Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2008-ci il 17 noyabr tarixli 47 nömrəli və “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 17 noyabr tarixli 47 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 2010-cu il 15 yanvar tarixli 683 nömrəli Sərəncamlarına uyğun olaraq, 2010-cu il iyunun 3-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“ARDNŞ”) ilə UQE-LANSER PTİ. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti (“ONŞ”) arasında Saziş bağlanmışdır.

Azərbaycan Respublikasının Milli Məclisi:

Azərbaycan Respublikasının qanunvericiliyində Sazişin əhatə etdiyi məsələlərin tam və müasir tələblərə uyğun olaraq nizamlanmadığını;

Azərbaycan Respublikasının karbohidrogen ehtiyatları haqqında Azərbaycan Respublikası Qanununun olmamasını;

Sazişin şərtlərinə görə onun qanunverici orqan tərəfindən təsdiqindən sonra Qanun olmasını;

bu Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunu nəzərə alaraq,

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən qərara alır:

1. “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti UQE-LANSER PTİ. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra “Saziş” adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 157 nömrəli qərarı ilə Sazişdə iştirak edən Podratçılara verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra “Hökumət təminatı” adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.

3. Sazişin əsas mətninə edilmiş doqquz (9) Əlavə və bir (1) Qoşma (bundan sonra “Əlavələr” adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.

4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar başqa səlahiyyətlər və sanksiyalar verilir.

8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 may 2011-ci il

         ¹ 105-IVQ

 

 

AZƏRBAYCAN RESPUBLİKASINDA BALAXANI – SABUNÇU

RAMANA VƏ KÜRDƏXANI

NEFT YATAQLARININ DAXİL OLDUĞU BLOKUN

BƏRPASI, İŞLƏNMƏSİ

HASİLATIN PAY BÖLGÜSÜ HAQQINDA

 

AZƏRBAYCAN RESPUBKASI DÖVLƏT NEFT ŞİRKƏTİ,

 

UQE-LANSER PTİ. LTD

 

 

ARDNŞ-in ORTAQ NEFT ŞİRKƏTİ ARASINDA SAZİŞ

 

BAKI-2010

 

MÜNDƏRİCAT

MADDƏLƏR

Səh.

MADDƏ 1

 

İŞTİRAK PAYI

13

MADDƏ 2

 

HÜQUQLARIN VERİLMƏSİ VƏ SAZİŞİN ƏHATƏ DAİRƏSİ

14

2.1. Müstəsna hüquq verilməsi

 

2.2 Podratçının məsrəflərin əvəzinin ödənilməsi hüququndan istisna

 

MADDƏ 3

 

TƏRƏFLƏRİN TƏMİNATLARI, ÜMUMİ HÜQUQLARI ÖHDƏLİKLƏRİ

15

3.1 ARDNŞ-in təminatları

 

3.2 ARDNŞ-in ümumi öhdəlikləri

 

3.3 Podratçı tərəflərin təminatları və hüquqları

 

3.4 Podratçı tərəflərin Ümumi öhdəlikləri

 

3.5 ONŞ-in İştirak payının maliyyələşdirilməsinə dair xüsusi müddəa

 

MADDƏ 4

 

KONTRAKT SAHƏSİ

22

MADDƏ 5

 

BƏRPA VƏ HASİLAT PROQRAMI

23

MADDƏ 6

 

İŞLƏNMƏ VƏ HASİLAT DÖVRÜ

25

MADDƏ 7

 

LAYİHƏNİ İDARƏ EDƏN RƏHBƏR KOMİTƏ VƏ İLLİK İŞ PROQRAMLARI

26

7.1 Layihəni idarə edən Rəhbər komitə

 

7.2 Rəhbər komitənin iş qaydası

 

7.3 İllik iş proqramları və Büdcələr

 

7.4 Qəza tədbirləri

 

MADDƏ 8

 

ƏMƏYYAT ŞİRKƏTİ, İŞÇİ HEYƏTİ VƏ PEŞƏ TƏHSİLİ

34

8.1 Əməliyyat şirkəti

 

8.2 Əməliyyat şirkətinin məsuliyyət dairəsi

 

8.3 Təşkilat

 

8.4 Qərarlar

 

8.5 İş qaydası

 

8.6 Əməliyyat şirkətinin statusu

 

8.7 İşçi heyəti

 

8.8 Peşə təhsili

 

MADDƏ 9

 

HESABAT VƏ NEFT-QAZ ƏMƏLİYYATLARININ YOXLANMASI HÜQUQU

42

9.1 Hesabat və sənədlər

 

9.2 Neft-qaz əməliyyatlarının yoxlanması

 

MADDƏ 10

 

TORPAQİ SAHƏLƏRİNİN İSTİFADƏSİ

46

MADDƏ 11

 

OBYEKTLƏRDƏN İSTİFADƏ

47

11.1 ARDNŞ-ə məxsus obyektlər

 

11.2 ARDNŞ-in yardımı

 

11.3 Podratçının obyektləri

 

MADDƏ 12

 

PODRATÇININ NEFT-QAZ ƏMƏLİYYATLARI MƏSRƏFLƏRİNİN ÖDƏNİLMƏSİ VƏ HASİLATIN BÖlÜŞDÜRÜLMƏSİ

52

12.1 Neft-qaz əməliyyatlarında Karbohidrogenlərdən istifadə edilməsi

 

12.2 Neft-qaz əməliyyatları məsrəflərinin əvəzinin ödənilməsi

 

12.3 Mülkiyyət hüququnun verilməsi

 

12.4 Mənfəət karbohidrogenləri

 

12.5 Mənfəət karbohidrogenləri üzərində mülkiyyət hüququ

 

MADDƏ 13

 

YER BAZAR NEFTİ

57

13.1 Yerli bazar neftinin çatdırılması üzrə Podratçının öhdəlikləri

13.2 Yerli bazar neftinin əskik tədarükə

 

13.3 ARDNS-nin Yerli bazar neftinin qəbul edilməsini dayandırmaq hüququ

 

13.4 Podratçının Yerli bazar neftinin satışını dayandırmaq hüququ

 

MADDƏ 14

 

VERGİ QOYULMASI

60

14.1 Ümumi müddəalar

 

14.2 Mənfəət vergisi

 

14.3 Mənfəət vergisi uçotu və vergi bəyannamələri

 

14.4 Xarici subpodratçılara vergi qoyulması

 

14.5 Xarici hüquqi şəxslərə ödənişlərdən vergi tutulması

 

14.6 İşçilərdən və fiziki şəxslərdən vergi tutulması

 

14.7 Vergilərdən azad olma

 

14.8 Digər məsələlər

 

14.9 İştirak payının ötürülməsindən Mənfəət vergisi

 

14.10 Qüvvədə qalma

 

MADDƏ 15

 

KARBOHİDROGENLƏRİN DƏYƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ

96

15.1 Xam neftin və Sərbəst təbil qazın xalis ixrac dəyərinin müəyyən edilməsi

 

15.2 Həcmlərin ölçülməsi

 

MADDƏ 16

 

ƏMLAKA SAHİBLİK, ONDAN İSTİFADƏ VƏ ƏMLAKIN LƏĞV EDİLMƏSİ

104

16.1 Əmlaka sahiblik və ondan istifadə

 

16.2 Fondların ləğv edilməsi, Ümumi şərtlər

 

16.3 Fondların ləğvi ilə əlaqədar Tərəflərin münasibətləri

 

16.4 Avadanlığın icarəsi

 

MADDƏ 17

 

TƏBİİ QAZ

112

17.1 Təbil səmt qazı

 

17.2 Sərbəst təbii qaz

 

17.3 Təbii qazın məşəldə yandırılması və ya havaya buraxılması

 

MADDƏ 18

 

SƏRBƏST DÖNƏR VALYUTA

114

MADDƏ 19

 

MÜHASİBAT UÇOTUNUN APARILMASI QAYDASI

117

MADDƏ 20

 

İDXAL VƏ İXRAC

118

20.1 idxal və ixrac hüquqları

118

20.2 Karbohidrogenlərin ixracı

120

20.3 Gömrük qaydaları

121

20.4 Xarici ticarətin aparılması qaydaları

122

20.5 ARDNŞ-in köməyi

122

MADDƏ 21

 

HASİLATIN SƏRƏNCAMA KEÇMƏSİ

123

21.1 Karbohidrogenlər üzərində mülkiyyət hüququ

 

21.2 Artıq və əskik tədarük

 

21.3 ARDNŞ-ə Xam nefti satın almaq imkanının verilməsi

 

21.4 ARDNŞ üçün Xam neftin marketinqinin həyata keçirilməsi

 

21.5 Maksimum səmərəli sürət

 

MADDƏ 22

 

SIĞORTA MƏSULİYYƏT VƏ MƏSULİYYƏTİN ÖDƏNMƏSİ TƏMİNATLARI

129

22.1ğorta

 

22.2 Vurulan zərər üçün məsuliyyət

 

22.3 İşçi heyətin məsuliyyətdən azad edilməsi

 

22.4 Qüvvəyəminmə tarixinədək məsuliyyətdən azad etmə

 

22.5 ARDNŞ-in imtina edilmiş sahələr və əməliyyatlar üzrə məsuliyyətdən azadetməsi

 

22.6 Birgə və fərdi məsuliyyət

 

22.7 Dolayı itkilər

 

MADDƏ 23

 

FORS-MAJOR HALLARI

138

23.1 Fors-major halları

 

23.2 Müddətlərin uzadılması

 

23.3 Hasilat başlandıqdan sonra Fons-major halları

 

MADDƏ 24

 

ETİBARLILIQ, HÜQUQ VƏ ÖHDƏLİKLƏRİN BAŞQASINA VERİLMƏSİ VƏ TƏMİNATLAR

142

24.1 Etibarlılıq

 

24.2 Hüquq və öhdəliklərin başqasına verilməsi

 

24.3 Hüquq və öhdəliklərin verilməsindən vergi tutulmaması

 

24.4 Hüquq və öhdəliklərin verilməsinin şərtləri

 

24.5 Əsas ana şirkətlərin təminatları, ARDNŞ-nin təminatı

 

24.6 Hökumət təminatı

 

MADDƏ 25

 

TƏTBİQ EDİLƏ BİLƏN QANUN, İQTİSADİ SABİTLƏŞMƏ VƏ ARBİTRAJ

148

25.1 Tətbiq edilə bilən hüquq

 

25.2 İqtisadi sabitləş

 

25.3 Arbitraj

 

MADDƏ 26

 

BİLDİRİŞLƏR

152

MADDƏ 27

 

SAZİŞİN QÜVVƏYƏMİNMƏ TARİXİ

154

27.1 Qüvvəyəminmə tarixi

 

27.2 Qüvvəyəminmə tarixinədək Neft-qaz əməliyyatları

 

MADDƏ 28

 

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK

156

28.1 Əməliyyatların aparılması

 

28.2 Qəza vəziyyətləri

 

28.3 Ətraf mühitin mühafizəsi strategiyası

 

28.4 Ətraf mühitə ziyan vurulması

 

MADDƏ 29

 

MƏXFİLİK

161

29.1 Ümumi müddəalar

 

29.2 Məlumat mübadiləsi

 

29.3 Şirkətin fəaliyyəti haqqında məlumat verilməsi

 

MADDƏ 30

 

BONUS ÖDƏNİŞLƏRİ

165

30.1 Bonus ödənişi

 

30.2 Digər məsələlər

 

MADDƏ 31

 

SAZİŞİN QÜVVƏSİNƏ XİTAM VERİLMƏSİ

166

31.1 Köklü pozuntu

 

31.2 ARDNS-nin Sazişə xitam verməsi

 

31.3 Podratçının Sazişə xitam verməsi Kontrakt sahəsindən imtina etməsi

 

31.4 Digər hüquqi müdafiə vasitələri

 

31.5 Kontrakt sahəsinin bir hissəsindən İmtina

 

MADDƏ 32

 

DİGƏR MƏSƏLƏLƏR

172

ƏLAVƏLƏR

 

ƏLAVƏ 1

 

TƏRİFLƏR

(1)

ƏLAVƏ 2

 

KONTRAKT SAHƏSİ VƏ XƏRİ

(11)

ƏLAVƏ 3

 

MÜHASİBAT UÇOTUNUN APARILMASI QAYDASI

(15)

1. Ümumi müddəalar

 

2. Məsrəflər xərclər

 

3. Materiallar və avadanlıq

 

4. Mühasibat hesabatlar

 

ƏLAVƏ 4

 

PODRATÇI TƏRƏFİN ƏSAS ANA ,ŞİRKƏTİNİN TƏMİNATININ NÜMUNƏSİ

(31)

ƏLAVƏ 5

 

AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİNİN TƏMİNATI VƏ ÖHDƏKLƏRİ

(33)

ƏLAVƏ 6

 

ARBİTRAJ QAYDASI

(43)

ƏLAVƏ 7

 

XAM NEFTİN VƏ TƏBİİ QAZIN HƏCMLƏRİNİN ÖÜLMƏSİKEYFİYYƏTİNİN MÜƏYYƏN EDİLMƏSİ QAYDASI

(46)

1.1 Ümumi

 

1.2 Xam neft həcmlərinin ölçülməsi

 

1.3 Xam neft həcmlərinin ölçülməsi müddətləri

 

1.4 Təbii qaz həcmlərinin ölçülməsi

 

1.5 Karbohidrogenlərin həcmlərinin ölçülməsi qaydaları

 

ƏLAVƏ 8

 

LAYİHƏ STANDARTLARI VƏ TEXNİKİ ŞƏRTLƏR

(49)

ƏLAVƏ 9

 

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİNİN STANDARTLARI VƏ TƏCRÜBƏSİ

(51)

ARDNŞ-İn ONŞ-in YARADILMASINA DAİR QOŞMA

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASINDA BALAXANI - SABUNÇU - RAMANA VƏ KÜRDƏXANI NEFT YATAQLARININ DAXİL OLDUĞU BLOKUN (burada və bundan sonra “Balaxanı bloku” adlanacaq) BƏRPASI, İŞLƏNMƏSİ VƏ HASİLATIN PAY BÖLGÜSÜ HAQQINDA SAZİŞ

 

BU SAZİŞ

 

bir tərəfdən, Hökumət təşkilatı kimi AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ (“ARDNŞ”) və

digər tərəfdən, Sinqapur Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən UQE - LANSER PTİ. LTD (“UQE – LANSER”) şirkəti; və

bütünlüklə ARDNŞ-ə məxsus olacaq və onun tərəfindən yaradılacaq ARDNŞ-in ORTAQ NEFT ŞİRKƏTİ (“ONŞ”)

arasında tərtib edilmiş və 2010-cu il iyunun 3-də Azərbaycan Respublikasının Bakı şəhərində bağlanmışdır, özü də Tərəflərin hamısı onların qeydə alındığı ölkələrin qanunvericiliyi və müvafiq qeydiyyat sənədləri ilə təsdiq edildiyi kimi hüquqi şəxslərdirlər.

 

NƏZƏRƏ ALARAQ Kİ,

 

Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktına və Azərbaycan Respublikasının Yerin təki haqqında 13 fevral 1998-ci il tarixli Qanununa uyğun olaraq Azərbaycan Respublikasında quruda və su altında yerin təkində təbii halda olan bütün Karbohidrogen ehtiyatları üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasına məxsusdur və aşağıda sadalanacaq sanksiyalara əsasən bu Karbohidrogenləri idarəetmə və onlara nəzarət səlahiyyətləri ARDNŞ-nə həvalə edilmişdir; və

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 13 sentyabr tarixli 200 nömrəli Fərmanına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanına və həmin şirkətin Nizamnaməsinə uyğun olaraq, ARDNŞ hasil edilmiş bütün Karbohidrogenlərə münasibətdə sahibliyi həyata keçirir və Azərbaycan Respublikasında bütün Karbohidrogen ehtiyatlarının kəşfiyyatı və istismarı sahəsində bütün səlahiyyətlər ARDNŞ-nə həvalə edilmişdir; və

17 mart 2008-ci il tarixində Lanser Servises S.A. şirkəti ilə ARDNŞ arasında imzalanmış qarşılıqlı anlaşma haqqında Memoranduma əsasən, Lanser Servises S.A. şirkəti, Balaxanı Blokuna dair Sazişin əsas kommersiya prinsipləri və şərtləri üzrə danışıqların aparılması üçün müstəsna hüquq əldə etmişdir; və

ARDNŞ və Lanser Servises Es.Ey. arasında Azərbaycan Respublikasında Balaxanı - Sabunçu - Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin əsas kommersiya prinsipləri və müddəalarına dair Müqavilə razılaşdırılmış və imzalanmış və həmin prinsiplər və müddəalar bu Sazişin əsasını təşkil edir; və

“Azərbaycan Respublikasında Balaxanı - Sabunçu - Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2008-ci il tarixli 47 saylı Sərəncamına uyğun olaraq ARDNŞ-nə Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir; və

Lanser Servises S.A. şirkəti Balaxanı bloku üzrə danışıqların aparılması və Sazişə daxil olması üçün müstəsna hüququ UQE -LANSER şirkətinə ötürmüşdür; və

Azərbaycan Respublikasının Prezidentinin 15 yanvar 2010-cu il tarixli 683 nömrəli, “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdaxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 17 noyabr tarixli 47 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” adlı Sərəncamı ilə, Lanser Servises S.A. şirkətinin adı UQE-LANSER PTİ. LTD adına əvəz edilmişdir.

ARDNŞ Balaxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi Kontrakt sahəsində müəyyən işlər aparmış və hal-hazırda Tərəflər Kontrakt sahəsində və onun təkində təbii halda olan Karbohidrogenlərin bərpası eləcə də işlənməsi və hasilatın artırılması məqsədi ilə işlər aparmaq arzusundadır; və

UQE - LANCER texniki biliklərə və təcrübəyə, inzibatçılıq və idarəetmə üzrə ekspert biliklərinə və Kontrakt sahəsində Karbohidrogen ehtiyatlarının səmərəli işlənməsi və hasilatı üçün maliyyə ehtiyatlarına malikdir və bu məqsədlə ARDNŞ ilə müqavilə münasibətləri qurmağı arzulayır və;

Tərəflər inanırlar ki, bu Saziş Balaxanı blokunun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatı layihəsinin effektiv icrası üçün əlavə imkanlar yaradacaq;

BUNUNLA TƏSDİQ EDİLİR Kİ, yuxarıda şərh edilənlərin və aşağıda göstərilmiş qarşılıqlı öhdəliklərin müqabil surətdə yerinə yetirilməsi üçün Tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

 

MADDƏ 1

İŞTİRAK PAYI

 

1.1       Podratçı tərəflərin bu Saziş üzrə hüquqları və öhdəlikləri bu Sazişin imzalanma tarixi üçün iştirak payının aşağıda göstərilmiş müvafiq faizlərində təsbit edilir:

 

PODRATÇI TƏRƏFLƏR

PAY FAİZLƏRİ

 

ONŞ

25,0%

 

UQE - LANSER

75,0%

 

CƏMİ

100%

 

1.2       Tərəflər razıdırlar ki, Qüvvəyəminmə tarixindən başlayaraq onların iştirak payının müvafiq faizləri Kontrakt sahəsi barəsində, bir tərəfdən, Podratçı tərəflərin və ya onların Ortaq şirkətlərinin hər hansı biri ilə, digər tərəfdən, hər hansı Hökumət orqanı və ya ARDNŞ arasında hər hansı əvvəlki sazişlərdən və ya müqavilələrdən irəli gələ bilən bütün hüquq və öhdəlikləri əvəz edir. Tərəflər həmçinin razılığa gəlmişlər ki, İmzalanma tarixindən başlayaraq bu Saziş ARDNŞ ilə Podratçı tərəflər arasında Kontrakt sahəsinə dair vahid və tam razılaşmadır.

 

MADDƏ 3

TƏRƏFLƏRİN TƏMİNATLARI, ÜMUMİ HÜQUQLARI VƏ ÖHDƏLİKLƏRİ

 

3.1       ARDNŞ-in təminatları

ARDNŞ bildirir və təminat verir ki:

(a)       o, öz Nizamnaməsinin şərtlərinə uyğun olaraq lazımi qaydada təşkil edilmişdir və mövcudluğu qanunidir; və

(b)       o, bu Sazişi bağlamaq və icra etmək, bu Sazişin şərtlərinə əsasən Podratçıya hüquqlar və mənafelər vermək və bu Saziş üzrə öz öhdəliklərini yerinə yetirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş bütün səlahiyyətlərə malikdir.

3.2       ARDNŞ-in ümumi öhdəlikləri

(a)       Neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün Podratçının sorğusuna əsasən, ARDNŞ öz səlahiyyətlərinin tam həcmi daxilində Hökumət orqanları qarşısında Podratçının aşağıdakıları alması üçün ona kömək etmək məqsədilə qanun çərçivəsində bütün mümkün səyləri göstərir:

(i)         Hökumət orqanlarının bütün zəruri icazələrini, o cümlədən, lakin bununla məhdudlaşmadan, Neft-qaz əməliyyatlarının səmərəli həyata qaydaya salınması və Podratçıya çatdırılması gedişində ARDNŞ-nin bu Sazişin həyata keçirildiyi dövrdə çəkdiyi faktiki müstəqim məsrəfləri ödəyir; ARDNŞ Podratçıya mənfəətsizlik və zərərsizlik prinsipinə əsaslanan hesab təqdim edir və bütün belə xərclər Əməliyyat məsrəfləridir. Əgər ARDNŞ-nin təqdim etdiyi hesabda hər hansı maddə Podratçının nöqteyi-nəzərincə, göstərilən tələbi təmin etmirsə, Podratçı bunu ARDNŞ-ə bildirir, bundan sonra Podratçının irəli sürdüyü etirazları birlikdə nizama salmaq üçün ARDNŞ ilə Podratçı bütün lazımi tədbirləri görürlər. Bu öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar olaraq ARDNŞ hər hansı belə məlumatın və ya informasiyanın düzgünlüyünə və ya tamlığına heç bir təminat vermir.

3.3       Podratçı tərəflərin təminatları və hüquqları

(a)       Hər bir Podratçı tərəf bildirir ki, o, öz təsis sənədlərinin şərtlərinə uyğun olaraq lazımi qaydada təşkil edilmişdir və mövcudluğu qanunidir və hökumət icazələrinin alınması şərti ilə bu Sazişin müddəalarına müvafiq surətdə Neft-qaz əməliyyatlarının aparılmasından ötrü Azərbaycan Respublikasında və başqa yerlərdə lazımi filiallarını və nümayəndəliklərini yaratmaq və saxlamaq üçün vəkil edilmişlər.

(b)       Hər bir Podratçı tərəf, onun Ortaq şirkətləri, Podratçının Subpodratçıları habelə Əməliyyat şirkəti bununla vəkil edilmişlər ki, bu Sazişin qüvvədə olduğu bütün dövr üçün Azərbaycan Respublikasında filiallarını, daimi idarələrini, daimi nümayəndəliklərini, işgüzar fəaliyyətin və təsərrüfat fəaliyyətinin digər formalarını təsis etsinlər ki, bunlar Neft-qaz əməliyyatları üçün lazım olan hər hansı əmlakın satın alınması, icarəyə götürülməsi və ya əldə edilməsi də daxil olmaqla, Neft-qaz əməliyyatlarını həyata keçirmək və ya bunlarda iştirak etmək üçün zəruri ola bilər, bir şərtlə ki, belə idarələr və təsərrüfat strukturları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş rəsmiyyətlərə v ə iş qaydasına zidd olmasın.

3.4       Podratçı tərəflərin ümumi öhdəlikləri

(a)       3.5 bəndinin müddəalarına əməl etmək şərtilə, Podratçı tərəflər bu Sazişdə qoyulmuş şərtlərə uyğun olaraq Kontrakt sahəsində Karbohidrogenlərin kəşfiyyatı, qiymətləndirilməsi və işlənməsi üçün lazım olan pul vəsaitini təmin edirlər.

(b)       Bu Sazişin şərtlərinə görə, Podratçı beynəlxalq neft-qaz sənayesində hamılıqla qəbul olunmuş prinsiplərə uyğun olaraq can-başla, təhlükəsiz v ə səmərəli surətdə Neft-qaz əməliyyatları aparmağı öhdəsinə götürür. Texnoloji obyektlər və avadanlıq üçün layihə standartları və texniki şərtlər Layihə standartlarında göstərilmiş müddəalara uyğun gəlməlidir. Əgər Podratçı tərəfin və ya onun Əsas ana şirkətinin (əgər varsa) hər hansı fəaliyyəti, yaxud fəaliyyətsizliyi Podratçı tərəf və ya onun Əsas ana şirkəti (əgər varsa) barəsində tətbiq edilən yurisdiksiyanın qanunlarına əsasən onların cəzalandırılmasına gətirib çıxara bilərsə, Podratçı tərəflərdən heç biri belə fəaliyyətə və ya fəaliyyətsizliyə məcbur edilə bilməz.

3.5       ONŞ-in İştirak payının maliyyələləşdirilməsinə dair xüsusi müddəa

(a)       Digər Podratçı Tərəflər ONŞ-in yüz (100) faizlik əsaslarla ARDNS-nə və ya ARDNŞ-nin hüquqi varisi olan digər Hökumət orqanına məxsus olması şərtilə öz iştirak paylarına müvafiq olaraq Qüvvəyəminmə artımdan etibarən Xam neft hasilatının məbləği 2009-ci İldəkindən iki (2) dəfə yüksək həddə çatacaq olan Təqvim ili müddətinin başa çatmasınadək ONŞ-in İştirak payına düşən Neft-qaz əməliyyatları məsrəflərinin ödənilməsi üçün tələb olunan pul məbləğindən artıq olduğu ana qədər ONŞ-in İştirak payına düşən Neft-qaz əməliyyatları məsrəflərini maliyyələşdirməyi öhdələrinə götürürlər (“Maliyyələşdirmə”).

(b)       Qüvvəyəminmə tarixindən etibarən Maliyyələşdirmənin əvəzi Digər Podratçı tərəflərə onların İştirak paylarına müvafiq olaraq aşağıdakı qaydada ödənilir

(i)         Maliyyələşdirmənin əvəzi bu Sazişin 12.3 bəndinə əsasən ONŞ-nə ayrılmış Kontrakt sahəsindən Məsrəflərin ödənilməsi üçün Karbohidrogenlər həcminin yüz (100) faizindən ödənilir.

(ii)        Maliyyələşdirmənin əvəzinin ödənilməsi üçün 3.5(b)(i) bəndində müəyyən olunmuş Kontrakt sahəsindən Karbohidrogenlər miqdarına mülkiyyət hüququ Çatdırılma məntəqəsində Digər Podratçı tərəflərə verilir. Yuxarıda göstərilən Karbohidrogenlər miqdarının dəyəri 15.1 bəndinin müddəalarına əsasən müəyyən edilir.

(iii)       Yuxarıdakı 3.5(b)(i) bəndi ilə ziddiyyətə girmədən, ONŞ Maliyyələşdirmənin ödənilməmiş balansının (“Ödənilməmiş balans”) əvəzini öz Mənfəət Karbohidrogenləri payı hesabına və ya digər qaydada tamamilə və ya qismən ödəyir. Ödənilməmiş balans dedikdə 3.5(b)(i) bəndinə uyğun olaraq Karbohidrogenlərlə kompensasiya olunmuş müvafiq məbləğlər çıxılmaqla, 3.5(a) bəndinə uyğun olaraq ONŞ-nin İştirak payının maliyyələşdirilməsi üçün Digər Podratçı tərəflərin avansla verdikləri vəsaitlər nəzərdə tutulur.

Maliyyələşdirmənin əvəzinin ödənilməsi üzrə yuxarıda göstərilən müddəalar Maliyyələşdirmə tam ödənilənədək qüvvədə qalmaqda davam edir.

(c)        Sazişin 24.2 bəndinin müddəalarına əməl etmək şərtilə, ONŞ özünün İştirak payının bir hissəsini və ya hamısını hər hansı üçüncü tərəfə və ya başqa Podratçı tərəfə verdikdə, Digər Podratçı tərəflərin bu Sazişin 3.5(a) bəndində göstərilən öhdəlikləri İştirak payının üçüncü tərəfə verildiyi hissəsinə müvafiq məbləğdə azalır. ONŞ və/yaxud ONŞ-nin hüquq varisi İştirak payının başqasına verildiyi günədək Maliyyələşdirmə məbləğlərinin, Ödənilməmiş balans məbləğlərinin verilən İştirak payına müvafiq hissəsini 3.5(b) bəndində göstərilən şərtlərlə Digər Podratçı tərəflərə nağd vəsaitlərlə tam həcmdə kompensasiya etməyə borcludur. ONŞ-in və/yaxud ONŞ-nin hüquq varisinin yuxanda göstərilən öhdəliyi qəbul etməsi İştirak payının başqasına verilməsinin məcburi şərtidir.

(d)       Əgər ARDNŞ bu Sazişə xitam vermək haqqında 31.2 bəndində nəzərdə tutulan hüququndan istifadə edərsə və ya Podratçı 31.3 bəndinə uyğun olaraq Kontrakt sahəsindən imtina etməklə bu Sazişi dayandırarsa, Digər Podratçı tərəflər Ödənilməmiş balansı ödətmək hüquqlarını itirirlər.

(e)        ONŞ-nin bu Sazişdəki iştirak payını iyirmi beş (25) faizdən çox artırması Digər Podratçı tərəflərin 3.5(a) bəndinə uyğun olaraq ONŞ-nin iştirak payını maliyyələşdirmək barəsindəki öhdəliklərini heç bir vəchlə artıra bilməz.

(f)        Əgər ONŞ Digər Podratçı tərəflərə verdiyi bildirişdən sonra gələn Təqvim rübündən başlayaraq öz İştirak payının hər hansı hissəsindən Digər Podratçı tərəflərin xeyrinə imtina etmək arzusu barədə bildiriş təqdim edirsə, Digər Podratçı tərəflərin maliyyələşdirmə üzrə müvafiq öhdəlikləri və ONŞ-nin Maliyyələşdirmənin əvəzini ödəmək öhdəliyi İştirak payından bu cür imtinaya dair qüvvəsini itirir.

 

 

MADDƏ 4

KONTRAKT SAHƏSİ

 

Bu Sazişin məqsədləri baxımından Kontrakt sahəsi dedikdə, bu Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan, ARDNŞ-nin balansında olan sahələr habelə həmin perimetr hüdudlarında şaquli yeraltı formasiya, yeraltı lay və horizontlar, Qüvvəyəminmə tarixinədək ARDNŞ-nin kəşf etdiyi Karbohidrogen ehtiyatlan həmçinin, bu Sazişin həyata keçirilməsi nəticəsində kəşf edilə biləcək bütün Karbohidrogen ehtiyatları başa düşülür.

Neft-qaz əməliyyatları zamanı yeni yataq kəşf olunarsa və bu yatağın geoloji strukturunun üfüqi sərhəddinin Kontrakt sahəsi hüdudlarından kənara çıxması müəyyənləşdirilərsə, Podratçıya əlavə sahələrin verilməsi ARDNŞ-nin hüququdur və belə əlavə sahələr təqdim edildiyi halda Kontrakt sahəsinə aid edilir.

 

MADDƏ 5

BƏRPA VƏ HASİLAT PROQRAMI

 

Qüvvəyəminmə tarixindən sonra doxsan (90) gündən gec olmayaraq Podratçı Kontrakt sahəsinin bərpası və hasilatı planının layihəsini (“Bərpa v ə hasilat proqramı”) hazırlayır v ə ARDNŞ-nin təsdiqinə təqdim edir; bu planda Podratçının Bərpa və hasilat proqramının ARDNŞ tərəfindən təsdiqindən iki (2) il keçdikdən sonra doxsan (90) ardıcıl gün ərzində Kontrakt sahəsindən Xam neft hasilatının 2009-cu ilin Xam neft hasilatının orta sutkalıq səviyyəsini ən azı bir tam onda beş (1,5) dəfə ötən orta sutkalıq səviyyəsinə çatmaq öhdəliyi nəzərdə tutulmalıdır. Bu zaman Podratçı tərəfindən Köklü pozuntu olaraq bu öhdəlik yerinə yetirilmədikdə, ARDNŞ bu Sazişin 31.1 (b) bəndinə uyğun olaraq bu Sazişin qüvvəsinə xitam vermək hüququna malikdir və Qüvvəyəminmə tarixindən etibarən Podratçının çəkdiyi və bu Sazişin xitam tarixinədək əvəzi ödənilməmiş bütün məsrəflərin əvəzi ödənilmir.

Bərpa və hasilat proqramının alındığı tarixdən sonra altmış (60) gün ərzində ARDNŞ onu təsdiq və ya rədd etməlidir. Bərpa və hasilat proqramı alındıqdan sonra altmış (60) gün ərzində ARDNŞ yazılı şəkildə Podratçıdan bu Proqrama hər hansı dəyişikliklərin edilməsini tələb etmirsə, Bərpa və hasilat proqramı ARDNŞ tərəfindən təsdiq olunmuş sayılır. ARDNŞ Bərpa və hasilat proqramına dəyişikliklər edilməsini tələb edərsə, Podratçı və ARDNŞ yenidən baxılmış Bərpa və hasilat proqramını müzakirə edəcəklər. Belə müzakirə başlandıqdan sonra altmış (60) gün ərzində Bərpa və hasilat proqramı ARDN tərəfindən təsdiq olunmazsa, Podratçı sonrakı qırx (40) gün ərzində Bərpa və hasilat proqramının şərtləri üzrə qərar qəbul etmək üçün Arbitraj qaydasına uyğun olaraq arbitraja müraciət edə bilər. Bərpa və hasilat proqramı təsdiq olunanadək (və ya arbitraj qərarı qəbul olunanadək) Podratçı beynəlxalq neft-qaz sənayesində hamılıqla qəbul olunmuş təcrübəyə uyğun olaraq Neft-qaz əməliyyatları apara bilər.

Fors-major halları istisna olmaqla, Podratçı Bərpa və hasilat proqramını ARDNŞ-nə təqdim etməzsə və ya Köklü pozuntu kimi baxılaraq, bu Maddədə göstərilən müddət və həcmlərdə, Bərpa və hasilat proqramına uyğun olaraq Xam neftin orta sutkalıq səviyyəsinə nail olmazsa, ARDNŞ bu Sazişin 31.1 (b) bəndinə uyğun olaraq bu Sazişin qüvvəsinə xitam vermək hüququna malikdir və Qüvvəyəminmə tarixindən etibarən Podratçının çəkdiyi və bu Sazişin xitam tarixinədək əvəzi ödənilməmiş bütün məsrəflərin əvəzi ödənilmir.

Podratçı tərəfindən Neft-qaz əməliyyatları illik iş proqramları və Büdcələrin yerinə yetirilməsi vasitəsilə həyata keçirilir; həmin proqram və Büdcədlərin təsdiqi Bərpa və hasilat proqramının lazımi dərəcədə yeniləşdirilməsi kimi baxılır.

 

MADDƏ 6

İŞLƏNMƏ VƏ HASİLAT DÖVRÜ

 

İşlənmə və hasilat dövrü Bərpa və hasilat proqramının ARDNŞ tərəfindən təsdiqi tarixindən başlayır və bu tarixdən iyirmi beş (25) il ərzində davam edir. ARDNŞ tərəfindən təsdiq olunarsa, bu iyirmi beş (25) illik müddət başa çatdıqdan sonra Podratçının istəyilə İşlənmə və hasilat dövrü əlavə beş (5) il uzadıla bilər.

 

MADDƏ 7

LAYİHƏNİ İDARƏ EDƏN RƏHBƏR KOMİTƏ VƏ İLLİK İŞ PROQRAMLARI

 

7.1       Layihəni idarə edən Rəhbər komitə

İşlənmə və hasilat dövrü başlanandan sonra otuz (30) gündən gec olmayaraq ARDNŞ və Podratçı Rəhbər komitə yaradırlar.

Rəhbər komitənin funksiyaları, bunlarla məhdudlaşmadan, aşağıdakılardan ibarətdir:

(a)       Neft-qaz əməliyyatlarına nəzarət;

(b)       Podratçının İllik iş proqramlarına və Büdcələrinə baxılması, onların dəyişdirilməsi və təsdiqi;

(c)        Mühasibat uçotunun aparılması qaydasına uyğun olaraq məsrəflərin və xərclərin uçotunun aparılmasına nəzarət;

(d)       lazımlı hallarda Rəhbər komitənin yardımçı komitələrinin təşkili və onların işinə nəzarət;

(e)        kadrlar  hazırlığı proqramlarına baxılması, onların dəyişdirilməsi və təsdiqi;

(f)        16.2 bəndinə uyğun olaraq ləğvetmə işləri planına və ləğvetmə əməliyyatlarının dəyərinə baxılması və bunların təsdiqi.

7.2       Rəhbər komitənin İş qaydası

Rəhbər komitənin işi və onun iclasları aşağıda göstərilən qaydalarla aparılır:

(a) Rəhbər komitə ARDNŞ-in və Podratçının bərabər sayda nümayəndələrindən ibarət olacaq. Başlanğıc mərhələsində Rəhbər komitənin tərkibinə ARDNŞ-nin iki (2) nümayəndəsi və Podratçının iki (2) nümayəndəsi (hər Podratçı Tərəfdən bir (1) nümayəndə) təyin ediləcəkdir. Eyni adam həm ARDNŞ-nin, həm də ONŞ-nin nümayəndəsi ola bilməz. İstənilən vaxt Podratçı tərəflərin sayı artdıqda və ya azaldıqda ARDNŞ-nin və Podratçının Rəhbər komitəyə təyin etdiyi nümayəndələrin sayı, şəraitdən asılı olaraq, artırılıb və ya azaldılıb Podratçı tərəflərin sayı ilə bərabərləşdirilir, bu şərtlə ki, ARDNŞ-nin və Podratçının təyin etdikləri nümayəndələrin sayı heç vaxt iki (2) nəfərdən az olmasın. ARDNŞ-nin və Podratçının ixtiyarı var ki, öz nümayəndələrinə əvəzçi təyin etsinlər; əvəzçilər təyin edilmiş nümayəndələrin yerinə iclaslarda iştirak etmək hüququna malikdir və Rəhbər komitənin həmin iclaslarında tam səlahiyyətli nümayəndələr sayılır. ARDNŞ və Podratçı öz nümayəndələrinin və onların əvəzçilərinin adlarını İşlənmə və hasilat dövrü başlanandan sonra on (10) gün ərzində bir-birinə bildirirlər. ARDNŞ və Podratçı göstərilən nümayəndələri və onların əvəzçilərini digər Tərəfə müvafiq surətdə yazılı bildiriş verdikdən sonra dəyişdirə bilərlər.

(b)       Rəhbər komitənin həllinə verilmiş hər hansı məsələ üzrə istər ARDNŞ-nin, istərsə də Podratçının bir (1) səsi olacaq. Bu məqsədlə həm ARDNŞ, həm də Podratçı bir-birinə yazılı bildiriş göndərib onların adından səs verməyə ayrıca vəkil edilmiş nümayəndənin (istəsələr onun əvəzçisinin) ad-familiyasını göstərəcək. Təyin edilmiş bu şəxslər şəraitdən asılı olaraq ARDNŞ-nin və ya Podratçının müvafiq yazılı bildirişi təqdim edilməklə vaxtaşırı dəyişdirilə bilər. Yalnız təyin edilmiş səlahiyyətli nümayəndələrin (yaxud onlar olmadıqda əvəzçilərinin) səsləri kimə aid olmasından asılı olaraq ARDNŞ-nin və ya Podratçının rəsmi səsi kimi hesaba alınır, hər hansı başqa nümayəndə tərəfindən verilmiş və ya verildiyi güman edilən heç bir başqa səs hesaba alınmır.

(c)        Rəhbər komitənin sədrini ARDNŞ özünün Rəhbər komitəyə təyin etdiyi nümayəndələr sırasından təyin edir və o, Rəhbər komitənin iclaslarını aparır.

(d)       Rəhbər komitənin katibini Podratçı özünün Rəhbər komitəyə təyin etdiyi nümayəndələr sırasından təyin edir və onun funksiyasına aşağıdakılar daxildir:

(i)        hər iclasdan əvvəl ARDNŞ ilə Podratçı arasında razılaşdırılan gündəliyi tərtib etmək; və

(ii)       hər iclasdan sonra ARDNŞ-nin və Podratçının Rəhbər  komitənin  iclaslarında səs verməyə vəkil edilmiş nümayəndələri arasında razılaşdırılmış protokolu tərtib etmək və yaymaq.

(e)        7.2(b) bəndinin şərtlərini nəzərə alaraq, Rəhbər komitənin qərarı həm ARDNŞ həm də Podratçı onun lehinə səs verdikdə qəbul olunur.

(f)        Həm ARDNŞ-nin, həm də Podratçının öz məsləhətçilərini və ekspertlərini Rəhbər komitənin iclaslarına göndərmək hüququ var. İclaslarda iştirak edən məsləhətçilər və ekspertlər üçün çəkilən xərclər, Rəhbər komitənin buna razılıq verdiyi hallar istisna olmaqla, ödənilən məsrəflərə aid edilmir.

(g)       ARDNŞ-nin və Podratçının nümayəndələrinin ümumi sayının dörddə üç (3/4) hissəsinin, o cümlədən ARDNŞ-in və Podratçının müvafiq olaraq səsvermə üçün təyin və vəkil etdikləri iki (2) şəxsin (və ya onların əvəzçilərinin) iştirakı Rəhbər komitə üçün yetərsay hesab edilir.

(h)       Rəhbər komitə Təqvim ilində iki (2) dəfədən az olmayaraq toplanır. Başqa razılaşma olmadıqda, İclaslar Bakıda keçiriləcək. Həm ARDNŞ-nin, həm də Podratçının razılığı olduqda, Rəhbər komitənin qərarları faktiki iclas keçirilmədən qəbul edilə bilər, bu şərtlə ki, telekonfrans və ya videokonfransın gedişində 7.2(g) bəndinin müddəalarına əsasən müəyyənləşdirilmiş zəruri yetərsaya riayət edilsin; iclas məktublar, fakslar və ya telekslər mübadiləsi yolu ilə keçirildikdə isə həmin məktubların, faksların və telekslərin surətləri bütün Tərəflərə göndərilmiş olsun. Sonra qərarlar dərhal yazılı şəkildə qeydə alınır və ARDNŞ-nin və Podratçının müvafiq olaraq ARDNŞ və Podratçı əvəzinə səs verməyə vəkil edilmiş nümayəndələri tərəfindən təsdiq edilir. Fövqəladə hadisələr istisna olmaqla, Tərəflərdən hər birinin qərarların qəbul olunması prosesində iştirak etmək imkanını təmin etmək məqsədilə, iclasın əyani, telekonfrans, məktub, faks və ya digər yolla keçirilməsindən asılı olmayaraq, bütün Tərəflər ən azı on beş (15) gün qabaqcadan hər bir iclas barədə bildiriş almalıdırlar.

(i)        ARDNŞ və Podratçı on beş (15) gün əvvəl bir-birinə yazılı bildiriş göndərməklə, Rəhbər komitənin əlavə iclaslarını çağırmaq hüququna malikdir.

7.3       İllik İş proqramları və Büdcələr

(a)       Qüwəyəminmə tarixindən ən geci üç (3) ay ərzində Podratçı ARDNŞ-nin müzakirəsinə və təsdiqinə bu Sazişin 5-ci maddəsinin tələblərinə müvafiq olaraq Bərpa və hasilat proqramının təsdiqindən sonra, ilkin olaraq Rəhbər Komitə tərəfindən təsdiq edilmiş, əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulan birinci İllik iş proqramı və Büdcəni təqdim edir.

Növbəti Təqvim ilinin başlanmasına ən azı üç (3) ay qalmış, İşlənmə və hasilat dövrü ərzində Podratçı həmin Təqvim ili üçün təklif etdiyi Neft-qaz əməliyyatlarım nəzərdə tutan İllik iş proqramı və ona müvafiq Büdcəni hazırlayır və Rəhbər komitənin təsdiqinə verir, yaxud hazırlanıb təsdiqə verilməsini təmin edir. İllik iş proqramı və Büdcə təqdim edildikdən sonra otuz (30) gün ərzində bu sənədlərə, onlara təklif olunan dəyişikliklərə baxmaq, habelə İllik iş proqramını və Büdcənin son variantını təsdiq etmək məqsədilə Rəhbər komitənin iclası çağırılır. ARDNŞ və Podratçı razılığa gəlmişlər ki, işin gedişi zamanı və müəyyən hallarla əlaqədar əldə olunan informasiya illik iş proqramında düzəlişlər edilməsinə əsas ola bilər; beləliklə, Podratçı İllik iş proqramında və Büdcədə düzəliş edilməsini Rəhbər komitəyə istənilən vaxt təklif edə bilər. Bu 7.3 bəndində və 7.4 bəndində nəzərdə tutulmuş müddəalar istisna olmaqla, müvafiq illik iş proqramından və Büdcədən xeyli dərəcədə kənara çıxan hər hansı əməliyyatları Rəhbər komitənin razılığını almadan həyata keçirməyə Podratçının ixtiyarı yoxdur. İllik iş proqramının yerinə yetirilməsi üçün zəruri hallarda Podratçının müvafiq Təqvim ili ərzində həmin il üçün nəzərdə tutulan Büdcə xərclərinə artırmasına icazə verilir, bu şərtlə ki, həmin xərcləri artırmaq barəsində Rəhbər komitənin qərarının olduğu hallar istisna edilməklə, xərclərin artırılması Büdcə maddəsinin on (10) faizindən çox olmasın, və Təqvim ilində xərclərin bu cür artırılması qəbul olunmuş Büdcənin ümumi məbləğinin on (10) faizindən çox olmasın, və bu cür xərclərin zəruriliyi əsaslandırılıb sübuta yetirilərsə, belə qərar qəbul edilməyə bilməz.

(b)       Rəhbər komitənin təsdiq edildiyi tarixdən sonra altmış (60) gün ərzində Rəhbər komitə birinci İllik iş proqramını və Büdcəni, hər növbəti illik iş proqramlarının və Büdcənin aid olduğu Təqvim ilinin birinci gününədək həmin proqramları və büdcələri təsdiq etməyibsə, Podratçının ixtiyarı var (lakin borclu deyildir) ki, .İllik iş proqramı və Büdcə Rəhbər komitə tərəfindən təsdiq edilənədək və ya İllik iş proqramı və Büdcə ilə bağlı hər hansı mübahisə ArbitraJ qaydalarında nəzərdə tutulduğu kimi, arbitraj yolu ilə həll edilənədək özünün təklif etdiyi illik iş proqramına və Büdcəyə tam və ya qismən əməl etməklə Neft-qaz əməliyyatları aparsın.

Rəhbər komitə illik iş proqramını və Büdcəni razılaşdıran kimi və ya arbitrlərin qərarı elan olunan kimi Podratçı qəbul edilmiş razılaşmaya və ya qərara uyğun olaraq cari və/yaxud növbəti illik iş proqramını və müvafiq Büdcəni (şəraitə görə) təshih edir, bu şərtlə ki, Podratçı gördüyü işləri ləğv etməyə məcbur deyil, başlanmış işləri zəruri hesab etdiyi həcmdə axıra çatdıra bilsin, təklif edilən illik iş proqramı və Büdcə üzrə Neft-qaz əməliyyatları aparılarkən Podratçının çəkdiyi bütün məsrəflər Neft-qaz əməliyyatları üçün Məsrəflər sayılsın və bu Sazişdə nəzərdə tutulmuş müddəalara müvafiq surətdə Ödənilməli olsun. Yuxarıda deyilənlərə baxmayaraq, illik iş proqramının hər hansı hissəsinin yerinə yetirilməsi gedişində Podratçının çəkdiyi və Rəhbər komitənin bu illik iş proqramına və Büdcəyə baxılan iclasının protokolunda göstərilmiş, lakin Rəhbər komitə tərəfindən təsdiq edilməmiş və sonra arbitrajın qərarı ilə ARDNŞ-nin xeyrinə sayılmış məsrəflər Podratçıya Məsrəflərin ödənilməsi mexanizmi üzrə kompensasiya edilməyəcək; bütün digər hallarda işə Podratçı aşağıdakı maddələr üzrə öz Məsrəflərinin ödənilməsi hüququna malikdir:

(i)        Podratçının davam edən öhdəlikləri, o cümlədən arbitraj prosesi başlananadək bağlanmış müqavilələri; və

(ii)       Podratçının kollektoru, avadanlığı və mədən obyektlərini qorumaq üçün zəruri saydığı işlər;

(iii)      Podratçının ətraf mühitin, sağlamlığın və təhlükəsizliyin mühafizəsini təmin etmək üçün zəruri saydığı işlər.

7.4       Qaza tədbirləri

Bu Sazişin hər hansı müddəasına zidd olsa belə Podratçı bədbəxt hadisə baş verdikdə və ya digər qəza vəziyyəti yarandıqda (və ya qəza vəziyyəti gözlənildikdə) insanların həyatının, sağlamlığının, ətraf mühitin və mülkiyyətin mühafizəsi üçün zəruriliyini ağlabatan saydığı bütün tədbirləri görəcək. Belə tədbirlərin görülməsinə çəkilən xərclər sanksiya verilmiş əlavə xərclər kimi avtomatik surətdə həmin dövr üçün qüvvədə olan Büdcəyə daxil edilir; bu cür bədbəxt hadisənin, qəza vəziyyətinin (və ya gözlənilən qəza vəziyyətinin) Podratçının Qərəzli səhlənkarlığı nəticəsində əmələ gəldiyi hallar istisna olmaqla, bu xərclər Neft-qaz əməliyyatları üçün çəkilmiş Məsrəflər kimi qiymətləndirilir və əvəzi bu Sazişə əsasən ödənilməlidir.

