“Ali təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər
Kabinetinin dəyişiklik edilmiş bəzi
qərarlarının siyahısı”nın təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının
1.22-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ali
təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”
təsdiq edilsin (1 nömrəli əlavə).[1]
2.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin
dəyişiklik edilmiş bəzi qərarlarının
siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Ali
təhsil müəssisələrinin Əsasnaməsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1995-ci il 30 mart tarixli 72 nömrəli
qərarı qüvvədən düşmüş hesab
edilsin.
4. Bu
qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Baş
naziri A.RASİZADƏ
Bakı
şəhəri, 21 yanvar 2011-ci il
¹ 9
|
|
|
Ali təhsil müəssisəsinin
NÜMUNƏVİ
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Ali
təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi
"Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq hazırlanmışdır və
tabeliyindən, mülkiyyət növündən və
təşkilati-hüquqi formasından asılı olmayaraq,
respublika ərazisində yerləşən bütün ali
təhsil müəssisələrinin fəaliyyətini
tənzimləyir.
1.2. Ali
təhsil müəssisəsi öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını,
"Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarını, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikası
Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının
qərarlarını və bu Nümunəvi Nizamnaməni
rəhbər tutur.
1.3. Bu
Nümunəvi Nizamnamə hər bir ali təhsil
müəssisəsi üçün fərdi nizamnamənin
hazırlanmasında əsas hesab olunur.
1.4. Ali
təhsil müəssisəsi “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq müvafiq səviyyələr üzrə ali, orta ixtisas və əlavə
təhsil proqramlarını həyata keçirən,
hüquqi şəxs statusuna malik təhsil
müəssisəsidir. Ali təhsil
müəssisələrinin hüquqi ünvanı onların hər
birinin nizamnaməsində göstərilir.[2]
1.5. Ali
təhsil müəssisələri üçün maliyyə
ili yanvarın 1-dən başlayıb dekabrın 31-də
başa çatır.
1.6. Ali
təhsil müəssisəsində siyasi partiyaların və
dini qurumların strukturlarının yaradılmasına və
fəaliyyətinə yol verilmir.
1.7. Ali
təhsil müəssisələri işə qəbulda,
vəzifələrə təyin olunmada və ya
seçilmədə, əməyin
stimullaşdırılmasında, ali təhsil müəssisələrinə
qəbul olunmada, təhsilalanların təqaüdlə
təmin edilməsində, ixtisasların
seçilməsində, biliyin
qiymətləndirilməsində, məzunların işlə
təmin edilməsində, ali təhsilin növbəti
səviyyəsində təhsillərini davam etdirilməsində,
ixtisasın artırılmasında və təhsil
sahəsində digər məsələlərdə
kişilər və qadınlar üçün bərabər
imkanlar yaradırlar.
1.8. Ali
təhsil müəssisələrində təhsilalanların
geyim forması hər bir təhsil müəssisəsinin
öz nizamnaməsi ilə müəyyən olunur.
1.9. Ali
təhsil müəssisəsinin təşkilati-hüquqi
forması, mülkiyyət növü və statusu müvafiq
qanunvericiliyə və bu Nümunəvi Nizamnaməyə
uyğun müəyyən edilir.
Təhsil
qanunvericiliyinə əsasən ali təhsil
müəssisələrinin aşağıdakı
növləri müəyyən edilir:
-
universitetlər;
-
akademiyalar;
-
konservatoriyalar;
-
institutlar və s.
Universitet
- ali təhsilin bütün səviyyələri üzrə
geniş spektrli mütəxəssislər
hazırlığını, orta
ixtisas və əlavə təhsil proqramlarını
həyata keçirən fundamental,
nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi
tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil
müəssisəsidir. [3]
Akademiya
- müəyyən sahə üzrə ali və əlavə
təhsil proqramlarını həyata keçirən,
fundamental, nəzəri-metodoloji,
pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan ali, orta ixtisas təhsil
müəssisəsidir.[4]
İnstitut
(ali məktəb) - müstəqil və ya universitetlərin
struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali
təhsilli mütəxəssis hazırlığını, orta ixtisas və əlavə
təhsil proqramlarını həyata keçirən,
tətbiqi tədqiqatlar aparan ali təhsil
müəssisəsidir. [5]
Konservatoriya
- musiqi sahəsi üzrə subbakalavr
və yüksəkixtisaslı mütəxəssislər
hazırlayan ali təhsil müəssisəsidir. [6]
1.10.
Azərbaycan Respublikasında mülkiyyət növünə
görə dövlət, bələdiyyə və
özəl ali təhsil müəssisələri
fəaliyyət göstərir.
1.11.
Dövlət ali təhsil müəssisələrinin
yaradılması, yenidən təşkili və ləğv
edilməsi "Dövlət büdcəsindən
maliyyələşən təlim-tərbiyə və
təhsil müəssisələrinin yaradılması,
genişləndirilməsi, yenidən təşkili və
ləğv edilməsi Qaydaları"nın təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 14 may tarixli 67 nömrəli qərarına
uyğun olaraq həyata keçirilir.
Bələdiyyə
və özəl ali təhsil müəssisələrinin
yaradılması, yenidən təşkili və ləğv
edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada
bələdiyyələr və təsisçilər
tərəfindən həyata keçirilir.
1.12.
Bələdiyyə və özəl ali təhsil
müəssisəsinin nizamnaməsi və ona edilən
dəyişikliklər təhsil müəssisəsinin
təsisçisi, dövlət ali təhsil
müəssisəsinin nizamnaməsi isə Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdırılmaqla Azərbaycan Respublikasının
Nazirlər Kabineti (Azərbaycan Respublikası Prezidentinin
təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən
təsdiq edilir.[7]
1.12-1. Azərbaycan Respublikasında
hüquqi şəxs kimi dövlət qeydiyyatına
alınmış, fəaliyyətinə lisenziya verilmiş
və akkreditasiya olunmuş dövlət ali təhsil
müəssisəsinin nizamnaməsində edilən
dəyişikliklər təhsil müəssisəsinin elmi
şurası tərəfindən qəbul olunur və Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırılmaqla Azərbaycan Respublikasının
Nazirlər Kabineti (Azərbaycan Respublikası Prezidentinin
təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən
təsdiq edilir.[8]
1.12-2. Azərbaycan Respublikasının
Təhsil Nazirliyi bələdiyyə və özəl ali təhsil
müəssisələrinin nizamnamələrinin
təsdiqinə və onlarda edilən
dəyişikliklərə rəy verir.
1.13.
Dövlət ali təhsil müəssisəsinə
qanunvericiliklə müəyyən edilmiş
səlahiyyətlər çərçivəsində
muxtariyyət hüququ (statusu) verilə bilər. Muxtariyyət
hüququna malik təhsil müəssisəsi qanunvericiliyə
və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi
tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər
fəaliyyət növlərini həyata keçirməkdə
sərbəstdir.
1.14. Ali
təhsil müəssisəsinin adı həmin
müəssisənin yaradıldığı zaman
müəyyənləşdirilir və onun yenidən
təşkil olunduğu halda dəyişdirilə bilər. Ali
təhsil müəssisəsinin statusu (növü)
dəyişərsə, onun adında da müvafiq
dəyişikliklər aparılmalıdır. Ali təhsil
müəssisəsinin adının dəyişdirilməsi
"Dövlət büdcəsindən
maliyyələşən təlim-tərbiyə və
təhsil müəssisələrinin yaradılması,
genişləndirilməsi, yenidən təşkili və
ləğv edilməsi Qaydaları"nın təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli
qərarına uyğun olaraq, tabeliyində ali təhsil
müəssisələri olan müvafiq dövlət
idarəetmə orqanlarının vəsatəti (Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırıldıqdan sonra) əsasında
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən həyata keçirilir.
1.15. Ali
təhsil müəssisəsinin fəaliyyətinin
lisenziyalaşdırılması və akkreditasiyası
qanunvericiliyə uyğun olaraq həyata keçirilir.[9]
1.16.
Azərbaycan Respublikasında hər bir ali təhsil
müəssisəsi təhsil fəaliyyəti
göstərmək üçün qanunvericiliklə
müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının Təhsil Nazirliyindən xüsusi
razılıq (lisenziya) almalıdır. Dövlət ali
təhsil müəssisələrinə xüsusi
razılıq (lisenziya) müddətsiz verilir. Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxsləri
tərəfindən təsis edilmiş bələdiyyə
və özəl ali təhsil müəssisələrinə
xüsusi razılıq (lisenziya) beş il müddətinə
verilir. Əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər,
xarici hüquqi şəxslər tərəfindən təsis
edilmiş ali təhsil müəssisələrinə xüsusi
razılıq (lisenziya) üç il müddətinə
verilir.[10]
1.17. Ali
təhsil müəssisəsinin akkreditasiyası təhsil
prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil
proqramlarının, elmi fəaliyyətinin, kadr
potensialının, maliyyə resurslarının və
təhsil infrastrukturunun qəbul olunmuş dövlət
standartlarına və digər normativ hüquqi aktların
tələblərinə uyğunluğunun müəyyən
edilməsi məqsədi ilə aparılır və təhsil
müəssisəsinin statusunun müəyyən edilməsi,
onun fəaliyyətinin növbəti müddətə
("Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
müddətlərdən az olmamaq şərtilə)
uzadılması üçün hüquqi təminat
yaradır. [11]
Ali
təhsil müəssisəsinin akkreditasiyası “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa və "Təhsil
müəssisələrinin akkreditasiyası
Qaydaları"nın təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28
sentyabr tarixli 167 nömrəli qərarına əsasən
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən həyata keçirilir. Həmin prosedurdan
keçmiş ali təhsil müəssisəsi akkreditasiya
haqqında sertifikat alır. [12]
1.18.
Əcnəbilərin və ya
vətəndaşlığı olmayan şəxslərin
öz ölkələrində təhsil fəaliyyəti
ilə məşğul olmaq üçün aldıqları
lisenziyaların Azərbaycan Respublikasında tanınması
dövlətlərarası müqavilələrlə
müəyyən edilir.
1.19.
Azərbaycan Respublikasında hüquqi şəxs kimi
dövlət qeydiyyatına alınmış,
fəaliyyətinə lisenziya
verilmiş və akkreditasiya olunmuş ali təhsil
müəssisəsinin fəaliyyətinə hüquqi
təminat verilir.
1.20.
Respublikada fəaliyyət göstərən ali təhsil
müəssisəsinin bazasında özündə
müxtəlif tipli təhsil müəssisələrini
birləşdirən komplekslər (kampuslar) yaradıla
bilər. Onların yaradılması, yenidən təşkili
və ləğvi təsisçilərin vəsatəti
əsasında "Dövlət büdcəsindən
maliyyələşən təlim-tərbiyə və
təhsil müəssisələrinin yaradılması,
genişləndirilməsi, yenidən təşkili və
ləğv edilməsi Qaydaları"nın təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarına
uyğun olaraq həyata keçirilir.
1.21. Ali
təhsil müəssisələri ali təhsilin
inkişafı və təkmilləşdirilməsi
məqsədi ilə öz aralarında sazişlər
bağlamaq, elm, istehsal və digər müəssisə,
təşkilat və idarələrin iştirak etdiyi
tədris-tərbiyə komplekslərində
birləşmək, tədris elmi-istehsal birlikləri
(assosiasiyaları) yaratmaq, ərazi tədris istehsal birlikləri
və assosiasiyalarına daxil olmaq hüququna malikdirlər.
1.22. Ali
təhsil müəssisələrinin filialları,
fakültələri, kafedraları, tədris
şöbələri, kitabxanaları, elmi tədqiqat və
sınaq laboratoriyaları, doktorantura, rezidentura və
əlavə təhsil üçün müvafiq
bölmələr, qeydiyyat ofisləri,
tədris-təcrübə təsərrüfatları, idman
bazaları, tədris teatr və studiyaları, konsert
zalları, sərgi salonları, iaşə
müəssisələri və digər struktur
bölmələri fəaliyyət göstərə bilər.
Ali təhsil müəssisəsinin strukturunda onun profilinə
uyğun istehsal, klinika, elmi tədqiqat, yaradıcılıq,
müəssisə və təşkilatları yaradıla
bilər.
