"Giriş-çıxış
və qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin istismarının təşkili
Qaydaları"nın və
"Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi daxilində dövlət
orqanlarının informasiya resurslarından istifadəyə
buraxılış dərəcəsi"nin təsdiq
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744
nömrəli Fərmanının 3.1-ci və 3.2-ci bəndlərinin
icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Giriş-çıxış və
qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin istismarının təşkili Qaydaları" təsdiq
edilsin (1 nömrəli əlavə).
2. "Giriş-çıxış və
qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi daxilində dövlət orqanlarının informasiya
resurslarından istifadəyə buraxılış
dərəcəsi" təsdiq edilsin (2 nömrəli
əlavə).
3. Bu qərar imzalandığı
gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri Artur Rasi-zadə
Bakı şəhəri, 12 yanvar 2012-ci il
¹ 5
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı
ilə TƏSDİQ EDİLMİŞDİR 1 nömrəli
əlavə |
“Giriş-çıxış və
qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin istismarının təşkili
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar
"Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744
nömrəli Fərmanının 3.1-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır və
"Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin (bundan sonra - İAMAS)
altsistemlərinin istismarı, informasiya resurslarının
formalaşdırılması, uzlaşdırılması
və istifadəsi, onun istismarına proqram-texniki
dəstək, təhlükəsizlik və inkişaf
tədbirləri üzrə kompleks prosedurları müəyyən
edir.
1.2. Xüsusi təyinatlı
dövlət informasiya resursu olan İAMAS
"Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi haqqında Əsasnamə"
(bundan sonra - Əsasnamə) ilə müəyyən
edilmiş qaydada birgə formalaşdırılan və istifadə
edilən paylanmış informasiya resurslarından, bu
resursları və təminat vasitələrini
qarşılıqlı istifadə edən
altsistemlərdən, müvafiq lokal seqmentlərdən və
ya kompyuterləşdirilmiş ayrı-ayrı işçi
yerlərindən ibarətdir.
1.3. İAMAS-ın infrastrukturu
ölkə ərazisində və onun xaricində
yerləşmiş, korporativ əsaslarla eyni kompyuter
şəbəkəsinə birləşdirilmiş, habelə
onunla qarşılıqlı əlaqəsi nəzərdə
tutulmuş digər informasiya sistemləri ilə inteqrasiya
və ya uzlaşmanı təmin edən
aşağıdakı qurumları əhatə edir:
1.3.1. sistemə qoşulmuş
dövlət orqanlarının aparatlarını;
1.3.2. polis orqanlarının qeydiyyat
və şəxsiyyət vəsiqəsi üzrə
şəhər (rayon) şöbə və
bölmələrini;
1.3.3. yaşayış yeri üzrə
qeydiyyat barədə məlumatların verilməsi ilə
bağlı fəaliyyəti həyata keçirən qurumu;
1.3.4. polis orqanlarının regional
pasport mərkəzlərini;
1.3.5. sərhəd nəzarəti
məntəqələrini;
1.3.6. Azərbaycan Respublikasının
diplomatik nümayəndəlik və konsulluqlarını.
1.4. İAMAS vasitəsilə elektron
formatda aşağıdakı məsələlər
üzrə sənədləşmə, yoxlama, sorğu və
təhlil işləri həyata keçirilir:
1.4.1. şəxsiyyət
vəsiqələri, pasport-viza və Əsasnamədə
nəzərdə tutulmuş digər
sərhədkeçmə sənədlərinin fərdi olaraq
doldurulması və verilməsi;
1.4.2. yaşayış yeri və
olduğu yer üzrə qeydiyyat;
1.4.3. İAMAS
çərçivəsində istifadə olunan sənəd
blanklarının uçotu;
1.4.4. ölkəyə
gəlişinə və ölkədən gedişinə
məhdudiyyət qoyulan və ya axtarışda olan
şəxslər, nəqliyyat vasitələri üzrə
siyahıların aparılması və etibarsız
sərhədkeçmə sənədləri üzrə
yoxlamaların aparılması;
1.4.5. şəxslərin,
sənədlərin, nəqliyyat vasitələrinin
nəzarət siyahıları üzrə yoxlanılması
və sərhədkeçmə uçotu;
1.4.6. şəxslərin
identifikasiyası, şəxsiyyəti təsdiq edən və
sərhədkeçmə sənədlərinin
həqiqiliyinin və etibarlılığının
müəyyənləşdirilməsi;
1.4.7. İAMAS-ın tərkibinə daxil
olan və ya onunla qarşılıqlı əlaqədə
olan digər informasiya resursları arasında inteqrasiya və
uzlaşmanın aparılması;
1.4.8. biometrik informasiya resurslarını
formalaşdıran məlumatların toplanılması.
2. İAMAS-ın altsistemlərinin
istismarı
2.1. İAMAS-ın istismarı müvafiq
altsistemlər vasitəsilə aşağıdakı
istiqamətlərdə aparılır:
2.1.1. sənədləşdirmə;
2.1.2. qeydiyyat və tənzimləmə;
2.1.3. informasiya təminatı və
təhlükəsizliyi.
3. Sənədləşdirmə
3.1. Şəxsiyyəti təsdiq
edən sənədlərin verilməsi İAMAS-ın
Əsasnamədə göstərilən
aşağıdakı standart sxemi üzrə həyata
keçirilir:
3.1.1. şəxslərin müvafiq forma
üzrə ərizə-anketində göstərilən
məlumatlar (adı, soyadı, atasının adı,
təvəllüdü, doğum yeri, biometrik
məlumatları, ailə vəziyyəti, ünvanı və
s.) İAMAS-a daxil edilir;
3.1.2. təqdim olunan məlumatların
düzgünlüyü və tamlığı, əldə
olan sənədlərə uyğunluğu və
qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərin
mövcudluğu yoxlanılır və bu yoxlamanın nəticəsindən
asılı olaraq sənədin blankı müvafiq standartlara
uyğun fərdi qaydada doldurulur, sənəd və onun
çap keyfiyyəti pasport oxuyan xüsusi proqram-texniki
vasitə ilə yoxlanılaraq vətəndaşa verilir və
ya yeni blankda fərdi qaydada yenidən doldurulur;
3.1.3. fərdi şəkildə
doldurulmuş sənəd blankının nömrəsi aktiv
statuslu müvafiq sənədlərin siyahısına daxil
edilir, geri qaytarılan, dəyişdirilən və ya
qanunvericiliklə müəyyən edilmiş qaydada konkret
müddət üçün alınan müvəqqəti
sənədlərin aktiv statusu səbəbi və tarixi
göstərilməklə dəyişdirilir;
3.1.4. fərdi şəkildə
doldurulmuş, eləcə də zədələnmiş
və ya korlanmış blankların qeydiyyatı
"Blankların uçotu" informasiya resursunda avtomatik aparılır;
3.1.5. blankların vəziyyəti
barədə və fərdi doldurulma prosesindən sonra
toplanmış məlumatlar saxlanılması və
istifadəsi üçün İAMAS-ın müvafiq lokal
serverindən kompyuter şəbəkəsi vasitəsilə
mərkəzi serverlər kompleksinə
köçürülür.
3.2. "Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi" altsistemi -
Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsinin verilməsi
üçün ərizə-anketdə göstərilən
və vəsiqənin verilməsi barədə
məlumatların İAMAS-a daxil edilməsi və fərdi
qaydada doldurulması altsistemin vətəndaşın
yaşadığı yer üzrə polis orqanlarının
qeydiyyat və şəxsiyyət vəsiqəsi
qurumlarındakı (bundan sonra - polis bölməsi)
proqram-texniki vasitələri ilə aşağıdakı
qaydada həyata keçirilir:
3.2.1. vətəndaşın
ərizə-anketində göstərilən və
Azərbaycan Respublikası Əhalisinin Dövlət
Reyestrində mövcud olan məlumatlar müvafiq informasiya
sisteminə müraciət əsasında
avtomatlaşdırılmış rejimdə, digər məlumatlar
isə optik oxuyucu və (və ya) klaviatura vasitəsilə
İAMAS-ın "Azərbaycan Respublikasının
vətəndaşları" informasiya resursuna daxil edilir;
3.2.2. vətəndaşın üz təsvirinin və
qanunvericiliklə müəyyən edilən digər biometrik
məlumatlarının əldə olunması İAMAS-ın
stasionar və ya mobil skanerləri ilə həyata
keçirilərək, "Azərbaycan Respublikasının
vətəndaşları" informasiya resursuna daxil edilir;
3.2.3. şəxs biometrik məlumatlar əsasında
identifikasiya olunur, vəsiqəni ilk dəfə
aldığı və yaxud dəyişdirdiyi
"Azərbaycan Respublikasının vətəndaşları"
informasiya resursundan, vəsiqə almaq üçün
təqdim etdiyi fərdi məlumatların və fərdi
identifikasiya nömrəsinin (FİN) düzgünlüyü
və tamlığı bu məlumatların
saxlandığı İAMAS-ın "Azərbaycan Respublikasının
vətəndaşları" informasiya resursundan və
İAMAS-la qarşılıqlı inteqrasiya olunmuş
Azərbaycan Respublikası Əhalisinin Dövlət
Reyestrindən, "Elektron sağlamlıq kartı"
sistemindən və digər müvafiq informasiya
sistemlərindən avtomatik qaydada yoxlanılır;
3.2.4. ərizə-anketdə
göstərilməyən, lakin şəxsiyyət
vəsiqəsinin verilməsi üçün tələb
olunan qanunvericiliklə müəyyən edilmiş digər
məlumatlar İAMAS-a qoşulmuş informasiya
sistemlərindən elektron formada alınır
(sinxronlaşdırılır) və "Azərbaycan
Respublikasının vətəndaşları" informasiya
resursuna əlavə edilir;
3.2.5. şəxsiyyət
vəsiqəsinin fərdi qaydada doldurulması və müvafiq
qeydiyyatların aparılması "Azərbaycan
Respublikasının vətəndaşları" informasiya
resursunda toplanmış məlumatlar əsasında avtomatik
qaydada həyata keçirilir.
3.3. "Azərbaycan
Respublikası vətəndaşının pasportları"
altsistemi - Azərbaycan Respublikası vətəndaşına
pasport verilməsi (pasportun dəyişdirilməsi)
prosesində İAMAS-la aşağıdakı işlər
həyata keçirilir:
3.3.1. ümumvətəndaş pasportu
alan vətəndaşın yaşadığı yerin
müvafiq polis bölməsində, ölkə xaricində
isə həmin şəxsin konsulluq uçotuna
götürüldüyü Azərbaycan Respublikasının
diplomatik nümayəndəlik və konsulluqlarında (bundan
sonra - konsulluq):
3.3.1.1. vətəndaşın
ərizə-anketində göstərilən məlumatlar optik
oxuyucu və (və ya) klaviatura vasitəsilə, üz
təsviri, əl-barmaq izləri və qanunvericilikdə
nəzərdə tutulmuş digər biometrik məlumatlar
isə müvafiq xüsusi skanerlər vasitəsilə
İAMAS-ın "Azərbaycan Respublikasının
vətəndaşları" informasiya resursuna daxil edilir;
3.3.1.2. ölkə xaricində olan
vətəndaş konsulluqda konsulluq uçotu üzrə
yoxlanılır;
3.3.1.3. pasportun verilməsi barədə
ərizə biometrik məlumatlarla birlikdə İAMAS-ın
"Mərkəzi serverlər kompleksi, idarəetmə və
mühafizə" altsistemi vasitəsilə regional pasport
mərkəzinə təqdim edilir;
3.3.2. ümumvətəndaş pasportunu
dolduran regional mərkəzdə:
3.3.2.1. şəxs biometrik məlumatlar
əsasında identifikasiya olunur, pasportu ilk dəfə
aldığı və ya dəyişdirdiyi, pasport almaq
üçün təqdim etdiyi fərdi məlumatların
və fərdi identifikasiya nömrəsinin
düzgünlüyü və tamlığı bu
məlumatların saxlandığı İAMAS-ın "Azərbaycan
Respublikasının vətəndaşları" və
"Sərhədkeçmə" informasiya resurslarından
və İAMAS-la qarşılıqlı inteqrasiya olunmuş
Azərbaycan Respublikası Əhalisinin Dövlət
Reyestrindən, İAMAS-a qoşulmuş "Elektron
sağlamlıq kartı" sistemindən və digər
müvafiq informasiya sistemlərindən avtomatik qaydada
yoxlanılır;
3.3.2.2. pasport verilərkən
qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət
hallarının mövcudluğu avtomatik olaraq
"Sərhədkeçməyə məhdudiyyət siyahısı"
informasiya resursundan yoxlanılır;
3.3.2.3. pasportun fərdi qaydada
doldurulması və müvafiq qeydiyyatların aparılması
"Azərbaycan Respublikasının
vətəndaşları" informasiya resursunda
ərizə-anket və şəxsiyyət vəsiqəsi
üzrə toplanılmış məlumatlar əsasında
avtomatik qaydada həyata keçirilir;
3.3.3. Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin Konsulluq İdarəsində:
3.3.3.1. xidməti və diplomatik
pasportların verilməsi üçün qanunvericiliyə
uyğun olaraq müvafiq müəssisə, idarə və ya
təşkilatın vəsatətində göstərilən
məlumatlar optik oxuyucu və (və ya) klaviatura
vasitəsilə, üz təsviri və qanunvericilikdə
nəzərdə tutulmuş digər biometrik məlumatlar
isə müvafiq xüsusi skanerlər vasitəsilə
"Azərbaycan Respublikasının
vətəndaşları" informasiya resursuna daxil edilir;
3.3.3.2. şəxs biometrik məlumatlar
əsasında identifikasiya olunur, pasportu ilk dəfə
aldığı və ya dəyişdirdiyi, pasport
verilməsinə dair vəsatətdən İAMAS-a daxil
edilmiş fərdi məlumatların və fərdi
identifikasiya nömrəsinin düzgünlüyü və
tamlığı bu məlumatların saxlandığı
İAMAS-ın "Azərbaycan Respublikasının
vətəndaşları" informasiya resursundan və
İAMAS-la qarşılıqlı inteqrasiya olunmuş
Azərbaycan Respublikası Əhalisinin Dövlət
Reyestrindən, İAMAS-a qoşulmuş "Elektron
sağlamlıq kartı" sistemindən və digər
müvafiq informasiya sistemlərindən avtomatik qaydada
yoxlanılır, xidməti pasport verilməsinə dair
qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət
hallarının mövcudluğunun yoxlanılması və
rəy bildirilməsi Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti tərəfindən
İAMAS çərçivəsində avtomatik qaydada
həyata keçirilir; [1]
3.3.3.3. xidməti və diplomatik
pasportların fərdi qaydada doldurulması və müvafiq
qeydiyyatların aparılması "Azərbaycan
Respublikasının vətəndaşları" informasiya
resursunda vəsatət və şəxsiyyət
vəsiqəsi üzrə toplanmış məlumatlar
əsasında avtomatik qaydada həyata keçirilir.
