“Bakalavriat
(əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili
Qaydaları”nın təsdiq edilməsi haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
“Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156
nömrəli Fərmanının 1.12-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. “Bakalavriat (əsas
(baza ali) tibb təhsili) təhsilinin məzmunu və
təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur).
1-1. Bu Qaydalarla ali təhsilin bakalavriat
səviyyəsi üçün müəyyən edilmiş
müddəalar əsas (baza ali) tibb təhsilinə onun
xüsusiyyətləri nəzərə alınmaqla şamil
edilir.[2]
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 24 iyun 2010-cu il
¹ 117
|
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117
nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Bakalavriat
(əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili
QAYDALARI[3]
1. Ümumi
müddəalar
1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun
hazırlanmışdır və dövlət standartları
əsasında ali təhsilin bakalavriat səviyyəsində
təhsilin məzmunu və təşkili qaydalarını
tənzimləyir.
1.2. Bakalavr hazırlığı ali təhsilin birinci
səviyyəsidir və Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş
bakalavr ixtisaslarının (proqramlarının)
təsnifatına uyğun müvafiq ixtisaslar üzrə
genişprofilli mütəxəssis
hazırlığının həyata keçirilməsini
təmin edir.
1.3. Bu Qaydalar tabeliyindən, mülkiyyət
növündən və təşkilati-hüquqi
formasından asılı olmayaraq, respublikanın bütün
ali təhsil müəssisələrinə şamil
edilməklə, bakalavriat səviyyəsində təhsilin
məzmununa, ixtisaslar üzrə müvafiq təhsil
proqramlarına, eləcə də təhsilalanların
hazırlıq səviyyəsinə qoyulan tələbləri
müəyyənləşdirir.
1.4. Bu Qaydalar bakalavr hazırlığının
səviyyəsinə ümumi tələblər qoymaqla, ali
təhsil müəssisələrində təhsilin
keyfiyyətinin yüksəldilməsinə, məsuliyyətin,
eləcə də kadr hazırlığının
səmərəliliyinin artırılmasına,
tədris-metodiki təminatın
yaxşılaşdırılmasına, təhsilalanların
attestasiyasının şəffaflığına, təhsilin
keyfiyyət səviyyəsinin ölkədə qəbul olunan
təhsil və peşə
standartları əsasında beynəlxalq və Ümumavropa
təhsil sisteminin prinsiplərinə
uyğunlaşdırılması şərtilə,
respublikanın ali təhsil sisteminin Avropa təhsil
məkanına inteqrasiyasına və ölkəmizdə
verilmiş təhsil sənədlərinin beynəlxalq
təhsil məkanında tanınmasına şərait
yaradır.[4]
1.5. Bakalavriat təhsil səviyyəsində tam orta
təhsil və orta-ixtisas təhsili bazasında
ayrı-ayrı ixtisasların təhsil proqramları
üzrə genişprofilli ali təhsilli mütəxəssislər
hazırlanır. Bakalavriat təhsili başa
çatmış ali təhsildir.
1.6. Bakalavriat
səviyyəsində əyani təhsilalma formasının
tədrisə tam cəlb olunma (fulltime) növü üzrə
təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə
təhsil müddəti əyani təhsilalma formasının
tədrisə tam cəlb olunma (fulltime) növü üzrə
təhsilin normativ müddətindən bir il artıqdır).
Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani
təhsilalma formasının tədrisə tam cəlb olunma
(fulltime) növü üzrə təhsilin normativ
müddəti 5-6 ildir. Təhsilin normativ müddəti
ayrı-ayrı ixtisasların təhsil proqramları ilə
müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali)
tibb təhsili) səviyyəsində əyani təhsilalma
formasının tədrisə qismən cəlb olunma (parttime)
növü üzrə isə təhsilin müddəti
təhsilalanın fərdi tədris planına uyğun olaraq
müəyyənləşdirilir. Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin strukturuna daxil olan Heydər Əliyev
adına Hərbi İnstituta qəbul olunduqdan sonra əsas
təhsil proqramlarının icrasına başlamazdan
əvvəl bütün təhsilalanlara, yaxud
komandanlığın qərarı ilə
təhsilalanların bir qisminə xarici dillərin
dərindən öyrədilməsi və zəruri olan digər
fənlərin əsaslarının tədrisi
məqsədilə Azərbaycan Respublikası müdafiə
nazirinin qərarı ilə 1 (bir) tədris ili
müddətində hazırlıq kursu təşkil edilir.
