AZƏRBAYCAN RESPUBLİKASI SƏNAYE VƏ ENERGETİKA
NAZİRLİYİ
ƏMR
№ 39
Bakı şəhəri
28 iyul 2010-cu il
“Magistral neft kəmərlərinin istismarında texniki
təhlükəsizlik qaydaları”nın (bundan sonra Qaydalar) təsdiq
edilməsi haqqında
“Texniki Təhlükəsizlik haqqında” Azərbaycan
Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 02 fevral 2000-ci il tarixli Fərmanının
icrası ilə əlaqədar Qaydalar 2002-ci ildə Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Əmək və Sosial Problemləri üzrə
Elmi-Tədqiqat və Tədris Mərkəzi tərəfindən
işlənilmiş və 01.01.2008-ci il tarixindən bir il
qüvvədə qalma müddəti Sənaye və Energetika
Nazirliyinin 57 nömrəli 21 noyabr 2007-ci il tarixli əmri ilə
uzadılmışdır.
ARDNŞ-in
Neft kəmərləri idarəsi ilə Azərbaycan Dövlət
Əməyin Mühafizəsi və Təhlükəsizlik
Texnikası Elmi-Tədqiqat İnstitutu arasında
bağlanmış TET 09/78-3 nömrəli 15.03.2009-cu il tarixli
müqaviləyə əsasən Qaydalar yenidən işlənmişdir.
Qeyd olunanları nəzərə alaraq
ƏMR EDİRƏM:
1. “Magistral neft kəmərlərinin istismarında
texniki təhlükəsizlik qaydaları” adlı sənəd
təsdiq edilsin.[1]
2. Qaydaların qüvvəyə minməsi 01.09.2010-cu
ildən və qüvvədə qalma müddəti isə
01.09.2015-ci ilədək hesab edilsin.
3. Sənaye və Energetika Nazirliyinin 21.10.2007-ci il
tarixli 57 nömrəli əmri qüvvədən
düşmüş hesab edilsin.
4.
Əmrin icrasına nəzarət nazir müavini NAbbasova həvalə
edilsin.
Nazir
N.Əliyev
Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti
Neft Kəmərləri İdarəsi
Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyi
Sənayedə İşlərin Təhlükəsiz
Görülməsi və Dağ-mədən Nəzarəti
Dövlət Agentliyi
Azərbaycan Dövlət Əməyin
Mühafizəsi və Təhlükəsizlik Texnikası
Elmi-Tədqiqat İnstitutu (AzDƏMTTETİ)
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
MAGİSTRAL NEFT KƏMƏRLƏRİNİN
İSTİSMARINDA TEXNİKİ TƏHLÜKƏSİZLİK
QAYDALARI
|
|
|
|
|
|
MAGİSTRAL NEFT KƏMƏRLƏRİNİN
İSTİSMARINDA TEXNİKİ TƏHLÜKƏSİZLİK
QAYDALARI
Azərbaycan Dövlət Əməyin
Mühafizəsi və Təhlükəsizlik Texnikası
Elmi-Tədqiqat İnstitutunda (AzDƏMTTETİ-də)
işlənmişdir
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Magistral neft
kəmərlərinin istismarında texniki təhlükəsizlik
Qaydaları
I. Ümumi müddəalar
1.1. “Magistral neft kəmərlərinin
istismarında təhlükəsizlik Qaydaları” magistral neft kəmərləri
(mətndə bundan sonra - MNK) və onların obyektlərində
istismar və təmir zamanı əsas təhlükəsizlik
tələblərini müəyyənləşdirən sənəddir.
1.2.
Bu Qaydaların tələbləri Azərbaycan
Respublikasının ərazisində fəaliyyət göstərən,
yenidən qurulan, konservasiyada saxlanılan və ləğv
olunan MNK və onların obyektlərində iş görən
podratçı təşkilatlar üçün məcburidir.
1.3.
Bu Qaydalar nəşr olunduqdan sonra 2002-ci ildə Azərbaycan
Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən
təsdiq olunmuş “Magistral neft kəmərlərinin
istismarında texniki təhlükəsizlik qaydaları” öz
qüvvəsini itirir.
II. Magistral neft kəmərlərinin
istismarında texniki təhlükəsizliyin təmin edilməsi
üzrə işlərin təşkili
2.1. Ümumi tələblər
2.1.1. MNK obyektlərinin istismarı
“Texniki Təhlükəsizlik haqqında” AR Qanunun, Ekologiya
haqqında Qanunun, “Yanğın təhlükəsizliyi
haqqında” AR Qanunun, əməyin mühafizəsi üzrə
normativ-texniki sənədlərin tələblərinə
uyğun, ərazinin və əhalinin baş verə biləcək
fövqəladə hallardan müdafiəsini təmin etməklə
və aşağıdakı tədbirlər nəzərə
alınmaqla həyata keçirilməlidir:
- təhlükəsizlik tələblərinə
riayət olunmasına nəzarətin təşkili və həyata
keçirilməsi;
- texniki təhlükəsizlik üzrə
qaydaların, rəhbər sənədlərin, texniki reqlamentlərin,
avadanlıqların və texniki sistemlərin istismar təlimatlarının
tələblərinin yerinə yetirilməsi;
- MNK obyektlərinin müvafiq ixtisas tələblərinə
uyğun olan işçilərlə təmin edilməsi;
- MNK obyektlərinin,
avadanlıqlarının, qurğuların, bina və tikililərin
texniki baxışdan və diaqnostik müayinədən
keçirilməsi;
- MNK-da baş verə biləcək qəzaların
və fövqəladə halların nəticələrinin
aradan qaldırılması üzrə tədbirlərin və
planların həyata keçirilməsi;
- MNK obyektlərində baş vermiş
bədbəxt hadisələrin təhqiqinin Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 28.02.2000-ci il tarixli
27№-li “İstehsalatda baş verən bədbəxt hadisələrin
təhqiqi və uçota alınması Qaydaları”na əsasən
aparılması və müvafiq orqanlara məlumatların
verilməsi (Əlavə 15);
- MNK-nın mühafizə zonalarına
olan tələblərin təmin edilməsi.
2.1.2. Bu Qaydaların və müvafiq
normativ-texniki sənədlərin tələbləri əsasında,
istehsalatın xüsusiyyəti nəzərə alınmaqla,
iş növləri və peşələr üzrə əməyin
mühafizəsi və təhlükəsizlik texnikası təlimatları,
avadanlıqların təhlükəsiz istismarı üzrə
təlimatlar işlənib hazırlanmalıdır.
2.1.3. Əməyin mühafizəsi
üzrə təlimatların hazırlanması, həmin təlimatlarla
işçilərin təmin edilməsi, işçilərin
təhlükəsiz iş üsullarına öyrədilməsi
və biliklərinin yoxlanılması “Azərbaycan neft sənayesində
əməyin mühafizəsinin vahid idarəetmə sistemi”nin
tələblərinə müvafiq aparılmalıdır. Bu
işlərin həyata keçirilməsi üzrə məsuliyyət
idarə (obyekt) rəhbərlərinin üzərinə
düşür.
2.1.4. MNK-nın rəhbər və
mühəndis-texniki işçilərinin biliklərinin
yoxlanılması “Azərbaycan neft sənayesində əməyin
mühafizəsinin vahid idarəetmə sistemi”nin, Bakı,
2004-cü il, tələblərinə uyğun olaraq, idarə
üzrə təşkil olunmuş müvafiq komissiya tərəfindən
aparılmalıdır. Komissiyanın işində FHN-nin Sənayedə
İşlərin Təhlükəsiz Görülməsi və
Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin
(sonralar-Agentlik) nümayəndəsinin iştirakı təmin
edilməlidir.
2.1.5. MNK-nın idarələrinin
istehsalat obyektlərində Qəzanın Ləğvi Planı
(QLP) və “Azərbaycan neft sənayesində əməyin
mühafizəsinin vahid idarəetmə sistemi”nin 5-ci bölməsinə
əsasən “Əmək şəraitinin vəziyyətinin
yoxlanılması jurnalı” olmalıdır (Əlavə 19).
Bu jurnalda mühəndis-texniki və rəhbər
işçilər tərəfindən iş prosesində
aşkar olunmuş pozuntular və
çatışmazlıqlar, iş icraçılarının
adı göstərilməklə qeyd olunmalı və aradan
qaldırılması müddəti göstərilməlidir.
2.1.6. MNK obyektlərinin təhlükəsiz
istismarına obyekt rəhbərləri məsuliyyət
daşıyırlar.
2.1.7. MNK obyektlərinin tikintisi,
genişləndirilməsi və yenidən qurulması üzrə
işlərə başlamazdan əvvəl bu obyektlər
Agentlikdə texniki nəzarətin həyata keçirilməsi
üçün qeydiyyata alınmalıdır.
2.1.8. MNK obyektləri və orada
quraşdırılan avadanlıqlar layihə sənədlərinə
uyğun olmalıdır. Layihə sənədlərində
edilən dəyişiklər layihəçi təşkilatla
və Agentliklə razılaşdırıldıqdan sonra
texniki sənədlərə daxil edilməlidir.
2.1.9. Layihə, sınaq və cari
işlər üzrə sənədlər MNK obyektlərində
bütün istismar dövrü ərzində
saxlanılmalıdır.
2.1.10. Bütün texniki qurğular və
avadanlıqlar, o cümlədən xaricdə istehsal olunan
avadanlıqlar uyğunluq sertifikatına malik olmalıdır.
Texniki qurğular ekspertizadan keçirilməli və
müvafiq tələblərə uyğunluğu qiymətləndirilməlidir.
2.1.11. Texniki qurğuların nasaz vəziyyətdə,
istismarına icazə sənədləri olmadıqda, həmçinin
sınaq, texniki baxış, defektoskopik müayinədən
keçirilmə müddəti başa çatdıqda
istismarı qadağandır.
2.1.12. Texniki qurğuların (istehsalat
avadanlıqlarının) istismarı müvafiq normativ və
istismar sənədlərinin tələblərinə uyğun
aparılmalıdır.
2.1.13. Mümkün qəzaların və
onların nəticələrinin aradan qaldırılması
üçün MNK obyektlərini istismar edən təşkilatlar
öz qəza-xilasetmə dəstələrini yaratmalı və
ya bu işləri yerinə yetirmək üçün qəza-xilasetmə
xidmətləri ilə müqavilə bağlamalıdır.
2.1.14. MNK-nın obyektlərində
baş vermiş bədbəxt hadisələr dövlət nəzarət
orqanlarının nümayəndələrinin iştirakı
ilə, qanunvericiliyə uyğun olaraq tədqiq
olunmalıdır.
2.1.15. İstehsalat binaları və anbar
otaqları partlayış-yanğın və yanğın təhlükəliliyinə
görə təsnifatlandırılmalı, partlayış və
yanğın təhlükəli zonaların, həmçinin
açıq texnoloji qurğu və avadanlıqların sinfi təyin
olunmalıdır.
2.1.16. Hər bir obyektdə texnoloji
proseslərdə tətbiq olunan yanğın və
partlayış təhlükəli maddə və
materialların xarakteristikası olmalı, xidməti heyət
onların yanğın təhlükəsi baxımından
xassələrini bilməlidir. Bütün obyektlərdə həmin
obyektin baş mühəndisi tərəfindən təsdiq
edilmiş “Partlayış-yanğın və yanğın təhlükəli
(qaz təhlükəli) yerlərin siyahısı” (Əlavə
9), “Odlu, qaz təhlükəli və digər yüksək təhlükəli
işlərin siyahısı” (Əlavə 10), “Sərəncamla
aparılan işlərin siyahısı” olmalıdır.
2.1.17. Partlayış-yanğın və
yanğın təhlükəli obyektlərdə odlu, qaz təhlükəli
və digər yüksək təhlükəli işlər
icazə-buraxılış (Əlavə 12,13) əsasında
aparılmalıdır. Odlu işlər “Neft sənayesinin
partlayış, partlayış-yanğın və
yanğın təhlükəli obyektlərində qaynaq və
digər odlu işlərin aparılması qaydaları üzrə
nümunəvi Təlimat”ın tələblərinə
uyğun aparılmalıdır.
2.1.18. Partlayış təhlükəli
zonalarda istismar olunan elektrik avadanlıqları
partlayışdan mühafizəli olmalıdır.
Partlayışdan mühafizəli elektrik
avadanlıqlarının partlayışdan mühafizə
növü və səviyyəsi qeyd olunmalıdır,
onların temperatur sinfi partlayış təhlükəli
qarışıqların qrup və kateqoriyalarına və
partlayış təhlükəli zonaların sinfinə
uyğun olmalıdır.
2.1.19. MNK-nın neftin saxlanılması,
doldurulması, boşaldılması və nəqli ilə
bağlı hər bir texnoloji proses və obyekti
üçün mümkün qəzaların ləğvi
planı olmalıdır.
2.1.20. İşçi heyətə qəza
vəziyyətində praktiki hərəkət
qaydalarının öyrədilməsi məqsədi ilə
MNK-nın hər bir obyektində qəzanın
qarşısının alınması və ləğvi
üzrə təlim məşqləri keçirilməlidir.
2.1.21. Qəza halları baş verdikdə
(məsələn, neftin ətraf əraziyə
dağılması) əvvəlcədən təsdiq
olunmuş QLP-na uyğun olaraq dərhal həmin ərazidən
işçilərin təxliyəsi, ərazi və
binaların təmizlənməsi üzrə tədbirlər həyata
keçirilməlidir.
2.2 Qaydaların
tələblərinin pozulmasına görə məsuliyyət
2.2.1.
Bu Qaydaların tələblərini pozmuş müəssisə
rəhbəri və mütəxəssislər, o cümlədən
layihə, konstruktor və elmi-tədqiqat müəssisələrinin
işçiləri Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun məsuliyyət daşıyırlar.
2.2.2.
İşçilər yerinə yetirdikləri iş üzrə
təhlükəsizlik tələblərinə əməl etmədiklərinə
görə Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun məsuliyyət daşıyırlar.
2.3. Mühafizə sistemləri
və onların tətbiqi qaydaları
2.3.1.
Xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi
mühafizə vasitələri
2.3.1.1.
İşçilər “Neftqazçıxarma sənayesində
işçilərə xüsusi geyim, xüsusi ayaqqabı və
digər fərdi mühafizə vasitələrinin pulsuz verilməsi
normalar”ında nəzərdə tutulduğu kimi xüsusi
geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə
vasitələri ilə təmin olunmalıdırlar. Verilən
xüsusi geyim və xüsusi ayaqqabı qüvvədə olan
standartlara və texniki şərtlərə uyğun
olmalıdır.
2.3.1.2. Müəssisələrdə
xüsusi geyim və xüsusi ayaqqabıların yuyulması,
kimyəvi təmizlənməsi, dezinfeksiyası təşkil
olunmalıdır. Zərərli maddələrlə işləyən
fəhlələrin xüsusi geyiminin saxlanılması,
deqazasiyası, dezaktivasiyası, yuyulması və təmiri
Dövlət Sanitar Nəzarətinin göstərişlərinə
müvafiq həyata keçirilməlidir.
2.3.1.3.
İstifadə olunmuş (işlədilmiş) xüsusi geyim,
xüsusi ayaqqabı və digər fərdi mühafizə
vasitələri işçilərə yalnız yuyulduqdan, təmirdən
və dezinfeksiya olunduqdan sonra verilə bilər.
2.3.1.4.
Verilən xüsusi geyim və xüsusi ayaqqabı
işçinin ölçüsünə və boyuna
uyğun olmalıdır. Xüsusi geyim iş vaxtı
işçinin hərəkətlərini məhdudlaşdırmamalıdır.
2.3.1.5.
İş vaxtı işçilər onlara verilmiş
xüsusi geyim və xüsusi ayaqqabıdan istifadə etməlidirlər.
Mexanizmlərə xidmət edən işçilər
xüsusi geyimi düymələməlidirlər. Qadınlar
saçlarını baş örtüyünün altına
yığmalıdırlar.
İş
vaxtı şərf və yaylıqların uclarını
sallanmış vəziyyətdə saxlamaq qadağandır.
2.3.1.6.
Yad cisimlərin gözə düşmə təhlükəsi
olduğu halda işçilər qoruyucu eynəkdən istifadə
etməlidirlər.
2.3.1.7.
Bütün işçilər qoruyucu dəbilqədən
istifadə etməlidirlər. Soyuq hava şəraitində isti
altlıqlı dəbilqədən istifadə olunmalıdır.
2.3.1.8. Çirklənmiş (dezaktivasiya
olunmamış), nasaz (zədələnmiş) və ya
köhnəlmiş fərdi mühafizə vasitələrindən
istifadə etmək qadağandır.
2.3.1.9.
İşçi zonada qazın miqdarı buraxıla bilən həddi
aşdıqda, işçilər əleyhqazdan istifadə etməlidir.
2.3.1.10.
İş aparılan zonanın havasında zərərli maddələrin
miqdarı buraxıla bilən həddən yüksək olduqda
tənəffüs orqanlarının mühafizəsi
üçün süzgəcli əleyhqazlardan istifadə
olunmalıdır.
2.3.1.11.
Qaz kəmərlərində, neft çənlərində,
quyularda və zərərli (təhlükəli) qaz
yığılması ehtimal olunan digər yerlərdə
işləyən fəhlələr şlanqlı əleyhqazlardan
istifadə etməlidirlər.
2.3.1.12.
İşçinin şlanqlı əleyhqazla fasiləsiz
işləmə müddəti 30 dəqiqədən artıq
olmamalıdır. Sonradan işçi təmiz havada 15 dəqiqədən
az olmayaraq istirahət etməlidir. Hər bir konkret iş yerində
işçinin əleyhqazda işləmə müddəti bu
işlərə cavabdeh təyin olunmuş şəxs tərəfindən
müəyyən edilməlidir.
2.3.1.13.
Fəhlələrə təhkim olunmuş əleyhqazlar sexdə,
imkan daxilində iş yerinə yaxın yerdə xüsusi
dolablarda (şkaf) saxlanılmalıdır.
2.3.1.14.
İzoləedici tənəffüs aparatlarından, işlərin
aparılmasının texnologiyasında nəzərdə
tutulmuş hidrogen-sulfidin ayrılması ilə əlaqədar
əməliyyatların yerinə yetirilməsi və qəza vəziyyətinin
yarandığı halda təxirəsalınmaz tədbirlərin
görülməsi zamanı istifadə edilməlidir.
2.3.1.15.
Tənəffüs aparatları ölçülərə
uyğun seçilməlidir. Hər bir aparatın pasportu
olmalı və üzərinə işçinin adı,
soyadı yazılmış etiket bərkidilməlidir. Pasportda
tənəffüs aparatının sazlığı və
növbəti sınaq müddəti barədə qeydlər
olmalıdır.
2.3.1.16.
Qazdan mühafizə vasitələri, istismar üzrə təlimata
uyğun olaraq qaz xilasetmə xidmətinin laboratoriyasında
yoxlanılmalıdır.
2.3.1.17.
İş yerlərində mühafizə vasitələrinin
istismarı, yoxlanılması və saxlanılması üzrə
təlimat olmalıdır.
2.3.1.18.
Qaz təhlükəli obyektdə qazdan mühafizə vasitələrinin
ehtiyatı saxlanılmalıdır. Onların miqdarı və
növü işləyənlərin sayı, obyektin
uzaqlığı, görülən işlərin xüsusiyyəti
nəzərə alınmaqla təyin olunmalı və qaz təhlükəsizliyi
xidməti ilə razılaşdırılmalıdır.
2.3.1.19.
Əleyhqazlar və tənəffüs orqanlarının digər
fərdi mühafizə vasitələri üç aydan bir
yoxlanılmalıdır. Süzgəcli əleyhqazlar
onların texniki pasportlarında göstərilmiş qayda və
müddətlərdə dəyişdirilməlidir.
2.3.1.20.
Fəhlələr tozlu iş şəraitində toz əleyhinə
respiratordan, qoruyucu eynəkdən, kombinezondan istifadə etməlidirlər.
2.3.1.21.
Yer səthindən (döşəmədən) 2 m-dən
artıq hündürlükdə aparılan
tikinti-quraşdırma və texnoloji işlər qoruyucu kəmərlərdən
istifadə etməklə yerinə yetirilməlidir.
2.3.1.22.
Hər altı aydan bir qoruyucu, xilasedici kəmərlərin
möhkəmliyi xüsusi stenddə statik yükə
sınanılmalıdır. Qoruyucu kəmərin elementlərində
qalıq deformasiyaları və dağılma aşkar
olunmadıqda, kəmər sınaqdan (300 kq yükü 5 dəqiqə
müddətində asmaqla) çıxmış hesab olunur.
2.3.1.23.
Metal hissələrində dərin korroziya izləri olan və
kəmərin möhkəmliyini zəiflədən digər
nasazlıqlarda qoruyucu kəmərdən istifadə etmək
qadağandır.
2.3.2.
Qurğular, avadanlıqlar, mexanizmlər və alətlər
2.3.2.1.
Qurğular, avadanlıqlar, mexanizmlər, alətlər, nəzarət
ölçü cihazları istismar təlimatına uyğun
istifadə edilməlidir. Xaricdə istehsal olunmuş qurğu,
avadanlıq və alətlər uyğunluq sertifikatına malik
olmalıdır.
2.3.2.2.
Texnoloji sistemlər, onların ayrı-ayrı elementləri,
avadanlıqlar təhlükəsiz istismarı təmin edən
zəruri tənzimləmə vasitələri ilə və
bloklayıcı qurğularla təchiz edilməlidir.
2.3.2.3.
Partlayış təhlükəli texnoloji əməliyyatların
aparılmasında baş verə biləcək qəza
hallarının yaranmasının qarşısını alan
və prosesin təhlükəsiz dayandırılmasını
və ya təhlükəsiz vəziyyətə keçirilməsini
təmin edən avtomatik tənzimləmə və qəzaların
qarşısını alan sistemlər olmalıdır.
2.3.2.4.
İstehsalat obyektlərində istifadə olunan
yükqaldırma maşın və mexanizmlərin
görünən yerində (oxunan) yükqaldırma qabiliyyəti,
növbəti texniki yoxlamanın tarixi göstərilməlidir.
Təzyiq altında işləyən avadanlıqlarda yol verilən
təzyiq, növbəti texniki yoxlamanın tarixi və qeydiyyat
nömrəsi göstərilməlidir.
2.3.2.5.
Partlayış-yanğın təhlükəli sistemlər
üçün (istismar prosesində titrəyişə məruz
qalan avadanlıqlar və boru kəmərləri) layihədə
titrəyişi azaldan, avadanlıqların yerdəyişməsini
(qəzaya səbəb ola biləcək),
dağılmasını və hermetikliyinin pozulmasını
istisna edən tədbirlər nəzərdə
tutulmalıdır.
2.3.2.6.
Yenidən quraşdırılmış, təkmilləşdirilmiş
(modernləşdirilmiş), əsaslı təmir olunmuş
avadanlıqların istismara buraxılması müəssisə
rəhbərinin əmrinə əsasən həyata
keçirilməlidir.
2.3.2.7.
Quraşdırma, texniki yoxlama və ya istismar zamanı
avadanlıqda texniki istismar və təhlükəsizlik
qaydalarının tələblərinə uyğunsuzluq
aşkar edilərsə, o, istismardan
çıxarılmalıdır. Onun istismarına aşkar
edilmiş çatışmazlıqlar aradan
qaldırıldıqdan sonra icazə verilir.
2.3.2.8.
Modernləşdirilmiş avadanlığın istifadəsinə
texniki təhlükəsizlik ekspertizasının müsbət
rəyi olduqda icazə verilir.
2.3.2.9.
İşləyənlər üçün təhlükə
mənbəyi olan avadanlığın elementləri, tərtibatlar,
hissələr, bəndlər, habelə çəpər və
mühafizə qurğularının səthləri müvafiq
siqnal rəngində olmalıdır.
2.3.2.10.
Avadanlıqların (aparatların, boru kəmərlərinin
müvafiq hissələri və s.) işə salınması
və dayandırılması zamanı texnoloji sistemdə
partlayış təhlükəli qarışıqların,
hidratın əmələ gəlməsinin və ya mayenin
donmasının qarşısını almaq üçün
tədbirlər (təsirsiz qazla üfürülmə,
üfürülmənin səmərəli olmasına nəzarət
və s.) görülməlidir.
2.3.2.11.
Avadanlığın gərginlik altına düşməsi
ehtimalı olan metal hissələrində mühafizə yerləbirləşdirilməsi
üçün görünən konstruktiv element nəzərdə
tutulmalıdır. Bu elementin yanında “Yerləbirləşdirmə”
rəmzi işarəsi təsvir edilməlidir.
2.3.2.12.
Avadanlığın xarici səthinin və istilikdən izolə
örtüyünün temperaturu, tətbiq olunan ən
çox partlayış-yanğın təhlükəli məhsulun
öz-özünə alışma temperaturundan yüksək
olmamalıdır.
İstismar
zamanı konstruksiyanın elementlərinin və boru kəmərlərinin
səthinin temperaturu 450C-dən artıq olarsa, həmin
yerlər çəpərlənməli və ya xidmət heyətinin
təmasda olma ehtimalı olan sahələr istilikdən izolə
olunmalıdır.
2.3.2.13.
Nasos və ya kompressorların vurucu və sorucu boru kəmərlərində
qoyulmuş bağlayıcı, kəsici (ayırıcı) və
qoruyucu qurğular nasosa (kompressora)maksimum
yaxınlaşdırılmalı, xidmət üçün
rahat və təhlükəsiz zonada yerləşdirilməlidir.
2.3.2.14.
Asan alışan və yanar mayenin vurulması
üçün təyin olunan nasoslar xəbərdaredici(onların
işçi parametrlərinin pozulması haqqında) və
siqnalverici vasitələrlə təchiz edilməlidir.
İşçi parametrlərin təhlükəsiz qiyməti
texnoloji reqlamentlə və avadanlıqların istismar təlimatları
ilə müəyyən edilməlidir.
2.3.2.15.
Bucurqadların, kranların və digər yükqaldırma
mexanizmlərinin yükqaldırma məhdudlaşdırıcıları,
habelə yükün və mexanizmin öz-özünə hərəkətinə
qarşı etibarlı əyləc qurğuları
olmalıdır. Bu tələblər əl talına
(bucurqadına) şamil edilmir.
2.3.2.16.
Avadanlıqların, mexanizmlərin dəstində işin
rahatlığını və təhlükəsizliyini təmin
edən, tez yeyilən, tez-tez dəyişdirilən hissələri
və bəndləri yenisi ilə əvəz etmək
üçün xüsusi tərtibat və ya qurğular nəzərdə
tutulmalıdır.
2.3.2.17.
Maşın və avadanlıqların bərkidici bənd və
hissələrində öz-özünə açılma
(boşalma) və ayrılmaların qarşısını
alan tərtibatlar (əks qaykalar, pazlar və s.)
olmalıdır.
2.3.2.18.
Qurğular, avadanlıqlar, mexanizmlər, alətlər nasaz vəziyyətdə
və ya təhlükəsizlik quruluşları
(bloklayıcı, tənzimləyici, siqnalverici tərtibat və
cihazlar) nasaz olduqda, habelə işçi parametrləri
pasportda verilən parametrlərdən fərqli olduqda
onların istismarı qadağandır.
2.3.2.19.
Avadanlıqların təmiri yalnız elektrik şəbəkəsindən
açıldıqdan, qalıq təzyiq endirildikdən, hərəkət
edən hissələr dayandırıldıqdan və təsadüfən
onları hərəkətə gətirən
ağırlıq qüvvəsi və ya digər amillərə
qarşı tədbirlər görüldükdən sonra
aparılmalıdır. İşəsalma qurğusunda mütləq
“İşə salmayın, adamlar işləyir!” plakatı
asılmalıdır.
2.3.2.20.
Avadanlıqların, alətlərin, nəzarət
ölçü cihazlarının istismardan
çıxarılması qərarı fiziki yeyilmə
göstəricisi, korroziya və ya defektoskopiyanın nəticələri
nəzərə alınmaqla qəbul edilməlidir.
Avadanlıqların
istismardan çıxarılma meyarı
(ölçüsü) həmin avadanlıqla işləyən
və ya istehsalçı müəssisə tərəfindən
müəyyən edilməli və istismar üzrə təlimatda
nəzərə alınmalıdır.
2.3.2.21.
Texniki quruluşların, avadanlıqların və
qurğuların təhlükəsiz istismar müddətinin
uzadılmasının təyini üzrə işləri
ekspert təşkilatı yerinə yetirməlidir.
2.3.2.22. Təhlükəli
istehsalat obyektlərində istismar edilən
avadanlıqların, alətlərin və polad
konstruksiyaların sertifikatlaşdırılması müəyyən
edilmiş qaydada həyata keçirilməlidir.
2.3.2.23.
Avadanlıqların, aparatların, mexanizmlərin və alətlərin
hərəkət edən hissələri çəpərlənməlidir
açıq hissələri isə örtüklə
bağlanmalıdır. Çəpər olmadıqda və ya
avadanlıqlar açıq olduqda onların işə
düşməsinin qarşısını alan
bloklayıcı qurğu nəzərdə tutulmalıdır.
2.3.2.24.
Çəpər tez yığılan və quraşdırma
üçün rahat olmalıdır.
2.3.2.25.
Çəpərin və ya örtüyün konstruksiyası
və bərkidilməsi işçilərin təhlükəli
hissələrə təsadüfən toxunmasını
istisna etməlidir.
2.3.2.26.
Məhəccərli çəpərin
hündürlüyü 1,25 m-dən az olmamalı, çəpərin
aşağı kəmərinin (zolağının)
hündürlüyü 0,15 m olmalı, ayrı-ayrı kəmərlər
(zolaqlar) arasındakı məsafə 0,40 m-dən, dirəklər
arasındakı məsafə isə 2,5 m-dən artıq
olmamalıdır.
2.3.2.27.
Əgər təhlükəli zonadan 0,35 m-dən artıq məsafədə
çəpər qoymaq mümkündürsə, onda
avadanlıq və mexanizmlərin hərəkət edən hissələrinə
girişi bağlamaq üçün məhəccərli
çəpərdən istifadə etməyə icazə verilir.
2.3.2.28.
Avadanlıqların hərəkət edən elementlərinin
torşəkilli çəpərinin hündürlüyü
1,8 m-dən az olmamalıdır. Hündürlüyü 1,8 m-dən
az olan mexanizmlər tam olaraq (üstdən də) çəpərlənməlidir.
Torun gözcüklərinin ölçüləri 30x30 mm-dən
artıq, məftilinin diametri isə 2 mm-dən az
olmamalıdır. Torşəkilli çəpərin metal
çərçivəsi (karkası) olmalıdır.
2.3.2.29.
Kənarı, hərəkət edən və yaxud fırlanan
detallardan 0,1 m aşağı və döşəmənin səviyyəsindən
0,5 m yuxarı olarsa, aşağı hissəsi açıq
olan örtüklərdən istifadə etməyə icazə
verilir.
2.3.2.30.Qayış
ötürməsinin çəpərinin
hündürlüyü 1,5 m-dən az olmamalı və hər
iki qasnağın xarici tərəfdən metal sipərləri
olmalıdır.
2.3.2.31.
Tez-tez nəzərdən keçirilməsi və xidmət
göstərilməsi tələb olunan bəndlərin
sökülə bilən çəpərləri və ya
tezçıxarıla bilən lyukları olmalıdır.
2.4.2.32.
Dişli və zəncirli ötürmələr rahat
yığılıb-sökülən, çıxarılan
hissələri və tərtibatları olan bütöv metal
sipərlərlə (örtüklərlə) örtülməlidir.
2.3.2.33.
Mexanizmlərin, aqreqatların hərəkət edən hissələrinin
çıxıntılı detalları və hərəkət
edən birləşmələri bütün hərəkəti
boyu örtüklə bağlanmalıdır.
2.3.2.35.
Marş pilləkənlərinin mailliyi 600-dən
çox (çənlərdə 500-dən çox)
olmamalı, adi pilləkənlərin eni 0,65 m-dən, ağırlıq
daşınan pilləkənlərin isə - 1 m-dən az
olmamalıdır.
Pillələr
arasındakı hündürlük 0,25 m-dən çox
olmamalıdır. Pillələrin içəriyə doğru
mailliyi 2-50 olmalıdır.
Pillələrin
hər iki tərəfində hündürlüyü 0,15 m-dən
az olmayan yan haşiyələri olmalıdır.
Pilləkənlərin
hər iki tərəfdən 1 m hündürlükdə məhəccəri
olmalıdır.
2.3.2.36.
Marş pilləkənlərinin orta tamasası olmaqla iki tərəfli
1 m hündürlüklü məhəccəri
olmalıdır. Dirəklər arasındakı məsafə 2
m-dən artıq olmamalıdır.
2.3.2.37.
Marş pilləkənlərinin quruluşu, üstündə
hərəkət edərkən onun əyilməsini və yerdəyişməsini
istisna etməli və 200 kq yükə davam gətirməlidir.
2.3.2.38.
Tunel tipli metaldan olan nərdivanların eni 0,60 m-dən az
olmamalı, radiusu 0,35-0,40 m olan qoruyucu qövsləri
olmalı, onlar öz növbəsində qoruyucu zolaqlarla bərkidilməlidir.
Qövslər arasındakı məsafə 0,80 m-dən
çox olmamalıdır. Qövsün pillələrdən ən
aralı nöqtəsi 0,70-0,80 m həddində
olmalıdır.
Nərdivanlar
şaquli istiqamət üzrə biri-birindən 6m-dən
artıq olmayan məsafədə quraşdırılmış
aralıq meydançalarla təmin edilməlidir.
2.3.2.39.
Tunel tipli söykəmə nərdivanların pillələri
arasındakı məsafə 0,35 m-dən çox, eni isə
0,6 m-dən az olmamalıdır.
2.3.2.40.
Tunel tipli nərdivanlar və pilləkənlər 250 kq yükə
davam gətirməlidir.
2.3.2.41.
Tunel tipli nərdivanların və pilləkənlərin yan
hissələri, keçid meydançasına
çıxış yerində onun üzərində 1 m
hündürlüyündə məhəccərlə
qurtarmalıdır. Məhəccərlər meydançaya tərəf
əyilməli və ona möhkəm bərkidilməlidir.
2.3.2.42.
Hündürlükdə yerləşən işçi
meydançaların döşəmə səthi
sürüşməni istisna edən metal təbəqədən
və ya qalınlığı 40 mm-dən az olmayan taxtadan
olmalı, hündürlüyü 1,25 m olan (bir-birindən 0,40
m-dən çox olmayan məsafədə yerləşən
uzununa tamasalı) məhəccəri, döşəmədən
1sm-dən çox olmayan hündürlükdə yerləşən
hündürlüyü 0,15 m-dən az olmayan yan haşiyəsi
(bortu) olmalıdır.
2.3.2.43.
Keçid meydançaları pilləkənlərə sərbəst
keçməyi təmin etməlidir. Onların
sürüşməni istisna və atmosfer
çöküntülərinin axıb getməsini təmin
edən metal döşəmələri olmalıdır.
2.3.2.44.
1m-dən çox olmayan hündürlükdə yerləşən
meydançaların hündürlüyü 1m olan məhəccərli
çəpəri olmalıdır. Məhəccərlərin
dayaqları arasındakı məsafə 2 m-dən çox
olmamalıdır. Dayaqlar aralarındakı məsafə 0,4 m
olan üfüqi tamasalarla bir-birinə birləşdirilməlidir.
Meydançanın
çəpərinin 0,15 m-dən az olmayan və döşəmədən
1 sm qədər hündürlükdə yerləşən
yan haşiyəsi olmalıdır.
2.3.2.45.
Meydançalar və pilləkənlər müntəzəm
olaraq qardan, buzdan və çirkdən təmizlənməlidir.
2.3.2.46.
Yanğın və partlayış təhlükəli obyektlərdə
taxta döşəməli meydançalardan istifadə etmək
qadağandır.
III. Əsas istehsalat
obyektlərinin və qurğularının istismarı
3.1 Nasos stansiyaları
3.1.1. Neftvurma nasos stansiyalarının
istismarında РД 39-30-1209—84 “Руководство по организации эксплуатации и
технологии техни-ческого обслуживания и ремонта оборудования и сооружений
нефтеперекачивающих станций” rəhbər sənədinin və
hazırkı Qaydaların tələbləri nəzərə
alınmalıdır.
3.1.2. Nasos stansiyası otaqlarında
nasosxananın texnoloji sxemi və yanğın təhlükəsizliyi
üzrə təlimatlar asılmalıdır.
3.1.3. Nasos stansiyası telefon əlaqəsi,
qəza haqqında xəbərdaredici səs və işıq
siqnalizasiyası ilə təchiz olunmalıdır.
3.1.4. Nasos stansiyası otaqları
aşağıdakı tələblərə cavab verməlidir:
- nasosxana binasına iki yerdən
giriş və çıxış qapıları olmalı;
- döşəmələr və
divarlar odadavamlı, qığılcım əmələ gətirməyən,
neft və neft məhsulları hopdurmayan materiallardan olmalı;
- otaqların qapıları bayıra
açılmalı və bağlayıcı qurğuları
(kilidi) olmamalı;
- sürtkü materiallarının
ehtiyatı bir sutkalıq tələbatdan artıq olmamalı;
- elektrik enerjisinin verilməsi qəflətən
dayandırıldıqda nasoslar elektrik şəbəkəsindən
açılmalıdır.
3.1.5. Nasos stansiyaları
aşağıdakılarla təchiz olunmalıdır:
- axınlı-sorma ventilyasiya sistemi,
qazanalizatora avtomatik bloklaşdırılmış qəza
ventilyasiyası və isitmə sistemi ilə;
- stasionar və ya səyyar
yükqaldırma qurğuları ilə;
- ilkin yanğınsöndürmə
vasitələri ilə.
3.1.6. Nasos stansiyasının əsas və
köməkçi avadanlıqlarının üzərində
texnoloji sxemə uyğun nömrələri, “Diqqət! Aqreqat
avtomatik işə düşür!” yazıları olan
lövhə olmalıdır.
3.1.7. Nasosları işə salmazdan əvvəl
axınlı-sorma ventilyasiyası işə salınmalı,
nasosxananın havası dəyişdirilməlidir.
3.1.8. Nasos stansiyasının nasaz və
ya işə salınmamış ventilyasiya və avtomatika
sistemi ilə istismarı qadağandır.
3.1.9. Nasos stansiyasının
maşın zalını elektrik avadanlıqları yerləşən
otaqlardan ayıran divar və arakəsmələr hermetik və
saz vəziyyətdə olmalı, onların hermetikliyi
tüstü vermə üsulu ilə yoxlanılmalıdır.
3.1.10.
Nasosxana ilə maşın zalı arasında ikitərəfli
səs və telefon əlaqəsi olmalıdır.
3.1.11. Nasosxana otaqlarının girişlərini,
nasosların arasındakı keçidləri əşyalarla
və materiallarla qalaqlamaq qadağandır.
3.1.12. Bağlayıcı armaturlar
texnoloji sxemdəki nömrələnməyə uyğun
nömrələnməli, armaturların açıq və ya
bağlı vəziyyətdə olmasını göstərən
“açıq” və “bağlı” yazısı olan lövhələr
asılmalıdır. Bağlayıcı-tənzimləyici
armaturların elektrik intiqalları partlayışdan mühafizəli
olmalıdır.
3.1.13.
Nasosların hərəkət edən və fırlanan hissələri
çəpərlənməlidir. Mühafizə çəpərlənmələri
olmayan nasosların işə salınması qadağandır.
3.1.14. Nasoslar neftlə doldurulduqda qaz-hava
qarışığı və maye fazası qapalı sistemlə
kanalizasiyaya yönəldilməlidir.
3.1.15. Nasos aqreqatları işləyən
zaman birləşmələri bərkitmək, detalları və
təzyiq altında olan avadanlıqları təmir etmək, eləcə
də fırlanan hissələrə toxunmaq qadağandır.
3.1.16. Nasos stansiyasının əsas və
köməkçi avadanlıqlarının manometrsiz, həmçinin
nasaz və texniki baxışdan keçirilməmiş
manometrlə istismarı qadağandır.
3.1.17. Qəza vəziyyəti
yarandıqda, nasos aqreqatının normal iş rejimini pozan və
ya işçi heyətin həyatına və
sağlamlığına təhlükə yaradan nasazlıq
baş verdikdə nasos aqreqatı dayandırılmalı,
giriş və çıxış borularının siyirtmələri
bağlanmalıdır.
3.1.18. Qəza hallarında neftvurma
nasoslarının işinin dayandırılmasını məsafədən
yerinə yetirmək üçün nasosların idarəetmə
pultundan kənarda, onları elektrik cərəyanından
ayıran “Stop” düyməsi nəzərdə
tutulmalıdır.
3.1.19.
Nasosları izafi təzyiq altında olan boru kəmərlərindən
ayıran zaman bağlayıcı siyirtmələrin təsadüfən
açılmasının qarşısını almaq
üçün onların elektrik intiqalı cərəyandan
ayrılmalı və bağlayıcı quruluşlarla (zəncir,
kilid) bağlanmalıdır.
3.1.20. Avadanlıqlara, boru kəmərlərinə
və çəpərlənmələrə vurulan fərqləndirici
rəng, xəbərdaredici və təhlükəsizlik
nişanları müvafiq standartların tələblərinə
cavab verməlidir.
3.1.21. Nasosxanada işləyən zaman
qığılcım əmələ gətirməyən alətlərdən
istifadə olunmalıdır. Nasos aqreqatlarının gövdəsi
yerlə birləşdirilməlidir.
3.1.22. Yağa və neftə
bulaşmış silgi materialları qapağı kip
bağlanan metal qutularda saxlanılmalı, işin sonunda isə
nasosxanadan kənara, xüsusi ayrılmış yerə
çıxarılmalıdır.
3.1.23. Neftvurma nasosxanalarında asan
alışan mayelərin saxlanılması qadağandır.
3.1.24. Nasoslar işləyən zaman nasos
stansiyasında odlu və qaz təhlükəli işlərin
aparılması qadağandır.
3.1.25. Səyyar işıqlandırma
vasitəsi kimi partlayışdan mühafizəli tərtibatda
hazırlanmış akkumulyatorlu fənərlərdən
istifadə edilməlidir. Fənərlər nasosxanadan xaricdə
yandırılıb söndürülməlidir.
3.1.26. Partlayışdan mühafizəsi
olmayan səyyar rabitə vasitələri və mobil telefonlar
nasosxanaya daxil olmazdan əvvəl söndürülməlidir.
3.1.27. Nasos stansiyasının
bütün otaqları istehsalat kanalizasiyası sistemi ilə təchiz
olunmalıdır, nasosxana binalarının kənarında
nasoslardan sızan neftin mərkəzləşdirilmiş
yığım sistemi quraşdırılmalıdır.
3.1.28. Neftvurma nasosxanalarının
kanalizasiya xəttinə birləşdirilən yerlərində
xüsusi quyularda hidravlik sürgülər
quraşdırılmalıdır. Onların sazlığı
ayda bir dəfədən az olmayaraq yoxlanılmalıdır.
3.1.29. Nasosxana otaqlarında döşəmələr,
dağılmış neftin yığılması
üçün qanovlar, çuxurlar, dəliklər təmiz
saxlanılmalı, dağılmış neft dərhal təmizlənməlidir.
3.1.30.
Boruların nasosxananın daxili divarlarından keçdiyi yerlərdə
quraşdırılan kipləşdirici qurğular saz vəziyyətdə
saxlanılmalı, onların hermetikliyi 6 ayda bir dəfədən
az olmayaraq yoxlanılmalıdır.
3.2.
Çənlər parkı
3.2.1.
Çənlər parkının xidməti heyəti çənlərin
bütün kommunikasiya sxemlərini dəqiq bilməli və
istismar zamanı səhvə yol vermədən idarəetməni
həyata keçirməlidir. Texnoloji sxemlər operatorun iş
yerində divardan asılmalıdır.
Dərinləşdirilmiş
çənlərin nömrələri xüsusi
quraşdırılmış lövhələrdə göstərilməlidir.
3.2.2.
Hər bir çən üçün texnoloji xəritə tərtib
olunmalıdır. Xəritədə aşağıdakılar
göstərilməlidir:
-
çənin texnoloji sxemdəki nömrəsi;
-
çənin maksimal tutumu və maksimal doldurulma səviyyəsi;
-
çənin diametri;
-
baza hündürlüyü;
-
üzərindəki avadanlıqlar və onların buraxma
qabiliyyəti;
-
çənin doldurulma-boşaldılma sürəti (m3/saat);
-
minimal qalıq;
-
çəndə mayenin maksimal yol verilə bilən
qızdırılma temperaturu;
-
qoruyucu və tənəffüs klapanlarının
növü, sayı və buraxma qabiliyyəti;
-buxar
qızdırıcıları işləyən zaman
buraxıla bilən minimal və maksimal səviyyə (sm).
3.2.3.
Çənin gövdəsinin üzərində sıra
nömrəsi və “Oddan təhlükəlidir” sözləri
yazılmalıdır. Günəş
şüalarının təsirindən mühafizə olunmaq
məqsədi ilə çənlər ağ rəngli boya ilə
rənglənməlidir.
3.2.4.
Çənlər parkının ərazisi layihəyə
uyğun planlaşdırılmalı və yağış
sularının yığım kanalizasiya quyusuna
axıdılması üçün maili olmalıdır.
Yığım quyuları xüsusi məhəccərlərlə
təchiz olunmalıdır.
3.2.5.
Çənlərin çəpərləyici divarları və
torpaq bəndləri layihəyə uyğun olmalıdır.
3.2.6.
Çənlər parkının ərazisində hava
mühitinə nəzarət olunmalıdır.
3.2.7.
İstehsalat-yağış kanalizasiyasının boru kəmərlərinin
çıxış xəttində (bəndin xaricində), həmçinin
neft kanalizasiyası xəttində neft tutucularından əvvəl
və sonra siyirtmələr quraşdırılmalıdır.
3.2.8.
Həftədə bir dəfədən az olmayaraq istehsalat
kanalizasiyası vaxtaşırı yuyulmalı,
yığım quyuları təmizlənməli, qoruyucu
qapaqların (xlopuşkaların) sazlığı
yoxlanılmalı və müvafiq jurnalda qeyd
olunmalıdır.
3.2.9.
Çənlər parkının ərazisinə daxil olmaq
üçün torpaq bəndlərinin və ya çəpər
divarlarının hər iki tərəfində məhəccərli
pilləkən-keçidlər
quraşdırılmalıdır. Tək dayanan çən
üçün pilləkən-keçidlərin sayı ikidən,
qrup şəkilində olan çənlər
üçün isə dörd ədəddən az
olmamalıdır.
3.2.10.
Çənlərin pilləkənləri, dam
meydançaları təmiz saxlanılmalı, artıq əşyalarla
qalaqlanmamalı, qış fəslində qardan və buzdan təmizlənməlidir.
3.2.11.
Çənlərin yanında və çənlər
parkının ərazisində açıq alovdan, alovlu
işıq mənbələrindən istifadə etmək və
siqaret çəkmək qadağandır. Siqaret çəkmək
üçün xüsusi yerlər ayrılmalıdır.
Çənlər
parkının girişində və ərazisində bu barədə
xəbərdaredici plakatlar və təhlükəsizlik
nişanları qoyulmalıdır.
3.2.12.
Nəqliyyat vasitələrinin çənlərin torpaq bəndlərlə
əhatə olunmuş ərazisinə daxil olması müəssisə
rəhbərliyi tərəfindən təsdiq edilmiş
Fövqəladə Hallar Nazirliyinin Dövlət
Yanğından Mühafizə Xidməti və Sənayedə
İşlərin Təhlükəsiz Görülməsi və
Dağ-mədən Nəzarəti Dövlət Agentliyi ilə
razılaşdırılmış icazə-buraxılış
vərəqəsi əsasında həyata keçirilməlidir.
Çənlər parkının ərazisinə daxil olan nəqliyyat
vasitələri qığılcım boğucularla təchiz
edilməlidir. İstismar edilən çənlərə nəqliyyat
vasitələrinin 20 m–dən az məsafəyə
yaxınlaşmasına icazə verilmir.
3.2.13.
Çənlər parkı, həmçinin tək halda yerləşən
çənlər ilkin yanğınsöndürmə vasitələri
və avtomatik yanğınsöndürmə (stasionar
köpüklü yanğınsöndürmə sistemi) və
su ilə soyutma sistemləri ilə təchiz olunmalıdır.
Bütün yanğınsöndürmə vasitələri təyin
olunmuş yerlərdə yerləşdirilməli və daim saz
vəziyyətdə saxlanılmalıdır.
3.2.14.
Çənlər parkının avtomatik yanğın-söndürmə
sistemi daim növbətçi (gözləmə) iş
rejimində saxlanılmalıdır. İstehsalat zərurəti
ilə əlaqədar olaraq (planlı baxış, cari və
ya əsaslı təmir və s.) iş rejiminin müvəqqəti
olaraq dəyişdirilməsi (əl ilə və ya məsafədən
idarəetmə iş rejiminin seçilməsi) yalnız
cavabdeh şəxslərin icazəsi ilə yerinə yetirilə
bilər. Bu barədə ərazi üzrə yanğın təhlükəsizliyi
xidməti öncədən məlumatlandırılmalı və
ərazidə sərəncamda olan bütün
yanğınsöndürmə vasitələrini cəlb etməklə
əlavə təhlükəsizlik tədbirləri görülməlidir.
İstismar edilən avtomatik yanğınsöndürmə
sistemi daim işlək vəziyyətdə saxlanılmalı,
sistemə və onun qurğularına vaxtlı-vaxtında
texniki xidmət göstərilməlidir.
3.2.15.
Neft çənləri nəfəsalma klapanları ilə təchiz
edilməlidir. Nəfəsalma klapanları qurğuların
istismar pasportunun tələblərinə uyğun olaraq tənzimlənməli,
vaxtlı-vaxtında texniki baxışdan keçirilməli və
ilin soyuq fəsillərində avadanlığın elementlərinin
donmasının qarşısının alınması
üçün zəruri texniki tədbirlər görülməlidir
(hərəkətdə olan hissələr mütəmadi
olaraq təmizlənməli və şaxtaya davamlı yağla
yağlanmalıdır).
