“İdman mərc oyunlarının həyata
keçirilməsi məqsədi ilə hüquqi şəxsin
akkreditasiya olunması Qaydası”nın və “İdman
mərc oyunlarının təşkili və
keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
“Bədən
tərbiyəsi və idman haqqında” Azərbaycan
Respublikasının Qanununa əlavələr edilməsi
barədə” Azərbaycan Respublikasının 2010-cu il 31 may
tarixli 1019-IIIQD nömrəli Qanununun tətbiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10
iyun tarixli 282 nömrəli Fərmanının 1.3-cü
və 1.4-cü bəndlərinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
“İdman mərc oyunlarının həyata keçirilməsi
məqsədi ilə hüquqi şəxsin akkreditasiya
olunması Qaydası” və “İdman mərc oyunlarının
təşkili və keçirilməsi Qaydaları” təsdiq edilsin
(əlavə olunur).
2.
Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı
şəhəri, 20 avqust 2010-cu il
¹ 153
|
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
İdman
mərc oyunlarının həyata keçirilməsi
məqsədi ilə hüquqi şəxsin akkreditasiya
olunması
QAYDASI
1. Ümumi
müddəalar
1.1.
Bu Qayda “Bədən tərbiyəsi və idman haqqında”
Azərbaycan Respublikasının Qanununa əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının
2010-cu il 31 may tarixli, 1019-IIIQD nömrəli Qanununun tətbiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 10 iyun tarixli, 282 nömrəli Fərmanının
1.3-cü bəndinin icrasını təmin etmək
məqsədi ilə hazırlanmışdır və idman
mərc oyunlarının həyata keçirilməsi
məqsədi ilə hüquqi şəxsin akkreditasiya
olunması qaydasını müəyyən edir.
1.2.
Azərbaycan Respublikasının ərazisində idman mərc
oyunlarını yalnız Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi (bundan sonra — Nazirlik)
tərəfindən akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc
oyunlarının operatoru) (bundan sonra - Operator)
həyata keçirə bilər. [1]
1.3.
Operator nazirlik tərəfindən 10 (on) il müddətinə
akkreditasiya olunur.
2. Akkreditasiya
qaydası
2.1.
Akkreditasiya olunmaq üçün müraciət edən
hüquqi şəxs nazirliyə ərizə ilə
birlikdə aşağıdakı sənədləri
təqdim etməlidir:
2.1.1.
hüquqi şəxsin təsis, həmçinin dövlət
qeydiyyatı barədə sənədlərin notariat
qaydasında təsdiq olunmuş surətləri;
2.1.2.
hüquqi şəxsin və ya onun
təsisçilərindən birinin
əməkdaşlarının ən azı 3 (üç)
nəfərinin idman mərc oyunlarının
keçirilməsi sahəsində təcrübəsini
təsdiq edən sənəd;
2.1.3.
respublika ərazisində idman mərc oyunlarının
təşkili və keçirilməsinə dair bu Qaydanın
3.1-ci bəndi ilə müəyyən edilən
tələblərə cavab verən texniki təklif.
2.2.
Akkreditasiya üçün təqdim olunmuş
sənədlər Azərbaycan dilində olmalı və ya
Azərbaycan dilinə tərcüməsi notariat qaydasında
təsdiq edilməlidir.
2.3.
Akkreditasiya ilə bağlı sənədlər nazirlik
tərəfindən siyahı üzrə qəbul olunur.
2.4.
Hüquqi şəxs tərəfindən təqdim edilmiş
sənədlərə 20 (iyirmi) gün ərzində baxılır
və nazirliyin rəyi müsbət olduqda, müraciət
edənə akkreditasiya barədə qərar, əks halda,
imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş
müddəaları göstərilməklə və izah
edilməklə) barədə yazılı məlumat verilir.
Nazirlik hüquqi şəxsi akkreditasiya edərkən onun idman
mərc oyunlarının təşkili və
keçirilməsi sahəsində təcrübəsini,
maliyyə və texniki imkanlarını nəzərə
alır.
2.5.
Hüquqi şəxs qərarı aldıqdan sonra 30 (otuz)
gün ərzində nazirliyin müvafiq strukturu ilə mərc
oyunlarının təşkili və keçirilməsi
haqqında müqavilə imzalamalı və mərc
oyunlarından hər hansı birinin başlamasından
əvvəl müqavilə öhdəliklərinin
təminatı üçün 5 milyon manat
məbləğində bank təminat məktubunu nazirliyə
təqdim etməlidir.[2]
3. Akkreditasiya
üçün müraciət etmiş hüquqi
şəxsin texniki təklifinə dair tələblər
3.1.
Akkreditasiya üçün müraciət etmiş hüquqi
şəxsin texniki təklifinə dair aşağıdakı
tələblər irəli sürülür:
3.1.1.
mərc oyunlarının təşkili və
keçirilməsi üçün istifadə ediləcək
texniki bazanın və maliyyə resurslarının olması;
3.1.2.
hüquqi şəxsin özü və ya onun
təsisçilərindən biri son 3 il ərzində hər
il orta hesabla ən az 1 (bir) virtual və 1000 (bir min) stasionar
satıcı şəbəkəsi vasitəsilə idman
mərc oyunlarını təşkil etməli və
keçirməli və bu satıcı şəbəkəsi
vasitəsilə ən az 500 (beş yüz) milyon manat
həcmində orta illik dövriyyənin risk
idarəetməsini (mərc oyunlarında oyun proqramının,
uduş əmsallarının və minimum mərc
sayının müəyyənləşdirilməsi yolu
ilə mərc oyununun keçirilməsi zamanı
qarşıya çıxan riskin öhdəliyə
götürülməsi) həyata keçirməli;
3.1.3.
idman mərc oyunlarının vahid mərkəzdən idarə
olunması məqsədi ilə yüksək texnologiya ilə
işləyən informasiya mərkəzini (mərkəzi
mərc sistemi) və satıcı şəbəkəsini
qurmalı;
3.1.4.
mərc oyunlarını ehtiva edən əmtəə
nişanını hazırlamalı, bunları idarə
etməli və lazım gələn bütün reklam
fəaliyyətini təşkil etməlidir.
3.2.
Bu Qaydanın 4.1.3-cü bəndində nəzərdə tutulan
Mərkəzi Mərc Sistemi aşağıdakı
xüsusiyyətlərə malik olmalıdır:
3.2.1.
həftədə 7 (yeddi) gün, gündə 24 (iyirmi
dörd) saat olmaqla fəaliyyət göstərməli;
3.2.2.
minimum 1.000 (min) ədəd terminalla yanaşı, 1 (bir)
ədəd virtual satıcıya xidmət göstərmə
imkanına malik olmalı;
3.2.3.
minimum 100.000.000 (yüz milyon) kuponu yaddaşında saxlamaq
qabiliyyətinə malik olmalı;
3.2.4.
1 (bir) həftədə minimum 1.000.000 (bir milyon) kuponu
işləyə biləcək gücə malik olmalı.
4. Akkreditasiyadan
imtina edilməsi
4.1.
Hüquqi şəxsin akkreditasiya olunmasından yalnız
aşağıdakı hallarda imtina oluna bilər:
4.1.1.
akkreditə edilməsi üçün müraciət
etmiş hüquqi şəxsin texniki təklifi bu Qaydanın
3.1-ci bəndi ilə müəyyən edilmiş
tələblərə cavab vermədikdə;
4.1.2.
akkreditə edilməsi üçün müraciət
etmiş hüquqi şəxs tərəfindən
yanlış məlumatlar təqdim edildikdə;
4.1.3.
bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən olunan
siyahı üzrə sənədlər tam təqdim
edilmədikdə;
4.1.4.
hüquqi şəxsin maliyyə resursları texniki təklifin
həyata keçirilməsini təmin etmədikdə;
4.1.5.
idman mərc oyunlarının təşkili və
keçirilməsi üçün tələb olunan
təcrübə 3 (üç) ildən az olduqda.
5. Akkreditasiyası
haqqında qərarının ləğv edilməsi
5.1.
Aşağıdakı hallarda nazirlik Operatorun akkreditasiyası
haqqında qərarı ləğv edə bilər:
5.1.1.
akkreditasiya olunmuş hüquqi şəxs tərəfindən
müvafiq ərizə təqdim edildikdə;
5.1.2.
akkreditasiya olunmaq üçün hüquqi şəxs
tərəfindən təqdim edilmiş sənədlərdə
faktların (məlumatların) bilərəkdən təhrif
olunduğu və ya həqiqətə uyğun
olmadığı aşkar edildikdə;
5.1.3.
akkreditasiya zamanı Operator tərəfindən bu Qaydanın
3.1-ci bəndinə uyğun olaraq təqdim edilmiş texniki
təklifin şərtləri pozulduqda.
5.2.
Akkreditasiya haqqında qərarın ləğv edilməsi
barədə qərar qəbul edilməzdən əvvəl bu
Qaydanın 5.1.3-cü yarımbəndi ilə
müəyyən olunmuş pozuntunun aradan
qaldırılması üçün Operatora 3 (üç)
ay möhlət verilir.
6. Yekun
müddəalar
6.1.
Operator haqqında məlumatlar nazirliyin informasiya
bülletenlərində dərc edilir və internet saytında
yerləşdirilir.
6.2.
Akkreditasiya müddəti uzadılmadıqda və ya operator
ləğv edildikdə, onun akkreditasiyası bitmiş hesab
olunur.
6.3.
Nazirliyin akkreditasiya ilə bağlı qərarlarından
qüvvədə olan qanunvericiliyə uyğun olaraq inzibati
qaydada və ya məhkəməyə şikayət verilə
bilər.
|
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153
nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
İdman
mərc oyunlarının təşkili və
keçirilməsi
QAYDALARI
1. Ümumi
müddəalar
1.1.
Bu Qaydalar “Bədən tərbiyəsi və idman haqqında”
Azərbaycan Respublikasının Qanununa əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının
2010-cu il 31 may tarixli, 1019-IIIQD nömrəli Qanununun tətbiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 10 iyun tarixli, 282 nömrəli Fərmanının
1.4-cü bəndinin icrasını təmin etmək
məqsədi ilə hazırlanmışdır və
Azərbaycan Respublikası ərazisində keçirilən
idman mərc oyunlarının təşkili və
oynanılmasının şərtlərini, bu oyunların
operatorunun və iştirakçılarının hüquq
və vəzifələrini tənzimləyir.
1.2.
İdman mərc oyunları bədən tərbiyəsi və
idmanın inkişaf etdirilməsi üçün
əlavə maliyyə vəsaitlərinin cəlb
edilməsinə və bu sahənin maddi-texniki bazasının
daha da möhkəmləndirilməsinə xidmət edən
mərc oyunu sistemidir.
1.3.
İdman mərc oyunları Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi (bundan sonra — nazirlik)
tərəfindən qanunvericiliklə müəyyən
edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc
oyunlarının operatoru) (bundan sonra - Operator)
tərəfindən həyata keçirilir. [3]
1.4.
İdman mərc oyunlarından əldə olunan dövriyyə
aşağıdakı məcburi ödənişlər
tutulduqdan sonra Operatorun sərəncamına verilir:
a)
dövlət büdcəsinə ödənən vergilər;
b)
idman mərc oyunlarının keçirilməsi
üçün iştirakçılar tərəfindən
ödənilən vəsaitlərin bədən
tərbiyəsi və idmanın inkişafına
yönəldilən hissəsi;
c)
mərc oyunları iştirakçılarının
uduşları;
d) idman mərc
oyunlarının təşkili və keçirilməsinə
nəzarəti həyata keçirən Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatasına həmin qurum tərəfindən
müəyyən edilmiş məbləğdə və
qaydada ödənilən haqlar.[4]
1.5.
İdman mərc oyunlarının keçirilməsindən
əldə olunan toplam dövriyyədən vergilər
tutulduqdan sonra qalan məbləğindən bədən
tərbiyəsi və idmanın inkişafına
yönəldilən hissəsi Azərbaycan
Respublikasının Milli Olimpiya Komitəsinə
ödənilir.[5]
2. Əsas
anlayışlar
Bu
Qaydalarda istifadə olunan anlayışlar
aşağıdakı mənaları ifadə edir:
2.1.
idman mərc oyunları (bundan sonra — mərc oyunları) — idman
yarışlarının nəticələrinin və ya
yarışlardakı hadisələrin
əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla
oynanılan və iştirakçılar arasında doğru
ehtimalı tapanlara əvvəlcədən bəyan edilən
meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman mərc
oyunlarının operatoru tərəfindən keçirilən
oyunlar; [6]
2.2.
sabit ehtimallı mərc oyunları — nəticələrin
proqnoz edilməsinə əsaslanmaq şərtilə
oynanılan və iştirakçılar arasında doğru
ehtimalı tapanlara əvvəlcədən elan edilan əmsala
uyğun olaraq hesablanacaq uduş qazandıran oyunlar;
2.3.
müştərək mərc oyunları — mərc
oyunlarının iştirakçıları
tərəfindən ödənilən ümumi
məbləğin əvvəlcədən elan olunmuş
hissəsinin nəticəni düzgün tapan
iştirakçılar arasında uduş kimi
bölüşdürüldüyü mərc oyunlar;
2.4.
mərkəzi mərc sistemi — bütün satıcılardan
daxil olan məlumatların toplanıldığı,
işlənildiyi və ümumiləşdirildiyi,
yüksək məlumat işləmə imkanına malik
avadanlıqlardan ibarət olan Operatorun quracağı və
işlədəcəyi sistem;
2.5.
mərc oyununun iştirakçısı (bundan sonra —
iştirakçı) — stasionar, səyyar və ya virtual
satıcılardan mərc oyunu biletini almış 18
yaşına çatmış şəxs;
2.6.
mərc oyunlarının Operatoru — idman mərc
oyunlarının həyata keçirilməsi məqsədi
ilə qanunvericiliklə müəyyən edilmiş qaydada
akkreditasiya olunmuş hüquqi şəxs;
2.7.
dövriyyə — Operatorun idman mərc oyunlarının
keçirilməsi üçün iştirakçılar
tərəfindən ödənən vəsaitlərdən
ibarət olan gəliri;
2.8.
kupon — iştirakçılar tərəfindən
üzərində yerləşdirilmiş xanaları, arxa
tərəfində yazılmış təlimata uyğun
olaraq, işarələmək yolu ilə mərc
oyunlarının oynanması üçün
nəzərdə tutulmuş və Operator tərəfindən
xüsusi formada çap olunmuş vərəqə;
2.9.
sütun — iştirakçıya mərc oyununda bir dəfə
iştirak haqqı verən və kupon üzərində
işarələnmək üçün nəzərdə
tutulan şaquli xanaların məcmusu;
2.10.
terminal — iştirakçılar tərəfindən
kuponların daxil edilərək, mərc oyunlarının
oynanması proqnozlarının verilməsi, biletlərin
çap edilməsi, oyunlar və uduşlar barədə
məlumatların alınması və digər bu kimi
işlərin həyata keçirilməsi üçün
stasionar satıcıların istifadəsinə verilən,
mərkəzi mərc sistemi ilə bağlı
fəaliyyət göstərən stasionar və yaxud səyyar
avadanlıq;
2.11.
mərc oyunları satıcısı — mərc oyunları
satıcıları aşağıdakılardır:
2.11.1.
stasionar satıcı — Operatorla bağlanmış
müqaviləyə əsasən fəaliyyət
göstərən və mərc oyununun
iştirakçıları ilə Operator arasındakı
bütün əlaqələri stasionar terminallar
vasitəsilə mərkəzi mərc sisteminə bağlı
olaraq təmin edən hüquqi və ya fiziki şəxs;
2.11.2.
səyyar satıcı — Operatorla bağlanmış
müqaviləyə əsasən fəaliyyət
göstərən və mərc oyununun
iştirakçıları ilə Operator arasındakı
bütün əlaqələri səyyar terminallar
vasitəsilə mərkəzi mərc sisteminə bağlı
olaraq təmin edən hüquqi və ya fiziki şəxs;
2.11.3.
virtual satıcı — Operatorla bağlanmış
müqaviləyə əsasən fəaliyyət
göstərən və virtual şəraitdə (internet,
mobil telefon şəbəkəsi və s.
vasitələrlə) mərc oyunlarının
iştirakçıları ilə Operator arasındakı
bütün əlaqələri mərkəzi mərc
sisteminə bağlı olaraq təmin edən hüquqi
şəxs;
2.12.
virtual mühit — mərc oyunlarının
oynanıldığı, internet, mobil telefon
şəbəkəsi və bu kimi mövcud və inkişaf
edərək təkmilləşdirilən texnologiyalara
əsaslanan platformalar;
2.13.
uduş — Operator tərəfindən əvvəlcədən
qəbul edilən meyara uyğun olaraq hesablanan və doğru
proqnoz verən iştirakçıya ödənilən
məbləğ;
2.14.
mərc bileti (bundan sonra — bilet) — aidiyyəti oyuna və ya
oyunlara iştirak hüququ verən, terminal vasitəsilə
çap edilən, Operatora ödənilən pul vəsaitini
(pul qoyuluşunu) özündə əks etdirən və
uduşlu olduğu halda, Operatordan əvvəlcədən
bəyan edilən meyarlar əsasında hesablanan pul
mükafatını almaq hüququnu təsdiqləyən
sənəd;
2.15.
elektron mərc bileti (bundan sonra — elektron bilet) — virtual
mühitdə oynanılan aidiyyəti oyuna və ya oyunlara
iştirak hüququ verən və uduşlu olduğu halda,
Operatordan əvvəlcədən bəyan edilən meyarlar
əsasında hesablanan pul mükafatını almaq hüququ
verən elektron kod;
2.16.
mərc oyunlarının şərtləri — Operator
tərəfindən təşkil edilən mərc
oyunlarının oynanılmasına dair qaydalar;
2.17.
riskin idarə edilməsi — sabit ehtimallı mərc
oyunlarında oyun proqramının, uduş
əmsallarının və minimum mərc sayının
müəyyənləşdirilməsi yolu ilə mərc
oyununun keçirilməsi zamanı qarşıya
çıxan riskin öhdəliyə
götürülməsi;
2.18.
riskin idarə edilməsi mərkəzi — sabit ehtimallı
mərc oyunlarında tətbiq olunan əmsalların
müəyyən edildiyi, yeniləndiyi və oynanılan
mərclərin izlənildiyi mərkəz;
2.19.
satıcının komisyon haqqı — satıcının
satdığı biletlərdən, operatorla imzalanmış
müqavilədə göstərilən şərtlər
daxilində alacağı komisyon haqqın və satıcının
ödədiyi uduşlu biletlərin ümumi məbləği
üzrə alacağı haqqın cəmi məbləği;
2.20.
misli — sütunun qiymətini artıran vahid;
2.21.
fora — iki komandadan və ya idmançıdan birinin lehinə
verilən qol, say, set və başqa güzəştlər;
2.22.
oyun proqramı — mərc oyunlarının keçirilə
bildiyi idman yarışlarının tarixi və
saatını, ilkin mərc əmsallarını,
müəyyən proqram üçün etibarlı ola biləcək
xüsusi şərtləri və idman yarışlarına
dair digər məlumatları əhatə edən və
Operator tərəfindən tərtib edilən proqram;
2.23.
mərc dövrü — Operator tərəfindən
müəyyənləşdirilən və hər bir oyun
üçün fərqli xüsusiyyəti olan sabit
ehtimallı va müştərək mərc oyunlarının
oynanıldığı müddət;
2.24.
sistem xüsusiyyəti (bundan sonra — sistem) —
iştirakçıya bir kupon üzrə müxtəlif kombinasiyalar
tərtib edərək, bir neçə sütun yaratma
imkanı verən oyun forması;
2.25.
“yüz faiz” xüsusiyyəti (bundan sonra — yüz faiz) —
“sistem”li oyun zamanı hər bir sütunda istifadə edilə
biləcək bir xüsusiyyətdir. İştirakçı
proqnozlaşdırdığı oyunun nəticəsinə tam
əmin olub, “yüz faiz” xüsusiyyətini istifadə
edərək, “sistem”də bir və ya bir neçə komanda
seçə bilər. Beləliklə, seçilən “yüz
faiz” və ya “yüz faiz”lər bütün variantlarda yer alar.
3. Mərc
oyunlarının oynanılma şərtləri
3.1.
Mərc oyunlarında iştirak etmək istəyən
şəxslər aşağıdaki tələblərə
əməl etməlidirlər:
3.1.1.
mərc oyunlarının qaydalarını bilmək və bu
qaydaları qəbul etmək;
3.1.2.
ən azı bir oyuna pul qoyaraq proqnoz vermək;
3.1.3.
verdiyi proqnozlar doğru olduğu təqdirdə uduşu almaq;
3.1.4.
səhv proqnoz verdikdə, məğlubiyyətlə
razılaşmaq.
3.2.
Operator tərəfindən hər bir mərc dövrü
üçün yaradılan oyun proqramları mərkəzi
mərc sistemi və digər lazımi şərtlərə
əsaslanır və bütün satıcılara elektron
üsulla və ya nəşr edilmiş vərəqlər
vasitəsilə göndərilir. Oyun proqramlarında yer alan
hər hansı bir fəaliyyətlə bağlı
əmsalların dəyişdirilməsi və ya fəallığın
oyuna yönləndirilməsi halında gələcək
üçün qərar verməklə,
adıçəkilən fəaliyyətlərin
iştirakçılara çatdırılması şərtilə
oyun proqramlarında əhatə edilən oyunlarla
əlaqədar yenilənməsi tələb olunan tarix və
saat dəyişiklikləri, təxirəsalma və bu kimi
məlumatların iştirakçılara
çatdırılması məqsədi ilə bütün
satıcılara terminal mesajları göndərilir. Oyun
proqramlarında əhatə edilən bütün
əməliyyatların nəticələri mərkəzi
mərc sisteminə yığılır və bu məlumatlar
terminal mesajları vasitəsilə bütün
satıcılara göndərilir.
3.3.
Müştərək mərc — Operator tərəfindən
müəyyənləşdirilən sayda oyun nömrəsi
və ya oyunun adını əhatə edən kuponların
iştirakçı tərəfindən müvafiq
şərtlərə uyğun olaraq,
işarələnməklə, Satıcı
tərəfindən terminaldan alınan və kuponun
üzərindəki məlumatları əhatə edən
biletlərin iştirakçıya verilməsi
şərtilə oynanılır. Sabit ehtimallı mərc oyun
proqramında yer alan idman oyunlarından minimum mərc sayı
qədər oyun nömrəsi və ya oyunun adını
əhatə edən kuponların, iştirakçı
tərəfindən müvafiq şərtlərə uyğun
olaraq işarələnməklə, satıcı
tərəfindən terminaldan müvafiq qaydalara uyğun olaraq
alınan və kuponun üzərindəki məlumatları
əhatə edən biletlərin iştirakçıya
verilməsi şərtilə oynanılır.
3.4.
Mərc oyunları Operator tərəfindən dərc edilib,
satıcılar arasında bölüşdürülən
kuponlarla oynanılır. Kupon və biletlərdə
aşağıdakı məlumatların olması
məcburidir:
3.4.1.
kuponların üz tərəfində oyun proqramında yer alan
oyunlarla bağlı mərc oynaya bilmək üçün
lazım olan biletin hazırlanmasına ehtiyac duyulan
bütün məlumatların yazılacağı sütunlar,
xanalar, arxa tərəfində isə oyunun oynanılması
və uduşun ödənilməsi ilə bağlı
şərtlər;
3.4.2.
müştərək mərc oyunları ilə bağlı
olan biletlərin üz tərəfində oyunun sıra
nömrələri, hər bir sütunda birinci
dərəcələrin sayı qədər proqnoz, tarix,
satıcının nömrəsi, biletin qiyməti, ştrix
kod və biletin təhlükəsizlik nömrəsi, arxa
tərəfində isə biletin seriya nömrəsi və
digər məlumatlar yer alır;
3.4.3.
sabit ehtimallı mərc oyunlarına aid biletlərin üz
tərəfində oyun proqramında yer alan oyunların kodu,
biletin qiyməti, mərc əmsalları, ümumi mərc
əmsalı, tarix, satıcının nömrəsi, arxa
tərəfində isə biletin seriya nömrəsi və
digər məlumatlar;
3.5.
Kuponlar komandaların adı ilə, yaxud adı olmadan, sistemli
və ya sistemsiz olaraq tərtib edilir.
3.6.
Operator bilet və kuponların üzərində “Reklam
haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci
maddəsinin tələblərinə uyğun olaraq
reklamlar yerləşdirə bilər.[7]
3.7.
Virtual mühitdə oynanılan sabit ehtimallı və
müştərək mərc oyunlarında
abunəçilərə göndərilən
biletlərdə göstərilməsi lazım olan
məlumatlar Operator tərəfindən
müəyyənləşdirilir.
3.8.
Hər hansı bir uduşlu bilet təqdim edildiyi halda,
satıcılar Operatorun müəyyənləşdirdiyi
limitə qədər olan uduşları oyun iştirakçısına
nağd olaraq ödəməli və ya limitdən artıq
uduş olarsa, bu uduşun bankdan ödənilməsi
üçün bilet sahibini aidiyyəti banka
istiqamətləndirməlidirlər.
3.9.
Satıcı terminallarında əməliyyatdan
keçərək mərkəzə ötürülən
biletlərə aid məlumatlar, oyunun nəticələri
mərkəzi mərc sisteminə daxil olduqdan sonra sistem
tərəfindən qiymətləndirilir.
3.10.
İştirakçıların və ya
abunəçilərin hər bir proqnoz sütunu
üçün ödəyəcəkləri
məbləği Operator müəyyənləşdirməlidir.
3.11.
Başa çatmış oyunun sonradan ləğv edilməsi
və ya təkrar keçirilməsi, nəticəsinin
qərarla dəyişdirilməsi və ya püşkatma
ilə müəyyən edilməsi
qiymətləndirməyə təsir edə bilməz.
3.12.
Mərci udan şəxslərin adları onların birbaşa
və yazılı icazələri olmadan açıqlana,
xəbər kimi istifadə edilə, səs və ya
görüntüləri yayımlana və reklam fəaliyyətlərində istifadə
edilə bilməz. İdman mərc oyununu udan şəxsin
yazılı razılığı olmadan onun adı reklamda
açıqlana bilməz. [8]
3.13.
Operator tərəfindən tərtib edilən hər bir sabit
ehtimallı və müştərək mərc oyunu bu
qaydalarda müəyyənləşdirilən oyun
planının prinsiplərinə uyğun olaraq
oynanılır.
3.14.
Sabit ehtimallı mərc oyunları qüvvədə olma
müddətini müəyyənləşdirən
proqramın yayılmasından sonra dövriyyəyə
buraxılır. Bu proqramda sabit ehtimallı mərc
oyunlarının oynanılacağı idman oyunları, adı
çəkilən oyunların tarix və saatları, oyunlarla
bağlı təlimatlar, müəyyən bir proqram
üçün etibarlı ola biləcək xüsusi
şərtlər və bu oyunlarla bağlı digər
məqamlar yer alır.
