Normativ hüquqi
aktlar haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU
Bu Konstitusiya Qanunu normativ hüquqi aktların
hazırlanması, qəbul olunması,
rəsmiləşdirilməsi, dərc edilməsi,
qüvvədə olması, şərh edilməsi və
sistemləşdirilməsi qaydalarını müəyyən
edir.
I
fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Bu Konstitusiya
Qanununda istifadə olunan əsas anlayışlar
1.0. Bu Konstitusiya Qanununda istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.0.1. normativ hüquqi akt – tənzimlənməsi
Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla
və ya fərmanla dövlət orqanının
səlahiyyətlərinə aid edilən
məsələlər üzrə həmin dövlət
orqanı tərəfindən və ya referendum yolu ilə
qəbul edilmiş, hamı üçün məcburi
davranış qaydalarını əks etdirən,
qeyri-müəyyən subyektlər dairəsi üçün
və dəfələrlə tətbiq olunmaq üçün
nəzərdə tutulmuş müəyyən formalı
rəsmi sənəd;
1.0.2. qanunvericilik aktları – Azərbaycan
Respublikasının qanunvericilik sistemini təşkil edən
normativ hüquqi aktlar;
1.0.3. normativ xarakterli akt – bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən
edilmiş, məhdud subyektlər dairəsi üçün
məcburi davranış qaydalarını əks etdirən
və dəfələrlə tətbiq olunmaq üçün
nəzərdə tutulmuş müəyyən formalı
rəsmi sənəd;[1]
1.0.4. hüquqi akt – normativ hüquqi akt, normativ
xarakterli akt və ya qeyri-normativ hüquqi akt;
1.0.5. qanunvericiliyin sistemləşdirilməsi – normativ
hüquqi aktların nizama salınması, onların daxili
uzlaşdırılmış vahid sistemə
çevrilməsi üzrə fəaliyyət;
1.0.6. inkorporasiya – normativ hüquqi aktların
məzmunu dəyişdirilmədən müəyyən qaydada
toplularda (külliyyatlarda) birləşdirilməsi;
1.0.7. məcəllələşdirmə – normativ
hüquqi aktların forma və məzmun baxımından
yenidən işlənməsi yolu ilə vahid normativ hüquqi
aktlarda birləşdirilməsi;
1.0.8. qanunlar külliyyatı – Azərbaycan
Respublikasının qanunvericiliyini özündə
birləşdirən sistemləşdirilmiş toplu;
1.0.8-1. Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu (bundan sonra – toplu) – qəbul edilmiş Azərbaycan
Respublikası qanunlarının, Azərbaycan Respublikası
Prezidentinin aktlarının və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarlarının dərc edildiyi
aylıq rəsmi toplu;[2]
1.0.9. qanunvericilikdə boşluqlar – konkret ictimai
münasibətləri tənzimləyən qanunvericilik
normalarının olmaması;
1.0.10. qanunun analogiyası – konkret ictimai
münasibətləri tənzimləyən qanunvericilik
normaları olmadığına görə həmin ictimai
münasibətlərə oxşar ictimai münasibətləri
tənzimləyən qanunvericilik normalarının tətbiq
edilməsi;
1.0.11. hüququn analogiyası – yalnız konkret ictimai
münasibətləri deyil, həm də oxşar ictimai
münasibətləri tənzimləyən qanunvericilik
normaları olmadığına görə həmin ictimai
münasibətlərə qanunvericiliyin məğzinin,
hüququn ümumi prinsiplərinin və ya hüququn konkret
sahələrinə aid prinsiplərin tətbiq edilməsi;
1.0.12. normativ hüquqi aktların kolliziyası – eyni
ictimai münasibətləri tənzimləyən
qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti
(uyğunsuzluğu);
1.0.13. normayaratma fəaliyyəti – normativ hüquqi
aktların hazırlanması, ekspertizası, qəbul
olunması, onlarda dəyişikliklər edilməsi, onların
şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi
üzrə fəaliyyət;
1.0.14. normayaratma fəaliyyətinin subyekti – normayaratma
fəaliyyətində iştirak edən orqanlar
(şəxslər);
1.0.15. qanunvericilik təşəbbüsü –
Azərbaycan Respublikası Konstitusiyasının 96-cı
maddəsinin I hissəsi ilə müəyyən edilmiş
subyekt tərəfindən qanun layihəsinin Azərbaycan
Respublikası Milli Məclisinin müzakirəsinə
rəsmən təqdim edilməsi;
1.0.16. normativ hüquqi aktın
rəsmiləşdirilməsi – normativ hüquqi aktın
səlahiyyətli şəxs tərəfindən
imzalanması və Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilməsi;
1.0.17. normayaratma orqanı – normativ hüquqi aktları
qəbul etmək səlahiyyətinə malik olan dövlət
orqanı;
1.0.18. normayaratma prosesi – dövlət orqanının
normativ hüquqi aktların hazırlanması, qəbul
olunması və qüvvəyə minməsi üzrə
normayaratma fəaliyyəti;
1.0.19. normayaratma texnikası – normativ hüquqi
aktların layihələrinin hazırlanması
qaydalarının sistemi;
1.0.20. normativ hüquqi aktın açıqlanması
– normativ hüquqi aktın rəsmi dövri mətbu
nəşrdə dərc edilməsi, digər media
subyektlərinin və ya başqa mümkün kommunikasiya
vasitələrinin köməyi ilə rəsmi
yayılması yolu ilə ümumi diqqətə
çatdırılması; [3]
1.0.21. lokal normativ hüquqi akt – qüvvəsi bir
və ya bir neçə dövlət orqanının
çərçivəsi ilə məhdudlaşan normativ
hüquqi akt;
1.0.22. texniki normativ hüquqi aktlar – texniki
reqlamentlər, bərqərar olmuş təcrübəni
əks etdirən texniki məcəllələr, standartlar, o
cümlədən Azərbaycan Respublikasının
dövlət standartları, sahə standartları, texniki
şərtlər, aviasiya qaydaları, zoogigiyena,
baytarlıq, baytarlıq-sanitariya normaları və
qaydaları, sanitariya normaları və qaydaları, gigiyena
normativləri, farmakopeya məqalələri və normaları,
yanğın təhlükəsizliyi qaydaları, texniki,
sənaye, nüvə və radiasiya təhlükəsizliyinin
təmin edilməsi normaları və qaydaları,
təhlükəli yüklərin təhlükəsiz
daşınması normaları və qaydaları, yerin
təkinin qorunması və səmərəli istifadəsi
normaları və qaydaları,
ixtisaslaşdırılmış məlumat
kitabçaları, texniki-iqtisadi məlumatların
dövlət təsnifatı, dövlət statistika
müşahidələrinin formaları və onların
doldurulmasına dair göstərişlər, statistik
göstəricilərin formalaşdırılması və
hesablanması qaydaları, dövlət statistika
müşahidələrinin təşkil edilməsinə
və aparılmasına dair təlimatlar, idarə hesabat formaları
və onların doldurulmasına dair göstərişlər,
daşınmaz maddi tarixi-mədəni dəyərlərin
qorunması zonalarının layihələri, Azərbaycan
Respublikasının normativ hüquqi aktları ilə texniki
normativ hüquqi aktlara aid edilmiş və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulan qaydada təsdiq edilmiş (qüvvəyə minmiş)
digər normativ hüquqi aktlar; [4]
1.0.23. normativ hüquqi aktda dəyişikliklərin
edilməsi – normativ hüquqi akta onun
müddəalarının mətnini dəyişən və
ya əlavə normaların daxil edilməsi;
1.0.24. normativ hüquqi aktdan sui-istifadə imkanı –
normativ hüquqi aktda korrupsiya təzahürləri
üçün şəraitin yaranmasına kömək
edən müddəaların mövcudluğu;
1.0.25. diskresion səlahiyyətlər – orqanın
(şəxsin) öz mülahizəsinə görə
tətbiq edə biləcəyi səlahiyyətləri;
1.0.26. dispozitiv imkan – orqanın (şəxsin) öz
seçimi ilə davranış imkanı;
1.0.27. normativ hüquqi aktın hüquqi qüvvəsi
– normativ hüquqi aktın müvafiq ictimai
münasibətlərə tətbiqinin məcburiliyini,
habelə onun digər normativ hüquqi aktlar barəsində
üstünlüyünü və ya tabeliyini
müəyyən edən xarakteristika.
Maddə 2. Normativ hüquqi
aktlar və onların hüquqi qüvvəsi
2.1. Normativ hüquqi aktların növləri
Azərbaycan Respublikası Konstitusiyasının 148-ci
maddəsi ilə müəyyən edilir.
2.2. Normativ hüquqi aktların hüquqi qüvvəsi
Azərbaycan Respublikası Konstitusiyasının 149-cu
maddəsinin II, III, IV, V, VI hissələri və 151-ci
maddəsi ilə müəyyən edilir.
2.3. Referendumla qəbul edilmiş akt (bundan sonra –
referendum aktı), qanun, fərman və ya digər normativ
hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası
ilə ziddiyyət təşkil etdikdə Azərbaycan
Respublikasının Konstitusiyası tətbiq edilir.
2.4. Qanun, fərman və ya digər normativ hüquqi
akt referendum aktı ilə ziddiyyət təşkil etdikdə
referendum aktı tətbiq edilir.
2.5. Azərbaycan Respublikasının Mülki
Məcəlləsi mülki hüquq normalarını əks etdirən
digər məcəllə və qanunlarla ziddiyyət
təşkil etdikdə Azərbaycan Respublikasının
Mülki Məcəlləsi tətbiq edilir.
2.6. Fərman və ya digər normativ hüquqi akt
qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir.
2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarı, mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktları fərmanla
ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir.
2.8. Mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktları Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət
təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı tətbiq edilir.
2.9. Nizamnamələrin, əsasnamələrin,
təlimatların, reqlamentlərin və qaydaların hüquqi
qüvvəsi onları təsdiq edən normativ hüquqi
aktın hüquqi qüvvəsi ilə müəyyən
edilir.
2.10. Naxçıvan Muxtar Respublikasının
dövlət orqanlarının normativ hüquqi
aktlarının hüquqi qüvvəsi Azərbaycan
Respublikası Konstitusiyasının 134-cü maddəsinin V
hissəsi və Naxçıvan Muxtar Respublikası
Konstitusiyasının 49-cu maddəsinin II, III, IV və V
hissələri ilə müəyyən edilir.[5]
Maddə 3. Qeyri-normativ
hüquqi aktlar və onların hüquqi qüvvəsi
3.1. Konkret (birdəfəlik) təşkilati,
nəzarət və ya sərəncamverici tədbirlərin
həyata keçirilməsi məqsədi ilə qəbul
edilən və ya digər birdəfəlik tətbiq halları
üçün nəzərdə tutulan hüquqi aktlar qeyri-normativ
hüquqi aktlar sayılır.
3.2. Qeyri-normativ hüquqi aktlar müvafiq normativ
hüquqi akt əsasında qəbul edilməlidir və onun
müvafiq normasına istinad etməlidir.
3.3. Qeyri-normativ hüquqi aktlara
aşağıdakılar aiddir:
3.3.1. Azərbaycan Respublikası Milli Məclisinin
qərarları;
3.3.2. Azərbaycan Respublikası Prezidentinin
sərəncamları;
3.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
sərəncamları;
3.3.4. vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatını həyata
keçirən orqanların aktları;
3.3.5. bu maddənin birinci hissəsinə uyğun olaraq
qeyri-normativ hesab edilən digər hüquqi aktlar.
Maddə
4. Normativ xarakterli aktlar və onların hüquqi
qüvvəsi
4.1. Azərbaycan
Respublikasının normativ xarakterli aktları
aşağıdakılardır:
4.1.1. Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə
və IV hissəsinə əsasən qəbul edilmiş
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
qərarları;
4.1.2. Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının qərarları,
təlimatları və izahları;
4.1.3. maliyyə bazarları
tənzimləyicisinin qərarları;[6]
4.1.4. Məhkəmə-Hüquq Şurasının
qərarları;
4.1.5. Azərbaycan Respublikası Audiovizual
Şurasının qərarları;[7]
4.1.6. yerli özünüidarə orqanlarının
qərarları;
4.1.7. yerli icra hakimiyyəti orqanlarının
qərarları.
4.2. Normativ xarakterli aktlar onların icra olunmamasına
görə məsuliyyət müəyyən edə
bilməz.
4.3. Normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt
əsasında qəbul edilməlidir və onun müvafiq
normasına istinad etməlidir.
4.4. Bu Konstitusiya Qanununun 4.1.1-ci maddəsində
nəzərdə tutulan normativ xarakterli aktlar istisna olmaqla,
digər normativ xarakterli aktlar Azərbaycan Respublikasının
normativ hüquqi aktları ilə ziddiyyət təşkil
edə bilməz.
Maddə 5. Bu Konstitusiya
Qanununun tətbiq dairəsi
5.1. Bu Konstitusiya Qanunu Azərbaycan
Respublikasının, o cümlədən Naxçıvan
Muxtar Respublikasının dövlət orqanlarının
normativ hüquqi aktlarının hazırlanması, qəbul
olunması, rəsmiləşdirilməsi, dərc edilməsi,
qüvvədə olması, şərh edilməsi və
sistemləşdirilməsi qaydalarını müəyyən
edir.
5.2. Bu Konstitusiya Qanunu referendum aktlarının
hazırlanması, qüvvədə olması, şərh
edilməsi və sistemləşdirilməsi qaydalarına
şamil edilir.
5.3. Bu Konstitusiya Qanunu aşağıdakı
aktların rəsmiləşdirilməsi, dərc edilməsi,
qüvvədə olması, şərh edilməsi və
sistemləşdirilməsi qaydalarına şamil edilir:
5.3.1. beynəlxalq müqavilələr;
5.3.2. texniki normativ hüquqi aktlar;
5.3.3. lokal normativ hüquqi aktlar;
5.3.4. normativ xarakterli aktlar.
5.4. Ələt azad iqtisadi
zonasının ərazisində “Ələt azad iqtisadi
zonası haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş hallarda bu Konstitusiya Qanunundan
fərqli hüquqi tənzimləmə tətbiq edilir və
həmin zonanın fəaliyyəti ilə bağlı
qəbul edilmiş aktlar azad zona daxilində məcburi
hüquqi qüvvəyə malikdir.[8]
Maddə 6. Normativ hüquqi
aktlar sistemi
Normativ hüquqi aktlar onların iyerarxiyasının
müəyyən edilməsi, qarşılıqlı
uzlaşdırılması, habelə daxili uzlaşdırma
ilə səciyyələnən və ictimai
münasibətlərin hüquqi tənzimlənməsini
təmin edən Azərbaycan Respublikasının müvafiq
qanunlar külliyyatının hazırlanması yolu ilə
vahid sistemə salınır.
Maddə 7. Dövlət
orqanlarının qəbul etdikləri normativ hüquqi aktlar
barəsində hüquq varisliyi
7.1. Normativ hüquqi aktlar qəbul etmək hüququna
malik olan dövlət orqanı yenidən təşkil
edildikdə onun hüquq varisinə normativ hüquqi aktları
qəbul etmək hüququ ilə yanaşı,
səlahiyyətləri daxilində, əvvəllər
qəbul edilmiş normativ hüquqi aktlarda
dəyişikliklər etmək, həmin aktların
qüvvəsini dayandırmaq və ləğv edilməsi
səlahiyyəti verilir.
7.2. Dövlət orqanı ləğv edildikdə
və ya onun hüquq varisi müvafiq normativ hüquqi
aktları qəbul etmək hüququna malik olmamaqla yenidən
təşkil edildikdə, əvvəllər qəbul
edilmiş normativ hüquqi aktlarda dəyişikliklər
etmək, həmin aktların qüvvəsini dayandırmaq
və ləğv edilməsi səlahiyyəti yuxarı və
ya digər dövlət orqanına verilir.
7.3. Müvafiq normativ hüquqi aktları qəbul
edən dövlət orqanının statusunun
dəyişdirilməsi əvvəllər qəbul edilmiş
normativ hüquqi aktların qüvvəsinin itirilməsinə
səbəb olmur.
7.4. Dövlət orqanının adı
dəyişdirildikdə və ya bu orqan adının
dəyişdirilməsinə səbəb olan
birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən
təşkil edildikdə, əvvəlki adı əks
etdirən normativ hüquqi aktlarda addəyişmə
hissəsində dəyişikliklər edilməlidir. Belə
dəyişikliklər edilənədək əvvəlki
adı əks etdirən normativ hüquqi aktlar adı
dəyişdirilmiş (yeni yaradılmış) orqana tam
həcmdə şamil olunur.
7.5. Dövlət orqanı bölündükdə
və ya ayrıldıqda onun yenidən təşkili
haqqında qərarda səlahiyyətlərin aydın
bölgüsü nəzərdə tutulmalıdır və
həmin qərar hansı normativ hüquqi aktların yeni
yaradılmış hansı dövlət orqanlarına
hansı həcmdə şamil edilməsini
müəyyənləşdirməyə imkan verməlidir. Bu
zaman bölünmə və ya ayrılma haqqında
qərarı qəbul etmiş dövlət orqanı
üç ay müddətində müvafiq normativ hüquqi
aktlarda bütün zəruri dəyişikliklər
edilməsini təmin etməlidir.
Maddə 8. Normayaratma
fəaliyyətinin əsas prinsipləri
8.0. Normayaratma fəaliyyəti Azərbaycan
Respublikası Konstitusiyasının 149-cu maddəsinin I
hissəsində göstərilən prinsiplərlə
yanaşı, aşağıdakı prinsiplər
əsasında həyata keçirilir:
8.0.1. Azərbaycan Respublikasının
Konstitusiyasına uyğunluq və qanunların
üstünlüyü;
8.0.2. aşağı dövlət orqanlarının
aktlarının yuxarı dövlət orqanlarının
aktlarına uyğunluğu;
8.0.3. beynəlxalq hüququn hamılıqla qəbul
edilmiş prinsip və normalarının
üstünlüyü;
8.0.4. mütənasiblik;
8.0.5. dövlət orqanlarının
vətəndaşlar qarşısında cavabdehliyi;
8.0.6. normayaratma fəaliyyətinin demokratikliyi və
şəffaflığı;
8.0.7. normativ hüquqi aktların ziddiyyətsizliyi;
8.0.8. insanların hüquq və
azadlıqlarının, onların qanuni maraqlarının
müdafiəsi və sosial ədalət;
8.0.9. ictimai münasibətlərin hüquqi
tənzimlənməsinin sistemliliyi və kompleksliyi.
Maddə 9. Normayaratma
orqanlarının fəaliyyətində aşkarlıq
9.1. Normayaratma orqanlarının fəaliyyətində
aşkarlıq aşağıdakı vasitələrlə
təmin edilir:
9.1.1. normayaratma orqanlarının fəaliyyəti
və onların qəbul etdikləri normativ hüquqi aktlar
haqqında fiziki və hüquqi şəxslərin
məlumatlandırılması;
9.1.2. normativ hüquqi aktların rəsmi
nəşrlərdə, digər media məhsullarında
dərc edilməsi və ya onların digər üsullarla
açıqlanması; [9]
9.1.3. normativ hüquqi aktların layihələrinin
normayaratma orqanlarının internet informasiya ehtiyatlarında
yerləşdirilməsi.
9.2. Normayaratma orqanının qərarı ilə
normativ hüquqi aktın layihəsi açıq (ictimai və
ya peşəkar) müzakirəyə çıxarıla
bilər.
II
fəsil
NORMATİV HÜQUQİ AKTLARIN
KOLLİZİYASI
Maddə 10. Normativ hüquqi
aktların kolliziyasının həlli qaydaları
10.1. Normativ hüquqi aktların kolliziyası həll
edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin
tələbləri nəzərə alınır.
10.2. Normativ hüquqi aktı qəbul edən
dövlət orqanına ictimai münasibətlərin
müəyyən sahəsinin tənzimlənməsində
xüsusi səlahiyyət verilirsə, həmin dövlət
orqanının qəbul etdiyi normativ hüquqi akt eyni
kateqoriyalı dövlət orqanının həmin sahə
üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə
daha yüksək hüquqi qüvvəyə malikdir.