3.2.16.
Donmuş neft qalığının, çənlərin
donmuş armaturlarının, həmçinin neftin
saxlanılması, doldurulması və boşaldılması
zamanı onun qızdırılmasına yalnız buxar və ya
isti su ilə icazə verilir.
3.2.17.
Çənlərin doldurulması və boşaldılması
əməliyyatı yerinə yetirilən zaman çənlərin
deformasiyasına yol verməmək üçün texnoloji
rejimə ciddi riayət edilməlidir. Çənlərin
doldurulma və boşaldılma sürətinin yol verilə bilən
maksimal həddinin təyin edilməsi zamanı çənin nəfəsalma
klapanlarının istismar pasportunun göstəriciləri nəzərə
alınmalıdır.
Üzən
qapaqlı çənlər elə doldurulub
boşaldılmalıdır ki, üzən qapağın
qaldırılma və ya enlirmə sürəti layihədə
nəzərdə tutulan sürətdən yüksək
olmasın, lakin 2,5 m/saatda sürəti aşmasın.
3.2.18.
Qoruyucu və nəfəsalma klapanları yerləşən
meydança çənin pilləkən meydançası ilə
eni 0,6 m-dən az olmayan və hündürlüyü 1,1m məhəccərləri
olan keçidlə birləşdirilməlidir.
3.2.19.
Çənlərin avadanlıqları onların istismar
qaydalarına uyğun mütəmadi yoxlanılmalıdır.
3.2.20.
Çənlər parkı və tək yerləşən
çənlər ildırımın zərbəsindən,
elektrostatik və elektromaqnit induksiyadan
ildırımötürücü qurğularla mühafizə
olunmalıdır.
3.2.21. İldırım
ötürücü qurğuların əsaslı təmiri
sabit (ildırım çaxmayan) hava şəraiti
dövründə aparılmalıdır.
3.2.22.
İldırım çaxan vaxtı ildırım
ötürücülərinə 4 m-dən az məsafəyə
yaxınlaşmaq qadağandır, ildırım
ötürücülərinin üzərində bu barədə
xəbərdaredici yazıları olan lövhələr
asılmalıdır.
3.2.23.
Çənlər, avadanlıqlar, boru kəmərləri
statik cərəyandan mühafizə olunmaq üçün
yerlə birləşdirilməlidir. Yerləbirləşdirmə
qurğularının müqaviməti ildə bir dəfədən
az olmayaraq torpağın ən az keçiriciliyə malik
olduğu dövrdə ölçülməlidir. Üzən
qapaqlı çənlər üçün statik elektrik cərəyanını
dəf etmə xəttinin (токоотводов статического электричества)
sazlığı ildə iki dəfədən az olmayaraq
yoxlanılmalıdır.
3.2.24.
Yerləbirləşdirmə qurğularının
yerüstü hissələri qara rəngli yağlı boya ilə,
eninə isə qırmızı zolaqlarla rənglənməlidir.
3.2.25.
Yerləbirləşdirmə qurğularının mütəmadi
yoxlanılmasına görə məsuliyyəti neft
bazalarında-baş mühəndis və baş energetik,
neftvurma və dispetçer stansiyalarında – mühəndis-elektrik
daşıyır.
3.2.26.
Çəndə statik elektrik yüklənməsinə şərait
yaradan əşyalar olduqda çəni istismar etmək
qadağandır.
3.2.27.
Doldurma əməliyyatı zamanı statik elektrik yüklənməsi
nəticəsində partlayışın baş verməməsi
üçün çənə tökülən maye
şırnaqla deyil, mayenin səviyyəsi altından doldurulmalıdır.
3.2.28.
Çənin siyirtmələri xüsusi təhlükəsiz
tərtibatlardan istifadə etməklə, səlis
açılıb-bağlanmalıdır. Siyirtmələrin səlis
açılması üçün onlar vaxtaşırı
yağlanmalıdır.
Yerində
və ya məsafədən idarə olunan elektrik intiqallı
siyirtmələr bağlayıcı qurğunun vəziyyətini
göstərən işarələrlə təchiz
olunmalıdır.
3.2.29.
Avtomatlaşdırılmış parkın çənləri
neftin son səviyyəyə çatması haqqında xəbərdaredici
siqnalizasiya ilə və klapanların, siyirtmələrin
işinin pozulmasını xəbərdar edən qəza siqnalizasiyası
ilə təchiz olunmalıdırlar.
3.2.30.
Fəaliyyətdə olan çənin işi yalnız yeni
işə salınan çənin siyirtmələri tam
açıldıqdan sonra dayandırılmalıdır.
Neftvurma zamanı bir çənin
işini dayandırmaq və yeni çəni işə salmaq
üçün siyirtmələri eyni zamanda
açıb-bağlamaq qadağandır.
3.2.31.
Avtomatik siyirtmələri olan çənlər
parkındakı boru kəmərləri, siyirtmələrin
düzgün qoşulmaması səbəbindən təzyiqin
artmasına qarşı mühafizə olunmalıdır.
3.2.32.
Qəbul və paylayıcı qurğuların istismarı
zamanı flans birləşmələri hermetik
olmalıdır.
3.2.33.
Fəaliyyətdə olan çəndən neftin
sızması aşkar olunduqda, idarəetmə
kamerasının nəzarət borusunda və drenaj
quyularında neft göründükdə çənin işi
dərhal dayandırılmalı və içindəki neft
boşaldılmalıdır.
3.2.34.
Çəndən neft daşdıqda neft axını dərhal
digər boş çənə yönəldilməli,
axmış neft drenaj xəttinə vurulmalıdır. Neftlə
bulaşmış torpaq yığılmalı və
parkın ərazisindən bunun üçün nəzərdə
tutulmuş yanğın təhlükəsi olmayan xüsusi
yerlərə daşınmalıdır.
3.2.35.
Çənlərdən neftin altında yığılan su
layihədə nəzərdə tutulan vasitələrlə
boşaldılmalıdır. Neftaltı suyun
boşaldılması zamanı neftin su ilə birlikdə
axmasına yol verilməməlidir. Çəndən
çöküntü suları və çirk
(palçıq) boşaldılan zaman küləkdöyən
istiqamətdə dayanmaq lazımdır.
3.2.36.
Qaz bərabərləşdirici sistemə qoşulmuş
çənin istismardan çıxarılması lazım gəldikdə
o, qaz boru birləşmələrindən (газовые обвязки)
ayrılmalı, qaz kəmərindəki siyirtmələr
bağlanmalı və tıxaclar qoyulmalıdır.
3.2.37.
Qaz bərabərləşdirici sistemə qoşulmuş
çənlərdə hermetikliyin pozulması aşkar
olunduqda çən dərhal qaz bərabərləşdirici
sistemdən ayrılmalı və nasazlıqlar aradan
qaldırılmalıdır.
3.2.38.
Neftin səviyyəsinin ölçmək və neft nümunəsinin
götürülmək üçün istifadə olunan cihazlar
saz vəziyyətdə olmalıdır.
Qaz
fazasında izafi təzyiqi 200 Pa qədər olan üzən
qapaqlı və ya stasionar qapaqlı çənlərdə
neftin səviyyəsinin ölçülməsi və
nümunələrin götürülməsi əli ilə
yerinə yetirilə bilər.
3.2.39.
Çənlərdə neftin səviyyəsi məsafədən
idarə olunan vasitələrlə ölçülməlidir.
Ölçü
lyukundan əl ilə səviyyə ölçüldükdə
və nümunə götürüldükdə statik elektrik
cərəyanının boşalmasının və zərbə
nəticəsində qığılcım əmələ gəlməsinin
qarşısının alınması üçün
qığılcım verməyən elastik burazdan istifadə
edilməlidir.
Temperaturun
və neftin səviyyəsinin əl ilə
ölçüldüyü, nümunənin daşınan
vasitələrin köməyi ilə
götürüldüyü hallarda
qığılcımın əmələ gəlməsinə
qarşı aşağıdakı tədbirlər
görülməlidir:
-
işçilər qeyri-sintetik parçadan tikilmiş
xüsusi geyimdə, polad altlığı və mismarı
olmayan xüsusi ayaqqabıda işləməli;
-
qığılcım əmələ gətirməyən
materialdan hazırlanmış nümünəgötürən
cihazdan və ölçü lentindən istifadə edilməli;
-
nümünəgötürən cihaz yerlə birləşdirilməli;
-
zərbədən qığılcım verməyən alətlərdən
və tərtibatlardan istifadə edilməlidir.
3.2.40.
Ölçü lyukundan neft nümunəsinin
götürülməsinə və səviyyənin
ölçülməsinə neftvurma əməliyyatı
başa çatdıqdan 2 saat sonra icazə verilir.
3.2.41.
Çənlərin doldurulması-boşaldılması zamanı
nümunənin götürülməsi, həmçinin
küləyin sürəti bu reqion üçün təyin
olunan qiymətdən yüksək olduqda neftin səviyyəsinin
əl ilə ölçülməsi qadağandır.
3.2.42.
Neft nümunəsi götürülən və neftin səviyyəsi
ölçülən zaman fəhlələr (sayı iki nəfərdən
az olmamalıdır) arxası küləyə tərəf
dayanmalı, qaz bərabərləşdirici sistemin qaz
bağlayıcı armaturları isə bağlı vəziyyətdə
olmalıdır.
Çəndən
nümunə götürülən və neftin səviyyəsi
ölçülən zaman açıq lyukun içinə əleyhqazsız
baxmaq və əyilmək qadağandır.
3.2.43.
Çəndə neftin səviyyəsi yoxlanılarkən polad
lentli dərinlik ölçən cihaz səlis endirilib
qaldırılmalıdır. Polad lenti yalnız pambıq-kətan
əski ilə silmək olar.
3.2.44.
Ölçü lyukunun qapağını ayaqla açmaq
üçün pedalı olmalı, qapaq tam hermetik
olmalıdır. Lyukun qapağını bağlayan zaman zərbədən
qığılcımın əmələ gəlməsinin
qarşısını almaq məqsədi ilə
qapağın altında qığılcım verməyən
və ya rezindən hazırlanmış saz vəziyyətdə
olan araqatı olmalıdır.
3.2.45.
Lyukun deşiklərində ölçü lentinin hərəkəti
zamanı qığılcımın əmələ gəlməsinə
qarşı həlqə və ya xüsusi qəlib
olmalıdır. Ölçü lyukunun həlqəsi və dərinlik
ölçü cihazının lenti saz vəziyyətdə
olmalı və qığılcım verməyən materialdan
olmalıdır.
3.2.46.
Nümunə götürüldükdən və neftin səviyəsi
ölçüldükdən sonra lyukun qapağı
bağlanmalıdır. Qapaq ehtiyatla bağlanmalı, onun əldən
düşməsinə və lyukun boğazına zərbə
ilə dəyməsinə yol verilməməlidir.
3.2.47.
Xam neft, çəndə quraşdırılan ilanvari borulara
su buxarı verməklə qızdırılır. İlanvari
boruların üzərində neftin səviyyəsi 0,5 m-dən
az olmayaraq saxlanılmalıdır.
3.2.48.
Buxarın verilməsindən əvvəl ilanvari borular
kondensatdan azad edilməlidir. Buxar verilən zaman siyirtmələr
tədricən açılmalıdır.
Qızdırıcıların hermetikliyinə
boşaldılan kondensatın neftlə çirklənməsini
təyin etməklə nəzarət olunmalıdır.
3.2.49.
Neftin qızdırılma temperaturu onun qaynama temperaturundan az
olmalıdır. Qızdırılma temperaturuna daim nəzarət
olunmalı və növbə jurnalında qeyd
olunmalıdır. Qızdırılacaq və ya uzun müddət
saxlanılacaq nefti çənlərə dolduran zaman onun səviyyəsi
çənin hündürlüyünün 95%-dən
artıq olmamalıdır.
3.2.50.
Qaz bərabərləşdirici sistemə qoşulmuş
çənlərdə neft nümunələrinin
götürülməsi və səviyyəsinin
ölçülməsi avtomatik üsulla həyata
keçirilməlidir.
3.2.51.
Üzən qapaqlı çənlərin istismarı zamanı
“Правила эксплуатации резервуаров с плавающей крышей” qaydaların tələbləri
nəzərə alınmalıdır.
3.2.52. Çənin divarı ilə
üzən qapaq arasındakı həlqəvari
aralığın və istiqamətləndirici dirəyin cəftələri
saz vəziyyətdə saxlanılmalı, həmçinin bu
qovşaqlarla poladdan hazırlanmış hissələrin biri
birinə sürtünməsinin qarşısı
alınmalıdır.
Yeraltı dəmir-beton çənləri
3.2.53.
İstismar zamanı yeraltı çənlərin üzərində
yerləşən lyuklar araqatı olan qapaqlarla, boltların
köməyi ilə kip bağlanmalıdır. Təmir və
təmizləmə işləri zamanı lyukların
qapaqları çənin havasının dəyişdirilməsi
üçün açılmalıdır.
3.2.54.
Bağlayıcı klapan (çən dibi klapan) və qəbuledici-paylayıcı
qurğu partlayışdan mühafizəli olan elektrik
intiqallı qaldırıcı mexanizmlə təchiz
olunmalıdır.
3.2.55.
Bağlayıcı klapanın (çən dibi klapanın)
quruluşu çənin içində yerləşən qəbuledici-paylayıcı
qurğunun qol borusunun tam bağlanmasını təmin etməlidir.
3.2.56.
Yeraltı çənlərin kamera şaxtalarında yerləşən
armaturlar məsafədən idarə olunmalıdır. Yeraltı
çənə enmək üçün onlar çadır
tipli məhəccərləri olan stasionar metal nərdivanlarla
təchiz olunmalıdır.
3.2.57.
Kameralar (şaxtalar) məcburi və ya təbii, deflektorlu
ventilyasiya ilə təchiz olunmalıdır. Sorucu borunun
hündürlüyü yerin səthindən deflektora qədər
4 m-dən az olmamalıdır.
3.2.58.
Dərinləşdirilmiş şaxtaların və
nasosxanaların işıqlandırılması
üçün istifadə olunan fənərlər
partlayışdan mühafizəli tərtibatda
olmalıdır.
3.2.59.
Yeraltı çənlərə baxış keçirmək
və təmir işləri aparmaq üçün
işçilərin oraya enməsinə müvafiq
hazırlıq işləri aparıldıqdan (çənin
daxilinin təmizlənməsi, buxara verilməsi) sonra və zərərli
buxar və qazların olmaması şərti ilə icazə
verilir. Yeraltı çənə çadır tipli məhəccərləri
olan stasionar metal nərdivanla enmək lazımdır. Nərdivan
çənin dibinə qədər çatmalıdır.
Tutumu 5000 m3 və ondan çox olan çənlər
iki ədəd əks tərəflərdə
quraşdırılmış nərdivanlarla təchiz
olunmalıdır.
3.2.60.
Çənin gövdəsində və tikişlərində
çatlar əmələ gəldikdə çən dərhal
boşaldılmalı və təmirə hazırlanmalıdır.
3.2.61.
Yeraltı çənlərin pilləkən və nərdivan
məhəccərlərinin, həmçinin yerüstü
çənlərin dam çəpərlərinin möhkəmliyinə
daimi nəzarət olunmalıdır.
3.3. Çənlərin,
mexaniki-texnoloji avadanlıqların diaqnostikası zamanı əlavə
təhlükəsizlik tələbləri
Çənlərin
texniki diaqnostikası
3.3.1. Çənlərin texniki
diaqnostikası üzrə işlər MNK-nı istismar edən
təşkilatla orada iş görən təşkilatların
birgə əmri əsasında aparılmalı və işlərin
yerinə yetirilməsi zamanı əməyin mühafizəsi,
texniki və ekoloji təhlükəsizliyin təmin edilməsi
üzrə tədbirlər görülməlidir.
3.3.2. Çənlərin diaqnostikası
saz alət, tərtibat, cihazların tətbiq edilməsi ilə
və yoxlanılmış ölçü vasitələri
ilə həyata keçirilməlidir.
3.3.3. Diaqnostika işləri aparılan
çənə rahat yanaşma imkanı təmin
olunmalıdır.
3.3.4. Diaqnostikanın aparılması
üçün aşağıdakı tədbirlər
görülməlidir:
- çənin istismarı
dayandırılmalı;
- çənin bağlayıcı
siyirtmələri bağlanmalı, elektrik dövrəsinin idarəetmə
avtomatları söndürülməli; idarəetmə
dövrəsinin qoruyucusu çıxarılmalıdır;
- işlər saz alət, tərtibat,
cihazlarla aparılmalı və fərdi mühafizə vasitələrindən
istifadə olunmalıdır;
- cihazların elektrik qida naqillərinin
mexaniki zədələnmədən mühafizəsi təmin
edilməli;
- 42 V-dan artıq gərginlik altında
olan elektrik qida mənbələrinin və blokların xarici
elementlərinin işləməsi zamanı təsadüfən
toxunmadan mühafizəsi təmin olunmalıdır.
3.3.5. Çənlərin tam
diaqnostikasının aparılması üçün
aşağıdakı tədbirlər görülməlidir:
- çəndən
neft tam boşaldılmalı;
- çəni boru kəmərlərindən
ayıran siyirtmələrə qapayıcılar qoyulmalı;
- çənin dibi
çöküntülərdən təmizlənməli;
- ölçü vasitələri ilə
ölçmənin aparılması üçün
ayaqaltılar quraşdırılmalıdır.
3.3.6. Bütün tətbiq olunan elektrik
cihazları partlayışdan mühafizəli tərtibatda
olmalıdır.
Mexaniki-texnoloji
avadanlıqların texniki diaqnostikası
3.3.7. Diaqnostika üzrə işlər
dağıdıcı olmayan üsulla həyata keçirilməlidir.
3.3.8. Bütün tətbiq olunan elektrik
cihazları partlayışdan mühafizəli tərtibatda
olmalıdır.
3.3.9. Diaqnostika üzrə işlər
aparılan zaman partlayış təhlükəli otaqlarda
axınlı-sorma ventilyasiya sistemi işləməlidir.
3.4. Texnoloji boru kəmərləri
3.4.1.
Çənlər parkında çənləri bir-biri ilə
əlaqələndirən texnoloji boru kəmərləri elə
quraşdırılmalıdır ki, hər hansı bir çəndə
qəza və yaxud yanğın baş versə, neftin bir
çəndən digər çənə vurulması
mümkün olsun.
3.4.2.
Bütün texnoloji boru kəmərlərinə texnoloji sxem
tərtib olunmalıdır.
Texnoloji
boru kəmərlərində avadanlıqların
armaturlarının, cihazların və qurğuların yerləşdirilməsi
texnoloji sxemə uyğun olmalıdır.
3.4.3.
Texnoloji boru kəmərlərinin kommunikasiyaları texnoloji əməliyyatların
fasiləsiz yerinə yetirilməsini təmin etməlidir.
3.4.4.
Xidməti heyət boru kəmərlərinin yerləşdirilməsi
sxemini, siyirtmələrin yerini və təyinatını,
siyirtmələrin açılıb-bağlanması
qaydalarını (xüsusən, qəza və yanğın
zamanı) bilməlidir.
3.4.5.
Siyirtmələr, onların şəbəkələrində
və boru kəmərlərində quraşdırılan
bağlayıcı armaturlar saz vəziyyətdə
saxlanılmalı və lazım gəldikdə, boru kəmərlərinin
müəyyən yerlərinə neft veriminin
dayandırılmasını tez və etibarlı təmin etməlidir.
3.4.6.
Boru kəmərlərinin və siyirtmələrin donmuş
hissələrinin açıq alovla qızdırılması
qadağandır. Bu məqsədlə buxar, isti su və ya
qızdırılmış qumdan istifadə edilməlidir.
3.4.7.
İşləməyən çənlərin siyirtmələrini
açıq vəziyyətdə saxlamaq qadağandır.
Bağlayıcı armaturların üzərində
“açıqdır”, “bağlıdır” sözləri
yazılmış göstəricilər olmalıdır. Boru kəmərlərinin
üzərində mayenin nəqli istiqaməti göstərilməlidir.
3.4.8.
Siyirtmələr, kranlar, ventillər hidravlik zərbədən
baş verə biləcək qəzanın
qarşısını almaq üçün səlis
açılıb bağlanmalıdır. Neftvurma zamanı
neft yeni istiqamətə yönəldilərkən boru kəmərlərindəki
işlək siyirtmələr yeni istiqamətin siyirtmələri
açıldıqdan sonra bağlanmalıdır.
3.4.9.
Neftvurma prosesi zamanı boru kəmərlərinin və
bağlayıcı armaturların təmiri qadağandır.
3.4.10.
Armaturlar və boru kəmərləri standarta uyğun
markalanmalı və rənglənməlidir.
3.4.11.
Texnoloji boru kəmərlərinin istismarı zamanı
işçi təzyiq maksimal yol verilən təzyiqdən
yüksək olmamalıdır.
3.4.12.
Texniki baxışın nəticələrinə görə
texnoloji boru kəmərlərinin buraxılış qabiliyyətinin
azalması aşkar olduqda, işçi təzyiq təhlükəsiz
həddə qədər endirilməli və texnoloji boru kəmərlərinin
zədəli hissələri təmir olunmalıdır.
3.4.13.
Qəza və ya təmir işləri zamanı texnoloji boru kəmərlərindən
neftin boşaldılması üçün stasionar və ya səyyar
boşaldıcı vasitələrdən istifadə etmə
imkanı nəzərdə tutulmalıdır.
3.4.14.
Texnoloji boru kəmərlərinin “döngə” sahələrinə
mütəmadi olaraq nəzarət olunmalıdır.
Qış mövsümündə onların donmasına
qarşı tədbirlər nəzərdə
tutulmalıdır.
3.4.15.
Tullantı-tutucuların süzgəc sistemində bir ehtiyat
süzgəc-tullantı-tutucu olmalıdır. Süzgəc
sisteminin işlək vəziyyətinə süzgəcdə təzyiqin
dəyişməsi üsulu ilə nəzarət edilməlidir.
3.4.16.
Texnoloji boru kəmərlərində yerləşən
qanovlar istehsalat kanalizasiyasına birləşdirilməli,
yığılmış neft və tullantılar mütəmadi
olaraq təmizlənməlidir.
3.4.17.
Neftvurma stansiyasının ərazisindən elektrik dəmir
yolları keçirsə və ya digər gəzən cərəyan
mənbələri ehtimal olunursa, boru kəmərlərinin
elektrokimyəvi mühafizəsi təmin olunmalıdır.
3.5. Yaylı qoruyucu klapan
(YQKS) və təzyiq dalğasını zəiflədən
sistemlərin qovşaqları
3.5.1.
Çənlər parkı olan neftvurma stansiyasında, çənlərdən
neftin axmasına qarşı və çənlər
parkının texnoloji boru kəmərlərində təzyiqin
dəyişməsindən mühafizəsi üçün
qoruyucu klapanlı və avtomatik açılan siyirtməsi
olan qovşaqlar quraşdırılmalıdır.
3.5.2.
Birinci qovşaqda avtomatik açılan siyirtməli yaylı
qoruyucu klapan sistemi çənlər parkının qəbul
boru kəmərlərinin üzərində, ikinci qovşaqda
isə - yaylı qoruyucu klapan sistemi dayaq və nasosxanalar
arasında quraşdırılmalıdır.
Hər
bir qoruyucu klapandan əvvəl və sonra əl ilə idarə
olunan ayırıcı siyirtmələr
quraşdırılmalıdır. Siyirtmələr və
qoruyucu klapanlar möhürlənməlidir. Qoruyucu klapanlar əvvəlcədən
təyin olunmuş təzyiqdə işləməlidir. Təyin
olunmuş təzyiq neftvurma stansiyasının texnoloji xəritəsində
göstərilməlidir.
3.5.3.
Qoruyucu klapanın sökülməsi ayırıcı
klapanın bağlanmasından və qoruyucu klapanda təzyiq
atqısından sonra həyata keçirilməlidir.
3.5.4. Təzyiq dalğasını zəiflətmə
sistemlərinin işinin effektivliyinin yoxlanılması həyata
keçirilərkən zərbə dalğasının
atqı tutumu və drenaj tutumu neftdən azad edilməli və
təzyiq dalğasını zəiflətmə sistemi
açıq olmalıdır.
3.6. Qazbərabərləşdirici
sistem
3.6.1.
Qazbərabərləşdirici sistemlər oxşar fiziki-kimyəvi
xassələri (hidrogen sulfidin tərkibi) olan neft çənlərini
birləşdirməlidir.
3.6.2.
Çənlərin qazbərabərləşdirici boru birləşmələrində
(qazouravnitelğnaə obvəzka)
quraşdırılmış odkəsici qurğular,
bağlayıcı siyirtmələr, kompensatorlar saz vəziyyətdə
saxlanılmalıdır.
Odkəsici
qurğunun kasetinin oxu, korroziyadan əmələ gələn
məhsullarla çirklənməməsi üçün
üfiqi vəziyyətdə yerləşdirilməlidir.
3.6.3.
Qazbərabərləşdirici boru birləşmələrində
əl ilə açılıb-bağlanan siyirtmələr
quraşdırılıbsa onlar havanın müsbət
temperaturu olduğu vaxtlarda ayda iki dəfədən az olmayaraq,
mənfi temperaturda isə həftədə bir dəfədən
az olmayaraq yoxlanılmalıdır.
3.6.4.
Qazbərabərləşdirici sistemlərdə təzyiq ayda
bir dəfə ölçülməlidir.
3.6.5.
Qazbərabərləşdirici sistemlərin dərinləşdirilmiş
yerlərində quraşdırılan drenaj qurğuları
(bağlayıcı siyirtmələr, tutumlar və nasos) saz vəziyyətdə
saxlanılmalıdır. Qazbərabərləşdirici
sistemin boru birləşmələrindən kondensat müntəzəm
olaraq boşaldılmalıdır.
3.6.6.
Payız-qış fəsillərində neftin
donmasının qarşısını almaq üçün
drenaj qurğuları isidici materiallarla
qızdırılmalı, buzdan və qardan mühafizə
olunmalıdır.
3.7. Dəmir
yolu doldurma-boşaltma estakadaları
3.7.1. Estakadaların istismarı zamanı
doldurma-boşaltma qurğuları, körpülər, buxar boru
kəmərləri və armaturlar saz vəziyyətdə
saxlanılmalıdır. Estakadada buxar və ya isti su
ehtiyatı daim saxlanılmalıdır.
3.7.2.
Estakadanın ərazisi və dəmir yolu girişləri təmiz
saxlanılmalı, qış vaxtı qardan və buzdan təmizlənməlidir.
3.7.3. Dəmir yolu üzərindəki
keçidlər və yollar hər zaman açıq olmalı
və döşəmələri rels başlıqları ilə
eyni səviyyədə olmalıdır.
3.7.4.
Estakadanın ərazisində qadağandır:
-
vaqon-sisternlərin təmiri və təmizlənməsi;
-
şimşəkli (ildırımlı) hava şəraitində
və küləyin sürəti 12 m/s-dən artıq olduqda
doldurma-boşaltma əməliyyatlarının
aparılması.
3.7.5. Estakada meydançaları perimetri boyu
çəpərlənməli və döşəmələri
su keçirməyən materialdan olmalıdır.
3.7.6. Doldurma-boşaltma estakadalarının və
ya ayrı dayanan dayaqların hər iki tərəfindən 20
metr məsafədə lokomotivlərin hərəkətini
qadağan edən təhlükəsizlik nişanları (və
ya nəzarət sütunları) qoyulmalıdır.
3.7.7. Estakadalar yanmayan materialdan
hazırlanmış nərdivanlarla təchiz edilməli, nərdivanlar
estakada boyu biri-birindən 100 metrdən çox olmayan məsafədə
quraşdırılmalıdır. Estakadaların üzərində
doldurma-boşaltma qurğularına xidmət etmək
üçün məhəccərli meydançalar nəzərdə
tutulmalıdır.
3.7.8. Estakadanın
işıqlandırılması üçün
partlayış təhlükəli zonadan kənarda yerləşən
dorlarda projektorlar quraşdırılmalıdır və ya
partlayışdan mühafizəli stasionar fənərlərdən
istifadə edilməlidir.
3.7.9. Doldurma-boşaltma estakadalarının
yanğından mühafizə xidməti, neftvurma
stansiyasının operator otağı və dəmir yolu
stansiyasının dispetçeri ilə etibarlı selektor və
telefon rabitəsi olmalıdır.
3.7.10. Telefon aparatları pilləkənlərin
yanında və doldurma-boşaltma şəbəkəsi yerləşən
meydançada quraşdırılmalı və
partlayışdan mühafizəli olmalıdır.
Telefonların arasındakı məsafə 100
metrdən artıq olmamalı, telefon aparatlarının
sayı isə iki ədəddən az olmamalıdır.
3.7.11. Təzyiq və temperatur ölçü
cihazları ümumi neftvurma kollektorunda
quraşdırılmalı, göstəricilər isə
operator lövhəsində (şitində) əks
olunmalıdır.
3.7.12. Neftin dolub daşmaması
üçün vaqon-sisternlərdə neftin müəyyən
olunan səviyyədən artıq doldurulmamasına nəzarət
edilməlidir.
3.7.13. Estakadada texnoloji boru kəmərlərinin
dayaqları, aşağı boşaltma qurğuları,
şlanqlar, kipgəclər və flans birləşmələri
hermetik olmalı, dirəklər nömrələnməlidir.
3.7.14. Estakadalar və
meydançalar vaxtlı-vaxtında neft və neft məhsulları
qalıqlarından təmizlənməli, isti su və ya buxarla
yuyulmalıdır.
3.7.15.
Vaqon-sisternlərə neft doldurulan zaman lyuklar brezent
örtüklə möhkəm bağlanmalıdır. Neftin
vaqon-sisternlərə doldurulması zamanı mayenin
sıçramaması üçün neft maye səviyyəsi
altına, bərabər şırnaqla tökülməlidir,
bunun üçün şlanqın və ya teleskopik borunun ucu
sisternın dibinə qədər endirilməlidir. Sisterndə
neft qalığı olmadıqda şırnağın sürəti
başlanğıc mərhələdə yüksək
olmamalıdır.
Şlanqların
ucu qığılcım verməyən materialdan
hazırlanmalıdır.
3.7.16.
Doldurucu şlanq kimi polietilen və ya digər dielektrik
materiallardan hazırlanmış borulardan istifadə etmək,
eləcə də mövcud şlanqları bu borularla uzatmaq
qadağandır.
3.7.17.
Neftin doldurulması başa çatdıqdan sonra şlanqlar və
teleskopik borular vaqon-sisternin lyukundan yalnız onlardan neft
qalığı tamamilə boşaldıqdan sonra
çıxarılmalıdır.
3.7.18.
Sisternlərin lyuklarının qapaqları səlis, zərbəsiz
açılıb-bağlanmalıdır.
3.7.19. Yüksək
özlülü neft 900C-yə qədər
qızdırılmalıdır. Qızdırılma zamanı
neftin boşaldılması qadağandır.
3.7.20. Neftin
doldurulub-boşaldılması üçün estakada ərazisinə
vaqon-sisternləri verən lokomotivlər maye yanacaqla işləməlidir.
Lokomotivlərin tüstü borusu
qığılcımboğanla təchiz edilməlidir.
3.7.21.
Neftlə dolu dəmir yolu sisternləri iki ədəd iki oxlu və
ya bir ədəd dörd oxlu boş və ya yanmayan
yüklü platformalarla mühafizə edilmiş lokomotivlərlə,
saatda 5 km-dən artıq olmayan sürətlə verilməli və
ya çıxarılmalıdır (hərəkət etməlidir).
3.7.22.
Dəmir yolu sisternlərinin qoşulması və
ayrılması neftin doldurulma məntəqəsindən kənarda
həyata keçirilməlidir.
3.7.23. Dəmir yolu sisternləri
saz vəziyyətdə olmalı və üzərində
texniki baxışdan keçməsi haqqında nişanı
olmalıdır.
3.7.24.
Neftlə dolu və doldurulacaq vaqon-sisternlər estakadaya səlis,
təkansız və zərbəsiz verilməlidir.
3.7.25.
Estakada ərazisində dəmir yolu vaqon-sisternlərinin polad
başmaqlarla əyləclənməsi qadağandır. Bu məqsədlə
yalnız taxta altlıq və ya qığılcımdan
mühafizəli başmaqlar istifadə edilməlidir.
3.7.26.
Doldurma-boşaltma əməliyyatı zamanı sisternlərin
estakadanın qonşu (paralel) dəmir yolu xəttinə verilməsi
qadağandır. Lokomotivin estakadanın dəmir yolu ilə hərəkət
etməsi qadağandır.
3.7.27.
Estakadada qəza vəziyyəti yarandıqda doldurma-boşaltma
əməliyyatları dərhal dayandırılmalıdır.
3.7.28. Doldurma-boşaltma estakadaları “Magistral neft kəmərlərində
yanğın təhlükəsizliyi qaydaları”na uyğun olaraq stasionar köpük-əmələgətirici
yanğınsöndürmə sistemi, dairəvi su kəməri
şəbəkələri və lüləli lafet sistemi ilə
təchiz edilməlidir.
3.7.29. Neftin doldurma-boşaltma əməliyyatı
zamanı:
- odlu işlərin aparılması, siqaretin
çəkilməsi, açıq qızdırıcı
cihazların işə salınması;
- nasaz və partlayışdan mühafizəsi
olmayan elektrik işıqlandırıcı cihazların istifadəsi;
- 700C–dən yuxarı
qızdırılmış neftin
doldurulub-boşaldılması qadağandır.
3.7.30.
Dəmir yol xətlərinin elektrikləşdirilmiş sahələrində
kontakt elektrik naqillərindən gərginlik açılmadan
vaqon-sisternin yuxarı meydançasına qalxmaq
qadağandır.
3.8. Doldurma-boşaltma
körpüləri və sahil qurğuları
3.8.1.
Neftin su nəqliyyatı ilə daşınması AR NK-nin 24
aprel 2000-ci il tarixli 75 №-li qərarı ilə təsdiq
edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı
ilə daşınması Qaydaları”na uyğun həyata
keçirilməlidir.
3.8.2.
Nefti körpüyə nəql edən boru kəmərlərində,
körpüdən 30-50 metr məsafədə
bağlayıcı siyirtmələr
quraşdırılmalıdır.
3.8.3.
Neftdaşıyan gəmiləri körpüyə
açıb-bağlayan yedəklər qığılcımsöndürənlərlə
təchiz edilməlidir.
3.8.4.
Neftdaşıyan gəmini bağlamaq və körpüyə
bərkitmək üçün yalnız qeyri-metal burazlardan
istifadə edilməlidir.
3.8.5.
Neftdaşıyan gəmi doldurma-boşaltma körpüsünə
yan aldığı zaman orada (gəminin
yaxınlığında) yanğın-xilasetmə və yedək
gəmisindən başqa heç bir üzən vasitə
olmamalıdır.
3.8.6.
Neftdaşıyan gəmiyə daxil olmağa yalnız trap (gəmi
nərdivanı) quraşdırıldıqdan sonra icazə
verilir. Sutkanın qaranlıq vaxtı traplar işıqlandırılmalıdır.
Trap əvəzinə digər keçid vasitələrindən
istifadə etmək qadağandır.
3.8.7.
Körpülər, traplar, keçid körpücükləri
hündürlüyü 1 m-dən az olmayan məhəccərlərlə
təchiz edilməlidir.
3.8.8.
Neftdaşıyan gəmi neftvurma boruları ilə birləşdirilməzdən
əvvəl yerlə birləşdirilməlidir. Yerləbirləşdirmə
naqilləri doldurma əməliyyatı qurtardıqdan və
boru kəmərləri ayrıldıqdan sonra
çıxarılmalıdır.
3.8.9.
Şlanq birləşmələrinin kipliyinin
yoxlanılması məqsədilə neftin doldurulması
nasosun veriminin azaldılması ilə başlamalıdır.
Sızma aşkar olunduqda onun qarşısını almaq
üçün tədbirlər görülməlidir.
3.8.10.
Neftdaşıyan gəmiyə neft doldurulan zaman
körpünün yaxınlığında
yanğınsöndürmə vasitələri ilə təchiz
edilmiş növbətçi gəmi (yedək)
olmalıdır.
3.8.11.
Doldurma-boşaltma körpüləri “Magistral neft kəmərlərində
yanğın təhlükəsizliyi qaydaları”na uyğun olaraq köpüklü
yanğın-söndürmə vasitələri və
yanğın siqnalizasiya sistemi ilə təchiz edilməlidir.
3.8.12.
Neftdoldurma şlanqlarının metal ucluqları diametri 2 mm-dən
az olmayan, neftdoldurma qurğusunun metal-konstruksiyasına birləşdirilməklə
şlanq boyu sarınan elastik mis naqil vasitəsilə yerləbirləşdirilməlidir.
3.8.13.
Doldurma-boşaltma əməliyyatı zamanı
neftdaşıyan gəmilərdə və körpülərdə
təmir işlərinin aparılması qadağandır.
Neftdaşıyan gəmidə fövqəladə hal
yarandıqda doldurma-boşaltma əməliyyatı
dayandırılmalı və neftdaşıyan gəmi
doldurma-boşaltma körpüsündən kənarlaşdırılmalıdır.
3.8.14.
Neftaltı suyu gəmilərindən su akvatoriyasına buraxmaq,
eləcə də 650 C-yə qədər
qızdırılmış suyu qəbul etmək və
boşaltmaq qadağandır.
3.8.15.
Donan qatı neftləri buxarla qızdırmaq üçün
sahil qazanxana qurğuları, eləcə də daxilində
açıq alovla iş aparılan bina və tikililər
körpü qurğularından və neftdaşıyan gəmilərin
dayanacağından 100 m-dən az olmayan məsafədə
olmalıdır.
3.9. Neftin
qızdırılma məntəqələri
3.9.1.
Neftin qızdırılma sobası yerləşən
meydançaların perimetri boyu qəza zamanı neftin
dağılmasına qarşı bənd çəkilməlidir.
3.9.2.
Neftin qızdırılma sobası binadan kənarda yerləşdirildikdə
maye və qaz yanacağı nəql edən boru kəmərlərindəki
bağlayıcı siyirtmələr sobadan 10 metrdən az
olmayan məsafədə yerləşdirilməlidir.
3.9.3.
Neftin qızdırılma sobalarında aşağıdakı
hallar üçün sobanın dayandırılmasını
təmin edən avtomatik sistem nəzərdə
tutulmalıdır:
-
sobada neftin dövr etməsi pozulduqda;
-
odluqdan havanın çəkilməsi zəiflədikdə;
-
odluqlarda havanın təzyiqi düşdükdə və ya
artdıqda;
-
odluqların birində alov söndükdə;
-
odluqlarda qazın təzyiqi dəyişdikdə;
-
ayrılan qazların temperaturu qalxdıqda;
-
qızdırılan neftin temperaturu qalxdıqda;
-
xammal dövr edən ilanvari borularda təzyiq
düşdükdə;
-
elektrik enerjisi kəsildikdə və ya ölçü vasitələrinin
məsafədən və avtomatik idarəetmə
qurğuları sıradan çıxdıqda;
-
yanğın xəbərdaredici (datçikləri)
qurğuları işə düşdükdə.
3.9.4.
Avtomatik mühafizə sistemləri nasaz vəziyyətdə
olan qızdırılma sobalarının istismarı
qadağandır.
3.9.5.
Yanğınsöndürmə boru kəmərlərinin
siyirtmələri neftin qızdırılma sobasından 10
metrdən az olmayan məsafədə, rahat əlçatan yerdə
quraşdırılmalıdır.
3.9.6.
İlanvari borularda yanıq yerlər, tərləmə, qabarma
olduqda, sobanın odadavamlı hörgüsü və istilik
izolyasiyası dağıldıqda, boru barmaqlıqları
qırıldıqda, tüstü bacası və onun şiberi
nasaz vəziyyətdə olduqda sobaların istismarı
qadağandır.
3.9.7.
Sobanın ilanvari borusunda axma baş verdikdə o, boru kəmərindən
ayrılmalı, qəza atqı siyirtməsi
açılmalı, ilanvari boru isə neftdən, su buxarı
ilə üfürülərək,
boşaldılmalıdır. Boşaldılan neft ehtiyat tutumuna
yığılmalıdır.
3.9.8.
Borulu sobalar, forsunkalarına verilən maye və ya qaz
yanacağının kəsilməsini və təzyiqin normadan
aşağı düşməsini xəbərdar edən
siqnalizasiya ilə təchiz olunmalıdır.
3.9.9.
Odluq qeyri-stabil işlədikdə və ya digər
nasazlıqlar aşkar edildikdə sobanın istismarı
dayandırılmalıdır.
3.9.10.
Neftin borulu sobasının qəza boşaltma sistemi saz vəziyyətdə
saxlanılmalıdır. Neftin dövr etməsi dayandıqda,
borularda yanıq yerlər və ya zədələnmələr
aşkar olunduqda ilanvari borunu boşaltmaq məqsədi ilə
sobanın qəza boşaltma sistemi avtomatik işə
salınmalıdır.
Qızdırılmış
neft qəza tutumuna boşaldılan zaman neftin
öz-özünə alışmasının
qarşısını almaq məqsədilə tutuma su
buxarı verilməlidir.
3.9.11.
Sobanın forsunkası məşəllə və ya forsunka pəncərəsinin
yanında dayanaraq piltə ilə yandırılmalıdır.
Məşəl neftlə və ya mazutla hopdurulmalıdır.
Bu məqsədlə AAM (asan alışan mayelər-benzin,
ağ neft, liqroin) istifadə etmək qadağandır. Yanan məşəl
qutuda saxlanılan qumla söndürülməlidir.
3.9.12.
Sobanın odluğunu yandırmazdan əvvəl odluğa gedən
yanacaq boru kəmərini qazla şama doğru üfürmək
lazımdır. Yanacaq boru kəmərini sobanın odluğuna
doğru üfürmək qadağandır.
3.9.13.
Sobanın odluğunun buxarla üfürülməsi və ya
ventilyasiyası 15 dəqiqə ərzində həyata
keçirilməlildir, bu zaman tüstü bacasının
qapağı (şiberi) tam açıq vəziyyətdə
olmalıdır. Sobanın odluğu əvvəlcədən
üfürülmədən forsunkaları yandırmaq
qadağandır.
3.9.14.
Panel odluqları yandırmaq üçün piltədən
istifadə edilməlidir. Panel odluqların blokunu 2 nəfər
yandırmalıdır.
3.9.15.
Məşəlləri eyni ölçüdə olan forsunkaların
yanmasını müşahidə edən zaman qoruyucu eynəklərdən
istifadə etmək və yan tərəfdə dayanaraq
müşahidə etmək lazımdır.
3.9.16.
Forsunkaların qarşısındakı meydança bərk
örtüklü olmalı və istehsalat kanalizasiyası ilə
hidravlik cəftələrlə birləşdirilən qanova tərəf
maili olmalıdır.
3.9.17.
Soba işləyən zaman ilanvari borulara, boru asmalarına və
sobanın hörgüsünə vizual müşahidə
aparılmalı, nasazlıq aşkar olunduğu hallarda
sobanın işi dayandırılmalıdır.
3.9.18.
Sobanın istismarı zamanı odluqların paylayıcı
kameralarının xarici divarlarının temperaturuna nəzarət
edilməlidir, temperatur həddindən artıq səviyyəyə
qalxdıqda odluq dərhal söndürülməlidir.
3.9.19.
Sobaların yandırılmasına (işə salınmasına)
icazəni onların istismarına cavabdeh şəxs verməlidir.
3.10. Texnoloji tunellər
3.10.1. Tunellərdə çəkilən
neft kəmərlərinin istismarına, zərərli buxar və
qazların qatılığı buraxıla bilən həddən
yuxarı olmadığı hallarda icazə verilir.
3.10.2. Texnoloji tunellərdə hava
mühitinin vəziyyətinə nəzarət fasiləsiz
işləyən avtomatik cihazlarla həyata keçirilməlidir.
3.10.3. Texnoloji tunellərdə layihəyə
uyğun olaraq süni ventilyasiya
quraşdırılmalıdır.
3.10.4. Texnoloji tunellər
istehsalat-yağış kanalizasiyası, yanğından
mühafizə siqnalizasiya sistemi və qazlılığa nəzarət
vasitələri ilə təchiz olunmalıdır.
3.10.5. Texnoloji tunellərə hava
axınının hərəkəti,
yanğınaqarşı avadanlıqların və ventilyasiya
qurğularının yeri göstərilməklə ventilyasiya
planı tərtib edilməlidir.
3.10.6. Tuneldəki neft kəmərlərində
işləyən işçilər üçün iki ədəddən
az olmayaraq 10% miqdarında izoləedici əleyhqaz ehtiyatı nəzərdə
tutulmalıdır.
3.10.7. Tunellərdə çəkilən
neft kəmərlərini istismar edən məntəqə ikitərəfli
rabitə ilə təchiz edilməlidir.
3.10.8. Texnoloji tunellərdə kabellər
divar boyu, onların mexaniki zədələnməsini istisna edən
hündürlükdə çəkilməlidir.
3.10.9. Tuneldə qəza, mazutdan təmizlənmə
və sızmanı aradan qaldırma işlərinin yerinə
yetirilməsinə, tunelin havasında yanar qaz və
buxarların partlayış təhlükəli
qatılığının aşağı qatılıq həddinin
5%-dən çox olmadığı hallarda icazə verilir.
3.10.10. Tunellərdə təmir-sazlama
işlərinin aparılmasına yalnız obyektin rəhbərinin
yazılı icazəsi ilə yol verilir.
3.10.11. Tuneldə istifadə olunan əsas
və köməkçi elektrik avadanlıqları, nəzarət
ölçü cihazları, avtomatika vasitələri, rabitə
sistemləri, işıqlandırıcı cihazlar
partlayışdan mühafizəli olmalıdır.
3.10.12. Obyektin rəhbərliyi tuneldəki
neft kəmərlərinin vəziyyətinə sistematik nəzarəti,
ildə bir dəfə boruların divarlarının vəziyyətini
və onların yeyilmə dərəcəsinin
yoxlanılmasını təşkil etməlidir.
3.10.13. Texnoloji tunellərdə baş
verə biləcək qəzaların və
yanğınların ləğvi planı hər il, müəssisənin
yanğın təhlükəsizliyi xidməti nümayəndələrini
cəlb etməklə işlənilməlidir.
3.10.14. Tuneldə təmir və odlu
işlər aparılan yerlər yanğınsöndürmə
vasitələri və daimi ventilyasiya ilə təmin
olunmalıdır. Bu işlərlə əlaqəsi olmayan
işçilər və digər şəxslər tuneldən
çıxarılmalıdırlar.
3.10.15. Tuneldə işləyərkən
ancaq gündəlik iş tələbata uyğun lazımi
materiallar və ləvazimatlar saxlanılmalıdır.
3.10.16. İş gününün
sonunda və ya məcburi fasilə zərurəti yarandıqda
tunel tikinti materiallarından, alət və ləvazimatlardan
azad olunmalı, qapı boşluqları
bağlanmalıdır.
3.11.
Magistral neft kəmərləri obyektlərində hava
mühitinin yoxlanılması
3.11.1. Hava mühitinin nümunəsinin
götürülməsi və analizi xüsusi hazırlıq
keçmiş, bu işlərin yerinə yetirilməsinə
buraxılışı olan şəxs tərəfindən həyata
keçirilməlidir.
3.11.2. Hava mühitinin analizinin aparılması
üçün partlayışdan mühafizəli və
texniki baxışdan keçmiş qaz analizatorlar istifadə
edilməlidir.
3.11.3. Dövlət yoxlamasından
keçməyən, yaxud yoxlama müddəti keçmiş və
pasportu (sertifikatı) olmayan qaz analizatorlardan istifadə etmək
qadağandır.
3.11.4. Hər bir obyektdə qaz təhlükəli
yerlərin siyahısı və hava mühitinin dövri
yoxlanılması cədvəli tərtib olunmalıdır.
3.11.5. Hər bir MNK obyektlərində,
istehsalat otaqlarında və xarici qurğuların
işçi zonalarında ayrıla bilən zərərli və
yanğın-partlayış təhlükəli maddələrin
siyahısı tərtib olunmalıdır.
3.11.6. Obyektlərdə hava mühitinin
dövri yoxlanılmasını həyata keçirmək
üçün hava mühitinin yoxlanılması üzrə
plan-cədvəl tərtib olunmalıdır. Hava mühitinin
yoxlanılması jurnalının forması Əlavə 1-də
verilir.
3.11.7. Plan-cədvələ obyektin hava
mühitinin yoxlanılma nöqtələri qeyd olunmuş
plan-xəritə əlavə olunmalıdır. Plan-xəritədə
hər bir nöqtə nömrələnməli, yerlərdə
nümunə götürülən nöqtələrin
nömrələri plan-cədvələ uyğun olaraq
işarələnməlidir.
3.11.8. Analizin nəticələrinə
görə hava mühitinin göstəriciləri sanitar
normalara uyğun olmadıqda (buraxıla bilən həddi
keçdikdə) sahə rəisinə dərhal məlumat
verilməlidir.
3.11.9. Plan-cədvəldə təyin
olunmuş vaxtaşırılıqdan asılı olmayaraq hava
mühitinin yoxlanılması xidməti heyətin ilk tələbinə
əsasən aparılmalıdır.
3.11.10. Qazanxana otaqlarının hava
mühitinin tərkibində karbon-oksidin (CO) olmasına stasionar
yoxlama sistemləri vasitəsilə fasiləsiz nəzarət
olunmalıdır.
3.11.11. Hidrogen sulfid qazının
yığılması mümkün olan istehsalat otaqlarında
müvafiq qaz analizatorlarla əlavə olaraq hidrogen sulfidin
qatılığına nəzarət təşkil edilməlidir.
3.11.12. NVS-ın nasosxanalarında və
digər partlayış təhlükəli otaqlarda hava
mühitinin qazlılığının daşınan qaz
analizatorlarla dövri yoxlanmasından əlavə hava mühiti
stasionar yoxlama sistemləri ilə fasiləsiz rejimdə
yoxlanılmalıdır və onların datçikləri
istismar təlimatına uyğun
quraşdırılmalıdır.
