“Azərbaycan
Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanması Qaydaları”nın təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanmasını tənzimləmək
məqsədi ilə Kənd Təsərrüfatı
Nazirliyinin aidiyyəti orqanlarla
razılaşdırılmış təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1.
"Azərbaycan Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanması Qaydaları" təsdiq
edilsin (əlavə olunur).
2.
"Azərbaycan SSR yaşayış məntəqələrində
əhalinin qeyri-məhsuldar ev heyvanları saxlamasını
qaydaya salmaq haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin
1982-ci il 10 oktyabr tarixli 458 nömrəli qərarı
qüvvədən düşmüş hesab edilsin.
3.
Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A.RASİZADƏ
Bakı
şəhəri, 9 mart 2011-ci il
¹ 38
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart
tarixli 38 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Azərbaycan Respublikasının
yaşayış məntəqələrində it, pişik
və ya digər ev heyvanlarının saxlanması
QAYDALARI
1. Ümumi müddəalar
1.1.
Bu Qaydalar yaşayış məntəqələrində it,
pişik və ya digər ev heyvanlarının (bundan sonra - ev
heyvanları) saxlanma şərtlərini, onların
saxlanılmasına nəzarəti, heyvan sahibinin hüquq
və vəzifələrini və digər qaydaları
müəyyən edir.
1.2.
Ev heyvanları saxlayan şəxslər (bundan sonra -
şəxslər) ərazinin epizootoloji sabitliyini və
insanların sağlamlığını qorumağa
borcludurlar.
1.3.
Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan
sonra – Agentlik), sanitar-epidemioloji,
daxili işlər və yerli icra hakimiyyəti orqanları
şəxslərin bu Qaydalara əməl etmələrinə
nəzarəti həyata keçirirlər.[1]
1.4.
Şəxslərə məxsus ev heyvanlarının yoluxucu
xəstəliklərə qarşı
peyvəndlənmələrini, diaqnostik
müayinələrini, digər baytarlıq-sanitariya tədbirlərini
təşkil etmək məqsədi ilə onların Agentliyin regional
bölməsində uçota alınmaları (identifikasiya
olunması) insanların sağlamlığı və
ərazinin epizootoloji sabitliyinin qorunması baxımından
yerinə yetirilməsi vacib olan mühüm dövlət
baytarlıq tədbiridir.[2]
1.5.
Ev heyvanlarının xarici ölkəyə aparılması Agentliyin regional
bölməsinin
baytarlıq şəhadətnaməsinin (sertifikatının)
və müvafiq pasportun tərtib olunması ilə həyata
keçirilir.
1.6.
Ev heyvanlarının müayinəsi, müalicəsi yalnız
baytar həkimləri tərəfindən həyata
keçirilir.
2. Heyvanların saxlanması
şərtləri
2.1.
Baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər
normaları pozmamaqla, şəhərdə və
şəhərtipli qəsəbələrdə
çoxmərtəbəli binaların ayrıca
mənzillərində yaşayan hər bir ailəyə
qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və
iki pişik saxlamağa icazə verilir.
2.2.
Baytarlıq və sanitar-epidemioloji orqanların rəsmi
razılığı əsasında "canlı
təbiət" guşələrində, uşaqlar üçün sosial
xidmət müəssisələrində, yay və qış
idman-sağlamlıq ocaqlarında, sanatoriya-kurort
müəssisələrində (istirahət evlərində,
pansionatlarda və s.) ev heyvanlarını saxlamaq olar.[3]
2.3.
Şəhərdə və şəhərtipli
qəsəbələrdə lazımi qaydada
çəpərlənmiş və təcrid olunmuş
ərazilərdə itlərin sərbəst gəzintisi
təşkil edilə bilər.
2.4.
Təşkilatlarda, idarələrdə,
müəssisələrdə gözətçi itlər
yalnız xüsusi yerlərdə saxlanmalıdır.
2.5.
İri cins itlərin (senbernar, ovçarka, doq, boksyor,
endelteryer, doberman-pinçer və s.) və digər
heyvanların sahibləri mənzillərin,
təşkilatların qapılarına it, yaxud vəhşi
heyvan şəkilləri və "Təhlükəlidir"
sözü yazılmış lövhələr vurmağa
borcludurlar.