3.4. “Dənizçinin
şəxsiyyət sənədi” altsistemi -
dənizçinin şəxsiyyət sənədinin
verilməsi prosesi altsistemin Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyindəki proqram-texniki
vasitələri ilə və “Dənizçinin
şəxsiyyət sənədi haqqında Əsasnamə”nin
10-cu hissəsinin tələblərinə uyğun olaraq
həyata keçirilir.[2]
3.5. “Azərbaycan
Respublikasına qayıdış şəhadətnaməsi”
altsistemi - Azərbaycan Respublikasına qayıdış
şəhadətnaməsinin verilməsi prosesi altsistemin
vətəndaşın olduğu xarici ölkədəki
Azərbaycan Respublikası konsulluğundakı proqram-texniki
vasitələri ilə Azərbaycan Respublikası
vətəndaşının pasportunun
dəyişdirilməsinin standart sxemi üzrə həyata
keçirilir. Readmissiya üzrə şəxsin
identifikasiyası prosesində müvafiq sorğular İAMAS
vasitəsilə icra olunur. Ölkəyə gələn
vətəndaşın qayıdış
şəhadətnaməsinin aktiv statusu həmin sənəddən
təkrar istifadə edilməməsi üçün
dəyişdirilir.
3.6. “Viza”
altsistemi - altsistem vasitəsilə əcnəbilərə
və vətəndaşlığı olmayan
şəxslərə (bundan sonra - əcnəbilər) viza
verilməsi üçün,
habelə elektron viza verilməsi ilə əlaqədar
İAMAS-la aşağıdakı işlər həyata
keçirilir:[3]
3.6.1. viza alan əcnəbinin
qanunvericilikdə nəzərdə tutulmuş
məlumatları elektron formada İAMAS-ın “Əcnəbilər”
informasiya resursuna daxil edilir və ona sistemdaxili identifikasiya
nömrəsi verilir;
3.6.2. daxil edilmiş məlumatlar
əsasında Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyində,
Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidmətində və Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidmətində
müvafiq yoxlamalar həyata keçirilir; [4]
3.6.3. yoxlamaların
nəticəsindən asılı olaraq
əcnəbilərə müvafiq vizalar verilir;
3.6.4.
elektron viza verilməsi prosesində isə “ASAN Viza”
sistemindən təqdim edilən əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin sərhədkeçmə
sənədlərinin fotoşəkil olan səhifəsinin skan
edilmiş surəti və Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi
haqqında Əsasnamə”nin 7.4-cü, 7.4-1-ci və
7-1.0-cı bəndlərində qeyd
edilən digər məlumatlar, habelə elektron viza
verilməsi və ya verilməsindən imtina edilməsi ilə
bağlı məlumatlar real vaxt rejimində Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə,
Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidmətinə və Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidmətinə
göndərilir.[5]
3.7. "Azərbaycan
Respublikasında 30 gündən artıq yaşamaq
istəyən əcnəbinin qeydiyyata alınması
haqqında vəsiqə, Azərbaycan Respublikasının
hüdudlarından kənara getməsi üçün
Azərbaycan Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan şəxsin
şəxsiyyət vəsiqəsi" altsistemi - bu vəsiqənin verilməsi prosesi altsistemin şəxsin
yaşadığı yerin polis bölməsindəki
proqram-texniki vasitələri ilə Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsinin verilməsinin standart sxemi üzrə
həyata keçirilir və məlumatlar "Əcnəbilər"
informasiya resursuna daxil edilir.[6]
4. Qeydiyyat və tənzimləmə
4.1. Ölkədən getmə və
ölkəyə gəlmə haqqında qeydiyyatlar İAMAS
vasitəsilə aşağıdakı üsullarla həyata
keçirilir:
4.1.1. ölkədən getmə və
ölkəyə gəlmə üçün
sərhədkeçmə sənədlərinin
verilməsinə dair müraciət edən şəxslər
barədə yoxlama keçirilir;
4.1.2. xarici miqrasiya prosesində
vətəndaşların və əcnəbilərin
sərhədkeçmə nəzarəti və qeydiyyatı
aparılır;
4.1.3. vətəndaşların
ölkə ərazisində yaşayış və olduğu
yer üzrə qeydiyyatı, onların xarici
ölkələrdə konsulluq uçotu aparılır.
4.2. "Sərhədkeçməyə
məhdudiyyət" altsistemi -
"Sərhədkeçməyə məhdudiyyət
siyahısı"na qanunvericiliklə müəyyən
olunmuş və bu Qaydalarda göstərilən
məlumatların daxil edilməsi Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi
və altsistemin proqram-texniki vasitələri ilə
Əlaqələndirmə Şurası tərəfindən
təsdiq edilmiş forma üzrə həyata keçirilir.
Məhdudiyyət siyahısına məlumatlar İAMAS-dan
müvafiq məqsədlə istifadə səlahiyyəti
verilmiş İAMAS-a qoşulmuş dövlət
orqanlarının məsul əməkdaşları
tərəfindən daxil edilməli və
təsdiqlənməlidir.
4.2-1. “Sərhədkeçmə
zamanı xüsusi diqqət” altsistemi - altsistem
vasitəsilə gömrük qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada nəqliyyat
vasitələrini və istehsal, yaxud kommersiya
məqsədləri üçün nəzərdə tutulan
malları Azərbaycan Respublikasının ərazisinə
müvəqqəti gətirən və ya bu ərazidən
müvəqqəti aparan, həmçinin
bu Qaydaların 6.7-1.2-ci yarımbəndində
nəzərdə tutulan fiziki şəxslər
barədə məlumatlar “Sərhədkeçmə zamanı
xüsusi diqqət siyahısı”na daxil edilir və
sərhədkeçmə nəzarəti zamanı aşağıdakı
məqsədlər üçün istifadə olunur:[7]
4.2-1.1. aparılması məcburi olan
əvvəllər gətirilmiş nəqliyyat
vasitələrinin və istehsal, yaxud kommersiya
məqsədləri üçün nəzərdə tutulan
malların Azərbaycan Respublikasının gömrük
ərazisindən kənara aparılmamasına görə
inzibati xəta haqqında iş üzrə icraata
gömrük orqanları tərəfindən
başlanılması üçün bu tələbləri
pozan fiziki şəxsin sərhəd keçməsinə
icazə verilməməsi;
4.2-1.2.
şəxsin sərhəd keçməsinə aidiyyəti
dövlət orqanı tərəfindən nəzarətin
təmin edilməsi;[8]
4.2-1.3. bu Qaydaların 6.7-1.2-ci yarımbəndində
nəzərdə tutulan fiziki şəxslərə
gömrük nəzarəti formalarının tətbiq
edilməsi.[9]
4.3. "Sərhəd
nəzarəti" altsistemi - Azərbaycan Respublikası
vətəndaşlarının və əcnəbilərin,
habelə nəqliyyat vasitələrinin
sərhədkeçmə nəzarəti və qeydiyyatı
İAMAS-la aşağıdakı sxem üzrə həyata
keçirilir:
4.3.1. sərhədkeçmə
məlumatlarının toplanması:
4.3.1.1. sərhəd nəzarəti
məntəqələrində nəqliyyat vasitələrinin
dövlət qeydiyyat nişanı və ya bort nömrəsi,
markası, növü, tipi xüsusi proqram-texniki vasitə
və ya klaviatura ilə İAMAS-a daxil edilir;
4.3.1.2. sərhədi keçən
şəxslərin pasportunda və ya müvafiq
sərhədkeçmə sənədində olan
məlumatlar, o cümlədən biometrik məlumatlar pasport
oxuyan proqram-texniki vasitə ilə, şəxslərin
pasportunun tipindən asılı olaraq üz təsviri,
əl-barmaq izləri və qanunvericilikdə nəzərdə
tutulmuş digər biometrik məlumatlar xüsusi skanerlər
vasitəsilə İAMAS-a daxil edilir;
4.3.1.3. ölkəyə gələn
əcnəbinin pasportunun və ya müvafiq
sərhədkeçmə sənədinin əsas
səhifəsinin təsviri skanerlə İAMAS-a daxil edilir;
4.3.2. sərhədkeçmə
nəzarəti:
4.3.2.1. şəxslərin və
nəqliyyat vasitələrinin
sərhədkeçməsinə dair toplanan məlumatlar real
vaxt rejimində sərhəd nəzarəti
məntəqəsində və ya müvafiq dövlət
orqanında “Sərhədkeçməyə məhdudiyyət
siyahısı” və
“Sərhədkeçmə zamanı xüsusi diqqət
siyahısı” informasiya resursları
üzrə yoxlanılır;[10]
4.3.2.2. sərhədi keçən
vətəndaşların pasportu və ya Azərbaycan
Respublikasına qayıdış şəhadətnaməsi,
əcnəbilərin vizaları, müvəqqəti olma
müddətinin uzadılması barədə qərarları,
müvəqqəti və ya daimi yaşamaq üçün
icazə vəsiqələri və onlara ölkə
ərazisində verilmiş digər sərhədkeçmə
sənədləri "Azərbaycan Respublikasının
vətəndaşları" və "Əcnəbilər"
informasiya resurslarında, habelə belə sənədlərin
aktiv statusu Azərbaycan Respublikası Dövlət Miqrasiya
Xidmətinin vahid miqrasiya məlumat sistemində elektron
cədvəllərdən real vaxt rejimində yoxlanılır,
həqiqiliyi müəyyən olunur;
4.3.2.3. əcnəbilərin
pasportlarının həqiqiliyinin müəyyən
edilməsi üçün İAMAS-da "off-line"
rejimdə toplanmış İCAO-nun (Beynəlxalq Mülki
Aviasiya Təşkilatının) elektron imza
məlumatlarından istifadə olunur;
4.3.2.4. sərhədi keçən
şəxsdən skanerlə toplanılan müvafiq biometrik
məlumatlar həmin şəxsin istifadə etdiyi
sərhədkeçmə sənədində, həmçinin
"Sərhədkeçməyə məhdudiyyət
siyahısı" informasiya resursunda olan biometrik məlumatlar
üzrə real vaxt rejimində biometrik verifikasiya işləri
aparılmaqla həyata keçirilir;
4.3.2.5. əcnəbilərin ölkə
ərazisində olduğu və ya yaşadığı
müddət, o cümlədən bu müddətin
uzadılması üçün qanunvericilikdə
nəzərdə tutulmuş icazəyə malik olmaları,
habelə onların olduğu və ya yaşadığı
yer üzrə qeydiyyata alınmaları "on-line"
rejimdə "Əcnəbilər" informasiya resursundan,
habelə Azərbaycan Respublikası Dövlət Miqrasiya
Xidmətinin vahid miqrasiya məlumat sistemindən
yoxlanılır;
4.3.3. sərhədkeçmə
qeydiyyatı:
4.3.3.1. yoxlamanın nəticəsi və
sərhədkeçməyə verilən icazə, yaxud imtina
barədə sərhəd nəzarəti
məntəqəsinin operatoru avtomatik məlumatlandırılır,
onun xidməti qeydləri və qərarı İAMAS-a daxil edilir;
4.3.3.2. sərhəd nəzarəti
prosesində saxlanılan şəxslər barədə
İAMAS-da cəmləşən məlumatlar həmin
şəxs barədə müvafiq məhdudiyyətin
təşəbbüskarı olan dövlət orqanına
"on-line" rejimdə ötürülür;
4.3.3.3. belə məlumatlar saxlanılma
və istifadə edilmə üçün İAMAS-ın
Mərkəzi Serverinin "Sərhədkeçmə"
informasiya resursunda toplanılır;
4.3.3.4. əcnəbinin ölkəyə
ilk dəfə gəlməsi "Əcnəbilər"
informasiya resursu üzrə yoxlanılır və
əcnəbiyə sistemdaxili müvəqqəti identifikasiya
nömrəsi verilir, yaxud Azərbaycan Respublikası
Əhalisinin Dövlət Reyestri vasitəsilə onun fərdi
identifikasiya nömrəsi müəyyən edilir.
4.4. "Şəxslərin
yaşadığı və olduğu yer üzrə
qeydiyyatı" altsistemi - şəxslərin
yaşadığı və olduğu yer üzrə
qeydiyyatı ilə əlaqədar İAMAS-la
aşağıdakı işlər həyata keçirilir:
4.4.1. Azərbaycan Respublikası
vətəndaşlarının qeydiyyatı:
4.4.1.1. yaşayış
yeri üzrə qeydiyyatda olmayan vətəndaşın yaşayış
yeri üzrə qeydiyyatı həmin yer üzrə polis
bölməsində şəxsiyyət vəsiqəsinin verilməsi
prosesində həyata keçirilir;[11]
4.4.1.1-1.
yaşayış yerini dəyişdirdikdə,
vətəndaşın yeni yaşayış yerində
qeydiyyata alınması üçün müvafiq polis
bölməsində vətəndaşın yaşayış
yeri üzrə qeydiyyata alınma haqqında
ərizə-anketində göstərilən məlumatları
optik oxuyucu və (və ya) klaviatura vasitəsilə,
vətəndaşın şəxsiyyət
vəsiqəsindəki zəruri məlumatlar isə pasport
oxuyan proqram-texniki vasitə ilə İAMAS-a daxil edilir;
4.4.1.1-2.
15 yaşı tamam olmamış vətəndaşın
yaşayış yeri üzrə qeydiyyata alınması
üçün onun qanuni nümayəndəsinin bu
barədə müraciəti olduqda müvafiq polis
bölməsində 15 yaşı tamam olmamış
vətəndaşın yaşayış yeri üzrə
qeydiyyata alınması haqqında ərizə-anketində
göstərilən və Azərbaycan Respublikası
Əhalisinin Dövlət Reyestrində mövcud olan
məlumatlar müvafiq informasiya sisteminə müraciət
əsasında avtomatlaşdırılmış rejimdə,
digər məlumatlar isə optik oxuyucu və (və ya)
klaviatura vasitəsilə İAMAS-a daxil edilir;[12]
4.4.1.2. yaşayış yerindən
kənarda 60 gündən artıq müddətə
müvəqqəti olduğu yer üzrə qeydiyyatı
üçün həmin yerin müvafiq polis
bölməsində vətəndaşın
ərizə-anketində göstərilən məlumatları
optik oxuyucu və (və ya) klaviatura vasitəsilə,
vətəndaşın və onun müvəqqəti
olduğu evin (mənzilin) sahibinin şəxsiyyət
vəsiqələrindəki zəruri məlumatlar isə
pasport oxuyan proqram-texniki vasitə ilə İAMAS-a daxil edilir;
4.4.1.2-1.
mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist
bazasına, yataqxanaya, xəstəxanaya və digər belə
ictimai yerlərə gələn vətəndaşın
olduğu yer üzrə qeydiyyatı üçün
müvafiq polis bölməsində vətəndaşın
ərizə-anketində göstərilən məlumatlar optik
oxuyucu və (və ya) klaviatura vasitəsilə İAMAS-a daxil
edilir;[13]
4.4.1.3. ölkə xaricində konsulluq
uçotuna götürülməsi üçün
vətəndaşın ərizə-anketində
göstərilən məlumatlar optik oxuyucu və (və ya)
klaviatura vasitəsilə İAMAS-a daxil edilir;
4.4.2. Azərbaycan Respublikasına
gələn əcnəbilərin qeydiyyatı:
4.4.2.1. 30 gündən artıq
yaşamaq üçün qeydiyyata alınma haqqında
vəsiqənin fərdi olaraq doldurulması Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsinin verilməsinin standart sxemi
üzrə həyata keçirilir, məlumatlar isə
"Əcnəbilər" informasiya resursuna daxil edilir;[14]
4.4.2.2.
