyat qaydalarını
pozan vətəndaşların aşkara
çıxarılmasında müvafiq icra hakimiyyəti
orqanına köməklik göstərməli;
8.2.3. hərbi vəzifənin icrasından boyun
qaçıran şəxsləri aşkar etməli;
8.2.4. müddətli
həqiqi hərbi xidmətə çağırılan
Azərbaycan Respublikasının
vətəndaşlarının məcburi dövlət
daktiloskopik qeydiyyatını aparmalıdır.[14]
8.3. Müvafiq icra hakimiyyəti orqanı hərbi
vəzifəlilərin və
çağırışçıların öz
soyadının, adının, atasının adının
dəyişdirilməsinin, vətəndaşlıq
vəziyyəti aktlarının qeydiyyatında onların
doğum tarixi və yeri haqqında dəyişikliklər
edilməsinin, habelə bu şəxslərin ölümünün
qeydiyyatı barədə müvafiq icra hakimiyyəti
orqanına 7 gün müddətində məlumat
verməlidir.
8.4. Cinayət təqibini həyata keçirən
orqanlar barəsində cinayət işi
başlanılmış
çağırışçılara dair onların
qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına 7 gün
müddətində məlumat verməlidir.
8.5. Cəzanı icra edən müəssisə
və orqanlar hərbi vəzifəlilər və
çağırışçılar haqqında məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü barədə
müvafiq icra hakimiyyəti orqanına 7 gün
müddətində məlumat verməlidirlər.
8.6. Müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) əlilliyi müəyyən edilmiş
bütün çağırışçılar və
hərbi vəzifəlilər barəsində onların
hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti
orqanına 7 gün müddətində məlumat verməlidir.[15]
8.7. Mənzil-istismar təşkilatlarının
və yaşayış sahələrinə xidmət edən
digər idarəedici təşkilatların
rəhbərləri, mənzil mülkiyyətçilərinin
müştərək cəmiyyəti və ya
ixtisaslaşmış istehlak kooperativi, bunlar olmadıqda,
binanın sahə mülkiyyətçiləri hərbi
vəzifəli və ya çağırışçı
olan sakinlər barədə tələb olunan
məlumatları onların hərbi qeydiyyata alınması,
hərbi qeydiyyatdan çıxarılmasının
rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat
məlumatının dəqiqləşdirilməsi
üçün müvafiq icra hakimiyyəti orqanına
vaxtında təqdim etməli, habelə müvafiq icra
hakimiyyəti orqanına çağırılmaları
barədə çağırışçılara və
hərbi vəzifəlilərə vaxtında məlumat
verməlidirlər.
3-cü fəsil
Vətəndaşların hərbi xidmətə
hazırlanması
Maddə 9.
Çağırışaqədərki hazırlıq
9.1. Azərbaycan Respublikasında
çağırışaqədərki hazırlıq
müdafiə sahəsində ilkin biliklərə
yiyələnmə, hərbi xidmətin əsasları
üzrə hazırlıq və hərbi
vətənpərvərlik tərbiyəsi
məqsədləri üçün ümumi təhsil, peşə
və orta ixtisas təhsili müəssisələrində
keçirilir.
9.2. Çağırışaqədər
yaş həddində olan vətəndaşlar müddətli
həqiqi hərbi xidmətə
çağırılanadək onlara müdafiə
sahəsində ilkin biliklər verilməsi məqsədi
ilə təhsildən ayrılmamaqla
çağırışaqədərki hazırlıq
aparılır. Bu fənnin tədrisi
çağırışaqədərki hazırlıq
rəhbəri tərəfindən aparılır.
9.3. Çağırışaqədər
yaş həddində olan vətəndaşların və
çağırışçıların fiziki
hazırlığı proqramları, bu
hazırlığın təmin edilməsinə
yönəlmiş idman növlərinin siyahısı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur. Bu Qanunun 9.1-ci maddəsində
nəzərdə tutulmuş təhsil
müəssisələrində keçirilən fiziki
hazırlıqdan başqa, vətəndaşların fiziki
hazırlığının təmin olunması müvafiq
icra hakimiyyəti orqanı ilə bədən
tərbiyəsi-idman təşkilatları arasında
bağlanan müqavilələr əsasında həyata
keçirilir.
Maddə 10.
Vətəndaşların xüsusi hərbi ixtisaslar
üzrə hazırlanması
10.1. 17 yaşına çatmış
vətəndaşlar və
çağırışçılar müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş təhsil müəssisələrində
işdən ayrılmaqla xüsusi hərbi ixtisaslar
üzrə hazırlıq keçə bilərlər.
10.2. Müvafiq icra hakimiyyəti orqanı
xüsusi hərbi ixtisasların siyahısını və
hazırlıq proqramını müəyyən edir və
həmin ixtisaslar üzrə 17 yaşına
çatmış vətəndaşların və
çağırışçıların
hazırlanması üzrə sifarişlər verir. Bu ixtisaslar
üzrə hazırlanmalı olan 17 yaşına
çatmış vətəndaşların və
çağırışçıların sayı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
10.3. İş yerindən ayrılmaqla
çağırışaqədərki hazırlığa
cəlb edilən vətəndaşların təhsil
dövründə iş yeri, vəzifəsi və iş yeri
üzrə orta əmək haqqı saxlanılır, habelə
təhsil yerinə gedib-gəlmək haqqı iş yeri
üzrə ödənilir.
10.4. Müvafiq icra hakimiyyəti orqanı
çağırışaqədərki hazırlıq
keçməyə cəlb etdiyi vətəndaşların
məşğələlərə (dərslərə)
gəlmədikləri barədə onların iş yerinə
və müvafiq icra hakimiyyəti orqanına məlumat verir.
Maddə 11. Ali təhsil
müəssisələri tələbələrinin
zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi
hazırlığı[16]
11.1. Ali təhsil müəssisələrində
xüsusi proqram üzrə zabitlərin hazırlanması
qaydası və müvafiq hərbi ixtisasların
siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
11.2. Əyani təhsilalma formasında təhsil
alan tələbələrin xüsusi proqram üzrə
hərbi hazırlığı ali təhsil
müəssisəsində təşkil edilir və
keçirilir.
11.3. Zabitlər hazırlanan xüsusi proqram
üzrə hərbi hazırlığı sağlamlıq
vəziyyətinə görə zabitlərin hərbi
xidmətinə yararlı olan tələbələr
keçirlər.
11.4. Tələbələrin hərbi
hazırlığına ümumi rəhbərliyi müvafiq
icra hakimiyyəti orqanı həyata keçirir.
4-cü fəsil
Həqiqi hərbi xidmətə
çağırış
Maddə 12.
Vətəndaşların müddətli həqiqi hərbi
xidmətə çağırılması
12.1. Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı
birləşmələrin şəxsi heyətlə
komplektləşdirilməsi üsullarına görə
hərbi xidmət çağırış üzrə
və könüllü xidmətlərə bölünür.[17]
12.2. Hərbi xidmətə
çağırışın müəyyən edilmiş
tələblərinə cavab verən Azərbaycan
Respublikasının vətəndaşları
aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar:
12.2.1. müddətli həqiqi hərbi
xidmətə - Azərbaycan Respublikasının 18
yaşına çatmış, sağlamlıq
vəziyyətinə görə hərbi xidmətə
yararlı olan, çağırışa möhlət
hüququ olmayan və ya çağırışdan azad
edilməmiş kişi cinsli vətəndaşları;
12.2.2. zabitlərin həqiqi hərbi
xidmətinə müddətli həqiqi hərbi xidmət
keçməmiş, yaşı 35-dən çox olmayan,
sağlamlıq vəziyyətinə görə hərbi
xidmətə yararlı olan, çağırışa
möhlət hüququ olmayan və ya
çağırışdan azad edilməmiş ehtiyatda olan
zabitlər.
12.3. Vətəndaşlar müddətli
həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti
orqanının aktı əsasında ildə dörd
dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən
30-dək çağırılırlar.
12.4. Vətəndaşların müddətli
həqiqi hərbi xidmətə çağırılması
haqqında müvafiq icra hakimiyyəti orqanının aktı
qüvvəyə mindikdən sonra müddətli həqiqi
hərbi xidmət keçməmiş, müddətli
həqiqi hərbi xidmətə çağırışa
möhlət hüququ olmayan və ya müddətli həqiqi
hərbi xidmətə çağırışdan azad
edilməyən çağırışçılar
yaşayış yeri və ya olduğu yer üzrə
hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan
çağırışçılar isə
yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti
orqanına gəlməlidirlər.
12.5. Dövlət orqanları, yerli
özünüidarə orqanları, təşkilatlar və
vəzifəli şəxslər
çağırışçıları
ezamiyyətdən geri çağırmalı və
müvafiq icra hakimiyyəti orqanına onların vaxtında
gəlməsinə köməklik
göstərməlidirlər.
12.6.
Çağırışçıların hərbi
qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanının
dəyişdirilməsinə yalnız təsdiqedici
sənədlər müvafiq icra hakimiyyəti orqanına
təqdim edilərkən yol verilir, bu şərtlə ki,
çağırışçı:
12.6.1. işəgötürən
tərəfindən başqa yerdə işə
keçirilmiş olsun;
12.6.2. yaşayış yerini dəyişmiş
olsun;
12.6.3. təhsil müəssisələrinə
qəbul edilmiş və ya təhsil
müəssisələrini bitirərək təyinat
üzrə başqa yerə işə göndərilmiş olsun.
12.7. Müəyyən edilmiş
müddətdə müvafiq icra hakimiyyəti orqanına
gəlməməyin üzrlü səbəbləri kimi
aşağıdakılar sayılır:
12.7.1.
çağırışçının xəstəliyi
(tibb müəssisəsinin xəstəlik barədə tibbi
arayışı əsasında);
12.7.2. fövqəladə və ya digər
qarşısı alına bilinməyən hallar (bu zaman
şəxsən gəlməyin mümkün olmaması
çağırışçının yaşayış
yeri üzrə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilməlidir).
12.8. Azərbaycan Respublikasının xaricdə
yaşayan vətəndaşları müddətli həqiqi
hərbi xidmətə bu Qanunla və Azərbaycan
Respublikasının Konsul Nizamnaməsi ilə
müəyyən edilmiş qaydada
çağırılırlar.
12.9. Xarici dövlətin
vətəndaşlığını qəbul etmiş, lakin
Azərbaycan Respublikasının
vətəndaşlığına xitam verilməmiş
çağırışçılar ümumi əsaslarla
müddətli həqiqi hərbi xidmətə
çağırılırlar.
Maddə 13.
Çağırış komissiyaları
13.1. Vətəndaşların müddətli
həqiqi hərbi xidmətə
çağırışını keçirmək
üçün rayonda, şəhərdə,
şəhərdə rayonlarda aşağıdakı
tərkibdə çağırış komissiyaları
yaradılır:
13.1.1. komissiyanın sədri müvafiq icra
hakimiyyəti orqanının rəhbəri;
13.1.2. komissiya sədrinin müavini müvafiq
icra hakimiyyəti orqanının nümayəndəsi;
13.1.3. komissiyanın üzvləri müvafiq
icra hakimiyyəti orqanının nümayəndələri,
hərbi həkim komissiyasının sədri.
13.2. Çağırış
komissiyasının işində həkim
mütəxəssislər (cərrah, terapevt, nevropatoloq,
psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq,
psixoloq) iştirak etməlidirlər.