 

 

MADDƏ 8

ƏMƏLİYYAT ŞİRKƏTİ İŞÇİ HEYƏTİ VƏ PEŞƏ TƏHSİLİ

 

8.1       Əməliyyat şirkəti

(a)       İmzalanma tarixindən sonra mümkün qədər qısa müddətdə Neft-qaz əməliyyatlarının aparılması məqsədilə Podratçı əməliyyatçı kimi fəaliyyət göstərən və bütün Podratçı tərəflərə onların İştirak paylarına mütənasib olaraq məxsus olan Müştərək Əməliyyat şirkəti (“Müştərək Əməliyyat şirkəti”) yaradır. Podratçı tərəflər Müştərək Əməliyyat şirkəti direktorlar şurasında İştirak paylarına mütənasib olaraq təmsil olunmalıdırlar. Müştərək Əməliyyat şirkətində bütün Podratçı tərəflərin işçi heyəti onlara məxsus olan iştirak payına mütənasib olaraq təmsil olunur və bu işçi heyəti Müştərək Əməliyyat şirkətinin rəhbərliyi altında vahid struktur kimi işləyir.

(b)       Əməliyyat şirkəti Azərbaycan Respublikasından kənarda təsis edilə və ya yaradıla bilər, lakin fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə Azərbaycan Respublikasında qeydə alınmalıdır.

(c)        ARDNŞ-nin əvvəlcədən razılığına əsasən Podratçı tərəflərin Qüvvəyəminmə tarixindən sonra mümkün qədər qısa müddət ərzində bağlamalı olduqları birgə əməliyyat sazişində (“Birgə əməliyyat sazişi”) müəyyən olunmuş qaydada və hallarda yazılı şəkildə Əməliyyat şirkəti təyin edərək Müştərək Əməliyyat şirkətini əvəz etmək hüququna malikdir, və, həmin əvəz edən Əməliyyat şirkəti Podratçı tərəflərdən birinin Ortaq şirkətidir. Podratçı əvəz edilən Müştərək Əməliyyat şirkətinin vəzifələrinin lazımi və mütəşəkkil qaydada əvəz edən Əməliyyat şirkətinə keçməsini təmin edir.

8.2.      Əməliyyat şirkətinin məsuliyyət dairəsi

(a)       Əməliyyat şirkəti, Podratçının adından Neft-qaz əməliyyatlarının gündəlik idarə olunmasına, əlaqələndirilməsinə, həyata keçirilməsinə və aparılmasına cavabdehdir, habelə Podratçının tapşırığı ilə vaxtaşırı digər funksiyaları yerinə yetirə bilər.

(b)       Podratçının verdiyi səlahiyyətlər çərçivəsində Əməliyyat şirkəti illik iş proqramlarını həyata keçirmək üçün zəruri olan hər hansı gündəlik işlərə dair subpodrat müqaviləsi bağlaya bilər.

8.3       Təşkilat

Əməliyyat şirkəti işçi heyətinin mümkün minimum sayı ilə məhdudlaşır və Podratçı adından Neft-qaz əməliyyatlarının gündəlik aparılması üçün zəruri olan idarəetmə, texniki mütəxəssislər, əməliyyat, istismar və inzibati heyətdən ibarətdir.

8.4       Qərarlar

(a)       Neft-qaz əməliyyatlarının aparılmasına aid olan qərarları Podratçı tərəflər özlərinin Birgə əməliyyat sazişində razılaşdırdıqları səsvermə mexanizminə uyğun olaraq Podratçının idarəetmə komitəsində səsvermədə iştirak etməklə qəbul edirlər, bu zaman Tərəflər razılaşırlar ki, işlənmə və hasilat dövrü ərzində Podratçının idarəetmə komitəsinin qərarları səsvermə anında Saziş üzrə iştirak payının və Birgə Əməliyyat Sazişi üzrə iştirak payının birlikdə səksən (80) faizinə malik Əməliyyat şirkətini idarə edən Tərəflərin müsbət səsverməsi ilə qəbul olunur, bu şərtlə ki, Podratçı tərəflər bu Sazişin 3.5 bəndinə əsasən maliyyələşdirilməsi Digər podratçı tərəflər tərəfindən həyata keçirilən işlərin yerinə yetirilməsi ilə bağlı məsələlər üzrə qərarların qəbul olunması üçün xüsusi şərtlər hazırlayacaqlar.

(b)       Podratçı tərəf kimi ONŞ, komitələr və Podratçının idarəetmə komitəsi də daxil olmaqla, lakin bununla məhdudlaşmadan, qərarların qəbul edilməsi mərhələlərinin hamısında eynilə digər Podratçı tərəflər kimi iştirak edir.

8.5       İş qaydası

Əməliyyat şirkətinin bu Sazişə uyğun olaraq Neft-qaz əməliyyatlarının aparılmasından ötrü zəruri saydığı qaydalardan və üsullardan istifadə etmək hüququ var.

8.6       Əməliyyat şirkətinin statusu

Əməliyyat şirkəti bu Sazişdə Podratçı tərəflər üçün nəzərdə tutulmuş bütün güzəştlərdən istifadə etmək, hüquq və imtiyazlardan, yaxud tələblərdən imtina etmək, ödənişlərdən azad edilmək, kompensasiyalar almaq hüququna malikdir. Əməliyyat şirkəti Neft-qaz əməliyyatları aparılarkən Podratçı tərəflər adından ona Podratçı tərəflərin sahib olduqları və ya istifadə etdikləri əmlakdan və ya avadanlıqdan sərbəst istifadə etmək və əmlakları və ya avadanlıqları almağı hüququ verilə bilər); Podratçı tərəflərin təlimatlarını və ya göstərişlərini yerinə yetirərək yalnız bu Saziş üzrə Əməliyyatçı kimi fəaliyyət göstərir; hasil edilən Karbohidrogenlərin hər hansı payına sahib olmaq hüququna malik deyildir və mənfəətsiz və itkisiz işləyir. Əməliyyat şirkətinin mühasibat uçotu kitablarına və hesablarına bütün maliyyə varidatları və bu Sazişə müvafiq olaraq Podratçı tərəflərin öhdəsinə verilən başqa əməliyyatlar daxil edilir, bu zaman sanki Əməliyyat şirkəti kommersiya təşkilatı kimi mövcud deyildir və bütün məqsədlər üçün onun Vergi qoyulan mənfəətinin həcmi sıfra (0) bərabərdir. işlənmə və Hasilat dövründə Əməliyyat şirkətinin hər hansı daxili yoxlamaları, təftişləri, auditi, yenidən təşkili, struktur dəyişiklikləri və i.a. Podratçının hesabına aparılır və əgər belə daxili yoxlamalar, təftişlər, auditlər, yenidən təşkillər, struktur dəyişiklikləri və i.a. Rəhbər komitə tərəfindən təsdiq olunmamışdırsa, onların xərclərinin əvəzi Ödənilmir.

8.7       İşçi heyəti

(a)       Sazişin bu 8.7 həmçinin 8.1 və 8.3 bəndlərinin şərtləri ilə ziddiyyətə girmədən, Podratçı ARDNŞ-nin struktur bölməsi olan “Balaxanı” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) ləğv edilməsi nəticəsində işdən azad edilmiş işçi heyətini Əməliyyat şirkətində işlə təmin etməyi öhdəsinə götürür. Bu cür işlə təmin etmə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilməlidir.

(b)       Podratçı və onun Subpodratçıları, habelə Əməliyyat şirkəti və onun Subpodratçıları öz işçilərinə münasibətdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə işverən üçün nəzərdə tutulmuş bütün. hüquqlara malikdirlər, o cümlədən Podratçının, onun Subpodratçılarının, habelə Əməliyyat şirkətinin və onun Subpodratçılarının fikrincə Neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan adamları işə götürmək hüququna malikdirlər.

(c)        Podratçı ağlabatan və mümkün hədlərdə Əməliyyat şirkətindən tələb edir ki, Əməliyyat şirkəti ağlabatan və mümkün hədlərdə Neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikası vətəndaşlarının işə götürülməsinə üstünlük versin, (bu üstünlüyün əməliyyatların səmərəliliyinə uyğun gəlməsi şərtilə) bu şərtlə ki, həmin vətəndaşlar Əməliyyat şirkətinin tələblərinə cavab verən lazımi biliyə, ixtisasa və təcrübəyə malik olsunlar. Bu vətəndaşların 8.8 bəndinə müvafiq olaraq peşə öyrənmək hüququ vardır. Azərbaycan Respublikası vətəndaşlarının işə götürülməsi barədə Podratçı aşağıdakılara razıdır:

(i)         Əməliyyat şirkəti vaxtaşırı olaraq ARDNŞ-ə Əməliyyat şirkəti üçün tələb olunan əməkdaşların peşə və vəzifəsi göstərilməklə siyahısını təqdim edir. Bundan əlavə, Əməliyyat şirkətinin göstərişi ilə Subpodratçılar da vaxtaşırı olaraq tələb olunan əməkdaşların peşə və vəzifəsi göstərilməklə siyahısını ARDNŞ-nə təqdim edirlər. Tələb olunan peşə və vəzifələrin siyahısı ARDNŞ tərəfindən baxıldığı müddət ərzində işin tələb və ehtiyaclarından (Əməliyyat şirkətinin müəyyənləşdirdiyi kimi) və ya Əməliyyat şirkəti və ya onun Subpodratçıları tərəfindən işə götürülmüş Azərbaycan vətəndaşlarının həmin şirkətlərin daxilində başqa işə keçirilməsi vasitəsilə bir və ya daha çox iş yerinin tutulması səbəbindən Əməliyyat şirkəti tərəfindən dəyişdirilə bilər.

(ii)        bu siyahını aldıqdan sonra otuz (30) gün müddətində ARDNŞ özünün tövsiyə etdiyi namizədlərin siyahısını Əməliyyat şirkətinə və onun Subpodratçılarına təqdim edir;

(iii)       ARDNŞ-nin siyahısında göstərilmiş namizədlər Əməliyyat şirkətinin və ya Subpodratçıların tələblərinə uyğun gəlirsə, Əməliyyat şirkətinə və Subpodratçıların təşkilatlarına işə götürülərkən Azərbaycan Respublikasının digər vətəndaşları ilə müqayisədə onlara üstünlük verilir;

(iv)      əgər Əməliyyat şirkətində və Subpodratçıların təşkilatlarında boş yerlər qalırsa, ARDNŞ boş yerlər siyahısını aldıqdan sonra iki (2) həftə müddətində Əməliyyat şirkətinə və ya həmin Subpodratçılara tövsiyə etdiyi namizədlərin əlavə siyahısını verir və yalnız hələ də boş yerlər qalırsa, bu yerlər Əməliyyat şirkətinin, yaxud Subpodratçıların öz mülahizəsi ilə Azərbaycan Respublikası vətəndaşları hesabına doldurula bilər;

(v)       əgər Əməliyyat şirkətinin və ya həmin Subpodratçıların müstəqil seçdikləri namizədlər ARDNŞ-nin əməkdaşlarıdırsa, bu namizədlər işə ARDNŞ ilə məsləhətləşmədən sonra götürülürlər;

(vi)      Neft-qaz əməliyyatlarının aparılması üçün ştatların Azərbaycan Respublikası vətəndaşları ilə komplektləşdirilməsinə dair ümumi tapşırıq aşağıda göstərilir

 

Qüvvəyəminma tarixindən

Azərbaycan Respublikasının vətəndaşları

 

 

Mühəndis-texniki işçilər

ən azı 70%

Fəhlə heyəti

ən azı 90%

 

 

Qüvvəyəminmə tarixindən beş (5) il sonra

 

 

Mühəndis-texniki işçilər

ən azı 90%

Fəhlə heyəti

ən azı 95%

 

(d)       8.7(c) bəndinin müddəalarına əməl etmək şərtilə Podratçı, Əməliyyat şirkəti və onların hər hansı Subpodratçıları bu sənədlə vəkil edilmişlər və ixtiyarları çatır ki, bu Sazişin qüvvədə olduğu bütün müddətdə Neft-qaz əməliyyatlarının aparılması ilə əlaqədar işə götürdükləri bütün kadrların sayını və seçilməsi üsulunu müəyyənləşdirsinlər. Podratçının, Əməliyyat şirkətinin və Subpodratçıların işə götürdükləri bütün Azərbaycan Respublikası vətəndaşları işə yazılı əmək müqaviləsi üzrə qəbul edilirlər, müqavilədə iş gününün müddəti, əmək haqqının məbləği, verilən güzəştlər, habelə bütün qalan iş şərtləri müəyyənləşdirilir. İşə qəbul olunmuş kadrlar onlarla bağlanmış yazılı əmək müqavilələrinə müvafiq surətdə Podratçının, Əməliyyat şirkətinin və ya hər hansı Subpodratçının mülahizəsi ilə müəyyənləşdirilən, Neft-qaz əməliyyatları ilə bağlı iş yerlərinə göndərilirlər. Podratçının, Əməliyyat şirkətinin və hər hansı Subpodratçının ixtiyarı var ki, kadrların işə götürülməsi və işdən çıxarılması, işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi sahəsində beynəlxalq neft-qaz sənayesində hamılıqla qəbul edilmiş siyasət yeritsinlər, ən yüksək səmərəliliyi və işçi heyətin işə maraq göstərməsini təmin etmək üçün Podratçının və hər hansı Subpodratçının təcrübəsinə və mülahizələrinə əsasən daha yararlı olan maddi həvəsləndirmə proqramları və metodları (istər xarici mütəxəssislər, istərsə də Azərbaycan Respublikası vətəndaşları üçün) tətbiq etsinlər.

8.8       Peşə təhsili

Podratçı Neft-qaz əməliyyatları ilə bağlı Azərbaycan Respublikası vətəndaşlarına-kadrlara peşə öyrədilməsini (o cümlədən təkrar peşə təlimini) təmin edir. Podratçının bu 8.8 bəndi ilə nəzərdə tutulan xərclərini Rəhbər komitə müvafiq illik iş proqramı və Büdcə çərçivəsində təsdiq edir və bunlar Neft-qaz əməliyyatları üçün Məsrəflərə daxil edilir; lakin, göstərilən xərclərin ildə yüz əlli min (1 50.000) Dollara qədərinin Əvəzi ödənilmir. Yüz əlli min (1 50.000) Dollardan artıq xərclər Neft-qaz əməliyyatları məsrəflərinə daxil edilir və Əvəzi ödənilir.

 

MADDƏ 9

HESABAT VƏ NEFT-QAZ ƏMƏLİYYATLARININ YOXLANMASI HÜQUQU

 

9.1       Hesabat və sənədlər

Podratçı Neft-qaz əməliyyatlarına dair sənədləri və hesabatları aşağıdakı qaydada tərtib və təqdim edir:

(a)       Podratçı Kontrakt sahəsində Neft-qaz əməliyyatlarının aparılması gedişində əldə etdiyi, Kontrakt sahəsinə aid olan bütün geoloji və geofiziki informasiyanı və məlumatları orijinalda və ya keyfiyyətlə köçürülə və ya surəti çıxarıla biləcək şəkildə, yaxud yeri gəldikcə, lentlərdə və ya digər daşıyıcılarda qeydə alır və bu cür informasiyanı və məlumatları əldə etdikdən sonra əməli cəhətdən ən qısa müddətlərdə onların surətlərini, o cümlədən təfsirlərini, qazma jurnallarını və quyuların karotaj diaqramlarını, habelə beynəlxalq neft-qaz sənayesinin hamılıqla qəbul edilmiş təcrübəsi ilə nəzərdə tutulan, Podratçının aldığı hər hansı digər informasiyanı ARDNŞ-nə verir.

(b)       Podratçı neft-qaz sənayesinin hamılıqla qəbul edilmiş beynəlxalq təcrübəsinə uyğun olaraq aşağıdakı məlumatları daxil etməklə qazma jurnalları tərtib edir və quyuların qazılması, dərinləşdirilməsi, tamponajı və ya ləğvi haqqında qeydlər aparır:

(i)         quyunun qazıldığı horizontlar haqqında;

(ii)        quyuya endirilən qoruyucu borular, qazma və nasos-kompressor boruları, quyu avadanlığı və alətlər, habelə onların yeniləşdirilməsi və əvəzediciləri haqqında;

(iii)       aşkar edilmiş Karbohidrogenlər, su və faydalı mineral ehtiyatları haqqında;

Habelə beynəlxalq neft-qaz sənayesinin hamılıqla qəbul edilmiş təcrübəsi ilə nəzərdə tutulan digər informasiyanı.

(c)        Yuxarıdakı 9.1 (b) bəndində müvafiq surətdə tələb olunan informasiya ARDNŞ-nə konkret quyunun qazılıb başa çatdırılmasından sonra doxsan (90) gün müddətində quyuların qazılıb başa çatdırılmasına dair hesabatlar şəklində təqdim edilir;

(d)       Zərurət olduqda, laboratoriya tədqiqatı və ya analizi məqsədilə Podratçının ixtiyarı var ki, Kontrakt sahəsindən götürülmüş petroloji nümunələri (o cümlədən süxur və şlam nümunələrini) və ya Karbohidrogen nümunələrini, habelə quyuda aşkar edilmiş formasiyaların və ya suyun xarakterik nümunələrini və lent, yaxud digər daşıyıcılar üzərində olan seysmik məlumatı Azərbaycan Respublikasından aparsın. ARDNŞ-nin müvafiq sorğusu ilə Podratçı Azərbaycan Respublikasından çıxarmaq istədiyi materialların surətini və ya bu materialların ekvivalent nümunələrini ARDNŞ-nə təqdim edəcəkdir.

e)         Podratçı ARDNŞ-nə aşağıdakı hesabatları təqdim edir:

(i)         daxil olduqca qazma işləri haqqında gündəlik hesabatları və mədən-geofiziki tədqiqatlar haqqında həftəlik hesabatları;

(ii)        hər Təqvim rübü başa çatdıqdan sonra on beş (15) gün ərzində əvvəlki Təqvim rübündə aparılmış Neft-qaz əməliyyatlarının gedişi haqqında aşağıdakılardan ibarət hesabatı:

(1)       aparılmış Neft-qaz əməliyyatlarının təsviri və əldə edilmiş faktik informasiya, o cümlədən bütünlükdə Kontrakt sahəsindən və ayrıca hər bir quyudan Karbohidrogenlər hasilatının həcmi; və

(2)       Podratçının əməliyyatlar apardığı sahənin təsviri; və

(3)       bütün quyuların yerini və digər Neft-qaz əməliyyatlarının aparıldığı sahələri göstərən xəritə;

(iii)       hər Təqvim ili qurtardıqdan sonra üç (3) ay ərzində yuxarıdakı (ii) bəndində göstərilmiş məsələləri əvvəlki Təqvim ili üçün ümumiləşdirən illik hesabatı;

(iv)      Neft-qaz əməliyyatlarının əsas elementlərinin görülüb başa çatdırılması haqqında və ya gözlənilməz hadisələr haqqında hesabatları, habelə Rəhbər komitənin sorğusu ilə digər hesabatları Üstəlik, Podratçı Karbohidrogenlərin kəşfindən savayı bütün digər kəşflər, məsələn, qeyri-karbohidrogen təbii ehtiyatlarının kəşfləri barəsində ARDNŞ-ə məlumat verməyə borcludur.

9.1 (e)(i) bəndinə uyğun olaraq ARDNŞ-nə təqdim edilməli olan gündəlik və həftəlik cari hesabatlar tərtib edildiyi dildə, 9.1 bəndinə uyğun olaraq ARDNŞ-nə təqdim edilməli olan bütün qalan hesabatlar və sənədlər ingilis və Azərbaycan dillərində təqdim edilir.

9.2       Neft-qaz əməliyyatlarının yoxlanması

Yoxlama aparılmasına ən azı üç (3) gün qalmış yazılı şəkildə bildirmək şərtilə, ARDNŞ-nin lazımi qaydada səlahiyyət verilmiş nümayəndələrinin ixtiyarı var ki, Neft-qaz əməliyyatlarına aid işləri, obyektləri, avadanlığı və materialları əsaslandırılmış müntəzəmliklə və ağlabatan vaxtda yoxlasınlar, lakin belə yoxlama Neft-qaz əməliyyatlarının aparılmasına əsassız mane olmamalı və ya bunları ləngitməməlidir.

 

MADDƏ 10

TORPAQ SAHƏLƏRİNİN İSTİFADƏSİ

 

ARDNŞ Saziş müddəti ərzində Neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini pulsuz istifadə üçün Podratçının sərəncamına verir (bu şərtlə ki, Podratçının həmin istifadəsi ARDNŞ-nin bunlardan istifadə etməsi üçün əsassız maneələr törətməsin, habelə bu şərtlə ki, Podratçının belə istifadəsi nəticəsində ARDNŞ hər hansı xərclər çəkərsə, Podratçı ARDNŞ-nə birbaşa və ya dolayı yolla heç bir mənfəət qazandırmadan həmin xərcləri ödəsin), və ARDNŞ öz səlahiyyətlərinin tam həcmi daxilində qanun çərçivəsində mümkün olan bütün səyləri göstərir ki, Podratçı Neft-qaz əməliyyatları aparmaq məqsədilə ARDNŞ-nın qanuni istifadəsində olan torpaq sahələrindən kənarda dövlətə məxsus başqa zəruri torpaq sahələrini, o cümlədən digər işlərlə yanaşı, boru kəmərlərinin, kabellərin və avadanlığın inşası, çəkilməsi, istismarı və onlara texniki xidmət üçün sahələri pulsuz istifadədən ötrü ala bilsin. Podratçı Neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan yerüstü və yeraltı obyektləri inşa və istismar etmək hüququna malikdir. Torpaq sahələrinin (o cümlədən, bu 10-cu Maddənin şərtlərinə müvafiq olaraq ARDNŞ tərəfindən Podratçıya verilən sahələrin) ayrılması və Podratçının həmin sahələrdə tikdiyi obyektlərin yerləşdirilməsi, bu Sazişdə müəyyənləşdirilmiş başqa şərtlər istisna olmaqla, torpaqdan istifadə sahəsində məhdudiyyətlərə dair Azərbaycan qanunvericiliyinə müvafiq surətdə aparılır.

 

MADDƏ 11

OBYEKTLƏRDƏN İSTİFADƏ

 

11.1     ARDNŞ-nə məxsus obyektlər

Podratçıya və Əməliyyat şirkətinə imzalanma tarixində Balaxanı blokunda Neft və qaz əməliyyatlarında və onların aparılması məqsədilə ARDNŞ-nin və NQÇİ-nin onun ləğv edilməsindən öncə istifadə etdiyi əsaslı fondlardan (o cümlədən, lakin bunlarla məhdudlaşmadan, istehsal avadanlığı, avtonəqliyyat, quyular, nasoslar, saxlanma obyektləri, alətlər, generatorlar, kompressorlar, boru kəmərləri, ofis binaları, anbarlar, binalar, qurğular, tikinti meydançaları, yollar, infrastruktur, radiocihazlar, nasos-kompressor boruları, . mallar, materiallar, obyektlər, avadanlıq) ödənişsiz istifadə etmək hüququ verilir, bu şərtlə ki, ARDNŞ bu əsaslı fondlara mülkiyyət hüququnu qoruyub saxlayır, habelə bu şərtlə ki, yuxarıda sadalanan əsaslı fondlar ARDNŞ tərəfindən öz daxili əməliyyatlarında istifadə olunmur.

Podratçı ARDNŞ-nin müstəqim və ya dolayı sahibliyində və ya nəzarəti altında olan hər hansı obyektləri, o cümlədən, lakin bununla məhdudlaşmadan, infrastrukturu, gəmiləri, qazma qurğularını, nəqliyyat vasitələrini, təchizat bazalarını, anbarları və liman tikililərini əsaslı təmir, rekonstruksiya etdikdə və ya modernizasiya etdikdə, ARDNŞ Neft-qaz əməliyyatlarının yerinə yetirilməsi üçün həmin obyektlərdən lazımi dərəcədə istifadə olunmasında Podratçıya üstünlük hüququ verilməsini təmin edir.

Podratçı və ARDNŞ imzalanma tarixindən sonra və Qüvvəyəminmə tarixinə qədər mümkün olan ən qısa müddət ərzində ləğv edilmədən öncə NQÇİ-nin balansında olan və/ ya Kontrakt sahəsi hüdudlarında olan və imzalanma tarixinədək Balaxanı blokunda Neft Qaz əməliyyatları aparılması məqsədilə ARDNŞ və NQÇİ tərəfindən istifadə edilən NQÇİ-nin Podratçıya verdiyi * bütün əsaslı fondların inventarizasiyasını aparır və bundan sonra Tərəflər belə əsaslı fondların dərhal lazımi qaydada Əməliyyat şirkətinin istifadəsinə verilməsini təmin edirlər.

11.2     ARDNŞ-nin yardımı

(a)       ARDNŞ Hökumət orqanları və üçüncü tərəflər qarşısında öz səlahiyyətlərinin tam həcmi daxilində qanun çərçivəsində mümkün olan bütün səyləri göstərir ki, Karbohidrogenlər payı üçün Azərbaycan Respublikasında bütün zəruri nəqletmə, hazırlama və daşıma vasitələrindən, habelə infrastrukturdan istifadə üçün Podratçıya həmin obyektlərin və strukturun hər hansı digər real istifadəçisinə kommersiya əsasında verilən və ya onunla razılaşdırılan şərtlərdən az sərfəli olmayan şərtlərlə imkan yaradılsın;

(b)       ARDNŞ Hökumət orqanları və üçüncü tərəflər qarşısında öz səlahiyyətlərinin tam həcmi daxilində qanun çərçivəsində mümkün olan bütün səyləri göstərir ki, Azərbaycan Respublikasının hüdudlarından kənardakı müvafiq hakimiyyət orqanlarından və yurisdiksiyalardan və Podratçının Neft-qaz əməliyyatları üçün ağlabatan dərəcədə zəruri saydığı və/və yaxud göstərilən hakimiyyət orqanlarının və yurisdiksiyaların tələb edə biləcəyi hüquqları, imtiyazları, səlahiyyətləri, icazələri və başqa razılaşmaları almaqda Podratçıya kömək etsin, lakin ARDNŞ adları çəkilən hüquqların, imtiyazların, səlahiyyətlərin və icazələrin alınmadığı təqdirdə məsuliyyət daşımır. Belə razılaşmalar sırasına digər məsələlərlə yanaşı, ixrac boru kəmərinin çəkilməsi üçün sahələr ayrılması, istismar hüquqlarının verilməsi, Kontrakt sahəsində hasil edilmiş və saxlanmış Karbohidrogenlərin, Azərbaycan Respublikasına göndərilən və ya onun ərazisindən aparılan materialların, avadanlığın və digər maddi-texniki təchizat predmetlərinin yüklənib yola salınmasına, anbara vurulmasına və ya boşaldılıb yüklənməsinə dair icazələr və öhdəliklər, habelə dövlət, yerli və digər vergilərdən, daşıma tariflərindən, yerinə yetirilən Neft-qaz əməliyyatları üçün başqa yurisdiksiyalarda göstərilmiş digər tariflərdən və əlavələrdən azadedilmə məsələləri daxildir.

(c)        ARDNŞ Hökumət orqanları və Üçüncü tərəflər qarşısında öz səlahiyyətlərinin tam həcmi daxilində qanun çərçivəsində mümkün olan bütün səyləri göstərəcək, iştirak payına, nəzarət və idarə etmək və ya fəaliyyəti istiqamətləndirmək hüququna malik olduğu öz Ortaq şirkətləri, birgə müəssisələri və ya təşkilatları barəsində isə təminat yaradacaq ki, Podratçı Azərbaycan Respublikasında başqa obyektlərlə yanaşı, sahil qurğuları, zavodlar, dəniz infrastrukturu obyektləri, təchizat bazaları və gəmilər, anbarlar, mallar, xidmətlər və nəqliyyat vasitələrindən istifadə etsin, bu şərtlə ki, göstərilən obyektlər, bazalar və i.a. üzrə Üçüncü tərəflər qarşısında əvvəlcədən götürülmüş öhdəliklər olmasın və Podratçının bunlardan istifadəsi ARDNŞ-in və/və yaxud Üçüncü tərəflərin mövcud əməliyyatlarına maneçilik törətməsin. Burada “nəzarət” səhmdarların ümumi yığıncaqlarında səs hüququ verən səhmlərin əlli (50) faizindən çoxuna sahiblik, yaxud səhmdarların ümumi yığıncağında və ya şirkətin, müəssisənin, ya da təşkilatın icra və ya rəhbər orqanının hər hansı iclasında qərarlar qəbul etmək və ya qəbul olunmasını təmin etmək (səsvermə yolu ilə və ya başqa cür) imkanı deməkdir. Belə istifadə aşağıdakılar barəsində təmin edilir:

(i)         Üçüncü tərəflərin obyektləri və xidmətləri barəsində bu obyektlərin və xidmətlərin hər hansı digər real istifadəçisi ilə kommersiya əsasında razılaşdırılmış şərtlərdən Podratçı üçün az sərfəli olmayan şərtlərlə;

(ii)        ARDNŞ-nin və ARDNŞ-nin iştirak payına, nəzarət, idarə etmək və ya fəaliyyətini istiqamətləndirmək hüququna malik olduğu Ortaq şirkətlərin, birgə müəssisələrin və ya müəssisələrin obyektləri və xidmətləri barəsində (belə obyektlərin və xidmətlərin keyfiyyətinə və səmərəliliyinə uyğun dərəcələr üzrə; bu dərəcələr ARDNŞ-də və/və yaxud həmin Ortaq şirkətlərdə, birgə müəssisələrdə və ya müəssisələrdə tətbiq edilən dərəcələrə bərabər olmalıdır), eləcə də Podratçı üçün ARDNŞ-nə və/və yaxud həmin Ortaq şirkətlərə, birgə müəssisələrə və ya təşkilatlara verilən və ya onlarla razılaşdırılan şərtlərdən az sərfəli olmayan şərtlər barəsində.

11.3 Podratçının obyektləri

Podratçı Neft-qaz əməliyyatları ilə əlaqədar nəzarət və ya istismar etdiyi bütün obyektlərə (“Podratçının obyektləri”) texniki xidmət və onların təmiri üçün cavabdehdir. Podratçının obyektlərindən üçüncü  tərəflərin istifadə etməsi müqabilində verilən haqq Neft-qaz əməliyyatları Hesabına daxil olur. ARDNŞ Podratçının obyektlərində olan izafi hasilat gücündən istifadə etmək hüququna malikdir, bu şərtlə ki, həmin istifadə Neft-qaz əməliyyatlarının aparılmasına mane olmasın və mənfi təsir göstərməsin. Üçüncü tərəflər izafi istehsal gücündən Podratçı ilə razılaşdırılmış şərtlərlə istifadə edə bilərlər. Sıfır balansı əldə edilənədək Podratçının obyektlərindən bu cür istifadə edilməsində üstünlük əvvəlcə Podratçıya, sonra üçüncü tərəflərə və nəhayət, ARDNŞ-ə verilir. ARDNŞ Podratçının obyektlərindən qarşılıqlı surətdə razılaşdırılan və Neft-qaz əməliyyatları Hesabına daxil edilən haqqı ödəməklə istifadə edir. Sıfır balansı əldə edildikdən sonra Podratçının obyektlərindən əvvəlcə Podratçı, sonra ARDNŞ, axırda üçüncü tərəflər istifadə edir. Sıfır balansı əldə edildikdən sonra ARDNŞ Podratçının obyektlərindən pulsuz istifadə edir, amma müvəqqəti olaraq Podratçı hər hansı Obyektdən istifadə etmirsə və bu Obyekti yalnız ARDNŞ istismar edirsə, belə Obyektin planlı-cari təmiri qarşılıqlı razılaşma üzrə həyata keçirilir. Bu sənəddə zidd müddəaların olmasını nəzərə almadan, Podratçının ixtiyarı var ki avadanlığı və obyektləri satsın. Podratçı belə avadanlığı və obyektləri (16.3(a) bəndi müddəalarının şamil edildiyi əsas fondlar istisna olmaqla) satmaq niyyəti barəsində ARDNŞ-nə məlumat verir. Əgər otuz (30) gün ərzində ARDNŞ bu avadanlıq və obyektləri öz balansına götürmürsə, Podratçının onları təklif edilən ən sərfəli qiymətə satmaq ixtiyarı vardır və satış xərcləri Əməliyyat məsrəflərinə aid edilir. Sıfır balansı əldə edilənədək bu cür satışlardan əldə edilən vəsait Neft-qaz əməliyyatları Hesabına daxil edilir və Sıfır balansı əldə ediləndən sonra ARDNŞ-nin hesabına kreditləşdirilməlidir. Bu sənəddə hər hansı zidd müddəaların olmasına baxmayaraq, ARDNŞ Kontrakt Sahəsindən hasil edilən Karbohidrogenlərin daşınmasında Podratçının obyektlərindən istifadə etməkdə (onların bu Saziş üzrə Karbohidrogen hasilatı götürmək hüquqlarındakı tənasüb saxlanılmaqla) Podratçı ilə eyni hüquqa malikdir.

 

MADDƏ 12

PODRATÇININ NEFT-QAZ ƏMƏLİYYATLARI MƏSRƏFLƏRİNİN ÖDƏNİLMƏSİ VƏ HASİLATIN BÖLÜŞDÜRÜLMƏSİ

 

12.1     Neft-qaz əməliyyatlarında Karbohidrogenlərdən istifadə edilməsi

Podratçı Kontrakt sahəsində çıxarılan Karbohidrgenlərdən beynəlxalq neft sənayesində hamılıqla qəbul edilmiş təcrübəyə uyğun olaraq Neft-qaz əməliyyatlarında, o cümlədən, lakin bununla məhdudlaşmadan, Kontrakt sahəsinin hüdudları daxilində Karbohidrogen yataqlarında lay təzyiqini saxlamaq məqsədi ilə laya yenidən Karbohidrogenlər vurulması üçün pulsuz istifadə etmək hüququna malikdir. Podratçı Neft-qaz əməliyyatlarının istehsal ehtiyacları üçün Karbohidrogenlərdən minimum həcmdə istifadə etməyə çalışacaqdır. Planlar tərtib edilərkən Podratçı illik iş proqramında Neft-qaz əməliyyatlarının optimal qaydada həyata keçirilməsi zamanı işlədilməsi nəzərdə tutulan Karbohidrogenlərin smeta həcmini göstərir. Yuxarıda deyilənlərə zidd olmadan, əgər illik iş proqramının həyata keçirilməsi gedişində Podratçı smetada razılaşdırılmış həcmi on (10) faiz və ya daha çox artırmaq istəyirsə, o, dəyişdirilmiş smeta üzrə öz təkliflərini baxılmaq və təsdiq olunmaq üçün Rəhbər komitəyə təqdim edir.

12.2     Neft-qaz əməliyyatları məsrəflərinin əvəzinin ödənilməsi

(a)       Podratçı ümumi hasilat həcmindən Neft-qaz əməliyyatları Məsrəflərinin aşağıdakı qaydada əvəzini almaq hüququna malikdir.

(i)         birinci növbədə bütün Əməliyyat məsrəflərinin əvəzi ödənilir;

(ii)        sonra Podratçının Əməliyyat məsrəflərinin əvəzi ödənilməsi üçün lazım olan Xam neft və Sərbəst təbii qaz çıxıldıqdan sonra Ümumi hasilat həcmində qalan Xam neftin əlli (50) faizindən və Sərbəst təbii qazın əlli (50) faizindən çox olmayan həcmindən bütün Əsaslı məsrəflərin əvəzi ödənilir (“Əsaslı məsrəflərin ödənilməsi üçün Karbohidrogenlər”).

(b)       12.2(a) bəndinə əsasən Əvəzi ödənilməli olan məsrəflərin uçotu Mühasibat uçotunun aparılması qaydasına uyğun olaraq həyata keçirilir.

(c)        Məsrəflərin Əvəzinin ödənilməsinin hesablanması Təqvim rübü əsasında aparılır.

(d)       (i)         Hər Təqvim rübü sona çatdıqdan sonra Maliyyələşdirmə məsrəfləri hər hansı əvəzi ödənilməmiş Əsaslı məsrəflərə tətbiq olunur;

(ii)        hər Təqvim rübü üzrə Əsaslı məsrəflərə dair Maliyyələşdirmə məsrəfləri hər Təqvim rübü qurtardıqdan sonra bu tarixdə əvəzi ödənilməmiş Əsaslı məsrəflərin saldosu ilə toplanır və nəticədə Əsaslı məsrəflər kimi əvəzi ödənilir.

(e)        Yuxarıda deyilənlərdən asılı olmayaraq, ardıcıl doxsan (90) gün ərzində Kontrakt sahəsindən Xam neftin gündəlik hasilatının orta səviyyəsi 2009-cu il üçün Xam neftin gündəlik hasilatının orta səviyyəsini bir tam onda beş (1,5) dəfədən az olmayaraq ötdüyü Təqvim rübündən sonra gələn Təqvim rübü başlananadək hər hansı əvəzi ödənilməmiş Əsaslı məsrəflərə Maliyyələşdirmə, məsrəfləri əlavə olunmur.

(f)        Podratçının Neft-qaz əməliyyatlarına çəkdiyi və Əvəzi ödənilməli olan, lakin əvvəlki Təqvim rübündə əvəzi ödənilməmiş kumulyativ məsrəfləri sonrakı Təqvim rüblərinə keçirmək hüququ daim təmin edilir.

(g)       Əgər hər hansı Təqvim rübündə çəkilən və ya bu Təqvim rübünə keçirilən əvəzi ödənilməmiş kumulyativ Əsaslı məsrəflərin məbləği göstərilən Təqvim rübü dövründə məsrəflərin Əvəzinin ödənilməsi məqsədləri üçün ayrılmış Əsaslı məsrəflərin ödənilməsi üçün Karbohidrogenlərinin dəyərindən az olursa, Əsaslı məsrəflərin əvəzinin ödənilməsi üçün olan və istifadə edilməmiş Karbohidrogenlər əlavə Mənfəət karbohidrogenləri kimi baxılır.

12.3     Mülkiyyət hüququnun verilməsi

Podratçının Məsrəflərinin əvəzinin ödənilməsi Çatdırılma məntəqəsində ARDNŞ tərəfindən ona Xam neftin və Sərbəst təbii qazın həcmləri üçün mülkiyyət hüququnun verilməsi yolu ilə təmin edilir; onların dəyəri 12.2 bəndinə müvafiq şəkildə ödənilməli olan Neft-qaz əməliyyatları Məsrəflərinə ekvivalentdir (ekvivalentlik 15.1 bəndində göstərilən qaydaya uyğun olaraq müəyyənləşdirilir).

12.4     Mənfəət Karbohidrogenləri

Əməliyyat məsrəflərinin ödənilməsi üçün lazım olan Xam neft və Sərbəst təbii Qaz həcmləri, habelə Əsaslı məsrəflərin ödənilməsi üçün Karbohidrogenlərin . (yuxarıdakı 12.2 bəndində nəzərdə tutulduğu kimi) toplanmış Əsaslı məsrəflərin əvəzinin ödənilməsi üçün istifadə olunan hissəsi çıxıldıqdan sonra müvafiq olaraq ümumi hasilat həcminin saldosu (“Mənfəət Karbohidrogenləri”) Təqvim rübü əsasında hesablanır və ARDNŞ ilə Podratçı arasında aşağıdakı düstur və “R” əmsalı mexanizminə əsasən bölüşdürülür.

Qüvvəyəminmə tarixindən başlayaraq Təqvim rübü (n+1) üçün R-əmsalı qiyməti Təqvim rübünün (n) axırında aşağıda göstərilən qaydada müəyyənləşdirilir:

 

        

Burada:

CCRn  n Təqvim rübündə Podratçının əvəzi ödənilmiş Əsaslı məsrəfləri;

FCn     n Təqvim rübündə Podratçının əvəzi ödənilmiş Maliyyələşdirmə məsrəfləri;

CCSn  n Təqvim rübündə Podratçının çəkdiyi Əsaslı məsrəflər;

PPLn   n Təqvim rübündə alınmış Mənfəət Karbohidrogenlərində Podratçının payının dəyəri;

N         müvafiq Təqvim rübünün sıra nömrəsi.

         (n) Təqvim rübünədək və (n) Təqvim rübü da daxil olmaqla  işarəsindən sağda yerləşən həddlərin kumulyativ ədədi cəmi.

(n+1) Təqvim rübündə ARDNŞ ilə Podratçı arasında Mənfəət Karbohidrogenlərinin faiz bölgüsü R-əmsalı qiymətinə uyğun olaraq Mənfəət Karbohidrogenləri bölgüsünün aşağıdakı Cədvəli əsasında müəyyən edilir.

 

Mənfəət Karbohidrogenləri bölüşdürülməsi Cədvəli

 

R əmsalının İntervalı

ARDNŞ-nin payı

Podratçının payı

 

0%

0%

0.00 <R< 1.25

40.0

60.0

1.25 <R< 1.75

50.0

50.0

1.75 <R<; 2.00

70.0

30.0

2.00 <R:S 2.50

80.0

20.0

2.50 <R< 2.75

85.0

15.0

2.75 <R<3.00

87.5

12.5

3.00 < R

90.0

10.0

 

12.5     Mənfəət Karbohidrogenləri üzərində mülkiyyət hüququ

Mənfəət Karbohidrogenlərində Podratçının payı üzərində mülkiyyət hüququ Podratçıya Xam neft və Sərbəst təbii qaz şəklində Çatdırılma məntəqəsində keçir.

 

MADDƏ 13

YERLİ BAZAR NEFTİ

 

13.1     Yerli Bazar neftinin çatdırılması üzrə Podratçının öhdəlikləri

Podratçı hər il, rüblük cədvələ əsasən Tərəflərin illik iş proqramı və Büdcənin təsdiqi ilə eyni vaxtda təsdiq edəcəkləri Xam neft həcmini (“Yerli bazar nefti”) ARDNŞ-yə satmağa borcludur, bir şərtlə ki, aşağıda göstərilən qayda əsasında hesablanan ilk cədvəl Qüvvəyəminmə tarixindən altmış (60) gün müddətində Tərəflər arasında razılaşdırılmalıdır:

birinci il           - qırx iki min yeddi yüz (42 700) Ton

ikinci il            - qırx iki min iki yüz (42 200) Ton

üçüncü il         - qırx bir min səkkiz yüz (41 800) Ton

dördüncü il     - qırx bir min dörd yüz (41 400) Ton

Çatdırılma məntəqəsinin hədlərindən kənarda Yerli bazar neftinin nəql edilməsi ilə əlaqədar hər hansı məsrəflər Əməliyyat məsrəflərinə aid edilir.

Hər bir Podratçı tərəf rüblük əsasında Çatdırılma məntəqəsində ARDNŞ-yə həmin Təqvim rübündə həmin Podratçı Tərəfin Çatdırılma məntəqəsində əldə etdiyi Xam neftin ümumi həcminə proporsional olaraq öz payına düşən Yerli bazar neftinin müvafiq hissəsini verir.

ARDNŞ hesab-faktura alındıqdan sonra otuz (30) gün müddətində hər bir Podratçı tərəfə həmin rüb ərzində satılmış Yerli bazar neftinin dəyərini razılaşdırılmış valyuta ilə və həmin satış tarixində Hökumət orqanları tərəfindən daxili bazar üçün müəyyənləşdirilmiş Xam neft qiyməti ilə ödənməsi üçün bütün səylərini göstərəcəkdir.

13.2     Yerli bazar neftinin əskik tədarükə

(a)       Podratçı Təqvim rübü ərzində Tərəflərin razılaşdırdığı cədvəl üzrə 13.1 bəndində nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədikdə (“Əskik tədarük”), Podratçı Əskik tədarükün əvəzini həmin Təqvim rübündən sonrakı Təqvim rübündə (i) analoji keyfiyyətli və ya ARDNŞ-lə razılaşdırılan digər keyfiyyətli Xam neftlə, yaxud (il) Tərəflər arasında razılaşdırılmış sair qaydada tam həcmdə ödəməlidir. Podratçı Əskik tədarükün əvəzini bu 13.2(a) bəndində göstərilən qaydada ödəyə bilmədikdə, bu cür ödəməmə Sazişin Köklü pozuntusu hesab olunur

(b)       iki (2) ardıcıl Təqvim rübü ərzində Əskik tədarük olduqda və Podratçı həmin Əskik tədarükün əvəzini 13.2(a) bəndinə müvafiq olaraq ödəmədikdə, ARDNŞ 31.1 (b) bəndində nəzərdə tutulmuş qaydada və şərtlərlə bu Sazişə xitam vermək hüququna malikdir.

13.3     ARDNS-nin Yerli bazar neftinin qəbul edilməsini dayandırmaq hüququ

13-cü maddənin digər müddəalarına baxmayaraq, ARDNŞ-nin öz mülahizəsinə əsasən Yerli bazar neftinin alışını müvəqqəti dayandırmaq hüququ vardır. Bu zaman ARDNŞ Yerli bazar neftinin alınmasını dayandırmaq istədiyi Təqvim rübünün başlanmasından ən azı otuz (30) gün əvvəl Podratçıya yazılı məlumat verməlidir. ARDNŞ Yerli bazar neftinin alınmasını davam etdirmək qararına gəldiyi halda Yerli bazar neftinin alınmasını davam etdirmək istədiyi Təqvim rübünün başlanmasından ən azı altmış (60) gün əvvəl Podratçıya yazılı məlumat verməlidir. ARDNŞ tərəfindən bu 13.3 bəndinə müvafiq olaraq Yerli bazar neftinin dayandırdığı hər hansı Təqvim rübünə münasibətdə anlaşılmazlıqların qarşısını almaq üçün, Podratçının sonrakı Təqvim rüblərində belə həcmləri çatdırmaq öhdəliyi olmur və Yerli bazar neftinin əskik göndərilməsi faktı bu Təqvim rübünə şamil edilmir.

13.4     Podratçının Yerli bazar neftinin satışını dayandırmaq hüququ

Əgər 13.1 bəndinə müvafiq olaraq ARDNŞ tərəfindən ödənilməli olan hər hansı məbləğ iki (2) ardıcıl Təqvim rübü müddətdə ödənilməmiş qalarsa, Podratçı tərəflər bu 13-cü Maddəyə müvafiq olaraq ARDNŞ-nə Yerli bazar neftinin satışını dayandırmaq hüququna malik olacaq. Belə ödənilməmiş məbləğlərin ARDNŞ tərəfindən tamamilə ödənilməsindən sonra doxsan (90) gündən çox olmayan müddətdə Podratçı bu 13-cü Maddənin müddəalarına müvafiq olaraq Yerli bazar neftinin ARDNŞ-nə satışını bərpa edir. Podratçı tərəfindən bu 13.4 müvafiq olaraq Yerli bazar neftinin satışının dayandırıldığı hər hansı təqvim rübünə münasibətdə anlaşılmazlıqların qarşısını almaq üçün, Podratçının sonrakı Təqvim rübündə belə həcmləri çatdırmaq öhdəliyi olmur və Yerli bazar neftinin Əskik tədarükü faktı bu Təqvim rübünə şamil edilmir.

 

14-cü MADDƏ

VERGİ QOYULMASI

 

14.1     Ümumi qaydalar.

 

(a)       Bu Saziş üzrə hər bir Podratçı tərəfin öhdəliklərinin şərti belədir ki, Mənfəət vergisinə dair, bu 14-cü maddədə göstərilən öhdəlik istisna edilməklə, Podratçı tərəflər Karbohidrogen fəaliyyəti ilə əlaqədar meydana çıxan və ya ona bilavasitə, yaxud dolayısı ilə aid olan hər hansı xarakterli heç bir Vergiyə cəlb olunmurlar.

(b)       Bununla təsdiq edilir ki, İkiqat vergiqoymanın aradan qaldırılması haqqında müqavilələr Vergilər üzrə güzəştlərin tətbiq edilməsini təmin edir.

(c)        Bu 14-cü maddənin məqsədləri baxımından aşağıda göstərilən terminlərin mənası belədir:

(i)         “Dövlət büdcəsi” - Vergilərin yığılması məqsədi ilə Azərbaycan Respublikasının tətbiq olunan qanununa əsasən Hökumət orqanı tərəfindən yaradıla bilən Respublika və yerli büdcələrin, yaxud digər belə büdcələrin cəmi deməkdir.

(ii)        “Əsas fondlar”a - Podratçı tərəfin vergi balansında adətən “əsas” və ya “qeyri-asas” fondlar başlığı altında nəzərdə tutulan, hər birinin ümumi dəyəri müəyyən edilmiş son həddən artıq olan və nəzərdə tutulan istifadə müddəti bir (1) ili ötən bütün fondlar daxildir. Bu Sazişin bağlandığı Təqvim ili üçün həmin müəyyən edilmiş son hədd beş min (5000) Dollardır. Hər sonrakı Təqvim ili üçün, həmin müəyyən edilmiş son hədd əvvəlki Təqvim ilinin müəyyən edilmiş həddinə dörd (4) faiz əlavə olunmaqla artırılır.

(iii)       Karbohidrogen fəaliyyəti” - bu Saziş çərçivəsində Podratçı tərəfin bilavasitə və ya Əməliyyat şirkəti vasitəsilə apardığı Neft-qaz əməliyyatlarının Azərbaycan Respublikasının hüdudları daxilində və ya onun hüdudlarından kənarda həyata keçirilməsindən asılı olmayaraq bütün fəaliyyət növləri deməkdir. Hər Podratçı tərəf yuxanda müəyyən edilən Karbohidrogen fəaliyyəti üzrə ayrıca mühasibat uçotunu və hesabatlarını aparır.

(iv)      “Vergi orqanı” - Azərbaycan Respublikasının Vergilər Nazirliyi və ya Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təyin etdiyi hər hansı varisi deməkdir.

(v)       “Saxtakarlıq” - Podratçı tərəfin Vergiləri ödəməkdən yayınmaq niyyəti ilə Vergilərə dair məlumatlan gizlətmək və ya təqdim edilməsinin qarşısını almaq və onların toplanması ilə bağlı qəsdən, qabaqcadan düşünülmüş və şüurlu etinasızlıq faktları ilə ifadə edilən və təkrar yol verilmiş hər hansı əsassız fəaliyyəti və ya fəaliyyətsizliyi deməkdir.

(vi)      “Mənfəət vergisi dərəcəsi” - bu Saziş imzalan vaxt Azərbaycan Respublikasında tətbiq olunan və bu Saziş qüvvədə olduğu bütün müddət ərzində dəyişmədən tətbiq ediləcək iyirmi (20) faiz Mənfəət vergisi dərəcəsi deməkdir.