3.11.13. Çənlər parkında
daşınan qaz analizatorlarla hava mühitinin yoxlanılması
torpaq bəndin ətrafından 5-10 m məsafədə,
küləktutmayan tərəfdən, çənlərin orta
ox xətləri istiqamətində dayanaraq aparılmalı, eləcədə
xidməti meydançalarda və hər bir çənin
karesindəki nərdivanda həyata keçirilməlidir.
3.11.14. Xarici qurğuların xidmət
meydançalarında hava mühitinin yoxlanılması
işçi zonada, küləktutmayan tərəfdən,
nasoslardan, siyirtmə və digər avadanlıqdan 2-3 m məsafədə
həyata keçirilməlidir.
3.11.15. Doldurma estakadalarında texnoloji əməliyyat
zamanı işçi zonada hava mühitinin yoxlanılması
estakadanın uzunluğu boyu azı üç nöqtədə,
doldurma əməliyyatı yerinə yetirən işçinin
nəfəsalma səviyyəsində həyata keçirilməlidir.
3.11.16. Dövri xidmət aparılan
xarici qurğularda hava mühitinin yoxlanılması işə
başlamazdan əvvəl yerinə yetirilməlidir.
3.11.17. Buxar və qazların
yayılmasını pisləşdirən əlverişsiz hava
şəraitində (havanın yüksək temperaturu, küləksiz
hava) həmçinin, görünmə dərəcəsi az
olduqda (duman, qar, güclü yağış və s.) hava
mühitini yoxlayan işçinin yanında müşahidəçi
(əvəzedici) olmalıdır.
3.11.18. Sutkanın qaranlıq vaxtı
hava mühitinin yoxlanılması zərurəti olduqda, gərginliyi
12V-dan yüksək olmayan partlayışdan mühafizəli əl
fənərindən istifadə edilməli və hava
mühitinin yoxlanılması müşahidəçinin (əvəzedicinin)
iştirakı ilə aparılmalıdır.
3.11.19. Çənlərin, boru kəmərlərinin
daxilində hava mühitinin yoxlanılması üçün
hava nümunəsi aşağıdakı qaydada
götürülməlidir:
- neft çənlərində - çənin
dibindən 0,3 m-dən çox olmayaraq və çənin
yuxarı sahəsindən;
- üzən qapaqlı çənlərdə-üzən
qapağın altından və üstündən;
- boru kəmərlərində - flans
birləşmələri olan yerlərdən.
3.11.20.
Tutumu 50 000 m3 olan çənlərin istismarı
zamanı aşağıdakılar vacibdir:
-
mütəmadi olaraq üzən qapağın vəziyyətinə
nəzarət edilməli, neftlə çirklənməsinə
yol verilməməli;
-
üzən qapağın üzərində
yığılmış su vaxtlı-vaxtında drenaj
üsulu ilə buraxılmalı;
-
üzən qapağın üzərində qar
örtüyünün hündürlüyü 0,5m-dən
çox olmasına yol verilməməli;
-
neftin səviyyəsi çənlərin istismarı üzrə
texnoloji xəritədə nəzərdə tutulmuş səviyyədə
saxlanılmalıdır.
3.12.
Sulfidli neftlə işləyərkən əlavə təhlükəsizlik
tələbləri
3.12.1.
Ümumi tələblər
3.12.1.1. Müəssisənin müdiriyyətinin
əmri ilə hidrogen sulfidin yığılması
mümkün olan obyektlərin siyahısı təyin edilməli,
QOST 12.4.026-76 üzrə təhlükəsizlik
nişanları ilə işarələnməlidir.
3.12.1.2. Tərkibində hidrogen sulfid olan
neftin nəqli ilə məşğul olan bütün
işçilər hidrogen sulfid qazından zəhərlənmədə
ilk tibbi yardımın göstərilməsi üzrə
mütləq qaydada təlimatlandırılmalıdırlar.
3.12.1.3. Hidrogen sulfidin
yığılması ehtimal olunan yerlərdə onun
qatılığına mütəmadi olaraq nəzarət təşkil
edilməlidir:
- açıq havada-sutkada bir dəfədən
az olmayaraq;
- bağlı yerlərdə
(otaqlarda)-növbədə bir dəfədən az olmayaraq;
- qanovlarda, çalalarda və digər dərinləş-dirilmiş
yerlərdə-hər dəfə işə başlamazdan əvvəl.
Analizin
nəticələri və ölçü qiymətləri Əlavə
1-də verilən hava mühitinə nəzarət jurnalına
yazılmalıdır.
3.12.1.4.
Dərinləşdirilmiş yerlərdə (tunellərdə,
quyularda, qanovlarda), eləcədə çənlərdə və
sisternlərin içində işə başlamazdan əvvəl
onların daxili hava mühitinin tərkibində hidrogen sulfidin
analizi aparılmalıdır.
Bununla
yanaşı, “Sulfidli neft və qazların
çıxarılması və nəqli zamanı pirofor
çöküntülərin yanğınının və
partlayışının qarşısının
alınması üzrə Təlimat”ın tələbləri
nəzərə alınmalıdır.
3.12.1.5.
Quyularda qoyulmuş bağlayıcı qurğular məsafədən
idarə olunan ötürücülərlə təchiz
olunmalıdır ki, onların açılıb
bağlanması quyuların içinə girmədən, yerin
səthindən həyata keçirilsin.
3.12.1.6.
Flans birləşmələrinin, armaturların və nasos
aqreqatlarının kipkəc birləşmələrinin,
avadanlıqların sökülən hissələrinin,
çənlərin və sisternlərin lyuklarının
hermetikliyi 2%-li qurğuşun asetat məhlulu hopdurulmuş
indikator kağızı ilə yoxlanılmalıdır.
3.12.1.7.
Siyirtmələrin flans birləşmələrindən,
nasosların kipkəclərindən və digər yerlərdən
sulfidli neftin sızması aşkar olunduqda dərhal
nasazlıq aradan qaldırılmalıdır.
Çənlər
3.12.1.8.
İçərisində hidrogen sulfid tərkibli neft saxlanılan
çənlər üçün onların pirofor
çöküntülərindən təmizlənməsi,
gövdəsinin təmiri və armaturlarının dəyişdirilməsi
üzrə planlı işlərin cədvəli
tutulmalıdır.
3.12.1.9.
Hidrogen sulfid tərkibli neft saxlanılan çənlər
hermetik olmalı, qaz boru birləşmələri (qazovoy obvəzkoy)
ilə təchiz edilməli və hidrogen sulfid korroziyasından
etibarlı mühafizə olunmalıdır.
3.12.1.10.
Çənlər parkının sahəsinə daxil olduqda
süzgəcli əleyhqazdan istifadə edilməlidir. Çənlər
parkının girişində xəbərdaredici işarələr
quraşdırılmalıdır.
3.12.1.11.
Hidrogen sulfid tərkibli neft saxlanılan çənlər
ölçü lyukundan nümunənin götürülməsini
və səviyyə ölçən cihazlarla təchiz
olunmalıdır. Məsafədən idarə olunan cihazlar
işləmədiyi halda ölçü lyukundan əl ilə
səviyyənin ölçülməsi və nümunənin
götürülməsi zamanı fəhlələr (iki nəfərdən
az olmamaq şərti ilə) süzgəcli əleyhqaz geyinməli
və küləkdöyən istiqamətdə
dayanmalıdırlar.
3.12.1.12.
Çəndəki neftaltı suyun boşaldılması
avtomatlaşdırılmalıdır.
Neftaltı
su sənaye kanalizasiyasına axıdılmazdan əvvəl
hidrogen sulfiddən təmizlənməlidir.
3.12.1.13.
Çənlər baxışın keçirilməsinə və
təmirə hazırlanmazdan əvvəl
boşaldılmalı, divarlarında yığılan pirofor
çöküntülərin alışmaması
üçün su ilə doldurulmalıdır.
3.12.1.14.
Buxar çənə elə intensivlikdə verilməlidir ki,
çənin daxilində olan təzyiq atmosfer təzyiqindən
bir az yüksək olsun (buxarın tənəffüs
klapanlarından və çənin damındakı qapaqdan
çıxmasını vizual müşahidə etməklə
nəzarət olunmalıdır).
3.12.1.15.
Çənin aşağı lyuku bağlı vəziyyətdə
saxlanılmaqla çənə buxar verilməli, kondensat isə
buraxıcı borudan kanalizasiyaya axıdılmalıdır.
3.12.1.16.
Əgər dozalaşdırıcı qurğudan istifadə
olunursa, çənin buxara verilməsi zamanı pirofor
çöküntülərin zəif oksidləşməsi
üçün az miqdarda havanın verilməsi məsləhət
görülür.
3.12.1.17. Dozalaşdırıcı
qurğu olmadıqda buxara verilmə prosesi başa
çatdırıldıqdan sonra çən ağzına qədər
su ilə doldurulmalıdır. Suyun səviyyəsi,
çöküntülərin qurumasından asılı
olaraq, tədricən 0,5-1,0 m/saat sürətlə
aşağı salınmalıdır.
3.12.1.18.
Çəndən suyu boşaltdıqdan sonra hava nümunəsində
karbohidrogen və hidrogen sulfid buxarlarının miqdarı təyin
olunmalıdır.
3.12.1.19.
Pirofor çöküntülərin öz-özünə
alışmasının qarşısını almaq
üçün çənlərin daxili səthləri
mütəmadi olaraq korroziya məhsullarından təmizlənməlidir.
Çənlərin daxili səthi təmizlənən zaman
oraya fasiləsiz suyun verilməsi (daxili səthlərin su ilə
isladılması) vacibdir.
3.12.1.20.
Çənin təmizlənməsi nəticəsində oradan
çıxarılan hidrogen sulfid tərkibli çirk və
çöküntülər neftvurma stansiyası ərazisindən
çıxarılana qədər daim nəm vəziyyətdə
saxlanılmalıdır.
Dəmiryol sisternləri
3.12.1.21.
Hidrogen sulfid tərkibli neftin dəmiryol sisternlərinə
doldurulub-boşaldılması zamanı hər qrup vaqon-sisternə
azı iki nəfər fəhlə xidmət etməlidir.
Sisternlər
tam boşaldıldıqdan sonra bağlanmalıdır.
3.12.1.22.
Sisternlərin lyuklarının qapaqlarını açarkən
küləkdöyən istiqamətdə dayanmalı və əleyhqazdan
istifadə edilməlidir. Sisternlərin lyuklarının
qapaqları ehtiyatla, zərbəsiz açılıb-bağlanmalıdır.
3.12.1.23.
Doldurma-boşaltma prosesinə ilk növbədə küləkdöyən
istiqamətdə yerləşən sisternlərdən
başlamaq lazımdır ki, ayrılan zəhərli buxarlar
işləyənlərə təsir etməsin.
Nasosxanalar
3.12.1.24.
Hidrogen sulfid qazının ayrılması mümkün olan
otaqlarda daimi axınlı-sorucu ventilyasiya işləməlidir.
3.12.1.25.
Ventilyasiya işləmədikdə işçilər əleyhqaz
geyinməli və növbə üzrə cavabdeh şəxsə
bu barədə məlumat verməlidirlər, o, isə öz
növbəsində, nasazlığı aradan qaldırmaq
üçün tədbirlər görməli, lazım gəldikdə
isə insanları otaqdan çıxarmalıdır.
3.12.1.26.
Hidrogen sulfid qazının ayrılması mümkün olan
yerlərdə müvafiq təhlükəsizlik
nişanları qoyulmalıdır.
3.12.1.27.
İşləyən nasosxanalarda təmir işləri əleyhqazda,
müşahidəçinin iştirakı ilə aparılmalıdır.
IV. Magistral neft kəmərlərinin
xətti hissəsinin istismarı zamanı təhlükəsizlik
tələbləri
4.1. Magistral neft kəmərlərinin
mühafizə zonasının müəyyənləşdirilməsi
qaydaları
4.1.1.
Azərbaycan Respublikasının ərazisində istismar olunan
MNK-nın mühafizə zonaları, ixrac neft boru kəmərləri
istisna olmaqla, bu qaydalarla tənzimlənir.
İstismar olunan ixrac neft boru kəmərlərinin
mühafizə zonaları Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarı
ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin
mühafizə zonasının müəyyənləşdirilməsi
qaydaları”na və Nazirlər Kabinetinin 19 avqust 2008-ci il
tarixli 191 nömrəli Qərarı ilə təsdiq
olunmuş “Magistral boru kəmərlərinin, körpülərin,
hidrotexniki qurğuların və yüksəkgərginlikli
elektrik hava xətlərinin mühafizəsinin gücləndirilməsinə
dair bəzi tədbirlər barədə” Qərarına əsasən
müəyyən edilməlidir.
4.1.2.
MNK-nın istismarı üçün şərait yaratmaq və
onların döşəndiyi şəraitdən asılı
olaraq zədələnmə ehtimalının
qarşısının alınmasını təmin etmək
məqsədi ilə aşağıdakı mühafizə
zonaları müəyyənləşdirilir:
*
MNK-nın marşrutu boyunca-boru kəməri
oxunun hər tərəfindən 50 metrlik məsafədən
keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır;
*
kənd təsərrüfatı təyinatlı torpaqlarda
mühafizə zonası boru kəməri oxunun hər tərəfindən
25 metrlik məsafədən keçən şərti xətlərlə
məhdudlaşdırılır;
*çoxxətli
MNK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin
oxlarından hər tərəfdən 50 metrlik məsafədən
keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır;
*
kənd təsərrüfatı təyinatlı
torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin
oxlarından hər tərəfdən 25 metrlik məsafədən
keçən şərti xətlərlə məhdudlaşdırılır;
* su
altından keçən boru kəmərinin oxu boyunca - sahilin
hər iki tərəfindən 25 metr, çoxxətli boru kəmərlərinin
boyunca kənar kəmərlərin oxlarından hər tərəfə
100 metrlik məsafədə, su səthindən suyun dibinə qədər
mühafizə sahəsi təşkil edilir;
*
fövqəladə hallarda içərisinə
neftin, neft məhsullarının buraxılması
üçün xüsusi anbarların ətrafı - bu obyektlərin
sərhədlərindən hər tərəfə 50 metrlik məsafədə
yerləşən torpaq sahəsi şərti xətlə məhdudlaşdırılır;
*
əsas və aralıqvurma, doldurma
stansiyalarının, çənlər parklarının,
doldurma və boşaltma estakadalarının və
körpülərinin, neftin və neft məhsullarının
qızdırılması məntəqələrinin ətrafında
göstərilən obyektlərin sərhədlərindən hər
tərəfə 100 metrlik məsafədə yerləşən
torpaq sahəsi şərti xətlə məhdudlaşdırılır.
MNK-nın “Mühafizə zonası”nda işlərin
aparılmasına icazə verilməsi
4.1.3
“Mühafizə zonasında” Sənaye və Energetika Nazirliyinin
və ARDNŞ-nin (istismarçı təşkilatın rəyini
almaqla) rəsmi icazəsi olmadan
aşağıdakıların edilməsi qadağandır:
-
bina və qurğuların tikintisi;
-
ağac və kolların əkilməsi, quru otların və
küləşin tayalanması, at bağlanan yerlərin təşkil
edilməsi, mal-qara saxlanması, balıq saxlamaq
üçün sahələrin ayrılması, balıq ovu və
eləcə də başqa su heyvanlarının və bitkilərinin
yetişdirilib istehsalının həyata keçirilməsi,
heyvanların suvarılma yerlərinin təşkil edilməsi,
buzun parçalanması işlərinin həyata keçirilməsi;
-
boru kəmərləri marşrutu üzərində
keçidlərin tikilməsi, yolların salınması,
avtomobil nəqliyyatı vasitələri, traktorlar və
mexanizmlər üçün dayanacaqların təşkil
edilməsi;
-
meliorasiya məqsədləri üçün torpaq işlərinin
həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin
tikintisi;
-
hər cür mədən, tikinti-quraşdırma, geoloji
çəkiliş, axtarış, geodeziya və quyuların,
şurfların qazılması, qrunt nümunələrinin
(torpaq nümunələrindən başqa) götürülməsi
ilə əlaqədar digər tədqiqat işlərinin həyata
keçirilməsi.
4.1.4.
MNK-nın mühafizə zonasında işin aparılması
şərtləri ARDNŞ tərəfindən təyin edilir,
yerli İcra Hakimiyyəti, SİTC və DMND Agentliyi ilə
razılaşdırıldıqdan sonra həyata keçirilir.
Neft kəmərlərinin mühafizə zonalarında işlərin
aparılmasına yazılı icazəsi olan hüquqi və
fiziki şəxslər neft kəmərlərinin mühafizəsini
təmin edən şərtlərə riayət etməklə
müvafiq dövlət orqanları ilə: 4.1.3 bəndinin ikinci
abzasında göstərilmiş işlərin
aparılması Dövlət Tikinti və Arxitektura Komitəsi
ilə, üçüncü abzasında göstərilmiş
işlərin aparılması Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə, dördüncü abzasında göstərilmiş
işlərin aparılması Nəqliyyat Nazirliyi ilə,
beşinci abzasında göstərilmiş işlərin
aparılması Meliorasiya və Su Təsərrüfatı
Komitəsi ilə, altıncı abzasında göstərilmiş
işlərin aparılması isə aidiyyəti üzrə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənayedə
İşlərin Təhlükəsiz Görülməsi və
Dağ-mədən Nəzarəti Dövlət Agentliyi,
Dövlət Tikinti və Arxitektura Komitəsi, Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi ilə
razılaşdırma əsasında həyata keçirməlidirlər.
Bu şərtlər Azərbaycan Respublikasının Sənaye
və Energetika Nazirliyi tərəfindən müəyyən
edilir.
“Mühafizə
zonası”nda partlayış işləri Sənayedə
İşlərin Təhlükəsiz Görülməsi və
Dağ-mədən Nəzarəti Dövlət Agentliyi ilə
razılaşdırıldıqdan sonra həyata keçirilə
bilər.
4.1.5.
“Mühafizə zonası”nda boru kəmərlərinin
istismarına xələl gətirəcək
aşağıdakı işlərin həyata keçirilməsi
qadağan olunur:
-
tanınma və siqnal işarələrinin, nəzarət-ölçü
cihazlarının yerini dəyişmək, sındırmaq və
ya onların üstünü torpaqla örtmək;
-
xidmət edilməyən gücləndirici kabel rabitəsi məntəqələrinin,
xətti armatur avadanlıqları qovşaqlarının, katod
və drenaj mühafizəsi stansiyalarının, xətti və
baxış quyularının və başqa xətti
qurğuların lyuklarını, qapılarını, çəpərlərini
açmaq, rabitə və enerji təchizatı vasitələrini
və boru kəmərlərinin telemexanika vasitələrini
işə salmaq və ya söndürmək;
-
zibilxanaların yaradılması, turşu, duz və qələvi
maddələrinin tökülməsi;
-
boru kəmərlərini zədələnmədən, neftin ətraf
mühitə yayılmasından qoruyan sahilbərkitmə
tikililərini sıradan çıxarmaq;
-
lövbər atmaq, lövbər, zəncir, lot, tor və tral salaraq
keçmək, dibdərinləşdirmə və yerqazma
işləri görmək;
-
od yandırmaq və hər hansı açıq və
bağlı od mənbələri yerləşdirmək.
4.1.6.
MNK-nı istismar edən müəssisələrə (təşkilatlara)
icazə verilir:
-
torpaq mülkiyyətçiləri, istifadəçiləri və
ya yerli icra hakimiyyəti orqanları ilə
razılaşdırılmış giriş yolları sxeminə
uyğun olaraq, xidmət və təmir işləri aparmaq
üçün avtomobil nəqliyyatı və digər texniki
vasitələrin boru kəmərlərinə və onların
obyektlərinə yaxınlaşmasına (əgər boru kəmərləri
qadağan olunmuş və ya xüsusi obyektlərin ərazisindən
keçirsə, müvafiq təşkilatlar boru kəmərlərinə
xidmət edən işçilərə sutkanın istənilən
vaxtında baxış keçirmək və təmir işləri
aparmaq üçün buraxılış vərəqəsi
verməlidirlər);
-
boru kəmərlərini istismar etmək məqsədi ilə
həmin boru kəmərlərinin izolyasiyasının keyfiyyətinin
və onların elektro-kimyəvi mühafizə vasitələrinin
vəziyyətinin yoxlanılması üçün bu barədə
torpaq istifadəçilərinə qabaqcadan bildirməklə
(işlərin başlanmasına ən azı 5 gün
qalmış), mühafizə zonası daxilində
şurfların açılmasına və digər torpaq
işlərinin aparılmasına;
-
meşə massivlərindən keçən boru kəmərlərində
qəza baş verdikdə, ağacların kəsilməsinə;
-
1 ay müddətində müəyyən olunmuş qaydada
meşəqırma biletləri rəsmiləşdirilməli və
qırma yerləri ağac qalıqlarından təmizlənməli,
sonra meşəbərpa işləri aparılmalıdır.
4.1.7.
“Mühafizə zonası”nın dəmir yolları və ya
avtomobil yolları üçün ayrılmış dəhlizlərlə,
yüksək gərginlikli elektrik xətlərinin və
başqa obyektlərin mühafizə zonaları ilə üst-üstə
düşdüyü hallarda həmin ortaq sahələrdə
bu obyektlərin istismarı ilə əlaqədar işlər
müvafiq tərəflərin qarşılıqlı
razılaşması əsasında həyata keçirilir.
4.1.8.
Magistral neft kəmərlərində qəza baş verdikdə
MNK-nı istismar edən idarələrin məsul şəxsləri
dərhal qəzanın ləğvi üzrə işlərə
başlamalıdır, özünün yuxarı təşkilatına,
AR Sənaye və Energetika Nazirliyinə, Sənayedə
İşlərin Təhlükəsiz Görülməsi və
Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə,
texniki təhlükəsizlik sahəsində xüsusi icazənin
verilməsi, yoxlama və nəzarət funksiyalarının həyata
keçirilməsi hüquqlarına malik mərkəzi icra
hakimiyyəti orqanlarına, Azərbaycan Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində
Dövlət Əmək Müfəttişliyinə, Neft və
Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı
Komitəsinə Əlavə 2-də göstərilən forma
üzrə məlumat verməlidir, təhlükəli maddələrin
tullanışı ilə, partlayış və
yanğınla müşayiət olunan qəzalar baş verdikdə
müvafiq qaydada Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Fövqəladə Hallar Komissiyasına, SİTG və
DMND Agentliyinə, FHN-nin Dövlət Yanğından
Mühafizə Xidmətinə xəbər verməlidir.
4.1.9.
MNK-nın keçdiyi ərazidən hüquqi və fiziki
şəxslərin müraciəti əsasında
ayrılması nəzərdə tutulmuş torpaq sahələri
ARDNŞ-lə razılaşdırılmaldır.
4.1.10.
MNK-nın yerləşdiyi rayonda yaşayış massivlərinin
(məntəqələrin), sənaye, kənd təsərrüfatı
müəssisələrinin, tikililərin (yaşayış və
qeyri yaşayış) inşasına Azərbaycan
Respublikası Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş
magistral neft kəmərlərinin layihələndirilməsi
normaları və tikinti normalarında (AzDTN-2.9-1 və AzDTN
2.9-2) nəzərdə tutulduğu kimi, obyektlə kəmərin
mərkəzi oxu arasındakı minimum məsafə ciddi
gözlənilməklə icazə verilir.
4.1.11.
MNK-nın mühafizə zonalarında işlərin aparılması
və təşkil olunması qaydaları, işlərin
aparılması üçün sənədlərin, işə
buraxılışın rəsmiləşdirilməsinə
olan tələblər, MNK-nın mühafizə zonalarında
işlərin aparılmasına nəzarətin həyata
keçirilmə ardıcıllığı bu Qaydaların
8.1 - 8.3 bölmələrində göstərilmişdir.
4.2. Magistral neft kəmərlərinin
xətti hissəsi
Ümumi tələblər
4.2.1.
MNK-nın istismarı prosesində magistral neft kəmərlərinin
mühafizə zonalarına olan tələblərə riayət
edilməlidir.
4.2.2.
MNK-nın orta oxundan hər tərəfdən eni ən azı
3m məsafədə torpaq zolağı təmizlənmiş
(ağaclardan, kollardan) vəziyyətdə
saxlanılmalıdır.
4.2.3.
Neft kəmərlərinin xətti boyu, yer səthindən
1,2-2,0 m hündürlükdə xəbərdaredici nişanlar
qoyulmalıdır.
4.2.4.
Neft kəmərinin xəttində kəmərin dayaz
yatımlı yerləri P-şəkilli nişanlarla qeyd
olunmalıdır.
4.2.5.
Neft kəməri xəttinin avtomobil, dəmir yolu və su maneələri
ilə kəsişən yerlərində, xətti
armaturların yanında və təhlükəli sahələrdə
xəbərdaredici nişanlar qoyulmalıdır.
4.2.6.
Neftin axıb yayılmasına qarşı mühafizə
qurğuları (bəndlər, çalalar və neft
tutucuları) saz vəziyyətdə saxlanılmalı,
vaxtında təmir olunmalı və neftdən, zibildən,
lildən təmizlənməlidir.
4.2.7.
Neft kəmərinin xətti hissəsinin bütün qurğu
və tikililəri, həmçinin kabel və hava rabitə xətti
texniki cəhətdən saz vəziyyətdə
olmalıdır.
4.2.8.
Neft kəmərinin yer altından yer üstünə keçən
hissələrinin əvvəlində və sonunda daimi çəpərlər
quraşdırılmalıdır.
4.2.9.
Neft kəmərlərinin üzərindəki
bağlayıcı armaturların texnoloji nömrəsi, siyirtmənin
vəziyyət göstəricisi olmalı, həmin yerlər xəbərdaredici
nişanlarla qeyd olunmalıdır.
4.2.10.
Siyirtmələrin yivli oxu çıxarılıb taxılan
qapaqla təchiz olunmalı, kipləndirici kamera bağlı
olmalı, siyirtmənin sükanında fırlanma istiqamətini
(“açıqdır”, “bağlıdır”) göstərən
işarə olmalıdır.
4.2.11.
Siyirtmələrin intiqalları, təmizləmə və
diaqnostika vasitələrinin keçid xəbərdarediciləri,
ayrıca yerləşdirilmiş vantuzlar, təzyiqin endirmə
qovşaqları və digər açıq havada
quraşdırılmış avadanlıqlar qıfıllı
yaxud xüsusi qapayıcı qoruyucu örtüklərlə təchiz
edilməlidir.
4.2.12.
Neft kəmərlərinin çaydan keçən yerlərində
və ya 700m-dən az məsafədə yaşayış məntəqələrindən
və sənaye müəssisələrindən qəbul
olunmuş normadan yuxarı səviyyədə keçdiyi yerlərdə
neft kəmərlərində quraşdırılan
bağlayıcı armaturlar məsafədən idarə olunan
qurğularla təchiz edilməli və ətrafına bəndlər
çəkilməlidir.
4.2.13.
Magistral neft kəmərlərinin xətti hissəsinin
bağlayıcı armaturlar qovşaqları çəpərlənməlidir.
4.2.14.
Xətti siyirtmələrin yer səthindən 1,5m–dən
çox hündürlükdə yerləşən xidmət
meydançaları quraşdırılmalıdır.
4.2.15.
İdarəetmə qovşaqlarına, bağlayıcı
armaturun sürgüsünün vəziyyət göstəricilərinə
xidməti heyətin maneəsiz yaxınlaşması təmin
olunmalıdır.
4.2.16.
Giriş yolları, neft kəməri üzərindən
keçidlər, neft kəməri xətti boyu yollar (neft kəmərindən
10 metrdən az olmayan məsafədə olan) və vertolyot
meydançaları saz vəziyyətdə saxlanılmalı və
texnoloji sxemlərdə qeyd olunmalıdırlar.
4.2.17.
Neft kəmərinin xəttinə baxış keçirən
xətti hissənin xidməti heyəti qəza təhlükəli
sahələrin yerlərdə işarələnməsi
üçün daşınan xəbərdaredici
nişanlarla, neftin çıxdığı zonanın
çəpərlənməsi üçün siqnal lenti ilə,
daşınan qaz analizatorla və əleyhqazlarla,
partlayışdan mühafizəli daşınma fənərlərlə
və rabitə vasitələri ilə təmin edilməlidir.
Süzgəcli əleyhqazların xarakteristikası Əlavə
4-də verilmişdir.
4.2.18.
MNK-nın obyektləri müntəzəm olaraq neft kəmərlərinin
keçdiyi yerlər və təhlükəsizlik qaydaları
haqqında kütləvi informasiya vasitələri ilə əhalini
xəbərdar etməli və neft kəmərinin keçdiyi
meşə və torpaqların istifadəçilərinə
yazılı xəbərdarlıq etməlidir.
4.3. Yerüstü və
yeraltı kommunikasiyalarla eyni texniki dəhlizdən keçən
və onlarla kəsişən yerlərdə neft kəmərlərinin
istismar xüsusiyyətləri
4.3.1.
Eyni texniki dəhlizdən keçən kommunikasiyaların
fiziki şəxslərə mənsub olan müəssisələrində
texniki dəhlizdən keçən kommunikasiyalara olan tələblərə
və onlara birgə nəzarətin həyata keçirilməsinə
dair təlimat olmalı, eləcədə kommunikasiyaların zədələnməsi
və yaxud mühafizə zonalarına şamil olunmuş tələblərin
pozulması halları aşkar edildikdə həmin müəssisələr
biri-birini bu barədə məlumatlandırmalıdırlar.
4.3.2.Eyni
texniki dəhlizdən keçən kommunikasiyaların fiziki
şəxslərə mənsub olan müəssisələrində
texniki dəhlizin qonşu obyektlərində baş verən qəzaların
qarşısının alınması üzrə zəruri tədbirləri
nəzərdə tutan mümkün qəzaların ləğvi
planı olmalıdır. Həmin plan eyni dəhlizdən
keçən kommunikasiyaları istismar edən bütün
müəssisələrlə razılaşdırılmalı
və qəza-bərpa işlərində onların birgə
iştirakını nəzərdə tutmalıdır.
4.3.3.
Paralel və kəsişən kommunikasiyaların mühafizə
zonalarında aparılan işlər texniki dəhlizin
kommunikasiyalarının sahibkar müəssisələri ilə
razılaşdırmalı və mühafizə zonasında
işlər aparılan kommunikasiya sahiblərinin nəzarəti
altında həyata keçirilməlidir.
4.3.4. Eyni texniki dəhlizdən
keçən kommunikasiyaların sahibkar müəssisələri
üçün işlərin aparılması və təşkili
qaydaları, işlərin aparılması üzrə sənədlərin
rəsmiləşdirilməsinə olan tələblər,
işə buraxılışın verilməsi qaydası,
işlərin yerinə yetirilməsinə nəzarətin həyata
keçirilməsi qaydaları bu Qaydaların 8.1 bölməsində
verilmişdir.
4.4. Magistral neft kəmərlərinin
sualtı və havadan keçən hissələri
4.4.1.
Magistral boru kəmərlərinin, körpülərin,
hidrotexniki qurğuların və yüksəkgərginlikli
elektrik hava xətlərinin mühafizəsinin gücləndirilməsinə
dair bəzi tədbirlər barədə AR NK-nin 20 avqust 2008-ci
il tarixli, 191 nömrəli qərarına əsasən,
çay keçidlərinin yuxarı və aşağı
axarları üçün 3 kilometrlik məsləhətləşmə
zonası nəzərdə tutulmalıdır. Bu zona daxilində
çay yatağında çay axarına təsir edəcək
və eroziya ilə nəticələnə biləcək hər
hansı fəaliyyətin aparılması, bənd və maneələrin
tikilməsi üçün lisenziya, icazə və ya səlahiyyətlər
verilməmişdən əvvəl istismarçı təşkilat
xəbərdar edilməlidir. İstismarçı təşkilat
öz növbəsində çay keçidi üzrə belə
fəaliyyətlərin nəticələri haqqında dövlət
təşkilatlarına məlumat və məsləhət verməlidir.
4.4.2.
MNK-nın sualtı keçidlərinin mühafizə
zonalarının sərhədlərində məhdudlaşdırıcı
nişanlar qoyulmalıdır
4.4.3.
MNK-nın sualtı keçidləri daimi geodeziya
nişanları ilə (reperlərlə) təchiz
olunmalıdır.
4.4.4.
Təmizləmə və diaqnostika vasitələrinin
buraxıcı-qəbul kameralarının hissələri, sahil
siyirtmələri və vantuz quyuları çəpərlənməlidir.
4.4.5.
Təmizləmə və diaqnostika vasitələrinin
buraxıcı-qəbul kameralarının hissələrinin və
sahil siyirtmələrinin çəpərləri mühafizə
siqnalizasiyası ilə təchiz edilməlidir.
4.4.6.
Siyirtmələrin intiqalları, meydançalardakı
qaldırıcı mexanizmlər, TDVİQK-nin sürgüləri,
TDV-nin keçdiyi siqnalizatorlar, ayrıca yerləşmiş
vantuzlar, təzyiq ölçmə qovşaqları, neft
sızması üçün yığım tutumları, bəndlərdə
quraşdırılan drenaj siyirtmələri və
açıq havada yerləşdirilmiş digər
avadanlıqlar qıfıllı qoruyucu örtüklərlə
bağlanmalıdır və ya xüsusi bloklayıcı
qurğularla təchiz edilməlidir.
4.4.7.
Neft kəmərlərinin su maneələrinin üzərində
quraşdırılan keçidlərində istismar müddəti
keçmiş armaturların qoyulması qadağandır.
4.4.8.
Əsas və ehtiyat su keçidlərində “A” sinifli hermetik
sürgüsü olan şiber siyirtmələri
quraşdırılmalıdır.
4.4.9.
Təmizləmə və diaqnostika vasitələrinin işəsalma-qəbul
kameralarının hissələri və bağlayıcı
armaturların qovşaqları
işıqlandırılmalıdır.
4.4.10.
Neft kəmərlərinin sualtı keçidlərində
siyirtmələrin elektrik təchizatında fasilələrə
yol verilməməlidir.
4.4.11.
MNK-nın yeni tikilən sualtı keçidləri
sızmanı aşkar edən sistemlə təchiz
olunmalıdır. “Boru içərisində boru” tipli
keçidlər boru arası fəzada təzyiqə nəzarət
sistemləri ilə təchiz edilməlidir.
4.4.12.
Taxtadan hazırlanmış bütün hava keçidləri
çəpərlərlə təchiz edilməlidir.
4.4.13.
Dalğıc enişləri və daxili gəmiçilik
yolları hüdudlarında (çay, göl, kanal və su
anbarı) işlərə başlamazdan əvvəl xəbərdaredici
nişanlar qaldırılıb endirilməlidir.
4.4.14.
Suyun üzərindən sualtı neft kəmərinin təhqiqatının
aparılması ən azı üç nəfərdən
ibarət qrup tərəfindən, kiçik
ölçülü və yaxud motorlu gəmidən istifadə
etməklə həyata keçirilməlidir.
4.4.15.
Suda işləyən bütün işçilər xilasedici
jilet geyinməli, suda batan insanın xilas edilməsi və zərərçəkənə
həkim gələnə qədər ilk tibbi yardımın
göstərilməsi üsullarını mükəmməl
bilməlidir.
4.4.16.
Kiçik ölçülü gəmilər qeydiyyata
alınmalı və FHN-nin kiçik həcmli gəmilər
üzrə dövlət müfəttişliyində hər il
texniki yoxlamadan keçməlidirlər.
4.4.17.
Gəmidə xəbərdaredici bayraqlar (nişan,
üzücü nişan və s.) və xilasedici dəstlər
olmalıdır.
4.4.18.
Qış aylarında buz üzərində işlərə
başlamazdan əvvəl, buzun vəziyyəti (möhkəmliyi)
dəqiq yoxlanılmalıdır.
4.5. Magistral neft kəmərlərinin
avtomobil və dəmir yollarından keçidləri
4.5.1.
MNK-nın hər kateqoriyalı avtomobil və dəmir
yollarından keçən hissəsi polad borulardan
hazırlanmış qoruyucu qutulara salınmalıdır.
4.5.2.
Neft kəmərlərinin avtomobil və dəmir yolları ilə
kəsişmə sahələrində təhlükəsizlik
nişanları qoyulmalıdır.
4.6. Magistral neft kəmərlərinin
xətti hissəsinin təmizlənməsi və
diaqnostikası
4.6.1. Ümumi tələblər
4.6.1.1.
MNK-nın xətti hissəsinin təmizlənməsi və
diaqnostikası üzrə işlər saz alətlərin, tərtibatların,
cihazların və yoxlanılmış ölçü vasitələrinin
tətbiqi ilə aparılmalıdır.
4.6.1.2.
TDVİQK-in konstruktiv ölçüləri təmizləmə
qurğularının və borudaxili yoxlama cihazlarının təhlükəsiz
işə salınması və qəbulunu təmin etməlidir.
4.6.1.3.
Təmizləmə və diaqnostika vasitələrinin daxil
edilməsi, işə salınması, qəbulu və
çıxarılması ilə əlaqədar bütün
işlər magistral neft kəmərlərinin müvafiq obyekti
üzrə təyin olunmuş mütəxəssisin rəhbəliyi
altında, diaqnostika aparılan zaman isə diaqnostika işlərini
aparan müəssisənin mütəxəssisinin nəzarəti
altında görülməlidir.
4.6.1.4.
Boru kəmərlərinin daxili səthinin təmizlənməsində
və diaqnostikasında istifadə olunan avadanlıqların
aşağıdakı sənədləri olmalıdır:
-
avadanlığın pasportu;
-
istifadə edilən elektrik avadanlıqlarının və
cihazların partlayış mühafizəli olması haqda
şəhadətnamələri (sertifikatları);
-
istifadə edilən cihazların elektrik qurğularının
partlayış təhlükəlilik sertifikatı (şəhadətnaməsi);
-
istismar təlimatı.
4.6.1.5.
Boru daxili cihazlar (qurğular) işə salınarkən heyətlə
dispetçer, işin aparılmasına məsul şəxs və
müşayiət qrupları arasında mobil radio və yaxud
telefon əlaqəsi təmin edilməlidir.
4.6.1.6.
TDV-də (təmizləmə və diaqnostika vasitələri)
verici-siqnalizatorun quraşdırılması (çıxarılması)
partlayış təhlükəli zonadan kənarda həyata
keçirilməlidir.
4.6.1.7.
BYC-ın (borudaxili yoxlayıcı cihaz)
proqramlaşdırılması partlayış təhlükəli
zonadan kənarda, buraxıcı kamera bağlı vəziyyətdə
yerinə yetirilməlidir.
4.6.1.8.
TDV-nin magistral neft kəmərinə daxil edilməsi zamanı
buraxıcı kamera, qəbul kamerası, yeraltı drenaj tutumu
və texnoloji sarğıların boru xətləri neftdən
azad olunmalıdır.
4.7. TDVİQK-da
DYC-nın daxil edilməsi üzrə işlərin
aparılması zamanı təhlükəsizlik tədbirləri
4.7.1.
Təmizləmə qurğularının və boru daxili
yoxlama cihazlarının TDV - nin buraxıcı kameraya daxil
edilməsi bunun üçün nəzərdə tutulmuş
xüsusi daxiledici qurğunun (запасовочное устройство) köməyi
ilə aparılmalıdır.
TDV-nin
daxil edilməsi və çıxarılması zamanı
istifadə edilən yükqaldırıcı mexanizmlər və
ləvazimatlar texniki yoxlamadan keçməlidir.
4.7.2.
Buraxıcı kameranı açmazdan əvvəl daxiledici
qurğu onunla yerləbirləşdirmə kabeli vasitəsi ilə
etibarlı birləşdirilməlidir.
4.7.3.
Neft buraxıcı kameradan havanın buraxılması
üçün qurğular açıq vəziyyətdə
olarkən boşaldılmalıdır.
4.7.4.
Təmizləyici qurğu və boru daxili yoxlama cihazları səlis
və tədricən kameraya daxil edilməlidir.
4.7.5.
TDV-nin buraxıcı kamerasının qapağını
bağladıqdan sonra və kamerada təzyiq olduqda onun
açılmasının qarşısını alan qoruyucu
qurğu quraşdırılmalıdır.
4.7.6.
TDV-nin buraxıcı kamerası neftlə doldurulan zaman onun
daxilindəki qaz-hava qarışığı iki ədəd
qol boru vasitəsilə boşaldılmalıdır.
4.8. TDVİQK-da
DYC-nın çıxarılması üzrə işlərin
aparılması zamanı təhlükəsizlik tədbirləri
4.8.1.
TDV-nin qəbul kamerasında təzyiq endirildikdən sonra,
cihazın özünün partlayış təhlükəsizliyinin
təmin edilməsi məqsədilə avtomatik
açılması üçün o, bağlı kamerada ən
azı 40 dəqiqə saxlanılmalıdır.
4.8.2.
TDV-nin qəbul kamerasına cihazın daxil olmasından və
orada təzyiq düşküsündən 40 dəqiqə
sonra partlayış təhlükəsizliyini xəbərdar edən
səs siqnalı işə düşmədikdə,
cihazın litium batareyalarının boşalmasını
işçi gərginlikdən minimum aşağı səviyyəyədək
düşməsini gözləmək lazımdır ki, bundan
sonra partlayış təhlükəsizliyini xəbərdar edən
səs siqnalı işə düşsün.
4.8.3.
TDV-nin qəbul kamerası açılmazdan əvvəl qəbul
novu kamera ilə yerləbirləşdirmə kabeli vasitəsi
ilə etibarlı birləşdirilməlidir. Kamera
bağlanmamış yerləbirləşdirmə kabelini
açmaq qadağandır.
4.8.4.
TDV-nin qəbul kamerasından neftin boşaldılması
zamanı kameraya havanın daxil ola bilməsi üçün
nəzərdə tutulmuş qurğu açıq vəziyyətdə
saxlanılmalıdır.
4.8.5.
Təmizləmə qurğuları və boru daxili nəzarət
cihazları qəbul kamerasından bucurğad (лебедка) vasitəsilə,
kəskin hərəkətə yol vermədən səlis
şəkildə çıxarılmalıdır.
4.8.6.
TDV-nin işə salma kamerasının qapağının
bağlanmasından sonra, kamerada təzyiq olduqda onun
açılmasının qarşısını alan qoruyucu
qurğu quraşdırılmalıdır.
4.9. Magistral neft kəmərlərinin
sınaqdan keçirilməsi
4.9.1.
Texniki şərtlərə əsasən yeni tikilən, əsaslı
təmir olunan, genişləndirilən və texniki cəhətdən
yeniləşdirilən MNK istifadəyə verilməzdən əvvəl
möhkəmliyə və kipliyə sınanmalıdır.
Boru kəmərlərinin sınaq işləri BCH 011-88
normativ sənədinin tələbləri nəzərə
alınmaqla aparılmalıdır.
4.9.2.
Neft boru kəmərlərinin möhkəmliyə sınaqdan
keçirilməsi haqqında qərar ətraf mühitin
mühafizəsi problemləri ilə bağlı tədbirlərlə
əlaqədar, qəza halında olub-olmaması haqqında təhlilin
və boruların diaqnostik müayinəsinin nəticələri
əsasında, həmçinin, neftvurma rejiminin və sxeminin
dəyişdirilməsi ilə bağlı qəbul edilməlidir.
4.9.3.
MNK-nın sınaqdan keçirilməsi tikinti-quraşdırma
idarəsi və təşkil olunmuş komissiyanın rəhbərliyi
altında aparılır. Komissiyanın tərkibinə
sifarişçi və quraşdırma təşkilatlarının,
SİTG və DMND Agentliyinin nümayəndələri həmçinin
daxil edilir.
4.9.4.
Sınaq komissiyası baş podratçı və
sifarişçi təşkilatların birgə
hazırladığı əmrlə təyin edilir.
4.9.5.
Sınaq işləri xüsusi hazırlanmış təlimat
üzrə aparılır. Təlimatda texniki təhlükəsizlik,
yanğın və elektrik təhlükəsizliyi tələbləri
öz əksini tapmalıdır.
4.9.6.
MNK-nın sınaqdan keçirilməsi üzrə təlimat
SİTG və DMND Agentliyinin müvafiq yerli orqanları ilə
razılaşdırılmalıdır.
4.9.7.
Sınaq komissiyasının üzvləri və mühəndis-texniki
işçilər boru kəmərlərinin
sınağından əvvəl texniki təhlükəsizlik
tələbləri ilə tanış olmalıdır.
4.9.8.
MNK-nin sınağı üzrə bütün məlumatlar
sınaq komissiyasının sədri tərəfindən
verilir.
4.9.9.
Neft kəmərlərinin möhkəmliyə və hermetikliyə
yoxlanılması zamanı mühafizə zonası
saxlanılmalıdır. Mühafizə zonası boru kəmərlərinin
diametrindən asılı olaraq təyin olunur.
4.9.10.
Neft kəmərləri hava və su ilə təmizlənən
zaman, onların diametrlərindən asılı olmayaraq,
mühafizə zonası hər tərəfə 25m təyin
olunur. Pistonun (поршень) çıxma istiqamətində isə
100 metrdən az olmamalıdır.
4.9.11.
Boruların hidravlik sınağı zamanı mühafizə
zonası hər tərəfə 50m olmalıdır.
4.9.12.
Neft boru kəmərləri yer səthində
quraşdırıldıqda müşahidə zonası iki dəfə
artırılmalıdır.
4.9.13.
İşçilər, mexanizmlər və avadanlıqlar
mühafizə zonasından kənarlaşdırılmalıdır.
4.9.14.
Müşahidə zonası yalnız komissiya sədrinin
göstərişi ilə ləğv edilməlidir.
4.9.15.
Magistral və texnoloji boru kəmərlərinin
sınağı yalnız bütün boru kəmərləri
boyu etibarlı rabitə əlaqəsi yaradıldıqdan sonra
aparılmalıdır.
4.9.16.Boru
kəmərlərinin mühafizə zonasından kənarda
yerləşən bağlayıcı kranlar, siyirtmələr
arasında telefon əlaqəsi və radio əlaqə
postları yaradılmalı və onlara xidmət edən
işçilər boruların sınaq təlimatları ilə
tanış olmalıdır.
4.9.17.
Əlaqə postlarındakı növbətçilər daim
yerlərində olmalı, rəhbərliyin icazəsi olmadan
iş yerlərini tərk etməməlidirlər.
4.9.18.
Neft kəmərləri dəmir və avtomobil yolları ilə
kəsişdiyi və yaxud onların
yaxınlığından keçdiyi hallarda, komissiya həmin
təşkilata qabaqcadan xəbər verməli və onu təhlükəsizlik
tədbirləri ilə tanış etməlidir.
4.9.19.
Neft kəmərləri avtomobil yollarının və
yaşayış yerlərinin yaxınlığından
keçirsə, mühafizə zonasının kənarlarında
mühafizə postu və xəbərdaredici nişanlar
qoyulmalıdır.
4.9.20.
Magistral və texnoloji boru kəmərlərinin
sınağına başlamazdan əvvəl komissiyanın qeyd
etdiyi yerlərdə qəza-təmir, rabitə və növbətçi
postları yerləşdirilməlidir. Komissiyanın sədri
yalnız bütün tədbirlərin həyata
keçirildiyini dəqiqləşdirdikdən sonra sınaq
işinin aparılmasına göstəriş verməlidir.
4.9.21.
Sınaqdan keçirilən boru kəmərləri digər
borulardan mövcud üsullarla təcrid edilməlidir.
Sınağın parametrlərinin ölçülməsi
mühafizə zonasından kənarda aparılmalıdır.
4.9.22.
Sınaq göstəriciləri mühafizə zonasından kənarda,
məsafədən idarə olunan ölçü cihazları
ilə həyata keçirilməlidir.
4.9.23.
Neft boru kəmərlərini hava ilə sınaqdan
keçirdikdə sınaq təzyiqi 30 kRa/0,3 kqs/sm2 qədər
və 2 MRa/20 kqs/sm2-dən artıq olmamaq şərtilə
tədricən qaldırılır. Sonra havanın verilməsi
dayandırılır və boru kəmərlərinin
sınağının birinci yoxlanmasına icazə verilir.
4.9.24.
Neft kəmərlərinə baxış keçirildikdən
və bütün nöqsanlar aradan qaldırıldıqdan
sonra sınaq təzyiqinə qədər havanın verilməsi
davam etdirilir. 4.9.25. Neft kəmərlərində yoxlama təzyiqi
işçi təzyiqə endirildikdən sonra kəmərlərin
xətti boyu yoxlamanın aparılmasına icazə verilir.
4.9.25.
Əgər sınaq vaxtı sınaq təzyiqi dəyişməz
qalırsa, işçi təzyiq rejimində sızma baş
vermirsə, boru kəmərlərinin möhkəmliyə və
hermetikliyə sınanması başa çatmış hesab
edilir.
4.9.26.
Sınaq vaxtı magistral və texnoloji boru kəmərlərində
nasazlıqlar aşkar olunduqda sınaq işləri dərhal
dayandırılmalı və bütün nasazlıqlar aradan
qaldırılmalıdır.
4.9.27. Neft boru kəmərinin
sınağının nəticələri onların pasportuna
daxil edilməlidir.
V. Köməkçi
obyektlərin, tikililərin, qurğuların və
avadanlıqların istismarında təhlükəsizlik tələbləri
5.1. Laboratoriyalar
Analitik – kimya
laboratoriyaları
5.1.1.
Laboratoriyada yanğın, elektrik təhlükəsizliyi, əməyin
mühafizəsi və texniki təhlükəsizlik
qaydalarına riayət olunmasına laboratoriyanın müdiri məsuliyyət
daşıyır. Laboratoriya müdiri və işçilər
kimya laboratoriyasında işlərin təhlükəsiz
görülməsinə dair sahə təlimatının tələblərinə
uyğun olaraq laboratoriyada əməyin mühafizəsinə
dair təlimat işləyib hazırlayır.
5.1.2.