3.15.
Operator tərəfindən hər bir mərc dövrü
üçün hazırlanan oyun proqramı mərkəzi
mərc sisteminə və digər lazımi qurğulara
yüklənilir. Oyun proqramlarında yer alan
görüşlərlə əlaqədar məlumatların
göstərildiyi oyun bülletenləri Operator
tərəfindən satıcılara çatdırıla
bilər.
3.16.
Proqramda göstərilən sabit ehtimallı mərc
oyunlarının qüvvədə olma müddəti
mərkəzi mərc sistemində mərc qəbul etmənin
sistemə qoşulması ilə başlayır və proqramda
müəyyənləşdirilən son oyunun başlanması
ilə sona çatır.
3.17.
Sabit ehtimallı mərc oyunları yalnız proqramın
qüvvədə olduğu müddətdə və
mərkəzi mərc sisteminin təsdiq etdiyi,
iştirakçının seçdiyi mərc oyununun tarix
və saatına qədər qəbul edilir.
3.18.
Sabit ehtimallı mərc oyunlarının
etibarlılığı ilə bağlı hər bir halda mərkəzi
mərc sisteminin qeydləri əsas götürülür.
3.19.
Sabit ehtimallı mərc oyunlarında əlavə hal
nəzərdə tutulmayıbsa, minimum mərc sayı
dörddür. Bu saydan az və ya çox minimum mərc
sayı müəyyənləşdirilə bilər. Minimum
mərc sayı (Min.) oyun proqramında müəyyənləşdirilir.
3.20.
İştirakçıların bu ümumi şərtləri
tam olaraq qəbul etməsi və Operator tərəfindən
vaxtaşırı müəyyənləşdirilən
və müxtəlif vaxtlarda proqramda elan olunan xüsusi qayda
və şərtləri qəbul etməsi şərtilə,
sabit ehtimallı mərc oyunlarında yetkinlik yaşına,
yəni 18 yaşına çatmış hər bir
şəxs iştirak edə bilər.
3.21.
Bir iştirakçının sabit ehtimallı mərc oyununda
iştirak edə bilməsi üçün ən azı, bir
sütun yaratması, yaradılan sütun və ya
sütunların qiymətini ödəməsi tələb
olunur. Mərc mərkəzi mərc sisteminin mərci təsdiq
etməsi ilə (bunun etibarlılığı çap olunan
bir sənədlə sübut edilə bilər)
qüvvəyə minir. Sözügedən sənəd
təsdiq zamanı qüvvədə olan əmsalları və
mərci fərqləndirmək üçün lazım olan
digər məlumatları ehtiva edə bilər.
3.22.
Sabit ehtimallı mərc oyunlarında “sistem” özəlliyi
seçilə bilər. Seçiləcək “sistem” irəli
sürülən proqnoz və minimum mərc sayından
asılı olaraq dəyişə bilər.
3.23.
Təxirə salınan və ya ləğv olunan oyun və ya
oyunları əhatə edən sütun yalnız bu qaydalarda
müəyyən edilən şərtlərə uyğun
şəkildə qəbul edilə bilər.
3.24.
Proqramda haqqında məlumat verilən oyunun saat və
tarixləri, oyunun ləğv olunması, təxirə
salınması, başqa vaxta keçirilməsi kimi
bütün hallar Bakı vaxtı ilə müəyyən
edilir.
3.25.
İştirakçılar proqnozlarını Operator
tərəfindən verilən təlimatlara uyğun olaraq
irəli sürürlər. Bu təlimatlar müxtəlif
yollarla elan edilir (proqram və istənilən digər vasitə
ilə).
3.26.
Aidiyyəti mərclərin eyni oyun üzrə
oynanılmaması şərtilə eyni sütundakı bir
mərc növünü başqa mərc növləri ilə
birləşdirməyin mümkünlüyü və
yolları proqramda elan olunur. Birinci qolu vuranın, hər
hansı bir qolu vuranın və son qolu vuranın bir-biri
ilə birləşdirilə bildiyi hallar istisna təşkil
edir.
3.27.
“Sistem” oyunu zamanı iştirakçı kombinasiyalarda yer
alacaq proqnoz sayını göstərməlidir.
Beləliklə, kombinasiyaları sayına və
tərkibinə uyğun olaraq formalaşdırılmış
olur. İştirakçı “Yüz faiz” xanasından
istifadə edərək, hər bir kombinasiyada mütləq
olmasını arzuladığı proqnoz və ya proqnozları
müəyyənləşdirə bilər.
3.28.
Təsdiq edilməyən bir və ya bir neçə oyun
nəticəsi olarsa, oynanıla bilən oyunların sayı
ən azı ikiyə düşənə qədər və
ya tək oyun kimi oynanıla bilərsə, tək oyun qalana
qədər etibarlıdır. Bütün digər hallarda
sütun bir mərc kimi qəbul edilmir və
ödənilən məbləğ digər bütün
oyunlar təsdiq ediləndən sonra geri qaytarılır. Bir
sütunda yer alan bütün oyunlar təsdiq olunmazsa, bu oyunlara
bir (1,00) əmsalı verilir və sütununun qiyməti
iştirakçılara geri qaytarılır. Bir və ya bir neçə
təsdiq olunmayan oyun nəticəsi olduqda, oynanıla
biləcək oyunların sayı ən azı ikiyə
düşənə qədər, yaxud tək oyun olaraq oynana
bilərsə, tək oyun qalana qədər
iştirakçının mərci etibarlı sayılacaq.
Bütün digər hallarda, sütun bir mərc olaraq qəbul
edilmir və ödənilən məbləğ bütün
digər proqnozlar təsdiq olunduqdan sonra geri qaytarılır.
Bir sütunda yer alan bütün proqnozlar təsdiq olunmazsa, bu
proqnozlara bir (1,00) əmsalı verilir və sütunun
dəyəri iştirakçıya geri qaytarılır.
3.29.
Oyunlarla bağlı proqnozları ehtiva edən və oyun
başladıqdan sonra əlavə edilən sütunlar
qəbul edilsə də, proqnozların əmsalı bir (1,00)
olacaqdır. Bu cür hallarda ən azı iki proqnoz qalana
qədər və ya müvafiq proqnoz tək olaraq oynanıla
bilərsə, bir proqnozu əhatə edən sütunlar
etibarlılıqlarını qoruyacaqlar. Müəyyən
edilən tələblərə cavab verməyən
sütunlar oyuna daxil edilmir və sütunlar üçün
ödənilən məbləğ
iştirakçının mərcini oynadığı
bütün oyunlar başa çatdıqdan sonra
iştirakçılara geri qaytarılır.
3.30.
Bəzi oyun növlərində birdən çox qalib olarsa,
udan nəticəyə aid əmsallar uduşlu
nəticələrin sayına bölünür. Bu qaydanı
tətbiq edərkən, iştirakçılara ödəniləcək
əmsallar birdən (1,00) az ola bilməz.
4. Mərc
oyunlarında uduşun ödənilməsinə dair
prinsiplər
4.1.
Bir uduşlu biletin təqdim edilməsi halında
satıcılar Operator tərəfindən
müəyyənləşdirilən limitə qədər
olan uduş məbləğlərini oyun iştirakçısına
nağd formada ödəməlidirlər. Operator
satıcının ödəniş limitindən çox olan
uduş məbləğləri üçün banklara
səlahiyyət verir. Uduşun ödənilməsi ilə
əlaqədar səlahiyyət verilən satıcı və
banklar uduş məbləğlərini vaxtında, tam
həcmdə və düzgün şəkildə
ödənilməsinə görə məsuliyyət
daşıyırlar.
4.2.
Satıcı uduşlu mərc biletlərini mərc
oyunlarının şərtlərində
göstərilmiş qəbul müddəti ərzində,
mərc oyunu iştirakçılarının ilk
tələbi əsasında qəbul etməlidir.
4.3.
Virtual satıcı uduşlu elektron mərc biletlərinin
uduşlarını avtomatik olaraq mərc oyunçularının
hesablarına köçürür.
4.4.
Uduş mərc biletinin uduşa düşdüyü
tarixdən etibarən ən geci 10 (on) bank günü
ərzində iştirakçıya ödənilir.
4.5.
Uduşlar bir il müddətində qüvvədə olur
və tərtib tarixindən etibarən bir il ərzində
təqdim edilməyən biletlərin uduşları
köhnəlmiş hesab edilir. Bu biletlərə uduş
məbləği ödənilmir. İstifadə
müddəti keçən uduşlar Operatorun gəliri kimi
qeydə alınır. Uduş üzrə son müraciət
tarixi qeyri-iş gününə təsadüf etdiyi halda,
ondan sonrakı ilk iş günü, iş saatı
bitənə qədər uduş ödənilir. Uduşu
ödənilən biletlər 12 (on iki) ay ərzində
saxlanılır.
4.6.
Uduş məbləği yalnız uduşlu biletin təqdim
edən 18 yaşına çatmış şəxsə
ödənilir.
4.7.
Virtual mühitdə oynanılan sabit ehtimallı və
müştərək mərc oyunları ilə bağlı
olan biletlər istisna olunmaqla, idman oyunlarına aid sabit
ehtimallı və müştərək mərc oyunları
ilə bağlı biletlər sahibinə aiddir. Uduşun
ödənilməsi üçün biletin təqdim
edilməsi mütləqdir. Virtual mühitdə qazanılan
uduşlar elektron mərc biletlərə əsasən virtual
satıcı tərəfindən ödənilir və
uduşlar iştirakçıların virtual
satıcının nəzdində açılan hesablarına
avtomatik olaraq hər hansı tələbin irəli
sürülməsini gözləmədən
köçürülür.
4.8.
Uduşun ödənməsi üçün səlahiyyət
verilmiş satıcı və banklar tərəfindən
mərci qazanan şəxslərə edilən
ödənişlərdən qanunvericilikdə
nəzərdə tutulmuş vergilər istisna olunmaqla,
heç bir faiz tutula bilməz.
4.9.
Səlahiyyətli banklar uduş məbləğlərini
ödəyərkən, şəxsiyyəti
müəyyənləşdirməyə və qanunda
nəzərdə tutulan lazımi tədbirləri həyata
keçirməyə görə məsuliyyət
daşıyırlar.
4.10.
Saxta, təhrif edilmiş və ya cırılmış
biletlərə uduş məbləği ödənilmir.
Səlahiyyətli Satıcılar və banklar uduş
məbləğləri üzrə saxta və ya təhrif
edilmiş biletləri təsbit edərlərsə, bunları
və bileti təqdim edən şəxs haqqında
məlumatları Operatora bildirməyə və Operatorun
təlimatlarına uyğun şəkildə
hərəkət etməyə borcludurlar.
4.11.
Kuponlar bileti əvəz etmir.
4.12.
Uduş məbləğlərini sistemsiz və ya
səhvən ödəyən şəxslər bu
məbləğləri haqsız alan şəxslərlə
birlikdə məsuliyyət daşıyırlar.
4.13.
Uduş məbləği ödənilən mərc
biletləri satıcı tərəfindən 12 (on iki) ay
saxlanılır.
4.14.
Bir biletdə maksimum 2500 (iki min beş yüz) sütun
oynanıla bilər. Bir sütunun qiyməti 1 (bir) manatdır.
İştirakçıya bir bilet üzrə ödəniləcək
maksimum uduş məbləği 250000 (iki yüz əlli min)
manat olaraq müəyyənləşdirilir və uduş bu
məbləğlə məhdudlaşdırılır. Bir
bilet üzrə uduş məbləği 250000 (iki yüz
əlli min) manatdan artıq olarsa, iştirakçıya bu
məbləğdən artıq olan hissə
ödənilməyəcəkdir.
4.15.
Seçilən bütün nəticələr doğru
şəkildə proqnozlaşdırıldıqda,
mərkəzi mərc sisteminə daxil edilən hər bir
sütun uduş qazandırır. Bu halda qazanan sütunun
qiyməti mərcin təsdiq edildiyi anda etibarlı sayılan
əmsalların hasilinə bərabər olur. Bu əmsalı
sütun qiymətinə vurmaqla uduş məbləği
hesablanır və iştirakçıya ödənilir.
“Misli” oynanılan kuponlarda uduşu qazanan hər bir sütun
ayrıca “misli” dəyərinə vurulur. “Sistem”li oynanılan
kuponlarda birdən artıq qazanan sütun varsa, qazanan
sütunların uduş məbləğlərinin cəmi
iştirakçıya uduş olaraq ödənilir. Əmsallar
iştirakçı tərəfindən seçilən bir
kombinasiya üzrə tam olaraq təqdim edildiyi halda,
qazanılan uduş və sütunun dəyəri təsdiq
zamanı keçərli sayılan bu kombinasiyaya aid
əmsalların hasilinə bərabər olur.
4.16.
Uduşlar satıcılardan və Operator tərəfindən
müəyyən edilən bank və ya banklardan uduş
biletinin təqdimi əsasında paylanır.
Satıcının hər uduşlu bilet üçün
ödəyə biləcəyi maksimal məbləğ 1
manatdan 4000 manata qədər olmaq şərtilə Operator tərəfindən
müəyyənləşdirilir.
4.17.
Uduşların ödənilməsi yalnız mərci
oynanılan oyunların başa çatmasından və
aidiyyəti qeydin mərkəzi mərc sistemində təsdiq
edilməsindən sonra həyata keçirilir.
4.18.
Oyun əmsallarında səhv varsa və bu səhvə
uyğun olaraq mükafatın ümumi məbləği
hesablanıbsa, Operator düzgün əmsalları tətbiq
edərək uduşların ümumi məbləğini
hesablamaq və iştirakçıya qazanılan mükafat
kimi bu hesablamanın nəticəsində meydana gələn məbləği
ödəmək hüququnu özündə saxlayır.
4.19.
Təsdiq edilən udan mərc mərkəzi mərc sistemi
tərəfindən qəbul edilməzsə, yaxud lazım
olduğundan az miqdarda pul qazandırması müəyyən
olunarsa, iştirakçının oyunların
nəticələrinin mərkəzi mərc sisteminə daxil edilməsindən
sonra 7 (yeddi) gün ərzində Operatora şikayət
etmək hüququ vardır.
5. Mərc
oyunları Operatorunun hüquq və vəzifələri
5.1.
Mərc oyunları Operatorunun mərc oyunlarının
təşkili və oynanılması ilə bağlı
aşağıdakı hüquq və vəzifələri
vardır:
5.1.1.
mərc oyunlarının Azərbaycan Respublikasının
müvafiq normativ hüquqi aktlarına uyğun olaraq
təşkili və keçirilməsini həyata
keçirmək;
5.1.2.
mərc oyunları iştirakçısının
tələbi ilə mərc oyunlarının
şərtlərinə daxil edilən məlumatları ona
təqdim etmək;
5.1.3.
mərc biletləri ilə bağlı uduşların
ödənilməsini təmin etmək;
5.1.4.
mərc oyunlarının şərtlərində
göstərilən müddət ərzində
uduşların ödənilməsi üçün uduşlu
mərc biletlərinin təsdiqini
iştirakçısının ilk tələbi üzrə
təmin etmək;
5.1.5.
mərc oyunlarının satıcıdakı terminallar
vasitəsilə oynanılması üçün
mərkəzi mərc sisteminin yaradılmasını və
işlədilməsini təmin etmək;
5.1.6.
mərc oyunları nəticəsində qazanılan
bütün uduşların ödənilməsi riskinin
məsuliyyətini daşımaq;
5.1.7.
mərc oyunları satıcılarını mərkəzi
mərc sistemi ilə işləyəcək terminallarla
təmin etməli, mərkəzi mərc sisteminə
sürətli əlaqənin təmin edilməsi
üçün imkan yaratmaq, terminalların təmir və
texniki xidmətini həyata keçirmək;
5.1.8.
mərc oyunları ilə bağlı satış, reklam,
təqdimat kimi bütün tədbirləri həyata
keçirmək;
5.1.9. mərc oyunlarının
təşkili və keçirilməsinə nəzarəti
həyata keçirən Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına Nəzarət Palatasına həmin
qurum tərəfindən müəyyən edilmiş
məbləğdə və qaydada haqlar ödəmək;[9]
5.1.10. idman yarışlarının
manipulyasiyasına şübhə olduğu halda, dərhal
Nazirliyə, maliyyə bazarlarına nəzarət orqanına
və prokurorluğa məlumat vermək;[10]
5.1.11. “Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
tələblərə əməl etmək.[11]
5.2.
Operator tərəfindən oynanılan mərc oyunları
ilə bağlı ad və markalar istənilən
müqavilənin müddəti ərzində və
müqavilənin başa çatmasından sonra da Operator
şirkətə aiddir.
5.3.
Sabit ehtimallı mərc oyunları ilə bağlı
sütunun qiyməti Operator tərəfindən
müəyyən olunur.
5.4.
Oyun proqramlarında yer alan bütün mərc
oyunlarının qəti nəticələri Operator
tərəfindən mərkəzi mərc sisteminə daxil
edilir.
5.5.
Operator sabit ehtimallı mərc oyunlarında iştirak
etmək üçün qüvvədə olan
kombinasiyaları müəyyənləşdirməyə
görə məsuliyyət daşıyır.
5.6.
Oynanılan mərc təsdiq ediləndən sonra maksimum 5
(beş) dəqiqə ərzində və yalnız
iştirakçının təsdiqi ilə mərci qəbul
edən satıcı tərəfindən ləğv oluna
bilər. Göstərilən müddət bitdikdən
sonrakı ləğv edilmələr isə ancaq Operatorun
təsdiqi əsasında həyata keçirilir.
Satıcılar ləğv etdikləri biletləri 12 (on iki) ay
ərzində saxlamalı və tələb edildikdə
maksimum 15 (on beş) gün ərzində Operatora təqdim
etməlidir.
5.7.
Hər hansı bir səbəbə görə mərkəzi
mərc sisteminin ləğv edilməsi tələb edilən
mərci avtomatik olaraq tanımaması və mərcin
ləğvinin reallaşmaması halında ləğvetmə
baş tutmaz və buna görə Operator heç bir
məsuliyyət daşımır.
5.8.
Hər hansı bir mərc ləğv edilərsə, həmin
mərcə daxil olan bütün kombinasiyalar ləğv edilir
və mərcə görə ödənilən
məbləğlər iştirakçılara geri
qaytarılır.
5.9.
İştirakçının etdiyi seçimlərə
görə doğru proqnozlar oyunun şərt və rəsmi
qaydalarına uyğun şəkildə təşkil edilən
proqram çərçivəsindəki bütün oyunlar
üçün terminallar vasitəsilə mərkəzi
mərc sistemi tərəfindən bəyan edilən
nəticələrə əsaslanır.
5.10.
Mərci qəbul edilən bir və ya bir neçə oyun
təxirə salınarsa, yaxud ləğv edilərsə, bu
dəyişikliklər öyrənilməzdən və
mərkəzi mərc sisteminə daxil edilməzdən
əvvəl təqdim edilən oyunların
nəticələri bu Qaydalarda nəzərdə tutulan
şərtlərə uyğun olaraq müəyyən edilir.
5.11.
Hər hansı bir səbəbdən udan mərclər
avtomatik olaraq tanınmazsa, Operator mərkəzi mərc
sisteminin bu udan mərcləri hər hansı bir formada
tanıya biləcəyini fərz edərək xüsusi
tədbirlər həyata keçirə bilər.
5.12.
Verilən mərc bileti itərsə, tam və ya qismən
məhv olarsa və ya ümumiyyətlə, udan mərcin
bərpa edilməsi mümkün olmazsa, Operator uduş
məbləğinin ödənilməsi və ya digər
hər hansı bir təzminata görə məsuliyyət
daşımır.
5.13.
Bir oyunun nəticəsinin saxta olduğuna və dolayısı
ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət
olunmamasına dair aşkar şübhələr, yaxud bu oyunun
etibarlılığını şübhə altına alan
sübutlar mövcud olarsa, Operator uduşların
ödənilməsini təxirə sala, yaxud ləğv
edə bilər.
5.14.
Sabit ehtimallı mərc oyunlarının təşkil
edilməsinə və uduş məbləğlərini qazanan
şəxslərə ödənilməsinə imkan
verməyən qarşısıalınmaz hallar (fors-major)
mövcud olarsa, mərclərin avtomatik olaraq
tanınmasının mümkün olduğu və
iştirakçıların ödədiyi
məbləğlərin geri qaytarılması balları
istisna olunmaqla, Operator iştirakçılar
qarşısında heç bir məsuliyyət
daşımayacaqdır.
5.15.
Qarşısı alınmaz hallara Operatorun
nəzarətindən kənar olmaqla, qabaqcadan
proqnozlaşdırılması və aradan
qaldırılması mümkün olmayan hadisələr daxildir.
Operator tərəfindən həyata keçirilən, yaxud
planlaşdırılan hər hansı mühafizə
tədbirinin bu hadisələrin qarşısını ala
bilməməsi əsasdır. Qarşısıalınmaz
hallara daşqın, zəlzələ, yanğın,
müharibə, tətil, embarqo, terror və başqa
hadisələr daxildir.
5.16.
Operator verilən mərc biletinin itirilməsi, tam və ya
qismən zədələnməsi səbəbi ilə meydana
gələn zərərlərə, yaxud mərc
məlumatlarının əldə edilməsi və ya geri
alına bilinməməsinə görə məsuliyyət
daşımır.
5.17.
Komanda oyunlarında Operator tərəfindən
müəyyən olunan proqramda oyunlar göstərilən
bölmənin sol tərəfində ev sahibi kimi
göstərilən komanda, sağ tərəfində isə
qonaq komanda yer alır. Yuxarıda haqqında bəhs edilən
komanda oyunlarında hər hansı bir yer dəyişikliyi
və ya rəqib dəyişikliyi olarsa və bu proqramın
yayılmasından sonra baş verərsə, bütün
edilən mərclərə bir (1,00) əmsalı
veriləcəkdir.
6. Riskin idarə
edilməsi mərkəzi
6.1.
Sabit ehtimallı mərc oyunlarında hər bir seçim
üçün ayrıca və ya iştirakçı
tərəfindən seçilən bir kombinasiya
üçün tam olaraq sabit ehtimalla təqdim edilir.
Əmsallar iki tam onda bir dərəcəsi ilə onda bir
formasında təqdim edilir. Məsələn, 1.20, 2.15, 3.40
və s. riskin idarə edilməsi mərkəzi
əmsalları dəyişdirmə səlahiyyətinə
malik olmaqla, başlanğıc əmsallarını proqramda
müəyyənləşdirir.
6.2.
Riskin idarə edilməsi mərkəzi hər hansı bir
əsas göstərmədən bu və ya digər bir
mərci qəbul etməmək, yaxud onu rədd etmək
səlahiyyətinə malikdir.
6.3.
Riskin idarə edilməsi mərkəzi bir
iştirakçı ilə razılaşmaq üçün
xüsusi səbəblərin mövcud olduğu halda,
iştirakçının seçimlərini
dəyişdirməyi düşünmək səbəbi
ilə xüsusi prosedur tətbiq edə bilər. Son
razılaşma mərcin mərkəzi mərc sistemi
tərəfindən təsdiq edilməsi ilə tamamlanır.
6.4.
Riskin idarə edilməsi mərkəzi hər bir mərc
üçün və ya hər bir mərc növü
üçün maksimum uduşları
müəyyənləşdirir və bunlar proqramda elan edilir.
Konkret iştirakçı və ya iştirakçı qrupu
xüsusi mərcin qəbulu prosedurlarından imtina etmək
məqsədi ilə eyni, yaxud oxşar mərcləri oynayarsa,
Operator sözügedən mərclərin hamısına
maksimum uduş məbləğini tətbiq etmək
hüququna malikdir.
6.5.
Proqramda müəyyən edilən mümkün hər bir
nəticə üçün iştirakçıların
uduşlarını hesablaya biləcəyi əmsallar
təqdim edilir. Proqramda elan olunan əmsallar və
mümkün başqa bir yolla elan edilən əmsallar
başlanğıc əmsallardır və riskin idarə
edilməsi mərkəzi zəruri hesab edərsə,
bunları dəyişdirmə hüququnu özündə saxlayır.
6.6.
Operator müxtəlif mərc oyunlarına dair qaydalar
müəyyən edir və bunları proqramda elan edir. Riskin
idarə edilməsi mərkəzinin bir
iştirakçının bir sütun üçün
seçə biləcəyi minimum oyun miqdarı barədə
qərarı ilə əlaqədar olaraq bir sütun eyni oyunla
əlaqədar olmayan bir neçə oyun nəticəsinə
dair proqnozu nəzərdə tuta bilər. Bu məlumatlar
proqramda elan olunur.
7. Futbol oyunları
7.1.
Futbol oyununun “Oyun nəticəsi”: iştirakçıdan
müəyyən bir futbol oyununun nəticəsi ilə
bağlı proqnoz verməsi tələb olunur.
a)
riskin idarə edilməsi mərkəzi iki komandadan biri
üçün mümkün olan “fora”nı
müəyyənləşdirə bilər. Bu halda bir
komandanın qələbəsi ona verilən “fora”nı
əhatə edən nəticə olacaqdır.
Heç-heçə isə bir komandanın lehinə olan qol
fərqinin onun üçün verilən “fora”ya
bərabər olduğu qələbə halıdır. “Fora”
onda bir şəklində ola bilər və bu halda
nəticə olaraq heç- heçə mümkün deyildir.
Riskin idarə edilməsi mərkəzi “fora”nı istədiyi
zaman dəyişdirmə hüququnu özündə
saxlayır. Bir mərci qazanan kimi qəbul etmək
üçün nəzərə alınan “fora”lar
mərkəzi mərc sistemi tərəfindən təsdiq
edildiyi halda etibarlı sayılan “fora”lardır. Riskin idarə
edilməsi mərkəzi tərəfindən rəsmi olaraq
elan edilən nəticələr yekun nəticə kimi
qəbul ediləcəkdir. Bu nəticələr 90
dəqiqə ərzində ortaya çıxan yekun
nəticələrdir. Digər yekun nəticə: uzatma
vaxtının nəticəsi və ya “qızıl top”
vurulanda əldə olunan nəticə və ya on bir metrlik
cərimə zərbəsindən sonraki nəticə ola
bilər. Bu cür oyunlar proqramda öz əksini
tapmalıdır.
b)
Hər hansı bir oyun ləğv edilərsə və ya
təxirə salınarsa və oyun proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa və ya bir
oyun ikinci hissənin başlamasından əvvəl
təxirə salınıb və başlanğıc
anından etibarən yenidən və ya təxirə
salındığı dəqiqədən etibarən oyunun
normal başa çatma anına qədər olan müddət
proqramda rəsmi olaraq müəyyənləşdirilən
gündən sonrakı təqvim günü ərzində
(oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə) oynanılmazsa
və ya hansı komandanın ev sahibi, hansı komandanın
qonaq komanda olması barədə dəyişiklik
edilərsə və ya proqram elan olunduqdan sonra
rəqiblərdə dəyişiklik edilərsə,
iştirakçıların oyun nəticəsinə dair
mərcləri qəbul edilir, lakin əmsal bir (1,00) olur.
c)
Hər hansı bir oyun ikinci hissədə təxirə
salınarsa və başlanğıc anından etibarən
yenidən və ya təxirə salındığı
dəqiqədən etibarən oyunun normal başa çatma
zamanına qədər olan hissəsi, proqramda rəsmi olaraq
müəyyən edilən gündən sonrakı təqvim (oyunun
keçirildiyi ölkənin yerli vaxtı ilə) günü
ərzində oynanılmazsa, oyun təxirə
salındığı andakı nəticə oyun
nəticəsi olaraq müəyyən olunur.