"Sərhədkeçmə" və
"Əcnəbilər" informasiya resurslarında
saxlanılan məlumatlar Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat
sisteminə əcnəbilərin ölkə ərazisində
müvəqqəti olma müddətinin uzadılması,
müvəqqəti və daimi yaşamasına icazə
verilməsi ilə əlaqədar istifadə olunması
üçün "İnformasiya mübadiləsi"
altsisteminin "İnteqrasiya" servisi vasitəsilə
"on-line" rejimdə aidiyyəti üzrə təqdim
edilir;
4.4.2.3. əcnəbilərin ölkə
ərazisində müvəqqəti və daimi
yaşamasına icazə verilməsi, müvəqqəti olma
müddətlərinin uzadılması, qaçqın statusunun verilməsi, habelə
onların olduğu və ya yaşadığı yer
üzrə qeydiyyata alınmaları barədə məlumatlar
"on-line" rejimdə "Sərhəd
nəzarəti" altsistemində istifadə olunması
üçün "Əcnəbilər" informasiya
resursuna Azərbaycan Respublikası Dövlət Miqrasiya
Xidmətinin vahid miqrasiya məlumat sistemindən aidiyyəti
üzrə təqdim edilir.[15]
4.5. "Azərbaycan
Respublikasının vətəndaşlığına dair
məlumatlar" altsistemi - Azərbaycan Respublikası
vətəndaşlığına qəbul, xitam və
bərpa məsələləri üzrə qanunvericiliklə
müəyyən edilmiş qərarların qəbul
olunması prosesində İAMAS-la aşağıdakı
işlər həyata keçirilir:
4.5.1. vətəndaşlıq
məsələlərinə dair ölkə xaricində
konsulluqda qəbul edilmiş vəsatətlərdəki
məlumatlar optik oxuyucu və (və ya) klaviatura
vasitəsilə, üz təsviri, əl-barmaq izləri və
qanunvericilikdə nəzərdə tutulmuş digər biometrik
məlumatlar isə xüsusi skanerlər vasitəsilə,
həmin şəxsin vətəndaşlığına
uyğun olaraq "Əcnəbilər" və ya
"Azərbaycan Respublikasının
vətəndaşları" informasiya resursuna daxil edilir;
4.5.2. konsulluqda vətəndaşlıq
məsələlərinə dair İAMAS-a daxil edilən
məlumatlar "İnformasiya mübadiləsi" altsisteminin
"İnteqrasiya" servisi vasitəsilə "on-line"
rejimdə Azərbaycan Respublikası Dövlət Miqrasiya
Xidmətinin vahid miqrasiya məlumat sisteminə təqdim edilir;
4.5.3. Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat
sistemində toplanmış vətəndaşlıq
məsələləri üzrə qanunvericiliklə
müəyyən edilmiş qaydada qəbul olunmuş
qərarlar barədə məlumatlar icra edilməsi
üçün "İnteqrasiya" servisi vasitəsilə
İAMAS-a təqdim edilir və bunun əsasında
"Əcnəbilər" və ya "Azərbaycan
Respublikasının vətəndaşları" informasiya
resursunda, eləcə də Azərbaycan Respublikası
Əhalisinin Dövlət Reyestrində avtomatik olaraq müvafiq
əlavə və dəyişikliklər aparılır.
5. İnformasiya təminatı və
təhlükəsizliyi
5.1. İAMAS
çərçivəsində informasiya təminatı
və təhlükəsizlik tədbirləri
aşağıdakı qaydada həyata keçirilir:
5.1.1. mərkəzi serverlər
kompleksini, kompyuter şəbəkəsini və informasiya
resurslarını idarəetmə;
5.1.2. səlahiyyət bölgüsü,
audit jurnalı, kriptoqrafiya, e-imza və biometrik identifikasiya
texnologiyaları vasitəsilə təhlükəsizlik
tədbirləri;
5.1.3. əhali və miqrasiya
barədə əlaqəli dövlət və beynəlxalq
informasiya resursları arasında informasiya mübadiləsi,
sorğu, təhlil və hesabat işləri, o cümlədən
elektron xəritə ilə vizual nümayiş;
5.1.4. blankların, proqram-texniki
təminat vasitələrinin və sərf
materiallarının hərəkətinin monitorinqi.
5.2. "Mərkəzi
serverlər kompleksi, idarəetmə və mühafizə"
altsistemi - altsistemin servislərinin, müvafiq proqram-texniki
vasitələrinin yaradılma və istismar qaydası
Əlaqələndirmə Şurası tərəfindən
təsdiq olunan İAMAS-ın informasiya təhlükəsizliyi
siyasəti ilə müəyyən edilir.
5.2.1. Altsistem aşağıdakılarla
təmin edilir:
5.2.1.1. risklərin
qiymətləndirilməsi xidməti;
5.2.1.2. əsas və ehtiyat serverləri
idarəetmə xidməti;
5.2.1.3. səlahiyyətləri
idarəetmə servisi;
5.2.1.4. korporativ e-imza sertifikat xidməti;
5.2.1.5. e-xidmətləri idarəetmə
servisi;
5.2.1.6. informasiya
təhlükəsizliyini idarəetmə vasitələri;
5.2.1.7. dayanıqlı elektrik enerjisi.
5.2.2. Altsistemin idarə edilməsini
Daxili İşlər Nazirliyinin xüsusi struktur bölməsi
Əlaqələndirmə Şurasının işçi
qrupu və İAMAS-ın müvafiq qaydada təyin edilmiş
operatoru ilə birgə təmin edir.
5.2.3. İAMAS-ın korporativ e-imza
sertifikat xidmətinin, İAMAS-ın
istifadəçilərinə altsistem vasitəsilə
səlahiyyətlərin verilməsi və bu
səlahiyyətlərin idarə edilməsi servisinin
fəaliyyəti dörd səviyyə üzrə təmin
edilməklə, hər səviyyə üçün
ayrı-ayrı e-imza açarları və
səlahiyyətlər verilir:
5.2.3.1. mərkəzi serverdən istifadə
səviyyəsi;
5.2.3.2. lokal seqmentdaxili səviyyə;
5.2.3.3. e-imza üzrə açıq
açarların milli infrastrukturu (PKİ) ilə əlaqə;
5.2.3.4. İCAO-nun (Beynəlxalq Mülki
Aviasiya Təşkilatının), habelə digər
aidiyyəti beynəlxalq və regional qurumların e-imza
üzrə açıq açarlar infrastrukturu ilə
əlaqə.
5.2.4. Altsistem vasitəsilə həyata
keçirilən işlər:
5.2.4.1. informasiyanın lokal server və
kompyuterləşmiş əlahiddə işçi
yerlərdən qəbulu, saxlanılması, mühafizəsi
və aidiyyəti üzrə ötürülməsinin
mərkəzləşmiş qaydada təmin edilməsi;
5.2.4.2. İAMAS-ın informasiya
resurslarının ehtiyat surətinin yaradılması və
saxlanılması;
5.2.4.3. fövqəladə hallarda informasiya
proseslərinin ehtiyat serverə keçirilməsi;
5.2.4.4. İAMAS-ın informasiya
resurslarından sistemə qoşulmuş dövlət
orqanlarının fəaliyyət sahələrinə və
səlahiyyətlərinə uyğun istifadə olunmasının
təmin edilməsi;
5.2.4.5. audit jurnallarının
mərkəzləşdirilmiş qaydada aparılması;
5.2.4.6. İAMAS-ın texniki
vasitələrinə, informasiya
daşıyıcılarına, informasiya təminatı
vasitələrinə və kommunikasiya xətlərinə
kənar və nəzarətsiz müdaxilələrin
qarşısının alınması;
5.2.4.7. proqram təminatı
vasitələrinin fəaliyyətinin təmin edilməsi;
5.2.4.8. İAMAS-ın
təhlükəsizlik idarəedicisinin fəaliyyətinin
proqram-texniki təminatı.
5.2.5. İAMAS-ın altsistemlərinin
informasiya təhlükəsizliyində mümkün
risklərin qiymətləndirilməsi müvafiq standartlar
və digər tələblərdən asılı olaraq
Əlaqələndirmə Şurasının
müəyyən etdiyi ixtisaslaşmış
təşkilatlar tərəfindən aparılır.
Qiymətləndirmənin nəticələri əsasında
tədbirlər planları üçün aidiyyəti
üzrə təkliflər hazırlanır. İAMAS-ın
altsistemlərinin təhlükəsiz istismarına yeni
təhdidlərin aşkar olunması hallarında əlavə
qiymətləndirmə aparıla bilər.
5.3. "Biometrik
informasiya" altsistemi - pasport-viza, Azərbaycan
Respublikasına qayıdış şəhadətnaməsi
və digər sərhədkeçmə
sənədlərinin, şəxsiyyət və qeydiyyat
vəsiqələrinin fərdi şəkildə doldurulması,
sərhəd nəzarətinin aparılması, readmissiya
üzrə sorğuların icrası, Azərbaycan
Respublikası vətəndaşlığına qəbul,
xitam və bərpa məsələləri üzrə
qanunvericiliklə müəyyən edilmiş qərarların
qəbul olunması zamanı üz təsviri, əl-barmaq
izləri və qanunvericilikdə nəzərdə tutulan
digər biometrik məlumatlar müvafiq xüsusi skanerlər
vasitəsilə İAMAS-ın "Azərbaycan
Respublikasının vətəndaşları",
"Sərhədkeçmə" və
"Əcnəbilər" informasiya resurslarına daxil
edilir.[16]
5.3.1. "Biometrik informasiya
haqqında" Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş aşağıdakı biometrik
informasiya xidmətlərinin fəaliyyəti İAMAS daxilində
altsistem vasitəsilə təşkil edilir:
5.3.1.1. üz təsviri üzrə
identifikasiya və müşahidə xidməti;
5.3.1.2. əl-barmaq və ovuc izləri
üzrə qeydiyyat-identifikasiya xidməti;
5.3.1.3. kağız üzərində
yazı xətti və imza üzrə identifikasiya və analiz
xidməti;
5.3.1.4. fərdi identifikasiya
nömrəsi (FİN) ilə bağlı nəzarət və
təhlükəsizlik xidməti.
5.3.2. Altsistem aşağıdakı
məsələlərin həllini təmin edir:
5.3.2.1. biometrik məlumatlar üzrə
milli informasiya resurslarının formalaşdırılması
məqsədi ilə məlumatların toplanılması;
5.3.2.2. əldə edilən və
İAMAS-da mövcud olan biometrik məlumatların standartlara
uyğun formata çevrilməsi;
5.3.2.3. şəxsin başqa fərdi
məlumatlarla sənəd almaq, belə
sənədlərdən istifadə etmək cəhdlərinin,
şəxsə müxtəlif fərdi identifikasiya nömrəsinin
verilməsi hallarının biometrik identifikasiya
texnologiyaları ilə aşkarlanması, aradan
qaldırılması mexanizminin və sənədlərin
mühafizə dərəcələrinin
gücləndirilməsi;
5.3.2.4. biometrik məlumatlar üzrə
informasiya resurslarından qanunvericiliklə müəyyən
edilmiş qaydada şəxsiyyəti təsdiq edən
sənədlərin rəsmiləşdirilməsi,
sərhəd nəzarəti, cinayət təqibi,
kəşfiyyat, əks-kəşfiyyat,
əməliyyat-axtarış fəaliyyəti, ictimai
asayişin qorunması, xilasetmə sahələrində
identifikasiya və verifikasiya işlərində istifadəsi;
5.3.2.5. axtarışda olan
şəxslərin kütləvi toplantı və
gediş-gəliş yerlərində real vaxt rejimində
şəkillərinə görə tanınması və
müşahidəsi ilə inteqrasiyanın həyata
keçirilməsi;
5.3.2.6. biometrik məlumatlar üzrə
dövlət və beynəlxalq informasiya sistemləri
arasında məlumat mübadiləsində iştirak
edilməsi.
5.4. "İnformasiya
mübadiləsi" altsistemi - İAMAS-ın
sənədləşdirmə, qeydiyyat və
tənzimləmə istiqamətlərinə aid altsistemləri
vasitəsilə sistemə qoşulmuş dövlət
orqanları tərəfindən formalaşdırılan və
qarşılıqlı istifadə edilən məkanca
paylanmış informasiya resursları arasında informasiya
mübadiləsi altsistemin servisləri vasitəsilə
təşkil edilir.
5.4.1. Altsistemin servisləri
aşağıdakılardır:
5.4.1.1. telekommunikasiya servisi;
5.4.1.2. kompyuter şəbəkəsi
servisi;
5.4.1.3. inteqrasiya və uzlaşdırma
servisi;
5.4.1.4. "Virtual
müşavirə" (İP-telefoniya) servisi;
5.4.1.5. "Universal
razılaşdırma" (e-poçt və e-sənəd
dövriyyəsi) servisi.
5.4.2. İAMAS-ın telekommunikasiya servisi
- dayanıqlı, mühafizəli, yüksək
ötürücülü fiber-optik əsas xətlərə
və digər ehtiyat xətlərə malikdir. İAMAS
çərçivəsində telekommunikasiya
xidmətləri onun kompyuter şəbəkəsinin topologiyasına
uyğun olaraq üç səviyyədə təşkil
edilir:
5.4.2.1. İAMAS-ın mərkəzi
serverlər kompleksi ilə onun seqmentləri arasında,
həmçinin Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi və konsulluqları arasında,
İAMAS-la aidiyyəti beynəlxalq, regional və xarici
təşkilat və qurumlar arasında telekommunikasiya
xidməti - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi
Dövlət Mühafizə Xidməti tərəfindən
mərkəzləşdirilmiş qaydada;
5.4.2.2. İAMAS-a qoşulmuş
dövlət orqanlarının lokal seqmentləri daxilində,
o cümlədən onların lokal serverləri və
ölkə ərazisində olan müvafiq struktur
bölmələri arasında telekommunikasiya xidməti -
həmin qurumların rabitə üzrə struktur
bölmələri tərəfindən;
5.4.2.3. İAMAS-a qoşulmuş
dövlət orqanlarının müvafiq struktur
bölmələri daxilində telekommunikasiya xidməti -
həmin qurumların rabitə üzrə struktur
bölmələri tərəfindən.