Hazırlıq kursunun proqramını Azərbaycan
Respublikasının müdafiə naziri təsdiq edir. Bilik
və bacarıqların qiymətləndirilməsi
çoxballı (100 ballı) sistemlə həyata
keçirilir. Kursun proqramını bu və ya digər
səbəblərdən yerinə yetirməyən və ya
müvəffəqiyyət qazanmayan təhsilalan xüsusi
təyinatlı ali təhsil müəssisəsindən xaric
edilir.[5]
Bakalavriatı bitirən məzunlara “bakalavr”, əsas (baza ali) tibb təhsilini
bitirən məzunlara isə “həkim” ali
peşə-ixtisas dərəcəsi verilir.[6]
Bakalavriat təhsili almış məzun elmi müəssisə və
təşkilatlarda və ali təhsil
müəssisələrində elmi-pedaqoji fəaliyyət
istisna olmaqla, bütün digər sahələrdə
əmək fəaliyyəti ilə məşğul ola
bilər. Bu təhsil səviyyəsini bitirən
şəxslər təhsillərini magistratura
səviyyəsində davam etdirə bilərlər. Bakalavriat
səviyyəsində əyani (tədrisə
tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb
olunma – parttime), qiyabi və
distant (məsafədən) təhsilalma formaları
müəyyən edilir. Əsas
(baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam
cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma
– parttime) təhsilalma forması ilə həyata keçirilir.
Distant (məsafədən)
formada bakalavr hazırlığı Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən olunan əsasnamə
əsasında həyata keçirilir.[7]
1.7. Bakalavr hazırlığı ali təhsilin
dövlət standartının tələblərinə
uyğun ayrı-ayrı ixtisaslar üzrə
hazırlanmış təhsil proqramları əsasında
həyata keçirilir.
1.8. Bakalavriat təhsili ödənişli əsasla və dövlət
sifarişi əsasında həyata keçirilir.[8]
Sosial müdafiəyə xüsusi ehtiyacı olan
şəxslərin ali təhsil
müəssisələrində ali təhsilin bakalavriat
səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları
müddətdə onların təhsil haqqının
dövlət büdcəsinin vəsaiti hesabına
ödənilməsi “Təhsil haqqında” Azərbaycan
Respublikası Qanununun 14.8-1-ci və 14.8-2-ci maddələri
ilə tənzimlənir.[9]
1.9. Bakalavriata tələbə qəbulu Azərbaycan
Respublikasının Nazirlər
Kabineti tərəfindən müəyyən edilmiş
qaydada həyata keçirilir.[10]
1.10. Xarici ölkə vətəndaşlarının
bakalavriata qəbulu müvafiq qanunvericilik aktları ilə
tənzimlənir.
2. Bakalavriat
səviyyəsində təhsilin məzmununa və tədris
prosesinin təşkilinə qoyulan tələblər
2.1. Bakalavriat — ali təhsilin birinci səviyyəsinin
tələblərinə uyğun genişprofilli
mütəxəssis hazırlığını təmin
edən təhsil prosesidir.
2.2. Azərbaycan Respublikasının ali təhsil
müəssisələrində bakalavr hazırlığı
ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları,
onlara müvafiq hazırlanmış tədris planları,
fənlər üzrə işçi tədris proqramları
(sillabuslar) və digər normativ sənədlər
(qiymətləndirmə qaydaları, fərdi tədris planları,
dərs cədvəlləri, imtahan cədvəlləri,
dərslərin reqlamentləri, təcrübələrin
keçirilməsi qaydaları və s.) əsasında
həyata keçirilir.
2.3. Bakalavr təhsilinin məzmunu tədris prosesinin
planlaşdırılmasını, onun həyata
keçirilməsinin forma və metodlarını, tədris
yükünün həcmini, tədris mərhələlərinin
(semestrlərin) müddətini, tədris növlərini
(mühazirə, məşğələ, laboratoriya və
s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar
üzrə təhsil proqramlarına qoyulan tələbləri
əhatə edir.
Tədris prosesinin planlaşdırılması və
təşkili tədris planları (nümunəvi
işçi və fərdi) və fənlər üzrə
işçi proqramları əsasında həyata
keçirilir. Həmin sənədlərin forması və
strukturu ali təhsil müəssisəsi tərəfindən
müəyyənləşdirilir.
Təhsil proqramlarında
göstərilən fənlər üzrə proqramlar ali
təhsil müəssisələri tərəfindən
hazırlanır və Azərbaycan Respublikasının Elm və
Təhsil Nazirliyi tərəfindən təsdiq edilir,
tədris planlarına təhsil müəssisələri
tərəfindən daxil edilən seçmə fənlər
üzrə proqramlar isə təhsil müəssisələri
tərəfindən təsdiq edilir.
