“İcbari sığortalar haqqında” Azərbaycan
Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli
Qanununun tətbiqi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İcbari
sığortalar haqqında” Azərbaycan Respublikasının
2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti
üç ay müddətində:
1.1. Azərbaycan Respublikasının qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının
“İcbari sığortalar haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasına
dair təkliflərini Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3. müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını təmin etsin
və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanunun 35.2-ci
maddəsində nəzərdə tutulmuş icbari
sığorta etdirilməli olan dövlət
əmlakının siyahısını müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;[1]
1.5. həmin Qanunun 40.3-cü maddəsində
nəzərdə tutulmuş ünvanlı dövlət sosial
yardımı almaq hüququna malik olan aztəminatlı
ailələrə məxsus yaşayış evlərinin
və mənzillərin icbari sığortası üzrə
sığorta haqlarının dövlət büdcəsinin
vəsaitləri hesabına ödənilməsi
qaydasını müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.6. həmin Qanundan irəli gələn digər
məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi normativ xarakterli aktların “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı
tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
3.1. iki ay müddətində:
3.1.1. “İcbari sığortalar haqqında”
Azərbaycan Respublikasının Qanununun 4.5-ci maddəsində
nəzərdə tutulmuş icbari sığorta
növlərinin aparılmasına icazə verilməsi
üçün əlavə tələbləri
müəyyən etsin;
3.1.2. həmin Qanunun 9.3-cü maddəsində
nəzərdə tutulmuş icbari sığorta
şəhadətnamələrinin forması, onların
çap olunma və doldurulma qaydalarını həmin Qanunla
tənzimlənən hər bir icbari sığorta növü
üzrə ayrı-ayrılıqda müəyyən etsin;
3.1.3. həmin Qanunun 28.4-cü maddəsində
nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun
iştirakçısı olmaq istəyən
sığortaçılar tərəfindən
ödənilməli olan iştirak haqqının
məbləğini müəyyən etsin;
3.1.4. həmin Qanunun 30.1.2-ci maddəsində
nəzərdə tutulmuş İcbari Sığorta
Bürosunun iştirakçısı olmaq istəyən
sığortaçılar tərəfindən
ödənilməli olan təminat depozitinin
məbləğini müəyyən etsin;
3.1.5. həmin Qanunun 31.2-ci maddəsində
nəzərdə tutulmuş İcbari Sığorta
Bürosunun iştirakçısı olan
sığortaçıların şərti öhdəliklər
ehtiyatının formalaşdırılması qaydasını
və həmin ehtiyatın məbləğini müəyyən
etsin;
3.1.6. həmin Qanunun 40.2-ci maddəsində
nəzərdə tutulmuş daşınmaz əmlakın
icbari sığortası üzrə sığorta
tariflərinin müəyyənləşdirilməsi
qaydasını müəyyən etsin;
3.1.7. həmin Qanunun 48-ci maddəsində
nəzərdə tutulmuş daşınmaz əmlakın
istismarı ilə bağlı mülki məsuliyyətin
icbari sığortası üzrə sığorta
haqlarının məbləğini müəyyən etsin;
3.1.8. həmin Qanunun 57.1-ci maddəsində
nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi
sahiblərinin mülki məsuliyyətinin icbari
sığortası üzrə sığorta haqqı
məbləğlərinin hesablanması qaydasını
müəyyən etsin;
3.1.9. həmin Qanunun 58.2-ci və 58.5-ci
maddələrində nəzərdə tutulmuş
avtonəqliyyat vasitəsi sahiblərinin mülki
məsuliyyətinin icbari sığortası üzrə yol-nəqliyyat
hadisəsi iştirakçılarının tərtib
etdikləri protokolun formasını və tərtib edilmə
qaydasını müəyyən etsin;
3.1.10. həmin Qanunun 58.4-cü maddəsində
nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi
sahiblərinin mülki məsuliyyətinin icbari
sığortası üzrə sığorta hadisəsi hesab
edilə bilən halın təfərrüatları
barədə arayışın formasını
müəyyən etsin;[2]
3.1.11. həmin Qanunun 69-cu maddəsində
nəzərdə tutulmuş sərnişinlərin icbari
fərdi qəza sığortası üzrə sığorta
haqlarının məbləğinin hesablanması
qaydasını müəyyən etsin;
3.1.12. həmin Qanunun 73.1-ci maddəsində
nəzərdə tutulmuş İcbari Sığorta
Bürosunun təsis iclasının
çağırılmasını təmin etsin;
3.2. üç ay müddətində aktuari və
sığorta vasitəçiliyi fəaliyyətlərinin
inkişaf etdirilməsi, korporativ idarəetmə
standartlarının təkmilləşdirilməsi,
sığorta şirkətlərində elektron informasiya
sistemlərinin tətbiqinin təmin edilməsi və
sığorta xidmətlərinin elektron vasitələrlə