10.3. Ziddiyyət təşkil edən normativ hüquqi
aktlar bərabər hüquqi qüvvəyə malikdirsə,
konkret münasibətlərə sahə normativ hüquqi
aktı tətbiq edilir, bu şərtlə ki, həmin
münasibətlər eyni hüquqi tənzimləmə
sahəsinə aiddir.
10.4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi
normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma
tətbiq edilir.
10.5. Yeni normativ hüquqi akt eyni məsələ
üzrə həmin dövlət orqanı
tərəfindən əvvəllər qəbul edilmiş
normativ hüquqi akta münasibətdə daha yüksək
hüquqi qüvvəyə malikdir.
10.6. Eyni münasibətlər bir neçə norma
ilə tənzimlənirsə və həmin normaları eyni
vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ
hüquqi aktların kolliziyası hesab edilmir.
10.7. Dövlət orqanlarının struktur
bölmələri normativ hüquqi aktlar qəbul etmək hüququna
malik deyildirlər.
10.8. Naxçıvan Muxtar Respublikasında normativ
hüquqi aktların kolliziyası həll edilərkən bu
Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri
nəzərə alınır.
Maddə 11. Normativ hüquqi
aktların kolliziyasının aradan qaldırılması
qaydalarının tətbiqinin ardıcıllığı
11.0. Normativ hüquqi aktların kolliziyası
aşağıdakı ardıcıllıqla aradan
qaldırılır:
11.0.1. birinci növbədə ardıcıl olaraq bu
Konstitusiya Qanununun 2.3-2.8-ci maddələrinin normaları
tətbiq edilir;
11.0.2. kolliziya aradan qaldırılmadıqda ikinci
növbədə ardıcıl olaraq bu Konstitusiya Qanununun
10.2-10.5-ci maddələrinin normaları tətbiq edilir.
Maddə 12. Normativ hüquqi
aktların kolliziyasının aradan
qaldırılmasının üsulları
12.1. Normativ hüquqi aktların kolliziyası
aşağıdakı üsullarla aradan qaldırılır:
12.1.1. normativ hüquqi aktın ləğv edilməsi;
12.1.2. normativ hüquqi aktda dəyişikliklər
edilməsi;
12.1.3. normativ hüquqi aktların
məcəllələşdirilməsi.
12.2. Normativ hüquqi aktların kolliziyasına yol
verməmək məqsədilə qanun layihələri ilə
yanaşı onların qəbul olunması ilə
əlaqədar ləğv, dəyişikliklər edilməli
və hazırlanmalı olan qanun layihələri də eyni
zamanda təqdim edilməlidir. Azərbaycan Respublikasının
Prezidentinə təqdim olunan qanun və Azərbaycan
Respublikası Prezidentinin fərmanlarının
layihələri ilə yanaşı onların qəbul
edilməsi ilə əlaqədar ləğv və
dəyişikliklər edilməli və hazırlanmalı olan
Azərbaycan Respublikası Prezidentinin aktlarının layihələri
də eyni zamanda təqdim olunmalı, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının (onların struktur elementlərinin)
siyahısı müəyyən edilməlidir.[10]
12.3. Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi normativ hüquqi aktın şərhi
ilə bağlı qəbul etdiyi qərarında normativ
hüquqi aktların kolliziyasını
təsdiqləyərsə, həmin kolliziyanı aradan
qaldırmaq məqsədi ilə bu Konstitusiya Qanununun
12.1.1-12.1.3-cü maddələrində göstərilən
tədbirlər görülməlidir.
III
fəsil
QANUNVERİCİLİKDƏ BOŞLUQLAR
Maddə 13. Hüququn
analogiyasından və qanunun analogiyasından istifadə
olunması qaydası
13.1. Konkret ictimai münasibətləri
tənzimləyən qanunvericilik normaları olmadıqda
hüququn analogiyasından və ya qanunun analogiyasından
istifadə oluna bilər.
13.2. Əvvəlcə qanunun analogiyasından
istifadə olunur. Konkret ictimai münasibətləri
tənzimləyən qanunvericilik normaları olmadıqda
həmin ictimai münasibətlərə oxşar ictimai
münasibətləri tənzimləyən qanunvericilik
normaları tətbiq edilir.
13.3. Mülki hüquq münasibətləri mülki
qanunvericiliklə və ya tərəflərin
razılaşması ilə birbaşa
tənzimlənmədikdə və onlara tətbiq edilə bilən
işgüzar adət olmadıqda həmin
münasibətlərə, əgər bu onların
mahiyyətinə zidd deyildirsə, oxşar
münasibətləri tənzimləyən mülki qanunvericilik
normaları tətbiq edilir.
13.4. Konkret ictimai münasibətləri
tənzimləyən qanunvericilik normaları
olmadığına görə həmin ictimai
münasibətlərə oxşar ictimai
münasibətləri tənzimləyən qanunvericilik
normalarını tapmaq mümkün olmadıqda hüququn
analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan
Respublikasının Konstitusiyasında və qanunlarda təsbit
edilmiş hüququn konkret sahələrinə aid
prinsiplərdən və hüququn ümumi
prinsiplərindən istifadə olunur. Hüququn analogiyası
tətbiq edilərkən ədalət, insaf və
mənəviyyat tələbləri nəzərə alınmalıdır.
13.5. Cinayət, inzibati xətalar və vergi
qanunvericiliyində, məsuliyyətə cəlb olunma,
hüquqların məhdudlaşdırılması və
vəzifələrin müəyyən edilməsi hallarında
hüququn analogiyasından və ya qanunun analogiyasından
istifadə oluna bilməz.
Maddə 14.
Qanunvericilikdə boşluqların aşkar edilməsi
14.0. Qanunvericilikdə boşluqlar aşkar
edilərkən aşağıdakılar nəzərə
alınmalıdır:
14.0.1. faktiki hal hüquqi tənzimləmə
dairəsinə aid olmalıdır;
14.0.2. konkret ictimai münasibətləri
tənzimləyən qanunvericilik normaları olmamalıdır;
14.0.3. faktiki hal qanunvericilikdə qismən
tənzimlənməlidir (tam tənzimlənməməlidir).
Maddə 15. Hüququn
analogiyasından və ya qanunun analogiyasından istifadə
olunması haqqında qərar
15.1. Qanunvericilikdə boşluqları aşkar edən
və bu Konstitusiya Qanununun 14-cü maddəsini tətbiq
edən subyekt konkret ictimai münasibətlərin
tənzimlənməsinin səlahiyyətlərinə aid
edildiyi normayaratma orqanına bu barədə məlumat
verməlidir.
15.2. Hüququn analogiyasından və ya qanunun
analogiyasından istifadə olunması haqqında Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin qərarı
Azərbaycan Respublikasının Hüquqi Aktların
Dövlət Reyestrinin elektron variantında dərc edildiyi
gündən qüvvəyə minir.
Maddə 16. Hüququn
analogiyasından və ya qanunun analogiyasından istifadə
olunmasını istisna edən hallar
16.0. Aşağıdakı hallarda hüququn
analogiyasından və ya qanunun analogiyasından istifadə
oluna bilməz:
16.0.1. qanunvericilikdə boşluqlar zahiri xarakter
daşıdıqda;
16.0.2. normativ tənzimləmə zərurəti
olmadıqda;
16.0.3. normativ tənzimləmə qanunla qadağan
olunduqda;
16.0.4. normativ tənzimləmə mövcud olduqda.
IV fəsil
NORMATİV HÜQUQİ AKTLARIN
NÖVLƏRİ
Maddə 17. Azərbaycan
Respublikası Milli Məclisinin normativ hüquqi aktları
17.1. Azərbaycan Respublikası Konstitusiyasının
93-cü maddəsinə uyğun olaraq, Azərbaycan
Respublikası Milli Məclisinin normativ hüquqi aktları
qanunlar formasında qəbul edilir.
17.2. Tənzimlənməsi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsi və 95-ci
maddəsinin II hissəsi ilə Azərbaycan Respublikası
Milli Məclisinin səlahiyyətlərinə aid edilmiş
ictimai münasibətlər qanunla tənzimlənir.
17.3. Azərbaycan Respublikası Milli Məclisinin
normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinad
etdiyi Azərbaycan Respublikası Konstitusiyasının
maddəsi göstərilməli və aktın həmin
maddənin icrası məqsədi ilə qəbul olunduğu
qeyd edilməlidir.
Maddə 18. Azərbaycan
Respublikası Prezidentinin normativ hüquqi aktları
18.1. Azərbaycan Respublikası Konstitusiyasının
113-cü maddəsinə uyğun olaraq, Azərbaycan
Respublikası Prezidentinin normativ hüquqi aktları fərman
formasında qəbul edilir.
18.2. Azərbaycan Respublikası Prezidentinin
fərmanları Azərbaycan Respublikasının
Konstitusiyası ilə Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərinə aid edilmiş və normativ
tənzimləmə predmeti olan məsələlər
üzrə qəbul edilir.
18.3. Azərbaycan Respublikasının Prezidenti
tərəfindən qəbul edilən əsasnamələr,
nizamnamələr, qaydalar və norma nəzərdə tutan
digər aktlar Azərbaycan Respublikası Prezidentinin
fərmanları ilə təsdiq edilir.
18.4. Azərbaycan Respublikası Prezidentinin normativ
hüquqi aktı qəbul olunduqda bu aktın istinad etdiyi
Azərbaycan Respublikası Konstitusiyasının maddəsi
göstərilməli və aktın həmin maddənin
icrası məqsədi ilə qəbul olunduğu qeyd
edilməlidir.
Maddə 19. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları
19.1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti Azərbaycan Respublikası Konstitusiyasının 120-ci
maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan
Respublikasının Konstitusiyası və Azərbaycan
Respublikası Prezidentinin aktları əsasında,
Azərbaycan Respublikası Konstitusiyasının, referendum
aktının, Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının
icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Konstitusiyası və
Azərbaycan Respublikası Prezidentinin aktları ilə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
səlahiyyətlərinə aid edilmiş
məsələlər üzrə qərarlar formasında
normativ hüquqi aktlar qəbul edir.[11]
19.2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən qəbul edilən
əsasnamələr, nizamnamələr, qaydalar və norma
nəzərdə tutan digər aktlar Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları ilə
təsdiq edilir.
19.3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti habelə mərkəzi icra hakimiyyəti orqanları
tərəfindən həll edilə bilməyən
məsələlər üzrə normativ hüquqi aktlar
qəbul edir.
19.4. Normativ hüquqi akt Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
qəbul olunduqda bu normativ hüquqi aktın istinad etdiyi
Azərbaycan Respublikası Konstitusiyasının maddəsi
və ya Azərbaycan Respublikası Prezidentinin aktı
göstərilməli və bu Konstitusiya Qanununun 19.1-ci
maddəsində göstərilən aktların icrasını
təmin etmək məqsədi ilə qəbul olunduğu
qeyd edilməlidir. [12]
Maddə 20. Mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları
20.1. Mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktları Azərbaycan Respublikası
Prezidentinin aktına, habelə Azərbaycan Respublikası
Konstitusiyasından, referendum aktından, Azərbaycan
Respublikası qanunlarından və Azərbaycan Respublikası
Prezidentinin aktlarından irəli gəldiyi halda Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aktına əsasən,
yalnız Azərbaycan Respublikası Prezidentinin aktları
ilə onların səlahiyyətlərinə aid edilmiş
məsələlər üzrə qəbul edilə bilər. [13]
20.2. Mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktları qərarlar formasında qəbul
edilir.
20.3. Mərkəzi icra hakimiyyəti orqanları
tərəfindən qəbul edilən təlimatlar,
əsasnamələr, nizamnamələr və qaydalar
qərarlarla təsdiq edilir.
20.4. Normativ hüquqi akt mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən qəbul olunduqda
bu normativ hüquqi aktın qəbulu üçün bu
Konstitusiya Qanununun 20.1-ci maddəsinə uyğun olaraq əsas
olmuş akt göstərilməli və həmin aktın
icrasını təmin etmək məqsədi ilə
qəbul olunduğu qeyd edilməlidir. [14]
Maddə 21. Naxçıvan
Muxtar Respublikasının dövlət orqanlarının
normativ hüquqi aktlarının növləri
Naxçıvan Muxtar Respublikasının
dövlət orqanlarının normativ hüquqi
aktlarının növləri Naxçıvan Muxtar
Respublikasının Konstitusiyası ilə müəyyən edilir.
V
fəsil
AZƏRBAYCAN RESPUBLİKASININ NORMATİV
HÜQUQİ AKTLARINDA BEYNƏLXALQ HÜQUQUN HAMILIQLA QƏBUL
EDİLMİŞ PRİNSİP VƏ NORMALARININ VƏ
AZƏRBAYCAN RESPUBLİKASININ TƏRƏFDAR ÇIXDIĞI
BEYNƏLXALQ MÜQAVİLƏLƏRİN NORMALARININ HƏYATA
KEÇİRİLMƏSİ
Maddə 22. Beynəlxalq
hüququn hamılıqla qəbul edilmiş prinsip və
normalarının üstünlüyü
Azərbaycan Respublikası beynəlxalq hüququn
hamılıqla qəbul edilmiş prinsip və
normalarının üstünlüyünü tanıyır
və Azərbaycan Respublikası qanunvericiliyinin onlara
uyğunluğunu təmin edir.
Maddə 23. Beynəlxalq
müqavilələrlə normativ hüquqi aktların
qarşılıqlı nisbəti
23.1. Azərbaycan
Respublikası Konstitusiyasının 148-ci maddəsinin II
hissəsinə uyğun olaraq, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr Azərbaycan
Respublikasının qanunvericilik sisteminin tərkib
hissəsidir.
23.2. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələrin Azərbaycan Respublikasının normativ
hüquqi aktlarına münasibətdə hüquqi
qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının
151-ci maddəsi ilə müəyyən edilir.
23.3. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı hökumətlərarası
müqavilələr həmin müqavilələrin
Azərbaycan Respublikası üçün məcburiliyinə
razılığın ifadə olunduğu normativ hüquqi
aktlardan daha üstün hüquqi qüvvəyə malikdir.
23.4. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr,
həmin müqavilələrdə əks etdirilmiş
normaların tətbiqi üçün dövlətdaxili
normativ hüquqi aktın qəbul olunmasını tələb
edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir.
Maddə 24. Azərbaycan
Respublikasının beynəlxalq öhdəliklərinin
həyata keçirilməsinə yönəlmiş normativ
hüquqi aktların qəbul edilməsinin əsasları
24.0. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdən irəli gələn
öhdəliklərin həyata keçirilməsinə yönəlmiş
normativ hüquqi aktlar aşağıdakı hallarda qəbul
edilir:
24.0.1. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin
predmetini Azərbaycan Respublikasının normativ hüquqi
aktları ilə tənzimlənməyən
məsələlər təşkil etdikdə;
24.0.2. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdən irəli gələn
öhdəliklərin yerinə yetirilməsi müvafiq normativ
hüquqi akt qəbul edilmədən mümkün olmadıqda;
24.0.3. beynəlxalq müqavilənin
tərəfləri müvafiq normativ hüquqi aktların
qəbul edilməsi barədə razılığa
gəldikdə.
VI
fəsil
NORMATİV HÜQUQİ AKTA DAİR
ÜMUMİ TƏLƏBLƏR
Maddə 25. Normativ hüquqi
aktın tərtib edilməsi üslubu
25.1. Normativ hüquqi aktlar daxilən
uzlaşdırılmalı, məntiqli qurulmalı və
normayaratma texnikasına uyğun olmalıdır.
25.2. Normativ hüquqi aktın normaları ifadə
edilərkən həm həddindən artıq
ümumiləşdirilmiş, həm də həddindən
artıq təfərrüatlı ifadələrə,
eləcə də eyni məsələ ilə bağlı
normativ göstərişlərin təkrarlanmasına və
onların çoxluğuna yol verilməməlidir.
25.3. Normativ hüquqi aktın (onun struktur elementinin)
adı yığcam olmalı, aydın ifadə edilməli
və həmin aktın (struktur elementinin) əsas mahiyyətini
əks etdirməlidir.
25.4. Normativ hüquqi aktın normaları yığcam
şəkildə, əsasən təsdiq formasında və
indiki zamanda ifadə edilməlidir.
25.5. Normativ hüquqi aktın mətnində
istifadə edilən termin və anlayışlar aydın
və birmənalı olmalıdır.
Maddə 26. Normativ hüquqi
aktda normaların yerləşdirilməsinin
ardıcıllığı
Normativ hüquqi aktın mətnində əvvəl
ümumi, sonra isə daha konkret müddəalar
yerləşdirilir.
Maddə
27.
Normativ hüquqi aktların layihələrinin dövlət
orqanları tərəfindən hazırlanmasının,
razılaşdırılmasının, qəbul edilməsinin
və dərc edilməsinin tənzimlənməsi[15]
27.1. Normativ hüquqi aktların müxtəlif
növlərinin layihələrinin hazırlanması, razılaşdırılması,
qəbul edilməsi və dərc edilməsi
qaydasının xüsusiyyətləri, onlar üçün
texniki-hüquqi tələblər, habelə bu Konstitusiya Qanunu
ilə tənzimlənməmiş digər
məsələlər müvafiq olaraq Azərbaycan
Respublikasının Milli Məclisi və Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq edilən
qaydalarla müəyyən edilir.[16]
27.2. Normativ hüquqi aktların layihələrinin
hazırlanması,
razılaşdırılması, qəbul edilməsi və
dərc edilməsi qaydası normayaratma fəaliyyətinin
subyektlərinin və normayaratma orqanlarının
hüquqlarını məhdudlaşdıra bilməz.
VII
fəsil
NORMATİV HÜQUQİ AKTIN STRUKTURU
Maddə 28. Normativ hüquqi
aktların rekvizitləri
28.0. Normativ hüquqi aktların məcburi
rekvizitləri aşağıdakılardır:
28.0.1. aktın növü (Azərbaycan
Respublikasının Qanunu, Azərbaycan Respublikası
Prezidentinin fərmanı, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarı və s.);
28.0.2. hüquqi tənzimləmə predmetini əks
etdirən normativ hüquqi aktın adı
(sərlövhəsi);
28.0.3. aktın qəbul edildiyi tarix, yer və qeydiyyat
nömrəsi;
28.0.4. müvafiq normativ hüquqi aktı rəsmi
imzalamaq səlahiyyətinə malik olan şəxsin adı,
soyadı, vəzifəsi və imzası.
Maddə 29. Normativ hüquqi
aktın adı
29.1. Hər bir normativ hüquqi akt onun hüquqi
tənzimləmə predmetini və əsas mahiyyətini
əks etdirən ada malik olmalıdır.
29.2. Bu Konstitusiya Qanununun 29.3-cü
maddəsində nəzərdə tutulan
hallar istisna olmaqla, bir və ya bir neçə normativ
hüquqi aktda dəyişikliklər edildikdə,
həmçinin bir və ya bir neçə normativ hüquqi
akt ləğv edildikdə, həmin dəyişiklikləri
və ya ləğvetməni nəzərdə tutan aktın
adında dəyişikliklər edilən və ya ləğv
edilən normativ hüquqi aktın (aktların) adı
(adları) göstərilməlidir.[17]
29.3. Aşağıdakı hallarda
dəyişikliklər edilən və ya ləğv edilən
normativ hüquqi aktın (aktların) adının
(adlarının) göstərilməməsinə yol verilir:[18]
29.3.1. ad və ya rəqəm
dəyişiklikləri ilə əlaqədar bir neçə
normativ hüquqi aktlara dəyişikliklər edildikdə
və ya bir neçə normativ hüquqi akt ləğv
edildikdə;
29.3.2. yeni normativ hüquqi aktın
qəbul edilməsi ilə əlaqədar normativ hüquqi
aktların kolliziyasının aradan qaldırılması
məqsədilə bir neçə normativ hüquqi aktlara
dəyişikliklər edildikdə və ya bir neçə
normativ hüquqi akt ləğv edildikdə;
29.3.3. yeni normativ hüquqi aktla həmin
aktın tənzimləmə predmetinə aid digər normativ
hüquqi akt ləğv edildikdə.
29.4. Bu Konstitusiya Qanununun 29.3.2-ci
maddəsində nəzərdə tutulmuş hallarda həmin
normativ hüquqi aktın adında onun hansı normativ
hüquqi aktın qəbul edilməsi ilə əlaqədar
olduğu qeyd edilir.