Fənn proqramları əsasında işçi proqramlar
(sillabuslar) hazırlanır və ali təhsil
müəssisələri tərəfindən təsdiq edilir.[11]
İşçi tədris proqramı (sillabus) —
fənnin müvafiq proqramı əsasında hazırlanan
və özündə tədris olunan fənnin təsvirini,
onun hədəf və məqsədini, qısa məzmununu,
dərslərin müddətini və növlərini,
tələbənin müstəqil işi üçün
tapşırıqları, onların yerinə yetirilməsi
müddətini, məsləhət saatlarını,
müəllim haqqında məlumatı, müəllimin
tələblərini, qiymətləndirmə
meyarlarını, aralıq qiymətləndirmə
cədvəlini, istifadə olunan ədəbiyyatın
siyahısını özündə əks etdirən
sənəddir.
2.4. Bakalavriat səviyyəsində tədrisin
təşkili ali təhsil pilləsinin dövlət
standartının tələblərinə uyğun
Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən təsdiq edilmiş qaydalar
əsasında kredit sistemi (Avropa ölkələrində
tətbiq olunan Avropa Kredit Transfer Sistemi — AKTS) ilə həyata
keçirilir.[12]
2.5. Bakalavriat səviyyəsində tələbənin
fənn üzrə tədris işinin həcminin vaxt
ölçüsü kredit vahidləri ilə
müəyyənləşdirilir. Bir kredit 30 saata (15
auditoriya və 15 tələbənin sərbəst işi)
bərabərdir. Tədris planlarında nəzərdə
tutulmuş hər bir fənnin tədrisi bir semestrdə
başa çatır və imtahanla yekunlaşır
(bədən tərbiyəsi fənni istisna olmaqla).
Fənlərin adları tədris planlarında təkrarlana
bilməz (məsələn, “Fizika” fənni iki semestrdə
tədris olunursa, bu fənn ilk semestrdə “Fizika-
2.6. Tələbələrin fənlər üzrə
attestasiyası (biliyinin qiymətləndirilməsi)
Azərbaycan Respublikasının Elm və
Təhsil Nazirliyi tərəfindən
müəyyənləşdirilmiş qaydada çoxballı
(100 ballı) sistemlə həyata keçirilir.
2.7. Tədris ili, bir qayda olaraq, iki semestrdən
(payız və yaz) ibarətdir. Bundan əlavə, yay
tətili müddətində 6 (altı) həftədən
çox olmayaraq, yay semestri də təşkil oluna bilər.
2.8. Əyani təhsil
forması üzrə tədris ilinin müddəti 40
həftədir. Hər semestr 20 həftədən (o
cümlədən 5 həftə imtahan sessiyası)
ibarətdir. Qiyabi təhsil forması üzrə isə
tədris ili 32 həftədir. Hər semestr 16
həftədən (o cümlədən 1 həftə imtahan
sessiyası) ibarətdir və hər semestrə 24 kredit
müəyyənləşdirilir.[14]
2.9. Tələbənin auditoriya və
auditoriyadankənar həftəlik yükünün həcmi 45
saatdır. Bu zaman auditoriya saatları 30-dan çox
olmamalıdır. Əyani
təhsilalma formasının tədrisə tam cəlb olunma
(fulltime) növü üzrə məcburi auditoriya
dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar
üzrə təhsil proqramları ilə, tədrisə
qismən cəlb olunma (parttime) növü üzrə isə
ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları
və təhsilalanın fərdi tədris planına uyğun
olaraq müəyyənləşdirilir. Qiyabi forma
üzrə isə tələbələrin auditoriya
dərslərinin həcmi ildə 180-240 saat nəzərdə
tutulur. Hər tədris ilində təlim müddəti
sentyabrın 15-dən başlanır və ixtisas üzrə
tədris planına müvafiq olaraq yekunlaşır.[15]
2.10. Bir akademik saat 45 dəqiqəyə
bərabərdir. Bütün növ dərslər
üçün 2 akademik saat
müəyyənləşdirilir. Akademik saatlararası
fasilə 5 dəqiqədən az olmamalıdır. Tibb
ixtisasının klinik fənlərində dərslər
üçün ayrılan akademik saatlar ali təhsil
müəssisəsi tərəfindən müəyyən
edilir.
2.11. Bakalavriat səviyyəsində bütün
təlim müddətində təcrübəyə 8-18
həftə ayrılır. İxtisaslardan asılı olaraq,
təcrübənin müddəti ali təhsil
müəssisələri tərəfindən
müəyyənləşdirilir və tədris planında
öz əksini tapır.
2.12. Hər tədris ilində tətil müddəti
8-12 həftə müəyyənləşdirilir. Bu zaman
qış tətili 2 həftədən az olmamalıdır.