14.2     Mənfəət Vergisi

(a)       Hər bir Podratçı tərəf bu Saziş imzalanan vaxt Azərbaycan Respublikasında ümumiyyətlə tətbiq olunan və qüvvədə olan  qanunvericiliyə müvafiq olaraq, həmçinin bu Sazişin müddəalarından irəli gələn dəyişiklikləri nəzərə almaqla, öz Karbohidrogen fəaliyyətinə görə Mənfəət vergisi üçün ayrıca məsuliyyət daşıyır. Azərbaycan Respublikasının daxili qanunvericiliyi ilə bu Sazişin müddəaları arasında hər hansı ziddiyət yarandıqda, Sazişin müddəaları üstün tutulur. Hər bir Podratçı , tərəf özünün Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyətinə aid olmayan təsərrüfat fəaliyyətinə görə Azərbaycan Respublikasında tətbiq edilən qanunlara və normativ aktlara uyğun şəkildə Mənfəət vergisi ödəmək üçün məsuliyyət daşıyır.

(b)       Bununla konkret olaraq qeyd edilir ki, bu 14-cü maddənin müddəaları fərdi qaydada hər bir Podratçı tərəfə aid edilir və hər bir Podratçı tərəfin Mənfəət vergisi üzrə fərdi məsuliyyətini tənzimləyir. Mənfəət vergisi 14.1(c)(iii) bəndində göstərilən ayrıca mühasibat uçot və hesabatlarında Satışlardan daxil olan gəlir, Digər gəlirlərdə və çıxılmalar maddələrində yazıldığı şəkildə həmin Podratçı tərəfin ayrıca payına əsaslanır.

(c)        ARDNŞ hər Təqvim ili üçün hər Podratçı tərəf adından Dövlət Büdcəsinə Dollarla Mənfəət Vergisini, o cümlədən qabaqcadan hesablanmış Mənfəət Vergisini və onlara aid olan, həmin Mənfəət Vergisinin və ya qabaqcadan hesablanmış Mənfəət Vergisinin vaxtında ödənilməməsi nəticəsində qoyulan faizləri və cərimələri (Podratçı tərəfin lazımi bəyənnaməni vaxtında hazırlamaq iqtidarında olmaması nəticəsində qoyulan faizlər istisna edilməklə) öz vəsaitlərindən ödəyir. Bununla ARDNŞ Podratçı tərəflərə zəmanət verir ki, hər Podratçı tərəfin Mənfəət Vergisini, o cümlədən, yuxarıda göstərildiyi kimi, ona aid faizləri və cərimələri Dövlət Büdcəsinə bu Saziş üzrə ARDNŞ-nə çatacaq Karbohidrogenlərin satışından əldə edilən varidatdan birinə növbədə ödəyəcəkdir. ARDNŞ 14.3(f) bəndində nəzərdə tutulduğu kimi, belə ödəniş üçün Vergi orqanının müvafiq Podratçı tərəfə rəsmi qəbzlər verməsini təmin edir. Podratçı tərəflərdən Hər hansı birinin sorğusu alındıqdan sonra on (10) gün ərzində həmin Podratçı tərəfə ARDNŞ-nin əvvəlki cümlədə adı çəkilən öhdəliklərinə uyğun olaraq Dövlət Büdcəsinə vəsaitin həqiqətən keçirildiyini təsdiqləyən sənəd (Podratçı tərəflərin hamısı üçün məqbul formada) təqdim edir. ARDNŞ-nin gəlirlərinə və ya mənfəətinə aid ARDNŞ-nin gəlirlərinə və ya mənfəətinə aid ARDNŞ 14.2(c) bəndinə uyğun olaraq Podratçı tərəflərdən hər birinin əvəzinə və onların adından ödəmiş olduğu Mənfəət Vergisini hesaba almamalıdır. ARDNŞ, Mənfəət Vergisindən qaytanlan məbləğləri (hər hansı Podratçı tərəfin ödədiyi Mənfəətdən Vergi və cərimələrdən qaytarılan məbləğlər istisna edilməklə) hər Podratçı tərəfin adından və onun əvəzinə almaq və özündə saxlamaq ixtiyarına malikdir; ARDNŞ qaytarılan bu məbləğləri almağı haqqında müvafiq Podratçı tərəflərə təsdiqedici sənəd verir.

(d)       (i)         Yazılı bildiriş azı otuz (30) gün qabaqcandan verildikdə hər Podratçı tərəfin istənilən vaxt ixtiyarı var ki, hər hansı Təqvim ilində ARDNŞ-nin Mənfəət karbohidrogenləri payından və əldə olunan vəsaitdən həmin Podratçı tərəfin Mənfəət vergisinə dair ARDNŞ-nin öhdəliklərinin necə yerinə yetirilməsini Podratçı tərəfin seçdiyi beynəlxalq nüfuza malik müstəqil auditorlara təftiş etdirsin. Podratçı tərəf bu auditin xərclərini çəkir və bu xərclər Əvəzi ödəniləsi məsrəflər sayılmır. Belə bir audit 14.3(d) maddəsinin müddəalarına uyğun olaraq son və qəti şəkildə müəyyən olunan Təqvim ilinə şamil oluna bilməz. Bu cür audit elə keçirilməlidir ki, ARDNŞ-nin işinə əsassız əngəl törətməsin. ARDNŞ auditora mümkün olan dərəcədə şərait yaradır ki, auditor ARDNŞ-nin Mənfəət Karbohidrogenləri Payından alınan vəsaitdən, hər hansı Təqvim ili üçün Podratçı tərəfin Mənfəət vergisinin tamamilə ödənildiyini təsdiq etməkdən ötrü lazım ola biləcək bütün məlumatlan əldə edə bilsin.

(ii)        Xüsusi qeyd edilir ki, 12.4 bəndində göstərilən Mənfəət karbohidrogenlərin bölüşdürülməsi elə müəyyən edilir ki, Podratçının Mənfəət vergisi ARDNŞ-nin Mənfəət karbohidrogenlərin payına daxil edilsin -14.2(c) bəndinə uyğun olaraq ARDNŞ Podratçının Mənfəət vergisini Dövlət büdcəsinə bu paydan ödəməlidir. Buna görə 14.2(c) bəndinə müvafiq olaraq ARDNŞ-nin Podratçı adından Mənfəət vergisini ödəməsini ARDNŞ və Vergi orqanı bu verginin Podratçı tərəfindən ödənildiyi kimi qəbul edir və Podratçının onun, 14.2(a) və 14.2(b) bəndlərinə müvafiq olaraq Karbohidrogen fəaliyyətindən Mənfəət vergisini ödəmək vəzifəsindən tamamilə yerinə yetirilmiş və azad edilmiş hesab olunurlar. Podratçının Mənfəət vergisi ödəmək öhdəliyinə baxmayaraq Podratçı 14.2(d)(iii) bəndinin müddəalarına uyğun olaraq Mənfəət vergisi ödənişlərini. həyata keçirmək haqqında qərar qəbul etdiyi hallar istisna olmaqla, Vergi orqanı Podratçının Mənfəət vergisinin ödənilməsi məsələsinin yalnız ARDNŞ-lə həll edir.

(iii) Buna baxmayaraq, əgər ARDNŞ 14.2 (c) bəndində göstərildiyi kimi, Podratçı tərəflərin adından Mənfəət vergisinin ödənişlərinin vaxtında Dövlət büdcəsinə ödəməyə qadir deyilsə, ehtimal olunan Mənfəət vergisi daxil olmaqla və ya müvəqqəti qadir olmursa, onda hər bir Podratçı tərəfin hüququ var ki, Mənfəət vergisini o cümlədən qabaqcadan hesablanmış Mənfəət vergisini, onunla bağlı faizləri, müamilələri və ya cərimələri təkbaşına bilavasitə Dövlət büdcəsinə ödəmək qərarına gəlsin. Bu halda, Podratçı tərəfin Mənfəət karbohidrogenlərini qaldırmaq üçün gələcək səlahiyyəti artır və ARDNŞ-nin payı nəzərdə tutulan Mənfəət Vergisi də daxil olmaqla, Podratçı tərəfindən ödənilən Mənfəət vergisinin həcmində bərabər olan həcmlə müvafiq şəkildə azalır. ARDNŞ tərəfindən Podratçı tərəfin Mənfəət Vergisinin, o cümlədən hesablanmış Mənfəət Vergisinin ödənilməməsi, ödəniş üçün nəzərdə tutulan vaxtdan başlayaraq, otuz (30) gündən çox bir müddətdə davam edərsə, Podratçı tərəf özünü nəzərdə tutulmuş Mənfəət Vergisi də daxil olmaqla, bütün gələcək Mənfəət Vergisinin, ehtimal olunan Mənfəət Vergisi daxil olmaqla, ödənişi mükəlləfiyyətindən azad edə bilər və bu Sazişin şərtlərinə əsasən Tərəflər arasındakı ilkin iqtisadi balansın yenidən qurulması üçün xüsusi sazişi razılaşdırır və sonra ARDNŞ və həmin Podratçı tərəf 14.2(c) bəndinə uyğun olaraq Mənfəət Vergisi ödənilməsi üzrə öhdəliklərin həmin Podratçı tərəfə keçməsinin şərtləri barədə Vergi orqanına məlumat verirlər.

(e)        Təqvim iii üçün Podratçı tərəfin Vergi qoyulan mənfəəti və ya bu məbləğ mənfidirsə, Podratçı tərəfin Vergi qoyulan zərəri bərabərdir: bu Təqvim ili ərzində Podratçı tərəfin Satışdan əldə edilmiş gəlirin, Digər gəlirlərin və Mənfəət vergisinin Ümumi Təshihinin cəmi minus Çıxılmalar. “Vergi qoyulan mənfəət”, “Vergi qoyulan Zərər”, “Satışlardan daxil olan gəlir”, “Digər gəlirlər”. “Mənfəət vergisinin ümumi təshihi” və “Çıxılmalar” anlayışlarının mənası bu 14.2 bəndində müəyyənləşdirilmişdir.

(f)        Vergi Qoyulan Zərər sonrakı Təqvim ilinə keçirilir və həmin Təqvim ilində mövcud Vergi Qoyulan Mənfəət hesabına ödənilir və Vergi Qoyulan Zərər müvafiq məbləğdə azaldılır. Həmin Təqvim ilində bu yolla ödənilməmiş Vergi Qoyulan Zərərin hər hansı qalığı Vergi Qoyulan Mənfəətin hesabına tamamilə ödənilənədək məhdudiyyətsiz sonrakı Təqvim illərinə keçirilir.

(g)       Keçirilmiş Vergi Qoyulan Zərərin azaltdığı Vergi Qoyulan Mənfəətdən Mənfəət Vergisi dərəcəsi ilə Mənfəət Vergisi tutulur.

(h)       Satışlardan daxil olan gəlir Təqvim ili ərzində Podratçı tərəfin Karbohidrogen fəaliyyətinin həyata keçirildiyi zaman çıxanları Karbohidrogenlərin satışından əldə edilmiş gəlirlərin həcmi deməkdir. Bu Karbohidrogenlər mübadilə və ya svop əməliyyatları nəticəsində əldə edilmiş Karbohidrogenlərin Satışından daxil olan gəlir həmin Podratçı tərəfin Təqvim ili ərzində mübadilə və ya dəyişmə yolu ilə əldə edilən Karbohidrogenlərin satışından götürdüyü gəlirin həcmi deməkdir. Bu 14.2(h) bəndinin məqsədləri baxımından Satışlardan daxil olan gəlir aşağıdakıları tətbiq etmək yolu ilə müəyyənləşdirilir: kommersiya cəhətdən müstəqil satışda (15.1(d)(v) bəndində müəyyən edildiyi kimi) həmin Podratçı tərəfin satdığı məhsulun faktik qiyməti; kommersiya cəhətdən asılı satışda isə kommersiya cəhətdən bu cür asılı satışlar üçün dəyərin müəyyən edilməsinin 15.1 bəndində göstərilən prinsipləri tətbiq etmək yolu ilə müəyyənləşdirilir.

(i)        Digər gəlirlər Karbohidrogen fəaliyyətinin gedişində Podratçı tərəfin əldə etdiyi nağd vəsaitlərin hər hansı məbləği kimi müəyyən olunur, və bu məbləğlər 8.6 bəndində müəyyən olunduğu kimi, Əməliyyat şirkətinin əldə etdiyi və Podratçının hesabına aid edilmiş bütün Digər gəlirləri, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmadan aşağıdakıları əhatə edir:

(i)         sığorta varidatı;

(ii)        valyuta əməliyyatlarında əldə edilən gəlirlər

(iii)       16.3(a) və (b) bəndlərinin müddəalarına uyğun olaraq Ləğvetmə işləri fondundan alınan məbləğlər;

(iv)      16.5(b) bəndinin müddəalarına uyğun olaraq Ləğvetmə işləri fondundakı izafi vəsaitlərin bölüşdürülməsindən əldə edilən məbləğlər; və

(v)       faiz gəlirləri; və

(vi)      malgöndərənlərdən,  avadanlıq istehsal edənlərdən və ya onların agentlərindən qüsurlu materiallara və ya avadanlığa görə alınan məbləğlər; və

(vii)     obyektlərdən və ya intellektual mülkiyyətdən istifadəyə görə, xidmət haqqı kimi alınan, materialların satışından və ya çarter haqqı şəklində əldə edilən məbləğlər; və

(viii)    Əvvəlcədən ARDNŞ tərəfindən ödənilən və Podratçıya qaytarılan və bu Podratçı tərəfindən ARDNŞ-yə əvəzi ödənilməyəcəyi təqdirdə Mənfəət vergisinin geri qaytarılması. ARDNŞ öz vergiqoyulan mənfəətini hesablayan zaman Mənfəət vergisindən həmin məbləği tutmaq səlahiyyətinə malikdir.

Bu şərtlə ki, Podratçı Tərəfin əldə etdiyi aşağıdakı məbləğlər Digər gəlirlərə salınmasın:

(1)        Karbohidrogenlər satışından əldə edilən məbləğlər; və

(2)        4.2(n) və (o) bəndlərində başqa cür nəzərdə tutulanlar istisna edilməklə, Əsas fondların satışından əldə edilən məbləğlər;

(3)        kredit şəklində alınan məbləğlər və ya Podratçı Tərəfə verilən pul vəsaitləri;

(4)        bu Sazişin şərtləri altında meydana çıxan hər hansı bir Podratçı Tərəfin hüquq və öhdəliklərinin satışından əldə olunan məbləğlər;

(5)        Vergilərin qaytarılmasından əldə edilən məbləğlər (yuxanda 14.2(i)(viii) bəndində göstərilənlər istisna olmaqla) və ya Podratçı Tərəfin öz Ortaq şirkətindən aldığı dividendlər;

(6)        Podratçı tərəfin (və ya onun Ortaq şirkətinin) çəkdiyi xərclərlə bağlı kompensasiya şəklində və ya başqa şəkildə alınmış məbləğlər - Podratçı tərəfin Vergi qoyulan mənfəəti və ya Vergi qoyulan zərəri hesablamaq məqsədləri üçün Çıxılmalar kimi baxdığı belə xərclərin məbləğ birindən artıq məbləğlər (belə Kalda Podratçı tərəf bu cür izafi məbləğlərə daha həmin məqsədlər üçün Çıxılmalar kimi baxmır və 14.2(m) bəndində göstərilən saldo müvafiq şəkildə təshih edilməlidir);

(7)        əldə edilmiş, Podratçı Tərəfin tam sərəncamında olmayan və həmin Podratçı Tərəfin sərvətini artırmayan məbləğlər;

(8)        Əvvəllər Mənfəət vergisi tutulmuş gəlirlər.

(j)        Mənfəət vergisinin ümumi təshihi yuxarıdakı 14.2(c) bəndinə uyğun olaraq ARDNŞ-nin həmin Podratçı tərəf adından ödədiyi Podratçı tərəfin Təqvim ili üçün Mənfəət vergisi öhdəliyinin ümumi məbləğinə bərabər məbləğ kimi müəyyən edilir; bu cür Mənfəət vergisinin öhdəliyi həmin Təqvim ili üçün Podratçı tərəfin Vergi qoyulan mənfəətinin Mənfəət vergisi dərəcəsinə vurmaqla müəyyən edilən məbləğə bərabərdir. Bu 14.2(j) bəndi ARDNŞ-nin Podratçı tərəf adından ödəməli olduğu vergini hesablamaq üçün istifadə olunur. Əgər ARDNŞ belə Mənfəət vergisini ödəmirsə və belə Mənfəət vergisini ARDNŞ-nin əvəzinə Podratçı tərəf ödəyirsə, Mənfəət Vergisinin ümumi Təshihi sıfıra (0) bərabər olur.

(k)       Təqvim ili ərzində Podratçı tərəfin Vergi qoyulan mənfəətinin və ya Vergi qoyulan zərərinin məbləğini müəyyən etmək məqsədləri baxımından Çıxılmalara Karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq Podratçı tərəfin çəkdiyi praktikaya müvafiq olaraq ödənişlərin təsdiq edən sənədləri mövcud olan bütün xərclər daxildir və bu məbləğlərə Əməliyyat şirkətinin Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda çəkdiyi və 8.6 bəndinə əsasən Podratçı tərəfin hesabına yazılmış Çıxılmaları daxil edir (və o cümlədən, lakin bunlarla məhdudlaşmadan aşağıdakı xərclər daxildir:

(i)        Podratçı Tərəfin əməkdaşlarına və onların ailələrinə mənzil, yemək verilməsi, kommunal xidmətlər göstərilməsi, uşaqlarının təhsil almaları ilə bağlı bütün xərclərin, habelə yaşadıqları ölkədən gəlmələri və geriyə qayıtmaları üçün çəkilən yol xərclərinin ödənilməsi ilə birlikdə bütün əməkdaşlara hesablanmış əmək haqlarının, maaşların tam məbləğləri və digər məbləğlər; və

(ii)       Azərbaycan Respublikasında dövlət sosial sığortasına çəkilən bütün xərclər, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmadan təqaüd fonduna, sosial sığorta fonduna, tibbi sığorta fonduna ayırmalar və əməkdaşlar üçün bütün digər sosial ödənişlər; və

(iii)      Kontrakt sahəsi ilə bağlı bərpa, kəşfiyyat və qiymətləndirmə işlərinə çəkilən bütün məsrəflər; və

(iv)      Kontrakt sahəsi ilə bağlı quyuların qazılması ilə bağlı bütün məsrəflər (beynəlxalq Neft-qaz sənayesinin hamılıqla qəbul edilmiş üsullarına uyğun olaraq adətən utilizasiya edilən hər hansı avadanlıq və ya əsas fond vahidinə çəkilmiş məsrəflər istisna olunmaqla); və

(v)       Satış və marketinq məntəqəsinədək Neft-qazın nəqledilməsi və realizəsi üçün çəkilən bütün məsrəflər, o cümlədən, lakin bununla məhdudlaşmadan boru kəməri tarifləri, komisyon və broker haqları; və

(vi)      cari icarə ili üçün icarə müqavilələri üzrə bütün ödənişlər; və

(vii)     sığorta üzrə. bütün xərclər; və

(viii)    işçilərin peşə hazırlığına çəkilən bütün xərclər; və

(ix)      Kontrakt sahəsi ilə bağlı hər bir Podratçı tərəfin ofislərinin və ya təsərrüfat fəaliyyəti göstərdiyi digər yerlərin fəaliyyəti ilə bağlı çəkilən bütün xərclər, o cümlədən idarə xərcləri, tədqiqatlara və elmi araşdırmalara çəkilən xərclər və ümumi inzibati xərclər; və

(x)       Əsas fondlar olmayan hər hansı avadanlıq və ya əmlak vahidinə çəkilən xərclər; və

(xi)      Karbohidrogen Fəaliyyətinin həyata keçirilməsi nəticəsində əmələ gəlmiş hər hansı borca və bu borcların hər hansı təkrar maliyyələşdirilməsinə görə ödənilən faizlərin, haqların və əlavələrin bütün məbləğləri; bu şərtlə ki, aşağıdakılar istisna edilsin: (1) Ortaq şirkətin borcu olduqda bu cür v əziyyətlərdə müstəqil tərəflərin razılaşdıra biləcəkləri faiz dərəcəsindən artıq faizlər və (2) borcun qaytarılmasının gecikdirilməsi üzündən ödənilməli olan faizlər; və

(xii)     Podratçı tərəfin Ortaq şirkətləri tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda göstərilən və ya ONŞ və onun Ortaq şirkətləri tərəfindən çəkilən (Mühasibat qaydaların 2.14 maddəsinə müvafiq) və onların Karbohidrogen fəaliyyətinə dolayısı ilə fayda verən ümumi, inzibati xidmət üzrə xərclərinin ödənilməsi üçün ayrılan hissə. Bu xidmətlərə inzibati, hüquqi, maliyyə, vergi və kadr işləri ilə bağlı vəzifələri yerinə yetirən işçilərə aid ofis xərcləri, ekspertizalar təmin edilməsi, yaxud konkret layihələrə aid edilməsi mümkün olmayan digər qeyri-texniki vəzifələr daxildir. Bu Sazişə görə Təqvim ilində həmin xərclərin hər bir Podratçı tərəf üçün ayrılan hissəsi aşağıdakı düsturla müəyyən edilən həcmə bərabərdir:

a=(b/c)d

Burada:

A = Təqvim ilində Podratçı Tərəf üçün ayrılan hissə;

B  = Təqvim ilinin axırı üçün Podratçı Tərəfin iştirak payının faizi;

C = Təqvim ilinin axırı üçün Podratçı Tərəflərin İştirak payları faizlərinin cəmi;

D = Təqvim ilində Podratçı Tərəflərin əlavə ümumi və inzibati xərclərinin cəmi;

Təqvim ilində Podratçı Tərəflərin əlavə ümumi və inzibati xərclərinin cəmi aşağıdakı düsturla müəyyən edilən məbləğə bərabərdir:

D = w + x + y+ z

Burada:

D =Təqvim ilində Podratçı tərəflərin əlavə ümumi və inzibati xərclərinin cəmi;

W = Təqvim ilində Podratçı tərəflərin Əsaslı məsrəfləri on beş milyon (15.000.000) Dollar qədər olsa, məbləğin üç (3) faizi;

X = Təqvim ilində Podratçı tərəflərin Əsaslı məsrəfləri on beş milyon (15.000.000) Dollardan otuz milyon (30.000.000) Dollara qədər olsa, məbləğli iki (2) faizi;

Y = Təqvim ilində Podratçı tərəflərin Əsaslı məsrəfləri otuz milyon (30.000.000) Dollardan çox olsa məbləğli bir (1) faizi;

Z = Təqvim ilində Podratçı tərəflərin Əməliyyat məsrəfləri məbləğinin bir yarım(1,5) faizi;

(xiii)    Ləğvetmə işləri fonduna bütün ödəmələr;

(xiv)    tələf edilməsi və ya zərər vurulması nəticəsində material və ya əmlak itkiləri; Təqvim ili ərzində ləğv edilən və ya imtina olunan əmlak, ümidsiz borclar və itkilərə görə üçüncü tərəflərə kompensasiya hesabına ödənişlər;

(xv)     bütün digər itkilər, o cümlədən valyuta mübadiləsindən dəyən itkilər və ya Karbohidrogen fəaliyyəti ilə bilavasitə bağlı olan rüsumlar;

(xvi)    Karbohidrogen fəaliyyətini həyata keçirərkən Podratçı tərəfin çəkdiyi bütün digər məsrəflər;

(xvii)   31.2 bəndində nəzərə alınan məbləğlər;

(xviii)  Karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq torpaq sahələrinin alınması və ya onlardan istifadə edilməsi üçün çəkilən bütün əlaqədar təsadüfi xərclər;

(xix)    Podratçı tərəfin İştirak payı faizindən irəli gələn öhdəliklər və onlarla bağlı məsrəflərdən başqa Podratçı tərəfin üzərinə qoyulan və yalnız bu Podratçı tərəfin       mühasibat kitablarına və hesablarına salınan bütün öhdəliklər və onlarla bağlı xərclər (və bu zaman belə maliyyə öhdəliklərinin və onunla bağlı məsrəflərin aid olduğu İştirak payına sahib olan Podratçı tərəf eyni məbləğə Çıxılmaları daxil etmək hüququna malik deyil);

(xx)     amortizasiya ayırmaları bu 15.2(1) bəndində göstərilən aşağıdakı üsulla hesablanır:

(l)        (i)        Amortizasiya ayırmaları aşağıdakı qaydada hesablanır:

 

(aa)

 

Aşağıdakı (bb) və (cc) bəndlərində əhatə edilən Əsas fondlar

Təqvim ili üçün qalıq dəyərinin iyirmi beş (25) faizi

(bb)

 


30.1 bəndində göstərilən Bonus ödənişləri

Təqvim ili üçün ikin dəyərin on (10) faizi

(cc)

İnzibati binalar, anbarlar və bu cür qurğular (“Binalar”)

Təqvim ili üçün ilkin dəyərin iki tam onda beş (2,5) faizi

 

Əsas fondlara məsrəflər üzrə amortizasiya məbləği Azərbaycanda alınan mallara Əlavə dəyər vergisi (ƏDV) istisna olmaqla, Əsas fondların qiymətinə görə hesablanır. 14.2(10 bəndinə əsasən Çıxılma kimi baxılan hər hansı məbləğ 14.2(0 bəndinə əsasən amortizasiya edilmir.

(ii)       14.2(l)(i)(aa) bəndində təsvir edilən Əsas fondlar üzrə Təqvim ili ərzində çəkilən bütün məsrəflər iyulun birində (1-də) çəkilən məsrəflər sayılır ki, bunun da nəticəsində xərclərin əlli (50) faizi əvvəlki Təqvim ilindən keçirilən amortizasiya olunmamış məbləğlərin saldosuna əlavə edilir. Sonra Əsas fondların satışından əldə olunan hər hansı məbləğlər həmin saldodan çıxılır ki, bu da təshih edilmiş saldo əmələ gətirir (“Təshih edilmiş saldo”) və o, sonradan aşağıdakı qaydada amortizasiya edilir

Əvvəlki Təqvim ilindən

keçirilmiş saldo                                  x

Üstəgəl Təqvim ili ərzində

Əsas fondalar üzrə çəkilən

Məsrəflərin əlli (50) faizi                   x

Çıxılsın Təqvim ili ərzində

Əsas fondların satışından

alınan faktiki varidatın tam

məbləği                                               (x)

Təshih edilmiş saldo                          x

Çıxılsın amortizasiya çıxılmaları:

ya tərk edilməsi (“xaric edilmə”) nəticəsində Podratçı tərəfin razılaşdığı mənfəətinin və ya zərərlərinin cəmi Digər gəlirlər və ya Çıxılmalar hesab edilir və aşağıdakı qaydada hesablanır:

Binaların xaric edilməsindən gələn varidat (əgər beləsi varsa)                   x

Çıxılsın binanın Təshih edilmiş dəyəri                                                         (x)

Binaların xaric edilməsindən mənfəət/( zərər)                                            x

Binanın Təshih edilmiş dəyəri aşağıdakı qaydada hesablanır:

Binanın ilkin dəyəri                                                                                       x

Üstəgəl əsaslı təkmilləşdirmələrin dəyəri                                                    x

Çıxılsın yığılmış amortizasiya Çıxılmaları                                                  (x)

Binanın Təshih edilmiş dəyəri                                                                      x

(m)      Podratçı tərəfİn Vergi qoyulan mənfəətini və ya Vergi qoyulan zərərini hesablamaq məqsədləri üçün həmin Podratçı tərəfin Karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq çəkdiyi bütün məsrəflər (o cümlədən, lakin bunlarla məhdudlaşdırılmadan Azərbaycan Respublikasında və ya digər yerlərdə texniki işlə bağlı çəkilən müstəqim, yaxud dolayı məsrəflər, habelə Podratçı tərəfin Azərbaycan Respublikasındakı nümayəndəlik ofislərinin məsrəfləri) həmin tarixədək çəkilən məsrəflər hesab edilir. Yuxarıda deyilənlərə baxmayaraq bu Saziş barəsində danışıqlara və tibbi, mədəni və xeyriyyəçilik fəaliyyətinə çəkilən müstəqim və ya dolayı məsrəflər həmin Podratçı tərəfin Vergi qoyulan mənfəəti və ya Vergi qoyulan zərəri hesablanarkən nəzərə alınmır.

(n)       Podratçı Tərəf özünə məxsus hər hansı Əsas fondu bu cür Əsas fondun qalıq dəyərindən asılı olmayaraq bazar qiymətləri ilə satmaq və ya başqasına vermək hüququna malikdir.

(o)       Hər hansı Podratçı tərəf özünün Sazişdə iştirak payını tamamilə və ya qismən başqasına verdiyi halda onun müvəkkili iştirak payı verilən Təqvim ili üçün Podratçı tərəfin Vergi qoyulan zərərinin əgər beləsi varsa, həmin zərərin hamısını, və ya iştirak payı qismən verildikdə, Vergi qoyulan zərərinin proporsional hissəsini həmin Təqvim ili üçün Çıxılmalar kimi qiymətləndirilməli olduğunu iştirak payını verən Podratçı tərəfin seçmək ixtiyarı var.

14.3     Mənfəət Vergisi uçotu və Vergi Bəyannamələri

(a)       hər Podratçı tərəf:

(i)         Vergilərin uçotu jurnalını və qeydləri, həmçinin Vergi qoyulan zərərin hesablanmasını ancaq Dollarla aparır.

(ii)        Satışlardan daxil olan gəlirləri, Digər gəlirləri və Çıxılmaları Qüvvəyəminmə tarixindən Azərbaycan Respublikasında tətbiq edilən kassa mədaxilləri və məxaricləri metodu ilə əks etdirir.

(iii)       maliyyə hesabatlarını və Mənfəət vergisi haqqında bəyannamələri ancaq Dollarla tərtib edir və vergi balansından və mənfəət və zərər haqqında hesabatdan ibarət Təqvim ili üçün mühasibat komplektini, habelə Karbohidrogen fəaliyyətini əks etdirən Mənfəət vergisi məbləğinin hesablanması üzrə hesabatı təqdim edir.

(iv)      hər Təqvim ili üçün öz maliyyə hesabatlarının və Mənfəət Vergisi haqqında bəyannamələrinin Podratçı tərəfin təyin etdiyi və Azərbaycan Respublikasının təftişlər aparmaqdan ötrü müvafiq icazələri (lisenziyaları) olan auditor tərəfindən təftiş olunmasını təmin edir.

(v)       hər Təqvim ili üçün vergi maliyyə hesabatlarını və Mənfəət vergisi haqqında bəyannamələri auditorun müvafiq arayışı ilə birlikdə sonrakı Təqvim ilinin on beş (15) martından gec olmayaraq Vergi orqanına təqdim edir. Mənfəət vergisi bəyannaməsinin ilkin bəyannamə təqdim edildiyi halda, Podratçı, cari ilin 30 iyun tarixinədək Mənfəət vergisi üzrə yekun bəyannamə təqdim etmək hüququna malikdir.

(vi)      Podratçı tərəfin öz mülahizəsinə görə, Vergi qoyulan mənfəət əldə edəcəyi birinci Təqvim ilindən başlayaraq hər Təqvim rübü üçün Vergi qoyulan mənfəətin qabaqcadan hesablanmış məbləğinə əsasən həmin Təqvim rübünün, eləcə də həmin Təqvim ilində əvvəlki Təqvim rüblərinin qabaqcadan hesablanmış Mənfəət vergisini ödəmək üçün məsuliyyət daşıyır. Qabaqcadan hesablanmış Mənfəət vergisi 14.2(c) yaxud 14.2(e) bəndinə uyğun olmaqla, Dövlət Büdcəsinə müvafiq Təqvim rübü qurtarandan sonra iyirmi beş (25) gündən gec olmayaraq ödənilir. ödənclə birlikdə razılaşdırılmış forma üzrə hazırlanmış hesablamalar Vergi orqanına təqdim edilir. Təqvim rübü üçün qabaqcadan qoyulan Mənfəət vergisi hesablanarkən hər Podratçı tərəf illik iş proqramından və şəxsi rəyincə, hər hansı digər informasiyadan istifadə edə bilər.

(b)       Təqvim ili üçün Mənfəət vergisinə dair qəti bəyannamə təqdim ediləndən sonra həmin Təqvim ili ərzində Təqvim rübləri hesabına ödənilən qabaqcadan hesablanmış Mənfəət vergiləri məbləğləri Mənfəət vergisinə dair qəti bəyannamədə hesablandığı kimi qəti Mənfəət vergisi məbləğinə daxil edilir. Artıq ödənmiş hər hansı məbləği Dövlət büdcəsi Podratçı tərəfə o, Mənfəət vergisinə dair qəti bəyannaməni təqdim edəndən sonra qırx beş (45) gün müddətində qaytarır (ya da, Podratçı tərəfin seçimi ilə həmin Təqvim rübü və ya növbəti rübü (Təqvim rübləri) üçün Mənfəət vergisinin hər bir qabaqcadan  ödənmiş  məbləğin əvəzini verəcək). Əskik ödənmiş hər hansı məbləğ 15.2(c) və ya 14.2(e) bəndinə uyğun surətdə Mənfəət vergisinin qəti bəyannaməsi təqdim ediləndən sonra on (10) gün müddətində ARDNŞ tərəfindən Dövlət büdcəsinə ödənilir. Bütün hallarda Təqvim ili üçün Mənfəət vergisinin qəti məbləği Mənfəət vergisinə dair bəyannamədə hesablandığı məbləğdə, sonrakı Təqvim ilinin 25 martından gec olmayaraq ödənilir.

(c)        ilkin və qətl hesablanmış Mənfəət vergisi (habelə artıq ödənilmiş məbləğin qaytarılması) üzrə, həmçinin ona hər hansı faizlər, cərimə sanksiyaları üzrə bütün ödənişlər aşağıdakı 14.3(d) bəndində göstərildiyi kimi, Dollarla həyata keçirilir.

(d) (i)   Təqvim ili üçün Mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və Mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin Təqvim III üçün Mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin Təqvim ili üçün Mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edilir.

(ii)       Vergi orqanı hər bir Podratçı tərəfin hər Təqvim ili üçün Mənfəət vergisinə dair bəyannamələrini yoxlamaq səlahiyyətinə malikdir. Yoxlama qurtarandan sonra Vergi orqanı təklif olunan hər hansı düzəlişi Podratçı tərəf ilə müzakirə edir və lazım gələrsə, Mənfəət vergisi çərçivəsində əlavə ödəniləsi məbləğ haqqında bildiriş məktubu və ya artıq ödənilmiş məbləğlərin qaytarılması haqqında bildiriş məktubu verir. Mənfəət vergisinin razılaşdırılmış qaydada hər hansı artıq və ya əskik ödənilən məbləğləri Podratçı tərəf müvafiq bildiriş məktubunu alandan sonra, vəziyyətdən asılı olaraq, 14.2(c) və ya 14.2(d) bəndinə uyğun olaraq ödənilir. Əgər Podratçı tərəf və Vergi orqanı Mənfəət vergisinin əskik və ya artıq ödənilmiş məbləğini, yaxud bununla bağlı hər hansı məbləğləri razılaşdıra bilməsələr, həmin məsələnin tənzimlənməsi 25.3 bəndinə uyğun olaraq arbitraj qaydası ilə həyata keçirilir.

(iii)      Podratçı tərəfin Təqvim ili üçün qəti bəyannaməsində göstərilən Mənfəət vergisinin əskik və ya artıq ödənilməsi tam müəyyən olunandan sonra, vəziyyətdən asılı olaraq, 14.2(c) bəndinə uyğun olaraq ARDNŞ və ya 14.2(d) bəndinə uyğun olaraq Podratçı tərəf əskik və ya artıq ödənilmiş məbləğə görə, ödənişdən bir gün əvvəl üstünlük təşkil edən LIBOR dərəcəsi üstəgəl dörd (4) faiz hesabı ilə Dövlət büdcəsinə faizlər ödəyir. Həmin faizlər Mənfəət vergisinə dair qəti bəyannamənin təqdim olunduğu Təqvim ilinin iyirmi beş 25 mart tarixindən başlayaraq Mənfəət vergisinin ödənildiyi və ya qaytarıldığı tarixədək hesablanır.

(iv)      Yuxarıdakı (iii) bəndinə uyğun olaraq ödənilən faizlərdən əlavə olaraq Podratçı tərəfə Vergilərə aid yalnız aşağıda göstərilən cərimə sanksiyaları tətbiq edilə bilər:

(aa)      əgər Podratçı tərəf Mənfəət vergisinə dair bəyannaməni 14.3 bəndində müəyyən olunmuş son müddətə təqdim etmirsə və ya gec təqdim edirsə, ondan həmin Mənfəət vergisinə dair bəyannamə üzrə ödəyəcəyi Mənfəət vergisi məbləğinin yüz on (110) faizi həcmində cərimə alınır;

(bb)      əgər Təqvim ili üçün Mənfəət vergisinə dair qəti bəyannamədə əks etdirilən ödənilməli Mənfəət vergisinin məbləği Podratçı tərəfin şüurlu surətdə və qəsdən Aldatması nəticəsində az göstərilmişdirsə, belə azaldılmış məbləğin iki yüz (200) faizi həcmində cərimə alınır;

(cc)      Hüquqi şəxs Xarici subpodratçıya edilən ödəmələrin vergiyə cəlb olunmasına dair Podratçı tərəf 14.4(a)(i) bəndinə müvafiq olaraq cərimə və faizlərə görə məsuliyyət daşıyır;

(dd)     Podratçı tərəf burada qeyd edilən cərimələrin tətbiq edilməsinə qarşı çıxış edə bilər və lazım gəldikdə 25.3 bəndinə müvafiq olaraq məsələ arbitraj məhkəməsinə verilə bilər.

(ee)      Yoxlamanın Podratçı tərəf, Əməliyyat şirkəti və ya Subpodratçının Xarici subpodratçıya etdiyi ödənişlərdən düzgün məbləğdə Vergi tutmamasını müəyyənləşdirdiyi təqdirdə, tələb olduğundan az və ya çox ödənilmiş belə məbləğ tutulmasını həyata keçirən tərəf Dövlət Büdcəsinə ödəyir və ya Dövlət Büdcəsi tutulmanı həyata keçirən tərəfə belə olduğundan çox və ya az ödənilən məbləği son dəfə müəyyənləşdirdikdən sonra müvafiq maddələrə əsasən ödəyir. Bu ödənişlə birgə ödənişin həyata keçirdiyi gündən bir gün əvvəl dörd (4) faiz əlavə olunmaqla, LİBOR dərəcəsi ilə faiz də ödənilir. Bu faizlər verginin, yaxud verginin qaytarılmasının ödəniş üçün təyin olunan günündən əsil ödəniş gününədək hesablanır.

(e)        Hər bir Podratçı tərəf öz maliyyə hesabatlarını və Mənfəət vergisi haqqında bəyannamələrini Vergi orqanına təqdim edir. Mənfəət vergisinin qabaqcadan hesablanmış və qəti ödəniş məbləğləri Dövlət büdcəsinə hər Podratçı tərəfin adından və əvəzində ARDNŞ tərəfindən ödənilir.

(f)        Vergi orqanı ödənişin həyata keçirilməsindən sonra on (10) gün müddətində hər bir Podratçı tərəfə Mənfəət vergisinin qabaqcadan hesablanmış və ya qəti məbləğinin ödənildiyini təsdiq edən rəsmi vergi qəbzləri təqdim edir. Bu vergi qəbzlərində ödənişin tarixi, məbləği, hansı valyuta ilə ödənildiyi və Azərbaycan Respublikasında məxsus olan digər xüsusiyyətlər göstərilir.

14.4     Xarici subpodratçılara Vergi qovulması

(a)       Qanuni surətdə yaradılmış və ya təşkil edilmiş hüquqi şəxs olan Hüquqi şəxs-Xarici subpodratçı (“hüquqi şəxs-Xarici subpodratçı”) aşağıdakı qaydalara uyğun olaraq vergiyə cəlb olunur.

(i)         Hesab edilir ki, Hüquqi şəxs-Xarici Subpodratçılar Karbohidrogen fəaliyyəti ilə əlaqədar olaraq Azərbaycan RespublikasINda görülən İş və xidmətlərdən aldıqları ödənişlərin iyirmi beş (25) faizi həcmində vergi qoyulan mənfəət əldə edirlər və sonradan həmin mənfəətə iyirmi (20) faizi dərəcəsi ilə vergi qoyulmalıdır ki, bu vergi də ümumən həmin ödənişlərin beş (5) faizini təşkil edir. Belə ödənişləri həyata keçirən hər hansı şəxs həmin ödənişlərdən beş (5) faiz dərəcəsi ilə tutulacaq vergiləri ödənmə tarixindən sonra otuz (30) gün müddətində Dövlət büdcəsinə keçirir. Bu vergilər həmin Hüquqi şəxs-Xarici Subpodratçının vergi məsuliyyətini, habelə onun bəyannamə təqdim etmək və bütün Vergiləri ödəmək öhdəliklərini tamamilə əhatə edir.

(ii)        Podratçı tərəfə, Əməliyyat şirkətinə və ya digər Subpodratçıya Azərbaycan Respublikasının hüdudları daxilində Karbohidrogen fəaliyyəti ilə bağlı mallar satan hər bir Hüquqi şəxs – Xarici Subpodratçı, Azərbaycan Respublikasının hüdudlan daxilində satılmış malların faktiki sənədləşdirilmiş dəyərinə əlavə olan, lakin Azərbaycan Respublikasının hüdudları daxilində işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar olmayan və tədarüklərin sənədləşdirilməsi üçün yığımları, broker haqları, sənədləşdirmə haqları, qiymətləndirmə və ya digər oxşar rüsumları daxil edən məbləğdən (“Əlavə məbləğ”) iyirmi (20) faiz dərəcəsi ilə vergi ödəyir. Hüquqi şəxs-Xarici subpodratçıya həmin ödənişləri yerinə yetirən hər hansı hüquqi şəxs onun tərəfindən Hüquqi şəxs-Xarici subpodratçının xeyrinə həyata keçirilən ödənişlərdən Əlavə məbləğlə bağlı iyirmi (20) faiz dərəcə ilə vergi tutur və tutulmuş vergiləri Hüquqi şəxs-Xarici subpodratçıya ödənişlərin yerinə yetirildiyi təqvim ayının sonundan başlayaraq otuz (30) gün ərzində Dövlət büdcəsinə ödəyir. Bu 14-cü maddənin hər hansı digər müddəalarına baxmayaraq, Hüquqi şəxs-Xarici subpodratçı Əlavə məbləğ və ya qabaqcadan və ödəniş alındıqda satılan malların dəyəri ilə bağlı sənədləri təqdim etmədikdə, belə Hüquqi şəxs-Xarici subpodratçı belə malların satışından əldə etdiyi ödənişlərin tam həcmindən (xərclər çıxılmadan) beş (5) faiz dərəcə ilə vergi ödəməlidir.

(aa)     Hər bir Hüquqi şəxs-Xarici subpodratçı hər Təqvim ili üçün Karbohidrogen fəaliyyəti ilə bağlı əldə edilən ödənişlər daxil olmaqla, lakin bununla məhdudlaşmadan, Azərbaycan Respublikasında cari Təqvim ilində əldə edilmiş bütün gəlir haqda məlumat daxil olmaqla Mənfəət vergisinə dair bəyannamə və maliyyə vergi hesabatlarını təqdim etmək üçün məsuliyyət daşıyır. Hər bir xarici subpodratçı bununla bərabər beynəlxalq səviyyədə tanınmış müstəqil mühasibat işçilərindən ibarət təşkilat tərəfindən təqdim olunan onun Azərbaycan Respublikasındakı fəaliyyəti ilə bağlı meydana çıxan məsrəflər və mənfəət barədə tam və ədalətli şəkildə hesabat verdiyi haqda ona təqdim etdiyi arayış təqdim edir.

(bb)     Hər bir Hüquqi şəxs-Xarici subpodratçı, həmçinin tətbiq edilən qanunvericiliyə uyğun olaraq, (gəlir vergisinin tutulması haqqında hesabatlar, çıxılmalar üzrə hesabatlar, gömrük sənədləşdirmələri üçün ödənilən haqlar üzrə hesabatlar və sosial fondlara ödənilən haqlarla bağlı bəyannamələr daxil olmaqla, lakin onlarla məhdudlaşmadan) bütün digər Vergi bəyannamələrini, hesabatları və maliyyə hesabatlarını təqdim etməlidir.

(cc)      Hər hansı Hüquqi şəxs-Xarici subpodratçının yuxarıdakı (aa) və yaxud (bb) bəndlərinə uyğun olaraq, hər hansı Vergi bəyannaməsini, hesabatı və ya maliyyə hesabatını təqdim etməməsi Vergi tutan Tərəfə qarşı hər hansı faiz, cərimə yaxud digər cəza növlərinin tətbiq edilməsi ilə nəticələnmir.

(iii)       Podratçı tərəf və ya Əməliyyat şirkəti öz Subpodratçılarının hər hansı vergini tutmadıqları və ya ödəmədikləri üçün, göstərilən Subpodratçıların Azərbaycan Respublikasının vergi qanunlarını hər hansı şəkildə yerinə yetirmədikləri üçün heç bir öhdəliyə malik deyil və ya heç bir məsuliyyət daşımır;

(b)       Fiziki şəxs olan subpodratçı 14.6 bəndinə müvafiq olaraq Azərbaycanda gəlir Vergisinə cəlb olunur.

(c)        Yuxarıda göstərilənlərə baxmayaraq, ikiqat vergiqoymanın aradan qaldırılması haqqında müqavilələr onların müddəalarının aid edildiyi Xarici subpodratçılara vergilər üzrə güzəştlərin tətbiq edilməsini təmin edir.

Bu Sazişdə ziddiyyət təşkil edən hər hansı müddəaya baxmayaraq:

(i)        14.5(b) bəndi bu Sazişin bütün şərtlərinə tətbiq edilir.

(ii)       Hüquqi şəxs-Xarici Subpodratçılara edilən ödənişlər, bu 14.4 bəndində nəzərdə tutulanlardan başqa, heç bir Mənfəət vergisi və ya gəlir Vergisi üzərlərinə qoyulmur və ya tutulmur.

(iii)      hər bir Subpodratçı Azərbaycan Respublikasının tətbiq edilən qanunlarına və qaydalarına müvafiq olaraq, Azərbaycan Respublikası daxilində Karbohidrogen fəaliyyəti ilə bağlı olmayan təsərrüfat fəaliyyəti ilə əlaqədar Vergilərin ödənilməsi və hesabatların təqdim olunması üçün məsuliyyət daşıyır.

14.5     Xarici Subyektlərə ödənişlərdən Vergi Tutulması

(a)       14.4(a) bəndində nəzərdə tutulanlar istisna edilməklə, Podratçı tərəfin Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil olunmuş hər hansı subyektə verdiyi ödənişlərə Vergi qoyulmur və ya onlardan Vergi tutulmur. Əvvəlki cümlədə şərh edilənlərə baxmayaraq, Azərbaycan Respublikasının hamılıqla tətbiq edilən qanunlarına və normativ aktlarına əsasən aşağıdakılardan beş (5) faiz dərəcəsi ilə Vergi tutula bilər və belə vergitutma həmin hüquqi şəxsin vergi öhdəliklərinin, hesabat öhdəliklərinin və bütün Vergilərə dair məsuliyyətinin yerinə yetirilməsini təmin edir:

(i)         Azərbaycan Respublikasında olmadan və hüdudlarından kənarda yaradılmış bank və ya digər maliyyə təsisatı tərəfindən Neft-qaz əməliyyatları ilə bağlı Podratçı tərəfə verilmiş kredit üzrə Podratçı tərəfin ödədiyi faizlərdən;

(ii)        Neft-qaz əməliyyatlarında Azərbaycan Respublikasının vətəndaşı olmayan müəlliflərin əsərlərindən, ixtiralarından və digər qeyri-maddi mülkiyyətlərindən istifadə üçün (lakin belə nəşrlər, ixtiralar və qeyri-maddi mülkiyyətlə bağlı Neft-qaz əməliyyatlarında istifadə edildiyi mallara, avadanlıqlara və məhsullara görə yox) Podratçı tərəfin ödədiyi müəllif haqlarından.

(b)       Yuxarıda göstərilənlərə baxmayaraq, hər hansı Azərbaycan Respublikası hüdudlarından kənarda təşkil olunmuş hüquqi şəxslərə tətbiq edilə bilən ikiqat vergiqoymanın aradan qaldırılması haqqında müqavilələrin müddəaları ilə və əgər belə Müqavilə mövcud deyilsə, 1 noyabr 1997-ci ildə yenidən işlənilən “İƏİT (OECD) Vergi Gəliri və Kapitalı üzrə Model Konvensiyasına müvafiq müqavilə qüvvədə olarsa, mövcud ola bilən üstünlüklərindən faydalana bilər. Hər bir halda, xarici şəxsə belə üstünlüklərdən faydalanmasına şərait yaratmaq üçün əlavə inzibati addım atmağa lüzum yoxdur.

(c)        Hər bir Podratçı tərəfin filialları beynəlxalq Neft-qaz sənayesinin təcrübəsinə və öz iş ənənələrinə uyğun olaraq (və belə işlərə Vergi ödəməkdən boyun qaçırmağa yönələn işlər daxil edilməməlidir) nə mənfəətinə zərər prinsipi əsasında mal təchizatı, işlərin görülməsi yaxud xidmətlərin göstərilməsi ilə məşğul olur. Əgər yuxarıda adı çəkilən şərtə əməl olunarsa, belə filialların fəaliyyətinə Azərbaycan Respublikasında mənfəət əldə etməsi kimi baxılmır və buna görə də onlardan heç bir Vergi tutulmamalıdır.