Maddə 30. Normativ hüquqi
aktın struktur elementləri
30.1. Normativ hüquqi aktın struktur elementləri preambuladan,
bölmədən, fəsildən, maddədən,
hissədən, bənddən, yarımbənddən və
abzasdan ibarətdir.
30.2. Normativ hüquqi aktın mətni onun
növündən asılı olaraq, bölmədə
birləşən fəsillərə, fəsildə
birləşən maddələrə, maddədə
birləşən hissələrə, hissədə
birləşən bəndlərə, bənddə
birləşən yarımbəndlərə və
yarımbənddə birləşən abzaslara
bölünə bilər. Qanun, o cümlədən
dəyişiklikləri nəzərdə tutan qanun, qanunla
təsdiq edilən əsasnamə, nizamnamə, qayda və norma
nəzərdə tutan digər akt maddələrə,
digər normativ hüquqi aktlar, o cümlədən referendum
aktı hissələrə bölünür.
Məcəllədə və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə digər struktur elementləri də
ola bilər. Məcəllədə mündəricat
verilməlidir. İri həcmli digər normativ hüquqi
aktlarda da mündəricat verilə bilər.
30.3. Normativ hüquqi aktın preambulası onun
qəbul edilməsinin səbəblərini,
şərtlərini və məqsədlərini əks
etdirən giriş hissəsidir. Preambulaya normativ göstərişlərin
daxil edilməsinə yol verilmir.
30.4. Normativ hüquqi aktın bölməsi
fəsilləri özündə birləşdirən struktur
elementidir. Bölmə rum rəqəmi ilə
nömrələnir, mahiyyətini əks etdirən, baş
hərflərlə yazılan və sətrin ortasında
yerləşdirilən ada malik olmalıdır.
30.5. Normativ hüquqi aktın fəsli maddələri
özündə birləşdirən struktur elementidir.
Fəsil ərəb rəqəmi ilə nömrələnir,
mahiyyətini əks etdirən, baş hərflərlə
yazılan və sətrin ortasında yerləşdirilən
ada malik olmalıdır.
30.6. Normativ hüquqi aktın maddəsi
hissələri özündə birləşdirən və
tamamlanmış normativ müddəanı əks etdirən
əsas struktur elementidir. Maddə ərəb rəqəmi
ilə nömrələnir və rəqəmdən sonra
nöqtə qoyulur. Maddə, o cümlədən qanunla
təsdiq edilən əsasnamənin, nizamnamənin, qaydanın
və norma nəzərdə tutan digər aktın maddəsi
onun mahiyyətini əks etdirən və sətri
hərflərlə yazılan ada malik olmalıdır.
Dəyişiklikləri nəzərdə tutan qanunun və
hər hansı əsasnaməni, nizamnaməni, qaydanı
və norma nəzərdə tutan digər aktı təsdiq
edən qanunun maddəsinin adı olmur.
30.7. Maddə olmayan normativ hüquqi aktda hissə
bəndləri özündə birləşdirə bilən
və tamamlanmış normativ müddəanı əks
etdirən əsas struktur elementidir. Hissə (maddədə
hissənin nömrəsinin birinci rəqəmi maddənin
nömrəsini təkrarlamaqla) ərəb rəqəmi
ilə nömrələnir və rəqəmdən sonra nöqtə
qoyulur. Hissənin mətni sətri hərflərlə
yazılır və nöqtə ilə tamamlanır. Normativ
hüquqi aktla (qanun istisna olmaqla) təsdiq edilən
əsasnamədə, nizamnamədə, qaydada və norma
nəzərdə tutan digər aktda, mərkəzi icra
hakimiyyəti orqanının normativ hüquqi aktında
hissənin mahiyyətini əks etdirən, sətri
hərflərlə yazılan və sətrin ortasında
yerləşdirilən adı olmalıdır.
30.8. Normativ hüquqi aktın bəndi
yarımbəndləri özündə birləşdirə
bilən, hissənin nömrəsini təkrarlamaqla ərəb
rəqəmi ilə nömrələnən və
rəqəmdən sonra nöqtə qoyulan struktur elementidir.
Bəndin mətni sətri hərflərlə yazılır
və nöqtəli vergül və ya nöqtə ilə
tamamlanır.
30.9. Normativ hüquqi aktın yarımbəndi
abzasları özündə birləşdirə bilən,
bəndin nömrəsini təkrarlamaqla ərəb
rəqəmi ilə nömrələnən və
rəqəmdən sonra nöqtə qoyulan struktur elementidir.
Yarımbəndin mətni sətri hərflərlə
yazılır və nöqtəli vergül və ya
nöqtə ilə tamamlanır.
30.10. Normativ hüquqi aktın abzası
yarımbəndin tərkib hissəsi olan, yarımbəndin nömrəsini təkrarlamaqla
ərəb rəqəmi ilə nömrələnən və
rəqəmdən sonra nöqtə qoyulan struktur elementidir.
Abzasın mətni sətri hərflərlə yazılır
və nöqtəli vergül və ya nöqtə ilə
tamamlanır.[19]
30.11. Struktur elementləri ardıcıl və
bütün normativ hüquqi akt üçün eyni qaydada
nömrələnməlidir. Sətrin ortasında
yerləşdirilməli olan struktur elementləri istisna olmaqla,
struktur elementləri mətnin birinci sətrinin
əvvəlində (abzas yarımbəndin mətninin birinci
sətrinə münasibətdə) boş yer
buraxılmaqla yerləşdirilir. Normativ hüquqi aktda
maddənin hissəsinə, bəndinə, yarımbəndinə və abzasına istinad
edilərkən, onlar maddə adlandırılır.[20]
30.12. Normativ hüquqi aktlarda bu maddədə
göstərilən struktur elementlərindən onlara xas olmayan
rəqəm və ya digər işarələrlə
istifadə edilməsinə müstəsna hallarda və normativ
hüquqi aktlarda xüsusi qeyd-şərtlər olduqda yol
verilir.
Maddə 31.
Məcəllələşdirilmiş normativ hüquqi
aktların strukturunun xüsusiyyətləri
31.1. Məcəllələşdirilmiş normativ
hüquqi aktın bölmələri ümumi və xüsusi
hissələrdə birləşdirilə bilər.
31.2. Məcəllələşdirilmiş normativ
hüquqi aktın ümumi hissəsi
aşağıdakıları əks etdirməlidir:
31.2.1. əsas müddəalar (prinsiplər,
anlayışların tərifi, əsas təsisatlar);
31.2.2. ixtisaslaşdırılmış normativ
müddəalar (prezumpsiyalar, preyudisiyalar);
31.2.3. yüksək dərəcəli
ümumiləşdirmə və sabitliklə
səciyyələnən və xüsusi hissənin
normalarının istifadəsi üçün hüquqi
əsas yaradan digər ilkin normativ müddəalar.
31.3. Məcəllələşdirilmiş normativ
hüquqi aktın xüsusi hissəsi
aşağıdakıları ifadə edən normaları
əhatə edə bilər:
31.3.1. mümkün və lazımi
davranışın (hüquq və vəzifələr)
növü və ölçüsü (qaydaları);
31.3.2. hüquq normalarının mümkün
pozuntularının mənfi nəticələrinin (hüquqi
məsuliyyətin) növü və ölçüsü.
Maddə 32. Normativ hüquqi
aktlarda dəyişikliklərin edilməsinin texniki
parametrləri
32.1. Normativ hüquqi aktın struktur elementi
(bölməsi, fəsli, maddəsi, hissəsi və s.)
qüvvədən düşmüş hesab edildikdə və
ya ləğv edildikdə, o qüvvədə olan aktdan
çıxarılır, lakin onun nömrəsi
saxlanılır və normativ hüquqi aktın struktur
elementlərinin (bölmələrin, fəsillərin,
maddələrin, hissələrin və s.) nömrələri
dəyişmir.
32.2. Normativ hüquqi akta yeni struktur element
(bölmə, fəsil, maddə, hissə və s.)
əlavə edildikdə, o, aktın struktur elementlərinin
nömrələrini təkrarlamaqla əlavə nömrə
ilə daxil edilir.
32.3. Bir neçə struktur elementlərindən
ibarət struktur elementə edilən dəyişikliyin onu
təşkil edən digər struktur elementlərə
(hissənin bəndlərinə, bəndin
yarımbəndlərinə və yarımbəndin
abzaslarına) şamil edilmədiyi mötərizədə
göstərilməklə müəyyənləşdirilir
və bu cür mötərizənin olmaması müvafiq
dəyişikliyin bütövlükdə struktur elementi
əhatə etdiyini bildirir.
Maddə 33. Normativ hüquqi
aktlarda başqa aktlara istinad edilməsi və başqa
aktların müddəalarının təkrarlanması
Zəruri hallarda normativ hüquqi aktda digər
bərabər və ya daha yüksək hüquqi
qüvvəyə malik olan normativ hüquqi aktların struktur
elementlərinə istinadlara, habelə daha yüksək
hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlara
istinad etməklə, belə normativ hüquqi aktların
ayrı-ayrı müddəalarının təkrarlanmasına
yol verilir. Bu cür təkrarlanmada müvafiq normaya istinad
olmalı, həmin norma dürüst ifadə edilməli və
daha yüksək hüquqi qüvvəyə malik olan normativ
hüquqi aktın normasının mənası
dəyişdirilməməlidir.
Maddə 34. Normativ hüquqi
aktların struktur elementlərində başqa struktur
elementlərə istinad edilməsi
Hüquq normaları arasında
qarşılıqlı əlaqəni pozmamaq və ya
təkrarlara yol verməmək zərurəti olduğu hallarda
normativ hüquqi aktın struktur elementlərində həmin
aktın başqa struktur elementlərinə istinad edilə
bilər.
Maddə 35. Sətiraltı
qeydlər və əlavələr
35.1. Normativ hüquqi aktların (onların struktur
elementlərinin) ayrıca struktur elementləri kimi onlara dair
sətiraltı qeydlər ola bilər. Sətiraltı
qeydlərdən, izahlardan və ya ixtisar edilmiş adlardan onlar
normativ hüquqi aktın (onun struktur elementlərinin)
mətninə yerləşdirilə bilmədikdə
istifadə edilir.
35.2. Normativ hüquqi aktda cədvəllər,
qrafiklər, xəritələr, sxemlər, siyahılar,
illüstrasiyalar və s. göstərildikdə onlar
əlavə formasında rəsmiləşdirilməli, normativ
hüquqi aktın müvafiq struktur elementlərində isə
həmin əlavələrə dair istinadlar olmalıdır.
Maddə 36. Normativ hüquqi
aktda məsuliyyət tədbirlərinin nəzərdə
tutulması
Dövlət və yerli özünüidarə
orqanlarının, siyasi partiyaların, ictimai birliklərin,
digər hüquqi şəxslərin, onların
vəzifəli şəxslərinin, habelə fiziki
şəxslərin vəzifələrini nəzərdə
tutan aktlarda həmin vəzifələrin pozulmasına
görə qüvvədə olan qanunvericiliklə
məsuliyyət nəzərdə tutulmamışdırsa, bu
cür məsuliyyət tədbirləri
göstərilməlidir.
VIII
fəsil
NORMAYARATMA PROSESİ
Maddə 37. Hüquq
sisteminin sabitliyi
Qanunlarla və ya fərmanlarla digər hal
nəzərdə tutulmadıqda, normativ hüquqi aktda onun
qəbul edilməsindən sonra 6 aydan tez müddətdə
dəyişikliklər edilməsinə daha yüksək
hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın
tələbləri və ya normativ hüquqi aktın
hüquqi, linqvistik, iqtisadi, ekoloji, kriminoloji və ya maliyyə
ekspertizasının rəyi əsasında yol verilir.
Maddə 38. Qanunvericilik
təşəbbüsü hüququnun subyektləri
Qanunvericilik təşəbbüsü hüququ
Azərbaycan Respublikası Konstitusiyasının 96-cı
maddəsi ilə müəyyən edilmiş subyektlərə
mənsubdur.
Maddə 39. Normayaratma
təşəbbüsünün subyektləri
39.1. Normayaratma təşəbbüsünün
subyektləri onlara verilmiş səlahiyyətlərə
uyğun olaraq normativ hüquqi aktın layihəsinin və ya
onun hər hansı struktur elementinin qəbul olunması, aktda
dəyişikliklər edilməsi, aktın şərh
edilməsi, qüvvəsinin dayandırılması və ya
ləğv edilməsi zərurəti haqqında təklifi bu
Konstitusiya Qanununun 48-ci maddəsinə uyğun olaraq normayaratma
orqanına təqdim etmək hüququ olan subyektlərdir.
39.2. Normayaratma təşəbbüsünün
subyekti olmayan dövlət orqanları və vəzifəli
şəxslər, habelə fiziki və hüquqi
şəxslər normativ hüquqi aktın qəbul edilməsi
ilə bağlı təkliflərini və ya normativ hüquqi
aktın layihəsini Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq
səlahiyyətlərə malik olan dövlət orqanlarına
təqdim edə bilərlər. Bu halda bu Konstitusiya Qanununun
48-ci maddəsinə riayət olunmaya bilər.
Maddə 40. Normayaratma
prosesinin mərhələləri
40.0. Normayaratma prosesi aşağıdakı
mərhələlərdə, müəyyən olunmuş
prosedura əməl etməklə həyata keçirilir:
40.0.1. normayaratma fəaliyyətinin
planlaşdırılması;
40.0.2. normayaratma təşəbbüsü (normativ
hüquqi aktın layihəsinin hazırlanması);
40.0.3. normativ hüquqi aktın qəbul edilməsi;
40.0.4. normativ hüquqi aktın Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməsi;
40.0.5. normativ hüquqi aktın dərc edilməsi.
Maddə 41. Normativ hüquqi
aktların layihələrinin hazırlanmasının
planlaşdırılması
41.1. Normativ hüquqi aktların layihələrinin
hazırlanması planlı əsasda həyata keçirilir.
41.2. Normativ hüquqi aktların layihələrinin
hazırlanmasının planlaşdırılmasına
normayaratma orqanları tərəfindən
aşağıdakıların təsdiq edilməsi daxildir:
41.2.1. normativ hüquqi aktların layihələrinin
hazırlanması haqqında müddəaları əks
etdirən dövlət proqramları;
41.2.2. qanun layihələrinin hazırlanmasının
illik planları və normativ hüquqi aktların
layihələrinin hazırlanmasının digər
planları.
Maddə 42. Normativ hüquqi
aktların layihələrinin hazırlanması
planlarının tərtib edilməsi qaydası
42.1. Müvafiq olaraq Azərbaycan Respublikasının
Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti
qanun layihələrinin hazırlanmasının
qarşılıqlı razılaşdırılmış
illik planını tərtib edir. Qanun layihələrinin
hazırlanmasının illik planında əhəmiyyətli
və mürəkkəb qanun layihələrinin
konsepsiyalarının hazırlanması nəzərdə
tutula bilər.
42.2. Normayaratma orqanları dövlət proqramları
və ya qanun layihələrinin hazırlanmasının illik
planı əsasında normativ hüquqi aktların
layihələrinin hazırlanması ilə bağlı öz
planlarını tərtib və təsdiq edə
bilərlər.
42.3. Normativ hüquqi aktların layihələrinin
hazırlanması planları tərtib edilərkən
normayaratma fəaliyyətinin subyektlərinin, digər
maraqlı orqanların, elmi təşkilatların, habelə
digər fiziki və hüquqi şəxslərin
təklifləri nəzərə alına bilər.
Maddə 43. Dövlət
proqramlarının və normativ hüquqi aktların
layihələrinin hazırlanması planlarının
həyata keçirilməsinə nəzarət
Dövlət proqramlarının və normativ
hüquqi aktların layihələrinin hazırlanması
planlarının həyata keçirilməsinə onları
təsdiq etmiş normayaratma orqanları nəzarət
edirlər.
Maddə 44. Normativ hüquqi
aktların layihələrinin hazırlanmasının
planlaşdırılması üzrə fəaliyyətdə
aşkarlığın təmin edilməsi
44.1. Dövlət proqramları və normativ hüquqi
aktların layihələrinin hazırlanması planları
onları təsdiq etmiş normayaratma orqanlarının
aktları üçün nəzərdə tutulmuş qaydada
təsdiq və dərc edilir.
44.2. Təsdiq edilmiş dövlət proqramları
və normativ hüquqi aktların layihələrinin
hazırlanması planları məlumat üçün
əlaqədar dövlət orqanlarına göndərilir.
Maddə 45. Normativ hüquqi
aktın layihəsinin hazırlanması qaydası
45.1. Normativ hüquqi aktın layihəsinin
hazırlanmasına aşağıdakılar daxil edilə
bilər:
45.1.1. normayaratma təşəbbüsünə
baxılması və layihənin hazırlanması
üzrə qərarın qəbul edilməsi;
45.1.2. layihənin hazırlanmasının
təşkilati-texniki və maliyyə təminatı;
45.1.3. zəruri materialların və məlumatların
toplanması;
45.1.4. layihənin konsepsiyasının
hazırlanması;
45.1.5. layihənin mətninin tərtib edilməsi;
45.1.6. layihənin razılaşdırılması;
45.1.7. hüquqi, linqvistik, maliyyə və digər
zəruri ekspertizaların keçirilməsi.
45.2. Normayaratma orqanı normativ hüquqi aktın
layihəsinin hazırlanmasını müstəqil
surətdə həyata keçirə və ya normayaratma
təşəbbüsünün digər subyektinin
səlahiyyətlərinə aid edilən
məsələlər üzrə həmin subyektə
tapşıra bilər, habelə layihənin
hazırlanmasına müvafiq mütəxəssisləri
cəlb edə, bunun üçün xüsusi
yaradılmış müvəqqəti komissiyalara və ya
işçi qruplarına tapşırıq verə bilər.
45.3. Normativ hüquqi aktın layihəsi müvafiq
dövlət orqanının hüquq xidmətinin
mütləq iştirakı ilə hazırlanır.
Maddə 46. Normativ hüquqi
aktın layihəsinin razılaşdırılması
46.1. Normativ hüquqi aktın layihəsinin
razılaşdırılması Azərbaycan
Respublikasının qanunvericiliyi ilə məcburi olduqda,
habelə normativ hüquqi aktda Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada digər
dövlət orqanları ilə bağlı normativ
göstərişlər və (və ya) tapşırıqlar
olduqda həmin layihə normayaratma orqanına təqdim
edilməzdən əvvəl maraqlı dövlət
orqanları ilə razılaşdırılmalıdır.
46.2. Normativ hüquqi aktın layihəsinin
razılaşdırılması aşağıdakı
vasitələrlə həyata keçirilir:
46.2.1. dövlət orqanı tərəfindən
mövcud irad və təkliflər əsaslandırılmaqla
və ya təklif edilən normativ
göstərişlərlə razılaşmadıqda, normativ
hüquqi aktın layihəsi və ya onun ayrıca struktur
elementi normayaratma texnikasının müəyyən
edilmiş qaydalarına uyğun əlavə olunmaqla müvafiq
layihəyə dair yazılı formada razılığın
verilməsi və verilməməsi;
46.2.2. dövlət orqanının rəhbəri (o olmadıqda isə onun
vəzifələrini icra edən şəxs)
tərəfindən normativ hüquqi aktın layihəsinin
vizalanması (ona dair irad və təkliflər olduqda onları
əsaslandırmaqla və normativ hüquqi aktın layihəsi
və ya onun ayrıca struktur elementinin təklif edilən
redaksiyası normayaratma texnikasının müəyyən
edilmiş qaydalarına uyğun əlavə edilməklə).[21]
46.3. Normativ hüquqi aktın layihəsinin
razılaşdırılması zamanı hüquqi
cəhətdən əsaslandırılmamış irad və
təkliflərə baxılmır.
46.4. Azərbaycan Respublikası Prezidentinin və ya
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarında
digər hal nəzərdə tutulmadıqda, normativ hüquqi
aktın layihəsinin razılaşdırılması
zamanı dövlət orqanı tərəfindən müvafiq
layihəyə dair razılıq verilməsi və ya
verilməməsi layihənin müəyyən olunmuş
qaydada alındığı gündən ən geci 60 gün
keçənədək, onun vizalanması isə ən geci
5 gün keçənədək həyata keçirilir. Normativ hüquqi aktın
layihəsi razılaşdırıldıqdan sonra ən geci 7
gün keçənədək vizalanmalıdır, əks
halda layihə vizalanmış hesab olunur.[22]
46.5. Razılaşdırılma haqqında məlumat
bu Konstitusiya Qanununun 46.4-cü maddəsi ilə
müəyyən edilmiş müddətdə təqdim
edilmədikdə və bu zaman razılaşdırılma
müddətinin uzadılması zərurəti və ya bu
müddətin uzadılmasından imtina edilməsi
əsaslandırılmaqla razılaşdırılma
müddətinin uzadılması haqqında təklif
olmadıqda, normativ hüquqi aktın layihəsi
razılaşdırılmış hesab olunur.