3. Ev heyvanı saxlayan
şəxslərin hüquqları
3.1.
Heyvan sahibi ev heyvanlarının saxlanması ilə
bağlı aşağıdakı hüquqlara malikdir:
3.1.1.
insanların sağlamlığının qorunması
məqsədi ilə itləri ancaq kiçik cilovda, iri cins
itləri isə cilovda və buruntaqda olmaqla ümumi məhəllələrdə
və yaxud küçələrdə gəzdirmək;
3.1.2.
itləri sürülərdə və naxırlarda, xüsusi
təşkilatların operativ işlərində, ovda,
təlim, məşq meydançalarında cilovsuz və
buruntaqsız saxlamaq;
3.1.3.
bu Qaydaların 3.1.1-ci yarımbəndinə riayət
etməklə, ev heyvanlarını su, hava, dəmir yolu və
avtomobil nəqliyyatında (şəhərlərarası
avtobuslarda) aparmaq;
3.1.4.
yerli icra hakimiyyəti orqanı tərəfindən
ayrılmış xüsusi meydançalarda itləri cilovsuz
və buruntaqsız gəzdirmək;
3.1.5.
sağlamlığını və mənşəyini
təsdiq edən pasportu, baytarlıq
şəhadətnaməsi, eləcə də
müəssisənin müdiriyyətinin
razılığı olduqda, ev heyvalarını mehmanxanada
saxlamaq.
4. Məhdudiyyətlər
4.1.
Heç bir şəxs ev heyvanı ilə qəddar
davranmamalı, onlara ağrı, yaxud zərər
verməməli və heyvanları müvafiq orqanlara
xəbər vermədən sahibsiz vəziyyətə
salmamalıdır.
4.2.
Ev heyvanı onun sağlamlığına zərər vura
biləcək üsullarla təlim edilməməlidir.
4.3.
Heç bir heyvan 18 yaşa çatmamış
şəxsə, həmin şəxsin valideynlərinin və
ya onu himayə edən şəxslərin yazılı
razılığı olmadan satıla bilməz.
4.4.
Ev heyvanlarının saxlanması ilə bağlı
aşağıdakılar qadağandır:
4.4.1.
insanın həyatı və sağlamlığı
üçün təhlükəli olan vəhşi
heyvanların, ilanların çoxmərtəbəli
binaların mənzillərində və malikanə tipli
evlərdə saxlanması;
4.4.2.
ev heyvanlarının ictimai yerlərdə, binaların
ümumi istifadə yerlərində saxlanması və
qidalandırılması;
4.4.3.
ev heyvanlarının ictimai iaşə
müəssisələrində, ərzaq
məhsullarının istehsal sahələrində və
ticarət obyektlərində, bazarlarda,
çimərliklərdə, habelə uşaqlar üçün sosial
xidmət müəssisələrində saxlanması və
gəzdirilməsi;[4]
4.4.4.
baytarlıq şəhadətnaməsi olmadıqda, yaxud
şəhadətnamədə itlərin quduzluğa (digər
xəstəliklərə) qarşı peyvənd olunması
göstərilmədikdə, onların satılması və
bağışlanması, nəqliyyat vasitələri ilə
respublika daxilində bir yerdən başqa yerə
aparılması;
4.4.5.
şəhərdə və şəhərtipli
qəsəbələrdə ayrı-ayrı yaşayış
sahələrində çoxmərtəbəli binaların
arasında iri və xırda buynuzlu heyvanların yetişdirilməsi,
saxlanması;
4.4.6.
Agentliklə razılaşdırılmadan ev
heyvanlarının yarışlarının
keçirilməsi;[5]
4.4.7.
sərxoş vəziyyətdə (alkoqollu
içkilərdən, narkotik vasitələrdən və ya
digər güclü təsir edən maddələrdən
istifadə etməklə) olan şəxs
tərəfindən ev
heyvanlarının gəzdirilməsi;[6]
4.4.8.
ev heyvanlarının insanların üzərinə
saldırılması;
4.4.9. yarış vaxtı və ya heyvanın
sağlamlığı və rifahı üçün
təhlükə yarada bilən digər hallarda ev
heyvanlarının təbii imkanlarının
artırılması, yaxud azaldılması məqsədi
ilə onlara preparatların verilməsi, tibbi və texniki
üsulların tətbiq edilməsi;
4.4.10. qanunla
müəyyən edilmiş hallar istisna olmaqla, ev
heyvanlarının xarici görkəmini dəyişdirmək
məqsədi ilə və ya digər
qeyri‑müalicəvi məqsədlə cərrahi
əməliyyatların (qulaqlarının kəsilməsi,
devokalizasiya, dırnaq və dişlərin
çıxarılması və s.) aparılması.[7]
4.5.
