“Azərbaycan
Respublikası və Türkiyə Respublikası arasında
strateji tərəfdaşlıq və qarşılıqlı
yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
“Azərbaycan
Respublikası və Türkiyə Respublikası arasında
strateji tərəfdaşlıq və qarşılıqlı
yardım haqqında” 2010-cu il avqustun 16-da Bakı şəhərində
imzalanmış Müqavilə təsdiq edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 21 dekabr 2010-cu il
¹ 24-IVQ
Azərbaycan
Respublikası və Türkiyə Respublikası arasında
strateji tərəfdaşlıq və qarşılıqlı
yardım haqqında
Müqavilə
Bundan
sonra "Tərəflər" adlandırılacaq
Azərbaycan Respublikası və Türkiyə Respublikası,
9
fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan
Respublikası və Türkiyə Respublikası arasında
dostluq və hərtərəfli
əməkdaşlığın inkişafı barədə
Müqavilə”ni və “Azərbaycan Respublikası və
Türkiyə Respublikası arasında
əməkdaşlıq və qarşılıqlı
yardım haqqında Protokol”u rəhbər tutaraq, habelə 13
oktyabr 1921-ci il tarixli Qars Müqaviləsinə sadiq olduqlarını
ifadə edərək,
ənənəvi
dostluq və qardaşlıq münasibətlərinin
müştərək dəyərlər, hərtərəfli
əməkdaşlıq, etimad və hər iki ölkənin
maraqlarına qarşılıqlı hörmət
əsasında daha da gücləndirilməsi əzmində
olaraq,
bir-birinin
daxili işlərinə qarışmamaq, suveren
bərabərlik, ərazi bütövlüyü və
beynəlxalq tanınmış sərhədlərin
toxunulmazlığı prinsiplərinin vacibliyini təsdiq
edərək, müstəqilliklərinə,
suverenliklərinə, ərazi bütövlüklərinə
yönələn silahlı basqın halında lazımı
qarşılıqlı yardım tədbirlərin həyata
keçirilməsinin zəruriliyini vurğulayaraq,
milli
təhlükəsizliklərinin təmin edilməsi və
iqtisadi qüdrətlərinin gücləndirilməsinin və
müştərək dəyərlərinin qorunmasının
Tərəflərin on ümdə maraqlan olduğu
üçün siyasi, iqtisadi, energetika, mədəni,
humanitar, hərbi və hərbi-texniki sahələrdəki
əməkdaşlıqlarmı inkişaf etdirmək və
dərinləşdirmək qətiyyətində olduqlarını
ifadə edərək,
aktual
beynəlxalq məsələlərdə birgə mövqe
nümayiş etdirmək məqsədilə, beynəlxalq
və regional təşkilatlarda iki ölkə arasında
mövcud əməkdaşlığın daha da
möhkəmləndirilməsinin əhəmiyyətini
vurğulayaraq,
bölgədə
sülh, əmin-amanlıq, rifah və inkişaf məqsədi
ilə əlverişli şəraitin bərqərar olması
üçün dövlətlərin
təhlükəsizliyinin, suverenliyinin və ərazi
bütövlüyünün təmin edilməsinin ən vacib
şərt olduğunu təsdiqləyərək,
insan
hüquqları, qanunun aliliyi və yaxşı
idarəetmə prinsiplərinə sadiq olduqlarım ifadə
edərək,
aşağıdakılar
barədə razılığa gəldilər:
Hərbi-siyasi
və təhlükəsizlik məsələləri
Maddə
1
Tərəflər
qonşu və qardaş dövlətlər olaraq bir-birinin
müstəqilliyinin, suverenliyinin, ərazi
bütövlüyünün, sərhədlərinin toxunulmazlığının
təmin olunmasında və qorunmasında bir-biri ilə
sıx əməkdaşlıq edəcəklər.