13.3. Rayon, şəhər, şəhərdə
rayon çağırış komissiyasının və
çağırış komissiyasının işinə
cəlb edilmiş həkim mütəxəssislərin
fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı
müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırmaqla təsdiq edir.
Maddə 14. Rayon,
şəhər, şəhərdə rayon
çağırış komissiyalarının
vəzifələri
14.1. Rayon, şəhər, şəhərdə
rayon çağırış komissiyaları
aşağıdakı vəzifələri yerinə
yetirirlər:
14.1.1.
çağırışçıların tibbi
müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci
maddəsində nəzərdə tutulmuş qərarlardan
birini qəbul etmək;
14.1.2.
çağırışçıların müddətli
həqiqi hərbi xidmətə çağırılması
barədə qərar qəbul etmək;
14.1.3. xüsusi hərbi ixtisaslar üzrə
hazırlanması üçün
çağırışçıları tibbi, psixoloji
və başqa göstəricilərə görə
səmərəli bölüşdürmək;
14.1.4. müvafiq icra hakimiyyəti orqanının
say bölgüsü üzrə
çağırışçıları müddətli
həqiqi hərbi xidmətin keçirilməsi yerinə
göndərmək;
14.1.5. bu Qanunda nəzərdə tutulmuş
əsaslar üzrə müddətli həqiqi hərbi
xidmətə çağırışa möhlət
vermək və ya çağırışdan azad etmək.
14.2. Çağırışçı rayon,
şəhər, şəhərdə rayon
çağırış komissiyasının sədri
tərəfindən onun barəsində qəbul edilmiş
qərarlarla 10 gün müddətində tanış edilir.
14.3. Rayon, şəhər, şəhərdə
rayon çağırış komissiyasının
qərarları ilə razılaşmadıqda
çağırışçının Mərkəzi
çağırış komissiyasına və (və ya)
məhkəməyə müraciət etmək hüququ
vardır.
Maddə 15. Tibbi
müayinədən keçməyin məcburiliyi və rayon,
şəhər, şəhərdə rayon
çağırış komissiyalarının qərarı
15.1. Müddətli həqiqi hərbi
xidmətə çağırılan bütün
vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında
həkim mütəxəssislər tərəfindən,
əlavə tibbi müayinəyə ehtiyac olduqda isə
digər müalicə müəssisələrində
hökmən tibbi müayinədən keçirilirlər.
15.2. Tibbi müayinənin
nəticələrinə uyğun olaraq rayon, şəhər,
şəhərdə rayon çağırış
komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada aşağıdakı
qərarlardan birini qəbul edir:
15.2.1. müddətli həqiqi hərbi
xidmətə yararlılıq haqqında;
15.2.2. sıradankənar həqiqi hərbi
xidmətə yararlılıq haqqında;
15.2.3. sağlamlıq vəziyyətinə
görə həqiqi hərbi xidmətə
müvəqqəti yararsız hesab edilməklə
çağırışa möhlət verilməsi haqqında;
15.2.4. dinc dövrdə həqiqi hərbi
xidmətə yararsızlıq, müharibə
dövründə məhdud yararlılıq haqqında;
15.2.5. həm dinc
dövrdə, həm də müharibə dövründə
hərbi xidmətə yararsızlıq haqqında.[18]
Maddə 16. Mərkəzi
çağırış komissiyası
16.1. Rayon, şəhər, şəhərdə
rayon çağırış komissiyalarına
rəhbərlik və onların fəaliyyətinə
nəzarət etmək üçün aşağıdakı
tərkibdə Mərkəzi çağırış
komissiyası yaradılır:
16.1.1. komissiyanın sədri müvafiq icra
hakimiyyəti orqanının rəhbəri;
16.1.2. komissiya sədrinin müavini müvafiq
icra hakimiyyəti orqanı rəhbərinin müavini;
16.1.3. komissiyanın üzvləri.
16.2. Mərkəzi çağırış
komissiyasının fərdi tərkibini müvafiq icra
hakimiyyəti orqanı təsdiq edir.
Maddə 17. Mərkəzi
çağırış komissiyasının
vəzifələri
17.1. Mərkəzi çağırış
komissiyasının vəzifələri
aşağıdakılardır:
17.1.1. rayon, şəhər,
şəhərdə rayon çağırış
komissiyalarının qərarları ilə razı olmayan
şəxslərin təkrar tibbi müayinəsini
təşkil etmək;
17.1.2.
çağırışçıların müddətli
həqiqi hərbi xidmətə
çağırılması,
çağırışına möhlət verilməsi
və çağırışdan azad edilməsi
barədə mübahisələri həll etmək;
17.1.3. rayon, şəhər,
şəhərdə rayon çağırış
komissiyalarının işinə nəzarət etmək,
onların qərarları barədə verilmiş
şikayətlərə baxmaq.
17.2. Mərkəzi çağırış
komissiyası mübahisəli məsələlər
barədə xüsusi yoxlama keçirərkən 20 gün,
digər hallarda isə 10 gün müddətində qərar
qəbul etməlidir.
17.3. Mərkəzi çağırış
komissiyasının qərarlarından məhkəməyə
şikayət verilə bilər.
5-ci fəsil
Müddətli həqiqi hərbi xidmətə
çağırışa möhlət verilməsi və
çağırışdan azad etmə
Maddə 18.
Çağırışa möhlət verilməsi
18.1. Müddətli həqiqi hərbi
xidmətə çağırışa möhlət rayon,
şəhər, şəhərdə rayon
çağırış komissiyasının qərarı
ilə aşağıdakı əsaslara görə verilir:
18.1.1. ailə vəziyyətinə görə;
18.1.2. sağlamlıq vəziyyətinə
görə;
18.1.3. təhsili davam etdirmək
üçün;
18.1.4. Azərbaycan Respublikası Milli
Məclisinin deputatı və bələdiyyələrə
üzv seçilmək üçün namizədliyi qeydə
alınmış şəxslərin seçki
fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə
alındığı gündən seçkilərin
nəticələrinin rəsmi dərc olunduğu
günədək);
18.1.5. deputat, hakim, Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkil (ombudsman) fəaliyyəti ilə
əlaqədar.
18.2. Çağırışa möhlət
hüququnu itirmiş çağırışçılar,
habelə möhlət hüququ olmayan və ya
çağırışdan azad edilmək üçün
bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan,
müxtəlif səbəblərə görə
müəyyən edilmiş müddətlərdə
müddətli həqiqi hərbi xidmətə
çağırılmamış şəxslər 35
yaşına çatanadək növbəti
çağırış keçirilərkən hərbi
xidmətə çağırılmalıdırlar.
Maddə 19. Ailə
vəziyyətinə görə çağırışa
möhlət verilməsi
19.1. Ailə vəziyyətinə görə
müddətli həqiqi hərbi xidmətə
çağırışa möhlət himayəsində
aşağıdakı şəxslər olan çağırışçılara
verilir:
19.1.1. başqa övladı olmayan I
dərəcə əlilliyi olan ata, yaxud
ana; [19]
19.1.2. 3 və daha çox uşaq;
19.1.3. I
dərəcə əlilliyi olan arvad;
19.1.4. 8 yaşınadək 3 və daha çox
uşağı olan ana (ailədə ata olmadıqda) və ya
ata (ailədə ana olmadıqda);
19.1.5. 18 yaşınadək və yaxud I
dərəcə əlilliyi olan qardaş
və ya bacı, onları saxlamaq imkanına malik başqa
ailə üzvləri olmadıqda.
19.2. Çağırışçılara
ailə vəziyyətinə görə müddətli
həqiqi hərbi xidmətə çağırışa
möhlət 35 yaşa qədər verilir. Bu yaşa
qədər çağırışdan möhlət
hüququnu itirməmiş şəxslər dinc dövrdə
müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və
ehtiyata keçirilirlər.
Qeyd:
Bu Qanunun 19.1.5-ci maddəsində nəzərdə tutulmuş
saxlamaq imkanına malik başqa ailə üzvləri
dedikdə çağırışçının maddi
və mənəvi yardıma ehtiyacı olan qardaş və ya
bacısını saxlamalı, onlara qayğı
göstərməli və bunun üçün real imkanlara
malik olan qardaş və ya bacının ailə üzvləri
nəzərdə tutulur.
Maddə 20. Sağlamlıq
vəziyyətinə görə çağırışa
möhlət verilməsi
20.1. Tibbi müayinə zamanı müddətli
həqiqi hərbi xidmətə müvəqqəti yararsız
sayılmış şəxslərə sağlamlıq
vəziyyətinə görə çağırışa
möhlət verilir.
20.2. Sağlamlıq vəziyyətinə
görə çağırışa möhlət 3 il
müddətinədək, hər dəfə 1 ildən
artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra,
sağlamlıq vəziyyətindən asılı olaraq
möhlət almış
çağırışçılar ya müddətli
həqiqi hərbi xidmətə çağırılır,
ya həm dinc dövrdə,
həm də müharibə dövründə hərbi
xidmətə yararsız hesab edilərək hərbi
qeydiyyatdan çıxarılır, ya da dinc dövr
üçün hərbi xidmətə yararsız,
müharibə dövrü üçün məhdud
yararlı hesab edilərək ehtiyata keçirilirlər.[20]
20.3. Dinc dövr üçün hərbi
xidmətə yararsız, müharibə dövrü
üçün məhdud yararlı hesab edilərək
ehtiyata keçirilən vətəndaşlar 35 yaşına
çatana qədər hər 3 ildən bir təkrar tibbi
müayinədən keçirilirlər. Təkrar tibbi müayinə
zamanı dinc dövrdə həqiqi hərbi xidmətə
yararlı hesab olunanlar ümumi əsaslarla müddətli
həqiqi hərbi xidmətə
çağırılırlar.
Maddə 21. Təhsili davam
etdirmək üçün çağırışa
möhlət verilməsi
21.1. Mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq
dövlət qeydiyyatına alınmış,
fəaliyyətinə xüsusi razılıq (lisenziya)
verilmiş və akkreditasiya olunmuş təhsil
müəssisələrində və onların
filiallarında, müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi
təşkilatda təhsilini davam etdirmək üçün
aşağıdakı
çağırışçılara möhlət
yalnız bir dəfə verilir:[21]
21.1.1. ümumi təhsil
müəssisələrində tam orta təhsil alan, 20
yaşınadək çağırışçılara;
21.1.2. peşə
təhsili müəssisələrində təhsil alan, bu
müəssisələrə daxil olana qədər tam orta
təhsil almamış 20 yaşınadək
çağırışçılara;[22]
21.1.3. orta ixtisas təhsili
müəssisələrində təhsil alan, bu
müəssisələrə daxil olana qədər tam orta
təhsil almamış 22 yaşınadək
çağırışçılara;
21.1.4. əyani
təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada),
əsas (baza ali)
tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini
bitirənədək;[23]
21.1.5. xarici
ölkələrdə əyani təhsilalma
formasında təhsil alanlara ali təhsil pilləsinin
bakalavriat, magistratura və doktorantura (adyunktura)
səviyyələrində, tibb
təhsili üçün əsas (baza
ali) tibb təhsili və rezidenturada (internaturada)
təhsil alanlara müvafiq təhsilini bitirənədək.[24]
21.2. Ali təhsil
müəssisələrindən xaric edilmiş
şəxslər 6 ay müddətində ali təhsil
müəssisəsinə bərpa olunmadıqda
çağırışa möhlət hüquqlarını
itirirlər və ümumi əsaslarla müddətli həqiqi
hərbi xidmətə çağırılırlar.