46.6. Azərbaycan Respublikasının Prezidenti
tərəfindən Azərbaycan Respublikasının Milli
Məclisinə təqdim edilmiş qanun layihəsi
bütün maraqlı dövlət orqanları ilə
razılaşdırılmış hesab olunur.
46.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarının layihəsi mərkəzi icra hakimiyyəti
orqanları ilə razılaşdırılmalıdır,
mərkəzi icra hakimiyyəti orqanının normativ
hüquqi aktının layihəsi isə əlaqədar
mərkəzi icra hakimiyyəti orqanları ilə
razılaşdırılmalıdır.
Maddə 47. Normativ hüquqi
aktın layihəsinin ekspertizası
Bu Konstitusiya Qanunu ilə ekspertizanın məcburi
qaydada keçirilməsi nəzərdə tutulan hallar istisna
olmaqla, normayaratma orqanının və ya Azərbaycan
Respublikasının qanunvericilik aktları ilə
səlahiyyətlər verilmiş digər dövlət
orqanının qərarı ilə normativ hüquqi aktın
layihəsi başqa ekspertizadan (maliyyə, iqtisadi, ekoloji,
kriminoloji və s.) keçirilə bilər.
Maddə 48. Normativ hüquqi
aktın layihəsinin normayaratma orqanına təqdim
edilməsi
48.1. Normativ hüquqi aktın layihəsinin normayaratma
orqanına təqdim edilməsi qaydası bu Konstitusiya Qanunu,
Azərbaycan Respublikasının digər qanunvericilik
aktları və müvafiq normayaratma orqanının aktları
ilə müəyyən edilir.
48.2. Normayaratma orqanına təqdim edilən normativ
hüquqi aktın layihəsinə, onun növündən
asılı olaraq, aşağıdakılar əlavə
edilir:
48.2.1. müşayiət məktubu, normativ hüquqi
aktın layihəsinin uyğunluğunun təmini haqqında
arayış (müvafiq layihələr əlavə olunmaqla
(olduğu halda)) və normativ hüquqi aktın qəbul
edilməsi zərurətinin əsaslandırılması, o
cümlədən maliyyə-iqtisadi
əsaslandırılması;[23]
48.2.2. normativ hüquqi aktın layihəsinin
razılaşdırılması (vizalanması) haqqında
məlumatı əks etdirən sənədlər;
48.2.3. normativ hüquqi aktın layihəsinə dair
ekspert rəyləri;
48.2.4. normativ hüquqi aktın layihəsini
hazırlamış şəxslərin siyahısı;
48.2.5. normativ hüquqi aktın layihəsinə aid
digər sənədlər (layihəni təqdim edən
subyektin qərarına əsasən).
48.2-1. Normativ hüquqi aktın
layihəsinin uyğunluğunun təmini haqqında
arayışa aşağıdakılar barədə
məlumatlar daxil edilməlidir:[24]
48.2-1.1. qanun və fərman
layihələrinin qəbul olunması ilə əlaqədar
ləğv, dəyişikliklər edilməli və
hazırlanmalı olan digər qanun və fərman layihələrinin
olub-olmaması (olduğu halda müvafiq layihələr
əlavə olunur);
48.2-1.2. layihənin hansı
dövlət orqanları (qurumları) ilə
razılaşdırıldığı.
48.3. Normativ hüquqi aktın qəbul olunması
zərurətinin əsaslandırılmasına
aşağıdakılar barədə məlumatlar daxil
edilməlidir:
48.3.1. normativ hüquqi aktın layihəsinin
hazırlanmasının məqsədləri, onun mövcud
hüquqi tənzimləmədə dəyişikliklər
edən struktur elementlərinin hüquqi tənzimləmə
predmeti;
48.3.2. Azərbaycan Respublikası qanunvericiliyinin və
onun tətbiqi təcrübəsinin, xarici
dövlətlərin qanunvericiliyinin, mediada dərc
olunmuş materialların, normativ hüquqi aktın
layihəsinin hüquqi tənzimləmə predmetinə dair
fiziki və hüquqi şəxslərin
müraciətlərinin aparılmış təhlili; [25]
48.3.3. normativ hüquqi aktın qəbul edilməsinin
ehtimal olunan nəticələrinin proqnozlaşdırılması;
48.3.4. normativ hüquqi aktın qəbul edilməsi
ilə əlaqədar ləğv edilməli,
dəyişikliklər edilməli, habelə hazırlanmalı
olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarlarının və mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
(onların struktur elementlərinin) siyahısı. [26]
48.4. Azərbaycan Respublikasının Milli
Məclisinə təqdim edilən qanun layihəsinə
layihənin redaksiyasına dair ekspert rəyləri
əlavə olunur. Bu zaman layihədə texniki xarakter
daşıyan dəyişikliklər edildikdə layihə
təkrar ekspert rəylərinin alınması
üçün göndərilmir.
48.5. Qanunda dəyişikliklər edilməsi
haqqında qanun layihələrinə maddənin və ya
qanunun digər struktur elementinin redaksiyası və layihə
ilə qanuna təklif edilən dəyişikliklər
nəzərə alınmaqla maddənin və ya qanunun
digər struktur elementinin redaksiyası
göstərilməklə müqayisəli cədvəl
əlavə olunur.
48.6. Azərbaycan Respublikasının Milli
Məclisinə Azərbaycan Respublikasının Prezidenti
tərəfindən təqdim edilən qanun layihəsinə
yalnız müşayiət məktubu əlavə olunur və
bu Konstitusiya Qanununun 48.3-cü və 48.4-cü
maddələrində göstərilən sənədlər
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında
saxlanılır.
48.7. Normativ hüquqi aktın
layihəsinin hazırlanması,
razılaşdırılması və normayaratma orqanına
təqdim edilməsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
informasiya sistemi vasitəsilə həyata keçirilir.[27]
IX
fəsil
NORMATİV HÜQUQİ AKTIN
LAYİHƏSİNİN, QANUNUN MƏCBURİ HÜQUQİ
EKSPERTİZASI
Maddə 49. Normativ hüquqi
aktın layihəsinin, qanunun məcburi hüquqi
ekspertizasının keçirilməsi qaydası
49.1. Normativ hüquqi aktın layihəsi və
Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq
üçün təqdim edilən qanun məcburi hüquqi
ekspertizadan keçirilməlidir.
49.2. Məcburi hüquqi ekspertiza, normativ hüquqi
aktın növündən asılı olaraq,
aşağıdakı qaydada keçirilir:
49.2.1. qanun layihələri – Azərbaycan
Respublikası Milli Məslisinin işinin təşkilati
təminatını həyata keçirən qurumun
səlahiyyətli struktur bölməsi tərəfindən;
49.2.2. Azərbaycan Respublikasının Prezidentinə
təqdim edilən normativ hüquqi aktların layihələri
və imzalanmaq üçün təqdim edilən qanunlar –
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
səlahiyyətli struktur bölməsi tərəfindən;
49.2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərar layihələri – Azərbaycan Respublikası
Nazirlər Kabinetinin işinin təşkilati
təminatını həyata keçirən qurumun
səlahiyyətli struktur bölməsi tərəfindən;
49.2.4. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
layihələri – həmin orqanların hüquq
xidmətləri tərəfindən.
Maddə 50. Normativ hüquqi
aktların layihələrinə dair ümumi
tələblər
50.0. Normativ hüquqi aktın layihəsinə dair
ümumi tələblər aşağıdakılardır:
50.0.1. bu Konstitusiya Qanununun 8-ci maddəsində
müəyyən edilən prinsiplərə uyğunluğu;
50.0.2. normativ hüquqi aktın normalarının
normativ hüquqi aktın məqsəd və
vəzifələrinə uyğunluğu;
50.0.3. normativ tənzimləmə predmetinə
uyğunluğu;
50.0.4. normativ hüquqi aktın formasının və
mahiyyətinin uyğunluğu;
50.0.5. daxili strukturun məntiqliliyi;
50.0.6. daxil edilməsi nəzərdə tutulan
normaların qarşılıqlı ziddiyyətsizliyi;
50.0.7. bir dövlət orqanının digər
dövlət orqanının səlahiyyətlərinə
müdaxilə etməməsi;
50.0.8. normativ hüquqi aktın müvafiq
səlahiyyətə malik olan normayaratma orqanı
tərəfindən öz səlahiyyəti daxilində
qəbul edilməsi;
50.0.9. normativ hüquqi aktın Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada və formada qəbul edilməsi;
50.0.10. normayaratma texnikasına uyğunluğu;
50.0.11. bu Konstitusiya Qanununun 37-ci maddəsinin
tələblərinə riayət olunması.
Maddə 51. Məcburi
hüquqi ekspertizanın rəyi
51.1. Məcburi hüquqi ekspertizanın rəyi bu
Konstitusiya Qanununa əlavə olunmuş 1 nömrəli
Əlavəyə uyğun tərtib edilir.
51.2. Normativ hüquqi aktın layihəsinə dair
məcburi hüquqi ekspertizanın rəyində
aşağıdakı nəticələrdən biri
göstərilməlidir:
51.2.1. normativ hüquqi aktın layihəsi rədd
edilir;
51.2.2. normativ hüquqi aktın layihəsi yenidən
işlənilməsi üçün normayaratma
təşəbbüsünün subyektinə
qaytarılır;
51.2.3. normativ hüquqi aktın layihəsi
dəstəklənir.
51.3. Qanuna dair məcburi hüquqi ekspertizanın
rəyində, onun Azərbaycan Respublikasının Prezidenti
tərəfindən imzalanması və ya imzalanmadan öz
etirazları ilə birlikdə Azərbaycan
Respublikasının Milli Məclisinə qaytarılması
təklif edilir.
Maddə 52. Məcburi
hüquqi ekspertizanın keçirilməsinin
ardıcıllığı
Normativ hüquqi aktın layihəsinin, qanunun
məcburi hüquqi ekspertizası məcburi linqvistik
ekspertizadan və digər ekspertizalardan əvvəl
keçirilməlidir.
X
fəsil
NORMATİV HÜQUQİ AKTIN
LAYİHƏSİNİN MƏCBURİ LİNQVİSTİK
EKSPERTİZASI
Maddə 53. Normativ hüquqi
aktın mətninə dair irəli sürülən linqvistik
tələblər
Normativ hüquqi aktın mətni lakonik formada,
normaların ziddiyyətli təfsirini istisna edən sadə
və aydın dildə, Azərbaycan ədəbi dilinin və
hüquq terminologiyasının rəsmi-işgüzar
üslubuna əməl etməklə tərtib edilir.
Maddə 54. Normativ hüquqi
aktın terminologiyası
54.1. Normativ hüquqi aktın terminologiyası aydın
anlaşılan sözlərdən və söz
birləşmələrindən istifadə etməklə
formalaşdırılmalıdır.
54.2. Normativ hüquqi aktda eyni terminlər bir mənada
işlədilməli və vahid formaya malik olmalıdır.
54.3. Normativ hüquqi aktda istifadə edilən
terminlərin və onların tərifinin
dəqiqləşdirilməsi zərurəti olduqda həmin
aktda onların mənasını izah edən maddə
(hissə, bənd) yerləşdirilir.
Maddə 55. Xüsusi
nişanlanmalardan istifadə olunması
55.1. Normativ hüquqi aktda xüsusi nişanlanmalardan
yalnız müvafiq xüsusi sahədə işlədilən
mənada istifadə olunur.
55.2. Zərurət olduqda, xüsusi nişanlanmalar
normativ hüquqi aktda izah edilir.
Maddə 56. Normativ hüquqi
aktın mətninə dair üslub tələbləri
56.0. Normativ hüquqi aktın mətnində
aşağıdakıların ifadə edilməsinə yol
verilmir:
56.0.1. loru dili, Azərbaycan dilinin dialektləri və
danışıq nitqinin ekspressiv formaları;
56.0.2. eyni mənada müxtəlif anlayışlar
(terminlər);
56.0.3. Azərbaycan dilində eynimənalı
sözlər və terminlər olduqda başqa dillərdən
alınma sözlər;
56.0.4. anlaşılmaz söz
birləşmələri, ümumiləşdirilmiş
düşüncələr, çağırışlar,
bədii müqayisələr, epitetlər, metaforalar;
56.0.5. abreviaturalar (məlum olanlar istisna olmaqla).
Maddə 57. Normativ hüquqi
aktlarda ifadə edilən ixtisarlar və
ümumiləşdirilmiş anlayışlar
57.1. Dövlət orqanlarının normativ hüquqi
aktlarda ifadə edilən adları onların
əsasnamələrinə (nizamnamələrinə),
yaradılması, adlandırılması və adlarının
dəyişdirilməsi haqqında aktlara tam uyğun olaraq
göstərilir.
57.2. Dövlət orqanlarının ixtisar edilmiş
adlarının ifadə olunmasına onların ixtisar
edilmiş adları rəsmi olduqda və yalnız texniki
normativ hüquqi aktlarda, qeyri-normativ hüquqi aktlarda, habelə
stenoqramlarda, protokollarda, xidməti məktublarda, arayış
xarakterli sənədlərdə, hüquqi aktlara dair
mətndən kənar əlavələrdə yol verilir.
57.3. Dövlət orqanlarını ifadə edən
ümumiləşdirilmiş anlayışlardan
(sözlərdən, söz birləşmələrindən)
normativ hüquqi aktlarda istifadə edilməsinə yalnız
müvafiq ümumiləşdirilmiş anlayışın
istənilən dövlət orqanına şamil olunduğu
nəzərdə tutulan hallarda yol verilir. Normativ hüquqi aktın
mətnində dövlət orqanının adının
dəfələrlə göstərilməsi tələb
olunduqda və ya sözlər qrupu ilə ifadə olunan bu
və ya digər anlayış dəfələrlə
işlədildikdə bu dövlət orqanının və ya
anlayışın adı ilk dəfə istifadə edilən
müddəada tam verilir və bu zaman mötərizədə
növbəti müddəalarda göstəriləcək
ixtisar (şərti nişanlanma) qeyd olunur.
57.4. Tam adın göstərilməsi
məqsədəuyğun olmadıqda dəfələrlə
istinadlar edilən normativ hüquqi aktın adına da bu qayda
tətbiq edilir.
Maddə 58. Normativ hüquqi
aktlarda istinadların tətbiq edilməsi
Normativ hüquqi aktda həmin normativ hüquqi akta
və ya onun struktur elementinə istinad yalnız “bu”
sözündən istifadə etməklə edilir.
Maddə 59. Normativ hüquqi
aktların layihələrinin məcburi linqvistik
ekspertizasının rəyi
59.0. Normativ hüquqi aktın layihəsinə dair
məcburi linqvistik ekspertizanın rəyində
aşağıdakı nəticələrdən biri
göstərilməlidir:
59.0.1. normativ hüquqi aktın layihəsi rədd
edilir;
59.0.2. normativ hüquqi aktın layihəsi yenidən
işlənilməsi üçün normayaratma
təşəbbüsünün subyektinə
qaytarılır;
59.0.3. normativ hüquqi aktın layihəsi
dəstəklənir.
Maddə 60. Normativ hüquqi
aktların layihələrinin məcburi linqvistik
ekspertizasının forması
Məcburi linqvistik ekspertizanın rəyi normativ
hüquqi aktın layihəsinin mətnində aparılan
düzəlişlər formasında tərtib edilir.
XI
fəsil
NORMATİV HÜQUQİ AKTLARIN (ONLARIN
LAYİHƏLƏRİNİN) SUİ-İSTİFADƏYƏ
MƏRUZ QALMASINA DAİR EKSPERTİZASININ
KEÇİRİLMƏSİ
Maddə 61. Normativ hüquqi
aktların (onların layihələrinin) sui-istifadəyə
məruz qalmasına dair ekspertizasının
keçirilməsinin məqsədi
Məcburi hüquqi ekspertizadan keçirilən normativ
hüquqi aktların layihələrində və Azərbaycan
Respublikasının Prezidentinə imzalanmaq üçün
təqdim edilən qanunlarda (bu fəslin məqsədləri
üçün bundan sonra – normativ hüquqi aktlar (onların
layihələri)) sui-istifadə təzahürləri
üçün şərait yaranmasına kömək
edən müddəaların əmələ gəlməsinin
qarşısını almaq, onları aşkar etmək və
aradan qaldırmaq məqsədi ilə normativ hüquqi aktların
(onların layihələrinin) sui-istifadəyə məruz
qalmasına dair ekspertizası keçirilir.
Maddə 62. Normativ hüquqi
aktlarda (onların layihələrində) sui-istifadə
amilləri
62.1. Bu Konstitusiya Qanununun məqsədləri
üçün sui-istifadə amilləri dedikdə, normativ
hüquqi aktın tətbiqi zamanı sui-istifadənin
təzahürünə səbəb olan, o cümlədən
sui-istifadə təcrübəsinin bilavasitə əsası
olan, yaxud sui-istifadə əməllərinə legitim
şərait yaradan, sui-istifadə əməllərinə yol
verən və ya onlara təhrik edən normativ hüquqi
aktların müddəaları (o cümlədən,
normanın və hüquqi düsturların qüsurları)
nəzərdə tutulur.
62.2. Özündə sui-istifadə amillərini ehtiva
edən normalar (normativ hüquqi aktlar, onların
layihələri) sui-istifadəyə məruz qalmış
normalar (normativ hüquqi aktlar, onların layihələri) hesab
edilir.
62.3. Tipik sui-istifadə amillərinə əsasən,
tənzimləmə predmetindən asılı olmayaraq normativ
hüquqi aktlarda (onların layihələrində) daha tez-tez
rast gəlinən və şübhəsiz və ya
böyük ehtimalla sui-istifadə təzahürlərinə
səbəb olan sui-istifadə amilləri aid edilir.
62.4. Normativ hüquqi aktların layihələrinin
hazırlanması və təkmilləşdirilməsi
zamanı onlara bu Konstitusiya Qanununda qeyd edilən tipik
sui-istifadə amillərinin və sui-istifadəyə məruz
qalma təzahürlərinin, habelə sui-istifadəyə
şərait yaranmasına səbəb olacaq digər
müddəaların daxil edilməsinə yol verilmir.
Maddə 63. Sui-istifadə
amillərinin növləri
63.0. Normativ hüquqi aktın (onun layihəsinin)
ekspertizası aparılarkən aşağıdakı tipik
sui-istifadə amilləri və sui-istifadəyə məruz
qalma təzahürləri aşkar edilməli və aradan
qaldırılmalıdır:
63.0.1. dövlət orqanının (vəzifəli
şəxsin) səlahiyyətlərinin həyata
keçirilməsi ilə əlaqədar olan tipik
sui-istifadə amilləri;
63.0.2. hüquqi boşluqların mövcudluğu
ilə əlaqədar olan tipik sui-istifadə amilləri;
63.0.3. sistem xarakterli tipik sui-istifadə amilləri;
63.0.4. sui-istifadəyə məruz qalmanın tipik
təzahürləri.
Maddə 64. Dövlət
orqanının (vəzifəli şəxsin)
səlahiyyətlərinin həyata keçirilməsi ilə
əlaqədar olan tipik sui-istifadə amilləri
64.1. Normativ hüquqi aktda dövlət orqanının
(vəzifəli şəxsin) səlahiyyətlərinin
həyata keçirilməsi ilə əlaqədar olan tipik
sui-istifadə amillərinə aşağıdakılar aiddir:
64.1.1. diskresion səlahiyyətlərin geniş
olması;
64.1.2. səlahiyyətin dispozitiv imkan kimi
müəyyənləşdirilməsi;
64.1.3. şəxsə məxsus hüquqların
həyata keçirilməsi üçün ona lazım
olduğundan daha yüksək tələblərin irəli
sürülməsi;
64.1.4. fiziki və hüquqi şəxslərin
hüquqlarından dövlət orqanı (vəzifəli
şəxs) tərəfindən sui-istifadə edilməsi
imkanı;
64.1.5. hüquqların həcminin əsassız
dəyişdirilməsi;
64.1.6. qanundan irəli gələn normayaratmanın
həddindən artıq sərbəst xarakter
daşıması;
64.1.7. hüquqi-linqvistik sui-istifadəyə məruz
qalma;
64.1.8. icra hakimiyyəti orqanının
səlahiyyətindən kənar normativ hüquqi aktın
qəbul edilməsi;
64.1.9. qanundakı boşluqların icra hakimiyyəti
orqanının normativ hüquqi aktları ilə
doldurulması.