təqdim olunması, habelə elektron imzadan istifadə
etməklə sığorta əqdlərinin bağlanmasına
imkan verən hüquqi bazanın yaradılması, istehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta növünü aparmağa icazəsi olan
sığortaçıların İcbari Sığorta
Bürosunda iştirakının təmin edilməsi
üçün Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyinə dəyişikliklər edilməsi
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Müəyyən edilsin ki:
4.1. “İcbari sığortalar haqqında” Azərbaycan
Respublikası Qanununun 14.3-cü
və 40.3-cü maddələrində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;[3]
4.2. həmin Qanunun 58.2-ci maddəsində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi həyata
keçirir;[4]
4.3. həmin Qanunun 34-2.0-cı
maddəsində nəzərdə tutulmuş “müvafiq icra
hakimiyyəti orqanı”nın
səlahiyyətlərini 34-2.0.1-ci
və 34-2.0.4-cü maddələrinə
münasibətdə Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi, 34-2.0.2-ci
maddəsinə münasibətdə Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti, 34-2.0.3-cü maddəsinə
münasibətdə isə Azərbaycan Respublikasının
Vergilər Nazirliyi həyata keçirir;[5]
4.4. həmin Qanunun 34-3.1-ci,
34-4.0.4-cü və 75-ci maddələrində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanları”nın səlahiyyətlərini yaşayış
binaları, yaşayış evləri və mənzillərin
icbari sığortasına münasibətdə müvafiq yerli
icra hakimiyyəti orqanları, digər daşınmaz
əmlakın icbari sığortası və daşınmaz
əmlakın istismarı ilə bağlı mülki
məsuliyyətin icbari sığortasına
münasibətdə Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi, avtonəqliyyat vasitəsi
sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına
münasibətdə standart
sığorta müqaviləsi üzrə Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, sərhəd
sığorta müqaviləsi və Azərbaycan Yaşıl
Kartı üzrə isə Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi, ümumi istifadədə olan
nəqliyyat vasitələri və taksi minik avtomobilləri
sərnişinlərinin icbari fərdi qəza
sığortasına münasibətdə Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyi, hava, su və dəmiryol nəqliyyatı
vasitələri sərnişinlərinin icbari fərdi qəza
sığortasına münasibətdə Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi həyata keçirir.[6]
5. Bu Fərmanın dərc edildiyi tarixdən bir ay
sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki
məsuliyyətinin icbari sığortası haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” 1996-cı il 07 iyul tarixli 470 nömrəli,
“İcbari ekoloji sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci
il 18 aprel tarixli 690 nömrəli, “Azərbaycan
Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki
məsuliyyətinin icbari sığortası haqqında”
Azərbaycan Respublikasının Qanununa əlavələr
və dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
haqqında” 2003-cü il 5 iyun tarixli 877 nömrəli,
“Sərnişinlərin icbari sığortası haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” 2003-cü il 4 avqust tarixli 913 nömrəli,
“Yanğından icbari sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə”
2004-cü il 12 aprel tarixli 47 nömrəli, “Yanğından
icbari sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunlarına əlavə və
dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası
Qanununun icrasının təmin edilməsi haqqında” 2005-ci
il 27 aprel tarixli 228 nömrəli fərmanları və
“Sərnişinlərin icbari sığortası haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavə və dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi haqqında” 2004-cü il 26 may tarixli 234
nömrəli və “Yanğından icbari sığorta
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunlarına əlavə və dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
haqqında” 2004-cü il 14 oktyabr tarixli 460 nömrəli
sərəncamları ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 15 sentyabr 2011-ci il
¹ 500
FƏRMANA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1] 25 noyabr 2013-cü il tarixli 36 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika”
qəzeti, 26 noyabr 2013-cü il, ¹ 259; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 11,
maddə 1340) ilə 1.4-cü
bənd ləğv edilmişdir.