Xüsusi təyinatlı ali təhsil
müəssisələrində qeyd olunan müddətlər
bu tipli ali təhsil müəssisələrinin tabeliyində
olduğu nazirlik və təşkilatların müvafiq normativ
sənədləri ilə müəyyənləşdirilir.
2.13. Bakalavriat səviyyəsində ixtisaslar
üzrə təhsil proqramları təhsilalanların
dövlət attestasiyası ilə yekunlaşır.
2.14. Tədris planının bütün
şərtlərini yerinə yetirmiş, o cümlədən
nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər
üzrə attestasiyalardan) müvəffəqiyyətlə
keçmiş tələbələr yekun dövlət
attestasiyasına buraxılırlar.
2.15. Yekun attestasiya bütün təhsilalanlar
üçün məcburidir, onun hazırlanmasına və
təşkilinə ayrılan müddət 6 həftədir.
2.16. Yekun attestasiya ixtisas üzrə
buraxılış yekun dövlət imtahanı
(fənlərarası) və ya buraxılış işinin
müdafiəsindən ibarətdir.
2.17. İxtisasın
(ixtisaslaşmanın) təhsil müddətindən
asılı olaraq, tələbələrə bakalavriat
səviyyəsində 240-300 kredit (əsas (baza ali) tibb təhsili
səviyyəsində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında
nəzərdə tutulmuş kreditləri toplayan
tələbə həmin proqramı mənimsəmiş hesab
edilir. Ali təhsil müəssisələrində bakalavriat
səviyyəsinin tədris proqramı üzrə tədris
planını tam yerinə yetirmiş şəxslərə
yekun Dövlət Attestasiya Komissiyasının qərarı
əsasında “bakalavr (əsas
(baza ali) tibb təhsilində “həkim”)” ali
peşə-ixtisas dərəcəsi verilir.[16]
2.18. Yekun attestasiyanın təşkili və
keçirilməsi qaydaları Azərbaycan
Respublikasının Elm və
Təhsil Nazirliyi tərəfindən
müəyyənləşdirilir.[17]
2.19. Bakalavriat səviyyəsini bu və ya digər
səbəbdən başa vurmayan şəxslərə
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən edilmiş qaydada
müvafiq arayış verilir. Arayışın forması
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq edilir.
2.20. Tələbələrin peşə
maraqlarını təmin etmək məqsədi ilə
tədris planlarına seçmə fənlər daxil edilir.
2.21. Bakalavriat səviyyəsində təhsilin
məzmunu bir-biri ilə əlaqəli nəzəri və
təcrübi hazırlıqla
müəyyənləşdirilir.
Bakalavrın nəzəri hazırlığı
humanitar və ixtisasın peşə hazırlığı
fənlərinin mühazirə, məsləhət,
məşğələ, sərbəst iş və digər
şəkildə öyrənilməsi ilə təmin edilir.
Bakalavrın praktiki hazırlığı
nəzəri biliklərin laboratoriya,
məşğələ, tədris və elmi tədqiqat
işləri, kurs işi və kurs layihəsi, tədris və
istehsalat təcrübələri, həmçinin
buraxılış işlərinin yerinə yetirilməsi
ilə təmin edilir.
2.22. Kredit sistemi ilə tədrisin təşkilində
tələbənin sərbəst işi mühüm
əhəmiyyət kəsb etməklə, mütəxəssis
hazırlığının keyfiyyətinin
yüksəldilməsinə xidmət edir.
Tələbənin sərbəst işinə
ayrılan vaxtın həcmi fənnin
mənimsənilməsinə ayrılan ümumi vaxtın 50
faizindən az olmamalıdır.
Tələbənin sərbəst işi
müəllimin auditoriyadankənar rəhbərliyi ilə
və müstəqil şəkildə həyata keçirilir.
Müəllimin rəhbərliyi ilə yerinə yetirilən
sərbəst işin həcmi sərbəst iş üçün
ayrılmış vaxtın 50 faizini təşkil etməlidir.
Müəllimin rəhbərliyi ilə aparılan
sərbəst iş cari məsləhətlər, referat və
ev tapşırıqlarının yoxlanılmasından,
eləcə də fənnin mənimsənilməsinə dair
tapşırıq və tövsiyələrin
verilməsindən və s. ibarətdir.
Tələbələrin sərbəst işlərinin
təşkili Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq
qaydalarla tənzimlənir.[18]
2.23. Bakalavriat səviyyəsi üzrə təhsil
proqramlarında aşağıdakı fənn
bölümləri nəzərdə tutulur:
- humanitar fənlər;
- ixtisasın peşə hazırlığı
fənləri.