5.4.3. İAMAS-ın kompyuter
şəbəkəsi servisi - onun informasiya
təhlükəsizliyi siyasətinin tələblərinə,
Əlaqələndirmə Şurasında razılaşdırılan
şəbəkə protokollarına, sistemin malik olduğu
əsas və ehtiyat telekommunikasiya xətlərinə uyğun
yaradılır və istifadə edilir. İAMAS-ın
üçsəviyyəli şəbəkədən
ibarət kompyuter şəbəkəsinin topologiyasının
layihələndirilməsi, bu şəbəkələrin
yaradılması, idarə edilməsi müvafiq
səviyyələr üzrə həyata keçirilir:
5.4.3.1. İAMAS-ın mərkəzi
serverlər kompleksi üzrə 1-ci səviyyədə -
"Mərkəzi serverlər kompleksi, idarəetmə və
mühafizə" altsistemini idarə edən Daxili
İşlər Nazirliyinin xüsusi struktur bölməsi
tərəfindən Əlaqələndirmə
Şurasının işçi qrupu və İAMAS-ın
müvafiq qaydada təyin edilmiş operatoru ilə birgə
təmin edilir;
5.4.3.2. İAMAS-a qoşulmuş
dövlət orqanlarında olan lokal seqmentləri üzrə
2-ci səviyyədə, həmçinin həmin dövlət
orqanının müvafiq struktur bölmələri
üzrə 3-cü səviyyədə - hər bir müvafiq
dövlət orqanında İAMAS-ın lokal seqmentini idarə
edən struktur bölməsi tərəfindən təmin
edilir;
5.4.3.3. 2-ci və 3-cü
səviyyələrdə kompyuter şəbəkəsinin
topologiyasının layihələndirilməsi
Əlaqələndirmə Şurasının işçi
qrupu ilə, bu şəbəkələrin yaradılması
isə İAMAS-ın operatoru ilə razılaşdırılır.
5.4.4. İAMAS-ın inteqrasiya və
uzlaşdırma servisi iki əsas moduldan ibarətdir:
5.4.4.1. inteqrasiya modulu - informasiya
təminatının operativliyini, tamlığını
və ilkin mənbələrdən qarşılıqlı
istifadəni təmin edir, pərakəndəliyin və
təkrarçılığın qarşısını
alır, informasiyanın ötürülməsini
(köçürülməsini) istisna edir. İnformasiya
sistemlərinin müvafiq qanunvericilikdə nəzərdə
tutulmuş müəyyən tərkib hissəsi
(hissələri, o cümlədən informasiya
resurslarının, proqram-texniki və telekommunikasiya vasitələrinin
bir hissəsi), eyni zamanda inteqrasiya olunan informasiya
sistemlərinə də aid hesab edilir;
5.4.4.2. uzlaşdırma modulu - İAMAS
və ona qoşulmuş informasiya sistemləri arasında
mübadiləni (bu sistemlərin İAMAS-a məlumat təqdim
etməsini və onların İAMAS-dan məlumat
almasını) təmin edir, informasiyalar bir-birinə fərdi
identifikasiya nömrəsi (FİN) və digər
təkrarolunmaz rekvizitlər vasitəsilə
bağlanılır.
5.4.5. İAMAS-ın "Virtual
müşavirə" servisi - İAMAS-ın telekommunikasiya
xətləri üzərində kompyuter
şəbəkəsi vasitəsilə yaradılır. Bu
servis İAMAS istifadəçilərinin səlahiyyət
bölgüsünə uyğun olaraq onlar arasında korporativ
əsaslarla mühafizəli telefon, telefaks və audio-vizual
bağlantılarının təşkilini, bu işlərin
İAMAS-ın kompyuter şəbəkəsinin üç
səviyyəsinə uyğun həyata keçirilməsini
təmin edir.
5.4.6. İAMAS-ın "Universal
razılaşdırma" servisi - "e-poçt" və
"e-sənəd dövriyyəsi" modullarından
ibarətdir. İAMAS çərçivəsində
informasiya mübadiləsinin e-poçt texnologiyası
əsasında, rəsmi qaydada aparılan yoxlama və
razılaşdırma işlərinin elektron imza və elektron
sənəd haqqında qanunvericiliyə uyğun olaraq korporativ
əsaslarla elektron sənəd dövriyyəsi qaydasında təşkilini
təmin edir.
5.4.7. Altsistemin informasiya portalında
istifadə edilən resurslar:
5.4.7.1. İAMAS-ın informasiya
resursları;
5.4.7.2. İAMAS-a inteqrasiya olunan və ya
qoşulan digər dövlət informasiya sistemləri;
5.4.7.3. miqrasiya və fərdi
məlumatlar üzrə aidiyyəti beynəlxalq, regional və
xarici təşkilat və qurumların müvafiq informasiya sistemləri
(inteqrasiya və qoşulma prosedurları ikitərəfli
müqavilə, yaxud sazişlər əsasında həyata
keçirilir).
5.5. "Elektron
xəritə ilə vizual nümayiş" altsistemi -
İAMAS-da elektron rəqəmli xəritə vasitəsilə
aşağıdakı işlər həyata keçirilir:
5.5.1. ərazi vahidlərinin və
ünvanların elektron rəqəmli xəritəyə
bağlanması - Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin müvafiq qurumundakı proqram-texniki
vasitə ilə;
5.5.2. əhalinin yaşayış və
olduğu yer üzrə qeydiyyatı haqqında
məlumatların və sorğuların elektron xəritə
ilə vizuallaşdırılması - altsistemin Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyində, Xarici
İşlər Nazirliyində, Milli
Təhlükəsizlik Nazirliyində, Ədliyyə
Nazirliyində, Müdafiə Nazirliyində, Vergilər
Nazirliyində, Fövqəladə Hallar Nazirliyində,
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyində, Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Dövlət
Təhlükəsizliyi Xidmətində, Dövlət
Sərhəd Xidmətində, Dövlət Gömrük
Komitəsində, Dövlət Dəniz Administrasiyasında,
Xüsusi Dövlət Mühafizə Xidmətində,
Azərbaycan Respublikasının Prokurorluğunda, habelə
Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlıq Məsələləri
Komissiyasında stasionar və ya mobil proqram-texniki
vasitələri ilə.
[17]
5.6. "Sorğu,
təhlil və hesabat" altsistemi - İAMAS-a
qoşulmuş dövlət orqanlarının və onların
struktur bölmələrinin səlahiyyətlərinə
uyğun olaraq, mühafizəli informasiya təminatı
altsistemin informasiya portalının sorğu-axtarış,
hesabat-arayış və informasiya-təhlil servisləri
vasitəsilə həm stasionar kompyuterlərdən, həm
də mobil terminallardan "on-line" rejimdə həyata
keçirilir.
5.6.1. Altsistemdə müxtəlif
arayış formalarının hazırlanmasını,
təhlil üçün məlumatların əlaqə
sxemlərinin tərtib olunmasını yerinə yetirən
universal ("report", "link analiz", "data
mining") proqram vasitələri tətbiq edilir, məxfilik
rejiminə nəzarət olunur.
5.6.2. Sorğular vasitəsilə
informasiya resurslarının və ya onun bir hissəsinin
surətinin köçürülməsi və
İAMAS-ın kompyuter şəbəkəsinin ifrat yükləndirilməsi
qadağandır. İnformasiya resurslarının yeni
surətinin yaradılması fərdi məlumatların
mühafizəsi şərtləri nəzərə
alınmaqla səmərəlilik baxımından əsaslandırılmalı
və Əlaqələndirmə Şurası ilə
razılaşdırılmalıdır.
5.6.3. İAMAS-ın informasiya
resurslarından altsistem vasitəsilə sistemə
qoşulmuş dövlət orqanlarının informasiya
təminat sahələri:
5.6.3.1. müvafiq informasiya
resurslarının strukturunda olan məlumat
cədvəllərinin sütunları üzrə
müxtəlif kombinasiyalı sorğuların verilməsi;
5.6.3.2. statistik hesabatların tərtibatı
və təhlillərin aparılması;
5.6.3.3. əldə olunan
nəticələrin siyahı, cədvəl, arayış, say
və digər formalarda vizual nümayişi və
çapı;
5.6.3.4. sorğu üzrə
nəticənin yaddaşda saxlanılması,
sənədlərin hazırlanması, bunun üçün
müvafiq formatlara çevrilməsi imkanlarının
təmin edilməsi.
5.6.4. İAMAS-a qoşulan digər
informasiya sistemlərindən altsistem vasitəsilə
istifadə olunması üçün aşağıdakı
qaydalar və tələblər nəzərə
alınmalıdır:
5.6.4.1. bu sistemlərin informasiya
resurslarından yalnız informasiya əldə etmək
("read only") prosesi üçün istifadə edilə
bilər, bu sistemlərin informasiya resurslarında hər
hansı digər informasiya proseslərinin həyata
keçirilməsinə (informasiya əlavə
edilməsinə, dəyişiklik aparılmasına və s.),
eləcə də həmin sistemlərin istismarına hər
hansı formada təsir edilməsinə icazə verilmir;
5.6.4.2. İAMAS-a qoşulan digər
informasiya sistemlərinin fəaliyyətini təmin edən
sistemdaxili məlumatlara və qeydiyyatlara, o cümlədən
bu sistemlərin audit jurnallarına İAMAS vasitəsilə
istifadəyə icazə verilmir;
5.6.4.3. tərkibində dövlət
sirrinə aid edilən informasiya olan sistemlərə İAMAS
vasitəsilə qoşulmağa icazə verilmir;
5.6.4.4. İAMAS-a qoşulan digər
informasiya sistemlərində olan xidməti, kommersiya və
qanunvericilikdə nəzərdə tutulan digər sirlərə,
habelə əqli mülkiyyətlə bağlı olan
informasiyaya İAMAS vasitəsilə istifadəyə icazə
verilmir;
5.6.4.5. hər bir şəxsin
özü haqqında İAMAS-da və İAMAS-a qoşulan
informasiya sistemlərində toplanmış fərdi
məlumatların məzmunu ilə tanış olmaq barədə
qanunvericilikdə nəzərdə tutulmuş hüququ
təmin edilməlidir;
5.6.4.6. fərdi məlumatların
qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi
şəkildə toplanılması və
işlənilməsi halları istisna olmaqla, İAMAS-a qoşulan
digər informasiya sistemlərində hər hansı
şəxs barəsində olan fərdi məlumatlardan
İAMAS vasitəsilə istifadəyə yalnız həmin
şəxsin qanunvericiliyə müvafiq rəsmi qaydada
təsdiq etdiyi razılığı əsasında yol
verilə bilər;
5.6.4.7. dövlət orqanlarının
fərdi məlumatlar üzrə informasiya resurslarından
kəşfiyyat və əks-kəşfiyyat,
əməliyyat-axtarış fəaliyyətinin həyata
keçirilməsi üçün istifadə edilməsi bu
fəaliyyət sahələri və fərdi məlumatların
mühafizəsi haqqında qanunvericilik əsasında təmin
edilir. Bu zaman İAMAS vasitəsilə verilən
sorğuların mətni barədə həmin
sistemlərdə heç bir məlumat saxlanılmır.
İAMAS-a qoşulmuş bu sistemlərin audit jurnalına
yalnız sorğuların tarixi, İAMAS-da verilmiş qeydiyyat
nömrəsi və axtarışın müsbət
nəticələnməsi barədə şərti simvol
avtomatik daxil edilir.
5.6.5. Altsistemin tətbiqi sahələri
aşağıda göstərilən
məsələlərlə əlaqədar davamlı
şəkildə genişləndirilə bilər:
5.6.5.1. İAMAS-a qoşulmuş
dövlət orqanlarının artan tələbatı və
texnologiyaların inkişafı;
5.6.5.2. İAMAS-ın informasiya
resurslarının strukturunun təkmilləşdirilməsi;
5.6.5.3. İAMAS-ın tətbiq
sahələrinin genişləndirilməsi;
5.6.6. internet resursları ilə
İAMAS-ın birbaşa olmamaq şərtilə informasiya
mübadiləsinin əsas prinsipləri İAMAS-ın
informasiya təhlükəsizliyi siyasəti ilə müəyyən
edilir.
5.7. "Blanklar"
altsistemi - İAMAS vasitəsilə verilən sənəd
blanklarının hərəkəti, onların verilməsi
ilə bağlı ödənilən dövlət
rüsumlarının toplanılması barədə
mərkəzləşmiş elektron uçot bu altsistem və
blankları fərdi olaraq dolduran digər altsistemlərin
müvafiq proqram-texniki vasitələri ilə həyata
keçirilir.
5.7.1. Sənəd blanklarının
hərəkəti:
5.7.1.1. saxlanılmaq üçün
boş blankların anbara qəbul olunması;
5.7.1.2. anbardan blankların müvafiq
qurumlara paylanılmasının bölgüsü;
5.7.1.3. anbardan blankların müvafiq
altsistemlər üçün istifadəyə verilməsi;
5.7.1.4. fərdi doldurulmuş
blankların müvafiq standartlara uyğun keyfiyyətinin
yoxlanılması.
5.8. "Audit"
altsistemi - altsistemin Əsasnamədə nəzərdə
tutulmuş təyinatı üzrə proqram-texniki
vasitələrinin yaradılması və istismarı
qaydası İAMAS-ın informasiya təhlükəsizliyi
siyasəti ilə müəyyən edilir.
5.9.
“E-qeyri-rezident” altsistemi -
“Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemində yaradılan, qeyri-rezidentlərin elektron imza
verilməsi barədə müraciətlərini qəbul
və təhlil edən, onlara “virtual FİN” verən,
habelə “virtual FİN” verilmiş qeyri-rezidentlərin
reyestrini aparan altsistem.[18]
6. İAMAS-ın informasiya
resurslarının formalaşdırılması və
istifadəsi
6.1. İAMAS-ın informasiya
resurslarını formalaşdırma və istifadə
sahələri Əsasnamə və bu Qaydalarla
müəyyən edilir, müvafiq sahədə
fəaliyyət isə altsistemlərin proqram-texniki
vasitələri ilə həyata keçirilir.