14.6     Əməkdaşların və fiziki şəxslərin vergiyə cəlb olunması

(a)       Bütün Vergi qoyulan rezidentlər hər Podratçı tərəfin, Əməliyyat şirkətinin, onların Ortaq şirkətlərinin, Xarici subpodratçılarının əməkdaşları, o cümlədən Xarici subpodratçı kimi fəaliyyət göstərən fiziki şəxslər bilavasitə Azərbaycan Respublikasındakı əmək fəaliyyəti nəticəsində qazandıqları gəlirlərdən Azərbaycanda fiziki şəxsin gəlir vergisini ödəməyə borcludurlar. Vergi qoyulan rezidentlər olmayan əməkdaşlar isə Azərbaycanda fiziki şəxsin gəlir vergisi ödəmək üçün məsuliyyət daşımırlar. Bu 14.6 bəndi baxımından və tətbiq edilə bilən hər hansı ikiqat vergiqoymanın aradan qaldırılması haqqında müqaviləyə əməl olunmaqla və ayn-seçkiliyə yol vermədən “Vergi qoyulan rezident” konkret dövr ərzində aşağıdakı şərtlərdən hər hansı birinə əməl edən hər hansı fiziki şəxs deməkdir:

(i)         Otuz (30) və ya daha çox ardıcıl gün ərzində Azərbaycanda ezamiyyətdə olan hər hansı fiziki şəxs belə halda həmin şəxs otuz (30) ardıcıl gündən çox olan hər hansı müddət ərzində Azərbaycanda göstərdiyi əmək fəaliyyəti nəticəsində qazandığı şəxsi gəlirdən Azərbaycan gəlir Vergisi ödəmək üçün məsuliyyət daşıyacaqdır. Hər hansı Təqvim ilində Azərbaycan Respublikasında otuz (30) və ya daha çox ardıcıl gündən artıq müddət ərzində olmayan, lakin bu Təqvim ilində ümumən doxsan (90) göndən artıq və daha çox müddətdə Azərbaycan Respublikasında qalan fiziki şəxs Azərbaycan Respublikasında olduğu doxsanıncı (90) gündən sonra Azərbaycan Respublikasında bilavasitə əmək fəaliyyəti nəticəsində qazandığı gəlirdən Azərbaycan gəlir Vergisi ödəmək üçün məsuliyyət daşıyır;

(ii)        Hər hansı Təqvim ilində əsas iş yeri kimi fəaliyyət göstərmək üçün (əgər bu cür fəaliyyət Azərbaycan Respublikasından kənarda əsas iş yerinə nisbətən ikinci dərəcəli deyilsə) planlaşdırılan cədvəl üzrə vaxtaşırı olaraq ümumən doxsan (90) gündən çox Azərbaycan Respublikasında olan fiziki şəxs, həmçinin vaxta cədvəli üzrə vaxtda olan şəxslər. Belə şəxs Təqvim ili ərzində Azərbaycan Respublikasındakı bilavasitə fəaliyyəti nəticəsində qazandığı bütün gəlirlərdən o cümlədən bu şəxs Vergi qoyulan Rezident olanadək Azərbaycan Respublikasında işlədiyi həmin doxsan (90) gün ərzində qazandığı gəlirlərdən Azərbaycan gəlir Vergisi ödəmək üçün məsuliyyət daşıyır.

(b)       Hər Podratçı tərəf, Əməliyyat şirkəti, onların Ortaq şirkətləri, Subpodratçıları, o cümlədən Xarici subpodratçı kimi fəaliyyət göstərən fiziki şəxslər Azərbaycan Respublikasının Dövlət Sosial Sığorta Fonduna haqq ödəyir və həmin haqlar (o cümlədən, lakin bunlarla məhdudlaşdırılmadan, pensiya fonduna, işə düzəlmə fonduna, sosial sığorta fonduna, məşğulluq fonduna və tibbi sığorta fonduna haqlar) ancaq Azərbaycan Respublikasının vətəndaşları olan daimi əməkdaşlara aiddir.

(c)        Hər bir Podratçı tərəf, onun Ortaq şirkətləri, Əməliyyat şirkəti və Subpodratçılar Azərbaycan Respublikasının vətəndaşı olan və belə Tərəflə işçi kimi daimi əmək münasibətlərinə malik olmayan fiziki şəxslərə ödənilən ödənişlərdən Azərbaycan Respublikasında tətbiq edilən gəlir vergisini tutur.

(d)       Hər hansı Podratçı tərəfin, Əməliyyat şirkətinin, Ortaq şirkətin, Subpodratçının və ya Xarici əməkdaşın yuxanda qeyd edilənlərə məsuliyyət daşımasından əvvəl, yaxud tutulan belə vergilər haqqında məlumat verilməməsinə görə, Hökumət orqanı belə Vergilərin hər hansı xarakterdə ödənilməməsi və ya məlumat verilməməsi üçün hər hansı belə vergini, faizi, cərimələri və ya müamilələri tətbiq etməmişdən əvvəl, 14.6(a), (b) və (c) bəndlərinə əsasən Azərbaycan Respublikasında tutulan belə Verginin dərəcəsi, ödənilmə müddəti və məlumatvermə qaydası 14.8(c) bəndinə əsasən imzalanan Protokolla müəyyən edilir.

14.7. Vergidən azad edilmə

(a)       Hər bir Podratçı tərəf, Əməliyyat şirkəti və onun Subpodratçıları Karbohidrogen fəaliyyətləri ilə bağlı (sıfır (0) vergi dərəcə ilə) Əlavə Dəyər Vergisindən azaddır. Bu aşağıdakılara tətbiq edilir:

(i)         onlara təchiz edilən və ya onların təchiz etdikləri mal, iş və xidmətlər;

(ii)        Karbohidrogenlər və bu Karbohidrogenlərdən emal olunan bütün məhsulların ixracı;

(iii)       mal (tütün, ərzaqdan və alkoqollu içkilərdən savayı), iş və xidmətlərin əldə edilməsi və idxalı.

(b)       Əlavə olaraq, Karbohidrogen Fəaliyyətləri ilə bağlı hər bir Podratçı Tərəfi və ya Əməliyyat Şirkətini mal, iş və xidmətlərlə (birbaşa və ya dolayısı ilə) təchiz edən hər bir təchizatçı bu mal, iş və xidmətlər görə (sıfır (0) faizi ilə) Əlavə Dəyər Vergisindən azad hesab edir.

(c)        Yuxarıda göstərilmiş 14.7 (a) bəndinin şərtlərinə əsasən mal, iş və xidmətlərlə təchiz olunan zaman sıfır (0) faiz dərəcə ilə Əlavə Dəyər Vergisini ödəməli olan şəxs, alınan mal, iş və xidmətlərə görə sıfır (0) faiz dərəcəsindən artıq qoyulan Əlavə Dəyər Vergisini ödədiyi hallarda, həmin şəxs məbləği geri almaq və ya onun tərəfindən ödənilməli hər hansı başqa Vergilərin (həmin şəxs öz əməkdaşlarına və ya Subpodratçılarına ödəniş zamanı tutulan Vergilər də daxil olmaqla) məbləğləri ilə qarşılıqlı əvəzləşdirmək səlahiyyətinə malikdir.

(d)       14.4 və 14.5 bəndlərinin şərtləri istisna olmaqla, hər bir Podratçı tərəf və ya onun daimi nümayəndəlikləri tərəfindən Azərbaycan Respublikasından kənarda formalaşan, hüquqi şəkildə yaradılan və ya təşkil olunan hər hansı bir təşkilata ödənilən məbləğdən Vergi tutulmur və qoyulmur.

(e)        Bu Sazişin 14.7(a) bəndində nəzərdə tutulduğu kimi Vergi orqanı və ya digər müvafiq vergi yaxud gömrük orqanı hər Podratçı tərəfə, Əməliyyat şirkətinə və onların Subpodratçılarına hər hansı vergidən azadolunma və/yaxud ƏDV-nin sıfır (0) faizi rejimini təsdiq edən etibarlı şəhadətnamələri Podratçı tərəfin, Əməliyyat şirkətinin, və ya Subpodratçının bu cür sertifikat verilməsi haqqındakı sorğusundan sonra otuz (30) gün müddətində təqdim edir.

14.8     Digər məsələlər

(a)       Hər bir Podratçı tərəf, onun Ortaq şirkətləri, Əməliyyat Şirkəti və Subpodratçılar qeydiyyata görə rüsumlar və ya hər hansı Hökumət orqanı tərəfindən təyin olunan bu kimi haqlar ödəyirlər, bu şərtlə ki, rüsumlar nominal olsun və onlar ayrı-seçkiliyə yol verilmədən təyin edilsin.

(b)       Əməliyyat şirkəti 8-ci maddəyə uyğun olaraq yaradıldığı üçün həmişə sıfır (0) dərəcədə Vergi qoyulan mənfəətə malikdir, belə Əməliyyat şirkəti Mənfəət vergisi ödəyən hüquqi şəxs hesab edilmir və beləliklə Mənfəət vergisi haqqında bəyannamə, hesabat və maliyyə hesabatlan təqdim etməkdən azad edilir. Hər bir Əməliyyat şirkəti müvafiq qanunvericiliyə uyğun olaraq bütün başqa Vergilər üzrə (gəlir Vergisi haqqında hesabatlar, gömrük sənədləşdirmələri üçün rüsumların qəbzləri və sosial təminat fondlarına ödənişlər haqqında hesabatlar daxil olmaqla, lakin onlarla məhdudlaşmadan) bəyannamə, hesabat və maliyyə hesabatlarının təqdim edilməsi üçün məsuliyyət daşıyır.

(c)        Qüvvəyəminmə tarixindən sonra Podratçı ilə danışıqlar aparmaq və bu Sazişin Vergiyə dair müddəalarını həyata keçirilməsi və şərh edilməsi üçün lazım olan qaydaları müəyyən edən Protokolları imzalamaq üçün Komissiya yaradılır. Belə Protokollar bu Sazişin bütün şərtləri ilə uyğun gəlir və bu Saziş üzrə vergi məsələlərinin şərh edilməsində Hökumət orqanları tərəfindən verilən və ya dərc edilən hər hansı digər Sərəncam və ya Təlimatlara bərabər hesab edilir.

14.9     İştirak payının ötürülməsindən Mənfəət vergisi

Hər hansı Podratçı tərəfin iştirak payının tamamilə və ya qismən üçüncü tərəfə və ya hər hansı Podratçı tərəfə satılması, yaxud Daimi ötürülməsindən alınan Xalis mənfəətdən aşağıdakı qaydada Vergi tutulur:

(a)       Bu 14.9 bəndin məqsədləri baxımından aşağıdakı terminlərə belə mənalar verilir:

(i)         “Ümumi gəlir” öz hüquqlarının başqasına verən Podratçı tərəfin bu Sazişə uyğun olaraq iştirak Payının hər hansı bir hissəsinin başqasına verilməsi müqabilində aldığı ümumi haqq deməkdir.

(ii)        “Qalıq dəyər” bu Sazişə əsasən hər hansı sərmayənin amortizasiya edilməyən və Əvəzi ödənilən məsrəflərə aid olmayan balans (kumulyativ məsrəflər) deməkdir.

(iii)       “Satış və ya Daimi ötürmə” aşağıdakılar istisna olmaqla, iştirak payına mülkiyyət hüququnun tamamilə və ya qismən verilməsi və ya ötürülməsi deməkdin

(aa)     bu Sazişlə bağlı götürülmüş kredit nəticəsində baş verən hüquq və öhdəliklərin verilməsi; yaxud

(bb)     mənfəət - əldə olunmayan layihələrdə iştirak paylarının mübadiləsi; yaxud

(cc)      işlərin görülməsini təşkil edən öhdəliklərin əvəzində hər hansı hüquq və öhdəliklərin verilməsi; yaxud

(dd)     hüquq və öhdəliklərin hər hansı məcburi verilməsi.

(iv)      “Xalis gəlir” Ümumi Gəlir və aşağıdakılardan ibarət olan tutulmaların (vergi çıxılmaların) Ümumi məbləği arasındakı fərq deməkdin

(aa)     Hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə çəkilmiş kumulyativ Neft-qaz əməliyyatlara çəkilən Məsrəflərində Podratçı tərəfin payı;

(bb)     Hüquq və öhdəliklərini başqasına verən Podratçı tərəfin həyata keçirdiyi və bu Sazişə əsasən Neft-qaz əməliyyatları Məsrəflərinə aid olmayan sərmayələrin (kumulyativ məsrəflər) Qalıq Dəyəri;

(cc)      Hüquq və öhdəliklərin bu cür verilməsi zamanı ilə əlaqədar çəkilən məsrəflər.

(b)       Hüquq və öhdəliklərin satışından və ya Daimi ötürülməsindən əldə olunan Xalis gəlirə 14.1(c)(vi) bəndində müəyyən olunan Mənfəət vergisi dərəcəsi tətbiq edilir. Ümumi gəlir əldə edilərkən hüquq və öhdəlikləri verən Podratçı tərəf Xalis Gəliri hesablayır və yuxarıda göstərilən Mənfəət vergisi dərəcəsini ona tətbiq edir.

(c)        14.9(a)(iii)(aa) bəndində göstərilən məbləğlər Əməliyyat şirkətinin qanuni fəaliyyət göstərən auditoru tərəfindən təsdiq edilir, 14.9(a)(iii)(bb) bəndində göstərilən məbləğlər isə məsrəfləri çəkən Podratçı tərəfin və ya Podratçı tərəfin Ortaq şirkətinin qanuni fəaliyyət göstərən auditoru tərəfindən edilir.

(c)        Hüquq və öhdəlikləri verən Podratçı tərəf bu qayda ilə hesablanan Vergini Ümumi Gəlir alındıqdan sonra otuz (30) təqvim günündən gec olmayaraq Azərbaycan Respublikası Dövlət büdcəsinə ödəyir. Ümumi Gəlirin hissə-hissə alındığı təqdirdə tutulacaq Ümumi Vergi də hissə-hissə ödənilir. Ümumi Gəlirin hissələri tam Ümumi Gəlir münasibətdə bərabər bölündüyü kimi, vergi də tutulacaq ümumi Vergiyə nəzərən bərabər bölünməlidir.

(e)        Hüquq və öhdəlikləri verən Podratçı tərəf hüquq və öhdəliklərin verildiyi Təqvim ili üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş formada və müddətdə bəyannamə təqdim edir.

14.10   Qüvvədə qalma

Bu Sazişdə zidd olan müddəalara baxmayaraq, bu Sazişə xitam verildikdən sonra bu 14-cü maddənin müddəaları hər bir Podratçı tərəfin Vergilər üzrə öhdəliklərinə aid bütün məsələlər qəti həll edilənədək qüvvədə qalır.

MADDƏ 15

KARBOHİDROGENLƏRİN DƏYƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ

 

15.1     Xam neftin və Sərbəst təbii qazın xalis İxrac dəyərinin müəyyən edilməsi

(a)       12.2 bəndinə uyğun olaraq Məsrəflərin əvəzinin ödənilməsi və 12.4 bəndinə uyğun olaraq Mənfəət karbohidrogenlərinin bölüşdürülməsi üçün Xam neftin dəyəri bu Sazişin digər maddələrində konkret olaraq göstərildiyi kimi, hər hansı Təqvim rübündə aşağıdakı qaydada müəyyən edilən xalis ixrac dəyəridir:

(i)         Təqvim rübü ərzində hər hansı Tərəf Kontrakt sahəsindən çıxarılan Xam nefti (və ya Kontrakt sahəsindən çıxarılan Xam neft əvəzinə mübadilə və ya neftin köçürməsi sazişləri nəticəsində əldə edilmiş digər Xam nefti) Satış məntəqəsində kommersiya cəhətdən müstəqil əqdlərə əsasən ixraca satırsa, - bu satışların hamısında tətbiq olunan orta xüsusi satış qiyməti üzrə (komisyon və broker haqqı çıxıldıqdan sonra), Çatdırılma məntəqəsində Xam neftin dəyərini (“Xalis ixrac dəyəri”) təyin etmək üçün Xam neftin Satış məntəqəsinə nəql olunmasına Tərəflərin çəkdiyi xərcləri, o cümlədən boru kəməri tariflərini, tranzit rüsumlarını, Nəqletmə itkilərini, terminallardan istifadə haqqını, hava şəraiti ilə bağlı limanda hərəkətsiz dayanma üçün ödənişləri, təmizləmə xərclərini, tankerlərin icarələnməsini və boru kəməri üçün vergiləri və i.a. nəzərə almaqla; bu şərtlə ki, bütün Tərəflərin kommersiya cəhətdən müstəqil əqdlər əsasında satışlarının ümumi həcmi Təqvim rübü ərzində bütün Tərəflərin satışlarının hamısının ümumi həcminin otuz üç tam üçdə bir (33 1 /3) faizindən çox olsun; bu 15-ci Maddənin məqsədləri baxımından ARDNŞ-in, ARDNŞ-nin hər hansı Ortaq Şirkətinin və ya Hökumət orqanının bütün Xam neft satışları (istisnasız olaraq 13-cü Maddəyə və 21.3 bəndinə müvafiq surətdə satışlar da daxil olmaqla) kommersiya cəhətdən müstəqil əqdlər hesab edilirlər; və ya

(ii)        əgər kommersiya cəhətdən müstəqil ixrac satışlarının ümumi həcmi yuxarıdakı 15.1(a)(i) bəndində göstərilmiş faiz məhdudiyyətindən artıq deyildirsə - (a) kommersiya cəhətdən müstəqil əqdlər (yuxarıdakı 15.1(a)(l) bəndinə əsasən müəyyən edilmiş əqdlər) daxilində satılmış Xam neftin orta xüsusi qiyməti üzrə və (b) kommersiya cəhətdən qeyri-müstəqil əqdlər daxilində satılmış Xam neftin Təqvim rübü ərzində “Platts Oylqram” nəşrində bu cür Xam neft üçün göstərilən orta xüsusi qiymət üzrə; nəşrdə bu qiymət göstərilmədikdə Xam neftin Tərəflər arasında razılaşdırılmış üç (3) nümunə növü üçün Təqvim rübündə “Platts Oylqram”da dərc edilmiş xüsusi “FOB” qiymətlərinin orta kəmiyyəti götürülür; yuxarıdakı (i) bəndində göstərildiyi kimi, Xam neftin Xalis ixrac dəyərini təyin etmək üçün Xam neftin keyfiyyətini, növünü, həcmini, Satış məntəqəsinə nəql edilməsinə çəkilən xərcləri nəzərə almaqla.

Bu 15.1(a)(ii) bəndinə əsasən arayış üçün zəruri olduğu dövrdə “Platts Oylqram”ın nəşrinə son qoyulmuşdursa və ya bu nəşrin dərci on beş (15) günlüyə dayandırılmışdırsa, lazımi rəqəmlər neft sənayesində beynəlxalq nüfuzu olan münasib alternativ nəşrdən götürülür. Əgər Tərəflər ixrac satışlarını başlanmasınadək Xam neftin üç (3) nümunə növü barəsində razılığa gələ bilməsələr və ya hər hansı alternativ nəşrlər barəsində razılığa gələ bilməsələr, aşağıdakı 15.1(c) bəndinin müddəalarına əsasən qəti qərarı beynəlxalq nüfuza malik olan ekspert qəbul edir.

(b)       Hər hansı Təqvim rübündə Məsrəflərin əvəzinin ödənilməsi və Mənfəət karbohidrogenlərinin bölüşdürülməsi üçün Sərbəst təbii qazın dəyəri Podratçının Sərbəst təbii qazı Satış məntəqəsinə çatdırmaq üçün çəkdiyi xərclər, o cümlədən boru kəməri tarifləri, Nəqletmə itkiləri və boru kəməri üçün vergilər və i.a. çıxılmaqla bu Sazişin digər maddələrində konkret olaraq göstərildiyi kimi, qaz satışına dair müqavilə əsasında kommersiya cəhətdən müstəqil satış zamanı tətbiq edilən faktik qiymətə bərabərdir (“Xalis ixrac dəyəri”). Bu 15-ci Maddənin məqsədləri baxımından ARDNŞ-nin, ARDNŞ-nin hər hansı Ortaq Şirkətinin və ya Hökumət orqanının bütün Sərbəst təbii qaz satışları kommersiya cəhətdən müstəqil əqdlər hesab edilirlər.

Podratçı Sərbəst Təbii qazı qeyri-kommersiya cəhətdən müstəqil əqdlərlə satdığı hallarda, belə Sərbəst təbii qazın dəyəri üstünlük təşkil edən beynəlxalq qiymətqoyma prinsipləri əsasında və bazar, növ, keyfiyyət, həcm, daşınma, habelə digər müvafiq amillər nəzərə alınmaqla ARDNŞ ilə Podratçı arasında razılaşdırılmış qiymətlə müəyyən edilir (“Xalis ixrac dəyəri”).

(c)        Müvafiq Təqvim rübü qurtardıqdan sonra otuz (30) gündən gec olmayaraq bütün Tərəflər Xam neftin və/və ya Sərbəst təbii qazın nəzərdən keçirilən Təqvim rübündə kommersiya cəhətdən müstəqil satışlarının hamısı üçün satış həcmlərini, tarixlərini, qiymətlərini və Satış məntəqəsini Əməliyyat şirkətinə bildirirlər və Əməliyyat şirkəti yuxandakı 15.1(a) və 15.1(b) bəndlərində göstərilmiş müddəalara əməl edilməsi məqsədilə Xam neftin və/va ya Sərbəst təbii qazın dəyərinin müəyyən edildiyi haqqında ARDNŞ-ə bildiriş verir; həmin bildirişdə kommersiya cəhətdən müstəqil olan bütün əqdlər üçün satış həcmləri, tarixləri, qiymətləri və Satış məntəqəsi göstərilir. Əgər hər hansı Tərəf Əməliyyat şirkətinin 15.1 (a) və 15.1(b) bəndlərinə əsasən elan etdiyi dəyərlə razılaşmırsa və Xam neftin və ya Sərbəst təbii qazın dəyərinin müəyyən edilməsi haqqında ARDNŞ-nin Podratçıdan məlumat aldığı tarixdən otuz (30) gün keçənədək ARDNŞ ilə Podratçı Xam neftin və/və ya Sərbəst təbii qazın dəyəri barəsində razılığa gələ bilmirlərsə, bu dəyəri Podratçı və ARDNŞ tərəfindən təyin olunan, beynəlxalq miqyasda tanınmış ekspert müəyyən edir, lakin onlar yuxarıda göstərilən otuz (30) gün müddət qurtardığı andan başlayaraq otuz (30) gün ərzində ekspert təyin etmək haqqında razılıq əldə edə bilməsələr, ekspert Stokholm (İsveç) Ticarət palatasının Prezidenti tərəfindən ARDNŞ-in və ya Podratçının ərizəsi ilə müraciətindən sonra təyin olunur. Təyin edilən ekspert Karbohidrogenlərin satışı sahəsində beynəlxalq nüfuza malik olmalıdır. Ekspert bu Sazişin yalnız ingiliscə mətnindən istifadə edir. Təyin olunduqdan sonra otuz (30) gün ərzində ekspert öz qərarı haqqında yazılı məlumat verir və onun qərarı qəti hesab olunur, ARDNŞ və Podratçı üçün məcburi sayılır.

Hesablaşmalar və ödənişlər aparmaq məqsədilə cari Təqvim rübü üçün Xam neftin və ya söhbət Sərbəst təbii qazdan gedirsə, Sərbəst təbii qazın Xalis ixrac dəyərini müəyyən etməzdən əvvəl müvəqqəti olaraq, yəni həmin dövrdə tətbiq edilə bilən Xalis ixrac dəyəri qəti müəyyənləşdirilənə qədər Xam neftin və/və ya Sərbəst təbii qazın əvvəlki Təqvim rübü üçün müəyyən olunmuş Xalis ixrac dəyərindən istifadə edilir. Müvəqqəti hesablaşmalarda və ödənişlərdə düzəlişlər etmək lazım gəldikdə, belə düzəlişlər tətbiq oluna bilən belə Xalis ixrac dəyəri müəyyən edildikdən sonra otuz (30) gün ərzində keçirilir.

(d)       15.1 (a) və (b) bəndlərinə əsasən Xam neftin və/və ya Sərbəst təbii qazın tətbiq oluna bilən Xalis ixrac dəyəri müəyyən olunarkən aşağıdakılar tətbiq edilir:

(i)         bu 15.1 bəndinin “satışlara” aid müddəaları ayrıca bir satışa da eyni dərəcədə aiddir və müvafiq surətdə təfsir olunur; və

(ii)        Satış məntəqəsində Xam neft və ya Sərbəst təbii qazın üzərində mülkiyyət hüququnun Tərəfdən alıcıya keçdiyi an satış anı hesab olunur; və

(iii)       “Satış məntəqəsi” elə bir coğrafi nöqtə və ya nöqtələrdir ki, satışın hansı şərtlərlə - İnkoterms 2000 - nin F.O.B., C.I.F., C.F.R və F.C.A. şərtləri ilə, yaxud beynəlxalq neft sənayesində hamılıqla qəbul edilmiş hər hansı başqa şərtlərlə aparılmasından asılı olmayaraq, orada Xam neft və ya Sərbəst təbii qazın üzərində mülkiyyət hüququ satıcıdan alıcıya keçir. Mümkün satış məntəqələrinin nümunələri sırasına ixrac neft kəmərinin son məntəqəsindəki terminalın çıxış flanetsində qoyulmuş buraxılış sayğacı, neftayırma zavodundakı giriş sayğacı və ya tankerdəki giriş flanetsi daxildir; və

(iv)      “Nəqletmə itkiləri” dedikdə, Çatdırılma məntəqəsindən ixrac boru kəmərinin (həmçinin Qara dəniz rayonundan Xam neftin, söhbət Sərbəst təbii qazdan gedirsə, Sərbəst təbii qazın Satış məntəqəsinə nəql olunması üçün istifadə edilən hər hansı boru kəməri daxil olmaqla) son məntəqəsinə Xam neftin və/və ya Sərbəst təbii qazın vurulması gedişində əmələ gələn və boru kəmərlərində beynəlxalq təcrübədə qəbul edilmiş normal itki hədlərindən, yəni onda bir (0,1) faizdən artıq olan itkilər nəzərdə tutulur. Nəqletmə itkiləri (Podratçının hər hansı sığorta vasitəsi ilə əvəzi ödənilmiş itkiləri və kəmərin sahibləri və ya idarəçiləri tərəfindən ödənilmiş itkiləri istisna olmaqla) Ümumi hasilatdan çıxılır. Podratçının Nəqletmə itkilərindən sığortalanmaq üçün verdiyi sığorta xərcləri Əvəzi ödəniləsi məsrəflər deyildir. Belə itkilərə görə verilən sığorta kompensasiyalarının heç biri Məsrəflərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 22.1 bəndinə əsasən Podratçı nəqletmə itkilərinin sığortalanması üçün cavabdehdir; və

(v)       “kommersiya cəhətdən müstəqil satış” - əqd bağlamaq istəyən müstəqil alıcı və satıcı arasında Sərbəst dönərli valyuta müqabilində beynəlxalq bazarda Karbohidrogenlər satışı və ya mübadiləsi deməkdir, həm də bu zaman barter əqdlərini nəzərdə tutan satışlar, hökumətlərarası satışlar, habelə beynəlxalq bazarda Karbohidrogenlər satışında qüvvədə olan adi iqtisadi stimullarla deyil, tamamilə və ya qismən digər mülahizələrlə şərtləndirilən başqa əqdlər istisna edilir.

15.2     Həcmlərin ölçülməsi

(a)       Podratçının istehsal etdiyi Karbohidrogenlərin həcmi və keyfiyyəti beynəlxalq neft sənayesinin hamılıqla qəbul edilmiş standartlarına uyğun metodlar və cihazlar ilə ölçülür və Ölçmə qaydasına uyğun olaraq Tərəflərin nəzarəti altında saxlanılır.

(b)       Podratçı Ölçmə qaydasının müddəalarına uyğun olaraq Karbohidrogenlərin keyfiyyətini ölçmək və keyfiyyətini müəyyən etmək üçün istifadə olunan cihazları yoxladığı və kalibrlədiyi haqda ARDNŞ-nə yazılı məlumat verir. ARDNŞ-nin yoxlamada və kalibrləmədə müşahidə aparmaq üçün öz hesabına va öz riski ilə öz mütəxəssislərini göndərməyə ixtiyarı vardır.

(c)        Ölçmə metodu və ya ölçmə üçün istifadə edilən cihazlar hasilatı artıq və ya əskik göstərdikdə, əgər başqa hal sübut olunmursa, belə hesab edilir ki, ölçmə cihazlarının son dəfə yoxlandığı vaxtdan etibarən səhv mövcud olmuşdur; bu halda səhvə yol verilən dövr üçün orta dəyər üzrə zəruri düzəlişlər edilir və ya müvafiq müddət ərzində məhsulun lazımi həcmində natura şəklində çatdırılmasını nizamlamaq üçün tədbirlər görülür.

(d)       Kontrakt sahəsindən çıxarılan və 12.1 bəndində göstərildiyi kimi, Podratçının istifadə etmədiyi Karbohidrogenlər Çatdırılma məntəqəsində ölçülür.

 

 

MADDƏ 16

ƏMLAKA SAHİBLİK , ONDAN İSTİFADƏ VƏ ƏMLAKIN LƏĞV EDİLMƏSİ

 

16.1     Əmlaka sahiblik və ondan İstifadə

Neft-qaz əməliyyatları aparılması üçün nəzərdə tutulan əsas fondların və daşınar əmlakın aşağıdakı kateqoriyaları üzərində mülkiyyət hüququ ARDNŞ-ə aşağıdakı qaydada keçir:

(a)       Torpaq sahələrinin satın alınmasına qanunla icazə veriləcəyi təqdirdə Podratçının Azərbaycan Respublikasında Neft-qaz əməliyyatları üçün satın aldığı torpaq sahələri, o cümlədən Podratçının ARDNŞ-nin təminatı ilə aldığı torpaq sahələri alındığı andan ARDNŞ-nin mülkiyyəti olur;

(b)       Neft-qaz əməliyyatlarında Podratçının istifadə etdiyi əsas fondlar və daşınar əmlak - bunların dəyəri Neft-qaz əməliyyatları üçün Məsrəflərə aid edilir -üzərində mülkiyyət hüququ ARDNŞ-nə aşağıda göstərilən tarixlər içərisində ən erkən tarixdə keçir: (I) Sıfır balansına nail olandan sonra gələn Təqvim rübünün sonunda v ə ya (ii) bu Sazişin qüvvəsinə xitam veriləndən sonra. Axırıncı halda Podratçının 25.3(b) bəndində və 31-ci Maddədə nəzərdə tutulan hüquqları məhdudlaşdırılmadan, əsas fondlar üzərində mülkiyyət hüququ bu Saziş üzrə ona aid edilən məsrəflərin ödənilib-ödənilməməsindən asılı olmayaraq  ARDNŞ-nə keçir. Sıfır balansına  nail olunduqdan sonra mülkiyyət hüququ ARDNŞ-nə verilən əsas fondlar və daşınar əmlak, yalnız iqtisadi resurs qalığı məhdud olan əmlak vahidlərindən başqa, istismara yararlı olmalı və aşınması nəzərə alınmaqla, hamı tərəfindən qəbul edilmiş beynəlxalq texniki standartlara uyğun gəlməlidir.

(c)        Podratçının ixtiyarı var ki, əmlak üzərində mülkiyyət hüququnun bu 16.1 bəndinə əsasən ARDNŞ-nə keçib-keçməməsindən asılı olmayaraq Neft-qaz əməliyyatlarını aparmaq məqsədi ilə alınmış bütün torpaq sahələrindən, əsas fondlardan və daşınar əmlakdan heç bir əlavə xərc qoymadan bu Sazişə uyğun surətdə və onun qüvvədə olacağı bütün müddət ərzində tam və müstəsna hüquqla istifadə etsin.

(d)       Hər hansı əsas fondun 31.5 bəndinə uyğun surətdə qismən təhvilinə dair razılaşmaya əsasən Podratçı təhvil verilən sahədəki əmlakdan imtina etdiyini, ondan istifadə etmək və ya onu Neft-qaz əməliyyatları ilə bağlı hər hansı başqa yerə köçürmək niyyətində olmadığını bildirir. 16.1(0 bəndinin müddəalarına əməl edilməsi şərtilə ARDNŞ bu bildirişin alındığı andan etibarən altmış (60) gün ərzində həmin əsas fondlar üzərində mülkiyyət hüququnu, sahibliyi və nəzarəti öz öhdəsinə götürməyi qərara ala bilər.

(e)        Bu Sazişin qüvvədə olduğu müddət ərzində Neft-qaz əməliyyatlarının həyata keçirilməsi prosesində Podratçının topladığı və hazırladığı məlumatın və başqa informasiyanın birgə sahibi ARDNŞ və Podratçıdır. Bu Sazişin qüvvəsinə xitam verildikdən sonra həmin məlumatın və informasiyanın hamısının üzərində mülkiyyət hüququ ARDNŞ-nə keçir. Nəticədə hər bir Podratçı tərəf göstərilən məlumatdan və informasiyadan Azərbaycan Respublikasında Karbohidrogenlərlə bağlı digər fəaliyyət növləri ilə əlaqədar olaraq sonralar da istifadə etmək hüququna malikdir. Bu Sazişin qüvvədə qalacağı müddət ərzində Podratçı bu Sazişin 29.2 bəndində göstərilmiş prinsiplərə uyğun surətdə həmin məlumatı və informasiyanı mübadilə etmək hüququna malikdir.

(f)        İcarəyə götürülmüş avadanlıq üzərində mülkiyyət hüququ, bu Sazişin 16.3 bəndində ayrıca göstərilmiş hallar istisna olmaqla, bu Sazişin qüvvəsinə xitam verildikdən sonra ARDNŞ-nə keçmir və Podratçı adı çəkilən avadanlığı aparmaq hüququna malik olur.

(g)       Bu Maddənin məqsədləri baxımından “əsas fondlar” Neft-qaz əməliyyatlarının aparılması üçün lazım olan və Kontrakt sahəsinin hüdudlarında yerləşən quyular, tullantı xətləri, boru kəmərləri, neft, qaz və su ayırma qurğuları, neft nasos stansiyaları, boşaltma terminalları, qaz kompressor stansiyaları və bu cür digər qurğular və obyektlər deməkdir.

16.2     Fondların ləğv edilməsi. ümumi şərtlər

Kontrakt sahəsindəki Neft-qaz əməliyyatlarında Podratçının istismar etdiyi bütün əsas fondların ləğv edilməsini maliyyələşdirmək məqsədilə Tərəflər yaxşı beynəlxalq nüfuza malik olan, ARDNŞ ilə Podratçı arasında razılaşdırılmış bankda müştərək hesab açırlar. Bu hesab “Ləğvetmə işləri fondu” adlanacaq, və ARDNŞ ilə razılaşdırılmaqla Əməliyyat şirkəti tərəfindən idarə ediləcəkdir. Məqsədli hesabın strukturu və Ləğvetmə işləri fondunun vəsaitinin idarə edilməsinin şərtləri ARDNŞ ilə Podratçı arasında razılaşdırılır. Ləğvetmə işləri fonduna qoyulmuş bütün pul vəsaitinin əvəzi Əməliyyat məsrəfləri kimi ödənilməlidir. Ləğvetmə işləri fondu müvafiq olaraq çəkilmiş bütün Əsaslı məsrəflərin on (10) faizindən artıq ola bilməz. Ləğvetmə işləri fondu Ümumi hasilat həcminin qarşılıqlı surətdə razılaşdırılmış hissəsinin satışından əldə edilmiş vəsaitlər hesabına yaradılır.

16.3     Fondların ləğvi ilə əlaqədar Tərəflərin münasibətləri

(a)       Əgər hər hansı bir anda Podratçı Kontrakt sahəsində yerləşən əsas fondların bu Sazişin qüvvədə olma müddəti başa çatanadək ləğv olunmasını tövsiyə edirsə, Podratçının tövsiyəsi alındıqdan sonra otuz (30) gün ərzində ARDNŞ həmin fondların istismarını davam etdirməyi qərara almaq hüququna malikdir və belə halda özü üçün münasib olan vaxtda onun ləğv edilməsi məsuliyyətini öz üzərinə götürür; ARDNŞ həmin əsas fondları ləğv etməyə başladığı anda, ya da Saziş qüvvədən düşəndən sonra, - bunların hansının daha əvvəl baş verməsindən asılı olaraq, - Ləğvetmə işləri fondunun müvafiq hissəsi ARDNŞ-nə verilir. Əgər ARDNŞ əsas fondların istismarını davam etdirməyi qərara almırsa, onu ləğv etmək haqqında qərar Rəhbər komitə tərəfindən qəbul olunur, bu şərtlə ki, gündəliyinə Podratçının tövsiyəsi ilk dəfə salınmış iclasda Rəhbər komitə həmin əsas fondların ləğv olunması barədə vahid rəyə gələ bilmirsə, belə hesab edilsin ki, ARDNŞ həmin əsas fondların istismarını davam etdirməyi qərara almışdır və həmin əsas fondlar barəsində bütün sonrakı məsuliyyət Podratçının üzərindən götürülür. Əgər Rəhbər komitə həmin əsas fondları ləğv etməyi qərara alırsa, bu qərardan sonra otuz (30) gün ərzində ARDNŞ Podratçıya, bu əsas fondların ləğv edilməsi üçün məhz kimin - Podratçının yoxsa ARDNŞ-nin özünün məsuliyyət daşıdığını bildirir. Otuz (30) gün ərzində ARDNŞ tərəfindən belə bir bildiriş olmadıqda, hesab edilir ki, ARDNŞ əsas fondların ləğv olunması üçün məsuliyyəti Podratçının üzərinə qoymağı qərara almışdır. Ləğvetmə işləri fondunun müvafiq hissəsi həmin Əsas fondların ləğv edilməsi üçün cavabdeh olan Tərəfin hesabına köçürülür. ARDNŞ əsas fondların ləğvedilməsi ilə bağlı bütün əməliyyatları və ya əsas fondların istismarının davam etdirilməsini beynəlxalq neft sənayesində qəbul edilmiş təcrübəyə uyğun surətdə və elə bir tərzdə həyata keçirir ki, bu Neft-qaz əməliyyatlarına mane olmasın.

(b)       Bu Saziş qüvvədən düşdükdə Podratçı Kontrakt sahəsinin hüdudları daxilində Neft-qaz əməliyyatlarında istismar olunan əsas fondlardan hansılarını ləğv etmək niyyətindədirsə, onların hamısının barəsində ARDNŞ-nə məlumat verir. ARDNŞ Podratçının məlumatını aldıqdan sonra otuz (30) gün müddətində Podratçıya ARDNŞ-nin əsas fondlardan hansılarının istismarım davam etdirməyi qərara aldığını bildirir, habelə Podratçıya yerdə qalan bütün əsas fondları özü ləğvetmək niyyətində olduğu yoxsa həmin əsas fondların ləğv edilməsi üçün məsuliyyəti Podratçının üzərinə qoyduğu haqda məlumat verir. Ləğvetmə işləri fondunun bu əmlakın ləğv edilməsi ilə bağlı işlərin həcminə uyğun gələn və həmin əmlaka aid olan hissəsi adı çəkilən əsas fondların ləğv edilməsi üçün kimin məsuliyyət daşımasından asılı olaraq ya Podratçının, ya da ARDNŞ-nin hesabına köçürülür. ARDNŞ hər hansı əsas fonddan istifadəni davam etdirməyi və ya onu ləğv etməyi qərara aldıqda, ARDNŞ bu əsas fondu özü üçün münasib olan bir vaxtda ləğvetmək hüququna malikdir. Əsas fondlar beynəlxalq neft sənayesində hamılıqla qəbul edilmiş təcrübəyə uyğun şəkildə ləğv olunur, bu şərtlə ki, ləğv edilməsi üçün məsuliyyət daşıdığı əmlakı Podratçının tamamilə ləğv edə bilməsindən ötrü Ləğvetmə işləri fondunda kifayət qədər pul vəsaiti olmayanda Podratçı Ləğvetmə işləri fondunda olan bütün nağd vəsaiti ləğvetmə tədbirlərinin həyata keçirilməsinə xərcləyir və bundan sonra hər hansı ləğvetmə əməliyyatlarını dayandırır; bu andan etibarən o, qalmaqda olan həmin əsas fondların ləğv edilməsi ilə bağlı heç bir məsuliyyət daşımır və ya öhdəlik götürmür. Ləğv edilməyən hər hansı əsas fond təhlükəsiz vəziyyətdə saxlanmalıdır ki, bu da ləğvetmə tədbirləri çərçivəsində təmin olunur.

(c)        ARDNŞ Kontrakt sahəsində hər hansı əsas fondu ləğv etməyi qərara aldıqda və ya yuxarıdakı 16.3(a) bəndində nəzərdə tutulduğu kimi, hər hansı əsas fonddan istifadəni davam etdirməyi qərara aldıqda həmin əsas fonda və onun ləğvedilməsinə aid olan hər cür məsuliyyət və öhdəlik, habelə Ləğvetmə işləri fondunda kifayət qədər məbləğ olmadıqda, hər hansı vəsait ödəmək məsuliyyəti və öhdəliyi Podratçının üzərindən tamamilə götürülür. ARDNŞ həmin əsas fondun davam edən istismarı və qəti ləğv edilməsi ilə əlaqədar olaraq, həmçinin ARDNŞ-nin göstərilən əsas fondu lazımınca ləğv etməməsi nəticəsində baş verən hər hansı itkilər və ziyan üçün məsuliyyəti öz üzərinə götürəcəyinə və hər hansı itkiyə, zərərə və ya məsuliyyətə, eləcə da hər hansı fiziki və ya hüquqi şəxs, yaxud orqan, o cümlədən, lakin bununla məhdudlaşmadan hər hansı Hökumət orqanı tərəfindən Podratçı və ya hər hansı Podratçı tərəflər əleyhinə qaldırılan hər hansı reklamasiyaya, iddiaya və ya məhkəmə baxışına görə Podratçıya kompensasiya ödəyəcəyinə təminat verir.

(d)       Sıfır balansının əldə ediləcəyi planlaşdırılan Təqvim ilindən azı bir (1) il əvvəl Podratçı ləğvetmə planını və ləğvetmə əməliyyatları smetasını hazırlayıb Rəhbər komitənin təsdiqinə verir. Bundan sonra Podratçı ləğvetmə əməliyyatları smetasını hər il təhlil edir və lazım gəldikdə smetada müvafiq dəyişikliklər edir.

(e)        Ləğvetmə işləri fondunda izafi vəsait varsa, bütün ləğvetmə tədbirləri başa çatdıqdan sonra bu vəsait Podratçının və ARDNŞ-in yerinə yetirdiyi ləğvetmə tədbirlərinin dəyərinə mütənasib surətdə ARDNŞ və Podratçı arasında bölüşdürülür, lakin heç bir halda Podratçının payı 12.4 bəndinin müddəalarına uyğun olaraq bu Sazişin qüvvəsinə xitam verilməzdən əvvəlki on (10) il ərzində Mənfəət karbohidrogenlərinin ARDNŞ ilə Podratçı arasında bölüşdürülən həcmlərinin hesablanmış orta kəmiyyətinə mütənasib surətdə bölüşdürüldüyü təqdirdə Podratçının ala biləcəyi izafi vəsaitin məbləğindən çox olmamalıdır.

(f)        Ləğvetmə işləri fonduna ödənilən haqlardan, bu fonda daxil olan məbləğlərdən və ya onun malik olduğu vəsaitdən heç bir vergi tutulmur.

 

16.4     Avadanlığın icarəsi

Neft-qaz əməliyyatlarının gedişində bütün Podratçı tərəflər öz Ortaq şirkətlərindən və ya Üçüncü tərəflərdən icarəyə götürülmüş avadanlıqdan istifadə etmək hüququna malikdirlər. Podratçının uzunmüddətli icarə (bu, 16-cı Maddənin məqsədləri baxımından on (10) ildən artıq müddətə icarə deməkdir) əsasında istifadə etdiyi avadanlığa gəldikdə, Podratçı avadanlığı onun sahibi olan, yuxanda adı çəkilən Ortaq şirkətlərdən icarəyə götürmüşdürsə, Neft-qaz əməliyyatları üçün bu avadanlıqdan bir daha istifadə etmək niyyətində olmadıqda həmin icarənin ARDNŞ-nə verilməsini təmin edəcək, avadanlıq Üçüncü tərəflərdən icarəyə götürülmüş olanda isə həmin icarənin ARDNŞ-nə verilməsinə imkan yaradılmasını təmin etmək üçün, habelə icarə sazişində ARDNŞ-nin bu avadanlığı əldə etmək hüququnun nəzərdə tutulması üçün öz səlahiyyəti daxilində bütün ağlabatan səyləri göstərəcəkdir.

 

MADDƏ 17

TƏBİİ QAZ

 

17.1     Təbii səmt qazı

Podratçıya ixtiyar verilir ki, Kontrakt sahəsində maye karbohidrogenləri çıxarsın və onlarla birlikdə çıxan Təbii səmt qazını satış üçün maye karbohidrogenlərdən ayırmaq məqsədi ilə emal etsin. Ayrılan maye karbohidrogenlər Xam neft hesab olunur. Podratçının 12.1 və 17.3 bəndlərində nəzərdə tutulan hüquqlarına riayət olunması şərti ilə bu cür emaldan sonra qurudulan Təbii səmt qazı Çatdırılma məntəqəsində ARDNŞ-nə pulsuz verilir.

17.2     Sərbəst təbii qaz

Kontrakt sahəsində Sərbəst təbil qaz kəşf olunarsa, ARDNŞ ilə Podratçı belə Sərbəst təbii qazın kommersiya işlənməsinə dair şərtlər müəyyənləşdirirlər. Sərbəst təbii qaz kəşf olunduğu hallarda Mənfəət karbohidrogenləri 12.4 bəndində göstərilmiş mexanizmə uyğun olaraq Sərbəst təbii qazın satışı yolu ilə bölüşdürülür. Podratçı ARDNŞ ilə birlikdə belə kəşfin işlənməsinə aid olan və Tərəflər üçün məqbul sayılan şərtlər barəsində tezliklə razılığa gəlmək və üçüncü tərəflərlə Sərbəst təbii qazın ixrac satışlarına və boru kəmərlərinə dair uzunmüddətli lazımi sazişlər bağlamaq üçün mümkün olan bütün ağlabatan səyləri göstərir. Podratçı Sərbəst təbii qaz üçün həm Azərbaycan Respublikasında, həm də ondan kənarda satış bazarları axtarır.

17.3     Təbii qazın məsəldə yandırılması və ya havaya buraxılması

(a)       Qəza vəziyyətlərində, avadanlığın nasaz olduğu, hər hansı obyektlərin, o cümlədən çatdırma sistemlərinin təmir edildiyi və ya onlara plana uyğun olaraq texniki xidmət göstərildiyi hallarda, yaxud ARDNŞ 17.1 bəndinin müddəalarına uyğun surətdə Podratçının verdiyi Təbii səmt qazını qəbul etmədikdə Podratçının ixtiyarı var ki, Təbii səmt qazını lazımi miqdarda məşəldə yandırsın və ya havaya buraxsın.

(b)       Əgər Sərbəst təbii qazın hər hansı alıcısı öz payını götürmürsə, Podratçı götürülməmiş bu Sərbəst təbii qazı həmin alıcı ilə razılaşdırılmış şərtlərlə əvvəlcə ARDNŞ-ə təklif edir və əgər ARDNŞ bu qazı qəbul etmirsə və ya qəbul etmək iqtidarında deyilsə, Podratçı Sərbəst təbii qaz hasilatını alıcının və ya ARDNŞ-nin qəbul etmədikləri həcmdə azaldır. Podratçı Sərbəst təbii qazı hər hansı səbəb üzündən sata bilmirsə, hər hansı Sərbəst təbii qaz quyularını bağlamaqla və ya onların məhsuldarlığını məhdudlaşdırmaqla Sərbəst təbii qazın hasilatını müvafiq həcmdə azaltmalıdır.

 

MADDƏ 18

SƏRBƏST DÖNƏRLİ VALYUTA

 

Podratçı və hər bir Podratçı tərəf, həmçinin onların Ortaq şirkətləri və Subpodratçıları və Əməliyyat şirkəti bu Sazişin qüvvədə olacağı dövr ərzində və bu Sazişlə əlaqədar olaraq aşağıdakı işləri görməyə vəkil edilmişlər:

(a)       həm Azərbaycan Respublikasının daxilində, həm də onun hüdudlarından kənarda Sərbəst dönərli valyuta ilə bank hesablarını, habelə Azərbaycan Respublikasının daxilində yerli valyuta ilə bank hesablarını açmaq, aparmaq və onlardan istifadə etmək;

(b)       Neft-qaz əməliyyatları üçün Azərbaycan Respublikasına Sərbəst dönərli valyuta ilə zəruri vəsait gətirmək;

(c)        bu Saziş üzrə Neft-qaz əməliyyatlarını həyata keçirməkdən və Podratçının digər öhdəliklərini yerinə yetirməkdən ötrü qanunla yol verilən ən əlverişli mübadilə məzənnəsi (və hər cür şəraitdə Azərbaycan Respublikası Milli Bankının digər xarici investorlar üçün tətbiq etdiyi mübadilə məzənnəsindən az əlverişli olmayan məzənnə) ilə, adi və hamılıqla qəbul olunmuş bank komisyon haqlarından savayı heç bir məbləğ çıxılmadan və ya haqq ödənilmədən Sərbəst dönərli valyutaya yerli valyuta almaq;

(d)       Neft-qaz əməliyyatlarında istifadə etmək üçün nağd şəkildə mövcud olan və ya həmin əməliyyatlarla bağlı qazanılmış, cari yerli tələbatdan artıq olan yerli valyutanı qanunla yol verilən ən əlverişli mübadilə məzənnəsi (və hər cür şəraitdə Azərbaycan Respublikası Milli Bankının digər xarici sərmayəçilər üçün tətbiq etdiyi məzənnədən az əlverişli olmayan mübadilə məzənnəsi) ilə, adi və hamılıqla qəbul olunmuş bank komisyon haqlarından savayı heç bir məbləğ tutulmadan və ya haqq ödənilmədən Sərbəst dönərli valyutaya çevirmək;

(e)        bu Sazişə uyğun olaraq əldə edilmiş bütün varidatları, o cümlədən Karbohidrogenlərin və onların emalı məhsullarının Podratçı tərəflərə çatası payının ixracından gələn bütün varidatları heç bir məhdudiyyət olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara aparmaq və orada saxlamaq yaxud onlardan istifadə etmək;

(f)        özlərinin zəruri yerli tələbatından artıq olan hər hansı məbləğdə Sərbəst dönərli valyutanı Azərbaycan Respublikasından kənara köçürmək;

(g)       Sərbəst dönərli valyutanı yerli və ya hər hansı başqa valyutaya çevirmək barəsində bütün qanunvericilik və ya məcburiyyət tələblərindən azad olmaq;

(h)       xarici vətəndaşlar olan və Neft-qaz əməliyyatları çərçivəsində Azərbaycan Respublikasında işləyən öz əməkdaşlarına Azərbaycan Respublikasından kənarda əmək haqqını, müavinətləri və digər güzəştli ödənişləri qismən və ya tamamilə Sərbəst dönərli valyuta ilə vermək;

(i)        Neft-qaz əməliyyatlarında çalışan öz xarici Subpodratçılarına ödəncləri bilavasitə Azərbaycan Respublikasından kənarda Sərbəst dönərli valyuta ilə vermək.