Humanitar fənn bölümü sosial idrakın
müxtəlif sahələri üzrə elmi
dünyagörüşlərinin formalaşmasını
təmin etməlidir.
İxtisasın peşə hazırlığı
fənləri ixtisasa dair standart və qeyri-standart
məsələləri həll etmək üçün
lazımi bilik, bacarıq və vərdişlərin
əldə olunmasını təmin etməlidir.
Ümumi auditoriya saatlarının 15-20 faizi (əsas (baza ali) tibb
təhsilində 5-10 faizi) humanitar fənlərin, 80-85 faizi (əsas (baza ali) tibb
təhsilində 90-95 faizi) isə peşə
hazırlığını təmin edən fənlərin
tədrisinə ayrılır.[19]
Humanitar fənn bölümünə məcburi
fənlər kimi “Azərbaycan tarixi”, “Azərbaycan dili” (xarici
dildə təhsil alanlar üçün), “Xarici dil”
fənləri daxildir.
2.24. Bakalavr təhsil proqramlarının fənn
bölümlərinə seçmə fənlər daxildir.
Seçmə fənlərə ayrılan saatların həcmi
ümumi saat miqdarının 25-30 faizini (əsas (baza ali) tibb təhsilində 10-15 faizini)
təşkil edir. Həmin fənlər təhsil
müəssisəsi tərəfindən
müəyyənləşdirilir.[20]
2.25. Ali təhsil müəssisələri təhsil
proqramında nəzərdə tutulmuş illik orta dərs
yükü həddini və təlimin minimum məzmununu
saxlamaqla, təhsil materialının
mənimsənilməsinə ayrılmış saatların
həcmini fənn bölümləri arasında 5 faiz, fənn
bölümləri daxilində isə 20 faizə qədər
dəyişə bilər.
2.26. Bakalavriat səviyyəsində təkrar ali
təhsil alanlar üçün ali təhsil
müəssisəsi əsas təhsil proqramlarına uyğun
həmin ixtisas üzrə xüsusi (qısaldılmış)
proqramlar da tətbiq edə bilər.
Xüsusi (qısaldılmış) təhsil
proqramları müvafiq ixtisaslar üzrə ali təhsil
proqramlarının bazaları əsasında tərtib olunur.
Bu proqramlar üzrə təhsil
qısaldılmış müddətdə başa
çatdırılır. Təhsil proqramlarına yalnız
ixtisasın peşə hazırlığı fənləri
daxil edilir.
Xüsusi (qısaldılmış) proqramla
təhsilalanların əvvəllər ayrı-ayrı
fənlərdən (məzmunda dəyişiklik
olmadığı halda) aldıqları qiymətlər
nəzərə alına bilər.
2.27. Orta ixtisas təhsili müəssisələrini
yüksək nəticələrlə başa vuran və
“subbakalavr” dərəcəsi alan şəxslər bakalavr
səviyyəsində təhsillərini davam etdirdikdə, orta
ixtisas təhsili pilləsində müvafiq fənlər
üzrə onların topladıqları kreditlər
müəyyən olunmuş qaydada ali təhsil müəssisəsi
tərəfindən nəzərə alınır.
3. Bakalavr
hazırlığında resurs təminatına qoyulan
tələblər
3.1. Bakalavriat səviyyəsində ixtisaslar
üzrə təhsil proqramlarını həyata
keçirən professor-müəllim heyətinin ixtisası,
elmi adı və dərəcəsi, elmi tədqiqat işlərinin
yönümü tədris etdikləri fənnə uyğun
olmalıdır.
3.2. Bakalavriat səviyyəsində təhsil
proqramlarının həyata keçirilməsinin əsas
şərti professor-müəllim heyətinin ən azı 50
faizinin elmi adı və elmi dərəcəsinin olması, o
cümlədən 10 faizinin elmlər doktoru, professor
olmasıdır.
3.3. Bakalavriat səviyyəsində təhsil
proqramlarının elmi-metodiki, informativ, maddi-texniki
vəsaitlərlə təminatı lisenziya və akkreditasiyaya
qoyulan normativ tələblərə uyğun olmalıdır.