21.3. Təhsilini davam etdirmək üçün
müddətli həqiqi hərbi xidmətə
çağırışa möhlət almış və
müddətli həqiqi hərbi xidmətə
çağırılmamış
çağırışçılar 35 yaşına
çatanadək müddətli həqiqi hərbi
xidmətə çağırılırlar.
Qeyd:
Bu Qanunun 21.1.4-cü və 21.1.5-ci maddələrində
nəzərdə tutulmuş qaydalar təkrar ali təhsil alan
çağırışçılara şamil olunmur.
Maddə 22. Müddətli
həqiqi hərbi xidmətə çağırılmayan
vətəndaşlar
22.1. Aşağıdakı şəxslər
müddətli həqiqi hərbi xidmətə
müvəqqəti çağırılmırlar:
22.1.1. ictimai işlər, islah işləri,
azadlığın məhdudlaşdırılması
və müəyyən müddətə azadlıqdan
məhrum etmə növündə cəza çəkən
və ya barələrində müəyyən
müddətə azadlıqdan məhrum etmə
növündə cəza şərti olaraq tətbiq
edilmiş vətəndaşlar (bu Qanunun 22.2-ci
maddəsində göstərilən vətəndaşlar
istisna olmaqla);[25]
22.1.2. əvvəllər qəsdən
törətdiyi cinayətə görə müəyyən
müddətə azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum edilmiş və
məhkumluğu üzərindən
götürülməmiş, yaxud məhkumluğu
ödənilməmiş vətəndaşlar;[26]
22.1.3. barəsində olan cinayət işi və
ya məhkəməyədək sadələşdirilmiş
materiallar üzrə ibtidai istintaq və ya təhqiqat
aparılan, yaxud barəsində olan cinayət işinə,
məhkəməyədək sadələşdirilmiş
icraat materiallarına və ya xüsusi ittiham qaydasında
şikayətə məhkəmədə baxılan
vətəndaşlar.
22.2. Ağır və ya xüsusilə
ağır cinayət törətdiklərinə görə
müəyyən müddətə azadlıqdan məhrum
etmə və ya ömürlük azadlıqdan məhrum
etmə növündə cəzaya məhkum olunmuş
vətəndaşlar müddətli həqiqi hərbi
xidmətə çağırılmırlar.
Maddə 23. Müddətli
həqiqi hərbi xidmətə çağırışdan
azadetmə
23.0. Dinc dövrdə aşağıdakı
vətəndaşlar müddətli həqiqi hərbi
xidmətə çağırışdan azad edilirlər:
23.0.1. fəlsəfə doktoru və elmlər
doktoru elmi dərəcəsi olan vətəndaşlar;
23.0.2. sağlamlıq vəziyyətinə
görə dinc dövrdə həqiqi hərbi xidmətə
yararsız, müharibə dövründə məhdud
yararlı, yaxud həm dinc
dövrdə, həm də müharibə dövründə
hərbi xidmətə yarasız sayılmış
çağırışçılar;[27]
23.0.3. 35 yaşı tamam olanadək
müxtəlif səbəblərdən müddətli
həqiqi hərbi xidmət keçməmiş
çağırışçılar;
23.0.4. alternativ xidmət keçməyə
göndərilmiş çağırışçılar;
23.0.5. Azərbaycan Respublikasının
vətəndaşlığına qəbul edilmiş və
əvvəllər vətəndaşı olduğu
ölkənin qanunvericiliyinə əsasən müddətli
həqiqi hərbi xidmət keçmiş və ya
müddətli həqiqi hərbi xidmətə
çağırışdan azad edilmiş şəxslər.
6-cı fəsil
Hərbi xidmət
Maddə 24. Hərbi
xidmətin növləri
Hərbi xidmət həqiqi hərbi
xidmətdən və ehtiyatda xidmətdən ibarətdir.
Maddə 25. Hərbi
xidmətin üstünlüyü
Hərbi xidmətin üstünlüyü
hərbi qulluqçulara və onların ailə
üzvlərinə dövlət qayğısının
göstərilməsi, bu şəxslərə layiqli həyat
şəraitinin yaradılması məqsədilə
müvafiq hüquqi aktların qəbul edilməsi və bununla
bağlı zəruri tədbirlərin görülməsi,
eləcə də təşkilatların üzərinə
qanunvericiliklə müəyyən edilmiş
öhdəliklərin qoyulmasından ibarətdir.
Maddə 26. Hərbi
qulluqçuların və hərbi vəzifəlilərin
tərkibi
Hərbi qulluqçular və hərbi
vəzifəlilər əsgər (matros), çavuş, gizir
(miçman) və zabit heyətlərinə, zabit heyəti
isə kiçik, baş və ali zabit heyətlərinə
bölünür.
Maddə 27. Hərbi
xidmət vəzifələrinin icrası
27.1. Hərbi qulluqçular və
toplanışa çağırılmış hərbi
vəzifəlilər aşağıdakı hallarda hərbi
xidmət vəzifələrinin icrasında sayılırlar:
27.1.1. döyüş əməliyyatlarında
iştirak edərkən;
27.1.2. hərbi vəziyyət dövründə,
yaxud silahlı münaqişələr zamanı
müəyyən edilmiş vəzifələri yerinə
yetirərkən;
27.1.3. döyüş növbəsini
(döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında,
qarovulda və qarnizon növbələrində olarkən;
27.1.4. təlimlərdə və təlimlə
bağlı səfərlərdə iştirak edərkən;
27.1.5. vəzifə borclarını, yaxud komandir
(rəis) tərəfindən verilmiş əmr,
sərəncam və ya göstərişi yerinə
yetirərkən;
27.1.6. günün nizam qaydaları ilə
müəyyən edilmiş xidmət vaxtında və ya
xidməti zərurətlə əlaqədar günün
digər vaxtlarında hərbi hissənin
(müəssisənin) ərazisində olarkən;
27.1.7. ezamiyyətdə olarkən;
27.1.8. müalicədə olarkən və
müalicə yerinə gedib-gələrkən;
27.1.9. toplanışlar keçərkən;
27.1.10. hərbi xidmət yerinə
gedib-gələrkən;
27.1.11. əsirlikdə olarkən
(düşmən tərəfinə könüllü
keçmə hallarından başqa);
27.1.12. xidməti vəzifəsini icra
edərkən xəbərsiz itkin düşdükdə
şəxs qanunla müəyyən olunmuş qaydada
xəbərsiz itkin düşmüş və ya
ölmüş elan edilənədək;
27.1.13. vətəndaşların həyat və
sağlamlıqlarını, şərəf və
ləyaqətini müdafiə edərkən;
27.1.14. insan və vətəndaş hüquq
və azadlıqlarının müdafiəsi, qayda-qanunun,
ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub
saxlanılması işində dövlət orqanlarının
əməkdaşlarına köməklik göstərərkən;
27.1.15. fövqəladə halların və ya
təbii fəlakətlərin və texnogen xarakterli
qəzaların qarşısının alınması və
nəticələrinin aradan qaldırılmasında iştirak
edərkən.
27.2. Hərbi qulluqçuların və
toplanışa çağırılmış hərbi
vəzifəlilərin vəfat etmələri (həlak
olmaları), yaxud bədən xəsarəti (yara, travma,
kontuziya) almaları, aşağıdakı hallar
nəticəsində baş verdikdə hərbi xidmət
vəzifələrinin icrası ilə bağlı
sayılmır:
27.2.1. bu Qanunun 27.1-ci maddəsində
nəzərdə tutulan hallardan başqa, günün nizam
qaydaları ilə müəyyən edilmiş xidmət
vaxtı ərzində komandirin (rəisin) məlumatı
olmadan və ya xidmət vaxtından sonra komandir (rəis)
tərəfindən verilmiş əmr, sərəncam və ya
digər göstərişin yerinə yetirilməsi ilə
əlaqədar olmayan hallarda hərbi hissədən (xidmət
yerindən) kənarda olması;
27.2.2. sərxoş vəziyyətdə
olması;
27.2.3. inzibati xətanın və ya cinayətin
törədilməsi.
27.3. Hərbi xidmət vəzifələrinin
icrası ilə bağlı olmayan və ya qanunvericiliyin
tələblərinin pozulmasına gətirib çıxaran
əmr, sərəncam və göstəriş vermək
qadağandır. Belə əmr, sərəncam və
göstəriş vermiş komandirlər və rəislər
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 28. Həqiqi
hərbi xidmətin növləri
28.1. Həqiqi hərbi xidmətin
aşağıdakı növləri müəyyən edilir:
28.1.1. müddətli həqiqi hərbi xidmət;
28.1.2. hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı
təhsil müəssisələrinin kursantlarının
həqiqi hərbi xidməti;[28]
28.1.3. müddətdən artıq həqiqi
hərbi xidmət;
28.1.4. gizirlərin və miçmanların
həqiqi hərbi xidməti;
28.1.5. zabitlərin həqiqi hərbi xidməti.
28.2. Müddətli həqiqi hərbi xidmət
keçən hərbi qulluqçulara bu Qanunla
müəyyən edilmiş müddətlər daxilində
həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar
və çavuşlar aiddirlər.
28.3. Hərbi qulluqçu hazırlayan xüsusi
təyinatlı təhsil müəssisələrinə
qəbul olunmuş vətəndaşlar kursantlar
adlandırılırlar və onların həqiqi hərbi
xidməti müddətli həqiqi hərbi xidmətə
bərabər tutulur. Kursantlar və onların ailə
üzvləri müddətli həqiqi hərbi xidmətdə
olan hərbi qulluqçulara və onların ailə
üzvlərinə aid olan hüquqlardan istifadə edir,
müddətli həqiqi hərbi xidmətdə olan hərbi
qulluqçuların vəzifələrinə uyğun olan
vəzifələr yerinə yetirirlər.
28.4. Müvəffəqiyyətsizliklərinə,
təhsillərini davam etdirmək istəmədiklərinə
və intizamsızlıqlarına görə hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı
ali təhsil müəssisələrindən xaric edilən (18
yaşınadək və ya xəstəliyi ilə
əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna
görə xaric edilən şəxslər istisna olmaqla)
kursantlar müddətli həqiqi hərbi xidmət
keçmək üçün hərbi hissələrə
göndərilirlər. Bu zaman həmin kursantların hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı
ali təhsil müəssisələrində aldıqları
təhsil müddətinin hər 4 günü 1 gün
sayılmaqla müddətli həqiqi hərbi xidmət
müddətinə hesablanır və onlar xidmət
müddəti başa çatdıqda müvafiq icra
hakimiyyəti orqanının qərarına əsasən
ehtiyata buraxılırlar.
28.5. Müddətdən artıq həqiqi
hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunun
36.1.1-ci maddəsində müəyyən edilmiş
şəxslər aiddirlər.