Tərəflərin hər hansı biri ərazi bütövlüyünün,
suverenliyinin və sərhədlərinin
toxunulmazlığının təhdid edildiyi və ya
təhlükə altında olduğu qənaətində
olduqda, Tərəflər bu təhdid və
təhlükələrin aradan qaldırılması
istiqamətində görülə biləcək
tədbirlər barədə təxirəsalınmadan
məsləhətləşmələr aparacaqlar.
Maddə
2
Tərəflərdən
biri üçüncü dövlət və ya bir qrup
dövlət tərəfindən silahlı basqın və ya
hərbi təcavüzə məruz qaldıqda,
Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə
tanınan fərdi və ya kollektiv özünü
müdafiə hüququnun həyata keçirilməsi
üçün hərbi imkan və
qüdrətlərindən istifadə etmək də daxil
olmaqla, mövcud imkanları çərçivəsində
bütün zəruri tədbirlərin görülməsi
məqsədi ilə bir-birinə qarşılıqlı
yardım göstərəcəkləri barədə
razılığa gəldilər. Bu yardımın forması
və həcmi təxirəsalınmadan Tərəflər
arasında razılaşdırılacaqdır.
Maddə
3
Tərəflər
bu Müqavilənin 2-ci maddəsini rəhbər tutaraq, bir-birinə
qarşılıqlı yardımın təmin edilməsi
üçün səylərin birləşdirilməsi və
razılaşdırılmış tədbirlərin icrası
məqsədi ilə müdafiə və hərbi-texniki
sahədə siyasətlərinin həyata
keçirilməsində və silahlı qüvvələri
arasındakı əlaqələrin daha da
gücləndirilməsində sıx əməkdaşlıq
edəcəklər.
Maddə
4
Tərəflər
onların maraqlarına toxunan bütün beynəlxalq
təhlükəsizlik məsəlləri üzrə bir-biri
ilə məsləhətləşmələr aparacaq və
bu Müqavilənin məqsədlərinin uğurla həyata
keçirilməsinə nail olmaq üçün həyati
maraqlarının, ələlxüsus milli
təhlükəsizliyinin təmin edilməsi və milli
təhlükəsizliyə qarşı yönələn
hər hansı təhdid və təhlükənin aradan
qaldırılması üçün
qarşılıqlı
məsləhətləşmələr əsasında
fərdi və birgə tədbirlər görmək
imkanlarının inkişaf etdirilməsində və artırılmasında
bir-birinə davamlı, səmərəli yardım
göstərəcək və əməkdaşlıq
edəcəklər.
Maddə
5
Tərəflərdən
hər hansı biri, digər Tərəfin
müstəqilliyinə, suverenliyinə və ərazi
bütövlüyünə qarşı yönələ
bilən ittifaq və hərəkətlərdə iştirak
etməyəcək, öz ərazisində digər
Tərəfin müstəqilliyinə, suverenliyinə və
ərazi bütövlüyünə təhlükə yaradan
təşkilatların və qrupların yaradılmasını
və fəaliyyətini qadağan edəcəklər.
Tərəflərdən
hər hansı biri öz ərazisindən digər
Tərəfə qarşı təcavüz aktlarının
və digər zorakı hərəkətlərin həyata
keçirilməsi üçün istifadə
edilməsinə yol verməməyi öhdələrinə
götürürlər.
Maddə
6
Tərəflər
regional və beynəlxalq sabitliyə və
təhlükəsizliyə mənfi təsir edən
müxtəlif təhdid və çağırışlara,
xüsusilə terrorçuluğa, onun bütün forma və
təzahürlərinə,
maliyyələşdirilməsinə, həmçinin
kütləvi qırğın silahlarının
yayılmasına, mütəşəkkil cinayətkarlığa,
çirkli pulların yuyulmasına, narkotiklərin qeyri-qanuni
dövriyyəsinə, insan alverinə, qeyri-qanuni miqrasiyaya
qarşı mübarizə sahəsində birgə
səylərini və əməkdaşlıqlarını
gücləndirəcəklər.