Baytar həkiminin rəyinə
əsasən qeyri-müalicəvi proses heyvanın faydası
üçün və ya baytarlıq-sanitariya tibbi
baxımından lazım olduqda, habelə axtalama məqsədi
ilə bu Qaydaların 4.4.10-cu yarımbəndində
nəzərdə tutulan cərrahi əməliyyatlar aparıla
bilər. Əməliyyat
zamanı heyvan şiddətli ağrılar keçirməli
olacaqsa, bu əməliyyatlar yalnız baytar həkimi
tərəfindən (onun nəzarəti altında) anesteziya
edilməklə həyata keçirilir. Tələb olunan
əməliyyatlar müvafiq qanunvericiliyə uyğun olaraq
səlahiyyətli şəxs tərəfindən edilə
bilər.[8]
4.6.
Ev heyvanlarının ticarəti, damazlığı, kommersiya,
yaxud digər məqsədlə sığınacaqlarda (heyvan
mehmanxanasında) saxlanması üzrə məşğul olan
hər bir hüquqi və fiziki şəxs bu
fəaliyyətini səlahiyyətli icra hakimiyyəti
orqanları ilə (Agentlik, yerli icra
hakimiyyəti, sanitar-epidemioloji orqanlar) müvafiq qaydada razılaşdırmalıdır.[9]
5. Ev heyvanı saxlayan
şəxslərin vəzifələri
5.1.
Ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs
həmin heyvanın növünə və cinsinə uyğun
olaraq, yaşayışı üçün yer
ayırmalı, təbii tələbatlarını nəzərə
alaraq, ona aşağıdakı qayğıları
göstərməlidir:
5.1.1.
heyvana lazımi səviyyədə yem və su verməli;
5.1.2.
heyvanın nəzarətsiz qalmaması və qaçmaması
üçün müvafiq tədbirlər görməli;
5.1.3.
Agentlikdə qeydiyyatda olan baytarlıq
klinikalarında, itçilik klubunda öz heyvanlarını
ildə bir dəfə müayinədən keçirməli;[10]
5.1.4.
baytarlıq xidmətində ev
heyvanları üçün quduzluğa qarşı
müalicə-profilaktik tədbirləri həyata
keçirməli;[11]
5.1.5.
lazım olmayan heyvanları sahibsiz heyvanları saxlayan
müəssisəyə təhvil verməli;
5.1.6.
heyvanlar xəstələndikdə, insanları, heyvanları
dişləmə və zədələmə halları
müşahidə edildikdə, onlara baxmaq və karantində
saxlamaq üçün Agentliyin regional
bölməsinə
müraciət etməli; [12]
5.1.7.
ölmüş heyvanların cəsədlərini
utilləşdirmək və basdırmaq üçün
sahibsiz heyvanları qəbul edən məntəqəyə
təhvil verməli;
5.1.8.
ətraf mühitin çirklənməsinə yol
verməməli, ərazini baytarlıq qaydaları və
normativlərinə uyğun saxlamalı.
5.2.
Ev heyvanlarının sahibləri həmin heyvanlarla bir
yerdən başqa bir yaşayış yerinə
köçərkən, həmin yaşayış
məntəqəsinin baytarlıq xidmətinə 5 gün
müddətində məlumat verməlidir.
5.3.
Ev heyvanları tərəfindən adamların
dişlənməsi zamanı onlara dəyən ziyan və
müalicə xərcləri heyvan sahibi tərəfindən
ödənilməlidir.
6. Heyvanlarla qəddar rəftara
görə məsuliyyət
6.1.
Heyvanlarla rəhmsizcəsinə davranaraq, onları
şikəst və ya tələf edən şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq məsuliyyətə cəlb olunurlar.
6.2.