ARDNŞ Podratçının xahişi əsasında onun yuxarıda göstərilən icazələrdən hər hansı birini almasında Podratçıya kömək etmək üçün öz səlahiyyətlərinin tam həcmi çərçivəsində hər hansı Hökumət orqanı qarşısında mümkün olan bütün qanuni səyləri göstərir.

 

MADDƏ 19

MÜHASİBAT UÇOTUNUN APARILMASI QAYDASI

 

Podratçı Neft-qaz əməliyyatlarının mühasibat sənədlərini və uçotunu Mühasibat uçotunun aparılması qaydasına uyğun şəkildə aparır.

 

MADDƏ 20

İDXAL VƏ İXRAC

20.1     İdxal və İxrac hüquqları

(a)       Podratçı, onun ortaq şirkətləri, agentləri, Əməliyyat şirkəti və Subpodratçıları heç bir Vergi tutulmadan və heç bir məhdudiyyət qoyulmadan aşağıdakıları öz adlarından Azərbaycan Respublikasına idxal etmək və yenidən ixrac hüququna malikdirlər: hər cür avadanlıq, materiallar, dəzgahlar və alətlər, nəqliyyat vasitələri, ehtiyat hissələri, Podratçının əsaslandırılmış rəyinə görə, Neft-qaz əməliyyatlarının lazımınca aparılması və yerinə yetirilməsi üçün zəruri olan mallar və başqa predmetlər (ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatı istisna olmaqla) bu şərtlə ki, Azərbaycanın tədarükçüləri malların qiyməti, keyfiyyəti və mövcudluğu baxımından bütün mühüm cəhətlərdə xarici tədarükçülərlə rəqabət aparmaq qabiliyyətinə malik olduqları hallarda Podratçı bu predmetləri satın alarkən Azərbaycan tədarükçülərini üstün tutacaqdır, hətta əgər bu cür Azərbaycan tədarükçülərinin müqavilə qiyməti potensial qalib gəlmiş xarici tədarükçünün müqavilə qiymətindən on (10) faizdən çox deyilsə, onda müqavilə, müstəsna olaraq, belə Azərbaycan tədarükçülərinə verilir. Bu 20.1 bəndinin məqsədləri baxımından “Azərbaycan tədarükçüləri” sahiblik formasından asılı olmayaraq, Azərbaycan Respublikasında qeydiyyata alınmış və təsis  edilmiş,  Azərbaycan Respublikasında qanuni fəaliyyət göstərən, müvafiq torpaq ərazilərinə, infrastruktura, texniki vasitələrə, yüksək texnologiyaya, işçi qüvvəsinə, texniki və kommersiya biliklərinə, idarəçilik bacarıqlarına və təcrübəsinə, maliyyə ehtiyatlarına, lisenziya və Azərbaycan Respublikasında xarici sərmayəçilərin iştirakı ilə biznes subyektlər daxil olmaqla fəaliyyət üçün digər hüquqlara sahib olan və/və yaxud icazəsi olan kommersiya subyektləri deməkdir.

Yuxarıda deyilənlərə baxmayaraq, Podratçı Neft-qaz əməliyyatları üçün alınmış və məsrəfləri Neft-qaz əməliyyatları Hesabına daxil edilmiş hər hansı maddi sərvət vahidlərini Azərbaycan Respublikasından çıxarmaq hüququna malik deyildir (təmir və ya texniki xidmətlə bağlı zəruri hallar istisna edilməklə; bu şərtlə ki, həmin təmir və ya texniki xidmət başa çatdırıldıqdan sonra ağlabatan şəkildə əsaslandırılmış müddət keçdikdə bu maddi sərvət vahidləri yenidən Azərbaycan Respublikasına qaytarılsın).

(b)       Hər bir Podratçı, Əməliyyat şirkəti, onların Ortaq şirkətləri, agentləri və Subpodratçıları, onların bütün əməkdaşları və ailə üzvləri Vergi tutulmadan və məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasına istənilən vaxt, istənilən mebel, paltar, məişət texnikası, nəqliyyat vasitələri, ehtiyat hissələr və Azərbaycan Respublikasına iş üçün ezam olunan və ya səfər edən əcnəbi əməkdaşların və onların ailə üzvlərinin şəxsi istifadəsindən ötrü hər hansı şəxsi əmlak (ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatı istisna olmaqla) gətirmək və bunları geri aparmaq hüququna malikdirlər. Podratçı və/və yaxud onun Subpodratçıları və ya onların Azərbaycan Respublikasında çalışan əməkdaşları tərəfindən gətirilən malların hər hansı Tərəfə şəxsi satışları zamanı bu mallara Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq (14-cü maddənin müddəalarına əməl edilməsi şərti ilə) vergi qoyulur.

(c)        Qiyməti yüz min (100.000) Dollardan artıq olan malların, işlərin və xidmətlərin satın alınması, tədarükçünün yeganə olduğu hallar istisna edilməklə, tender əsasında aparılmalıdır. Bu məbləğin hüdudu yüz min (100.000) Dollar ÜDM-in (Ümumi Daxili Məhsulun) deflator indeksinin artmasına uyğun olaraq hər il artır. Podratçı və ARDNŞ Əməliyyat şirkətinin həyata keçirdiyi podrat müqaviləsinin bağlanması və yerinə yetirilməsi prosesində ARDNŞ-nin mənalı və pozitiv tərzdə iştirakına imkan yaratmaq üçün birgə əməkdaşlıq şəraitində işləməyə razılaşırlar. Bununla əlaqədar ARDNŞ Əməliyyat şirkətinə öz işçilərinin (“ARDNŞ nümayəndələri”) müvafiq sayını təqdim edir ki, belə bir say ARDNŞ və Əməliyyat şirkəti arasında razılaşdırılır və bu işçilərin məsuliyyətinə ilkin qiymətləndirilmə siyahısının hazırlanmasının ilk mərhələsindən Podratçının seçildiyi son mərhələyədək və Kontrakt yerinə yetirilənədək podrat müqaviləsinin bağlanması və kontraktın yerinə yetirilməsi prosesinə nəzarət etmək daxildir. ARDNŞ-nin nümayəndələrinin vəzifəsi hər dəfə tenderin qalibi elan olunmazdan əwəl ARDNŞ-nə və Əməliyyat şirkətinə aşkar etdikləri faktlar barəsində məlumat vermək və Əməliyyat şirkətini vaxtında ARDNŞ-nin müvafiq məsələlərlə bağlı mövqeyi haqda məlumatla təchiz etməkdən ibarətdir. ARDNŞ-nin nümayəndələrinin Əməliyyat şirkətinin kontrakt komitəsinin iclaslarında səs hüququ yoxdur, lakin onlar mütəxəssis kimi tender təklifi, kontraktın verilməsi və/yaxud sonrakı təchizatla bağlı rəylərini və ARDNŞ-nin rəyini ifadə edə bilərlər və həmin rəylər Əməliyyat şirkəti tərəfindən müzakirə olunmalı və nəzərə alınmalıdır.

20.2     Karbohidrogenlərin İxracı

Hər bir Podratçı tərəf, onun müştəriləri və onların nəqletmə agentlikləri bu Sazişin müddəalarına uyğun olaraq belə Podratçı tərəfə çatası Karbohidrogenləri və onların emalı məhsullarını heç bir Vergi ödəmədən (Mənfəət vergisindən başqa) istənilən vaxt sərbəst şəkildə ixrac etmək hüququna malikdirlər.

20.3     Gömrük qaydaları

14-cü Maddənin, 20.1 və 20.2 bəndlərinin müddəalarına əməl edilməsi şərtilə bu Saziş üzrə bütün idxal və ixrac əməliyyatları müvafiq gömrük qaydalarının və təlimatlarının tələblərinə əməl olunmaqla və lazımi sənədlər tərtib edilməklə həyata keçirilir və hər Podratçı tərəf, Əməliyyat şirkəti, onların Ortaq şirkətləri, agentləri və Subpodratçıları gömrük xidmətlərinin göstərilməsi, sənədləşdirilməsi müqabilində rüsumları həmin xidmətlərin faktik dəyərinə uyğun, nominal məbləğdə və ayrı-seçkilik olmadan ödəyir, lakin bütün hallarda gömrük xidmətlərinin göstərilməsi/sənədləşdirilməsi müqabilində rüsumların məbləği aşağıda göstərilən dərəcələrdən yuxarı ola bilməz:

 

Yükün elan edilmiş dəyəri Dollarla

Gömrük rüsumu

0 - 100.000

dəyərin 0,15%

100.000,01 - 1.000.000,00

150,00 Dollar üstəgəl

1.00.000,00 Dollardan artıq dəyərin 0,10%

1 .000.000,01 - 5.000.000,00

1.050,00 Dollar üstəgəl

1.000.000,00 Dollardan artıq dəyərin 0,07%

5.000.000,01 - 10.000.000,00

3.850,00 Dollar üstəgəl

5.000.000,00 Dollardan artıq dəyərin 0,05%

10.000.000,01 -dan yuxarı

6.350,00 Dollar üstəgəl

10.000.000,00 Dollardan artıq dəyərin 0,01%

 

20.4     Xarici ticarətin aparılması qaydaları

Hər bir Podratçı, Əməliyyat şirkərti onların Ortaq şirkətləri, agentləri və Subpodratçıları Azərbaycan Respublikasında qüvvədə olan xarici ticarət qaydalarında bu Sazişin 20.1 bəndində göstərilən malların idxalına və ixracına, habelə istehsalçı ölkələrə dair qoyulmuş məhdudiyyətlərdən və bu Sazişin şərtlərinə görə Podratçıya çatası Karbohidrogenlərin ixracına aid qadağanlar və müxtəlif məhdudiyyətlərlə bağlı tələblərə əməl etməkdən də azad olunurlar.

20.5     ARDNŞ-nin köməyi

Podratçının müvafiq xahişi olduqda ARDNŞ yuxarıda adı çəkilən azadolunmaları və güzəştləri təmin etmək və hər hansı Podratçı tərəfin, Əməliyyat şirkətinin, onların Ortaq şirkətlərinin, agentlərinin, yaxud Subpodratçılarının və onların bütün əməkdaşlarının və ailə üzvlərinin hər hansı avadanlığının və ya materiallarının gömrük müayinəsini sadələşdirmək üçün malik olduğu bütün səlahiyyətlər daxilində bütün lazımi qanuni tədbirləri görəcəkdir

 

MADDƏ 21

HASİLATIN SƏRƏNCAMA KEÇMƏSİ

 

21.1     Karbohidrogenlər üzərində mülkiyyət hüququ

15.1(d)(iv) bəndində ayrıca göstərilmiş Karbohidrogenlər hasilatını itirmək riski ilə bağlı olan hallar istisna edilməklə, Karbohidrogenlər hasilatının hər Podratçı tərəfə və ARDNŞ-nə çatası payı üzərində mülkiyyət və sahiblik hüququ Çatdırılma məntəqəsində verilir.

21.2     Artıq və əskik tədarük

Həm ARDNŞ-nin, həm də Podratçı tərəflərin bu Sazişə əsasən özlərinə düşən Karbohidrogen paylarını göndərmək və onun barəsində sərəncam vermək hüququ və öhdəliyi vardır və nəzərə alınır ki, Podratçı 13-cü Maddə üzrə öhdəliklərini və bu 21-ci Maddənin digər müddəalarını yerinə yetirmək şərtilə Kontrakt sahəsindən çıxarılmış Xam neftin sonrakı satış üçün ixraca yönəldiləcək, eləcə də Azərbaycan Respublikası ərazisində realizə ediləcək öz payına düşən həcmlərini müəyyən etmək hüququna malikdir. Hər bir Tərəf bu Saziş üzrə onun payına düşəcək Karbohidrogenləri mümkün qədər müntəzəm surətdə göndərir, bu isə o deməkdir ki, həm ARDNŞ-nə, həm də Podratçı tərəflərə icazə verilir ki, ağlabatan hüdudlar daxilində, çıxarılmış, lakin göndərilmə gününə qədər göndərilməmiş Karbohidrogenlərdən çatası paylarından daha çox və ya daha az (müvafiq surətdə normativdən artıq və ya əskik) həcmlərdə Karbohidrogenlər göndərsinlər, lakin bunu elə etsinlər ki, normativdən artıq və ya əskik olan həmin göndərmələr digər Tərəfin hüquqlarına xələl gətirməsin, hasilatın sürətinə və saxlanma çənlərinin tutumuna uyğun olsun. ARDNŞ və Podratçı yuxarıda göstərilmiş prinsiplər əsasında göndərmə proqramını nizamlayan qaydalar v ə üsullar müəyyən edirlər.

21.3     ARDNŞ-ə Xam nefti satın almaq imkanının verilməsi

(a)       ARDNŞ hər Təqvim rübündə bu Sazişin müddəaları əsasında Podratçıya düşən Xam neftin bir hissəsini Çatdırılma məntəqəsində satın almaq hüququna malikdir və Xam nefti satın almaq istədiyi Təqvim rübünün başlanmasından doxsan (90) gün əvvəl bu barədə Podratçıya yazılı bildiriş təqdim edir. Podratçı əvvəlcə ARDNŞ-nə göndərmə tarixindən əvvəl gələn və qiymətin müəyyən edildiyi son Təqvim rübü üçün 15.1 bəndinə müvafiq surətdə müəyyən edilmiş Ton qiyməti ilə satın alınan bu Xam neftin hesab-fakturasını yazıb verir. Həmin Xam neftin 15.1 bəndində göstərilən qaydada göndərildiyi Təqvim rübü üçün Ton qiyməti məlum olduqda, Podratçı vəziyyətdən asılı olaraq Podratçıya və ya ARDNŞ-nə çatası hər hansı pul vəsaiti haqqında dəyişdirilmiş hesab-faktura yazır. Xam neftin Podratçıdan bu qayda ilə satın alınan hissəsi üçüncü tərəflərdən əldə edilmiş proporsional paydan əsla çox olmamalı və bu hissə Çatdırılma məntəqəsində Podratçıya düşən neft həcminin on (10) faizini heç bir vəchlə aşmamalıdır. Həmin Xam neftə hər hansı Vergilər qoyulduğu halda ARDNŞ bu vergilərin müvafiq Hökumət orqanlarına ödənilməsi üçün müstəsna məsuliyyət daşıyır, həm də Podratçını bu öhdəliklərlə bağlı hər hansı bir məsuliyyətdən azad edir.

(b)       ARDNŞ Xam neftin Satış nöqtəsində və ya ixracın hər hansı digər alternativ variantının son ixrac nöqtəsində mövcud olan Xam neftin Podratçıya çatası payının əlavə olaraq daha on (10) faizə qədərini almaq hüququna da malikdir. Həmin Xam neftin qiyməti müvafiq Təqvim rübü başlanana qədər 15 bəndində göstərilən qaydada qarşılıqlı surətdə razılaşdırılır və həmin Xam neftə hər hansı Vergi qoyulduğu halda ARDNŞ onların müvafiq Hökumət orqanlarına ödənilməsi üçün müstəsna məsuliyyət daşıyır v ə bu zaman Podratçını həmin Vergilərlə bağlı olan hər cür öhdəliklər üzrə məsuliyyətdən azad edir. Bazar qiyməti haqqında yuxarıda nəzərdə tutulan razılaşma olmayanda, ARDNŞ-nin müvafiq Təqvim rübündə Podratçıdan əlavə həcmlərdə Xam neft satın almaq hüququ öz qüvvəsini itirir.

(c)        ARDNŞ-nin 21.3(a) və (b) bəndlərinin müddəalarına uyğun olaraq özünün satınalma hüququndan istifadə etməklə hansı həcmdə Xam neft alacağı hər Təqvim rübünün başlanmasından az ı doxsan (90) gün əvvəl Podratçıya göndərilən yazılı bildirişdə göstərilir. ARDNŞ həmin 21.3 bəndinin şərtləri əsasında əldə edilmiş Xam neftin haqqını Podratçı hesab təqdim etdikdən sonra otuz (30) gün ərzində Dollarla ödəyir, özü də həmin hesab Podratçı tərəflərindən adı çəkilən Xam neftin faktiki göndərildiyi tarixdən tez olmayaraq təqdim edilir. Əgər ARDNŞ Podratçıya çatası məbləği vaxtında ödəmirsə, onun bu 21.3 bəndinə uyğun olaraq Xam neft almaq hüququ borc tamamilə ödənilənə qədər dayandırılır. Əgər bu yolla çatası haqq göstərilən otuz (30) gün müddətində ödənilmirsə, Podratçının ixtiyarı var ki, ARDNŞ-nin malı sayılan Xam neftin Podratçıya çatası məbləğləri ödəmək üçün zəruri olan həcmini yükləyib ixrac etsin. Podratçıya çatası Xam neftin həcmi dəyərin müəyyən edilməsinin 15.1 bəndində göstərilən və ARDNŞ-nin payından Podratçının həmin Xam nefti göndərdiyi tarixdə tətbiq olunan qayda ilə təyin edilir.

(d)       ARDNŞ-nin 21.3(a) bəndində göstərilmiş hüquqlarını həyata keçirməsi nəticəsində Podratçı tərəflər (və ya onların Ortaq şirkətləri) üçüncü tərəflərlə müqavilələr (boru kəmərlərinə və terminallara dair müqavilələr daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan) üzrə hər hansı rüsumlar, tariflər və ya cərimələr ödəməyə məcbur olarsa, ARDNŞ bu rüsumlar, tariflər və ya cərimələr üçün məsuliyyət daşıyır və onları Podratçı tərəflərə Sərbəst dönərli valyuta ilə ödəyir. ARDNŞ-nin 21.3(b) bəndində nəzərdə tutulmuş hüquqlarını həyata keçirməsi nəticəsində Üçüncü tərəflərlə müqavilələr üzrə Podratçı tərəflərə (və ya onların Ortaq şirkətlərinə) qoyula bilən cərimələr üçün ARDNŞ Podratçı tərəflər qarşısında cavabdeh deyildir. Əməli surətdə nə dərəcədə mümkündürsə, Podratçı gözlənilən hər hansı rüsumlar, tariflər və ya cərimələr haqqında ARDNŞ-nə vaxtaşırı məlumat verəcəkdir.

21.4     ARDNŞ üçün Xam neftin marketinqinin həyata keçirilməsi

ARDNŞ ilə Podratçı arasında marketinq haqqında qarşılıqlı razılaşdırılmış saziş varsa, Podratçı müvafiq xahişə və marketinq haqqında həmin əlahiddə sazişin şərtlərinə əsasən Xam neftin ARDNŞ-nə çatası payının hamısının və ya bir hissəsinin ARDNŞ üçün marketinqini həyata keçirir. Marketinqə dair yuxarıda göstərilən öhdəliklə əlaqədar olaraq Xam neftin nəzərdə tutulan həcmi müvafiq Təqvim rübünün başlanmasından azı doxsan (90) gün əvvəl ARDNŞ-nin Podratçıya yazılı bildirişində müəyyən edilir. Podratçının bu 21.4 bəndinə uyğun olaraq həyata keçirdiyi heç bir marketinq ümumi hasilat həcminin bir hissəsi üzərində ARDNŞ-nin mülkiyyət hüququna və ARDNŞ-nin ixtiyarında qalacaq həmin payın itirilməsi riskinə təsir göstərmir.

21.5     Maksimum səmərəli sürət

Karbohidrogenlərin iqtisadi baxımdan ən səmərəli şəkildə çıxarılmasını təmin etmək üçün Tərəflər Kontrakt sahəsində Karbohidrogen ehtiyatlarının hasilatını beynəlxalq neft sənayesi təcrübəsinin tələblərinə əsasən cari iqtisadi konyunkturaya və yataqların işlənməsinin düzgün texnologiyası prinsiplərinə tamamilə uyğun gəlməli olan optimal sürətlə aparmaq niyyətindədirlər (“Maksimum səmərəli sürət”). Yuxarıda göstərilənlərə uyğun olaraq və bu cür yataqların işlənməsinin yerli təcrübəsini nəzərə alaraq, illik iş proqramının və Büdcənin təsdiq üçün Rəhbər komitəyə təqdim edilməsi ilə bir vaxtda Podratçı müvafiq Təqvim ili üçün hasilatın həcminə dair özünün ilkin qiymətləndirmə rəqəmini də təqdim edir, amma təsdiq edilmiş həmin qiymətləndirmə rəqəmindən yalnız planlaşdırma məqsədləri üçün istifadə olunur. Lakin Hökumət orqanı Podratçıdan Kontrakt sahəsində hasilatı Maksimum səmərəli sürətdən az olan debitlə aparmağı tələb etsə, Podratçı hasilatı yalnız qatı ifadə olunmuş o şərtlə azaldacaqdır ki, Karbohidrogenlər hasilatının belə bir ixtisarı ARDNŞ-nin bu Saziş üzrə bütün digər öhdəlikləri yerinə yetirildikdən sonra ARDNŞ-nin Karbohidrogenlər payı hesabına tam ödənilə biləcək həcmlərdən heç bir şəraitdə artıq olmasın. Bu Sazişin qüvvədə olduğu bütün müddət ərzində Saziş üzrə Podratçıya çatası Karbohidrogenlərin ümumi həcmi ona hasilatın ixtisar edilməyəcəyi şəraitdə çata biləcək həcmdən az olmamalıdır. Əgər ölkədə elan edilən fövqəladə vəziyyətlə əlaqədar olaraq Hökumət orqanı hasilatın sürətini hasilatın Maksimum səmərəli sürətindən daha yüksək səviyyəyə çatdırmağı tələb edərsə, Podratçı hər hansı Təqvim ilində ən çoxu qırx beş (45) gün müddətində hasilatın sürətini müvafiq şəkildə artırır; bu şərtlə ki, hasilatın sürətini, Podratçının fikrincə, kollektorun (kollektorların) istismar keyfiyyətlərini poza biləcək bir səviyyəyə qədər artırmaq Podratçıdan heç bir şəraitdə tələb edilməyəcəkdir.

 

MADDƏ 22

SIĞORTA, MƏSULİYYƏT VƏ MƏSULİYYƏTİN ÖDƏNMƏSİ TƏMİNATLARI

 

22.1     Sığorta

(a)       Podratçı (dəqiqləşdirmə məqsədilə bu 22-ci maddənin çərçivəsində Əməliyyat şirkətini əhatə edir) İllik iş proqramı ilə birlikdə illik sığorta proqramını təsdiq olunması üçün Rəhbər komitənin müzakirəsinə təqdim edir. Belə illik sığorta proqramına Neft-qaz əməliyyatları üçün və onlarla bağlı aşağıda sadalanan məbləğlərdə və risklərə qarşı və/yaxud ARDNŞ ilə konkret olaraq razılaşdırıldığı kimi sığorta etdirmək daxildir. Podratçı həmçinin belə sığortanın qüvvədə olmasını və Podratçının idarəsi altında olan ARDNŞ-nin əmlakına münasibətdə Podratçının ARDNŞ-yə qarşı subroqasiya hüququndan imtinasını nəzərdə tutan polisləri/sertifikatları ARDNŞ-yə təqdim edir. Podratçı Maddə 22.1 (a)(i)-(vii) və aşağıdakı(e) bəndi ilə müəyyən edilmiş sığortanı təmin edilməsi məqsədləri üçün Azərbaycan Respublikasında yaradılmış nüfuzlu və beynəlxalq səviyyədə tanınmış sığorta və təkrar sığorta broker şirkətini təyin etməlidir və müəyyən olunmuş sığortaların Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və beynəlxalq standartlara uyğun olduğunu təmin etməlidir. Aşağıda 22.1(i)-(vi) bəndlərində göstərilən sığorta, bu şirkətin götürdüyü risklərin beynəlxalq neft-qaz sənayesinin adi sığorta təcrübəsinə uyğun olması şərtilə, Azərbaycan Respublikasında yaradılmış nüfuzlu sığorta şirkətindən sığorta brokeri vasitəsi ilə alınmalıdır. Aşağıda göstərilənlərin bütövlüyünə xələl gətirmədən, qeyd olunan sığorta aşağıdakıları əhatə edir:

(i)         Podratçının Neft-qaz əməliyyatlarında və ya onlarla bağlı istifadə olunan qurğu, avadanlıq və digər fondlarına dəymiş itki və ya zərəri; lakin hər hansı səbəbdən Podratçı Neft-qaz əməliyyatlarında və ya onlarla bağlı istifadə olunan müvafiq qurğu, avadanlıq və fondları sığorta etdirməmişdirsə, hər hansı bir itki və ya zərərin ortaya çıxması halında, bundan irəli gələn itkilərin (əgər bu cür hallar üçün müvafiq sığortalar əlverişli qiymətlərlə mövcud deyilsə) əvəzini ödəmək və ya bu qaydada vurulmuş zərəri təmir etmək öhdəliyi daşıyır;

(ii)        Neft-qaz əməliyyatları gedişində və ya onların səbəb olduğu ətraf mühitin çirkləndirilməsi nəticəsində ortaya çıxan itki, zərər və ya xəsarəti;

(iii)       Podratçının məsuliyyət daşıya biləcəyi Neft-qaz əməliyyatları gedişində və ya nəticəsində baş vermiş hər hansı üçüncü tərəfin mülkiyyət itkisi və ya mülkiyyətə vurulmuş zərər və ya fiziki xəsarəti;

(iv)      Neft qaz əməliyyatları gedişində və ya nəticəsində baş vermiş hər hansı Üçüncü tərəfin mülkiyyət itkisi və ya mülkiyyətə vurulmuş zərər və ya fiziki xəsarətlə əlaqədar ARDNŞ-nin məsuliyyət daşıya biləcəyi hər hansı iddia;

(v)       Neft-qaz əməliyyatları gedişində və nəticəsində baş vermiş hər hansı qazanın nəticələrinin aradan qaldırılması və ya hər hansı qəzadan sonra aparılan təmizləmə əməliyyatları ilə bağlı məsrəfləri;

(vi)      Neft-qaz əməliyyatlarında çalışan işçilər qarşısında Podratçının məsuliyyətini (əgər bu cür hallar üçün müəyyən dərəcədə müvafiq sığortalar əlverişli qiymətlərlə mövcuddursa);

(vii)     Enerji ehtiyatlarının kəşfiyyatı və işlənməsi üzrə 8.86 Formullarının (Energy Exploration and Development Wording 8.86 - hər növ quyular üçün sığortanı təmin etmək məqsədilə Qazma Qurğuları Komitəsi tərəfindən işlənib hazırlanmış London Sığorta Bazarının standart formulu) A, B və C b ölmələrinə uyğun olaraq quyular üzərində nəzarət xərclərini və quyuların təkrar qazılma xərclərini, o cümlədən aşağıdakılar üçün genişləndirilmiş sığortanı:

(aa)     Qeyri-məhdud təkrar qazma;

(bb)     Yeraltı atma;

(cc)      Boşaltma;

(dd)     Quyuların təhlükəsizliyinin təmin olunması.

(b)       ARDNŞ ilə xüsusi olaraq başqa cür razılaşdırılmayıbsa, yuxarıda göstərilmiş və bu 22.1 bəndində sadalanmış sığortaların minimal hədləri aşağıdakılardan ibarətdir:

22.1(a)(i) bəndinə əsasən sığorta olunmuş qurğuların/əmlakın əvəzedilməsi xərcləri;

22.1(a)(ii) bəndinə əsasən və yaxud yerli qanunvericiliyin tələblərinə müvafiq olaraq (hansı daha yüksək olarsa) vahid hədd - on milyon (10.000.000) Dolları;

22.1(a)(iii) və 22.1 (a) (iv) bəndlərinə əsasən meydana çıxan hər hansı bir hadisəyə görə on milyon (10.000.000) Dolları;

22.1(a)(v) bəndinə əsasən hər hansı bir qəza və ya hadisəyə görə iyirmi beş milyon (25.000.000) Dollarına qədər sığortalanmış əmlakın dəyərinin iyirmi beş (25) faizi;

22.1(a)(vi) bəndinə əsasən və yaxud yerli qanunvericiliyin tələblərinə müvafiq olaraq (hansı daha yüksək olarsa) vahid hədd - on milyon (10.000.000) Dolları.

(c)        Hər hansı qəzaya və ya hadisəyə görə maksimum franşiza, əgər Tərəflər arasında xüsusi şəkildə başqa cür razılaşdırılmamışdırsa iki milyon (2.000.000) Dollarından ibarətdir.

(d)       Yuxarıda göstərilən 22.1(a)(i)-(vii) bəndlərinə əsasən sığortada Podratçının uğursuzluğu nəticəsində çəkilən xərclərin va/yaxud məsrəflərin əvəzi ödənilmir.

(e)        Podratçı müvafiq işçilərini tibbi sığorta ilə və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq nəzərdə tutulmuş icbari sığortalarla təmin edir.

(f)        15.2 (d)(iv) bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu 22.1 bəndinə uyğun olaraq Neft-qaz əməliyyatlarına görə Podratçı tərəfindən alınan bütün sığorta növlərinə görə sığorta haqlarının (Karbohidrogenlərin satışma görə sığorta haqları istisna olmaqla) əvəzi Neft-qaz əməliyyatlarına çəkilmiş xərclər kimi ödənilir. Sığorta təminatı Sərbəst dönərli valyuta ilə ifadə oluna bilər.

(g)       Yerli sığorta şirkəti Podratçı tərəfin tələbi ilə beynəlxalq ümumqəbuledilmiş təkrar sığorta mexanizmlərindən istifadə edərək Podratçı tərəf qarşısında sığortaçı kimi öz məsuliyyətini təkrar sığorta etdirməlidir. Yerli sığorta şirkəti və təkrar sığorta şirkəti arasında imzalanan təkrar sığorta sazişi ARDNŞ və təkrar sığortanı tələb edən Podratçı tərəfindən təsdiqlənir. Sığorta şirkəti ARDNŞ-yə və Podratçıya təkrar sığorta haqqında şəhadətnamələri, təkrar sığorta kovernotları və ya təkrar sığortanın mövcudluğunu təsdiq edən digər hüquqi sənədlər şəklində təqdim etməlidir.

(h)       Hər bir Podratçı tərəfə onun Ortaq şirkəti vasitəsi ilə yerli sığorta şirkəti tərəfindən təkrar sığortalanmış və ya üstünlük verilən sığorta şirkətindən 22.1 (a)(i)-(vii) bəndlərinə əsasən əldə olunacaq sığortaların hər hansını və ya hamısını (onun İştirak Payının sığortasına kimi) əldə etmək imkanı veriləcəkdir; bu şərtlə ki, bu cür Ortaq sığorta şirkətin təhlükəsizlik və ödəmə qabiliyyəti ARDNŞ-ni və Podratçını qane edir.

(i)        Subpodratçılar və ya Podratçı və Subpodratçılar arasında razılaşdırıldıqda Subpodratçıların adından Podratçı, Podratçı üçün Azərbaycan Respublikası ərazisində görülən işi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu Maddənin 22.1 bəndində qeyd olunanlara uyğun olaraq sığorta etdirməlidir. Bütün fransizalar Subpodratçıların hesabına ödənilir.

(j)        Yazılı şəkildə tələb olunduğu hallarda, Podratçı Subpodratçının sığortasının mövcudluğunu təsdiq edən sertifikatları və/ya kovernotları ARDNŞ-yə təqdim edir.

22.2     Vurulan zərər üçün məsuliyyət

Podratçı tərəflər ARDNŞ və/yaxud müvafiq Hökumət orqanı qarşısında yalnız onların və ya onların Neft-qaz əməliyyatlarının yerinə yetirilməsi çərçivəsində fəaliyyət göstərən müvafiq işçilərinin, müvafiq Subpodratçılarının və Subpodratçıların işçilərinin Qərəzli səhlənkarlığı nəticəsində vurulmuş zərər və ya itkilər üçün məsuliyyət daşıyır. ARDNŞ hər bir Podratçı tərəfi, onların müvafiq Ortaq şirkətlərini və Subpodratçılarını ARDNŞ-nin və onun hər hansı Ortaq şirkətlərinin məruz qaldıqları bütün digər zərər və itkilər üçün məsuliyyətdən azad edir və hər bir Podratçı tərəfin və onların Ortaq şirkətlərinin və Subpodratçılarının məsuliyyətini ödəyir, onları ARDNŞ-yə və/və yaxud Hökumət orqanlarına vurulan bütün başqa zərər və itkilərə görə onlara və/ya yaxud onların hər hansı Ortaq şirkətlərinə və Subpodratçılarına qarşı irəli sürülən və ya qaldırılan hər hansı iradlar, tələblər, iddialar və ya məhkəmə araşdırmaları ilə bağlı məsuliyyətdən azad edir. Podratçı tərəflərin üçüncü tərəflər (Hökumət orqanları istisna olmaqla) qarşısında məsuliyyəti Azərbaycan Respublikasının tətbiq edilə bilən qanunları ilə nizamlanır, bu şərtlə ki, ARDNŞ-in Kontrakt sahəsinin hüdudlarından kənarda yerləşən qurğularına və obyektlərinə Üçüncü tərəfə məxsus qurğular və obyektlər kimi baxılsın.

22.3     İşçi heyətinin məsuliyyətdən azad edilməsi

Bu Sazişin digər müddəalarına baxmayaraq:

(a)       Bu Sazişin müddəalarına əməl edilməsi və ya əməl edilməməsi səbəbindən, yaxud b ununla bağlı baş verən və ya bunlara aid olan hadisələr - şəxsi ziyan, peşə xəstəlikləri, ölüm və ya şəxsi əmlaka dəyən zərər ilə əlaqədar olaraq hər hansı Podratçı tərəfin hər hansı işçisi (və ya onların hər hansı Ortaq şirkətinin hər hansı işçisi; bu şərtlə ki, həmin Ortaq şirkət zərərin və ya xəsarətin yetirildiyi vaxt Subpodratçı olmasın) və ya həmin işçinin himayəsində olan şəxs ARDNŞ-yə qarşı hər hansı iradlar, tələblər, iddialar irəli sürdükdə və ya məhkəmə işi başladıqda Podratçı hər hansı hüquqi və ya fiziki şəxsin tamamilə, yaxud qismən təqsirindən və ya səhlənkarlığından asılı olmayaraq həmin ziyanların, itkilərin və məsuliyyətin hamısı üzrə ARDNŞ-yə kompensasiyalar verir və onu məsuliyyətdən azad edir.

(b)       Bu Sazişin müddəalarına əməl edilməsi və ya əməl edilməməsi səbəbindən, yaxud bununla bağlı baş verən və ya bunlara aid olan hadisələr - şəxsi ziyan, peşə xəstəlikləri, ölüm və ya şəxsi əmlaka dəyən zərər ilə əlaqədar olaraq ARDNŞ-in hər hansı bir işçisi (və ya hər hansı Hökumət orqanı da daxil olmaqla onun hər hansı Ortaq şirkətinin hər hansı işçisi; bu şərtlə ki, həmin Ortaq şirkət zərərin və ya xəsarətin yetirildiyi vaxt Subpodartçı olmasın) və ya həmin işçinin himayəsində olan şəxs Podratçıya qarşı hər hansı iradlar, tələblər, iddialar irəli sürdükdə və ya məhkəmə işi başladıqda ARDNŞ hər hansı hüquqi və ya fiziki şəxsin tamamilə, yaxud qismən təqsirindən və ya səhlənkarlığından asılı olmayaraq həmin ziyanların, itkilərin və məsuliyyətin hamısı üzrə Podratçının məsuliyyətini ödəyir və onu məsuliyyətdən azad edir. ARDNŞ müvafiq xahişlə müraciət etdikdə Podratçı ARDNŞ-in bu 22-ci Maddə üzrə öhdəlikləri ilə əlaqədar sığorta ödənişini almaqda ARDNŞ-ə kömək göstərmək üçün bütün lazımi hüquqi səylər göstərir.

22.4     Qüvvəvəminmə tarixinədək məsuliyyətdən azad etmə

Kontrakt sahəsi ilə və ya Kontrakt sahəsində edilən hərəkətlərlə əlaqədar olaraq ARDNŞ-nin və ya onun hər hansı sələflərinin həyata keçirdiyi hər hansı əməliyyatlar, o cümlədən, lakin bununla məhdudlaşmadan, ətraf mühitə ziyan vurulması nəticəsində baş verən hadisələr – hər hansı ziyan, ölüm və ya hər hansı itki ilə əlaqədar olaraq hər hansı fiziki və ya hüquqi şəxs, o cümlədən, lakin bununla məhdudlaşmadan, hər hansı Hökumət orqanları hər hansı Podratçı tərəfə, Əməliyyat şirkətinə və/yaxud onların Ortaq şirkətlərinə qarşı hər hansı iradlar, tələblər, iddialar irəli sürdükdə və ya məhkəmə işi başladıqda ARDNŞ Qüvvəyəminmə tarixinədək həmin ziyanların, itkilərlərin hamısı üzrə hər bir Podratçı tərəfin, Əməliyyat şirkətinin və onların müvafiq Ortaq şirkətlərinin məsuliyyətini ödəyir və onları məsuliyyətdən azad edir.

22.5     ARDNŞ-nin imtina edilmiş sahələr və əməliyyatlar üzrə məsuliyyətdən azad etməsi

(a)       Aşağıdakı hallarda hər hansı ziyan, ötüm və ya itki nəticəsində, yaxud onunla əlaqədar olaraq hər hansı fiziki və ya hüquqi şəxs, o cümlədən, lakin bununla məhdudlaşmadan, Hökumət orqanları hər hansı Podratçı tərəfə və/yaxud hər hansı onun Ortaq şirkətlərinə qarşı hər hansı iradlar, tələblər, iddialar irəli sürdükdə və ya məhkəmə işi başladıqda ARDNŞ həmin itkilərin, ziyanların və məsuliyyətin hamısı üçün hər bir Podratçı tərəfi və onun Ortaq şirkətlərini məsuliyyətdən azad edir:

(i)         23.3 bəndinə əsasən ARDNŞ-nin əməliyyatları ilə bağlı, yaxud 9.2 bəndinin icrası üçün ARDNŞ-nin apardığı yoxlama zamanı; habelə

(ii)        31.3 və 31.5 bəndlərinə əsasən Kontrakt sahəsinin Podratçı tərəfindən imtina edilən hər hansı hissəsi ilə və/yaxud hər hansı əmlakdan istifadənin davam etməsi ilə və/yaxud 16-ci Maddəyə uyğun olaraq Podratçıdan ARDNŞ-nin nəzarəti və məsuliyyəti altına verilmiş və belə bir imtinanın tarixindən sonra yığılan əmlakın ləğv edilməsi itə və/və yaxud ARDNŞ-nin belə əmlakdan istifadə və onun ləğvi hüququnu qəbul etməsi ilə, o cümlədən, lakin bununla məhdudlaşmadan, ətraf mühitə ziyan vurulması (imtina tarixindən əvvəl və ya sonra Podratçının Qərəzli səhlənkarlığı nəticəsində irəli sürülmüş; hər hansı iradı, iddianı və ya məhkəmə işinin başlanmasını istisna etməklə) ilə əlaqədar olaraq.

(b)       Kontrakt sahəsinin Podratçı tərəfindən imtina edilən hər hansı hissəsində imtina günündə və ya ondan əvvəl baş verən hadisələr - ölüm və ya hər hansı ziyan, o cümlədən, lakin bununla məhdudlaşmadan, ətraf mühitə vurulan ziyan nəticəsində və ya bunlarla əlaqədar olaraq hər hansı fiziki və ya hüquqi şəxs ARDNŞ-yə qarşı hər hansı irad, tələb, iddia irəli sürdükdə və ya məhkəmə işi başladıqda həmin itkilər, zərər və ya məsuliyyət, habelə həmin iradlar, tələblər, iddialar və ya məhkəmə işi barəsində bu Sazişin müddəaları və Podratçının cavabdehliyi Sazişə uyğun olaraq qüvvədə qalmaqda davam edəcəkdir.

22.6     Birgə və fərdi məsuliyyət

14-cü Maddədə, və 29.1 bəndində nəzərdə tutulanlar istisna olmaqla, Podratçının bu Saziş üzrə bütün öhdəlikləri barəsində Podratçı tərəflər birgə və fərdi məsuliyyət daşıyırlar.

22.7     Dolayı itkilər

Bu Sazişin başqa hissələrinə zidd gələn hər hansı müddəalara baxmayaraq, bu Sazişdən doğan və ya bu Sazişlə, yaxud ona aid hər hansı fəaliyyətlə bağlı olan dolayı itkilər baxımından Tərəflər hər hansı laqeydliyə rəğmən heç bir halda, o cümlədən müqavilə, mülki hüquq pozuntusu ilə əlaqədar və ya hər hansı başqa tərzdə məsuliyyət daşımırlar. Bu 22.7 bəndinin məqsədləri baxımından “Dolayı itkilər” ifadəsi hər hansı dolayı itkilər və ya ziyan, o cümlədən bunlarla məhdudlaşdırılmadan, Karbohidrogenlər çıxarmaq qabiliyyətinin olmaması, Karbohidrogenlər hasilatının itirilməsi və ya ləngidilməsi, yaxud mənfəətin itirilməsi deməkdir.

 

MADDƏ 23

FORS-MAJOR HALLARI

 

23.1     Fors-major halları

Hər hansı Tərəfin bu Saziş üzrə, pulların ödənilməsinə dair öhdəlikdən savayı, öhdəliklərini (ya da onların hər hansı hissəsini) yerinə yetirməməsi, yaxud yerinə yetirilməsini ləngitməsi Fors-major hallarından irəli gəldikdə və ya həmin hallar nəticəsində baş verdikdə məsuliyyətə səbəb olmur. Fors-major halları o deməkdir ki, hər hansı bir hadisə Neft-qaz əməliyyatlarının qarşısını alır, onları ləngidir və ya onlara maneçilik törədir, bütün lazımi tədbirlər görülsə də bu hadisə və ya onun nəticələri, o cümlədən, lakin bunlarla məhdudlaşmadan fövqəladə hadisələr, təbii fəlakətlər (məsələn, ildırım vurması və zəlzələ), müharibələr (elan edilmiş, yaxud elan edilməmiş) və ya digər hərbi əməliyyatlar, yanğınlar, əmək ixtilafları, qiyamlar, üsyanlar, terrorçuluq aktları, kütləvi şuluqluqlar, vətəndaş iğtişaşları, habelə bu Sazişə görə Podratçının əməliyyatlar aparmasına mane olan və ya əngəl törədən, yaxud Podratçının hüquqlarına ciddi ziyan vuran və ya təhlükə yaradan qanunlar, müqavilələr, qaydalar, sərəncamlar, fərmanlar, əmrlər, hər hansı hökumət orqanının fəaliyyəti, yaxud fəaliyyətsizliyi üzərində nəzarət etmək hadisənin aid olduğu Tərəfin imkanları xaricindədir; lakin bu şərtlə ki, qanunlar, müqavilələr, qaydalar Azərbaycan Respublikasının ərazisində hər hansı Hökumət instansiyasının adından, yaxud himayəsi altında və ya onun göstərişi ilə çıxış edən hər hansı orqanın və ya agentliyin sərəncamları, fərmanları, əmrləri, yaxud başqa qərarları ARDNŞ-in öz öhdəliklərini yubatmasına, ya da yerinə yetirməməsinə rəvac verən Fors-major halları sayılmayacaqdır. Hər bir Tərəf Fors-major hallarının əmələ gəlməsinin qarşısını almaq üçün hər cür lazımi hüquqi səylər göstərəcəkdir. Hər hansı Fors-major vəziyyəti yarandığı halda onun təsirinə məruz qalan Tərəf Fors-major vəziyyətinin xarakterini təsvir etməklə (və müvafiq sübut təqdim etməklə) digər Tərəflərə dərhal yazılı bildiriş verəcək və həmin Fors-major vəziyyətinin təsirini aradan qaldırmaq, yaxud yüngülləşdirmək üçün lazımi hüquqi səylər göstərərək, nə mümkündürsə edəcəkdir. Yurisdiksiyasında bu və ya digər Podratçı tərəfin, yaxud onun Əsas ana şirkətinin (əgər varsa) təsis edildiyi və ya subyekti olduğu Hökumət həmin Podratçı tərəfin bu Saziş üzrə öz öhdəliklərini yerinə yetirməsinə maneçilik göstərən tədbirlər gördükdə, qalan Podratçı tərəflərin həmin vəziyyəti Fors-major vəziyyəti hesab etməyə ixtiyarı yoxdur və onlar 22.6 bəndində şərh olunmuş prinsiplərə əməl etməklə bu Saziş üzrə öz öhdəliklərini yerinə yetirməkdə davam edirlər.

Bu Saziş digər müddəaları ilə ziddiyyətə girmədən, Fors-major hallarının davam etdiyi bütün dövr ərzində Maliyyə məsrəfləri hər hansı əvəzi ödənilməmiş Neft-qaz əməliyyatları məsrəfləri ilə toplanmır.

23.2     Müddətlərin uzadılması

Əgər Fors-major halları Neft-qaz əməliyyatlarını ləngidirsə, onları azaldırsa və ya aparılmasına maneçilik törədirsə, həmin halların şamil edildiyi öhdəliklərin yerinə yetirilməsi müddəti, Neft-qaz əməliyyatlarının müvafiq mərhələsinin müddəti, işlənmə və Hasilat dövrünün müddəti (onun hər dəfə uzadılması daxil edilməklə), habelə bu Saziş üzrə bütün hüquqlar və öhdəliklər Fors-major hallarının əmələ gəlməsinin doğurduğu ləngimə müddətinə bərabər müddət qədər, üstəgəl Fors-major halları aradan qaldırıldıqdan və ya dayandırıldıqdan sonra əməliyyatların təzələnməsi üçün zəruri olan müddət qədər uzadılır.

23.3     Hasilat başlanandan sonra Fors-major halların

Əgər İşlənmə və Hasilat dövrü ərzində hər hansı bir vaxtda Podratçı Fors-major halının mövcudluğunu elan etmişdirsə və əgər bu cür Fors-major halı sonra bir-birinin ardınca gələn azı doxsan (90) gün ərzində mövcud olmaqda davam edirsə və həmin Fors-major halı Azərbaycan Respublikası daxilində hər hansı hadisələr və ya hər hansı Hökumət orqanının hər hansı fəaliyyəti nəticəsində əmələ gəlmişsə və bu Fors-major halı nəticəsində Podratçı bu Sazişdə nəzərdə tutulan Karbohidrogenləri çıxara bilmirsə, Podratçı və ARDNŞ yuxarıda göstərilmiş doxsan (90) gün müddəti sona çatdıqdan sonra on beş (15) gün ərzində görüşüb hasilatı davam etdirməyin ən yaxşı yollarını müzakirə edirlər. Əgər sonrakı doxsan (90) gün ərzində qənaətbəxş razılıq əldə edilməsə, Fors-major halının mövcud olduğu dövrdə ARDNŞ və onun Ortaq şirkəti məsuliyyəti öz üzərinə götürərək öz vəsaiti hesabına, Podratçı Fors-major halının başa çatdığın elan edənədək, lazım gələrsə, Subpodratçıları cəlb etməklə bu Saziş üzrə əməliyyatlar aparmaq və Karbohidrogenlər hasilatını davam etdirmək hüququna malikdir, Podratçının ixtiyarı var ki, bundan sonra bu Saziş üzrə Karbohidrogenlər hasilatının tam məsuliyyətini öz üzərinə götürsün.

ARDNŞ-nin və ya onun Ortaq şirkətinin ixtiyarı var ki, Məsrəflərin əvəzinin ödənilməsi mexanizminə uyğun olaraq özünün müstəqim məsrəflərinin əvəzini ödətsin və Fors-major halı dövründə çatdırılmış bütün Karbohidrogenlər həcminə görə Neft-qaz əməliyyatları Hesabına Fors-major halı başlananadək Satış məntəqələrində istifadə edilmiş dünya qiymətləri ilə kreditləşdirsin.

 

MADDƏ 24

ETİBARLILIQ. HÜQUQ VƏ ÖHDƏLİKLƏRİN BAŞQALARINA VERİLMƏSİ VƏ TƏMİNATLAR

 

24.1     Etibarlılıq

(a)       24.1 (b) bəndində başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, bu Saziş Qüvvəyəminmə tarixindən Tərəflər və onların müvafiq hüquq varisləri və müvəkkilləri üçün onun şərtlərinə uyğun icra edilən, hüquqi qüvvəsi olan etibarlı öhdəlikdir. ARDNŞ bu Sazişin bağlanma tarixində Kontrakt sahəsinin hüdudlan daxilində Karbohidrogenlərin kəşfiyyatı, işlənməsi və ya hasilatı hüquqlarına dair heç bir özgə saziş olmadığına təminat verir. ARDNŞ həmçinin təminat verir ki, imzalanma tarixi ilə Qüvvəyəminmə tarixi arasında Kontrakt sahəsində (və ya onun hər hansı hissəsində) Karbohidrogenlərin işlənməsinə və Suraxanı blokun bərpasına ixtiyar verilməsi haqqında hər hansı Üçüncü tərəflə heç bir danışıq aparmayacaq və razılığa gəlməyəcəkdir. Qüvvəyəminmə tarixindən bu Saziş onun şərtlərinə müvafiq olan və ya Tərəflərin qarşılıqlı yazılı razılaşmasına əsaslanan hallardan savayı, heç bir halda ləğv edilmir, düzəldilmir və ya dəyişdirilmir. Tərəflər bu Sazişdə toxunulmamış hər cür məsələlərin xoş məramla həlli üçün işin davam etdirilməsinin zəruriliyini təsdiq edirlər.