ç)
Hər hansı bir oyun təxirə salınarsa, yenidən
oynanılarsa və proqramda rəsmi olaraq müəyyən
edilmiş gündən sonrakı təqvim (oyunun
keçirildiyi ölkənin yerli vaxtı ilə) günü
ərzində başa çatarsa, oyunun oyun nəticəsi
keçərli nəticə kimi müəyyən olunur.
7.2.
Futbol oyununun birinci hissəsinin nəticəsi —
iştirakçıdan müəyyən bir futbol oyununun
birinci hissənin nəticəsi ilə bağlı proqnoz
verməsi tələb olunur.
a)
Hakim tərəfindən zədələnmə və
digər səbəblərə görə oyunun
dayandırılması üçün əlavə edilən
vaxt daxil edilməklə, oyunun birinci hissəsinin normal
müddətinin sonunda əldə edilən və riskin
idarə edilməsi mərkəzi tərəfindən rəsmi
olaraq elan olunan yekun birinci hissənin nəticəsi hesab edilir.
b)
Hər hansı bir oyun ləğv edilərsə, yaxud
təxirə salınarsa və oyun proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim (oyunun keçirildiyi ölkənin yerli vaxtı
ilə) günü ərzində oynanılmazsa və ya oyunun
birinci hissəsində təxirə salınarsa və
başlama anından etibarən yenidən və ya
təxirə salındığı dəqiqədən
etibarən oyunun normal başa çatma vaxtına qədər
olan müddət proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü (oyunun keçirildiyi ölkənin yerli
vaxtı ilə) ərzində oynanılmazsa və ya hansı
komandanın ev sahibi, hansı komandanın qonaq komanda olması
ilə bağlı dəyişiklik edilərsə və ya
elan olunduqdan sonra rəqiblər arasında dəyişiklik
edilərsə, iştirakçıların birinci hissənin
nəticəsinə dair mərcləri qəbul edilir, ancaq
əmsal bir (1,00) olur.
c)
Hər hansı bir oyun birinci hissə zamanı təxirə
salınarsa, proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) başlanğıc
anından etibarən yenidən və ya təxirə
salındığı dəqiqədən etibarən başa
çatdırılarsa, birinci hissənin nəticəsi, oyunun
birinci hissəsinin qəti olaraq başa
çatdırıldığı an mövcud olan birinci
hissənin nəticəsidir.
ç)
Hakim tərəfindən zədələnmələr və
digər səbəbdən oyunun dayandırılması
üçün əlavə edilən vaxt daxil olmaqla, oyunun
normal birinci hissəsinin sonunda təxirə salınması
halında oyunun birinci hissəsinin sonunda əldə edilən
nəticə birinci hissənin nəticəsi kimi
nəzərə alınır.
7.3.
Futbol oyununun birinci hissə — oyun nəticəsi —
iştirakçıdan müəyyən bir futbol oyununun
birinci hissəsinin nəticəsini eyni oyunun yekun
nəticəsi ilə birlikdə proqnoz etməsi tələb
olunur.
a)
Riskin idarə edilməsi mərkəzi tərəfindən
rəsmi olaraq elan olunan birinci hissə və oyun
nəticələri yekun nəticələr kimi qəbul
ediləcəkdir. Bu nəticələr oyunun normal
müddəti ərzində ortaya çıxan birinci
hissənin nəticəsinə və yekun nəticəyə
əsaslanır. Yekun nəticənin uzatma müddətinin
sonundakı nəticə və ya “qızıl top” vurulduğu
andakı nəticə və ya on bir metrlik cərimə
zərbəsi vurulduqdan sonra meydana gələn nəticə
olmaq ehtimalı vardır. Bu tipli oyunlar proqramda öz əksini
tapmalıdır.
b)
Hər hansı bir oyun ləğv edilərsə, yaxud
təxirə salınarsa və oyun proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim (oyunun keçirildiyi ölkənin yerli vaxtı
ilə) günü ərzində oynanılmazsa və ya oyunun
ikinci hissəsinin başlanmasından əvvəl
təxirə salınarsa və başlanma anından
etibarən yenidən və ya təxirə
salındığı dəqiqədən etibarən oyunun
normal başa çatma vaxtına qədər olan
müddət proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü (oyunun keçirildiyi ölkənin yerli
vaxtı ilə) ərzində oynanılmazsa və ya hansı
komandanın ev sahibi, hansı komandanın qonaq komandası
olması ilə bağlı dəyişiklik edilərsə
və ya proqram elan olunduqdan sonra rəqiblərdə
dəyişiklik edilərsə, iştirakçıların
birinci hissənin nəticəsinə dair mərcləri
qəbul edilir, ancaq əmsal bir (1,00) olur.
c)
Hər hansı bir oyun ikinci hissədə təxirə
salınarsa və başlanğıc anından etibarən
yenidən və ya təxirə salındığı andan
etibarən oyunun normal başa çatma anına qədər
olan müddət proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa, oyun
təxirə salındığı andakı birinci hissə —
oyun nəticəsi etibarlı sayılır.
ç)
Hər hansı bir oyun təxirə salınarsa, yenidən
oynanılarsa və proqramda rəsmi olaraq
müəyyənləşdirilmiş gündən sonrakı
təqvim (oyunun keçirildiyi ölkənin yerli vaxtı
ilə) günü ərzində başa çatarsa, oyunun
birinci hissə — oyun nəticəsi yekun nəticə kimi
müəyyən olunur.
7.4.
Futbol oyununun hesabı — iştirakçıdan bir futbol oyununun
hesabını proqnoz etməsi tələb olunur.
a)
Oyun hesabı riskin idarə edilməsi mərkəzi
tərəfindən oyunun normal müddəti başa
çatdıqda, əldə edilən nəticəyə
əsaslanaraq rəsmi elan olunan nəticə sayılır.
b)
Hər hansı bir oyun ləğv edilərsə və ya
təxirə salınarsa və oyun proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim (oyunun keçirildiyi ölkənin yerli vaxtı
ilə) günü ərzində oynanılmazsa və ya oyunun
ikinci hissəsinin başlanmasından əvvəl
təxirə salınarsa və başlanma anından
etibarən yenidən və ya təxirə
salındığı dəqiqədən etibarən oyunun
normal başa çatma vaxtına qədər olan
müddət proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü (oyunun keçirildiyi ölkənin yerli
vaxtı ilə) ərzində oynanılmazsa və ya hansı
komandanın ev sahibi, hansı komandanın qonaq komanda olması
ilə bağlı dəyişiklik edilərsə və ya
proqram elan olunduqdan sonra rəqiblərdə dəyişiklik
edilərsə, iştirakçıların oyun hesabı
ilə bağlı mərcləri qəbul edilir, lakin əmsal
bir (1,00) olur.
c)
Hər hansı bir oyun ikinci hissədə təxirə
salınarsa və başlanğıc anından etibarən
yenidən və ya təxirə salındığı andan
etibarən oyunun normal başa çatma anına qədər
olan müddət proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa, oyunun
təxirə salındığı andakı hesabı
keçərli sayılır.
ç)
Hər hansı bir oyun təxirə salınarsa, yenidən
oynanılarsa və proqramda rəsmi olaraq
müəyyənləşdirilmiş gündən sonrakı
təqvim (oyunun keçirildiyi ölkənin yerli vaxtı
ilə) günü ərzində başa çatarsa, oyun
hesabı oyunun başa çatdığı andakı
hesabıdır.
7.5.
Futbol oyununda ilk qolu vuran oyunçu — iştirakçıdan
bir futbol oyununda ilk qolu hansı futbolçunun
vuracağını proqnozlaşdırması tələb
olunur.
a)
Vurulan ilk qol, hakim tərəfindən zədələnmə
və digər səbəblərdən oyunun
dayandırılması səbəbi ilə əlavə
edilən müddət daxil olmaqla, 90 dəqiqəlik oyun
müddəti ərzində vurulan ilk qoldur. Uzatma
müddəti və on bir metrlik cərimə
zərbələrinin vurulması bu mərclərdə
nəzərə alınmır.
b)
Oyuna çıxmayan və ya oyuna ilk qol vurulduqdan sonra
digər bir oyunçunun yerinə daxil olan oyunçulara
münasibətdə həyata keçirilən ilk qolu vurma
proqnozlarına bir (1,00) əmsalı tətbiq olunur.
c)
İlk qol “öz qapısına vurularsa”, vurulan ilk qol
qiymətləndirmələrində bu qol nəzərə
alınmır. İlk qolun “öz qapısına vurulan qol” kimi
mərc edildiyi vəziyyətlər bu qaydalarla əlaqədar
istisna təşkil edir. İlk qolu kimin vurması ilə
bağlı anlaşılmazlıq halında və bu ilk qolun
“öz qapısına vurulan qol” olması müqabilində
oyunu təşkil edən qurumun rəsmi qərarı əsas
götürülür.
ç)
Hər hansı bir oyun birinci qolun vurulmasından sonra ikinci
hissənin başlanmasından əvvəl təxirə
salınarsa və başlanğıc anından etibarən
yenidən və ya təxirə salındığı
dəqiqədən etibarən oyunun normal başa çatma
vaxtına qədər olan müddət proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim (oyunun keçirildiyi ölkənin yerli vaxtı
ilə) günü ərzində oynanılmazsa, ilk qolu
vuranın proqnozlaşdırıldığı sütunlar
nəzərə alınacaqdır. Hər hansı oyun ikinci
hissənin başlanğıcından əvvəl
təxirə salınarsa və hələ birinci qol
vurulmamışdırsa və başlanğıc anından
etibarən yenidən və ya təxirə
salındığı dəqiqədən etibarən oyunun
normal başa çatması vaxtına qədər olan müddət
proqramda rəsmi olaraq müəyyənləşdirilən
gündən sonrakı təqvim günü ərzində
(oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa, ilk qolu kimin vurması ilə bağlı
proqnozlara bir (1,00) əmsalı tətbiq olunur.
d)
Hər hansı bir oyun ikinci hissədə təxirə
salınarsa və başlanğıc anından etibarən
yenidən və ya təxirə salındığı
dəqiqədən etibarən oyunun normal sona çatmasına
qədər olan müddət proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü (oyunun keçirildiyi ölkənin yerli
vaxtı ilə) ərzində oynanılmazsa, ilk qolu kimin
vurması ilə bağlı proqnoz oyunun təxirə
salındığı anda məlum nəticəyə
əsaslanır.
e)
Hər hansı bir oyun təxirə salınarsa, yenidən
oynanılarsa və proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) sona çatarsa, ilk qolu
kimin vurmasına aid proqnoz oyunun yekun nəticəsinə
əsaslanır.
ə)
Hər hansı bir oyun ləğv edilərsə, yaxud
təxirə salınarsa və oyunun son olaraq
oynanıldığı tarix proqramda rəsmi olaraq müəyyənləşdirilən
gündən sonrakı təqvim günündən (oyunun
keçirildiyi ölkənin yerli vaxtı ilə) daha gec olarsa
və ya hansı komandanın ev sahibi, hansı komandanın
qonaq komanda olması ilə bağlı dəyişiklik
edilərsə və ya rəqiblərdən biri
dəyişərsə, bütün bu hallarda
iştirakçıların oyunda ilk qolu kimin vurmasına dair
mərcləri qəbul edilir, lakin əmsal bir (1,00) olur.
7.6.
Futbol oyununda son qolu vuran oyunçu — iştirakçıdan
bir futbol oyununda son qolu hansı futbolçunun vurmasını
proqnoz etməsi tələb olunur.
a)
Vurulan son qol hakim tərəfindən zədələnmə
və digər səbəblərdən oyunun
dayandırılmasına görə əlavə edilən
müddət daxil olmaqla, 90 dəqiqəlik oyun müddəti
ərzində vurulan son qoldur. Uzatma müddəti və on bir
metrlik cərimə zərbələrinin vurulması bu
mərclərdə nəzərə alınmır.
b)
Oyuna çıxmayan və ya oyunda son qol vurulmazdan
əvvəl digər bir oyunçu ilə əvəz
edilən futbolçular barədə edilən son qol
proqnozlarına bir (1,00) əmsalı tətbiq olunur.
c)
Son qol “öz qapısına vurularsa”, vurulan son qol
qiymətləndirmələrində bu qol nəzərə
alınmır. Son qolun “öz qapısına vurulan qol” kimi
mərc edildiyi hallar bu Qaydalara əsasən istisna
təşkil edir. Son qolu kimin vurması ilə bağlı
anlaşılmazlıq halında və bu son qolun “öz
qapısına vurulan qol” olması halında oyunu təşkil
edən qurumun rəsmi qərarı əsas
götürülür.
ç)
Hər hansı bir oyun ikinci hissənin başlanmasından
əvvəl təxirə salınarsa və təxirə
salınma anından normal müddətin bitməsinə
qədər olan hissəsi proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa, son qolu kimin
vurması ilə bağlı proqnozlara bir (1,00) əmsalı
tətbiq olunur.
d)
Hər hansı bir oyun ikinci hissənin başlanmasından
sonra təxirə salınarsa və təxirə salınma
anından oyunun normal müddətinin bitməsinə
qədər olan hissəsi proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa, son qolu kimin
vurması ilə bağlı proqnozlar oyunun təxirə
salındığı anda məlum nəticəyə
əsaslanır.
e)
Hər hansı bir oyun təxirə salınarsa, yenidən
oynanılarsa və proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) başa çatarsa, son qolu
kimin vurmasına aid proqnoz oyunun yekun nəticəsinə
əsaslanır.
ə)
Hər hansı oyun ləğv edilərsə, yaxud
təxirə salınarsa və oyun proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa və ya
hansı komandanın ev sahibi, hansı komandanın qonaq komanda
olması ilə bağlı dəyişiklik edilərsə və
ya rəqiblərdən biri dəyişərsə, bu hallarda
iştirakçıların oyunun son qolunu kimin vurmasına
dair proqnozları qəbul edilir, lakin əmsal bir (1,00) olur.
7.7.
Futbol oyununda qol vuran oyunçu — iştirakçıdan bir
futbol oyununda hansı futbolçunun qol vuracağını
proqnoz etməsi tələb olunur.
a)
Vurulan qol hakim tərəfindən zədələnmə
və digər səbəblərdən oyunun dayandırılmasına
görə əlavə edilən müddət daxil olmaqla, 90
dəqiqəlik oyun müddəti ərzində vurulan qoldur.
Uzadılan müddət və on bir metrlik cərimə
zərbələrinin vurulması bu mərclərdə
nəzərə alınmır.
b)
Oyuna çıxmayan oyunçularla bağlı qol
proqnozlarına bir (1,00) əmsalı tətbiq olunur.
c)
Hər hansı bir oyun ikinci hissənin başlanmasından
əvvəl bir və ya bir neçə qol qeyd edildikdən
sonra təxirə salınarsa və təxirə salınma
anından oyunun normal müddətinin bitməsinə
qədər olan hissəsi proqramda rəsmi olaraq müəyyənləşdirilən
gündən sonrakı təqvim günü ərzində
(oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa, vurulan qolları hansı oyunçunun, yaxud
oyunçuların vurmasına dair düzgün proqnozlar
uduş almağa haqq qazanacaq, digər tərəfdən
başqa futbolçulara dair proqnozlara bir (1,00) əmsalı
tətbiq olunacaq. Hər hansı bir oyun ikinci hissənin
başlanmasından əvvəl təxirə salınarsa
və hələ birinci qol vurulmayıbsa və təxirə
salınma anından oyunun normal müddətinin
bitməsinə qədər olan hissəsi proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa, qolu kimin
vurmasına dair proqnozlara bir (1,00) əmsalı tətbiq olunur.
ç)
Hər hansı bir oyun ikinci hissənin başlanmasından
sonra təxirə salınarsa və oyunun qalan hissəsi
proqramda rəsmi şəkildə
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa, qolu kimin
vurmasına dair proqnoz oyun təxirə salındığı
anda mövcud olan nəticəyə əsaslanır.
d)
Hər hansı bir oyun təxirə salınarsa, yenidən
oynanılarsa və proqramda rəsmi şəkildə
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) başa çatarsa, qolu
kimin vurmasına dair proqnoz oyunun yekun nəticəsinə
əsaslanır.
e)
Hər hansı bir oyun ləğv edilərsə və ya
təxirə salınarsa və oyun proqramında rəsmi
şəkildə müəyyənləşdirilən
gündən sonrakı təqvim günü ərzində
(oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa və ya kimin ev sahibi, yaxud qonaq komanda olması
ilə bağlı dəyişiklik edilərsə və ya
rəqiblərdən biri dəyişərsə, bütün
bu hallarda iştirakçıların oyunda qolu kimin vurmasına
dair proqnozları qəbul edilir, lakin əmsal bir (1,00) olur.
ə)
Hər hansı bir futbol oyununda qolu kimin vurmasına dair
proqnozlar bir sütun içində eyni oyunun ilk qolunu və son
qolunu kimin atmasına dair proqnozlarla birləşdirilə
bilər. Bundan əlavə, tək bir sütun içində
ilk qolu vurana dair proqnozu son qolu vurana dair proqnozla
birləşdirməyə də icazə verilir. Bir sütunda
eyni futbolçu ilə bağlı proqnozlar
birləşdirilə bilməz.
7.8.
Futbol oyununda ilk qolu vuran komanda — iştirakçıdan bir
futbol oyununda ilk qolu vuracaq komandanı proqnoz etməsi
tələb olunur.
a)
İlk qolu vuran komanda riskin idarə edilməsi mərkəzi
tərəfindən oyunun normal müddəti başa
çatdıqda əldə edilən nəticəyə
əsaslanaraq rəsmi şəkildə elan edilən
nəticədir.
b)
Hər hansı bir oyun bir qol vurulduqdan sonra ikinci hissənin
başlanmasından əvvəl təxirə salınarsa
və təxirə salınma anından oyunun normal müddətinin
bitməsinə qədər olan hissə proqramda rəsmi
şəkildə müəyyənləşdirilən
gündən sonrakı təqvim günü ərzində
(oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa, ilk qolu vuran komandaya dair proqnozu əhatə
edən sütunlar nəzərə alınır. Hər
hansı bir oyun ikinci hissənin başlanmasından
əvvəl təxirə salınarsa və hələ birinci
qol vurulmayıbsa və təxirə salınma anından oyunun
normal müddətinin bitməsinə qədər olan
hissəsi proqramda rəsmi şəkildə
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa, ilk qolu vuran
komandaya dair proqnozlara bir (1,00) əmsalı tətbiq olunur.
c)
Hər hansı bir oyun ikinci hissənin başlanmasından
sonra təxirə salınarsa və oyunun qalan hissəsi
proqramda rəsmi şəkildə müəyyənləşdirilən
gündən sonrakı təqvim günü ərzində
oynanılmazsa, ilk qolu vuran komandaya dair proqnoz oyun təxirə
salındığı andakı nəticəyə
əsaslanacaqdır.
ç)
Hər hansı bir oyun təxirə salınarsa, yenidən
oynanılarsa və proqramda rəsmi şəkildə
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü (oyunun keçirildiyi ölkənin yerli
vaxtı ilə) ərzində bitərsə, bu mərcin udan
nəticəsi oyunun yekun nəticəsinə
əsaslanacaqdır.
d)
Hər hansı bir oyun ləğv edilərsə və ya
təxirə salınarsa və oyunun son olaraq
oynanıldığı tarix (təşkil edən qurumun yerli
vaxtı ilə) proqramda rəsmi şəkildə
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa və ya
hansı komandanın ev sahibi, hansı komandanın qonaq komanda
olmasına dair dəyişiklik edilərsə və ya
rəqiblərdən biri dəyişərsə, bütün
bu hallarda iştirakçıların ilk qolu vuran komandaya dair
proqnozları qəbul edilir, ancaq əmsal bir (1,00) olur.
7.9.
Futbol oyununda qol vuracaq və ya vurmayacaq komanda —
iştirakçıdan futbol oyununda bir və ya hər iki
komandanın qol vurub- vurmayacağını
proqnozlaşdırması tələb olunur.
a)
Qol vuran komanda, yaxud komandalar riskin idarə edilməsi
mərkəzi tərəfindən oyunun normal müddətinin
başa çatdığı zaman əldə edilən
nəticəyə əsaslanaraq, rəsmi şəkildə
elan edilən komandalardır.
b)
Hər hansı bir oyun, komandalardan birinin qol vurmasından sonra
ikinci hissənin başlanmasından əvvəl təxirə
salınarsa və təxirə salınma anından etibarən
oyunun normal müddətinin bitməsinə qədər olan
hissəsi proqramda rəsmi şəkildə
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa, qol vuran komanda
üçün oynanılan mərclər uduş
məbləğini almağa haqq qazanır, digər
tərəfdən bu komandanın qol vurmayacağına dair
proqnozlar uduzur. Bu halda bütün digər nəticələr
üzrə oynanılan mərclərə bir (1,00)
əmsalı tətbiq olunur.
c)
Hər hansı bir oyunda qol vurularsa, ikinci hissənin
başlanmasından əvvəl təxirə salınarsa
və təxirə salınma anından oyunun normal
müddətinin bitməsinə qədər olan hissəsi
proqramda rəsmi şəkildə
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa, hər iki
komanda qol vurubsa — hər iki komandanın da qol vuracağına
dair mərclər, ev sahibi olan komanda qol vurubsa — ev sahibi olan
komandanın qol vuracağına dair mərclər və ya
qonaq komanda qol vurubsa — qonaq komandanın qol vuracağına dair
mərclər uduş almağa haqq qazanır, digər qalan
nəticələrə dair proqnozlar mərci uduzur.
ç)
Hər hansı bir oyun ikinci hissənin başlanmasından
əvvəl təxirə salınarsa və oyunda qol
vurulmayıbsa və təxirə salınma anından
etibarən oyunun normal müddətinin bitməsinə qədər
olan hissəsi proqramda rəsmi şəkildə
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa, qol vuracaq
və ya vurmayacaq komanda mərci üçün
istənilən nəticə proqnozuna bir (1,00) əmsalı
tətbiq olunur.
d)
Hər hansı bir oyun ikinci hissənin başlanmasından
sonra təxirə salınarsa və oyunun qalan hissəsi proqramda
rəsmi olaraq müəyyənləşdirilən
gündən sonrakı təqvim günü ərzində
(oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa, bu mərc üçün uduşu qazanan
nəticə oyunun təxirə salındığı anda
mövcud olan nəticəyə əsaslanır.
e)
Hər hansı bir oyun təxirə salınarsa, yenidən
oynanılarsa və proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) başa çatarsa, bu
mərcin uduş qazandıran nəticəsi oyunun yekun
nəticəsinə əsaslanır.
ə)
Hər hansı bir oyun ləğv edilərsə və ya
təxirə salınarsa və oyunun son olaraq
oynanıldığı tarix proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı təqvim
günü ərzində (oyunun keçirildiyi ölkənin
yerli vaxtı ilə) və ya ev sahibi, yaxud qonaq komandanın
kim olması ilə bağlı dəyişiklik
edilərsə, ya rəqiblərdən biri
dəyişərsə, bütün bu hallarda
iştirakçıların komandanın qol vuracağına
və ya vurmayacağına dair proqnozları qəbul edilir,
lakin əmsal bir (1,00) olur.
7.10.
Futbol oyununda vurulan qol cəmi — iştirakçıdan bir
futbol oyununda vurulan ümumi qol cəminin müəyyən bir
nisbətdə olub- olmadığına dair proqnoz verməsi
tələb olunur.
a)
Hər hansı bir futbol oyununda vurulan ümumi qol cəmi riskin
idarə edilməsi mərkəzi tərəfindən rəsmi
olaraq elan olunan və oyunun normal müddətinin sona
çatması ilə əldə edilən nəticəyə
əsaslanan hər iki komandanın vurduğu qolların
cəmini bildirir.
b)
Hər hansı bir oyun ləğv edilərsə və ya
təxirə salınarsa və proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa və ya ev
sahibi, yaxud qonaq komandanın müəyyən olunması
ilə bağlı dəyişiklik edilərsə və ya
rəqiblərdən biri dəyişərsə, bütün
bu hallarda iştirakçıların oyunda vurulan qolların
cəminə dair proqnozları qəbul edilir, lakin əmsal bir
(1,00) olur.
c)
Hər hansı bir oyun ikinci hissənin başlanmasından
əvvəl təxirə salınarsa və təxirə
salınma anından oyunun normal müddətinin sona
çatmasına qədər olan hissəsi proqramda rəsmi
olaraq müəyyənləşdirilən gündən
sonrakı təqvim günü ərzində (oyunun
keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa və təxirə salınma anında vurulan
qolların cəmi ən yüksək nisbətdədirsə,
bu nisbətə aid olan proqnozlar uduşu qazanır, qalan
nisbətlərə dair digər proqnozlar mərci uduzur.
ç)
Hər hansı bir oyun ikinci hissənin başlanmasından
əvvəl təxirə salınarsa və təxirə
salınma anından etibarən oyunun normal müddətinin sona
çatmasına qədər olan hissəsi proqramda rəsmi
olaraq müəyyənləşdirilən gündən
sonrakı təqvim günü ərzində (oyunun
keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa və təxirə salınma anında vurulan
qolların cəmi ən yüksək nisbətdən
azdırsa, bu mərc növünə dair proqnozlara bir (1,00)
əmsalı tətbiq olunur.
d)
Hər hansı bir oyun ikinci hissə başlandıqdan sonra
təxirə salınarsa və oyunun qalan hissəsi proqramda
rəsmi olaraq müəyyənləşdirilən
gündən sonrakı təqvim günü ərzində
(oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa, təxirə salınma anında vurulan
qolların cəmi vurulan yekun qol sayı kimi müəyyən
olunur.
e)
Hər hansı bir oyun təxirə salınarsa, yenidən
oynanılarsa və proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) sona çatarsa,
keçərli sayılan qolların ümumi sayı oyunun
yekununda vurulan qolların cəminə bərabər
olacaqdır.
7.11.