Küçələrdə, bazarlarda, bağçalarda, bulvarda,
çimərliklərdə, nəqliyyat
vasitələrində və digər ictimai yerlərdə
sahibsiz itlər, pişiklər, hətta cins itlər
(xaltalı, jetonlu, buruntaqlı) sahibsiz heyvanlar saxlayan
müəssisələr tərəfindən
götürülməlidir. "Ev heyvanlarının
mühafizəsi haqqında" Avropa Konvensiyasının
tələblərinə uyğun olaraq, ixtisaslı
mütəxəssislərin nəzarəti altında xüsusi
vasitələrlə sahibsiz ev heyvanlarının ovlanması təşkil
olunur.
6.3.
Sahibsiz heyvanları qəbul edən təşkilat 5 gün
müddətində cins heyvanın kimə məxsus olması
təsdiq edildikdə (qeydiyyat vəsiqəsi, baytarlıq
şəhadətnaməsi və s.), heyvanın
sağlamlığına dair baytar həkiminin verdiyi
müsbət rəydən sonra onu sahibinə
qaytarmalıdır. [13]
6.4.
Yoluxucu xəstəliklərə tutulmuş ev heyvanları (o
cümlədən, sahibsiz heyvanlar) insan həyatı, yaxud
ərazinin epizootoloji sabitliyi üçün
təhlükə törətdikdə, baytar həkiminin
rəyinə əsasən müəyyən edilmiş
üsullarla öldürülərək məhv edilə
bilər.
7. Heyvanların saxlanması
qaydalarının pozulmasına görə məsuliyyət
7.1.
Ev heyvanlarını saxlayan və ya ona baxmaq üçün
razılıq verən hər bir şəxs həmin
heyvanın sağlamlığına görə
məsuliyyət daşıyır.
7.2.
Heyvanı damazlıq üçün götürən
hər bir şəxs onun nəslinin sağlamlığına
zərər vura biləcək anatomik, fizioloji və
davranış xüsusiyyətlərinin düzgün
nəzərə alınması baxımından
məsuliyyət daşıyır.
7.3.
Ev heyvanlarının sahibləri, müəssisə və
təşkilatın vəzifəli şəxsləri
heyvanların saxlanması şərtlərini pozduqda,
qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati
və cinayət məsuliyyəti daşıyırlar.
8. Heyvanların saxlanması
qaydalarına nəzarət
8.1.
Şəhərdə, şəhərtipli
qəsəbələrdə, digər yaşayış
sahələrində heyvanların saxlanma qaydalarına
nəzarət yerli icra hakimiyyəti, daxili işlər
orqanları, sanitariya-epidemioloji və baytarlıq
idarələri tərəfindən aşağıdakı
qaydada həyata keçirilir:
8.1.1.
yerli icra hakimiyyəti orqanları yaşayış
sahələrində şəxslərin öhdəsində
olan heyvanların (it, pişik və s.) baytarlıq uçotunda olmasını
nəzarətdə saxlayır; [14]
8.1.2.
daxili işlər orqanları müvafiq qanunvericilik
aktlarına uyğun olaraq, heyvanların saxlanması
haqqında qaydaları pozan şəxslər barədə
tədbirlər görülməsi üçün Agentliyin regional bölməsinə məlumat verir;[15]
8.1.3.
baytarlıq idarələri hüquqi və fiziki
şəxslərə məxsus heyvanlarda (it, pişik və s.) təlimata uyğun olaraq
peyvəndləmələri, diaqnostik müayinələri,
digər baytarlıq-sanitariya tədbirlərini və insan
həyatı üçün təhlükəli
xəstəlikləri olan itlərin, digər heyvanların
məhv edilməsində baytarlıq xidmətini təşkil
edir, heyvanların saxlanması qaydalarını pozan
şəxslər haqqında müraciət daxil olduqda,
qanunvericiliyə əsasən müvafiq tədbirlər
görür və sahibsiz heyvanların ovlanmasında müvafiq tədbirlərin
görülməsini
təmin edir; [16]
8.1.4.
sanitar-epidemioloji orqanlar nəzarət etdikləri ərazi
üzrə ev heyvanlarının saxlanması zamanı
sanitariya-gigiyena norma və qaydalarının pozulmasına
səbəb olan halların aradan qaldırılması
üçün müvafiq tədbirlər görür.