Hər bir laboratoriyada yanğın təhlükəsizliyinə
cavabdeh şəxsin soyadı və adı yazılan lövhə
asılmalıdır.
5.1.3.
Laboratoriyanın işçi otaqları axınlı-sorma
ventilyasiya sistemləri ilə təchiz olunmalı, otaqlarda sorucu
şkaflar quraşdırılmalıdır.
5.1.4.
Şüşəsi sınıq və ventilyasiyası nasaz
olan sorucu şkaflarda işləmək qadağandır.
5.1.5.
Hidrogen sulfidli neftlərlə işlər aparılan otaqlarda
ventilyasiya sistemləri fərdi, digər otaqların ventilyasiya
sistemi ilə əlaqəli olmamalıdır.
5.1.6.
Sorucu şkaflar və qab yuma otaqları partlayışdan
mühafizəli fənərlərlə
işıqlandırılmalıdır. Elektrik
açarları və ştepsel rozetkaları sorucu
şkaflardan kənarda quraşdırılmalıdır.
5.1.7.
Yanğın-partlayış təhlükəli maddələrlə
işləmək üçün kimyəvi iş masaları
və sorucu şkaflar yanmayan materialdan olan örtüklərlə,
turşularla, qələvilərlə və digər kimyəvi
aktiv materiallarla işləyərkən onların təsirinə
davamlı örtüklərlə təchiz olunmalı;
masaların ətrafında hündürlüyü 1 sm az
olmayan bortlar quraşdırılmalıdır.
5.1.8.
Partlayış təhlükəli buxarların və
qazların ayrılması ilə bağlı işlər
sorucu şkaflarda, axınlı-sorucu ventilyasiya sistemləri
işləyən zaman həyata keçirilməlidir.
5.1.9.
Sorucu şkaflara aparılacaq işlərlə bağlı
olmayan kimyəvi qablar, laboratoriya cihazları yığmaq
qadağandır.
5.1.10.
Laboratoriya otaqlarında iş üçün lazım olan
neft məhsullarının və kimyəvi reaktivlərin
miqdarı sutka tələbatından artıq
olmamalıdır. Bir-biri ilə kimyəvi reaksiyaya girməsi nəticəsində
yanğına və partlayışa səbəb ola bilən
maddələrin bir yerdə saxlanılmasına yol verilməməlidir.
Kimyəvi maddələrin bir yerdə saxlanılması
qaydaları Əlavə 5-də verilmişdir.
5.1.11.
İçərisində təhlükəli kimyəvi maddələr
saxlanılan şüşə qablar səbətin içində
daşınmalıdır.
5.1.12.
Bütün kimyəvi maddələr və materiallar
qıfılla bağlanan xüsusi şkaflarda
saxlanılmalı, reaktivlər saz ventilyasiya sistemi ilə təchiz
olunmuş xüsusi otaqlarda saxlanılmalıdır.
5.1.13.
Laboratoriyanın qaz şəbəkəsi iş yerlərində
ventil və kranlardan əlavə otaqdan kənarda, əl
çatan yerdə quraşdırılmış
bağlayıcı ventillə təchiz olunmalıdır.
5.1.14.
Sıxılmış maye, yanar qazlar saxlanılan balonlar
ölçülərindən asılı olmayaraq otaqdan kənarda
yerləşən metal şkaflarda saxlanılmalıdır.
Şkaflarda havanın dəyişməsi üçün
barmaqlıqlar və yaxud deşiklər olmalıdır.
5.1.15.
İş günü başa çatdıqdan sonra daxili
elektrik şəbəkəsini açmaq üçün
laboratoriya otağından kənarda ümumi elektrik
açarı quraşdırılmalıdır.
5.1.16.
Laboratoriyada iş qurtardıqdan sonra texniki təhlükəsizlik
və yanğın təhlükəsizliyinə cavabdeh şəxs
aşağıdakıları yoxlamalıdır:
-
su və qaz kranlarının və ümumi ventilin
bağlı olmasını;
-
lampalar, odluqlar və digər od təhlükəli
cihazların söndürülməsini;
-
elektrik qəbuledicilərinin (işıq, ventilyasiya və s.)
şəbəkəsinin açılmasını.
5.2. Qaynaq birləşmələrinin
və neft kəmərlərinin izolyasiyasının keyfiyyətinə
dağıdıcı olmayan üsulla nəzarət
laboratoriyası
5.2.1.
Radioqrafik üsulla nəzarəti həyata keçirən
laboratoriyanın radiasiya-gigiyenik pasportu olmalıdır.
5.2.2.
Magistral neft kəmərləri idarəsinin və kənar təşkilatların
defektoskopiya xidmətinin mütəxəssisləri
attestasiyadan keçməli, tətbiq olunan
dağıdıcı olmayan defektoskopiya üsulları üzrə
ixtisasları II dərəcədən aşağı
olmamalıdır.
5.2.3.
Boruların qaynaq birləşmələrinin
dağıdıcı olmayan rentqen-qrafik, ultrasəs,
burulğanlı-cərəyan, maqnit-toz, mayenin hopdurulması
üsulları ilə defektoskopiyanın aparılmasında
istehsalçı-zavodun təlimatlarının tələbləri
nəzərə alınmalıdır.
5.2.4.
Defektoskopiyada istifadə olunan aparatların dövlət
yoxlamasından keçməsi haqqında şəhadətnaməsi
və istismar təlimatı olmalı, saz vəziyyətdə
tətbiq edilməlidir, bütün cihazların uyğunluq
sertifikatı olmalıdır.
5.2.5.
Bütün elektrik avadanlıqlarının metal gövdələri
“Правила устройства Электроустановок”-“Elektrik Qurğularının
Qurulması Qaydaları”nın (sonralar ПУЭ) tələblərinə
uyğun olaraq yerlə birləşdirilməlidir
(sıfırlanmalıdır).
5.2.6.
Defektoskopiya işləri azı iki nəfərdən ibarət
briqada tərəfindən aparılmalıdır.
5.2.7.
İzolyasiyanın keyfiyyətini yoxlamaq üçün tətbiq
olunan defektoskopla, qalınlıq ölçən cihazla
işləməyə təhlükəsizlik qaydalarını
bilən və yüksək gərginlik altında (1000V-dan
yuxarı) olan avadanlıqlarla işləməyə icazəsi
olan şəxslər buraxılır. Bu halda işçilərin
birinin elektrik təhlükəsizliyi üzrə ən azı
IV qrupu olmalıdır.
5.2.8.
Tufanlı hava şəraitində açıq meydançalarda
defektoskopiya işləri görmək qadağandır.
5.2.9.
Qəza şəraiti yarandıqda defektoskopiya işləri
görən heyət aparatları söndürməli, təhlükəli
zonanı tərk etməlidir.
5.3. Elektrik sınaq
laboratoriyaları
5.3.1.
Elektrik sınaq laboratoriyaları AR FHN SİTG və DMND
Agentliyində qeydiyyatdan keçməlidir.
5.3.2.
Elektrik sınaq laboratoriyasının operator yeri 1000V-dan
yüksək olan elektrik qurğularından ayrı
olmalıdır. 1000V-dan yüksək olan qurğunun
otağına açılan qapı sınaq sxeminin elektrik
qidalanmasını açan bloklama qurğusu ilə təmin
olunmalıdır ki, qapılar açıq olduqda
qidalanmanı qoşmaq mümkün olmasın.
5.3.3.
Operatorun iş yerində 1000 V və ondan yüksək gərginliyin
qoşulması barədə işıq siqnalizasiya və
sınaq gərginliyinin verilməsi barədə səs
siqnalizasiyası olmalıdır.
5.3.4.
Sınaq gərginliyinin verilməsi vaxtı operator izoləedici
altlığın (və ya xalçanın) üstündə
dayanmalıdır.
5.3.5.
Səyyar sınaq qurğuları sınaq gərginliyinin
qoşulması barədə qısa müddətli səs
siqnalizasiyası ilə və sınaq qurğusunun girişində
gərginlik olduqda avtomatik qoşulan işıq və səs
siqnalizasiyası ilə təchiz olunmalıdır.
5.3.6.
Sınaqdan keçirilən avadanlıq, sınaq qurğusu, həmçinin
onları birləşdirən naqillər xəbərdaredici
plakatları olan lövhələrlə, burazlarla
hasarlanmalıdır.
5.3.7.
Sınaq qurğusuna gərginlik verilən andan səyyar
laboratoriyaya daxil olmaq və ya oranı tərk etmək, torpaqda
dayanmaqla qurğunun gövdəsinə və səyyar
laboratoriyanın banına əl ilə toxunmaq
qadağandır.
5.4. Ağac emalı və
mexaniki emalatxanalar
5.4.1.
Qaldırma-endirmə əməliyyatlarını yerinə
yetirmək üçün istehsalat binaları kiçik
mexanizasiya vasitələri ilə təchiz olunmalıdır.
5.4.2.
Dəzgah masaları, rəflər möhkəm,
dayanıqlı olmalı, döşəməyə möhkəm
bərkidilməli, işi rahat görmək üçün
hündürlüyü münasib, səthi tilişkənsiz,
hamar və çatısız olmalıdır. Dəzgah
masaları polad təbəqədən hazırlanmış
örtüklü və alətləri yığmaq
üçün siyirməsi olmalıdır.
5.4.3.
Dəzgahlarda detalları emal edən zaman “Metalların soyuq
üsulla emalında sanitariya və təhlükəsizlik
texnikası Qaydaları”nın tələblərinə riayət
edilməlidir.
5.4.4.
Ağac emalı emalatxanalarında qadağandır:
-
meşə materiallarının gündəlik tələbatdan
artıq miqdarda saxlanılması;
-
emaldan sonra qalan yonqarın, ağac tozunun, yağların,
lakların, yapışqanların və digər yanar maddə
və materialların saxlanılması;
-
elektrik avadanlıqlarının işlək vəziyyətdə
saxlanılması.
5.4.5.
Ağac emalı otaqlarındakı texnoloji avadanlıqlar
ağac tozundan və yonqardan növbə ərzində ən
azı bir dəfə, tikinti konstruksiyaları və fənərlər
isə iki həftədə bir dəfədən az olmayaraq təmizlənməlidir.
Ağac
emalı dəzgahlarından toz yerli sorma vasitələri ilə
təmizlənməlidir.
5.4.6.
Dəzgah və mexanizmlər qoruyucu və çəpərləyici
vasitələrlə təchiz olunmalıdır.
5.4.7.
Partlayışdan mühafizəli olmasını göstərən
nişanları olmayan elektrik avadanlığının
istismarı qadağandır.
5.4.8.
Partlayış təhlükəli zonalarda birləşdirici və
ya budaqlanma kabel muftalarını quraşdırmaq
qadağandır.
5.5. Elektrotexniki
qurğular
5.5.1.
Partlayış təhlükəli zonalarda partlayışdan
mühafizənin markalanması, zavod istehsalı olmayan, eləcə
də mühafizə və bloklama vasitələrinin, idarəetmə
sxemlərinin və mühafizənin nasazlığı olduqda
elektrik avadanlığının istismarı qadağandır.
5.5.2.
Partlayış təhlükəli zonada partlayışdan
mühafizəli avadanlıqların təmiri qüvvədə
olan normativ-texniki sənədlərin tələblərinə
uyğun aparılmalıdır. Partlayışdan mühafizəli
elektrik avadanlıqlarının təmirinə ancaq xüsusi təlim
və bilik yoxlamasından keçmiş mütəxəssislər
buraxıla bilər.
5.5.3.
Elektrik qurğularının yerləşdiyi otağın,
kameraların, lövhələrin, quraşdırmaların
qapıları (iş gedən otaqlardan başqa )
qıfılla bağlanmalıdır.
5.5.4.
Elektrik qurğularının otaqlarının
açarlarının verilməsi və saxlanılması
qaydaları magistral neft kəmərlərinin müvafiq struktur
bölmələrinin rəhbərliyi tərəfindən
müəyyən olunur. Açarlar nömrələnməli,
qıfıllanan yeşikdə saxlanılmalı və operativ
heyətin qeydiyyatında olmalıdır. Bir dəst açar
ehtiyatda qalmalıdır.
5.5.5.
Elektrik qurğularının texniki xidmətini və təmir
işlərini nərdivanla ən azı iki nəfər
aparmalıdır, bu halda işçilərdən biri
aşağıda olmalıdır.
5.5.6.
Elektrik qurğuları sınaqdan keçmiş mühafizə
vasitələri ilə komplektləşdirilməlidir. Elektrik
qurğularına xidmət edən heyət mühafizə vasitələri
ilə təmin olunmalı və onların tətbiqi
qaydalarına öyrədilməlidir.
5.5.7.
Mühafizə vasitələri onların
sazlığını və istifadəyə
yararlığını təmin edən bağlı otaqlarda
saxlanılmalıdır. Mühafizə vasitələri müəyyən
olunmuş müddətdə sınaqdan keçirilməlidir.
5.5.8.
Elektrik qurğularına xidmət edən heyətin elektrik təhlükəsizliyi
üzrə müvafiq qrupu olmalıdır.
5.5.9.
Mühərrikin və onun işləyən mexanizmlərin
fırlanan hissələrindən mühafizə çəpərlərinin
götürülməsi qadağandır.
5.5.10.
Güc transformatorlarına baxış yerdən və yaxud məhəccəri
olan stasionar nərdivanların üstündən keçirilməlidir.
İşləyən və ya ehtiyatda olan transformatorların
baxış meydançalarına giriş xəbərdaredici
plakatlar qoyulmalıdır.
5.5.11.
Transformator yağını qəbul edən qəza
tutumları saz vəziyyətdə olmalıdır. Hər bir
transformator meydançasında qumla yeşik olmalıdır.
Transformator kameralarının qapılarında təyin
olunmuş qaydaya uyğun plakatlar və transformatorun nömrəsi
bərkidilməlidir.
5.5.12.
Vakuum açarları ilə təchiz olunmuş
paylayıcı qurğularda (PQ-da)
qövssöndürücü kameraların
artırılmış gərginliyin amplitud qiyməti 20 kV-dan
çox olmaqla sınağın keçirilməsi zamanı
yaranan rentgen şüalarından personalı qorumaq
üçün xüsusi ekrandan istifadə edilməlidir.
5.5.13.
HEÖX-nin vaxtaşırı baxışları cədvələ
uyğun aparılmalıdır. Naqillərdə və
burazlarda sırsıra yarandıqda, buz axınında,
çayların daşmasında, xətt zonasında
yanğın baş verdikdə, tufan, qasırğa və
başqa təbii fəlakətlərdən sonra, eləcə
də HEÖX-nin rele mühafizəsi açılı və
təkrar müvəffəqiyyətsiz qoşulmasından sonra
HEÖX-nə növbədənkənar baxış
keçirilməlidir.
5.5.14.
HEÖX-nə baxış və nəzər yetirdikdə hər
hansı təmir və ya bərpa işləri görmək,
həmçinin dirəyə və onun konstruksiya elementlərinə
qalxmaq qadağandır.
5.5.15.
HEÖX-nin sahə heyəti xüsusi geyim, xüsusi
ayaqqabı, elektrik mühafizə vasitələri və
daşınma yerləbirləşdirmələr ilə təmin
olunmalıdır. Bütün işlər dəbilqədə
yerinə yetirilməlidir.
5.5.16.
Gərginlik altında olan HEÖX-də, dumanda,
yağışda və şimşəkli yağışda,
qar yağdıqda, sutkanın qaranlıq vaxtında, həmçinin
dirəklərdə işləri çətinləşdirən
küləkli hava şəraitində işləmək
qadağandır.
5.5.17.
Dirəyə qalxıb işləmək, yalnız dirəyin
bünövrəsinin dayanıqlığına və möhkəmliyinə
əmin olduqdan sonra icazə verilir.
5.5.18.
İçərisində yanar məhlullar, yanar və
partlayış təhlükəli qazlar olan texnoloji və
köməkçi boru xətlərini yerləbirləşdirici
və yaxud yerləbirləşdirilən naqil kimi istifadə
etmək qadağandır.
5.5.19.
Partlayış təhlükəli zonalarda kontakt birləşmələrinin
keçid müqavimətinin yoxlanılması
partlayışdan mühafizəli cihazlarla
aparılmalıdır.
5.5.20.
Partlayışdan mühafizəli elektrik
avadanlığında pasport göstəricilərinin lövhəciklərini
rəngləmək qadağandır.
5.5.21.
Partlayış təhlükəli zonalardakı otaqlarda və
otaqlardan xaricdə yerləşən qurğularda
qadağandır:
-
elektrik qurğularında nasaz mühafizə, yerləbirləşdirmə
(sıfırlama), nasaz qapayıcı quruluş olduqda və
qabığın partlayışdan mühafizə xüsusiyyətləri
pozulduqda işə qoşmaq;
-
partlayışdan mühafizəli elektrik
avadanlığının cərəyandaşıyıcı
hissələri gərginlik altında olduqda qabığı
açmaq;
-
elektrik qurğuları mühafizə aparatları ilə
avtomatik açıldıqda səbəbi
araşdırılıb aradan götürülmədən
onları qoşmaq;
-
qısa qapanmadan və ifrat yüklənmə cərəyanlarından
mühafizə olmadıqda elektrik qurğularını işə
qoşmaq;
-
elektrik qoruyucularının, əriyən qoymaları və
istilik relelərinin qızdırıcı elementləri kalibrənməmiş
olduqda tətbiq etmək;
-
partlayışdan mühafizənin tələblərinə
cavab verməyən daşınma çıraqları tətbiq
etmək;
-
qığılcım təhlükəli cihazların qida mənbələrinə
onların komplektinə daxil olmayan cihaz və aparatları
qoşmaq;
-
elektrik naqilləşdirilməsi üçün polad boruların
və elektrik kabellərinin üst qabığı zədələnmiş
olduqda kabelləri istismar etmək.
5.5.22.
Partlayış təhlükəli zonalarda partlayışdan
mühafizə nişanları olmayan elektrik
avadanlıqlarının istismarı qadağandır.
5.5.23.
Partlayış təhlükəli zonalarda birləşdirici və
ya budaqlanma kabel muftalarını quraşdırmaq
qadağandır.
5.6. Boru kəmərlərinin elektrokimyəvi
mühafizəsi, istismar qaydaları
5.6.1.
EKM (Elektrokimyəvi mühafizə) quruluşları ayrıca
yerləbirləşdirmə quruluşu ilə təchiz
olunmalıdır.
5.6.2.
Heyətə elektrokimyəvi mühafizə vasitələrinin
cihazlarından göstəriciləri götürmək
üçün təkbaşına elektrik
qurğularının şkaflarında işləmək, dirəkdə
yerləşən transformator yarımstansiyalarının
dayaqlarına dırmaşmaq, boşaldıcı və
başqa cərəyandaşıyıcı hissələrə
toxunmaq qadağandır.
5.6.3.
Katod və drenaj mühafizəsi qurğularının
hasarları, xəbərdaredici nişanları olmalı, həmçinin
qıfılla bağlanmalıdır.
5.6.4.
Katod polyarizasiyası üsulu ilə izolyasiyanı
yoxladıqda generator və ya başqa elektrik qida mənbəyi
ancaq sxemin bütövlükdə yığılmasından
sonra qoşulmalıdır. Sxemin sökülməsi yalnız
qida mənbəyi açıldıqdan sonra yerinə yetirilməlidir.
5.6.5.
Polad boru kəmərlərini torpaq korroziyasından və
azmış cərəyanın təsirindən mühafizəsi
üzrə yerinə yetirilən işlər ГОСТ 25812-85, СНиП
III-42-80* və CHиП II 2.03.11-86 sənədlərinin tələblərinə
əsasən aparılmalıdır.
5.6.6.
Metal boru kəmərləri səthlərinə korroziyaya
qarşı təbəqəni çəkməklə (passiv
mühafizə) və elektromühafizə
qurğularının (aktiv mühafizə) tətbiqi ilə
korroziyadan mühafizə olunur. Boruları torpağın
elektrokimyəvi korroziyasından qorumaq üçün katod
stansiyaları və protektorlardan, elektrikləşmiş dəmir
yollarını azmış cərəyanların təsirindən
qorumaq üçün isə polyarlaşmış drenaj
qurğularından istifadə olunur.
5.6.7.
Boru və yeraltı metal qurğuların korroziyaya
qarşı izolyasiyasının vəziyyətinə nəzarəti
və aşağıdakı işləri xüsusi xidmət
yerinə yetirir:
-
boru kəmərlərinin və yeraltı metal
kommunikasiyaların korroziyadan mühafizəsini;
-
elektrokimyəvi mühafizə qurğularının qaydalara və
idarə təlimatlarına uyğun olaraq istismarını;
-
elektrometrik ölçmələr aparmaq yolu ilə
antikorroziya izolyasiyasının vəziyyətinə
vaxtlı-vaxtında nəzarəti;
-
yeni elektrokimyəvi mühafizə cihaz və
avadanlıqlarının sınağını və tətbiqini
daha da mükəmməl mühafizə texnologiyalarının
istifadəsini;
-
elektrikləşmiş dəmir yollarının, dartma
yarımstansiyalarının, sabit cərəyan EVX-nin
azmış cərəyan mənbələrinin
yoxlanılması.
5.6.8.
Yeraltı boru kəmərlərinin elektrik mühafizə
qurğularının parametrlərinə nəzarət etmək
üçün nəzarət-ölçü boruları
(katod sıxımları) quraşdırılmalıdır:
-
hər kilometrdən bir boru kəmərlərinin yolu boyunca
kilometr nişanı ilə birlikdə;
-
elektrik mühafizənin qoşulduğu yerlərdə;
-
izolyasiya səthinin tipinin dəyişdiyi yerlərdə;
-
izoləedici qoymaların və ötürmələrin
qoşulduğu yerlərdə;
-
avtomobil və dəmir yolları altından kecən yerlərdə
(boru kəmərinin sərbəst sıxımı və
futlyar ilə);
-
su səthinin üstündən keçidlərdə;
-
metal boru kəmərləri və elektrik xətləri ilə
kəsişmələrdə.
5.6.9.
Elektrokimyəvi mühafizə qurğularının
bütün yeraltı kontakt birləşmələrinin
uzunmüddətli etibarlı izolyasiyası olmalıdır.
5.6.10.
Elektrokimyəvi mühafizə qurğularının naqillərini
və nəzarət çıxımlarını boru kəmərlərinə
yalnız termit və ya elektrik qövsü ilə qaynaq etmək
lazımdır.
5.6.11.
Elektrikləşmiş dəmiryol hissələrinə drenaj
kabellərinin və naqillərin qoşulması və yerləbirləşdirilməsi
qüvvədə olan ПУЭ qaydalarına uyğun və dəmiryolunun
müvafiq xidmətinin nümayəndəsinin iştirakı
ilə aparılmalıdır.
5.6.12.
Elekrokimyəvi mühafizə qurğularının
sazlanması rayon idarəsinin elektrokimyəvi mühafizə
xidmətinin istismar personalı tərəfindən yerinə
yetirilməlidir.
5.6.13.
Quraşdırma işləri başa çatdıqda
mühafizə anod yerləbirləşdirməsinə
ölçü cihazı vasitəsilə nəzarət edilməlidir.
Mühafizə
yerləbirləşdirməsinin sızmaya qarşı
müqavimətə nəzarət ПУЭ-nin tələblərinə
uyğun aparılmalıdır. Anod yerləbirləşdirməsinin
sızmaya qarşı müqavimətinin qiyməti layihə sənədinə
uyğun yoxlanılır.
5.6.14.
Gərginlik altında olan cərəyandaşıyan hissələrdə
hər hansı işlərin görülməsi
qadağandır (protektorlu mühafizə qurğuları
istisna olmaqla).
5.6.15.
Katod stansiyasının girişində kommutasiya aparatı
quraşdırılmalıdır (kəsici açar, ponet
açarı, avtomat).
5.6.16.
Katod stansiyalarında və drenaj qurğularında çəpərlər,
xəbərdaredici yazılar, plakatlar, sıra nömrələri
olmalı və qıfılla bağlanmalıdır.
5.6.17.
1000 V-a qədər və 1000 V-dan yüksək gərginliklə
işləyən elektrokimyəvi mühafizə
qurğularına xidmət edən işçinin ən
azı III və ya IV qrupu olmalıdır.
5.6.18.
Dəmir yollarının relslərində gərginliyin
ölçülməsini iki işçi aparmalıdır;
onlardan biri nəqliyyatın hərəkətinə nəzarət
etməlidir.
5.6.19.
Şimşəkli, yağışlı hava şəraiti
proqnozlaşdırıldığı gün elektrokimyəvi
mühafizə qurğularında iş aparmaq qadağandır.
5.6.20.
Partlayış təhlükəli otaqlarda, həmçinin
quyularda, bağlayıcı armaturlu köşklərdə
izoləedici flansların quraşdırılması
qadağandır.
5.6.21.
Boru kəmərlərini kəsib araladıqda müvəqqəti
olaraq yaxınlıqdakı elektrokimyəvi mühafizə vasitələrini
cərəyandan açmalı, azmış cərəyanın
qığılcım yaradan təsirinin
qarşısını almaq üçün en kəsiyi 25 mm2
(mis naqil) olan tağ (перемычка) qoyulmalıdır.
5.7. İldırım və
statik elektriklənmənin təzahürü ilə mübarizə
5.7.1.
Magistral neft boru kəmərlərinin bütün
qurğuları şimşəyin birbaşa zərbəsindən,
onun ikinci təzahüründən və neftin axma prosesində
yaranan statik elektrikləşməsindən РД 34.21.122-87
“Инструкция по устройству молниезащиты зданий и сооружений” və РД
39-22-113-78 “Временные правила защиты от проявлений статического электричества
на производственных установках и сооружениях нефтяной и газовой промышленности”
sənədlərinə uyğun mühafizə
olunmalıdırlar.
5.7.2.
Obyekt üzrə ildırımdan mühafizə və statik
elektrikləşməyə qarşı mühafizə
qurğularının vəziyyətinə cavabdehliyi obyektin
(sahənin, sexin) rəisi, müəssisə üzrə isə
baş energetik və ya elektrik təsərrüfatına
cavabdeh şəxs daşıyır. Baş energetik və ya
elektrik təsərrüfatına cavabdeh şəxs müəssisədə
mühafizə qurğularının istismarının
düzgün təşkilini və nəzarəti təmin etməli,
sex rəislərinin həmin qurğuların istismarına dair
təlimatlarını təsdiq etməlidir. Sex rəisi
baş energetikin və ya elektrik təsərrüfatına
cavabdeh şəxsin təsdiq etdiyi cədvələ uyğun
olaraq mühafizə vasitələrinin
sazlığını, yoxlama və təmirini, eləcə də
texniki sənədləşdirmənin aparılmasını təmin
etməlidir.
5.7.3.
İldırımın təkrar təsiri və statik elektrikləşmənin
təzahürü ilə mübarizə üçün
otaqda, eləcədə otaqdan xaricdə yerləşən,
daxilində AAM və YM dövr edən texnoloji
avadanlıqların (metal aparatlar, çənlər, neft kəmərləri,
doldurma-boşaltma qurğuları və s.) bütün
elektrikötürücü hissələri statik elektrikləşməyə
qarşı digər tədbirlərin tətbiqindən
asılı olmayaraq yerləbirləşdirilməlidir.
5.7.4.
Sexdə və sex xarici qurğularda, estakadalarda və kanallarda
yerləşən avadanlıqlar və boru kəmərləri
bütün xətt boyu bütöv dövrə təşkil
etməli və yerləbirləşdirici qurğulara
qoşulmalıdır.
5.7.5.
Texnoloji avadanlığın kontakt birləşmələrindəki
keçid müqaviməti bir kontakt üçün 0,03 Om-dan
çox olmamalıdır.
5.7.6.
Kontakt birləşmələrinin keçid müqaviməti
partlayışdan mühafizəli cihazlarla ölçülməlidir.
5.7.7.
Müqavimətin qiyməti normaya uyğun deyilsə və
kontaktın kipliyini təmini mümkün olmadıqda birləşmə
yerlərində РД 39-22-113-78 sənədinə müvafiq metal
tağlar bərkitmək (qaynaq etmək) lazımdır.
5.7.8.
Personalın sənaye tezlikli elektrik cərəyanından və
ya şimşəkdən mühafizəsi üçün nəzərdə
tutulan yerləbirləşdirici quruluşlar statik elekltrikləşmənin
yüklərinin ötürülməsi üçün
istifadə edilə bilər.
5.7.9.
Yerləbirləşdirici quruluş, yalnız statik elektrikləşmənin
yüklərinin ötürülməsi üçün nəzərdə
tutulubsa, onun müqaviməti 100 Om-dan çox
olmamalıdır.
5.7.10.
Ayrıca qurulan çənlərin, aparatların, qurğu və
aqreqatların müstəqil yerləbirləşdiriciləri
olmalı və ya ayrıca budaqlanma yolu ilə aparatın
yaxınlığında yerləşən yerləbirləşdirici
magistralına qoşulmalıdır.
Yerləbirləşdirici
şinə (naqilə) yerləbirləşdirilən bir
neçə aparatın, aqreqatın və ya boru kəmərlərinin
ardıcıl qoşulmasına icazə verilmir.
5.7.11.
Avtosisternlər, vaqon sisternləri, həmçinin maye
daşıyan gəmilər AAM və YM ilə
doldurulub-boşaldılmazdan əvvəl və yaxud
doldurma-boşaltma əməliyyatı müddətinə yerləbirləşdirici
qurğulara qoşulmalıdırlar. Yerləbirləşdirici
kimi en kəsiyi 16 mm2 -dən az olmayan
çoxdamarlı elastik mis naqildən istifadə etmək
lazımdır.
5.7.12.
AAM-in çənlərə və taralara sərbəst
şırnaqla axıdılması qəti qadağandır.
5.7.13.
Çənlərin buxara verilməsi üçün istifadə
olunan rezin şlanqların metal ucluqları şlanqın daxili
və ya üst səthinə dolanmış elastik
(çoxdamarlı) mis naqillərin vasitəsilə yerləbirləşdirilməlidir,
o biri ucu ilə isə neft kəmərinin metal hissələrinə
birləşdirilməlidir. Şlanqın ucluqları zərbədən
qığılcım verməyən materiallardan (tuncdan, misdən,
plastmasdan) hazırlanmalıdır.
5.7.14.
Mühafizə qurğularına baxış və cari təmir
bütün texnoloji avadanlığa və elektrik naqilləşməsinə
baxış və cari təmirlə eyni vaxtda yerinə yetirilməlidir.
Cihazlar vasitəsi ilə yerləbirləşdirmənin yoxlanılmasını
ildə bir dəfədən az olmayaraq torpağın yayda - ən
quraqlıq və ya qışda - ən çox donmuş
vaxtı və avadanlığın hər təmirindən
sonra keçirmək lazımdır.
5.7.15.
Şimşəkdən (ildırımdan) mühafizə
qurğularının istismarı zamanı cari və
qabaqlayıcı təmirlə bərabər
aşağıdakı məqsədlərlə
vaxtaşırı baxış (təftiş) keçirilir:
-
cərəyandaşıyıcı elementlər
arasındakı elektrik əlaqəsinin
etibarlılığının yoxlanılması (qaynaq, bolt və
başqa birləşmə yerləri);
-
şimşəkdən mühafizə qurğularının
mexaniki zədə nəticəsində dəyişdirilməsi
və ya gücləndirilməsi tələb olunan elementlərinin
aşkar edilməsi;
-
şimşəkdən mühafizə qurğularının
ayrı-ayrı elementlərinin korroziyaya uğrama səviyyəsinin
təyin edilməsi, korroziyaya qarşı mühafizəsinin
gücləndirilməsi üzrə tədbirlər görmək;
-
şimşəkdən mühafizə qurğularının
binaya və ya qurğuya (texnoloji prosesin, bina və tikililərin
konstruksiya planlaşmasının xüsusiyyətlərinin dəyişdirilməsi
və s.) uyğunluğunun yoxlanılması.
5.7.16.
Şimşəkdən mühafizə qurğularının təftişi
ilə məşğul olan işçilər aşkar olunan
zədə və ya nasazlığı göstərməklə
baxış və yoxlama aktı tərtib etməlidirlər.
Şimşəkdən mühafizə qurğusunun təftişinin,
yerləbirləşdirmə quruluşunun sınaq
yoxlamasının və təmirin nəticələri jurnalda
yazılmalıdır.
5.7.17.
Şimşək vaxtı qəti qadağandır:
-
neft və qaz buxarlarını qazötürən borularla
atmosferə buraxmaq;
-
istehsalat və məişət otaqlarının qapı və
pəncərələrini açıq saxlamaq.
5.7.18.
Yüksək potensialın xarici yeraltı kommunikasiyalarla daxil
olmasından mühafizə, onları elektrik
qurğularının yerləbirləşdirmə
qurğularına və ya şimşəyin birbaşa təsirindən
mühafizə sistemlərinin yerləbirləşdirmə
quruluşuna qoşmaq yolu ilə yerinə yetirilməlidir.
5.7.19.
Yüksək potensialın yerüstü metal kommunikasiyalarla
daxil olmasından mühafizə, onların çənlərin
girişində şimşəyin birbaşa zərbələrindən
mühafizə üçün yerləbirləşdirmə
quruluşuna, girişə yaxın kommunikasiya dayaqlarında isə
- dayağın armaturuna və ya dəmir-beton bünövrəyə
birləşdirilməsi ilə həyata keçirilir.
5.7.20.
İldırımqəbuledicinin yerləbirləşdirici
endirmələrlə, həmçinin yerləbirləşdiricilərin
bir-biri ilə və yerləbirləşdirici naqillərlə
(yerləbirləşdirici endirmələrlə) birləşdirilməsi
qaynaqla olmalıdır. Yerləbirləşdiricinin müqavimətinin
qiymətini yoxlamaq üçün yerləbirləşdiriciyə
birləşdirilən yerləbirləşdirən naqillərdə
“razyom” (“разъем”) tipli birləşmələr nəzərdə
tutulmalıdır.
5.7.21.
Binalarda, tikililərdə, dəmir-beton dirəklərdə
ildırım ötürücünün yerləbirləşdirmə
quruluşu ilə birləşən yerləbirləşdirici
endirmələri görünən olmalıdır.
5.7.22.
Hər il, şimşək mövsümündən əvvəl
şimşəkdən mühafizə quruluşunun
yerüstü elementlərinin vəziyyəti (ildırımqəbuledicilər,
yerləbirləşdirici endirmələr) baxışdan
keçirilməlidir.
5.7.23.
Çənlər parkları və ayrıca
quraşdırılan çənlər şimşəyin
birbaşa zərbələrindən, elektrostatik və
elektromaqnit induksiyadan, şimşəkdən mühafizə
quruluşları ilə yüksək potensialın daxil
olmasından qorunmalıdır.
5.7.24.
Şimşəkdən mühafizə quruluşlarının əsaslı
təmiri ilin şimşəksiz vaxtı keçirilməlidir.
5.7.25.
Şimşəkli yağış vaxtı
ildırımötürücülərlə 4 m-dən az məsafəyə
yaxınlaşmaq qadağandır və onların üzərində
müvafiq xəbərdaredici yazılar olmalıdır.
5.7.26.
Statik elektrikləşmədən mühafizə
üçün avadanlıqlar, çənlər və boru kəmərləri
yerləbirləşdirilməlidir.
5.8. Avtomatika, telemexanika və avtomatik
idarəetmə (Aİ) sistemləri qurğuları
5.8.1.
Magistral neft kəmərləri obyektlərinin
avtomatlaşdırılması aşağıdakı prosesləri
təmin etməlidir:
-
çənlər parkının, neftvurma stansiyalarının
və neft kəmərlərinin xətti hissəsinin
avadanlıqlarının avtomatik mühafizəsini;
-
magistral neft kəmərlərində təzyiqin avtomatik tənzimlənməsini;
-
magistral neft kəmərlərində istismar olunan
avadanlıqların işləməsi haqqında məlumatın
toplanmasını və təqdim edilməsini;
-
magistral neft kəmərlərinin avadanlıqlarına nəzarəti
və idarə etməni operator otağından, yerli
dispetçer məntəqəsindən, rayon dispetçer məntəqəsindən
və ərazi dispetçer məntəqəsindən həyata
keçirilməsini;
-
digər avtomatika sistemləri ilə əlaqənin təmin edilməsini.
5.8.2.
Nasos aqreqatlarının avtomatlaşdırılması və
telemexanizasiyası aşağıdakıları təmin etməlidir:
-
magistral nasos aqreqatlarının avtomatik idarə edilməsini;
-
avtomatik yanğınsöndürməni;
-
bütün və ya bir aqreqatın avtomatik mühafizə
açılmasını, nasazlığın xarakterindən
asılı olaraq qəza parametrlərinin
siqnalizasiyasını;
-
xəbərdaredici və qəza siqnalizasiyasının operator
otağında işə düşməsini;
-
dayanmanın səbəblərini aşkar və ləğv edəndən
sonra nasos aqreqatlarının təkrar işə düşməsinin
təmin edilməsini;
-
neft sənayesinin müəssisələrinin istehsalat
otaqlarında stasionar qazanalizatorların və səs xəbərvericilərin
quraşdırılması üzrə tələblərə
(РД 39-2-434-80) uyğun olaraq, partlayış təhlükəli
və zərərli zonaların yarana biləcəyi otaqlarda
qazlılığın səviyyəsini xəbərdar edən
siqnalizasiyası;
-
qazlılığın səviyyəsinin
ayrı-ayrılıqda müəyyən edilməsi:
qazlılığın aşağı alışma həddi
50%-zə çatdıqda qəza vəziyyətinin,
qazlılığın səviyyəsi 30% çatdıqda isə-aşağı
alışma həddinin müəyyən edilməsi;
-
karbohidrogenlərin BBH (buraxıla bilən həddi) artdıqda
ventilyasiyanın qəza sistemlərinin avtomatik
qoşulmasını;
-
çənlərdən neftin daşmasına (axmasına)
qarşı və çənlərin yol verilən
doldurulma-boşaltma sürətini keçməsinə
qarşı avtomatik mühafizə vasitələrinin
etibarlı işini;
-
neft kəmərlərində təzyiqin yol verilən qiymətdən
yuxarı artmasına qarşı avtomatik mühafizəni.
5.8.3.
Neftvurma stansiyaları ümumstansiya və aqreqat mühafizəsi
ilə təchiz olunmalıdır.
5.8.4.
MNK-nın nasos stansiyalarında avtomatik köpüklə
yanğınsöndürmə sistemi nəzərdə
tutulmalıdır.
5.8.5.
MNK-nın mühafizə sistemləri neft kəmərlərinin
qəzadan mühafizəli istismarını və göstəricilərin
müəyyən olunmuş qiyməti aşması zamanı
onun istismarının dayandırılmasını təmin etməlidir.
5.8.6.
Avtomatik mühafizə vasitələrinin lövhələrində
NÖC və A (nəzarət-ölçü və avtomatika
cihazları) təyinatını göstərən yazılar
olmalı, cihazların şkalalarında isə göstəricilərin
buraxıla bilən qiymətləri göstərilməlidir.
5.8.7.
Xəbərdaredici və qəzadan mühafizə sistemlərinin
işə düşməsi operator otağında və rayon
dispetçer məntəqəsində görməklə
(vizual) və səs siqnalizasiyası ilə müşayiət
olunmalıdır.
5.8.8.
Partlayış təhlükəli zonalarda istifadə olunan
avadanlıqların uyğunluq sertifikatı olmalı və
zonanın sinfinə uyğun partlayışdan mühafizəli
olmalıdır.
5.8.9.
Partlayış təhlükəli zonalarda istismar və təmir
vaxtı qadağandır:
-
gərginlik altında olan avtomatika və telemexanika sistemlərinin
avadanlıqlarının təmir edilməsi;
-
cərəyandaşıyıcı hissələri gərginlik
altında olan elektrik avadanlıqlarının örtüklərinin
(qabıqlarının) bütövlüyünün
pozulması;
-
qısa qapanma zamanı avtomatik açılmış
avadanlığın açılma səbəbini
araşdırmadan yenidən şəbəkəyə
qoşulması.
5.8.10.
Məsrəflərin, temperaturun, təzyiqin ölçülməsi
üçün tətbiq olunan ölçü cihazları
dövlət standartlarına cavab verməli, ölçülən
parametrlərin həddinə və dəqiqlik sinfinə
uyğun olmalıdır.
5.8.11.
Avtomatik mühafizə, siqnalizasiya, NÖC və A sistemləri
“Elektrik qurğularının quraşdırılması
Qaydaları”na “ПУЭ”-yə uyğun olmalıdır.
5.8.12. Avtomatik mühafizə, təhlükəsizlik
və NÖC və A vasitələrinin elektrik sistemlərinə
“Правила технической эксплуатации электроустановок потребителей” və
“Правила техники безопасности при эксплуатации электроустановок потребителей”,
Энергоатомиздат, M.,1989 “İstehlakçıların elektrik
qurğularının texniki istismarı Qaydaları” və
“İstehlakçıların elektrik qurğularının
istismarı zamanı təhlükəsizlik texnikası
Qaydaları”na) müvafiq xidmət edilməlidir.
5.8.13.
Lövhələr(şitlər), keçid və klem
qutuları, klem birləşmələri nömrələnməlidir
və hər birinin markalaması olmalıdır.
5.8.14.
Kabel məmulatlarının, impuls xətlərinin üzərində
onların markasını və təyinatını göstərən
nişanlar olmalıdır.
5.8.15.
Tətbiq olunan elektrik avtomatik mühafizə, siqnalizasiya,
NÖC və A sistemləri СНиП II.09.02-85 və ГОСТ 12.1.005-76
üzrə işçi zonaların
yanğın-partlayış təhlükəlilik
kateqoriyalarına uyğun olmalıdır.
5.8.16.
Ölçü cihazları olan bütün avtomatik
mühafizə sistemləri ГОСТ 8.002-86 tələblərinə
uyğun yoxlanılmalıdır.
5.8.17.
NÖC və A sistemlərinə texniki xidmət göstərən
və təmiri ilə məşğul olan işçilərin
ПТЭ və ПТБ -yə uyğun olaraq elektrik qurğularında
işə buraxılışı və ixtisas qrupu
olmalıdır.
5.8.18.
Bütün vericilərin (datçiklərin) üzərində
təyinatını göstərən yazılar
olmalıdır.
5.8.19.
İstilik izolə edən və istilik keçirən səthlərin
üstü ilə və ya onların bilavasitə
yaxınlığında kabellərin çəkilməsi
qadağandır.
5.8.20.
Partlayış təhlükəli otaqlarda
qığılcımdan mühafizəli olmayan cihazlarla
parametrlərin ölçülməsi, cihazların tənzimlənməsi
qadağandır.
5.8.21.
NVS-nın nasosxana otaqlarının xaricində, girişdən
6 m-dən artıq olmayan məsafədə nasos
aqreqatlarının dayandırmaq və
yanğınsöndürmə sistemini işə salmaq
üçün düymələr
quraşdırılmalıdır.
5.8.22.
Partlayış təhlükəli zonalarda və otaqlarda
partlayışdan mühafizəsi olmayan radiostansiyaların və
radiotelefonların (mobil əlaqə vasitələrinin) istifadəsi
qadağandır.
5.8.23.
Radioaktiv izotoplu cihazlar “Radioaktiv maddələrlə və
ionlaşdırıcı şüa mənbələri ilə
işləmə üzrə sanitar qaydalar”a uyğun istismar
edilməli və saxlanılmalıdır.
5.8.24.
Civəli cihazlarla iş(doldurma-boşaltma, yığma və
sökmə, təmir) havanın 0,7 m/san-dən az olmayan
sürətdə, yerli sorması olan xüsusi sorucu
şkaflarla təchiz edilmiş ayrıca otaqlarda
aparılmalıdır.
Sahəsi
1m2 olan sorucu şkafda sorulan havanın həcmi 460 m3/saat-dan
az olmamalıdır.
5.8.25.
Açıq civə ilə iş zamanı sorucu şkafın
ventilyasiyası 10-15 dəqiqə əvvəl işə
salınmalı, iş qurtardıqdan sonra isə 30 dəqiqə
ərzində işləməlidir.
5.8.26.
Bloklama və avtomatik mühafizə sistemləri
qurğularının işə düşməsi üzrə
yoxlamalar baş mühəndis tərəfindən təsdiq
edilmiş cədvələ uyğun aparılmalı, jurnalda
bu barədə qeyd olunmalıdır.
VI. İstehsalat
sanitariyası və gigiyenası
6.1. Sanitar-məişət
otaqları
6.1.1.
Sanitar-məişət otaqları “Azərbaycan
Respublikasının neft sənayesi üçün sanitariya
Qaydaları”nın, Bakı-1999-cu il, tələblərinə
cavab verməlidir.
6.1.2.
İstehsalatın xüsusiyyətindən asılı olaraq
sexlər, sahələr, obyektlər üçün sanitar-məişət
otaqları nəzərdə tutulmalıdır, çöl
şəraitində işləyən heyət
üçün isə köməkçi və sanitar-məişət
otaqları səyyar şəkildə
quraşdırılmalıdır.
6.1.3.
İşçilərin istirahəti üçün təyin
olunmuş otaqlarda içməli su çəlləkləri,
ilk tibbi yardım göstərmək üçün dərman
preparatları və tibbi ləvazimat olan dərman qutusu, masa və
stullar olmalıdır.
6.1.4.
Kişi və qadın paltarları üçün şkaflar
ayrı-ayrı otaqlarda yerləşdirilməlidir.
Xüsusi
geyim və xüsusi ayaqqabılar ev geyimindən ayrı,
xüsusi şkaflarda saxlanılmalıdır.
6.1.5.
Çöl şəraitində işləyən heyət
üçün bilavasitə iş yerlərində səyyar
yeməkxanalar təşkil olunmalıdır. Kiçik səyyar
vaqonlardan yeməkxana kimi istifadə etməyə, əsas yeməkxanadan
iş yerlərinə yeməyin gətirilməsinə icazə
verilir.
6.1.6.
Müəssisə ilə yeməkxana arasında məsafə
300 m-dən artıq olmamalı, fasiləsiz texnoloji prosesi olan
və nahar fasiləsinin vaxtı müəyyən olunmayan
müəssisələrdə isə bu məsafə 75 m-dən
artıq olmamalıdır.
6.1.7.
Obyektin ərazisində (sahədə, sexdə) işləyənlərin
içməli su ilə təmin edilməsi üçün
su avtomatları, bağlı su çəlləkləri və
digər içməli su qurğuları olmalıdır.
6.1.8.
İçməli su təchizatı qurğuları istehsalat
otaqlarının keçidlərində, istirahət yerlərində
və binadan kənarda yerləşən texnoloji
qurğuların yanında quraşdırılmalıdır.
6.2. Ventilyasiya və isitmə
sistemləri
6.2.1.
Ventilyasiya və isitmə sistemlərinin elektrik
avadanlıqları partlayışdan mühafizənin şərtlərinə
görə partlayış təhlükəli zonanın,
avadanlıqların örtüyünün minimal mühafizə
səviyyəsi isə yanğın təhlükəli
zonanın şərtlərinə uyğun gəlməlidir.
6.2.2.
Zavod istehsalı olmayan elektrik
qızdırıcılarının istifadəsi, eləcə
də açıq alovlu qızdırıcı cihazların tətbiqi
qadağandır.
6.2.3.
İsitmə cihazlarına asan yanaşma imkanı təmin
olunmalıdır.
6.2.4.
Metal hava boruları, boru kəmərləri və isitmə-ventilyasiya
sisteminin digər avadanlığı yerləbirləşdirilməlidir.
6.2.5.
İstehsalat, inzibati və məişət otaqları təbii
və mexaniki ventilyasiya sistemləri ilə təchiz
olunmalıdır.
6.2.6.
Hər bir ventilyasiya qurğusunun pasportu olmalıdır (Əlavə
6).
6.2.7.
Ventilyasiya qurğuları cədvələ uyğun olaraq ildə
iki dəfədən az olmayaraq (qış və yay
mövsümündə) yoxlanılmalı və sınaqdan
keçirilməlidir. Baxışın və
sınağın nəticələri qurğunun pasportunda qeyd
olunmalıdır.
6.2.8.
Ventilyasiya sistemlərinin işi ildə bir dəfədən
az olmayaraq, hər dəfə yenidənqurma və əsaslı
təmir işlərindən sonra yoxlanılmalıdır.
6.2.9.
Hər yeni işə salınan ventilyasiya qurğusu
sınaqdan keçirilməli, tənzimlənməli və
istismara saz vəziyyətdə, müvafiq sənədləşdirmə
ilə təhvil verilməlidir.
6.2.10.
Yerli ventilyasiya sistemləri texnoloji avadanlıqlar işləyən
müddətdə işə salınmalıdır.
6.2.11.
Ventilyasiya qurğularının xidmətinə aidiyyatı
olmayan işçilərin ventilyasiya və kalorifer
kameralarına daxil olması qadağandır. Qeyd olunan yerləri
artıq əşyalarla qalaqlamaq və yaxud anbar kimi istifadə
etmək qadağandır.
6.2.12.
Nasosxanalarda havada zəhərli maddələrin
qatılığı buraxıla bilən həddi
aşdığı hallar üçün axınlı-sorma
ventilyasiya sisteminin hava sərfini artıran qurğularla təchiz
olunmuş avtomatik qaz analizatorları
quraşdırılmalıdır.
6.2.13.
Neftvurma stansiyalarının istehsalat otaqlarında
quraşdırılmış ventilyasiya sistemlərinin
sazlığına nəzarət, düzgün istismarı və
xidmətinin təşkil olunması üzrə məsuliyyət
müəssisə üzrə əmrlə təyin olunmuş
mühəndis-mexanikin və mühəndis-elektrikin üzərinə
düşür.
6.2.14.
İstehsalat otaqlarının ventilyasiya sistemləri avtomatik və
məsafədən idarəetmə sxemləri üzrə
işləməlidir.
6.3. Su təchizatı və
kanalizasiya
6.3.1.
İstehsalat binaları daxilində su xətləri şəbəkəsinin
yanar maye nəql edən boru kəmərləri ilə
ümumi kanalda yerləşdirilməsi qadağandır.
6.3.2.