Ali
təhsil müəssisəsinin strukturu onun elmi şurası
tərəfindən müəyyənləşdirilir (filiallar
istisna olmaqla) və təhsil müəssisəsinin
rəhbəri (rektoru) tərəfindən təsdiq edilir. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, dövlət
tərəfindən yaradılan ali təhsil
müəssisəsinin strukturu tabeliyində olduğu icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Ali təhsil müəssisəsinin struktur
bölmələrinin fəaliyyət dairəsi və funksiyaları
ali təhsil müəssisəsinin nizamnaməsində öz
əksini tapır.[13]
Ali
təhsil müəssisəsinin struktur bölmələri
tədris prosesi və elmi tədqiqat işlərinin
təşkilində, onun həyata keçirilməsində
bilavasitə iştirak edir, ali təhsil müəssisəsinin
elmi şurasının qərarlarını, rektorun əmr
və sərəncamlarını yerinə yetirirlər.
Struktur
bölmələrinin rəhbərləri (filiallar istisna
olmaqla) ali təhsil müəssisəsinin rektoru
tərəfindən təyin olunurlar.
1.23. Ali
təhsil müəssisələrinin bəzi struktur
bölmələri hüquqi şəxs statusuna malik ola
bilərlər.
1.24.
Dövlət təhsil müəssisəsi qanunvericiliyə
və öz nizamnaməsinə uyğun olaraq, ölkənin
və xarici dövlətlərin ərazisində (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin razılığı
əsasında) filiallar açmaq hüququna malikdir.
Ali
təhsil müəssisəsinin filialları öz
funksiyalarını müstəqil olaraq həyata
keçirirlər. Filialın fəaliyyətinin idarə
edilməsi ali təhsil müəssisəsinin və
filialın nizamnamələrinə uyğun həyata
keçirilir.
Filialın
yaradılması, ləğv edilməsi, adının
dəyişdirilməsi və onun yerləşdiyi ünvan
barədə rekvizitlər ali təhsil müəssisəsinin
nizamnaməsində öz əksini tapır.
Filialın
rəhbəri (direktoru) ali təhsil müəssisəsinin
vəsatəti əsasında təsisçi
tərəfindən təyin edilir.
1.25. Ali
təhsil müəssisələrində təhsil
dövlət hesabına və (və ya) ödənişli
əsaslarla həyata keçirilir. Azərbaycan
Respublikasında xüsusi təyinatlı (hərbi, dövlət
təhlükəsizliyi və s.) təhsil
müəssisələrində təhsil dövlət
hesabına həyata keçirilir.[14]
Valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqlar, habelə
onların arasından olan şəxslər dövlət,
bələdiyyə və özəl ali təhsil
müəssisələrində ödənişli əsaslarla
təhsil aldıqları müddətdə təhsil haqqı
dövlət büdcəsinin vəsaiti hesabına
ödənilir.[15]
1.26. Ali
təhsil müəssisəsi tədris
prosesi ilə elmi fəaliyyətin vəhdətini təmin
edən elmi fəaliyyət subyekti olmaqla,
nizamnaməsinə uyğun aşağıdakı
vəzifələri yerinə yetirir:[16]
- hər
bir şəxsin intellektual, mədəni və mənəvi
inkişafı, ali təhsilalma tələblərinin
ödənilməsi;
-
təlim-tərbiyə prosesinin yüksək səviyyədə
təşkil edilməsi;
- elmi
araşdırmaların aparılması;
-
yüksəkixtisaslı elmi-pedaqoji, elmi kadrların
hazırlanması;
-
ixtisasartırma və kadrların yenidən
hazırlanmasının təmin edilməsi;
-
qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil,
mədəni-maarif, nəşriyyat, müalicə-diaqnostika,
maliyyə-iqtisad, təsərrüfat, elmi-istehsalat
sahələri üzrə kommersiya fəaliyyəti ilə
məşğul olunması;
-
beynəlxalq fəaliyyətin və xarici əlaqələrin
təmin edilməsi.
Həmin
vəzifələri yerinə yetirmək üçün ali
təhsil müəssisəsi:
-
dövlət təhsil standartlarına və ayrı-ayrı
ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına
uyğun tədris sənədlərini və tədris
prosesinin təşkilinə aid digər sənədləri
səlahiyyətləri çərçivəsində
müstəqil hazırlayır;
-
tədris prosesini təşkil edir və onun monitorinqini
həyata keçirir;
- təlim
prosesində innovativ texnologiyalardan və yeni təlim
üsullarından istifadə edir;
- elmi,
ixtisaslaşdırılmış və dissertasiya
şuralarının işini təşkil edir və həyata
keçirir;
-
profilinə uyğun elmi tədqiqat işlərini həyata
keçirir və elmi-metodik sənədlər
hazırlayır;
-
elmi-praktik konfranslar, seminarlar, simpoziumlar, olimpiadalar,
müsabiqələr, sərgilər və s. təşkil edir
və həyata keçirir;
- elmi əlaqələr
yaradır, təhsil və elmi-texniki əməkdaşlıq
haqqında saziş və müqavilələr bağlayır,
təhsillə bağlı layihələrdə, o cümlədən
beynəlxalq layihələrdə iştirak edir;
-
təhsilin keyfiyyət səviyyəsi ölkədə
qəbul olunan dövlət təhsil və peşə standartları əsasında
beynəlxalq və ümumavropa təhsil sisteminin
prinsiplərinin tətbiqi ilə bağlı müasir
informasiya və elmi-metodik təminatını, ali təhsil
müəssisəsinin xüsusi veb-portalını, qlobal
kompüter şəbəkəsi (internet) üçün
informasiya resurslarını yaradır; [17]
- elmi
əsərləri, dərslik, dərs vəsaiti, tədris
və tədris-metodik ədəbiyyatları hazırlayır
və nəşr edir;
-
tələbələrə və professor-müəllim
heyətinə idman, sağlamlıq, iaşə və
məişət xidmətləri təşkil edir və
göstərir;
-
təsərrüfat və maliyyə fəaliyyətini
həyata keçirir;
-
maddi-texniki və tədris bazasının
möhkəmləndirilməsi və genişləndirilməsi
istiqamətində işlər görür;
-
müəllim-tələbə mübadiləsini və
onların xaricdə təcrübə keçmələri
üçün beynəlxalq əlaqələr yaradır.
1.27.
Azərbaycan Respublikasının ali təhsil
müəssisələrində mütəxəssislər
və elmi-pedaqoji kadr hazırlığı üç
səviyyədən ibarətdir:
- bakalavriat
(əsas (baza ali) tibb təhsili); [18]
-
magistratura (rezidentura); [19]
-
doktorantura (adyunktura). [20]
Ali
təhsil pilləsində aşağıdakı təhsilalma
formaları müəyyən edilir:
-
əyani;
- qiyabi;
- distant
(məsafədən);
-
sərbəst (eksternat).
Ali təhsil müəssisələrinin
müvafiq struktur bölmələrində təsisçinin
razılığı ilə orta ixtisas təhsili həyata
keçirilə bilər. Ali təhsil
müəssisələrində orta ixtisas təhsilinin
təşkili qaydası Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müəyyən edilir.[21]
1.28.
Bakalavriat təhsil səviyyəsində tam orta təhsil
və orta ixtisas təhsili bazasında ayrı-ayrı
ixtisasların təhsil proqramları üzrə
genişprofilli, ali təhsilli mütəxəssislər
hazırlanır.
Bakalavriat
təhsili başa çatmış ali təhsildir.
Bakalavriat
səviyyəsində əyani forma üzrə təhsilin
normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil
müddəti bir il artıqdır. Bu müddət
ayrı-ayrı ixtisasların təhsil proqramları ilə
müəyyənləşdirilir.
Bakalavriatı
bitirən məzunlara "bakalavr" ali peşə-ixtisas
dərəcəsi verilir.
Bakalavriat
təhsili almış məzun, elmi
müəssisə, təşkilatlarında və ali
təhsil müəssisələrində elmi-pedaqoji
fəaliyyət istisna olmaqla, bütün digər
sahələrdə əmək fəaliyyəti ilə
məşğul ola bilər. Bu təhsil səviyyəsini
bitirən şəxslər təhsillərini magistratura
səviyyəsində davam etdirə bilərlər.[22]
Bakalavriat
təhsilinin məzmunu və təşkili Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117
nömrəli qərarı ilə təsdiq edilmiş
"Bakalavriat təhsilinin məzmunu və təşkili
Qaydaları"na uyğun olaraq müəyyən edilir.
1.29.
Magistratura ali təhsilin ikinci səviyyəsi olmaqla,
ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin
elmi tədqiqat və ya peşəkar məqsədlər
üçün daha dərindən öyrənilməsini
nəzərdə tutur.
Magistratura
səviyyəsində əyani forma üzrə təhsilin
normativ müddəti 1,5-2 ildir. Qiyabi forma üzrə təhsil
müddəti altı ay artıqdır. Bu müddət
ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları
ilə müəyyənləşdirilir.
Magistratura
səviyyəsini bitirən şəxslərə "magistr"
ali elmi-ixtisas dərəcəsi verilir. Magistraturanı
bitirmiş şəxslərə peşəkar
fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji
işlərlə məşğul olmaq hüququ verilir. Bu
təhsil səviyyəsini bitirən şəxslər
təhsillərini doktoranturada davam etdirə bilərlər.
Magistratura
təhsilinin məzmunu, təşkili və "magistr"
dərəcəsinin verilməsi Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli
qərarı ilə təsdiq edilmiş "Magistratura
təhsilinin məzmunu, təşkili və "magistr"
dərəcələrinin verilməsi Qaydaları"na
əsasən müəyyən edilir.
Xüsusi qabiliyyət tələb
edən və öz xüsusiyyətləri ilə
fərqlənən mədəniyyət, musiqi,
incəsənət, idman, memarlıq, dizayn və digər
sahələr üzrə magistr hazırlığı
yalnız nəzəri hazırlıq və tədqiqat
tələb edən sahələr üzrə həyata
keçirilir. Bu ixtisasların siyahısı Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilir.[23]
1.30. Ali tibb təhsili təhsil
proqramlarına və dövlət ali tibb təhsili
standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili
və rezidentura səviyyələrində aparılır, məzunlara
müvafiq olaraq həkim və həkim-mütəxəssis ali
peşə-ixtisas dərəcələri verilir.[24]
Tibb
təhsili təhsil proqramları üzrə ali təhsili
başa vuranlara müvafiq olaraq həkim və
həkim-mütəxəssis ali peşə-ixtisas
dərəcələri verilir. [25]
Əsas (baza ali) tibb təhsili
proqramlarının təhsil müddəti 5-6, rezidenturada
isə 2-5 ildir. Bu müddət ayrı-ayrı ixtisasların
(ixtisaslaşmaların) təhsil proqramları ilə
müəyyənləşdirilir. Rezidentura təhsilinin
məzmunu və təşkili Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli
qərarı ilə təsdiq edilmiş "Rezidentura
təhsilinin məzmunu və təşkili Qaydaları"na
əsasən müəyyən edilir. [26]
1.31. Ali
təhsilin üçüncü səviyyəsi
doktoranturadır. Doktorantura ali təhsilin ən yüksək
səviyyəsi olmaqla, elmi və elmi-pedaqoji kadrların
hazırlanmasını, ixtisas və elmi
dərəcələrin yüksəldilməsini təmin edir.[27]
Doktorantura
təhsili ali təhsil müəssisələrində, elmi müəssisə və
təşkilatlarda yaradılan doktoranturalarda (hərbi
təhsil müəssisələrində adyunkturada) həyata
keçirilir və müvafiq elmi dərəcənin
verilməsi ilə başa çatır. Elmi dərəcələr
ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda
fəaliyyət göstərən dissertasiya
şuralarının vəsatəti əsasında
qanunvericiliyə uyğun olaraq verilir.
Azərbaycan
Respublikasında fəlsəfə doktoru (elm sahələri
göstərilməklə) və elmlər doktoru (elm
sahələri göstərilməklə) elmi
dərəcələri müəyyən edilir.
Doktoranturaların
yaradılması və doktoranturaya qəbul Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129
nömrəli qərarı ilə təsdiq edilmiş
"Doktoranturaların yaradılması və doktoranturaya
qəbul Qaydaları"na əsasən həyata
keçirilir.
1.32.
Ali təhsil müəssisəsində, elmi müəssisə və təşkilatlarda və
digər təşkilatlarda çalışan elmi-pedaqoji
kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq
yolu ilə də reallaşdırılır. Ali təhsil
müəssisələrinin müvafiq kafedralarına, elmi müəssisə və
təşkilatlara dissertantların təhkim olunması
və elmi dərəcələrin verilməsi qaydaları
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən edilir.[28]
Ali
təhsil müəssisələrinin kadrlarına elmi və
pedaqoji fəaliyyət sahəsində əldə etdikləri
nəticələrə görə müəyyən
edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında
aşağıdakı elmi adlar müəyyən edilir:
- dosent;
- professor.