(b)       Tərəflər bəzi öhdəliklərin bu Sazişin Qüvvəyəminmə tarixində və ya ondan əvvəl yerinə yetirilməli olduğunu təsdiq etdiklərinə görə razılıq verirlər ki, 27.1(b) bəndinin müddəaları və 24.1 (a) bəndinə müvafiq surətdə ARDNŞ-nin təminatları imzalanma tarixindən qüvvəyə minir.

(c)        Əgər bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən qəti rədd edilərsə və Podratçı Sazişin ratifikasiyası üçün zəruri olan hər hansı sonrakı dəyişikliklərinin, belə dəyişikliklər varsa, Podratçı üçün məqbul olmadığın ARDNŞ-yə bildirərsə, bu Saziş qüvvəyə minmir, bu Saziş üzrə və Kontrakt sahəsinə aid olan hər hansı başqa sazişlər üzrə Tərəflərin hüquqları və öhdəlikləri ləğv edilir.

24.2     Hüquq və öhdəliklərin başqasına verilməsi

(a)       Məhdudiyyətlər. Podratçı tərəflərin bu Sazişdən irəli gələn hüquq və öhdəliklərinin hər hansı şəkildə başqasına verilməsinə, ipotekasına, girov qoyulmasına və ya hər cür yüklənməsinə yalnız bu 24.2 bəndində nəzərdə tutulmuş şərtlərlə yol verilir. 24.2 bəndinin müddəalarını pozmaqla həyata keçirilən hər hansı verilmə ləğv edilir və hüquqi qüvvəyə malik olmur. Bu 24-cü Maddənin məqsədləri baxımından Digər Podratçı tərəfin idarə strukturunun dəyişməsi (bunun Digər Podratçı tərəfin Əsas ana şirkətinin daxili yenidən təşkil və ya birləşməsi üçün edildiyi hallar istisna olmaqla) bu Sazişin şərtlərinə görə hüquq və öhdəliklərin verilməsi sayılır. Bir Podratçı tərəfin b ütün iştirak payı faizini verdiyi hallardan savayı digər hallarda ARDNŞ-nin razılığı olmadan Tərəflərin heç biri başqasına öz iştirak payının  beş (5) faizdən az hissəsini vermir.

(b)       Podratçı tərəfin hüquq və öhdəliklərini verməsi.

(i)         Hüquq və öhdəliklərin üçüncü tərəflərə verilməsi. Bu 24.2(b) bəndinin müddəalarına uyğun olmaq şərti ilə Podratçı tərəfin bu Saziş üzrə öz hüquqlarını və öhdəliklərini hər hansı üçüncü tərəfə bütünlüklə və ya qismən vermək hüququ vardır, əgər belə Üçüncü tərəf:

(aa)     bu Sazişə əsasən üzərinə qoyulan vəzifələrə müvafiq olan texniki imkanlara və maliyyə imkanlarına malikdirsə;

(bb)     bu Sazişin ona verilən pay barəsindəki bütün şərtlərini qəbul edirsə; və

(cc)      ARDNŞ-nin və Podratçı tərəflərdən hər birinin qanuni yolla işgüzar münasibətlərə girə biləcəyi təşkilatdırsa.

(ii)        Podratçı tərəfin yükləməsi. Bu Saziş üzrə öz öhdəliklərinə xələl gətirmədən hər bir Podratçı tərəf Sazişdə göstərilən payının, yaxud Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda Neft-qaz əməliyyatları üçün istifadə olunan hər hansı əmlakda öz payını maneəsiz olaraq ipoteka etmək, girov qoymaq və ya başqa şəkildə yükləmək hüququna malikdir, bu şərtlə ki, həmin ipoteka, girovqoyma və ya başqa şəkildə yükləmə yalnız bu Sazişin şərtlərinə müvafiq surətdə həyata keçirilir.

(iii)       ARDNŞ-nin icazəsi. Üçüncü tərəfin xeyrinə Podratçı tərəf hər hansı hüquq və öhdəliklərin verilməsini, ipoteka, girov və ya başqa şəkildə yükləməni planlaşdırdıqda bunun üçün ARDNŞ-nin qabaqcadan icazəsi tələb olunur, həm də buna icazə verməkdən əsassız olaraq boyun qaçırıla bilməz. Əgər ARDNŞ hüquq və öhdəliklərin verilməsi, ipoteka, girov və ya başqa yükləmə haqqında bütün müvafiq informasiya və layihə sənədi əlavə olunmaqla planlaşdırılan bu cür verilmə barəsində bildiriş aldıqdan doxsan (90) gün sonra öz qərarını elan etmirsə, həmin verilmə, ipoteka, girov və ya başqa yükləmə ARDNŞ tərəfindən bəyənilmiş hesab edilir.

(iv)      Hüquq varisinin öhdəlikləri. Podratçı tərəf bu Saziş üzrə hüquqlarını və öhdəliklərini tamamilə və ya qismən verdiyi halda və həmin verilmənin ARDNŞ tərəfindən bəyənilməsi, yaxud bəyənilmiş sayılması şərti ilə, hüquq və öhdəlikləri verən tərəf həmin verilmənin qüvvəyə mindiyi tarixdən sonra bu Saziş üzrə bütün gələcək öhdəliklərdən özünün verdiyi iştirak payı həcmində azad olunur. Bundan sonra hüquq varisi, bu Sazişdə ayrıca göstərilmiş hallar istisna olmaqla, bu Sazişdən irəli gələn öhdəliklər üçün digər Podratçı tərəflərlə yanaşı birgə və fərdi məsuliyyət daşıyır.

(v)       Hüquq və öhdəliklərin Ortaq şirkətlərə və Podratçı tərəflərə verilməsi. Podratçı tərəf ARDNŞ ilə razılaşdırmadan bu Sazişdən irəli gələn hüquqları və öhdəlikləri özünün bir və ya bir neçə Ortaq şirkətinə, yaxud Podratçı tərəflərdən hər hansı birinə bütünlüklə, yaxud qismən və istənilən vaxt vermək hüququna malikdir, lakin bir şərtlə ki, bu cür hüquq verilməsi barəsində, ARDNŞ-yə dərhal xəbər veriləcək. Əlavə olaraq , hüquq verilməsi Podratçı tərəf vasitəsilə hər hansı Ortaq şirkətə keçərsə, bu cür Ortaq şirkət yuxandakı 24.2(b)(i) bəndinin tələblərini ödəyir və həmçinin bu şərtlə ki, həmin verilmənin ARDNŞ tərəfindən bəyəniləcəyi, yaxud 24.2(b)(iii) bəndində göstərilmiş qaydaya uyğun surətdə ARDNŞ tərəfindən bəyənilmiş sayılacağı andan Podratçı iştirak payının verilmədiyi halda olduğu kimi, bu Saziş üzrə öhdəliklər üçün öz məsuliyyətini eynilə saxlayır.

24.3     Hüquq və öhdəliklərin verilməsindən vergi tutulması

24.2 Maddəsinə əsasən hər hansı hüquq ötürülməsi və ya köçürmələr pulsuz həyata keçirilir və bütün Podratçı tərəflər üçün ödənilən Mənfəət vergisindən başqa bütün vergilərdən və hər hansı məsrəflər və ödəmələrdən azad olunur.

24.4     Hüquq və öhdəliklərin verilməsi sərtləri

Podratçı tərəflərin hər hansı hüquq və öhdəliyi başqasına hökmən bu şərtlə verilir ki, hüquq varisi ARDNŞ-yə 24.5 bəndində göstərilən təminata analoji olan Əsas ana şirkətin (mövcud olduğu təqdirdə) təminatını təqdim etsin.

24.5     Əsas ana şirkətlərin təminatları. ARDNŞ-nin təminatı

Hər bir yeni Podratçı Tərəf ötürülmə nəticəsində Sazişə qoşulmaqla, əməli olaraq ən qısa müddətdə ötürülmə haqqında müvafiq müqavilə imzalanmasından sonra Əsas Ana Şirkətinin (olduğu təqdirdə) Təminatını ARDNŞ-yə təqdim edir.

ARDNŞ bununla ONŞ istisna olmaqla, hər bir Podratçı tərəfə təminat verir

(a)       ONŞ-nin bu Saziş üzrə öz öhdəliklərini, maliyyə və digər öhdəlikləri, yerinə yetirməsi üçün bütün vəsaitlərə, və

(b)       ONŞ-nin verdiyi hüquqlar və üzərinə götürdüyü öhdəliklər.

24.6     Hökumətin təminatı

Bu Sazişi imzaladıqdan sonra yalnız Qüvvəyəminmə tarixindən gec olmayaraq, ARDNŞ Hökumət təminatının imzalanmasını təmin edir. Hökumət təminatının imzalanmış orijinalı hər Podratçı tərəfə verilir və Sazişin Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim olunan imzalanmış nüsxəsinə onun tərkib hissəsi kimi daxil edilir. Saziş Azərbaycan Respublikasının Milli Məclis tərəfindən ratifikasiya və təsdiq edildikdən və adi qaydada dərc olunduqdan sonra Hökumətin təminatı Azərbaycan Respublikası qanuni qüvvəsi kəsb edir.

 

MADDƏ 25

TƏTBİQ EDİLƏ BİLƏN QANUN, İQTİSADİ SABİTLƏŞMƏ VƏ ARBİTRAJ

 

25.1     Tətbiq edilə bilən hüquq

Bu Saziş Azərbaycan Respublikası və İngiltərənin qanunları üçün ümumi olan hüquq prinsiplərinə müvafiq surətdə tənzimlənir və təfsir edilir, hər hansı məsələyə dair ümumi hüquq prinsipləri olmadığı halda isə Kanadanın Alberta əyalətinin ümumi hüquq prinsipləri tətbiq edilir (hüquq normalarının kolliziyalarına aid qanunlar istisna olmaqla). Bu Saziş həmçinin “pacta sunt servanda” (“müqavilələrə əməl olunmalıdır”) beynəlxalq hüquq prinsipinə tabe edilir. Bu Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla).

25.2     İQtisadi sabitləşmə

Bu Saziş üzrə Podratçıya (yaxud onun hüquq varislərinə) və onun Subpodratçılarına veriləsi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilmir, modifikasiya edilmir və ya məhdudlaşdırılmır. Əgər hər hansı Hökumət orqanı bu Sazişin müddəalarına zidd olan, yaxud bu Saziş üzrə Podratçının hüquqlarına və ya mənafelərinə mənfi (yaxud müsbət) təsir göstərən hər hansı  mövcud,  yaxud gələcək qanunun, müqavilənin, hökumətlərarası sazişin, fərmanın və ya inzibati sərəncamın, o cümlədən, lakin bununla məhdudlaşmadan, vergi qanunvericiliyində, qaydalarda, inzibati təcrübədə hər hansı dəyişikliklərin tətbiq olunmasını tələb edirsə, Tərəflərin iqtisadi mənafelərinin tarazlığını bərpa etmək məqsədi ilə bu Sazişin müddəalarında təshihlər aparılır, və əgər Podratçının hüquq və mənafelərinə mənfi  təsir olarsa, bu halda ARDNŞ bununla əlaqədar baş vermiş hər hansı itkilər, iqtisadi vəziyyətin pisləşməsi, zərər və ya ziyanlar üçün  Podratçıya (və  onun  hüquq varislərinə) kompensasiya verir. Yuxarıdakı prinsiplərə uyğun olaraq hər hansı belə müqavilə, hökumətlərarası saziş, qanun, fərman və ya inzibati sərəncamla bu Saziş arasında hər hansı mübahisə və ya uyğunsuzluğu tez həll etmək üçün müvafiq Hökumət orqanlarının müvafiq tədbirləri görməsini təmin etmək məqsədilə ARDNŞ öz səlahiyyətlərinin tam həcmi çərçivəsində bütün ağlabatan səyləri göstərir.

25.3     Arbitraj

(a)       15.1(a)(ii) və 15.1(c) bəndlərinin müddəalarına müvafiq surətdə nəzərdən keçirilmək üçün ekspertə göndərilən məsələlər istisna olmaqla, ARDNŞ ilə hər hansı Podratçı tərəf, yaxud bütün Podratçı tərəflər arasında mübahisə (Rəhbər komitənin iclaslarında həll edilməmiş məsələlər daxil olmaqla) baş verdikdə, mübahisə edən Tərəflər bu Sazişin şərtlərinə əsaslanaraq mübahisənin qarşılıqlı surətdə qənaətbəxş bir şəkildə həll olunmasına cəhd göstərmək üçün görüşürlər. Tərəf həmin mübahisə haqqında bildiriş aldıqdan sonra otuz (30) gün müddətində mübahisə, Tərəfləri qarşılıqlı surətdə qənaətləndirən bir şəkildə aradan qaldırılmırsa, həmin mübahisə Arbitraj qaydasının müddəalarına və tətbiq edilə bilən hüquq barəsində 25.1 bəndində göstərilmiş müddəalara müvafiq surətdə həll edilir.

(b)       Bu Sazişdə heç nə Podratçı tərəflərin xarici sərmayələrin müdafiəsi haqqında Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan hüquqlarını əsla məhdudlaşdırmır və Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya gələcək qanununun müddəasına baxmayaraq, həmin hüquqlar Podratçıya bu Saziş üzrə məxsus olan hər hansı başqa hüquqlara əlavə olaraq tətbiq edilir. Hər hansı Hökumət orqanının hər hansı fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində Podratçının hər hansı hüquqlarının, mənafelərinin, yaxud əmlakının ekspropriasiyası, milliləşdirilməsi və ya başqa cür özgəninkiləşdirilməsi hallarında arbitrlər nağd pulun diskontlaşdırılmış axınları metodunu tətbiq edərək və əlverişli şəraitdə əqddə marağı olan alıcının və satıcının mövcudluğunu ehtimal edərək, habelə Podratçının öz hüquqlarından, mənafelərindən, payından (o cümlədən mənimsənilməmiş ehtiyatlarda iştirak payından) və ya əmlakından məhrum olması ilə nəticələnən əlverişsiz vəziyyəti nəzərə almayaraq zərərin əvəzinin tam bazar qiyməti ilə və mövcud müəssisə əsasında ödənilməsi (o cümlədən Dollarla dərhal tam və təsirli kompensasiyası) prinsiplərini tətbiq edirlər, Podratçının sadalanan hüquqlarının, mənafelərinin, payının (o cümlədən mənimsənilməmiş ehtiyatlarda iştirak payının) və ya əmlakının tam bazar qiymətini müəyyənləşdirmək  üçün arbitrlər yüksək beynəlxalq nüfuza malik investisiya bankını seçirlər.

(c)        Bu 25.3 bəndində nəzərdə tutulan hüquqlar və öhdəliklər bu Sazişin qüvvəsinə xitam verilmədən sonra da qüvvədə qalır.

 

MADDƏ 26

BİLDİRİŞLƏR

 

Bu Sazişin müddəalarına müvafiq surətdə təqdim olunan bütün bildirişlər ingilis və Azərbaycan dillərində yazılı şəkildə tərtib edilir və faksla, yaxud məktubla hər bir Tərəfə aşağıda göstərilən ünvana (yaxud bir Tərəfin digər Tərəflərə vaxtaşırı bildirə biləcəyi hər hansı başqa ünvana) göndərilir, bu şərtlə ki, Qüvvəyəminmə tarixindən və Əməliyyat şirkəti yaradıldıqdan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Podratçı tərəflərə göndərilən və bu Sazişin şərtlərinə görə zəruri olan bütün bildirişlər (31-ci Maddədə nəzərdə tutulduğu kimi pozuntu haqqında hər hansı bildirişlər, və yaxud 24.2(b)(iii) bəndinə əsasən Sazişin qüvvəsinə xitam verilməsi haqqında bildirişlər, habelə 25.3 bəndində nəzərdə tutulan, arbitraja aid olan hər hansı bildirişlər istisna edilməklə) bu 26-cı Maddənin müddəalarına uyğun surətdə Əməliyyat şirkətinə göndərilmişdirsə, bütün Podratçı tərəflərə çatdırılmış hesab olunur. Əməliyyat şirkəti yaradıldıqdan sonra Podratçı onun adını və ünvanını (habelə bunların müvafiq dəyişikliklərini) əməli cəhətdən mümkün olan ən qısa müddətlərdə ARDNŞ-yə təqdim edəcəkdir. Faksla verilmiş bildiriş göndərildiyi tarixdən sonrakı birinci gün çatdırılmış hesab olunur. Məktubla göndərilən bildiriş yalnız alındıqdan sonra çatdırılmış sayılır. Bu Sazişin qüvvəsinə xitam verilməsi haqqında bildirişlər və Köklü pozuntu haqqında bildirişlər yalnız məktubla təqdim olunur.

 

ARDNŞ

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

 

Azərbaycan Respublikası

Bakı şəhəri, AZ 1000, Neftçilər prospekti, 73

Faks:     (+994 12) 493 64 92

Telefon: (+994 12) 492 07 45

 

Kimə: Prezidentə

UQE LANSER:

UGE-LANSER PTİ.LTD

 

163 Penang Road #02-01

Winsland House II Singapore 238463

Faks:______________________

Telefon:______________________

 

Kimə: Prezidentə

ONŞ:

ARDNŞ-nin Ortaq Neft Şirkəti

 

Azərbaycan Respublikası

Bakı şəhəri, Az 1000, Neftçilər prospekti, 73

Faks:      (+994 12)493 64 92

Telefon: (+994 12) 492 07 45

 

Kimə: Prezidentə

 

 

MADDƏ 27

SAZİŞİN QÜVVƏYƏMİNMƏ TARİXİ

27.1     Qüvvəyəminmə tarixi

(a)       Azərbaycan Respublikası qanunvericilik orqanları Azərbaycan Respublikası Konstitusiyasına, tələb olunan bütün hüquqi rəsmiyyətlərə və qaydalara tam əməl etməklə Azərbaycan Respublikasında bu Sazişə (Hökumət təminatı daxil olmaqla) tam qanun qüvvəsi verən qanunvericilik aktı qəbul etdiklərinə və mövcud təcrübəyə əsasən onun dərc olunduğuna dair şəhadətnaməni ARDNŞ-nin Podratçıya təqdim etdiyi tarix Sazişin Qüvvəyəminmə tarixi sayılır, bu sərtlə ki, aşağıdakı ilkin şərtlər təmin olunmayınca, Qüvvəyəminmə tarixi başlanmayacaqdır:

(i)         bu Sazişin bağlanmasına hər bir Tərəfin Direktorlar şurasının sanksiya verməsi (əgər bu, təsis sənədlərinə uyğun olaraq tətbiq edilə bilərsə);

(ii)        Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Qüvvəyəminmə tarixində Tərəflərin Kontrakt sahəsində və/yaxud Kontrakt sahəsi üçün NQÇİ-nin Neft-qaz əməliyyatlarında istifadə etdiyi əsaslı fondların Əməliyyat şirkəti tərəfindən istifadə hüququnun qəbulunu təsdiq edən sənədləri imzalaması;

(iii)       hər Podratçı tərəfə (ONŞ-dən başqa) Hökumət təminatının verilməsi.

(b)       Tərəflər mümkün qədər qısa müddətlərdə (1) 27.1(a)(i)-(iii) bəndlərində göstərilmiş şərtlərə əməl edilməsinə və, onlara əməl olunduqdan sonra, (2) yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının qanunvericilik orqanları tərəfindən bu Sazişə və adı çəkilmiş Hökumət təminatına Azərbaycan Respublikasında tam qanun qüvvəsi verən qanunvericilik aktının qəbul edilməsinə nail olmaq üçün bütün səyləri göstərirlər.

27.2     Qüvvəyəminmə tarixinədək Neft-qaz əməliyyatları

27.1 bəndinin müddəalARIna baxmayaraq, imzalanma tarixindən Qüvvəyəminmə tarixinədək Podratçı ARDNŞ-nin qabaqcadan yazılı razılığını almadan Neft-qaz əməliyyatları aparırsa, həmin Neft-qaz əməliyyatları ilə əlaqədar olaraq Podratçının çəkdiyi məsrəflərin əvəzi ödənilmir.

 

MADDƏ 28

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK

 

28.1     Əməliyyatların aparılması

Podratçı Neft-qaz əməliyyatlarını təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi üzrə qüvvədə olan və gələcək Azərbaycan qanunvericiliyinə uyğun olaraq, habelə beynəlxalq neft-qaz sənayesində qəbul olunmuş ətraf mühitin mühafizəsi standartlarına uyğun olaraq lazımi həssaslıqla, səmərəli və təhlükəsiz şəkildə aparır, bu şərtlə ki, bu standartlar və təcrübə təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi üzrə Azərbaycan qanunvericiliyinə zidd deyildir. Podratçı məhdudiyyət qoyulmadan, yerin üstü, yerin təki, dəniz, hava, göllər, çaylar, flora və fauna, kənd təsərrüfatı bitkiləri, digər təbii ehtiyatlar daxil olmaqla bütövlükdə ətraf mühitin tarazlığının hər hansı potensial pozuntularını minimuma endirmək üçün bu qanun və standartlara uyğun olaraq bütün ağlabatan tədbirləri görür. Tədbirlərin ardıcıllığı bu sıra ilə müəyyən edilir: həyatın mühafizəsi, ətraf mühitin mühafizəsi və əmlakın mühafizəsi. Podratçı Neft-qaz əməliyyatları ilə əlaqədar işlərin səhiyyə, təhlükəsizlik və ətraf mühitin mühafizəsi aspektlərini bütünlüklə əhatə edən birləşmiş nəzarət sistemi yaradır, bu şərtlə ki:

(a)       Podratçı ilkin vəziyyətin öyrənilməsinə əsasən və ARDNŞ və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırmaqla Kontrakt sahəsi üçün sağlamlığın mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühit üzrə Proqram hazırlayır. Sağlamlığın mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi Proqramının hazırlanması və həyata keçirilməsi ilə bağlı çəkilmiş məsrəflər Neft-qaz əməliyyatları məsrəfləridir, və əvəz ödənilməlidir.

(b)       Podratçı Neft-qaz əməliyyatlarını 9-cu Əlavənin 2-ci bəndində göstərilən təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi standartlarına əməl edilməsi şərtilə aparır. Podratçı Neft-qaz əməliyyatlarının tənzimlənməsi üçün yararlı olan təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi standartları və metodlarını hazırlayır və sonra ARDNŞ və ETSN ilə razılaşdırır. Təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi standartları Kontrakt sahəsinin daxilində və ona bitişik sahədə ərazinin səciyyəvi ekoloji xüsusiyyətlərini nəzərə alır və təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi üzrə mövcud və gələcək Azərbaycan qanunvericiliyinə və yeri gəldikdə, dünyanın digər rayonlarında bərpa, kəşfiyyat və hasilat üzrə əməliyyatlarda tətbiq olunan beynəlxalq neft-qaz sənayesinin standart və təcrübəsinə əsaslanır. Belə standart və metodlar tərtib olunarkən ətraf mühitin mühafizəsi məqsədləri, texniki həyata keçirilmə, iqtisadi və kommersiya səmərəliliyi kimi anlayışlar nəzərə alınırlar. ARDNŞ, Podratçı və ETSN arasında razılaşdırılmış yeni təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi standartları bu Saziş üzrə qüvvəyə mindikdə Əlavə 9-da göstərilən standart və metodlar daha tətbiq olunmur və nəticədə belə yeni standart v ə metodlar bu saziş üzrə Neft-qaz əməliyyatlarına tətbiq olunur və Sazişin bir hissəsi kimi qanun qüvvəsi alırlar.

28.2     Qəza vəziyyətləri

Ətraf mühitə zərər vuran və ya zərər vura bilən qəza vəziyyətləri və ya bədbəxt hadisələr, o cümlədən, lakin bunlarla məhdudlaşmadan, partlayışlar, püskürtülər, sızmalar və başqa hadisələr zamanı Podratçı həmin hallar, o cümlədən sızmış neftin həcmi barədə dərhal ETSN və ARDNŞ-ni xəbərdar edir və vəziyyətin düzəlməsi üçün gördüyü təcili tədbirlər və bu tədbirlərin nəticələri haqqında məlumat verir. Podratçı təcili tədbirlər görmək, qəza vəziyyətini nəzarət altına almaq və insan tələfatın qarşısını almaq, təbii ehtiyatlara və bütövlükdə ətraf mühitə zərər dəyməsinin, habelə itkilərin və əmlaka zərər dəyməsinin qarşısını almaq üçün hər cür ağlabatan səylər göstərəcəkdir. Podratçı həmçinin görülmüş tədbirlər haqqında ARDNŞ və müvafiq Hökumət orqanları qarşısında hesabat verir.

28.3     Ətraf mühitin mühafizəsi strategiyası

Aşağıdakıları ehtiva etməklə ətraf mühitin mühafizəsi strategiyası işlənib hazırlanır:

(a)       9-cu Əlavənin 1 bəndində göstərildiyi kimi, Neft-qaz əməliyyatlarının tərkib hissəsi olaraq ətraf mühitin mühafizəsinə nəzarət sisteminin yaradılması və Rəhbər komitə tərəfindən ətraf mühit üzrə köməkçi komitənin təşkil edilməsi;

(b)       Təsdiq olunmuş İllik iş proqramları və Büdcələrə uyğun olaraq, Neft-qaz əməliyyatlarının adı mərhələlərinə uyğun gələn qaydada sağlamlığın mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi Proqramının mərhələli yerinə yetirilməsi;

(c)        ətraf mühitin mühafizəsi üzrə köməkçi komitə tərəfindən yuxanda göstərilən sağlamlığın mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi Proqramının hazırlanması yalnız Kontrakt sahəsinin ilkin ekoloji vəziyyətinin müstəqil qiymətləndirilməsindən sonra həyata keçirilir. Sağlamlığın mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi Proqramı ARDNŞ və ETSN ilə razılaşdırılmaqla Rəhbər komitə tərəfindən baxılır və qəbul olunur.

28.4 Ətraf mühitə ziyan vurulması

(a)       Podratçı sağlamlığın mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi Proqramını ARDNŞ və ETSN ilə razılaşdırdıqdan sonra, Podratçı onun Azərbaycan Respublikasının müvafiq məhkəməsi tərəfindən müəyyən edilmiş təqsiri üzündən ətraf mühitin hər hansı şəkildə çirklənməsi nəticəsində üçüncü tərəfin (Hökumət orqanları istisna olmaqla) məruz qaldığı birbaşa itkilər və ya ziyan üçün məsuliyyət daşıyır və əvəzini ödəyir. Podratçının səhlənkarlığı nəticəsində ətraf mühit çirkləndikdə və/yaxud ona ziyan vurulduqda Podratçı beynəlxalq neft-qaz sənayəsində hamılıqla qəbul edilmiş metodlara müvafiq sürətdə, belə bir çirklənməni aradan qaldırmaq və/yaxud onun ətraf mühitə təsirini yaxud ziyanını azaltmaq üçün hər cür lazımi tədbirləri görür.

(b)       Podratçı Qüvvəyəminmə tarixindən əvvəl hər hansı ekoloji çirklənmələr və ya ətraf mühitə dəyən digər ziyandan irəli gələn və ya bağlı olan, o cümlədən səbəbi ARDNŞ-nin və ya üçüncü tərəflərin fəaliyyəti və ya fəaliyyətsizliyi olan ətraf mühitin vəziyyəti, yaxud problemlərindən irəli gələn iddialara, ziyan və ya itkilərə görə heç bir xərc çəkmir və maddi məsuliyyət daşımır, habelə Kontrakt sahəsində yerləşən və Podratçının istifadəsinə verilməmiş fondlarla bağlı hər hansı ekoloji çirklənmələr və ya ətraf mühitə dəyən digər ziyandan irəli gələn və ya bağlı olan iddialara, ziyan və ya itkilərə görə heç bir xərc çəkmir və maddi məsuliyyət daşımır və ARDNŞ Podratçını, onun Subpodratçılarını, onun və onların məsləhətçilərini, agentlərini, işçilərini, qulluqçularını və direktorlarını yuxarıda deyilənlərlə bağlı hər cür və bütün məsrəflərdən, xərclərdən və məsuliyyətdən azad edir və onlara kompensasiya verir.

(c)        Podratçı Azərbaycan Respublikasının qanunlarına əsasən müsabiqə yolu ilə seçilən ətraf mühit üzrə konsaltinq firmasından xidmətlərindən istifadə etməklə ətraf mühitin ilkin vəziyyətinin tədqiqatını keçirir. Həmin tədqiqatda ətraf mühitin Qüvvəyəminmə tarixinə qədər ki mövcud vəziyyəti və bu tarixə qədər ətraf mühitə vurulmuş hər hansı ziyan təsvir edilməlidir və belə tədqiqatın aparılmasına çəkilən məsrəflər Neft-qaz əməliyyatları məsrəflərinə aid olunur. Ətraf mühitin ilkin vəziyyətinin tədqiqatı başa çatdıqdan və baxıldıqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydaya əsasən təsdiq edilir və bundan sonra Qüvvəyəminmə tarixi üçün Kontrakt sahəsində ətraf mühitin vəziyyətinin yeganə sübutu olur.

(d)       Ətraf mühitin çirklənməsinə və ya ona ziyan dəyməsinə görə Podratçıya qarşı irəli sürülən h ər hansı iddialar, tələblər, məhkəmə təqibləri, yaxud məhkəmə baxışları nəticəsində və ya bunlarla əlaqədar olaraq Podratçının məruz qaldığı hər hansı zərər, məsuliyyət, itkilər, məsrəflər və xərclər (Podratçının Qərəzli səhlənkarlığı nəticəsində baş verən belə çirklənmə və ya belə zərər istisna olmaqla), Podratçının apardığı hər hansı bərpa və təmizləmə işlərinə çəkilən məsrəflər Neft-qaz əməliyyatları məsrəflərinə daxil edilir.

 

MADDƏ 29

MƏXFİLİK

 

29.)      Ümumi müddəalar

(a)       Tərəflərdən hər biri razılaşır ki, Neft-qaz əməliyyatları ilə əlaqədar əldə edilmiş və ya alınmış və Qüvvəyəminmə tarixinədək açılmasına məhdudiyyət qoyulmasa da ictimaiyyətin bilmədiyi, yaxud Tərəfin ixtiyarında olmayan bütün texniki, geoloji, yaxud kommersiya xarakterli informasiyaya və məlumata məxfi informasiya və məlumat kimi baxılır və onlar gizli saxlanılır (Podratçının 16.1(e) bəndinə müvafiq surətdə belə məlumat və informasiyadan istifadə etmək və 29.2 bəndinə müvafiq surətdə bu cür məlumat və informasiyanı mübadilə etmək hüququna əməl edilməsi şərtilə) və bu Sazişin Tərəfi olmayan heç bir fiziki yaxud hüquqi şəxsə açılmır. Bu zaman aşağıdakılara istisna kimi baxılmalıdır:

(i)         Ortaq şirkət; bu şərtlə ki, həmin Ortaq şirkət bu Sazişin müddəalarına müvafiq surətdə məxfiliyi saxlasın;

(ii)        əgər bu Sazişə müvafiq olaraq tələb edilirsə, Hökumət orqanı;

(iii)       əgər tətbiq edilə bilən hər hansı qanunlara və ya qaydalara müvafiq surətdə, yaxud hər hansı məhkəmə baxışı nəticəsində, ya da hər hansı məhkəmənin bu və ya digər Tərəf üçün məcburi olan əmri ilə bu cür məlumat və informasiya verilməlidirsə;

(iv)      aşağıdakı (c) bəndinin müddəalarına əməl olunmaqla, hər hansı Podratçı tərəfin işə götürdüyü      potensial Subpodratçılar, məsləhətçilər və hüquqşünaslar; bu şərtlə ki, belə məlumat və ya informasiyanın açılması həmin Subpodratçının, məsləhətçinin və ya hüquqşünasın işi üçün zəruri olsun;

(v)       aşağıdakı (c) bəndinin müddəalarına əməl olunmaqla, bu və ya digər Tərəfin iştirak payının nəzərdə tutulan əsl varisi (o cümlədən öz səhmlərinin və ya öz Ortaq şirkətinin səhmlərinin çox hissəsinin birləşdirilməsi, konsolidasiyası, ya da satışı barəsində Tərəfin açıq danışıqlar apardığı təşkilat/hüquqi şəxs);

(vi)      aşağıdakı (c) bəndinin müddəalarına əməl olunmaqla, bank və ya başqa maliyyə idarəsi, onların müvafiq məsləhətçiləri, təmsilçiləri və agentləri bu Saziş üzrə öz öhdəliklərinin maliyyələşdirilməsi və ümumi maliyyələşdirmə haqqında danışıqlar aparan Tərəf üçün lazım olan həcmdə;

(vii)     yurisdiksiyası həmin Podratçı tərəfə və ya onun Ortaq şirkətlərinə şamil edilən hər hansı hökumətin, yaxud fond birjasının hər hansı qaydalarına və ya tələblərinə müvafiq olaraq həmin məlumat və informasiyanın açılmalı olduğu hallar;

(viii)    hər hansı məlumat və ya informasiya Podratçı tərəfin əsla təqsiri olmadan ictimaiyyətə bəlli olduğu hallar; və

(ix)       bu Sazişin 25-ci Maddəsinə müvafiq surətdə arbitrlər və ya 15.1 (c) bəndi ilə əlaqədar olaraq hər hansı ekspert.

(b)       Hər bir Tərəf Neft-qaz əməliyyatlarına dair həmin məlumat və informasiya barəsində məxfiliyə öz işçilərinin əməl etmələrini təmin etmək üçün adi ehtiyat tədbirləri görür.

(c)        İnformasiya 29.1(a)(iv), (v) və (vi) bəndlərinə müvafiq surətdə ancaq o halda açılır ki, informasiyanı açan Tərəf informasiyanın verildiyi Tərəfdən hər belə açılışadək yazılı iltizam alsın ki, o həmin məlumat və informasiyanı (ictimaiyyətə bəlli olan və ya ona çatdırılan məlumatdan başqa) üçüncü Tərəflərdən ciddi surətdə gizli saxlayacaq, məlumat və informasiya digər Tərəflərin qabaqcadan verilmiş yazılı icazəsi olmadan hansı məqsədlər üçün açılırsa, o məqsədlərdən başqa, heç bir məqsədlə həmin məlumat və informasiyadan istifadə etməyəcək və onu açmayacaqdır.

(d)       Əgər hər hansı Podratçı tərəf bu Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişdə iştirak payına sahibliyi dayandırırsa, o zaman o məxfilik barəsində yuxarıda göstərilən öhdəliklərdən azad olunmur, hər hansı fikir ayrılıqları isə bu Sazişin arbitraj haqqında müddəalarına müvafiq surətdə həll edilir və Podratçı tərəflərin məxfiliyə dair öhdəlikləri bu Sazişdə hansı şəkildə göstərilmişdirsə, bu Saz işin qüvvəsinə xitam verildikdən sonra beş (5) il ərzində o şəkildə qüvvədə qalmaqda davam edir.

29.2     Məlumat mübadiləsi

Yuxarıda deyilənlərə baxmayaraq, 16.1(e) bəndinə müvafiq surətdə Podratçının tam ixtiyarı vardır ki, ARDNŞ-nin icazəsi ilə Kontrakt sahəsinə aid bütün məlumatları Üçüncü tərəflərlə başqa məlumatlarla sərbəst mübadilə etsin, və belə bir icazədən əsassız olaraq boyun qaçırılmamalıdır.

29.3     Şirkətin fəaliyyəti haqqında məlumat verilməsi

Bu 29-cu maddənin hər hansı digər müddəalarına baxmayaraq, illik hesabatlarda, əməkdaşlar və səhmdarlar üçün informasiya bülletenlərində, jurnallarda və i.a. hər bir Podratçı tərəf Neft-qaz əməliyyatları haqqında adi qaydada dərc edilən və ya işıqlandırılan xülasələşdirilmiş məlumatlar verə bilər.

 

MADDƏ 30

BONUS ÖDƏNİŞLƏRİ

 

30.1     Bonus ödənişi

Bonus aşağıdakı qaydada ödənilir:

(a)       Podratçı (ONŞ istisna olmaqla) Qüvvəyəminmə tarixindən sonra otuz (30) gün müddətində ARDNŞ-yə iki milyon (2.000.000) Dollar ödəyir;

(b)       Digər Podratçı tərəflər öz müvafiq iştirak paylarına mütənasib olaraq Kontrakt sahəsindən ardıcıl doxsan (90) gön ərzində 2009-cu ilin orta sutkalıq Xam neft hasilatı səviyyəsini bir tam onda beş (1,5) dəfə ötən orta sutkalıq Xam neft hasilatı səviyyəsinə nail olduqdan sonra otuz (30) gün ərzində iki milyon (2.000.000) Dollar həcmində ümumi məbləği ARDNŞ-yə ödəyirlər;

(c)        Əgər Podratçı tərəfindən Köklü pozuntu olaraq 30.1 (a)(b) bəndlərində bu öhdəlik yerinə yetirilmədikdə, ARDNŞ bu Sazişin 31.1 (b) bəndinə uyğun olaraq bu Sazişin qüvvəsinə xitam vermək hüququna malikdir və Qüvvəyəminmə tarixindən etibarən Podratçının çəkdiyi və bu Sazişin xitam tarixinədək əvəzi ödənilməmiş bütün məsrəflərin Əvəzi ödənilmir.

Əgər Saziş həyata keçirilərkən ONŞ öz İştirak payının bir hissəsini hər hansı Üçüncü tərəfə və ya Podratçı tərəfə verərsə, və bunun nəticəsində Digər Podratçı tərəflərin payı Bonusun növbəti mərhələsinin ödənilməsi anında yetmiş beş (75) faizi ötərsə, onda Digər Podratçı tərəfin ödədiyi Bonusun ümumi məbləği Digər Podratçı tərəflərin İştirak payının artmış məbləğinə müvafiq olaraq artacaq.

Bu Maddəyə uyğun olaraq Bonus ARDNŞ-nin yüksək beynəlxalq nüfuza malik bankda göstərdiyi hesaba ödənilir və yalnız hər hansı vergidən azad olan tam məbləğli bank hesabına qəbulundan sonra ödənilmiş hesab olunur.

30.2     Digər məsələlər

31.2(a)(i) bəndinin müddəalarına əməl etmək şərtilə, hər bir Digər Podratçı tərəf Bonusun yalnız öz İştirak payı faizinə müvafiq olan hissəsinin ödənilməsinə cavab verir.

Bu 30-cu Maddəyə uyğun olaraq həyata keçirilən ödənişinin Əvəzi qaytarılmır.

 

MADDƏ 31

SAZİŞİN QÜVVƏSİNƏ XİTAM VERİLMƏSİ

 

31.1     Köklü pozuntu

(a)       Vəziyyətdən asılı olaraq, bu Saziş üzrə öhdəliklərin, yaxud Hökumət təminatının Köklü pozuntusuna yol verilirsə və digər Tərəfin həmin Köklü pozuntunun xarakteri və mahiyyəti, habelə həmin Köklü pozuntuya görə bu Sazişin qüvvəsinə xitam vermək niyyəti haqqında yazılı bildirişi alınandan sonra doxsan (90) gün müddətində bu Köklü pozuntunu aradan qaldırmaq və ya düzəltmək mümkün deyildirsə, bunlara

(i)         Podratçı yol verdikdə ARDNŞ, yaxud

(ii)        ARDNŞ və ya Hökumət yol verdikdə, Podratçı bu Sazişin qüvvəsinə hər vaxt xitam verə bilər, bu şərtlə ki.

(aa)      həmin Köklü pozuntu aradan qaldırıla və ya düzəldilə bilərsə, lakin lazımi səylər göstərildiyinə baxmayaraq, onların aradan qaldırılmasına və ya düzəldilməsinə doxsan (90) gün kifayət etmirsə, Sazişin qüvvəsinə xitam vermək hüququ o halda tətbiq edilə bilməz ki, Köklü pozuntuda ittiham edilən Tərəf həmin Köklü pozuntunu aradan qaldırmaq və ya düzəltmək üçün göstərilən doxsan (90) gün ərzində ağlabatan zəruri tədbirlər görmüş olsun və Köklü pozuntu aradan qaldırılanadək və ya düzəldilənədək belə tədbirləri israrla davam etdirsin; həm də başa düşülür ki, bu halda Tərəflər Köklü pozuntunun aradan qaldırılması və ya düzəldilməsi üçün zəruri olan hərəkətlər barəsində qarşılıqlı razılığa gəlməyə çalışırlar; və

(bb)      Podratçı, yaxud ARDNŞ - aidiyyətindən asılı olaraq - göstərilən doxsan (90) gün ərzində Köklü pozuntu məsələsini Arbitraj qaydasına əsasan arbitraj baxışına çıxarırsa, bu Saziş yalnız o halda və yalnız ondan sonra ləğv edilə bilər ki, (1) arbitraj baxışı belə rəyə gəlsin ki, həqiqətən pozuntuya yol verilmişdir və (2) pozuntuya yol vermiş sayılan Tərəf arbitraj komissiyasının müəyyən etdiyi bu Köklü pozuntunu aradan qaldırmaq və ya düzəltmək üçün müvafiq imkan (lakin bütün hallarda doxsan (90) gündən az olmamaqla) əldə etdiyinə baxmayaraq həmin imkandan istifadə etmir, bu Tərəf Köklü pozuntunu müvəffəqiyyətlə aradan qaldırmaq və ya düzəltmək üçün təkidlə lazımi tədbirlər görməmişdir və görməməkdə davam edir. Arbitraj qərarı qəti və Tərəflər üçün məcburidir və dərhal icra edilməlidir; və

(cc)      bu Saziş çərçivəsində “Köklü pozuntu” termini mahiyyətcə pozuntu deməkdir və əgər düzəldilməsə, ya Podratçının, ARDNŞ-nin, yaxud Hökumət orqanının öz müqavilə öhdəliklərini yerinə yetirməkdən aidiyyətindən asılı olaraq - açıq-aydın imtina etməsi nəticəsində, ya da Sazişin kommersiya məqsədinin baş tutmamasına səbəb olmuş hərəkət nəticəsində Sazişin bütövlükdə öz mənasını itirməsinə bərabərdir.

(b)       Fors-Major halları istisna olmaqla, 5-ci Maddədə, 13.1 və 13.2 (b) bəndlərində göstərilmiş və 30.1 (a) və (b) bəndlərində nəzərdə tutulan Bonus ödənişi öhdəliyi hər hansı işlərin yerinə yetirilməməsi və ya başa çatdırılmaması Podratçı tərəfindən Sazişin Köklü pozuntusu hesab olunur; bu halda ARDNŞ Podratçıya yazılı bildiriş göndərərək Sazişin qüvvəsinə birtərəfli qaydada xitam vermək hüququna malikdir və Podratçı bu Köklü pozuntunu aradan qaldırmaq və ya düzəltmək üçün, 31.1(a) bəndində nəzərdə tutulduğu kimi, hər hansı möhlət almaq hüququna malik deyildir. 5-ci Maddəyə, 13.1, 13.2(b), 30.1 (c) bəndlərinə və bu 31.1(b) bəndinə müvafiq sürətdə ARDNŞ tərəfindən Sazişin qüvvəsinə xitam verilməsi göstərilən Köklü pozuntu ilə əlaqədar ARDNŞ-nin Podratçıya qarşı yeganə hüquqi müdafiə vasitəsidir, Podratçı isə göstərilmiş həmin işlərin görülməsi ilə bağlı çəkdiyi hər hansı məsrəflərin əvəzinin ödənilməsi barəsində iddia qaldırmaq hüququna malik deyildir.

31.2     ARDNS-nin Sazişə xitam verməsi

ARDNŞ aşağıdakı hallarda Podratçıya doxsan (90) gün əvvəl yazılı bildiriş göndərməklə bu Sazişin qüvvəsinə xitam verə bilər:

(a)       əgər hər hansı Podratçı tərəfin adından Əsas ana şirkətin Təminatını verən şirkət tədiyyə qabiliyyətini itirirsə və ya ləğv edilirsə (birləşdirmək və ya yenidən təşkil etmək məqsədi ilə ləğv edildiyi hallardan başqa), bu şərtlə ki, bütün qalan Podratçı tərəflər birgə məsuliyyətə dair müddəalara əsasən, tədiyyə qabiliyyətini itirdiklərinə və ya ləğv edildiklərinə görə, bu Saziş üzrə həmin Podratçı tərəfin hüquqlarını və öhdəliklərini öz üzərlərinə götürə bilmədikdə və bunu həmin doxsan (90) gün ərzində ARDNŞ-yə bildirdikdən sonra Sazişə xitam vermək haqqında bildiriş qüvvəyə minir;

(b)       əgər Podratçı tərəflər birlikdə tədiyyə qabiliyyətini itirirsə və ya ləğv olunursa (birləşdirmək və ya yenidən təşkil etmək məqsədi ilə ləğv edildiyi hallardan başqa);

(c)        əgər Fors-major hallarından başqa, hər hansı səbəblərə görə Karbohidrogenlərin sənaye həcmində hasilatı həmişəlik dayandırılmışdırsa.

31.3     Podratçının Sazişin qüvvəsinə xitam verməsi/Kontrakt sahəsindən imtina etməsi

(a)       Bu 31.3 bəndinin qalan müddəalarına əməl etmək şərti ilə Podratçı azı doxsan (90) gün əvvəl ARDNŞ-yə yazılı bildiriş göndərməklə Kontrakt sahəsindən istənilən vaxt könüllü şəkildə imtina edə bilər. Həmin bildirişdə bu imtinanın qüvvəyə minməyə başlayacağı tarix, habelə 31.3(b) bəndinin müddəalarına uyğun surətdə özünün hər hansı qalan öhdəliklərini Podratçının necə yerinə yetirəcəyi göstərilməlidir. Belə imtina olduqda Sazişin qüvvəsinə xitam verilmiş olur. Kontrakt sahəsindən imtina ilə əlaqədar qarşıya çıxa biləcək bu və ya başqa məsələlərin müzakirəsi üçün ARDNŞ-nin və ya Podratçının tələbi ilə Rəhbər komitənin iclası çağırıla bilər.

(b)       31.3(a) bəndinə əsasən bu Sazişin qüvvəsinə Podratçının xitam verməsi və ya Podratçının bütün Kontrakt sahəsindən imtina etməsi onu o vaxt üçün qüvvədə olan illik iş proqramı üzrə digər öhdəliklərdən azad etmir; bu proqramı Podratçı ARDNŞ ilə qabaqcadan razılaşdıraraq öz mülahizəsinə görə aşağıdakı tərzdə yerinə yetirə bilər:

(i)         işləri onların şərtlərinə müvafiq surətdə tam yerinə yetirməklə, və ya

(ii)        müvafiq Büdcələrdə nəzərdə tutulmuş vəsaitin qalan balansını ARDNŞ-və Dollarla ödəməklə.

(s)        31.3(a) bəndinə əsasən bu Sazişə xitam verildikdə və ya bütün Kontrakt sahəsindən imtina edildikdə, Podratçı, belə xitamdan əvvəl əldə olunmuş hər hansı hüquqlara və ya irəli sürülmüş iddialara xələl gətirmədən, Neft-qaz əməliyyatlarım davam etdirmək, habelə Sazişin qüvvəsinə xitam verildiyi tarixədək əvəzi ödənilməmiş Neft-qaz əməliyyatları məsrəflərinin əvəzini almaq hüququnu itirir.

31.4     Digər hüquqi müdafiə vasitələri

Bu Sazişin şərtləri ilə konkret nəzərdə tutulmuş hallar istisna olmaqla, yuxarıda göstərilmiş müddəalara müvafiq surətdə bu Sazişin qüvvəsinə ya Podratçı, ya da ARDNŞ xitam verdikdə bu xitamvermə Podratçının və ya ARDNŞ-nin zərərə görə bir-birinə qarşı məhkəmə iddiaları qaldırmaq və ya Podratçının və ya ARDNŞ-nin (şəraitdən asılı olaraq) qanun üzrə bel bağlaya biləcəkləri hər hansı başqa hüquqi müdafiə vasitəsindən istifadə etmək hüququnu məhdudlaşdırmır.

31.5     Kontrakt sahəsinin bir hissəsindən imtina

Bu 31.5 bəndinin müddəalarına əsasən, Podratçı Kontrakt sahəsinin bir hissəsindən birtərəfli qaydada imtina etmək hüququna malik deyildir. Podratçı Kontrakt sahəsinin hər hansı hissəsinin işlənməməsini qərara alarsa, Tərəflər qarşılıqlı surətdə razılaşdırılmış şərtlər əsasında qismən imtina imkanını müzakirə edəcəklər. Podratçı qismən imtina etdikdə bu 31.5 bəndinin müddəalarına əsasən onun ixtiyarı yoxdur ki, Kontrakt sahəsinin təhvil verilmiş hissəsində çəkilmiş və belə təhvil/imtina tarixinədək İşlənmə və hasilat dövründə Əvəzi ödənilməmiş Neft-qaz əməliyyatları məsrəflərinin hər hansı həcminin əvəzini Kontrakt sahəsinin imtina edilməmiş hissəsindəki hasilat həcmindən alsın.

 

MADDƏ 32

DİGƏR MƏSƏLƏLƏR

 

32.1     Bu Saziş ingilis və Azərbaycan dillərində bağlanmışdır və Arbitraj qaydasının və 15.2(c) bəndinin şərtlərinə riayət olunaraq hər dil bərabər qüvvəyə malikdir.

32.2     Bu Sazişdə başlıqlar yalnız əlverişlilik məqsədi ilə qoyulmuşdur və Sazişin təfsiri zamanı nəzərə alınmır.

32.3     Kontekst başqa təfsir tələb etmədikdə, tək halda işlənmiş sözlərə istinadlar cəm halında işlənmiş eyni sözlərə şamil edilir və əksinə; hər hansı qrammatik cinsə istinad başqa cinsləri də ehtiva edir.

32.4     Bu Sazişin Əlavələri və ARDNŞ-nin Ortaq Neft şirkətinin yaradılması haqqında Qoşma (“Qoşma”) onun ayrılmaz hissələridir. Sazişin əsas hissəsinin müddəaları ilə onun Əlavələrinin (Sazişin əsas tərkib hissəsi sayılan 1-ci Əlavə istisna olmaqla) müddəaları arasında hər hansı fərqlər olduqda, əsas hissənin müddəalarına üstünlük verilir.