9. Heyvan saxlamaq hüququndan məhrum
etmə
Dəfələrlə
xəbərdarlıq edilməsinə baxmayaraq, müvafiq
qaydaları mütəmadi olaraq pozan və nöqsanların
aradan qaldırılmasını təmin etməyən heyvan
sahibləri haqqında dövlət sanitariya-epidemioloji və Agentliyin regional bölməsinin təqdimatına əsasən
yerli icra hakimiyyəti orqanı həmin şəxsi ev
heyvanı saxlamaq hüququndan məhrum etmək məqsədi
ilə məhkəməyə müraciət edir.
10. Sahibsiz heyvanlarla mübarizə
tədbirləri
10.1.
Sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini
yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
10.2.
Sahibsiz heyvanlar problem yaratdıqları halda
əziyyətlərə, ağrılara məruz qoymayan
üsullarla onların sayının azaldılması üçün
zəruri tədbirlər həyata keçirilir.
10.3.
Tutulan sahibsiz heyvanlar müvafiq sığınacaqlarda
saxlanılmalıdır.
10.4.
Ev heyvanlarının sayının
planlaşdırılmamış artımı
sterilləşdirilmə (axtalama) vasitəsilə
azaldılmalıdır.
10.5.
Heyvanlar quduzluğa, insan həyatı üçün
təhlükəli olan digər xəstəliklərə
tutulduqda və ya insanların həyat və
sağlamlığı üçün təhlükə
yaratdıqda məhv edilirlər.
10.6.
Müxtəlif səbəblərdən ölmüş
heyvanların cəsədlərinin məhv edilməsi
baytarlıq nəzarətində olan heyvan
qəbiristanlığında, yaxud
mərkəzləşdirilmiş util zavodunda aparılır.
10.7.
Ev heyvanlarının əzab çəkməsinə son qoymaq
məqsədi ilə onlar məhv edilə bilərlər.
11. İnformasiya və
maarifləndirmə
11.1.
Yerli icra hakimiyyəti orqanı, Agentlik ev heyvanlarının saxlanması, damazlığı,
təlimi, ticarəti və himayəsi ilə məşğul
olan şəxsləri maarifləndirməli və onlarla
müvafiq təbliğat işi aparmalıdırlar.[17]
11.2.
Maarifləndirmə proqramlarında aşağıdakılara
diqqət yetirilməlidir:
11.2.1.
ev heyvanlarının kommersiya və ya yarış
məqsədi ilə təliminin bu sahədə bilik və
bacarığa malik olan şəxslər tərəfindən
aparılmasına;
11.2.2.
ev heyvanlarının 18 yaşa çatmamış
şəxslərə, onların valideynlərinin və ya
valideyn öhdəliklərini icra edən şəxslərin
razılığı olmadan hədiyyə kimi
verilməsinə;
11.2.3.
ev heyvanlarının mükafat və ya bonus kimi hədiyyə
verilməsinin yolverilməzliyinə;
11.2.4.
arzuolunmaz və sahibsiz heyvanların sayının artması
riskinə gətirib çıxaran ev heyvanlarına
məsuliyyətsiz sahibliyə.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 19 oktyabr 2011-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 10, maddə
972)
2. 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 22 fevral 2015-ci il, ¹ 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, ¹2, maddə 227)
3. 16 dekabr 2016-cı il tarixli 507 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 18 dekabr 2016-cı
il, ¹ 281, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2226)
4. 1 dekabr 2018-ci il
tarixli 519 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, ¹
275, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹12, II kitab,
maddə 2722)
5. 23 may 2019-cu il tarixli 238 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 26 may 2019-cu il, ¹ 115, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə
971)
6. 9 aprel 2020-ci il tarixli 135 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
12 aprel 2020-ci il, ¹ 68,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il,
¹4, maddə 482)
7. 21 sentyabr 2020-ci il tarixli 349
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 sentyabr 2020-ci il, ¹
194, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə 1222)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 21 sentyabr 2020-ci
il tarixli 349
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 24 sentyabr 2020-ci il, ¹ 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 9, maddə 1222) ilə “Azərbaycan
Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanması Qaydaları”nın 1.3-cü
bənddə “Ərazi
baytarlıq idarələri” sözləri “Azərbaycan Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik)”
sözləri ilə əvəz edilmişdir.