Dosent
və professor elmi adlarının verilməsi qaydaları
və şərtləri Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi
dərəcələrin və elmi adların verilməsi
qaydaları haqqında Əsasnamə” ilə
müəyyən edilir.
Azərbaycan
Respublikasında ali təhsil müəssisəsinin və elmi müəssisənin
fəxri professor (doktor) adı vermək hüququ vardır.
Fəxri professor (doktor) adının verilməsi qaydaları
və şərtləri ali təhsil müəssisəsinin və elmi müəssisənin
nizamnaməsi ilə müəyyən edilir.
1.33. Ali
təhsil müəssisəsi öz imkanları daxilində
nizamnaməsinə uyğun olaraq ali təhsilin müvafiq
səviyyəsini bitirmək haqqında dövlət
sənədi olan vətəndaşların əlavə
təhsil almasını təşkil edə bilər.
Əlavə təhsil hər bir vətəndaşın
fasiləsiz təhsil almaq imkanını təmin edir və
insan potensialının inkişafı, kadrların intellektual
və peşə hazırlığı səviyyəsinin
yüksəldilməsi və təkmilləşdirilməsi,
onların daim dəyişən və yeniləşən
əmək şəraitinə
uyğunlaşdırılması, yaşlı
vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi
və mədəni həyatında fəal və
səmərəli iştirakının təmin edilməsi
vəzifələrini daşıyır. Əlavə təhsil
aşağıdakı istiqamətləri əhatə edir:
-
ixtisasartırma;
- kadrların
yenidən hazırlanması;
-
stajkeçmə və kadrların
təkmilləşdirilməsi;
-
təkrar ali təhsil;
-
dərəcələrin yüksəldilməsi;
-
yaşlıların təhsili.
Əlavə
təhsilin məzmunu, təşkili və əlavə
təhsilin hər hansı istiqaməti üzrə təhsil
almış şəxslərə müvafiq sənədin
verilməsi "Əlavə təhsilin məzmunu,
təşkili və əlavə təhsilin hər hansı
istiqaməti üzrə təhsil almış
şəxslərə müvafiq sənədin verilməsi
Qaydası"nın təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6
sentyabr tarixli 163 nömrəli qərarına əsasən
müəyyənləşdirilir və bu təhsil
ödənişli əsaslarla həyata keçirilir.
1.34. Ali
təhsil müəssisələrində tədris ali
təhsilin ayrı-ayrı səviyyələri üzrə
təhsilin məzmununu və mənimsəmə
qaydalarını müəyyən edən təhsil
proqramları (kurikulumları) üzrə həyata
keçirilir.
2. Ali təhsil
müəssisələrinə tələbə qəbulu
2.1. Ali
təhsilin bakalavr səviyyəsinə tam orta təhsili və
orta ixtisas təhsili olan şəxslər, magistratura
səviyyəsinə isə bakalavr səviyyəsini bitirən
şəxslər ixtisasın və təhsil
müəssisəsinin sərbəst seçimi
əsasında, “Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və
26.5-3-cü maddələrində nəzərdə tutulmuş
hallar istisna olmaqla, müsabiqə yolu ilə,
müəyyən olunmuş qaydada qəbul oluna
bilərlər. [29]
Ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə
subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas
(baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin
öz arzusu ilə ali təhsil müəssisəsinin orta
ixtisas təhsili pilləsinə köçürülməsi
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən olunmuş qaydada
həyata keçirilir. [30]
Azərbaycan
Respublikasında tabeliyindən, mülkiyyət
növündən və təşkilati-hüquqi
formasından asılı olmayaraq, bütün ali təhsil
müəssisələrinə tələbə qəbulu
biliyin qiymətləndirilməsi üzrə keçirilən
imtahanlarda abituriyentlərin əldə etdikləri
nəticələrə əsasən Azərbaycan
Respublikasının Dövlət
İmtahan Mərkəzi tərəfindən həyata
keçirilir. [31]
2.2. Ali təhsil
müəssisələrində orta ixtisas təhsili
pilləsinə, bakalavriat, magistratura, doktorantura
səviyyələrinə və elmi
müəssisə və təşkilatların
doktoranturalarına əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
qəbulu Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr
əsasında, habelə ali təhsil müəssisəsi
ilə əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs arasında bağlanan müqaviləyə
uyğun olaraq ödənişli əsaslarla həyata
keçirilir.[32]
2.3. Ali
təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə
qəbulu müvafiq dövlət, həmçinin
ayrı-ayrı müəssisə və
təşkilatların sifarişi əsasında, ali təhsil
müəssisəsinin imkanları nəzərə
alınmaqla, ali təhsil müəssisələrinin və tabeliyində
ali təhsil müəssisələri olan nazirlik, komitə
və təşkilatların təklifləri əsasında
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyənləşdirilir.[33]
2.4.
Hər bir təhsilalan, valideyn və ya digər qanuni
nümayəndə ali təhsil
müəssisələrində tədris prosesini
tənzimləyən aşağıdakı hüquqi sənədlərlə
tanış ola bilər:
-
təhsil müəssisəsinin nizamnaməsi;
- təhsil
sahəsində fəaliyyət üçün lisenziya;[34]
-
təhsil müəssisəsinin dövlət akkreditasiyası
haqqında sənəd.
2.5.
Təkrar ali təhsil, ixtisasartırma və
yenidənhazırlanma, stajkeçmə, rezidentura və
peşə hazırlığı kurslarına qəbul
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali
təhsil müəssisəsinin təsisçiləri
tərəfindən müəyyən edilmiş qaydada
həyata keçirilir.
3. Ali təhsil müəssisəsinin
tədris fəaliyyəti
3.1.
Azərbaycan Respublikasının ali təhsil
müəssisələrində tədris dili dövlət dili
- Azərbaycan dilidir. “Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci
maddəsinə uyğun olaraq tədris digər dillərdə
də aparıla bilər.[35]
3.2. Ali
təhsil müəssisələri ali təhsilin
səviyyələri üzrə aşağıdakı
təhsil proqramlarını (kurikulumları) həyata
keçirirlər:
-
bakalavriat;
-
magistratura;
-
doktorantura;
-
əlavə təhsil.
Azərbaycan
Respublikasında beynəlxalq təhsil proqramları da
həyata keçirilir. Beynəlxalq təhsil proqramları
üzrə mütəxəssis hazırlığı
dövlətlərarası müqavilələrə,
müvafiq qanunvericiliyə və ali təhsil
müəssisəsinin nizamnaməsinə əsasən
tənzimlənir.
3.3. Ali
təhsil proqramlarına və onların həyata
keçirilməsinə qoyulan ümumi tələblər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel
tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş
"Ali təhsil pilləsinin dövlət standartı və
proqramı" (bundan sonra - dövlət təhsil
standartı) ilə müəyyənləşdirilir.
3.4. Ali
təhsilin səviyyələrində ixtisaslar üzrə
təhsil proqramlarında aşağıdakı fənn
bölmələri nəzərdə tutulur:
bakalavriat
səviyyəsində:
- humanitar
fənlər;
-
ixtisasın peşə hazırlığı fənləri;
Humanitar
fənn bölməsi sosial fəaliyyətin müxtəlif
sahələrində mövcud problemləri və prosesləri
araşdırmağı təmin etməlidir.
İxtisasın
peşə hazırlığı fənləri ixtisasa dair
standart və qeyri-standart məsələləri həll
etmək üçün lazımi bilik, bacarıq və
vərdişlərin öyrənilməsini təmin
etməlidir.
Ümumi
auditoriya saatlarının 15-20 faizi humanitar fənlərin,
80-85 faizi isə peşə hazırlığını
təmin edən fənlərin tədrisinə ayrılır.
Humanitar
fənn bölməsinə məcburi fənlər kimi
"Azərbaycan tarixi", "Azərbaycan dili" (xarici
dildə təhsil alanlar üçün), "Xarici dil"
fənləri daxildir.
Bakalavr
səviyyəsində təkrar ali təhsil alanlar
üçün ixtisaslar üzrə təhsil proqramlarına
uyğun qısaldılmış proqramlar da tətbiq edilə
bilər. Qısaldılmış təhsil proqramlarına
yalnız ixtisasın peşə hazırlığı
fənləri daxil edilir. Bu proqramlar üzrə təhsil
qısaldılmış müddətdə başa
çatdırılır;
magistratura
səviyyəsində:
ixtisaslar
üzrə təhsil proqramları təhsil və elmi
tədqiqat hissələrindən ibarətdir. Bu zaman təhsil
hissəsinə ayrılan saatların həcmi 40-50 faiz
təşkil edir.
Təhsil
hissəsində aşağıdakı fənn
bölmələri nəzərdə tutulur:
- humanitar
fənlər;
- ixtisaslaşma
fənləri.
Bu
bölmələrə daxil olan fənlərin tədrisi
zamanı magistrlara müvafiq elm sahəsində elmi tədqiqat
işlərini aparmaq və təşkil etmək, müasir
informasiya texnologiyalarından istifadə etmək, ali təhsil
müəssisələrində pedaqoji fəaliyyətlə
məşğul olmaq, idarəetmə sahəsində
fəaliyyət göstərmək vərdişləri
aşılanır.
Bu
təhsil proqramları üzrə humanitar fənlər
bölməsinə ümumi auditoriya saatlarının 25-30
faizi, ixtisaslaşma fənlərinə 70 faizi ayrılır.
Humanitar
fənn bölməsinə məcburi fənlər kimi
"Xarici dil", "Ali məktəb pedaqogikası"
və "Psixologiya" fənləri daxildir.
İxtisaslar
üzrə bakalavr və magistr təhsil proqramlarının
bütün fənn bölmələrinə seçmə
fənlər daxildir. Hər iki proqramda seçmə
fənlərə ayrılan saatların həcmi ümumi saat
həcminin 25-30 faizini təşkil edir. Həmin fənlər
təhsil müəssisəsi tərəfindən
müəyyənləşdirilir.
3.5. Ali
təhsil pilləsinin ayrı-ayrı ixtisasları
(ixtisaslaşmaları) üzrə təhsil proqramları
müvafiq tədris-metodiki sənədlər əsasında
həyata keçirilir.
Bu
sənədlərin formaları səlahiyyətləri
çərçivəsində Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və ali təhsil
müəssisələri tərəfindən
müəyyənləşdirilir.
Ali
təhsil müəssisəsi dövlət təhsil
standartı çərçivəsində ali təhsil
proqramlarında müvafiq dəqiqləşdirmələr
apara bilər və bu, təhsil müəssisəsinin
nizamnaməsində öz əksini tapmalıdır.
3.6.
İxtisaslar üzrə təhsil proqramlarında normativ
təhsil müddətləri dövlət təhsil
standartı ilə müəyyən edilir.
3.7. Ali
təhsil müəssisələrində ixtisaslar üzrə
tədris prosesinin təşkili ali təhsil pilləsinin
dövlət təhsil standartına uyğun
hazırlanmış və ali təhsil müəssisəsinin
rəhbəri tərəfindən təsdiq edilmiş
tədris planı əsasında həyata keçirilir.
Ali
təhsil müəssisəsinin bakalavr pilləsində
tələbələrin həftəlik maksimal tədris
yükünün həcmi 45 saatdır (auditoriya və
auditoriyadankənar məşğələlər
nəzərə alınmaqla).
Auditoriya
dərsləri həftədə bakalavriat
səviyyəsində 30 saatdan, magistratura
səviyyəsində isə 16 saatdan çox
olmamalıdır.
Tədris
planında tədris işinin həcmi kredit vahidləri ilə
müəyyənləşdirilir və bir kredit 30 (15 saat
auditoriya və 15 saat tələbənin sərbəst işi)
saata bərabərdir. Ali təhsil
müəssisələrində kredit sistemi ilə tədrisin
təşkili Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən təsdiq edilmiş qaydada
həyata keçirilir.
Əyani
forma üzrə məcburi auditoriya dərslərinin maksimal
həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil
proqramları ilə müəyyənləşdirilir.
Qiyabi forma
üzrə isə tələbələrin auditoriya
dərslərinin həcmi ildə bakalavriat
səviyyəsində 180-240 saata, magistraturada isə 120-160
saata qədər nəzərdə tutulur.
Hər
tədris ilində təlim müddəti sentyabrın
15-dən başlanır və ixtisas üzrə tədris
planına müvafiq olaraq yekunlaşır.
Tədris
ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan
əlavə yay tətili müddətində 6 (altı)
həftədən çox olmayaraq yay semestri də
təşkil oluna bilər.