Futbol oyununda konkret bir limitdən “Alt/Üst” vurulan qollar —
iştirakçıdan bir futbol oyununda vurulan qolların
cəminin proqramda göstərilən bir limitdən “Alt”, yaxud
“Üst” olmasını proqnoz etməsi tələb olunur.
a)
Hər hansı bir futbol oyununda vurulan qolların cəmi riskin
idarə edilməsi mərkəzi tərəfindən rəsmi
olaraq elan edilən və oyunun normal müddəti sona
çatdıqda elan olunan nəticəyə əsaslanan
hər iki komandanın vurduğu qolların cəmini ifadə
edəcəkdir.
b)
Hər hansı bir oyun ləğv edilərsə və ya
təxirə salınarsa və oyun proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa və ya ev
sahibi, yaxud qonaq komandanın müəyyən olunması
ilə bağlı dəyişiklik edilərsə, ya
rəqiblərdən biri dəyişərsə, bütün
bu hallarda iştirakçıların “Alt/Üst”
proqnozları qəbul edilir, lakin əmsal bir (1,00) olur.
c)
Hər hansı bir oyun ikinci hissənin başlanmasından
əvvəl təxirə salınarsa və təxirə
salınma anından oyunun normal müddətinin sona
çatmasına qədər olan hissəsi proqramda rəsmi
olaraq müəyyənləşdirilən gündən
sonrakı təqvim günü ərzində (oyunun
keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa və təxirə salınma anında vurulan
qolların ümumi sayı proqramda göstərilən
limitdən çox olarsa, limiti aşan nəticə uduşu
qazanan nəticə, limitdən az olan nəticə isə uduzan
nəticə olacaqdır. Hər hansı bir oyun ikinci
hissənin başlanmasından əvvəl təxirə
salınarsa və təxirə salınma anından oyunun normal
müddətinin sona çatmasına qədər olan
hissəsi proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa və
təxirə salınma anında vurulmuş qolların cəmi
proqramda göstərilən limitin altında olarsa, hər iki
nəticəyə “Alt/Üst” bir (1,00) əmsal verilir.
ç)
Hər hansı bir oyun ikinci hissə başlandıqdan sonra
təxirə salınarsa və oyunun geri qalan hissəsi
proqramda rəsmi olaraq müəyyənləşdirilən
gündən sonrakı təqvim günü ərzində
(oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa, təxirə salınma anında vurulan
qolların cəmi vurulan yekun qolların cəmi kimi
müəyyən olunur.
d)
Hər hansı bir oyun təxirə salınarsa, yenidən
oynanılarsa və proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) sona çatarsa,
keçərli sayılan qolların cəmi oyunun yekununda
vurulan qolların cəminə bərabər olacaqdır.
7.12.
Futbol oyununun ilk hissəsində konkret bir limitdən
“Alt/Üst” vurulan qollar — iştirakçıdan bir futbol
oyununun birinci hissəsində vurulan qolların ümumi
sayının proqramda göstərilən bir limitdən az,
yaxud çox olacağını proqnoz etməsi tələb
olunur.
a)
Hər hansı bir futbol oyununun ilk hissəsində vurulan
qolların cəmi riskin idarə edilməsi mərkəzi
tərəfindən rəsmi elan edilən və oyunun ilk
hissəsinin normal müddətinin sona çatması zaman
əldə edilən nəticəyə əsaslanan hər iki
komandanın vurduğu qolların cəminə bərabər
olacaqdır.
b)
Hər hansı bir oyun ləğv edilərsə, yaxud
təxirə salınarsa və proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa və ya ev
sahibi, yaxud qonaq komandanın müəyyən olunması
ilə bağlı dəyişiklik edilərsə və ya
rəqiblərdən biri dəyişərsə, bütün
bu hallarda iştirakçıların ilk hissə
üçün “Alt/Üst” mərcləri qəbul edilir,
lakin əmsal bir (1,00) olur.
c)
Hər hansı bir oyun ilk hissə sona çatmazdan
əvvəl təxirə salınarsa və təxirə
salınma anından oyunun normal müddətinin
bitməsinə qədər olan hissəsi proqramda rəsmi
olaraq müəyyənləşdirilən gündən
sonrakı təqvim günü ərzində (oyunun
keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa və təxirə salınma anında vurulan
qolların ümumi sayı proqramda göstərilən limitdən
çoxdursa, limiti aşan nəticə mərci udan, limitə
çatmayan nəticə isə mərci uduzan nəticə
olacaqdır. Hər hansı bir oyun ilk hissənin sona
çatmasından əvvəl təxirə salınarsa və
təxirə salınma anından oyunun normal müddətinin
sona çatmasına qədər olan hissəsi proqramda
rəsmi olaraq müəyyənləşdirilən
gündən sonrakı təqvim günü ərzində
(oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa və təxirə salınma anında vurulan
qolların cəmi proqramda göstərilən limitə
çatmazsa, hər iki nəticəyə “Alt” və “Üst”
bir (1,00) əmsal verilir.
ç)
Hər hansı bir oyun təxirə salınarsa, yenidən
oynanılarsa və proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) başa çatarsa, ilk
hissədə vurulan qolların cəmi oyunda vurulan qolların ümumi
sayı hesab ediləcəkdir.
7.13.
Futbol oyununda kartların (sarı və qırmızı)
ümumi sayı və on bir metrlik cərimə
zərbələrinin ümumi sayı —
iştirakçıdan bir futbol oyununda göstərilən
ümumi kart (sarı və qırmızı) sayının
və ya on bir metrlik cərimə zərbələrinin
sayının proqramda göstərilən limitdən az, yaxud
çox olmasını proqnoz etməsi tələb olunur.
a)
Hər hansı bir futbol oyununda göstərilən
kartların (sarı və qırmızı) ümumi sayı
və ya vurulan on bir metrlik cərimə zərbələrinin
sayı riskin idarə edilməsi mərkəzi
tərəfindən rəsmi şəkildə elan edilən
və oyunun normal müddətinin bitdiyi zaman (hakim
tərəfindən zədələnmə, yaxud digər
səbəblərlə əlaqədar oyunun
dayandırılmasına görə müddət əlavə
edilməklə) əldə edilən nəticəyə
əsaslanan, hər iki komandaya verilən kartların (sarı
və qırmızı) ümumi sayını və ya on bir
metrlik cərimə zərbələrinin ümumi
sayını ifadə edəcəkdir. Uzatma müddəti və
on bir metrlik cərimə zərbələrinin vurulması bu
mərclərdə nəzərə alınmır.
b)
Hər hansı bir oyun ləğv edilərsə, yaxud
təxirə salınarsa və oyun proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa və ya
hansı komandanın ev sahibi, hansı komandanın qonaq komanda
olması ilə bağlı dəyişiklik edilərsə,
yaxud rəqiblərdən biri dəyişərsə,
bütün bu hallarda iştirakçıların
göstərilən kartların (sarı və
qırmızı) ümumi sayına və ya vurulan on bir
metrlik cərimə zərbələrinin ümumi sayına
dair proqnozları qəbul edilir, lakin əmsal bir (1,00) olur.
c)
Hər hansı bir oyun ikinci hissənin başlanmasından
əvvəl təxirə salınarsa və təxirə
salınma anından oyunun normal müddətinin
bitməsinə qədər olan hissəsi proqramda rəsmi
olaraq müəyyənləşdirilən gündən
sonrakı təqvim günü ərzində (oyunun
keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa və təxirə salınma anında
verilən kartların (sarı və qırmızı)
ümumi sayı və ya vurulan on bir metrlik cərimə
zərbələrinin ümumi sayı proqramda
göstərilən limitdən çoxdursa, limiti aşan
nəticə uduşu qazanan nəticə, limitə
çatmayan nəticə mərci uduzan nəticə
olacaqdır. Hər hansı bir oyun ikinci hissənin
başlanmasından əvvəl təxirə salınarsa
və təxirə salınma anından oyunun normal
müddətinin bitməsinə qədər olan hissəsi
proqramda rəsmi olaraq müəyyənləşdirilən
gündən sonrakı təqvim günü ərzində
(oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa və təxirə salınma anında
göstərilən kartların (sarı və
qırmızı) ümumi sayı və vurulan on bir metrlik
cərimə zərbələrinin ümumi sayı proqramda
göstərilən limitdən az olarsa, hər iki
nəticəyə — “Alt” və “Üst” bir (1,00) əmsal
verilir.
ç)
Hər hansı bir oyun ikinci hissə başlandıqdan sonra
təxirə salınarsa və oyunun qalan hissəsi proqramda
rəsmi olaraq müəyyənləşdirilən
gündən sonrakı təqvim günü ərzində
(oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə) oynanılmazsa,
təxirə salınma anında göstərilən
kartların (sarı və qırmızı) ümumi sayı
və ya on bir metrlik cərimə zərbələrinin
ümumi sayı göstərilən kartların (sarı
və qırmızı) və vurulan on bir metrlik cərimə
zərbələrinin ümumi sayı kimi müəyyən
olunur.
d)
Hər hansı bir oyun təxirə salınarsa, yenidən
oynanılarsa və proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) başa çatarsa,
göstərilən kartların (sarı və
qırmızı) ümumi sayı və ya vurulan on bir metrlik
cərimə zərbələrinin ümumi sayı oyunda
göstərilən kartların (sarı, yaxud
qırmızı) və vurulan on bir metrlik cərimə
zərbələrinin sayına bərabər olacaqdır.
7.14.
Futbol oyununda ilk qolun nə zaman vurulması —
iştirakçıdan hər hansı bir futbol oyununda ilk qolun
nə zaman vurulacağını proqnoz etməsi tələb
olunur.
a)
Vurulan ilk qol hakim tərəfindən zədələnmə
və digər səbəblərə görə oyunun
dayandırılmasına görə əlavə edilən
müddət də daxil olmaqla, 90 dəqiqəlik oyun
müddətində vurulan ilk qol olub, riskin idarə edilməsi
mərkəzi tərəfindən elan edilən nəticə
əsasında götürüləcəkdir. Uzatma
müddəti və on bir metrlik cərimə zərbələrinin
vurulması bu mərclərdə nəzərə
alınmır.
b)
Hər hansı bir oyun birinci qol vurulduqdan sonra ikinci hissənin
başlanmasından əvvəl təxirə salınarsa
və təxirə salınma anından oyunun normal
müddətinin bitməsinə qədər olan hissəsi
proqramda rəsmi olaraq müəyyənləşdirilən
gündən sonrakı təqvim günü ərzində
(oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa, ilk qolun vurulma vaxtının proqnoz edildiyi
sütunlar nəzərə alınır.
c)
Hər hansı bir oyun ikinci hissənin başlanmasından
əvvəl təxirə salınarsa və hələ birinci
qol vurulmayıbsa və təxirə salınma anından oyunun
normal müddətinin sona çatmasına qədər olan
hissəsi proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonraki
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa, ilk qolun
vurulma vaxtına dair proqnozlara bir (1,00) əmsalı tətbiq
olunur.
ç)
Hər hansı bir oyun ikinci hissənin başlanmasından
sonra təxirə salınarsa və oyunun qalan hissəsi proqramda
rəsmi olaraq müəyyənləşdirilən
gündən sonrakı təqvim günü ərzində
(oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa, ilk qolun vurulma vaxtına dair ehtimal oyunun
təxirə salındığı anda mövcud
nəticəyə əsaslanır. Qol vurulmayıbsa, ilk qolun
vurulma zamanına dair bütün mərclər uduzulur.
d)
Hər hansı bir oyun təxirə salınarsa, yenidən
oynanılarsa və proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) sona çatarsa, ilk qolun
vurulma zamanına dair proqnoz oyunun yekun nəticəsinə
əsaslanır.
e)
Hər hansı bir oyun ləğv edilərsə və ya
təxirə salınarsa və oyun proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa və ya
hansı komandanın ev sahibi, hansı komandanın qonaq komanda
olması ilə bağlı dəyişikliklər
edilərsə və ya rəqiblərdən biri
dəyişilərsə, bütün bu hallarda
iştirakçıların mərcləri qəbul edilir,
lakin əmsal bir (1,00) olur.
ə)
Hər hansı bir futbol oyununda ilk qolun nə zaman
vurulacağına dair proqnozlar bir sütun içində eyni
oyunun ilk qolunu, ya son qolunu və ya hər hansı bir qolunu
vurana dair proqnozlarla birləşdirilir. Bir sütun eyni futbolçu
ilə bağlı proqnozları birləşdirə
bilməz. İlk qolu, ya son qolu və ya hər hansı bir qolu
vurana dair proqnozlara bir (1,00) əmsalının verilməsi
halında mərc ilk qolun vurulma zamanı ilə bağlı
oynanılan mərc kimi qəbul edilir. İlk qolun vurulma
zamanının ilk və ya son, yaxud hər hansı bir qolu
vurana dair proqnozla birləşdirilməsi və ilk qolun vurulma
vaxtına dair proqnoza bir (1,00) əmsalının verilməsi
halında bütün mərclər iştirakçılara
geri qaytarılır.
7.15.
Hər hansı bir futbol turnirinin qalibi
Hər
hansı bir futbol turnirindəki yarımfinal
görüşünün qalibi
Müxtəlif
futbol turnirlərinin qrup mərhələlərinin
qalibləri — iştirakçıdan konkret bir futbol
turnirində hansı komandanın birinci olacağını
və ya futbol turnirinin yarımfinal görüşünü
hansı komandanın qazanacağını və ya bir futbol
turnirinin seçmə oyunlarında qrup birincisinin hansı
komanda olacağını proqnoz etməsi tələb olunur.
a)
Hər hansı bir turnirin qalibi və ya yarımfinalın
qalibi və ya turnirin müəyyən bir
görüşünün qalibi, turnirin
təşkilatçısı tərəfindən müəyyənləşdirilən
yarış şərtlərinə uyğun olaraq
müəyyənləşdirilir. Bu variantı udanın
müəyyənləşdirilmə forması (xal
ardıcıllığı, final görüşləri
(uzatma dəqiqələri, mümkün on bir metrlik
cərimə zərbələri daxildir), növbəti
mərhələyə keçmək üçün
yarış və ya turniri tərk etmə) müstəqildir.
b)
Proqramda başqa hal nəzərdə tutulmayıbsa, hər
hansı səbəbdən növbəti
mərhələyə keçməyən və ya
çıxarılan komanda ilə bağlı oynanılan
mərclər qazanan mərc kimi qiymətləndirilə
bilməz.
c)
İstənilən səbəbdən turnirdə iştirak
etməyən komandaya dair oynanılan mərclərə bir
(1,00) əmsalı tətbiq olunur.
ç)
Hər hansı səbəbdən bir turnirin ləğv
edilməsi halında, bütün mərc əmsalları bir
(1,00) olaraq dəyişdiriləcəkdir.
7.16.
Hər hansı bir futbol turnirinin finalında
qarşılaşan komandalar — iştirakçıdan
müəyyən bir futbol turnirində final oyununa
çıxacaq komandaları proqnozlaşdırmaq tələb
olunur.
a)
Finala çıxacaq komandalar turniri təşkil edən
təşkilat tərəfindən
müəyyənləşdirilən turnir
şərtlərinə uyğun olaraq müəyyənləşdirilir.
Bu, on bir metrlik cərimə zərbələrinin vurulmasını
da əhatə etməklə, bu komandaların finala
çıxma üsulundan asılı deyildir.
b)
Proqramda başqa hal nəzərdə tutulmayıbsa, hər
hansı səbəbdən növbəti
mərhələyə çıxa bilməyən və ya
turniri tərk edən komandaya dair verilən mərclər
qazanan mərclər sayıla bilməz.
c)
Hər hansı bir səbəbdən turnirdə iştirak
etməyən bir komanda ilə bağlı oynanılan
mərclərə bir (1,00) əmsalı tətbiq
olunacaqdır.
ç)
Hər hansı səbəbdən turnirin ləğv
edilməsi halında bütün mərc əmsalları bir
(1,00) olaraq dəyişdirilir.
7.17.
Hər hansı bir futbol turnirinin bombardiri —
iştirakçıdan müəyyən bir futbol turnirində
hansı oyunçunun ən çox qol vuracağını
proqnoz etməsi tələb olunur.
a)
Proqramda başqa hal nəzərdə tutulmayıbsa,
müəyyən bir turnirdə bombardir turniri təşkil
edən təşkilat tərəfindən
müəyyənləşdirilən qaydalar və turnirin
əhatə dairəsində əldə edilən
nəticələrə uyğun şəkildə
müəyyənləşdirilir.
b)
Hər hansı bir turnirin bombardiri
müəyyənləşdirilərkən mümkün uzatma
müddətində vurulan qollar da daxil edilir, lakin on bir metrlik
cərimə zərbələrindən vurulan qollar
nəzərə alınmır.
c)
Turnirdə iştirak etməyən oyunçularla bağlı
verilən mərclərdə yarışda iştirak
edəcək oyunçuların siyahısında yer
almasına baxmayaraq, hər hansı bir səbəbdən
oynamayan oyunçularla bağlı oynanılan mərclər
qəbul edilsə də onların əmsalı bir (1,00)
olacaqdır.
ç)
Komandası turnirdən çıxarılan oyunçularla
bağlı oynanılan mərclərə bir (1,00)
əmsalı tətbiq olunacaqdır.
d)
Turnirin ləğv edildiyi halda, bombardirlə bağlı
həyata keçirilən bütün proqnozlara bir (1,00)
əmsalı tətbiq olunacaqdır.
e)
Eyni sayda qol vuran və turnirin bombardirləri olaraq qəbul
edilən iki və ya daha çox oyunçunun olması
halında hər bir oyunçuya verilən əmsallar,
ümumi qol kralı sayına bölünür. Bu qaydanı
tətbiq etməklə, iştirakçılara
ödəniləcək əmsallar birdən (1,00) az ola
bilməz.
7.18.
Futbol görüşünün yekun nəticəsi ilə
bağlı canlı mərc — iştirakçıdan
müəyyən bir futbol görüşü ilə
bağlı nəticəni proqnoz etməsi və
mərclərin görüş keçirilərkən
verilməsi tələb olunur.
a)
Bu mərc növündə ləğv etməyə icazə
verilmir. Canlı mərclər görüşün
başlanğıcından bir neçə dəqiqə
əvvəl başlanğıc əmsalların mümkün
yolla elan edilməsi ilə başlayır və
görüşün normal müddətinin başa
çatması ilə yekunlaşır.
b)
Bu mərcə aid proqnozlar proqramda başqa hal
nəzərdə tutulmayıbsa, digər tədbirlər
və ya mərc növləri ilə birləşdirilə
bilməz.
c)
Görüşün normal müddəti ərzində ortaya
çıxan yekun nəticəyə əsaslanmaqla, riskin
idarə edilməsi mərkəzi tərəfindən rəsmi
elan edilən nəticə yekun nəticə olaraq qəbul
edilir. Uzatma müddəti və on bir metrlik cərimə
zərbələri bu mərcdə nəzərə
alınmır.
ç)
Hər hansı bir oyun ikinci hissənin başlanmasından
əvvəl təxirə salınarsa və təxirə
salınma anından görüşün normal
müddətinin sona çatmasına qədər olan
hissəsi üç saat ərzində oynanılmazsa,
iştirakçıların yekun nəticə proqnozları
qəbul edilir, lakin əmsal bir (1,00) olur.
d)
Hər hansı bir oyun ikinci hissədə təxirə
salınarsa və görüşün qalan hissəsi
üç saat ərzində oynanılmazsa, oyun təxirə
salındığı andan mövcud olan nəticə yekun
nəticə kimi müəyyən olunacaqdır.
7.19.
Uzatma müddəti və ya on bir metrlik cərimə
zərbələri nəticəsində hansı komandanın
növbəti mərhələyə
çıxacağına və ya bir futbol turnirini qazanacaq
komandaya dair canlı mərc — iştirakçıdan hansı
komandanın növbəti mərhələyə
çıxacağına və ya hər hansı bir futbol
turnirini qazanacaq komandaya dair proqnoz verməsi mərclərini
ancaq uzatma müddəti ərzində və ya on bir metrlik
cərimə zərbələri zamanı etmələri
tələb olunur.
a)
Bu mərc növündə ləğv etməyə icazə
verilmir.
b)
Bu mərc növündə proqnozlar proqramda başqa hal
nəzərdə tutulmayıbsa, digər tədbirlər
və ya mərc növləri ilə birləşdirilə
bilməz.
c)
Canlı mərclər hər hansı bir
görüşün normal müddəti bitdikdən sonra
başlanğıc əmsalların mümkün yolla elan
edilməsi ilə başlayır və növbəti
mərhələyə çıxmağa hüquq qazanan
komanda və ya oyun nəticəsini qazanacaq komandanın
müəyyən edilməsi ilə yekunlaşır.
ç)
Hər hansı bir oyun uzatma müddəti ərzində və
ya on bir metrlik cərimə zərbələri zamanı
təxirə salınarsa və ya təxirə salınma
anından sonrakı hissə üç saat ərzində
oynanılmazsa, iştirakçıların hansı komandanın
növbəti mərhələyə çıxmasına
və ya futbol turnirini qazanacaq komandaya dair etdikləri
mərcləri qəbul edilir, lakin əmsal bir (1,00) olur.
7.20.
Hər hansı bir futbol turnirində hər hansı bir
komandanın uduzaraq və ya digər səbəbdən
turnirdən kənarlaşdırılması —
iştirakçıdan hər hansı futbol turnirində
müəyyən bir komandanın uduzaraq və ya digər
səbəbdən turnirdən çıxarılacağını
proqnoz etməsi tələb olunur.
a)
Müəyyən bir komandanın uduzaraq və ya digər
səbəbdən oyunlardan çıxarılacağı
dövr turniri təşkil edən təşkilatın turnir
qaydalarına uyğun olaraq müəyyənləşdirilir.
Bu qalib gələnin müəyyənləşdirilmə
formasından (xal ardıcıllığı, final
görüşləri (uzatma dəqiqələri,
mümkün on bir metrlik cərimə zərbələri
daxildir), növbəti mərhələyə keçmək
üçün yarış və ya turniri tərk etmə)
asılı deyildir.
b)
Hər hansı səbəbdən turnirdə iştirak
etməyən bir komandaya dair oynanılan mərclərə bir
(1,00) əmsalı tətbiq olunacaqdır.
c)
Hər hansı səbəbdən bir turnirin ləğv
edilməsi halında, bütün mərc əmsalları bir
(1,00) olaraq müəyyən olunacaqdır.
7.21.
Hər hansı bir futbol görüşünü
əlavə olunmuş vaxtda qazanan komanda —
iştirakçıdan müəyyən bir futbol
görüşünü əlavə olunmuş vaxtda
hansı komandanın qazanacağını proqnoz etməsi
tələb olunur.
a)
Qalib komanda riskin idarə edilməsi mərkəzi
tərəfindən rəsmi elan olunan komandadır və
görüşün uzatma müddətində əldə
edilən yekun nəticəyə əsaslanır.
b)
Görüşün əsas vaxtı ərzində alınan
nəticə heç-heçə (0:0) deyilsə,
iştirakçıların futbol görüşünü
uzatma müddəti ərzində qazanan komandaya dair
mərcləri qazanmamış hesab olunur.
c)
Uzatma müddətinin sonunda alınan nəticə
heç-heçədirsə (0:0),
iştirakçıların futbol görüşünü
əlavə olunmuş vaxt ərzində qazanan komandaya dair
mərcləri qazanmamış hesab olunur.
ç)
Hər hansı bir oyun ləğv edilərsə və ya
təxirə salınarsa və görüş proqramda
rəsmi müəyyənləşdirilən tarixdən
etibarən bir təqvim günü ərzində (oyunun
keçirildiyi ölkənin yerli vaxtı ilə) oynanılmazsa
və ya oyun ikinci hissənin başlanılmasından
əvvəl təxirə salınarsa və təxirə
salındıqdan sonra görüşün normal
müddətinə qədər olan vaxt proqramda rəsmi
müəyyənləşdirilən tarixdən etibarən bir
təqvim günündə (oyunun keçirildiyi ölkənin
yerli vaxtı ilə) oynanılmazsa, yaxud oyunçu
dəyişiklikləri edilərsə, hansı komandanın ev
sahibi, hansı komandanın isə qonaq komanda olması ilə
bağlı dəyişiklik və ya proqram elan olunduqdan sonra
rəqiblərin tərkibində dəyişiklik
edilərsə, uzatma müddəti ərzində iştirakçıların
futbol görüşünü qazanan komandaya dair
mərcləri qəbul edilir, lakin əmsal bir (1,00) olur.
d)
Hər hansı bir oyun ikinci hissədə təxirə
salınarsa və görüşün qalan hissəsi proqramda
rəsmi olaraq müəyyənləşdirilən
gündən sonrakı təqvim günü ərzində (oyunun
keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa, oyunun təxirə salındığı
andakı nəticə yekun nəticə kimi müəyyən
olunur. Bu halda yekun nəticə heç-heçə (0:0)
deyilsə, iştirakçıların futbol
görüşünü uzatma dəqiqələrində
qazanan komandaya dair mərcləri qazanmamış hesab olunur,
nəticə etibarilə yekun nəticə
heç-heçədirsə (0:0),
iştirakçıların futbol görüşünü
uzatma müddətində qazanan komandaya dair mərcləri
qəbul edilir, lakin əmsal bir (1,00) olur.
e)
Hər hansı bir oyun təxirə salınarsa, yenidən oynanılarsa
və proqramda rəsmi olaraq
müəyyənləşdirilən tarixdən etibarən bir
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) başa çatarsa,
görüşün yekun nəticəsi keçərli
nəticə kimi qəbul olunur. Bu halda yekun nəticə
heç-heçə (0:0) deyilsə,
iştirakçıların futbol oyununu əlavə
edilmiş vaxtda qazanan komandaya dair mərclərinin
qazanmadığı təsdiq edilir, nəticədə yekun
nəticə heç-heçədirsə (0:0),
iştirakçıların futbol görüşünü
uzatma müddətində qazanan komandaya dair mərcləri
qəbul olunur və görüşün uzatma
müddətinin başa çatmasından sonra
qiymətləndirilir.
ə)
Hər hansı bir görüş uzatma
dəqiqələrində təxirə salınarsa və
təxirə salınmadan sonrakı oynanılmamış
hissəsi 3 saat ərzində keçirilməzsə,
iştirakçıların futbol oyununu əlavə
edilmiş vaxtda qazanan komandaya dair mərcləri qəbul
edilir, lakin əmsal bir (1,00) olur.
f)
Hər hansı səbəbdən bir turnirin ləğv
edilməsi halında bütün mərc əmsalları bir
(1,00) olaraq müəyyən edilir.
7.22.