28.6. Müddətli
həqiqi hərbi xidmətə çağırılan
vətəndaşlara, hərbi qulluqçu hazırlayan
xüsusi təyinatlı təhsil müəssisələrinin
kursantlarına, çağırış komissiyasının
qərarı ilə çağırışdan azad edilib
ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm
də müharibə dövründə hərbi xidmətə
yararsız hesab edilmiş vətəndaşlara, öz
razılığı ilə hərbi qeydiyyata
götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara
və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Müvafiq
icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş
zabitlərə hərbi biletin verilməsi həmin orqan
tərəfindən həyata keçirilir. Hərbi
biletlərin forması müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.[29]
Maddə 29. Hərbi
andiçmə
29.1. Həqiqi hərbi xidmətə
çağırılmış və ya könüllü
daxil olmuş Azərbaycan Respublikasının
vətəndaşları Azərbaycan Respublikasına və
onun xalqına sadiq olacaqları barədə hərbi and
içirlər. Hərbi andın mətnini Azərbaycan Respublikasının
Milli Məclisi təsdiq edir.
29.2. Hərbi andiçmə Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət
Nizamnaməsində müəyyən edilmiş qaydada
həyata keçirilir.
29.3. Hərbi qulluqçular ancaq hərbi and
içdikdən sonra döyüş
növbətçiliyinə (döyüş xidmətinə)
təyin edilə və ya döyüş
tapşırığının yerinə yetirilməsinə
cəlb edilə bilərlər və onlara silah və hərbi
texnika təhkim oluna bilər.
29.4. Əvvəllər başqa dövlətin
silahlı qüvvələrində xidmət etmiş
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər bağlaşma əsasında
Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində hərbi xidmətə daxil
olarkən hərbi andın yerinə Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına
əməl edəcəkləri barədə öhdəlik
götürürlər.
Maddə 30. Hərbi
rütbələr
30.1. Hərbi qulluqçuya və hərbi
vəzifəliyə onun tutduğu vəzifədən,
hərbi və ya xüsusi hazırlığından, hərbi
xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən,
qoşun növünə və ya xidmətinə
mənsubiyyətindən və xidmətlərindən
asılı olaraq müvafiq hərbi rütbə verilir.
30.2.
Aşağıdakı hərbi rütbələr
müəyyən olunur:
Hərbi
qulluqçuların və hərbi vəzifəlilərin
tərkibi |
Hərbi
rütbələr |
|
Ümumqoşun |
Hərbi
Dəniz |
|
Əsgərlər və matroslar |
Əsgər (kursant) Baş əsgər |
Matros (kursant) Baş matros |
Çavuşlar |
Kiçik çavuş Çavuş Baş çavuş |
Kiçik çavuş Çavuş Baş çavuş |
Gizirlər və miçmanlar |
Kiçik gizir Gizir Baş gizir |
Kiçik miçman Miçman Baş miçman |
Zabitlər: Kiçik zabitlər |
Kiçik leytenant Leytenant Baş leytenant Kapitan |
Kiçik leytenant Leytenant Baş leytenant Kapitan-leytenant |
Baş zabitlər |
Mayor Polkovnik-leytenant Polkovnik |
3-cü dərəcəli kapitan 2-ci dərəcəli kapitan 1-ci dərəcəli kapitan |
Ali zabitlər |
General-mayor General-leytenant General-polkovnik Ordu generalı |
Kontr-admiral Vitse-admiral Admiral |
30.3. Tibb və hüquqşünas profilli
hərbi uçot ixtisaslarına malik olan zabitlərin və
generalların hərbi rütbələrinə müvafiq
olaraq tibb xidməti və ədliyyə sözləri
əlavə edilir.
30.4. Çavuşlara və gizirlərə
(miçmanlara) hərbi rütbələr qoşun və ya
xidmət növü göstərilmədən verilir.
30.5. Ehtiyatda olan vətəndaşların
hərbi rütbələrinə ehtiyatda olan sözləri,
istefada olan vətəndaşların hərbi
rütbələrinə isə istefada olan sözləri
əlavə edilir.
Maddə 31. Hərbi
rütbələrin verilməsi
31.1. Ali zabit hərbi rütbələri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilir.
31.2. Hərbi qulluqçuların digər
kateqoriyalarına və hərbi vəzifəlilərə
hərbi rütbələr Hərbi xidmətkeçmə
haqqında Əsasnamənin və Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin
tələblərinə müvafiq qaydada verilir.
31.3.
Həqiqi hərbi xidmətdə olan hərbi
qulluqçuların hərbi rütbələrdə olma
müddəti aşağıdakı kimi müəyyən
edilir:
Hərbi
rütbələrin adları |
Aviasiyanın
uçuş heyətində və sualtı
gəmilərdə xidmət edən hərbi qulluqçular
üçün |
Digər hərbi
qulluqçular üçün |
Kiçik
çavuş |
6 ay |
6 ay |
Çavuş |
6 ay |
6 ay |
Kiçik
gizir (kiçik miçman) |
2 il |
2 il |
Gizir
(miçman) |
3 il |
5 il |
Kiçik
leytenant |
1 il |
1 il |
Leytenant |
2 il |
3 il |
Baş
leytenant, kapitan (kapitan-leytenant) |
3 il |
4 il |
Mayor
(3-cü dərəcəli kapitan) |
4 il |
5 il |
Polkovnik-leytenant (2-ci
dərəcəli kapitan) |
5 il |
6 il |
31.4. Əsgər, matros, baş əsgər,
baş matros, baş çavuş, baş gizir, baş
miçman, polkovnik (1-ci dərəcəli kapitan) və ali
zabit hərbi rütbələrində olma müddəti
müəyyən edilmir.
31.5. Təhsil müddəti 5 il və daha
çox olan hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı
təhsil müəssisələrini bitirmiş hərbi
qulluqçular üçün leytenant hərbi
rütbəsində olma müddəti 1 il müəyyən
edilir.
Maddə 32. Hərbi
rütbənin vaxtından əvvəl və ya ştat
vəzifələri üzrə müəyyən edilmiş
hərbi rütbədən bir pillə yuxarı rütbə
verilməsi
32.1. Hərbi xidmət vəzifələrinin
icrası zamanı yüksək mənəvi-döyüş
keyfiyyətləri göstərmiş, döyüş və
ictimai-siyasi hazırlığında, hərbi intizamın
möhkəmləndirilməsində yüksək
göstəricilərə nail olmuş, nümunəvi
xidmət edən və hərbi xidmət
vəzifələrini yerinə yetirən hərbi
qulluqçulara həvəsləndirmə qaydasında
vaxtından əvvəl növbəti hərbi rütbə
əvvəlki hərbi rütbədə müəyyən edilmiş
xidmət müddətinin ən azı yarısı
keçdikdə (müharibə dövründə xidmət
müddətindən asılı olmayaraq) və ya
əvvəlki hərbi rütbədə müəyyən
edilmiş xidmət müddəti bitdikdə onların
tutduqları ştat vəzifələri üçün
nəzərdə tutulmuş hərbi rütbədən bir
pillə yuxarı hərbi rütbə verilə bilər.
32.2. Zabitlərə həvəsləndirmə
qaydasında polkovnik (1-ci dərəcəli kapitan) hərbi
rütbəsi də daxil olmaqla vaxtından əvvəl və
ya onların tutduqları ştat vəzifələri
üçün nəzərdə tutulmuş hərbi
rütbədən bir pillə yuxarı hərbi rütbə
bütün xidmət dövründə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən bir dəfə
verilə bilər.
Maddə 33. Hərbi
rütbələrdən məhrumetmə, hərbi
rütbələrin aşağı salınması və
bərpası
33.1. Hərbi qulluqçular və hərbi
vəzifəlilər (əsgər, matros hərbi
rütbəsinə malik olanlar istisna olmaqla) ağır və
ya xüsusilə ağır cinayət törətməyə
görə məhkum olunduqda Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə
uyğun olaraq onlara verilmiş hərbi
rütbələrdən məhrum edilərək əsgər
(matros) rütbəsinə endirilə bilərlər.[30]
33.2. Hərbi qulluqçular (zabitlər istisna
olmaqla) Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin İntizam Nizamnaməsi ilə
müəyyən olunmuş qaydada hərbi rütbədən
məhrum edilir və onların hərbi rütbələri bu
rütbələri vermək hüququ olan vəzifəli
şəxslər tərəfindən bərpa edilir.
33.3. Hərbi qulluqçuların və hərbi
vəzifəlilərin hərbi rütbələri
(əsgər, matros, kiçik gizir, kiçik miçman,
kiçik leytenant hərbi rütbəsinə malik olanlar
istisna olmaqla) digər intizam tənbehi tədbirləri
müsbət nəticə vermədikdə bir pillə
aşağı salına bilər.
33.4. Ali zabitlərin hərbi rütbələri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən,
digər hərbi qulluqçuların, habelə hərbi
vəzifəlilərin və istefada olan şəxslərin
hərbi rütbələri isə Hərbi
xidmətkeçmə haqqında Əsasnamədə və
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
İntizam Nizamnaməsində müəyyən edilən
qaydada bir pillə aşağı salınır və
bərpa olunur.
Maddə 34. Hərbi
qulluqçular tərəfindən tutulmalı olan ştat
vəzifələri
34.1. Bu Qanunun 34.5-ci maddəsində
göstərilən hallardan başqa hərbi qulluqçular
ştat vəzifələrində həqiqi hərbi xidmət
keçirlər.
34.2. Hərbi qulluqçular tərəfindən
tutulmalı olan ştat vəzifələri və bu
vəzifələrə uyğun hərbi rütbələr
hərbi hissələrin (gəmilərin, idarəetmə
orqanlarının, idarələrin, hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı
təhsil müəssisələrinin) ştatlarında
nəzərdə tutulur.
34.3. Hərbi qulluqçular müdafiə
xarakterli işlərin yerinə yetirilməsi üçün
həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət
orqanlarına, təşkilatlara ezam oluna bilərlər.
Zabitlər xidmətlərini davam etdirmək üçün
müvafiq icra hakimiyyəti orqanının qərarına
əsasən beynəlxalq təşkilatlara ezam oluna
bilərlər.
34.4. Hərbi qulluqçuların xidmətdə
bir hərbi vəzifədən başqa hərbi
vəzifəyə keçirilməsi Hərbi
xidmətkeçmə haqqında Əsasnamə ilə
tənzimlənir.
34.5. Hərbi qulluqçular ali zabitlər
tərəfindən tutulmalı olan hərbi
vəzifələrə, qanunvericilikdə başqa qayda
nəzərdə tutulmamışdırsa, müvafiq icra
hakimiyyəti orqanının təqdimatına əsasən
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təyin olunurlar.
Maddə 35. Hərbi qulluqçuların
hərbi geyim forması və fərqləndirmə
nişanları
35.1. Hərbi qulluqçular və
toplanışlar keçən hərbi vəzifəlilər
hərbi rütbə və qoşun (xidmət) növü
üzrə fərqləndirmə nişanları olan hərbi
geyim forması geyinirlər.
35.2. Hərbi qulluqçuların hərbi geyim
forması, fərqləndirmə nişanları və
onların təsvirləri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilir.