Tədris
ilinin müddəti 40 həftədir. Hər semestr 20
həftədən (5 həftə imtahan sessiyası)
ibarətdir.
Bütün
təlim müddətində istehsalat təcrübəsi
üçün nəzərdə tutulan müddət
bakalavriat səviyyəsində 8-18, magistratura
səviyyəsində isə 8-10 həftədir.
Hər
tədris ilində tətil müddəti 8-12 həftədir (o
cümlədən, qış tətili müddəti 2
həftədən az olmayaraq).
Ali təhsil
müəssisələrində dərs növlərinə
mühazirə, seminar, nəzəri, praktiki və laboratoriya
məşğələləri, yoxlama işləri, elmi
tədqiqat işləri, kurs işi (layihəsi) və s.
daxildir.
Akademik
saat - 45 dəqiqədir. Bütün növ dərslər
üçün 2 akademik saat müəyyənləşdirilir.
Akademik saatlararası fasilə 5 dəqiqədən az
olmamalıdır.
Ali
təhsilin bakalavriat və magistratura səviyyələrinin
proqramları təhsilalanların dövlət attestasiyası
ilə yekunlaşır. Dövlət attestasiyası
bütün təhsilalanlar üçün məcburidir, onun
hazırlanmasına və təşkilinə ayrılan
müddət 6 həftədir.
Təhsilalanların
yekun attestasiyası Dövlət Attestasiya Komissiyası
tərəfindən həyata keçirilir. Dövlət
Attestasiya Komissiyasının yaradılması və işinin
təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müəyyən etdiyi qaydada həyata keçirilir. Aralıq
attestasiya imtahan formasında həyata keçirilir, hər
semestr üzrə imtahanların siyahısı
təhsilalanların nəzərinə çatdırılır.[36]
Təhsilalanların
cari, aralıq və dövlət attestasiyası zamanı
biliyinin qiymətləndirilməsi çoxballı (100
ballı) sistemlə həyata keçirilir və bu sistemdə
A (əla), B (çox yaxşı), C (yaxşı), D (kafi), E
(qənaətbəxş) və F (qeyri-kafi) qiymətləri
müəyyənləşdirilir. Balların
göstərilən qiymətlər üzrə
bölgüsü Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən müəyyən edilir.
İmtahan
sessiyalarının təşkili, tələbələrin
biliyinin cari və aralıq qiymətləndirilməsi,
dövlət attestasiyasının keçirilməsi qaydaları
səlahiyyətləri çərçivəsində
Azərbaycan Respublikasının Nazirlər Kabineti,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən və təhsil
müəssisələrinin nizamnamələri ilə
müəyyənləşdirilir.[37]
3.8.
Dövlət ali təhsil müəssisələrində
əyani forma üzrə dövlət hesabına
təhsilalanların fəaliyyətini stimullaşdırmaq
məqsədi ilə onlara qanunvericiliklə müəyyən
edilmiş qaydada təqaüdlər (o cümlədən,
adlı təqaüdlər) və yardımlar verilir.
3.9.
Təhsilalanların bir təhsil proqramından və ya bir ali
təhsil müəssisəsindən digərinə
köçürülməsi, xaric edilməsi, akademik
məzuniyyət verilməsi və ali təhsil
müəssisəsinə bərpa olunması
məsələləri Azərbaycan Respublikasının
Təhsil Nazirliyi tərəfindən
müəyyənləşdirilmiş qaydalarla
tənzimlənir.
3.10. Ali
təhsilin bakalavriat və magistratura təhsil
proqramlarını başa vurmuş və yekun dövlət
attestasiyasından keçmiş tələbələrə
ali təhsil müəssisəsini bitirməsi barədə
dövlət nümunəli sənəd (diplom) verilir.
Həmin diploma əlavədə təhsilalanlar
tərəfindən mənimsənilmiş fənlər,
onların kreditlə həcmi və qiymətlər
göstərilir.
Doktoranturada
təhsilini başa vurmuş və müvafiq elmi
dərəcə almış şəxslərə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel
tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş
"Təhsil haqqında dövlət sənədlərinin
nümunələri və onların verilməsi
Qaydaları"na əsasən həmin elmi dərəcəni
təsdiq edən vahid formada dövlət sənədi - diplom verilir. Ali təhsil
müəssisələrində rezidenturanı
müvəffəqiyyətlə bitirənlərə
müvafiq dövlət nümunəli diplom verilir.[38]
Ali
təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrinin məzunlarına onların
arzusu ilə Avropa Komissiyası, Avropa Şurası və
YUNESCO/CEPES-in və ona müvafiq Azərbaycan Respublikası
Təhsil Nazirliyinin nümunəsinə uyğun təhsil
müəssisəsi tərəfindən hazırlanmış
diploma əlavə də verilə bilər.
Ali
təhsilin müvafiq səviyyələrini bu və ya
digər səbəbdən başa vurmayan təhsilalanlara
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21
yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq
edilmiş "Müxtəlif səbəblərdən
təhsilin hər hansı pilləsini və səviyyəsini
başa vurmayan şəxslərə arayışın
verilməsi Qaydası"na uyğun olaraq arayış verilir.
4. Elmi fəaliyyət
4.1. Ali
təhsil müəssisələrində mütəxəssis
hazırlığı elmlə təhsilin vəhdəti
əsasında həyata keçirilir.
4.2. Ali
təhsil pilləsində elmi araşdırmalar təhsili
idarəetmə orqanlarının tabeliyində fəaliyyət
göstərən elmi tədqiqat strukturlarında, ali
təhsil müəssisələrində və onların
müvafiq qurumlarında və ya bölmələrində
(elmi tədqiqat institutları, mərkəzlər, kafedralar,
laboratoriyalar və s.) aparılır.
4.3. Ali
təhsil müəssisəsinin elm sahəsində
fəaliyyəti onun profilinə uyğun elmin müvafiq
sahələrinin inkişafına, elmi tədqiqatların
nəticələrinin tədris prosesinə tətbiqinə
yönəldilir.
4.4. Ali təhsil müəssisəsi
elmin müxtəlif sahələri və istiqamətləri
üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki
və tətbiqi tədqiqatlar aparır.[39]
4.5. Elmi
fəaliyyət professor-müəllim heyətinin işinin
tərkib hissəsidir. Ali təhsil
müəssisələrində elmi tədqiqat işlərinin
aparılması və təşkili qaydaları bu
Nümunəvi Nizamnamə və onların nizamnaməsi
ilə müəyyənləşdirilir.
4.6. Ali
təhsil müəssisələri aparılan elmi tədqiqat
işlərinin nəticələrini istehsalata və tədris
prosesinə (mühazirə, məşğələ, seminar,
laboratoriya dərslərinə, kurs layihələrinə, kurs
və buraxılış işlərinə, magistr dissertasiyalarına)
tətbiq olunmasını və monoqrafiyalar, elmi
məqalələr, dərsliklər, dərs vəsaitləri,
metodik vəsaitlər şəklində dərc olunmaqla və
elmi forumlarda məruzə edilərək yayılmasını
təşkil edirlər.
4.7. Ali
təhsil müəssisələrində aparılan elmi
tədqiqat işlərinin nəticələri
professor-müəllim heyətinin müəyyən
vəzifələrə seçkisi və təyin olunması
zamanı nəzərə alınır.
4.8. Ali təhsil müəssisəsinin
elmi tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz
tərkib hissəsi olmaqla, təsisçinin vəsaitləri,
öz vəsaitləri, qrantlar, müxtəlif fondlardan
alınan vəsaitlər və digər qanuni
mənbələr hesabına həyata keçirilir.[40]
4.9.
Təhsilin inkişaf problemləri ilə bağlı elmi
araşdırmalar innovasiya xarakteri daşımaqla, təhsil
tarixinin öyrənilməsinə, təhsilin təşkilinin
və idarə olunmasının
təkmilləşdirilməsinə, tədris prosesinin müasir
metodlarla qurulmasına, tədrisin yeni texnologiyalarının
və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların
hazırlanmasına və tətbiqinə yönəldilir.
5. Ali təhsil müəssisəsinin
idarə olunması
5.1. Ali
təhsil müəssisəsinin idarə olunmasında
demokratikliyi və şəffaflığı təmin
etmək məqsədi ilə təhsil
müəssisəsində idarə və özünüidarə
orqanları (ümumi yığıncaq,
himayəçilər, elmi-metodiki,
təhsilalanlar, qəyyumlar şuraları) yaradıla
bilər. “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, dövlət tərəfindən yaradılan ali
təhsil müəssisəsinin idarələri tabeliyində
olduğu icra hakimiyyəti orqanının
razılığı ilə yaradıla bilər.
Həmin qurumların yaradılması qaydaları və səlahiyyətləri
ali təhsil müəssisəsinin nizamnaməsi ilə
müəyyənləşdirilir.[41]
5.2. Dövlət ali təhsil
müəssisəsinin ali idarəetmə orqanı Elmi
Şuradır. Elmi Şura seçkili orqandır, onun
yaradılması və fəaliyyəti Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən
təsdiq edilən "Ali təhsil müəssisəsinin Elmi
Şurası haqqında Əsasnamə", bu Nümunəvi
Nizamnamə və ali təhsil müəssisəsinin
nizamnaməsi ilə tənzimlənir. [42]
5.3. Ali
təhsil müəssisəsinin fəaliyyətinə
bilavasitə rəhbərlik rektor tərəfindən
həyata keçirilir. Dövlət ali təhsil
müəssisəsinin rektoru Azərbaycan Respublikasının
Prezidenti tərəfindən təyin olunur və ya
vəzifəsindən azad edilir.
Bələdiyyə
ali təhsil müəssisəsinə rəhbərliyi
bələdiyyə tərəfindən təyin olunmuş
rektor həyata keçirir.
Özəl
ali təhsil müəssisəsinə rəhbərliyi
həmin ali təhsil müəssisəsinin
təsisçilər (himayəçilər, qəyyumlar)
şurası tərəfindən təyin edilmiş rektor
həyata keçirir.
Rektor
əvəzçiliklə təyin oluna bilməz.
Dövlət
ali təhsil müəssisələrinin prorektorları
(tədris, elm, təlim-tərbiyə, təsərrüfat
işləri və beynəlxalq əlaqələr
üzrə) ali təhsil müəssisəsi rəhbərinin
(rektorun) təqdimatı əsasında təsisçi
tərəfindən təyin olunurlar.
Bələdiyyə
və özəl təhsil müəssisələrinin
prorektorlarının vəzifəyə təyin edilməsi
həmin təhsil müəssisələrinin
rəhbərlərinin təyin olunması qaydasında
həyata keçirilir.
Təsisçisi
(təsisçiləri) əcnəbilər,
vətəndaşlığı olmayan şəxslər
və ya xarici hüquqi şəxslər, o cümlədən
nizamnamə kapitalının və ya səhmlərinin 51
faizdən çoxu əcnəbilərə,
vətəndaşlığı olmayan şəxslərə
və ya xarici hüquqi şəxslərə məxsus
təhsil müəssisələrinin rəhbərlərinin
müavinləri Azərbaycan Respublikasının vətəndaşı
olmalıdır. Göstərilən təhsil
müəssisələrinin rəhbərlərinin və
onların müavinlərinin namizədliyi Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırılır.
Rektor
mütəxəssis hazırlığının
keyfiyyətinə, ali təhsil müəssisəsində
tədris, elm, tərbiyə, maliyyə-təsərrüfat
işlərinin təşkilinə və büdcənin
icrasına görə məsuliyyət daşıyır.
Rektor ali
təhsil müəssisəsinin inzibati-funksional
idarəetmə strukturunu və ştat cədvəlini
təsdiq edir.
Rektorun
səlahiyyətləri təhsil müəssisəsinin
nizamnaməsi ilə müəyyənləşdirilir. Ali
təhsil müəssisəsinin idarə edilməsi ilə
bağlı məsələlərə təhsili
idarəetmə orqanları istisna olmaqla, dövlət və
yerli özünüidarəetmə orqanlarının və
digər təşkilatların müdaxiləsinə yol
verilmir.
5.4.
Fakültə ali təhsil müəssisəsinin tədris elm
və inzibati bölməsi olub, eyni sahə və istiqamət
daxilindəki bir və ya bir-birinə yaxın olan bir
neçə ixtisas üzrə bakalavr, magistr
hazırlanmasını, müvafiq sahə üzrə
mütəxəssislərin (kadrların) ixtisasının
artırılması (və yenidən hazırlanması)
işini həyata keçirir, eləcə də elmi
tədqiqat və tərbiyə işlərinə
rəhbərlik edir.