Hərbi
və hərbi-texniki əməkdaşlıq
məsələləri
Maddə
7
Tərəflər
bu Müqavilədə nəzərdə tutulan müdafiə
sahəsində əməkdaşlığın və
qarşılıqlı yardının həyata keçirilməsi
üçün, öz milli qanunvericilikləri və
beynəlxalq öhdəlikləri əsasında və qanuni
müdafiə ehtiyaclarının təmin olunması
zərurətini nəzərə alaraq, silahlı
qüvvələrinin güc və idarəetmə
strukturlarının əlaqələndirilməsi
üçün lazımi planlaşdırma həyata
keçirirlər.
Maddə
8
Tərəflər
bu Müqavilənin 2-ci maddəsində qeyd olunan
müdafiə və qarşılıqlı yardımın
həyata keçirilməsi çərçivəsində
birgə hərbi əməliyyatlar aparılması
məqsədi ilə hərbi infrastrukturlarının
təkmilləşdirilməsi, silahlı qüvvələrin
hərtərəfli hazırlığı, onların zəruri
silahlarla və hərbi texnika ilə təmin edilməsi
üçün bütün lazımi milli tədbirləri
görürlər.
Maddə
9
Tərəflər
arasında müdafiə sahəsində
əməkdaşlıq çərçivəsində
nəzərdə tutulan tədbirlər
aşağıdakı şəkildə həyata
keçiriləcəkdir:
-
Tərəflərin
müdafiə ehtiyacları və təhlükəsizliyi
üçün müdafiə təyinatlı
məhsulların və maddi-texniki vasitələrin
təchizatı;
-
müdafiə təyinatlı
məhsulların yaradılması və istehsalı;
-
müdafiə təyinatlı
xidmətlərin təqdim edilməsi;
-
birgə hərbi
təlimlərin və müdafiə
hazırlığı
üzrə tədbirlərin keçirilməsi;
-
silahlı qüvvələr
üçün mütəxəssislərin
hazırlanması;
-
silahlı qüvvələrin
fəaliyyətinin arxa cəbhə təminatı;
-
hərbi tibb və
səhiyyə;
-
qarşılıqlı
razılığa əsasən digər sahə və
məsələləri.
İqtisadi
əməkdaşlıq məsələləri
Maddə
10
Tərəflər
ticarət-iqtisadi əlaqələrin hər iki ölkənin
potensialına uyğun olaraq genişləndirilməsi,
habelə iki ölkə arasında iqtisadi inteqrasiyanın
dərinləndirilməsi məqsədi ilə
fəaliyyətlərini daha da
intensivləşdirəcəklər.
Maddə
11
Tərəflər
qarşılıqlı investisiya və ticarət
əlaqələrini, sənaye, maliyyə və bank sektorunda,
kənd təsərrüfatı, yeyinti və yüngül
sənaye, rabitə və informasiya texnologiyaları, kommunikasiya,
nəqliyyat və turizm, alternativ enerji
mənbələrindən istifadə və digər iqtisadi
sahələrdə əməkdaşlığı inkişaf
etdirəcək, habelə üçüncü
ölkələrdə fəaliyyət göstərən
müəssisələri arasında qarşılıqlı
faydalı əməkdaşlığı təşviq
edəcəklər. Tərəflər ixracın
gücləndirilməsi, məhsuldarlığın
artırılması, yeni texnologiyaların istifadəsi və
investisiyaların cəlb olunması məqsədi ilə
əməkdaşlığı
genişləndirəcəklər.
Maddə
12
Tərəflər
enerji sahəsində qlobal və regional enerji
təhlükəsizliyinin təmin edilməsi və
iqtisadiyyatlarının gücləndirilməsi məqsədi
ilə ərazilərdən keçən qlobal
əhəmiyyətli enerji layihələrinin davamlı
fəaliyyəti üçün bütün zəruri
tədbirləri həyata keçirəcək və bu
istiqamətdəki əməkdaşlıqlarını genişləndirəcəklər.