35.3. Fərqləndirmə nişanları olan
hərbi geyim formasını qanunsuz olaraq daşıyan
şəxslər Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
7-ci fəsil
Hərbi xidmətkeçmə
Maddə 36. Həqiqi
hərbi xidmətə daxilolma
36.1. Həqiqi hərbi xidmətə qəbul
üçün müəyyən edilmiş
tələblərə cavab verən Azərbaycan
Respublikasının vətəndaşları müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi hallarda
və qaydada bağlaşma əsasında
aşağıdakı həqiqi hərbi xidmətlərə
könüllü daxil olurlar:
36.1.1. müddətdən artıq həqiqi
hərbi xidmətə ən azı ümumi orta təhsilli,
qanunla müəyyənləşdirilən müddətli
həqiqi hərbi xidməti başa çatdırmış
hərbi qulluqçular, 40 yaşınadək hərbi
vəzifəlilər (zabitlər, gizirlər və
miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40
yaşınadək qadınlar;
36.1.2. hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı
ali təhsil müəssisələrinin kursantlarının
həqiqi hərbi xidmətinə xüsusi təyinatlı
ali təhsil müəssisəsinə qəbul edildiyi ildə
17 yaşı tamam olan və 20
yaşı tamam olmayan vətəndaşlar, habelə zabit
hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali
təhsil müəssisələrində oxumaq arzusunu
bildirən 18 yaşından 23 yaşınadək hərbi
qulluqçular və
hərbi vəzifəlilər;[31]
36.1.3. gizirlərin və miçmanların
həqiqi hərbi xidmətinə ən azı tam orta
təhsilli, azı bir il hərbi xidmət keçmiş
əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək
hərbi vəzifəlilər (zabitlər istisna olmaqla),
habelə 19 yaşından 40 yaşınadək qadınlar;
36.1.4. zabitlərin həqiqi hərbi
xidmətinə hərbi xidmətdə olmağın son
yaş həddinə çatmamış ehtiyatda olan
zabitlər, habelə ilk zabit hərbi rütbəsi
verilməklə 35 yaşınadək həqiqi hərbi
xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan
hərbi vəzifəlilər və qadınlar.
36.2. Bağlaşma əsasında həqiqi
hərbi xidmətə, həmçinin əcnəbilər
və vətəndaşlığı olmayan
şəxslər qəbul olunurlar.
Qeyd:
Azərbaycan Respublikasının hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı
ali təhsil müəssisələrini (xarici
ölkələrin analoji ali təhsil
müəssisələrini) müvəffəqiyyətlə
bitirərək ilk zabit hərbi rütbəsi almış
Azərbaycan Respublikasının vətəndaşı olan
hərbi qulluqçular,
habelə müvafiq icra hakimiyyəti orqanında zabitlərin
həqiqi hərbi xidmətinə könüllü daxil olan,
bu Qanunun 36.1.4-cü maddəsində göstərilən vətəndaşlar
birbaşa kadr zabit heyətinə keçirilirlər. [32]
Maddə 37. Həqiqi
hərbi xidmətin başlanğıcı və sonu
37.1. Aşağıdakı günlər
həqiqi hərbi xidmətin başlanğıcı
sayılır:
37.1.1. çağırışçılar
üçün müvafiq icra hakimiyyəti orqanı
tərəfindən hərbi hissəyə
göndərildikləri gün;
37.1.2. bağlaşma əsasında hərbi
xidmətə könüllü daxil olanlar üçün
bağlaşmanın imzalandığı gün;
37.1.3. kursantlar üçün hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı
təhsil müəssisələrinə qəbul olunduqları
gün;
37.1.4.
müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit
heyətinə könüllü daxil olanlar üçün -
hərbi xidmətə daxil olmaları barədə əmrin
imzalandığı gün.[33]
37.2. Hərbi qulluqçunun həqiqi hərbi
xidmətdən buraxılması ilə əlaqədar
hərbi hissə komandirinin əmri ilə şəxsi
heyətin siyahısından çıxarıldığı
gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.
Maddə 38. Həqiqi
hərbi xidmətin və sərəncamda olmanın
müddətləri
38.1. Dinc dövrdə həqiqi hərbi
xidmətin müddətləri təqvim hesabı ilə
aşağıdakı kimi müəyyənləşdirilir:
38.1.1. müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçuları: ali təhsili olanlar 1 il, qalan
bütün əsgərlər, matroslar və çavuşlar
1 il 6 ay. Məhkəmənin hökmünə əsasən
hərbi qulluqçunun intizam xarakterli hərbi hissədə
cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi
xidmət müddətinə hesablanmır;
38.1.2. müddətdən artıq həqiqi
hərbi xidmət hərbi qulluqçuları
üçün: müddətli həqiqi hərbi
xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və
qadınlar 3 il. Bu müddət qurtardıqda
müddətdən artıq həqiqi hərbi xidmət
tərəflərin razılığı ilə həqiqi
hərbi xidmətdə olmağın son yaş həddinə
çatanadək hər dəfə 5 ilədək
müddətə uzadılır;
38.1.3. kursantlar üçün hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı
təhsil müəssisəsində təhsil
müddətindən asılı olaraq;
38.1.4. gizirlər və miçmanlar
üçün 5 il. Sonra bu müddət
tərəflərin razılığı ilə həqiqi
hərbi xidmətdə olmağın son yaş həddi çatanadək
hər dəfə 5 ilədək müddətə uzadılır;
38.1.5. zabitlər üçün: ehtiyatdan
müddətli həqiqi hərbi xidmətə
çağırılanlar və ya bağlaşma
əsasında həqiqi hərbi xidmətə könüllü
daxil olanlar 1 il 6 ay (bu müddət bitdikdən sonra
tərəflərin razılığı ilə onlar kadr
zabit heyətinə keçirilirlər), bağlaşma
əsasında həqiqi hərbi xidmətə
könüllüdaxil olan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər 3
ilədək (bu müddət bitdikdən sonra
tərəflərin razılığı ilə yeni
bağlaşma bağlanır).
38.2. Hərbi qulluqçular
aşağıdakı müddətlərdə
sərəncamda olurlar:
38.2.1. xarici ölkələrdə hərbi
təhsil almaqla və ya beynəlxalq təşkilatda
müvafiq vəzifəyə təyin edilməklə
əlaqədar təhsil və ya müvafiq vəzifədə
xidmət müddətində;
38.2.2. ştatların ixtisarı və ya
təşkilati-ştat tədbirləri ilə əlaqədar
və Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin İntizam Nizamnaməsində
nəzərdə tutulmuş qaydada vəzifədən
kənar edildikdə (barəsində cinayət təqibi
həyata keçirilən hərbi qulluqçulardan başqa)
4 aydan artıq olmamaq şərti ilə;
38.2.3. xəstəliyə görə 4 aydan
artıq müalicədə olduqda həmin müalicə
müddətində;
38.2.4. hamiləliyə və ya doğuşa,
yaxud 3 yaşınadək uşağa qulluq etmək
üçün ödənişsiz məzuniyyətə
çıxdıqda - məzuniyyət müddətində;
38.2.5. 3 yaşınadək uşağı
təkbaşına böyüdən kişi cinsli hərbi
qulluqçu uşağa qulluq etmək üçün
ödənişsiz məzuniyyətə çıxdıqda -
məzuniyyət müddətində.
38.3. Bu Qanunun
38.2-ci maddəsində nəzərdə tutulmuş
sərəncamda olma müddəti həqiqi hərbi xidmət
müddətinə daxil edilir.
38.4. Barəsində həbs qətimkan tədbiri
seçilmiş hərbi qulluqçu sərəncama
çıxarılır və onun həbsdə olduğu
müddət, cinayət işinə xitam verildikdə və ya
bəraət hökmü çıxarıldıqda,
həqiqi hərbi xidmət müddətinə daxil edilir.
38.5. Qanunla müəyyən edilmiş qaydada
hərbi xidmət müddəti başa çatmamış
və müddətli həqiqi hərbi xidmət dövründə
müəyyən müddətə azadlıqdan
məhrumetmə cəzasına məhkum edilmiş
müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları (şərti məhkum edilmiş
şəxslərdən və bu Qanunun 42.0.3-cü
maddəsində nəzərdə tutulmuş hallardan
başqa), məhkumluğu ödənildikdən
(üzərindən götürüldükdən) sonra,
müddətli həqiqi hərbi xidmətə
çağırışın son yaş həddinə
çatmamışlarsa və onlar hərbi xidmətə
yararlı hesab olunarlarsa, müddətli həqiqi hərbi
xidmət müddətinin çəkilməmiş
hissəsini keçmək üçün hərbi
xidmətə çağırılırlar.
Maddə 39. Həqiqi
hərbi xidmətdə olmağın son yaş həddi
39.1. Dinc dövrdə həqiqi hərbi
xidmətdə olmağın aşağıdakı son yaş
hədləri müəyyən edilir:
39.1.1. müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçuları üçün 36,5 yaş;
39.1.2. müddətdən artıq həqiqi
hərbi xidmət hərbi qulluqçuları, gizirlər
və miçmanlar üçün 45 yaş;
39.1.3. kiçik zabitlər üçün 48
yaş;
39.1.4. baş zabitlər üçün:
39.1.4.1. mayor, polkovnik-leytenant və onlara
müvafiq hərbi rütbələri olan zabitlər
üçün 48 yaş;
39.1.4.2. polkovnik və ona bərabər hərbi
rütbəsi olan zabitlər üçün 53 yaş;
39.1.5. ali zabitlər üçün -
general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş,
general-polkovnik, admiral rütbələrində 63 yaş.
39.2. Ordu generalı üçün son yaş
həddi müəyyən edilmir.
39.3. Müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçuları istisna olmaqla, hərbi
qulluqçuların həqiqi hərbi xidməti davam
etdirməsini istisna edən əsaslar olmadıqda onlar
həqiqi hərbi xidmətdə olmağın son yaş
həddinə çatanadək həqiqi hərbi
xidmətdə qala bilərlər.
39.4. Həqiqi hərbi xidmətdə
olmağın son yaş həddinə çatmış
hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya
istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar,
müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçuları həqiqi hərbi xidmətdə
olmağın son yaş həddinə çatdıqda
güzəştli şərtlərlə yaşa görə
əmək pensiyasını almaq hüququnu əldə
etmirlərsə, öz arzuları ilə həqiqi hərbi
xidmətlərini bu hüququ əldə edənə
qədər davam etdirə bilərlər).
39.5. Həqiqi hərbi xidmətdə
olmağın son yaş həddinə çatmış
hərbi qulluqçuların razılığı ilə
onlar hərbi qulluqçuların müvafiq heyəti üçün
ehtiyatda olmağın son yaş həddindən artıq
olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla
bilərlər.
Maddə 40. Həqiqi
hərbi xidmətdən buraxılma
40.1. Müvafiq icra hakimiyyəti orqanının
müvafiq aktı əsasında ali zabit heyəti həqiqi
hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçuları isə
həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.
40.2. Müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçuları və hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı
təhsil müəssisələrinin kursantları bu Qanunun
41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü
maddələrində, hərbi
qulluqçu hazırlayan xüsusi təyinatlı
təhsil müəssisələrinin kursantları isə
həmçinin bu Qanunun 41.0.1-ci maddəsində
nəzərdə tutulmuş hallarda müvafiq icra
hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya
istefaya buraxılırlar.
40.3. Zabitlər, gizirlər və miçmanlar,
müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçuları Hərbi xidmətkeçmə
haqqında Əsasnamədə müəyyən edilmiş
qaydada müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata
və ya istefaya buraxılırlar.