[2] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 6 dekabr 2018-ci il, ¹ 275, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹12, II kitab, maddə 2722) ilə “Azərbaycan Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanması Qaydaları”nın 1.4-cü
bəndində “ərazi
baytarlıq idarələrində” sözləri, 1.5-ci
bənddə “ərazi
baytarlıq idarəsinin” sözləri ismin müvafiq
hallarında “Azərbaycan
Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional
bölməsi” sözləri ilə əvəz
edilmişdir.
21 sentyabr 2020-ci
il tarixli 349
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 24 sentyabr 2020-ci il, ¹ 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 9, maddə 1222) ilə “Azərbaycan
Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanması Qaydaları”nın 1.4-cü,
1.5-ci bəndlərdə və 5.1.6-cı
yarımbənddə “Azərbaycan
Respublikası Qida Təhlükəsizliyi Agentliyinin”
sözləri “Agentliyin”
sözü ilə əvəz edilmişdir.
[3] 9 aprel 2020-ci
il tarixli 135
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 12 aprel 2020-ci il, ¹ 68, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹4, maddə
482) ilə “Azərbaycan
Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanması Qaydaları”nın 2.2-ci
bənddə “uşaq və
yeniyetmə müəssisələrində” sözləri
“uşaqlar üçün
sosial xidmət müəssisələrində”
sözləri ilə əvəz edilmişdir.
[4] 9 aprel 2020-ci
il tarixli 135
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 12 aprel 2020-ci il, ¹ 68, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹4, maddə
482) ilə “Azərbaycan
Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanması Qaydaları”nın 4.4.3-cü
yarımbənddə “uşaq
müəssisələrində” sözləri “uşaqlar üçün sosial
xidmət müəssisələrində” sözləri
ilə əvəz edilmişdir.
[5] 21 sentyabr 2020-ci
il tarixli 349
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 24 sentyabr 2020-ci il, ¹ 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 9, maddə 1222) ilə “Azərbaycan
Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanması Qaydaları”nın 4.4.6-cı
yarımbənddə “ərazinin
baytarlıq xidməti orqanı ilə” sözləri “Agentliklə” sözü
ilə əvəz edilmişdir.
[6] 19 oktyabr 2011-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 10, maddə
972) ilə 4.4.7-ci yarımbəndində "ev
heyvanlarının" sözlərindən əvvəl
"olan şəxs tərəfindən" sözləri
əlavə edilmişdir.
[7] 19 oktyabr 2011-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 10, maddə
972) ilə 4.4.9-cu və 4.4.10-cu yarımbəndləri yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi.
4.4.9. yarış
vaxtlarında və digər hallarda heyvanın
sağlamlığı və rahatlığı
üçün təhlükə yarada bilən təbii
imkanlarının artırılması, yaxud azaldılması
məqsədi ilə onlara preparatların verilməsi, tibbi
və texniki üsulların tətbiq edilməsi;
4.4.10. qeyri-müalicəvi məqsədlə
ev heyvanlarının xarici görkəmini
dəyişdirmək üçün cərrahi
əməliyyatların (quyruğunun, qulaqlarının
kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin
çıxarılması) aparılması.
16 dekabr 2016-cı il tarixli 507 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 18 dekabr 2016-cı
il, ¹ 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 12, maddə 2226) ilə “Azərbaycan
Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanması Qaydaları”nın 4.4.10-cu
yarımbəndinə “ev
heyvanlarının” sözlərindən əvvəl “qanunla müəyyən edilmiş
hallar istisna olmaqla,” sözləri əlavə edilmişdir.
[8] 19 oktyabr 2011-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 10, maddə
972) ilə 4.5-ci bəndinin birinci cümləsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi.
Heyvanın faydası
üçün qeyri-müalicəvi proses
baytarlıq-sanitariya tibbi baxımından lazım olduqda, baytar
həkiminin rəyinə əsasən aparıla bilər.
[9] 23 may 2019-cu
il tarixli 238
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 26 may 2019-cu il, ¹ 115, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə
971) ilə “Azərbaycan
Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanması Qaydaları”nın 4.6-cı
bəndində “Baytarlıq
Xidməti” sözləri “Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
yanında Aqrar Xidmətlər Agentliyi” sözləri
ilə əvəz edilmişdir.