YUXARIDA GÖSTƏRİLƏNLƏRİ TƏSDİQ EDƏRƏK Tərəflərin lazımi səlahiyyət verilmiş nümayəndələri bu Sazişi bu sənədin əvvəlində göstərilmiş tarixdə bağladılar.

 

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ

 

____________________________________________________________

Vəzifəsi: ____________________________________________________

____________________________________________________________

Vəzifəsi: ____________________________________________________

 

UQE-LANSER PTİ.LTD

____________________________________________________________

Vəzifəsi: ____________________________________________________

____________________________________________________________

Vəzifəsi: ____________________________________________________

 

ARDNŞ-nin ORTAQ NEFT ŞİRKƏTİ

____________________________________________________________

Vəzifəsi: ____________________________________________________

____________________________________________________________

Vəzifəsi: ____________________________________________________

 

 

ƏLAVƏ 1 TƏRİFLƏR

 

Kontekst başqa təfsir tələb etmirsə, bu Sazişdə işlədilmiş sözlərin və ifadələrin mənası aşağıdakı kimidir:

Ləğvetmə işləri fondu” - mənası 16.2 bəndində verilmişdir.

Mühasibat uçotunun aparılması qaydası” - 3-cü Əlavədə göstərilən hesabata aid iş üsulları və tələblər deməkdir.

Ortaq şirkət

(a)       Hər hansı Tərəfə aid olanda

(i)        elə şirkət, korporasiya və ya hər hansı başqa hüquqi şəxsdir ki, göstərilən Tərəf həmin şirkətin, korporasiyanın və ya Hər hansı digər hüquqi şəxsin ümumi yığıncağında səslərin əlli (50) faizindən çoxunu təmin edən səhmlərin bilavasitə və ya dolayısı ilə sahibidir; yaxud

(ii)       elə şirkət, korporasiya və ya hər hansı başqa hüquqi şəxsdir ki, o həmin Tərəfin ümumi yığıncağında səslərin ən azı əlli (50) faizini təmin edən səhmlərin bilavasitə və ya dolayısı ilə sahibidir; yaxud

(iii)      elə şirkət, korporasiya və ya hər hansı başqa hüquqi şəxsdir ki, onun həmin şirkətin, korporasiyanın və ya hər hansı digər hüquqi şəxsin ümumi yığıncağında səslərin ən azı (50) faizini təmin edən səhmləri bilavasitə və ya dolayısı ilə elə şirkətə, korporasiyaya və ya digər hüquqi şəxsə məxsusdur ki, o həm də bilavasitə və ya dolayısı ilə həmin Tərəfin ümumi yığıncağında səslərin ən azı əlli (50) faizini təmin edən səhmlərin sahibidir; və

(b)       Habelə, ARDNŞ-yə aid olanda hər hansı elə müəssisə və ya təşkilatdır ki, burada ARDNŞ-nin iştirak payı vardır və o, həmin müəssisə və ya təşkilatın fəaliyyətinə nəzarət etmək (11.2(c) bəndində müəyyən edilmiş kimi) onu idarə etmək və ya istiqamətləndirmək hüququna malikdir.

Saziş” - bu sənəd və ona qoşulmuş 1 - 9-cu Əlavələr, ARDNŞ-nin Ortaq Neft Şirkətinin yaradılmasına dair Qoşma, eləcə də bu sənədə Tərəflərin qarşılıqlı surətdə razılaşdırdığı və imzaladığı genişləndirmələr, təzələmələr, əvəzləmələr və ya dəyişikliklər deməkdir.

İllik iş proqramı” - Rəhbər komitə tərəfindən təsdiq edilmiş və Təqvim ili ərzində həyata keçiriləcək Neft-qaz əməliyyatları proqramının bənd-bənd şərh olunduğu sənəd deməkdir.

Arbitraj qaydası” - 6-cı Əlavədə şərh edilmiş arbitraj araşdırmaları qaydası deməkdir.

Təbii səmt qazı" - layda mövcud olan, Xam neftdə həll olmuş Təbii qaz deməkdir; belə Xam neft kəşf edildiyi anda hər barel üçün on min (10000) standart kub futdan çox olmayan qaz faktoru ilə çıxarılır və qazın neftdən ayrıldığı məntəqədə ölçülür.

Azərbaycan tədarükçüsü (tədarükçüləri)” - 20.1(a) bəndində müəyyən olunmuş mənanı daşıyır.

Balaxanı bloku” - Preambulada göstərilən mənanı daşıyır.

Barel  -  ABŞ bareli, yəni normal temperatur və təzyiq şəraitində ölçülmüş 42 ABŞ qallanu (158,987 litr) deməkdir.

Bonus” - 30.1 bəndində göstərilən mənanı daşıyır.

Büdcə” - İllik iş proqramına daxil edilmiş Neft-qaz əməliyyatlarına çəkilən xərclərin maddə-maddə hesablanması deməkdir.

Təqvim rübü" - Hər hansı Təqvim ilində yanvarın 1-də, aprelin 1-də, iyulun 1-də və oktyabrın 1-də başlanan üç (3) ardıcıl aydan ibarət dövr deməkdir.

Təqvim ili” - Qriqori təqviminə əsaslanan yanvarın 1-dən başlanan və ondan sonrakı dekabrın 31-də qurtaran on iki (12) ardıcıl aydan ibarət dövr deməkdir.

Əsaslı məsrəflər” - Kontrakt sahəsində və ya onunla bağlı olaraq, hər hansı fondun alınması, təmiri və/yaxud yaradılması, (o cümlədən, lakin bunlarla məhdudlaşmadan, quyular və onlar üçün yerüstü və yeraltı avadanlıqlar, tullantı xətləri, boru kəmərləri, neft-qaz və suayırma qurğuları, neft nasos stansiyaları, boşaltma terminalları, qaz kompressor stansiyaları və s.) həmçinin, bu fondların alınması, təmiri və/yaxud yaradılması ilə birbaşa və ya dolayısı ilə bağlı (o cümlədən, lakin bunlarla məhdudlaşmadan, quraşdırma, istismara buraxılma, idarəetmə, layihələşdirmə və texnologiya məsrəfləri) üçün çəkilmiş əsas xüsusiyyətli məsrəflər, seysmik tədqiqat, mühəndis-geoloji tədqiqat, kollektor tədqiqatları, ekoloji və s. tədqiqatlar; yeraltı tədqiqatlarla əlaqədar çəkilmiş məsrəflər, kəşfiyyat, istismar və vurucu quyuların qazılması və yoxlanılması; quyuların yerüstü və yeraltı avadanlıqlarının qurulması, dəyişdirilməsi, təmiri, habelə yuxarıda sadalananlardan hər hansı ilə bağlı təfsir işləri, tədqiqat və xidmətlərlə əlaqədar çəkilən məsrəflər deməkdir.

Əsaslı məsrəflərin ödənilməsi üçün Karbohidrogenlər” - mənası 12.2(a)(ii) bəndində verilmişdir.

Maliyyələşdirmə “ - mənası 3.5(a) bəndində verilmişdir.

Kontrakt sahəsi” - 2-ci Əlavədə verilmiş təsvirə və konturlara uyğun olan mənası 4-cü Maddədə verilmişdir.

Podratçı” - birlikdə bütün Podratçı tərəflər deməkdir.

Podratçının obyektləri” - mənası 11.3 bəndində verilmişdir.

Podratçı tərəflər” - birlikdə UQE-LANSER və ONŞ və/yaxud onların hüquq varisləri və ya mümkün müvəkilləri deməkdir.

Podratçı tərəf” - UQE-LANSER və ONŞ və/yaxud onların hüquq varislərindən və ya mümkün müvəkkillərindən hər hansı biri deməkdir.

Korporativ Xarici Sub-podratçılar” mənası 14.4 bəndində verilmiş mənaya malikdir

Məsrəflərin ödənilməsi” - Podratçının Neft-qaz əməliyyatlarına çəkdiyi Məsrəflərinin ödənilməsi üçün Kontrakt sahəsində hasil edilmiş karbohidrogenlər payının Podratçıya ayrılması prosesi deməkdir, bu zaman “Ödəniləsi məsrəflər” gələcəkdə ödənilməli olan məsrəflər, “Ödənilmiş məsrəflər” isə bundan əvvəl ödənilmiş məsrəflər kimi başa düşülür.

Xam neft” - xam mineral neft, kondensat, asfalt, ozokerit və təbii şəkildə olan, yaxud kondensasiya və ya ekstraksiya vasitəsilə Təbii qazdan alınan bərk və ya maye karbohidrogenlərin və bitumun xüsusi çəkisindən asılı olmayaraq bütün növbəti, o cümlədən Normal temperatur və təzyiq şəraitində qaz-kondensat mayeləri, habelə yuxanda sadalanan maddələrin emalı və ya ayrılması nəticəsində əldə edilən məhsullar deməkdir.

Çatdırılma məntəqəsi” - Karbohidrogenlərin emal və saxlanma məntəqəsində qurulmuş həcm məsrəf ölçəninin çıxış flansı, yaxud quyunun ağzı ilə həmin çıxış flansı arasında Podratçının tövsiyəsi ilə Rəhbər komitənin vaxtaşırı təyin etdiyi hər hansı digər nöqtə, yaxud nöqtələr deməkdir.

Layihələşdirmə standartları” - 8-ci Əlavədə şərh edilmiş layihələşdirmə standartları və texniki şərtlər deməkdir.

İşlənmə və hasilat dövrü” - mənası 6-cı Maddədə verilmişdir.

Dollar” və ya “$” - Amerika Birləşmiş Ştatlarının valyutası deməkdir.

İkiqat vergi haqqında müqavilə” - Gəlirlərə ikiqat vergi qoyulmaması üçün Azərbaycan Respublikasında tətbiq edilə bilən vergilərə aid hər hansı müqavilə və ya konvensiya deməkdir.

Qüvvəyəminmə tarixi” - mənası 27.1 bəndində verilmişdir.

İmzalanma tarixi” – Tərəflərin səlahiyyətli nümayəndələri Sazişi lazımi qaydada imzaladıqları və Sazişin əvvəlində göstərilmiş tarix deməkdir.

Maliyyələşdirmə məsrəfləri” - 12.2 bəndində göstərildiyi kimi, müvafiq Təqvim rübünə münasibətdə məsrəflərin (A) LİBOR üstəgəl iki (2) faiz məbləğinin dörddə birinə bərabər faiz dərəcəsinin həmin Təqvim rübünün axırında Neft-qaz əməliyyatları məsrəflərinin (B) ödənilməmiş saldosu ilə hasili deməkdir.

Fors-major halları” - mənası 23.1 bəndində verilmişdir.

Xarici valyuta” - Dollar və/yaxud beynəlxalq bank birliyində hamılıqla qəbul edilmiş digər sərbəst dönərli xarici valyuta deməkdir.

Xarici subpodratçı” - Azərbaycan Respublikasının hüdudlarından kənarda (i) qeydə alınmış, qanuni yolla yaradılmış və ya təşkil edilmiş Sub-podratçı deməkdir və yaxud (ii) Azərbaycan Respublikasından başqa digər ölkənin vətəndaşı olan fiziki və yaxud fərdi şəxs.

ÜDM deflyatorunun indeksi” - ABŞ-ın ümumi daxili məhsulu üçün sözsüz qiymətlər deflyasiyasının indeksi deməkdir və o, ABŞ Ticarət Departamentinin İqtisadi Təhlil Bürosu tərəfindən (İTB)”Müasir kommersiya fəaliyyətinin icmalı” adlı rüblük nəsrdə elan edilir. Bu nəşrin buraxılışı dayandırılarsa Tərəflər Beynəlxalq Valyuta Fondunun “Beynəlxalq maliyyə statistikası” nəşrindən, yaxud Tərəflər arasında qarşılıqlı razılığa görə digər münasib nəşrdən istifadə edəcəklər.

Hökumət orqanı” və ya “Hökumət orqanları” - Azərbaycan Respublikasının Hökuməti və onun hər hansı siyasi və ya başqa orqanı, o cümlədən ARDNŞ-nin, hər hansı yerli hökumət orqanları, habelə hər cür başqa təmsiledici orqanlar, baş idarələr və ya idarə etmək, qanunlar qəbul etmək, nizama salmaq, vergilər qoymaq və vergilər, yaxud rüsumlar tutmaq, lisenziyalar və icazələr vermək, Sazişlə əlaqədar ARDNŞ -nin və/yaxud Podratçının hər hansı hüquqlarını, öhdəliklərini və ya fəaliyyətini təsdiq etmək, yaxud bunlara birbaşa və ya dolayısı ilə başqa şəkildə təsir etmək (maliyyə sahəsində və ya başqa sahədə) səlahiyyətləri verilmiş hakimiyyət orqanları deməkdir. Bu Sazişə uyğun olaraq razılıq əldə edilmişdir ki, yalnız 22.2 və 28.4(a) bəndlərindəki məqsədlər baxımından hər hansı dövlət müəssisəsi, eləcə də ancaq kommersiya, yaxud digər təsərrüfat fəaliyyəti ilə məşğul olan (və heç bir hökumət orqanı funksiyası daşımayan, habelə heç bir qanunvericilik, tənzimləyici və ya vergi funksiyasına malik olmayan) bələdiyyə orqanları “Hökumət orqanı” məfhumuna daxil deyil.

Hökumət təminatı” - Azərbaycan Respublikası Hökumətinin 5-ci Əlavədə göstərilmiş formada Təminatı və Öhdəliyi deməkdir.

Karbohidrogen fəaliyyəti” - 14.1 (c)(iii) bəndində verilmiş mənaya malikdir.

Birgə Əməliyyat Sazişi” - mənası 8.1 (c) bəndində verilmişdir

Birgə Əməliyyat şirkəti” - mənası 8.1 (a) bəndində verilmişdir.

LİBOR” - London banklararası depozitlər bazarında Dollarla üç (3) aylıq depozitlər təklifləri dərəcəsinin orta ədədi qiyməti kimi hesablanan faiz dərəcəsi deməkdir; bu dərəcə hər gün Londonun “Faynenşial Tayms” (“Financial Times”) qəzetində dərc edilir, həm də bu orta ədədi qiymət Təqvim rübü dövrü üçün götürülür (və ya “Faynenşial Tayms” qəzetinin nəşri dayandırıldıqda dərəcənin elan olunduğu mənbə Tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir).

Yerli Bazar Nefti” - mənası 13.1 bəndində verilmişdir.

Köklü pozuntu” - mənası 31.1 (a) bəndində verilmişdir.

Ölçmə qaydası” Xam neftin Təbii qazın həcmini ölçməyin ya keyfiyyətini müəyyənləşdirməyin 7-ci Əlavədə şərh edilmiş Qaydası deməkdir.

Təbii qaz” - Normal temperatur və təzyiq şəraitində qazaoxşar fazada olan bütün karbohidrogenlər, o cümlədən lakın bunlarla məhdudlaşmayan, səmt qazı və yağlı qazdan maye karbohidrogenlər ekstraksiya və ya separasiya edildikdən sonra qalan qaz qalığı, habelə bütün qeyri-karbohidrogen mənşəli qaz və ya qazaoxşar karbohidrogenlərlə birlikdə hasil edilən digər maddələr (o cümlədən, lakin bunlarla məhdudlaşmayan karbon qazı, kükürd və helium) deməkdir, bu şərtlə ki, kondensasiya və ya ekstraksiya edilmiş maye karbohidrogenlər bu tərifə daxil olmasın.

Sərbəst təbii qaz” – Təbii səmt qazı olmayan Təbii qaz deməkdir.

Əməliyyat şirkəti” - Bu Sazişin 8-ci Maddəsinə uyğun olaraq Podratçının Neft-qaz əməliyyatlarını aparmaq üçün müəyyən müddətdə yaratdığı şirkət deməkdir.

Əməliyyat məsrəfləri” - Əsaslı məsrəflər istisna olmaqla, Kontrakt sahəsində və ya onunla bağlı bilavasitə və dolayısı ilə çəkilmiş bütün məsrəflər (natural və ya pul vəsaitləri ilə ödənilməsindən asılı olmayaraq) o cümlədən, lakin bunlarla məhdudlaşmadan: sağlamlıq, əməyin mühafizəsi, və işçi heyətin təhlükəsizlik texikası üçün dolayısı əlavə xərclər; Karbohidrogenlərin çıxarılması, emalı, quyulara vurulması, yığılması, saxlanması, yüklənməsi-boşadılması, göndərilməsi və Çatdırılma məntəqəsinə nəql edilməsi, Karbohidrogenlərin və onların emalı məhsulların emalı və marketinqi üzrə məsrəflər; ətraf mühitin mühafizəsi üzrə məsrəflər; ümumi idarəetmə və rəhbərlik; texniki xidmət və ləğvetmə, o cümlədən 16.2 bəndinə əsasən yaradılacaq Ləğvetmə fonduna ödənişlər.

Digər podratçı tərəflər” - Birlikdə götürülmüş UQE-LANSER, habelə onun hüquq varisləri və mümkün müvəkkilləri, habelə onların hüquq var işləri və mümkün müvəkkilləri, ONŞ-nin müvəkkilləri, habelə onların hüquq varisləri və mümkün müvəkkilləri deməkdir.

İştirak payı” (“İştirak Payları”) - mənası 1.1 bəndində verilmişdir.

Tərəflər” - ARDNŞ, UQE-LANSER və ONŞ və müvafiq surətdə onların hər hansı hüquq varisləri, yaxud müvəkkilləri deməkdir. “Tərəf” termini hər hansı Tərəf deməkdir.

Karbohidrogenlər” - Xam neft və Təbii qaz deməkdir.

Neft-qaz əməliyyatları məsrəfləri” - Əməliyyat məsrəfləri və Əsaslı məsrəflər deməkdir və Neft-qaz əməliyyatları üçün Podratçının həqiqətən çəkdiyi bütün məsrəfləri əhatə edir. Neft-qaz əməliyyatları məsrəflərinə məhdudiyyəti olmadan aşağıda sadalananlarının hamısı daxildir: (i) Sazişdə dəqiq şəkildə Neft-qaz əməliyyatları məsrəfləri kimi göstərilən məbləğlərin (o cümlədən, lakin bunlarla məhdudlaşmadan 20.3 bəndində müəyyənləşdirilən məbləğlər); (ii) Mühasibat uçotunun aparılması qaydasına müvafiq surətdə Neft-qaz əməliyyatları Hesabına lazımi şəkildə köçürülmüş məbləğlər.

Neft-qaz əməliyyatları” - bu Sazişə uyğun olaraq Karbohidrogenlərin kəşfiyyatı, bərpası, qiymətləndirilməsi, işlənməsi, çıxarılması, hasilatı, sabitləşdirilməsi, hazırlanması, oyadılması, təzyiqlənməsi, toplanması, saxlanması, yerləşdirilməsi yüklənməsi, Çatdırılma məntəqəsinədək nəql edilməsi və Kontrakt sahəsində hasil edilmiş Karbohidrogenlərin satılması və Kontrakt sahəsi ilə bağlı ləğvetmə əməliyyatları deməkdir.

Neft-qaz əməliyyatları hesabı” - mənası Mühasibat uçotunun aparılması qaydasının 1.2 bəndində verilmişdir.

Satış məntəqəsi” - mənası 15.1 (d)(iii) bəndində verilmişdir.

Mənfəət karbohidrogenləri” - mənası 12.4 bəndində verilmişdir.

Mənfəət vergisi” - mənası 14.2(a) bəndində verilmişdir.

Bərpa və hasilat proqramı” - mənası 5-ci Maddədə verilmişdir.

Normal temperatur və təzyiq şəraiti”" - və ya “NTTŞ” Farenheyt üzrə 60 dərəcə/Selsi üzrə on beş tam yüzdə əlli altı dərəcə (60°F/15,56°C) normal temperatur və 1,01325 bar normal atmosfer təzyiqi deməkdir.

Rəhbər komitə” - 7.1 bəndinin müddəalarına müvafiq olaraq yaradılmış komitə deməkdir.

Subpodratçı” - Podratçı ilə və ya Əməliyyat şirkəti ilə, yaxud Podratçının və ya Əməliyyat şirkətinin adından birbaşa və ya dolayısı ilə bağlanmış müqavilələrə əsasən bu Sazişlə əlaqədar onları mallarla təchiz edən, işlər görən, yaxud xidmətlər göstərən hər hansı fiziki və ya hüquqi şəxs deməkdir.

Vergi qoyulan mənfəət” - mənası 14.2(e) bəndində verilmişdir.

Vergilər” və yaxud “Vergi” - Hər hansı Hökumət orqanına ödənilən və ya bu Hökumət orqanı tərəfindən qoyulan bütün mövcud və ya gələcək rüsumlar, gömrüklər, hədiyələr, qonorarlar, vergilər və ya ianələr deməkdir.

“Vergi orqanı” - mənası 14.1 (c) (iv) bəndində verilmişdir.

Üçüncü tərəf” - Tərəf, yaxud hər hansı Tərəfin Ortaq şirkəti olmayan fiziki və ya hüquqi şəxs deməkdir.

Ton” - metrik ton, yəni Sevr (Fransa) Beynəlxalq ölçü və çəki bürosunun müəyyən etdiyi kimi, min (1000) kiloqram kütlə deməkdir.

Ümumi hasilat həcmi - 12.1 bəndinə uyğun olaraq, Neft-qaz əməliyyatlarına işlədilmiş həcm çıxılmaqla hər hansı Təqvim rübündə Kontrakt sahəsindən alınmış Xam neft və Sərbəst təbii qaz hasilatının ümumi həcmi deməkdir.

Nəqletmə itkiləri” - mənası 15.1(d) (iv) bəndində verilmişdir.

Əsas ana şirkət” - ONŞ-yə münasibətdə Azərbaycan Respublikasında təşkil edilmiş ARDNŞ, hər hansı digər Podratçı tərəfə münasibətdə isə bu Podratçı tərəfin Əsas ana şirkəti (əgər varsa) və hər hansı belə Əsas ana şirkətin varisi nəzərdə tutulur.

Əsas ana şirkətin təminatı” - 4-cü Əlavədə nümunə üzrə Əsas ana şirkət tərəfindən verilən təminat deməkdir.

ƏDV” - Azərbaycan Respublikasının əlavə dəyər vergisi deməkdir.

Qərəzli səhlənkarlıq” - beynəlxalq neft-qaz sənayesi təcrübəsində qəbul edilmiş yaxşı, ehtiyatkar metodlara və bu Sazişin şərtlərinə qəsdən, düşünülmüş və şüurlu sayğısızlıq hallarını yaradan hər hansı bir əsassız əməl və ya etinasızlıq deməkdir.

Sıfır balansı” - İşlənmə və hasilat dövrü başlandıqdan sonra Mühasibat uçotunun aparılması qaydasına müvafiq sürətdə Əsaslı xərclərin ödənilməsi ilə əlaqədar Podratçının apardığı hesabda Sıfır balansının əldə edilməsi deməkdir. İlk dəfə Sıfır balansı əldə edildikdən sonra, 16.1 bəndindəki məqsədlər üçün Əsaslı məsrəflər sonradan əsas büdcə kateqoriyaları üzrə təsnif edilir.

 

ƏLAVƏ 2

KONTRAKT SAHƏSİ VƏ XƏRİTƏ

 

Bu Sazişin bağlandığı tarix üçün Kontrakt sahəsi aşağıda göstərilmiş və bu sənədə əlavə edilən xəritədə ayrıca nişanlanmış coğrafi koordinatların əmələ gətirdiyi perimetr daxilində qalan sahədir.

Kontrakt sahəsi 1942-ci il Pulkova geodeziya reperinə, 1 940-cı il Krasovskiy ellipsoidinə bağlanan, aşağıdakı təyinedici parametrləri Qauss-Kruger proyesiyasında düz xətlərlə hüdudlanmışdır:

 

Başlanğıc miqyas əmsalı

1.0

 

 

Başlanğıc en dairəsi

0 dərəcə şimal en

dairəsi

(ekvator)

 

 

Başlanğıc uzunluq dairəsi:

51 dərəcə şərq

uzunluq

Dairəsi (Qrinviç üzrə)

 

 

Dərəcə torunun ilkin koordinatorları

500.000 m şərqə 0 m şimala doğru

 

 

Dərəcə toru vahidi - metr

 

 

 

Coğrafi koordinatları:

 

 

 

Kürdəxanı neft yatağının doqquz (9) bucağı üzrə:

 

1942-ci il Pulkovo geodezik reperi üzrə

 

Nöqtə

En dairəsi (Şimal)

Uzunluq dairəsi (Şərq)

1

40°31'29"

49°56'50"

2

40°31'24"

49°57'08"

3

40°31'20"

49°57'05"

4

40°31'21"

49°57'26"

5

40°31'13"

49°57'22"

6

40°31'06"

49°57'25"

7

40°31'05"

49°57'22"

8

40°31'08"

49°57'09"

9

40°31'07"

49°56'53"

 

 

Yuxarıda göstərilən sahəsinin səthi təxminən sıfır tam onda dörd (0,4) kvadrat kilometrdir.

Balaxanı - Sabunçu - Ramana neft yataqlarının iyirmi iki (22) bucağı üzrə:

 

1942-ci il Pulkovo geodezik reperi üzrə

 

Nöqtə

En dairəsi (Şimal)

Uzunluq dairəsi (Şərq)

1

40°28'15"

49°54'07"

2

40°28'12"

49°54'54"

3

40°28'23"

49°55'11"

4

40°28'13"

49°55'43"

5

40°28'15"

49°57'02"

6

40°28'03"

49°57'41"

7

40°27'37"

49°57'21"

8

40°27'36"

49°57'15"

9

40°27'18"

49°57'13"

10

40°27'05"

49°59'27"

11

40°27'01"

49°59'27"

12

40°26'43"

49°58'55"

13

40°26'51"

49°58'38"

14

40°26'48"

49°58'05"

15

40°26'55"

49°57'55"

16

40°26'48"

49°57'06"

17

40°26'29"

49°56'16"

18

40°27'07"

49°53'36"

19

40°27'20"

49°53'17"

20

40°27'41"

49°53'27"

21

40°27'38"

49°54'26"

22

40°27'53"

49°54'23"

 

Yuxarıda göstərilən sahəsinin səthi təxminən on beş tam yüzdə yetmiş dörd (15,74) kvadrat kilometrdir.

 

 

 

ƏLAVƏ 3

MÜHASİBAT UÇOTUNUN APARILMASI QAYDASI

 

1.         Ümumi müddəalar

Bu 3-cü Əlavədə mühasibat uçotunun beynəlxalq neft-qaz sənayesində hamılıqla qəbul olunmuş prinsiplərinin quruluşu müəyyən edilir.

Bu “Mühasibat uçotunun aparılması qaydası” sənədinin məqsədi bu Sazişlə bağlı Neft-qaz əməliyyatlarına aid ayırmaların və kreditlərin müəyyənləşdirilməsinin ədalətli və obyektiv metodunu təyin etməkdən və xərclərin təsdiq olunmuş büdcələrə uyğun olub-olmaması üzərində nəzarət metodunu göstərməkdən ibarətdir.

Mühasibat uçotunun aparılması qaydasının məqsədləri baxımından Podratçıya hər hansı şəkildə istinad edilməsi kontekstdən asılı olaraq Əməliyyat şirkətini Podratçı tərəfləri və onların müvafiq Ortaq şirkətlərini nəzərdə tutur. Tərəflər razılaşırlar ki, həmin metodların hər hansı biri hər hansı Podratçı tərəfə qarşı ədalətsiz və ya qeyri-obyektiv olarsa, Tərəflər hər hansı ədalətsizliyin və ya qeyri-obyektivliyin aradan qaldırılması üçün lazımi dəyişiklikləri xoş, məramla tənzimləmək məqsədilə görüş təşkil edirlər.

1.1       Təriflər

Bu Mühasibat uçotunun aparılmasının məqsədləri baxımından aşağıdakı terminlərə belə mənalar verilir:

(i)        “Mühasibat uçotunun qəbul olunmuş təcrübəsi” - mühasibat uçotunun beynəlxalq neft-qaz sənayesində hamılıqla qəbul olunmuş və bəyənilmiş prinsipləri, təcrübəsi və qaydaları deməkdir.

(ii)       “Mühasibat uçotunun aparılması qaydası” - mühasibat uçotunun bu 3-cü Əlavədə göstərilən prinsipləri, qaydaları və üsulları deməkdir.

(iv)      “Artma prinsipi” - mühasibat uçotunun elə prinsipi deməkdir ki, həmin prinsipə görə əməliyyatların maliyyə durumuna və gəlirə təsiri sadəcə olaraq əməliyyatlar üzrə nağd haqq-hesab çəkiləndə deyil, həmin əməliyyatlar aparılanda qeyd olunur.

(v)       “Kassa prinsipi” - verilən təlimatlara əsasən bank köçürmələri və ya nağd şəkildə aparılan ödənişlər şəklində olan və Əməliyyat Şirkətinin xəzinə kitablarında qeydə alınan maliyyə vəsaitlərin axınlarını qeydə alan mühasibat uçotu prinsipidir.

(v)       “Materİallar və avadanlıq” - Neft-qaz əməliyyatlarında işlədilmək üçün əldə edilən və saxlanılan təchizatla və avadanlıqla birlikdə kəşfiyyat, qiymətləndirmə və işlənmə üzrə məhdudiyyət qoyulmadan torpaq istisna olmaqla bütün obyektlər/vasitələr şəxsi əmlak deməkdir.

(vi)      “Nəzarət altında olan material” - Podratçının nəzarət etdiyi və inventarlaşdırdığı Materiallar və avadanlıq deməkdir. Belə Materialların və avadanlığın tiplərinin siyahısı ARDNŞ-nin tələbi ilə ona təqdim ediləcəkdir.

Sazişdə mənası verilmiş, lakin yuxarıdakı siyahıya salınmamış termin və anlayışlar bu Mühasibat uçotunun aparılması qaydasında Sazişdə onlara verilən mənanı daşıyır.

1.2       Hesablar

Podratçı bu Mühasibat uçotu qaydasına müvafiq surətdə Neft-qaz əməliyyatları üzrə ayrıca hesabat sənədləri və ayrıca hesablar aparır (“Neft-qaz əməliyyatları hesabı”).

Podratçı Neft-qaz əməliyyatları hesabına yalnız Neft-qaz əməliyyatlarına çəkilmiş xərcləri aid edir.

Podratçı Neft-qaz əməliyyatları hesabını Dollarla aparır. Dollarla deyil, başqa valyutalarla çəkilmiş məsrəflər Mühasibat uçotunun qəbul olunmuş üsulları ilə Dollara çevrilir. Neft-qaz əməliyyatları üçün lazım olan valyutanın mübadiləsi, yaxud valyutaların çevrilməsi nəticəsində hər cür mənfəət və ya itkilər Neft-qaz əməliyyatları hesabına daxil və ya aid edilir.

Neft-qaz əməliyyatları hesabı Mühasibat uçotunun qəbul olunmuş təcrübəsinə uyğun olaraq aparılır.

Mühasibat uçotu Artma prinsipi əsasında, və Məsrəflərin əvəzinin ödənilməsi məqsədilə Kassa prinsipindən istifadə etməklə aparılır.

1.3       Auditor yoxlamaları

Podratçı Neft-qaz əməliyyatları hesablarını auditorların hesabatlan ilə birlikdə hər Təqvim ili qurtardıqdan sonra yeddi (7) aydan gec olmayaraq ARDNŞ-yə təqdim edir. ARDNŞ müvafiq Təqvim ili qurtardıqdan sonra on iki (12) aydan gec olmayaraq göstərilmiş Təqvim ili üçün hesabların təftiş olunmasını Podratçıya bu barədə bildiriş göndərməklə xahiş edə bilər. Belə təftişləri ARDNŞ tərəfindən seçilən, beynəlxalq miqyasda tanınmış müstəqil mühasiblər şirkəti aparır. Belə təftişə çəkilən məsrəflər Neft-qaz əməliyyatları hesabına aid edilir və Podratçı tərəfindən ödənilir. ARDNŞ adından aparılan hər hansı təftiş elə aparılır ki, Neft-qaz əməliyyatlarına maneçilik yaratmasın. Əgər ARDNŞ yuxarıda göstərilmiş hesablara etiraz etdiyini, yaxud Podratçının Qərəzli səhlənkarlığı haqqında sübutlar olduğunu nəzərdən keçirilən Təqvim ilindən sonrakı iyirmi dörd (24) ay ərzində Podratçıya yazılı bildirişlə (dəlillər göstərilməklə) məlumat verməsə, müvafiq Təqvim ilinin hesabları həmin tarix üçün təsdiq edilmiş sayılır. Hesablar barəsində ARDNŞ-nin Tərəflər arasında razılaşma ilə tənzimlənməmiş hər cür etirazları Arbitraj əməliyyatının müddəalarına müvafiq surətdə arbitraj baxışına verilir. Arbitrajın qərarında ARDNŞ-nin hər hansı etirazı təsdiq edilərsə, Neft-qaz əməliyyatları Hesabı müvafiq surətdə təshih olunur.

Yuxarıda qeyd olunanlara baxmayaraq,  Tərəflər aşağıdakılara dair razılığa gəliblər:

(a)       işlənmə və hasilat dövrü başlanmayanadək ARDNŞ hesabların auditini aparmayacaqdır; və

(b)       İşlənmə və hasilat dövrünün başlanmasından etibarən on iki (12) ay gec olmayaraq, ARDNŞ xəbərdarlıq etməklə lazım olduğu halda bütün Əməliyyat Şirkətinin hesabların auditini aparılması hüququna malik olacaqdır.

Podratçı Neft-qaz əməliyyatlarına dair bütün mühasibat sənədlərini, bəyannamələrini, kitablarını və hesablarını onların aid olduğu Təqvim ili qurtardıqdan sonra azı on (10) il, yaxud ARDNŞ Qərəzli səhlənkarlıq haqqında iddia irəli sürdükdə (i) onların aid olduğu Təqvim ili qurtardıqdan sonra azı yeddi (7) il və ya (ii) Qərəzli səhlənkarlıq ilə əlaqədar olaraq Hesablara dair etirazlar tənzimləndikdən sonra azı bir (1) il saxlayır.

2.         Məsrəflər və xərclər

Bu Sazişin şərtlərinə və Neft-qaz əməliyyatlarının icrası üçün lazımı şərtlərə əməl etmək məqsədi ilə Podratçı Neft-qaz əməliyyatlarının aparılması üçün çəkilmiş məsrəflərin hamısını Neft-qaz əməliyyatları Hesabına daxil edir; heç bir məsrəf hesaba bir dəfədən artıq daxil edilə bilməz. Hesaba daxil edilən məsrəflər aşağıdakılardan ibarətdir, lakin onlarla məhdudlaşmır:

2.1       İşçi qüvvəsinə məsrəflər və bunlarla əlaqədar digər məsrəflər

(a)       Podratçının və onun Ortaq şirkətlərinin (Subpodratçı kimi fəaliyyət göstərən şirkətlərdən başqa) Azərbaycan Respublikası ərazisində istər müvəqqəti, istərsə də daimi çalışan işçilərinin və ya Podratçının ofisləri olan hər hansı başqa yerlərdə bilavasitə Neft-qaz əməliyyatlarında çalışan işçilərinin əmək haqqına və maaşlarına çəkilən ümumi məsrəflər (o cümlədən hökumət orqanlarının tutduqları məbləğlər), habelə göstərilmiş əməliyyatlarla əlaqədar çəkilən şəxsi xərclər.

(b)       Yuxarıdakı 2.1 (a) bəndinə əsasən hesablanan və əmək haqqına tətbiq edilən bayram və məzuniyyət günləri, xəstəlik vərəqələri, əlillik, Gəlir vergisi, təhsil, avtomobillər və digər bu cür güzəştlər üzrə ödəniş xərcləri.

(c)        Podratçının yuxarıdakı 2.1 (a) bəndinə əsasən hesablanan əmək haqqı məsrəflərinə tətbiq olunan Azərbaycan Respublikası qanunları ilə nəzərdə tutulmuş xərclər və ya ödəmələr, yaxud bu 2.1 bəndinə uyğun surətdə hesablanan digər məsrəflər.

(d)       Həyatın sığortalanmasının mütəşəkkil planları, qospitallaşdırma, pensiyalar və bu qəbildən digər güzəştlər üzrə məsrəflər.

(e)        Podratçının Neft-qaz əməliyyatlarında çalışan əməkdaşlarına mənzil və dolanacaq müavinətləri və bunlarla əlaqədar xərclər.

(f)        Əməkdaşların Neft-qaz əməliyyatları aparmaq üçün ezam olunduqları müddətin sonunda Podratçı onların gələcək daimi məşğulluğunu təmin etmək iqtidarında olmadıqda, Neft-qaz əməliyyatları aparmaq üçün ezam edilmiş əməkdaşların işdənçıxma müavinətinin ezamiyyət müddətlərinə mütənasib hissəsi hesaba aid edilir.

2.2.      Materiallar və avadanlıq

Neft-qaz əməliyyatlarında istifadə olunmaq üçün bu Mühasibat uçotu qaydasının 3-cü bölməsinə müvafiq surətdə Podratçının aldığı və ya təchiz etdiyi materiallar və avadanlıq. Ağlabatan hüdudlar daxilində əməli cəhətdən mümkün olduqda və işlərin səmərəli və rentabelli görülməsinə uyğun gəldikdə Neft-qaz əməliyyatlarında istifadə olunmaq üçün yalnız elə Materiallar və avadanlıq əldə edilir və ya daşınır ki, dərhal tətbiq edilmək, yaxud lazımi ehtiyat saxlamaq üçün bunlara tələbat ola bilsin. Belə Materialların və avadanlığın artıq ehtiyatlarının toplanmasına yol verilmir.

2.3       Nəqliyyat xərcləri. İşçi heyətinin köçmə xərcləri

(a)       Materialların və avadanlığın daşınması xərcləri və bununla əlaqədar digər xərclər, məsələn, dokla əlaqədar xərclər, ekspeditor xidmətlərinə, qablaşdırmaya, quruda, havada və dənizdə daşımalara, daşımalarda səmərəsiz dayanmalara, tranzit tariflərinə, təyinat məntəqəsində yükboşaltma işlərinə çəkilən xərclər, rüsumlar, lisenziya haqları, vergilər və yuxarıda göstərilənlərə aid olan bu kimi tutmalar.

(b)       Neft-qaz əməliyyatları aparılması üçün zəruri olan işçi heyətinin daşınması xərcləri.

(c)        Neft-qaz əməliyyatları aparılmasına daimi və ya müvəqqəti təyinat almış işçi heyətinin yaşadığı yerdən və geriyə köçməsi xərcləri. Belə xərclərə işçi heyətin və onların ailələrinin və şəxsi əmlakının daşınması xərcləri daxil olacaqdır.

2.4       Xidmətlər

(a)       2.14 bəndində göstərilən xidmətlərdən savayı, podrat xidmətləri, peşəkar məsləhətçilərin xidmətləri və digər tərəflərin göstərdikləri başqa xidmətlər.

(b)       Texniki xidmətlər, o cümlədən, lakin aşağıdakılarla məhdudlaşmadan: Neft-qaz əməliyyatlarının bilavasitə faydası üçün Podratçının və onun Ortaq şirkətlərinin (bunlar Subpodratçı kimi fəaliyyət göstərmirlərsə) göstərdikləri xidmətlər: laboratoriya analizi, çertyojçəkmə, geoloji və geofiziki məlumatların təfsiri, lay-kollektorların tədqiqi, satınalma, qazıma işlərinə nəzarət, hasilatın texnologiyasının işlənib hazırlanması, kommersiya analizi kimi xidmətlər, habelə müvafiq kompüter xidmətləri və məlumat təhlili xidmətləri. Həmin ödənişlər Podratçının mühasibat uçotunun adi prinsiplərinə müvafiq surətdə elə hesablanmalıdır ki, heç bir mənfəət və ya itki Podratçının hesabına aid edilməsin.

(c)        Xidmətlərin konkret surətdə Neft-qaz əməliyyatları ilə bağlı olduğu hallarda inzibati-təşkilati təminat, o cümlədən, lakin bunlarla məhdudlaşmadan hüquqi məsələlər üzrə, satınalma, podrat müqavilələri bağlanması üzrə xidmətlər, maliyyə və mühasibata aid xidmətlər, məlumat və telekomunikasiya xidmətləri və inzibati məsələlər.

(d)       Podratçının və onun Ortaq şirkətlərinin (əgər onlar, Subpodratçı kimi fəaliyyət göstərmirsə), mühəndis-texniki şöbəsi heyətinin xidmətləri - həmin mühəndis-texniki şöbəsinin qiymətləndirdiyi və hesabladığı kimi.

(e)        Satışla əlaqədar xidmətlər: Kontrakt sahəsindən çıxarılan Sərbəst təbii     qaz satışı ilə əlaqədar bütün qonorarlar və digər ödəmələr.

(f)        Podratçı tərəflərin və onların Ortaq şirkətlərinin sahiblik və istismar dəyərinə uyğun qiymətlərlə verdikləri avadanlıqdan və obyektlərdən/vasitələrdən istifadə edilməsi, əgər belə istifadə iqtisadi cəhətdən məqsədə uyğundursa. Qiymətlər xidmətin, təmirin dəyərini və digər istismar xərclərini, sığorta, vergi və faizləri əhatə etməli, lakin bunlarla məhdudlaşmamalıdır.

Podratçı tərəfin və yaxud onun Ortaq şirkətlərinin (onların Subpodratçı kimi çıxış etdikləri hallar istisna olmaqla) yerinə yetirdikləri xidmətlər Əməliyyat şirkətinin təqdim etdiyi işlərin görülməsi haqqında sifarişə və ya xidmətlərin göstərilməsi haqqında sazişə uyğun olaraq həyata keçirilir və onların əvəzi belə Podratçı tərəfin nə mənfəət əldə edilməsi, nə də zərər çəkməsi prinsipinə əsasən Podratçı tərəfin və onun Ortaq şirkətlərinin adi qaydada və mühasibat metoduna uyğun surətdə ödənilir.

2.5       Əmlakın zədələnməsi və itkisi

Yanğın, daşqın, fırtına, oğurluq, qəza və ya hər hansı başqa səbəblər üzündən əmlakın zədələnməsi və ya itkisi ilə əlaqədar olaraq onun təmir və ya əvəz edilməsi üçün lazım olan Qərəzli səhlənkarlıqla bağlı məsrəflər istisna olmaqla, sığorta hesabına ödənilməyən bütün xərclər və ya məsrəflər.

Podratçı yüz əlli min (150000) Dollardan artıq məbləğdə hər hansı bu cür zədələnmə və ya itki haqqında ARDNŞ-nə əməli cəhətdən ən qısa müddətdə yazılı məlumat verməlidir.

2.6       Sığorta

(a)       Neft-qaz əməliyyatları aparılması ilə əlaqədar bütün sığorta mükafatları, habelə Podratçının öz tərəfindən sığortalandığı risklər üçün müstəqil sığorta şirkətinin müəyyənləşdirdiyi ekvivalent məbləğlərdə mükafatlar.

(b)       Hər cür itkilərin, iddiaların, zərərin və məhkəmə qərarlarının kompensasiyası verilərkən çəkilmiş və ödənilmiş bütün xərclər; Podratçının Qərəzli səhlənkarlığı ilə bağlı xərclər istisna olmaqla, sığorta hesabına ödənilməyən bütün başqa xərclər.

2.7       Hüquqi xərclər

Neft-qaz əməliyyatları nəticəsində yaranan məhkəmə çəkişmələrinin və ya iddialarının araşdırılması və həll olunması üzrə, yaxud əmlakın qorunması və ya onun üçün kompensasiya alınması üzrə bütün xərclər və ya məsrəflər, lakin bununla məhdudlaşmadan vəkillərin qonorarları, məhkəmə xərcləri, sübutlar əldə etmək məqsədilə aparılan təhqiqatların xərcləri, habelə hər hansı bu cür məhkəmə iddialarının nizamlanması, yaxud qənaətbəxş həllinə yarılması üçün verilən məbləğlər; Podratçının Qərəzli səhlənkarlığı ilə bağlı hallar istisna olmaqla.

2.8       Rüsumlar və vergilər

Hökumət orqanlarının tutduğu (Mənfəət vergisi istisna olmaqla) və Podratçıya əvəzi ödənilməyən bütün Vergilər.

2.9       Ofislərin. fəhlə qəsəbələrinin və digər obyektlərin / vasitələrin saxlanması

Neft-qaz əməliyyatlarına bilavasitə xidmət edən Azərbaycan Respublikasının hüdudlarında yerləşən ofislər, bölmələr, fəhlə qəsəbələri, anbarlar, yaşayış binaları və digər obyektlər vasitələr üçün xərclənən məsrəflər və ya fiziki cəhətdən Azərbaycan Respublikasından kənarda yerləşən xüsusi layihə qrupların saxlanması və işlənməsi.

2.10     İşçi hey'ətinin tə'limi, texnologiyanın verilməsi

Sazişin 8.8 bəndinə müvafiq surətdə işçi hey'ətinin tə'limi üzrə Təqvim ilində yüz əlli min (150.000) Dollardan artıq xərclər və Podratçının texnologiyalarının razılaşdırılmış qaydada ARDNŞ-yə verilməsi ilə bağlı xərclər.

2.11     Enerji təhcizatı məsrəfləri

Neft-qaz əməliyyatlarının aparılması üçün istifadə edilən yanacağa, elektrik enerjisinə, qızdırıcı sistemə, su təhcizatına və ya başqa enerji növlərinə çəkilən bütün məsrəflər.

2.12     Rabitə vasitələrinə məsrəflər

Rabitə və kompüter sistemlərinin əldə edilməsinə, icarəyə götürülməsinə, qurulmasına, istismarına, tə'mirinə və saxlanmasına çəkilən məsrəflər.

2.13     Ekoloji proqramlara məsrəflər

Neft-qaz əməliyyatları ilə əlaqədar ekoloji proqramların həyata keçirilməsinə çəkilən məsrəflər, o cümlədən, lakin bunlarla məhdudlaşmadan, bu Saziş və tətbiq olunan hüquqla tələb olunan ətraf mühitin ilkin vəziyyətinin öyrənilməsi işlərinə, ətraf mühitin mühafizəsi və təhlükəsizlik texnikası tədrisinə, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin təmin olunması üçün nəzərdə tutulan avadanlıq və obyektlərə, ətraf mühitin mühafizəsi və təhlükəsizlik texnikası üzrə işlərə, cari nəzarət proqramlarına, ətraf mühitin bərpası tədbirlərinə çəkilən məsrəflər (o cümlədən, flora və faunanın qorunmasına çəkilən məsrəflər).

2.14     Digər xidmətlər

(a)       Podratçı Podratçı tərəflər və onların müvafiq Ortaq şirkətləri tərəfindən keçirilən və Neft-qaz əməliyyatlarının aparılmasına dolayısı ilə kömək edən ümumi inzibati-təşkilati təminat tədbirləri ilə bağlı əlavə inzibati xərcləri Neft-qaz əməliyyatları Hesabına aid edir. Belə yardım, inzibati və hüquqi işlə, maliyyə və vergi məsələləri ilə, kadr işi ilə, ekspert biliklərinin verilməsi ilə və dəqiq müəyyənləşdirilməsi və ya müəyyən layihələrə aid edilməsi mümkün olmayan qeyri-texniki xarakterli digər funksiyaların yerinə yetirilməsi ilə məşğul olan heyətin ofis üzrə etdiyi xidmətlərini və bunlarla əlaqədar ofis məsrəflərini əhatə edir.

(b)       Yuxarıdakı (a) bəndində göstərilmiş xərclər Neft-qaz əməliyyatları ilə əlaqədar illik məcmu xərclərə əsaslanmış qiymətlər üzrə hesaba aşağıdakı qaydada aid ediləcəkdir:

(i)         Podratçının Əsaslı məsrəfləri ilə əlaqədar:

Təqvim ili ərzində ilk on beş milyon (15000000) Dollar üçün - üç (3) faiz.

Təqvim ili ərzində on beş milyon (15000000) Dollar və otuz milyon (30000000) Dollar hüdudları daxilində məbləğ üçün - iki (2) faiz.

Təqvim ili ərzində otuz milyon (30000000) Dollardan artıq məbləğ üçün: - bir(l)faiz.

(c)        Məsrəflərin əvəzinin ödənilməsi məqsədilə, bu Hesablanma Prosedurunun 2.14 bəndinə əsasən çıxılma hər Təqvim rübünün sonuna hesablanmalıdır və növbəti Təqvim rübündən etibarən Əvəzi ödənilməli olmalıdır.

2.15     Maliyyələşdirmə məsrəfləri və faizlər

Bütün Maliyyələşdirmə məsrəfləri.

2.16     Digər xərclər

Neft-qaz əməliyyatlarının (Qüvvəyəminmə tarixinədək olan digər fəaliyyət növləri daxil edilməklə) lazımınca və düzgün aparılması üçün Podratçının və onun Ortaq şirkətlərinin (onlar Subpodratçı kimi fəaliyyət göstərmirlərsə) çəkdikləri və əvvəlki müddəalarda nəzərdə tutulmayan, nə də əhatə edilməyən bütün digər xərclər. Bu xərclərə Kontrakt sahəsinə hüquqların əldə edilməsi və saxlanması üçün, yaxud Neft-qaz əməliyyatlarının aparılması, həmçinin Fondların ləğvi və bərpası, o cümlədən 17.3 və 17.4 bəndlərinə uyğun surətdə Ləğvetmə işləri fonduna haqların ödənilməsi üçün tələb olunan, lakin bunlarla məhdudlaşmayan, hər-hansı xərclər daxildir.

3.         Kreditlər

Podratçı aşağıdakı  əməliyyatlardan gələn xalis gəliri Neft-qaz əməliyyatları hesabına kredit keçirir:

(a)       Sığorta edilmiş əməliyyatlar və ya əmlak barəsində iddiaların verİldiyi və göstərilmiş əməliyyatlar və əmlak üzrə sığorta mükafatlarının Neft-qaz əməliyyatları hesabına aid edildiyi hallarda Neft-qaz əməliyyatları ilə əlaqədar hər hansı uğurlu sığorta iddiası üzrə alınmış xalis gəliri.