Maddə 41. Həqiqi
hərbi xidmətdən ehtiyata buraxılma
41.0. Ehtiyatda
olmağın son yaş həddinə çatmayan hərbi
qulluqçular aşağıdakı hallarda həqiqi
hərbi xidmətdən ehtiyata buraxılırlar:[34]
41.0.1. xidmət müddəti başa
çatdığına görə (kadr zabitləri istisna
olmaqla);
41.0.2. yaşa görə həqiqi hərbi
xidmətdə olmağın son yaş həddinə
çatdıqda;
41.0.3. xəstəliyə görə hərbi
həkim komissiyası tərəfindən həqiqi hərbi
xidmətə yararsız sayıldıqda;
41.0.4. ştatların ixtisarına görə
ştatların ixtisarı və təşkilati
tədbirlər ilə əlaqədar xidmətdə onlardan
istifadə etmək mümkün olmadıqda (müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna
olmaqla);
41.0.5. ailə vəziyyətinə görə
qadınlar və müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçuları Hərbi xidmətkeçmə
haqqında Əsasnamədə müəyyən edilmiş
əsaslara görə;
41.0.6. xidməti uyğunsuzluğa görə
(müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları istisna olmaqla);
41.0.7. Azərbaycan Respublikası Cinayət
Məcəlləsinə uyğun olaraq
və ya intizam qaydasında hərbi rütbədən
məhrum edildikdə (müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçuları və Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin İntizam
Nizamnaməsinin 61-ci bəndinin z) yarımbəndində
nəzərdə tutulmuş hallar istisna olmaqla); [35]
41.0.8. törədilmiş cinayətə
görə hərbi vəzifələri tutma hüququndan
məhrum etmə və ya
müəyyən müddətə azadlıqdan
məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində
nəzərdə tutulmuş hallar və şərti məhkum
edilmiş şəxslər istisna olmaqla) və ya
ömürlük azadlıqdan məhrumetmə
növündə cəzalara məhkum edildikdə (bu Qanunun
42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar
istisna olmaqla);[36]
41.0.9. öz arzusu ilə yalnız zabit
heyəti vəzifələrində təqvim hesabı ilə
azı 10 il xidmət etmiş kadr zabitlər;
41.0.10. Azərbaycan Respublikasının
vətəndaşı olan hərbi qulluqçularla
bağlaşma ləğv edildikdə.
Maddə 42. Həqiqi
hərbi xidmətdən istefaya buraxılma
42.0. Hərbi qulluqçular
aşağıdakı hallarda həqiqi hərbi
xidmətdən istefaya buraxılırlar:
42.0.1. yaşa görə ehtiyatda olmağın
son yaş həddinə çatdıqda;
42.0.2. xəstəliyə görə hərbi
həkim komissiyası tərəfindən həm
dinc dövrdə, həm də müharibə dövründə
hərbi xidmətə yararsız sayıldıqda;[37]
42.0.3. törədilmiş ağır və ya
xüsusilə ağır cinayətə görə
müəyyən müddətə azadlıqdan
məhrumetmə və ya ömürlük azadlıqdan
məhrumetmə növündə cəzaya məhkum
edildikdə;
42.0.4. bağlaşma əsasında həqiqi
hərbi xidmətdə olan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
törədilmiş cinayətə görə Azərbaycan
Respublikasının hüdudlarından kənara məcburi
çıxarma növündə cəzaya məhkum
edildikdə və ya onlarla bağlaşma ləğv
edildikdə;
42.0.5. Azərbaycan Respublikasının vətəndaşlığına
xitam verildikdə. [38]
8-ci fəsil
Ehtiyatda xidmət
Maddə 43. Ehtiyata
keçirilmə
43.1. Həqiqi hərbi xidmətdən
buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci
maddəsində nəzərdə tutulmuş hallar istisna
olmaqla), habelə həqiqi hərbi xidmətə
çağırışdan azad edilmiş
vətəndaşlar (xəstəliyə görə həm
dinc dövrdə, həm də müharibə
dövründə hərbi xidmətə yararsız hesab
edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər.
43.2. Ehtiyatda xidmətin başlanğıcı
hərbi qulluqçunun adının hərbi hissənin
şəxsi heyətinin siyahısından
çıxarılması anından hesablanır.
Maddə 44. Ehtiyatda
olmağın son yaş hədləri və
dərəcələri
44.1.
Ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə
dərəcələrə bölünür və
aşağıdakı son yaş hədlərinədək
ehtiyatda olurlar:
Hərbi
vəzifəlilərin heyəti |
Ehtiyatda olmanın son
yaş hədləri |
||
birinci dərəcə |
ikinci dərəcə |
üçüncü
dərəcə |
|
Əsgərlər, matroslar, çavuşlar,
gizirlər və miçmanlar |
35 yaş |
45 yaş |
50 yaş |
Kiçik zabitlər |
50 yaş |
- |
55 yaş |
Baş zabitlər: mayor və polkovnik-leytenantlar |
50 yaş |
- |
55 yaş |
polkovniklər |
55 yaş |
- |
60 yaş |
ali zabitlər |
60 yaş |
- |
65 yaş |
44.2. Ehtiyatda olmağın son yaş həddi
qadın zabitlər üçün 50 yaş, gizirlər
(miçmanlar) və müddətdən artıq həqiqi
hərbi xidmət hərbi qulluqçular sırasından olan
qadınlar üçün 45 yaşdır.
Maddə 45.
Toplanışlar keçirilməsi
45.1. Hərbi vəzifəlilər ehtiyatda
olduqları dövrdə hərbi təlim, hərbi yoxlama
və xüsusi toplanışlara
çağırılırlar.
45.2. Aşağıdakı hərbi
vəzifəlilər hərbi təlim toplanışlarına
çağırıla bilərlər:
45.2.1. birinci dərəcəli ehtiyatda olanlar -
hər dəfə 2 ayadək müddətə beş
dəfəyədək, lakin il ərzində bir
dəfədən çox olmayaraq;
45.2.2. ikinci dərəcəli ehtiyatda olanlar -
hər dəfə 2 ayadək müddətə üç
dəfəyədək, lakin il ərzində bir
dəfədən çox olmayaraq;
45.2.3. üçüncü dərəcəli
ehtiyatda olanlar 1 ayadək müddətə bir dəfə.
45.3. Səfərbərlik
hazırlığının yoxlanılması
məqsədilə hərbi vəzifəlilər hərbi
təlim toplanışlarından başqa 10 günədək
müddətə hərbi yoxlama toplanışlarına
çağırıla bilərlər.
45.4. Fövqəladə vəziyyət
şəraitində hərbi vəzifəlilər
fövqəladə hadisələrin qarşısının
alınmasında və ya nəticələrinin aradan
qaldırılmasında iştirak etmək üçün
müvafiq icra hakimiyyəti orqanının qərarı
ilə 3 ayadək müddətə xüsusi
toplanışlara çağırıla bilərlər.
45.5. Toplanışların müddətləri
və vaxtı bu Qanuna uyğun olaraq müvafiq icra
hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilir. Toplanışlara cəlb
ediləcək hərbi vəzifəlilərin sayını
müvafiq icra hakimiyyəti orqanının təqdimatı
ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.
45.6. Ehtiyatda olarkən toplanışlarda
olmağın ümumi müddəti 18 aydan çox ola
bilməz.
45.7. Müvafiq icra hakimiyyəti orqanının
qərarı ilə hərbi vəzifəlilər hərbi
təlim və xüsusi toplanışlarda bu Qanunla
müəyyən edilmiş müddətdən əlavə 3
ayadək müddətə saxlanıla bilərlər.
45.8. Hərbi vəzifəlilər
üçün müvafiq icra hakimiyyəti orqanı
tərəfindən toplanışa göndərildikləri
gün toplanışın başlanğıcı,
toplanışın başa çatması ilə
əlaqədar müvafiq əmr əsasında şəxsi
heyətin siyahısından çıxarıldıqları
gün isə toplanışın sonu sayılır.
Maddə 46.
Toplanışlardan azadetmə
46.1. Aşağıdakı şəxslər
toplanışlar keçməkdən azad edilirlər:
46.1.1. hərbi vəzifəlilər ehtiyata
buraxıldıqdan sonra (hərbi yoxlama
toplanışlarından başqa) 1 il ərzində;
46.1.2. müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada təxsis edilmiş (bron
edilmiş) hərbi vəzifəlilər;
46.1.3. müddətli həqiqi hərbi
xidmətə çağırışdan möhlət
və azadetmə hüququ verən əsasları olanlar;
46.1.4. qadın hərbi vəzifəlilər;
46.1.5. mülki aviasiyanın uçuşları
bilavasitə təmin edən uçuş və texniki
heyəti;
46.1.6. dəniz gəmilərinin üzgü
heyəti (Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan
zabitləri istisna olmaqla);
46.1.7. əyani təhsilalma forması üzrə
- təhsil müddətində, qiyabi təhsilalma forması
üzrə isə - semestr və sessiya, həmçinin diplom
işinin (dissertasiyanın) hazırlandığı və
müdafiə edildiyi müddətlərdə (təhsil
müəssisəsinin arayışı əsasında);
46.1.8. hərbi uçotdan
çıxarılaraq qulluq (xidmət) etdiyi müvafiq icra
hakimiyyəti orqanında xüsusi qeydiyyata alınanlar.[39]
46.2. Toplanışları keçməkdən
azad etmək barəsində qərarı hərbi
vəzifəlilərin hərbi qeydiyyatda olduqları müvafiq
icra hakimiyyəti orqanının rəhbəri qəbul edir.
Maddə 47. Hərbi
vəzifəlilərə hərbi rütbələr
verilməsi
Toplanışları keçmiş və
tədris proqramı üzrə yoxlamaları
müvəffəqiyyətlə vermiş hərbi
vəzifəlilərə Hərbi xidmətkeçmə haqqında
Əsasnamədə müəyyənləşdirilmiş
qaydada polkovnik (1-ci dərəcəli kapitan) daxil olmaqla
növbəti hərbi rütbələr verilir.
Maddə 48. Hərbi
vəzifəlilərin istefaya keçirilməsi
Bu Qanunun 42-ci maddəsində nəzərdə
tutulmuş hallarda hərbi vəzifəlilər hərbi
qeydiyyatdan və hərbi uçotdan çıxarılaraq
istefaya keçirilirlər.[40]
9-cu fəsil
Yekun müddəalar
Maddə 49. Hərbi
vəzifələrin yerinə yetirilməsi ilə
bağlı tədbirlərin maliyyə və maddi
təminatı
49.1. Hərbi vəzifənin yerinə
yetirilməsi ilə bağlı tədbirlərin maliyyə
və maddi təminatı Azərbaycan Respublikası
dövlət büdcəsinin, Naxçıvan Muxtar
Respublikası büdcəsinin, habelə
təşkilatların vəsaiti hesabına, bu Qanunla və
Azərbaycan Respublikasının digər qanunvericilik
aktları ilə müəyyən edilmiş qaydada həyata
keçirilir.
49.2. Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti
orqanının sifarişi ilə müvafiq icra hakimiyyəti
orqanını çağırış
məntəqələri ilə təmin etmək, ictimai
qaydanı qorumaq, lazımi sayda həkim
mütəxəssislər və orta tibb heyəti, dərman
vasitələri, alətlər, tibb və təsərrüfat
əmlakı, nəqliyyat vasitələri ayırmaq
üçün müvafiq tədbirlər görməlidir.