Hər hansı bir futbol görüşünü on bir metrlik
cərimə zərbələri ilə qazanan komanda:
iştirakçıdan bir futbol görüşünü on
bir metrlik cərimə zərbələri ilə hansı
komandanın qazanmasını proqnoz etməsi tələb olunur.
a)
Qalib gələn komanda riskin idarə edilməsi mərkəzi
tərəfindən rəsmi elan olunan komandadır və
görüşün on bir metrlik cərimə
zərbələrində əldə olunan yekun
nəticəyə əsaslanır.
b)
Oyunun 90 dəqiqəsi ərzində və ya əlavə
edilmiş vaxtda nəticə heç- heçə deyilsə
(0:0), iştirakçıların görüşü on bir
metrlik cərimə zərbələri ilə qazanan komandaya
dair mərcləri qazanmamış hesab olunur.
c)
Hər hansı bir oyun ləğv edilərsə, yaxud
təxirə salınarsa və görüş proqramda
rəsmi olaraq müəyyənləşdirilən tarixdən
etibarən bir təqvim günü ərzində (oyunun
keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa və ya hər hansı bir oyun ikinci hissənin
başlanılmasından əvvəl təxirə salınarsa
və təxirə salındığı andan etibarən
oyunun normal başa çatma anına qədər olan müddət
proqramda rəsmi olaraq müəyyənləşdirilən
gündən etibarən bir təqvim günü ərzində
(oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa, yaxud hansı komandanın ev sahibi,
hansının qonaq olması ilə bağlı
dəyişiklik və ya proqram elan olunduqdan sonra
rəqiblərin tərkibində dəyişiklik olarsa,
iştirakçıların futbol görüşünü
on bir metrlik cərimə zərbələri ilə qazanan
komandaya dair mərcləri qəbul edilir, lakin əmsal bir
(1,00) olur.
ç)
Hər hansı bir görüş ikinci hissədə
təxirə salınarsa və görüşün geri qalan
hissəsi proqramda rəsmi olaraq
müəyyənləşdirilən tarixdən etibarən bir
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa, oyun
təxirə salındığı anda məlum olan
nəticə yekun nəticə kimi müəyyən edilir. Bu
halda yekun nəticə heç-heçə (0:0) deyilsə,
iştirakçıların oyunu on bir metrlik cərimə
zərbələri ilə qazanan komandaya dair mərcləri
qazanmamış hesab olunur, nəticədə yekun
nəticə heç- heçədirsə (0:0),
iştirakçıların görüşü on bir metrlik
cərimə zərbələri ilə qazanan komandaya dair
mərcləri qəbul olunur, lakin əmsal bir (1,00) olur.
d)
Hər hansı bir oyun təxirə salınarsa, yenidən
oynanılarsa və proqramda rəsmi olaraq
müəyyənləşdirilən tarixdən etibarən bir
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) başa çatarsa, görüşün
yekun nəticəsi keçərli nəticə kimi
müəyyən olunur. Bu halda yekun nəticə
heç-heçə (0:0) deyildirsə, iştirakçıların
futbol görüşünü on bir metrlik cərimə
zərbələri ilə qazanan komandaya dair mərcləri
qazanmamış hesab olunur, nəticədə yekun
nəticə heç-heçədirsə (0:0),
iştirakçıların futbol oyununu on bir metrlik
cərimə zərbələri ilə qazanan komandaya dair
mərcləri keçərli sayılır və
görüşün uzatma müddətinin və ya on bir
metrlik cərimə zərbələrinin başa
çatmasından sonra qiymətləndirilir.
e)
Hər hansı bir matç əlavə vaxtda və ya on bir
metrlik cərimə zərbələrində təxirə
salınarsa və təxirə salınma anından sonrakı
oynanılmamış hissə üç saat ərzində
oynanılmazsa, iştirakçıların
görüşü qazanan komandaya dair mərcləri qəbul
edilir, lakin əmsal bir (1,00) olur.
ə)
Hər hansı səbəbdən turnirin ləğv
edilməsi halında bütün mərc əmsalları bir
(1,00) olaraq müəyyən olunur.
7.23.
İştirakçıdan müəyyən bir futbol oyununda
hər iki komandanın qol vuracağı
(“Qarşılıqlı qol var”) və ya iki komandadan birinin və
ya hər ikisinin qol vurmayacağı
("Qarşılıqlı qol yoxdur”) ilə bağlı
proqnoz verməsi tələb olunur.
a)
qol vuran komanda və ya komandalar Riskin idarə edilməsi
mərkəzi tərəfindən oyunun normal müddəti
başa çatdıqda, əldə edilən
nəticəyə əsaslanaraq rəsmi elan olunan
komandalardır;
b)
hər hansı bir oyun hər iki komanda qol vurduqdan sonra ikinci
hissənin başlanmasından əvvəl təxirə
salınarsa və təxirə salındığı
dəqiqədən etibarən oyunun normal başa çatma
vaxtına qədər olan müddət Oyun Proqramında
rəsmi olaraq müəyyənləşdirilən
gündən sonrakı təqvim günü ərzində
(oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa, “Qarşılıqlı qol var” mərci
uduş məbləğini almağa haqq qazanır,
“Qarşılıqlı qol yoxdur” mərci uduzur;
c)
hər hansı bir oyun ikinci hissənin başlanmasından
əvvəl təxirə salınarsa və iki komandadan ən
azı biri tərəfindən qol vurulmamışdırsa
və təxirəsalma anından yarışın normal müddətinin
sonuna qədər qalan hissəsi proqramda rəsmi olaraq
müəyyən edilən gündən sonrakı təqvim
günü ərzində (oyunun keçirildiyi ölkənin
yerli vaxtı ilə) oynanılmazsa,
"Qarşılıqlı qol var / Qarşılıqlı
qol yoxdur" mərci üçün hər cür
nəticə proqnozuna bir (1,00) əmsalı verilir;
ç)
hər hansı bir oyun ikinci hissənin başlanmasından
sonra təxirə salınarsa və oyunun qalan hissəsi
proqramda rəsmi olaraq müəyyənləşdirilən
gündən sonrakı təqvim günü ərzində
(oyunun keçirildiyi ölkənin yerli vaxtı ilə)
oynanılmazsa, oyunun təxirə salındığı
andakı nəticə əsas götürülərək, bu
mərci qazanan nəticə müəyyən edilir;
d)
hər hansı bir oyun təxirə salınarsa, yenidən
oynanılarsa və proqramda rəsmi olaraq müəyyən
edilmiş gündən sonrakı təqvim günü
ərzində (oyunun keçirildiyi ölkənin yerli vaxtı
ilə) başa çatarsa, bu mərci qazanan nəticə
oyunun yekun nəticəsinə əsaslanaraq müəyyən
edilir;
e)
hər hansı bir oyun ləğv edilərsə və ya
təxirə salınarsa və Oyun Proqramında rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa və ya
hansı komandanın ev sahibi, hansı komandanın qonaq komanda
olması barədə dəyişiklik edilərsə və ya
proqram elan olunduqdan sonra rəqiblərdən biri
dəyişərsə, iştirakçıların
“Qarşılıqlı qol var / Qarşılıqlı qol
yoxdur” mərcləri qəbul edilir, lakin əmsal bir (1,00) olur.
7.24.
Futbol oyununda canlı mərc:
7.24.1.
Futbol oyununun yekun nəticəsi barədə canlı mərc.
Futbol oyununun qalan hissəsinin nəticəsi barədə
canlı mərc:
İştirakçıdan
müəyyən bir futbol oyununun nəticəsini proqnoz
etməklə oyununun yekun nəticəsinə və ya qalan
hissəsinin nəticəsinə mərc qoyuluşu etməsi
tələb olunur.
a)
bu mərc növündə mərcin ləğv
edilməsinə icazə verilmir. Canlı mərclər
yarışın başlama vaxtından bir neçə
dəqiqə əvvəl ilkin əmsallar hər hansı
mümkün şəkildə elan edildikdən sonra
qüvvəyə minir və (uzatma müddəti və on bir
metrlik cərimə zərbələrinin vurulması istisna
olmaqla) oyunun normal vaxtının başa çatması
ilə yekunlaşır. Bu oyunla əlaqədar mərclərin
qüvvədə olacağı və
qiymətləndiriləcəyi başqa bir müddət
müəyyən ediləcəksə, bu, Riskin idarə
edilməsi mərkəzi tərəfindən
müəyyən olunur və Oyun Proqramında öz əksini
tapır;
b)
proqramda başqa şərtlər irəli
sürülmədikdə, bu mərclə bağlı
proqnozlar digər yarışlar və ya mərc növləri
ilə bağlı proqnozlarla birləşdirilə bilməz;
c)
oyunun normal müddəti ərzində əldə edilmiş
yekun nəticəyə əsasən, Riskin idarə edilməsi
mərkəzi tərəfindən rəsmi olaraq elan edilmiş
nəticə yekun nəticə sayılır. Bir futbol oyununun
qalan hissəsi ilə əlaqədar əldə edilmiş
nəticə oyunun təşkilatçısı
tərəfindən rəsmi olaraq elan edilən oyunun qəti
nəticəsinə əsasən Riskin idarə edilməsi
mərkəzi tərəfindən müəyyən edilir.
Uzatma müddəti və on bir metrlik cərimə
zərbələrinin vurulması bu mərclərdə nəzərə
alınmır;
ç)
hər hansı bir oyun ikinci hissənin başlanmasından
əvvəl təxirə salınarsa və təxirə
salındığı andan oyunun normal vaxtının qalan
hissəsi üç saat ərzində oynanılmazsa,
oyunçuların son nəticəyə dair mərcləri,
yaxud futbol matçının qalan hissəsinin sonuna qoyulmuş
mərcləri qəbul olunur, ancaq əmsal bir (1,00) qəbul
edilir;
d)
hər hansı bir oyun ikinci hissədə təxirə
salınarsa və oyunun qalan hissəsi üç saat
ərzində davam etdirilməzsə, oyunun təxirə
salındığı andakı nəticə yekun
nəticə sayılır.
7.24.2.
Bir futbol oyununun oynanılması zamanı mərc qoyulduqdan
sonra növbəti topu qapıya hansı komandanın
vuracağına dair canlı mərc:
İştirakçıdan
bir futbol oyunu ərzində mərc qoyulduqdan sonra
növbəti topu qapıya hansı komandanın
vuracağını proqnoz etməsi və oyun
oynanıldıqda mərc qoyuluşunu həyata
keçirməsi tələb olunur.
a)
bu mərc növündə mərcin ləğv
edilməsinə icazə verilmir. Canlı mərclər
yarışın başlama vaxtından bir neçə
dəqiqə əvvəl ilkin əmsallar hər hansı
mümkün şəkildə elan edildikdən sonra qüvvəyə
minir və (uzatma müddəti və on bir metrlik cərimə
zərbələrinin vurulması istisna olmaqla) oyunun normal
vaxtının başa çatması ilə yekunlaşır.
Bu oyunla əlaqədar mərclərin qüvvədə
olacağı və qiymətləndiriləcəyi başqa
bir müddət müəyyən ediləcəksə, bu,
Riskin idarə edilməsi mərkəzi tərəfindən
müəyyən olunur və Oyun Proqramında öz əksini
tapır;
b)
proqramda başqa şərtlər irəli
sürülmədikdə, bu mərclə bağlı
ehtimallar başqa təşkilat və ya mərc növləri
ilə birləşdirilə bilməz;
c)
bu mərc növündə qalib gələn oyun
nəticəsi, oyunu təşkil etmiş rəsmi orqanın
(oyun zamanı yaranmış) hesabla əlaqədar verdiyi
rəsmi açıqlamalarına əsasən, Riskin idarə
edilməsi mərkəzi tərəfindən
müəyyən ediləcəkdir;
ç)
oyun mərclər qəbul edilən zaman təxirə
salınarsa, növbəti topu qapıya hansı komandanın
vuracağı barədə mərc qoyuluşu edən
iştirakçıların mərcləri qəbul olunacaq,
ancaq əmsal bir (1,00) qəbul ediləcəkdir.
7.24.3.
Futbol yarışının ümumi nəticəsi və ya
yarışın geri qalan hissəsinin nəticəsi və
bir futbol yarışı oynanıldığı zaman
növbəti qolu hansı komandanın vuracağı ilə
əlaqədar qoyulan canlı mərclərdən başqa,
idman yarışlarında meydana gələn hadisələr,
şərait və nəticələr ilə əlaqədar
canlı mərc qoyuluşu:
İştirakçıdan
idman yarışlarında meydana gələn hadisələr,
şərait və nəticələr ilə əlaqədar
mərc növlərindən birində (konkret bir limitdən
“Alt/Üst” vurulan qol sayı, qırmızı kartın olub
olmadığı, müəyyən bir limitin altında
və ya üstündə sarı ya da qırmızı kart
olub olmayacağı, vurulan toplam qolun bir limitin altında ya da
üstündə olub olmadığı və buna
bənzər mərclər) qalib gələn nəticə
və ya nəticələri proqnoz etməsi və bununla
əlaqədar olan mərcin qoyuluşunu müəyyən
edən oyunun oynanıldığı zaman həyata
keçirməsi tələb olunur. Əlaqədar
əməliyyat, qalib gələn nəticənin hansı
meyarlar nəzərdə tutularaq müəyyən
ediləcəyi, təqdim olunan mərc növü və
lazımi məlumatlar proqramda göstərilir. Futbol
yarışının ümumi nəticəsi və ya
yarışın geri qalan hissəsinin nəticəsi ya da bir
futbol yarışının oynanılması zamanı
növbəti qolu hansı komandanın vuracağı ilə
əlaqədar canlı mərc oyunları üçün
ilkin olaraq əlaqədar oyun qaydaları qüvvədədir.
a)
bu mərc növündə mərcin ləğv
edilməsinə icazə verilmir. Canlı mərclər
yarışın başlama vaxtından bir neçə
dəqiqə əvvəl ilkin əmsalların hər hansı
mümkün şəkildə elan edilməsi ilə
başlanır. Mərcin qüvvədə olacağı
və qiymətləndiriləcəyi qəti müddət
Riskin idarə edilməsi mərkəzi tərəfindən
müəyyən edilir;
b)
proqramda başqa hal nəzərdə tutulmayıbsa, bu
mərclə bağlı ehtimallar başqa turnir və ya
mərc növləri ilə birləşdirilə bilməz;
c)
bu mərc növündə qalib gələn oyun
nəticəsi, oyunu təşkil etmiş qurumun (oyun zamanı
yaranmış) hadisələr, şərait və
nəticələr ilə əlaqədar verdiyi rəsmi
açıqlamalara əsasən Riskin idarə edilməsi
mərkəzi tərəfindən müəyyən
ediləcəkdir;
ç)
yarış mərclər qəbul edilən zaman təxirə
salınarsa və 3 (üç) saat ərzində tamamlanmazsa
və ya yarışın davam etdirilməsi və
tamamlanması zamanı nəticənin ya da hesabın
dəyişmə ehtimalı varsa, başqa ifadə ilə,
təxirəsalma anında hər hansı bir nəticə /
nəticələr yoxdursa, bu yarış üzrə
bütün proqnozlara bir (1,00) əmsalı verilir. Bu
tənzimləmə təxirəsalma halında bütün
idman yarışları ilə əlaqədar edilən hər
növ mərc qoyuluşlarına şamil olunur. [12]
8. Basketbol
oyunları
8.1.
Hər hansı bir basketbol oyununun nəticəsi —
iştirakçıdan müəyyən bir basketbol oyununun
yekun nəticəsinə dair proqnoz verməsi tələb
olunur.
a)
Riskin idarə edilməsi mərkəzi iki komandadan birinin
əleyhinə olan “fora”nı mümkün yolla elan edir. Bu
halda bir komandanın qələbə qazanması
nəzərə alınan və digər tərəfə
verilən “fora”dan çox olan nəticə olacaqdır. “Fora”
onda bir sayla həyata keçirilə bilər. Riskin idarə
edilməsil mərkəzi “fora”nı istədiyi zaman
dəyişdirmə hüququnu özündə saxlayır.
İlkin “fora”lar proqramda elan edilir. “Fora” mərkəzi mərc
sistemi tərəfindən təsdiq edildiyi andan
keçərli sayılır.
b)
Riskin idarə edilməsi mərkəzi tərəfindən
rəsmi olaraq elan edilən nəticə oyunun nəticəsi
olaraq qəbul ediləcəkdir. Bu nəticə oyunun
müddəti ərzində ortaya çıxan yekun
nəticədir. Oyunun nəticəsinin müəyyən
edilməsi üçün əlavə vaxtın
oynanılmasını zəruri edən oyunlar ola bilər.
Belə bir hal yaranarsa, bu proqramda göstərilməlidir.
c)
Hər hansı bir oyun ləğv edilərsə və ya
təxirə salınarsa və oyun proqramda rəsmi olaraq
müəyyənləşdirilən tarixdən etibarən bir
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa və ya oyun normal
müddətin bitməsindən əvvəl təxirə
salınarsa və ya ev sahibi, yaxud qonaq komandanın
müəyyən olunması ilə bağlı
dəyişiklik edilərsə, yaxud rəqiblərin
tərkibində dəyişiklik olarsa, bütün bu hallarda
iştirakçıların oyunun nəticəsinə dair
mərcləri qəbul edilir, lakin əmsal bir (1,00) olur.
8.2
Hər hansı bir basketbol oyununun “Birinci hissə/Oyun
Nəticəsi” — iştirakçıdan hər hansı
basketbol oyununun ilk hissəsinin nəticəsi ilə
birlikdə yekun nəticəni proqnoz etməsi tələb
olunur.
a)
Riskin idarə edilməsi mərkəzi ilk hissənin
nəticəsi və yekun nəticə üçün iki
komandadan birinin əleyhinə olan “fora”nı mümkün
vasitə ilə elan edir. Bu halda bir komandanın
qələbə qazanması nəzərə alınan və
digər tərəfə verilən “fora”dan yüksək
nəticə olacaqdır. “Fora” onda bir sayla ifadə edilə
bilər. Riskin idarə edilməsi mərkəzi “fora”nı
istədiyi zaman dəyişdirmə haqqını
özündə saxlayır. İlkin “fora”lar proqramda elan
edilir. “Fora”lar mərkəzi mərc sistemi tərəfindən
təsdiqləndiyi andan keçərli sayılır.
b)
Riskin idarə edilməsi mərkəzi tərəfindən
rəsmi olaraq elan edilən “Birinci Hissə” və “Oyun
Nəticəsi” yekun nəticələr kimi qəbul ediləcəkdir.
Bu nəticələr oyunun adi gedişində ortaya
çıxan yekun nəticələrdir. Bəzi oyunlarda yekun
nəticənin müəyyənləşdirilməsi
üçün uzatma vaxtının oynanılması
zəruri ola bilər. Belə bir hal yaranarsa, bu proqramda
göstərilməlidir.
c)
Hər hansı bir oyun ləğv edilərsə və ya
təxirə salınarsa və oyun proqramda rəsmi olaraq
müəyyənləşdirilən tarixdən etibarən bir
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa və ya
ç)
oyun normal vaxtın bitməsindən əvvəl təxirə
salınarsa və ya ev sahibi, yaxud qonaq komandanın
müəyyən olunması ilə bağlı
dəyişiklik olarsa və ya rəqiblərdən biri
dəyişərsə, bütün bu hallarda iştirakçıların
“Birinci Hissə/Oyun Nəticəsi”nə dair mərcləri
qəbul edilir, lakin əmsal bir (1,00) olur.
8.3.
Hər hansı bir basketbol oyununun birinci hissəsinin
nəticəsi — iştirakçıdan müəyyən bir
basketbol oyununun birinci hissəsinin nəticəsini proqnoz
etməsi tələb olunur.
a)
Riskin idarə edilməsi mərkəzi birinci hissənin
nəticəsi üçün iki komandadan birinin
əleyhinə olan “fora”nı mümkün yolla elan edir. Bu
halda bir komandanın qələbə qazanması,
nəzərə alınan və digər tərəfə
verilən “fora”dan yüksək olan nəticə olacaqdır.
“Fora” onda bir sayla ifadə oluna bilər. Riskin idarə
edilməsi mərkəzi “fora”nı istədiyi zaman
dəyişdirmə hüququnu özündə saxlayır.
İlkin “fora”lar proqramda elan olunur. “Fora” mərkəzi mərc
sistemi tərəfindən təsdiq edildiyi andan
keçərli sayılır.
b)
Riskin idarə edilməsi mərkəzi tərəfindən
rəsmi olaraq elan edilən birinci hissənin
nəticələri yekun nəticələr kimi qəbul
ediləcəkdir. Bu nəticə oyunun birinci hissəsinin
mümkün müddəti ərzində ortaya çıxan
yekun nəticəyə əsaslanır.
c)
Hər hansı bir oyun ləğv edilərsə və ya
təxirə salınarsa və oyun proqramda rəsmi olaraq
müəyyənləşdirilən tarixdən etibarən bir
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa və ya oyun
normal müddətin bitməsindən əvvəl təxirə
salınarsa və ya ev sahibi, yaxud qonaq komandanın
müəyyən olunması ilə bağlı
dəyişiklik edilərsə, yaxud rəqiblərin
tərkibində dəyişiklik olarsa, bütün bu hallarda
iştirakçıların yekun nəticə üzrə
mərcləri qəbul edilir, lakin əmsal bir (1,00) olur.
8.4.
Hər hansı bir basketbol oyununda
müəyyənləşdirilmiş limitdən “Alt” və ya
“Üst” sayılan topların ümumi sayı,
müəyyən bir basketbol oyunçusu tərəfindən
atılan topların ümumi sayı, müəyyən bir
komanda tərəfindən atılan topların ümumi
sayı — iştirakçıdan hər hansı bir basketbol
oyununda hər iki komanda tərəfindən atılan
topların ümumi sayının və ya müəyyən
bir basketbol oyunçusu tərəfindən atılan top
sayının, yaxud müəyyən bir komanda
tərəfindən atılan topların sayının proqramda
göstərilən limitdən “Alt”, yaxud “Üst” olduğunu
və ya bu nisbətdə olub- olmadığını proqnoz
etməsi tələb olunur.
a)
Hər hansı bir basketbol oyununda hər iki komanda
tərəfindən atılan topların ümumi sayı,
müəyyən bir basketbol oyunçusu tərəfindən
atılan topların ümumi sayı, hər hansı bir komanda
tərəfindən atılan topların ümumi sayı riskin
idarə edilməsi mərkəzi tərəfindən rəsmi
olaraq elan edilən və oyununun normal müddətində
əldə edilən nəticəyə əsaslanır.
b)
Oyuna çıxmayan basketbol oyunçuları ilə
bağlı oynanılan mərclərə bir (1,00) əmsalı
tətbiq olunur.
c)
Hər hansı oyun ləğv edilərsə və ya
təxirə salınarsa və oyun proqramda rəsmi olaraq
müəyyənləşdirilən tarixdən etibarən bir
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa və ya oyun
normal müddətin bitməsindən əvvəl
təxirə salınarsa və ya ev sahibi, yaxud qonaq
komandanın müəyyən olunması ilə bağlı
dəyişiklik edilərsə, yaxud rəqiblərdən biri
dəyişərsə, iştirakçıların “Alt”
və ya “Üst” mərcləri qəbul edilir, lakin əmsal
bir (1,00) olur.
ç)
Hər hansı bir basketbol oyunu təxirə salınarsa və
təxirə salınma anında hər iki komanda
tərəfindən atılan topların ümumi sayı
və ya müəyyən bir basketbol oyunçusu tərəfindən
atılan topların ümumi sayı və ya
müəyyən bir komanda tərəfindən atılan
topların sayı proqramda göstərilən və elan
edilən limiti keçərsə, “Üst” nəticə
qazanan nəticə, “Alt” nəticə isə uduzan
nəticə hesab olunur. Hər hansı bir basketbol oyunu
təxirə salınarsa və ya təxirə salınma
anında hər iki komanda tərəfindən atılan
topların ümumi sayı və ya müəyyən bir
komanda tərəfindən atılan topların sayı proqramda
göstərilən limitdən azdırsa, hər iki
nəticəyə, yəni “Alt” və ya “Üst”
nəticələrinə bir (1,00) əmsalı tətbiq
olunur.
8.5.
Hər hansı bir basketbol oyununda müəyyən olunmuş
bir limit daxilində atılan topların cəmi,
müəyyən bir basketbol oyunçusu tərəfindən
atılan topların cəmi, müəyyən bir komanda
tərəfindən atılan topların cəmi —
iştirakçıdan hər iki komanda tərəfindən
atılan topların cəmi və ya müəyyən bir
oyunçu tərəfindən atılan topların cəmi
və ya müəyyən bir komanda tərəfindən
atılan topların sayının proqramda göstərilən
nisbət daxilində olub-olmayacağını proqnoz etməsi
tələb olunur.
a)
Hər hansı bir basketbol oyununda hər iki komanda
tərəfindən atılan topların ümumi sayı,
müəyyən bir basketbol oyunçusu tərəfindən
atılan topların cəmi, müəyyən bir komanda
tərəfindən vurulan topların cəmi riskin idarə
edilməsi mərkəzi tərəfindən rəsmi olaraq elan
edilən və oyunun normal müddəti başa
çatdıqda əldə edilən nəticəyə
əsaslanır.
b)
Görüşə çıxmayan basketbol oyunçuları
ilə bağlı oynanılan mərclərə bir (1,00)
əmsalı tətbiq olunur.
c)
Hər hansı bir oyun ləğv edilərsə və ya
təxirə salınarsa və oyun proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi
ölkənin yerli vaxtı ilə) oynanılmazsa və ya ev
sahibi, yaxud qonaq komandanın müəyyən olunması
ilə bağlı dəyişiklik edilərsə və ya
rəqiblərdən biri dəyişərsə, bütün
bu ballarda iştirakçıların bu kimi mərcə dair
proqnozları qəbul edilir, lakin əmsal bir (1,00) olur.
ç)
Hər hansı bir oyun normal müddəti başa
çatmazdan əvvəl təxirə salınarsa və
təxirə salınma anında hər iki komanda
tərəfindən atılan topların ümumi sayı və
ya müəyyən bir basketbol oyunçusu
tərəfindən atılan topların sayı və ya
müəyyən bir komanda tərəfindən atılan topların
ümumi sayı ən yüksək nisbət
daxilindədirsə, bu nisbətə dair proqnozlar
qazanmış, yerdə qalan bütün ehtimallar isə
uduzmuş hesab olunur.
d)
Hər hansı bir oyun normal müddət sona çatmadan
əvvəl təxirə salınarsa və təxirə
salınma anında hər iki komanda tərəfindən
atılan topların cəmi və ya müəyyən bir
basketbol oyunçusu tərəfindən atılan topların
cəmi və ya müəyyən bir komanda tərəfindən
atılan topların sayı ən yüksək
nisbətdən aşağı nisbət daxilindədirsə,
bu mərcə dair bütün proqnozlara bir (1,00) əmsalı
tətbiq olunur.
8.6.
Hər hansı bir basketbol oyununda müqayisə —
iştirakçıdan müəyyən bir basketbol oyununda iki
basketbol oyunçusundan hansının digərinə
görə daha çox top atmasını proqnoz etməsi
tələb olunur.
a)
Hər hansı bir basketbol oyununda müəyyən bir basketbol
oyunçusu tərəfindən atılan topların ümumi
sayı riskin idarə edilməsi mərkəzi
tərəfindən rəsmi olaraq elan edilən və oyunun
normal müddətinin başa çatması zaman əldə
olunan nəticəyə əsaslanır.
b)
Oyunda hər hansı bir səbəbdən iştirak
etməyən bir basketbol oyunçusuna dair oynanılan
mərclər üçün hər iki oyunçuya bir (1,00)
əmsalı tətbiq olunur.
c)
Hər iki basketbol oyunçusunun eyni sayda top atması
halında, hər iki basketbol oyunçusuna bir (1,00)
əmsalı tətbiq olunur.