6.2. Proqram-texniki vasitələrin,
informasiya resurslarının strukturunun, o cümlədən
cədvəllərin, sütunların və resursdaxili
funksionallıq sxemlərinin yaradılmasına və
inkişafına aid texniki tapşırıqlar, texniki
işçi layihələr Əsasnaməyə və bu
Qaydalara uyğun hazırlanıb tətbiq edilir.
6.3. Sistemdaxili səlahiyyət
bölgüsünə uyğun olaraq, İAMAS-ın informasiya
resurslarında əhali, miqrasiya və qeydiyyatlar barədə
toplanılan məlumatlar:
6.3.1. İAMAS-ın müvafiq
altsistemlərinin kompyuterləşdirilmiş iş
yerlərində yaradılır;
6.3.2. İAMAS-a qoşulmuş digər
informasiya sistemlərindən alınır
(sinxronlaşdırılır);
6.3.3. İAMAS-ın mərkəzi
serverlər kompleksində saxlanılır, mühafizə
olunur və idarə edilir;
6.3.4. İAMAS-ın müvafiq
altsistemləri vasitəsilə istifadə olunur;
6.3.5. İAMAS-a qoşulmuş digər
informasiya sistemlərində istifadə edilir.
6.4. "Azərbaycan
Respublikasının vətəndaşları" informasiya
resursu üzrə:
6.4.1. vətəndaşlar barədə
elektron formada İAMAS vasitəsilə yaradılan
məlumatlar:
6.4.1.1. şəxsiyyət
vəsiqəsi, pasport, dənizçinin şəxsiyyət
sənədi, qayıdış şəhadətnaməsi
almaq üçün ərizə-anket məlumatları;
6.4.1.2. vətəndaşın üz
təsviri, ovuc və əl-barmaq izləri, kağız
üzərində yazı xətti və imzası,
qanunvericilikdə nəzərdə tutulmuş digər biometrik
məlumatları;
6.4.1.3. vətəndaşlara verilən
şəxsiyyət vəsiqələrinə, pasportlara,
dənizçinin şəxsiyyət
sənədlərinə, qayıdış
şəhadətnamələrinə aid məlumatlar, o
cümlədən bu sənədlərə aktiv statusun
verilməsinə, dəyişdirilməsinin səbəbinə
və tarixinə aid xidməti məlumatlar;
6.4.1.4. vətəndaşların yaşayış və ya
olduğu yer üzrə qeydiyyata, konsulluq uçotuna
alınmaq və müvafiq ünvanları barədə
məlumatlar;[19]
6.4.2. İAMAS-a qoşulmuş digər
informasiya sistemlərindən vətəndaşlar
barədə elektron formada alınan
(sinxronlaşdırılan) və ya digər
sənədlərdən daxil edilən məlumatlar:
6.4.2.1. vətəndaşın
sistemdaxili identifikasiya nömrəsi və Azərbaycan
Respublikası Əhalisinin Dövlət Reyestrindən
alınan fərdi identifikasiya nömrəsi;
6.4.2.2. ilk dəfə
şəxsiyyət vəsiqəsi verilməsi
üçün doğum haqqında şəhadətnamə
barədə Azərbaycan Respublikası Əhalisinin
Dövlət Reyestrində olan məlumatlar, yaxud
vətəndaşlığa qəbul (bərpa) haqqında
qərardan alınan məlumatlar;
6.4.2.2-1.
15 yaşı tamam olmamış vətəndaşın
yaşayış yeri üzrə qeydiyyata alınması
üçün doğum haqqında şəhadətnamə
barədə Azərbaycan Respublikası Əhalisinin
Dövlət Reyestrində olan məlumatlar;[20]
6.4.2.3. pasport və şəxsiyyət
vəsiqələrinin doldurulması üçün
"Elektron sağlamlıq kartı" sistemindən
alınan məlumatlar;
6.4.2.4. yetkinlik yaşına
çatmamış vətəndaşların valideynləri
barədə Azərbaycan Respublikası Əhalisinin
Dövlət Reyestrindən alınan identifikasiya məlumatları;
6.4.2.5. əcnəbilər
tərəfindən övladlığa
götürülmüş Azərbaycan Respublikasının
vətəndaşı olan uşaqlar haqqında məlumatlar;
6.4.2.6. yetkinlik yaşına
çatmış vətəndaşların hərbi
mükəlləfiyyəti barədə məlumatları;
6.4.2.7. nikah haqqında
şəhadətnamə əsasında ailə
vəziyyəti barədə Azərbaycan Respublikası
Əhalisinin Dövlət Reyestrində olan məlumatlar;
6.4.2.8. vətəndaşların
yaşayış yerinin ünvanı və həmin ünvanda
göstərilən ev (mənzil) barədə daşınmaz
əmlak haqqında şəhadətnamədən alınan
məlumatlar;
6.4.3. vətəndaşlar barədə
məlumat yaradan altsistemlər:
6.4.3.1. "Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi";
6.4.3.2. "Azərbaycan Respublikası
vətəndaşının pasportları";
6.4.3.3. "Şəxslərin
yaşadığı və olduğu yer üzrə
qeydiyyatı";
6.4.3.4. "Azərbaycan
Respublikasının vətəndaşlığına dair
məlumatlar";
6.4.3.5. "Dənizçinin
şəxsiyyət sənədi";
6.4.3.6. "Azərbaycan Respublikasına
qayıdış şəhadətnaməsi";
6.4.3.7. "Biometrik informasiya";
6.4.4. vətəndaşlar barədə
məlumat təminatını həyata keçirən
altsistemlər:
6.4.4.1. məlumat yaradan altsistemlər;
6.4.4.2. "Sorğu, təhlil və
hesabat";
6.4.5. vətəndaşlar barədə
məlumat alınan (sinxronlaşdırılan) və təqdim
edilən informasiya sistemləri:
6.4.5.1. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi tərəfindən aparılan
Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri;
6.4.5.2. Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat
sistemi;
6.4.5.3. İAMAS-a qoşulmuş digər
müvafiq informasiya sistemləri.
6.5. "Əcnəbilər"
informasiya resursu üzrə:
6.5.1. əcnəbilər barədə
elektron formada İAMAS vasitəsilə yaradılan
məlumatlar:
6.5.1.1. vizaya və İAMAS
vasitəsilə əcnəbilərə verilən müvafiq
vəsiqəyə dair ərizə-anket məlumatları;
6.5.1.2. əcnəbinin pasportunun və ya
digər sərhədkeçmə sənədinin əsas
səhifəsinin elektron surəti və ya İAMAS-ın
"Sərhədkeçmə" informasiya resursundan bu
barədə alınan məlumatlar;
6.5.1.3. əcnəbinin üz təsviri,
ovuc və əl-barmaq izləri, kağız
üzərində yazı xətti və imzası,
qanunvericilikdə nəzərdə tutulmuş digər biometrik
məlumatları;
6.5.1.4. yetkinlik yaşına
çatmamış əcnəbilərin valideynləri
barədə identifikasiya məlumatları;
6.5.1.5. vizalara və İAMAS
vasitəsilə əcnəbilərə verilən müvafiq
vəsiqələrə, onlara aktiv statusun verilməsinə,
dəyişdirilməsinin səbəbinə və tarixinə
aid məlumatlar.
6.5.2. İAMAS-a qoşulmuş digər
informasiya sistemlərindən əcnəbilər barədə
elektron formada alınan (sinxronlaşdırılan) və ya
digər sənədlərdən daxil edilən məlumatlar:
6.5.2.1. əcnəbinin sistemdaxili
identifikasiya nömrəsi və Azərbaycan Respublikası
Əhalisinin Dövlət Reyestrindən alınan fərdi
identifikasiya nömrəsi;
6.5.2.2. vətəndaşlığa
qəbuldan imtina (xitam) haqqında qərardan alınan
məlumatlar;
6.5.2.3. Azərbaycan Respublikasının
vətəndaşı olan uşaqları övladlığa
götürmüş əcnəbilər haqqında məlumatlar;
6.5.2.4. Azərbaycan Respublikasında
əmək fəaliyyətini həyata keçirmək
üçün iş
icazəsi almış əcnəbilər
haqqında məlumatlar;[21]
6.5.2.5. ölkədə
müvəqqəti olma müddəti uzadılmış, müvəqqəti və ya daimi
yaşamaq üçün icazə almış,
habelə immiqrant və qaçqın
(sığınacaq axtaran) statusu almış (məhrum
edilmiş) şəxslər və onlara verilən
vəsiqələr, qanunvericiliklə müəyyən
edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Xidməti tərəfindən əcnəbilərə
verilən digər sənədlər haqqında məlumatlar;[22]
6.5.2.6.
“ASAN Viza” sistemindən “Viza” altsisteminə təqdim edilən əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
sərhədkeçmə sənədlərinin
fotoşəkil olan səhifəsinin skan edilmiş surəti və
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr
tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin
7.4-cü, 7.4-1-ci və 7-1.0-cı bəndlərində qeyd edilən digər məlumatlar,
habelə elektron viza verilməsi və ya verilməsindən
imtina edilməsi ilə bağlı məlumatlar.[23]
6.5.3. Azərbaycan Respublikasına
gələn əcnəbilər və Azərbaycan
Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan şəxslər
barədə məlumat yaradan altsistemlər:
6.5.3.1. "Azərbaycan
Respublikasında 30 gündən artıq yaşamaq
istəyən əcnəbinin qeydiyyata alınması
haqqında vəsiqə, Azərbaycan Respublikasının
hüdudlarından kənara getməsi üçün
Azərbaycan Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan şəxsin
şəxsiyyət vəsiqəsi";
6.5.3.2.
"Sərhədkeçməyə məhdudiyyət";
6.5.3.2-1. “Sərhədkeçmə
zamanı xüsusi diqqət”;[24]
6.5.3.3. "Viza";
6.5.3.4. "Sərhəd
nəzarəti";
6.5.3.5. "Şəxslərin
yaşadığı və olduğu yer üzrə qeydiyyatı";
6.5.3.6. "Azərbaycan
Respublikasının vətəndaşlığına dair
məlumatlar";
6.5.3.7. "Biometrik informasiya".
6.5.4. əcnəbilər barədə
məlumat təminatını həyata keçirən
altsistemlər:
6.5.4.1. "Şəxslərin
yaşadığı və olduğu yer üzrə
qeydiyyatı";
6.5.4.2. "Sərhədkeçməyə
məhdudiyyət";
6.5.4.2-1.
“Sərhədkeçmə zamanı xüsusi diqqət”;
6.5.4.3. "Biometrik informasiya";
6.5.4.4. "Sorğu, təhlil və
hesabat".
6.5.5. əcnəbilər barədə
məlumat alınan və təqdim edilən informasiya
sistemləri:
6.5.5.1. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi tərəfindən aparılan
Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri;
6.5.5.2. Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat
sistemi;
6.5.5.3. İAMAS-a qoşulmuş digər
müvafiq informasiya sistemləri.
6.5-1. “Xarici
ölkədə yaşayan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər,
xarici ölkədə daimi yaşayan və Azərbaycan
Respublikasının konsulluqlarında uçotda olan
Azərbaycan Respublikasının vətəndaşları,
xarici ölkədə fəaliyyət göstərən
hüquqi şəxslər” informasiya resursu üzrə:[25]
6.5-1.1. “www.azexport.az” internet
portalından “E-qeyri-rezident” altsisteminə
təqdim edilən elektron imza verilməsi barədə
müraciət etmiş xarici ölkədə yaşayan
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər, xarici ölkədə daimi yaşayan
və Azərbaycan Respublikasının konsulluqlarında
uçotda olan Azərbaycan Respublikası
vətəndaşlarının şəxsiyyətini
təsdiq edən sənədin (pasport və ya
şəxsiyyət vəsiqəsi) fotoşəkil olan
səhifəsinin skan edilmiş surəti, xarici
ölkədə fəaliyyət göstərən hüquqi
şəxslərin nümayəndələrinin
şəxsiyyətini təsdiq edən sənədin (pasport
və ya şəxsiyyət vəsiqəsi) fotoşəkil
olan səhifəsinin, müraciəti qeyri-rezidentin
nümayəndəsi etdikdə, qeyri-rezident adından
çıxış etmək səlahiyyəti olan
şəxsə verilən etibarnamənin skan edilmiş
surəti, habelə elektron imza sertifikatının verilməsi
və ya verilməsindən imtina edilməsi (“virtual FİN”in
ləğv edilməsi) ilə bağlı məlumatlar;[26]
6.5-1.2.
Azərbaycan Respublikasına gələn xarici
ölkədə yaşayan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər, xarici
ölkədə daimi yaşayan və Azərbaycan
Respublikasının konsulluqlarında uçotda olan
Azərbaycan Respublikasının vətəndaşları,
xarici ölkədə fəaliyyət göstərən
hüquqi şəxslər barədə məlumat yaradan
altsistemlər.[27]
6.6. "Sərhədkeçmə"
informasiya resursu üzrə:
6.6.1. Azərbaycan Respublikasına
gələn və Azərbaycan Respublikasından gedən
şəxslər və nəqliyyat vasitələri
barədə İAMAS vasitəsilə sərhəd nəzarəti
məntəqələrində elektron formada yaradılan
məlumatlar:
6.6.1.1. şəxsin pasport-viza
məlumatları, pasport və ya digər
sərhədkeçmə sənədinin əsas
səhifəsinin elektron surəti;
6.6.1.2. nəqliyyat vasitəsinin
növü, markası, modeli, tipi, bort və ya dövlət
qeydiyyat nömrələri;
6.6.1.3. şəxsin üz təsviri,
ovuc və əl-barmaq izləri, qanunvericilikdə
nəzərdə tutulmuş digər biometrik
məlumatları;
6.6.1.4. sərhədkeçmə tarixi,
sərhəd nəzarəti məntəqəsi və bu
məntəqədə avtomatlaşdırılmış
iş yerinin nömrəsi;
6.6.1.5. sərhədkeçmə
nəzarətinin, o cümlədən identifikasiya
işlərinin nəticəsi və
sərhədkeçməyə verilən icazə, yaxud imtina
barədə xidməti məlumatlar.
6.6.2.
"Sərhədkeçmə" informasiya resursunda
məlumat yaradan altsistem:
6.6.2.1. "Sərhəd
nəzarəti".
6.6.3. "Sərhədkeçmə"
informasiya resursundan məlumat təminatını həyata
keçirən altsistemlər:
6.6.3.1. "Azərbaycan Respublikası
vətəndaşının pasportları";
6.6.3.2. "Viza";
6.6.3.3. "Şəxslərin
yaşadığı və olduğu yer üzrə
qeydiyyatı";
6.6.3.4. "Azərbaycan Respublikasına
qayıdış şəhadətnaməsi";
6.6.3.5. "Biometrik informasiya";
6.6.3.6. "Sorğu, təhlil və
hesabat";
6.6.3.7.
“Sərhədkeçmə zamanı xüsusi diqqət”;
6.6.4.
