“Bələdiyyələrin maliyyəsinin əsasları
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci
bəndinə uyğun olaraq qərara
alır :
“Bələdiyyələrin
maliyyəsinin əsasları haqqında” Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, ¹ 12, maddə 690; 2001, ¹ 12, maddə 736;
2002, ¹ 5, maddə 242; 2004, ¹ 4, maddə 202; 2005, ¹ 2, maddə 62;
2007, ¹ 11, maddə 1082; 2010, ¹ 3, maddə 173) 11-ci maddəsinin
3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
“3. Bələdiyyələr
öz nizamnaməsində müəyyən edilmiş qaydada
yerli büdcənin icrası haqqında yarımillik
və illik hesabatı bələdiyyə iclasına təqdim
edir. Yarımillik maliyyə hesabatları
hesabat dövründən sonrakı ayın 15-dək, illik
maliyyə hesabatları növbəti ilin yanvarın 30-dək
təqdim edilməlidir. Bələdiyyələr təqdim
edilmiş maliyyə hesabatlarını bələdiyyə
iclasının qərarı ilə 15 (on beş) gün müddətində
təsdiq edirlər. Yerli əhalini tanış etmək
məqsədilə bələdiyyələr illik hesabatı
onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet
saytı və s. vasitələrlə çatdırırlar.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 oktyabr 2011-ci il
¹ 216-IVQD