İstehsalat binalarının və obyektlərin ərazisində
qapalı məişət və istehsalat kanalizasiyası
sistemi quraşdırılmalıdır.
6.3.3.
Kanalizasiya boru kəmərlərinin çənlər
parkının torpaq bəndləri hüdudlarında və
yaxud neftvurma stansiyaları binalarının altından çəkilməsi,
həmçinin istehsalat kanalizasiyasının məişət
kanalizasiya şəbəkəsinə birləşdirilməsi
qadağandır.
6.3.4.
Öz-özünə axan istehsalat-yağış suları
kanalizasiyası şəbəkələrində
quraşdırılan quyularda hidravlik sürgülər
olmalıdır.
6.3.5.
Tərkibində neft olan çirkab suların yanmasının
və alovun yayılmasının qarşısını almaq
məqsədi ilə kanalizasiya şəbəkələrində
xüsusi quyularda hidravlik sürgülər
quraşdırılmalıdır. Hər bir hidravlik
sürgüdə su qatının hündürlüyü 0,25
m-dən az olmamalıdır.
6.3.6.
Təmizləyici qurğuları nasaz vəziyyətdə olan
kanalizasiya sisteminin istismarı qadağandır.
6.3.7.
Təmizləyici qurğular yerləşən bütün
partlayış təhlükəli istehsalat otaqlarında
istifadə edilən cihazlar partlayışdan mühafizəli
olmalıdır.
6.3.8.
Təmizləyici qurğular və suburaxıcı yerləşən
ərazilər təmiz saxlanılmalıdır.
6.3.9.
Neft tutucularının baxış lyukları barmaqlıqlar və
yaxud kiçik sipərlərlə bağlanmalıdır.
6.3.10.
Təmizləmə qurğularının nasos stansiyası
otaqlarında stansiyanın nasos, elektrik və digər
avadanlıqlarının, boru xətlərinin ümumi sxemi
asılmalı, bundan əlavə bütün aqreqatların və
bağlayıcı-tənzimləyici armaturların nömrələri
göstərilməklə qoşulma
ardıcıllığını göstərən sxem
asılmalıdır.
6.3.11.
Yığıcı və durulducuların ətrafındakı
giriş və mümkün keçid yerlərində
qadağanedici plakatlar quraşdırılmalıdır.
6.3.12.
Yığıcıların və durulducuların ərazisində
kənar şəxslərin olması, suyun təsərrüfat-içmə
məqsədi ilə istifadəsi və heyvanların sudan
içməsi qadağandır.
6.3.13.
Təmizləmə qurğularının obyektləri rabitə
və siqnalizasiya vasitələri ilə təchiz edilməlidir.
6.3.14.
İstehsalat-yağış suları kanalizasiyalarının
baxış quyularının qapaqları daima bağlı
olmalı və obyektlərin mühəndis kommunikasiyalarının
sxeminə uyğun olaraq işarələnməlidir.
6.4. İstehsalat obyektlərinin və
iş yerlərinin işıqlandırılması
6.4.1.
Elektrik işıqlandırma quruluşları
(çıraqlar, projektorlar) qüvvədə olan СНиП II-4-79
süni işıqlandırma normaları və ПУЭ-nin
müvafiq bölmələri, həmçinin
“Neftqazçıxarma müəssisələri
üçün süni işıqlandırma Normaları” (Əlavə
17) sənədlərinin tələblərinə cavab verməlidir.
6.4.2.
İş yerləri, qurğular və onların giriş-çıxış
yolları, dəhlizlər, pilləkənlər sutkanın
qaranlıq vaxtı işıqlandırılmalıdırlar
(işçi işıqlandırma). Bu halda
işıqlıq bərabər olmalı və işçilərin
gözlərinə gözqamaşdırıcı təsir
göstərməməlidir.
Həmin
obyektlərin təyinatından asılı olaraq yuxarıda
adı çəkilən Normalarda nəzərdə tutulan
hallarda qəza, təxliyə və mühafizə
işıqlandırma növləri tətbiq edilməlidir.
6.4.3.
İşıqlandırma sisteminə xidmət üzrə
işlərin təhlükəsizliyi gərginliyin
açılması və işlər aparılan sahəyə
gərginlik verilməsinə mane olan tədbirlərin
görülməsi hesabına təmin edilməlidir.
6.4.4.
Qəza işıqlandırma çıraqları müstəqil
qida mənbəyinə birləşdirilməlidirlər və
işçi işıqlandırma sıradan
çıxdıqda, avtomatik həmin qidalandırma mənbəyinə
qoşulmalıdırlar. Bu çıraqlar xüsusi
nişanlarla və ya rəngi ilə işçi
çıraqlardan fərqlənməlidirlər.
6.4.5.
Partlayış-yanğın təhlükəli otaqların və
binaların xaricində yerləşən qurğuların
işıqlandırılması üçün tətbiq
edilən çıraqlar (projektorlar) partlayışdan
mühafizəli olmalıdırlar. Partlayış mühafizə
nişanları, plombları və ya konstruksiyasında nəzərdə
tutulan ayrı-ayrı detalları olmayan çıraqların
istifadəsi qadağandır.
6.4.6.
Daşınma çıraqlar (o, cümlədən,
akkumulyator fənərləri) partlayışdan mühafizəli
olmalıdır, onları partlayış təhlükəli
otaqlardan (xüsusilə nasosxanalardan) kənarda
yandırıb-söndürmək lazımdır.
6.4.7.
Əgər daşınma elektrik alətlərinin,
çıraqların, əl elektrik maşınlarının
qidalandırma gərginliyi 42 V-dan yüksəkdirsə və
başqa heç bir təhlükəsizlik tədbirləri
görülməyibsə (ikiqat izolyasiya, yerləbirləşdirmə,
fərdi mühafizə vasitələri və s.), onda adı
çəkilən istehlakçılar şəbəkəyə
mühafizə açılması quruluşu vasitəsi ilə
qoşulmalıdır.
6.4.8.
Çənlər parkının
işıqlandırılması üçün istifadə
olunan projektorlar və çıraqlar torpaq
yığımlarından və ya partlayış təhlükəli
zonalardan kənarda yerləşdirilməlidir. Onları bənd
çəkilən yerlərdə və ya partlayış təhlükəli
zonaların hüdudlarında quraşdırmaq lazım gəldikdə
onların partlayışdan mühafizəsi olmalıdır.
6.4.9.
Çənlərin içində aparılan təmir işləri
(qumla emal, qaynaq, odla olan işlərdə, defektoskopiya)
zamanı işıqlandırma üçün 12 V-dan
çox olmayan gərginlikli daşınma çıraqlardan
istifadə olunmalıdır.
6.4.10.
Doldurma estakadaları ya partlayış təhlükəli
zonalardan kənarda yerləşən projektorlarla və ya
partlayışdan mühafizəli çıraqlarla
işıqlandırılmalıdır.
6.4.11.
Səyyar nasos aqreqatlarının üzərində yerləşən
köməkçi nasoslar sutkanın qaranlıq vaxtı
işıqlandırılmalıdır.
6.4.12.
Bütün vaqon-evciklər
işıqlandırılmalıdır və girişdə
növbətçi işıqlandırma olmalıdır.
6.4.13.
Gecə vaxtı çöl şəhərciyinin ərazisi
növbətçi işıqlandırma
çıraqları ilə
işıqlandırılmalıdır.
6.4.14.
Çöl şəhərciyinin ərazisində xüsusi
ayrılmış yerdə ayaqyolu tikilməli və oraya gedən
yol gecə vaxtı işıqlandırılmalıdır.
6.4.15.
Kamerada işıqlandırmanın və avadanlıqların
elektrik qida mənbəyi üst səthdə yerləşməlidir.
Hermetikləşdirici kameranın
işıqlandırılması üçün 12 V gərginlikli
çıraqlardan istifadə olmalıdır.
Daşınma
çıraqlarla və daşınma elektrik alətləri ilə
işləmək qaydaları
6.4.16.
İnventar daşınma elektrik alətləri və
çıraqları onların saz vəziyyətdə
olmasına cavabdeh şəxs tərəfindən verilir.
6.4.17.
Elektrik aləti elektrik şəbəkəsindən tez
açılmalı və qoşulmalıdır.
6.4.18.
Elektrik alətlərinin, əl elektrik
maşın-larının, daşınma
çıraqların kabel və naqilləri asılmış
vəziyyətdə istifadə olunmalıdır.
6.4.19.
Nasaz daşınma çıraqların, elektrik alətlərinin
və onlara aid köməkçi avadanlıqların istifadəsi
qadağandır.
6.4.20.
Elektrik alətinin qidalanma gərginliyi aşağıdakı
kimi olmalıdır:
-
sabit cərəyanlı gərginlikdə 220 V-dan, dəyişən
cərəyanlı gərginlikdə 380 V-dan yüksək
olmayaraq – təhlükə artımı olmayan otaqlarda;
-
42V-dan yüksək olmayaraq – təhlükə artımı
olan otaqlarda və otaqların xaricində.
Əlverişsiz
şəraiti olan yerlərdə (qazanlarda, çənlərdə
və s.) və xüsusi təhlükəli otaqlarda mühafizə
vasitələrindən (dielektrik əlcəklər, rezin
xalçalar və s.) istifadə etməklə gərginliyi 42
V-dan yüksək olmayan elektrik aləti ilə işləmək
olar.
Daşınma
çıraqların gərginliyi aşağıdakı kimi
olmalıdır:
-
təhlükə artımı olmayan otaqlarda - 220 V-dan yüksək
olmayaraq;
-
təhlükə artımı olan otaqlarda - 42 V-dan yüksək
olmayaraq;
-
xüsusi təhlükəli otaqlarda və xarici qurğularda -
12 V-dan yüksək olmayaraq.
6.4.21.
Daşınma elektrik alətlərindən istifadə edən
şəxslərə aşağıdakılar
qadağandır:
a)
şəbəkəyə qoşulmuş elektrik alətlərini
nəzarətsiz qoymaq, həmçinin onlarla işləməyə
icazəsi olmayan şəxslərə vermək;
b)
elektrik alətlərini müddətindən asılı
olmayaraq başqa şəxslərə vermək;
c)
elektrik alətlərini sökmək və təmir etmək
(necə elektrik alətini, eləcə də ştepsel birləşmələrinin
naqillərini);
ç)
elektrik alətinin naqilindən tutmaq və ya alətin
fırlanan kəsici hissəsinə toxunmaq;
d)
söykəmə nərdivanlarla işləmək. Belə işləri
yerinə yetirmək üçün möhkəm taxtabənd
qurulmalıdır;
e)
metal çənlərin və qazanların içərisində
daşınma transformator və tezlik çeviricilərindən
istifadə etmək;
ə)
elektrik alətini nəzarətsiz qoymaq və elektrik şəbəkəsinə
qoşulu vəziyyətdə saxlamaq*.
Qeyd:
“ПУЭ” üzrə otaqların təsnifatı
Əlavə 18-də verilmişdir.
6.5. Sənaye tullantılarının zərərsizləşdirilməsi
və təkrar istifadə etmə təyinatlı obyektlər
6.5.1.
Gələcəkdə müəssisədə istifadəsi
mümkün olmayan sənaye tullantıları utilizasiya
olunmalı, ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik
sahəsində səlahiyyətli orqanlarla
razılaşdırılmış xüsusi yerlərdə
saxlanılmalıdır.
6.5.2.
Tərkibində yanar və partlayış təhlükəli
maddələr olan bərk və yumşaq halda olan
tullantıların, eləcə də bərk halda olan məişət
tullantılarının zərərsizləşdirilməsi və
basdırılması xüsusi poliqonlarda
aparılmalıdır.
6.5.3.
Maye məişət tullantıları neftvurma
stansiyalarının təmizləyici qurğularında utilizə
olunmalıdır, təmizləyici qurğular
olmadığı hallarda ixtisaslaşdırılmış təşkilatlara
təhvil verilməlidir.
6.5.4.
Ətraf mühitin mühafizəsi üzrə səlahiyyətli
orqanların razılığı olmadan hər hansı
növ tullantıların özbaşına utilizə
olunması, boşaldılması, yerləşdirilməsi və
basdırılması qadağandır.
6.5.5.
Bütün növ tullantıların xüsusi
ayrılmış yerlərdən kənarda yandırılma
üsulu ilə utilizə edilməsi qadağandır.
6.5.6.
Yerin relyefinə hər hansı növ tullantıları
axıtmaq, tullantılardan zibillik, qəbiristanlıq yaratmaq
qadağandır.
6.6. Tibbi xidmət və
qadın əməyinin mühafizəsi
6.6.1.
MTİ və fəhlələr işə qəbul olunarkən
ilkin tibbi müayinədən keçməlidirlər.
İşə götürülən fəhlə və
qulluqçular AR NK 01 nömrəli, 03.01.2000-ci il tarixli Qərarı
ilə müəyyən olunmuş qaydada tibbi müayinədən
keçməlidirlər.
6.6.2.
Zərərli istehsalat amilləri (zərərli maddələrin
ayrılması, titrəyiş, səs-küy və s.)
mövcud olan şəraitdə işləyənlərin
dövri tibbi müayinədən keçməsi Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin “Tibbi profilaktik müayinələrin
təkmilləşdirilməsi haqqında” 13 nömrəli,
23.06.1998-ci il tarixli əmrinə əlavələrdə
müəyyən olunmuş qaydada həyata keçirilməlidir.
6.6.3.
Hər bir işçi ilk tibbi yardım göstərməyi
bacarmalı; yanğından, zəhərlənmədən və
digər bədbəxt hadisələrdən xəsarət
alana ilk tibbi yardım göstərməli və baş
vermiş bədbəxt hadisə barədə obyektin
müdiriyyətinə və tibb məntəqəsinə xəbər
verməlidir.
6.6.4.
Əmək şəraiti ağır və zərərli olan
iş yerlərində, habelə yeraltı tunellərdə,
şaxtalarda və digər yeraltı işlərdə
qadınların əməyinin tətbiqi qadağandır.
6.6.5.
Qadınların Əmək Məcəlləsində müəyyən
edilmiş normalardan artıq əşyaların
qaldırılması, boşaldılması və bir yerdən
başqa yerə daşınması işlərinə cəlb
olunması qadağandır.
6.6.6.
Hamilə və üç yaşınadək
uşağı olan qadınların gecə vaxtı
görülən işlərə cəlb olunması
qadağandır.
6.6.7.
Səhhətinə və fizioloji vəziyyətinə (əlillik,
hamiləlik), habelə xroniki xəstəliyinə görə
qadının və ya onun ailə üzvünün səhhəti
müvafiq tibbi rəyə görə əmək
funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini
tələb edərsə və həmçinin on dörd
yaşına çatmamış və yaxud on altı
yaşınadək əlil uşağı olan qadınlara (ərizələri
əsasında) işəgötürən natamam iş
vaxtı müəyyən etməlidir.
6.6.8.
Qadın əməyinin əmək şəraiti zərərli
və ağır olan istehsalatlarda tətbiqi qadağandır.
6.6.9.
Qadınların əməyinin mühafizəsinə dair digər
məsələlər Əmək Məcəlləsinin
müvafiq bölmələrində əks olunmuşdur.
VII. Əraziyə,
istehsalat otaqlarına və avadanlıqlara olan tələblər
7.1. Magistral neft kəmərlərinin
istehsalat obyektlərinin ərazisinə olan tələblər
7.1.1.
MNK obyektlərinin ərazisi təmiz saxlanılmalı, neft və
neft məhsulları ilə çirklənməsinə yol
verilməməlidir.
7.1.2.
MNK obyektlərinin ərazisinin girişində ərazi boyu hərəkətin
sxemi, partlayış-yanğın təhlükəli obyektlərin
və qaz təhlükəli yerlərin siyahısı,avtonəqliyyatın
hərəkət sürətini 5 km/saata qədər məhdudlaşdıran
işarələr qoyulmalıdır.
7.1.3.
MNK istehsalat obyektlərinin ərazisi perimetr boyu yanmayan
materialla çəpərlənməli və texniki mühafizə
vasitələri ilə təchiz edilməlidir.
7.1.4.
İstehsalat meydançalarının ərazisi
planlaşdırılmalı, daşqın və qrunt
suları ilə subasmadan mühafizə olunmalıdır.
Binalardan su ötürücü qanovlara və ya
kanalizasiyaların su qəbuledicilərinə maillik dərəcəsi
0,01-dən az olmamalıdır.
7.1.5.
Giriş yolları, yanğın keçidləri, su mənbələrinə
girişlər, ümumi istifadə yollarına
çıxışlar, həmçinin meydançaların ərazilərinə
gedən yollar, piyada yolları saz vəziyyətdə
saxlanılmalı, boş olmalı və təhlükəsiz
hərəkəti təmin etməlidir.
7.1.6.
İstehsalat meydançaları ərazilərindəki yollar və
piyada yolları bərk örtüklü, çirkab
suların səviyyəsindən yuxarı olmalı və su ilə
dolmamalıdır. Yollar nəqliyyat vasitələrinin hərəkət
qaydalarını nizamlayan müvafiq yol nişanları ilə
təchiz edilməlidir.
7.1.7.
Avtonəqliyyat sxemə uyğun olan keçid və yollarla hərəkət
etməlidir. Partlayış-yanğın təhlükəli
obyektlərə və qaz təhlükəli yerlərə nəqliyyat
vasitələrinin girişi rəsmiləşdirilmiş icazə-buraxılış
əsasında həyata keçirilməlidir.
7.1.8.
Avtomaşınların, traktorların, motosikletlərin
girişi qadağan olunduğu neftvurma stansiyaları,
neftdoldurma məntəqələri, çənlər
parkı ərazilərində nəqliyyatın hərəkətini
məhdudlaşdıran nişanlar və yazılı lövhələr
qoyulmalıdır.
7.1.9.
Neftvurma stansiyasının istehsalat meydançalarına
tüstü borularında qığılcımsöndürəni
olmayan nəqliyyat vasitələrinin girişi
qadağandır.
7.1.10.
Dəmir yollarının piyada keçidləri və yollarla kəsişmə
yerlərində rels başlıqları ilə eyni səviyyədə
döşəmə vurulmalı və həmçinin
mühafizə çəpərləri tikilməlidir.
7.1.11.
Yeraltı kommunikasiyalar ərazi boyu göstəricilərlə
işarələnməlidir.
7.1.12.
Yeraltı kommunikasiyaların quyuları kip qapaqlarla
bağlanmalı, enmək üçün dəmir bəndi
yaxud nərdivanı olmalı və onlar göstərici
işarələrlə qeyd olunmalıdır.
7.1.13.
İstehsalat meydançalarının zibillə, tullantılarla,
neftlə və digər yanğın təhlükəli maddələrlə
çirkləndirilməsi qadağandır.
7.1.14.
Yay vaxtı ərazidə bitən ot biçilməli və
yaş halda oradan çıxarılmalıdır.
7.1.15.
Qış mövsümündə avtomobil və piyada
yollarından, istehsalat əməliyyatlarına mane ola biləcək
sahələrdən qar vaxtlı-vaxtında təmizlənməlidir.
7.1.16.
Ərazi “Magistral neft kəmərlərində yanğın təhlükəsizliyi
Qaydaları”nın, Bakı-2002-ci il tələblərinə
uyğun ilkin yanğınsöndürmə vasitələri
ilə təchiz olunmalıdır. (Əlavə 7).
7.1.17.
İstehsalat meydançalarındakı qəza və
yanğın xəbərdarlıq sistemi saz vəziyyətdə
olmalıdır.
7.1.18.
İstehsalat obyektlərinin ərazisində siqaret çəkməyə
yalnız xüsusi ayrılmış və su ilə dolu zibil
qabları quraşdırılmış yerlərdə icazə
verilir.
Bu
yerlər yanğından mühafizə xidməti ilə
razılaşdırılmalı, müəssisə üzrə
əmrlə təyin edilməli və “Siqaret çəkmək
üçün yer” yazısı ilə qeyd
olunmalıdır.
7.1.19.
Ərazinin sərhəddi boyu tələb olunan
işıqlandırma normalara uyğun təmin
olunmalıdır.
7.1.20.
Sahələrin və iş aparılan ərazilərin
işıqlandırılması qüvvədə olan süni
işıqlandırma sahə normalarına uyğun
olmalıdır.
7.1.21.
Magistral neft kəmərlərinin bütün obyektləri
etibarlı telefon və radio rabitə vasitələri ilə təchiz
olunmalıdır.
7.2. Əsas və köməkçi
avadanlıqlara olan tələblər
7.2.1.
Avadanlıqların istismarı istehsalçı-zavodun təlimatlarına
və qüvvədə olan norma, qayda və reqlamentlər nəzərə
alınmaqla istismarçı təşkilatın təlimatlarına
uyğun olaraq həyata keçirilməlidir.
7.2.2.
İstismar müddəti başa çatmış avadanlıqlar
yenidən texniki baxışdan keçirilməlidir.
7.2.3.
Avadanlıqların hərəkət edən və fırlanan
hissələrinin qoruyucu çəpərləri saz vəziyyətdə
olmalıdır.
7.2.4.
Tez-tez texniki baxışdan keçirilən
avadanlıqların məhəccərləri tez sökülən
və ya taxılıb-çıxarılan olmalıdır.
Avadanlıqların məhəccərləri və qoruyucu
örtükləri çıxarılmış halda
istismarı qadağandır.
7.2.5.
İşləyən üçün avadanlıqların təhlükə
mənbəyi ola biləcək hissələrinin,
detallarının, tərtibatlarının və elementlərinin
fərqləndirici və siqnal rəngləri, həmçinin
xəbərdaredici nişanlarının, çəpərləyici
və mühafizə qurğularının səthinin rəngi
ГОСТ 12.4.026-ya uyğun olmalıdır.
7.2.6.
İstismar zamanı temperaturu 450C-dən yuxarı olan
avadanlıq və boru kəmərləri hissələrinin səthləri
yanmayan istilik izolyasiyası və ya məhəccərlə
mühafizə olunmalıdır.
7.2.7.
İşçinin xidmət etmək üçün 0,75 m-dək
hündürlüyə qalxmalı olduğu avadanlıq pilləkənlərlə,
0,75 m-dən yuxarı olduqda isə məhəccərli və
meydançalı nərdivanlarla təchiz edilməlidir.
7.2.8.
Qoruyucu klapanlar işçi təzyiqə tənzimlənməli
və möhürlənməlidir.
7.2.9.
Avadanlıqların təhlükəsiz istismarını təmin
edən tənzimləmə və qapayıcı vasitələr
saz vəziyyətdə olmalıdır.
7.3. İstehsalat otaqlarına olan tələblər
7.3.1.
İstehsalat otaqları, orada avadanlıqların yerləşdirilməsi
layihə tələblərinə uyğun
planlaşdırılmalıdır.
7.3.2.
Texnoloji avadanlıqlar yerləşən otaqlarda yaxşı
görünən yerlərdə texnoloji sxemlər
asılmalıdır.
7.3.3.
Hər bir istehsalat otağının qapılarının
bayır tərəfində istehsalatın partlayış-yanğın
və yanğın təhlükəliliyi üzrə
kateqoriyasını, həmçinin partlayış təhlükəli
və yanğın təhlükəli zonaların siniflərini,
obyektin yanğına qarşı vəziyyətinə məsul
şəxsin adı, soyadı və atasının adı
yazılan lövhə asılmalıdır.
7.3.4.
İstehsalat otaqlarının havasının dəyişdirilməsi
üçün pəncərələrdə açılan
pəncərə layları olmalı və bununla
yanaşı, pəncərələrdə nəfəsliklər
nəzərdə tutulmalıdır. Açılan layların
və nəfəsliklərin sayı layihədə nəzərdə
tutulmalıdır.
7.3.5.
İstehsalat binalarının daşıyıcı və
çəpərləyici konstruksiyalarının texniki vəziyyətinə
mütəmadi olaraq nəzarət edilməlidir.
7.3.6.
Texnoloji proses nəticəsində neft məhsullarının
buxarlarının ayrılması mümkün olan
otağın hər iki tərəfində (başında və
sonunda) azı iki çıxış olmalıdır. Bu
otaqlarda pəncərə layları və bütün
qapılar bayıra açılmalıdır.
7.3.7.
Qaz ayrılması mümkün olan otaqlarda dövri olaraq
işçi zonanın havasında zərərli qazların
qatılığı yoxlanılmalıdır. Bu otaqlarda
müvafiq xəbərdaredici yazı olan lövhələr
asılmalıdır.
7.3.8.
İstehsalat binalarında olan çuxurlar, qanovlar və digər
çalalar asan sökülən, odadavamlı plitələrlə
örtülməli, daim təmiz saxlanılmalı və
müntəzəm olaraq su ilə yuyulmalıdır.
7.3.9.
İstehsalat otaqlarının döşəmələrinin
örtüyü sanitar-gigiyena və istismar tələblərinə
cavab verməlidir; səthi hamar olmalı, sürüşkən
və çatlı olmamalı, qanovlara mailli olmalıdır.
7.3.10.
Döşəmələri və avadanlıqları yanar və
asan alışan mayelərlə yumaq qadağandır.
7.3.11.
Neftin dağılmasına qarşı quraşdırılan
bortlar, panduslar, qanovlar saz vəziyyətdə olmalıdır.
7.3.12.
Köməkçi, məişət, inzibati-təsərrüfat
otaqlarından, elektrik avadanlıqları yerləşən
otaqlardan, ventilyasiya kamerasından, paylayıcı
qurğulardan zəhərli, yanğın-partlayış təhlükəli
maddələrin nəqli üçün boru xətlərinin
çəkilməsi qadağandır.
7.3.13.
Kənar şəxslərin daxil olması qadağan olunan
istehsalat otaqlarının qapısında “Kənar şəxslərə
giriş qadağandır!” yazısı olan lövhə
asılmalıdır.
7.3.14.
Keçidləri, çıxışları, dəhlizləri,
tamburları, pilləkən qəfəsələrini, ehtiyat
(təxliyə) çıxışlarını hər
hansı əşyalarla, materiallarla və avadanlıqla
qalaqlamaq, həmçinin pilləkənlərin altında
anbar, emalatxana və s. yerləşdirmək qadağandır.
7.3.15.
İstehsalat otaqlarında yağa bulaşmış silgi
materialları və digər istehsalat tullantıları saxlamaq
qadağandır.
7.3.16.
Partlayış-yanğın təhlükəli otaqların
ventilyasiya sistemi və yaxud onun avtomatika və bloklama sistemləri
nasaz vəziyyətdə olduqda texnoloji avadanlığın
istismarı qadağandır.
7.3.17.
İstehsalat və köməkçi otaqlar “Magistral neft kəmərlərində
yanğın təhlükəsizliyi Qaydaları”na əsasən
ilkin yanğınsöndürmə vasitələri ilə təmin
olunmalıdır.
7.3.18.
Buxar boru kəmərlərinin üzərindəki
bağlayıcı armaturlar (ventillər, siyirtmələr,
kranlar) istehsalat otaqlarından kənarda, əlçatan yerlərdə
quraşdırılmalı və sutkanın qaranlıq
vaxtı işıqlandırılmalıdır.
7.3.19.
İstehsalat otaqlarında iş yerlərinin
işıqlandırılması normalarına (Əlavə 17)
uyğun olmalıdır.
7.3.20.
İstehsalat otaqları etibarlı telefon və radio rabitə
ilə təmin olunmalıdır. Hər telefon
aparatının yanında yanğından mühafizə və
təcili tibbi yardım xidmətinin nömrəsi
asılmalıdır.
7.3.21.
İstehsalat otaqlarında aşağıdakılar
qadağandır:
-
boru kəmərlərinin və avadanlıqların səthi
üzərində paltar asmaq, hər hansı yanar material
saxlamaq;
-
istehsalata aid olmayan müxtəlif əşyalar saxlamaq.
7.3.22.
İşçilərin həyat və
sağlamlığına təhlükə yaranan yerlərdə
müvafiq xəbərdaredici yazılar və plakatlar
asılmalıdır.
VIII.
Magistral neft kəmərləri obyektlərinin təmiri
zamanı təhlükəsizlik tədbirləri
8.1.
Təmir işlərinin təşkili
8.1.1.
Ümumi tələblər
8.1.1.1.
Təmir işləri qüvvədə olan rəhbər sənədlərə
və hazırkı Qaydaların tələblərinə
uyğun aparılmalıdır.
Müvafiq
buraxılış sənədləri rəsmiləşdirilmədən
təmir işlərinin aparılması qadağandır.
8.1.1.2.
İstismarçı təşkilat təmir işlərinə
başlamazdan 5 gün əvvəl aşağıda göstərilən
tədbirləri yerinə yetirməyə borcludur:
-
yeraltı neft kəmərinin keçdiyi yerləri, yeraltı
neft kəmərinin faktiki dərinliyini, bina və qurğuları,
onların yeraltı kommunikasiyalarla, süni və təbii maneələrlə
kəsişdiyi yerləri dəqiqləşdirməli və
işarələrlə qeyd etməli;
-
trassanın təhkim olunması haqqında akt tərtib etməli;
-
neft kəməri sahəsinin (meydançaların) təhvil
aktını tərtib etməli və podratçıya təhvil
verməli;
-
podratçı ilə birgə buraxılış
aktını tərtib etməli;
-
işlərin yerinə yetirilməsi üzrə layihəni
razılaşdırmalı;
-
işlərin yerinə yetirilməsi üçün icazəni
rəsmiləşdirməli;
-
işlərin mühəndis kommunikasiyalarının
mühafizə zonasında aparılmasına icazə rəsmiləşdirməlidir.
8.1.1.3.
Podratçı təşkilat işə başlamazdan ən
azı 10 gün əvvəl aşağıdakı sənədləri
razılaşdırmaq üçün istismarçı təşkilata
təqdim etməlidir:
-
işlərin yerinə yetirilmə planını;
-
işlərin təşkilinə və təhlükəsiz
aparılmasına cavabdeh şəxslərin təyin edilməsi
haqqında əmri;
-
işlərin yerinə yetirilməsində iştirak edən
şəxslərin siyahısını;
-
mühəndis-texniki heyətin və fəhlələrin
ixstisaslarını təsdiq edən sənədləri;
-
podratçının yüksək təhlükəli işlərin
yerinə yetirilməsinə hazırlığını təsdiq
edən sənədləri;
-
iş zamanı istifadə edilən maşın və mexanizmlərin
sazlığını və onların texniki yoxlamadan
keçməsini təsdiq edən sənədləri.
8.1.1.4.
İcazəni rəsmiləşdirən zaman
istismarçı təşkilat fəaliyyətdə olan MNK,
onun qurğularının mühafizəsini və işlərin
təhlükəsiz aparılmasını təmin edən tədbirlər
işləyib hazırlamalıdır.
8.1.1.5.
Tədbirlərə daxil edilməlidir:
-
hərəkət marşrutu və texnikanın fəaliyyətdə
olan neft kəmərinin üzərindən keçid yerlərinin
təyin edilməsi, yeni keçidlərin
quraşdırılması;
-
fəaliyyətdə olan neft kəmərində işlər
yerinə yetirilən zaman təzyiqin aşağı
salınması üzrə tədbirlər (lazım gəldikdə);
-
iş aparılan yerlərlə əlaqənin təşkilinin
sxemi;
-
qəzanın ləğvi planının operativ hissəsindən
çıxarış.
8.1.1.6.
Texnikanın hərəkəti üçün neft kəmərinin
xətti boyu yol şaquli istiqamətdə
planlaşdırılmalı, zəif daşıma qabiliyyəti
olan torpaqlarda (süxurlarda) isə yollar taxta tirlərlə,
döşəmələrlə, bərkidilən inventar sipərlərlə
və s. örtülməlidir.
8.1.1.7.
Kənar təşkilatların kommunikasiyaları ilə
texnikanın hərəkət marşrutları kəsişdikdə
texnikanın hərəkət marşrutları kommunikasiya
sahibləri ilə razılaşdırılmalıdır.
8.1.1.8.
Nəqliyyatın hərəkət sxemi və texnikanın hərəkət
marşrutu “Mühafizə zonasında işlərin
görülməsinə icazə”nin ayrılmaz hissəsi olan
magistral neft kəmərlərinin mühafizəsi üzrə
tədbirlərə daxil olmalıdır.
8.1.1.9.
Neft kəmərinin mühafizə zonasında
yükqaldırma maşınlarının, avtotraktor və
tikinti texnikasının (sonradan-texnika) tras boyu
daşınması və hərəkəti icazə-buraxılış
vərəqi əsasında həyata keçirilməlidir.
8.1.1.10.
Texnikanın hərəkət marşrutu, yol
ayırıcılar, materialların
yığıldığı və
boşaldıldığı yerlər, digər mühəndis
kommunikasiyaları ilə kəsişən yerlər işarələnməli
və yerinə yetirilən iş sahələrinin vəziyyət
planında və texnikanın hərəkət marşrutunun
sxemində göstərilməlidir.
8.1.1.11.
İşlər aparılan yerlərə traktor
texnikasını işə buraxmazdan əvvəl
sürücülər və maşinistlər reys
qabağı tibbi müayinədən keçməli və
neft kəmərinin mühafizə zonasında texnikanın hərəkət
marşrutunun xüsusiyyətləri ilə tanış edilməlidirlər.
8.1.1.12.
Təmir
işləri, qəza-bərpa işləri istisna olmaqla,
günün işıqlı vaxtı aparılmalıdır. Qəza-bərpa
işləri ilə bağlı işlərdən başqa
gecə vaxtı mühafizə zonalarında texnikanın hərəkəti
qadağandır.
8.1.1.13.
Texnikanın manevrləri, dönmələri, geriyə hərəkəti
yalnız cavabdeh şəxsin nəzarəti altında, saatda 3
km/saat sürəti aşmamaq şərti ilə yerinə
yetirilməlidir.
8.2. Digər müəssisələrin
mühəndis kommunikasiyaları ilə bir texniki dəhlizdə
təmir işləri
8.2.1.
Kənar müəssisələrin mühəndis
kommunikasiyalarının mühafizə zonasında təmir
işləri, yükləmə-boşaltma
meydançalarının quraşdırılması,
materialların yığılması, maşınların hərəkət
etməsi üçün yolların və keçidlərin
quraşdırılması kommunikasiyaları istismar edən
bütün müəssisələrin yazılı icazəsi
ilə və işlərin yerinə yetirilməsinə dair
razılaşdırılmış layihənin olması şərti
ilə yerinə yetirilməlidir.
8.2.2.
Bütün lazımi sənədlər rəsmiləşdirilmədən
digər müəssisələrin mühəndis
kommunikasiyaları ilə bir texniki dəhlizdə təmir
işlərinin aparılması qadağandır.
8.3. Hava və kabel elektrik
ötürücü xətlərin mühafizə
zonalarında işlərin aparılması
8.3.1.
Hava və kabel elektrik ötürücü xətlərinin
mühafizə zonalarında təmir işləri yalnız
işlərin yerinə yetirilməsi üzrə
razılaşdırılmış layihə və hava, kabel
elektrik ötürücü xətlərini istismar edən
müəssisələrin yazılı icazəsi ilə yerinə
yetirilməlidir.
8.3.2.
İşlər görülən zonadan elektrik və rabitə
kabelləri keçdikdə iş icraçıları
(ustalar, briqadirlər, torpaqqazan və digər tikinti mexanizmlərin
sürücüləri) elektrik cərəyanı ilə zədələnmə
təhlükəsi haqqında xəbərdar edilməlidirlər.
8.3.3.
Torpaq işləri yerinə yetirilərkən texniki sənədlərdə
qeyd olunmayan yeraltı kommunikasiyalar aşkar edildikə, dərhal
torpaq işləri dayandırılmalı, onların zədələnmədən
qorunması üçün təcili (təxirəsalınmaz)
tədbirlər görülməli və həmin yerə
bilavasitə istismarçı müəssisənin nümayəndələri
çağrılmalıdır.
8.4. Yüksək təhlükəli, qaz
təhlükəli və odlu işlərin təhlükəsiz
aparılmasının təşkili
8.4.1.
Yüksək
təhlükəli, qaz təhlükəli və odlu işlərin
təhlükəsiz aparılmasının təşkili üçün
idarənin əmri ilə obyektlərin və struktur bölmələrin
rəhbər və mühəndis-texniki işçilərindən
texniki təhlükəsizlik üzrə attestasiyadan
keçmiş, əməyin mühafizəsi norma və
qaydaları, işlərin təhlükəsiz görülməsi
üzrə bilikləri yoxlanılmış cavabdeh və
onları əvəz edən şəxslər təyin edilir.
Onların vəzifələrinə daxildir:
-
icazə-buraxılış vərəqəsini təsdiq etmək;
-
işlərin təşkilinə və təhlükəsiz
aparılmasına məsuliyyət daşımaq;
-
icazə-buraxılış vərəqəsi vermək və
işə buraxmaq;
-
işlərin yerinə yetirilməsinə hazırlığa
cavabdeh olmaq;
-
hava mühitinin analizinin aparılmasına nəzarət etmək.
8.4.2.
Magistral neft kəmərlərini istismar edən obyektlərdə
aşağıdakı təlimatlar işlənib
hazırlanmalı və təsdiq edilməlidir:
-
magistral neft kəmərlərinin partlayış-yanğın
təhlükəli və yanğın təhlükəli
obyektlərində odlu işlərin təhlükəsiz
aparılmasının təşkili üzrə təlimat;
-
magistral neft kəmərlərinin partlayış-yanğın
təhlükəli və yanğın təhlükəli
obyektlərində qaztəhlükəli işlərin təhlükəsiz
aparılmasının təşkili üzrə təlimat;
-
magistral neft kəmərlərinin obyektlərində yüksək
təhlükəli işlərin təhlükəsiz
aparılmasının təşkili üzrə təlimat;
-
magistral neft kəmərlərinin partlayış-yanğın
təhlükəli obyektlərində hava mühitinin nəzarətinin
təşkili üzrə təlimat;
-
sərəncam üzrə yerinə yetirilən işlərin
təhlükəsiz aparılmasının təşkili
üzrə təlimat.
8.4.3.
Magistral neft kəmərlərinin bütün obyektlərində
“Partlayış – yanğın təhlükəli və yanğın
təhlükəli obyektlərin (qaztəhlükəli yerlərin)
Siyahısı” (Əlavə 9), “Odlu, qaz təhlükəli və
digər yüksək təhlükəli işlərin
Siyahısı” (Əlavə 10, 11) və “Sərəncam
üzrə yerinə yetirilən işlərin Siyahısı”
işlənib hazırlanmalı və təsdiq edilməlidir.
Bununla yanaşı, bu obyektlərdə işlərin
aparılmasına qəbul olunmuş forma üzrə “Odlu
işlərin aparılmasına icazə-buraxılış” (Əlavə
13), “Qaz təhlükəli işlərin aparılmasına
icazə-buraxılış” (Əlavə 12) tərtib olunmalıdır.
8.4.4.
Magistral neft kəmərlərinin partlayış-yanğın
və yanğın təhlükəli obyektlərində, eləcə
də qəza hallarında odlu, qaz təhlükəli və
digər yüksək təhlükəli işlərin
aparılmasına tapşırıq-buraxılış vərəqi
tərtib edildikdən sonra icazə verilir.
8.4.5.
Partlayış-yanğın və yanğın təhlükəli
obyektlərdə kənar təşkilatlar tərəfindən
odlu, qaz təhlükəli və yüksək təhlükəli
işlər aparılan zaman:
-
magistral neft kəmərləri obyektinin və podratçı
təşkilatın birgə əmri ilə icazə-buraxılış
vərəqəsini təsdiq edən, işlərin təşkilinə
və təhlükəsiz görülməsinə məsuliyyət
daşıyan, icazə-buraxılış vərəqəsi
verməyə səlahiyyəti olan, hazırlıq işlərinin
aparılmasına cavabdeh olan istismarçı təşkilatın
rəhbər və mühəndis-texniki işçiləri və
podratçı təşkilatdan işlərin aparılmasına
cavabdeh mütəxəssislər və hava mühitinin
analizini aparan şəxslər təyin olunur;
-
struktur bölmənin rəisinə və ya onu əvəz edən
şəxsə icazə-buraxılış vərəqəsi
vermək, obyekti işlərin yerinə yetirilməsinə
hazırlamaq;
-
icazə-buraxılış vərəqəsi üzrə
işlərin yerinə yetirilməsinə cavabdeh olan kənar
podratçı təşkilatların mütəxəssislərinin
təhlükəsizlik norma və qaydaları üzrə bilikləri
idarənin təşkil etdiyi komissiyada Sənayedə
İşlərin Təhlükəsiz Görülməsi və
Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin nümayəndəsinin
iştirakı ilə yoxlanılmalıdır.
8.4.6.
Müxtəlif icazə-buraxılış vərəqələri
üzrə eyni vaxtda hazırlıq işlərinin
aparılmasına, eləcə də icazə-buraxılış
vərəqəsinə aid olmayan işlərin yerinə
yetirilməsi üçün eyni mütəxəssisi cavabdeh
şəxs təyin etmək qadağandır.
8.4.7.
Podratçı təşkilatın mütəxəssislərinin
yüksək təhlükəli işlərin (qaz təhlükəli
və odlu işlər) aparılması üçün
hazırlıq işlərinə cavabdeh şəxs kimi təyin
edilməsi qadağandır.
8.5. Magistral neft kəmərlərinin xətti
hissəsində təmir işləri
8.5.1. Torpaq işlərinin yerinə
yetirilməsində təhlükəsizlik tədbirləri
8.5.1.1. Neft kəmərinin
üstünün açılması üzrə torpaq işlərinin
aparılması yüksək təhlükəli işlərə
tapşırıq-buraxılış vərəqi tərtib
edilməklə aparılmalıdır.
8.5.1.2. Ekskavator işləyən zaman
çalovdan borunun divarına qədər 0,20m məsafə
saxlanılmalıdır. Qazılıb çıxarılan
torpağın xəndəyə tökülməməsi
üçün torpaq xəndəyin kənarından 0,5m-dən
az olmayan məsafəyə yığılmalı, əgər
suxur quru və bərkdirsə, qumlu və nəmli süxurda
isə xəndəyin kənarından 1m-dən az olmayan məsafədə
yığılmalıdır.
8.5.1.3. Ekskavator işləyən zaman
qadağandır:
- təzə tökülmüş, bərkidilməmiş
süxurda ekskavatorun işləməsi;
- çalovun maksimal hərəkət
zonasından 5m radiusda adamların olması;
- ekskavatorun çalovu qaldırılmış
vəziyyətdə ekskavatorun kabinasını tərk etmək;
- ekskavatorun yükqaldırıcı
mexanizm kimi istifadə etmək;
- çalov torpaqla dolu vəziyyətdə
olan zaman ekskavatorun yerinin dəyişdirmək.
8.5.1.4. Buldozer işləyən zaman
qadağandır:
-
hərəkətdə olan buldozerin kabinasına minmək;
-
bıçağı xəndəyin maili səthinin
qırağından kənara çıxarmaq;
-
əvvəlcədən yumşaq mineral süxur tökülməmiş
borunu donmuş süxurla örtmək;
-
xəndəyin içərisində adamların
olmadığını yoxlamamış borunun
üstünü örtmək.
8.5.1.5.
Daşıyıcı qabiliyyəti az olan torpaqlarda işləyərkən
münbit layın çıxarılması bir çalovlu
ekskavatorla yerinə yetirilməlidir.
8.5.1.6.
Neft kəmərləri fəaliyyətdə olan yeraltı
kommunikasiyalarla kəsişdiyi yerlərdə kommunikasiyadan
üfüqi istiqamətdə 2m-dən, şaquli istiqamətdə
isə 1m-dən az olan məsafədə torpağın
mexaniki üsulla işlənilməsi qadağandır.
8.5.1.7.
Xəndəklərin divarlarında uçma təhlükəsi
yaradan çatlar əmələ gəldikdə işçilər
oranı dərhal tərk etməlidirlər.
8.5.1.8.
Süxur sularının axması baş verdikdə çalanın
divarları metal və ya taxta şpuntlarla
(çıxıntılarla) bərkidilməlidirlər.
8.5.1.9.
Xəndəyin içərisində adamlar olarkən xəndəyin
yaxınlığında texnikanın hərəkəti
qadağandır.
8.5.1.10.
Torpaq işləri aparılan zaman aşağıdakılar
qadağandır:
-
icazə sənədləri rəsmiləşdirilmədən
işləri aparmaq;
-
MNK obyektinin dispetçeri ilə ikitərəfli sabit rabitə
olmadıqda işlərə başlamaq;
-
işlərin yerinə yetirilməsinə cavabdeh şəxs
olmadıqda torpaq işlərini aparmaq;
-
buldozerin tırtılları ilə yenicə
tökülmüş torpaq tökümünün kənarına
1 m-dən yaxın məsafəyə yaxınlaşmaq;
-
çalada, xəndəkdə iş prosesi zamanı elektrik
kabelləri, qaz kəmərləri, magistral neft kəmərləri
aşkar olunduqda zərbə alətlərindən
(külüng, ling, pnevmoalət) istifadə etmək.
8.5.1.11.
Təmir çalası hazırlandıqdan sonra işçilərin
oraya enməsinə yalnız texniki nəzarət xidməti tərəfindən
mərhələ üzrə görülmüş iş qəbul
edildikdən sonra və xidmətin icazəsi ilə yol verilir və
bu barədə müvafiq qeydiyyat aparılır.
8.5.2. Neft boru kəmərlərinə
vantuzların yerləşdirilməsi (врезка) zamanı təhlükəsizlik
tədbirləri
8.5.2.1.
Neft boru kəmərlərinə
vantuzların oyub yerləşdirilməsi odlu işlərə
tapşırıq-buraxılış vərəqi tərtib
edilməklə həyata keçirilməlidir.
8.5.2.2.
Vantuzlar zavod şəraitində hazırlanmalı və
sınaqdan keçirilməlidir.
8.5.2.3.
Vantuzların hazırlanmasında və
quraşdırılmasında istifadə olunan siyirtmələrin
istehsalçı zavod pasportu və uyğunluq sertifikatı
olmalıdır.
8.5.2.4.
Vantuzlar sürgünün davamlılığına, möhkəmliyinə,
hermetikliyinə yoxlanılmalıdır.
8.5.2.5.
Vantuzların neft boru kəmərlərinə yerləşdirilməsi
üzrə işlər aparılan zaman işçi
zonanın havası qazlılığa
yoxlanılmalıdır.
8.5.2.6.
Vantuzun qol borusu neft boru kəmərinə, orada təzyiq 2,5
MPa-dan yuxarı olmadıqda qaynaq edilməlidir.
8.5.2.7.
Vantuzların qaynaq tikişləri dağıdılmayan
üsulla yoxlanılmalıdır.
8.5.2.8.
Vantuzda dəliklərin açılması üçün
istifadə olunan qurğu partlayışdan mühafizəli
olmalı, onun istismar təlimatı, istehsalçı zavodun
pasportu və uyğunluq sertifikatı olmalıdır.
8.5.2.9.
İdarəetmə şkafı və səyyar elektrik
stansiyası yerləbirləşdirilmədən dəlik
açan qurğunun işə salınması
qadağandır.
8.5.2.10.
Dəlik açıldıqdan sonra vantuz siyirtməsi
bağlanmalı və ellips formalı tıxaclı əks
flans quraşdırılmalıdır.
8.5.3. Xətti siyirtmələrlə
işlədikdə və sarğacın (катушка) kəsilməsi
(вырезке) və quraşdırılması (врезка)
zamanı əsas neft kəmərindən
ayrılmış sahələrdən neftin
boşaldılması işlərində təhlükəsizlik
tədbirləri
8.5.3.1.
Neft boru kəmərlərinə
sarğac
(катушка) quraşdırılmazdan (врезка) əvvəl
siyirtmələrin daxili boşluqları yuyulmalı,
sürgülərinin hermetikliyi yoxlanılmalıdır.
8.5.3.2.
Təmir olunan boru sahəsini ayıran siyirtmələr
bağlanmalı və elektrik qidalandırıcısından
açılmalıdır. Siyirtmələrin
açılmasını istisna edən tədbirlər
görülməlidir, (texniki cəhətdən
mümkündürsə, sükan sökülməlidir),
“Qoşma! Adamlar işləyir!” yazı plakatları
asılmalıdır.
8.5.3.3.
Neftin boşaldılması üzrə işlər qaz təhlükəli
işlərə tərtib olunan icazə-buraxılış vərəqəsi
əsasında aparılmalıdır.
8.5.3.4.
Lazımi sayda vantuzları açmaqla neftdən
boşaldılan boru kəmərlərinə hava daxil
olmalıdır.
8.5.3.5.
Neftin boşaldılması və doldurulması
üçün istifadə olunan əsas nasos aqreqatları əks
klapanlarla və ayırıcı siyirtmələrlə
komplektləşdirilməlidir.
8.5.3.6.Nasos
aqreqatları quraşdırılan meydançalar
hamarlanmalı və boru sarğısı daxil olmaqla işarələnməlidir.
8.5.3.7.
Dayaq (подпорный) nasosu bilavasitə neft boşaldılan yerin
yaxınlığında quraşdırıl-malıdır.
8.5.3.8.
Əsas nasos aqreqatı neft boşaldılan və doldurulan
vantuzlardan 50 m-dən və dayaq (подпорный) aqreqatından 40 m-dən
az olmayan məsafələrdə yerləşdirilməlidir. Əsas
nasos aqreqatları arasındakı məsafə 8 m-dən az
olmamalıdır.
8.5.3.9.
Elektrik stansiyası əsas aqreqatdan və neftin
boşaldıldığı və doldurulduğu yerlərdən
50 m-dən az olmayan məsafədə hamar meydançada
quraşdırılmalıdır. Avadanlıqlar yerləşdirildikdə
fövqəladə hallar zamanı texnikanın maneəsiz hərəkəti
və manevr etməsi imkanı təmin edilməlidir.
8.5.3.10.
Metal və hörgü (оплеточный) xortumlarının birləşmə
yerlərinin hermetikliyinin pozulmasının, sallanmasının
və əyilməsinin qarşısını almaq
üçün onları əsas və dayaq nasosların qəbul
və atqı borularına birbaşa birləşdirilməsi
qadağandır.
8.5.3.11.
