Azərbaycan Respublikasının birinci
instansiya məhkəmələrinin bir sıra hakimlərinin
və sədrlərinin təyin edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 9-cu və 32-ci bəndlərini, habelə
“Məhkəmələr və hakimlər haqqında”
Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini
rəhbər tutaraq qərara
alıram:
1. Aşağıdakı
şəxslər birinci instansiya məhkəmələrinin
hakimləri təyin edilsinlər:
Abbasov
Qurban Rəşid oğlu - 1 saylı Bakı yerli iqtisad
məhkəməsinin hakimi
Abdullayev
Vəli Əsgər oğlu - Gəncə şəhəri
Kəpəz Rayon Məhkəməsinin hakimi
Allahverdiyeva
Ramella Allahverdi qızı - Ağır Cinayətlərə
Dair İşlər üzrə Azərbaycan Respublikası
Məhkəməsinin hakimi
Ataşova
Raziya Hüseyn qızı - Bakı şəhəri Xətai
Rayon Məhkəməsinin hakimi
Həsənov Allahverən
Məhərrəm oğlu - Şuşa Rayon
Məhkəməsinin hakimi
Hüseynov
Müseyib Abbas oğlu - 1 saylı Bakı yerli iqtisad
məhkəməsinin hakimi
Hüseynov
Salman Bilal oğlu - Gəncə Hərbi Məhkəməsinin
hakimi
Hüseynov
Zeyqəm Hüseyn oğlu - Sumqayıt Şəhər
Məhkəməsinin hakimi
2. Abdullayev Vəli Əsgər oğlu
Gəncə şəhəri Kəpəz Rayon
Məhkəməsinin sədri təyin edilsin.
3. Hüseynov Müseyib Abbas oğlu 1 saylı Bakı
yerli iqtisad məhkəməsinin sədri təyin edilsin.
4. Hüseynov Zeyqəm Hüseyn oğlu Sumqayıt
Şəhər Məhkəməsinin sədri təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 7 sentyabr 2010-cu
il
№ 1087