Tərəflər,
həmçinin öz ölkələrində və
üçüncü ölkələrdə karbohidrogen
ehtiyatlarının inkişaf etdirilməsi,
daşınması və satışının təmin
edilməsi üçün müştərək investisiya
layihələri həyata keçirmək
niyyətindədirlər. Bu məqsədlərin həyata
keçirilməsi üçün Tərəflər
aidiyyəti qurum və təşkilatlarının
nümayəndələrindən ibarət olacaq Enerji
Sahəsində Birgə Komissiya yaradılması barədə
razılığa gəldilər.
Maddə
13
Tərəflər
sərnişinlərinin və yüklərinin öz
ölkələrinin hüdudları daxilindəki dəniz
və hava limanlarından, dəmir və magistral yolları
şəbəkələrindən maneəsiz
keçməsinin təmin olunması istiqamətində
əməkdaşlığı inkişaf etdirəcəklər.
Tərəflər iştirakçıları olduqları
beynəlxalq müqavilələrinə və milli
qanunvericiliklərinə uyğun olaraq, tranzit nəqliyyat
xətləri və nəqliyyatın digər sahələri
ilə bağlı olan infrastrukturların inkişafında
əməkdaşlıqlarım
dərinləşdirəcəklər.
Humanitar
məsələlər
Maddə
14
Tərəflər
Parlamentlərarası əməkdaşlığın
gələcəkdə daha da inkişaf etdirilməsini
təşviq edəcəklər.
Maddə
15
Tərəflər,
lazımi dövlət dəstəyini də təmin
edərək, müştərək dəyərlərə
söykənən xalqları arasında güclü əlaqələrinin
ictimai inteqrasiyası məqsədilə humanitar, sosial
müdafiə, səhiyyə, təhsil, mədəniyyət,
gənclər və idman sahələrində əməkdaşlığı
inkişaf etdirəcək, hər iki xalqın
müştərək dəyərlərinin əsas
ünsürləri olan dillərinin, müqəddəs
dəyərlərinin və mədəni irslərinin hər
iki ölkədə də tanıdılmasını və
inkişaf etdirilməsini təşviq edəcək və
lazımi ictimai dəstəyinin göstərilməsini
təmin edəcək, tarixi və mədəni irslərinin
qorunması üçün birgə fəaliyyət həyata
keçirəcəklər.
Tərəflər,
bir-birlərinin incəsənət qurumlarının
fəaliyyətlərinin hər iki ölkədə də
genişləndirilməsi və müştərək
mədəniyyət və incəsənət qurumlarının
yaradılması barədə razılığa
gəldilər.
Maddə
16
Tərəflər
intellektual, elmi və texniki potensiallarının daha da
artırılması və ümumi elmi-texniki məkanın
yaradılması məqsədi ilə, elmi
müəssisələri arasında əlaqələrin
gücləndirilməsini təşviq edəcək,
müştərək elmi tədqiqat layihələrinin
icrası və əldə olunan elmi, texniki və texnoloji
nailiyyətlərin ən yaxşı şəkildə
tətbiqi və qarşılıqlı istifadə olunması
istiqamətində əməkdaşlıq
edəcəklər.
Maddə
17
Tərəflər
rabitə və informasiya texnologiyaları sahəsində,
eləcə də kütləvi informasiya vasitələri
arasında əməkdaşlığın inkişaf etdirilməsini
təşviq edəcəklər.
Maddə
18
Tərəflər
milli qanunvericiliklərinə uyğun olaraq,
vətəndaşlarının bir-birinin
ölkələrinə gediş-gəlişinin
asanlaşdırılması, bir Tərəfin
vətəndaşının digər tərəfinin
ölkəsində yaşamasının, daşınmaz
əmlak əldə etməsinin, əmək fəaliyyəti
ilə məşğul olması və sosial müdafiəsinin
təmin olunması üçün tədbirlər
görəcəklər.