49.3. Çağırış
komissiyalarının üzvləri, hərbi həkim komissiyalarının
üzvləri, müvafiq icra hakimiyyəti orqanında iş
üçün ayrılmış həkimlər və orta
tibb heyəti, texniki işçilər və xidmət heyəti
vətəndaşların ilkin hərbi qeydiyyata
alınması, hərbi xidmətə
çağırılması, vətəndaşların tibbi
müayinəsi, habelə müvafiq icra hakimiyyəti
orqanına çağırılanların
göndərilməsi zamanı bu vəzifələri
yerinə yetirərkən onların əsas iş yerində
orta əmək haqqı saxlanılır.
49.4. Bu Qanunun 49.3-cü maddəsində
göstərilən şəxslər öz
vəzifələrini yerinə yetirməsi üçün
başqa yerə ezam olunduqda onlara müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada və
məbləğdə ezamiyyə xərcləri
ödənilir.
Maddə 50. Həqiqi
hərbi xidmətə çağırılmış
vətəndaşların maliyyə və maddi təminatı
50.1. Həqiqi hərbi xidmətə
çağırılmış vətəndaşlara
mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq iş (təhsil) yerində orta
əmək haqqının ən azı üç misli
məbləğində müavinət ödənilir.
50.2. Vətəndaşlar ilkin hərbi qeydiyyata
alınmaq və həqiqi hərbi xidmətə
çağırılmaqla əlaqədar
vəzifələrini yerinə yetirmək üçün lazım
olan vaxtda daimi iş yerində orta əmək haqqı
saxlanılmaqla işdən (təhsildən) azad edilirlər.
50.3. Hərbi
qulluqçu hazırlayan xüsusi
təyinatlı təhsil müəssisələrinə
qəbul imtahanlarını vermək üçün
vətəndaşlara qanunvericiliklə nəzərdə
tutulmuş qaydada ödənişsiz məzuniyyət verilir
və onların iş yerində vəzifəsi və orta
əmək haqqı saxlanılır.[41]
50.4. Hərbi xidmətə
çağırılmış vətəndaşların
xidmət yerinə aparılması və yolda yeməklə
təmin edilməsi Azərbaycan Respublikası dövlət
büdcəsinin və Naxçıvan Muxtar Respublikası
büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Maddə 51. Hərbi
xidmətin maliyyə və maddi təminatı
51.1. Hərbi xidmətin maliyyə və maddi
təminatı Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası
dövlət büdcəsinin, Naxçıvan Muxtar
Respublikası büdcəsinin və təşkilatların
vəsaiti hesabına həyata keçirilir.
51.2. Həqiqi hərbi xidmətdən ehtiyata
və ya istefaya buraxılmış hərbi qulluqçuların
yaşayış yerinə yola salınması və
müəyyən olunmuş digər təminatlarla təmin
edilməsi Azərbaycan Respublikası dövlət
büdcəsinin və Naxçıvan Muxtar Respublikası
büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Maddə 52.
Toplanışlara çağırılmış hərbi vəzifəlilərin
maliyyə və maddi təminatı
52.1. Toplanışa
çağırılmış hərbi
vəzifəlilər çağırış üzrə
vəzifələrini yerinə yetirdikləri, toplanış
yerinə gedib-gəldikləri və toplanış
keçirdikləri bütün dövrdə daimi iş
yerində orta əmək haqqı saxlanılmaqla işdən azad
edilirlər. Göstərilən şəxslərin
əmək müqaviləsinə, onlar
çağırış vərəqəsi aldıqları
gündən toplanışdan qayıdana qədər
təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam
verilə bilməz. Hərbi vəzifəlinin işlədiyi
təşkilat ləğv olunduqda toplanış dövründə
ona verilməli məbləğlər ləğv edilən
təşkilat və ya onların hüquq varisi
tərəfindən ödənilir.
52.2. Toplanış dövründə
xəstələnmiş hərbi vəzifəlinin iş yeri
(vəzifəsi) müalicə müddəti ərzində
saxlanılır, ona müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada
müavinət ödənilir.
Maddə 53. Qanunun
pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki
şəxslər Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
Maddə 54. Bu Qanunun qüvvəyə
minməsi ilə əlaqədar ləğv edilməli olan
Azərbaycan Respublikasının qanunları
Bu Qanun qüvvəyə mindiyi gündən
Azərbaycan Respublikasında hərbi xidmətə
çağırışın əsasları haqqında
(Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹
11, maddə 406, ¹ 16, maddə 706; 1993, ¹ 5, maddə 133; 1994, ¹ 9,
maddə 96; Azərbaycan Respublikasının 1995-ci il 2 may
tarixli 1030 nömrəli Qanunu; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 1, maddə 15;
1999, ¹ 3, maddə 164, ¹ 4, maddə 215, ¹ 5, maddə 286; 2001, ¹ 3,
maddə 147, ¹ 12, maddə 745; 2002, ¹ 6, maddə 328, ¹ 8,
maddə 463; 2004, ¹ 2, maddə 57, ¹ 7, maddə 507; 2006, ¹ 3,
maddə 219; 2007, ¹ 1, maddələr 1, 4; 2008, ¹ 7, maddə 602;
2010, ¹ 4, maddə 275; 2011, ¹ 2, maddə 71) və Hərbi
xidmət haqqında (Azərbaycan Respublikası Ali Sovetinin
Məlumatı, 1992, ¹ 21, maddə 912; Azərbaycan
Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli
Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998,
¹ 1, maddə 15; 1999, ¹ 3, maddə 163; 2001, ¹ 3, maddələr
146, 147, ¹ 11, maddələr 683, 694, ¹ 12, maddə 745; 2002, ¹ 6,
maddə 328, ¹ 8, maddə 463; 2004, ¹ 4, maddə 199, ¹ 5, maddə
319; 2005, ¹ 7, maddə 588; 2006, ¹ 4, maddə 312; 2011, ¹ 2, maddə
71) Azərbaycan Respublikasının qanunları ləğv
edilir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
23 dekabr 2011-ci il
¹ 274-IVQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
30 dekabr 2014-cü il tarixli 1159-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 4 fevral 2015-ci il, ¹ 26,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
2, maddə 92)
2.
3 aprel 2015-ci il tarixli 1249-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Respublika
qəzeti, 5 may 2015-ci il, ¹ 095,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
5, maddə 496)
3.
29 may 2015-ci il tarixli 1302-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Respublika
qəzeti, 16 iyul 2015-ci il, ¹ 152;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
07, maddə 821)
4.
31 may
2016-cı il tarixli 262-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 22 iyun 2016-cı il, ¹ 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 999)
5.
14 iyun
2016-cı il tarixli 279-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 22 iyun 2016-cı il, ¹ 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 1007)
6.
2 oktyabr
2017-ci il tarixli 785-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 29 oktyabr
2017-ci il, ¹ 238, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 10, maddə 1769)
7.
29 iyun
2018-ci il tarixli 1209-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 29 iyun 2018-ci
il, ¹ 154, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab,
maddə 1425)
8.
12 oktyabr 2018-ci il tarixli 1280-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 18 noyabr 2018-ci il, ¹ 260, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2204)
9.
12 oktyabr
2018-ci il tarixli 1283-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan qəzeti, 28 noyabr
2018-ci il, ¹ 268, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 11, maddə 2205)
10.
1 fevral
2019-cu il tarixli 1472-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan qəzeti, 24 fevral
2019-cu il, ¹ 45, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə 187)
11.
5 mart 2019-cu
il tarixli 1520-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan qəzeti, 10 aprel
2019-cu il, ¹ 76,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 579)
12.
29 mart
2019-cu il tarixli 1552-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan qəzeti, 26 may 2019-cu
il, ¹ 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 5, maddə 797)
13.
3 may 2019-cu
il tarixli 1576-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan qəzeti, 14 iyun
2019-cu il, ¹ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə
986)
14.
19 may 2020-ci il tarixli 113-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan qəzeti, 12 iyun
2020-ci il, ¹ 134, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
831)
15.
27 oktyabr 2020-ci il tarixli 191-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan qəzeti, 18 noyabr
2020-ci il, ¹240, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə 1338)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 12 oktyabr
2018-ci il tarixli
1280-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 18 noyabr 2018-ci il, ¹ 260, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2204) ilə preambulada
Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı
birləşmələrə sözləri hərbi xidmət
nəzərdə tutulmuş digər dövlət orqanlarına
(dövlət orqanlarının strukturuna daxil olan qurumlara)
sözləri ilə əvəz edilmişdir.
[2] 12 oktyabr
2018-ci il tarixli
1280-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 18 noyabr 2018-ci il, ¹ 260, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2204) ilə 2.0.2-ci
maddədə və ya
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı
birləşmələrdə sözləri və siyahısı müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilmiş digər dövlət orqanlarında (dövlət
orqanlarının strukturuna daxil olan qurumlarda)
sözləri ilə əvəz edilmişdir.
[3] 12 oktyabr
2018-ci il tarixli
1280-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 18 noyabr 2018-ci il, ¹ 260, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2204) ilə 2.0.4-cü
və 2.0.5-ci maddələrdən və Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa
silahlı birləşmələri sözləri
çıxarılmışdır.
[4] 30
dekabr 2014-cü il tarixli 1159-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 4
fevral 2015-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
92)
ilə 2.0.5-ci maddə yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
2.0.5.
hərbi qeydiyyat həqiqi hərbi xidmətə
çağırışın təmin edilməsi
məqsədilə bütün
çağırışçıların və hərbi
vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanında
müəyyən olunmuş qaydada qeydiyyata
alınmasıdır;
[5] 12 oktyabr
2018-ci il tarixli
1280-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 18 noyabr 2018-ci il, ¹ 260, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2204) ilə 2.0.6-cı,
3.2-ci və 3.4-cü maddələrdən və ya Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq yaradılmış başqa silahlı
birləşmələrdə sözləri
çıxarılmışdır.
[6] 30
dekabr 2014-cü il tarixli 1159-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 4
fevral 2015-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
92)
ilə 2.0.9-cu maddənin sonunda
nöqtəli vergül işarəsi nöqtə
işarəsi ilə əvəz olunmuşdur və həmin
maddəyə yeni məzmunda ikinci cümlə əlavə
edilmişdir.
[7] 30
dekabr 2014-cü il tarixli 1159-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 4
fevral 2015-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
92)
ilə 2.0.11-ci maddədə ya hərbi uçotdan
çıxarılmış, o cümlədən istefaya
buraxılmış sözləri istefaya buraxılmış (keçirilmiş)
sözləri ilə əvəz edilmişdir.
[8] 30
dekabr 2014-cü il tarixli 1159-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 4
fevral 2015-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
92)
ilə 2.0.11-ci maddənin sonunda
nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz olunmuşdur və yeni
məzmunda 2.0.12-ci maddə əlavə edilmişdir.
[9] 2 oktyabr 2017-ci il
tarixli 785-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 29 oktyabr
2017-ci il, ¹ 238, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 10, maddə
1769)
ilə 4.2-ci maddəyə hərbi vəzifəlilərin
sözlərindən sonra (bu
Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş
hərbi vəzifəlilər istisna olmaqla) sözləri
əlavə edilmişdir.
[10] 2 oktyabr 2017-ci il
tarixli 785-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 29 oktyabr
2017-ci il, ¹ 238, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 10, maddə
1769)
ilə yeni məzmunda 4.4-cü
maddə əlavə edilmişdir.