Ali
təhsil müəssisələrinin
fakültələrinə ümumi rəhbərlik
fakültə elmi şurası tərəfindən həyata
keçirilir. Fakültə elmi şurası ali təhsil
müəssisəsinin rektorunun əmrinə əsasən 3 il
müddətinə seçilir. Fakültə elmi
şurasının sədri - dekandır. Fakültə elmi
şurasının vaxtından əvvəl yenidən
seçilməsi onun üzvlərinin ən azı 2/3
hissəsinin tələbi ilə, həmçinin
müstəsna hallarda ali təhsil müəssisəsinin
rektorunun təqdimatına görə həyata
keçirilə bilər. Fakültə elmi
şurasının tərkibi rektor tərəfindən
təsdiq edilir. Fakültə elmi şurasının
tərkibi və səlahiyyətləri Azərbaycan Respublikasının
Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş
qaydalarla tənzimlənir.
5.5. Ali
təhsil müəssisələrinin fakültələrinə
qanunvericiliklə müəyyən edilmiş qaydada bu
vəzifəyə təyin olunmuş dekan rəhbərlik edir.
Dekan:
-
fakültədə tədris prosesinə, tərbiyə
işlərinə və elmi tədqiqatların yerinə
yetirilməsinə bilavasitə rəhbərlik edir;
-
təhsil proqramlarının və tədris planlarının
dövlət təhsil standartının
tələblərinə uyğun olaraq həyata
keçirilməsini təmin edir;
-
tələbələrin dərslərdə
iştirakını təmin edir;
-
tələbələrin elmi, pedaqoji və istehsalat
təcrübəsinin həyata keçirilməsi
üçün şərait yaradır və onu
nəzarətdə saxlayır;
-
fakültə üzrə dərs cədvəllərinin
tərtibinə rəhbərlik edir, onun optimal
variantlarının təmin olunması üçün
məsuliyyət daşıyır və həyata
keçirilməsinə nəzarət edir;
-
tələbələrin müstəqil işlərinə
nəzarəti təşkil edir və onların elmi
fəaliyyətləri üçün şərait
yaradılmasını təmin edir;
-
tələbələrin imtahanlarının
keçirilməsinə nəzarəti təşkil edir,
bütün imtahan sessiyalarının normal, mövcud
tələblərə uyğun keçirilməsinə
birbaşa cavabdehlik daşıyır;
-
tələbələri tələbələr
sırasından xaric etmək və bərpa etmək
üçün rektora təqdimatlar verir;
-
tələbələrin buraxılış dövlət
imtahanlarına, buraxılış diplom işlərinin və
magistrlik dissertasiyalarının müdafiəsinə
buraxılmasına icazə verir;
-
fakültədə dövlət hesabına təhsil alan
tələbələri mövcud qaydada təqaüdə
təqdim edir;
-
fakültədə çalışan professor-müəllim
heyətinin ixtisasının artırılması və
yenidən hazırlanması işinin həyata
keçirilməsinə rəhbərlik edir;
-
fakültədə doktorların təhsilinin lazımi səviyyədə
təşkil olunmasını təmin edir, onların
attestasiyalarını keçirir;
-
fakültənin profilinə uyğun dərsliklərin,
dərs vəsaitlərinin, fənn proqramlarının,
təhsil normalarının, tədris planlarının, metodik
göstərişlərin hazırlanmasına
təşəbbüs göstərir və bu işə
ümumi rəhbərlik edir;
-
kafedralararası müşavirələrin, elmi-metodiki
müzakirələrin və konfransların
keçirilməsini təşkil edir və onlara
rəhbərlik edir;
-
ümumfakültə elmi-metodiki və elmi seminarlarının
təşkilini təmin edir;
-
fakültədə hazırlanan ixtisaslar üzrə
peşəyönümü işinin aparılmasını
təşkil edir və onun lazımi səviyyədə
aparılmasına məsuliyyət daşıyır;
- ali
təhsilin hər üç səviyyəsi üzrə
fakültədə hazırlanması mümkün və
zəruri olan ixtisasları, ixtisaslaşmaları
müəyyənləşdirir, illik və perspektiv qəbul
planları üzrə ali məktəbin rəhbərinə
təkliflər təqdim edir;
-
fakültə elmi şurasına rəhbərlik edir;
- ali
təhsil müəssisəsində fakültə ilə
bağlı olan bütün tədbirlərdə,
komissiyalarda, yığıncaq və şuralarda
fakültəni təmsil edir;
-
müavinlərinin təyin edilməsi üçün
təqdimat verir;
-
fakültədə olan bütün
tədris-köməkçi heyətin işinə
nəzarət edir, onların işə qəbulu və
işdən azad olunması, eləcə də həvəsləndirilməsi
və cəzalandırılması üçün ali
təhsil müəssisəsinin rəhbərinə təqdimat
verir;
- ayrı-ayrı
kafedraların tədris yükünün
düzgünlüyünü yoxlayıb, onlara rəy verir.
5.6. Kafedra
ali təhsil müəssisəsinin (fakültənin) əsas
tədris elm struktur bölməsi olub, bir və ya bir
neçə yaxın fənlər üzrə tədris,
metodiki, elmi və elmi-pedaqoji
kadrların hazırlanması, yenidən hazırlanması,
ixtisaslarının artırılmasını və
təhsilalanlar arasında tərbiyə işlərini
həyata keçirir.[43]
Kafedranın
əsas vəzifələri aşağıdakılardır:
-
bütün təhsil formaları üçün tədris
planlarında nəzərdə tutulmuş
mühazirələrin, laboratoriya işlərinin, praktiki
seminar və digər dərslərin yüksək
elmi-nəzəri və metodiki səviyyədə
aparılması;
- kurs
və buraxılış işlərinə
(layihələrinə), istehsalat və digər
təcrübələrə, tələbələrin
sərbəst dərslərinə rəhbərlik edilməsi;
- cari
imtahanların keçirilməsi;
-
dövlət imtahanlarının təşkili və
keçirilməsi;
-
təhsilalanlar arasında tərbiyə işinin
təşkili;
- kafedrada
tədris edilən fənlər üzrə tədris
proqramlarının işlənib hazırlanması və
müvafiq qaydada təsdiq üçün təqdim
olunması, həmçinin digər kafedraların
hazırladıqları tədris proqramlarına rəy
verilməsi;
-
dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və
göstərişlərin və əyani vəsaitlərin
hazırlanması, rektorluğun (fakültənin)
göstərişi ilə dərslik, dərs vəsaiti və
tədris-metodiki ədəbiyyata rəy verilməsi;
- elmi
tədqiqat işlərinin aparılması,
tələbələrin elmi tədqiqat işlərinə
rəhbərlik edilməsi;
-
tamamlanmış elmi tədqiqat işlərinin
müzakirəsi, onların istehsalata tətbiq edilməsi
və nəşr edilməsi üçün rəy
verilməsi;
- kafedra
əməkdaşlarının tədris, elmi-metodiki və
digər işlərinin fərdi planlarının
hazırlanması və həyata keçirilməsi;
-
respublikanın və xarici ölkələrin ali
məktəblərinin ayrı-ayrı kafedralarının,
professor-müəllim heyətinin qabaqcıl iş
təcrübəsinin öyrənilməsi və
yayılması, gənc müəllimlərə pedaqoji
təcrübə toplamaqda köməklik
göstərilməsi;
-
tədris prosesində müasir texniki vasitələrdən
istifadə edilməsinə dair tədbirlər
hazırlanıb həyata keçirilməsi;
-
elmi-pedaqoji və elmi kadrların hazırlanması;
- kafedra
əməkdaşlarının, həmçinin rektorluğun
(fakültənin) tapşırığına əsasən
digər iddiaçıların dissertasiyalarının
müzakirə edilib rəy verilməsi;
-
tədris texnologiyaları üzrə qabaqcıl
təcrübənin öyrənilməsi və onlara
elmi-texniki köməklik göstərilməsi məqsədi
ilə müxtəlif müəssisə və
təşkilatlarla əlaqələrin təşkil
edilməsi;
-
müxtəlif sahələrdə çalışan
mütəxəssislərin ixtisaslarının artırılmasına
köməklik göstərilməsi;
- ali
təhsil müəssisəsinin məzunları ilə daim
əlaqənin təşkil edilməsi;
- elmi
biliklərin təbliğ edilməsi.
5.7.
Kafedraya rəhbərliyi qanunvericiliklə müəyyən
edilmiş qaydada təyin olunan kafedra müdiri həyata
keçirir.
Kafedra
müdiri:
- kafedra
iclaslarını çağırır, onlara sədrlik edir,
onların qərarlarını təsdiq edir;
-
kafedranın işini planlaşdırır və təşkil
edir, onun fəaliyyətinə rəhbərlik edir;
- hər
il kafedranın fəaliyyəti barədə hesabat təqdim
edir;
-
ayrılmış əməkhaqqı fondu daxilində və
kafedranın büdcədənkənar vəsaiti hesabına
onun ştat tərkibinə dair təklif verir;
-
fakültədə, ali təhsil müəssisəsində
və kənar təşkilatlarda kafedranı təmsil edir;
- kafedra
müdirinin müavinləri vəzifələrinə
namizədləri təqdim edir;
-
kafedranın fəaliyyətinə görə kafedranın
kollektivi, fakültə, ali təhsil müəssisəsinin
elmi şurası və rəhbərlik qarşısında
məsuliyyət daşıyır.
5.8. Ali
təhsil müəssisələrində elmi-pedaqoji
(professor-müəllim heyəti, elmi işçilər),
mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat,
tədris-köməkçi və digər heyətlər
üzrə vəzifələr nəzərdə tutulur. Bu
vəzifələrə təyinolunma rektor tərəfindən
qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata
keçirilir.
5.9. Ali təhsil
müəssisələrində “Təhsil haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji
xidmət təşkil olunur.[44]
6. Təhsilalanların,
təhsilverənlərin və digər işçilərin
hüquq və vəzifələri
6.1.
Təhsilalanların və təhsilverənlərin hüquq
və vəzifələri müvafiq olaraq Azərbaycan
Respublikasının Konstitusiyası, "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanunu və
digər normativ hüquqi aktlar və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr, ali təhsil
müəssisəsinin nizamnaməsi və daxili intizam
qaydaları, eləcə də
işəgötürənlərlə
təhsilverənlər arasında bağlanılan əmək
müqavilələri ilə tənzimlənir.
6.2.
Təhsilalanların hüquqları
aşağıdakılardır:
-
qanunvericilikdə nəzərdə tutulmuş qaydada ali
təhsil müəssisəsinə qəbul olunmaq;
-
təhsil müəssisəsini, təhsilin istiqamətini,
ixtisası, təhsilalma formasını və təhsil dilini
sərbəst seçmək;
-
dövlət təhsil standartına uyğun keyfiyyətli
təhsil almaq;
- ali
təhsil müəssisəsinin tədris planlarına uyğun
olaraq tədris fənlərini, semestrlər üzrə
kreditlərin miqdarını, təhsilverənləri və
tyutorları sərbəst seçmək;
-
təhsil müəssisəsinin mövcud infrastrukturundan
(tədris-istehsalat, elmi tədqiqat, informasiya,
mədəni-məişət, idman, sağlamlıq
mərkəzlərindən, yataqxanalardan, kitabxanalardan və
s.) istifadə etmək;
-
müəyyən edilmiş qaydada ali təhsil
müəssisəsini və ixtisasını
dəyişmək;
- elmi
tədqiqat fəaliyyəti ilə məşğul olmaq;
-
fasiləsiz təhsil almaq;
- sağlamlıq
üçün təhlükəsiz və zərərsiz
təhsil şəraiti ilə təmin olunmaq;
- insan
ləyaqətini və şərəfini alçaldan, insan
hüquqlarına zidd hərəkətlərdən
müdafiə olunmaq;
-
müəyyən olunmuş qaydada təhsil
müəssisəsində təhsilini müvəqqəti
dayandırmaq;
-
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müəyyən etdiyi qaydada biliyinin yenidən
qiymətləndirilməsini tələb etmək; [45]
- ali
təhsilin hər bir səviyyəsində qanunvericilikdə
göstərilən hallar istisna olmaqla, yalnız bir
dəfə pulsuz təhsil almaq;
-
təhsil prosesinin təşkilində və idarə
olunmasında fəal iştirak etmək, öz fikir və
mülahizələrini sərbəst ifadə etmək;
- ali
təhsil müəssisəsinin elmi, ictimai, sosial və
mədəni həyatında, elmi cəmiyyətlərin,
dərnəklərin, assosiasiyaların, birliklərin və
digər təşkilatların yaradılmasında iştirak
etmək, eləcə də ölkə və beynəlxalq
səviyyəli təşkilatlara üzv olmaq;
-
elmi-praktik konfransların, seminarların,
yığıncaqların və görüşlərin,
habelə təhsil həyatı ilə bağlı digər
tədbirlərin keçirilməsində iştirak etmək;
-
müvafiq qaydada təhsilin təmayülünü, təhsil
proqramlarını seçmək;
-
qanunvericilikdə nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
6.3.