64.2. Vəzifəli şəxsə qərar qəbul
edilməsi zamanı öz mülahizələrinə
görə hərəkət etmək imkanı verən
normativ hüquqi aktdakı diskresion səlahiyyətlər
özbaşına həyata keçirilə bilməz.
64.3. Normativ hüquqi aktda diskresion
səlahiyyətlərin geniş olması
nəticəsində qərar qəbul etmə
müddətlərinin müəyyən edilməməsinə
və ya bu müddətin qeyri-müəyyənliyinə, bu
və ya digər qərarın qəbul edilməsi
şərtlərinin və əsaslarının
qeyri-müəyyənliyinə, müxtəlif dövlət
orqanlarının səlahiyyətlərinin bir-birini
təkrarlamasına yol verilmir.
64.4. Dövlət orqanı üçün hüquq
və vəzifələr onun səlahiyyətlərini
təşkil edir və bu səbəbdən normativ hüquqi
aktda həmin orqanın hüququ konkret icraçının
mülahizəsindən asılı olan bu və ya digər
hərəkətlərin edilməsi, dispozitiv imkan kimi
müəyyənləşdirilə bilməz. Normativ hüquqi
aktda dövlət orqanının səlahiyyətlərinin
həddindən artıq ümumiləşdirilmiş formada
müəyyən edilməsinə, “orqan edə bilər”, “bir
qayda olaraq”, “müstəsna hallarda yol verilir”, “orqan öz
səlahiyyətləri daxilində”, “zərurət olduqda”
və bunlara bənzər qeyri-müəyyən
ifadələrdən istifadə olunmasına yol verilmir.
64.5. Normativ hüquqi aktda fiziki və hüquqi
şəxslərin öz hüquqlarını həyata
keçirməsi və ya vəzifələrini yerinə
yetirməsi üçün zəruri olan tələblər
(şərtlər) ağır və (və ya) çətin
yerinə yetirilən tələblər (şərtlər) ola
bilməz.
64.6. Normativ hüquqi aktda lazım olduğundan
yüksək və artıq tələblərin irəli
sürülməsinə, fiziki və hüquqi
şəxslər tərəfindən təqdim edilən
sənədlərin, yaxud başlanmış inzibati prosedur
çərçivəsində ona imtina üçün
əsasların açıq (natamam) siyahısının
mövcudluğuna, hüququn həyata keçirilməsinə
imtina üçün subyektiv qiymətləndirici
ifadələrdən istifadə olunmasına yol verilmir.
64.7. Normativ hüquqi aktda fiziki və hüquqi
şəxslərin hüquqlarının dəqiq
(dürüst) nizamlanmaması yolu ilə vəzifəli
şəxslər üçün diskresion səlahiyyətlərin
və dispozitiv imkanların yaradılmasına yol verilmir.
Normativ hüquqi aktda fiziki və hüquqi
şəxslərə başlanmış inzibati prosedur
çərçivəsində hərəkətlərin
edilməsi üçün üsul və
müddətlərin sərbəst seçimi
əvəzinə yalnız hüquqların alternativ
seçilməsi imkanının nəzərdə
tutulmasına yol verilmir.
64.8. Normativ hüquqi aktda vəzifəli şəxsin
öz mülahizəsindən asılı olaraq fiziki və
hüquqi şəxslər üçün ümumi qaydadan
istisnalar müəyyənləşdirmək imkanı
nəzərdə tutula bilməz. Normativ hüquqi aktda
vəzifəli şəxslərə normativ hüquqi aktla
nizamlanmayan güzəştlər, habelə qadağa və
məhdudiyyətlər müəyyən etmək imkanı
nəzərdə tutula bilməz.
64.9. Qanunda normaların həddindən artıq
detallaşdırılması Azərbaycan Respublikasının
Konstitusiyası ilə müəyyən edilmiş icra və
məhkəmə hakimiyyəti orqanlarının
səlahiyyətlərinə müdaxiləyə gətirib
çıxarmamalıdır.
64.10. Vəzifəli şəxsin diskresion
səlahiyyətlərinin genişləndirilməsi
üçün ikimənalı və təcrübədə
az yerini tapan terminlərdən, məfhumlardan
(anlayışlardan) və xülasələrdən,
qiymətləndirmə xassəli kateqoriyalardan istifadə
edilə bilməz.
64.11. İcra hakimiyyəti orqanı normativ hüquqi
aktları yalnız öz səlahiyyətləri daxilində
qəbul etməlidir və digər icra hakimiyyəti
orqanının fəaliyyət dairəsinə müdaxilə
edə bilməz.
64.12. Qanunun olmadığı halda digər normativ
hüquqi aktla qanunun predmetini təşkil edən
məsələlərin hüquqi tənzimlənməsinə
və hamı üçün məcburi olan davranış
qaydalarının müəyyənləşdirilməsinə
yol verilmir.
Maddə 65. Hüquqi
boşluqların mövcudluğu ilə əlaqədar olan
tipik sui-istifadə amilləri
65.1. Hüquqi boşluqlar bu və ya digər
məsələnin hüquqi tənzimlənməməsi
nəticəsində, normativ hüquqi aktın
tənzimləmə üçün istifadə edilmədiyi
halda, habelə normativ hüquqi aktın mətninə hüquq
pozuntularına görə vəzifəli şəxslərin
məsuliyyətini nəzərdə tutan və onların
fəaliyyətinə nəzarəti tənzimləyən
sui-istifadə əleyhinə preventiv normalar daxil
edilmədikdə yaranır.
65.2. Hüquqi boşluqların mövcudluğu ilə
əlaqədar olan tipik sui-istifadə amillərinə
aşağıdakılar aiddir:
65.2.1. hüquqi tənzimləmədə
boşluqların mövcudluğu;
65.2.2. inzibati prosedurların olmaması;
65.2.3. müsabiqə (hərrac) prosedurlarının
olmaması;
65.2.4. konkret fəaliyyət sahəsində
vəzifəli şəxslər üçün qadağa
və məhdudiyyətlərin olmaması;
65.2.5. hüquqpozmaya görə vəzifəli
şəxs üçün məsuliyyətin
müəyyən edilməməsi;
65.2.6. dövlət orqanlarına, vəzifəli
şəxslərə nəzarətin, o cümlədən
ictimai nəzarətin
müəyyənləşdirilməməsi;
65.2.7. informasiyanın şəffaflığı
rejiminin pozulması.
65.3. Hüquqi tənzimləmədə
boşluqların mövcudluğu hüququn tətbiqi
zamanı boşluğun dövlət orqanının
(vəzifəli şəxsin) mülahizəsinə görə
doldurulmasına imkan verməməlidir. Bu və ya digər
fəaliyyət növü üzrə dövlət
orqanına həvalə edilmiş funksiyaların həyata
keçirilməsi tənzimlənməlidir.
65.4. İnzibati akt həm vəzifəli şəxs
üçün, həm də fiziki və hüquqi
şəxslər üçün normativ hüquqi aktın
mətnindən onlara əvvəlcədən məlum olan
müəyyən prosedur üzrə qəbul edilməlidir
və hərəkətlərin qayda və
müddətləri müəyyən edilməlidir.
65.5. İmtiyaz verən konkret hüququn verilməsi
(hüquqi vəziyyətin yaradılması) üçün
namizədin seçilməsi ilə bağlı
hərəkətlər müsabiqə (hərrac)
prosedurlarına uyğun həyata keçirilməlidir. Konkret
hüququn inzibati qaydada verilməsinə (hüquqi
vəziyyətin inzibati qaydada yaradılmasına), habelə
müsabiqələrin (hərracların) keçirilməsi
zamanı diskresion səlahiyyətlərin geniş olmasına
yol verilmir.
65.6. Normativ hüquqi aktda vəzifəli
şəxslərin hüquq pozuntularına görə
hüquqi məsuliyyətə dair aktlara uyğun gələn
məsuliyyəti haqqında, habelə vəzifəli
şəxslərin hərəkətindən
(hərəkətsizliyindən) şikayət verilməsinin
mümkünlüyü ilə bağlı normalar əks
olunmalıdır.
65.7. Normativ hüquqi aktda dövlət orqanının
(vəzifəli şəxslərin) daha çox
əhəmiyyətli fəaliyyət istiqamətlərinə
nəzarətin, o cümlədən ictimai nəzarətin
mümkünlüyünü təmin edən normalar əks
olunmalıdır.
65.8. Normativ hüquqi aktda dövlət
orqanlarının informasiya açıqlığını
təmin edən normalar əks olunmalıdır. Konkret
məsələ üzrə qərar qəbul
edilməsində əhəmiyyət kəsb edən
informasiyanın fiziki və hüquqi şəxslər
üçün qapalı informasiya kimi müəyyən
edilməsinə, habelə normativ hüquqi aktda belə
informasiyanın əldə olunmasının
mümkünlüyünün və qaydasının
müəyyən edilməməsinə yol verilmir.
Maddə 66. Sistem xarakterli
tipik sui-istifadə amilləri
66.1. Sistem xarakterli tipik sui-istifadə amilləri
normativ hüquqi aktın ayrı-ayrı normalarını
deyil, onun bütün mətninin sistemli təhlili
nəticəsində aşkar edilə bilən tipik
sui-istifadə amillərini özündə ehtiva edir.
66.2. Sistem xarakterli tipik sui-istifadə amillərinə
aşağıdakılar aiddir:
66.2.1. yanlış məqsəd və prioritetlər;
66.2.2. kolliziyalar;
66.2.3. məcbur edilmiş sui-istifadəyə məruz
qalma.
66.3. Normativ hüquqi aktın hüquqi
tənzimləmənin həqiqi tələblərinə
uyğun gələn aydın məqsədləri və
prioritetləri olmalıdır. Normativ hüquqi aktın
qəbul edilməsi üçün obyektiv
məqsədəuyğunluğun olmamasına,
məsələnin zərurətdən artıq
tənzimlənməsinə, normativ hüquqi aktın
normalarının həmin aktın bəyan edilmiş
məqsədləri ilə ziddiyyət təşkil
etməsinə yol verilmir.
66.4. Digər normativ hüquqi aktla tam və ya
qismən ziddiyyət təşkil edən normativ hüquqi
aktda vəzifəli şəxslər üçün konkret
halda tətbiq edilməli olan aktı sərbəst
seçmək imkanının yaradılmasına, həmin
kolliziyanın həlli mümkünlüyünün
vəzifəli şəxsin iradəsindən asılı
olmasına yol verilmir.
66.5. Daha üstün hüquqi qüvvəyə malik olub-olmamasından asılı
olmayaraq hər hansı normativ hüquqi aktın
sui-istifadəyə məruz qalmış normaları digər
normativ hüquqi aktda sui-istifadəyə məruz qalmış
normaların əks etdirilməsinə səbəb ola
bilməz.[28]
Maddə 67.
Sui-istifadəyə məruz qalmanın tipik
təzahürləri
67.1. Sui-istifadəyə məruz qalmanın tipik
təzahürləri müəyyən şəraitdə
artıq baş vermiş sui-istifadə faktları
(sui-istifadə indikatorları) barədə xəbər
verən və (və ya) sui-istifadə amillərinin
yaranmasına (sui-istifadə qabağı amillər)
şərait yaradan müddəaların
birləşməsidir.
67.2. Sui-istifadəyə məruz qalmanın tipik
təzahürlərinə aşağıdakılar aiddir:
67.2.1. normativ hüquqi aktın qəbul edilməsi
zamanı formal-texniki şərtlərə riayət
olunmaması;
67.2.2. normativ hüquqi aktın qəbul edilməsi
müddətinin göstərilməməsi;
67.2.3. mənafelər balansının pozulması
(yalnız bir qrup subyektlər üçün imtiyazların
nəzərdə tutulması).
67.3. Formal-texniki xassəli tələblərin
yerinə yetirilməməsinə, normativ hüquqi aktların
hüquqi ekspertizası zamanı aşkar edilən
pozuntuların aradan qaldırılmamasına, o
cümlədən normativ hüquqi aktın qəbul
edilməsi qaydasının və (və ya) formasının
pozulmasına yol verilmir.
67.4. Normativ hüquqi aktın qəbul edilməsi
müddətlərinin
müəyyənləşdirilməməsinə, qəbul
edilməsi nəzərdə tutulan normativ hüquqi aktın
qəbul edilməsi əvəzinə məcburi davranış
qaydalarının sərbəst inzibati mülahizə
əsasında fərdi hüquq tətbiq etmə aktları
ilə əvəzlənməsinə yol verilmir.
67.5. Mənafelər balansının pozulması
nəticəsində bir subyektlər qrupunun zərərinə
olaraq digər subyektlər qrupuna güzəştlərin
və imtiyazların xüsusi norma müəyyən
edilməsi yolu ilə verilməsinə yol verilmir.
Maddə 68. Normativ hüquqi
aktların (onların layihələrinin) sui-istifadəyə
məruz qalmasına dair ekspertiza keçirilməsinin əsas
qaydaları
68.1. Normativ hüquqi aktların (onların
layihələrinin) sui-istifadəyə məruz qalmasına
dair ekspertizasının səmərəliliyi onun sistemliliyi,
etibarlılığı və nəticələrinin
yoxlanılmasının mümkünlüyü ilə
müəyyənləşdirilir.
68.2. Normativ hüquqi aktların (onların
layihələrinin) sui-istifadəyə məruz qalmasına
dair ekspertizasının sistemliliyinin,
etibarlılığının və nəticələrinin
yoxlanılmasının təmin edilməsi üçün
aşağıdakı qaydalara riayət olunmalıdır:
68.2.1. normativ hüquqi aktların (onların
layihələrinin) sui-istifadəyə məruz qalmasına
dair ekspertizası və onun nəticələrinin ifadə
olunması eyniliklə – normativ hüquqi aktda (onun
layihəsində) tipik sui-istifadə amilləri və
sui-istifadəyə məruz qalmanın təzahürləri
cədvəlində (bu Konstitusiya Qanununa 2 nömrəli
Əlavə) göstərilən tərkib və
ardıcıllıq üzrə aparılmalıdır;
68.2.2. hər bir tipik sui-istifadə amilləri və
sui-istifadəyə məruz qalmanın təzahürləri
onların normativ hüquqi aktın (onun layihəsinin) hər
bir normasında mövcud olub-olmamasına dair
yoxlanılmalıdır;
68.2.3. tipik sui-istifadə amilləri və
sui-istifadəyə məruz qalmanın təzahürləri
onların normativ hüquqi akta (onun layihəsinə)
qəsdən və ya bilmədən daxil edilib-edilməməsindən
asılı olmayaraq, bu səbəblərə qiymət
vermədən aşkar edilir və göstərilir;
68.2.4. ekspertiza nəticəsində aşkar olunmuş
istənilən tipik sui-istifadə amili və
sui-istifadəyə məruz qalmanın təzahürü
normativ hüquqi aktdan (onun layihəsindən)
çıxarılmalıdır;
68.2.5. normativ hüquqi aktların (onların
layihələrinin) sui-istifadəyə məruz qalmasına
dair ekspertizasının nəticələri üzrə iş
sui-istifadəyə məruz qalmaya dair ekspertizanın
nəticələri üzrə rəylər əsasında
müvafiq normativ hüquqi aktların hazırlanması və
qəbul edilməsi üçün müəyyən edilmiş
qaydada aparılır;
68.2.6. təhlil nəticəsində aşkar
edilmiş sui-istifadəyə şərait yaradan qeyri-tipik
müddəalar normativ hüquqi aktların (onların
layihələrinin) sui-istifadəyə məruz qalmasına
dair ekspertizasının nəticələri üzrə
rəydə göstərilir və tipik sui-istifadə
amilləri və sui-istifadəyə məruz qalma
təzahürləri üçün müəyyən
edilmiş qaydada çıxarılmalıdır.
68.3. Normativ hüquqi aktlarda (onların
layihələrində) sui-istifadə amillərinin mövcud
olmamasına dair bu Konstitusiya Qanununun tələbləri
normativ hüquqi aktı (onun layihəsini) bilavasitə
hazırlayan mütəxəssislər tərəfindən
yerinə yetirilir.
Maddə 69. Normativ hüquqi
aktların (onların layihələrinin) sui-istifadəyə
məruz qalmasına dair ekspertizasının
nəticələrinin rəsmiləşdirilməsi
69.1. Normativ hüquqi aktlarda (onların
layihələrində) sui-istifadə amillərinin və
sui-istifadəyə məruz qalma təzahürlərinin,
sui-istifadənin təzahürləri üçün
şərait yaranmasına kömək edən digər
müddəaların mövcud olub-olmamasına dair
nəticə aşağıdakı qaydada
rəsmiləşdirilir:
69.1.1. normativ hüquqi aktın (onun layihəsinin)
məcburi hüquqi ekspertizasının nəticələri
üzrə rəyin tərkibində;
69.1.2. normativ hüquqi aktın (onun layihəsinin)
məcburi hüquqi ekspertizasının nəticələri
üzrə rəyinə əlavə olunan izahedici
arayışda.
69.2. Normativ hüquqi aktda (onun layihəsində)
sui-istifadənin təzahürləri üçün
şərait yaranmasına kömək edən müddəalar
aşkar edildikdə həmin müddəalar bu Konstitusiya
Qanununun 69.1-ci maddəsində nəzərdə tutulan
sənəddə bu Konstitusiya Qanunu ilə
müəyyənləşdirilmiş ardıcıllıqla
tipik sui-istifadə amilləri və sui-istifadəyə
məruz qalma təzahürləri onların aşkar edildiyi
struktur elementlər (bölmə, fəsil, maddə, hissə
və s.) göstərilməklə izah edilir.
69.3. Bu Konstitusiya Qanununun 69.1-ci maddəsində
nəzərdə tutulan sənəddə habelə digər
tipik sui-istifadə amillərinin və sui-istifadəyə
məruz qalmanın digər təzahürlərinin,
sui-istifadənin təzahürlərinə kömək
edən digər müddəaların aşkar edilmədiyi
göstərilir.
69.4. Normativ hüquqi aktda (onun layihəsində)
aşkar edilmiş tipik sui istifadə amilləri və
sui-istifadəyə məruz qalmanın təzahürləri
ekspertizanın nəticələri üzrə
hazırlanmış sənəddə bu Konstitusiya Qanununa
əlavə edilmiş 2 nömrəli cədvəl
şəklində göstərilir.
69.5. Normativ hüquqi aktda (onun layihəsində)
sui-istifadənin təzahürlərinə kömək
edən müddəaların aşkar edilmədiyi hallar istisna
olmaqla, təhlil edilən normativ hüquqi aktın (onun
layihəsinin) sui-istifadəyə məruz qalma
dərəcəsi bütövlükdə sui-istifadəyə
məruz qalmaya dair ekspertizanın nəticələrini əks
etdirən sənəddə müəyyənləşdirilir.
69.6. Sui-istifadəyə məruz qalmaya dair
ekspertizanın nəticələrini əks etdirən
sənəddə sui-istifadənin təzahürlərinə
şərait yaranmasına kömək edən
müddəaların aşkar edildiyi normativ hüquqi aktın
layihəsinin göstərilən iradlar nəzərə
alınmaqla yenidən işlənməsi (normativ hüquqi
aktda dəyişikliklər edilməsi) ilə bağlı
tövsiyələr nəzərdə tutulmalıdır.
XII
fəsil
NORMATİV HÜQUQİ AKTIN
LAYİHƏSİNƏ BAXILMASI VƏ ONUN QƏBUL
EDİLMƏSİ
Maddə 70. Normativ hüquqi
aktın layihəsinə baxılması
70.1. Müəyyən edilmiş qaydada təqdim
edilmiş normativ hüquqi aktın layihəsinə normayaratma
orqanı tərəfindən baxılmalıdır.