4. Bakalavr
dərəcəsi almış məzunun hazırlıq
səviyyəsinə qoyulan tələblər
4.1. “Bakalavr” dərəcəsi almış
məzunlar:
- təhsil aldıqları ixtisas üzrə təhsil
proqramı əsasında qazanılmış bilik və
bacarıqlarını əmək fəaliyyətinin
müxtəlif sahələrində tətbiq etməyi
bacarmalı;
- humanitar və ixtisasın peşə
hazırlığı sahəsində əsas bilikləri
mənimsəməli, onlardan peşə və sosial
fəaliyyətin müxtəlif sahələrində
istifadə etməyi, sosial əhəmiyyətli
məsələləri və prosesləri
araşdırmağı bacarmalı;
- təhsil proqramına uyğun tədris olunan
fənlər üzrə müvafiq hazırlığa malik
olmalı, qazanılmış nəzəri bilikləri
təcrübədə tətbiq etməyi bacarmalı;
- əmək fəaliyyətində ixtisasa dair
məsələləri həll etmək bacarığına
malik olmalı;
- peşə fəaliyyətində qarşıya
çıxan məsələləri optimal həlletmə
qabiliyyətinə malik olmalı;
- əmək fəaliyyətində informasiya və
kommunikasiya texnologiyalarından istifadə etməyi
bacarmalıdırlar.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 6 dekabr 2012-ci
il tarixli 281 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 dekabr
2012-ci il, ¹ 274, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹ 12, maddə 1345)
2. 18 aprel 2014-cü il tarixli 107 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 aprel
2014-cü il, ¹ 80, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04,
maddə 450)
3. 23 dekabr 2016-cı
il tarixli 523 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı
il, ¹ 288, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2239)
4. 28 aprel 2017-ci il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 30
aprel 2017-ci il, ¹ 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹4, maddə 665)
5. 21 dekabr 2017-ci il tarixli 587 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 24
dekabr 2017-ci il, ¹ 285,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹12, II kitab, maddə 2534)
6. 8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 14
noyabr 2018-ci il, ¹ 256, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2431)
7.
4 mart
2020-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 8 mart
2020-ci il, ¹ 53, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə
341)
8. 18 may 2020-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 18
may 2020-ci il, ¹ 98,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
5, maddə 650) (Bu
Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.)
9. 22 dekabr 2020-ci il tarixli 504 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 25
dekabr 2020-ci il, ¹ 272, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 12, V kitab, maddə 1605) (Bu Qərar 2021-ci il yanvarın 1-dək
qüvvədədir.)
10. 22 fevral 2021-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 24
fevral 2021-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 2, maddə
205)
11. 5 iyun 2021-ci il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 9
iyun 2021-ci il, ¹ 118, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 6, IV kitab,
maddə 664) (Bu
Qərar 2021-ci il oktyabrın 1-dək qüvvədədir.)
12. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi
internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 12, maddə
1552)
13. 22 sentyabr 2023-cü il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 24 sentyabr
2023-cü il, ¹ 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, ¹ 9, maddə 1356)
14. 5 sentyabr 2024-cü
il tarixli 395 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 sentyabr 2024-cü il, “Xalq”
qəzeti, 12 sentyabr 2024-cü il, ¹ 198,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 9, maddə 1058)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 14
noyabr 2018-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2431) ilə qərarın adına və 1-ci
hissəsinə “Bakalavriat”
sözündən sonra “(əsas
(baza ali) tibb təhsili)” sözləri əlavə
edilmişdir.
[2] 8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 14
noyabr 2018-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2431) ilə yeni məzmunda 1-1-ci hissə əlavə
edilmişdir.
[3] 8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 14
noyabr 2018-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2431) ilə “Bakalavriat təhsilinin məzmunu və
təşkili Qaydaları”nın adına “Bakalavriat” sözündən sonra “(əsas (baza ali) tibb təhsili)” sözləri
əlavə edilmişdir.
[4] 8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 14
noyabr 2018-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2431) ilə “Bakalavriat təhsilinin məzmunu və
təşkili Qaydaları”nın 1.4-cü bəndinə “standartları”
sözündən əvvəl “və
peşə” sözləri əlavə edilmişdir.
[5] 8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 14
noyabr 2018-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2431) ilə “Bakalavriat təhsilinin məzmunu və
təşkili Qaydaları”nın 1.6-cı bəndinin birinci
abzasının ikinci cümləsi üçüncü
cümlə hesab edilmişdir və yeni məzmunda ikinci
cümlə əlavə edilmişdir.
4 mart 2020-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 8 mart
2020-ci il, ¹ 53, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə
341) ilə
“Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin
məzmunu və təşkili Qaydaları”nın 1.6-cı
bəndinin birinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Bakalavriat səviyyəsində əyani
forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma
üzrə təhsil müddəti bir il artıqdır) ildir. Əsas (baza ali) tibb təhsili
səviyyəsində təhsilin normativ müddəti 5-6 ildir.
Bu müddət ayrı-ayrı ixtisasların təhsil
proqramları ilə müəyyənləşdirilir.
