“Fərdi məlumatlar haqqında” Azərbaycan
Respublikası Qanununun icrasının təmin edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Fərdi
məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun
icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1.
“Bəzi fəaliyyət növlərinə xüsusi
razılıq (lisenziya) verilməsi qaydalarının
təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782
nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə 555; 2003-cü il, ¹ 3,
maddə 153, ¹ 10, maddə 570; 2005-ci il, ¹ 2, maddə 69, ¹ 4,
maddələr 301, 307, ¹ 8, maddə 721, ¹ 10, maddə 919, ¹ 12,
maddələr 1104, 1117; 2006-cı il, ¹ 7, maddə 591, ¹ 9,
maddə 743, ¹ 11, maddə 945, ¹ 12, maddə 1057; 2007-ci il, ¹ 6,
maddə 618, ¹ 8, maddələr 759, 765, ¹ 10, maddə 943, ¹ 11,
maddələr 1098, 1106; 2008-ci il, ¹ 8, maddə 718, ¹ 9, maddə
799, ¹ 11, maddə 969, ¹ 12, maddə 1059; 2009-cu il, ¹ 2, maddə
64, ¹ 3, maddə 163, ¹ 8, maddələr 619, 621, ¹ 10, maddə
785, ¹ 11, maddə 884; 2010-cu il, ¹
2, maddə 80, ¹ 3, maddə 180; Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 17 sentyabr tarixli 328 nömrəli
Fərmanı) ilə təsdiq edilmiş “Xüsusi
razılıq (lisenziya) tələb olunan fəaliyyət
növlərinin siyahısı və həmin fəaliyyət
növlərinə xüsusi razılıq (lisenziya)
verilməsinə görə ödənilən dövlət
rüsumunun məbləğləri”nə
aşağıdakı məzmunda 58-ci bənd əlavə
edilsin:
|
58 |
Fərdi məlumatların informasiya
ehtiyatlarının formalaşdırılması və
informasiya sistemlərinin yaradılması, onlara
xidmətlərin göstərilməsi |
Azərbaycan Respublikasının
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi |
2200 |
2.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr
tarixli 134 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 10,
maddə 790; 2006-cı il, ¹ 9, maddə 741; 2007-ci il, ¹ 2,
maddə 91; 2008-ci il, ¹ 8, maddə 722) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Əhalisinin
Dövlət Reyestrinin aparılması qaydası haqqında
Əsasnamə”nin 25-ci bəndində “və “İnformasiya
əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanununa” sözləri “, ”İnformasiya
əldə etmək haqqında” və “Fərdi məlumatlar
haqqında” Azərbaycan Respublikasının qanunlarına”
sözləri ilə əvəz edilsin.
3.
Müəyyən edilsin ki:
3.1.
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası
Qanununun 5.7-ci maddəsinin ikinci cümləsində, 7.4-cü,
10.6-cı maddələrində, 15.1-ci maddəsinin birinci
cümləsində, 15.5-ci və 16.1-ci maddələrində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi həyata keçirir;
3.2.
həmin Qanunun 17-ci maddəsində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, Azərbaycan Respublikasının Milli
Təhlükəsizlik Nazirliyi, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi,
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Xidməti və
Azərbaycan Respublikasının Xüsusi Dövlət
Mühafizə Xidməti öz səlahiyyətləri
daxilində həyata keçirirlər.[1]
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 13 dekabr
2010-cu il
¹
361
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 09, maddə 1027)
2. 7 avqust 2017-ci il tarixli 1574 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 8 avqust 2017-ci il, ¹ 170, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə 1521)
3.
20 fevral 2019-cu il tarixli 532 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 fevral 2019-cu il, ¹ 42,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 2, maddə
231)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 2
sentyabr 2014-cü il tarixli 247
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 09,
maddə 1027)
ilə 1-ci hissədə, 3.1-ci və
3.2-ci bəndlərdə “İnformasiya
Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə
əvəz edilmişdir.
7
avqust 2017-ci il tarixli 1574
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq”
qəzeti, 8 avqust 2017-ci il, ¹ 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 8, maddə 1521) ilə
3.1-ci və 3.2-ci bəndlərinə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü
əlavə edilmişdir.
20
fevral 2019-cu il tarixli 532 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 21 fevral
2019-cu il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 2, maddə
231) ilə
3.2-ci bənddən “Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,”
sözləri çıxarılmışdır və
həmin bəndə “Ədliyyə
Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti” sözləri
əlavə edilmişdir.