70.2. Normayaratma orqanı normativ hüquqi aktın
layihəsinə baxdıqdan sonra aşağıdakılardan
birini edə bilər:
70.2.1. normativ hüquqi aktın layihəsinin
bəyənilməsi və qəbul edilməsi;
70.2.2. əsaslar və səbəblər
göstərilməklə layihənin rədd edilməsi;
70.2.3. normativ hüquqi aktın layihəsinin qəbul
edilməsinin müəyyən müddətə təxirə
salınması;
70.2.4. irad və təkliflər
göstərilməklə layihənin yenidən
işlənilmək üçün qaytarılması.
70.3. Azərbaycan
Respublikasının Milli Məclisində Azərbaycan Respublikası Prezidentinin
təqdimatı ilə Azərbaycan Respublikası diplomatik
nümayəndəliklərinin təsis edilməsi, inzibati
ərazi bölgüsü, dövlət təltifləri, dövlətlərarası və Azərbaycan
Respublikasının qanunlarından fərqli qaydalar
nəzərdə tutan hökumətlərarası
müqavilələrin təsdiq və ləğv edilməsi
barədə, uyğunlaşdırma məqsədi ilə
hazırlanmış, həmçinin ad və digər texniki
xarakter daşıyan dəyişiklikləri (müddət,
məbləğ, yaş senzi ilə bağlı,
həmçinin subyektlərin hüquqi vəziyyətinə
təsir edən, hüquq məsuliyyətini yaradan və ya
aradan qaldıran, yüngülləşdirən və ya
ağırlaşdıran dəyişikliklər istisna olmaqla)
nəzərdə tutan qanun layihələrinə bir
oxunuşda, digər qanun layihələrinə,
həmçinin Konstitusiya qanunu layihələrinə isə
üç oxunuşda baxılır.[29]
Maddə 71. Normativ hüquqi
aktın layihəsinin geri çağırılması
71.1. Normayaratma təşəbbüsünün
subyekti təqdim etdiyi normativ hüquqi aktın layihəsini,
zərurət olduqda, həmin layihə qəbul
edilənədək geri çağırmaq hüququna
malikdir.
71.2. Qanunvericilik təşəbbüsü
hüququnun subyekti Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə təqdim etdiyi qanun layihəsini onun yekun
oxunuşda baxılmasına qədər geri
çağırmaq hüququna malikdir. [30]
Maddə 72. Normativ hüquqi
aktın qəbul edilməsi qaydası
72.1. Normativ hüquqi akt ona baxılmasından sonra
normayaratma orqanı tərəfindən müvafiq normativ
hüquqi aktlarla müəyyən edilmiş prosedura
əməl edilməklə qəbul edilir.
72.2. Normativ hüquqi akt normayaratma orqanı
tərəfindən dövlət dilində qəbul edilir.
Maddə 73. Qanunvericilik
təşəbbüsü hüququnun həyata
keçirilməsinin təminatları
73.1. Qanunvericilik təşəbbüsü
hüququnun subyekti və ya onun səlahiyyətli
nümayəndəsi Azərbaycan Respublikasının Milli
Məclisində layihə üzərində aparılan
işdə iştirak etmək hüququna malikdir.
73.2. Qanun layihəsi Azərbaycan Respublikasının
Milli Məclisində layihədə edilmiş
dəyişikliklərlə birlikdə
aşağıdakılarla razılaşdırılmalıdır
(rəy alınmalıdır):
73.2.1. qanun layihəsini təqdim etmiş qanunvericilik
təşəbbüsü hüququnun subyekti ilə;
73.2.2. dəyişikliklər edilməsi dövlət
vəsaitlərinin ixtisar edilməsinə, xərclərin
yaranmasına və ya artırılmasına səbəb ola
bildikdə Azərbaycan Respublikasının Prezidenti ilə
və ya onun tapşırığı ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti ilə.
73.3. Bu Konstitusiya Qanununun 46.2-ci maddəsi ilə
nəzərdə tutulan razılaşdırılma (rəy)
nəticəsində Azərbaycan Respublikasının Milli
Məclisinə təqdim edilmiş dəyişikliklər qanun
layihəsinin alındığı gündən on dörd
gün keçənədək bu şərtlə həyata
keçirilir ki, həmin qanun layihəsi üzrə məcburi
hüquqi ekspertizanın keçirilməsi və qanun
layihəsinə baxılmasının təcili elan edilməsi
ayrı müddət tələb etməsin. Əlavə
məlumatın alınması zərurəti olduqda, habelə
xüsusilə mürəkkəb qanun layihələri
üzrə rəyin hazırlanması və
razılaşdırılmanın keçirilməsi (rəyin
hazırlanması) üçün daha uzun müddət
müəyyən edilə bilər.
73.4. Rəyə göndərilmədən və
razılaşdırılmadan müvafiq qanun layihəsində
dəyişikliklər (texniki xarakter daşıyan
dəyişikliklər istisna olmaqla) edilməsinə yol
verilmir.
73.5. Azərbaycan Respublikasının Milli
Məclisinə təqdim olunmuş qanun layihəsində
dəyişikliklər edilmədikdə qanun layihəsi
qanunvericilik təşəbbüsü hüququnun subyekti
ilə təkrar razılaşdırılmır.
73.6. Azərbaycan Respublikasının Milli
Məclisində birinci, ikinci və üçüncü
oxunuşlarda baxılması üçün tam
hazırlanmış qanun layihəsi müvafiq oxunuşda baxılmasına azı 5 gün
qalmış qanunvericilik təşəbbüsü
hüququnun subyektinə təqdim edilir.[31]
Maddə 74. Normativ hüquqi
aktın imzalanması
74.1. Normativ hüquqi aktın rəsmi imzalanması
aşağıdakılar tərəfindən həyata
keçirilir:
74.1.1. qanunlar və fərmanlar – Azərbaycan
Respublikasının Prezidenti;
74.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarları – Azərbaycan Respublikasının Baş
naziri;
74.1.3. digər normativ hüquqi aktlar – aktı qəbul
etmiş orqanın rəhbəri;
74.1.4. Azərbaycan Respublikasının qanunvericilik
aktları ilə digər hal nəzərdə tutulmadıqda,
aktı qəbul etmiş orqanın rəhbəri olmadıqda,
onun vəzifələrini icra edən şəxs.
74.2. Qanun Azərbaycan Respublikasının
Prezidentinə imzalanmaq üçün təqdim edildikdə
qanunun ikinci nüsxəsinin son səhifəsində
Azərbaycan Respublikası Milli Məclisinin sədrinin və
ya onu əvəz edən şəxsin vizası qoyulur.
XIII
fəsil
NORMATİV HÜQUQİ AKTLARDA
DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, ONLARIN
LƏĞV EDİLMƏSİ
Maddə 75. Normativ hüquqi
aktlarda dəyişikliklər edilməsi
75.1. Ad
və ya rəqəm dəyişiklikləri, həmçinin
normativ hüquqi aktın qəbul edilməsi ilə
əlaqədar bir neçə normativ hüquqi aktda
dəyişikliklərin edilməsi zərurətinin
yarandığı hallar (bu Konstitusiya Qanununun 29.2-ci
maddəsinin tələbləri nəzərə alınmaqla)
istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi
aktda dəyişikliklər edə bilər. Bu halda
dəyişikliklər edilməli olan normativ hüquqi
aktların sayı çox olduqda, həmin
dəyişikliklərin bir neçə normativ hüquqi akt
çərçivəsində edilməsinə yol verilir.[32]
75.2. Yeni normativ hüquqi aktın qəbul edilməsi
ilə əlaqədar normativ
hüquqi aktların kolliziyasının aradan
qaldırılması məqsədilə qüvvədə
olan normativ hüquqi aktlarda onları qəbul etmiş orqan
tərəfindən müvafiq dəyişikliklər edilir.[33]
75.3. Azərbaycan Respublikasının qanunları,
Azərbaycan Respublikası Prezidentinin aktları və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarlarında dəyişiklik edilən zaman
dəyişikliyi nəzərdə tutan normativ hüquqi
aktın mətnində mötərizədə,
dəyişiklik edilən normativ hüquqi aktın dərc
edildiyi, habelə ona əvvəllər edilmiş
dəyişiklikləri əks etdirən topluların
(külliyyatların) illəri, nömrələri
(kitabları) və maddələri ardıcıllıqla
göstərilir. Hər 10 ildən bir Azərbaycan Respublikasının
qanunlarının, Azərbaycan Respublikası Prezidentinin
aktlarının və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarının mətnində
mötərizədə dəyişiklik edilən hüquqi aktın
dərc edildiyi, habelə ona əvvəllər edilmiş
dəyişiklikləri əks etdirən topluların
(külliyyatların) illəri, nömrələri
(kitabları) və maddələri onlara növbəti
dəyişiklik edilərkən birləşdirilərək
Cild kimi qeyd edilir.[34]
Maddə 76. Normativ hüquqi
aktların ləğv edilməsi qaydası
76.1. Normativ hüquqi aktın qəbul edilməsi
ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd
olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq
əhəmiyyətini itirən, həmin və ya daha
aşağı hüquqi qüvvəyə malik olan
bütün aktlar (onların struktur elementləri isə bu
Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə
uyğun olaraq) ləğv edilməlidir. [35]
76.2. Normativ hüquqi aktın ləğv edilməsi
barədə həmin aktı qəbul etmiş orqan
tərəfindən və ya Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndi və
119-cu maddəsinin yeddinci abzası ilə müəyyən
edilmiş qaydada ayrıca norma qəbul edilir.
76.3. Ad
və ya rəqəm dəyişiklikləri, həmçinin
normativ hüquqi aktın qəbul edilməsi ilə
əlaqədar bir neçə normativ hüquqi aktın
ləğv edilməsi zərurətinin yarandığı
hallar (bu Konstitusiya Qanununun 29.2-ci maddəsinin
tələbləri nəzərə alınmaqla) istisna olmaqla,
bir normativ hüquqi akt yalnız bir normativ hüquqi aktı
ləğv edə bilər. Bu halda ləğv edilməli olan
normativ hüquqi aktların sayı çox olduqda,
ləğvetmənin bir neçə normativ hüquqi akt
çərçivəsində edilməsinə yol verilir.[36]
76.4. Azərbaycan Respublikasının qanunları,
Azərbaycan Respublikası Prezidentinin aktları və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
ləğv edilən zaman onların ləğv
edilməsinə dair normativ hüquqi aktın mətnində
mötərizədə ləğv edilən normativ hüquqi
aktın dərc edildiyi, ona əvvəllər edilmiş dəyişiklikləri
əks etdirən topluların (külliyyatların) illəri,
nömrələri (kitabları) və maddələri
ardıcıllıqla göstərilməklə verilir. Hər 10 ildən bir Azərbaycan
Respublikasının qanunlarının, Azərbaycan Respublikası
Prezidentinin aktlarının və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarlarının mətnində
mötərizədə ləğv edilən hüquqi
aktın dərc edildiyi, ona əvvəllər edilmiş
dəyişiklikləri əks etdirən topluların
(külliyyatların) illəri, nömrələri
(kitabları) və maddələri onlara növbəti
dəyişiklik edilərkən birləşdirilərək
Cild kimi qeyd edilir.[37]
76.5. Bu Konstitusiya Qanununun 76.4-cü maddəsinə
uyğun olaraq ləğv edilən normativ hüquqi aktla
yanaşı onun ləğv edilməsinə dair normativ
hüquqi aktın mətnində göstərilən toplulara
(külliyyatlara) uyğun olaraq ona əvvəllər edilmiş
dəyişiklikləri nəzərdə tutan normativ hüquqi
akt və ya onun müvafiq struktur elementi də ləğv
edilmiş hesab edilir. Bu qayda bir neçə normativ hüquqi
akta dəyişikliyi nəzərdə tutan normativ hüquqi
aktlara münasibətdə də tətbiq edilir. Bu zaman
onların adında və mətnində həmin dəyişikliyə
dair müddəalar ləğv edilmiş hesab edilir. [38]
Maddə 77. Yeni normativ
hüquqi aktın qəbul edilməsi ilə əlaqədar
ləğv edilməli, dəyişikliklər edilməli,
habelə hazırlanmalı olan normativ hüquqi aktların
(onların struktur elementlərinin) siyahıları
77.1. Yeni normativ hüquqi aktın qəbul edilməsi
zamanı bu Konstitusiya Qanununun 12.2-ci maddəsinin
tələblərinə riayət olunmalıdır. Normativ
hüquqi aktın qəbul edilməsi ilə əlaqədar
ləğv edilməli, dəyişikliklər edilməli,
habelə hazırlanmalı olan normativ hüquqi aktların
(onların struktur elementlərinin) sayı çox olduqda onların
siyahıları həmin normativ hüquqi aktın
əlavəsində əks edilə bilər.
77.2. Normativ hüquqi aktın qəbul edilməsi
ilə əlaqədar hazırlanmalı olan normativ hüquqi
aktların (onların struktur elementlərinin) siyahısı
olmadan layihələrinin hazırlanmasına yalnız bunun
üçün bir ildən artıq müddət
tələb edildikdə yol verilir. Bu halda müvafiq
siyahının hazırlanması barədə
tapşırıq hazırlanır və layihələrin
normayaratma orqanına təqdim edilməsi müddəti
müəyyən edilir.[39]
XIV
fəsil
AZƏRBAYCAN RESPUBLİKASININ
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
Maddə 78. Hüquqi
aktların Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydası
78.1. Hüquqi aktlar aparılması müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təmin edilən
Azərbaycan Respublikasının Hüquqi Aktların
Dövlət Reyestrinə (bundan sonra – Hüquqi Aktların
Dövlət Reyestri) daxil edilməlidir.
78.2. Hüquqi aktlar onları qəbul etmiş
dövlət orqanı tərəfindən Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilmək
məqsədi ilə həmin aktların qəbul edildiyi
gündən üç gün keçənədək
göndərilir.
78.3. Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilmək məqsədi ilə hüquqi aktlar
kağız daşıyıcısında onların
əslinin həqiqi surəti formasında və eyni zamanda
elektron daşıyıcılarında mətn faylları
formasında təqdim edilir.
78.4. Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilmiş hüquqi aktlara Dövlət Reyestrinin qeydiyyat
nömrəsi verilir.
78.5. Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilməsi məqsədi ilə təqdim edilən
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarına və normativ xarakterli aktlara müvafiq
hüquqi ekspertizanın rəyi əlavə olunur.
78.6. Naxçıvan Muxtar Respublikasının
dövlət və yerli özünüidarə
orqanlarının hüquqi aktları Naxçıvan Muxtar
Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməlidir. Naxçıvan Muxtar
Respublikasının Hüquqi Aktların Dövlət Reyestri
Azərbaycan Respublikasının Hüquqi Aktların
Dövlət Reyestrinin tərkib hissəsi hesab olunur.
Maddə 79. Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilən hüquqi
aktların rekvizitləri
79.1. Hüquqi Aktların Dövlət Reyestrinə
hüquqi aktların aşağıdakı rekvizitləri daxil
edilir:
79.1.1. aktın növü;
79.1.2. qəbul edildiyi tarix;
79.1.3. qeydiyyat nömrəsi;
79.1.4. adı;
79.1.5. rəsmi dərc edildiyi mənbə (bu
Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən
aktlara münasibətdə);
79.1.6. qüvvəyə minmə tarixi;
79.1.7. Azərbaycan Respublikasının Vahid hüquqi
təsnifatı üzrə indeks kodu (kodları);
79.1.8. Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi;
79.1.9. hüquqi aktın Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edildiyi tarix.
79.2. Dəyişikliklər edilmiş, ləğv
edilmiş və ya qüvvədən düşmüş
hüquqi aktlar üzrə Hüquqi Aktların Dövlət
Reyestrinə həmin aktlarda dəyişikliklər etmiş,
onları ləğv etmiş və ya qüvvədən
düşmüş hesab etmiş hüquqi aktın
rekvizitləri, habelə Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi və hüquqi aktın Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilmə tarixi
göstərilməklə müvafiq qeyd daxil edilir.
79.3. Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilmiş hüquqi aktların mətnləri rəsmi
dərc edilmiş hüquqi aktların mətnləri ilə
birgə istinad üçün rəsmi mənbə hesab
olunur.
79.4. Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edilmiş və rəsmi dərc edilmiş hüquqi
aktların mətnləri arasında ziddiyyət olarsa
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş
hüquqi aktın mətninə üstünlük verilir.
Maddə 80. Hüquqi
Aktların Dövlət Reyestrinin strukturu
80.0. Hüquqi Aktların Dövlət Reyestri
aşağıdakı bölmələrdən və
fəsillərdən ibarətdir:
80.0.1. I bölmə – “Normativ hüquqi aktlar”:
80.0.1.1. 1-ci fəsil – “Azərbaycan
Respublikasının Konstitusiyası, referendum aktları və
konstitusiya qanunları;
80.0.1.2. 2-ci fəsil – “Azərbaycan
Respublikasının qanunları”;
80.0.1.3. 3-cü fəsil – “Azərbaycan Respublikası
Prezidentinin fərmanları”;
80.0.1.4. 4-cü fəsil – “Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarları”;
80.0.1.5. 5-ci fəsil – “Mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktları”.
80.0.2. II bölmə – “Normativ xarakterli aktlar”:
80.0.2.1. “Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci
bəndlərinə və IV hissəsinə əsasən
qəbul edilmiş və hüququn analogiyasından və ya
qanunun analogiyasından istifadə olunması haqqında
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
qərarları”;
80.0.2.2. “Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının qərarları,
təlimatları və izahları”;
80.0.2.3. “maliyyə bazarları
tənzimləyicisinin qərarları”;[40]
80.0.2.4. “Məhkəmə-Hüquq Şurasının
qərarları”;
80.0.2.5. “Azərbaycan Respublikası Audiovizual
Şurasının qərarları”;
80.0.2.6. “Yerli özünüidarə
orqanlarının qərarları”;
80.0.2.7. “Yerli icra hakimiyyəti orqanlarının
qərarları”.
80.0.3. III bölmə – “Qeyri-normativ hüquqi aktlar”:
80.0.3.1. “Azərbaycan Respublikası Milli Məclisinin
qərarları”;
80.0.3.2. “Azərbaycan Respublikası Prezidentinin
sərəncamları”;
80.0.3.3. “Azərbaycan Respublikası Nazirlər
Kabinetinin sərəncamları”.
Maddə 81. Hüquqi
Aktların Dövlət Reyestrinin nəşri
Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilən məlumatlar 3 ayda bir dəfə toplu
şəklində dərc edilməlidir.
XV
fəsil
NORMATİV HÜQUQİ AKTLARIN
RƏSMİ DƏRC EDİLMƏSİ VƏ
QÜVVƏYƏ MİNMƏSİ
Maddə 82. Normativ hüquqi
aktların rəsmi dərc edilməsi qaydası
82.1. Azərbaycan Respublikasının normativ hüquqi
aktları rəsmi dərc edilməlidir.
82.2. Normativ hüquqi aktların rəsmi dərc
edilməsi dedikdə, onların mətninin rəsmi dövri
mətbu nəşrdə dərc edilməsi, rəsmi
internet informasiya ehtiyatında yerləşdirilməsi yolu
ilə, ictimai radio və televiziya kanallarında
səsləndirilməsi yolu ilə ümumi diqqətə
çatdırılması nəzərdə tutulur. Normativ
hüquqi aktların ictimai radio və televiziya kanallarında
səsləndirilməsi onların rəsmi dövri mətbu
nəşrdə dərc edilməsini və rəsmi internet
informasiya ehtiyatında yerləşdirilməsini
əvəz etmir.[41]
82.3. Normativ hüquqi aktların rəsmi dərc
edilməsi dövlət dilində həyata keçirilir.
82.4. Normativ hüquqi aktın digər dillərdə
rəsmi dərc olunmasına yalnız həmin aktın
müvafiq dövlət orqanı tərəfindən bu
aktın qəbul edilməsi üçün
müəyyən edilmiş qaydada təsdiq edilmiş
müvafiq dilə tərcüməsi mövcud olduqda yol
verilir.
82.5. Normativ hüquqi aktın rəsmi dərc
edilməsi tarixi bu aktın yerləşdirildiyi rəsmi
dövri mətbu nəşrin çıxdığı
(ictimai radio və televiziya kanallarında səsləndirildiyi)
gün hesab olunur.