"Sərhədkeçmə" informasiya resursundan
məlumat təqdim edilən informasiya sistemləri:
6.6.4.1. Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat
sistemi;
6.6.4.1-1.
“ASAN Viza” sistemi;[28]
6.6.4.2. İAMAS-a qoşulmuş digər
müvafiq informasiya sistemləri.
6.7. "Sərhədkeçməyə
məhdudiyyət siyahısı" informasiya resursu
üzrə:
6.7.1. Azərbaycan Respublikasına
gəlməsinə və Azərbaycan Respublikasından
getməsinə məhdudiyyət qoyulan şəxslər
barədə aşağıda göstərilən məlumatlar
İAMAS vasitəsilə elektron formada yaradılır və
yalnız Əsasnamə ilə səlahiyyət verilmiş
dövlət orqanları tərəfindən və onların
sistemdaxili səlahiyyət bölgüsünə uyğun
istifadə olunur, müvafiq əsaslar aradan qalxdıqda aktiv
statusu dəyişdirilir:
6.7.1.1. axtarışda olan,
barəsində tutulma haqqında qərar qəbul edilən,
cinayət işi üzrə təqsirləndirilən
şəxs qismində cəlb edilən, barəsində
qətimkan tədbiri seçilən, Azərbaycan
Respublikasının hüdudlarından kənara
çıxarılan şəxslər haqqında
məlumatlar;
6.7.1.2. xarici ölkəyə daimi
yaşamağa getmək hüququ qanunvericiliklə
müəyyən edilmiş qaydada
məhdudlaşdırılmış, dövlət sirri
ilə işləməyə buraxılan və ya
əvvəllər buraxılmış vətəndaşlar
haqqında məlumatlar;
6.7.1.3. terrorçuluqda və digər
transmilli mütəşəkkil cinayətlərdə
şübhəli bilinən, habelə ölkədə olması
milli təhlükəsizlik baxımından arzuolunmaz
sayılan şəxslər haqqında məlumatlar;
6.7.1.4. ölkədə olması
arzuolunmaz sayılan şəxslər haqqında məlumatlar;[29]
6.7.1.4-1. Azərbaycan Respublikasına
gəlişi qadağan edilmiş əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
haqqında məlumatlar;[30]
6.7.1.5. sərhədkeçmə rejimini
pozmuş, ölkədən çıxarılmış
şəxslər, ölkə ərazisinə
əvvəllər müxtəlif səbəblərdən
buraxılmamış əcnəbilər haqqında
məlumatlar;
6.7.1.6. müəyyən
müddətə azadlıqdan məhrumetmə,
ömürlük azadlıqdan məhrumetmə, islah
işləri, ictimai işlər, cərimə
növündə cəzalara məhkum olunmuş
şəxslər haqqında məlumatlar;
6.7.1.7. üzərinə Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində
nəzərdə tutulan vəzifələr qoyulmaqla
şərti məhkum edilən və ya cəzadan şərti
olaraq vaxtından əvvəl azad edilən və
qanunvericiliklə müəyyən edilmiş qaydada
üzərinə daimi yaşayış yerini
dəyişməmək, yaxud müəyyən yerlərə
getməmək barədə öhdəliklər qoyulmuş
şəxslər haqqında məlumatlar;[31]
6.7.1.8. məhkum edilmiş, lakin cəzasının
çəkilməsi təxirə salınan şəxslər
haqqında məlumatlar;[32]
6.7.1.9. tibbi xarakterli məcburi
tədbirlər tətbiq edilən şəxslər
haqqında məlumatlar;
6.7.1.10. borclunun ölkədən
getmək hüququnun müvəqqəti
məhdudlaşdırılması haqqında məlumatlar;
6.7.1.11. miqrasiya sahəsində
qanunvericiliyin tələblərini pozmuş
əcnəbilər haqqında məlumatlar;
6.7.1.12. intizam xarakterli hərbi
hissədə saxlanılan şəxslər haqqında
məlumatlar;
6.7.1.12-1. müddətli həqiqi hərbi
xidmətə çağırılan vətəndaşlar
haqqında məlumatlar;[33]
6.7.1.12-2. hərbi xidmət üzrə
məhdudlaşdırma cəzasına məhkum olunmuş
şəxslər haqqında məlumatlar;
6.7.1.12-3. inzibati xəta
törətmiş əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
haqqında məlumatlar;
6.7.1.13. etibarsız hesab edilmiş,
itmiş, oğurlanmış və saxta pasportlar, vizalar,
vəsiqələr haqqında məlumatlar;
6.7.1.14. axtarışda olan nəqliyyat
vasitələri haqqında məlumatlar.
6.7.2.
"Sərhədkeçməyə məhdudiyyət
siyahısı" informasiya resursunda məlumatı
"Sərhədkeçməyə məhdudiyyət"
altsistemi yaradır.
6.7.3. Sərhədkeçməyə
məhdudiyyət barədə məlumat təminatını
həyata keçirən altsistemlər:
6.7.3.1. "Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi";
6.7.3.2. "Azərbaycan Respublikası
vətəndaşının pasportları";
6.7.3.3. "Dənizçinin
şəxsiyyət sənədi";
6.7.3.4. "Viza";
6.7.3.5. "Sərhəd
nəzarəti";
6.7.3.6. "Azərbaycan Respublikasına
qayıdış şəhadətnaməsi";
6.7.3.7. "Biometrik informasiya";
6.7.3.8. "Sorğu, təhlil və
hesabat";
6.7.3.9.
“Sərhədkeçmə zamanı xüsusi diqqət”;
6.7.4.
"Sərhədkeçməyə məhdudiyyət
siyahısı" informasiya resursundan məlumat alan və bu
resursa məlumat təqdim edən informasiya sistemi:
6.7.4.1. Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat
sistemi.
6.7.4.2.
Azərbaycan Respublikası gömrük xidmətinin vahid
avtomatlaşdırılmış idarəetmə sistemi;[34]
6.7.4.3.
“ASAN Viza” sistemi (yalnız məlumat alır).[35]
6.7-1. “Sərhədkeçmə
zamanı xüsusi diqqət siyahısı” informasiya resursu
üzrə:
6.7-1.1.
nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya
məqsədləri üçün nəzərdə tutulan
malları Azərbaycan Respub-likasının ərazisinə
müvəqqəti gətirən və ya bu ərazidən
müvəqqəti aparan fiziki şəxslər, onların
nəqliyyat vasitələri və istehsal, yaxud kommersiya
məqsədləri üçün nəzərdə tutulan
mallar haqqında məlumatlar “Sərhədkeçmə
zamanı xüsusi diqqət siyahısı”na daxil edilir və
müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv
statusu dəyişdirilir;[36]
6.7-1.2. gömrük sərhədini keçən
fiziki şəxslər barədə gömrük
qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı
olduqda həmin məlumatlar, habelə gömrük qaydaları
əleyhinə olan inzibati xətaların
törədilməsinə görə son bir il ərzində
barəsində inzibati tənbeh tətbiq edilən və
ibtidai istintaqı Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi tərəfindən
aparılan cinayətlərə görə məhkumluğu
olan şəxslər barədə məlumatlar
“Sərhədkeçmə zamanı xüsusi diqqət
siyahısı”na daxil edilir və müvafiq əsaslar aradan
qalxdıqda məlumatların aktiv statusu dəyişdirilir.[37]
6.8. "Blankların
uçotu" informasiya resursu üzrə:
6.8.1. İAMAS-ın
sərhədkeçmə və şəxsiyyəti təsdiq
edən digər sənədlərin verilməsini təmin
edən müvafiq altsistemlərində belə sənəd
blanklarının hərəkətinə, verilməsi ilə
bağlı ödənilən dövlət
rüsumlarının toplanmasına nəzarətin həyata
keçirilməsi məqsədi ilə onların elektron
formada mərkəzləşdirilmiş uçotu
aparılır. Aşağıda göstərilən
məlumatlar yalnız blankların hərəkətinə
və onların verilməsi ilə bağlı
ödənilən dövlət rüsumlarının
yığılmasına nəzarət məqsədi ilə
toplanılır və istifadə olunur:
6.8.1.1. anbarda saxlanılan boş blanklar
haqqında;
6.8.1.2. istifadəyə verilmiş
blanklar haqqında;
6.8.1.3. fərdi olaraq doldurulmuş
blanklar haqqında;
6.8.1.4. qüsurlu və ya
zədələnmiş blanklar haqqında.
6.9. "Audit
jurnalı" informasiya resursu üzrə:
6.9.1. audit jurnalında
aşağıdakı proseslər barədə qeydiyyatlar
fərdi və xidməti məlumatların mühafizəsini
təmin etmək şərtilə, İAMAS vasitəsilə
avtomatik olaraq elektron formada yaradılır, mərkəzləşdirilmiş
qaydada toplanılır, mühafizə və idarə edilir
və yalnız xidmətdaxili xüsusi araşdırmalarda istifadə
olunur. Bu qeydiyyatlarda nəzərdə tutulan məlumatların
siyahısı və toplanılma proseduru İAMAS-ın
informasiya təhlükəsizliyi siyasətində
aşağıdakı qaydada göstərilir:
6.9.1.1. proqram-texniki modulların
yerinə yetirdiyi işlərin nəticələri;
6.9.1.2. müxtəlif informasiya
prosesləri;
6.9.1.3. aidiyyəti dövlət
orqanlarının sorğuları;
6.9.1.4. İAMAS-a giriş və
çıxışlar;
6.9.1.5. səlahiyyət hədlərinin
aşılması cəhdləri;
6.9.1.6. baş vermiş təhdidlər;
6.9.1.7. informasiya təhlükəsizliyi
baxımından digər əhəmiyyətli
hərəkətlər.
7. İAMAS-ın istismarına
proqram-texniki dəstək, təhlükəsizlik və
inkişaf tədbirləri
7.1. İAMAS-in istismarının
fasiləsizliyi aşağıdakı istiqamətlərdə
həyata keçirilən proqram-texniki dəstəklə
təmin edilir:
7.1.1. proqram-texniki müşayiət;
7.1.2. proqram-texniki təminat
vasitələrini idarəetmə;
7.1.3. informasiya təhlükəsizliyi.
7.2. Proqram-texniki müşayiət
tədbirləri:
7.2.1. "24 saat/7 gün"
rejimində "qaynar xətt" əlaqəsi və
yerində təchizat-təmir işləri;
7.2.2. fövqəladə hallarda
informasiya proseslərinin ehtiyat serverə keçirilməsi;
7.2.3. proqram-texniki təminat
vasitələrinin funksional vəziyyətinin plan üzrə
yoxlanılması, istismar müddəti bitmiş,
köhnəlmiş və təmiri qeyri-mümkün olan nasaz
vasitələrin təzələnməsi;
7.2.4. informasiya texnologiyalarının
inkişafına və istifadəçi qurumların artan
tələbatına uyğun İAMAS-ın
təkmilləşdirilməsi və bu məqsədlə proqram-texniki
təminat vasitələrində, o cümlədən kompyuter
şəbəkəsində əlavə və
dəyişikliklərin edilməsi.
7.3. Proqram-texniki təminat
vasitələrini idarəetmə tədbirləri:
7.3.1. İAMAS-ın kompyuter
şəbəkəsinin idarə edilməsi;
7.3.2. İAMAS-ın mərkəzi
serverlər kompleksinin və lokal serverlərin idarə
edilməsi;
7.3.3. İAMAS-ın əməliyyat
sistemləri, proqram təminatı vasitələri, məlumat
bazalarının, tətbiqi proqram paketinin idarə edilməsi;
7.3.4. kompyuter insidentlərinə
çevik reaksiya və təcili yardım (CERT)
təminatı.
7.4. İnformasiya təhlükəsizliyi
tədbirləri:
7.4.1. İAMAS üçün informasiya
təhlükəsizliyi tələblərinin
dəqiqləşdirilməsi;
7.4.2. İAMAS-ın informasiya
təhlükəsizliyinə mümkün təhdidlərin
müəyyən edilməsi;
7.4.3. İAMAS-ın informasiya
təhlükəsizliyi siyasətinin işlənilməsi
və tətbiqi;
7.4.4. İAMAS üçün informasiyanın
mühafizə vasitələrinin seçilməsi və
sertifikatlaşdırılması;
7.4.5. İAMAS-da informasiya proseslərinin
və təhlükəsizliyinin audit jurnalının
yaradılması və monitorinqi;
7.4.6. İAMAS
çərçivəsində fərdi məlumatların
mühafizəsi sisteminin formalaşdırılması;
7.4.7. İAMAS-ın inkişafına dair
layihələrin uyğunluq dəyərləndirilməsi;
7.4.8. İAMAS-a qoşulan informasiya
sistemlərinin ekspertizası.
7.5. İAMAS-ın fəaliyyət və
inkişaf planları:
7.5.1. İAMAS və onun istismar
prosesləri informasiya texnolo-giyalarının intensiv
inkişafına, normativ hüquqi aktlarda əlavə və
dəyişikliklərə, bununla bağlı İAMAS-ın
istismarında iştirak edən subyektlərin tələbatına
uyğun olaraq davamlı şəkildə
təkmilləşdirilir və aktuallığı təmin
edilir. Bu məqsədlə hər il təkliflər
toplanılır, perspektiv istiqamətlər, prioritetlər,
müasir standartlar nəzərə alınmaqla,
Əsasnamə ilə müəyyən edilmiş qaydada
Əlaqələndirmə Şurası tərəfindən
İAMAS-ın fəaliyyətinə və inkişafına
dair tədbirlər planı hazırlanır və
dövlət büdcəsinin layihəsinə təqdim
edilməsi üçün maliyyə vəsaitlərinə
tələbat hesablanır.
7.5.2. İAMAS-ın inkişafına aid
planlaşdırılan yeni layihələr
aşağıdakı istiqamətlər üzrə
işlənilir:
7.5.2.1. İAMAS-ın hər-hansı
altsisteminin və ya onun modulunun, yaxud proqram-texniki təminat
vasitəsinin təkmilləşdirilməsi və ya yenidən
yaradılması;
7.5.2.2. İAMAS-a yeni subyektlərin
və informasiya sistemlərinin qoşulması.
7.6. İnkişaf layihələrinin
qiymətləndirilməsi:
7.6.1. inkişaf layihələri
Əlaqələndirmə Şurası və ya
ayrı-ayrı dövlət orqanları tərəfindən
həyata keçirilir. Dövlət orqanları
tərəfindən həyata keçirilən
layihələrin aidiyyəti hissələrinin İAMAS-ın
funksionallıq proseslərinə və təhlükəsizlik
siyasətinə uyğunluq səviyyəsinin
qiymətləndirilməsi üçün bu layihələr
Əlaqələndirmə Şurasına təqdim edilir.