Təhsilalanların vəzifələri
aşağıdakılardır:
-
dövlət təhsil standartına uyğun bilik, bacarıq
və vərdişlərə yiyələnmək;
- pedaqoji
işçilərin şərəf və
ləyaqətinə hörmətlə yanaşmaq;
-
təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə
riayət etmək;
-
dövlət, cəmiyyət, ailə və özü
qarşısında məsuliyyətini dərk etmək;
-
təhsil sahəsində qanunvericiliyin
tələblərinə, etik normalara və
təlim-tərbiyə prosesi ilə bağlı qaydalara
əməl etmək;
-
qanunvericilikdə nəzərdə tutulmuş digər
vəzifələri yerinə yetirmək.
6.4.
İnternalar, ordinatorlar və digər kateqoriyadan olan
təhsilalanlar eyni hüquqlara malikdirlər və bu
Nümunəvi Nizamnamə ilə müəyyən olunmuş
vəzifələri icra etməlidirlər.
6.5.
Təhsilverənlərin hüquqları
aşağıdakılardır:
- normal
əmək, elmi-pedaqoji iş və təhsil şəraiti,
müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
-
təhsil müəssisəsinin nizamnaməsinə uyğun
olaraq, təhsil prosesinin təşkilində və idarə
olunmasında fəal iştirak etmək;
-
tədrisin formasını, metodlarını və
vasitələrini sərbəst seçmək;
-
şərəf və ləyaqətinə hörmətlə
yanaşılmasını tələb etmək;
-
təhsil müəssisəsində vəzifə tutmaq və
müvafiq hallarda seçkili vəzifələrə
seçmək və seçilmək;
-
ixtisasını artırmaq, yeni ixtisas almaq, staj
keçmək, ixtisas və elmi dərəcəsini
yüksəltmək;
-
müəyyən edilmiş hallarda və qaydada
mükafatlandırılmaq və təltif olunmaq;
- ali
təhsil müəssisəsində uzun müddət
qüsursuz çalışan və onun elmi-pedaqoji
həyatında mühüm xidmətləri olan professorlara
aylıq əməkhaqqı və əlavələr, digər
güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik
və inzibati vəzifədən azad olunmaq şərtilə,
məsləhətçi-professor vəzifəsini tutmaq;
-
qanunvericilikdə nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
6.6.
Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
-
təhsil sahəsində dövlət siyasətinin həyata
keçirilməsində iştirak etmək;
-
təhsil proqramlarının mənimsənilməsini təmin
etmək;
-
təhsilalanlarla fəal vətəndaş mövqeyi
formalaşdırmaq, onları vətənpərvərlik
və azərbaycançılıq ruhunda tərbiyə etmək,
müstəqil həyata və əmək
fəaliyyətinə hazırlamaq;
-
təhsilalanları elmi fəaliyyətə cəlb etmək;
-
şəxsi nümunəsi ilə təhsilalanlarda
Azərbaycan Respublikasının müstəqilliyinə,
Konstitusiyasına və qanunlarına, dövlət
rəmzlərinə, Azərbaycan xalqının tarixinə,
mədəniyyətinə, dilinə, adət və
ənənələrinə, milli və
ümumbəşəri dəyərlərə,
cəmiyyətə, ətraf mühitə hörmət və
qayğı hissləri aşılamaq;
- pedaqoji
etika və əxlaq normalarına riayət etmək,
müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq
nümunəsi göstərmək;
-
təhsilalanların şərəf və
ləyaqətinə hörmət etmək;
-
gəncləri fiziki və psixi zorakılığın
bütün formalarından qorumaq, onları zərərli
vərdişlərdən çəkindirmək;
- ixtisas
və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi
araşdırmalar aparmaq, əlavə
məşğələlər keçirmək;
-
qanunvericiliklə müəyyən edilmiş qaydada
attestasiyadan keçmək;
-
qanunvericilikdə nəzərdə tutulmuş digər
vəzifələri yerinə yetirmək.
6.7.
Dövlət təhsil müəssisəsində akademik və
inzibati vəzifələrin tutulmasının yaş həddi
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən edilir. Həmin yaş
həddinə çatan pedaqoji işçilər akademik və
inzibati vəzifə tutmamaq şərtilə, təhsil
müəssisəsinin tədris və elmi
fəaliyyətində iştirak edə bilərlər.
6.8.
Təhsil müəssisəsinin inzibati,
inzibati-idarəetmə, inzibati-təsərrüfat,
mühəndis-texniki, istehsal, tədris-köməkçi
və digər heyətinin hüquq və vəzifələri
müvafiq qanunvericiliklə, bu Nümunəvi Nizamnamə,
təhsil müəssisəsinin nizamnaməsi, ali təhsil
müəssisəsinin daxili nizam-intizam qaydaları, eləcə
də işəgötürənlərlə
təhsilverənlər arasında bağlanılan əmək
müqavilələri ilə tənzimlənir.
7. Ali təhsil müəssisəsinin
maliyyə-təsərrüfat fəaliyyəti
7.1. Ali
təhsil müəssisəsinin əmlakı dövlət,
bələdiyyə, təsisçilər, hüquqi və
fiziki şəxslər tərəfindən onun
mülkiyyətinə və ya istifadəsinə verilən,
eləcə də qanunvericiliklə qadağan olunmayan və
nizamnaməsində öz əksini tapan fəaliyyəti
nəticəsində əldə etdiyi əmlakdan, o
cümlədən ona məxsus əqli mülkiyyət
məhsullarından ibarətdir.
Ali
təhsil müəssisəsi mülkiyyətində və
istifadəsində olan əmlakın saxlanılması,
qorunması və ondan səmərəli istifadə
edilməsi üçün məsuliyyət
daşıyır. Ali təhsil müəssisəsinin
əmlakının idarə olunması ilə bağlı
fəaliyyətinə nəzarəti təsisçi və ya
onun səlahiyyət verdiyi şəxs həyata keçirir.
Dövlət
təhsil müəssisəsinin maddi-texniki bazasının
möhkəmləndirilməsi və genişləndirilməsi
dövlət büdcəsinin vəsaitləri və
büdcədənkənar vəsaitlər hesabına həyata
keçirilir.
Ali
təhsil müəssisəsi öz nizamnaməsində
göstərdiyi xidmətlər (təhsil,
elmi tədqiqat, məsləhət-konsaltinq,
müalicə-profilaktik və digər xidmətlər)
nəticəsində daşınar və daşınmaz
əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya,
nəqliyyat vasitələri və s. əldə edə
bilər. [46]
Dövlət
mülkiyyətində olan ali təhsil müəssisəsinin
özəlləşdirilməsi qadağandır.
Dövlət
ali təhsil müəssisəsinin büdcədənkənar
mənbələrdən daxil olan vəsaitlər hesabına
əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə
daxil edilir.
Dövlət
ali təhsil müəssisəsinin istifadəsinə
verilmiş əmlakın geri qaytarılması qanunvericiliklə
tənzimlənir.
7.2.
Dövlət tərəfindən ali təhsilin
inkişafına dövlət büdcəsindən və
digər mənbələrdən vəsaitlər
ayrılır.
Ali
təhsil müəssisəsi mövcud qanunvericilik
çərçivəsində öz nizamnaməsi ilə
müəyyən edilmiş qaydada fiziki və hüquqi
şəxslərə müxtəlif ödənişli
təhsil xidmətləri göstərmək, sahibkarlıq
fəaliyyəti ilə məşğul olmaq, hüquqi və
fiziki şəxslərdən ianələr və
könüllü yardımlar almaq hüququna malikdir. Bu
mənbələrdən əldə olunan vəsait və
digər əmlak dövlət ali təhsil
müəssisəsinə büdcədən ayrılan
vəsaitlərin miqdarına təsir göstərmir və
onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə
edilir.
Dövlət
ali təhsil müəssisələrinin əldə
etdikləri mənfəət yalnız təhsilin
inkişafına, təhsilalanların və
təhsilverənlərin sosial müdafiəsinə
yönəldilə bilər.
Dövlət
ali təhsil müəssisəsinin
maliyyələşdirilməsi təhsilin hər
səviyyəsi üzrə müəyyən edilmiş maliyyə
normativlərinə əsasən həyata keçirilir. Bu
normativlər təhsil müəssisəsinin növünə
və kateqoriyasına uyğun olaraq, "Ali təhsil
müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120
nömrəli qərarına əsasən hər bir
təhsilalana düşən məsrəf məbləği
nəzərə alınmaqla müəyyən edilir.
Dövlət
təhsil müəssisəsi nizamnaməsinə uyğun
olaraq, ödənişli təhsildə əldə olunan
və digər büdcədənkənar vəsaitlərin
xərclənməsi istiqamətlərini və
işçilərin maddi həvəsləndirilməsinə
ayırmaların xüsusi çəkisini sərbəst
müəyyən edir, təhsilverənlərə və
təhsilalanlara maddi yardımlar göstərir.
Dövlət
ali təhsil müəssisəsinin inkişafına,
təhsilalanların təhsil haqqının və
təhsillə bağlı xərclərinin
ödənilməsinə uzunmüddətli və fərdi
kreditlər verilməsini, elmi tədqiqat işlərinin
aparılması, doktorantura proqramlarının
maliyyələşdirilməsi, beynəlxalq
təcrübənin öyrənilməsi və digər
məqsədlər üçün müvafiq qaydada qrantlar
ayrılmasını təmin edir. Kreditlərin və
qrantların verilməsi qaydaları və şərtləri
müvafiq qanunvericilik aktları ilə müəyyən
edilir. Dövlət təhsil və elmi tədqiqat üzrə
qrantlar təhsil müəssisəsinin digər
fəaliyyət sahələrinin
maliyyə-ləşdirilməsinə yönəldilə
bilməz.
Dövlət
təhsil sahəsinə investisiyaların, o cümlədən
xarici investisiyaların cəlb edilməsi məqsədi ilə
əlverişli investisiya mühitinin yaradılmasını
təmin edir və bu məqsədlə
sərmayəçilərə qanunvericiliklə
müəyyən edilmiş qaydada güzəştlər
verir.
7.3.
Dövlət və bələdiyyə ali təhsil
müəssisələri aşağıdakı
mənbələrdən maliyyələşdirilir:
-
qanunvericiliyə uyğun olaraq, dövlət büdcəsinin
və yerli büdcənin vəsaitləri;
-
ödənişli təhsildən əldə olunan
vəsaitlər;
-
hüquqi və fiziki şəxslərin, o cümlədən
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin, xarici hüquqi şəxslərin
qanunvericiliyə uyğun olaraq verilən qrantları,
vəsiyyət olunan vəsaitləri, ianələri və
yardımları;
-
müsabiqə əsasında dövlət
tərəfindən ayrılan elmi tədqiqat qrantları;
- ali
təhsil müəssisəsinin təhsil, elm, istehsal,
məsləhət (konsaltinq) və qanunvericiliklə
müəyyən edilmiş digər xidmətlərdən
əldə etdiyi vəsaitlər;
-
hüquqi və fiziki şəxslərin müqavilə
əsasında mütəxəssis hazırlığı,
ixtisasartırma və kadrların yenidən hazırlanması
üçün ayırdıqları vəsait;
-
dövlət orqanları tərəfindən
maliyyələşdirilən məqsədli proqramlar və
layihələr üzrə əldə olunan vəsaitlər;
- ali
təhsil müəssisəsinin mülkiyyətində olan
fiziki və mənəvi cəhətdən
köhnəlmiş avadanlığın, nəqliyyat
vasitələrinin və təhsil məqsədləri üçün
yararsız olan digər əmlakın satışından
qanunvericiliyə uyğun olaraq əldə edilən
vəsaitlər;
- ali
təhsil müəssisəsinin beynəlxalq
əməkdaşlıq nəticəsində qanunvericiliyə
uyğun olaraq əldə etdiyi qrantlar və vəsaitlər;
-
qanunvericiliklə qadağan edilməyən digər
mənbələrdən əldə olunan vəsaitlər.