82.6. Bu Konstitusiya Qanununun 85.1-ci maddəsində
göstərilən normativ hüquqi aktlardan biri
ayrı-ayrı vaxtlarda bir neçə üsulla rəsmi
dərc edildikdə normativ hüquqi aktın rəsmi dərc
edilməsi və qüvvəyə minməsi tarixi onun ilk
dərc edilməsi tarixi ilə müəyyən edilir.
82.7. Normativ hüquqi aktların dövlət sirrini
əks etdirən ayrı-ayrı müddəaları dərc
edilmir.
82.8. Ayrı-ayrı müddəaları dövlət
sirrini əks etdirən normativ hüquqi aktlar istisna olmaqla
natamam normativ hüquqi aktların dərc edilməsinə yol
verilmir.
82.9. Normativ hüquqi aktlar onların məcburi
rekvizitləri göstərilməklə dərc edilir.
82.10. Naxçıvan Muxtar Respublikasının normativ
hüquqi aktlarının rəsmi dərc edilməsi
qaydası Naxçıvan Muxtar Respublikasının qanunu
ilə müəyyən edilir.
Maddə 83. Normativ hüquqi
aktın rəsmi dərc edilmə müddətləri və
şərtləri
83.1. Qanunlar və fərmanlar Azərbaycan
Respublikasının Prezidenti tərəfindən
imzalandıqdan sonra 72 saat müddətində rəsmi dərc
edilməlidir.
83.1-1. Azərbaycan
Respublikasının Konstitusiyasında nəzərdə
tutulmuş hallarda Azərbaycan Respublikasının Milli
Məclisi tərəfindən təsdiq olunması
nəzərdə tutulan Azərbaycan Respublikasının
Prezidentinin fərmanları Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra
24 saat müddətində rəsmi dərc edilməlidir.[42]
83.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarları qəbul edildikdən sonra 72 saat
müddətində rəsmi dərc edilməlidir.
83.3. Digər normativ hüquqi aktlar Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilməsindən
sonra hökmən rəsmi dərc edilməlidir.
83.4. Səlahiyyətli dövlət orqanlarından
rəsmi nəşr orqanlarına (Hüquqi Aktların
Dövlət Reyestrinin nəşri istisna olmaqla) daxil olmuş
normativ hüquqi aktlar, bu Konstitusiya Qanununun 83.1-ci, 83.1-1-ci və 83.2-ci
maddələrində nəzərdə tutulmuş normativ
hüquqi aktlar istisna olmaqla, onların daxil olduğu
gündən 5 gün gec olmayaraq dərc edilməlidir. [43]
Maddə 84. Normativ hüquqi
aktların qeyri-rəsmi nəşrlərdə və digər
media məhsullarında
açıqlanması
84.1. Normativ hüquqi aktlar qeyri-rəsmi
nəşrlərdə dərc edilə, habelə televiziya
və radio ilə ümumi diqqətə çatdırıla,
məlumat yayılmasının digər üsulları ilə
ötürülə bilər.
84.2. Natamam normativ hüquqi aktlar
“Çıxarış” qeydi ilə dərc edilə bilər.
84.3. Normativ hüquqi aktların qeyri-rəsmi
nəşrlərdə dərc edilməsi qeyri-rəsmi hesab
edilir.
84.4. Normativ hüquqi aktın qeyri-rəsmi dərc
edilməsi yalnız onun hüquqi məlumatın
yayılması üzrə fəaliyyətə irəli
sürülən tələblərə əməl olunmaqla
rəsmi dərc edilməsindən sonra həyata keçirilir.
Bu zaman hər bir normativ hüquqi akt üçün rəsmi
dərc edilmə mənbəyi, habelə Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi
məlumatın yayılması üçün xüsusi
razılığa (lisenziyaya) zərurət olduqda, hüquqi
məlumatın yayılması üçün belə
xüsusi razılığın (lisenziyanın) verilmə
nömrəsi və tarixi hökmən göstərilir.[44]
Maddə 85. Normativ hüquqi
aktların qüvvəyə minməsi
85.1. Qanunlar, fərmanlar və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları həmin
aktlarda qüvvəyə minmənin daha gec müddəti
nəzərdə tutulmadıqda onların rəsmi dərc
edildiyi gündən qüvvəyə minir.
85.2. Bu Konstitusiya Qanununun 85.1-ci maddəsində
göstərilən aktlar istisna olmaqla, digər normativ
hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin
daha gec müddəti nəzərdə tutulmadıqda Hüquqi
Aktların Dövlət Reyestrinin elektron variantında dərc
edildiyi gündən qüvvəyə minir.
85.3. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələrdə daha artıq müddət
müəyyən edilməyibsə, xarici ticarət
fəaliyyətini tənzimləyən normativ hüquqi aktda
onun dərc edildiyi gündən ən azı 30 gün sonra
qüvvəyə mindiyi göstərilməlidir.
Müstəsna hallarda, beynəlxalq təşkilatların
dərhal məlumatlandırılması şərti ilə,
xarici ticarət fəaliyyətini tənzimləyən normativ
hüquqi akt onda nəzərdə tutulmuş
müddətdə qüvvəyə minə bilər. [45]
XVI
fəsil
NORMATİV HÜQUQİ AKTLARIN ZAMANA,
MƏKANA VƏ ŞƏXSLƏRƏ GÖRƏ
QÜVVƏSİ VƏ İCRASI
Maddə 86. Normativ hüquqi
aktın zamana görə qüvvəsi
86.1. Normativ hüquqi akt onun mətnində digər hal
nəzərdə tutulmadıqda müddətsiz
qüvvədədir.
86.2. Normativ hüquqi akt və ya onun struktur
elementləri üçün qüvvədə olmanın
müddəti müəyyən edilə bilər. Bu halda
normativ hüquqi aktda (struktur elementdə) onun
qüvvədə olma müddəti və ya normativ hüquqi
aktın (onun struktur elementinin) ləğv edilməsinə
səbəb olan hadisə göstərilməlidir.
Göstərilən müddət başa çatdıqda
və ya normativ hüquqi aktda göstərilən hadisə
baş verdikdə normativ hüquqi akt (onun struktur elementi)
avtomatik olaraq ləğv edilir. Müəyyən edilmiş
müddət başa çatana qədər normativ hüquqi
aktı qəbul etmiş orqan normativ hüquqi aktın (onun
struktur elementinin) qüvvəsinin yeni müddətə
uzadılması və ya ona müddətsiz statusunun
verilməsi haqqında qərar qəbul edə bilər.
Maddə 87. Normativ hüquqi
aktın geriyə qüvvəsi
87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi
Azərbaycan Respublikası Konstitusiyasının 149-cu
maddəsinin VII hissəsi ilə tənzimlənir.
87.2. Fiziki və hüquqi şəxslərin hüquqi
vəziyyətini yaxşılaşdıran, hüquqi
məsuliyyətini aradan qaldıran və ya
yüngülləşdirən normativ hüquqi aktın
qüvvəsi həmin normativ hüquqi aktda və ya onun
qüvvəyə minməsi haqqında aktda birbaşa
göstərilib-göstərilməməsindən
asılı olmayaraq onun qüvvəyə minməsindən
əvvəl əmələ gələn
münasibətlərə şamil edilir.
87.3. Törədilməsi anında
məsuliyyətə səbəb olmayan və ya daha
yüngül məsuliyyətə səbəb olan
əməllərə görə fiziki və hüquqi şəxslərin
məsuliyyətinin yaranmasını və ya
ağırlaşdırılmasını nəzərdə
tutan normativ hüquqi aktın qüvvəsinin geriyə
şamil edilməsinə yol verilmir.
Maddə 88. Normativ hüquqi
aktların məkana və şəxslərə görə
qüvvəsi
88.1. Normativ hüquqi aktlar Azərbaycan
Respublikasının bütün ərazisində məcburi
qüvvəyə malikdir.
88.2. Normativ hüquqi aktların qüvvəsi, qanunla
və ya Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrlə nəzərdə tutulmuş hallar
istisna olmaqla, Azərbaycan Respublikasının
vətəndaşlarına və hüquqi
şəxslərə, habelə Azərbaycan
Respublikasının ərazisində olan əcnəbi
vətəndaşlara və vətəndaşlığı
olmayan şəxslərə şamil edilir.
Maddə 89. Normativ hüquqi
aktın qüvvəsinin itirilməsi
89.1. Normativ hüquqi akt (onun struktur elementi)
aşağıdakı hallarda öz qüvvəsini itirir:[46]
89.1.1. normativ hüquqi aktın (onun struktur
elementinin) tətbiqi müddəti başa çatdıqda;
89.1.2. normativ hüquqi akt (onun struktur elementi)
Azərbaycan Respublikasının Konstitusiyası, bu
Konstitusiya Qanunu və digər qanunvericilik aktları ilə
nəzərdə tutulan hallarda ləğv edildikdə;[47]
89.1.3. normativ hüquqi akt (onun struktur elementi)
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin III hissəsinin 1-3-cü və 6-cı, 7-ci
bəndlərində nəzərdə tutulmuş hallarla
əlaqədar Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin qərarı ilə qüvvədən
düşmüş hesab edildikdə.
89.2. Bu Konstitusiya Qanununun 89.1.3-cü maddəsinə
uyğun olaraq normativ hüquqi akt (onun struktur elementi)
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
qərarı ilə qüvvədən düşmüş
hesab edildikdə həmin normativ hüquqi akt (onun struktur
elementi) onu qəbul etmiş normayaratma orqanı
tərəfindən ləğv edilir.[48]
Maddə 90. Normativ hüquqi
aktların rəsmi şərh edilməsi qaydası
90.1. Normativ hüquqi aktın məzmununda
qeyri-müəyyənliklər və fərqlər, habelə
tətbiqi təcrübəsində ziddiyyətlər aşkar
edildikdə həmin aktı qəbul etmiş normayaratma
orqanı və ya Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə
uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi müvafiq normaları rəsmi şərh
edir.
90.2. Normativ hüquqi akt şərh edildikdə onun
normalarının məzmunu izah edilir və
dəqiqləşdirilir, onların qanunvericilikdə yeri,
habelə ictimai münasibətlərin eyni növünün
müxtəlif aspektlərini tənzimləyən digər
normalar ilə funksional və başqa əlaqələri
müəyyən edilir.
90.3. Normativ hüquqi akt şərh edildikdən sonra
aktda həmin şərh nəticəsində
dəyişikliklər edilməsinə yol verilmir.
90.4. Genişləndirici və ya
məhdudlaşdırıcı şərhə yalnız
normativ hüquqi aktın mətni və mənası
arasında açıq-aşkar fərq olanda yol verilir.
90.5. Normativ hüquqi aktın məzmununun izahı onun
şərhi hesab edilmir.
Maddə 91. Normativ hüquqi
aktların icrası şərtləri
Normativ hüquqi aktların qəbul edilməsində
və qüvvəyə minməsindən sonra onların
icrasının lazımi təşkili – qəbul edilmiş
aktların məzmununun icraçıların diqqətinə
vaxtında çatdırılması, aktların
səlahiyyətli dövlət orqanları
tərəfindən rəsmi şərhi, aktın
məzmununun izahı, şərhlərin, praktiki
vəsaitlərin nəşri, aktların icrasının
maliyyə, maddi-texniki, hüquqi və təşkilati-texniki
təminatı, aktların icra müddətlərinə
əməl olunması təminatı həyata
keçirilməlidir.
Maddə 92. Normativ hüquqi
aktların icrasına nəzarət
Normativ hüquqi aktların icrasına nəzarət
və yoxlanılması normayaratma orqanları (vəzifəli
şəxslər) və müvafiq normativ hüquqi aktlarla
nəzərdə tutulmuş xüsusi orqanlar
(şəxslər) tərəfindən həyata
keçirilir.
Maddə 93. Normativ hüquqi
aktların icrasının yoxlanılması
93.1. Normayaratma orqanları (vəzifəli
şəxslər) və digər səlahiyyətli xüsusi
orqanlar (şəxslər) normativ hüquqi aktların
icrasına nəzarət və onun yoxlanılması,
habelə müraciətlərin təhlili əsasında
normativ hüquqi aktların qüvvədə olmasının
keyfiyyətini, qanuniliyini və səmərəliliyini
müəyyən edirlər.
93.2. Normativ hüquqi aktlarda boşluqlar, daha
yüksək hüquqi qüvvəyə malik olan aktlarla
ziddiyyətlər, habelə daxili ziddiyyətlər və ya
digər nöqsanlar aşkar edildikdə normayaratma orqanı
(vəzifəli şəxslər) onları aradan
qaldırmalı, digər səlahiyyətli xüsusi orqanlar
(şəxslər) isə səlahiyyətli orqanlara müvafiq
normativ hüquqi aktlarda dəyişikliklər edilməsi
və ya onların ləğv edilməsi barədə
təkliflər verməlidirlər.
Maddə 94. Normativ hüquqi
aktların icra olunmamasına görə məsuliyyət
Normativ hüquqi aktların icra olunmamasında
təqsirli bilinən şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun
məsuliyyət daşıyırlar.
XVII
fəsil
NORMATİV HÜQUQİ AKTLARIN
İNKORPORASİYASI
Maddə 95. Azərbaycan
Respublikasının qanunlar külliyyatı
95.1. Azərbaycan Respublikasının qanunlar
külliyyatı Azərbaycan Respublikasının qanunvericilik
aktlarının müntəzəm təzələnən
və elektron formada nəşr edilən
sistemləşdirilmiş toplusudur.
95.2. Azərbaycan Respublikasının qanunlar
külliyyatının aparılması müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təmin edilir.
Maddə 96. Normativ hüquqi
aktların rəsmi topluları və məcmuələri
96.1. Normativ hüquqi aktların icrasına
kömək göstərmək məqsədi ilə normativ
hüquqi aktların rəsmi topluları və
məcmuələri hazırlanır və nəşr edilir.
96.2. Normativ hüquqi aktların rəsmi topluları
və məcmuələri bilavasitə normayaratma orqanları
və ya onların tapşırığı ilə digər
dövlət orqanları tərəfindən nəşr
edilir.
Maddə 97. Normativ hüquqi
aktların qeyri-rəsmi topluları və məcmuələri
97.1. Normativ hüquqi aktların qeyri-rəsmi
topluları və məcmuələri fiziki və hüquqi
şəxslər tərəfindən nəşr edilə
bilər.
97.2. Normativ hüquqi aktların qeyri-rəsmi
topluları və məcmuələri nəşr edildikdə
normativ hüquqi aktın mətninin hansı rəsmi
mənbədən götürüldüyü
göstərilməlidir.
XVIII
fəsil
YEKUN MÜDDƏALAR
Maddə 98. Bu Konstitusiya
Qanununun qüvvəyə minməsi qaydası
98.1. Bu Konstitusiya Qanunu dərc edildiyi gündən
qüvvəyə minir.
98.2. Bu Konstitusiya Qanunu qüvvəyə mindiyi
gündən 1999-cu il noyabrın 26-da qəbul olunmuş
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Qanunu qüvvədən düşmüş
hesab edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2010-cu il
¹
21-IVKQ
Əlavə 1
Normativ hüquqi aktın layihəsinin,
qanunun məcburi hüquqi ekspertizası rəyinin strukturu
1. Normativ hüquqi aktın layihəsinin (qanunun)
tənzimləmə sahəsinə aid normativ
tənzimləmənin vəziyyəti (qüvvədə olan
konkret normativ hüquqi aktların təhlili).
2. Normativ hüquqi aktın layihəsinin (qanunun)
normayaratma fəaliyyətinin əsas prinsiplərinə
uyğunluğu.
3. Normativ hüquqi aktın layihəsinin (qanunun)
normalarının onun məqsəd və
vəzifələrinə uyğunluğu.
4. Normativ tənzimləmə predmetinə
uyğunluğu.
5. Normativ hüquqi aktın layihəsinin (qanunun)
formasının və mahiyyətinin uyğunluğu.
6. Normativ hüquqi aktın layihəsinin (qanunun) daxili
strukturunun məntiqliliyi.
7. Normativ hüquqi aktın layihəsinə daxil
edilən (qanunda olan) normaların qarşılıqlı
ziddiyyətsizliyi.
8. Normativ hüquqi aktın layihəsində (qanunda)
bir dövlət orqanının digər dövlət
orqanının səlahiyyətlərinə müdaxilə
etməməsi.
9. Normativ hüquqi aktın layihəsinin (qanunun)
müvafiq səlahiyyətə malik olan normayaratma orqanı
tərəfindən öz səlahiyyəti daxilində
qəbul edilməsi.
10. Normativ hüquqi aktın layihəsinin (qanunun)
müəyyən edilmiş qaydada və formada qəbul
edilməsi.
11. Normayaratma texnikasına uyğunluğu.
12. Normativ hüquqi aktda (onun layihəsində)
sui-istifadə amillərinin və sui-istifadəyə məruz
qalma təzahürlərinin, sui-istifadənin
təzahürləri üçün şərait
yaranmasına kömək edən digər
müddəaların mövcud olub-olmaması.
13. Normativ hüquqi aktın qəbul edilməsi ilə
əlaqədar ləğv edilməli, dəyişikliklər
edilməli olan Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
(onların struktur elementlərinin) siyahısının
düzgünlüyü.[49]
14. Normativ hüquqi aktın qəbul edilməsi ilə
əlaqədar hazırlanmalı olan Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının siyahısının
düzgünlüyü.
15. Çıxarılan nəticə.
Əlavə
2
Normativ hüquqi aktlarda (onların
layihələrində) sui-istifadə amilləri
|
|
|
Tipik sui-istifadə
amili, sui-istifadəyə məruz qalma təzahürü |
Normativ hüquqi
aktda (onun layihəsində) sui-istifadə amilinin aşkar
edildiyi struktur elementi |
|
A |
Dövlət orqanının səlahiyyətlərinin
həyata keçirilməsi ilə əlaqədar olan tipik
sui-istifadə amilləri |
||
|
|
1.
|
vəzifəli şəxsin
(orqanın) diskresion səlahiyyətlərinin genişliyi |
|
|
|
2.
|
vəzifəli şəxsin
(orqanın) səlahiyyətinin dispozitiv imkan kimi
müəyyənləşdirilməsi |
|
|
|
3.
|
şəxsə məxsus
hüquqların həyata keçirilməsi
üçün ona lazım olunandan yüksək
tələblərin irəli sürülməsi |
|
|
|
4.
|
vəzifəli şəxs (orqan)
üçün fiziki və hüquqi şəxslərin
hüquqlarından sui-istifadə imkanının
yaradılması (dispozitiv imkanın verilməsi) |
|
|
|
5.
|
vəzifəli
şəxsin (orqanın) hüquqlarının həcminin
əsassız olaraq dəyişdirilməsi |
|
|
|
6.
|
qanundan irəli gələn
normayaratmanın həddindən artıq azadlığı |
|
|
|
7.
|
hüquqi-linqvistik sui-istifadəyə
məruz qalma |
|
|
|
8.
|
orqanın səlahiyyətindən
kənar normativ hüquqi aktının qəbul edilməsi |
|
|
|
9.
|
qanun boşluqlarının icra
hakimiyyəti orqanının normativ hüquqi aktları
ilə doldurulması |
|
|
B |
Hüquqi boşluqların mövcudluğu ilə
əlaqədar olan tipik sui-istifadə amilləri |
||
|
|
10.
|
hüquqi tənzimlənmədə
boşluqlarının mövcudluğu |
|
|
|
11.
|
inzibati prosedurların olmaması |
|
|
|
12.
|
müsabiqə (hərrac)
prosedurlarının olmaması |
|
|
|
13.
|
konkret fəaliyyət sahəsində
vəzifəli şəxs üçün qadağa və
məhdudiyyətlərin olmaması |
|
|
|
14.
|
hüquqpozmaya görə
vəzifəli şəxs üçün
məsuliyyətin müəyyən edilməməsi |
|
|
|
15.
|
orqana və vəzifəli
şəxslərə nəzarətin
müəyyənləşdirilməməsi |
|
|
|
16.
|
informasiyanın
şəffaflığı rejiminin pozulması |
|
|
C |
Sistem xarakterli tipik sui-istifadə amilləri |
||
|
|
17.
|
yanlış məqsəd və
prioritetlər |
|
|
|
18.
|
kolliziyalar |
|
|
|
19.
|
məcbur edilmiş sui-istifadəyə
məruz qalma |
|
|
Ç |
Sui-istifadəyə məruz qalmanın tipik
təzahürləri |
||
|
|
20.
|
normativ hüquqi aktın qəbul
edilməsi zamanı formal-texniki şərtlərə
riayət olunmaması |
|
|
|
21.
|
normativ hüquqi aktın qəbul
edilməsi müddətinin göstərilməməsi |
|
|
|
22.
|
mənafelər balansının pozulması |
|
|
D |
Digər sui-istifadə amilləri |
||
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 30 sentyabr 2016-cı il tarixli 304-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 20 oktyabr
2016-cı il, ¹ 231, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10,
maddə 1600)
2. 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2018-ci
il, ¹ 152, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab maddə 1396)
3. 7 dekabr 2018-ci il tarixli 1378-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2018-ci il, ¹ 287, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2513)
4. 3 may 2019-cu il tarixli 1570-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu
il, ¹ 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 5, maddə 809)
5. 13 mart 2020-ci il tarixli 9-VIKQD
nömrəli Azərbaycan Respublikasının Konstitusiya
Qanunu (“Azərbaycan” qəzeti, 15 aprel 2020-ci il, ¹ 70, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 4, maddə 384)
6. 30 sentyabr 2021-ci il tarixli 375-VIKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti,
26 noyabr 2021-ci il, ¹ 256, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1297)
7. 30 sentyabr 2022-ci il tarixli 591-VIKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Respublikası Prezidentinin
rəsmi internet saytı 12 noyabr 2022-ci il, “Azərbaycan” qəzeti 13 noyabr
2022-ci il, ¹ 247, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2022-ci il, ¹ 11, maddə 1227)
8. 14 iyul 2023-cü il tarixli 971-VIKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, ¹ 8, I kitab, maddə 1120)
9. 8 oktyabr
2024-cü il tarixli 34-VIIKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 25 oktyabr 2024-cü il, “Azərbaycan”
qəzeti, 26 oktyabr 2024-cü il, ¹ 236, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 10,
maddə 1109)
10. 2 fevral 2026-cı il tarixli 341-VIIKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
10 mart 2026-cı
il, “Azərbaycan” qəzeti, 11 mart
2026-cı il, ¹ 45, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 3,
maddə 199)
KONSTİTUSİYA QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 30 sentyabr 2016-cı il tarixli 304-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 20 oktyabr
2016-cı il, ¹ 231, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10,
maddə 1600) ilə 1.0.3-cü
maddədə “Qanununda
nəzərdə tutulan dövlət və ya yerli
özünüidarə orqanı tərəfindən qəbul”
sözləri “Qanununun 4.1-ci
maddəsində müəyyən” sözləri ilə
əvəz edilmişdir.