[2] 25 noyabr 2013-cü il tarixli 36 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika”
qəzeti, 26 noyabr 2013-cü il, ¹ 259; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 11,
maddə 1340) ilə 3.1.10-cu
yarımbənddə “baş
verməsi faktını təsdiqləyən”
sözləri “təfərrüatları
barədə” sözləri ilə əvəz
edilmişdir.
[3] 25 noyabr 2013-cü il tarixli 36 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika”
qəzeti, 26 noyabr 2013-cü il, ¹ 259; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 11,
maddə 1340) ilə 4.1-ci
bənddə “35.2-ci”
sözləri “14.3-cü”
sözləri ilə əvəz edilmişdir.
[4] 25 noyabr 2013-cü il tarixli 36 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika”
qəzeti, 26 noyabr 2013-cü il, ¹ 259; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 11,
maddə 1340) ilə 4.2-ci
bənddə “və 61.1-ci
maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz
edilmişdir.
[5] 25 noyabr 2013-cü il tarixli 36 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika”
qəzeti, 26 noyabr 2013-cü il, ¹ 259; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 11,
maddə 1340) ilə 4.3-cü
bənddə “60.2-ci”
sözləri “34-2.0-cı”
sözləri ilə, “orqanları”
sözü “orqanı”
sözü ilə, “60.2.1-ci
və 60.2.4-cü” sözləri “34-2.0.1-ci və 34-2.0.4-cü” sözləri ilə, “60.2.2-ci” sözləri “34-2.0.2-ci” sözləri
ilə, “60.2.3-cü”
sözləri “34-2.0.3-cü” sözləri ilə
əvəz edilmişdir.
[6] 25 noyabr 2013-cü il tarixli 36 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika”
qəzeti, 26 noyabr 2013-cü il, ¹ 259; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 11,
maddə 1340) ilə 4.3-cü
bənddə “60.2-ci”
sözləri “34-2.0-cı”
sözləri ilə, “orqanları”
sözü “orqanı”
sözü ilə, “60.2.1-ci
və 60.2.4-cü” sözləri “34-2.0.1-ci və 34-2.0.4-cü” sözləri ilə, “60.2.2-ci” sözləri “34-2.0.2-ci” sözləri
ilə, “60.2.3-cü”
sözləri “34-2.0.3-cü” sözləri ilə
əvəz edilmişdir.
22 dekabr 2014-cü il tarixli 415 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 25
dekabr 2014-cü il, ¹ 283, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 12, maddə 1569) ilə
4.4-cü bənddə “Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi” sözləri “standart
sığorta müqaviləsi üzrə Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi,
sərhəd sığorta müqaviləsi və Azərbaycan
Yaşıl Kartı üzrə isə Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi”
sözləri ilə əvəz edilmişdir.
25
yanvar 2017-ci il tarixli 1213
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 31 yanvar 2017-ci il, ¹ 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹1 , maddə 60) ilə
4.4-cü bəndində “avtomobil və” sözləri “ümumi istifadədə olan
nəqliyyat vasitələri və taksi minik avtomobilləri
sərnişinlərinin icbari fərdi qəza
sığortasına münasibətdə Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi,”
sözləri ilə əvəz edilmişdir.
7
avqust 2017-ci il tarixli 1574
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq”
qəzeti, 8 avqust 2017-ci il, ¹ 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 8, maddə 1521) ilə
4.4-cü bənddə “Nəqliyyat
Nazirliyi” sözləri “Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi”
sözləri ilə əvəz edilmişdir.
19
sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹9 , maddə 1840) ilə 4.4-cü
bəndində “dəmiryolu
nəqliyyatı vasitələri sərnişinlərinin icbari
fərdi qəza sığortasına münasibətdə
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi, su nəqliyyatı vasitələri
sərnişinlərinin icbari fərdi qəza
sığortasına münasibətdə Azərbaycan
Respublikasının Dövlət Dəniz Administrasiyası, hava
nəqliyyatı vasitələri sərnişinlərinin icbari
fərdi qəza sığortasına münasibətdə
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya
Administrasiyası” sözləri “hava, su və dəmiryol nəqliyyatı
vasitələri sərnişinlərinin icbari fərdi qəza
sığortasına münasibətdə Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.