Əsas nasos aqreqatların dizel intiqalları və elektrik
stansiyaları qığılcımsöndürənlə təchiz
olunmalıdır.
8.5.3.12.
Əsas və dayaq nasosları, elektrik stansiyaları yerləbirləşdirici
qurğular vasitəsilə yerləbirləşdirilməlidir.
Nasos aqreqatlarının və işıqlandırıcı
projektorların intiqallarının qidalandırıcı
kabelləri xüsusi altlıqlar üzərində çəkilməlidir.
8.5.3.13.
Əsas və dayaq nasos aqreqatlarının boru
sarğıları əvvəlcədən sınaqdan
keçirilməlidir.
8.5.3.14.
Neft kəmərlərinə neftin doldurulması və
boşaldılması üzrə işlər yerinə yetirilərkən
qadağandır:
-
iki və daha çox dayaq nasoslarının istifadəsi
zamanı Dş250 kollektorunda və neft boru kəmərində
neft doldurulan vantuz siyirtmələrində əks klapanlar
quraşdırılmadan neftin vurulması işlərini
aparmaq;
-
0,3 MPa-dan çox izafi təzyiqi olan boşaltma sahələrində
dayaq aqreqatlarından istifadə etmək;
-
əgər xətdə, işçi təzyiq sahə
magistral boru kəmərlərində (SMBK) və xortumlarda icazə
verilən təzyiqi aşarsa SMBK-dən və metal
xortumlarından istifadə etmək;
-
çən doldurularkən neft şırnağını
hündürdən axıtmaq;
-
nəql zamanı nasos aqreqatları platformasında adamların
olması;
-
nasos aqreqatları işləyən zaman adamların
aqreqatlardan, sorucu və təzyiqli boru kəmərlərindən
və doldurma-boşaltma vantuzlarından 50 m-dən yaxın məsafədə
(işçi heyət və rəhbər iş
icraçısından başqa) olması;
-
magistral neft kəmərlərində təzyiqə nəzarət
olunmadan doldurma-boşaltma əməliyyatları aparmaq;
-
uyğunluq sertifikatı olmayan
avadanlıqlardan və qurğulardan istifadə etmək;
-
vantuza qəbuledici borunu bərkitmədən nefti boşaldan
qurğudan istifadə etmək;
-
anbarı bəndin yuxarı kənarının 1 m-dən
yuxarı səviyyəsinə qədər doldurmaq.
8.5.3.15.
İşlər yerinə yetirilən zaman işləyən
nasos aqreqatlarının bilavasitə yaxınlığında
hava mühitinin yoxlanılması təşkil
olunmalıdır.
8.5.4. Boru kəsən maşınlar
vasitəsilə defektli (qüsurlu) boruların,
sarğacların, siyirtmələrin, birləşdirici
detalların kəsilməsi üzrə işləri yerinə
yetirərkən təhlükəsizlik tədbirləri
8.5.4.1.
Sarğacın kəsilməsi qaz təhlükəli işlərin
yerinə yetirilməsi üçün icazə-buraxılış
vərəqəsi tərtib etməklə
aparılmalıdır. İş yerinə yetirilərkən
hava mühitinin yoxlanılması təmin olunmalıdır.
8.5.4.2.
Sarğaclar (detallar) kəsilməzdən əvvəl neft kəmərlərində
boru kəmərlərini birləşdirən və kəsilən
elementi şuntlayan bənd quraşdırılmalıdır.
8.5.4.3.
Sarğacların kəsilməsi işlərinə
başlamazdan əvvəl iş aparılan yerlərin hər
iki tərəfindən 10 km-dən az olmayan məsafədə
drenaj və katod mühafizəsi stansiyaları
açılmalıdır.
8.5.4.4.
İşlər yerinə yetirilən zaman işdə istifadə
olunmayan bütün texniki vasitələr 100 m-dən az olmayan
məsafədə işlər aparılan zonanın xaricində
yerləşdirilməlidir.
8.5.4.5.
İşçi zonanın havasının təmizlənməsi
üçün istifadə olunan ventilyatorlar, hava mühitini
yoxlayan qazanalizatorlar, nasos avadanlıqları, çıraqlar
partlayışdan mühafizəli icrada olmalıdır.
Elektrik avadanlıqlarında partlayışdan mühafizənin
səviyyəsini göstərən işarə
olmalıdır, işarə olmadıqda ondan istifadə etmək
qadağandır.
8.5.4.6.
İstifadə edilən bütün elektrik avadanlıqları
və elektrik alətləri yerləbirləşdirilməlidir.
8.5.4.7.
Elektrik mexanizmləri və alətləri ayırıcı
mühafizə qurğuları ilə təchiz
olunmalıdır.
8.5.4.8.
Elektrik alətlərinin gövdəsində inventar nömrəsi
və növbəti yoxlamanın tarixi, gərginliyi azaldan
transformatorlarda isə inventar nömrəsi və növbəti
sınaqların tarixləri göstərilməlidir.
8.5.4.9.
Boru kəsən maşınlarla sarğacların kəsilməsi
üzrə işlər aşağıdakı hallarda
qadağandır:
-
frezdə qoruyucu örtük olmadıqda;
-
xəndəyin (qanovun) kənarından frez daim
soyudulmadıqda;
-
idarəetmə lövhəsi, boru kəsən maşın, səyyar
elektrik stansiyası yerləbirləşdirilmədikdə;
-
işçi çalanın içərisində adamlar
olduqda;
-
çalanın divarları ilə boru kəsən
maşın arasında məsafə 0,5m-dən az olduqda;
-
frezin fırlanma sürəti 60 dövr/dəqiqədən
çox olduqda.
8.5.5. Neft kəmərinin boru
boşluğunun hermetikləşdirilməsi zamanı təhlükəsizlik
tədbirləri
8.5.5.1.
Boru kəmərinin hermetikləşdirilməsi üzrə
işlərin yerinə yetirilməsi icazə-buraxılış
vərəqəsi və işlərin yerinə yetirilmə
planına əsasən həyata keçirilməlidir.
İşlərin yerinə yetirilmə planında və icazə-buraxılış
vərəqəsində boru kəmərinin hər bir sahəsinin
hermetikləşdirilməsi üçün bağlanma
üsulu, istifadə edilən hermetikləşdiricinin
növü göstərilməlidir.
8.5.5.2.
İstifadə edilən hermetikləşdiricilərin istismar
üzrə təlimatı, istehsalçı zavodun pasportu,
uyğunluq sertifikatı olmalıdır.
8.5.5.3.
Boru kəmərlərinin hermetikliyi üzrə işlərə
başlamazdan əvvəl çalada havanın analizi
aparılmalıdır. Buraxıla bilən qatılıq həddi
(BBQH) (300 mq/m3) artan zaman partlayışdan mühafizəli
oxlu ventilyatorlarla təmir çalasının havası dəyişdirilməli
və qaz yığılmasının qarşısı
alınmalıdır.
8.5.5.4.
Hermetikləşdiricilər quraşdırılan yerlərdə
boru kəmərinin daxili səthi neftdən, parafindən,
çirkdən və yanıq dəmirdən tam təmizlənməlidir.
8.5.5.5.
Borunun açıq tərəfindən boru kəmərinə
hermetikləşdiricinin quraşdırılması üzrə
işlər, sarğacın (катушка)
quraşdırılmasından sonra boru kəmərindən
havanın buraxılması və hermetikləşdiricinin
sökülməsi həmin işlərin aparılmasına
cavabdeh mühəndis-texniki işçinin rəhbərliyi
altında aparılmalıdır.
8.5.5.6.
Hermetikləşdiricilər pnevmatik məftillə (пневмопровод)
təchiz olunmalıdır. Pnevmatik məftil boru kəmərinin
divarında açılmış dəlikdən bayıra
çıxarılmalı və hermetikləşdiricinin hava təzyiqini
tənzimləyicisi və nəzarət qovşağı ilə
birləşdirilməlidir.
8.5.5.7.
Hava təzyiqinin tənzimləyicisi və nəzarət
qovşağı olmayan hermetikləşdiricilərdən
istifadə etmək, eləcə də hermetikləşdiricilərdən
kəmərin açıq tərəfindən havanın
verilməsi və buraxılması qadağandır.
8.5.5.8.
Qaynaq işləri başa çatdıqdan sonra və qaynaq
calaqlarının defektoskopiya üsulu ilə
yoxlanılmasının nəticələri müsbət
olduğu halda hermetikləşdiricidən hava
buraxılmalı, təzyiqə nəzarət və tənzimləyici
qurğu sökülməlidir.
8.5.5.9.
Borunun açıq tərəfindən hermetikləşdiricinin
sökülməsindən əvvəl işlərin yerinə
yetirilməsinə cavabdeh şəxs neft kəmərindəki
qazın təzyiqini yoxlamalıdır. Neft kəmərindəki
təzyiq atmosfer təzyiqindən fərqli olduqda işlər
dayandırılmalı və təzyiqi atmosfer təzyiqi səviyyəsinə
çatdırmaq üçün tədbirlər
görülməlidir.
8.5.5.10.
Boru kəmərinin açıq tərəfinin
qarşısında işlər aparıldıqda, hermetikləşdirici
hava ilə doldurulduqda və hermetikləşdiricinin
sökülməsi zamanı işçilərin orada
olması qadağandır.
8.5.5.11.
Hermetikləşdiricinin qarşısındakı neftin səviyyəsinə,
boru kəmərlərində qazın izafi təzyiqinə və
ya vakuuma nəzarət hermetikləşdiriciyə qədər
30m-dən az olmayan məsafədə, boru kəmərinin
yuxarı səthində diametri 8-12mm olan
açılmış dəliklərdən
aparılmalıdır. Onlara 30 m məsafədən nəzarət
etmək mümkün olmadığı halda (texnoloji boru kəmərlərində,
bağlayıcı armaturlar mövcud olduqda və s.),
mümkün qədər uzaq məsafədə şlanq
quraşdırmaqla dəliklər açılmalı və
şlanqın bir ucu 30m-dən az olmayan məsafəyə
çəkilməlidir. Şlanqın kəmərə birləşdirildiyi
yer hermetikləşdirilməlidir.
8.5.5.12.
Hermetikləşdiricidən sonra yerləşən neft kəmərinin
sahəsində işlər görülən zaman qazın
izafi təzyiqinə və yaxud vakuuma bir saatdan bir nəzarət
dəliyindən nəzarət olunmalıdır.
8.5.5.13.
Nəzarət dəliklərinin üzərində alüminium
millərin üstünə taxılmış kiçik
mayaklar quraşdırılmalı, neft kəmərlərinin
boşaldılmış sahəsinə neftin daxil olması,
qaz təzyiqinin artması və ya yaranan vakuumun vaxtında
aşkar edilməsi məqsədilə daimi müşahidə
təşkil edilməlidir.
8.5.5.14.
Neft kəmərində qazın təzyiqi atmosfer təzyiqlə
müqayisədə dəyişdikdə işlər
dayandırılmalı və təzyiqin dəyişmə səbəbinin
aradan qaldırılması üzrə tədbirlər
görülməlidir.
8.5.5.15.
Təmir çalasında boru kəmərinin daxili
boşluğunun hermetikləşdirildiyi zaman çalada
hermetikləşdiricini quraşdıran işçilər
olmalıdır.
8.5.5.16.
Rezinkord hermetikləşdiricisi neft boru kəmərinin daxili
boşluğuna quraşdırılmazdan əvvəl onun
sıxılmış hava (təsirsiz qazla) ilə
doldurulması qadağandır.
8.5.5.17.
Rezinkord hermetikləşdiricisinin təkrar istifadəsi
qadağandır.
8.5.5.18.
Ətraf mühitin temperaturu mənfi 300C-dən
aşağı olduqda rezinkord hermetikləşdiricisinin istifadəsi
qadağandır.
8.5.5.19.
Rezinkord hermetikləşdiricisinin quraşdırılması və
çıxarılması zamanı zərbə mexanizmlərindən
istifadə etmək qadağandır.
8.5.5.20.
Mühafizə barmaqlıqlarından və bucurğadlardan
istifadə etmədən neft kəmərinin daxili
boşluğundan rezinkord hermetikləşdiricisinin
çıxarılması üzrə işlərin
aparılması qadağandır.
8.5.5.21.
Hermetikləşdiricidə təzyiqin tam həddə qədər
aşağı düşdüyü ana qədər və
boru kəməri ilə hermetikləşdirici arasında məsafə
əmələ gələnə qədər boru kəmərinin
açıq ucundan rezinkord hermetikləşdiricisinin
çıxarılması qadağandır.
8.5.5.22.
Gecə vaxtı işçi çalanın
işıqlandırılması partlayış mühafizəli
tərtibatda hazırlanmış çıraqlarla
(projektorlarla) yerinə yetirilməlidir. Yerli
işıqlandırma üçün gərginliyi 12 V-dan
çox olmayan partlayış mühafizəli
çıraqlardan (akkumulyatorlu fənərlərdən)
istifadə edilməlidir.
8.5.6. Qaynaq-quraşdırma işlərinə
hazırlıq və yerinə yetirilməsi zamanı təhlükəsizlik
tədbirləri
8.5.6.1.
Qaynaq-quraşdırma işlərinə hazırlıq
zamanı və onların yerinə yetirilməsində
görülən işlər icazə-buraxılış vərəqəsinə
və işlərin yerinə yetirilmə planına (İYP) əsasən
həyata keçirilməlidir.
8.5.6.2.
Qaynaq-quraşdırma işləri yerinə yetirilən zaman
hava mühitinin yoxlanılması təşkil
olunmalıdır.
8.5.6.3.
Sarğaclar (катушка) boruya uyğunlaşdırıldıqda və
ya borunun ucları kəsildikdə boru kəmərinin açıq
uclarının qarşısında dayanmaq, eləcə də
həmin əməliyyatı yerinə yetirməyən şəxslərin
orada olması qadağandır.
8.5.6.4.
Boru kəmərinin nasaz (qüsurlu) sahəsinin təmiri
zamanı quraşdırılan boruların, sarğacların,
birləşdirici detalların, armaturların sertifikatları və
pasportları olmalıdır.
8.5.6.5.
Boru kəmərinin nasaz (qüsurlu) sahəsinin təmiri
zamanı quraşdırılan borular, sarğaclar, birləşdirici
detallar, armaturlar hidravlik üsulla sınaqdan keçirilməlidir.
Sınaq aktları istismarçı təşkilata təqdim
olunmalıdır.
8.5.6.6.
Cilalama maşını ilə işləyərkən
qadağandır:
-
xüsusi geyim və xüsusi ayaqqabıdan, dəbilqə və
qoruyucu eynəkdən istifadə etmədən işləmək;
-
cilalama dairəsinin mühafizə örtüyünü
çıxarmaq;
-
cilalama dairəsinin fırlanma sürəti cilalama
maşınının fırlanma sürətindən az
olduqda ondan istifadə etmək;
-
cilalama dairəsini əl ilə dayandırılmaq;
-
cilalama dairəsi tam dayanana qədər cilalama
maşınını yerə qoymaq;
-
cilalama maşını şəbəkədən
açılmadan işçi dairəni bərkitmək və
ya dəyişdirmək.
8.5.6.7.
Elektrik qaynaq aparatının gövdəsində inventar
nömrəsi, izolyasiyanın müqavimətinin növbəti
ölçmə tarixi və aidiyyatı olan şöbə
göstərilməlidir.
8.5.6.8.
Zavod şəraitində istehsal olunmayan və dəstəklərinin
izolyasiyası pozulmuş elektrik tutucularından istifadə etmək
qadağandır.
8.5.6.9.
Küləyin sürəti 10 m/san-dən artıq olduqda və
atmosfer yağıntısı (qar və ya yağış)
düşən zaman iş yerinə yetirilən sahənin
talvarı olmadıqda, orada qaynaq işlərinin
aparılması qadağandır.
8.5.6.10.
Qaz balonlarının nəqli başlıqları
bağlanmış halda həyata keçirilməlidir.
8.5.6.11.
Oksigen balonları ilə yanar qaz balonlarının bir yerdə
nəqli qadağandır.
8.5.6.12.
Balonların nəqli zamanı avtomobillərin banlarında
adamların olması qadağandır.
8.5.6.13.
Yoxlama müddəti keçmiş balonların istifadəsi
qadağandır.
8.5.6.14.
Balonlardan açıq od mənbəyinə qədər məsafə
5m-dən az olmamalıdır.
8.5.6.15.
Nasaz və ya sınaq müddəti keçmiş manometrli
reduktorlardan istifadə etmək qadağandır.
8.5.6.16.
Qaynaq kabellərindən oksigen balonlara qədər məsafə
0,5m-dən, yanar qaz balonlarına qədər məsafə isə
1 m-dən az olmamalıdır.
8.5.6.17.
Qazkəsici qurğunun şlanqlarının (xortumların)
ümumi uzunluğu 30m-dən çox olmamalıdır. Xortum,
üçdən çox olmayan, öz aralarında ikitərəfli
büzmələnmiş nippellərlə birləşdirilmiş
və xamutla bərkidilmiş ayrı-ayrı hissələrdən
ibarət olmalıdır.
8.5.6.18.
Qazkəsici qurğunun şlanqları (xortumlar), reduktorlar, qaz
odluqları dövri sınaqdan keçirilməlidir.
8.5.7. Neft boru kəmərinin neftlə
doldurulduğu zaman əsas təhlükəsizlik tədbirləri
8.5.7.1.
Boru kəmərlərinə neftin doldurulması üzrə
işlər qaz təhlükəli işlərə icazə-buraxılış
vərəqəsi əsasında yerinə yetirilməlidir.
8.5.7.2.
İşlər gecə vaxtı aparılan zaman iş yerləri
işıqlandırılmalıdır.
İşıqlandırıcı cihazlar partlayış
mühafizəli olmalıdır. Yerli işıqlandırma
üçün gərginliyi 12 V-dan çox olmayan
partlayış mühafizəli çıraqlardan
(akkumulyatorlu fənərlərdən) istifadə edilməlidir
(onlar partlayış təhlükəli zonaların
hüdudlarından kənarda qoşulmalı və
açılmalıdır).
8.5.7.3.
Vantuzdan 20 m-dən az məsafədə yerləşən
elektrik ötürücü xətlərinin, transformator məntəqələrinin
istiqamətində qaz-hava fraksiyasının buraxılması
qadağandır.
8.5.7.4.
İşin yerinə yetirilmə planında (İYP), quyuda və
ya vantuz quraşdırılan yerdə işin təhlükəsiz
aparılmasını təmin edən məsafəyə
qaz-hava qarışığının ötürülməsi
üzrə tədbirlər nəzərdə
tutulmalıdır.
8.5.7.5.
Tufanlı hava şəraitində neft kəmərlərindən
qaz-hava qarışığının buraxılması
qadağandır.
8.5.7.6.
Qaz-hava qarışığı buraxılan yerdən 100 m-dən
yaxın məsafədə texnikanın olması və
açıq alovdan istifadə edilməsi qadağandır.
8.5.7.7.
Qaz-hava qarışığının buraxılması
üzrə işləri yerinə yetirməzdən əvvəl
hava mühitinin analizi aparılmalıdır.
8.5.7.8.
Quyuda iş görülən zaman xilasedici əleyhqaz geyinməli
və kəmərin sığortalayıcı kəndiri
taxılmalı, quyunun xaricində isə 2 (iki) nəfərdən
az olmamaq şərtilə sığortalayıcılar
olmalıdır.
8.6. İzoləedici işlər
8.6.1.
İzoləedici işlər icazə-buraxılış vərəqəsi
və işlərin yerinə yetirilməsi planı üzrə
həyata keçirilməlidir.
8.6.2.
Neft kəmərinin izolyasiyadan təmizlənməsi zamanı
açıq alovdan istifadə etmək qadağandır.
8.6.3.
İzoləedici işlərin yerinə yetirilməsi zamanı
açıq oddan istifadə etməklə istifadə olunan
bitum əridən qazanın neft kəmərindən 50 m-dən
yaxın məsafədə yerləşdirilməsi
qadağandır.
8.6.4.
Astarlanmanı (qruntovka) hazırlayarkən
qızdırılmış bitumun üzərinə benzin
tökmək qadağandır.
8.6.5.
Astarlanma (qruntovka) və həlledici ilə işləyən
zaman qadağandır:
-
etilləşdirilmiş benzindən və benzoldan istifadə
etmək;
-
onları açıq taralarda saxlamaq və nəql etmək;
-
doldurulmuş taraları yükləmə-boşaltma zamanı
tullamaq, onların tıxaclarını burub çıxarmaq və
qapaqları açmaq, qığılcım əmələ
gətirən metal əşyalarla zərbə vurmaq;
-
açıq alovdan 50 m-dən yaxın məsafədə
onları qarışdırmaq və boşaltmaq.
8.6.6.
Bitum polimer mastikasının hazırlandığı yerdə
yanğınaqarşı vasitələrin dəsti
olmalıdır.
8.6.7.
Yanan bitumu su və ya qar ilə söndürmək
qadağandır.
8.6.8.
Qızdırılmış bitum polimer mastikasını
xüsusi çəlləklərdə daşınmasına
icazə verilir.
8.6.9.
Xəndəyə (qanova) qızdırılmış bitum
polimer mastikasının verilməsi və tarada əldən-ələ
ötürülməsi qadağandır.
Qızdırılmış izoləedici mastikanı tutumla xəndəyə
(qanova) verilməsi üçün yükqaldırıcı
mexanizmlərdən istifadə edilməlidir.
8.6.10.
Polimer təbəqədən istifadə edilən zaman
qadağandır:
-
nazik təbəqənin saxlandığı yerdən 50 m-dən
yaxın məsafədə açıq alovun qalanması;
-
maşının banında eyni vaxtda adamların və polimer
təbəqənin (plyonkanın) daşınması.
8.6.11.
Elektroqığılcımlı defektoskopla çəkilmiş
izoləedici örtüyün bütövlüyünün
yoxlanılması zamanı xəndəkdə (qanovda) kənar
şəxslərin olması qadağandır.
8.6.12.
Elektroqığılcımlı defektoskopla izoləedici
örtüyün bütövlüyünün
yoxlanılmasını aparan heyət fərdi mühafizə
vasitələri ilə təmin edilməli (rezinli dielektrik
boğazlı qaloş və əlcəklər), xəndəyin
dibi düzəldilməlidir.
8.6.13.
Yağış və qar yağan zaman
elektroqığılcımlı defektoskopla izoləedici
örtüyün bütövlüyünün
yoxlanılması qadağandır.
8.7. Su basmış və yumşaq
torpaqlarda, magistral neft boru kəmərlərinin su keçidlərində
təmir işləri
8.7.1. Ümumi tələblər
8.7.1.1.
Hazırlıq işləri, kommunikasiyaların işarələnməsi
və magistral neft kəmərləri sahəsinin
podratçıya təhvil verilməsi, təmir işlərinin
yerinə yetirilməsi üçün sənədlərin rəsmiləşdirilməsi
hazırki Qaydaların 8.1 bəndinə müvafiq yerinə
yetirilməlidir.
8.7.1.2.
Təmir işlərinin yerinə yetirilməsi üzrə sənədlərin
rəsmiləşdirilməsi zamanı su və balıq
ehtiyatlarının tənzimlənməsi və mühafizəsi
üzrə orqanlar, su yolları və gəmilər işləyən
çaylarda gəmiçilik orqanları ilə işin yerinə
yetirilmə layihəsi və müddəti əlavə olaraq
razılaşdırılmalıdır.
8.7.1.3.
Təmir işləri yerinə yetirilən zaman suyun səviyyəsinin
ölçülməsi gündəlik aparılmalıdır.
8.7.1.4.
Təmir işləri yerinə yetirilən zaman iş
aparılan yer daimi rabitə ilə təmin edilməlidir.
8.7.1.5.
Təmir işləri yerinə yetirilərkən magistral neft
boru kəmərlərinin sualtı keçidlərində
maksimal buraxıla bilən işçi təzyiq 2,0 MPa-dan və
möhkəmliyin hesablanma nəticələri üzrə
maksimal buraxıla bilən işçi təzyiqdən
artıq olmamalıdır.
8.7.1.6.
Boru kəmərinin üstü açılmış sahəsinə
minimal təsirin təmin edilməsi üçün
aşağıdakı tədbirlər yerinə yetirilməlidir:
-
üstü açılmış sahənin uzunluğu
işin yerinə yetirilmə layihəsində göstərilən
miqdarı aşmamalıdır;
-
hermetik kameranın quraşdırılması zamanı boru kəmərinə
cəm yükün təsir qüvvəsi diametrləri Du
500-1500 kq qədər, Du 500 - 2500 kq-dan çox
aşmamalıdır.
8.7.2. Sualtı - texniki işlər
zamanı təhlükəsizlik tədbirləri
8.7.2.1.
Sualtı neft boru kəmərlərinin keçidlərində
təmir işlərinin aparılmasına yaşı 20-dən
az olmayan, müvafiq iş növü üzrə ixtisas dərəcəsi,
dalğıc enmələrinə icazəsi, şəxsi tibb
kitabçası olan, təhlükəsiz iş
üsulları üzrə təlimatlanıdırılmış,
biliyi yoxlanılmış və ildə bir dəfədən
az olmayaraq dalğıc ləvazimatlarında təlim məşqləri
keçmiş dalğıclar buraxılır.
8.7.2.2.
Neft boru kəmərlərinin sualtı keçidlərində
təmir işləri sayı üç nəfərdən az
olmayan dalğıc briqadası tərəfindən yerinə
yetirilməlidir.
8.7.2.3.
Dalğıc işlərinə başlamazdan əvvəl təmir
işləri aparan təşkilatın müdiriyyətinin əmri
ilə təyin edilir:
-
dalğıc işlərinə rəhbərlik edən şəxs;
-
dalğıc enmələrinə rəhbərlik edən şəxs;
-
dalğıc briqadasının tərkibi;
-
tibbi təminata cavabdeh şəxs;
-
dalğıc enmələrini və işlərini təmin edən
şəxslər.
8.7.2.4.
Suda işlərin yerinə yetirildiyi sahədə xilasetmə
xidməti təşkil olunmalıdır.
8.7.2.5.
İşə başlamazdan əvvəl axının faktiki
sürəti ölçülməlidir. Axının sürəti
1m/san-dən çox olduqda işlər dalğıc ləvazimatlarından
və mühafizə qurğularından istifadə etməklə
yerinə yetirilməlidir.
8.7.2.6.
Gəmilər hərəkət edən çaylarda və su
anbarlarında sualtı texniki işlər yerinə yetirilməzdən
əvvəl hidrometeoroloji xidmətlə daimi əlaqə
yaradılmalıdır.
8.7.2.7.
Üzən vasitələrin üzərində görülən
bütün işlər və dalğıcların suya enmələri
dənizin dalğalanması 2 baldan çox olmadıqda
aparılmalıdır. (“Neftqazçıxarma sənayesində
təhlükəsizlik qaydaları”nın II-ci bölməsi,b.11.7)
8.7.2.8.
Dalğıcın enməsi 12 m və bundan çox dərinlikdə
aparıldıqda bu yerdə rekompressiya kamerası və tibbi
heyət (dalğıc həkimi) olmalıdır. Enməyə
başlamazdan əvvəl kamera işə hazırlanmalı və
enmənin dərinliyinə müvafiq rekompressiya rejimi
üçün hava ehtiyatı olmalıdır.
8.7.2.9.
Dalğıcların suya enmələri havanın temperaturu mənfi
300C-dən aşağı olmadıqda ventilyasiya
olunan ləvazimatlarda, mənfi 200C–dən
aşağı olmadıqda hidrokombinezonlarda
aparılmalıdır.
8.7.2.10.
Dalğıc enmələri mühafizə vasitələri
olmadıqda aşağıdakı hallarda qadağandır:
-
küləyin sürəti 14 m/san çox olduqda və
havanın temperaturu mənfi 100C-dən
aşağı olduqda;
-
küləyin sürəti 8,5 m/san çox olduqda, havanın
temperaturu mənfi 150C- dən aşağı olduqda.
8.7.2.11.
İşlər yerinə yetirilməzdən əvvəl buz səthinin
üzərindən qar təmizlənən zaman buzun
qalınlığı ölçülməli və onun
dayanıqlığı yoxlanılmalıdır.
8.7.2.12.
Buz üzərində eyni vaxtda yerləşdirilən mexanizm və
tikinti materiallarının ağırlığı buz
üçün yol verilən ağırlığı
aşmamalıdır.
8.7.2.13.
Buzun dayanıqlığı (aparıcı qabiliyyəti) hər
gün yoxlanılmadan buz üzərində işlərin
aparılması qadağandır.
8.7.3. Hidromonitorla işləyən zaman
təhlükəsizlik tədbirləri
8.7.3.1.
İşə başlamazdan əvvəl:
-
dalğıclar imza atmaqla işçi layihə və işlərin
yerinə yetirilmə layihəsi ilə tanış
olmalıdırlar;
-
hidromonitorun taxılan ucluğuna ballast qurğusunun bərkidilməsinin,
ayrılan birləşmələrin və şlanqların vəziyyətləri
yoxlanılmalıdır;
-
hidromonitorda saz və yoxlanılmış monometrin olması
yoxlanılmalıdır.
8.7.3.2.
Torpaq işlərinə başlamazdan əvvəl
dalğıc xidməti sualtı xəndəyin (qanovun) eninə
çayın və ya su hövzəsinin dib sahəsini tədqiq
etməli, aşkar edilən kənar əşyalarla zibillənən
sahəni təmizləməlidir.
8.7.3.3.
Dalğıc su altında hidromonitorla süxuru (torpağı)
işləyən zaman xəndəyin (qanovun) mail səthinin vəziyyətinə
nəzarət etməli və oyuqda çətirin əmələ
gəlməsinə yol verməməlidir. Hidromonitorun
maşinisti dalğıcın verdiyi bütün əmrləri
yerinə yetirməlidir.
8.7.3.4.
Hidroyuyucu vasitələrlə torpağı eyni vaxtda iki və
ya bir neçə dalğıclar arasındakı məsafə
10 m-dən az olmamalıdır. Dalğıcların hərəkəti
razılaşdırılmalıdır.
8.7.3.5.
Dalğıc təzyiq altında olan hidravlik lüləni əlindən
yerə qoymamalıdır. Hidravlik lülədən
şırnaq yaxınlıqda işləyən dalğıca
tərəf yönəldilməməlidir.
8.7.3.6.
Hidromonitor işləyən zaman işçi çalaya
dalğıc baxışı aparmaq qadağandır.
8.7.4. Torpaqqazanla torpağın işlənilməsi
8.7.4.1.
Torpaqqazanla torpağın qazılması zamanı
aşağıdakı təhlükəsizlik tələblərinə
riayət edilməlidir:
-
torpaqqazanın perimetr boyu etibarlı dayaqlarla bərkidilmiş
göyərtənin tarım çəkilib
bağlanmış buraz çəpərlənməsi
olmalıdır;
-
pontonların möhkəm döşəməsi və
tarım çəkilib bağlanmış buraz (leyer) çəpərlənməsi
olmalıdır;
-
torpaqqazandan sahilə və ya digər gəmilərə keçmək
üçün taxta körpü (traplar)
quraşdırılmalıdır;
-
iş yerləri və pontonlar gecə vaxtı bütün
uzunluğu boyu işıqlandırılmalıdır.
8.7.4.2.
İşləyən torpaqqazanı nəzarətsiz qoymaq və
eləcə də bucurqad işləyən zaman bilavasitə
polad burazın yaxınlığında dayanmaq
qadağandır.
8.7.4.3.
İş yerləri və mexanizmlərə keçidlər təmiz
saxlanılmalı və kənar əşyalarla
tutulmamalıdır.
8.7.4.4.
Suyun axın sürəti 1,5 m/san-dən çox olduqda
sualtı texniki işlərin aparılması qadağandır.
8.7.5. Buraz kreper
qurğusuyla işləyən zaman təhlükəsizlik tələbləri
8.7.5.1.
Buraz skreper qurğusu vasitəsilə sualtı qanovun işlənməsi
zamanı mexanizmin bütün qovşaqlarının və əyləc
qurğularının, bucurqadın bərkidilməsi
üçün torpağa salınan lövbərin
etibarlılığı, kanatın hərəkət yolunda
maneələrin (daşların, təpəcəklərin və
s.) olmaması yoxlanılmalıdır.
8.7.5.2.
Buraz-skreper qurğusunun işi zamanı qadağandır:
-
burazın və skreper çalovunun hərəkət
zonasında qanovu ölçmək;
-
skreper bucurqadı işə salmazdan əvvəl buldozer vasitəsilə
yığılmış torpağı təmizləmək;
-
dalğıcı fəaliyyət göstərən
işçi orqana buraxmaq;
-
hərəkət edən çalovu əllər vasitəsilə
istiqamətləndirmək və ya onu əl ilə torpaqdan təmizləmək;
8.7.5.3.
İşlənib hazırlanmış torpaq gəmiçiliyə
mane olmamalıdır.
8.7.5.4.
Torpağın yığıldığı yerlərdə
insanların yuyulmuş torpaqlara daxil olmasına qadağa
qoyulması barədə plakatlar asılmalıdır.
8.7.6. Sualtı qanovda boru
kəmərinin çəkilməsi zamanı təhlükəsizlik
tədbirləri
8.7.6.1.
Sualtı boru kəmərinin çəkilməsi sutkanın
işıqlı vaxtında həyata keçirilməlidir.
8.7.6.2.
Boru kəmərlərinin çəkilməsi zamanı onun
üstündən keçmək və ya üzərində
dayanmaq qəti qadağandır. Həmçinin dartqı
kanatlarına 20m-dən yaxın məsafədə olmaq
qadağandır.
8.7.6.3.
Qəza hallarında boru kəmərlərinin çəkilməsi
əməliyyatının saxlanılması barədə
siqnal vermək lazımdır.
8.7.7. Şpunt
divarının quraşdırıvlması zamanı təhlükəsizlik
tədbirləri
8.7.7.1.
Şpuntun suya salınması vibroyükləyicilər vasitəsilə
həyata keçirilir.
8.7.7.2.
Vibroyükləyici ancaq suya salın-dıqdan, şpunta birləşdirildikdən
və saxlayıcı polis-pastlar müəyyən qədər
yükdən azad olduqdan son-ra işə
salınmalıdır.
8.7.7.3.
Vibrator işlək vəziyyətdə olduğu müddətdə
polispastlar boşaldılmış vəziyyətdə
saxlanılmalıdır. İş prosesində hər fasilə
vaxtı vibrator söndürülməlidir.
8.7.7.4.
Şpuntun rabitə məftilindən və fəaliyyətdə
olan neft boru kəmərlərindən 0,5m-dən yaxın məsafədə
suya salınması qadağandır.
8.7.7.5.
Dayaqların quraşdırılması və bağlama
işlərini yerinə yetirməmiş özül yerinin
qazılmasına (torpaq işlərinə) başlamaq
qadağandır.
8.7.8. İzolyasiya işləri
zamanı təhlükəsizlik tədbirləri
8.7.8.1.
İzolyasiya işlərində istifadə olunan izolyasiya
materiallarından ibarət qarışıqların
açıq havada və yaxud ventilyasiya sistemi ilə təchiz
olunmuş yerlərdə hazırlanmalıdır.
8.7.8.2.
İzolyasiya işlərinə başlamazdan əvvəl hava
mühitini analiz etmək lazımdır.
8.7.8.3.
Elektroqığılcımlı defektoskopdan istifadə
zamanı qadağandır:
-
dielektrik əlcəksiz və rezin qaloşsuz işləmək;
-
defektoskopu elektrik qida mənbəyindən açmamış
yerləbirləşdiriciyə və şupa (torpağı
yoxlamaq üçün burğu şəkilində alət)
toxunmaq;
-
neft kəmərlərinin izolyasiya örtüyünün səthi
nəm olduğu halda izolyasiyanın keyfiyyətini yoxlamaq.
8.7.9. Hermetikləşdirici
kameranın istismarı zamanı təhlükəsizlik tədbirləri
8.7.9.1.
Hermetikləşdirici kameranın quraşdırılması
neft kəmərinin üfüqə nisbətən vəziyyəti
müəyyən olunduqdan sonra (uzununa meyl təyin olunduqdan
sonra) yerinə yetirilə bilər.
8.7.9.2.
Şaxta hermetikləşdirici kameranın yaxalığına
boltlar vasitəsilə birləşdirilməlidir.
8.7.9.3.
Çay yatağında kəmərin maili hissəsində
hermetikləşdirici kameranı quraşdırdıqda onu
kameranın yığım çuxuruna istiqamətləndirmək
lazımdır.
8.7.9.4.
Çay yatağında işin aparılması zamanı
şaxta şaquli quraşdırılmalı və dartıcılar
vasitəsilə bərkidilməlidir.
8.7.9.5.
Hermetikləşdirici kamera fasiləsiz iş rejimində
işləyən stasionar qazanalizatoru ilə təchiz
olunmalıdır.
8.7.9.6.
Hermetikləşdirici kameranın istismarı
aşağıdakı hallarda qadağandır:
-
təyin olunmuş yerlərdə qəza-xilasetmə ləvazimatları
olmadıqda;
-
hermetikləşdirici kameradan kənarda növbətçilər
(xilasedicilər) olmadıqda;
-
şaxta və hermetikləşdirici kamera bərkidilməmiş
olduqda və ballastlaşması olmadıqda;
-
mexaniki ventilyasiya olmadıqda;
-
qəza işıqlanma və qəza ventilyasiya, qəza vəziyyəti
üçün xilasetmə və qoruyucu vasitələr
olmadıqda;
-
kameranın gövdəsinin zədələndiyi şəraitdə
(çat şəkilli qüsur, əzik və yarıq)
-
kipləşdiricilərin zədələndiyi hallarda;
-
vintli sıxacların işinin pozulması və ya onların
zədələnməsi zamanı.
8.7.9.7.
Hermetikləşdirici kamerada təmir işləri zamanı
iki nəfərdən az olmayan və yalnız konkret iş ilə
məşğul olan şəxslər ola bilər.
8.7.9.8
Hermetikləşdirici kamerada işləyən işçi
heyətin qoruyucu kəməri, müstəqil nəfəsalma
aparatı və avtonom işıq mənbəyi olan qəza
komplekti olmalıdır.
8.7.9.9.
Hermetik kameraya enən (girən) işçilər
bağlanmış qoruyucu uclu asılan xilasedici sistem və
montaj dəbilqəsi geyməlidir.
Qoruyucu
kəndirlərin ucları kameradan kənarda möhkəm və
etibarlı bağlanmalıdır.
8.7.9.10.
Kameradan kənarda, küləkdəyən tərəfdə
(yerdə) hermetik kamerada işləyən işçi heyətin
işini fasiləsiz müşahidə edən iki nəfər
olmalıdır.
8.7.9.11.
Hermetikləşdirici kameraya hər hansı alətlərin, təmir-quraşdırma
materiallarının ötürülməsi və oradan
çıxarılması yalnız tara vasitəsilə həyata
keçirilə bilər;
8.7.9.12.
Qazla (propan, oksigen və s.) dolu balonların hermetikləşdirici
kameraya ötürülməsi qadağandır.
8.7.9.13.
Qaz-hava mühitinin parametrlərinin normadan kənara
çıxma hallarında iş dərhal
dayandırılmalı, işçi heyət hermetik kameradan kənarlaşdırılmalıdır.
8.7.9.14.
Hermetik kamerada işləyən işçi heyət ilə
ikitərəfli telefon əlaqəsi təmin
olunmalıdır.
8.7.9.15.
Kameranın avadanlıqlarının və
işıqlandırılmasının qidalandırma mənbəyi
ondan kənarda yerləşdirilməlidir. Hermetikləşdirici
kameranın işıqlanması 12 V gərginlikli
çıraqlar vasitəsilə həyata keçirilməlidir.
8.7.9.16.
İşin təşkilinə məsuliyyətli şəxs
her-metikləşdirici kameranın mütəmadi olaraq xaricdən
dalğıc baxışının keçirilməsini təşkil
etməlidir.
8.8. Çənin təmizlənməsi
və təmiri
8.8.1. Ümumi tələblər
8.8.1.1.
Çəni çöküntülərdən təmizləmə
işlərinə başlamazdan əvvəl işlərin
aparılması layihəsi hazırlanmalıdır.
8.8.1.2.
Çəni istismardan çıxarmaq üçün
aşağıdakı əməliyyatlar yerinə yetirilməlidir:
-
çən texnoloji xəttən ayrılmalı;
-
siyirtmələr əl ilə bağlanmalı və tam
sıxılmalı;
-
siyirtmələrin kipliyi yoxlanılmalı;
-
siyirtmələrin və çöküntülərin
yuyulması üçün qurğu elektrik qida mənbəyindən
ayrılmalı;
-
elektrik intiqalında və idaretmə açarında xəbərdaredici
nişanlar asılmalıdır.
8.8.1.3.
Çənin dibinin çöküntülərdən təmizlənməsi
bu işlərə təyin olunmuş məsul şəxsin rəhbərliyi
altında aparılmalıdır.
8.8.1.4.
Qəbul-paylama qurğularının əsas siyirt-mələrinə
çəndəki neftin səviyyəsi qəbul-paylama qol
borusunun aşağı hissəsindən aşağı səviyyədə
olduqda tıxaclar quraşdırılmalıdır.
8.8.2. Çənlərin
qazsızlaşdırılmasına olan təhlükəsizlik
tələbləri
8.8.2.1.
Çənlərin qazsızlaşdırılması üzrə
işlərin yerinə yetirilməsində partlayışdan
mühafizəli, yerlə-birləşdirilmiş və çənin
divarından 5m-dən az olmayan məsafədə
quraşdırılmış sərinkeşlərdən
istifadə edilməlidir.
8.8.2.2.
Qeyri-metal materialdan (brezent, beltinq) hazırlanmış hava
elektrik ötürücü xətlərin statik elektriklənmədən
mühafizəsi olmalıdır. Bu xətlərdə əks
klapan quraşdırılmalıdır.
8.8.2.3.
Çəndə partlayış təhlükəli
qatışıq olduqda, çənə vurulan hava
axınının sürəti 10 m/san-dən çox, 2
m/san-dən az olmamalıdır.
Qaz
mühitində neft buxarlarının qatılığı
buraxıla bilən partlayış təhlükəli
qatılıq həddindən (BBPTQH-2,1 q/m3)
aşağı salındıqdan sonra vurulan havanın sürəti
50 m/san-dən çox olmamaq şərtilə artırıla
bilər.
8.8.2.4.
Ventilyasiya prosesində çənin
çıxışından buxar-hava
qarışığının nümunəsi
götü-rülməli və onda neft buxarlarının
qatılığı təyin edilməlidir. Nümunədə
neft buxarlarının qatılığı BBPTQH-dən
aşağı olduqda, çənə havanın verilməsi
kəsilməlidir.
8.8.2.5.
Neft buxarlarının qatılığı BBPTQH-dən
çox olduqda, “PBC”, “PBCП” tipli çənlərin təbii
ventilyasiyası (aerasiyası) yalnız deflektorlar
quraşdırılmış yuxarı işıq
lyuklarından, “РВСПК” tipli
çənlərdə isə çənin damındakı
işıq lyuklarında və ya çənin birinci
qatındakı lyuklarda quraş-dırılmış qaz
ötürücü boru və ya şlanqdan (qollardan)
aparılmalıdır.
8.8.2.6.
Təbii ventilyasiya (aerasiya) üçün birinci
qatındakı lyukların açılması çəndə
neft buxarlarının qatılığı BBPTQH-dən
çox olmadıqda mümkündür.
8.8.2.7.
Lyukların açılması və çənin
qazsız-laşdırılması (məcburi və təbii)
küləyin sürəti 1m/s-dən az olduqda
aparılması qadağandır.
8.8.2.8.
“РВСПК” tipli çənlərin üzən damında adamlar
olarkən, damaltı fəzanın deqazasiyasının
aparılması qadağandır.
8.8.2.9.
Çənlərin buxarla qazsızlaşdırılması
neft buxarlarının qatılığı BBPTQH-dən
aşağı həddə qədər çatanadək aparılmalıdır.
Çən, onun damından 2m hündürlükdə qaz
atqı borusu quraşdırılmış və yuxarı
lyukun açıq vəziyyətində buxara verilməlidir.
8.8.2.10.
Buxara verildikdən sonra çəndə temperatur 30oC-dən
çox olmadığı halda orada qazlılıq səviyyəsi
ölçülməlidir. Neft buxarlarının
qatılığı BBPTQH-dən az olduqda, buxarla deqazasiya
prosesi dayandırılmalıdır. İki saatdan sonra çəndə
neft buxarlarının qatılığı BBPTQH-dən
aşağı olduqda, deqazasiya prosesi başa
çatmış hesab olunur.
8.8.2.11.
Çənə verilən havanın, buxarın məhsuldarlığı
və oradan çıxan neft buxarları çənin
yaxınlığındakı ərazilərin-yerüstü
çənlərin bəndlərində, dəmirbeton çənlərin
damlarında neft buxarlarının
qatılığının BBPTQH-dən yuxarı
qalxmasına gətirib çıxarmamalıdır. Çənin
qazsızlaşdırılması vaxtı onun bəndində
qazlılıq fasiləsiz yoxlanmalıdır.
8.8.2.12.
Deqazasiya (ventilyasiya) prosesindən sonra analiz edilən buxar-hava
qarışığının nümunəsi istənilən
tip çənin aşağı hissəsindən, çənin
divarından 2m aralı və çənin dibindən 0,1m
hündürlükdən götürülməlidir.
Üzən
damlı çənlərdə havanın analizini aparmaq
üçün hava nümunəsi üzən damın alt və
yaxud üst sahələrindən, çənin divarından
2m aralı və çənin dibindən (pantondan) 0,1m
hündürlükdən, eləcə də üzən
damın hər bir qutusundan götürülməlidir.
8.8.3. Çənlərin
təmizlənməsi zamanı təhlükəsizlik tədbirləri
8.8.3.1.
Çənin təmizlənməsi üzrə hazırlıq
işlərinə və işlərin təhlükəsiz
görülməsinə müəssisənin əmri ilə
cavabdeh şəxs təyin olunmalıdır.
8.8.3.2.
Çənin dibinin və daxili səthinin təmizlənməsi
üzrə işlərə başlamazdan əvvəl və
işlər aparılarkən yoxlanılmalıdır:
-
səyyar yerləbirləşdirici qurğuların mövcudluğu;
-
istifadə ediləcək avadanlığın
partlayışdan mühafizəsi və
qığılcım təhlükəsizliyi üzrə
müvafiq norma və qaydaların tələblərinə
cavab verməsi:
-
işlərin yerinə yetirilməsinə gündəlik
buraxılış qaydalarının və işin sonunda
işçi yerlərə baxışın təmin edilməsi;
-
çənin təmizlənməsi üzrə işlər
görülərkən zonanın mühafizəsinin təşkilinə
olan tələblərin yerinə yetirilməsi;
-
çəndə təmizləmə işləri aparılan
müddətdə çənlər parkında texnikanın hərəkətinin
təşkilinə olan tələblərin yerinə yetirilməsi;
-
yüksəklikdə işlər yerinə yetirilərkən təhlükəsizlik
tələblərinə riayət olunması.
8.8.3.3.
Çənin daxilində işlərin aparılmasına, neft
buxarlarının qatılığı işçi zonanın
havasında olan zərərli maddələrin buraxıla bilən
qatılıq həddindən (BBQH=0,3 q/m3) çox
olmadıqda və temperatur yol verilən sanitar normalardan
artıq olmadıqda icazə verilir.
8.8.3.4.
Çənin daxili səthinin təmizlənməsi üzrə
işləri yerinə yetirən işçilər
şlanqlı və ya izoləedici əleyhqaz, xüsusi geyim və
xüsusi ayaqqabıda olmalıdır.
8.8.3.5.
Xüsusi geyimin üstündən qəbul edilmiş qaydada
sınaqdan keçirilmiş xaçvari qayışı (kəndirləri)
olan xilasedici kəmər taxılmalı və ona siqnalverici kəndir
bərkidilməlidir. Kəndirin sərbəst ucu (sonluğu)
yaxın aşağı lyukdan keçməklə
sığortalayıcı şəxsin əlində
olmalıdır.
8.8.3.6.
Çənin daxilində təmizləmə işlərini
bir nəfər yerinə yetirərkən çənin lyukunda
xüsusi geyimdə və istifadəyə hazır
şlanqlı (izoləedici) əleyhqazı olan ən azı
iki sığortalayıcı olmalıdır.
8.8.3.7.
Təmizləmə işləri aparılan müddətdə
çəndə və çənin bəndində neft
buxarlarının qatılığına daim nəzarət
edilməlidir.
8.8.3.8.
Təmizləmə işləri aparılarkən neft
buxarlarının ölçülməsi nümunənin
götürülməsi üçün işlənmiş
sxemə əsasən yerinə yetirilməlidir.
8.8.3.9.
Yuyucu avadanlığın quraşdırılması, həmçinin
çənin təmizlənməsi və yuyulması üzrə
işləri yerinə yetirərkən qığılcım
verməyən materialdan hazırlanmış alətlərdən
istifadə edilməlidir.
8.8.3.10.
Elektrik mühərrikləri və paylayıcı qutular yerləbirləşdirilməlidir.
8.8.3.11.
Təmizləmə işləri zamanı istifadə ediləcək
elektrik avadanlığı partlayışdan mühafizəli
olmalı, daxili yanma mühərrikli nasos qurğuları və
kompressorlar təmizlənən çənin bəndi xaricində
olmalıdır.
8.8.3.12.
Çənin təmizlənməsi üzrə işləri
yerinə yetirərkən işin sonunda ərazinin təmizliyinin
təmini üzrə tələblərə riayət edilməlidir.
Zibil və qalıqların yığılması
üçün xüsusi qablardan istifadə edilməlidir.
Çəndən kənarlaşdırılan
çöküntünün təsadüfən
töküldüyü yerlərdən çirklənmiş təbəqə
götürülməli, oraya torpaq və ya qum tökülməlidir.
8.8.3.13.