[11] 12 oktyabr
2018-ci il tarixli
1280-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 18 noyabr 2018-ci il, ¹ 260, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2204) ilə 6.1-ci
maddədə
[12] 1 fevral 2019-cu il tarixli 1472-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 24 fevral 2019-cu il, ¹ 45,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹2, maddə 187) ilə
6.4-cü
maddədən sonra yeni məzmunda Qeyd hissəsi əlavə edilmişdir.
[13] 30
dekabr 2014-cü il tarixli 1159-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 4
fevral 2015-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
92)
ilə 7.1-ci maddədə Hərbi vəzifəlilər
sözləri Vətəndaşlar
sözü ilə əvəz edilmişdir.
[14] 5 mart 2019-cu il tarixli 1520-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 10 aprel 2019-cu il, ¹ 76,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 579) ilə
8.2.3-cü
maddədə etməlidir.
sözü etməli;
sözü ilə əvəz edilmişdir və yeni
məzmunda 8.2.4-cü maddə əlavə edilmişdir.
[15] 19
may 2020-ci il
tarixli 113-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 12 iyun 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 831) ilə 8.6-cı
maddədə Tibbi-sosial ekspert
komissiyaları sağlamlıq imkanları məhdud olmuş
və ya əlil sayılmış sözləri Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi
müəyyən edilmiş sözləri ilə və verməlidirlər sözü
verməlidir sözü
ilə əvəz edilmişdir.
[16] 12 oktyabr
2018-ci il tarixli
1280-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 18 noyabr 2018-ci il, ¹ 260, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2204) ilə 11-ci
maddə ləğv edilmişdir.
[17] 12 oktyabr
2018-ci il tarixli
1280-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 18 noyabr 2018-ci il, ¹ 260, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2204) ilə 12.1-ci
maddədən və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı
birləşmələrin sözləri
çıxarılmışdır.
[18] 30
dekabr 2014-cü il tarixli 1159-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 4
fevral 2015-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
92)
ilə 15.2.5-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
15.2.5.
hərbi uçotdan çıxarılmaqla həqiqi hərbi
xidmətə yararsızlıq haqqında.
[19] 19
may 2020-ci il
tarixli 113-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 12 iyun 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 831) ilə 19.1.1-ci,
19.1.3-cü və 19.1.5-ci maddələrdə I qrup əlil sözləri I dərəcə əlilliyi olan
sözləri ilə əvəz edilmişdir.
[20] 30
dekabr 2014-cü il tarixli 1159-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 4
fevral 2015-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
92)
ilə 20.2-ci maddədə hərbi xidmətə yararsız
hesab edilərək hərbi uçotdan sözləri həm dinc dövrdə, həm
də müharibə dövründə hərbi xidmətə
yararsız hesab edilərək hərbi qeydiyyatdan
sözləri ilə əvəz edilmişdir.
[21] 14 iyun 2016-cı il
tarixli 279-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 22
iyun 2016-cı il, ¹ 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 1007) ilə 21.1-ci maddədə filiallarında
sözündən sonra ,
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi elmi təşkilatda sözləri əlavə
edilmişdir.
[22] 29 mart 2019-cu il tarixli 1552-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 26 may 2019-cu il, ¹ 115, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə
797) ilə 9.1-ci
və 21.1.2-ci maddələrdə ilk peşə-ixtisas sözləri peşə sözü ilə əvəz
edilmişdir.
[23] 14 iyun 2016-cı il
tarixli 279-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 22
iyun 2016-cı il, ¹ 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 1007) ilə 21.1.4-cü
maddədə ali təhsil
müəssisələrində və onların
filiallarında əyani təhsilalma formasında ali təhsil
pilləsində (bakalavriat) sözləri əyani təhsilalma formasında bakalavriatda,
magistraturada, doktoranturada sözləri ilə əvəz
edilmişdir.
3 may 2019-cu il tarixli 1576-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə
986) ilə 21.1.4-cü
maddəyə doktoranturada
sözündən sonra (adyunkturada)
sözü əlavə edilmişdir və ali baza sözləri əsas
(baza ali) sözləri ilə əvəz edilmişdir.
[24] 29
may 2015-ci il tarixli 1302-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Respublika qəzeti, 16
iyul 2015-ci il, ¹ 152; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 07, maddə
821)
ilə 21.1.5-ci maddəsində
xarici ölkələrdə
sözləri xarici
ölkələrin siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilmiş təhsil
müəssisələrində sözləri ilə
əvəz edilmişdir.
31 may 2016-cı il
tarixli 262-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 22
iyun 2016-cı il, ¹ 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 999) ilə 21.1.5-ci maddəsində
xarici ölkələrin
siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş təhsil
müəssisələrində sözləri xarici ölkələrdə
sözləri ilə əvəz edilmişdir.
14 iyun 2016-cı il
tarixli 279-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 22
iyun 2016-cı il, ¹ 133, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 1007) ilə 21.1.5-ci maddədə pilləsində (bakalavriat)
sözləri pilləsinin
bakalavriat, magistratura və doktorantura
səviyyələrində sözləri ilə
əvəz edilmişdir.
3 may 2019-cu il tarixli 1576-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə
986) ilə 21.1.5-ci
maddəyə doktorantura
sözündən sonra (adyunktura)
sözü əlavə edilmişdir və ali baza sözləri əsas
(baza ali) sözləri ilə əvəz edilmişdir.
[25] 29 iyun 2018-ci il
tarixli 1209-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 29 iyun 2018-ci
il, ¹ 154, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 7, I kitab, maddə 1425) ilə 22.1.1-ci
maddəyə islah
işləri sözlərindən sonra , azadlığın məhdudlaşdırılması
sözləri əlavə edilmişdir.
[26] 29 iyun 2018-ci il
tarixli 1209-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 29 iyun
2018-ci il, ¹ 154, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 7, I kitab, maddə 1425) ilə 22.1.2-ci
maddədə törətdiyi
cinayətə görə sözləri qəsdən törətdiyi cinayətə görə
müəyyən müddətə azadlıqdan məhrum
etmə növündə cəzaya məhkum edilmiş və
sözləri ilə əvəz edilmişdir.
[27] 30
dekabr 2014-cü il tarixli 1159-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 4
fevral 2015-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
92)
ilə 23.0.2 və 43.1-ci
maddələrdə hərbi
uçotdan çıxarılmaqla sözləri həm dinc dövrdə, həm
də müharibə dövründə sözləri
ilə əvəz edilmişdir.
[28] 30
dekabr 2014-cü il tarixli 1159-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 4
fevral 2015-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
92)
ilə 28.1.2-ci maddədə,
28.4-cü maddənin birinci və ikinci
cümlələrində, 31.5, 34.2, 36.1.2-ci (birinci halda)
maddələrdə, 36.2-ci maddənin Qeyd hissəsində,
37.1.3, 38.1.3 və 40.2-ci (hər iki halda) maddələrdə xüsusi təyinatlı
sözlərindən əvvəl hərbi qulluqçu hazırlayan sözləri
əlavə edilmişdir.
[29] 30
dekabr 2014-cü il tarixli 1159-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 4
fevral 2015-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
92)
ilə yeni məzmunda 28.6-cı
maddə əlavə edilmişdir.
2 oktyabr 2017-ci il
tarixli 785-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 29 oktyabr
2017-ci il, ¹ 238, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 10, maddə
1769)
ilə 28.6-cı maddənin
ikinci cümləsi üçüncü cümlə hesab
edilmişdir və həmin maddəyə yeni məzmunda ikinci
cümlə əlavə edilmişdir.
[30] 12 oktyabr 2018-ci il tarixli 1283-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 28 noyabr 2018-ci il, ¹ 268, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2205) ilə 33.1-ci maddədə məhkəmənin qərarı ilə
sözləri Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə
uyğun olaraq sözləri ilə əvəz
edilmişdir.
[31] 30
dekabr 2014-cü il tarixli 1159-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 4
fevral 2015-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
92)
ilə 36.1.2-ci maddədə
[32] 27
oktyabr 2020-ci il
tarixli 191-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 18 noyabr 2020-ci il, ¹240,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
11, maddə 1338) ilə 36-cı maddənin Qeyd hissəsinə hərbi qulluqçular
sözlərindən sonra ,
habelə müvafiq icra hakimiyyəti orqanında zabitlərin
həqiqi hərbi xidmətinə könüllü daxil olan,
bu Qanunun 36.1.4-cü maddəsində göstərilən
vətəndaşlar sözləri əlavə edilmişdir.
[33] 27
oktyabr 2020-ci il
tarixli 191-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 18 noyabr 2020-ci il, ¹240,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
11, maddə 1338) ilə 37.1.3-cü maddənin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilmişdir və yeni məzmunda 37.1.4-cü maddə
əlavə edilmişdir.
[34] 30
dekabr 2014-cü il tarixli 1159-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 4
fevral 2015-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
92)
ilə 41.0-cı maddə yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
41.0.
Ehtiyatda olmağın son yaş həddinə çatmayan
və sağlamlıq vəziyyətinə görə dinc
dövrdə və ya müharibə dövründə
hərbi xidmətə məhdud yararlı olan hərbi
qulluqçular aşağıdakı hallarda həqiqi
hərbi xidmətdən ehtiyata buraxılırlar:
[35] 12 oktyabr 2018-ci il tarixli 1283-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
qəzeti, 28 noyabr 2018-ci il, ¹ 268, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2205) ilə 41.0.7-ci maddədə məhkəmənin hökmü ilə
sözləri Azərbaycan
Respublikası Cinayət Məcəlləsinə uyğun
olaraq sözləri ilə əvəz edilmişdir.
[36] 30
dekabr 2014-cü il tarixli 1159-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 4
fevral 2015-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
92)
ilə 41.0.8-ci maddədə hüququndan məhrum etmə
sözlərindən sonra vergül işarəsi və ya sözləri ilə
əvəz edilmişdir və həmin maddədən və ya ömürlük
azadlıqdan məhrumetmə və (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla) sözləri
çıxarılmışdır.
[37] 30
dekabr 2014-cü il tarixli 1159-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 4
fevral 2015-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
92)
ilə 42.0.2-ci maddədə hərbi uçotdan
çıxarılmaqla həqiqi sözləri həm dinc dövrdə, həm
də müharibə dövründə sözləri
ilə əvəz edilmışdır.
[38]
3 aprel 2015-ci il tarixli 1249-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Respublika
qəzeti, 5 may 2015-ci il, ¹ 095,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
5, maddə 496)
ilə
42.0.5-ci maddəsində vətəndaşlığını
itirdikdə sözləri vətəndaşlığına
xitam verildikdə sözləri ilə əvəz
edilmışdır.
[39] 30
dekabr 2014-cü il tarixli 1159-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 4
fevral 2015-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
92)
ilə 46.1.8-ci maddədə hərbi uçotdan
çıxarılaraq sözləri
çıxarılmışdır və qeydiyyata sözündən əvvəl xüsusi sözü
əlavə edilmişdir.
[40] 30
dekabr 2014-cü il tarixli 1159-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 4
fevral 2015-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
92)
ilə 48-ci maddədə hərbi vəzifəlilər
sözlərindən sonra hərbi
qeydiyyatdan və sözləri əlavə edilmişdir.
[41] 30
dekabr 2014-cü il tarixli 1159-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan qəzeti, 4
fevral 2015-ci il, ¹ 26, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
92)
ilə 50.3-cü maddədə
Xüsusi sözü Hərbi qulluqçu hazırlayan
xüsusi sözləri ilə əvəz edilmişdir.