ç)
Hər hansı bir oyun ləğv edilərsə və ya
təxirə salınarsa və proqramda rəsmi olaraq
müəyyənləşdirilən gündən sonrakı
təqvim günü ərzində (oyunun keçirildiyi ölkənin
yerli saati ilə) oynanılmazsa və ya ev sahibi, yaxud qonaq
komandanın müəyyən edilməsi ilə bağlı
dəyişiklik edilərsə, yaxud rəqiblərdən biri
dəyişərsə, iştirakçıların bu
mərcə dair proqnozları qəbul edilir, lakin əmsal bir
(1,00) olur. Hər hansı bir oyunun ləğv edilməsi
və ya proqramda müəyyənləşdirilən
gündən etibarən (yerli vaxtla) bir təqvim
günündən daha çox müddətə təxirə
salınması halında iştirakçıların
mərcləri qəbul edilir, lakin əmsal bir (1,00) olur.
8.7.
Hər hansı bir basketbol turnirinin qalibi, basketbol
turnirindəki yarımfinal oyununun qalibi, basketbol turnirində
qrupun qalibi — iştirakçıdan müəyyən bir basketbol
turnirində kimin birinci olacağına və ya basketbol
turnirinin yarımfinal oyununu kimin qazanacağına və ya
basketbol turnirinin seçmə oyunlarında qrup birincisinin kim
olacağına dair proqnoz verməsi tələb olunur.
a)
Hər hansı bir turnirin qalibi və ya yarımfinalın
qalibi və ya turnirin müəyyən bir oyununun qalibi turniri
təşkil edən təşkilat tərəfindən
müəyyən edilən turnir qaydalarına uyğun olaraq müəyyənləşdirilir.
Bu udanın müəyyənləşdirilmə formasından
(xal ardıcıllığı, final görüşləri
(oyun içində edilənlər də daxil olmaqla),
növbəti mərhələyə keçmək
üçün olan oyun və ya uduzub turniri tərk etmək)
asılı deyildir.
b)
Proqramda başqa hal nəzərdə tutulmayıbsa, hər
hansı səbəbdən turnirdən uduzaraq çıxan
və ya geri çəkilən bir komandaya dair oynanılan mərclər
qazanan mərclər ola bilməz.
c)
Hər hansı bir səbəbdən turnirdə iştirak
etməyən bir komandaya dair oynanılan mərclərə bir
(1,00) əmsalı tətbiq olunacaqdır.
ç)
Hər hansı səbəbdən bir turnirin ləğv
edilməsi halında bütün mərc əmsalları bir
(1,00) olaraq dəyişdiriləcəkdir.
8.8.
Hər hansı bir basketbol turnirinin finalında
qarşılaşan komandalar — iştirakçıdan
müəyyən bir basketbol turnirində final oyununa
çıxacaq komandaları proqnoz etməsi tələb
olunur.
a)
Finala çıxacaq komandalar turniri təşkil edən
təşkilat tərəfindən müəyyən edilən
turnir qaydalarına uyğun olaraq
müəyyənləşdirilir. Bu, əlavə vaxtı da
əhatə edəcək formada komandaların finala
çıxma qaydasından asılı deyildir.
b)
Proqramda başqa hal nəzərdə tutulmayıbsa, hər
hansı səbəbdən turnirdən uduzaraq çıxan
və ya geri çəkilən bir komandaya dair oynanılan
mərclər qazanan mərclər ola bilməz.
c)
Səbəbindən asılı olmayaraq, turnirdə iştirak
etməyən hər hansı bir komandaya dair oynanılan
mərclərə bir (1,00) əmsalı tətbiq olunur.
ç)
Səbəbindən asılı olmayaraq, bir turnirin
ləğv edilməsi halında bütün mərc
əmsalları bir (1,00) olaraq dəyişdiriləcəkdir.
8.9.
Hər hansı bir basketbol turnirinin bombardiri —
iştirakçıdan müəyyən bir basketbol
turnirində hansı basketbolçunun ən çox sayda top
atacağını proqnoz etməsi tələb olunur.
a)
Proqramda başqa hal nəzərdə tutulmayıbsa,
müəyyən bir turnirdəki ən çox top atan
oyunçu turniri təşkil edən təşkilat
tərəfindən müəyyən edilən qaydalara
uyğun olaraq müəyyənləşdirilir.
b)
Hər hansı bir turnirdə ən çox top atan oyunçu
müəyyənləşdirilərkən, mümkün vaxt
uzatmaları zamanı atılan topların sayı da
qiymətləndirməyə daxil edilir.
c)
Turnirdə iştirak etməyən basketbolçulara dair
oynanılan mərclər qazanan mərclər kimi
qiymətləndirilməyəcəkdir.
ç)
Hər hansı bir səbəbdən komandası turnirdə
iştirak etməyən basketbolçulara dair
mərclərə bir (1,00) əmsalı tətbiq
olunacaqdır.
d)
Turnirin ləğv edilməsi halında bombardirə dair
irəli sürülən bütün ehtimallara bir (1,00)
əmsalı tətbiq olunur.
e)
Eyni miqdarda top atan və turnirdə ən çox top atan
oyunçu kimi qəbul edilən və ya daha çox
oyunçu olduğu halda hər bir oyunçuya verilən
əmsalların ümumi sayı ən çox top atan
oyunçuların sayına bölünür. Bu qaydanı
tətbiq etdikdə, iştirakçılara
ödəniləcək əmsallar birdən (1,00) az
olmamalıdır.
9. Formula 1 və ya
Moto GP yarışları*
9.1.
Hər hansı bir Formula 1 və ya Moto GP (Grand Prix: Qran-Pri) yarışında
poul mövqeyində** başlayacaq pilotu
müəyyənləşdirmək üçün
həyata keçirilən yarışı və ya bir Qran-Pri
yarışını və ya bir Ümumdünya Ralli
Çempionatı (ÜRÇ)*** rallisini qazanacaq pilot —
iştirakçıdan hər hansı bir Formula 1 Qran-Pri
və ya Moto GP mövqeyi və ya hər hansı Qran-Pri
yarışında və ya “ÜRÇ” rallisində birinci
yeri tutacaq pilotu proqnoz etməsi tələb olunur.
*
Formula Bir, Formula 1, yaxud F1 və hazırda rəsmi olaraq FIA
Formula Bir Dünya Çempionatını bildirir və
Beynəlxalq Avtomobil Federasiyasının (BAF)
müəyyənləşdirdiyi avtomobil
yarışlarının ən yüksək
dərəcəsidir. Nümunədə göstərilən
addakı “formula” sözü
bütün iştirakçıların və
avtomobillərin riayət etməli olduğu qaydalardır. F1
mövsümü, Qran-Pri kimi tanınan, xüsusi
məqsədlə qurulan dövrələrdə
keçirilən bir sıra yarışlardan ibarətdir.
**
poul mövqeyi — avtomobil yarışlarında ən uduşlu
vəziyyəti, bu vəziyyətdən start etməyi bildirir.
***
ÜRÇ:WRC-World Rally Championship
a)
Pilotların yarışın sonunda tutduqları yerlər
mükafat mərasimində keçərli sayılan
yerlərdir, mükafat mərasiminin hər hansı bir
səbəbdən təşkil edilməməsi halında,
rəsmi yerlər yarışı təşkil edən
şəxs tərəfindən
müəyyənləşdirilən hesabata əsaslanmaqla,
həyata keçiriləcəkdir. İlk yeri
bölüşən birdən artıq pilot varsa, bu
pilotların əmsalları qalib hesab edilən pilotların
sayına bölünəcəkdir. Bu qaydanı tətbiq
etdikdə, iştirakçılara ödəniləcək
əmsallar birdən (1,00) az ola bilməz. Mükafat
mərasiminin və ya yarışın sonunda rəsmi
yerlər elan edildikdən sonra həyata keçiriləcək
dəyişikliklər nəzərə alınmayacaqdır.
Buna nümunə olaraq (yalnız bir nümunəni
əhatə etmir) bir pilotun yarışın sonunda yerləri
dəyişəcək formada yarışdan
çıxarılması baş verə bilər.
b)
Poul mövqeyində yarışa başlayacaq pilotu
müəyyənləşdirmək üçün start
verilən yarışa hər hansı səbəbdən,
qatılmayan bir pilotla bağlı oynanılan
mərclərə bir (1.00) əmsalı tətbiq olunacaqdır.
c)
Hər hansı Qran-Pri, Formula 1 və ya Moto GP
yarışının başladığı an pilot
Qriddə yerini tutduğu andan etibarən isinmə turunun
başlanğıc vaxtı olaraq qəbul edilir. Buna
görə isinmə dövrəsi üçün mövqe
tutan bütün pilotların yarışda iştirak
etməsi qəbul edilir. Hər hansı səbəbdən
oyunda iştirak etməyən bu və ya digər pilot və
komanda ilə bağlı oynanılan mərclərə bir
(1,00) əmsalı tətbiq olunur.
ç)
Hər hansı bir yarışın ləğv edilməsi,
təxirə salınması və ya başqa vaxta
keçirilməsi və 36 saat ərzində təşkil
edilməməsi halında proqramda başqa hal
nəzərdə tutulmayıbsa, bu mərcə dair
iştirakçılardan daxil olan bütün
mərclərə bir (1,00) əmsalı tətbiq olunur.
9.2.
Formula 1 və ya Moto GP poul mövqeyi yarışında, yaxud
hər hansı bir Qran-Pri yarışında və ya
ÜRÇ rallisində birinci və ya ikinci olan pilotlar —
iştirakçıdan hər hansı bir Formula 1 və ya Moto
GP poul mövqeyi yarışında və ya hər hansı
bir Qran-Pri yarışında, yaxud ÜRÇ rallisində
birinci və ya ikinci olacaq pilotları proqnoz etməsi
tələb olunur.
a)
Pilotların yarışda tutduqları yer mükafat
mərasimində sıralanan yerlərdir. Mükafat mərasimi
hər hansı bir səbəbdən
keçirilmədikdə, rəsmi yerlər yarışı
təşkil edən təşkilat tərəfindən
hazırlanan hesabata əsasən elan edilir. Eyni yeri
bölüşən birdən artıq pilot olarsa, eyni yeri
bölüşən pilotların əmsalları həmin
pilotların sayına bölünür. Bu qaydanı tətbiq
etdikdə, iştirakçılara ödəniləcək
əmsallar birdən (1,00) az ola bilməz. Mükafat
mərasiminin, yaxud yarışın sonunda yerlər elan
edildikdən sonra meydana gələn dəyişikliklər
nəzərə alınmayacaqdır. Buna nümunə olaraq
(ancaq bununla məhdudlaşmadan) hər hansı bir pilotun
yarışın sonunda əldə edilən yerləri dəyişdirəcək
formada yarışdan çıxarılması baş verə
bilər.
b)
Poul mövqeyi yarışında hər hansı bir
səbəbdən iştirak etməyən bir pilot cütü
ilə bağlı oynanılan mərclərə bir (1,00)
əmsalı tətbiq olunacaqdır.
c)
Hər hansı bir Qran-Pri, Formula 1 və ya Moto GP
yarışının başladığı an pilot
Qriddə yerini tutduğu andan etibarən isinmə
dövrəsinin başlanğıc vaxtı olaraq qəbul
edilir. Buna görə isinmə dövrəsi üçün
mövqe tutan bütün pilotların yarışda iştirak
etməsi qəbul edilir. Hər hansı bir səbəbdən
yarışda iştirak etməyən bu və ya digər pilot
və komanda ilə bağlı oynanılan mərclərə
bir (1,00) əmsalı tətbiq olunur.
ç)
Hər hansı yarışın ləğv edilməsi,
təxirə salınması və ya başqa vaxta
keçirilməsi və 36 saat ərzində
keçirilməməsi halında proqramda başqa hal
nəzərdə tutulmayıbsa, bu mərcə dair
iştirakçılardan daxil olan bütün
mərclərə bir (1,00) əmsalı tətbiq olunur.
9.3.
Formula 1, yaxud Moto GP poul mövqeyi yarışı, yaxud
ÜRÇ rallisində müqayisə —
iştirakçıdan iki pilotdan hansının hər
hansı bir Formula 1, yaxud Moto GP poul mövqeyi
yarışını, yaxud ÜRÇ rallisini daha
əvvəl başa vuracağını proqnoz etməsi
tələb olunur.
a)
Pilotların yarışın bitdiyi zaman tutduqları
yerlər, riskin idarə edilməsi mərkəzi
tərəfindən elan olunan yerlərdir.
b)
İki pilotdan birinin əldə etdiyi müddətə
görə yer tuta bilməməsi halında bu pilota dair
oynanılan mərc uduzan mərc kimi, digər pilota dair
oynanılan mərc isə qazanan mərc kimi müəyyən
olunur.
c)
Hər iki pilotun yer tuta bilməməsi halında, onların
hər birinə dair oynanılan mərcə bir (1,00)
əmsalı tətbiq olunur.
ç)
İki pilotdan birinin poul mövqeyi yarışında
iştirak etmədiyi halda, hər iki pilota dair oynanılan
mərcə bir (1,00) əmsalı tətbiq olunur.
d)
Rəsmi nəticələr elan olunduqdan sonra meydana
gələn dəyişikliklər nəzərə
alınmayacaqdır. Buna nümunə olaraq (ancaq bununla
məhdudlaşmadan), bir pilotun nəticələri
dəyişdirəcək dərəcədə yarışdan
çıxarılması baş verə bilər.
e)
Hər hansı yarışın ləğv edilməsi,
təxirə salınması, yaxud başqa bir vaxta
keçirilməsi və 36 saat ərzində
keçirilməməsi halında proqramda başqa hal
nəzərdə tutulmayıbsa, bu mərcə dair
iştirakçılardan daxil olan bütün ehtimallara bir
(1,00) əmsalı tətbiq olunacaqdır.
9.4.
Formula 1 Qran-Pri, yaxud Moto GP yarışında və ya hər
hansı bir ÜRÇ rallisində müqayisə —
iştirakçıdan iki pilotdan hansının Formula 1
Qran-Pri, yaxud Moto GP yarışını və ya ÜRÇ
rallisini daha əvvəl başa vuracağını proqnoz
etməsi tələb olunur.
a)
Pilotların yarışı başa vurduqları sıralama
mükafat mərasimində keçərli sayılan
yerlərdir. Mükafat mərasiminin bu və ya digər
səbəbdən keçirilməməsi halında rəsmi
yerlər yarışı təşkil edən təşkilat
tərəfindən hazırlanan hesabata əsasən elan
edilir. Mükafat mərasimindən və ya yarışın
sonunda müvafiq sıralamanın elan edilməsindən sonra
baş verən dəyişikliklər nəzərə
alınmayacaqdır. Buna nümunə kimi (ancaq bununla
məhdudlaşmadan), hər hansı pilot yarışda tutulan
yerləri dəyişdirə biləcək
dərəcədə yarışdan çıxarıla
bilər.
b)
Hər iki pilotun yarışı başa vura bilməməsi
halında daha çox dövrədə iştirak edən
pilot qalib kimi qəbul ediləcəkdir. Hər iki pilotun eyni
sayda dövrə vurması halında onların hər
ikisinə dair proqnozlara bir (1,00) əmsalı tətbiq
olunacaqdır.
c)
Hər hansı bir Qran-Pri, Formula 1, yaxud Moto GP
yarışının başladığı an pilot
Qriddə yerini tutduğu zamandan etibarən isinmə
dövrəsinin başlanğıc vaxtı olaraq qəbul
ediləcəkdir. Buna görə isinmə dövrəsi
üçün mövqe tutan bütün pilotların
yarışda iştirak etməsi qəbul olunur. İki pilotdan
birinin bu və ya digər səbəbdən yarışda
iştirak etməməsi halında, onların hər
ikisinə dair mərcə bir (1,00) əmsalı tətbiq
olunacaqdır.
ç)
Hər hansı bir yarışın ləğv edilməsi,
təxirə salınması, yaxud başqa vaxta
keçirilməsi və 36 saat ərzində
keçirilməməsi halında proqramda başqa hal
nəzərdə tutulmayıbsa, bu mərcə dair
iştirakçılardan daxil olan bütün ehtimallara bir
(1,00) əmsalı tətbiq olunacaqdır.
9.5.
Formula 1, yaxud Moto GP poul mövqeyi yarışında və ya
Formula 1 Qran-Pri və ya Moto GP yarışında və ya
ÜRÇ rallisində ilk iki (və ya ilk üç, ilk
dörd, ilk altı və ya ilk səkkiz) yeri tutacaq pilotlar —
iştirakçıdan hər hansı bir pilotun Formula 1, yaxud
Moto GP poul mövqeyi yarışını və ya Formula 1
Qran-Pri, yaxud Moto GP yarışını, yaxud ÜRÇ
rallisini ilk iki yeri tutacaq pilotları (və ya ilk üç,
ilk dörd, ilk altı, ilk səkkiz) proqnoz etməsi
tələb olunur.
a)
Pilotların yarışı başa vurduqları zaman
əldə etdikləri yerlər mükafat mərasimində
elan olunan yerlərdir. Mükafat mərasiminin bu və ya
digər səbəbə görə keçirilməməsi
halında yerlər yarışı təşkil edən
təşkilatın hazırladığı hesabata uyğun
olaraq elan ediləcəkdir. Mükafat mərasimindən, yaxud
yarışın sonunda rəsmi yerlər elan edildikdən sonra
baş verən dəyişikliklər nəzərə
alınmayacaqdır. Buna nümunə kimi (ancaq bununla
məhdudlaşmadan), hər hansı pilot sıralamanı
dəyişdirəcək dərəcədə
yarışdan kənarlaşdırıla bilər.
b)
Bu mərc növündə birdən artıq pilotun
yarışı eyni zamanda mükafat qazanacaq
vəziyyətdə başa vurmaları halında, qazanan
pilotların ümumi sayı gözlənilən saydan
artıqdırsa, hər pilotun əmsalı kəsr
ədədinə vurulur. Bu kəsr ədədinin surəti
mükafat verilən yerlərin sayını tamamlamaq
üçün ödənilməsi tələb edilən
ümumi pilot sayıdır və məxrəci isə
yarışı eyni zamanda, eyni sırada bitirən
pilotların sayından ibarətdir. Bu qaydanı tətbiq
edərkən, iştirakçılara
ödəniləcək əmsallar birdən (1,00) az ola
bilməz.
c)
Poul mövqeyində yarışa başlayacaq pilotu
müəyyənləşdirmək üçün
keçirilən yarışda hər hansı bir
səbəbdən iştirak etməyən, hər hansı bir
pilota dair oynanılan mərclərə bir (1,00) əmsalı
tətbiq olunacaqdır.
ç)
Hər hansı bir Qran-Pri Formula 1, yaxud Moto GP
yarışının başladığı an pilot
Qriddə yerini aldığı zamandan etibarən isinmə
dövrəsinin başlanğıc vaxtı olaraq qəbul
edilir. Buna görə isinmə dövrəsi üçün
mövqe tutan bütün pilotların yarışda iştirak
etməsi qəbul edilir. Poul mövqeyində yarışa
başlayacaq pilotu müəyyənləşdirmək
üçün start verilən yarışda iştirak
edən, ancaq bu və ya digər səbəbdən
yarışda iştirak etməyən pilotlarla bağlı
oynanılan mərclər qazanan mərc kimi
qiymətləndirilməyəcəkdir.
d)
Hər hansı bir yarışın ləğv edilməsi,
təxirə salınması, yaxud başqa bir vaxta
keçirilməsi və 36 saat ərzində
keçirilməməsi halında proqramda başqa hal
nəzərdə tutulmayıbsa, bu mərclə bağlı
iştirakçılardan daxil olan bütün ehtimallara bir
(1,00) əmsalı tətbiq olunur.
9.6.
Formula 1, yaxud Moto GP Dünya Çempionatı və ya
ÜRÇ rallisini qazanan pilot, Formula 1, yaxud Moto GP Dünya
Çempionatı və ya ÜRÇ rallisini qazanan komanda —
iştirakçıdan Formula 1, yaxud Moto GP Dünya
Çempionatı və ya ÜRÇ rallisində ilk yeri
tutacaq pilot və ya komandanı proqnoz etməsi tələb
olunur.
a)
Yarışı qazanan pilot, yaxud komandalar uduşlu yerlərin
necə müəyyənləşdirilməsindən
asılı olmayaraq, riskin idarə edilməsi mərkəzi
tərəfindən qalib elan edilən pilot və ya
komandalardır.
b)
Bu və ya digər səbəbdən çempionatdan
çıxarılan və ya yarışı tərk edən
hər hansı bir pilot və ya komandaya dair oynanılan
mərclər proqramda başqa hal nəzərdə
tutulmayıbsa, qazanan mərclər hesab edilmir.
c)
Hər hansı səbəbdən çempionatda iştirak
etməyən pilot, yaxud komandaya dair oynanılan
mərclərə bir (1,00) əmsalı tətbiq olunur.
ç)
Çempionatın ləğv edilməsi halında
bütün mərclərə bir (1,00) əmsalı tətbiq
olunur.
9.7.
Formula 1 Qran-Pri, yaxud Moto GP yarışını ilk tərk
edəcək pilot — iştirakçıdan Formula 1 Qran-Pri, yaxud
Moto GP yarışını ilk tərk edəcək pilotu
proqnoz etməsi tələb olunur.
a)
Pilotların yarışı başa vurduqları zaman
əldə etdikləri yerlər mükafat mərasimində
keçərli sayılan yerlərdir. Mükafat mərasiminin
bu və ya digər səbəbdən keçirilməməsi
halında rəsmi yerlər yarışı təşkil
edən təşkilat tərəfindən hazırlanan hesabata
əsasən elan olunacaqdır. Mükafat mərasimindən,
yaxud yarışda qazanılan yerlər rəsmi olaraq elan
edildikdən sonra baş verən dəyişikliklər
nəzərə alınmayacaqdır. Buna misal olaraq (ancaq bununla
məhdudlaşmadan), hər hansı pilotun yarışın
sonunda nəticəni dəyişdirə biləcək
dərəcədə yarışdan
çıxarılması baş verə bilər.
b)
İki və ya daha çox pilotun yarışdan eyni zamanda
çıxması halında onlardan hər birinin
əmsalı eyni anda yarışı tərk edən pilotların
sayına bölünür. Bu qaydanı tətbiq etdikdə,
iştirakçılara ödəniləcək əmsallar
birdən (1,00) az ola bilməz. Yarışı başa vura
bilməyən iki və ya daha çox pilotun Qran-Pri
yarışında eyni sayda dövrəni keçməsi
halında qət etdikləri ümumi məsafə
nəzərə alınmadan və yarışı tərk
etdikləri zaman və yaxud tərk etmə anında
tutduqları yerləri nəzərə almadan, hər iki
pilotun yarışı eyni anda tərk etməsi qəbul
olunur.
c)
Hər hansı bir Qran-Pri Formula 1, yaxud Moto GP
yarışının başladığı zaman pilot
Qriddə yerini tutduğu andan etibarən isinmə
dövrəsinin başladığı an kimi qəbul
ediləcəkdir. Buna görə isinmə dövrəsi
üçün mövqe tutan bütün pilotların oyunda
iştirak etməsi qəbul edilir. Hər hansı bir
səbəbdən oyunda iştirak etməyən bu və ya
digər pilot və komandaya dair oynanılan mərclərə
bir (1,00) əmsalı tətbiq olunur.
ç)
Hər hansı bir yarışın ləğv edilməsi,
təxirə salınması və ya başqa vaxta
keçirilməsi və 36 saat ərzində təşkil
edilməməsi halında proqramda başqa hal
nəzərdə tutulmayıbsa, bu mərclə bağlı
iştirakçılardan daxil olan bütün ehtimallara bir
(1,00) əmsalı tətbiq olunur.
9.8.
Formula 1 Qran-Pri, yaxud Moto GP yarışında qrup
mərcləri — iştirakçıdan qrupda təqdim edilən
pilotlardan hansının hər hansı bir Formula 1 Qran-Pri,
yaxud Moto GP yarışını qrupdakı digər pilotlardan
daha əvvəl başa vuracağını proqnoz etməsi
tələb olunur.
a)
Pilotların yarışın sonunda tutduqları yerlər
mükafat mərasimində elan edilən yerlərdir.
Mükafat mərasiminin bu və ya digər səbəbdən
keçirilməməsi halında yerlər yarışı
təşkil edən təşkilatın
hazırladığı hesabata uyğun olaraq elan olunur.
Mükafat mərasimindən, yaxud yarışın sonunda
tutulan yerlər elan edildikdən sonra baş verən
dəyişikliklər nəzərə alınmayacaqdır.
Buna misal olaraq (ancaq bununla məhdudlaşmadan) hər hansı
bir pilotun yarış bitdiyi zaman tutulan yerləri
dəyişdirəcək dərəcədə yarışdan
kənarlaşdırılması mümkündür.
b)
Qrupdakı pilotların hamısının yarışı
başa vura bilməməsi halında ən çox
dövrə keçən pilot yarışı
qazanmış hesab olunur. Yarışı başa vura
bilməyən, iki və ya daha çox pilotun eyni sayda
dövrə vura bilməsi halında onların hər
birinə aid əmsallar eyni sayda dövrə vuran pilotların
sayına bölünür. Bu qayda tətbiq olunmaqla,
iştirakçıya ödəniləcək əmsallar
birdən (1,00) az ola bilməz. Bütün pilotların eyni
sayda dövrə vurması halında onların hər
birinə bir (1,00) əmsalı tətbiq olunur.
c)
Hər hansı bir Qran-Pri Formula 1, yaxud Moto GP
yarışının başlanğıc anı pilotun
Qriddə yerini tutmasından etibarən isinmə
dövrəsinin başladığı an kimi qəbul edilir.
Buna görə isinmə dövrəsi üçün
mövqe tutan bütün pilotların yarışda iştirak
etməsi qəbul edilir. Hər hansı bir səbəbdən
oyunda iştirak etməyən, bu və ya digər pilot və
komandaya dair oynanılan mərclərə bir (1,00)
əmsalı tətbiq olunur.
ç)
Hər hansı bir yarışın ləğv edilməsi,
təxirə salınması və ya başqa vaxta
keçirilməsi və 36 saat ərzində təşkil
edilməməsi halında proqramda başqa hal
nəzərdə tutulmayıbsa, bu mərclə bağlı
iştirakçılardan daxil olan bütün ehtimallara bir
(1,00) əmsalı tətbiq olunur.
9.9.