Çənin çöküntülərdən təmizlənməsi
üzrə işlər qurtardıqdan sonra işin
aparılmasına cavabdeh şəxs çəndə təmizlənmə
işlərinin yerinə yetirildiyi barədə akt və
çənin odlu işlərin aparılmasına hazır
olduğu barədə akt tərtib etməlidir.
8.8.4. Pirofor
çöküntüləri olan çənlərin təmizlənməsi
işlərində təhlükəsizlik tədbirləri
8.8.4.1.
Pirofor çöküntülərindən təmizlənməzdən
əvvəl çənlər su buxarı ilə doldurulmalıdır.
Buxara verildikdən sonra çənlər yuxarı səviyyəyədək
su ilə doldurulmalıdır. Pirofor çöküntülərinin
tədricən oksidləşməsini təmin etmək
üçün suyun səviyyəsi, sürəti 0,5-1m/san-dən
çox olmamaq şərtilə, tədricən
aşağı salınmalıdır. Çənin su ilə
doldurulması mümkün olmadıqda, pirofor çöküntülərini
nəm halda saxlamaq üçün təmizlənmə
zamanı onun daxili səthi su ilə isladılmalıdır.
8.8.4.2.
Çənin təmizlənməsi zamanı
yığılan pirofor çöküntülər nəm
halda saxlanılmalı və NVS-ın ərazisindən FHN-nin
Dövlət Yanğından Mühafizə Xidməti ilə
razılaşdırılmış xüsusi yerə
aparılmalıdır.
8.8.5. Təmir
işlərində təhlükəsizlik tədbirləri
8.8.5.1. Çənin əsaslı təmirə
təhvil verilməsi aktla rəsmiləşdirilməlidir.
8.8.5.2.
Çəni təmir ilə məşğul olan təşkilata
təhvil verərkən çənin odlu işlərə
hazırlığı barədə akt tərtib
olunmalıdır.
8.8.5.3
Xəbərdaredici təmir işlərinin planı təsdiq
edilmədən təmir işlərinin aparılması
qadağandır.
8.8.5.4.
Çəndə odlu işlərə başlamazdan əvvəl
yerinə yetirilməlidir:
-
təmir olunacaq çəndən qonşu çənlərə
(bənd daxilindəki) neftin vurulması-boşaldılması əməliy-yatları
dayandırılmalı və təmir başa çatana qədər
aparılmamalıdır, qonşu çənlərin
damındakı qurğu-lar maksimal kipləşdirilməli,
qoruyucu hidravlik klapanlarda yağın səviyyəsi yoxlanılmalı
və lazım gələrsə doldurulmalıdır;
-
yaxınlıqdakı çənlərin (təmir olunacaq
çəndən 40m məsafədə yerləşən) və
boru xətlərinin bütün siyirtmələri, su
kranları, kanalizasiya quyu-ları və siyirtmə
qovşaqları keçə ilə örtülməli və
ilin isti vaxtlarında su ilə isladılmalıdır:
-
qığılcımın ətrafa sıçramaması (səpələnməməsi)
üçün elektrik-qaynaq işləri aparılan yerlər
səyyar metal və digər 1x2m ölçülü yanmayan
lövhələrlə çəpərlənməlidir.
8.8.5.5.
İnsanlar çənə daxil olmazdan əvvəl təmir
işlərinə cavabdeh şəxs çənin
bütün boru xətləri və kommunikasiyalardan
etibarlı təcrid edilməsinə və təhlükəsizlik
tədbirlərinin tam yerinə yetirilməsinə şəxsən
əmin olmalıdır.
8.8.5.6.
Çənin təmiri üzrə işlər günün
işıqlı vaxtlarında aparılmalıdır.
8.8.5.7.
İldırımlı hava şəraitində təmir
işlərinin aparılması qadağandır.
8.8.5.8.
Təmir işləri vaxtı təmir olunan çənin ərazisinə
avtonəqliyyat vasitələrinin və texnikanın girişinə
NVS rəhbərinin yazılı icazəsi ilə, obyektin
yanğından mühafizə xidmətinin rəhbərliyi ilə
razılaşdırmaqla yol verilir. Avtonəqliyyat vasitələrinin
atqı boruları qığılcımsöndürənlə
təchiz olunmalıdır.
8.8.5.9.
Təmir olunan çəndə, onun bəndində odlu və
təmir işlərinə başlamazdan əvvəl, işlər
aparılan zaman orada hava mühitinin tərkibi bir saatdan bir
yoxlanılmalıdır.
Hava
mühitinə nəzarət edən cavabdeh şəxslərin
iştirakı ilə həyata keçirilməlidir.
8.8.5.10.
Fəaliyyətdə olan çənlərdən təmir
olunacaq çənə tərəf külək əsdikdə,
hava mühitində neft buxarlarının
qatılığı təmir olunacaq çənin küləkdöyən
tərəfində dayanaraq ölçülməlidir.
8.8.5.11.
Təmir işləri zamanı (odlu işlər, qaynaq və
defektoskopiya işləri) çənin daxilini
işıqlandırmaq üçün gərginliyi 12V-dan
çox olmayan daşınma çıraqlardan istifadə
edilməlidir.
8.8.5.12.
Elektrik alətlərinin, əl ilə idarə olunan elektrik
maşınlarının, səyyar çıraqların
elektrik xətləri və kabelləri asılı vəziyyətdə
olmalıdır.
8.8.5.13.
Yüksəklikdə görüləcək işlər
buraxılış-icazə vərəqəsi əsasında
yerinə yetirilməlidir.
8.8.5.14.
Yüksəklikdə işləyərkən işçilər
qoruyucu kəmərlərdən və qoruyucu burazlardan
(kanatlardan) istifadə etməlidirlər.
Təmir
işləri aparılan zonada adamlar qoruyucu dəbilqələrdə
işləməlidirlər.
8.8.5.15.
Çənin damının üstündə işləyən
zaman işçinin çənin içinə düşməməsi
üçün çənin dam örtüyünün kənarları
mühafizə çəpərləri ilə təchiz edilməlidir.
Məhəccərinin hündürlüyü 1,2m-dən,
bortunun hündürlüyü isə 0,15m-dən az
olmamalıdır.
8.8.5.16.
Yüksəklikdə işlər aparılan zaman alət və
bərkidici tərtibatların endirilib-qaldırılması
üçün xüsusi çanta və qutulardan, iri
ölçülü material və avadanlığın
endirilib-qaldırılması üçün isə
yükqaldırıcı mexanizmlərdən (kran, bucurqad)
istifadə edilməlidir.
8.8.5.17.
Söykəmə nərdivanlar sürüşkən olmayan
dayaqlarla təchiz olunmalıdır.
8.8.5.18.
Təmir işlərinə başlamazdan əvvəl çənin
üzən damı və üzən qapaqları altında dirəklər
quraşdırılmalıdır.
8.8.5.19.
Dirəklər üzən damın yüksəklikdə yerləşmə
dayanıqlığını təmin etməli, dam və
üzən dam altında lazımi işlərin
aparılmasına imkan verməlidir.
8.8.5.20.
Təmir işləri aparılarkən iş yerlərinin həddən
artıq yüklənməsi qadağandır. Çənin təmiri
zamanı istifadə ediləcək material, avadanlıq və tərtibatlardan
yaranan yüklənmə təmir işlərinin layihəsinə
uyğun olmalıdır.
8.8.5.21.
Çənin hidravlik sınağından əvvəl idarə
rəhbərinin əmri ilə bu sınaqların keçirilməsinə
cavabdeh şəxs təyin olunmalıdır.
8.8.5.22.
Sınaq müddətində təhlükəli zonanın sərhədi
müəyyən edilməli və bu zonaya sınaq işləri
ilə əlaqəsi olmayan şəxslərin daxil olması
qadağandır.
8.8.5.23.
Sınaqların aparılması üçün bütün
nəzarət-ölçü cihazları, siyirtmələr,
müvəqqəti boru xətlərinin ventilləri sərhəddin
xaricində yerləşdirilməlidir.
8.8.5.24.
Sınaq zamanı çənin damında deşik (dəlik,zədə),
sızma və ya çat (defektin ölçüsündən
asılı olmayaraq) aşkar olunarsa, sınaq işləri dayandırılmalıdır.
8.8.5.25.
Çənin su ilə doldurulması və ya
boşaldılması prosesində, həmçinin sınaq
fasilələrində (gecə vaxtı, nəzarət
yoxlaması zamanı) çənin damındakı
baxış və ölçü lyukları açıq
saxlanılmalıdır.
8.8.5.26.
Polad çənlərin daxili səthlərinin korroziyaya
qarşı mühafizə işləri işlək sorucu
ventilyasiya altında aparılmalıdır.
8.8.6.
Nasos avadanlığının, bağlayıcı
armaturların və texnoloji boru xətlərinin təmiri
8.8.6.1.
NVS avadanlıqlarının təmiri texniki baxışın,
planlı diaqnostik yoxlamaların və planlı təmir
işlərinin illik cədvəlində müəyyən
olunmuş müddətdə həyata keçirilməlidir.
Texniki baxışdan keçməmiş və müəyyən
müddətdə təmir olunmamış avadanlıqların
istismarı qadağandır.
8.8.6.2.
Nasos aqreqatları işləyərkən və boru xətləri
təzyiq altında olarkən onların təmir edilməsi
qadağandır.
8.8.6.3.
Təmir olunan nasosun elektrik mühərriki elektrik
qidalandırıcı mənbədən ayrılmalı,
mühərrikin, operator otağındakı idarəetmə
lövhəsinin və işə salma qurğusunun üzərində
“İşə salma! Adamlar işləyir!” yazısı olan
plakatlar asılmalıdır.
8.8.6.4.
Avadanlığın təmiri partlayış təhlükəli
otaqlarda aparılarkən axınlı-sorucu ventilyasiya işləməlidir.
8.8.6.5.
Magistral nasosunun yığımı ilə bağlı təmir
işləri 8 saat və daha artıq çəkərsə,
nasosun qapağı gövdənin üzərinə
qoyulmalı və bütün qaykalar tam sıxılmaqla bərkidilməlidir.
Kipləşdiricilər quraşdırılan yerlər
boğulmalıdır.
8.8.6.6.
Yerə dağılmış neft su ilə yuyularaq kanalizasiya
sisteminə ötürülməlidir.
8.8.6.7.
Nasos avadanlığı, bağlayıcı armaturlar və
texnoloji boru xətlərinin təmiri üzrə işlər
qığılcım verməyən alət və tərtibatlarla
aparılmalıdır.
8.8.6.8.
Nasos avadanlıqlarının, bağlayıcı
armaturların və texnoloji boru xətlərinin təmiri
zamanı hava mühitinə nəzarət edilməlidir. Təmir
vaxtı neft məhsulları buxarlarının
qatılığının BBH-dən çox olması
aşkarlanarsa, işlər dayandırılmalı,
işçilər isə təhlükəli zonadan
uzaqlaşdırılmalıdır.
8.8.6.9.
Qurğu və tutumların daxilində yanar qaz və buxarlar
mövcud olduqda, odlu işlərin aparılması
qadağandır.
8.8.7. Doldurma-boşaltma
estakadaları və sahil qurğuları
8.8.7.1.
Hermetikliyin pozulması ilə bağlı texnoloji boru xətlərinin,
doldurma-boşaltma qurğularının, doldurma-boşaltma
estakada avadanlığı və sahil qurğularının təmiri
təsdiq edilmiş işlərin aparılma layihəsinə
uyğun yerinə yetirilməlidir.
8.8.7.2.
Doldurma-boşaltma əməliyyatları vaxtı
doldurma-boşaltma estakadalarında və sahil
qurğularında təmir işlərinin aparılması
qadağandır.
8.8.7.3. Nasos avadanlıqları,
bağlayıcı armaturları və texnoloji boru kəmərləri
üzrə aparılan təmir işləri zərbədən
qığılcım əmələ gətirməyən
metaldan hazırlanmış alət və qurğularla
aparılmalıdır.
8.8.7.4. Doldurma-boşaltma
dayaqlarının, estakada və körpülərin
armaturlarının təmiri zamanı neftin təmir sahəsinə
axmasının qarşısının alınması
üçün lazımi tədbirlər nəzərdə
tutulmalıdır.
8.8.7.5.Təmir işlərini aparmazdan əvvəl
avadanlıq hazırlanmalı və təmizlənməli,
texnoloji kommunikasiya xətlərindən
açılmasını, izafi təzyiqin sıfıra qədər
aşağı salınmasını, neftdən azad olunmasını,
siyirtmələrin elektrik intiqalının gərginlikdən
azad edilməsini təmin edən kompleks hazırlıq tədbirləri
yerinə yetirilməlidir.
8.8.7.6. Estakadanın ərazisində
sisternləri təmir etmək qadağandır.
8.8.7.7. Doldurma-boşaltma
estakadalarının və körpülərin nasos avadanlıqlarının,
bağlayıcı armaturlarının və texnoloji boru kəmərlərinin
təmiri zamanı hava mühitinə nəzarət
olunmalıdır. Əgər təmir zamanı hava mühitində
neft məhsullarının buxarlarının
qatılığı buraxıla bilən həddən
çox olarsa, iş dayandırılmalı və
işçilər təhlükəli zonadan
çıxarılmalıdır.
8.8.7.8. Doldurma-boşaltma
qurğularında odlu işlər aparmazdan əvvəl
aşağıdakı tədbirlər yerinə yetirilməlidir:
- estakadalardan dəmiryolu sisternləri
çıxarılmalıdır;
-doldurma-boşaltma qurğularının
meydançaları, boşaltma novları və kanalizasiya
qanovları neftin qalıqlarından təmizlənməlidir;
-doldurma-boşaltma
qurğuları və kəmərlər bağlanmalı və
oradan neft boşaldılmalıdır;
- baxış quyuları,
kanalazasiyanın hidravlik sürgüləri qapaqla
örtülməlidir və qapaqların üzərinə
qalınlığı 0,1m-dən az olmayan qum qatı səpilməlidir.
8.8.7.9. Odlu işlərin
aparıldığı sahələrin yaxınlığında
yerləşən metalkonstruksiya meydançaları,
binaların konstruktiv elementləri yanar maddə və materiallardan
qorunmalıdır.
8.8.7.10. Neftin və tezalışan mayelərin
dağıldığı yerlər təmizlənməli, həmin
yerlərə quru qum və ya torpaq səpilməlidir.
8.8.7.11. Odlu işlərlə
bağlı təmir işləri doldurma-boşaltma əməliyyatlarının
aparıldığı yerdən ən azı 100 m aralı məsafədə
aparılmalıdr.
8.8.8.
Nəzarət ölçü cihazlarının və
avtomatika (NÖC və A) vasitələrinin təmiri
8.8.8.1. NÖC və A vasitələrinin
təmir işləri texniki xidmətin və təmirin
texnoloji xəritəsinə əsasən yerinə yetirilməlidir.
8.8.8.2. Bloklayıcı və avtomatik
mühafizə sistemlərinin sazlığının yoxlanılması
bu sistemlərin texniki təmir cədvəlinə uyğun və
müəyyən olunmuş qaydada yerinə yetirilməlidir.
8.8.8.3. İstismar və təmir
zamanı partlayış təhlükəli zonalarda və
avadanlıqlarda aşağıdakılar qadağandır:
- gərginlik altında olan avtomatika və
telemexanika sistemləri avadanlıqlarının təmir etmək;
- elektrik avadanlığının cərəyandaşıyıcı
hissələri gərginlik altında olan zaman onun
örtüyünü açmaq;
- qısa qapanma zamanı avtomatik
açılmış avadanlığı,
açılmanın səbəbi
aydınlaşdırılmadan və aradan götürülmədən
işə salmaq.
8.8.8.4. NÖC və A vasitələrinin
quraşdırılması, sökülməsi və təmiri
onlar texnoloji və impulsiv xətlərdən
açıldıqdan, gərginlik kəsildikdən, texniki təhlükəsizlik
tədbirləri yerinə yetirildikdən sonra aparılmalıdır.
8.8.8.5. NÖC və A vasitələrinin
quraşdırıldığı yerlərə xidməti heyətin
sərbəst girişi təmin olunmalıdır.
8.8.8.6.
NVS-ın əsas və köməkçi avadanlıqlarının
avtomatik qoruyucu sistem və qurğularına qoşulmuş
yanğın siqnalizasiya sistemlərinə texniki xidmət
üzrə işlər NVS-ın işi dayandırıldıqdan
sonra aparılmalıdır.
8.8.8.7.
Partlayış təhlükəli zonalarda
quraşdırılan partlayışdan mühafizəli
NÖC və A cihazlarını təmir etməzdən əvvəl
onlar elektrik qida mənbəyindən açılmalı və
bu zonada hava mühitində qazlılığın səviyyəsinə
nəzarət edilməlidir.
8.8.8.8. Partlayış təhlükəli
zonalarda quraşdırılan NÖC və A təmiri
zamanı ətraf mühitin qazlılığı
yoxlanılmalıdır. Əgər təmir zamanı neft
buxarlarının qatılığı buraxıla bilən həddən
yüksəkdirsə işlər dayandırılmalı və
işçilər təhlükəli zonadan
çıxarılmalıdır.
8.8.8.9. NÖC və Avtomatika vasitələrinin
akkumulyatorlarının və qidalandırıcı quru
qalvanik elementlərin dəyişdirilməsinə yalnız
NÖC və Avtomatika vasitələri elektrik qida mənbəyindən
açıldıqdan sonra icazə verilir.
8.8.8.10. Partlayışdan mühafizəli
elektrik avadanlıqlarının üzrərindəki pasport
lövhələrinin üstünə boya çəkmək
qadağandır.
8.8.9.
İldırım qəbuledicilərin və ildırım
qoruyucu qurğuların təmiri
8.8.9.1.
Şimşəkdən mühafizənin kompleks sisteminə
baxış ildə iki dəfədən az olmayaraq,
torpağın üstü açılmaqla yerləbirləşdirmə
quruluşuna baxış üç ildə bir dəfə,
texniki xidmət isə, hər il keçirilməlidir.
8.8.9.2. Yerləbirləşdirmə
qurğularının təmiri texnoloji avadanlıqların,
elektrik avadanlıqlarının və elektrik naqilləşdirmənin
baxışı və cari təmiri ilə eyni vaxtda
aparılmalıdır.
8.8.9.3.
İldırımqəbuledicilərə baxış nəticəsində
möhkəmlik xüsusiyyətlərinin itirildiyi aşkar
olduğu halda onların konstruksiyalarının elementləri dəyişdirilməlidir.
8.8.9.4. Hava proqnozuna əsasən
şimşəkli hava şəraiti gözlənilirsə, o
zaman bütün təmir işləri görülüb
başa çatdırılmalıdır.
8.8.9.5. Yeni ildırım
ötürücünün quraşdırılmasından və
ya təmirindən əvvəl, yerləbirləşdirici ilə
cərəyan ötürücünün
quraşdırılmasını yerinə yetirmək, sonra
ildırım qəbuledicini quraşdırmaq və cərəyan
ötürücüyə qoşmaq lazımdır.
8.8.9.6. Şimşəkdən və
güclü yağışlı küləkdən sonra
ildırımdan mühafizə quruluşuna baxış
keçirilməli və nasazlıqlar aradan
qaldırılmalıdır.
8.8.9.7. Şimşəkli hava şəraitində
ildırımdan mühafizə vasitələrinin üzərində
hər hansı bir iş aparmaq qadağandır.
8.8.9.8. İldırımdan mühafizə
vasitələrin təmiri zamanı ildırım
ötürücülərin qoruyucu zonaları
hesablanmalıdır.
8.8.10.
Müvəqqəti səyyar şəhərciklər
8.8.10.1. Müvəqqəti səyyar
şəhərcikləri su basma təhlükəsi olmayan
zonalarda düzənlik yerlərdə istehsalat sahəsindən
100 m-dən az olmayan məsafədə
quraşdırılmalıdır.
8.8.10.2. Səyyar şəhərciklərin
ərazisində yaşayış vaqon-evlərdən əlavə
vaqon-yeməkxana, vaqon-hamamxana və qərargah vaqonu
olmalıdır.
8.8.10.3. Bir blok (qrup) 10 vaqon-evdən
çox ibarət olmalıdır. Bu blokların sayı birdən
çox odduqda bloklar arasında 18 m-dən az olmayan
yanğına qarşı məsafələr olmalıdır.
8.8.10.4. Yanacaq doldurma məntəqələri
(yanacağın saxlanması üçün çənlər),
avtotraktor texnikasının dayanacaqları, materiallar
anbarları yaşayış bloklarından yanğın təhlükəsizliyi
normalarına uyğun təyin olunmuş məsafələrdə
yerləşdirilməlidir.
8.8.10.5. Səyyar şəhərcik
girişlər və yanalmalar tərəfdən
nişanlanmalıdır.
8.8.10.6. Müvəqqəti səyyar
şəhərciklərinin ərazisi təmiz
saxlanılmalı, mütamadi olaraq zibillərdən və
yanğıntəhlükəli tullantılardan təmizlənməlidir.
Şəhərciyin ərazisindən keçmək
üçün taxtadan döşəmələr
salınmalıdır.
8.8.10.7.
Vaqon-evlərdə yanğın avadanlıqlarına və
yanğın su mənbələrinə sərbəst
yanaşma imkanı olmalıdır.
8.8.10.8.
Neft kəmərlərinin təmirində iştirak edən hər
işçi yaşayış vaqon-evdə yer ilə təmin
olunmalıdır.
8.8.10.9.
Vaqon-evlərin yaşayış otaqları mebel, əl-üz
yuyan, məişət dəstləri və yataq ləvazimatları
ilə təmin edilməlidir.
8.8.10.10.
Vaqon-evl iş geyimlərini saxlamaq üçün xüsusi
dolablar olmalıdır.
8.8.10.11.
Bütün vaqon-evlərdə elektrik işıqlandırma
vasitələri olmalı, girişləri isə növbətçi
çıraqlarla işıqlandırılmalıdır.
8.8.10.12. Səyyar
şəhərciyin ərazisində xüsusi
ayrılmış yerlərdə ayaqyolu
quraşdırılmalı və gecə vaxtı oraya gedən
yol işıqlandırılmalıdır.
8.8.10.13. Səyyar
şəhərciklərin ərazisi gecə vaxtı növbətçi
lampalarla işıqlandırılmalıdır.
8.8.10.14. Hər bir
vaqon-ev siyahı üzrə nəzərdə tutulmuş tam komplekt
dərman preparatları olan yardım qutusu ilə təmin
olunmalıdır.
8.8.10.15.
Qış vaxtı vaqon-evlərdə temperatur + 18 0C-
dən aşağı olmamaldır.
8.8.10.16.
Elektrik isitmə sistemi avtomatik rejimdə işləməlidir.
Vaqon-evdə zavod istehsalı olmayan elektrik
qızdırıcılarından istifadə etmək
qadağandır.
8.8.10.17.
Vaqon-evlərin elektrik qızdırıcıları və su qızdırıcılarının idarəetmə
lövhələrinin gövdələri komplektə daxil olan
yerləbirləşdirmə ilə yerləbirləşdirilməlidir.
Yerləbirləşdirmənin dərinliyi
1 m-dən az olmamalıdır.
8.8.10.18. Yanğın təhlükəsizliyi
Qaydalarının
tələblərinə uyğun olaraq, vaqon-evlər
qrupunda yanğın şitləri
quraşdırılmalıdır. Yanğın
şitinin tərkibində azı 1 ədəd odsöndürən və
digər ilkin yanğınsöndürmə
vasitələri omalıdır.
IX. Magistral neft kəmərinin
mühafizə zonasında tikinti və xüsusi texnikanın
istismarı zamanı təhlükəsizlik tədbirləri
9.1.
Yükqaldıran kranlar, borudöşəyən kranlar və
qaldırıcılar
9.1.1. MNK obyektlərində tətbiq olunan
yükqaldıran, borudöşəyən kranların və
digər yükqaldırıcı qurğuların təhlükəsiz
istismarına nəzarətin həyata keçirilməsinə,
saz vəziyyətdə saxlanılmasına və bu texnika ilə
işlərin təhlükəsiz görülməsinə
müvafiq qaydada öyrədilmiş, bilikləri
yoxlanılmış və müvafiq vəsiqəsi olan şəxslər
əmrlə təyin olunmalıdır.
9.1.2.
Yükqaldıran, borudöşəyən kranların və
digər yükqaldırıcı qurğuların idarə
edilməsinə təlim keçmiş və vəsiqəsi
olan maşinistlər buraxılırlar.
9.1.3.
Texniki baxışdan keçməmiş yükqaldıran,
borudöşəyən kranların və digər
yükqaldırıcı qurğuların istismarı
qadağandır.
9.1.4.
Nasaz yüktutucu mexanizmlərlə, həmçinin
birkası və damğası olmayan tərtibatlarla iş
aparmaq qadağandır.
9.1.5.
Yükqaldıran, borudöşəyən kranların və
digər yükqaldırıcı qurğuların vəziyyəti
(sazlığı) hər növbənin əvvəlində
yoxlanılmalıdır.
9.1.6.
Yükqaldıran, borudöşəyən kranlarda və digər
yükqaldırıcı qurğularda qeydiyyat nömrəsini,
yükqaldırma qabiliyyətini və növbəti dəfə
sınaqdan keçmə tarixini göstərən lövhəciklər
olmalıdır. Bu qurğular təhlükəsizlik
cihazları ilə təchiz edilməlidir.
9.1.7.
Yükqaldıran, borudöşəyən kranlarla və digər
yükqaldırıcı qurğularla yalnız onların
yükqaldırma qabiliyyətindən artıq olmayan çəkidə
yüklərin qaldırılmasına və yerinin dəyişdirilməsinə
icazə verilir.
9.1.8.
Yükqaldıran və borudöşəyən kranları, eləcədə
digər qaldırıcı qurğuları istismar edən təşkilatlarda
yüklərin düzgün bağlanmasının (bərkidilməsinin)
və ilmələnməsinin təhlükəsiz yerinə
yetirilməsi üsulları üzrə təlimatlar işlənməli
və ilməkçilər bu təlimatlarla tanış edilməlidirlər.
9.1.9.
Yüklərin düzgün bağlanması və ilmələnməsi
üsullarının qrafik təsviri ilməkçilərə
və kran-maşinistlərinə verilməli və ya iş
aparılan yerlərdə asılmalıdır.
9.1.10.
İlmələnmə sxemi olmayan yüklərin yerdəyişməsi
kranın təhlükəsiz istismarına cavabdeh şəxsin
iştirakı və rəhbərliyi altında həyata
keçirilməlidir.
9.1.11.
Elektrik veriliş xəttinin kənar naqilindən və ya
yüksək gərginlikli hava elektrik şəbəkəsindən
30 m-dən az məsafədə yükqaldıran,
borudöşəyən kranların,
aldırıcıların quraşdırılması və
işləməsi yalnız naryad-buraxılış ilə
yerinə yetirilir. Naryad-buraxılış krançıya
(maşinistə) işə başlamazdan əvvəl təqdim
olunmalıdır.
9.1.12.
Yükqaldıran, borudöşəyən kranlar və digər
yükqaldırıcı qurğular
planlaşdırılmış meydançalarda
quraşdırılmalıdırlar. Onların təzə
tökülmüş, bərkidilməmiş süxurda, həmçinin
pasport göstəricilərinə əsasən həmin kran
üçün mailliyi yol verilən səviyyədən
çox olan meydançada quraşdırılmasına icazə
verilmir.
9.1.13.
Aşağıda qeyd olunan qüsurlar olduqda yükqaldıran
və borudöşəyən kranların işi qadağandır:
-metal-konstruksiyaların
əsas hissələrində çatlar (ox, rama və s.);
-
əyləcin nasazlığı;
-
polad burazların, qarmağın və qaldırıcı
mexanizmin yol verilə bilən səviyyədən artıq
köhnəlməsi;
-
bucurqadın oxlu barabanının dilçəkli mexanizminin
dilçəklərinin sınması;
-
nəzarət cihazlarının nasazlığı.
9.2. Ekskavatorlar, buldozerlər
9.2.1.
Texniki yoxlamadan keçməyən ekskavatorların və
buldozerlərin istismarı qadağandır.
9.2.2.
Yüklənmiş çalovla ekskavatorların hərəkəti
qadağandır.
9.2.3.
Əgər sürücünün kabinasında yaxud avtomobil və
ekskavator arasında insanlar varsa yükləmə işlərini
aparmaq qadağandır.
9.2.4.
Ekskavator işləyərkən aşağıda qeyd olunan
ehtiyat tədbirləri görülməlidir:
-
çalovların maksimum hərəkət zonasından 5m-dən
az olmayan məsafədə dayanmaq;
-
ekskavator işləyən zaman qanovun qırağına
yaxınlaşmamaq.
9.2.5.
Eninə 80 və uzununa 150 bucaq altında
maili yamaclarda ekskavatorların, buldozerlərin
dayanıqlığı dirəklərin
quraşdırılması ilə və ya mexanizmlərin
ankerləri vasitəsilə təmin edilməlidir.
9.2.6.
Çalovun həcminin 2/3 mislindən böyük olan
ölçüdə əşyaları (daş, tir)
ekskavatorun çalovu ilə götürmək
qadağandır.
9.2.7.
İş vaxtı mühərriki təmizləmək,
sazlamaq, təmir etmək, tənzimləmək, yağlamaq və
ekskavatoru, buldozeri yanacaqla doldurmaq qadağandır.
9.2.8.
Qanovun qazılması üzrə işlərin müvəqqəti
dayandırılması və ya ekskavatorun təmiri zamanı
onun çalovu yerə endirilməlidir və qanovun kənarlarından
2 metrdən az olmamaq şərtilə ekskavator dağılma
prizması hüdudlarından kənarlarda yerləşdirilməlidir.
9.2.9.
Ekskavator, buldozer hərəkətə başlamazdan əvvəl
aşağıdakılar zəruridir:
-
hərəkət zonasında insanların olmamasına əmin
olmaq;
-
tırtıllarda yad əşyaların qalmadığına nəzarət
etmək;
-
səs siqnalı ilə hərəkətin başlanması
barəsində xəbərdar etmək.
9.2.10.
Buldozer işləməyən zaman çalov yerə
(aşağı) endirilməlidir.
9.2.11.
Buldozerin tüstü borusu qığılcımsöndürənlə
təchiz olunmalıdır.
9.3.
Səyyar nasos aqreqatları
9.3.1.
Səyyar nasos aqreqatları hamarlanmış üfüqi
meydançada yerləşdirilməlidir.
9.3.2.
Nasos aqreqatını elektrik ötürücü hava xətləri
altında quraşdırmaq qadağandır.
9.3.3.
Əsas və dayaq nasos aqreqatlarında tənzimlənmiş
möhürlü manometrlər quraşdırılmalıdır.
9.3.4.
Neftin doldurulması və boşaldılması
üçün istifadə edilən əsas nasos
aqreqatları əks klapanlarla və bağlayıcı siyirtmələrlə
təchiz edilməlidir.
9.3.5.
Kipliyin pozulmasına, sallanmanın və əyilmənin
qarşısını almaq üçün metal və
sarğılı qolların birləşdirici elementlərinin
əsas və dayaq nasosların qəbul və
çıxış borularına bilavasitə birləşdirilməsinə
yol verilməməlidir. Birləşdirmə xüsusi birləşdirici
ayırmalar (otvod) vasitəsilə yerinə yetirilməlidir.
9.3.6.
Səyyar dayaq və əsas nasos aqreqatları işə
salınmazdan əvvəl yerləbirləşdirilməli və
idarəetmə pultunda rezin dielektrik xalçalar
qoyulmalıdır.
9.3.7.
Dayaq nasosları zavod istehsalı olan qaldırıcılar və
ya səyyar yükqaldırıcı boruçəkən kran
vasitəsilə nasos aqreqatına qoyulub-götürülməlidir.
9.3.8.
İşə başlamazdan əvvəl əsas nasos
aqreqatlarının və elektrik stansiyaların dizel
ötürücülərinin atqı borularında
qığılcımsöndürənlər
quraşdırılmalıdır.
9.3.9.
Naqilin dayaq nasosunun elektrik mühərrikindən generatorla idarəetmə
lövhəsinə birləşdirilməsi ştepsel
ayırıcısı (разъем) vasitəsilə həyata
keçirilməlidir.
9.3.10.
Əsas və dayaq nasosları, elektrik stansiyaları komplektə
daxil olan yerləbirləşdiricilərlə yerləbirləşdirilməlidir.
Kabellərin elektrik avadanlığına qoşmaq
üçün onlar yerdən 1 metr-dən az olmayan
hündürlükdə və komplektə daxil olan inventar
dayaqlar üzərində yerləşdirilməlidir və
dayaqlar arasında məsafə 5-6 metr olmalıdır; gecə
vaxtı kabel xətti işıqlandırılmalı və
işarələnməlidir.
9.3.11.
Səyyar nasos aqreqatlarında quraşdırılan dayaq
nasoslarının və digər avadanlıqların işlədiyi
yerlər sutkanın qaranlıq vaxtı
işıqlandırılmalıdır.
9.3.12.
Hərəkət edən nasos aqreqatları ilkin
yanğınsöndürmə vasitələri ilə təchiz
edilməlidir.
9.3.13.
İşə başlamazdan əvvəl nasos aqreqatının
sarğılarının boru xətləri kipliyə və
möhkəmliyə sınaqdan keçirilməlidir.
9.3.14.
Nasos aqreqatının fırlanan hissələrində qoruyucu
örtüklərin çıxarılmış vəziyyətdə
istismarı qadağandır.
9.3.15.
Nasos aqreqatı işlədikdə maşinist idarəetmə
pultunda aqreqatın platformasında dayanmalıdır.
İşləyən aqreqatı nəzarətsiz qoymaq
qadağandır.
9.3.16.
Hərəkət edən nasos aqreqatların maşinistləri
aşağıdakıları yerinə yetirməyə
borcludur:
-
aqreqatın siyirtmələrini hidravlik zərbədən
qorumaq üçün səlis açıb-bağlamalı;
-
mühərrikin qızdırıcısı ilə işlər
istismar təlimatına uyğun aparılmalı;
-
aqreqatlar işlək vəziyyətdə olduqda platformalarda
keçidlər bağlanmamalıdır.
9.3.17.
Boru xəttindən, birləşdirici detallardan,
boşaldıcı aqreqatların sarğılarından neftin
sızması aşkar olduqda aqreqatlar söndürülməli,
qəbul və təzyiq xətlərində siyirtmələr
bağlanmalı, boru xətlərinin və nasosların
boşluqlarında izafi təzyiqin olmamasına əmin olduqdan
sonra sızma aradan qaldırılmalıdır.
9.3.18.
Aqreqatın siyahısında olmayan kənar
avadanlığın daşınması və
boşaldılması üçün platformadan və
qaldırıcılardan istifadə etmək qadağandır.
9.3.19.
Nasos aqreqatları nəql edilən zaman avadanlıq yerləşən
platformada və salonda insanların olması qadağandır.
9.4. Səyyar buxar və
parafinsizləşdirmə qurğuları
9.4.1.
Səyyar buxar və parafinsizləşdirmə
qurğularına xidmət göstərməyə tədris
müəssələrində təlim keçmiş,
attestasiya olunmuş və qazana xidmət etməyə vəsiqəsi
olan şəxslər buraxılır.
9.4.2.
Buxar və parafinsizləşdirmə qurğusunun hər bir
qazanı istismara buraxılmazdan əvvəl dövri və
növbədənkənar texniki yoxlamadan keçirilməlidir.
Növbədənkənar
yoxlamanın keçirilməsi zamanı qazanın pasportunda
yoxlamanın keçirilməsinin səbəbi göstərilməlidir.
9.4.3.
Buxar və parafinsizləşdirmə qurğusunun istismar
müddəti keçdikdə, onun sonrakı istismarının
mümkünlüyü və şəraiti barədə
xüsusi və ya ekspert təşkilatın rəyi olmadan onun
istismarı qadağandır.
9.4.4.
MNK-nın obyektlərində qazanların təhlükəsiz
istismarına və saz vəziyyətdə saxlanılmasına
məsul şəxs əmrlə təyin olunmalıdır.
9.4.5.
Qurğuların siqnalizasiyasının və avtomatik
mühafizəsinin sazlığının yoxlanılması
istismar üzrə təlimata və cədvələ uyğun
aparılmalıdır.
9.4.6.
Buxar və parafinsizləşdirmə qurğusunun qazanı,
onun nominal buxar məhsuldarlığından az olmayan miqdarda
ümumi buraxılış qabiliyyəti olan qoruyucu klapanlarla
təchiz edilməlidir.
9.4.7.
İstismara daxil edilən hər bir qazanın üzərində
bərkidilmiş lövhədə aşağıdakılar
qeyd olunmalıdır:
-
qeydiyyat nömrəsi;
-
işçi(buraxıla bilən) təzyiq, o cümlədən,
qoruyucu klapanın təzyiqi və sınaqdan keçirilmə
tarixi;
-
növbəti daxili baxışın və hidravlik
sınağın tarixi (gün, ay, il).
9.4.8.
Buxar və parafinsizləşdirmə qurğularının
elektrik hava və rabitə xətləri altında quraşdırılması
qadağandır.
9.4.9.
Buxar və parafinsizləşdirmə qurğusunun pasportunda
göstərilmiş su buxarının təzyiq və
temperatur qiymətini aşmaq qadağandır.
9.4.10.
Qurğu buxara verilməzdən əvvəl buxar xətti
qurğunun pasportunda göstərilən təzyiqə su ilə
sınaqdan keçirilməlidir.
9.4.11.
Buxar xəttinin hidravlik sınağı zamanı onun
yaxınlığında dayanmaq qadağandır.
9.4.12.
Avadanlığın daxili və səthi
qızdırılması məqsədilə tətbiq edilən
rezin şlanq metal ucluqla təchiz edilməlidir.
9.4.13.
Boru xətlərinin hissələrinin üfürülməsi
üçün səyyar buxar qurğusu aqreqatlarının
istifadə edilməsi qadağandır.
9.4.14.
Avadanlıq işləyərkən və qazandakı təzyiqin
atmosfer təzyiqinə düşməsinə qədər nəzarətsiz
qoymaq, təzyiq altında olan qurğunun buxar və boru xətlərini
təmir etmək qadağandır.
9.4.15.
Buxarın təzyiqi atmosfer təzyiqinə qədər endikdən
və borular soyuduqdan sonra buxar xətləri sökülə
bilər.
9.5.
Səyyar kompressor və elektrik qaynaq aqreqatları
9.5.1.
Səyyar kompressorlara xidmət etməyə təlim
keçmiş, attestasiya olunmuş və onlara xidmət etmək
hüququ verən vəsiqəsi olan işçilər buraxılırlar.
9.5.2.
Nasaz və çəpəri çıxarılmış
mexanizmləri olan avadanlıqda işləmək
qadağandır.
9.5.3.
Kompressor istismara buraxılmazdan əvvəl onun resiveri texniki
baxışdan keçirilməli və qeydiyyata
alınmalıdır. Texniki baxışın nəticələri
resiverin pasportuna yazılmalı, resiverdə isə silinməyən
boya ilə qeydiyyat nömrəsi, yol verilən işçi təzyiq,
növbəti texniki baxışın tarixi
yazılmalıdır.
9.5.4.
Kompressor və qaynaq aqreqatı hamar meydançada
quraşdırılmalı, təkərlərin altına
dayaqlar qoyulmalıdır.
9.5.5.
Elektrik cərəyanının qaynaq cərəyan mənbəyindən
qaynaq qurğusunun elektrik tutqacına verilməsi
üçün rezin izolyasiyalı və rezin
örtüklü elastik qaynaq naqilindən istifadə edilməlidir.
Alovun yayılmasını təmin edən polimer materiallardan
izolyasiyalı və örtüklü kabel və naqillərin
istifadəsi qadağandır.
9.5.6.
Bütün elektrik qaynaq qurğuları qaynaq dövrəsi kəsildikdə
yüksüz işləmə gərginliyinin mühafizə
açılma qurğuları ilə təchiz edilməlidir.
9.5.7.
Elektrik qaynaq qurğusunun şəbəkəyə birləşdirilməsi
və açılması, həmçinin istismar prosesində
saz vəziyyətdə qalmasına nəzarət elektrotexniki
heyət tərəfindən həyata keçirilməlidir.
9.6. Qazma
maşınları
.
9.6.1.
Qazma maşınlarında işləməyə təlim
keçmiş, attestasiya olunmuş və vəsiqəsi olan
işçilər buraxılırlar.
9.6.2.
Qazma maşını boru xəttinin üzərində istismar
təlimatına uyğun yükqaldırıcı mexanizmlər
vasitəsi ilə quraşdırılmalıdır.
9.6.3.
Qazma maşını ilə işlərin aparılmasına
yalnız gündüz vaxtı icazə verilir.
9.6.4.
Qazma maşınını işə salmazdan əvvəl kəmərin
üzərində onun dayanıqlığı
yoxlanılmalı və yaxınlıqda insanların
olmadığına əmin olmaq lazımdır.
9.6.5.
İşə başlamazdan əvvəl
aşağıdakı tədbirlər həyata keçirilməlidir:
-
işçi zonada hava mühiti yoxlanılmalı;
-
bütün mexanizmlərin boşuna işləməsi yoxlanılmalıdır.
9.6.6.
Qazma maşını xəndəyin kənarından idarə
edilməlidir.
9.6.7.
İş prosesində maşinist boru xəttində qazma
maşınının dayanıqlığına nəzarət
etməli, onun aşmasına qarşı və yaxud
tarazlığının saxlanılması üçün
vaxtında tədbirlər görməlidir.
9.6.8.
Qazma maşınının elektrik mühərriki həddindən
artıq qızdıqda, taqqıltı və ya səs
yarandıqda o, dərhal dayandırılmalıdır.
9.6.9.
Qazma maşınına baxışın keçirilməsi və
nasazlıqların aradan qaldırılması üzrə
bütün işlər yalnız elektrik şəbəkəsindən
ayırdıqdan sonra aparılmalıdır.
9.6.10.
İş qurtardıqdan sonra qazma maşını boru xəttində
sıxaclarla bərkidilməli və elektrik şəbəkəsindən
ayrılmalıdır.
9.7.
Təmizləmə maşınları
9.7.1.
Təmizləmə maşınlarında işləməyə
təlim və attestasiya keçmiş və vəsiqəsi
olan işçilər buraxılır.
9.7.2.
Təmizləmə maşını boru xəttinin üzərində
istismar təlimatına uyğun olaraq,
yükqaldırıcı mexanizmlər vasitəsi ilə
quraşdırılmalıdır.
9.7.3.
Təmizləmə maşını ilə işlərin
aparılma-sına yalnız gündüz vaxtı icazə
verilir.
9.7.4.
Təmizləmə maşınının aşmasının
qarşısını almaq üçün qoruyucu ştanqa
quraşdırılmalıdır.
9.7.5.
İş prosesində təmizləmə
maşınının sabitləşdirilməsi onun
konstruksiyasında hərəkət edən əks yüklərin
vasitəsi ilə həyata keçirilməlidir.
9.7.6.
Təmizləmə maşını xəndəyin kənarından
idarə edilməlidir.
9.7.7. Maşınların işlədiyi ərazidə
boru ilə xəndəyin divarları arasında işçilər
olduqda işlərin aparılması qadağandır.
9.7.8 Maşının kəsici dişlərinin (tiyələrinin)
dəyişdirilməsi, sazlama və tənzimləmə
işləri təmizləmə maşını elektrik şəbəkəsindən
ayrıldıqdan sonra yerinə yetirilməlidir.
9.7.9. Neft sızması aşkar olunduqda maşinist
işi dərhal dayandırmalı və təmizləmə
maşınını elektrik qida mənbəyindən
açılmalıdır.
9.8 İzoləedici
maşınlar
9.8.1. İzoləedici
maşınlarda işləməyə təlim və
attestasiyadan keçmiş, bu maşınlara xidmət etməyə
vəsiqəsi olan işçilər buraxılırlar.
9.8.2.
İzoləedici maşın boru xəttinin
üzərində istismar təlimatına uyğun olaraq,
yükqaldırıcı mexanizmlər vasitəsi ilə
quraşdırılmalıdır.
9.8.3.
İzoləedici maşınla iş
yalnız gündüz vaxtı aparılmalıdır.
9.8.4.
İzoləedici maşının təhlükəsiz
istismarını təmin etmək üçün o, qanovun kənarında
quraşdırılmış idarəetmə lövhəsi
olan ştanqla, xəndəyin daxilində işlər
aparıldıqda- səs xəbərdaredici qurğu ilə,
izoləedici materialın qızma temperaturunu avtomatik tənzimləmə
və çəndə mastikanın səviyyəsini avtomatik
idarəetmə qurğuları ilə təchiz edilməlidir.
9.8.5.
Boru xətti üzərində izoləedici
maşının hərəkəti zamanı onun
aşmasının qarşısını almaq
üçün ştanqlardan dayaq kimi istifadə edilməlidir.
9.8.6.
İzoləedici maşını
işə salmazdan əvvəl xəndəkdə insanların
və kənar əşyaların olmamasına əmin olmaq
lazımdır.
9.8.7.
İzoləedici maşının
mexanizm və hissələri maşın tam
dayandırıldıqdan, elektrik şəbəkəsindən
ayrıldıqdan və maşından qaynar mastika boşaldıldıqdan
sonra təmizlənməli və yaxud təmir
olunmalıdır.
9.8.8.
İzoləedici maşından 50
metrdən yaxın məsafədə ocaq qalamaq
qadağandır.
9.8.9.
Neftin axması aşkar edildikdə maşinist izoləedici
maşını dərhal dayandırmalı və elektrik qida
mənbəyindən ayırmalıdır.
9.8.10.
İzoləedici maşın qeyri
iş vaxtı elektrik qida mənbəyindən ayrılmalı
və mastika içərisindən
boşaldılmalıdır.
X. Magistral neft kəmərləri obyektlərində
qəzaların ləğvi zamanı təhlükəsizlik tədbirləri
10.1. Ümumi tələblər
10.1.1.
MNK-nın xətti hissəsində, sualtı keçidlərində,
dəniz və çay terminallarında, dəmiryol
doldurma-boşaltma estakadalarında, həmçinin NVS-nin
istehsalat meydançalarında və çənlər
parkında baş verə biləcək qəzalar bu
Qaydaların tələblərinə və Qəzaların ləğvi
planına uyğun (Əlavə 14) həyata keçirilməlidir.
10.1.2.
Qəza-bərpa işlərinə operativ şəkildə rəhbərlik
etmək üçün qəzanın ləğvi üzrə
qərargah yaradılmalıdır. Qərargahın tərkibi
qəzanın ləğvi üzrə məsul şəxs MNK
obyektinin rəhbərinin əmri ilə təyin olunur.
10.1.3.
Qəzanın ləğvi üzrə məsul şəxsin
borcudur:
-
briqada üzvlərini təhlükəsiz iş
üsulları üzrə təlimatlandırmaq;
-
qəza sahəsinə yaxın yerlərdə xəbərdaredici
nişanlar quraşdırmaq, neft dağılan ərazini
qırmızı bayraqlarla əhatəyə almaq, sutkanın qaranlıq
vaxtı işıq siqnalları quraşdırmaq, qəza
baş verdiyi sahəni işıqlandırmaq və digər
işlərin həyata keçirilməsi üçün tədbirlər
görmək;
-
dəmir və avtomobil yolları ilə neft kəmərinin kəsişdiyi
yerlərdə qəza baş verdikdə orada post qurmaq;
-
qəzanın ləğvi ilə məşğul olan
adamların təhlükəsiz yerləşdirilməsini təmin
etmək.
10.1.4.
Qəza baş verən sahə ilə bitişik (qonşu) sahədə
yerləşən siyirtmələr bağlanmalı,
onların sükanları çıxarılmalı (əgər
buna texniki cəhətdən imkan varsa), siyirtmələrin
elektrik mühərrikləri elektrik cərəyanından
ayrılmalı və siyirtmələrin elektrik
intiqallarının üzərində xəbərdaredici
işarələr qoyulmalıdır.
10.1.5.
Xətti hissədə qəzanın ləğvi üzrə
işlər aparılan yerlərdə telefon və ya radio əlaqəsi
olmalıdır.
10.1.6.
Sutkanın qaranlıq vaxtı qəzanın ləğvi
üzrə işlər görülən yerlər
partlayışdan mühafizəli çıraqlarla (gərginliyi
12V-dan yüksək olmayan)
işıqlandırılmalıdır.
10.1.7.
Qəza işləri aparılan yerlərin hava mühitinə
nəzarət təşkil olunmalıdır.
10.1.8.
Qəza işləri aparılan yerlər yanğın postu və
yanğınsöndürmə vasitələri ilə təchiz
edilməlidir. Qəzanın ləğvi ilə məşğul
olan bütün işçilər ilkin
yanğınsöndürmə vasitələrindən istifadə
etməyi və ilk tibbi yardım göstərməyi
bacarmalıdırlar.
10.1.9.
Qəza yerinə texnikanın qığılcım-söndürənsiz
daxil olması qadağandır.
10.1.10.
Neft kəmərlərində zədələnmiş sahələri
və neftin axdığı yerləri aşkar etmək
üçün nəqliyyat vasitələrindən istifadə
edərkən aşağıdakı tələblərə
riayət olunmalıdır:
-
sutkanın işıqlı vaxtı nəqliyyat vasitəsi
neftin dağıldığı yerdən 100m-dən artıq
məsafədə saxlanılmalıdır; kəşfiyyatı
qaz təhlükəli yerlərdə təhlükəsiz
iş üsullarını və yanğın təhlükəsizliyi
qaydalarını bilən, iki nəfərdən ibarət qrup
aparmalıdır;
-
sutkanın qaranlıq vaxtı, dumanlı hava şəraitində
kəşfiyyatı üç nəfərdən ibarət
qrup aparmalıdır. Qrupla nəqliyyat vasitəsi
arasındakı məsafəni qrupa başçı təyin
olunan şəxs müəyyən edir; bütün hallarda bu
məsafə 10 m-dən az olmamalıdır;
-
neftin axması əlamətləri aşkar olunduqda kəşfiyyat
qrupu dərhal nəqliyyat vasitələrinə dayanmaq
siqnalı verməli və ərazini yoxlamalıdır.
10.1.11.