7.4.
Özəl ali təhsil müəssisəsi
aşağıdakı mənbələrdən
maliyyələşdirilir:
-
təhsil xidmətlərinə görə əldə etdiyi
vəsaitlər;
-
təsisçilərin (himayəçilərin)
vəsaitləri;
-
qanunvericiliyə uyğun olaraq aldıqları qrantların
və kreditlərin məbləğləri;
-
hüquqi və fiziki şəxslərin ianələri,
yardımları, vəsiyyət etdikləri əmlak və
bağışladıqları hədiyyələr;
-
təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və
qanunvericiliklə müəyyən edilmiş digər
xidmətlərdən əldə etdikləri vəsaitlər;
-
qanunvericiliklə qadağan edilməyən və
nizamnaməsində göstərilən digər
mənbələr hesabına əldə olunan
vəsaitlər.
Özəl
ali təhsil müəssisəsi öz maliyyə
vəsaitlərini sərbəst idarə edir. Özəl ali
təhsil müəssisəsi təhsil haqqının
məbləğini hər bir təhsil pilləsi üzrə
təhsil proqramlarına uyğun olaraq sərbəst
müəyyən edir.
Özəl
ali təhsil müəssisəsi ilə təhsilalanlar,
valideynlər və ya digər qanuni nümayəndələr
arasında münasibətlər müqavilə ilə
tənzimlənir.
7.5. Ali
təhsil müəssisəsi əlavə gəlir əldə
etmək məqsədi ilə nizamnaməsində
nəzərdə tutulmuş qaydada "Təhsil
müəssisəsinin əlavə gəlir əldə
etmək məqsədi ilə məşğul olmasına yol
verilən sahibkarlıq fəaliyyəti növlərinin
müəyyən edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10
nömrəli qərarı ilə müəyyən edilmiş
sahibkarlıq fəaliyyəti növləri ilə
məşğul ola bilər.
Ali
təhsil müəssisəsi sahibkarlıq
fəaliyyətindən əldə etdiyi gəlirlərdən
sərbəst istifadə etmək hüququna malikdir.
Dövlət təhsil müəssisəsinin sahibkarlıq
fəaliyyətindən əldə etdiyi gəlirlər
bilavasitə təhsilin inkişafına və
işçilərin sosial müdafiəsinə
yönəldilir. Ali təhsil müəssisəsi
sahibkarlıq fəaliyyətini həyata keçirmək
məqsədi ilə qanunvericiliklə müəyyən
edilmiş qaydada hüquqi şəxslər yarada bilər
və ya başqa hüquqi şəxslərin
fəaliyyətində iştirak edə bilər. “Publik hüquqi şəxslər haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq,
dövlət tərəfindən yaradılan ali təhsil
müəssisəsi tabeliyində olduğu icra hakimiyyəti
orqanının razılığı ilə
təsərrüfat cəmiyyətləri yarada və ya onlarda
iştirak edə bilər.[47]
7.6.
Azərbaycan Respublikasında dövlət ali təhsil
müəssisələri bilavasitə mənfəət
əldə etmək məqsədi güdmür.
7.7. Ali
təhsil müəssisəsində təhsilin dövlət
təhsil standartına uyğun təşkil olunmaması
nəticəsində təhsilalanların keyfiyyətsiz
hazırlığı müəyyən edildiyi halda
vurulmuş zərərin, o cümlədən təhsilalanların
başqa təhsil müəssisələrində yenidən
hazırlanması üçün zəruri olan
xərclərin həmin təhsil müəssisəsi
tərəfindən ödənilməsi barədə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən məhkəmədə iddia
qaldırıla bilər.
Bu
bəndin birinci abzasına uyğun olaraq, iddia yalnız
akkreditasiya olunmuş təhsil müəssisəsi
barədə akkreditasiya xidməti tərəfindən
verilən mənfi rəyə əsasən qaldırıla
bilər.
8. Təhsil sahəsində beynəlxalq
əlaqələr
Ali
təhsil sahəsində beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikasının qanunvericiliyi və
tərəfdar çıxdığı beynəlxalq
müqavilələr əsasında həyata keçirilir. Ali
təhsil müəssisələrində tədris prosesi Avropa
Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi
əsasında təşkil edilir. Kredit sistemi üzrə
tədrisin təşkili qaydaları Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
təsdiq edilir.
Ali
təhsil müəssisəsi qanunvericiliyə və
özünün fəaliyyət xüsusiyyətlərinə
uyğun olaraq xarici ölkələrin elm və təhsil
müəssisələri, təşkilatlar, beynəlxalq
qurumlar və fondlarla birbaşa əlaqələr yarada,
əməkdaşlıq haqqında ikitərəfli və
çoxtərəfli müqavilələr bağlaya,
təhsil sahəsində fəaliyyət göstərən
dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlar,
birliklər, assosiasiyalar və s.) daxil ola və
əməkdaşlığın digər formalarını
həyata keçirə bilər.
Ali
təhsil müəssisəsi beynəlxalq səviyyəli
birgə elm və təhsil layihələrinin
hazırlanması, fundamental elmi tədqiqat və
layihə-konstruktor işlərinin, elmi-praktik konfransların,
simpoziumların keçirilməsi, tələbələrin,
magistrlərin, doktorantların, müəllimlərin və
elmi işçilərin mübadiləsi, iddia sənədi,
patent və ya onlarla bağlı hüquqların
özgəninkiləşdirilməsi və bu qəbildən
olan digər fəaliyyətlə müvafiq normativ hüquqi aktlarla
müəyyən edilmiş qaydada müstəqil
məşğul olmaq hüququna malikdir.
Ali
təhsil müəssisəsinin (xüsusi təyinatlı
təhsil müəssisələri istisna olmaqla)
fəaliyyətinin keyfiyyətini yüksəltmək və
beynəlxalq əlaqələrini genişləndirmək
məqsədi ilə Azərbaycan Respublikasının
mövcud normativ hüquqi aktlarının
tələblərinə riayət etməklə, öz
nizamnamələrinə uyğun, müstəqil olaraq xarici
tərəfdaşlarla birlikdə ölkə daxilində
və xarici dövlətlərdə müştərək
struktur bölmələri (mərkəzlər, filiallar,
laboratoriyalar, texnoparklar və s.) yaratmaq hüququ vardır.
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci
il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR 2 nömrəli
əlavə |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
dəyişiklik edilmiş bəzi qərarlarının
SİYAHISI
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aşağıdakı
qərarlarında dəyişikliklər edilsin:
1.
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi
normativ aktlarında dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1996-cı il 4 noyabr tarixli 154 nömrəli qərarının
II bəndi çıxarılsın.
2.
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi
qərarlarında dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2004-cü il 6 sentyabr tarixli 123 nömrəli
qərarının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 9, maddə 741; 2005-ci il, ¹ 12,
maddə 1228) I bəndi çıxarılsın.
3.
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi
qərarlarına əlavələr və dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2007-ci il 26 dekabr tarixli 209 nömrəli qərarının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,
¹ 12, maddə 1344) 1-ci bəndi çıxarılsın.
4.
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi
qərarlarına əlavələr və
dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 4
sentyabr tarixli 202 nömrəli qərarının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il,
¹ 9, maddə 853) 4-cü bəndi çıxarılsın.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 10 may 2012-ci il tarixli 111 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 may
2012-ci il, ¹ 104, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹ 05, maddə 485)
2.
10 oktyabr 2012-ci
il tarixli 224 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 11 oktyabr 2012-ci il, ¹ 228, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1006)
3.
24 oktyabr 2013-cü il tarixli 313 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 27 oktyabr 2013-cü
il, ¹ 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, ¹ 10, maddə 1231)
4.
3 noyabr 2015-ci il tarixli 342 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 4 dekabr 2015-ci il, ¹
267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci
il, ¹ 12, maddə 1560)
5.
19 aprel 2016-cı il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 5 may 2016-cı il, ¹ 96, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4,
maddə 821)
6.
6 oktyabr 2016-cı il tarixli 384 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 9 oktyabr 2016-cı
il, ¹ 222, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10,
maddə 1702)
7.
23 dekabr 2016-cı il
tarixli 523 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı
il, ¹ 288, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 2239)
8.
18 aprel 2017-ci il tarixli 156 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 19 aprel 2017-ci il, ¹ 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 4, maddə
640)
9.
28 aprel 2017-ci il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 aprel 2017-ci il, ¹
91, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹4, maddə
668)
10.
2 avqust 2017-ci il tarixli 316 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 avqust 2017-ci il, ¹ 168, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə 1606)
11.
21 dekabr 2017-ci il tarixli 590 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 24 dekabr 2017-ci il, ¹
285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹12, II kitab, maddə 2537)
12.
25 may 2018-ci il tarixli 238 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 may 2018-ci il, ¹ 120, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 4, maddə
1142)
13.
8 noyabr 2018-ci il tarixli 479 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 13 noyabr 2018-ci il, ¹ 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹ 11, maddə 2429)
14.
15 yanvar 2019-cu il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 16 yanvar 2019-cu il, ¹ 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 01, maddə 151)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1]
15
yanvar 2019-cu il tarixli 7
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 16 yanvar 2019-cu il, ¹ 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 01, maddə 151) ilə
1-ci hissə ləğv edilmişdir.
[2]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 1.4-cü bəndin birinci cümləsinə “müəssisəsi”
sözündən sonra “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq” sözləri və “ali”
sözündən sonra “, orta
ixtisas və əlavə” sözləri əlavə
edilmişdir.
[3]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 1.9-cu bəndin yeddinci abzasına “hazırlığını,”
sözündən sonra “orta
ixtisas və” sözləri əlavə edilmişdir.
[4]
28
aprel 2017-ci il tarixli 185
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
30 aprel 2017-ci il, ¹ 91,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹4, maddə 668) ilə “Ali təhsil müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin 1.9-cu bəndinin yeddinci və
səkkizinci abzaslarına “fundamental”
sözündən sonra “,
nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri
əlavə edilmişdir.
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 1.9-cu bəndin səkkizinci abzasına “ali” sözündən sonra “, orta ixtisas” sözləri
əlavə edilmişdir.
[5]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 1.9-cu bəndin doqquzuncu abzasına “hazırlığını”
sözündən sonra “, orta
ixtisas” sözləri əlavə edilmişdir.
[6]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 1.9-cu bəndin onuncu abzasına “üzrə” sözündən
sonra “subbakalavr və”
sözləri əlavə edilmişdir.
[7]
3
noyabr 2015-ci il tarixli 342
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 4 dekabr 2015-ci il, ¹
267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci
il, ¹ 12, maddə 1560) ilə 1.12-ci bənd yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
1.12.
Ali təhsil müəssisəsinin nizamnaməsi təhsil
müəssisəsinin elmi şurası tərəfindən
qəbul olunur və təsisçisi (Azərbaycan
Respublikası Prezidentinin təsdiq etdiyi nizamnamələr
istisna olmaqla) tərəfindən təsdiq edilir.
Bələdiyyə və özəl təhsil
müəssisələrinin nizamnamələri Azərbaycan
Respublikası Təhsil Nazirliyinin rəyi əsasında
təsisçilər tərəfindən təsdiq edilir.
25 may
2018-ci il tarixli 238 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, ¹
120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹ 4, maddə 1142) ilə “Ali təhsil müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin 1.12-ci bəndi yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
1.12. Ali təhsil
müəssisəsinin nizamnaməsi təhsil
müəssisəsinin təsisçisi (Azərbaycan
Respublikası Prezidentinin və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna
olmaqla) tərəfindən təsdiq edilir.
[8]
3
noyabr 2015-ci il tarixli 342
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 4 dekabr 2015-ci il, ¹
267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci
il, ¹ 12, maddə 1560) ilə yeni məzmunda 1.12-1-ci və 1.12-2-ci
bəndlər əlavə edilmişdir.
25 may
2018-ci il tarixli 238 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, ¹
120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹ 4, maddə 1142) ilə “Ali təhsil müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin 1.12-1-ci bəndinə “akkreditasiya olunmuş”
sözlərindən sonra “dövlət”
sözü əlavə edilmişdir və həmin
bənddə “təsisçisi
(Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi
nizamnamələr istisna olmaqla)” sözləri “Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan
Respublikasının Nazirlər Kabineti (Azərbaycan
Respublikası Prezidentinin təsdiq etdiyi nizamnamələr
istisna olmaqla)” sözləri ilə əvəz
edilmişdir.