21 sentyabr 2020-ci
il tarixli 349
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 24 sentyabr 2020-ci il, ¹ 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 9, maddə 1222) ilə “Azərbaycan
Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanması Qaydaları”nın 4.6-cı,
11.1-ci bəndlərdə və 5.1.3-cü
yarımbənddə ismin müvafiq hallarında “Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar
Xidmətlər Agentliyi” sözləri ismin müvafiq
hallarında “Agentlik”
sözü ilə əvəz edilmişdir.
[10] 19 oktyabr 2011-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 10, maddə
972) ilə 5.1.3-cü yarımbəndində "qeydiyyatdan" sözü
"müayinədən"
sözü ilə əvəz edilmişdir.
13 fevral 2015-ci il tarixli 38
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 22 fevral 2015-ci il, ¹ 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, ¹2, maddə 227) ilə
“Azərbaycan Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanması Qaydaları”nın 5.1.3-cü yarımbəndində
və 11.1-ci bəndində ismin müvafiq hallarında “Dövlət
Baytarlıq Xidməti” sözləri ismin müvafiq
hallarında “Dövlət Baytarlıq Nəzarəti
Xidməti” sözləri ilə əvəz edilmişdir.
1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 6 dekabr 2018-ci il, ¹ 275, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹12, II kitab, maddə 2722) ilə “Azərbaycan Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanması Qaydaları”nın 5.1.3-cü
yarımbəndindən və 11.1-ci bənddən “Nəzarəti” sözü
çıxarılmışdır.
[11] 19 oktyabr 2011-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 10, maddə
972) ilə 5.1.4-cü yarımbəndində "ev heyvanlarını
müayinədən keçirməli, quduzluğa qarşı
müalicə-profilaktik tədbirlər həyata
keçirməli" sözləri "ev heyvanları üçün quduzluğa qarşı
müalicə-profilaktik tədbirləri həyata
keçirməli" sözləri ilə əvəz
edilmişdir.
[12] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 6 dekabr 2018-ci il, ¹ 275, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹12, II kitab, maddə 2722) ilə “Azərbaycan Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanması Qaydaları”nın 5.1.6-cı yarımbəndində
“baytarlıq
müəssisələrinə” sözləri “Azərbaycan Respublikası Qida
Təhlükəsizliyi Agentliyinin regional bölməsinə”
sözləri ilə əvəz edilmişdir.
[13] 19 oktyabr 2011-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 10, maddə
972) ilə 6.3-cü bəndindən
mötərizədəki "qeydiyyat
vəsiqəsi," sözləri
çıxarılmışdır.
[14] 19 oktyabr 2011-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 10, maddə
972) ilə 8.1.1-ci yarımbəndində "qeydiyyatında" sözü
"uçotunda"
sözü ilə əvəz edilmişdir.
[15] 21 sentyabr 2020-ci
il tarixli 349
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 24 sentyabr 2020-ci il, ¹ 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 9, maddə 1222) ilə 8.1.2-ci
yarımbənddə və 9-cu hissədə ismin müvafiq
hallarında “ərazi
baytarlıq idarələri” sözləri ismin müvafiq
hallarında “Agentliyin regional
bölməsi” sözləri ilə əvəz
edilmişdir.
[16] 1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 6 dekabr 2018-ci il, ¹ 275, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹12, II kitab, maddə 2722) ilə “Azərbaycan Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanması Qaydaları”nın 8.1.3-cü
yarımbəndində “heyvanların
(it, pişik və s.) uçota alınmasını, onlarda”
sözləri “heyvanlarda (it,
pişik və s.)” sözləri ilə və “dövlət baytarlıq
nəzarətini” sözləri “müvafiq tədbirlərin görülməsini”
sözləri ilə əvəz edilmişdir.
[17] 23 may 2019-cu
il tarixli 238
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
26 may 2019-cu il, ¹ 115, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə
971) ilə “Azərbaycan
Respublikasının yaşayış
məntəqələrində it, pişik və ya digər ev
heyvanlarının saxlanması Qaydaları”nın 5.1.3-cü
yarımbəndində və 11.1-ci bəndində ismin
müvafiq hallarında “Dövlət
Baytarlıq Xidməti” sözləri ismin müvafiq
hallarında “Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
yanında Aqrar Xidmətlər Agentliyi” sözləri
ilə əvəz edilmişdir.