7.6.2. inkişaf layihələrinin
uyğunluq qiymətləndirilməsinin və layihə
üzrə təcrübə-sınaq işlərinin
nəticələri müsbət dəyərləndirildikdə,
layihənin İAMAS-la bağlı tətbiqi həyata
keçirilir;
7.6.3. inkişaf layihələrinin
İAMAS-la bağlı tətbiqi və müvafiq
təhvil-təslim işləri Əlaqələndirmə
Şurasının işçi qrupu tərəfindən
təmin edilir.
7.7. İAMAS-a qoşulan sistemlərin
ekspertizası:
7.7.1. İAMAS-ın istismarında
iştirak məqsədi ilə ona yeni informasiya sistemlərinin
qoşulması üçün Əlaqələndirmə
Şurasının müraciəti əsasında Azərbaycan
Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
tərəfindən ekspertiza komissiyası yaradılır.
Ekspertiza komissiyası Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan
Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin, Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidmətinin,
Azərbaycan Respublikası Xüsusi Dövlət
Mühafizə Xidmətinin, Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin, Əlaqələndirmə
Şurasının və onun işçi qrupunun
mütəxəssislərindən təşkil edilir. Komissiyanın
bütün üzvlərinin İAMAS-la və ya ona
qoşulması nəzərdə tutulan informasiya sistemi ilə
bağlı fəaliyyət təcrübəsinə malik
olmaları zəruridir.[38]
7.7.2. Ekspertiza komissiyasının
tərkibində Əlaqələndirmə Şurasından
və onun işçi qrupundan olan
mütəxəssislərin sayı komissiyanın ümumi
sayının yarısından az olmamalıdır.
7.7.3. Ekspertiza fərdi və xidməti
məlumatların mühafizəsi təmin edilməklə,
müəlliflik hüquqları və kommersiya sirləri
qorunmaqla keçirilir və komissiya tərəfindən
ekspertiza sxemi tərtib edilərək,
Əlaqələndirmə Şurası ilə
razılaşdırılır.
7.7.4. Ekspertiza komissiyası İAMAS-a
qoşulması nəzərdə tutulan informasiya sisteminin
inteqrasiya və ya uzlaşma vasitələrinin və
imkanlarının, bu sahədə mümkün risklərin
və həmin sistemin informasiya təhlükəsizliyi
qaydalarının və adekvatlığının
qiymətləndirilməsi barədə
əsaslandırılmış yekun rəy
çıxarır. Komissiyanın hər bir üzvünün
fərdi rəyi yekun rəyə əlavə olunur.
7.7.5. İAMAS-a yeni informasiya sistemlərinin
qoşulması üçün müraciət edən
subyektlər həmin sistemə dair aşağıdakı
məlumatları və qanunvericiliyə əsasən informasiya
sistemləri barədə toplanılması nəzərdə
tutulan digər aidiyyəti məlumatları ekspertiza
komissiyasına təqdim edirlər:
7.7.5.1. informasiya təhlükəsizliyi
qaydalarını və risklər barədə məlumatı;
7.7.5.2. inteqrasiya və ya uzlaşma
vasitələri və imkanları barədə
məlumatı;
7.7.5.3. ümumi infrastrukturun, lokal
seqmentlərin və kompyuterləşdirilmiş iş yeri
konfiqurasiyalarının sxemlərini;
7.7.5.4. ekspertiza predmetinə aidiyyəti
olan rabitə və texniki təminat vasitələrinin
sxemlərini;
7.7.5.5. ekspertiza predmetinə aidiyyəti
olan proqram təminatı vasitələrinin ilkin mətnini
(açıq kodlarını);
7.7.5.6. ekspertiza predmetinə aidiyyəti
olan informasiya resurslarının struktur təsvirini.
7.7.6. İAMAS-a qoşulmuş,
qoşulan və ya qoşulması barədə müsbət
ekspertiza rəyi verilmiş informasiya sistemlərində
ekspertiza üçün lazım olan məlumatlarda sonradan
dəyişikliklər nəzərdə tutulduqda, bu
barədə Əlaqələndirmə Şurasına
məlumat verilməklə, dəyişikliklər sahəsi
üzrə təkrarən tam və ya lokal ekspertiza
keçirilir. İAMAS-a qoşulmuş belə
sistemlərdə birtərəfli qaydada dəyişikliklər
aparılarsa, sistemlər arasında bütün əlaqə
dərhal dayandırılaraq bu barədə və informasiya
təhlükəsizliyinə dair akt tərtib edilib,
Əlaqələndirmə Şurasına təqdim olunur və
Şuranın cari hesabatına daxil edilir.
|
|
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli
qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR 2 nömrəli əlavə |
|
|
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi daxilində dövlət
orqanlarının informasiya resurslarından istifadəyə
buraxılış dərəcəsi |
||||
|
Sıra
¹-si |
Dövlət orqanı |
Məlumatların daxil edildiyi informasiya
resursları |
İnformasiya
resurslarından istifadəyə buraxılış dərəcəsi |
|
|
məhdudiyyətsiz |
məhdudlaşdırılmış |
|||
|
1 |
2 |
3 |
4 |
5 |
|
1. |
Daxili İşlər Nazirliyi |
"Azərbaycan Respublikasının
vətəndaşları", "Əcnəbilər",
"Sərhədkeçməyə məhdudiyyət
siyahısı", "Blankların uçotu",
"Audit jurnalı" |
"Azərbaycan Respublikasının
vətəndaşları", "Əcnəbilər",
"Sərhədkeçmə", "Blankların
uçotu", "Audit jurnalı" |
"Sərhədkeçməyə
məhdudiyyət siyahısı" |
|
2. |
Xarici İşlər Nazirliyi |
"Azərbaycan Respublikasının
vətəndaşları", "Əcnəbilər",
"Sərhədkeçməyə məhdudiyyət
siyahısı", "Blankların uçotu" |
"Azərbaycan Respublikasının
vətəndaşları", "Əcnəbilər",
"Sərhədkeçmə", "Blankların
uçotu" |
"Sərhədkeçməyə
məhdudiyyət siyahısı" |
|
3. |
Dövlət
Təhlükəsizliyi Xidməti[39] |
"Sərhədkeçməyə
məhdudiyyət siyahısı" |
"Azərbaycan Respublikasının
vətəndaşları", "Əcnəbilər",
"Sərhədkeçmə", "Audit jurnalı" |
"Sərhədkeçməyə
məhdudiyyət siyahısı" |
|
3-1. [40] |
Xarici
Kəşfiyyat Xidməti |
“Sərhədkeçməyə
məhdudiyyət siyahısı” |
“Azərbaycan
Respublikasının vətəndaşları”, “Əcnəbilər”, “Sərhədkeçmə”, “Audit jurnalı” |
“Sərhədkeçməyə
məhdudiyyət siyahısı” |
|
4. |
Ədliyyə Nazirliyi |
"Sərhədkeçməyə
məhdudiyyət siyahısı", "Azərbaycan
Respublikasının vətəndaşları",
"Əcnəbilər" |
"Azərbaycan Respublikasının
vətəndaşları", "Əcnəbilər",
"Sərhədkeçmə" |
"Sərhədkeçməyə
məhdudiyyət siyahısı" |
|
5. |
Müdafiə Nazirliyi |
"Sərhədkeçməyə
məhdudiyyət siyahısı" |
"Azərbaycan Respublikasının
vətəndaşları" |
"Sərhədkeçməyə
məhdudiyyət siyahısı" |
|
6. |
Vergilər Nazirliyi |
"Sərhədkeçməyə
məhdudiyyət siyahısı" |
"Azərbaycan Respublikasının
vətəndaşları", "Əcnəbilər",
"Sərhədkeçmə" |
"Sərhədkeçməyə
məhdudiyyət siyahısı" |
|
7. |
Fövqəladə Hallar Nazirliyi |
"Sərhədkeçməyə
məhdudiyyət siyahısı" |
"Azərbaycan Respublikasının
vətəndaşları", "Əcnəbilər" |
"Sərhədkeçməyə
məhdudiyyət siyahısı" |
|
8. |
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi |
______ |
"Azərbaycan Respublikasının
vətəndaşları", "Əcnəbilər" |
______ |
|
9. |
Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi[41] |
"Azərbaycan Respublikasının
vətəndaşları", "Əcnəbilər" |
"Azərbaycan Respublikasının
vətəndaşları", "Əcnəbilər" |
______ |
|
10. |
Dövlət Sərhəd Xidməti |
"Sərhədkeçmə",
"Sərhədkeçməyə məhdudiyyət
siyahısı" |
"Azərbaycan Respublikasının
vətəndaşları", "Əcnəbilər",
"Sərhədkeçmə" |
"Sərhədkeçməyə
məhdudiyyət siyahısı" |
|
11. |
Dövlət
Gömrük Komitəsi |
“Sərhədkeçməyə
məhdudiyyət siyahısı”, “Sərhədkeçmə
zamanı xüsusi diqqət siyahısı” |
“Azərbaycan
Respublikasının vətəndaşları”,
“Əcnəbilər”, “Sərhədkeçmə” |
“Sərhədkeçməyə
məhdudiyyət siyahısı”, “Sərhədkeçmə
zamanı xüsusi diqqət siyahısı” [42] |
|
|
|
|
|
|
|
13. |
Xüsusi Dövlət Mühafizə
Xidməti |
______ |
"Azərbaycan Respublikasının
vətəndaşları", "Əcnəbilər",
"Sərhədkeçmə" |
______ |
|
14. |
Azərbaycan Respublikasının
Prokurorluğu |
"Sərhədkeçməyə
məhdudiyyət siyahısı" |
"Azərbaycan Respublikasının
vətəndaşları", "Əcnəbilər",
"Sərhədkeçmə" |
"Sərhədkeçməyə
məhdudiyyət siyahısı" |
|
15. |
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlıq
Məsələləri Komissiyası |
______ |
"Azərbaycan Respublikasının
vətəndaşları", "Əcnəbilər",
"Sərhədkeçmə" |
______ |
|
Qeyd. "Giriş-çıxış və
qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi daxilində dövlət orqanlarının informasiya
resurslarından istifadəyə buraxılış dərəcəsi
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli
744 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi haqqında
Əsasnamə"nin 9-cu hissəsində nəzərdə
tutulmuş dövlət orqanları üçün
müəyyən edilmişdir. |
||||
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 2 avqust
2013-cü il tarixli 199
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 22 avqust 2013-cü il, ¹ 182, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08,
maddə 999)
2. 29 avqust
2013-cü il tarixli 235
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08,
maddə 1033)
3. 5 may 2014-cü
il tarixli 132 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 24 may
2014-cü il, ¹ 108; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 05, maddə 561)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
z
[1] 22 sentyabr 2016-cı
il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti 30 sentyabr 2016-cı il, ¹ 214, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9,
maddə 1585) ilə “Giriş-çıxış
və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin istismarının təşkili Qaydaları”nın
3.3.3.2-ci yarımbənddə “Milli
Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət
Təhlükəsizliyi Xidməti” sözləri ilə
əvəz edilmişdir.
[2] 21 yanvar 2019-cu il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 25 yanvar
2019-cu il, ¹ 19, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
163) ilə “Giriş-çıxış
və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin istismarının təşkili Qaydaları”nın
3.4-cü bəndində “Dövlət
Dəniz Administrasiyasındakı” sözləri “Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyindəki” sözləri
ilə, 5.4.2.1-ci və 5.5.2-ci yarımbəndlərində,
7.7.1-ci yarımbəndinin birinci və ikinci
cümlələrində “Rabitə
və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar” sözləri ilə əvəz
edilmişdir və 5.5.2-ci yarımbəndindən “Dövlət Dəniz
Administrasiyasında,” sözləri çıxarılmışdır.
[3] 16 yanvar 2017-ci il tarixli 8
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 18 yanvar 2017-ci il, ¹
11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 1, maddə
122) ilə 3.6-cı bəndə “verilməsi üçün” sözlərindən
sonra “, habelə elektron viza
verilməsi ilə əlaqədar” sözləri
əlavə edilmişdir.
[4] 22 sentyabr 2016-cı
il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti 30 sentyabr 2016-cı il, ¹ 214, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə 1585)
ilə “Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin istismarının
təşkili Qaydaları”nın 3.6.2-ci yarımbənddə “və Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyində”
sözləri “, Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətində və Azərbaycan Respublikasının Xarici
Kəşfiyyat Xidmətində” sözləri ilə
əvəz edilmişdir.
[5] 16 yanvar 2017-ci il tarixli 8
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 18
yanvar 2017-ci il, ¹ 11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 1, maddə
122) ilə 3.6.3-cü yarımbəndin sonunda
nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni
məzmunda 3.6.4-cü yarımbənd əlavə
edilmişdir.
10 oktyabr 2017-ci il tarixli 415 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 12
oktyabr 2017-ci il, ¹ 223,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹10 , maddə 1880) ilə “Giriş-çıxış
və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin istismarının təşkili Qaydaları”nın
3.6.4-cü yarımbəndində “əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
ərizə-anket məlumatları və
sərhədkeçmə sənədlərinin
fotoşəkil olan səhifəsinin skan edilmiş surəti”
sözləri “əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin sərhədkeçmə
sənədlərinin fotoşəkil olan səhifəsinin skan
edilmiş surəti və Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi
haqqında Əsasnamə”nin 7.4-cü bəndində qeyd
edilən digər məlumatlar” sözləri ilə
əvəz edilmişdir.
28 avqust 2020-ci il tarixli 315 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 02 sentyabr 2020-ci il, ¹ 175, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 8, maddə 1132) ilə “Giriş-çıxış
və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin istismarının təşkili Qaydaları”nın
3.6.4-cü və 6.5.2.6-cı yarımbəndlərində “bəndində” sözü “, 7.4-1-ci və 7-1.0-cı
bəndlərində” sözləri ilə əvəz edilmişdir.
[6] 2 avqust
2013-cü il tarixli 199
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 22 avqust 2013-cü il, ¹ 182, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08,
maddə 999) ilə 3.7-ci bənddən və 6.5.3.1-ci
yarımbənddən “Azərbaycan
Respublikasında 30 gündən artıq yaşamaq
istəyən əcnəbinin qeydiyyata alınması
haqqında vəsiqə,” sözləri
çıxarılmışdır.
2 avqust
2013-cü il tarixli 199
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 22 avqust 2013-cü il, ¹ 182, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08,
maddə 999) ilə 3.7-ci bənddə “bu vəsiqələrin” sözləri “bu vəsiqənin”
sözləri ilə, “həmin
şəxslərin” sözləri “şəxsin” sözü ilə əvəz
edilmişdir.