[9]
6
oktyabr 2016-cı il tarixli 384
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 9 oktyabr 2016-cı
il, ¹ 222, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10,
maddə 1702) ilə 1.15-ci bənddə “fəaliyyətinə xüsusi
razılığın verilməsi
(lisenziyalaşdırılması)” sözləri “fəaliyyətinin
lisenziyalaşdırılması” sözləri ilə
əvəz edilmişdir.
[10]
6
oktyabr 2016-cı il tarixli 384
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 9 oktyabr 2016-cı
il, ¹ 222, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10,
maddə 1702) ilə 1.16-cı bənd ləğv
edilmişdir.
[11]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 1.17-ci bəndin birinci abzas ləğv
edilmişdir.
[12]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 1.17-ci bəndin ikinci abzasın birinci
cümləsinə “müəssisəsinin
akkreditasiyası” sözlərindən sonra “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa və” sözləri
əlavə edilmişdir.
[13]
25 may
2018-ci il tarixli 238 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, ¹
120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹ 4, maddə 1142) ilə “Ali təhsil müəssisəsinin
Nümunəvi Nizamnaməsi”ndə 1.22-ci bəndin ikinci
abzasında ikinci cümlə üçüncü
cümlə hesab edilmişdir və yeni məzmunda ikinci
cümlə əlavə edilmişdir.
[14]
2
avqust 2017-ci il tarixli 316
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
5 avqust 2017-ci il, ¹ 168, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə
1606) ilə “Ali təhsil müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin 1.25-ci bəndinin birinci
abzasının ikinci cümləsində “milli təhlükəsizlik” sözləri “dövlət
təhlükəsizliyi” sözləri ilə əvəz
edilmişdir.
[15]
24
oktyabr 2013-cü il tarixli 313
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 27 oktyabr 2013-cü
il, ¹ 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, ¹ 10, maddə 1231) ilə “Ali təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.25-ci
bəndinə yeni məzmunda ikinci abzas əlavə
edilmişdir.
[16]
28
aprel 2017-ci il tarixli 185
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 aprel 2017-ci il, ¹
91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹4, maddə 668) ilə “Ali təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin
1.26-cı bəndinin birinci abzasında “təhsil, tərbiyə və elm mərkəzi kimi”
sözləri “tədris prosesi
ilə elmi fəaliyyətin vəhdətini təmin edən
elmi fəaliyyət subyekti olmaqla” sözləri ilə
əvəz edilmişdir.
[17]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 1.26-cı bəndin on yeddinci abzasına birinci
halda “təhsil” sözündən
sonra “və peşə”
sözləri əlavə edilmişdir.
[18]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 1.27-ci bəndin ikinci abzasında “tibb təhsili istisna olmaqla”
sözləri “əsas (baza ali)
tibb təhsili” sözləri ilə əvəz
edilmişdir.
[19]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 1.27-ci bəndin üçüncü
abzasında “tibb təhsili
istisna olmaqla” sözləri “rezidentura”
sözü ilə əvəz edilmişdir.
[20]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 1.27-ci bəndin dördüncü abzasına
“doktorantura”
sözündən sonra “(adyunktura)”
sözü əlavə edilmişdir.
[21]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin
1.27-ci bəndinə yeni məzmunda onuncu abzas əlavə
edilmişdir.
[22]
28
aprel 2017-ci il tarixli 185
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
30 aprel 2017-ci il, ¹ 91,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹4, maddə 668) ilə “Ali təhsil müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin 1.28-ci bəndin beşinci
abzasının birinci cümləsində “elmi tədqiqat” sözləri “elmi müəssisə, təşkilatlarında”
sözləri ilə əvəz edilmişdir.
[23] 19
aprel 2016-cı il tarixli 166
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 5 may 2016-cı il, ¹ 96, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4,
maddə 821) ilə 1 nömrəli əlavə - “Ali təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.29-cu
bəndinin beşinci abzası ləğv edilmişdir.
[24]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 1.30-cu bəndin birinci abzası yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Tibb
təhsili əsas təhsilə və rezidenturaya
ayrılır.
[25]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 1.30-cu bəndin ikinci abzası ləğv
edilmişdir.
[26]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 1.30-cu bəndin üçüncü
abzasında “Tibb təhsili
üzrə əsas təhsil” sözləri “Əsas (baza ali) tibb təhsili”
sözləri ilə əvəz edilmişdir.
[27]
28
aprel 2017-ci il tarixli 185
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 aprel 2017-ci il, ¹
91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹4, maddə 668) ilə “Ali təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.31-ci
bəndin birinci abzasının ikinci cümləsindən “və elmi-pedaqoji” və “ixtisas və” sözləri
çıxarılmışdır, ikinci abzasının
birinci və ikinci cümlələrində “və elmi təşkilatlarda” sözləri “, elmi müəssisə və
təşkilatlarda” sözləri ilə əvəz
edilmişdir.
[28]
28
aprel 2017-ci il tarixli 185
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 aprel 2017-ci il, ¹
91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹4, maddə 668) ilə “Ali təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.32-ci
bəndin birinci abzasının birinci cümləsində “və digər təşkilatlarda”
sözləri “müəssisə
və təşkilatlarda və digər təşkilatlarda”
sözləri ilə, ikinci cümləsində “və elmi tədqiqat
müəssisələrinə” sözləri “, elmi müəssisə və
təşkilatlara” sözləri ilə, beşinci
abzasında “Azərbaycan
Respublikasının Ali Attestasiya Komissiyası
tərəfindən” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21
fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Elmi dərəcələrin və elmi adların
verilməsi qaydaları haqqında Əsasnamə” ilə”
sözləri ilə əvəz edilmişdir və
altıncı abzasının birinci və ikinci
cümlələrinə “ali
təhsil müəssisəsinin” sözlərindən sonra
“və elmi müəssisənin”
sözləri əlavə edilmişdir.
[29]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 2.1-ci bəndin birinci abzasına “əsasında,”
sözündən sonra “Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və
26.5-3-cü maddələrində nəzərdə tutulmuş
hallar istisna olmaqla,” sözləri əlavə edilmişdir.
[30]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 2.1-ci bəndin ikinci abzası
üçüncü abzas hesab edilmişdir və yeni
məzmunda ikinci abzas əlavə edilmişdir.
[31]
23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 27 dekabr 2016-cı il, ¹ 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 12, maddə 2239) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 2.1-ci bəndinin ikinci abzasında “Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan
Mərkəzi” sözləri ilə əvəz
edilmişdir.
[32]
28
aprel 2017-ci il tarixli 185
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 aprel 2017-ci il, ¹
91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹4, maddə 668) ilə “Ali təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci
bəndində “elmi
təşkilatların” sözləri “elmi müəssisə və təşkilatların”
sözləri ilə əvəz edilmişdir.
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin
2.2-ci bəndində “Ali
təhsil müəssisələrinin” sözləri “Ali təhsil
müəssisələrində orta ixtisas təhsili
pilləsinə,” sözləri ilə əvəz
edilmişdir.
[33]
10
may 2012-ci il tarixli 111
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 13 may 2012-ci il, ¹ 104, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə
485) ilə təsdiq edilmiş 1 nömrəli əlavə
- “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin
2.3-cü bəndində “Azərbaycan
Respublikasının Nazirlər Kabineti” sözləri “Azərbaycan Respublikasının
Prezidenti yanında Təhsil üzrə Komissiya”
sözləri ilə əvəz edilmişdir.
18
aprel 2017-ci il tarixli 156
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 19 aprel 2017-ci il, ¹ 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 4, maddə
640) ilə “Ali təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin
2.3-cü bəndində “Prezidenti
yanında Təhsil üzrə Komissiya” sözləri “Nazirlər Kabineti”
sözləri ilə əvəz edilmişdir.
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 2.3-cü bəndində “tələbə qəbulu planı” sözləri “müvafiq ixtisaslar üzrə
tələbə qəbulu” sözləri ilə
əvəz edilmişdir.
[34]
6
oktyabr 2016-cı il tarixli 384
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 9 oktyabr 2016-cı
il, ¹ 222, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10,
maddə 1702) ilə 1.12-1-ci, 1.19-cu
bəndlərdə və 2.4-cü bəndin
üçüncü abzasında “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə
əvəz edilmişdir.
[35]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 3.1-ci bəndin ikinci cümləsi yeni
redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilidi:
Təlim
ali təhsil müəssisələrinin imkanları
nəzərə alınmaqla, xarici dillərdə də
aparıla bilər.
[36]
21
dekabr 2017-ci il tarixli 590
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 24 dekabr 2017-ci il, ¹
285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹12, II kitab, maddə 2537) ilə “Ali təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.7-ci
bəndinin on beşinci abzasının birinci və ikinci
cümlələri çıxarılmışdır.
[37]
21
dekabr 2017-ci il tarixli 590
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 24 dekabr 2017-ci il, ¹
285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹12, II kitab, maddə 2537) ilə “Ali təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.7-ci
bəndinin on yeddinci abzasdan “Azərbaycan
Respublikasının Nazirlər Kabineti,” sözləri
çıxarılmışdır.
[38]
28
aprel 2017-ci il tarixli 185
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 aprel 2017-ci il, ¹
91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹4, maddə 668) ilə “Ali təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.10-cu
bəndinin ikinci abzasının birinci cümləsində “nümunəli sənəd”
sözləri “sənədi”
sözü ilə əvəz edilmişdir.
[39]
28
aprel 2017-ci il tarixli 185
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 aprel 2017-ci il, ¹
91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹4, maddə 668) ilə “Ali təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin
4.4-cü bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
4.4.
Təhsil sistemində aparılan elmi tədqiqat işləri
fundamental və tətbiqi xarakter daşıyır.
[40]
28
aprel 2017-ci il tarixli 185
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
30 aprel 2017-ci il, ¹ 91,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹4, maddə 668) ilə “Ali təhsil müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin 4.8-ci bəndi yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
4.8.
Təhsil sistemində aparılan elmi araşdırmalar
dövlət büdcəsi, müxtəlif fondlar, təhsil
müəssisələrinin büdcədənkənar və
sifarişlər əsasında daxil olan vəsaitləri,
eləcə də qrantlar hesabına həyata keçirilir.
[41]
3
noyabr 2015-ci il tarixli 342
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 4 dekabr 2015-ci il, ¹
267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci
il, ¹ 12, maddə 1560) ilə 5.1-ci bəndin birinci
cümləsində “elmi,
elmi-metodiki, pedaqoji, təhsilalanlar, qəyyumlar şuraları
və s.” sözləri “elmi-metodiki,
təhsilalanlar, qəyyumlar şuraları” sözləri
ilə əvəz edilmişdir.
25 may
2018-ci il tarixli 238 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, ¹
120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹ 4, maddə 1142) ilə “Ali təhsil müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin 5.1-ci bəndində ikinci
cümlə üçüncü cümlə hesab
edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə
edilmişdir.
[42]
3
noyabr 2015-ci il tarixli 342
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 4 dekabr 2015-ci il, ¹
267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci
il, ¹ 12, maddə 1560) ilə 5.2-ci bəndin birinci
cümləsində “Ali
təhsil” sözləri “Dövlət
ali təhsil” sözləri ilə əvəz edilmişdir.
[43]
28
aprel 2017-ci il tarixli 185
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
30 aprel 2017-ci il, ¹ 91,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹4, maddə 668) ilə “Ali təhsil müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin 5.6-cı bəndinin birinci
abzasında “elmi tədqiqat,
elmi-pedaqoji və elmi işçilərin” sözləri “elmi və elmi-pedaqoji kadrların”
sözləri ilə əvəz edilmişdir.
[44]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nə yeni məzmunda 5.9-cu bənd əlavə
edilmişdir.
[45]
10
oktyabr 2012-ci il tarixli 224 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 11 oktyabr
2012-ci il, ¹ 228, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1006)
ilə 1 nömrəli əlavə - “Ali təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 6.2-ci
bəndinin on üçüncü abzasında “Təhsil Nazirliyinin”
sözləri “Nazirlər Kabinetinin” sözləri ilə
əvəz edilmişdir.
[46]
8
noyabr 2018-ci il tarixli 479 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il,
¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2429) ilə 1 nömrəli əlavə - “Ali
təhsil müəssisəsinin Nümunəvi
Nizamnaməsi”nin 7.1-ci bəndin dördüncü abzasında
“tədris” sözü “təhsil” sözü ilə əvəz
edilmişdir.
[47]
25 may
2018-ci il tarixli 238 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, ¹
120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹ 4, maddə 1142) ilə “Ali təhsil müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin 7.5-ci bəndinin ikinci
abzasına yeni məzmunda dördüncü cümlə
əlavə edilmişdir.