22 sentyabr 2023-cü il tarixli 335 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 23 sentyabr
2023-cü il, “Xalq”
qəzeti, 24 sentyabr 2023-cü il, ¹ 207, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 9,
maddə 1356) ilə “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin
məzmunu və təşkili Qaydaları”nın 1.6-cı
bəndinin birinci abzasına yeni məzmunda beşinci-səkkizinci
cümlələr əlavə edilmişdir.
[6] 8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 14
noyabr 2018-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2431) ilə “Bakalavriat təhsilinin məzmunu və
təşkili Qaydaları”nın 1.6-cı bəndinin ikinci
abzasına “bakalavr”
sözündən sonra “,
əsas (baza ali) tibb təhsilini bitirən məzunlara isə
“həkim” sözləri əlavə edilmişdir.
[7] 28 aprel 2017-ci il tarixli 182
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 aprel 2017-ci il, ¹
91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹4, maddə 665) ilə “Bakalavriat təhsilinin məzmunu
və təşkili Qaydaları”nın 1.6-cı bəndinin
üçüncü abzasının birinci
cümləsində “elmi-tədqiqat”
sözləri “elmi
müəssisə və təşkilatlarda” sözləri
ilə əvəz edilmişdir.
8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 14
noyabr 2018-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2431) ilə “Bakalavriat təhsilinin məzmunu və
təşkili Qaydaları”nın 1.6-cı bəndinin
üçüncü abzasının dördüncü
cümləsi beşinci cümlə hesab edilmişdir və
yeni məzmunda dördüncü cümlə əlavə
edilmişdir.
4 mart 2020-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 8 mart
2020-ci il, ¹ 53, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə
341) ilə
“Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin
məzmunu və təşkili Qaydaları”nın 1.6-cı
bəndinin üçüncü abzasında
üçüncü cümləyə “əyani” sözündən sonra “(tədrisə tam cəlb olunma – fulltime və
tədrisə qismən cəlb olunma – parttime)”
sözləri əlavə edilmişdir və həmin
cümlədə “, distant
və sərbəst (eksternat)” sözləri “və distant (məsafədən)”
sözləri ilə əvəz edilmişdir,
dördüncü cümləyə “əyani” sözündən sonra “(tədrisə tam cəlb olunma – fulltime və
tədrisə qismən cəlb olunma – parttime)”
sözləri əlavə edilmişdir, beşinci
cümlədə “və
eksternat” sözləri “(məsafədən)”
sözü ilə və “əsasnamələr”
sözü “əsasnamə”
sözü ilə əvəz edilmişdir.
[8] 4 mart 2020-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 8 mart
2020-ci il, ¹ 53, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə
341) ilə
“Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin
məzmunu və təşkili Qaydaları”nın 1.8-ci
bəndinin birinci abzasında “və
ödənişsiz əsaslarla” sözləri “əsasla və dövlət
sifarişi əsasında” sözləri ilə əvəz
edilmişdir.
[9] 18
aprel 2014-cü il tarixli 107
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 20 aprel 2014-cü il, ¹ 80, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04,
maddə 450) ilə “Bakalavriat təhsilinin məzmunu
və təşkili Qaydaları”nın 1.8-ci bəndinə
ikinci abzas əlavə edilmişdir.
5 sentyabr 2024-cü
il tarixli 395 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 sentyabr 2024-cü il, “Xalq”
qəzeti, 12 sentyabr 2024-cü il, ¹ 198,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 9, maddə 1058) ilə “Bakalavriat
(əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və
təşkili Qaydaları”nın 1.8-ci bəndinin ikinci
abzası yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqlar, habelə
onların arasından olan şəxslər dövlət,
bələdiyyə və özəl orta ixtisas təhsili
müəssisələrində ödənişli əsaslarla
təhsil aldıqları müddətdə təhsil haqqı
dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlar övladlığa götürüldükdə
də bu hüququ saxlayırlar.
22 fevral 2021-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 24
fevral 2021-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 2, maddə
205) ilə “Bakalavriat (əsas (baza ali)
tibb təhsili) təhsilinin məzmunu və təşkili
Qaydaları”nın 1.8-ci bəndinin ikinci abzasına yeni
məzmunda ikinci cümlə əlavə edilmişdir.
[10] 23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 27 dekabr 2016-cı il, ¹ 288, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2239) ilə “Bakalavriat
təhsilinin məzmunu və təşkili Qaydaları”nın
1.9-cu bəndində “Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası”
sözləri “Nazirlər
Kabineti” sözləri ilə əvəz edilmişdir.