[7] 18 dekabr 2019-cu il tarixli 487 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 20 dekabr 2019-cu il, ¹ 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cı il, ¹ 12, maddə 2070) ilə 1 nömrəli əlavə -
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin istismarının
təşkili Qaydaları”nın 4.2-1-ci bəndinə “müvəqqəti aparan”
sözlərindən sonra “,
həmçinin bu Qaydaların 6.7-1.2-ci yarımbəndində
nəzərdə tutulan” sözləri əlavə
edilmişdir.
[8] 24 avqust 2016-cı il tarixli 316 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 avqust
2016-cı il, ¹ 190, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹8, maddə 1453) ilə
Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin istismarının
təşkili Qaydaları”na 4.2-1-ci bənd əlavə
edilmişdir.
[9] 18 dekabr 2019-cu il tarixli 487 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 20 dekabr 2019-cu il, ¹ 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cı il, ¹ 12, maddə 2070) ilə 1 nömrəli əlavə -
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin istismarının
təşkili Qaydaları”na yeni məzmunda 4.2-1.3-cü
yarımbənd əlavə edilmişdir.
[10] 24 avqust 2016-cı il tarixli 316 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 avqust
2016-cı il, ¹ 190, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹8, maddə 1453) ilə
Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin istismarının
təşkili Qaydaları”nın 4.3.2.1-ci yarımbəndə
“Sərhədkeçməyə
məhdudiyyət siyahısı” sözlərindən sonra
“və
“Sərhədkeçmə zamanı xüsusi diqqət
siyahısı”
sözləri əlavə edilmişdir və həmin
yarımbənddə “resursu”
sözü “resursları”
sözü ilə əvəz edilmişdir.
[11] 29 avqust 2013-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08,
maddə 1033) ilə 4.4.1.1-ci
yarımbəndə “yaşayış
yeri” sözlərindən əvvəl “yaşayış yeri üzrə qeydiyyatda olmayan
vətəndaşın” sözləri əlavə
edilmişdir.
[12] 29 avqust 2013-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08,
maddə 1033) ilə yeni məzmunda
4.4.1.1-1-ci və 4.4.1.1-2-ci yarımbəndlər əlavə
edilmişdir.
[13] 29 avqust 2013-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08,
maddə 1033) ilə yeni məzmunda
4.4.1.2-1-ci yarımbənd əlavə edilmişdir.
[14] 2 avqust
2013-cü il tarixli 199
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 22 avqust 2013-cü il, ¹ 182, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08,
maddə 999) ilə 4.4.2.1-ci yarımbənd ləğv
edilmişdir.
[15] 1 may 2017-ci il tarixli 192
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 3 may 2017-ci il, ¹ 93,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹5 , maddə 963) ilə 4.4.2.3-cü yarımbənddə “uzadılması”
sözündən sonra “,
qaçqın statusunun verilməsi” sözləri
əlavə edilmişdir.
[16] 2 avqust
2013-cü il tarixli 199
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 22 avqust 2013-cü il, ¹ 182, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08,
maddə 999) ilə 5.3-cü bənddən “və qeydiyyat” sözləri
çıxarılmışdır.
[17] 22 sentyabr 2016-cı
il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti 30 sentyabr 2016-cı il, ¹ 214, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə 1585)
ilə “Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin istismarının
təşkili Qaydaları”nın 5.5.2-ci yarımbənddə “Milli Təhlükəsizlik
Nazirliyində,” sözləri
çıxarılmışdır, “Rabitə və Yüksək Texnologiyalar Nazirliyində,”
sözlərindən sonra “Dövlət
Təhlükəsizliyi Xidmətində,” sözləri
əlavə edilmişdir.
[18] 29 noyabr 2017-ci il tarixli 523
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 1 dekabr 2017-ci il, ¹
265, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹11 , maddə
2185) ilə “Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin istismarının
təşkili Qaydaları”na yeni məzmunda 5.9-cu bənd
əlavə edilmişdir.
[19] 29 avqust 2013-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08,
maddə 1033) ilə 6.4.1.4-cü
yarımbəndə “vətəndaşların”
sözündən sonra “yaşayış
və ya” sözləri əlavə edilmişdir.
[20] 29 avqust 2013-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08,
maddə 1033) ilə yeni məzmunda
6.4.2.2-1-ci yarımbənd əlavə edilmişdir.
[21] 5 may 2014-cü il tarixli 132 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 24 may 2014-cü il, ¹ 108; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 05,
maddə 561) ilə 6.5.2.4-cü
yarımbənddə “fərdi
icazə” sözləri “iş
icazəsi” sözləri ilə əvəz edilmişdir.
[22] 5 may 2014-cü il tarixli 132 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 24 may 2014-cü il, ¹ 108; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 05,
maddə 561) ilə 6.5.2.5-ci yarımbənddə “müvəqqəti yaşamaq” sözləri “müvəqqəti və ya daimi
yaşamaq” sözləri ilə əvəz edilmişdir
və həmin yarımbənddən “immiqrant və” sözləri çıxarılmışdır.
[23] 16 yanvar 2017-ci il tarixli 8
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 18 yanvar 2017-ci il, ¹
11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 1, maddə
122) ilə 6.5.2.5-ci yarımbəndin sonunda
nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni
məzmunda 6.5.2.6-cı yarımbənd əlavə
edilmişdir.
10 oktyabr 2017-ci il tarixli 415 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 12
oktyabr 2017-ci il, ¹ 223,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹10 , maddə 1880) ilə “Giriş-çıxış
və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin istismarının təşkili Qaydaları”nın
6.5.2.6-cı yarımbəndində “əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
ərizə-anket məlumatları və
sərhədkeçmə sənədlərinin
fotoşəkil olan səhifəsinin skan edilmiş surəti”
sözləri “əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin sərhədkeçmə
sənədlərinin fotoşəkil olan səhifəsinin skan
edilmiş surəti və Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi
haqqında Əsasnamə”nin 7.4-cü bəndində qeyd
edilən digər məlumatlar” sözləri ilə
əvəz edilmişdir.
[24] 24 avqust 2016-cı il tarixli 316 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 avqust
2016-cı il, ¹ 190, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹8, maddə 1453) ilə
Giriş-çıxış və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin istismarının təşkili Qaydaları”na
6.5.3.2-1-ci və 6.5.4.2-1-ci yarımbəndlər əlavə
edilmişdir.
[25] 29 noyabr 2017-ci il tarixli 523
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 1 dekabr 2017-ci il, ¹
265, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹11 , maddə
2185) ilə “Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin istismarının
təşkili Qaydaları”na yeni məzmunda 6.5-1-ci bənd
əlavə edilmişdir.
24 noyabr 2018-ci il tarixli 499 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 27
noyabr 2018-ci il, ¹ 267, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2449) ilə
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin istismarının
təşkili Qaydaları”nın 6.5-1-ci bəndində “Xarici ölkədə daimi
yaşayan Azərbaycan Respublikasının
vətəndaşları,” sözləri “Xarici ölkədə yaşayan əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər,
xarici ölkədə daimi yaşayan və Azərbaycan
Respublikasının konsulluqlarında uçotda olan
Azərbaycan Respublikasının vətəndaşları,”
sözləri ilə əvəz edilmişdir.
[26] 24 noyabr 2018-ci il tarixli 499 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 27
noyabr 2018-ci il, ¹ 267, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2449) ilə
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin istismarının
təşkili Qaydaları”nın 6.5-1.1-ci
yarımbəndində “xarici
ölkədə daimi yaşayan Azərbaycan Respublikası
vətəndaşlarının” sözləri “elektron imza verilməsi
barədə müraciət etmiş xarici ölkədə
yaşayan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər,
xarici ölkədə daimi yaşayan və Azərbaycan
Respublikasının konsulluqlarında uçotda olan
Azərbaycan Respublikası vətəndaşlarının”
sözləri ilə, “və
qeyri-rezident adından çıxış etmək
səlahiyyəti verən” sözləri isə “, müraciəti qeyri-rezidentin
nümayəndəsi etdikdə, qeyri-rezident adından
çıxış etmək səlahiyyəti olan
şəxsə verilən” sözləri ilə
əvəz edilmişdir.
[27] 24 noyabr 2018-ci il tarixli 499 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 27
noyabr 2018-ci il, ¹ 267, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2449) ilə
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin istismarının
təşkili Qaydaları”nın 6.5-1.2-ci yarımbəndində
“xarici ölkədə daimi yaşayan
Azərbaycan Respublikasının vətəndaşları,”
sözləri “xarici
ölkədə yaşayan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər,
xarici ölkədə daimi yaşayan və Azərbaycan
Respublikasının konsulluqlarında uçotda olan
Azərbaycan Respublikasının vətəndaşları,”
sözləri ilə əvəz edilmişdir.
[28] 16 yanvar 2017-ci il tarixli 8
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
18 yanvar 2017-ci il, ¹ 11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 1, maddə
122) ilə yeni məzmunda 6.6.4.1-1-ci yarımbənd
əlavə edilmişdir.
[29] 5 may 2014-cü il tarixli 132 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 24 may 2014-cü il, ¹ 108; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 05,
maddə 561) ilə 6.7.1.3-cü
yarımbənddə “ölkəyə
gəlməsi” sözləri və 6.7.1.4-cü
yarımbənddə “ölkəyə
daxil olması” sözləri “ölkədə
olması” sözləri ilə əvəz edilmişdir.
[30] 5 may 2014-cü il tarixli 132 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 24 may 2014-cü il, ¹ 108; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 05,
maddə 561) ilə 6.7.1.4-1-ci
yarımbənd əlavə edilmişdir.
[31] 5 may 2014-cü il tarixli 132 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 24 may 2014-cü il, ¹ 108; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 05,
maddə 561) ilə 6.7.1.7-ci
yarımbəndin əvvəlinə “üzərinə Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində nəzərdə tutulan
vəzifələr qoyulmaqla” sözləri əlavə
edilmişdir və həmin yarımbənddən “və qanunvericiliklə
müəyyən edilmiş qaydada üzərinə daimi
yaşayış yerini dəyişməmək, yaxud
müəyyən yerlərə getməmək barədə
öhdəliklər qoyulmuş” sözləri çıxarılmışdır.
[32] 16 mart 2018-ci il tarixli 106
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 22 mart 2018-ci il, ¹ 63, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹3, maddə
616) ilə 1 nömrəli əlavə
- “Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin istismarının
təşkili Qaydaları”nın 6.7.1.8-ci yarımbəndi yeni
redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
6.7.1.8. azadlıqdan məhrumetmə növündə
cəzaya məhkum edilmiş, lakin hökmün icrası
təxirə salınan şəxslər haqqında
məlumatlar;
[33] 5 may 2014-cü il tarixli 132 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 24 may 2014-cü il, ¹ 108; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 05,
maddə 561) ilə 6.7.1.12-1-ci-6.7.1.12-3-cü
yarımbəndlər əlavə edilmişdir.
[34] 24 avqust 2016-cı il tarixli 316 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 avqust
2016-cı il, ¹ 190, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹8, maddə 1453) ilə
Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin istismarının
təşkili Qaydaları”na 6.7.4.2-ci yarımbənd
əlavə edilmişdir.
[35] 16 yanvar 2017-ci il tarixli 8
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
18 yanvar 2017-ci il, ¹ 11, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 1, maddə
122) ilə 6.7.4.2-ci yarımbəndin sonunda
nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni
məzmunda 6.7.4.3-cü yarımbənd əlavə edilmişdir.
[36] 24 avqust 2016-cı il tarixli 316 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 avqust
2016-cı il, ¹ 190, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹8, maddə 1453) ilə
Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin istismarının
təşkili Qaydaları”na 6.7-1-ci bənd əlavə
edilmişdir.
[37] 18 dekabr 2019-cu il tarixli 487 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 20 dekabr 2019-cu il, ¹ 283, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cı il, ¹ 12, maddə 2070) ilə 1 nömrəli əlavə -
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin istismarının
təşkili Qaydaları”nın 6.7-1.1-ci yarımbəndin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni
məzmunda 6.7-1.2-ci yarımbənd əlavə edilmişdir.
[38] 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 22 iyun 2014-cü il, ¹ 131, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹6,
maddə 747) ilə “Giriş-çıxış
və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sisteminin istismarının təşkili Qaydaları”nın
5.4.2.1-ci və 5.5.2-ci yarımbəndlərində, 7.7.1-ci
yarımbəndinin birinci və ikinci cümlələrində
“İnformasiya Texnologiyaları”
sözləri “Yüksək
Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.
22 sentyabr 2016-cı
il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti 30 sentyabr 2016-cı il, ¹ 214, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə 1585)
ilə “Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin istismarının
təşkili Qaydaları”nın 7.7.1-ci yarımbənddə “Milli Təhlükəsizlik
Nazirliyinin” sözləri “Dövlət
Təhlükəsizliyi Xidmətinin, Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidmətinin”
sözləri ilə əvəz edilmişdir.
[39] 22 sentyabr 2016-cı
il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti 30 sentyabr 2016-cı il, ¹ 214, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə 1585)
ilə “Giriş-çıxış və qeydiyyat”
idaralərarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi daxilində dövlət
orqanlarının informasiya resurslarından istifadəyə
buraxılış dərəcəsi”nin 3-cü
hissəsində “Dövlət orqanı” sütununda “Milli Təhlükəsizlik
Nazirliyi” sözləri “Dövlət
Təhlükəsizliyi Xidməti” sözləri ilə
əvəz edilmişdir.
[40] 22 sentyabr 2016-cı
il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti 30 sentyabr 2016-cı il, ¹ 214, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə 1585)
ilə “Giriş-çıxış və qeydiyyat”
idaralərarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi daxilində dövlət
orqanlarının informasiya resurslarından istifadəyə
buraxılış dərəcəsi”nə yeni məzmunda
3-1-ci hissə əlavə edilmişdir.
[41] 13 iyun 2014-cü il tarixli 194
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 22 iyun 2014-cü il, ¹ 131, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹6,
maddə 747) ilə “Giriş-çıxış
və qeydiyyat” idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi daxilində dövlət orqanlarının informasiya
resurslarından istifadəyə buraxılış
dərəcəsi”nin 9-cu hissəsinin “Dövlət orqanı”
sütununda “İnformasiya
Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə
əvəz edilmişdir.
21 yanvar 2019-cu il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 25 yanvar
2019-cu il, ¹ 19, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
163) ilə “Giriş-çıxış
və qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından
istifadəyə buraxılış dərəcəsi”nin 9-cu
hissəsində “Rabitə
və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar” sözləri ilə əvəz
edilmişdir və 12-ci hissəsi ləğv edilmişdir.
[42] 24 avqust 2016-cı il tarixli 316 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 avqust
2016-cı il, ¹ 190, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹8, maddə 1453) ilə
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi daxilində dövlət
orqanlarının informasiya resurslarından istifadəyə
buraxılış dərəcəsi”nin 11-ci hissəsi
aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
|
|
|
|
|
|