Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə
əsasən, “Məhkəmələr və hakimlər
haqqında” və “Məhkəmə-Hüquq Şurası
haqqında” Azərbaycan Respublikasının qanunlarına
dəyişikliklər və əlavələr edilməsi
barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun
tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alır:
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, I kitab, maddə 584, ¹ 12,
maddə 835; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7,
maddə 455, ¹ 11, maddələr 680, 698, ¹ 12, maddə 731;
2002-ci il, ¹ 1, maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5,
maddələr 234, 237, 239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹
12, maddə 692; 2003-cü il, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4,
maddələr 177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257,
276, 279, ¹ 8, maddələr 407, 425, ¹ 12, I kitab, maddələr
676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, ¹ 1,
maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr 200, 201, 204, ¹ 5,
maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397, ¹ 8,
maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11,
maddə 900, ¹ 12, maddə 973; 2005-ci il, ¹ 1, maddələr 5, 6,
¹ 2, maddə 61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6,
maddələr 462, 466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691,
692, ¹ 10, maddələr 875, 877, 904, ¹ 11, maddələr 993, 994,
995, ¹ 12, maddələr 1083, 1085; 2006-cı il, ¹ 2,
maddələr 64, 68, ¹ 3, maddələr 219, 220, 223, 225, ¹ 5,
maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr 923, 924, 932, ¹
12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹ 1, maddələr 3,
4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440,
¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10,
maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049,
1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217,
1218, 1221; 2008-ci il, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152,
159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454,
460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr
699, 701, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957,
¹ 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, ¹ 2, maddələr
36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr
404, 405, ¹ 7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611, ¹ 12,
maddələr 953, 954, 966, 971; 2010-cu il, ¹ 2, maddələr 70,
71, ¹ 3, maddələr 167, 171, 178, ¹ 4, maddələr 275, 276, ¹
5, maddələr 379, 380, ¹ 6, maddə 483, ¹ 7, maddələr
577, 591, 594, 595, 598, 600, ¹ 10, maddə 838, ¹ 11, maddələr
936, 938, 949, ¹ 12, maddə 1059; 2011-ci il, ¹ 2, maddələr 70,
71, ¹ 3, maddələr 162, 164, 167, 168, 170, ¹ 4, maddələr
246, 254) aşağıdakı dəyişikliklər edilsin:
1. 30.3-cü maddədə “əlavə”
sözü “daxil” sözü ilə əvəz edilsin.
2. 431.1-ci və 431.2-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
“431.1. İnzibati xəta haqqında
iş üzrə qərardan şikayət və ya protest
aşağıdakı qaydada verilir:
431.1.1. hakimin qərarından apellyasiya
instansiyası məhkəməsinə verilən
şikayət və ya protest – həmin qərarı qəbul
etmiş hakim vasitəsilə;
431.1.2. kollegial orqanın
qərarından məhkəməyə verilən
şikayət – birbaşa kollegial orqanın olduğu yer
üzrə rayon (şəhər) məhkəməsinə;
431.1.3. səlahiyyətli orqanın
(vəzifəli şəxsin) qərarından
məhkəməyə verilən şikayət –
şikayət verən şəxsin yaşayış yeri
və ya hüquqi şəxsin ünvanının olduğu
yer üzrə rayon (şəhər)
məhkəməsinə;
431.1.4. səlahiyyətli orqanın
(vəzifəli şəxsin) qərarından
məhkəməyə verilən protest - səlahiyyətli
orqanın olduğu yer üzrə rayon (şəhər)
məhkəməsinə;
431.1.5. səlahiyyətli orqanın
(vəzifəli şəxsin) qərarından yuxarı
səlahiyyətli orqana (vəzifəli şəxsə)
verilən şikayət – həmin qərarı qəbul
etmiş səlahiyyətli orqan (vəzifəli şəxs)
vasitəsilə və ya birbaşa yuxarı səlahiyyətli
orqana (vəzifəli şəxsə).
431.2. Bu Məcəllənin 431.1.1-ci
və 431.1.5-ci maddələrində nəzərdə
tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli
şəxs) şikayətin daxil olduğu gündən
üç gün müddətində şikayəti və ya
protesti iş üzrə bütün materiallarla birlikdə
apellyasiya instansiyası məhkəməsinə, yuxarı
səlahiyyətli orqana (vəzifəli şəxsə)
göndərir.”.
3. 438-ci maddədə “Azərbaycan
Respublikasının qanunvericiliyi ilə” sözləri “bu
Məcəllədə” sözləri ilə əvəz
edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 10 iyun 2011-ci il
¹ 146-IVQD