Qran-Pri Formula 1, yaxud Moto GP yarışında ən
sürətli dövrə — iştirakçıdan Formula 1
Qran-Prisi, yaxud Moto GP yarışında ən sürətli
dövrəni edəcək pilotu proqnoz etməsi tələb
olunur.
a)
Formula 1 Qran-Prisi, yaxud Moto GP yarışında ən
sürətli dövrənin keçilməsi,
yarışı təşkil edən təşkilat
tərəfindən elan edilən hesabata əsasən
müəyyənləşdirilir. Rəsmi nəticələr
elan edildikdən sonra baş verən dəyişikliklər
nəzərə alınmayacaqdır. Buna nümunə kimi
(ancaq bununla məhdudlaşmadan), hər hansı pilot rəsmi
nəticələri dəyişdirə biləcək
dərəcədə yarışdan
kənarlaşdırıla bilər.
b)
Hər hansı bir Qran-Pri Formula 1, yaxud Moto GP
yarışının başlanğıc anı pilotun
Qriddə yerini tutduğu məqamdan etibarən, isinmə
dövrəsinin başlanğıc zamanı kimi qəbul
edilir. Buna görə isinmə dövrəsi üçün
mövqe tutan bütün pilotların yarışda iştirak
etməsi qəbul edilir. İki pilotdan biri bu və ya digər
səbəbdən yarışda iştirak etmədikdə,
onların hər ikisinə bir (1,00) əmsalı tətbiq
olunur.
c)
Hər hansı bir yarışın ləğv edilməsi,
təxirə salınması, yaxud başqa vaxta
keçirilməsi və 36 saat ərzində
keçirilməməsi halında proqramda başqa hal
nəzərdə tutulmayıbsa, bu mərclə bağlı
iştirakçılardan daxil olan bütün ehtimallara bir (1,00)
əmsalı tətbiq olunur.
9.10.
Formula 1, yaxud Moto GP Dünya Çempionatında pilot və ya
komandaların qazandıqları qələbələrin
sayı — iştirakçıdan Formula 1, yaxud Moto GP Dünya
Çempionatında pilot və ya komandaların nə
qədər qələbə qazanacağını proqnoz
etməsi tələb olunur.
a)
Pilot və ya komandaların qazandıqları
qələbələrin sayı çempionatın bitdiyi zaman
riskin idarə edilməsi mərkəzi tərəfindən
rəsmi olaraq elan edilən qələbə sayıdır.
b)
Hər hansı bir səbəbdən çempionatdan
kənarlaşdırılan və ya çempionatı tərk
edən komandaya dair oynanılan mərclər proqramda başqa
hal nəzərdə tutulmayıbsa, qazanan mərc hesab olunmur.
c)
İstənilən səbəbdən çempionatda
iştirak etməyən pilot və ya komandaya dair oynanılan
mərclərə bir (1.00) əmsalı tətbiq olunur.
ç)
Çempionat ləğv edildikdə, bütün
mərclərə bir (1,00) əmsalı tətbiq olunur.
10. Digər
yarış və oyunlar
10.1.
İdman görüşlərinin yekun nəticəsi —
iştirakçıdan futbol oyunu istisna olmaqla, hər hansı
bir idman görüşünün yekun və ya son
nəticəsini proqnoz etməsi tələb olunur. Bu idman
görüşlərinə tennis, voleybol, həndbol, su polosu
və ya nəticələri qol, yaxud set olaraq ifadə
edilən bütün digər idman oyunları daxildir.
a)
Hər hansı bir oyunun tam nəticəsi normal müddət
müəyyənləşdirilibsə, oyunun normal
müddəti bitdikdə qol və ya set kimi ifadə edilən
nəticədir. Əlavə vaxt, yaxud əlavə vaxt
bitdikdən sonra qalibin bu və ya digər şəkildə
elan edilməsi nəzərə alınmayacaqdır.
b)
Oyunun bitmə saatından əvvəl ləğv edilməsi,
təxirə salınması və ya başqa bir vaxta
keçirilməsi, yaxud oyunun oynanılacağı yer və
ya rəqib komandanın dəyişdirilməsi və bunun
proqramda rəsmi elan olunmasından sonra baş verməsi
halında bütün mərclərə bir (1,00)
əmsalı tətbiq olunur.
10.2.
Bir idman yarışı nəticəsinin
müəyyənləşdirilən limitin “Alt”ında,
“Üst”ündə və ya
müəyyənləşdirilən nisbət daxilində
olması — iştirakçıdan bir idman oyununun
nəticəsinin ümumi qol, hesab, set sayı, xal sıralaması
kimi və ya başqa bir formada proqnozlaşdırılması
tələb olunur. Bu idman yarışları arasında futbol,
xokkey, həndbol, voleybol, tennis, basketbol, su polosu və ya
başqa istənilən idman yarışı növü ola
bilər. İştirakçının proqnozu, bunlarla
məhdudlaşmamaq şərtilə, idman
yarışındakı bitirmə yeri, vaxt və ya digər
hər hansı statistik ölçü daxil olmaqla, bir idman
yarışındakı (oyun, yarış, qrup, turnir
mərhələsi, turnir) bir atlet və ya komanda
tərəfindən qazanılacaq nəticə, ya da rekordla
bağlı da ola bilər. Proqnozlar üçün
müəyyənləşdirilən limitlər və ya
nisbətlər proqramda elan edilir. Futbol üçün bu
bənd haqqında məlumat verilən mərc
növlərinin qeyd edildiyi bəndlərdə təşkil
olunan futbol oyunundakı sarı və ya qırmızı kart,
on bir metrlik cərimə zərbəsi və ya ümumi qol
(“Alt” və ya “Üst” və ya aralığında) sayı
ilə əlaqədar mərc hallarını əhatə
etmir. Bundan başqa, basketbol üçün bu bənd,
haqqında məlumat verilən mərc növlərinin qeyd
edildiyi bəndlərdə təşkil edilən basketbol
oyununda qeydə alınan və ya bir iştirakçının
və ya komandanın oyunda, yaxud oyunun bir hissəsində
qeydə aldığı ümumi saya (“Alt” və ya “Üst”,
yaxud aralığında) müvafiq mərc hallarını
əhatə etmir.
a)
Qalibiyyətin nəticəsi oyunun əlaqədar
təşkilatçısının tərtibatlarına
əsasən müəyyənləşdirilir və turniri
təşkil edən qurum tərəfindən elan olunur.
b)
Əksi proqramda göstərilmədikdə, hər hansı
səbəbdən idman oyunundan kənarlaşdırılan
və ya imtina edən atletlər və ya
iştirakçılar ilə əlaqədar oynanılan
mərclər qazanan mərclər ola bilməz.
c)
Hər hansı bir səbəbdən turnirdə iştirak
etməyən atlet və ya iştirakçı ilə
əlaqədar oynanılan mərclərə bir (1,00)
əmsalı tətbiq olunacaqdır.
ç)
İdman oyunu təxirə salındıqda, həmin vaxt qalibin
müəyyənləşdirilməsi (qazanan nəticənin
müəyyənləşdirilməsi) istisna olmaqla,
bütün mərc oyunları əmsalları birə (1,00)
çevrilir.
d)
İdman oyunu təxirə salınır, yenidən
başlanır və nəticələnirsə,
qüvvədə olan nəticə oyunun finalında
əldə edilən nəticə olur.
10.3.
Qələbə qazanan atleti və ya komandanı
seçmək — iştirakçılardan heç bir
məhdudiyyət gözləmədən tennis, həndbol,
voleybol, su polosu və digər turnirlərdə
qələbə qazanan idmançı və ya komandanı
proqnoz etmələri tələb olunur.
a)
Bir turnirdə və ya turnirin hər hansı bir
hissəsində qələbə qazanan idmançı və
ya komanda aidiyyəti təşkilat tərəfindən
müəyyən olunan qaydalara və turnirdə əldə
edilən nəticələrə uyğun olaraq
müəyyənləşdirilir. Bu rəqiblərin
topladıqları xal ardıcıllığının
digər göstəricilərin (mümkün əlavə
vaxtlar və on bir metrlik cərimə zərbələri
də daxil olmaqla), növbəti mərhələyə
keçmək üçün olan oyun və ya
yarışı tərk etmək kimi qaydaların
(sadəcə bununla məhdudlaşmadan) müəyyənləşdirilməsindən
asılı deyildir.
b)
Proqramda başqa hal nəzərdə tutulmayıbsa,
səbəbindən asılı olmayaraq turnirdən kənarlaşdırılan
və ya turniri tərk edən idmançı, yaxud komanda
ilə bağlı mərclər qazanan mərclər ola
bilməz.
c)
Bu və ya digər səbəbdən turnirdə iştirak
etməyən hər hansı idmançı və ya komanda
ilə bağlı oynanılan mərclərə bir (1,00)
əmsalı tətbiq olunur.
ç)
Hər hansı səbəbdən turnirin ləğv
edilməsi halında bütün mərc əmsalları bir
(1,00) olaraq müəyyən olunur.
10.4.
Hər hansı bir turnirin iştirakçıları
(idmançılar və ya komanda) —
iştirakçıların tennis, həndbol, voleybol, su polosu
və digər turnirlərdə (ancaq bunlarla
məhdudlaşmadan) hansı idmançının, yaxud
komandanın müəyyən bir oyunda iştirak etməsini
proqnoz etmələri tələb olunur.
a)
Müəyyən bir turnir və ya turnirin bir hissəsində
idmançı və ya komandaların tutduqları yerlər
aidiyyəti təşkilatın müəyyən etdiyi
qaydalara və turnir daxilində meydana gələn
nəticələrə uyğun olaraq
müəyyənləşdirilir. Bu, əlavə vaxtı
və ya on bir metrlik cərimə zərbələrini də
əhatə edə bilən idmançı və ya
komandaların tutduqları yerin müəyyən edilməsi
üsulundan asılı deyildir.
b)
Proqramda digər hal nəzərdə tutulmayıbsa, hər
hansı səbəbdən turnirdən
kənarlaşdırılan və ya turniri tərk edən
idmançılar və ya komandalara dair oynanılan
mərclər qazanan mərc ola bilməz.
c)
Hər hansı bir səbəbdən turnirdə iştirak
etməyən idmançı və ya komandalara dair
oynanılan mərclərə bir (1,00) əmsalı tətbiq
olunur.
ç)
Hər hansı səbəbdən turnirin ləğv
edilməsi halında bütün mərc əmsalları bir
(1,00) olaraq dəyişdiriləcəkdir.
10.5.
Ən çox qol vurulan qrup — iştirakçıdan
müəyyən sayda qrup içindən hansı futbol
qrupunda ən çox qolun vurulacağını proqnoz
etməsi tələb olunur.
a)
Ən çox qol sayının qeyd edildiyi qrup tədbiri
təşkil edən təşkilatın rəsmi elan etdiyi
qrupdur və hər bir qrupda iştirak edən futbol
komandalarının keçirdikləri bütün
görüşlərin normal müddəti sona
çatdıqda əldə edilən nəticələrə
uyğun olaraq müəyyənləşdirilir.
b)
İki və ya daha çox qrupda eyni sayda qol vurulmuşdursa
və qol sayı bu mərc növü üçün vurulan
ən yüksək qol sayı olaraq qəbul edilirsə,
qrupların hər birinə aid əmsallar eyni sayda qolun
vurulduğu qrupların ümumi sayına bölünür. Bu
qaydaya riayət etdikdə, iştirakçılara
ödəniləcək əmsallar birdən (1,00) az ola
bilməz.
c)
Turnirin ləğv edilməsi halında ən yüksək
qolun vurulduğu qrupla bağlı həyata keçirilən
bütün ehtimallara bir (1,00) əmsalı tətbiq olunur.
10.6.
Sonda turnirin qalibinin çıxdığı qrup —
iştirakçıdan müəyyən sayda qrup
içindən turnirin qalibinin hansı qrupdan
çıxacağını proqnoz etməsi tələb
olunur.
a)
Qrupları tədbiri təşkil edən təşkilat
rəsmi olaraq elan edir. Turnirin qaydalarına uyğun olaraq,
gedən mübarizədə güclü
müəyyənləşir və sonda qalibin
çıxdığı qrup bilinir.
b)
Turnirin ləğv edilməsi halında bu mərc növü
ilə bağlı irəli sürülən bütün
ehtimallara bir (1,00) əmsalı tətbiq olunur.
10.7.
Hər hansı bir turnirdə ən çox medal, ən
çox qalibiyyət, ən çox xal alan idmançı
və ya komanda — iştirakçıdan bununla
məhdudlaşmadan tennis, həndbol, voleybol, su polosu turnirləri,
Olimpiya oyunları, Qran-Pri kimi turnirlərdə (bir və ya bir
neçə idman növü daxilində, turnirin hamısı
və ya bir hissəsi) ən çox medalı, yaxud konkret bir
kateqoriya üzrə ən çox medalı qazanan və ya
ən çox xal qazanan idmançını, yaxud komandanı
proqnoz etməsi tələb olunur.
a)
Turnirdəki (bir və ya bir neçə idman növü
daxilində, turnirin hamısı və ya bir hissəsi)
idmançı və ya komandanın nəticələri
tədbiri təşkil edən təşkilatın
qaydalarına və turnir çərçivəsində
meydana gələn nəticələrə əsasən
müəyyənləşdirilir. Birdən çox
idmançı, yaxud komandanın eyni sayda medal və ya xal,
eləcə də qələbə qazanması və bunun
nəticəsində birdən çox qazanan nəticə
olması halında idmançı, yaxud komandaların hər
birinə aid mərc əmsalları qazanan idmançı və
ya komandaların sayına bölünür. Bu qayda tətbiq
olunmaqla, iştirakçılara ödəniləcək
əmsallar birdən (1,00) az ola bilməz.
b)
Proqramda başqa hal nəzərdə tutulmayıbsa, hər
hansı səbəbdən turnirdən
kənarlaşdırılan və ya turniri tərk edən
idmançı və ya komandaya dair oynanılan mərclər
qazanan mərc ola bilməz.
c)
Hər hansı bir səbəbdən turnirdə iştirak
etməyən, idmançı və ya komandaya dair oynanılan
mərclərə bir (1,00) əmsalı tətbiq
olunacaqdır.
ç)
Turnirin hər hansı bir səbəbdən təxirə
salınması halında təxirə salınma anında
qazanan bir nəticə (turnir davam etdirilərsə və
tamamlanarsa, daha sabit bir nəticə olarsa) olmazsa, bu mərc
növündə irəli sürülən bütün
proqnozlara bir (1,00) əmsalı tətbiq olunur.
10.8.
Hər hansı bir idman turnirində, yaxud onun
müəyyən bir mərhələsində, komandanın
və ya idmançının müəyyən yerə, yaxud
mərhələyə çıxması —
iştirakçıdan hər hansı bir idman
tədbirində və ya idman tədbirinin müəyyən
bir mərhələsində, hər hansı bir komandanın
və ya idmançının müəyyən bir yerə
(birinci sırada yer tutacaq komanda və ya idmançı)
və ya müəyyən bir yer arasına (4-6-cı
sıralardan birində yer tutacaq komanda və ya
idmançı) və ya növbəti mərhələyə
(qrup daxilində 1-2-ci yerləri tutaraq növbəti
mərhələyə keçəcək komanda və ya
idmançı; birinci və ikinci yerləri keçmək
üçündür)
çıxıb-çıxmayacağını proqnoz
etməsi tələb olunur.
a)
Komanda və ya idmançıların turniri hansı sırada
tamamlaması mükafat mərasimində keçərli
sayılan sıralamadır. Mükafat mərasimi hər
hansı bir səbəbdən təşkil edilmədikdə,
rəsmi sıralamalar tədbiri təşkil edən
təşkilat tərəfindən hazırlanan hesabata
əsasən müəyyən olunur. Mükafat
mərasimindən, yaxud rəsmi nəticə sıralaması
elan edildikdən sonrakı nəticələr
nəzərə alınmayacaqdır. Buna nümunə kimi
(lakin bununla məhdudlaşmadan), hər hansı bir komanda,
yaxud idmançının tədbir sona çatdıqda
sıralamanı dəyişdirəcək formada oyundan
kənarlaşdırılması baş verə bilər.
10.9.
“İndikar” avtomobil yarışları
10.9.1.
“İndikar” avtomobil yarışının qalibi:
İştirakçıdan
hər hansı bir “İndikar” avtomobil yarışında qalib
gələcək sürücünü proqnoz etmək
tələb olunur.
a)
Riskin idarə edilməsi mərkəzi mümkün olan
hər hansı üsulla bu mərc növünün
keçirilməsi üçün lazım olan
iştirakçı sayını (“İndikar”
avtomobillərinin sayını) elan edir;
b)
oyunçuların (avtomobillərin) yarışı hansı
yerdə tamamlaması yarışın
təşkilatçısı tərəfindən elan
edilmiş hesabata görə
müəyyənləşdirilir. Oyunçuların
(avtomobillərin) yarışı hansı yerdə bitirdiyi
rəsmi şəkildə elan olunduqdan sonra edilən
dəyişikliklər nəzərə alınmır;
c)
birinci yerə birdən artıq oyunçu (avtomobil) qalib kimi
çıxarsa, onların hər birinə oynanmış
mərc, oyunçuların (avtomobillərin) sayına uyğun
olaraq bölüşdürülür;
ç)
hər hansı bir yarışın ləğv edilməsi,
başqa vaxta keçirilməsi və ya təxirə
salınması halında, bu yarışlara verilmiş
proqnozlara bir (1,00) əmsalı verilir;
d)
iştirakçının proqnozlarına daxil edilmiş
hər hansı bir oyunçunun (avtomobilin) yarışdan
çıxması halında, belə yarışdan
çıxmış oyunçu (avtomobil) ilə
əlaqədar bütün mərclər üçün bir
(1,00) əmsalı verilir.
10.9.2.
Bir “İndikar” avtomobil yarışında bir oyunçunun
birinci, ikinci və ya üçüncü yerə
çıxması:
İştirakçıdan
hər hansı bir “İndikar” avtomobil yarışında
birinci, ikinci və ya üçüncü yerləri tutacaq
oyunçunu (avtomobili) müəyyən etmək tələb
olunur.
a)
proqramda başqa şərtlər irəli
sürülmədikdə, bu mərc növü,
ümumiyyətlə, bu Qaydaların 10.9.1-ci
yarımbəndində qeyd edilmiş “Qalib” kombinasiyası
şəklində yerinə yetirilir;
b)
Riskin idarə edilməsi mərkəzi, bu mərc
növünün təşkil edilməsi üçün
lazım olan minimum oyunçu sayını bütün
mümkün üsullarla elan edir. Riskin idarə edilməsi
mərkəzi ayrıca mükafat veriləcək yerlərin
sayını və “Winner/Qalib” (bu Qaydaların 10.9.1-ci
yarımbəndi) mərc növündəki proqnozlara əsaslanaraq
mərclərin hesablanma üsullarını müəyyən
edir;
c)
oyunçuların (avtomobillərin) yarışı hansı
yerdə tamamlaması yarışın
təşkilatçısı tərəfindən elan
edilmiş hesabata görə
müəyyənləşdirilir. Oyunçuların (avtomobillərin)
yarışı hansı yerdə bitirdiyi rəsmi
şəkildə elan olunduqdan sonra edilən
dəyişikliklər nəzərə alınmır;
ç)
bu mərc növündə birdən artıq oyunçu
(avtomobil) yarışı eyni zamanda və ya mükafata haqq
qazanan yerdə tamamlayarsa (mükafat qazanmış
oyunçuların ümumi sayı gözlənildiyindən çox
olarsa), hər oyunçu üçün ödənilən
əmsal kəsirə vurulur. Bu kəsirdə “surət” -
mükafat verilən yerlərin sayını tamamlamaq
üçün (ödənilməsi) tələb olunan
oyunçu sayı, "məxrəc" isə
yarışı eyni zamanda və ya eyni yerdə
tamamlamış oyunçuların sayıdır;
d)
hər hansı bir yarışın ləğv edilməsi,
başqa vaxta keçirilməsi və ya təxirə
salınması halında, bu mərclər ilə bağlı
bütün proqnozlara bir (1,00) əmsalı verilir;
e)
iştirakçının proqnozlarına daxil edilmiş
hər hansı bir oyunçunun (avtomobilin) yarışdan
çıxması halında, belə yarışdan
çıxmış oyunçu (avtomobil) ilə
əlaqədar bütün mərclər üçün bir
(1,00) əmsalı verilir.
10.9.3.
Bir “İndikar” avtomobil yarışında variantlar:
İştirakçıdan
hər hansı bir “İndikar” avtomobil yarışında
seçilən oyunçunun birinci yerə çıxıb
çıxmayacağını proqnoz etməkdən başqa
seçilmiş oyunçunun birinci, ikinci və ya
üçüncü olmasını proqnoz etmək
tələb olunur.
a)
Riskin idarə edilməsi mərkəzi bu mərc
növünün təşkil edilməsi üçün
lazım olan oyunçuların (“İndikar” avtomobillərinin)
sayını bütün mümkün üsullarla elan edir.
Bununla yanaşı, Riskin idarə edilməsi mərkəzi
mükafata haqq qazanan yerlərin sayını və
“Winner/Qalib” (bu Qaydaların 10.9.1-ci yarımbəndi) mərc
növündəki proqnozlara əsaslanaraq mərclərin
hesablanma üsullarını müəyyən edir;
b)
bu mərc növü “Bir “İndikar” avtomobil
yarışının qalibi” bu Qaydaların 10.9.1-ci
yarımbəndindəki “Bir “İndikar” avtomobil
yarışında bir oyunçunun birinci, ikinci və ya
üçüncü yerləri tutması” (bu Qaydaların
10.9.2-ci yarımbəndi) mərc növlərinin
birləşməsidir. Başqa sözlə,
iştirakçıdan iki mərc üçün
ödəniş etmək tələb olunur: biri “Qalib”
üçün, digəri isə "Yer"
üçün;
c)
oyunçuların (avtomobillərin) yarışı hansı
yerdə tamamlaması yarışı təşkil edən
təşkilat tərəfindən elan edilmiş hesabata
görə müəyyənləşdirilir.
Oyunçuların (avtomobillərin) yarışı hansı
yerdə bitirdiyi rəsmi şəkildə elan olunduqdan sonra
edilən dəyişikliklər nəzərə
alınmır;
ç)
iki mərc növünün bir kombinasiya kimi istifadə
edilməsi halında, iştirakçının seçdiyi
oyunçu qalib gələrsə, iştirakçı “Bir “İndikar”
avtomobil yarışının qalibi” (bu Qaydaların 10.9.1-ci
yarımbəndi) mərc növü üçün təyin
edilmiş mükafatı, “Bir “İndikar” avtomobil
yarışında bir oyunçunun birinci, ikinci və ya
üçüncü yeri tutması” (bu Qaydaların 10.9.2-ci
yarımbəndi) mərc növündə udduğu hallarda
isə bu mərc üçün nəzərdə
tutulmuş mükafatı alacaqdır. Bundan əlavə,
iştirakçının seçdiyi oyunçu
yarışı ikinci ya da üçüncü olaraq
bitirərsə, iştirakçı oyunçunun ikinci və
ya üçüncü olması ilə bağlı nəzərdə
tutulmuş mükafatı alacaqdır;
d)
bu mərc növündə birdən artıq oyunçu
yarışı eyni zamanda və ya mükafat təyin
edilmiş yerdə tamamlayarsa (mükafat qazanmış
oyunçuların ümumi sayı gözlənildiyindən
çox olarsa), hər oyunçu üçün hesablanan
əmsal kəsirə vurulur. Bu kəsirdə “surət” -
mükafat verilən yerlərin sayını tamamlamaq
üçün (ödənilməsi) tələb olunan
oyunçu sayı, “məxrəc” isə yarışı eyni
zamanda və ya eyni yerdə tamamlamış oyunçuların
sayıdır;
e)
hər hansı bir yarışın ləğv edilməsi,
başqa vaxta keçirilməsi və ya təxirə
salınması halında, bu oyunlara oynanmış
mərclərə bir (1,00) əmsalı verilir;
ə)
iştirakçının proqnozlarına daxil edilmiş
hər hansı oyunçunun (avtomobilin) yarışdan
çıxması halında, belə yarışdan
çıxmış oyunçu ilə əlaqədar
bütün mərclər üçün bir (1,00)
əmsalı verilir.
10.9.4.
Bir “İndikar” avtomobil yarışında arxa-arxaya iki
sıranın (birincilik və ikinciliyin düzgün
ardıcıllıqla) müəyyən edilməsi:
İştirakçıdan
hər hansı bir “İndikar” avtomobil yarışında
birinci və ikinci yerə çıxacaq oyunçuları
(düzgün ardıcıllıqla) proqnoz etmək tələb
olunur.
a)
Riskin idarə edilməsi mərkəzi bu mərc
növünün təşkil edilməsi üçün
lazım olan oyunçuların (“İndikar” avtomobillərinin)
sayını bütün mümkün üsullarla elan edir;
b)
oyunçuların (avtomobillərin) yarışı hansı
yerdə tamamlaması yarışın
təşkilatçısı tərəfindən elan
edilmiş hesabata görə müəyyənləşdirilir.
Oyunçuların (avtomobillərin) yarışı hansı
yerdə bitirdiyi rəsmi şəkildə elan olunduqdan sonra
edilən dəyişikliklər nəzərə
alınmır;
c)
eyni yeri birdən artıq oyunçu tutarsa, bu birinci və
ikinci oyunçu cütlüyünün yaranması ilə
nəticələnir və hər bir cütlüyün
mükafatları cütlərin ümumi sayına
bölünür. Birinci yeri birdən artıq oyunçu
tutarsa, qalib gəlmiş kombinasiya birinci yerləri
bölüşdürən oyunçuların ümumi
sayından seçilmiş hər hansı ikisini ehtiva edən
ardıcıllığa bərabər olur. Yarışı
ikinci bitirən birdən artıq oyunçunun olması
halında, qalib gələn kombinasiya birinci yeri tutmuş
oyunçu ilə ikinci yerdə bitirmiş oyunçuları
birləşdirən kombinasiya sayılır;
ç)
hər hansı bir yarışın ləğv edilməsi,
başqa vaxta keçirilməsi və ya təxirə
salınması halında, bu oyunlara oynanmış
mərclərə bir (1,00) əmsalı verilir;
d)
iştirakçının proqnozlarına daxil edilmiş
hər hansı oyunçunun (avtomobilin) yarışdan
çıxması halında, belə yarışdan
çıxmış oyunçu (avtomobil) ilə
əlaqədar bütün mərclər üçün bir
(1,00) əmsalı verilir.
10.9.5.