[2] 30 sentyabr 2021-ci
il tarixli 375-VIKQD nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr
2021-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 12, maddə 1297) ilə yeni məzmunda 1.0.8-1-ci maddə
əlavə edilmişdir.
[3] 8 oktyabr 2024-cü il tarixli 34-VIIKQD
nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 25 oktyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 26
oktyabr 2024-cü il, ¹ 236, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 10,
maddə 1109) ilə 1.0.20-ci
maddədə “kütləvi
informasiya vasitələrinin” sözləri
“media subyektlərinin” sözləri ilə əvəz edilmişdir.
[4] 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2018-ci il, ¹ 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab
maddə 1396) ilə 1.0.22-ci maddədən “standartlar, o cümlədən Azərbaycan
Respublikasının dövlət standartları, sahə
standartları, texniki şərtlər,” sözləri
və “texniki-iqtisadi
məlumatların dövlət təsnifatı,”
sözləri çıxarılmışdır.
[5] 2 fevral 2026-cı il tarixli 341-VIIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
10 mart 2026-cı
il, “Azərbaycan” qəzeti, 11 mart
2026-cı il, ¹ 45, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 3,
maddə 199) ilə 2.10-cu maddədən “III,” rəqəmi
çıxarılmışdır.
[6] 30 sentyabr 2016-cı il tarixli 304-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 20 oktyabr
2016-cı il, ¹ 231, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10,
maddə 1600) ilə 4.1.3-cü
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.1.3. Azərbaycan Respublikası Mərkəzi
Bankının qərarları;
[7] 30 sentyabr 2022-ci
il tarixli 591-VIKQD nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (Azərbaycan
Respublikası Prezidentinin rəsmi internet saytı 12 noyabr 2022-ci il, “Azərbaycan” qəzeti 13 noyabr 2022-ci il, ¹ 247,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
11, maddə 1227) ilə 4.1.5-ci və
80.0.2.5-ci maddələrində “Milli Televiziya və Radio”
sözləri “Azərbaycan Respublikası
Audiovizual” sözləri ilə əvəz edilmişdir.
[8] 7 dekabr 2018-ci il tarixli 1378-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2018-ci il, ¹ 287, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2513) ilə yeni məzmunda 5.4-cü maddə əlavə
edilmişdir.
[9] 8 oktyabr 2024-cü il tarixli 34-VIIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 25 oktyabr 2024-cü il, “Azərbaycan”
qəzeti, 26 oktyabr 2024-cü il, ¹ 236, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 10, maddə
1109) ilə 9.1.2-ci maddədə və 84-cü maddənin adında “kütləvi informasiya
vasitələrində”
sözləri “media
məhsullarında”
sözləri ilə əvəz edilmişdir.
[10] 30 sentyabr 2021-ci
il tarixli 375-VIKQD nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr
2021-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 12, maddə 1297) ilə 12.2-ci maddə yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
12.2. Normativ hüquqi aktların kolliziyasına yol
verməmək məqsədi ilə yeni normativ hüquqi
aktın qəbul olunması ilə əlaqədar ləğv
edilməli, dəyişikliklər edilməli olan normativ
hüquqi aktların (onların struktur elementlərinin)
siyahısı həmin normativ hüquqi aktın yekun
müddəalarında və ya əlavəsində əks
etdirilməlidir.
[11] 30 sentyabr 2021-ci
il tarixli 375-VIKQD nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr
2021-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 12, maddə 1297) ilə 19.1-ci maddədə “və
onların icrası” sözləri “,
Azərbaycan Respublikası Konstitusiyasının, referendum
aktının, Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının
icrasını təmin etmək” sözləri ilə
əvəz edilmişdir.
[12] 30 sentyabr 2021-ci
il tarixli 375-VIKQD nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2021-ci
il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2021-ci il, ¹ 12, maddə 1297) ilə 19.4-cü maddədə “həmin
aktın icrası” sözləri “bu
Konstitusiya Qanununun 19.1-ci maddəsində göstərilən
aktların icrasını təmin etmək”
sözləri ilə əvəz edilmişdir.
[13] 30 sentyabr 2021-ci
il tarixli 375-VIKQD nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr
2021-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 12, maddə 1297) ilə 20.1-ci maddədə “aktları
ilə nəzərdə tutulmuş hallarda və
hədlərdə” sözləri “aktına,
habelə Azərbaycan Respublikası Konstitusiyasından,
referendum aktından, Azərbaycan Respublikası qanunlarından
və Azərbaycan Respublikası Prezidentinin aktlarından
irəli gəldiyi halda Azərbaycan Respublikası Nazirlər
Kabinetinin aktına əsasən” sözləri ilə
əvəz edilmişdir.
[14] 30 sentyabr 2021-ci
il tarixli 375-VIKQD nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr
2021-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 12, maddə 1297) ilə 20.4-cü maddədə “istinad etdiyi
Azərbaycan Respublikası Prezidentinin aktı göstərilməli
və həmin aktın icrası” sözləri “qəbulu
üçün bu Konstitusiya Qanununun 20.1-ci maddəsinə
uyğun olaraq əsas olmuş akt göstərilməli və
həmin aktın icrasını təmin etmək” sözləri ilə əvəz
edilmişdir.
[15] 14 iyul 2023-cü il tarixli 971-VIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 8, I kitab, maddə 1120) ilə 27-ci maddənin adına “hazırlanmasının”
sözündən sonra “,
razılaşdırılmasının, qəbul edilməsinin
və dərc edilməsinin” sözləri əlavə
edilmişdir.
[16] 14 iyul 2023-cü il tarixli 971-VIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 8, I kitab, maddə 1120) ilə 27.1-ci və 27.2-ci maddələrə “hazırlanması”
sözündən sonra “,
razılaşdırılması, qəbul edilməsi və
dərc edilməsi” sözləri əlavə edilmişdir.
[17] 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2018-ci il, ¹ 152, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab maddə 1396) ilə 29.2-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
29.2. Bir və ya bir necə normativ
hüquqi aktda dəyişikliklər edildikdə həmin
dəyişiklikləri nəzərdə tutan aktın
adında dəyişikliklər edilən normativ hüquqi
aktın (aktların) adı (adları)
göstərilməlidir.
3 may 2019-cu il tarixli 1570-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu
il, ¹ 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 5, maddə 809) ilə 29.2-ci maddəsində “Bir” sözü “Ad və ya rəqəm
dəyişiklikləri ilə əlaqədar bir neçə
normativ hüquqi aktlara dəyişikliklərin edilməsi
və ya bir neçə normativ hüquqi aktın ləğv
edilməsi zərurətinin yarandığı hallar istisna
olmaqla, bir” sözləri ilə əvəz edilmişdir.
14 iyul 2023-cü il tarixli 971-VIKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, ¹ 8, I kitab, maddə 1120) ilə 29.2-ci maddədə “Ad
və ya rəqəm dəyişiklikləri ilə
əlaqədar bir neçə normativ hüquqi aktlara
dəyişikliklərin edilməsi və ya bir neçə
normativ hüquqi aktın ləğv edilməsi
zərurətinin yarandığı” sözləri “Bu Konstitusiya Qanununun 29.3-cü
maddəsində nəzərdə tutulan” sözləri
ilə əvəz edilmişdir.
[18] 14 iyul 2023-cü il tarixli 971-VIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 8, I kitab, maddə 1120) ilə yeni məzmunda 29.3-cü və
29.4-cü maddələr əlavə edilmişdir.
[19] 14 iyul 2023-cü il tarixli 971-VIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 8, I kitab, maddə 1120) ilə 30.10-cu maddənin birinci
cümləsinə “tərkib
hissəsi olan,” sözlərindən sonra “yarımbəndin nömrəsini təkrarlamaqla”
sözləri əlavə edilmişdir.
[20] 14 iyul 2023-cü il tarixli 971-VIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 8, I kitab, maddə 1120) ilə 30.11-ci maddənin ikinci cümləsindən
“(abzas yarımbəndin
mətninin birinci sətrinə münasibətdə)”
sözləri çıxarılmışdır və üçüncü
cümləsində “və ya
yarımbəndinə” sözləri “, yarımbəndinə və abzasına”
sözləri ilə əvəz edilmişdir.
[21] 14 iyul 2023-cü il tarixli 971-VIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 8, I kitab, maddə 1120) ilə 46.2.2-ci maddəyə “rəhbəri” sözündən sonra “(o olmadıqda isə onun
vəzifələrini icra edən şəxs)”
sözləri əlavə edilmişdir.
[22] 14 iyul 2023-cü il tarixli 971-VIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 8, I kitab, maddə 1120) ilə 46.4-cü maddədən “, onun vizalanması isə ən
geci 5 gün keçənədək” sözləri
çıxarılmışdır və həmin
maddəyə yeni məzmunda ikinci cümlə əlavə
edilmişdir.
[23] 30 sentyabr 2021-ci
il tarixli 375-VIKQD nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr
2021-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 12, maddə 1297) ilə 48.2.1-ci maddəyə “müşayiət
məktubu” sözlərindən sonra “,
normativ hüquqi aktın layihəsinin uyğunluğunun
təmini haqqında arayış (müvafiq layihələr
əlavə olunmaqla (olduğu halda))” sözləri
əlavə edilmişdir.
14 iyul 2023-cü il tarixli 971-VIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 8, I kitab, maddə 1120) ilə 48.2.1-ci maddədən “(müvafiq layihələr əlavə olunmaqla
(olduğu halda)) sözləri çıxarılmışdır.
[24] 14 iyul 2023-cü il tarixli 971-VIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 8, I kitab, maddə 1120) ilə yeni məzmunda 48.2-1-ci maddə
əlavə edilmişdir.
[25] 8 oktyabr 2024-cü il tarixli 34-VIIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 25 oktyabr 2024-cü il, “Azərbaycan”
qəzeti, 26 oktyabr 2024-cü il, ¹ 236, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 10,
maddə 1109) ilə 48.3.2-ci maddədə “kütləvi
informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilmişdir.
[26] 30 sentyabr 2021-ci
il tarixli 375-VIKQD nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr
2021-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 12, maddə 1297) ilə 48.3.4-cü maddədə “normativ
hüquqi aktların” sözləri “Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarının və
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının” sözləri ilə
əvəz edilmişdir.
[27] 14 iyul 2023-cü il tarixli 971-VIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 8, I kitab, maddə 1120) ilə
48.7-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
48.7. Normativ hüquqi aktın layihəsi normayaratma
orqanına kağız daşıyıcısında və
eyni zamanda elektron daşıyıcılarında mətn
faylları formasında təqdim edilir.
[28] 14 iyul 2023-cü il tarixli 971-VIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 8, I kitab, maddə 1120) ilə 66.5-ci maddədə “olan” sözü “olub-olmamasından
asılı olmayaraq hər hansı” sözləri ilə
əvəz edilmişdir.
[29] 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2018-ci il, ¹ 152, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab maddə 1396) ilə 70.3-cü maddə yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
70.3. Qanun layihələrinə
Azərbaycan Respublikasının Milli Məclisində
üç oxunuşda baxılır.
14 iyul 2023-cü il tarixli 971-VIKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, ¹ 8, I kitab, maddə 1120) ilə 70.3-cü maddəyə “Milli
Məclisində” sözlərindən sonra “Azərbaycan Respublikası
Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası
diplomatik nümayəndəliklərinin təsis edilməsi,
inzibati ərazi bölgüsü, dövlət təltifləri,”
sözləri əlavə edilmişdir.
[30] 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2018-ci il, ¹ 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab
maddə 1396) ilə 71.2-ci maddədə “üçüncü” sözü “yekun” sözü ilə əvəz edilmişdir.
[31] 13 mart 2020-ci
il tarixli 9-VIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti,
15 aprel 2020-ci il, ¹ 70,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
4, maddə 384) ilə 73.6-cı maddəsinə “layihəsi” sözündən sonra “müvafiq oxunuşda baxılmasına azı 5 gün
qalmış” sözləri əlavə edilmişdir.
[32] 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2018-ci il, ¹ 152, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab maddə 1396) ilə 75.1-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
75.1. Ad və ya rəqəm
dəyişiklikləri edildiyi hallar istisna olmaqla, bir normativ
hüquqi akt yalnız bir normativ hüquqi aktda
dəyişikliklər edə bilər.
14 iyul 2023-cü il tarixli 971-VIKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, ¹ 8, I kitab, maddə 1120) ilə 75.1-ci maddə ləğv edilmişdir.
[33] 14 iyul 2023-cü il tarixli 971-VIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 8, I kitab, maddə 1120) ilə 75.2-ci maddədə “olaraq zəruri hallarda” sözləri “normativ hüquqi aktların
kolliziyasının aradan qaldırılması
məqsədilə” sözləri ilə əvəz
edilmişdir.
[34] 30 sentyabr 2021-ci
il tarixli 375-VIKQD nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr
2021-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 12, maddə 1297) ilə yeni məzmunda 75.3-cü maddə
əlavə edilmişdir.
14 iyul 2023-cü il tarixli 971-VIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 8, I kitab, maddə 1120) ilə
75.3-cü maddəyə yeni məzmunda ikinci cümlə
əlavə edilmişdir.
[35] 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2018-ci il, ¹ 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab
maddə 1396) ilə 76.1-ci maddədə “və ya onların struktur elementləri
(bölmələr, fəsillər, maddələr,
hissələr və s.)” sözləri “(onların struktur elementləri isə bu Konstitusiya
Qanununun 32-ci maddəsinin tələblərinə uyğun
olaraq)” sözləri ilə əvəz edilmişdir.
[36] 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2018-ci il, ¹ 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab
maddə 1396) ilə yeni məzmunda 76.3-cü maddə
əlavə edilmişdir.
14 iyul 2023-cü il tarixli 971-VIKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, ¹ 8, I kitab, maddə 1120) ilə 76.3-cü maddə ləğv edilmişdir.
[37] 14 iyul 2023-cü il tarixli 971-VIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 8, I kitab, maddə 1120) ilə
76.4-cü maddəyə yeni məzmunda ikinci cümlə
əlavə edilmişdir.
[38] 30 sentyabr 2021-ci
il tarixli 375-VIKQD nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr
2021-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 12, maddə 1297) ilə yeni məzmunda 76.4-cü və 76.5-ci
maddələr əlavə edilmişdir.
[39] 30 sentyabr 2021-ci
il tarixli 375-VIKQD nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr
2021-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 12, maddə 1297) ilə 77-ci maddə ləğv edilmişdir.
[40] 30 sentyabr 2016-cı il tarixli 304-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 20 oktyabr
2016-cı il, ¹ 231,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 10, maddə 1600) ilə 80.0.2.3-cü
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
80.0.2.3. “Azərbaycan Respublikası Mərkəzi
Bankının qərarları”;
[41] 30 sentyabr 2021-ci
il tarixli 375-VIKQD nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr
2021-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 12, maddə 1297) ilə 82.2-ci maddənin birinci
cümləyə ikinci halda “dərc edilməsi”
sözlərindən sonra “, rəsmi
internet informasiya ehtiyatında yerləşdirilməsi”
sözləri əlavə edilmişdir və ikinci
cümləyə “edilməsini” sözündən sonra “və rəsmi internet informasiya ehtiyatında
yerləşdirilməsini” sözləri əlavə
edilmişdir.
[42] 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2018-ci il, ¹ 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab
maddə 1396) ilə yeni məzmunda 83.1-1-ci maddə
əlavə edilmişdir.
[43] 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2018-ci il, ¹ 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab
maddə 1396) ilə 83.4-cü maddədə “83.1-ci və 83.2-ci”
sözləri “83.1-ci, 83.1-1-ci
və 83.2-ci” sözləri ilə əvəz edilmişdir.
[44] 14 iyul 2023-cü il tarixli 971-VIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
5 avqust 2023-cü
il, “Azərbaycan” qəzeti, 6 avqust 2023-cü il, ¹ 165,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 8, I kitab, maddə 1120) ilə 84.4-cü maddənin ikinci
cümləsindən “,
habelə Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq hüquqi məlumatın yayılması
üçün xüsusi razılığa (lisenziyaya)
zərurət olduqda, hüquqi məlumatın yayılması
üçün belə xüsusi razılığın
(lisenziyanın) verilmə nömrəsi və tarixi”
sözləri çıxarılmışdır.
[45] 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2018-ci il, ¹ 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab
maddə 1396) ilə 85.3-cü maddədə “30 gün” sözlərindən
əvvəl “ən azı”
sözləri əlavə edilmişdir.
[46] 30 sentyabr 2021-ci
il tarixli 375-VIKQD nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr
2021-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 12, maddə 1297) ilə 89-cu maddənin “89.0.”, “89.0.1.”,
“89.0.2.” və “89.0.3." rəqəmləri
müvafiq olaraq “89.1.”, “89.1.1.”, “89.1.2.” və
“89.1.3.” rəqəmləri ilə əvəz
edilmişdir.
[47] 30 sentyabr 2021-ci
il tarixli 375-VIKQD nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr
2021-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 12, maddə 1297) ilə 89.1.2-ci maddəyə “Konstitusiyası”
sözündən sonra “, bu Konstitusiya
Qanunu” sözləri əlavə edilmişdir.
[48] 30 sentyabr 2021-ci
il tarixli 375-VIKQD nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr
2021-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 12, maddə 1297) ilə yeni məzmunda 89.2-ci maddə
əlavə edilmişdir.
[49] 30 sentyabr 2021-ci
il tarixli 375-VIKQD nömrəli Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr
2021-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 12, maddə 1297) ilə 1 nömrəli Əlavə - “Normativ
hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi
ekspertizası rəyinin strukturu”nun 13-cü və 14-cü
maddələrində “normativ hüquqi aktların”
sözləri “Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının”
sözləri ilə əvəz edilmişdir.