(b)       Məsrəfləri qabaqcadan Neft-qaz əməliyyatları hesabına aid edildiyi Materiallar və avadanlıq qüsurlu           olduqda, Podratçının təchizatçı/istehsalçılardan (yaxud onların agentlərindən) aldığı hər cür tənzimləmə məbləği.

(c)        Neft-qaz əməliyyatlarında istifadə edilən əmlakın satışından əldə edilmiş xalis gəliri, o şərtlə ki, belə əmlakın dəyəri qabaqcadan Neft-qaz əməliyyatları hesabına ödənilmişdir.

(d)       Sazişin 11-ci Maddəsinə uyğun olaraq, obyektlərdən istifadə etdiklərinə görə üçüncü tərəflərdən və/yaxud ARDNŞ-dən alınan xalis gəliri.

4.         Materiallar və avadanlıq

4.1       Satınalmalar

(a)        Satın alınmış Materiallar və avadanlıq Podratçının qoyduğu maya dəyəri üzrə hesablanır (“Maya dəyəri”). Maya dəyərinə, məhdudiyyət qoyulmadan maddi-texniki təhcizat xərcləri, nəqliyyat məsrəfləri, rüsumlar, lisenziya yığımları və ödənilən vergilər daxil edilir.

(b)        Hər hansı Podratçı tərəfə məxsus olan və Neft-qaz əməliyyatları ilə əlaqədar istifadə olunmaq üçün Podratçıya verilən yeni Materiallar və avadanlıq yeni avadanlığın satın alınmasının yuxarıdakı (a) bəndinə müvafiq surətdə müəyyənləşdirilən Maya dəyəri ilə qiymətləndirilir. İstifadə olunmuş onlardan istifadə dərəcəsinə uyğun qiymət üzrə qiymətləndirilir, lakin bu qiymət satın alınan yeni avadanlığın ilkin qiymətinin yetmiş beş (75) faizindən artıq olmamalıdır.

(c)        Ümumqəbuledilmiş mühasibat uçotu üsullarına müvafiq olaraq Nəzarət edilən kimi təsnif olunmayan Materiallar və avadanlıqlar yüz (100) faizlik əsaslarla Əməliyyat məsrəflərinə aid edilir.

4.2       Satış

Podratçı lüzumsuz saydığı, Neft-qaz əməliyyatları hesabında dəyəri iki yüz min (200000) Dollar və ya bundan artıq dəyərləndirilən materialların və avadanlığın satılmasını təklif etdiyi haqqında Rəhbər komitəyə məlumat verməklə onları satmaq hüququna malikdir.

4.3       İnventarlaşdırma

(a)        Podratçı Nəzarət altında olan bütün materialları vaxtaşırı inventarlaşdırır. Podratçı inventarlaşdırma keçirmək niyyətində olduğu barədə altmış (60) gün əvvəl yazılı bildiriş verir ki, onun keçirilməsində ARDNŞ-nin iştirak etmək imkanı olsun. İnventarlaşdırmada ARDNŞ nümayəndələrinin olmaması o deməkdir ki, ARDNŞ Podratçının keçirdiyi invetarlaşdırmanı qəbul edir.

(b)        İnventarlaşdırmanın nəticələri Neft-qaz əməliyyatları hesabı ilə tutuşdurulur. Tərəflərin tələblərinə müvafiq surətdə Podratçı inventarlaşdırmaya dair hesabat əsasında Neft-qaz əməliyyatları hesabında inventar ehtiyatlarına düzəliş edir.

5.         Mühasibat hesabatları

5.1       Rüblük hesabatlar

Hər Təqvim rübündən sonra ən geci qırx beş (45) gün ərzində Podratçı ARDNŞ-yə əvvəlki Təqvim Rübünə Neft-qaz Əməliyyatlarına çəkilmiş məsrəfləri müvafiq büdcələrlə müqayisə etməyə imkan verən formada hesabat təqdim edir. Fəaliyyətin iki və ya daha çox növü üçün ümumi olan məsrəflər onların arasında ədalətli mütənasibliklə bölüşdürülür.

5.2       İllik hesabatlar

Hər Təqvim ilinin birinci Təqvim rübü ərzində Podratçı əvvəlki Təqvim ili ərzində çəkilmiş Neft-qaz əməliyyatları məsrəfləri barədə ARDNŞ-yə illik hesabat təqdim edir.

5.3.      Məsrəflərin ödənilməsi və Mənfəət karbohidrogenlərinin bölüşdürülməsi barədə hesabatlar

Sənaye hasilatının başlanma tarixi aid olduğu Təqvim Rübü qurtardıqdan sonra ən geci qırx beş (45) gün ərzində və hər sonrakı Təqvim rübü qurtardıqdan sonra an geci qırx beş (45) gün ərzində Podratçı Məsrəflərinin əvəzinin ödənilməsi barədə Təqvim rübü Hesabatına və Mənfəət karbohidrogenlərinin bölüşdürülməsi barədə Təqvim rübü Hesabatına aşağıdakı məlumatları əhatə edərək ARDNŞ-yə təqdim edir:

(a)        Əvvəlki Təqvim rübü başlananadək ödənilməmiş Əməliyyat məsrəfləri və Əsaslı məsrəflər;

(b)        Həmin əvvəlki Təqvim rübü ərzində yuxandakı 1.2 bəndində nəzərdə tutulduğu kimi, Kassa prinsipi əsasında çəkilmiş Əməliyyat məsrəfləri və Əsaslı məsrəflər;

(c)        Məsrəflərin ödənilməsi üçün əvvəlki Təqvim rübü ərzində Podratçının yola saldığı Karbohidrogenlərin dəyəri və həcmi;

(d)       Ödənilməmiş, lakin ödənilməkdən ötrü sonrakı Təqvim rüblərinə keçirilmiş Əməliyyat məsrəfləri və Əsaslı məsrəflər;

(e)        (i) çıxarılmış Karbohidrogenlərin, (ii) Neft-qaz əməliyyatlarında istifadə olunmuş Karbohidrogenlərin, (iii) yola salınmaq üçün hazır olan Karbohidrogenlərin və (iv) əvvəlki Təqvim rübünün axırınadək Tərəflərin faktiki yola saldıqları Karbohidrogenlərin həcmi;

(f)        Podratçının tərkibindəki podratçı tərəflər və ARDNŞ üçün əvvəlki Təqvim rübündə ayrılmış Mənfəət karbohidrogenləri.

 

ƏLAVƏ 4

PODRATÇI TƏRƏFİN ƏSAS ANA ŞİRKƏTİNİN VERDİYİ TƏMİNATIN NÜMUNƏSİ

 

ƏSAS ANA ŞİRKƏTİN TƏMİNATI

 

Kimə:  Azərbaycan Respublikası

Bakı şəhəri, Az 1000

Neftçilər Prospekti 73

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə

[Tarix]

 

Cənablar,

AZƏRBAYCAN – BALAXANI BLOKU

Biz Azərbaycan Respublikasında Balaxanı - Sabunçu -Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında dair Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ.LTD. və ARDNŞ-nin Ortaq  Neft  Şirkəti arasında ______________2010-cu ildə İmzalanmış Sazişə (“Saziş”) əsaslanırıq.

[          ] sahib-benefisiarı kimi [          ] bununla təminat veririk ki [          ], [          ] Sazişə müvafiq surətdə bütün öhdəliklərini, maliyyə və digər öhdəliklərini yerinə yetirməsi üçün zəruri olan pul vəsaiti ilə [          ] təmin edəcəkdir. Bu Əsas ana şirkəti təminatı Sazişlə eyni gündə qüvvəyə minir.

Bu Əsas ana şirkəti təminatı əsasında ödənişləri [          ] yalnız [          ] tərəfindən pozuntu faktı Sazişə müvafiq surətdə arbitraj qərarına görə [          ] xeyrinə olmadığı müəyyən edildikdən və qərarın surəti [          ] təqdim olunduqdan sonra aparır.

Bu Əsas ana şirkəti təminatı tətbiq edilə bilən hüquq barəsində Sazişin 25.1 bəndindəki müvafiq qanuna əsaslanan müddəada nəzərdə tutulan hüquqla tənzimlənir. Bu Əsas ana şirkəti təminatla əlaqədar hər cür mübahisələr arbitraj qaydasında, Sazişdə nəzərdə tutulduğu kimi, eyni yerdə və eyni tərzdə həll edilir.

Hörmətlə,

_________________

[                                ]

adından

 

ƏLAVƏ 5

AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİNİN TƏ”MİNATI VƏ ÖHDƏLİKLƏRİ

 

Kimə:

UQE-LANSER PTİ.LTD

Cənablar,

AZƏRBAYCAN - BALAXANI - SABUNÇU - RAMANA VƏ KÜRDƏXANI NEFT YATAQLARININ DAXİL OLDUĞU BLOK

Biz, Azərbaycan Respublikasının Hökuməti (“Hökumət”), bir tərəfdən Hökumətə məxsus və onun yurisdiksiyasında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”) və digər tərəfdən, UQE-LANSER PTl.LTD (“UQE-LANSER”) və ARDNŞ-nin Ortaq Neft Şirkəti (“ONŞ”), (UQE-LANSER və ONŞ birlikdə “Podratçı” kimi çıxış edirlər) arasında Azərbaycan Respublikasında Balaxanı - Sabunçu - Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında ____________ 2010-cu ildə bağlanmış Sazişlə (“Saziş”) tanış olduq.

Hökumət bununla təminat verir, öhdəsinə götürür və ayrılıqda hər bir Podratçı tərəflə aşağıdakılar barəsində razılığa gəlir:

1.         Hökumət bununla təminat verir:

(a)       Sazişə əsasən ARDNŞ-nin Podratçıya verdiyi və ya verəcəyi hüquqlara; və

(b)       Sazişə əsasən ARDNŞ-nin götürdüyü və ya götürəcəyi öhdəliklərə; və

(c)        ARDNŞ Podratçıya Sazişdə nəzərdə tutulan hüquqları və mənafeləri verməyə bütünlüklə vəkil edilmişdir; və

(d)       Hökumət Sazişin qüvvədə olduğu bütün müddət ərzində Saziş üzrə Podratçının hüquqlarını və mənafelərini hər hansı şəkildə azaldan, pozan, ləğv edən və ya məhdudlaşdıran hər hansı müqavilələrə, hökumətlərarası sazişlərə və ya hər hansı başqa razılaşmalara getməyəcəkdir; habelə Hökumətin bağlaya biləcəyi və Kontrakt sahəsinə və/yaxud Saziş üzrə Podratçının hüquqlarına və mənafelərinə hər hansı şəkildə aid olan hər hansı müqavilələr, hökumətlərarası sazişlər və ya hər hansı başqa razılaşmalar Sazişə görə Podratçının hüquqlarını və mənafelərini nəzərə alan və saxlayan, açıq ifada olunan müddəaları əhatə edir; və

(d)       Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, mifliləşdirilə bilməz və ya başqa şəkildə üzrə tərəfdən mənimsələşdirilsə bilməz. Lakin Təminatın və öhdəliklərin (“Hökumətin təminat”) müddəalarına baxmayaraq, Podratçı tərəfin hər hansı hüquqları, mənafeləri və ya əmlakı (o cümlədən işlənməmiş ehtiyatları) qəsb edilərsə, milliləşdirilərsə və ya başqa şəkildə özgə tərəfdən mənimsələşdirilsə, Hökumət əlverişli konyunktura şəraitində əqddə marağı olan alıcının və satıcının mövcudluğu şərti ilə nağd pulun diskontlaşdırılmış axını metodunu tətbiq etməklə Podratçıya mövcud müəssisənin tam bazar dəyəri üzrə Dollarla tam həcmdə dərhal kompensasiya verilməsini təmin edəcəkdir əlverişsiz şəraitdə və belə bir şəraitin nəticəsində Podratçı tərəfin öz hüquqlarından, mənafelərindən və əmlakından məhrum olmasına baxmayaraq. Hökumət aşağıdakı 4-cü bənddə nəzərdə tutulduğu kimi, arbitraj məhkəməsinin ixtiyarına tabe olacaqdır; həm də bu sənədin prinsiplərinə uyğun olaraq, hər bu cür Podratçı tərəfin göstərilən hüquqlarının mənafelərinin, və əmlakının tam bazar dəyərini qiymətləndirmək üçün mötəbər beynəlxalq nüfuza malik sərmayə bankı təyin edəcəkdir; və

(f)        Sazişin qüvvədə olduğu və hər hansı müddətə uzadıldığı vaxt ərzində Podratçıdan savayı heç bir başqa tərəfə Sazişdə nəzərdə tutulan konkret hallar istisna olmaqla, Kontrakt sahəsində nəinki Karbohidrogenlər ehtiyatlarının kəşfiyyatı və işlənməsi hüquqları verilməyəcək, eləcə da belə hüquqların verilməsinə imkan yaradılmayacaqdır; və

(g)       Sazişin azərbaycanca mətninin bütün müddəaları Sazişin ingiliscə mətninin bütün müddəalarının mənasını dəqiq ifadə edir.

1.         Bundan əlavə, Hökumət razılaşır və öhdəsinə götürür ki, özünün səlahiyyətləri hüdudlarında Sazişə və bu Hökumətin Təminata görə Podratçıya, Podratçının Ortaq şirkətlərinə və onların Subpodratçılarına, habelə Əməliyyat şirkətinə və Podratçının bu sazişə əsasən yaratdığı hər hansı hüquqi şəxsə verilən bütün hüquqların, imtiyazların və güzəştlərin tam hüquqi qüvvəsini və təsir göstərməsini təmin etmək məqsədilə Sazişi və Hökumətin təminatı qanun səviyyəsinə qaldırmaq üçün dərhal qanunvericilik tədbirləri görəcəkdir; o cümlədən:

(a)       Sazişin müddəalarına uyğun olaraq, Podratçıya Neft-qaz əməliyyatları aparmaq, öz hüquqlarından istifadə etmək və öhdəliklərini yerinə yetirmək üçün lazım olan bütün lisenziyaları, icazələri, təsdiqnamələri, bəyənmə sənədlərini və səlahiyyətləri istər Azərbaycan Respublikasının Hökuməti adından, istərsə də onun nazirlikləri və ya başqa rəsmi orqanları adından Podratçıya verəcəkdir; və

(b)       Podratçıya bütün zəruri lisenziyaları, icazələri və bəyənmə sənədlərini, gömrük icazələrini, vizaları, yaşayış icazələrini, əraziyə daxil olmaq üçün lisenziyaları, idxal və ixrac lisenziyalarını, həmçinin bank hesabları açmaq, əməkdaşlardan ötrü iş otaqları və mənzillər icarəyə götürmək və ya almaq, rabitə vasitələrindən istifadə etmək hüquqları və Neft-qaz əməliyyatlarını səmərəli şəkildə həyata keçirmək üçün vacib sayıla bilən buna bənzər başqa hüquqları verəcəkdir; və

(c)        Sazişə uyğun olaraq, Podratçının Azərbaycan Respublikasında öz Karbohidrogenlər payını nəqletməsinə, emal və ixrac üzrə bütün zəruri obyektlərdən və infrastrukturdan, həmçinin Neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verəcəkdir; həm də Hökumətə məxsus olan və ya onun nəzarəti altında olan (belə bir nəzarətin ARDNŞ vasitəsilə həyata keçirildiyi hallar istisna olmaqla) bu cür hər hansı obyektlərdən, infrastrukturdan, yaxud torpaq sahələrindən istifadə imkanı Podratçıya belə obyektlərin və infrastrukturun kommersiya cəhətdən müstəqil olan hər hansı digər dürüst istifadəçisinə verilən və ya onunla razılaşdırılan ən sərfəli şərtlərdən heç də az sərfəli olmayan şərtlərlə verilməlidir; və

(d)       Podratçının Azərbaycan Respublikasında başqa obyektlərlə yanaşı, tikinti və istehsal üçün qurğulardan, təchizat bazalarından, anbarlardan, nəqletmə vasitələrindən, mallardan və xidmətlərdən istifadəsini təmin etməkdən ötrü müstəqil surətdə və ya Azərbaycan Respublikasının digər hakimiyyət orqanları və ya üçüncü tərəflər ilə birlikdə mümkün səyləri göstərəcəkdir; həm də Podratçıya bu cür istifadə imkanı belə obyektlərin və xidmətlərin kommersiya cəhətdən müstəqil olan hər hansı digər dürüst istifadəçisinə verilən və ya onunla razılaşdırılan ən yaxşı şərtlərdən heç də az sərfəli olmayan şərtlərlə və belə obyektlərin və xidmətlərin keyfiyyətinə və səmərəsinə uyğun gələn qiymətlərlə verilməlidir; həmin qiymətlər heç bir şəraitdə bu cür obyektlər və xidmətlər üçün Azərbaycan Respublikasının hüdudlarından kənarda üstünlük təşkil edən beynəlxalq bazar qiymətlərindən yüksək olmamalıdır; və

(e)        Podratçının Neft-qaz əməliyyatları aparmaq üçün Azərbaycan Respublikası ərazisinin hüdudlarından kənarda əsaslı olaraq zəruri saydığı hüquqları, imtiyazları, icazələri, təsdiqnamələri, orqanlarla və yurisdiksiyalarla başqa razılaşmaları əldə etməsinə kömək etməkdən ötrü müstəqil surətdə və ya Azərbaycan Respublikasının digər hakimiyyət orqanları və ya üçüncü tərəflər ilə birlikdə mümkün səyləri göstərəcəkdir. Belə razılaşmalar ixrac boru kəməri üzərində hüquqları, keçid hüquqları və işlətmə hüquqları, Kontrakt sahəsində çıxarılmış və toplanmış Karbohidrogenlərin, həmçinin

(e)        Azərbaycan Respublikası ərazisinə gətirilən və ya Azərbaycan Respublikası ərazisindən göndərilən materialların, avadanlığın və başqa malların boşaldılıb-yüklənməsi, saxlanması və həmçinin digər belə yurisdiksiyalarda aparılan Neft-qaz əməliyyatları ilə bağlı dövlət vergilərindən, yerli və başqa vergilərdən, gömrüklərdən, rüsumlardan, ödənclərdən, tranzit haqlarından və başqa haqlardan və rüsumlardan azadedilmə kimi məsələləri əhatə edə biləcək və yalnız bunlarla məhdudlaşmaq məcburi olmayacaqdır; və

(f)        obyektlərin ləğv edilməsi barədə Podratçının öhdəliklərini Sazişdə nəzərdə tutulmuş öhdəliklərlə məhdudlaşdıracaqdır; xüsusən Podratçı hər hansı əsas fondları ləğv etmək niyyəti barədə bildiriş göndərəndən sonra ARDNŞ-nin yiyələndiyi h ər hansı əsas fondların ləğvi ilə əlaqədar məsuliyyət daşımayacaqdır; və

(g)       Sazişdə göstərilən, Podratçı tərəflərin (həmçinin müvafiq hallarda Ortaq şirkətlərin, üçüncü tərəflərin, Əməliyyat şirkətinin, o cümlədən onların hər hansı birinin əməkdaşlarının və Subpodratçılarının) Vergilərə aid öhdəlikləri və bu vergilərdən azadetmə halları bu Sazişdə izah olunan mənası ilə kifayətlənəcəkdir; bu zaman ARDNŞ, ya Podratçı tərəflərin hər birinin məsuliyyət daşıdığı Vergilərin məbləği üzrə, ya da Podratçı tərəflərin hər birinin Vergi qoyulan mənfəəti (mənfəətləri) üzrə müəyyənləşdirilən hər hansı vəsait və ya digər imtiyazlar (o cümlədən, məhdudiyyət qoyulmadan, artıq verilmiş məbləğlərdən qaytarmalar, kompensasiyalar, vergi güzəştləri və çıxılmalar, ödəmələr yaxud hər hansı öhdəliklər üzrə ödəmələr və ya azadedilmələr) Hökumətdən bilavasitə və ya dolayısı ilə almayacaqdır; və

(h)       Podratçının, Sazişdə nəzərdə tutulan bank əməliyyatları aparmaq və valyuta dəyişdirmək hüququna əməl olunmasını, o cümlədən Podratçıya Karbohidrogenlər ixracından və/yaxud satışından əldə etdiyi bütün gəliri Azərbaycan Respublikasında və ya onun hüdudlarından kənarda sərbəst surətdə saxlamaq, eləcə də bunların sərbəst sərəncamçısı olmaq hüququ, Neft-qaz əməliyyatları ilə bağlı fəaliyyətdən əldə etdiyi bütün gəliri sərbəst və qeyri-məhdud surətdə Podratçının vətəninə qaytaraq hüququ verilməsini təmin edəcəkdir; və

(i)        Saziş və Hökumətin təminat üzrə Podratçının (və ya onun hüquq varislərinin) əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilməməli, düzəldilməməli və ya azaldılmamalıdır. Azərbaycan Respublikasının hər hansı müqaviləsi, hökumətlərarası sazişi, qanunu, fərmanı və ya inzibati sərəncamı o cümlədən vergi qanunvericiliyində, qaydalarda və ya inzibati təcrübədə hər hansı dəyişikliklər daxil olmaqla, Sazişin və/yaxud Hökumətin təminatın müddəalarına uyğun gəlmədikdə və ya zidd olduqda, Saziş və/yaxud Hökumətin təminat üzrə Podratçının hüquqlarına və ya mənafelərinə mənfi təsir göstərdikdə Hökumət bunun nəticəsində hər hansı mənfəətin itirilməsi, iqtisadi şəraitin pisləşməsi, zərər və ya itki dəyməsi müqabilində Podratçıya (və onun hüquq varislərinə) kompensasiya ödəməlidir. Saziş və/yaxud Hökumətin təminat ilə belə müqavilə, hökumətlərarası saziş, qanun, fərman və ya inzibati sərəncam arasında hər hansı ziddiyyəti və ya uyğunsuzluğu tez aradan qaldırmaq üçün Hökumət yuxarıda sadalanan prinsiplərə uyğun olaraq müvafiq tədbirlər görəcəkdir; və

(j)        Hökumətə və ya Hökumət orqanlarına verilən hər hansı məxfi informasiya və ya məlumat barədə məxfiliyin saxlanmasını təmin edəcəkdir; və

3.         ARDNŞ-nin özəlləşdirilməsi, tədiyə iqtidarsızlığı, ləğv olunması, yenidən təşkil edilməsi və ya strukturunda, yaxud hüquqi vəziyyətində hər hansı başqa dəyişikliklər baş ver məsi Hökumətin bu sənəddən irəli gələn öhdəliklərinə təsir göstərmir. Hökumət Sazişin qüvvədə olduğu bütün müddət ərzində ARDNŞ-nin Sazişdən irəli gələn hüquqlarının və öhdəliklərinin bu cür öhdəliklər götürməyə və onları yerinə yetirməyə qadir olan orqana verilməsini daima təmin etməlidir, əks təqdirdə ARDNŞ-nin Sazişdən irəli gələn bütün öhdəliklərini Hökumət özü bilavasitə yerinə yetirməlidir.

4.         Bu Hökumət təminatı ilə əlaqədar Hökumət və Podratçı arasında hər hansı ixtilaf Sazişdə göstərildiyi kimi, eyni yerdə, eyni tərzdə və eyni prinsiplərə uyğun olaraq arbitraj qaydası ilə həll edilməlidir. Belə arbitrajın baş tutmasını, habelə arbitrajın hər hansı qərarının, hökmü dəyişilmir, hər hansı ilkin hüquqi müdafiə vasitəsinin və ya arbitraj qərarı çıxarılanadək müraciət edilən digər müvəqqəti məhkəmə müdafiəsi vasitəsinin qəti olmasını və icrasını təmin etmək məqsədi ilə Hökumət suveren immunitet tələb etməyə dair bütün hüquqlarından əl çəkir.

5.         Bu Hökumət təminatı ilə Podratçı tərəfə verilən hüquqlar və mənafelər onun hər hansı hüquq varisi və ya müvəkkili üçün hüquqi qüvvəyə malikdir.

6.         Əgər Hökumət və Podratçı başqa razılığa gəlməsələr, bu Hökumət təminatı imzalandığı gündən qüvvəyə minir, Sazişin qüvvədə olduğu bütün müddət ərzində və bu Hökumət təminatı və ya Saziş üzrə Podratçı tərəflərdən hər hansı birinin aldığı hər hansı hüquqları həyata keçirmək üçün, lazım gələrsə, daha uzun müddət ərzində qüvvədə qalır və Sazişə (vaxtaşırı dəyişdirildiyi şəkildə) tətbiq edilir.

7.         Bu Hökumət təminatında istifadə olunan və Sazişdə müəyyən edilən sözlər və ifadələr Sazişdə verilən mənanı daşıyır.

8.         Bu Hökumət təminatı tətbiq edilə bilən hüququn Sazişdə göstərilmiş prinsiplərinə uyğun surətdə tənzimlənir və təfsir olunur.

YUXARIDA DEYİLƏNLƏRİN TƏSDİQİ OLARAQ Hökumətin səlahiyyətli nümayəndəsi bu Tə’minatı və Öhdəlikləri 2010-cu _____ ayının _____ -də/da Bakı şəhərində imzalamışdır.

 

AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİNİN adından və tapşırığı ilə

 

ƏLAVƏ 6

ARBİTRAJ QAYDASI

 

1.1       Bu Sazişdə ayrıca olaraq başqa şəkildə göstərilən hallardan savayı, ARDNŞ ilə hər hansı Podratçı tərəf və ya bütün Podratçı tərəflər arasında meydana çıxan, 26.3(a) bəndinin müddəalarına əsasən Tərəflərin xoşluqla həll edə bilmədikləri bütün mübahisələr, o cümlədən bu Sazişin etibarlılığı, təfsiri, iddia qüvvəsinə malik olması və ya pozulması ilə bağlı hər hansı mübahisələrin məhdudiyyət qoyulmadan hamısı Tərəflərin yekdil qərarına əsasən tək arbitr tərəfindən və ya arbitraj qaydasında mübahisənin baxılması üzrə müraciətin təqdim edilməsindən sonra otuz (30) gün ərzində belə yekdil qərara gələ bilmədikdə 15 Dekabr 1976-cı il tarixində qəbul olunmuş və vaxtaşırı UNCITRAL tərəfindən ona dəyişikliklər edilmiş Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyası Arbitraj qaydalarına - UNCITRAL (“Qaydalar”) uyğun surətdə üç (3) arbitrdən ibarət komissiya tərəfindən qəti tənzimlənir. Qaydalarda baxılan məsələlərin və ya vəziyyətlərin hər hansı birinə tətbiq edilməli müddəalar yoxdursa, arbitraj belə məsələnin tənzimlənməsi üçün öz üsul və qaydalarını müəyyən edir və bu yolla qoyulmuş hər hansı qaydalar bundan sonra Qaydaların bir hissəsi sayılır. Belə bir arbitrajın baş tutmasını, həmçinin arbitrajın hər hansı bir qərarının, rəyinin, əmlaka qoyulan həbsin, hər hansı ilkin məhkəmə müdafiəsi vasitəsinin və ya arbitraj qərarından əvvəlki digər hüquqi müdafiə vasitəsinin məcburi surətdə həyata keçirilməsini və icrasını təmin etmək məqsədilə Tərəflərdən hər biri immunitet hüququ, o cümlədən, lakin bununla məhdudlaşmadan, suveren immunitet hüququ barədə bütün və hər cür bəyanatlardan imtina edir.

1.2       Arbitraj İsveçin Stokholm şəhərində keçirilir. Arbitraj baxışının dili ingilis dilidir və arbitrlər bu Sazişin ingiliscə mətnindən istifadə edəcəklər.

1.3       Arbitraja müraciət etmək niyyəti barədə otuz (30) gün qabaqcadan digər Tərəfə yazılı bildiriş göndərdikdən sonra istər ARDNŞ, istərsə də Podratçı Qaydalarda nəzərdə tutulduğu kimi, Haaqa səhərindəki Daimi arbitraj məhkəməsinin Baş katibinə arbitraj baxışı haqqında ərizə verərək və arbitr təyin edərək arbitraj baxışına başlaya bilərlər (arbitraj baxışına başlayan Tərəf bundan sonra “Birinci tərəf” adlanır); yuxarıda deyilən ərizədə arbitrin adı göstərilməlidir. Mübahisənin iştirakçısı olan digər Tərəf (“İkinci tərəf”) ərizənin surətini aldıqdan sonra otuz (30) gün müddətində ərizəyə cavab verir və seçdiyi arbitrin adını göstərir. Əgər İkinci tərəf öz arbitrini təyin etmirsə, Haaqa şəhərindəki Daimi arbitraj məhkəməsinin Baş katibi Qaydalara uyğun olaraq, ikinci arbitr təyin edir. Həmin iki arbitr otuz (30) gün ərzində üçüncü arbitr seçir; əgər seçə bilməsələr, üçüncü arbirtri Haaqa şəhərindəki Daimi arbitraj məhkəməsinin Baş katibi Qaydalara uyğun surətdə təyin edir. Tərəflər arasında başqa yazılı razılaşma olmadıqda, təyin edilən üçüncü arbitr Tərəflərin hər hansı birinin (o cümlədən, belə Tərəfin Əsas ana şirkətinin) təsis edildiyi ölkənin vətəndaşı olmamalıdır.

1.4       Tərəflər mübahisənin lazımi qaydada həlli üçün arbitraj məhkəməsinin hər hansı lazımi məlumat almasına hər cür imkan yaradırlar (Neft-qaz əməliyyatlarına və obyektlərə buraxılmaq imkanı daxil olmaqla). Hər hansı Tərəfə arbitraj baxışının hər hansı mərhələdə və ya bütün mərhələlərdə keçirilməsinə mane olan və ya əngəl törədən, üzürsüz səbəbə görə iştirak etməməyə və ya çağırışa gəlməməyə yalnız bir dəfə icazə verilir. Tərəfin üzrsüz səbəb üzündən çağırışa təkrarən gəlməməsi arbitraj baxışına fasilə verilməsi üçün əsas və ya onun keçirilməsinə mane ola bilməz.

1.5       Öz səlahiyyətlərinin ümumi xarakterini məhdudlaşdırmadan arbitrlər zəruri hallarda Hökumətin 25.2 bəndindəki müddəalar barəsində Hökumətin təminatına uyğun olaraq arbitraj xərclərinin və zərərin ödənilməsinə dair qərar qəbul etmək səlahiyyətinə malikdirlər.

1.6       Arbitrajın qərarı qətidir, Tərəflər üçün məcburidir və dərhal icra edilir. Alınmış arbitraj qərarı icraata götürülməklə onun barəsində məhkəmə qərarı çıxarıla bilər və ya müvafiq yurisdiksiyaya malik hər hansı məhkəmədə icra barədə məhkəmə əmri alına bilər və ya bu cür hər hansı məhkəməyə ərizə verib şəraitdən asılı olaraq, məhkəmənin arbitraj qərarı çıxarmasını, məcburi icra haqqında əmr verməsini xahiş etmək olar.

1.7       Arbitraj xərclərinin tam həcmi Tərəflər arasında bərabər qaydada bölünməlidir. Üç arbitra olan təqdirdə isə, hər bir Tərəf öz arbitrinin xərclərini və üçüncü arbitrin xərclərinin bərabər hissələrini ödəyir; Tərəflər həmçinin Qaydalarla müəyyən edilmiş hər hansı xərcləri də tən bölürlər. Yuxarıda deyilənlərə baxmayaraq arbitrlər udan Tərəfə uduzan Tərəfin hesabına arbitraj xərclərinin (hüquq xidmətlərinin mübadilində ödənilən ağlabatan qonorarlar daxil olmaqla) əvəzini verdirə bilərlər. Zərərin əvəzi pul ilə kompensasiya edildiyi halda buraya pozuntu vaxtından başlayaraq verdirilən məbləğin tam ödənilməsi vaxtınadək alınan faizlər daxil edilir. Belə hallarda bu cür və ya hər hansı digər pozuntu vaxtından tutmuş verdirilən məbləğin tam ödənilməsi vaxtınadək olan dövr üçün LİBOR faiz dərəcəsi üstəgəl dörd (4) faiz tətbiq olunur. Hər bir Tərəf alınmamış faizlərin və ya pul vəsaitindən istifadə imkanını itirmək nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair bildirişlər təqdim etmək barədə hər hansı dövlət qanunvericiliyinin hər hansı və bütün tələblərinin tətbiqindən imtina edir.

 

 

ƏLAVƏ 7

XAM NEFTİN VƏ TƏBİİ QAZIN HƏCMLƏRİNİ ÖLÇMƏK VƏ ONLARI QİYMƏTLƏNDİRMƏK QAYDASI

 

1.1       Ümumi

Bu 7-ci Əlavədə Kontrakt sahəsindən çıxarılan Karbohidrogenlərin həcmlərinin ölçülməsi və qiymətləndirilməsi üsulu şərh edilir.

1.2       Xam neftin həcmlərinin ölçülməsi

(a)       Həcm məsrəfölçənləri, Podratçı Çatdırılma məntəqəsində daimi həcm məsrəfölçənləri qurur Kontrakt sahəsindən çıxarılan Xam neftin dəqiq ölçülməsini, tipinin, miqdarının müəyyənləşdirilməsini təmin edəcək həcm məsrəfölçənlərinə bütün zəruri ölçü qurğuları, ölçü qurğuları üçün nəzarət cihazları, Kontrakt sahəsində çıxarılan Xam neftin həcmini ölçmək, keyfiyyətini və fiziki xüsusiyətlərini müəyyən etmək və qeydə almaq üçün cihazlar və başqa zəruri avadanlıq daxil olacaqdır. Podratçı Kontrakt sahəsindən çıxarılan Xam neftin həcmini ölçmək və qiymətləndirmək üçün həcm məsrəfölçənlərindən istifadə edir.

(b)       Podratçı həmçinin Amerika neft institutunun (ANİ) dərəcələri ilə bərk maddələri və suyu, sıxlığı ölçmək üçün lazımi cihazlar və alətlər alınmasını təmin edəcək və həmin cihazları müvafiq laboratoriyada saxlayacaqdır. Podratçı beynəlxalq neft-qaz sənayesində hamılıqla qəbul edilmiş standartlara uyğun olaraq, istifadə edilən sayğacların dəqiqliyini zəruri hallarda, lakin ayda bir dəfədən az olmayaraq sınaqdan keçirəcək və kalibrləyəcəkdir. Bütün sınaqlarda və kalibrləmədə həm ARDNŞ-nin, həm də Podratçının nümayəndələri iştirak edəcək və nəticələr barədə ətraflı hesabatları ARDNŞ-nin iki (2) və Podratçının iki (2) nümayəndəsi imzalayacaqdır.

1.3       Xam neftin həcmlərinin ölçülməsi müddətləri

Həcm məsrəfölçənlərinin rəsmi göstəriciləri mühasibat uçotu məqsədləri üçün, Xam neftin hasilatı və nəql edilməsi üçün həftədə bir dəfədən az olmayaraq qeydə alınacaqdır. Həmin göstəricilər əsasında əldə edilən informasiya ARDNŞ-yə və Podratçıya veriləcəkdir. Göstəricilərin qeydə alınmasının konkret vaxtını Podratçı tə'yin edəcək və bu barədə ARDNŞ-yə vaxtında bildiriş verəcəkdir. Həm ARDNŞ-nin, həm də Podratçının hərəsi iki (2) nümayəndə ayırmaq hüququna malik olacaqdır; onlar məsrəfölçənin göstəricilərinin qeydə alınmasında iştirak edəcək və göstəricilərin qeydiyyat vərəqəsini imzalayacaqlar.

1.4       Təbli qazın həcmlərinin Ölçülməsi

Bu sazişlə çatdırılmış Təbii qazın həcmi məstəfölçənlərin göstəricilərin əsasında, ANİ-nin standartları və metodu ilə müəyyən edilir. Təbil qaz üçün qurulacaq məsrəfölçənlərin tipini Podratçı müəyyənləşdirəcəkdir. Qurulan ölçmə və qiymətləndirmə sistemi Təbil qazın miqdarının, keyfiyyətinin və fiziki xüsusiyyətlərinin qeydiyyatı üçün bütün zəruri məsrəfölçənlərdən, alətlərdən və başqa əlavə avadanlıqdan ibarətdir. Təbii qazı ölçən bütün sistem ikinci dəst avadanlıqla təchiz ediləcək və sərf olunan bütün Təbii qaz haqqında məlumatı daim fasiləsiz qeydə ala biləcəkdir. Təbii qaz məsrəfölçənləri ayda bir dəfədən az olmayaraq kalibrlənəcək və kalibrləmə barəsində hesabatlar ARDNŞ-nin və Podratçının nümayəndələri tərəfindən təsdiq ediləcək və imzalanacaqdır.

1.5       Karbohidrogenlərin həcmlərinin ölçülməsi qaydası

(a)       Podratçı və ARDNŞ başqa cür razılaşmasalar, avadanlıqdan keçən Karbohidrogenləri ölçmək və keyfiyyətini müəyyənləşdirmək üçün ANİ-un qəbul etdiyi standartlardan və qaydalardan istifadə olunacaqdır. Həmin qaydalar və standartlar ANİ-nun “Nümunələr götürməyin standart metodundan (Standard Method of Sampling) və “Karbohidrogenlərin ölçü standartlarına dair tə'limatından (Manual of Petroleurn Measurement Standards) götürüləcəkdir. Standartların və qaydaların surətini (habelə hər hansı modifikasiyaları və bunlara düzəlişləri) Podratçı təqdim edəcək və həm ARDNŞ, həm də Podratçı ondan hər vaxt istifadə edə biləcəkdir.

(b)       Podratçının və ARDNŞ-nin mütəxəssisləri Karbohidrogenlərin ölçülməsini və qiymətləndirilməsinin konkret dəqiq qaydasını və metodlarını razılaşdırmaq üçün görüşəcəklər; qayda və metodlar Bərpa və hasilat Proqramı təsdiq olunduqdan sonra əməli cəhətdən imkan yaranan kimi tətbiq ediləcəkdir.

 

ƏLAVƏ 8

LAYİHƏ STANDARTLARI VƏ TEXNİKİ ŞƏRTLƏR

 

Yeni hasilat qurğularının hamısı və mövcud qurğuların modifikasiyası proqramı çərçivəsində quraşdırılan yeni avadanlığın hamısı müasir beynəlxalq standartlara müvafiq surətdə layihələşdiriləcək

Mövcud qurğular onların inşası zamanı qüvvədə olan standartlar üzrə layihələşdirilmişdir. Podratçı yeni avadanlığın təhlükəsiz istismarı üçün lazım bildiyi hallardan başqa, həmin qurğular beynəlxalq standartlara müvafiq surətdə modernləşdirilməyəcəkdir.

Layihədə istifadə olunan texniki şərtlər cari standartlara və tanınmış beynəlxalq konstruktor təşkilatları və assosiasiyaları tərəfindən tövsiyə edilən normalara əsaslanacaqdır; bunlardan bəziləri aşağıda sadalanır. Texniki layihə şərtlərinə Podratçının həmin beynəlxalq standartlar əsasında işləyib hazırladığı əlavə tələblərdə daxil edilə bilər.

 

API

-

Amerika Neft İnstitutu

ANSI

-

Amerika Milli Standartlar İnstitutu

ASME

-

Amerika Mühəndis-Mexanik Cəmiyyəti

ASTM

-

Amerika Sınaq və Materiallar Cəmiyyəti

BSI

-

Britaniya Standartlar İnstitutu

CEN

-

Avropa Normallaşdırma Komissiyası

CENELEC

-

Avropa Elektrotexnika Standartları Komissiyası

DIN

-

Almaniya Standartlar İnstitutu

IEC

 

Beynəlxalq Elektrotexnika Komissiyası

IEEE

-

Mühəndis-Elektriklər və Elektronçular İnstitutu (ABŞ)

IP

-

Neft İnstitutu (Böyük Britaniya)

ISA

 

Amerika Cihazçı Mühəndislər Cəmiyyəti

ISO

 

Beynəlxalq Standartlaşdırma Təşkilatı

NACE

 

Korroziya Mühəndisləri Milli Assosiasiyası (ABŞ)

NEMA

-

Elektrik Avadanlığı istehsalçılarının Milli Assosiasiyası (ABŞ)

NFPA

 

Yanğından Mühafizə Təhlükəsizliyi Milli Assosiasiyası (ABŞ)

E&P Forum

-

Neft Sənayesi  Beynəlxalq  Kəşfiyyat və Hasilat Forumu

 

 

ƏLAVƏ 9

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ STANDARTLARI VƏ TƏCRÜBƏSİ

 

1.         Birgə idarəetmə sistemi

(A)      Ətraf mühitin mühafizəsi üzrə köməkçi komitə

(a)        Podratçı işlənmə və hasilat dövrünə başlamazdan əvvəl Tərəflər ətraf mühitin mühafizəsi üzrə köməkçi komitə yaradırlar, ətraf mühitin mühafizəsi üzrə köməkçi komitəsinin təsis edilməsi və təşkilat strukturu Podratçının təsdiq olunmaq üçün ARDNŞ-yə təqdim olunan təklifində şərh olunur. ARDNŞ tərəfindən təsdiq edildikdən sonra ətraf mühitin mühafizəsi üzrə köməkçi komitə təsdiq olunmuş tövsiyələrə uyğun yaradılır və Podratçı tərəflərin, ARDNŞ-nin və ETSN-in nümayəndələrindən ibarət olur. Zərurət olduqda, ətraf mühitin mühafizəsi üzrə köməkçi komitənin işinə Azərbaycan Respublikası Elmlər Akademiyasının və müvafiq tədqiqat institutlarının nümayəndələri cəlb edilə bilərlər.

(b)        İşlənmə və hasilat dövrü başlandıqdan sonra ətraf mühitin mühafizəsi üzrə köməkçi komitənin öhdəliklərinə ətraf mühitin mühafizəsi üzrə bütün məsələlərə dair Tərəflərə və Rəhbər komitəyə məsləhət və tövsiyələr təqdim etmək, o cümlədən İŞ proqramının yerinə yetirilməsində, habelə tədqiqat, ətraf mühitin öyrənilməsi və monitorinqdə iştirak etmək daxildir. Ətraf mühitin mühafizəsi üzrə köməkçi komitə əlavə proqramların zəruriliyi barədə tövsiyələr verdikdə ətraf mühitin mühafizəsi üzrə iş proqramı təshih edilə bilər.

(B)       Ətraf mühitin mühafizəsi programı

(a)        İlkin vəziyyətin öyrənilməsi;

(b)        Seysmik tədqiqatlar:

(i)        Seysmik fəaliyyətin ətraf mühitə təsirinin qiymətləndirilməsi;

(ii)       Seysmik əməliyyatlar zamanı sağlamlığın qorunması, təhlükəsizlik texnikasının və ətraf mühitin mühafizəsinin təmin edilməsi, o cümlədən fövqəladə vəziyyətlərdə, neft dağılarkən görülməli tədbirlər planı, tullantıların idarə olunması planı və audit proqramı.

(c)        Qazma:

(i)        Ətraf mühitin ilkin vəziyyətinin öyrənilməsi

(ii)       Qazmanın ətraf mühitə təsirinin qiymətləndirilməsi

(iii)      Ətraf mühitə nəzarət proqramı

(iv)      Kəşfiyyat qazması zamanı sağlamlığın qorunması, təhlükəsizlik texnikasının və ətraf mühitin mühafizəsinin təmin edilməsi, o cümlədən fövqəladə hallarda, neft dağılarkən tədbirlər planı, tullantılar (o cümlədən buruq şlamı) barədə sərəncamlar planı və ekoloji audit proqramı.

(d)       İşlənmə və hasilat

(i)        Karbohidrogenlərin işlənməsi və hasilatının ətraf mühitə təsirinin qiymətləndirilməsi

(ii)       Ətraf mühitə nəzarət proqramı

(e)        Ləğvetmə:

(i)        Ləğvetmə işlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi.

(S)       Təhlükəsizlik texnikasına dair təlimatlar

28-ci Maddənin müddəalarına əməl edilməsi şərtilə, Podratçı Neft-qaz əməliyyatları apararkən Azərbaycanın müvafiq normativlərini və aşağıdakı beynəlxalq təhlükəsizlik texnikası və istehsalat gigiyenası normalarını nəzərə alır:

(a)        Oil İndustry International Exploration and Production Forum" (E&P Forum), Reports - Sağlamlığın mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi.

(b)        İnternational Association of Drilling Contractors" (IADC), Qazma zamanı təhlükəsizlik texnikasına dair tə'limatlar.

(c)        İnternational Association of Geophysical Contractors" (IAGQ, istismar zamanı təhlükəsizliyə dair təlimatlar.

(d)       American Conference of Governmental Industrial Hygienists" - ətraf mühitlə bağlı işlərdə kimyəvi maddələr üçün məhdud həcm.

 

Azərbaycan Respublikasında Balaxanı - Sabunçu - Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, İşlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

 

 

UQE-LANSER PTİ.LTD

arasında

 

ARDNŞ-nin Ortaq Neft Şirkətinin yaradılmasına dair

 

QOŞMA

 

Bu Qoşma Azərbaycan Respublikasında Balaxanı - Sabunçu - Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin (bunda sonra “Saziş” adlanacaq) imzalandığı tarixdə

Bir tərəfdən, Hökumət təşkilatı olaraq AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ (bundan sonra ARDNŞ adlandırılacaq) və

digər tərəfdən, Sinqapur Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən UQE - LANSER PTİ. LTD (bundan sonra “UQE – LANSER” adlandırılacaq) şirkəti arasında tərtib olunmuş və imzalanmışdır.

Yuxarıda sadalanan hüquqi şəxslər bəzən ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırıla bilər.

 

NƏZƏRƏ ALARAQ Kİ:

 

1.         ARDNŞ UQE-LANSER şirkətinə ARDNŞ-nin Ortaq Neft Şirkətinin (bundan sonra “ONŞ” adlandırılacaq) hələ yaradılmadığı barədə məlumat vermişdir; və

2.         ARDNŞ Saziş üzrə ONŞ-nin bütün öhdəlik və vəzifələrini öz üzərinə götürməyə hazırdır, onlar üçün məsuliyyət daşımaq səlahiyyətinə malikdir; və

3.         ARDNŞ və UQE-LANSER razılığa gəlmişlər ki, ONŞ yaradılanadək və ONŞ aşağıda göstərilən qaydada Sazişi yazılı şəkildə təsdiq edənədək ARDNŞ ONŞ-nin adından fəaliyyət göstərəcək.

BUNUNLA TƏSDİQ EDİLİR Kİ Tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1.         ARDNŞ bu Saziş və gələcəkdə UQE-LANSER və ONŞ arasında imzalanacaq hər hansı sonrakı sazişlər, müqavilələr və hüquqi sənədlər üzrə ONŞ-un bütün öhdəlikləri üçün məsuliyyət daşıyır və aşağıdakı məqamlaradək ONŞ-nin adından fəaliyyət göstərir: (i) ONŞ lazımi qaydada qeydə alındığı və onu qeydə almış ölkənin qanunvericiliyinə və öz nizamnaməsinə müvafiq sürətdə mövcud olduğu günədək (ii) ONŞ-nin Direktorlar şurasının qətnaməsi onun Sazişdə iştirakını təsdiq edənədək (iii) ONŞ ARDNŞ-nin onun adından gördüyü bütün işləri təsdiq edənədək; və (iv) ONŞ yuxarıdakı (i), (ii) və (iii) bəndlərində göstərilənlərin təsdiq olunduğu bütün sənədləri UQE-LANSER şirkətinə təqdim edənədək. Tərəflər ARDNŞ-nin ONŞ-nin adından gördüyü bütün işlərə yuxarıdakı (i), (ii), (iii) və (Iv) bəndlərində nəzərdə tutulan hadisələrə və tədbirlərə qədər ONŞ-nin özünün görmüş olduğu işlər kimi baxa bilərlər.

2.         ARDNŞ bununla öhdəsinə götürür ki, (i) ONŞ-nin lazımi qaydada qeydə alınmasını və qanuni surətdə mövcud olmasını təmin edəcəkdin (ii) ARDNŞ təminat verir ki, ONŞ lazımi qaydada qeydə alındıqdan dərhal sonra ONŞ-nin Sazişdə iştirakını təsdiq edəcəkdir; (iii) ARDNŞ təminat verir ki, ONŞ lazımi qaydada qeydə alındıqdan və qanuni surətdə mövcud olduqdan dərhal sonra onun adından ARDNŞ-nin gördüyü bütün işləri təsdiqləyəcək; (iv) ARDNŞ təminat verir ki, ONŞ lazimi qaydada yarandıqdan və qanuni surətdə fəaliyyətə başladıqdan dərhal sonra yuxarıdakı (i), (ii) və (iii) bəndlərini təsdiqləyən bütün sənədləri Tərəflərə təqdim edəcəkdir.

3.         Bu Qoşma Sazişin şərt və müddəalarını burada şərh edildiyi kimi dəyişir və/və ya onlara düzəlişlər edir və bütün məqsədlər baxımından Sazişin tərkib hissəsi hesab edilir, və Sazişin 27.1 bəndində nəzərdə tutulduğu kimi, müvafiq olaraq ona Azərbaycan Respublikasının tam qanun qüvvəsi verilir.

4.         Bu Qoşmadan irəli gələn və ya onunla bağlı bütün fikir ayrılıqları Sazişin 25.3 bəndinə müvafiq şəkildə həli olunur və Qoşma Sazişin 25.1 bəndində göstərilən hüquqi qayda ilə tənzim olunur.

YUXARIDA GÖSTƏRİLƏNLƏRİ TƏSDİQ EDƏRƏK Tərəflərin lazimi səlahiyyət verilmiş nümayəndələri bu Qoşmanı 2010-cu iyulun 3-də bağladılar.

 

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ adından və onun tapşırığı ilə

 

____________________________________________________________

Vəzifəsi: ____________________________________________________

____________________________________________________________

Vəzifəsi: ____________________________________________________

 

UQE-LANSER PTİ.LTD adından və onun tapşırığı ilə

____________________________________________________________

Vəzifəsi: ____________________________________________________

____________________________________________________________

Vəzifəsi: ____________________________________________________