[11] 4 mart 2020-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 8 mart
2020-ci il, ¹ 53, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə
341) ilə
“Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin
məzmunu və təşkili Qaydaları”nın 2.3-cü
bəndin üçüncü abzasının birinci
cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Fənn proqramları ixtisaslar üzrə ali təhsil
proqramlarının tələblərinə uyğun olaraq ali
təhsil müəssisələri tərəfindən
hazırlanır və müvafiq qaydada Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən
təsdiq edilir.
21 dekabr 2022-ci il tarixli 448
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi
internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 12, maddə
1552) ilə “Bakalavriat (əsas (baza ali)
tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.3-bəndinin üçüncü abzasının birinci cümləsində,
2.6-cı və 2.18-ci
bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri
ilə əvəz edilmişdir.
[12] 4 mart 2020-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 8 mart
2020-ci il, ¹ 53, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə
341) ilə
“Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin
məzmunu və təşkili Qaydaları”nın 2.4-cü
bəndində “Təhsil
Nazirliyi” sözləri “Nazirlər
Kabineti” sözləri ilə əvəz edilmişdir.
[13] 6 dekabr 2012-ci il tarixli 281 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 dekabr
2012-ci il, ¹ 274, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹ 12, maddə 1345) ilə “Bakalavriat təhsilinin
məzmunu və təşkili Qaydaları”nın 2.5-ci
bəndin ikinci cümləsindən "(15 auditoriya və 15 tələbənin
sərbəst işi)" sözləri
çıxarılmışdır.
[14] 6 dekabr 2012-ci il tarixli 281 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 dekabr
2012-ci il, ¹ 274, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹ 12, maddə 1345) ilə “Bakalavriat təhsilinin
məzmunu və təşkili Qaydaları”nın 2.8-ci
bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.8. Tədris ilinin müddəti 40 həftədir (o
cümlədən 10 həftə imtahan sessiyaları). Hər
semestr 20 həftədən (5 həftə imtahan sessiyasına
ayrılır) ibarətdir.
[15] 4 mart 2020-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 8 mart
2020-ci il, ¹ 53, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə
341) ilə
“Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin
məzmunu və təşkili Qaydaları”nın 2.9-cu
bəndinin üçüncü cümləsi yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Əyani forma üzrə məcburi auditoriya
dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar
üzrə təhsil proqramları ilə
müəyyənləşdirilir.
[16] 6 dekabr 2012-ci il tarixli 281 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 8 dekabr
2012-ci il, ¹ 274, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹ 12, maddə 1345) ilə “Bakalavriat təhsilinin
məzmunu və təşkili Qaydaları”nın 2.17-ci bəndin birinci cümləsi
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2.17. Bakalavriat səviyyəsində
tələbələrin topladığı kreditlərin
sayı 200-dən az olmamalıdır.
8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 14
noyabr 2018-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2431) ilə “Bakalavriat təhsilinin məzmunu və
təşkili Qaydaları”nın 2.17-ci bəndinin birinci
cümləsində “tibb
təhsilində” sözləri “əsas (baza ali) tibb təhsili səviyyəsində”
sözləri ilə əvəz edilmişdir və
üçüncü cümləyə “bakalavr” sözündən sonra “(əsas (baza ali) tibb təhsilində “həkim”)
sözləri əlavə edilmişdir.
[17] 21 dekabr 2017-ci il tarixli 587
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 24 dekabr 2017-ci il, ¹
285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹12, II kitab, maddə 2534) ilə “Bakalavriat təhsilinin
məzmunu və təşkili Qaydaları”nın 2.18-ci
bəndində “Nazirlər
Kabineti” sözləri “Təhsil
Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[18] 4 mart 2020-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 8 mart
2020-ci il, ¹ 53, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə
341) ilə
“Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin
məzmunu və təşkili Qaydaları”nın 2.22-ci
bəndinin ikinci, üçüncü və beşinci
abzasları çıxarılmışdır.
[19] 8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 14
noyabr 2018-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2431) ilə “Bakalavriat təhsilinin məzmunu və
təşkili Qaydaları”nın 2.23-cü bəndinin
altıncı abzasına “15-20
faizi” sözlərindən sonra “(əsas (baza ali) tibb təhsilində 5-10 faizi)”
sözləri, “80-85 faizi”
sözlərindən sonra “(əsas
(baza ali) tibb təhsilində 90-95 faizi)” sözləri
əlavə edilmişdir.
[20] 8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 14
noyabr 2018-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2431) ilə “Bakalavriat təhsilinin məzmunu və
təşkili Qaydaları”nın 2.24-cü bəndinin ikinci
cümləsinə “25-30 faizini”
sözlərindən sonra “(əsas
(baza ali) tibb təhsilində 10-15 faizini)” sözləri
əlavə edilmişdir.