Kəşfiyyat qrupu mütəmadi olaraq boru xəttinin vəziyyəti
barədə NVS dispetçerinə məlumat verməlidir.
Neftin
sızması aşkar olunmadıqda kəşfiyyat qrupu
dispetçerin icazəsi ilə geri qayıtmalıdır.
10.1.12.
Neftin axması aşkar olunan yerə yalnız küləkdöyən
tərəfdən yaxınlaşmaq lazımdır. Əgər
yerin quruluşu buna imkan vermirsə, süzgəcli əleyhqazdan
istifadə edilməlidir.
10.1.13.
Qəzanın ləğvində istifadə olunan avtomobillər,
maşın və mexanizmlər, radio əlaqə vasitələri
neftin dağıldığı yerdən 30 m-dən az olmayan
məsafədə və küləkdöyən istiqamətdə
yerləşdirilməlidir.
10.1.14.
İş zamanı istifadə olunmayan texnika vasitələri
neft dağılan zonadan kənarda, 100 m məsafədə
saxlanılmalıdır.
10.1.15.
Əgər boru kəmərinin zədələnmiş yerindən
neft axıbsa, o, əldə olan neftvurma vasitələri ilə
ləğv edilməli, neft kəmərinə, xüsusi
hazırlanmış bəndə və yaxud torpaq anbarına
vurulmalıdır.
10.1.16.
Qəza sahəsindən anbara və ya bəndə neft vuran
nasosun işə salınması və dayandırılması
məsafədən yerinə yetirilməlidir. Təhlükəli
zonada işçilərin olması qadağandır.
10.1.17.
Yanğın təhlükəli zona hüdudlarından 50 metrdən
az olmayan məsafədə qəza işlərinin
aparılması məqsədilə meydançanın
maşın və mexanizmlərinin dayanıqlı və təhlükəsiz
istismarı əvvəlcədən nəzərdə
tutulmalı, çuxurlar torpaqla hamarlanmalı (qışda qar
təmizlənməli) və neftdən təmizlənməlidir.
Yumşaq süxurlar və bataqlıq yerlər tirlərlə,
şalbanlarla və yaxud taxta döşəmələrlə
döşənməlidir.
10.1.18.
Meydançanın hazırlanması ilə paralel olaraq neftin
axmasına qarşı işlər görülməlidir. Bəndləməni
çökək yerlərdən, yaşayış məntəqələrindən,
su anbarlarından, çay, meşə massivləri və
yollardan başlamaq lazımdır.
10.1.19.
Neftin yığılması üçün torpaq anbar (bənd)
təmir çalasından 50 m-dən az olmayan məsafədə
qurulmalıdır.
10.1.20.
Torpaq anbarından neftin dağılmasının
qarşısını almaq üçün
aşağıdakılara riayət edilməlidir:
-
neftin səviyyəsindən torpaq anbarının yuxarısına
qədər məsafə 0,5m-dən az olmamalıdır;
-
bəndin divarının hündürlüyü 1,5m-dən
çox olmamalı, üstünün eni 0,5 m-dən az
olmamalıdır;
-
bəndin maili səthi 450-dən çox
olmamalıdır;
-
anbarın aşağı hissəsində drenaj
qurulmalıdır.
10.1.21.
Torpaq işlərinə başlamazdan əvvəl yeraltı
kommunikasiyaların (kabel, qaz xətti) yerləşdiyi yerləri
göstərən işarələr
quraşdırılmalıdır.
10.1.22.
Zədələnmənin ləğvi (borunun mərkəzləşdirilməsi,
fırlanmayan birləşmə nöqtələrinin
qaynağı, korroziyaya qarşı izolyasiya) zamanı təmir
aparılan çalanın ölçüləri
bütün növ işlərin aparılmasını təmin
etməlidir. Çalanın dərinliyi neft kəmərinin
çəkildiyi dərinlikdən asılıdır və kəmərdən
0,5-0,6m aşağı olmalıdır.
Neftin
təmizlənməsi və yığılması qaz təhlükəli
işlərin təhlükəsiz aparılmasının təşkili
üzrə nümunəvi təlimatın tələblərinə
riayət edilməklə yerinə yetirilməlidir.
10.1.23.
Qəzanın ləğvi zamanı odlu işlər, neft sənayesinin
“Partlayış, partlayış - yanğın təhlükəli
və yanğın təhlükəli obyektlərində
qaynaq və digər odlu işlərin aparılması üzrə
nümunəvi təlimat”ın və hazırkı
Qaydaların tələbləri nəzərə alınmaqla
yerinə yetirilməlidir.
10.1.24.
Neft kəmərində gilli və digər hermetikləşdirici
tez bərkiyən tıxaclar en kəsiyi möhkəm
bağlamalıdır və kipləşdirmə zamanı təmir
edilən sahənin sonunun tam hermetikliyini təmin etməlidir.
Gilin kipləşdirilməsi üçün istifadə olunan
tərtibatlar boruya toxunduğu halda qığılcım verməyən
materialdan olmalıdır.
10.1.25.
Təmir edilən sahədə tıxacların
doldurulmasından sonra odlu işlərin aparılmasının
mümkünlüyünü müəyyən etmək
üçün hava mühitində yanar qaz və
buxarların tərkibi yoxlanılmalıdır.
Neft
kəmərində qaynaq işləri, yanar qazların və
buxarların odlu işlər aparılan yerə daxil
olmadığı şəraitdə aparılmalıdır.
Boru kəmərinin təmir aparılan sahəsində kəmərin
hermetikləşdirici tıxaclar arasında yanar buxarların və
qazların qatılığı yol verilən partlayış
təhlükəli həddi keçməməlidir (havada buxar
və qazın aşağı partlayış həddinin
5%-ni, həcmi qiymətlərlə neft üçün 0,07% və
ya 2,1mq/l).
10.1.26.
Çalada odlu işlərə başlamazdan əvvəl
oranın havası dəyişdirilməlidir. Havada qaz və
buxarlar aşağıdakı miqdarda olduqda işə
başlamaq olar:
karbohidrogen
qarışığında kükürd- 3,0 mq/m3,
doymuş karbohidrogenlər- 300 mq/m3.
Əgər
odlu işlər bir neçə gün davam edərsə və
qaz və buxarların qəflətən sızma mümkünlüyü
istisna deyilsə, işə başlamazdan əvvəl və
iş zamanı hər saatdan bir təmir aparılan çalada
hava mühitinin tərkibi yoxlanılmalıdır. Neft və
qaz buxarlarının miqdarı sanitar normalar üzrə BBH-i
aşmamalıdır. Analiz hər fasilədən sonra, yaxud
iş yerində neft və qaz buxarlarının yaranması
ehtimalı yarandıqda aparılmalıdır. Sonuncu halda fasiləsiz
işləyən qazanalizatorun istifadəsi məqsədəuyğundur.
10.1.27.
Təhlükəsizlik tədbirlərinə riayət edilmədikdə,
işçi zonanın havasında qaz və buxarlar aşkar
edildikdə odlu işlərin aparılması
dayandırılmalı, işçilər isə təhlükəli
zonadan çıxarılmalıdır.
10.1.28.
Hava mühitində qaz qarışığının təhlükəli
qatılığı aşkar edildikdə
aşağıdakılara riayət edilməlidir:
-
insanlar qazlı zonadan çıxarılmalı;
-
təhlükəsizlik üzrə işlər istisna edilməklə
bütün digər işlər dayandırılmalı;
-
işin rəhbərinə və ya dispetçerə xəbər
verilməli;
-
küləyin istiqaməti nəzərə alınmaqla,
qazlı zonada təhlükəsizlik nişanları
qoyulmalı;
-
qazlılığın ləğv edilməsi üzrə tədbirlər
görülməlidir.
Qazlılığın
və sızmanın səbəbləri aradan qaldırıldıqdan
sonra işlərə yenidən başlanılmalıdır.
Neft və qaz buxarlarının miqdarı bu halda sanitar normalar
üzrə BBH-i aşmamalıdır.
10.1.29.
Siyirtmələri sökməklə kəmərin neftdən
azad edilməsi qadağandır.
10.1.30.
Təmir olunan kəmərin neftlə doldurulması zamanı
cihazların göstəriciləri daima yoxlanılmaqla təzyiqi
aramla və bərabər ölçüdə artırmaq
lazımdır.
10.1.31.
Neft kəmərində təzyiq artdıqda:
-
50 metrdən yaxın olmayan məsafədə təmir
aparılan sahənin vəziyyəti müşahidə edilməli;
-
təmir aparılan sahədə nəqliyyatın hərəkətinə
və insanların olmasına yol verilməməlidir.
10.2.
Kükürdlü neftin nəqli zamanı baş verən qəzaların
ləğvi
10.2.1.
Hidrogen sulfid tərkibli neft nəql edən neft kəmərlərinin
təmiri zamanı işçilər süzgəcli və ya
izoləedici əleyhqazlardan istifadə etməlidir. (Əlavə
4)
10.2.2.
Hidrogen sulfidli mühitdə işlərin aparılması
zamanı izoləedici əleyhqazdan istifadə edilməlidir.
10.2.3.
Obyektlərin lazımi FMV ilə vaxtında təchiz edilməsi
üzrə məsuliyyət obyektin rəhbərliyinin,
onların mövcudluğu, düzgün istismar və
saxlanılma qaydaları üzrə məsuliyyət isə təmir
və qəza-bərpa işləri aparan məsul şəxsin
üzərinə düşür.
10.2.4.
FMV-in verildiyi zaman onların əvvəlcədən komplektləşdirilmiş
və istismara yararlı vəziyyətdə olması və
istifadə edənin ölçüsünə uyğun
olması yoxlanılmalıdır.
Əleyhqazlar
xüsusi yerlərdə saxlanılmalıdır.
10.2.5.
Hava mühitinin qazlılığı daşınan
qazanalizatorla yoxlanılmalıdır. Cihazların göstəriciləri,
nümunənin götürülmə tarixi və vaxtı
göstərilməklə, hava mühitinə nəzarət
jurnalına (Əlavə 1) yazılmalıdır. Jurnal sahənin
və ya xidmətin növbə rəisində
olmalıdır.
10.2.6.
Neft kəmərində hidrogen sulfid tərkibli neftin
sızması aşkar olduqda aşağıdakı tədbirlər
görülməlidir:
-
neftin axdığı yerin yaxınlığında
bütün torpaq işləri, ekskavatorların və mexanizmlərin
işi dayandırılmalıdır;
-
heyət süzgəcli əleyhqaz geyinməlidir;
-rayon
dispetçer məntəqəsinə, yaxud ən yaxın
NVS-nin dispetçerinə və təmir işlərinə
cavabdeh olan şəxsə xəbər verilməlidir.
-
neft dağılan sahə siqnal bayraqları ilə əhatəyə
alınmalı, “Alovla yaxınlaşmayın!”, “Siqaret çəkmək
qadağandır!”, “Təhlükəlidir-neft!” yazıları
olan plakatlar qoyulmalı, sutkanın qaranlıq vaxtı isə
partlayışdan mühafizəli siqnal fənərləri
quraşdırılmalı və qəzanın ləğvi
planına uyğun olraq digər tədbirlər görülməlidir.
10.2.7.
Qanovlarda, havaya hidrogen sulfidin yığılması ehtimal
olunan şəraitdə işlər (təmizləmə,
izolyasiya və torpaq işləri) üç nəfərdən
ibarət briqada tərəfindən yerinə yetirilməlidir.
Onlardan iki nəfər qanovda işləməli,
üçüncüsü isə (əvəzedici) qanovun
üstündə dayanmalıdır. O, qanovda işləyən
iki nəfərin vəziyyətinə nəzarət etməli,
əgər qazdan zəhərlənmə əlamətlərini
müşahidə olunsa, onları yuxarı qaldırıb ilk
tibbi yardım göstərməlidir.
10.2.8.
Fəhlələr əleyhqazlarda, xüsusi geyimin
üstündən xilasedici kəndirlərlə bərkidilmiş
qoruyucu kəmərlərdə işləməli, kəndirlərin
ucları yuxarıda dayanan əvəzedici fəhlədə
olmalıdır.
10.2.9.
Neft kəmərinin təmir olunan hissəsində calaq yeri
partlasa və ya neftin sızması ilə bağlı hər
hansı hermetikliyin pozulması hallarında məsul rəhbər
dərhal aşağıdakı tədbirləri görməyə
borcludur:
-
neft kəmərinin vəziyyətindən asılı
olmayaraq, onun qaldırılması (endirilməsi) işlərini
dayandırmalı, maşın və mexanizmləri elektrik cərəyanından
ayırmalıdır;
-
işçiləri təhlükəli zonadan
çıxarmalıdır;
-
neftvurma prosesini dayandırmalı və neftin
yaşayış məntəqələri tərəfə
axmasına qarşı tədbirlər görməlidir.
10.2.10.
Neft kəmərinin təmir olunan sahəsində neft ləkələri
aşkar olunduqda endirmə-qaldırma əməliyyatları dərhal
dayandırılmalı və zədələnən sahə təmir
olunmalıdır.
10.2.11.
Kəmərdəki zədələnmələri qaynaqlayan
zaman kəmərin divarı yandıqda məsul rəhbər
işləyənləri dərhal həmin təhlükəli
zonadan çıxarmalı və əleyhqazları geyməyə
göstəriş verməlidir. Sonra Qəzanın Ləğvi
Planına uyğun olaraq, baş vermiş qəza haqqında
NVS-nin və ya RDM-in operatoruna xəbər verməli və qəza-bərpa
briqadası gələnə qədər zədələnmənin
aradan qaldırılmasına, yanan neftin söndürülməsinə
başlamalıdır.
10.2.12.
Təmiz hava zonasında üç nəfərdən ibarət,
əleyhqazlarla və FMV ilə təmin olunmuş ehtiyat
briqadası saxlamaq və əvəzedicinin işinə daimi nəzarət
etmək lazımdır.
Ehtiyat
briqadası ilk siqnal alan kimi təhlükəli zonadan zərərçəkmiş
işçinin çıxarılmasına kömək etməli
və lazım gəldikdə özü işi davam etdirməlidir.
10.2.13.
Qəzanın ləğvi zamanı məsul rəhbər təhlükəli
zonada briqadaların iş növbəsini təyin etməlidir.
10.2.14.
Neft kəmərlərinin yuxarıda qeyd olunan yerlərindəki
qəzanın ləğvi üzrə işlər qaz təhlükəli
işlər siyahısına aiddir və icazə-buraxılış
vərəqəsi əsasında (Əlavə 12) həyata
keçirilir.
10.2.15.
Qaz təhlükəli işlərə başlamazdan əvvəl
hava mühitinin analizi aparılmalı, havada oksigenin və zərərli
partlayış və yanğın-partlayış təhlükəli
maddələrin tərkibi icazə-buraxlış vərəqəsinə
yazılmalıdır.
10.2.16.
Qaz təhlükəli işlərə başlamazdan əvvəl
heyətin təhlükəsiz iş üsullarını bilmələri,
FMV-nin mövcudluğu, heyətin onlardan istifadə etmək,
ilk tibbi yardım göstərmək bacarığı
haqqında məlumat icazə-buraxlış vərəqəsinə
yazılmalıdır.
10.2.17.
Qaz təhlükəli işlərə başlamazdan əvvəl
bu işlərə məsul şəxsin hər bir
işçinin səhhəti haqqında məlumatı
olmalıdır.
Obyektin
və işçilərin qaz təhlükəli işlərə
hazırlığı barədə əməyin mühafizəsi
və təhlükəsizlik texnikası xidmətinə xəbər
verilməlidir. Bu xidmətin nümayəndəsinin
razılığı olmadan işə başlamaq
qadağandır.
10.2.18.
Qəzanın ləğvi zamanı odlu işlər neft sənayesində
“Partlayış, partlayış-yanğın və
yanğın təhlükəli obyektlərdə odlu işlərin
aparılması qaydaları üzrə nümunəvi təlimat”a
əsasən aparılmalıdır.
XI. Qış şəraitində
işlərin aparılması zamanı əlavə təhlükəsizlik
tədbirləri
11.1.
Qış fəsli başlamazdan əvvəl boru kəmərlərinin
istilik izolyasiyası və onların qızdırılması
üçün buxar qurğularının sazlığı
yoxlanılmalıdır. Aşkar edilən
çatışmazlıqlar vaxtında aradan
qaldırılmalıdır.
11.2.
Çənlər parkında və doldurma-boşaltma
estakadalarında, boru kəmərlərində və
armaturlarda əmələ gələn su təbəqəsinin
donmasının qarşısını almaq üçün
buxar xətti çəkilməlidir.
11.3.
Su boşaldıcı siyirtmələr, çənlərin
sifon kranları, su və yanğın dayaqları
qızdırılmalıdır.
11.4.
Ventilyasiya sisteminin kaloriferi və bütün otaqların
istilik sistemləri saz vəziyyətdə olmalıdır.
11.5.
Boru kəmərlərində əmələ gələn su təbəqəsi
donduqda bu kəmərlərə xarici baxış keçirməklə
donmuş və zədələnmiş yerlər aşkar edilməli,
boru kəməri ümumi sistemdən ayrılmalıdır.
11.6.
Boru kəmərində buz bağlamış hissə onun
donmuş hissəsinin qurtaracağından başlayaraq buxar və
ya isti su ilə qızdırılmalıdır.
11.7.
Boru kəmərinin drenaj hissəsini və çənin
donmuş yerlərini açıq odla qızdırmaq
qadağandır.
11.8.
Donmuş siyirtmələri, ventilləri və başqa
qapayıcı qurğuları ling və borulardan istifadə
etməklə açmaq qadağandır.
11.9.
Avadanlıqların, sahələrin və
metal-konstruksiyaların üzərində əmələ gəlmiş
buz vaxtlı-vaxtında təmizlənməlidir.
11.10.
Piyada yolunu, doldurma-boşaltma və çənlər
parkı ərazisindəki yanğın maşınları
üçün ayrılmış yollar mütəmadi olaraq
qardan təmizlənməli və üzərinə qum səpilməlidir.
|
||||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Baş verə biləcək
qəzanın ləğvi planı
Çənlər
parkında və nasos stansiyalarında təlim məşqlərinin
aparılması üzrə qeydiyyat jurnalının forması
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeyd: Cədvəldə adları göstərilməyən
yanğın və partlayış təhlükəli maddələrin
bir yerdə saxlanılma zərurəti yaranarsa, onların
yanğın və partlayış təhlükəliliyi dərəcəsi
təyin edildikdən və FHN-nin Dövlət Yanğın
Nəzarəti Xidməti ilə
razılaşdırıldıqdan sonra həll edilə bilər.
|
Əlavə 7
İlkin
yanğınsöndürmə vasitələrinin zəruri
miqdarının təyini
1.
İlkin yanğınsöndürmə vasitələrinin
növü və miqdarının təyini zamanı yanar maddələrin
yanğın təhlükəliliyi və fiziki-kimyəvi xassələri,
onların odsöndürücü maddələrlə
qarşılıqlı təsiri, istehsalat binalarının,
xarici qurğuların avadanlıq, qurğu və tikililərin
sahələri nəzərə alınmalıdır.
2.
Texniki avadanlığın odsöndürənlərlə
komplektləşdirilməsi, texniki şərtlərə
(pasporta) və ya yanğın təhlükəsizliyi
qaydalarına uyğun aparılmalıdır.
3.
Xaricdə istehsal olunmuş avadanlıqların odsöndürənlərlə
komplektləşdirilməsi, onların ölkəyə gətirilməsi
müvafiq şəkildə həyata keçirilir.
4.
Odsöndürənlərin seçilməsi və zəruri
sayının hesablanması onların odsöndürmə
xüsusiyyətlərindən, söndürmə sahəsinin
ölçülərindən, İSO № 3941-77 sənədinə
müvafiq obyekt və ya binadakı yanar maddə və
materialların yanğın sinfindən asılı olaraq
aparılır.
A
sinfi-əsasən üzvi mənşəli və yanması
közərmə ilə müşahidə edilən bərk
maddələrin (ağac, tekstil, kağız və s.)
yanması ilə yanğın.
B
sinfi-yanar mayelərin və ya əriyən bərk maddələrin
yanması ilə yanğın.
C
sinfi-qaz yanğınları.
D
sinfi-metal və onların ərintilərinin yanğınları.
E
sinfi-elektrik qurğularında baş verən yanğınlar.
Odsöndürənin
tipinin seçilməsi (səyyar və ya əl ilə)
mümkün yanma mənbələrinin ölçülərindən
asılı olaraq seçilir.
5.
Müvafiq temperatur həddlərində istifadə edilən
odsöndürənlərin seçilməsində iqlim şəraiti
nəzərə alınmalıdır.
6.
Kombinəli yanğın mənbələrinin ləğvi
üçün universal odsöndürənlər seçilməlidir.
7. Müxtəlif kateqoriyalı
otaqların ölçülərindən asılı olaraq,
odsöndürənlərin sayı bir və iki cədvəllərinə
əsasən müəyyən edilir.
8.
İctimai bina və tikililərin hər mərtəbəsində
ən azı iki əl odsöndürəni yerləşdirilməlidir.
9.
Sahəsi 100 m2-dən az olan D kateqoriyalı otaqlar
odsöndürənlərlə təchiz olunmaya bilər.
10.
Yanğın təhlükəliliyi üzrə eyni
kateqoriyalı bir neçə kiçik otaqların
odsöndürənlərlə təchiz edilməsi bu
otaqların ümumi sahələrinə uyğun, bu Əlavənin
14 bəndinə, 1 və 2 saylı cədvəllərə
müvafiq yerinə yetirilir.
11.
Müəssisədən doldurma üçün göndərilən
odsöndürənlər müvafiq sayda doluları ilə əvəz
edilməlidir.
12.
Elektron-hesablama maşınları, telefon stansiyaları, muzey və
arxiv binaları üçün odsöndürənlərin
seçilməsində odsöndürücü maddələrlə
həmin otaqlardakı avadanlıq, məmulat, materiallarla
qarşılıqlı əlaqəsinin spesifik xüsusiyyətləri
nəzərə alınmalıdır. Bu otaqlar,
odsöndürücü maddələrin buraxıla bilən hədd
miqdarı nəzərə alınmaqla, qazlı
odsöndürənlərlə təchiz olunmalıdır
13.
Stasionar avtomatik yanğınsöndürmə qurğuları
quraşdırılmış otaqlar zəruri
hesablanmış qiymətin 50%-i miqdarında ilkin
yanğınsöndürmə vasitələri ilə təchiz
olunmalıdırlar.
14.
Mümkün yanğın mənbələrindən
odsöndürənlərin yerləşdiyi yerə qədər
məsafə ictimai bina və tikililərdən 20 m-dən,
A,B,V, kateqoriyalı otaqlarda 30 m-dən, Q kateqoriyalı otaqlarda 40 m-dən, D
kateqoriyalı otaqlarda isə 70 m-dən çox olmamalıdır.
Hər
bir obyektdə ilkin yanğınsöndürmə vasitələrinin
alınması, saxlanılması, təmiri və işə
hazırlığına cavabdeh şəxs təyin edilməlidir.
İlkin
yanğınsöndürmə vasitələrinin obyektdə
mövcudluğu və vəziyyətləri xüsusi jurnalda
qeyd edilməlidir. Obyektlərdəki hər bir odsöndürənin
gövdəsində ağ boya ilə sıra nömrəsi
göstərilməli, ona xüsusi pasport tərtib
olunmalıdır.
15.
Qış fəslində (havanın mənfi
tempraturlarında) odsöndürənlər isidilən
otaqlarda saxlanılmalıdır.
16.
İlkin yanğın söndürmə vasitələrinin dəhliz
və keçidlərdə yerləşdirilmə qaydası
insanların təhlükəsiz köçürülməsinə
mane olmamalıdır. Onlar binadan çıxışa
yaxın yerdə, 1,5 m-dən çox olmayan
hündürlükdə yerləşdirilməlidirlər.
|
|||||
|
|
|
|
|
|
|
|
||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeyd:
1. Müxtəlif sinifli yanğınların
söndürülməsi üçün tozlu odsöndürənlər
müvafiq şəkildə: A sinfi üçün ABC (E)
tozlu, B,C və (E) sinifləri üçün BC (E) və ya
ABC (E) tozları; D sinfi üçün D tozu ilə
doldurulmalıdır.
2. “++”
işarəsi-məsləhət görülən
odsöndürənlər
“+” işarəsi –məsləhət
görülən odsöndürənlər olmadıqda və
müvafiq əsaslandırma ilə “-” işarəsi bu obyektdə
bu odsöndürənlərin istifadəsinə icazə
verilmir.
3. Həcmi 50 m3-dən az olan
qapalı otaqlarda yanğının söndürülməsi
üçün daşınan odsöndürənlərlə
birlikdə və ya onlara əlavə şəklində
öz-özünə tozu tullayan tozlu odsöndürənlərdən
istifadə edilə bilər.
|
|||||||
|
|
|
|
|
|
|
|
|
|
||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeyd:
1. Müxtəlif sinfli yanğınların
söndürülməsi üçün tozlu odsöndürənlər
müvafiq şəkildə: A sinfi üçün_ABC (E)
tozu, B,C və (E) sinifləri üçün BC (E) və ya
ABC (E) tozları; D sinfi üçün D tozu ilə
doldurulmalıdır.
1.
“++” işarəsi-məsləhət görülən
odsöndürənlər.
“+”
işarəsi –məsləhət görülən
odsöndürənlər olmadıqda və müvafiq əsaslandırma
ilə.
“-”
işarəsi bu obyektdə bu odsöndürənlərin
istifadəsinə icazə verilmir.
17.
Yanğına qarşı daxili su xətti avtomatik sistemləri
ilə təçhiz olunmamış istehsalat və anbar
otaqlarında, ərazisində yanğına qarşı xarici
su xətti olmayan müəssisələrdə və ya xarici
texnoloji qurğuları və binaları xarici yanğın su
mənbələrindən 100m-dən artıq məsafədə
yerləşən müəssisələrdə ilkin
yanğınsöndürmə vasitələri, yanğın
alət və inventarların yerləşdirilməsi
üçün yanğın şitləri quraşdırılmalıdır.
Yanğın şitləri cədvəl 4 müvafiq şəkildə
ilkin yanğınsöndürmə vasitələri,
yanğın alət və inventarları ilə komplektləşdirilməlidir.
18. Şitin
yanındakı su tutumu 200 litrdən az olmamalı, vedrələrlə
komplektləşdirilməlidir.
19. Şit yanında qum yeşikləri əsasən
asan alışan və yanar mayelərin dağılma
ehtimalı olan otaqlarda və açıq meydançalarda qoyulur.
A, B, V kateqoriyalı otaqlar və texnoloji xarici qurğuların
hər 500m2 üçün və D, Q kateqoriyalı
üçün isə hər 1000 m2 sahəyə 0,5
m3 qum ehtiyatı nəzərdə tutulmalıdır.
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Əlavə 14
Partlayış-yanğın təhlükəli
obyektlərdə qəzaların
ləğvi planının tərtib olunması
qaydası
1. Hər bir
partlayış-yanğın təhlükəli obyekt və ya
onun partlayış-yanğın təhlükəli sahəsi,
sexi və s. üçün qəzaların ləğvi
planı (QLP) tərtib olunmalıdır.
2. QLP-da nəzərdə
tutulmalıdır:
2.1. İnsan həyatı
üçün təhlükəli olan baş verə biləcək
qəzalar, onların baş verəcəyi yerlər və
şəraiti;
2.2. Qəza ilə üzləşən
adamların xilas edilməsi üzrə tədbirlər;
2.3. Qəzaların baş verdiyi ilkin mərhələdə
onların ləğvi üzrə tədbirlər, həmçinin
qəza zamanı işçi heyətin təxirəsalınmaz
(ilkin) hərəkətləri;
2.4. Adamların xilas edilməsi və qəzaların
ləğv edilməsi üçün istifadə olunan vasitələrin
yerləşdiyi yerlər;
2.5. Qazdan xilasetmə, yanğın və
fontana qarşı dəstələr arasında
qarşılıqlı (birgə) hərəkət
qaydaları.
3. QLP müəssisə üzrə əmrlə
təyin edilmiş mütəxəssislərdən ibarət
komissiya tərəfindən işlənib
hazırlanmalıdır. QLP-na hər il yenidən
baxılmalıdır.
Texnologiyada, iş şəraitində, təhlükəsizlik
qaydalarında dəyişikliklər aparıldıqda QLP-na 3
gün müddətinə müvafiq dəyişikliklər və
əlavələr edilməlidir.
4. QLP 5 nüsxədən ibarət
olmalı və aşağıda göstərilən yoxlama
aktları olduqda müəssisənin texniki rəhbəri tərəfindən
təsdiqlənməlidir:
- texnoloji prosesin nəzarət sisteminin vəziyyəti
haqqında;
- ventilyasiya qurğularının vəziyyəti
haqqında;
- adamların xilas edilməsi
üçün vasitələrin, qəzaların ilkin mərhələsində
ləğvi üçün yanğına qarşı
avadanlıqların və texniki vasitələrin
mövcudluğu və saz vəziyyətdə olması
haqqında;
- qəza siqnalizasiyasının, rabitənin
və qəza işıqlandırılmasının saz vəziyyətdə
olması haqqında.
5. QLP-nın tərkibinə daxildir:
5.1. Operativ hissədə – obyektdə
baş verə biləcək bütün mümkün qəzalar
nəzərə alınmalı, qəzaların ləğvi və
insanların xilas edilməsi üzrə tədbirlər, həmçinin
tədbirlərin yerinə yetirilməsinə cavabdeh şəxslər
və onların icraçıları, qəzaların ləğvi
və insanların xilası üçün nəzərdə
tutulmuş vasitələrin yerləşdikləri yerlər,
qazdan xilasetmə, yanğın və digər bölmələrin
hərəkət qaydaları müəyyən edilməlidir;
5.2. Qəzaların ləğvində
iştirak edən ayrı-ayrı şəxslər arasında
vəzifə bölgüsünün aparılması;
5.3. Qəza barəsində məlumatlandırılan
məsul şəxslərin və təşkilatların
siyahısı;
5.4. Əsas kommunikasiyaların (texnoloji
sxem) yerləşmə sxemi;
5.5. Qəza şkaflarında (otaqlarda)
miqdarı və əsas xüsusiyyətləri göstərilməklə
saxlanılan alətlərin, fərdi mühafizə vasitələrinin,
materialların siyahısı.
6. QLP-nın operativ hissəsində nəzərdə
tutulmalıdır:
6.1. Qəza barəsində xəbərdarlıq
üsulları (sirena, işıq siqnalizasiyası, ucadan
danışıq vasitəsi, telefon və s.), qəzanın
xarakterindən asılı olaraq təhlükəli yerlərdən
və sahələrdən adamların təxliyə
yolları;
6.2. Adamların təxliyəsinə və
nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsinə texniki heyətdən olan cavabdeh şəxsin
hərəkəti;
6.3. Qəza baş verərkən
ventilyasiyanın iş rejimi, o cümlədən qəza
ventilyasiyasının (əgər mövcuddursa) işə
salınması;
6.4. Ardıcıl olaraq elektrik enerjisinin
kəsilməsi, avadanlıq və apartların
dayandırılması, zərərli və təhlükəli
maddələrin daxil olduğu mənbələrin təcrid
olunması (kəsilməsi);
6.5. Qazlaşmış və təhlükəli
zonalara buraxılışa nəzarət etmək
üçün həmin təhlükəli yerlərin
girişinə postların qoyulması;
6.6. Qəzaların ilkin mərhələdə
ləğvi üsulları. Qəzaların
(yanğınların) ləğvi üzrə texniki heyətin
ilk növbədə hərəkəti, qəzaların
genişlənməsinin və təsirinin
qarşısının alınması. Qəzaların
ağır fəsadlarının qarşısının
alınması üzrə tədbirlərin həyata
keçirilməsi. Qazdan xilasetmə və digər
ixtisaslaşdırılmış dəstələrin
qarşılıqlı hərəkət qaydaları.
7. İstehsalat-texniki heyətin QLP ilə
tanışlığı imza atmaqla müvafiq şəkildə
sənədləşdirilir.
8. QLP (və ya onun operativ hissəsi)
obyekt (sahə) rəhbərinin müəyyən etdiyi
görünən (nəzərə çarpan) yerdən
asılmalıdır. QLP-nın tam nüsxələri müəssisənin
texniki rəhbərində, dispetçerdə, qazdan xilasetmə
dəstəsində, təhlükəsizlik texnikası
şöbəsində və iş yerlərində
olmalıdır.
9. QLP-nın vaxtında və
düzgün tərtibinə və onun müəssisənin Bu
vəziyyətinə uyğun gəlməsinə görə məsuliyyəti
obyektin rəhbəri və müəssisənin texniki rəhbəri
daşıyır.
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Eşitmə üzvlərinin fərdi
mühafizə vasitələri
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
*) İşçilərin qısa
müddətdə olduqları və ya daimi xidmət tələb
etməyən avadanlıqlar olan otaqlarda SNiP II-4-79-a uyğun
olaraq işıqlıq bir pillə azaldılıb.
**) Zədələnmə təhlükəsi
daha çox olduğundan SNiP II-4-79-a görə
işıqlıq bir pillə müvafiq yüksək dərəcəyə
uyğun artırılıb.
Qeyd: 1.
İşıqlandırmanın hər iki sisteminin
sütunlarında, işıqlandırmanın
normalaşdırılmış qiymətlərinin olması
sistemlərdən birinin istifadəsinin
mümkünlüyünü göstərir. Kombinasiya
edilmiş işıqlandırma sistemi üstün
sayılır. Cədvəlin 6-11 sütunlarında qiymətlərin
olmaması müvafiq işıqlandırma sisteminin və ya işıq
mənbəyinin istifadəsinin məqsədəuyğun
olmadığını sübut edir.
2. Döyünmə əmsalı kəsrlə
göstəriləndə surətdə - birləşdirilmiş
işıqlandırma sistemində ümumi
işıqlandırmanın normalaşdırılmış
qiyməti, məxrəcdə isə - yerli
işıqlandırma və ümumi işıqlandırma
sistemində ümumi işıqlandırma üçün
normalaşdırılmış qiymət göstərilib.
3. Gözgörmə işlərinin
I-VIII dərəcələri - otaqlarda olan
işıqlandırıcı qurğulara, IX-XIII dərəcələri
isə - binaların xaricində
olan işıqlandırıcı qurğulara aiddirlər.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Adamların
elektrik cərəyanı ilə zədələnmə təhlükəsi
cəhətindən otaqlar fərqləndirilir:
1.
Təhlükə artımı olmayan otaqlar, hansılarda ki, təhlükə artımı və ya xüsusi təhlükə yaradan şərait yoxdur (cədvəl
1-də 1).
2.
Təhlükə artımı olan otaqlar,
aşağıda göstərilən, yüksək təhlükə
yaradan bir şəraitin olması ilə səciyyələnən:
a)
nəmişlik və ya cərəyan keçirən tozla (cədvəl
1-də 3 və 6);
b)
cərəyan keçirən döşəmələrlə
(metal, torpaq, dəmir-beton, kərpic və i.a.);
c)
yüksək temperaturla (cədvəl 1-də 5);
ç)
yerlə birləşmələri olan binaların metal
konstruksiya-larına, texnoloji aparatlarına, mexanizmlərə və
i.a. bir tərəfdən və elektrik
avadanlığının metal gövdələrinə o biri
tərəfdən adamın eyni vaxtda toxunması
mümkünlüyü ilə;
3.
Xüsusi təhlükəli
otaqlar - aşağıda göstərilən xüsusi təhlükə yaradan amillərdən
birinin olması ilə səciyyələnən:
a)
xüsusi nəmişliklə (cədvəl
1-də 4);
b)
kimyəvi aktiv və ya orqanik mühitlə ( cədvəl 1-də
7);
c)
eyni vaxtda iki və çox yüksək
təhlükə ilə (cədvəl 1 - 2).
4.
Xarici (açıq sahələrdə) elektrik
qurğularının yerləşmə əraziləri.
Adamların elektrik cərəyanı ilə zədələnmə təhlükəsi
cəhətindən bu ərazilər xüsusi təhlükəli
otaqlara bərabər tutulur.
|
Jurnalın
səhifələri
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
JURNALININ DOLDURULMASI
ÜZRƏ GÖSTƏRİŞ
1.
Əmək şəraiti vəziyyətinin yoxlanılması
jurnalı hər bir istehsalat sahəsində olmalıdır
(sahədə, qurğuda, və s.)
2.
Jurnalın sərlövhə vərəqəsində sahənin,
bölmənin adı və başlanğıc
yazıların tarixi göstərilməlidir.
3.
Sahənin, bölmənin, qurğunun, briqadanın rəhbəri
jurnalın saxlanmasına, düzgün doldurulmasına
cavabdehlik daşıyır və əmək mühafizəsi
üzrə ictimai müfəttişlərə, müəssisənin
mühəndis-texniki işçilərinə və sahəni
yoxlayan yuxarı təşkilatlara, Dövlət nəzarəti
orqanları işçilərinə, Həmkarlar
İttifaqları müfəttişlərinə təqdim etməlidir.
Jurnal sahə, bölmə, qurğu rəhbərinin iş
yerində saxlanılmalıdır.
4.
Jurnal üç hissəyə bölünür:
-
ustanın, icraçının, bilavasitə iş rəhbərinin
və əməyin mühafizəsi üzrə ictimai müfəttişin
(nəzarətin birinci mərhələsi üzrə)
aşkar etdikləri pozuntuların yazılması
üçün;
- nəzarətin ikinci mərhələsi
üzrə yoxlama aparan şəxslərin aşkar etdikləri
nöqsanların qeyd edilməsi üçün;
-
digər yoxlayanların qeydləri üçün;
-
jurnala yazılar onun formasına uyğun olaraq
aparılmalıdır;
Yoxlamanın
tarixi birinci qrafada ərəb rəqəmləri ilə
yazılmalıdır, məsələn: 08.12.94
Aşkar
edilmiş nöqsanlar və pozuntular üçüncü
qrafada, pozuntunun düzgün xüsusiyyətlərini, yerini
göstərməklə yazılmalıdır.
Dördüncü
qrafada aşkar edilmiş nöqsanların aradan
qaldırılması üçün konkret təklif yazmaq,
beşinci qrafada aradan qaldırılması müddəti, hər
bir tədbiri yerinə yetirən icraçının vəzifəsi,
soyadı göstərilməlidir. Yeddinci qrafada,
dördüncü qrafada göstərilmiş təkliflərin
yerinə yetirilməsi tarixi göstərilməlidir, sahə,
bölmə, qurğu rəhbərinin imzası
olmalıdır.
5.
Sahənin rəhbəri aşkar edilmiş nöqsanları, pozuntuları
təcili olaraq aradan qaldırmağa borcludur.
Jurnala həmçinin sexin, bölmənin,
müəssisənin köməyi ilə aradan
qaldırılması tələb olunan nöqsanlar, pozuntular və
onların aradan qaldırılması tarixi
yazılmalıdır.
6.
Müəssisənin əmək mühafizəsi və təhlükəsizlik
texnikası xidməti işçiləri ayda bir dəfədən
az olmayaraq sahələrdə Jurnalın düzgün
doldurulmasını, aşkar edilmiş nöqsan və
pozuntuların vaxtında aradan qaldırılmasını
yoxlayırlar və jurnalda bu barədə qeydlər
aparırlar.
Terminlər
və anlayışlar haqqında məlumat.
Bu sənəddə
aşağıdakı terminlər və anlayışlar
istifadə olunmuşdur:
1. Magistral neft kəmərlərinin xətti
hissəsi:
Neftvurma
stansiyalarını biri-biri ilə və ya qəbul-paylama məntəqələri
ilə əlaqələndirən neft kəmərlərinin
hissəsi və neft kəmərlərinə aid olan
qurğular.
Qeyd. Magstral
neft kəmərlərinin xətti hissəsinə aid olan
qurğular aşağıdakılardır:
neft kəmərləri, texnoloji rabitə
və elektrik ötürücü xətlərdən
keçidlər, neft kəmərinin elektrokimyəvi korroziyadan
müdafiə qurğuları, bağlayıcı
armaturların və elektrokimyəvi korroziyadan müdafiə
qurğularının məsafədən idarəetmə və
enerji təchizatı sistemləri, kəmərlərin xətti
hissəsinə aid istismar xidmət qurğuları,
yanğından mühafizə qurğuları və vasitələri,
eroziya əleyhinə qurğular, kəmərlərin xətti
boyu yollar.
2. Magistral nasosxanası: nasos
aqreqatları vasitəsi ilə magistral boru kəmərlərində
təzyiqin artmasını təmin edən texnoloji
avadanlıqlar.
3. Magistral neft kəməri (mnk): nefti qəbul
və nəql edən,
istehlakçıya çatdıran və ya digər nəqliyyat
vasitəsinə yükləyən armaturlu boru kəmərlərindən
və onlarla əlaqəli olan neftvurma stansiyalarından, neft
saxlanılan anbarlardan və digər
texnoloji obyektlərdən ibarət mühəndis qurğusu
4. Neftvurma stansiyası: nasos
aqreqatları ilə neftin magistral neft kəmərlərinə
qəbulu və vurulması üçün qurğu və
tikililər kompleksi
5. MNK-nın mühafizə
zonası: neft kəmərlərinin və texnoloji obyektlərin təhlükəsiz
istismarını təmin edən, neft kəmərləri xətti
və ətraf texnoloji obyektlər
boyu, AR Hökümətinin müəyyən etdiyi torpaqdan
istifadə etmə qaydalarına uyğun ayrılmış sahələr
6. MNK-nın sualtı keçidi:
çaydan və yaxud digər su mənbəyindən çəkilmiş,
eni suyun orta səviyyəsi üzrə 10 m-dən çox və
dərinliyi 1,5 m-dən yuxarı olan neft kəməri sahəsi
7. Yanğın təhlükəsizliyi:
obyektdə yanğının baş verməsinin, inkişaf
etməsinin və insanlara təhlükəli təsirinin
qarşısını alan, qiymətli
materialların mühafizəsini təmin edən vəziyyət.
8. Qatılığın buraxıla bilən
həddi (QBBH): insanların sağlamlığına, iş
qabiliyətinə və santitar-məişət şəraitinə,
indiki və gələcək nəsilin həyat və
sağlamlığına mənfi təsir göstərməyən
zərərli maddələrin qatılığı.
9. Çənlər
parkı: neftin qəbulu, saxlanılması və
boşaldılması üzrə texnoloji əməliyyatları
yerinə yetirmək üçün bir biri ilə əlaqəli
çənlər kompleksi
10. Texniki qurğular: texnoloji
avadanlıqlar, aqreqatlar, aparatlar, cihazlar, onların
qovşaqları və hissələri
11. Texniki dəhliz: neft kəmərləri
və yaxud neft kəmərləri ilə pararalel çəkilmiş
kommunikasiyalar sistemi keçən ərazi
12. Texniki dioqnostika: obyektin texniki vəziyyətinin
qiymətləndirilməsi. Buraya aiddir:
texniki vəziyyətə nəzarət;
nasazlıq olan yerin(hissənin) axtarışı və təyin
edilməsi; texniki vəziyyətin
proqnozlaşdırılması.
13. NK qəza: boru kəmərinin, onun hər
hansı hissəsinin, çənlərin, avadanlıqların
qismən və yaxud tam zədələnməsi nəticəsində
neftin dağılıb axması və nəticədə bir
neçə hadisə ilə müşaiət olunması:
- neftin alışması və ya
buxarlarının partlayışı ilə;
- çayların, göllərin, su
anbarlarının və digər su hövzələrinin
suyunun standartlarla müəyyən olunmuş
normadan
artıq çirklənməsi ilə;
- insanların ölümcül dərəcədə
xəsarətalması ilə;
- neftin 10 m3
- dən və ondan
artıq həcmdə axması ilə.
14. NK-də insident: obyektdə istismar
olunan texniki avadanlıqların zədələnməsi və
yaxud işinin dayanması, texnoloji prosesin pozulması, MNK
obyektlərində işlərin təhlükəsiz
görülməsini müəyyənləşdirən
normativ-texniki sənədlərin tələblərinin
pozulması.
İxtisarlar
MNK-
Magistral neft kəmərləri
SİTGvə DMNDA-Sənayedə İşlərin Təhlükəsiz
Görülməsi və Dağ-mədən Nəzarəti
Dövlət Aagentliyi
ПУЭ-”Pravila Ustroystva Glektroustanovok”-”Eelektrik
Qurğularının Qurulması Qaydaları”
BDYC- boru daxili yoxlama cihazı
QBS- qaz bərabərləşdirici sistem
ƏDY- əlavə deffektoskopiya yoxlaması
TDVİQK- təmizləmə və diaqnostika vasitələrinin
işəsalma-qəbul kamerası
AAM- asan alışan maye
XİDS- xətti istehsalat dispetçer stansiyası
EÖX- elektrik ötürücü xətt
XİX- xətti istismar xidməti
MNA- magistral nasos aqreqatı
YDM- yerli dipetçer məntəqəsi
NQ- nasos qurğusu
NVS-neft vurma stansiyası
BBPTQH- buraxıla bilən partlayış təhlükəli
qatılıq həddi
QLP- qəzanın ləğvi planı
NQDLP- neftin qəza dağılmasının ləğvi
planı
SMBK- sahə magistral boru kəməri
İAL- işlərin aparılmasının layihəsi
HEBQ- hərəkət edən buxar qurğuları
QPQ- qəbul paylama qurğusu
ŞPÇ- şaquli polad çən
PŞPÇ- pontonlu şaquli polad çən
ÜQŞPÇ- üzən qapaqlı şaquli polad
çən
RDM- rayon dispetçer məntəqəsi
ÇP- çənlər parkı
FMV - fərdi mühafizə vasitələri
KMS - katod mühafizə stansiyası
YQKS - yaylı qoruyucu klapanlar sistemi
TDAS - təzyiq dalğasını azaldan sistem
MTX
- mərkəzi təmir xidməti
ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasının Texniki Təhlükəsizlik
haqqında Qanunu, Bakı, 1999;
2. Azərbaycan Respublikasının Hidrotexniki
Qurğuların Təhlükəsizliyi haqqında Qanunu, Bakı, 2002;
3. AR NK 03.01.2000-ci il №1-li Qərarı;
4. AR Səhiyyə Nazirliyinin ”Tibbi profilaktik müayinələrin
təkmilləşdirilməsi haqqında” №13-li, 23.06.1998-ci il tarixli əmri;
5. ”Azərbaycan neft sənayesində əməyin
mühafizəsinin vahid idarəetmə sistemi” Bakı, 2004;
6. Neftqazçıxarma sənayesində
təhlükəsizlik Qaydaları. Bakı, 2004;
7. Quruda neftqazçıxarma obyektlərində
yanğın təhlükəsizliyi Qaydaları. Bakı, 2002;
8. Dənizdə neft və qazçıxarma obyektlərində
yanğın təhlükəsizliyi Qaydaları. Bakı, 2002;
9. Magistral neft kəmərlərində
yanğın təhlükəsizliyi Qaydaları. Bakı, 2002;
10.
”Azərbaycan Respublikasının neft sənayesi
üçün sanitariya Qaydaları. Bakı-1999-cu il;
11.
СНиП ЫЫЫ – 42-80* “Магистральные
трубопроводы”;
12. СНиП
2.05.13-90 “Нефтепродуктопроводы,
прокладываемые на территории городов и других населенных пунктов”.
13. СНиП 2.11.03-93 “Склады нефти и нефтепродуктов”;
14. СНиП 2.01.02-85 “Противопожарные нормы”;
15. МСН 2.02-01-97 “Пожарная безопасность зданий и сооружений”;
16. AzDTN 2.9-2. Magistral boru kəmərləri.
Layihələndirmə normaları;
17. AzDTN 2.9-1 Magistral boru kəmərləri
üçün torpaq ayrılması normaları;
18. AzDTN 1.6-1 Tikinti işlərinin təşkili,
aparılması və tikintisi başa çatmış
obyektlərin istismara qəbulu qaydaları;
19.
Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz
istismarı Qaydaları, Bakı- 2004;
20. Правила устройства и
безопасной эксплуатации сосудов, работающих под давлением, 1987;
21. Правила
техники безопасности и промышленной санитарии при эксплуатации магистральных
нефтепродуктопроводов, Москва, Недра, 1979;
22. СНиП
3.05.06.85
“Электротехнические устройства” /Госстрой СССР, М., 1988;
23. СНиП II-4-79 “Естественное и искусственное
освещение. Нормы проектирования”. С
изменениями. Журнал “Светотехника”,
1991, №6;
24. ГОСТ 12.1.004-91 “Пожарная
безопасность. Общие требования”;
25. ГОСТ 12.1.010-76 “Взрывобезопасность.
Общие требования”;
26. ГОСТ 12.1.030-81.
Электробезопасность. Защитное заземление, зануление;
27. ГОСТ
12.1.046-85. Нормы
освещения строительных площадок;
28. ПУЭ-85
“Правила устройства
электроустановок”, Энергоатомиздат, 1986;
РД 34.21.122-87 “Инструкция
по устройству молниезащиты зданий и сооружений”/Минэнерго СССР;
29. РД 39.22.113-78 “Временные
правила защиты от проявлений статического электричества на производственных
установках и сооружениях нефтяной и газовой промышленности”
/ Миннефтепром СССР, Мингазпром СССР, 1979;
30. “Перечень
нормативных документов, утвержденных Госстроем СССР (по состоянию на 1 января
1991г.)”/Госстрой
СССР, М., АПП ЦИТП, 1991;
31. Правила технической
эксплуатации электроустановок потребителей” və “Правила техники безопасности при эксплуатации
электроустановок потребителей”, Энергоатомиздат, М., 1989;
32.
”Neftqazçıxarma müəssisələri
üçün süni işıqlandırma normaları”.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
28 iyul 2010-cu il
tarixli 39 nömrəli Azərbaycan
Respublikası Sənaye və Energetika Nazirliyinin Əmri
BÜLLETENƏ
EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 28 iyul 2010-cu il tarixli 39 nömrəli Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Əmrinin 2-ci bəndinə əsasən “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydaları” qüvvədən düşmüş hesab edilmişdir.