Tərəflər
milli qanunvericiliklərinə uyğun olaraq, hər iki
ölkənin milli maraqlarının müdafiəsi,
xalqlarının tarixi və mədəniyyətinin dünya
ictimaiyyətinə çatdırılması,
Tərəflərin üçüncü ölkədə
yaşayan vətəndaşlarının, habelə
üçüncü ölkənin vətəndaşı
olan və ya vətəndaşlığı olmayan, lakin
etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr
baxımından Tərəflərdən birinə
bağlılığı olan soydaşların
hüquqlarının qorunması istiqamətində digər
ölkələrdəki diasporlarının fəaliyyətinə
beynəlxalq hüquqi aktlar çərçivəsində
və müvafiq ölkələrin qanunvericiliyinin imkan verdiyi
həddə dəstək verəcəklər.
Maddə
19
Tərəflər
ətraf mühitin mühafizəsi və iqlim
dəyişikliyinin mənfi təsirlərinin
qarşısının alınması sahəsində
birgə səylərin göstərilməsi
məqsədilə ətraf mühit sahəsində
hökumət və qeyri-hökumət təşkilatları
arasında əməkdaşlığı təşviq
edəcəklər.
Maddə
20
Tərəflər
ərzaq təhlükəsizliklərinin təmin edilməsi
istiqamətində kənd təsərrüfatı və
ərzaq təminatı sahəsində əməkdaşlıqlarını
daha da inkişaf etdirəcəklər.
Ümumi
və yekun müddəalar
Maddə
21
Bu
Müqavilənin müddəaları Tərəflərin
iştirakçısı olduqları digər beynəlxalq
müqavilələrdən irəli gələn hüquq
və öhdəliklərinə xələl
gətirməyəcəkdir.
Maddə
22
Bu
Müqavilə müddəalarının təfsirindən
və ya tətbiqindən irəli gələn hər cür
fikir ayrılığı arbitraja və ya hər hansı bir
milli və ya beynəlxalq məhkəməyə ya da digər
üçüncü tərəf vasitəsilə həll
yollarına müraciət etmədən Tərəflər
arasında danışıqlar yolu ilə dostcasına həll
olunacaqdır.
Maddə
23
Bu
Müqavilə, Tərəflərin milli qanunvericiliklərinin
nəzərdə tutduğu lazımi prosedurların başa
çatması ilə əlaqədar ratifikasiya
sənədlərinin mübadilə edildiyi gündən
qüvvəyə minir və 10 il müddətində
qüvvədə qalacaqdır.
Tərəflərdən
hər biri bu Müqavilənin müddətinin bitməsinə
ən azı 6 ay qalmış diplomatik kanallar vasitəsilə
yazılı olaraq Müqavilənin ləğvi barədə
bildiriş təqdim etmədiyi halda Müqavilənin
qüvvədə olma müddəti avtomatik olaraq
növbəti 10 illik müddətlərə uzadılacaqdır.
Bu
Müqavilə qarşılıqlı razılaşma ilə
dəyişdirilə bilər. Hər bir dəyişiklik bu
maddənin birinci bəndində müəyyən edilmiş
qaydaya uyğun olaraq qüvvəyə minəcəkdir.
Bu
Müqavilə Bakı şəhərində 16 avqust 2010-cu il
tarixində Azərbaycan və Türk dillərində olmaqla
iki əsl nüsxədə imzalanmışdır,
bütün mətnlər eyni hüquqi qüvvəyə
malikdir. Təfsir zamanı fərqlər olduğu halda
bütün mətnlər bərabər
dərəcədə əsas götürüləcəkdir.
|
Azərbaycan
Respublikası adından |
|
Türkiyə
Respublikası adından |
|
|
|
|
|
İlham Əliyev Azərbaycan
Respublikasının Prezidenti |
|
Abdullah Gül Türkiyə
Respublikasının Prezidenti |