Bir “İndikar” avtomobil yarışında arxa-arxaya
üç sıranın (birincilik, ikincilik və
üçüncülüyün düzgün ardıcıllıqla)
müəyyən edilməsi:
İştirakçıdan
hər hansı bir “İndikar” avtomobil yarışında
birinci, ikinci və üçüncü yerə
çıxacaq oyunçuları (düzgün ardıcıllıqla)
proqnoz etmək tələb olunur.
a)
Riskin idarə edilməsi mərkəzi bu mərc
növünün təşkil edilməsi üçün lazım
olan oyunçuların (“İndikar” avtomobillərinin)
sayını bütün mümkün üsullarla elan edir;
b)
oyunçuların (avtomobillərin) yarışı hansı
yerdə tamamlaması yarışın
təşkilatçısı tərəfindən elan
edilmiş hesabata görə müəyyənləşdirilir.
Oyunçuların (avtomobillərin) yarışı hansı
yerdə bitirdiyi rəsmi şəkildə elan olunduqdan sonra
edilən dəyişikliklər nəzərə
alınmır;
c)
bir yer üçün birdən çox oyunçunun
olması halında, yarışı ilk üç yerdə
bitirən oyunçuların toplam sayından hər hansı
üçünü ehtiva edən permutasiya ədədi
qədər qalib gələn ardıcıl
üçlüklər əmələ gələcəkdir.
Birdən çox qalib gəlmiş ardıcıl
üçlüklərin olması halında, hər biri
ilə əlaqədar mərclər qalib gələn
ardıcıl üçlüklərin toplam sayına
bölünür;
ç)
hər hansı bir yarışın ləğv edilməsi,
başqa vaxta keçirilməsi və ya təxirə
salınması halında, bu oyunlara oynanmış
mərclərə bir (1,00) əmsalı verilir;
d)
iştirakçının proqnozlarına daxil edilmiş
hər hansı oyunçunun (avtomobilin) yarışdan
çıxması halında, yarışdan
çıxmış oyunçunun (avtomobilin) daxil olduğu
kombinasiya bir proqnoz kimi təhlil ediləcək, yarışdan
çıxmış oyunçunun (avtomobilin) daxil
olmadığı kombinasiyalar isə qüvvədə
qalacaqdır.
10.10.
Tazı (ov itləri) yarışları
10.10.1.
tazı (ov itləri) yarışının qalibi:
İştirakçıdan
hər hansı bir tazı yarışının qalibini
proqnoz etmək tələb olunur.
a)
Riskin idarə edilməsi mərkəzi, mümkün olan
hər hansı üsulla bu mərc növünün
keçirilməsi üçün lazım olan
iştirakçı sayını (tazıların
sayını) elan edir;
b)
oyunçuların (tazıların) yarışı hansı
yerdə tamamlaması yarışın
təşkilatçısı tərəfindən elan
edilmiş hesabata görə
müəyyənləşdirilir. Oyunçuların
(tazıların) yarışı hansı yerdə bitirdiyi
rəsmi şəkildə elan olunduqdan sonra edilən
dəyişikliklər nəzərə alınmır;
c)
birinci yerə birdən artıq oyunçu (tazı) qalib kimi
çıxarsa, onların hər birinə oynanmış
mərc, oyunçuların (tazıların) sayına uyğun
olaraq bölüşdürülür;
ç)
hər hansı bir yarışın ləğv edilməsi,
başqa vaxta keçirilməsi və ya təxirə
salınması halında, bu yarışlara verilmiş
proqnozlara bir (1,00) əmsalı verilir;
d)
iştirakçının proqnozlarına daxil edilmiş
hər hansı bir oyunçunun (tazının) yarışdan
çıxması halında, belə yarışdan
çıxmış oyunçu (tazı) ilə
əlaqədar bütün mərclər üçün bir
(1,00) əmsalı verilir.
10.10.2.
Bir tazı yarışında bir oyunçunun birinci, ikinci
və ya üçüncü yerə çıxması:
İştirakçıdan
hər hansı bir tazı yarışında birinci, ikinci
və ya üçüncü yerləri tutacaq oyunçunu
(tazını) müəyyən etmək tələb olunur.
a)
proqramda başqa hal nəzərdə tutulmayıbsa, bu mərc
növü, ümumiyyətlə, bu Qaydaların 10.10.1-ci
yarımbəndində qeyd edilmiş “Qalib” kombinasiyası
şəklində yerinə yetirilir;
b)
Riskin idarə edilməsi mərkəzi, bu mərc
növünün təşkil edilməsi üçün
lazım olan minimum oyunçu sayını bütün
mümkün üsullarla elan edir. Riskin idarə edilməsi
mərkəzi ayrıca mükafat veriləcək yerlərin
sayını və “Winner/Qalib” (bu Qaydaların 10.10.1-ci
yarımbəndi) mərc növündəki proqnozlara
əsaslanaraq mərclərin hesablanma üsullarını
müəyyən edir;
c)
oyunçuların (tazıların) yarışı hansı
yerdə tamamlaması yarışın
təşkilatçısı tərəfindən elan
edilmiş hesabata görə
müəyyənləşdirilir. Oyunçuların
(tazıların) yarışı hansı yerdə bitirdiyi
rəsmi şəkildə elan olunduqdan sonra edilən
dəyişikliklər nəzərə alınmır;
ç)
bu mərc növündə birdən artıq oyunçu
(tazı) yarışı eyni zamanda və ya mükafata haqq
qazanan yerdə tamamlayarsa (mükafat qazanmış
oyunçuların ümumi sayı gözlənildiyindən
çox olarsa), hər oyunçu üçün
ödənilən əmsal kəsirə vurulur. Bu
kəsirdə “surət” - mükafat verilən yerlərin
sayını tamamlamaq üçün (ödənilməsi)
tələb olunan oyunçu sayı, “məxrəc” isə
yarışı eyni zamanda və ya eyni yerdə
tamamlamış oyunçuların sayıdır;
d)
hər hansı bir yarışın ləğv edilməsi,
başqa vaxta keçirilməsi və ya təxirə
salınması halında, bu mərclərlə bağlı
bütün proqnozlara bir (1,00) əmsalı verilir;
e)
iştirakçının proqnozlarına daxil edilmiş
hər hansı bir oyunçunun (tazının) yarışdan
çıxması halında, belə yarışdan
çıxmış oyunçu (tazı) ilə
əlaqədar bütün mərclər üçün bir
(1,00) əmsalı verilir.
10.10.3.
Bir tazı yarışında variantlar:
İştirakçıdan
hər hansı bir tazı yarışında seçilən
oyunçunun birinci yerə çıxıb
çıxmayacağını proqnoz etməkdən başqa
seçilmiş oyunçunun birinci, ikinci və ya
üçüncü olmasını proqnoz etmək
tələb olunur.
a)
Riskin idarə edilməsi mərkəzi bu mərc
növünün təşkil edilməsi üçün
lazım olan oyunçuların (tazıların) sayını
bütün mümkün üsullarla elan edir. Bununla
yanaşı, Riskin idarə edilməsi mərkəzi mükafata
haqq qazanan yerlərin sayını və “Winner/Qalib” (bu
Qaydaların 10.10.1-ci yarımbəndi) mərc
növündəki proqnozlara əsaslanaraq mərclərin
hesablanma üsullarını müəyyən edir;
b)
bu mərc növü “Bir tazı yarışının
qalibi” (bu Qaydaların 10.10.1-ci yarımbəndi) “Bir tazı
yarışında bir oyunçunun birinci, ikinci və ya
üçüncü yerləri tutması” (bu Qaydaların
10.10.2-ci yarımbəndi) mərc növlərinin
birləşməsidir. Başqa sözlə,
iştirakçıdan iki mərc üçün
ödəniş etmək tələb olunur: biri “Qalib”
üçün, digəri isə “Yer” üçün;
c)
oyunçuların (tazıların) yarışı hansı
yerdə tamamlaması yarışı təşkil edən
təşkilat tərəfindən elan edilmiş hesabata
görə müəyyənləşdirilir.
Oyunçuların (tazıların) yarışı hansı
yerdə bitirdiyi rəsmi şəkildə elan olunduqdan sonra
edilən dəyişikliklər nəzərə
alınmır;
ç)
iki mərc növünün bir kombinasiya kimi istifadə
edilməsi halında, iştirakçının seçdiyi
oyunçu qalib gələrsə, iştirakçı “Bir
tazı yarışının qalibi” (bu Qaydaların 10.10.1-ci
yarımbəndi) mərc növü üçün təyin
edilmiş mükafatı, “tazı yarışında bir
oyunçunun birinci, ikinci və ya üçüncü yeri
tutması” (bu Qaydaların 10.10.2-ci yarımbəndi) mərc
növündə udduğu hallarda isə bu mərc
üçün nəzərdə tutulmuş mükafatı
alacaqdır. Bundan əlavə, iştirakçının
seçdiyi oyunçu yarışı ikinci, ya da üçüncü
olaraq bitirərsə, iştirakçı oyunçunun ikinci
və ya üçüncü olması ilə bağlı
nəzərdə tutulmuş mükafatı alacaqdır;
d)
bu mərc növündə birdən artıq oyunçu
yarışı eyni zamanda və ya mükafat təyin
edilmiş yerdə tamamlayarsa (mükafat qazanmış
oyunçuların ümumi sayı gözlənildiyindən
çox olarsa), hər oyunçu üçün hesablanan
əmsal kəsirə vurulur. Bu kəsirdə “surət” -
mükafat verilən yerlərin sayını tamamlamaq
üçün (ödənilməsi) tələb olunan
oyunçu sayı, “məxrəc” isə yarışı eyni
zamanda və ya eyni yerdə tamamlamış oyunçuların
sayıdır;
e)
hər hansı bir yarışın ləğv edilməsi,
başqa vaxta keçirilməsi və ya təxirə
salınması halında, bu oyunlara oynanmış
mərclərə bir (1,00) əmsalı verilir;
ə)
iştirakçının proqnozlarına daxil edilmiş
hər hansı oyunçunun (tazının) yarışdan
çıxması halında, belə yarışdan
çıxmış oyunçu ilə əlaqədar
bütün mərclər üçün bir (1,00)
əmsalı verilir.
10.10.4.
Bir tazı yarışında arxa-arxaya iki sıranın
(birincilik və ikinciliyin düzgün ardıcıllıqla)
müəyyən edilməsi:
İştirakçıdan
hər hansı bir tazı yarışında birinci və
ikinci yerə çıxacaq oyunçuları (düzgün
ardıcıllıqla) proqnoz etmək tələb olunur.
a)
Riskin idarə edilməsi mərkəzi bu mərc
növünün təşkil edilməsi üçün
lazım olan oyunçuların (tazıların) sayını
bütün mümkün üsullarla elan edir;
b)
oyunçuların (tazıların) yarışı hansı
yerdə tamamlaması yarışın
təşkilatçısı tərəfindən elan
edilmiş hesabata görə müəyyənləşdirilir.
Oyunçuların (tazıların) yarışı hansı
yerdə bitirdiyi rəsmi şəkildə elan olunduqdan sonra
edilən dəyişikliklər nəzərə
alınmır;
c)
eyni yeri birdən artıq oyunçu tutarsa, bu birinci və
ikinci oyunçu cütlüyünün yaranması ilə
nəticələnir və hər bir cütlüyün mükafatları
cütlərin ümumi sayına bölünür. Birinci yeri
birdən artıq oyunçu tutarsa, qalib gəlmiş
kombinasiya birinci yerləri bölüşdürən
oyunçuların ümumi sayından seçilmiş hər
hansı ikisini ehtiva edən ardıcıllığa
bərabər olur. Yarışı ikinci bitirən birdən
artıq oyunçunun olması halında, qalib gələn
kombinasiya birinci yeri tutmuş oyunçu ilə ikinci yerdə
bitirmiş oyunçuları birləşdirən kombinasiya
sayılır;
ç)
hər hansı bir yarışın ləğv edilməsi,
başqa vaxta keçirilməsi və ya təxirə
salınması halında bu oyunlara oynanmış
mərclərə bir (1,00) əmsalı verilir;
d)
iştirakçının proqnozlarına daxil edilmiş
hər hansı oyunçunun (tazının) yarışdan
çıxması halında, belə yarışdan
çıxmış oyunçu (tazı) ilə
əlaqədar bütün mərclər üçün bir
(1,00) əmsalı verilir.
10.10.5.
Bir tazı yarışında arxa-arxaya üç
sıranın (birincilik, ikincilik və
üçüncülüyün düzgün
ardıcıllıqla) müəyyən edilməsi:
İştirakçıdan
hər hansı bir tazı yarışında birinci, ikinci
və üçüncü yerə çıxacaq
oyunçuları (düzgün ardıcıllıqla) proqnoz
etmək tələb olunur.
a)
Riskin idarə edilməsi mərkəzi bu mərc
növünün təşkil edilməsi üçün
lazım olan oyunçuların (tazıların) sayını
bütün mümkün üsullarla elan edir;
b)
oyunçuların (tazıların) yarışı hansı
yerdə tamamlaması yarışın
təşkilatçısı tərəfindən elan
edilmiş hesabata görə müəyyənləşdirilir.
Oyunçuların (tazıların) yarışı hansı
yerdə bitirdiyi rəsmi şəkildə elan olunduqdan sonra
edilən dəyişikliklər nəzərə alınmır;
c)
bir yer üçün birdən çox oyunçunun
olması halında, yarışı ilk üç yerdə
bitirən oyunçuların toplam sayından hər hansı
üçünü ehtiva edən permutasiya ədədi
qədər qalib gələn ardıcıl
üçlüklər əmələ gələcəkdir.
Birdən çox qalib gəlmiş ardıcıl üçlüklərin
olması halında, hər biri ilə əlaqədar
mərclər qalib gələn ardıcıl
üçlüklərin toplam sayına bölünür;
ç)
hər hansı bir yarışın ləğv edilməsi,
başqa vaxta keçirilməsi və ya təxirə
salınması halında bu oyunlara oynanmış
mərclərə bir (1,00) əmsalı verilir;
d)
iştirakçının proqnozlarına daxil edilmiş
hər hansı oyunçunun (tazının) yarışdan
çıxması halında, yarışdan
çıxmış oyunçunun (tazının) daxil
olduğu kombinasiya bir proqnoz kimi təhlil ediləcək,
yarışdan çıxmış oyunçunun
(tazının) daxil olmadığı kombinasiyalar isə qüvvədə
qalacaqdır.
10.11.
Operator hər növ idman yarışı ilə
əlaqədar yeni oyunlara proqnoz etməklə
iştirakçıların mərc qoyuluşunu həyata
keçirməsini təmin edir.
10.12.
Operator bu Qaydaların 10.11-ci bəndində
göstərilən oyunların şərtlərini Nazirliklə razılaşdıraraq,
bu barədə iştirakçıları KİV-lə
(kütləvi informasiya vasitələri ilə)
məlumatlandırır.[13]
11. Qrup
mərcləri
İştirakçıdan
müəyyən bir idman oyununu və ya həmin idman oyununun
bir hissəsində təqdim edilən bir qrup üçün
təklif olunan nəticələrdən (komanda, atlet və
sair) hansının bu qrupdakı digər ehtimal edilən
nəticələrdən daha yaxşı bir mövqedə
bitirəcəyini proqnozlaşdırması tələb olunur.
a)
Təklif edilən nəticələrlə bağlı olaraq,
bitirmə mövqeləri təşkilatçı
tərəfindən yarışı keçirən qurumun
məlumatlarına əsaslanaraq elan edilən
nəticələrdir. Nəticələr elan edildikdən
sonra meydana gələcək istənilən dəyişiklik nəzərə
alınmır. Bu nümunə ilə məhdudlaşmamaq
şərtilə bir nümunə bitirmə mövqelərini
dəyişdirəcək formada nəticənin (komanda, atlet və
sair) ləğv edilməsi yönümündə
qərarın alınmasıdır.
b)
Qazanan nəticə birdən çox olduğu təqdirdə,
bunların hər birinə bağlı uduş
əmsalları qazanan nəticələrin sayına
bölünür. Bu qaydanı tətbiq edərək,
iştirakçılara ödəniləcək əmsallar
birdən (1,00) az ola bilməz.
c)
Hər hansı bir səbəbdən oyuna, ya da onun bir
hissəsində oynanılmayan nəticə üçün
mərclər qəbul edildiyi halda, bu nəticəni əks
etdirən qrupa uyğun bütün seçimlərə bir
(1,00) əmsal verilir.
ç)
Hər hansı bir səbəbdən təcrübəsiz
(məğlub olan, kənarlaşdırılan, növbəti
mərhələyə keçə bilməyən) və ya
yarışdan imtina edən bir proqnoz və ya nəticə
üçün mərclərin alındığı təqdirdə
bu mərclər uduzan mərc kimi nəzərə
alınacaqdır.
d)
Oyunun qazanan təxmini və ya nəticəsi olmadan
ləğv edilməsi, qeyri-müəyyən bir
müddətə təxirə salınması və ya
dayandırıldığı halda bütün
iştirakçıların bu mərclə bağlı
proqnozlarına proqramda əksi bildirilmədiyi təqdirdə
bir (1,00) əmsal veriləcəkdir.
Dayandırıldığı vaxt qazanan bir təxmin və ya
nəticənin (oyunun davam etdirilərək sona
çatdığı halda, belə
dəyişdirilməyən bir hal və ya nəticə)
olduğu təqdirdə bu vəziyyət qazanan hal olaraq
qəbul ediləcəkdir.
12.
Müştərək mərc oyunları
12.1.
Müştərək mərc oyunları — mərc
oyunlarının iştirakçıları
tərəfindən ödənilən ümumi
məbləğin əvvəlcədən elan olunmuş
hissənin nəticəsini doğru tapan
iştirakçılar arasında uduş kimi
bölüşdürüldüyü mərc
oyunlarıdır.
12.2.
Müştərək mərc oyunları üzərində
mərc oyunlarının Operatoru tərəfindən
müəyyən edilmiş sayda yarış nömrəsi
və ya yarış adı əks olunan kuponların mərc
oyununun iştirakçısı tərəfindən
müvafiq qaydada işarələnərək mərc
oyunları satıcısına verilməsi, mərc oyunları
satıcı tərəfindən həmin kuponların terminala
daxil edilməsi, terminaldan alınan və kupon
üzərindəki məlumatları əks etdirən mərc
biletinin mərc oyununun iştirakçısına verilməsi
yolu ilə oynanılır.
12.3.
Mərc oyununun iştirakçıları
müştərək mərc oyunlarında uduş
əldə etmək üçün mərc oyunlarının
Operatoru tərəfindən müəyyən edilmiş sayda
yarış nəticəsini düzgün proqnoz etməlidirlər.
Düzgün proqnoz edilməsi tələb olunan yarış
sayı, düzgün proqnoz edilən yarış sayına
görə paylanılan uduşların həcmi, düzgün
proqnoz olmaması halında uduşun növbəti oyunlara
keçirilməsi qaydaları mərc oyunlarının
Operatoru tərəfindən müəyyən olunur və
mərc oyununun iştirakçılarına elan edilir.
12.4.
Düzgün proqnoz sayına görə müəyyən
edilmiş uduş eyni düzgün proqnoz sayı olan mərc
bileti sahibləri arasında bərabər
bölüşdürülür.
12.5.
Müştərək mərc oyunları həmin oyunlarda
oynanılan yarışlardan ilk başlayanın başlanma
vaxtına 2 (iki) dəqiqə qalmış
bağlanılır və yeni mərclərin qəbuluna yol
verilmir.
12.6.
Müştərək mərc oyunlarında oynanılan
yarışlardan hər hansı biri ləğv
edilərsə, həmin yarışın nəticəsi
notariusun iştirakı ilə püşk atılaraq
müəyyən olunur.
13. İdman mərc
oyunlarının təşkili və keçirilməsinə nəzarət[14]
13.1.
İdman mərc oyunlarının təşkili və
keçirilməsinə nəzarət “Bədən
tərbiyəsi və idman haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun həyata keçirilir.
13.2.
Operator növbəti ilin ilk rübünün sonunadək cari
ildəki fəaliyyəti haqqında aşağıdakı
məlumatları özündə əks etdirən hesabatı
Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatasına təqdim edir:[15]
13.2.1.
idman mərc oyunlarının həyata
keçirilməsindən əldə olunan dövriyyə;
13.2.2.
bədən tərbiyəsi və idmanın inkişafına
yönəldilən məbləğ.
13.3.
Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatası bilet nömrəsini
və barkodunu, yarış nömrəsini və adını,
mərc dövrü sayını, satıcı
nömrəsini, biletin çap edildiyi tarixi, saatı və
ödənişi həyata keçirmək üçün
lazımi məlumatları üzərində əks etdirən
idman mərc oyunlarının nümunəvi bilet
formasını təsdiq edir.[16]
13.3-1. Operator idman mərc
oyunlarının təşkili və keçirilməsinə
nəzarəti həyata keçirən Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatasına həmin qurum tərəfindən
müəyyən edilmiş məbləğdə və
qaydada haqlar ödəyir.[17]
13.3-2. Operator “Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
tələblərə əməl etməlidir.[18]
13.4.
13-cü bənddə sadalanan qaydaların Operator
tərəfindən pozulması ilə bağlı hallar
müəyyən edildikdə, qanunvericiliklə
müəyyən olunmuş qaydada Operatorun akkreditasiya
olunduğu orqan qarşısında vəsatət
qaldırılır.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 29 may 2012-ci il tarixli 123 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 may 2012-ci
il, ¹ 118; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2012-ci il, ¹ 05, maddə 494)
2. 12 iyun 2013-cü
il tarixli 140 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun
2013-cü il, ¹ 134; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06, maddə 752)
3. 2 iyun 2016-cı il tarixli 209 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyun
2016-cı il, ¹ 120, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6, maddə 1187)
4. 23 avqust
2016-cı il tarixli 312 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27
avqust 2016-cı il, ¹ 187, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹8, maddə 1449)
5. 1 sentyabr 2016-cı
il tarixli 336 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 sentyabr
2016-cı il, ¹ 195, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9,
maddə 1564)
6. 10 mart 2017-ci il tarixli 84 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2017-ci il, ¹ 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 3, maddə 483)
7. 26
sentyabr
2018-ci il tarixli 420 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 sentyabr 2018-ci
il, ¹ 217, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹9, maddə 1948)
8. 6 fevral 2019-cu il tarixli 40 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə 338)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 12
iyun 2013-cü il tarixli 140 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun
2013-cü il, ¹ 134; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06, maddə 752) ilə “İdman
mərc oyunlarının həyata keçirilməsi
məqsədi ilə hüquqi şəxsin akkreditasiya
olunması Qaydası"nın 1.2-ci bəndində “hüquqi şəxs (bundan sonra -
Operator)” sözləri “hüquqi
şəxs (idman mərc oyunlarının operatoru) (bundan sonra
- Operator)” sözləri ilə əvəz edilmişdir.
[2] 6 fevral
2019-cu il tarixli 40 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə 338) ilə “İdman
mərc oyunlarının həyata keçirilməsi məqsədi
ilə hüquqi şəxsin akkreditasiya olunması
Qaydası”nın 2.5-ci bəndi ləğv edilmişdir.
[3] 12
iyun 2013-cü il tarixli 140 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun
2013-cü il, ¹ 134; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06, maddə 752) ilə “İdman
mərc oyunlarının təşkili və
keçirilməsi Qaydaları”nın 1.3-cü bənddə “hüquqi şəxs (bundan sonra -
Operator)” sözləri “hüquqi
şəxs (idman mərc oyunlarının operatoru) (bundan sonra
- Operator)” sözləri ilə əvəz edilmişdir.
[4] 2 iyun 2016-cı
il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 5 iyun 2016-cı il, ¹ 120, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 1187) ilə “İdman mərc
oyunlarının təşkili və keçirilməsi
Qaydaları”nın 1.4-cü bəndin “c” yarımbəndinin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda “d” yarımbəndi
əlavə edilmişdir.
[5] 6 fevral
2019-cu il tarixli 40 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə 338) ilə “İdman
mərc oyunlarının təşkili və keçirilməsi
Qaydaları”nın 1.5-ci bənddə “Nazirliyin müəyyən edəcəyi quruma”
sözləri “Azərbaycan
Respublikasının Milli Olimpiya Komitəsinə” sözləri
ilə əvəz edilmişdir.
[6] 12
iyun 2013-cü il tarixli 140 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun
2013-cü il, ¹ 134; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06, maddə 752) ilə “İdman
mərc oyunlarının təşkili və
keçirilməsi Qaydaları”nın 2.1-ci bənddə “qazandıran oyunlar” sözləri “qazandıran, idman mərc oyunlarının operatoru
tərəfindən keçirilən oyunlar” sözləri
ilə əvəz edilmişdir.
[7] 1 sentyabr 2016-cı il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 6 sentyabr 2016-cı
il, ¹ 195, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə
1564) ilə “İdman mərc oyunlarının təşkili
və keçirilməsi Qaydaları”nın 3.6-cı bəndə
“üzərində”
sözündən sonra “Reklam
haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin
tələblərinə uyğun olaraq” sözləri əlavə
edilmişdir.
[8] 1 sentyabr 2016-cı il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 6 sentyabr 2016-cı
il, ¹ 195, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə
1564) ilə “İdman mərc oyunlarının təşkili
və keçirilməsi Qaydaları”nın 3.12-ci bənddən “və
reklam fəaliyyətlərində istifadə edilə”
sözləri çıxarılmışdır və həmin
bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[9] 2 iyun 2016-cı il tarixli 209 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 5 iyun 2016-cı il, ¹ 120, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 1187) ilə “İdman mərc
oyunlarının təşkili və keçirilməsi
Qaydaları”nın 5.1.8-ci yarımbəndin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilmişdir və yeni
məzmunda 5.1.9-cu yarımbənd əlavə edilmişdir.
[10] 10
mart 2017-ci il tarixli 84 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2017-ci il, ¹ 56, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə
483) ilə “İdman mərc oyunlarının təşkili
və keçirilməsi Qaydaları”nın 5.1.9-cu yarımbəndinin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda
5.1.10-cu yarımbənd əlavə edilmişdir.
[11] 26 sentyabr 2018-ci il tarixli 420 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 sentyabr 2018-ci
il, ¹ 217, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹9, maddə 1948) ilə “İdman mərc
oyunlarının təşkili və keçirilməsi
Qaydaları”nın 5.1.10-cu yarımbəndinin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda 5.1.11-ci yarımbənd əlavə
edilmişdir.
[12] 29
may 2012-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 31 may 2012-ci il, ¹ 118; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə 494) ilə yeni
məzmunda 7.23-cü, 7.24-cü bəndlər əlavə
edilmişdir.
[13] 29
may 2012-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 31 may 2012-ci il, ¹ 118; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə 494) ilə yeni
məzmunda 10.9-cu - 10.12-ci bəndlər əlavə
edilmişdir.
6 fevral
2019-cu il tarixli 40 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə 338) ilə “İdman
mərc oyunlarının təşkili və keçirilməsi
Qaydaları”nın 10.12-ci bənddə “Nazirliyin tabeliyindəki qurumla” sözləri “Nazirliklə” sözü ilə
əvəz edilmişdir.
[14] 2 iyun 2016-cı
il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 5 iyun 2016-cı il, ¹ 120, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 1187) ilə “İdman mərc
oyunlarının təşkili və keçirilməsi
Qaydaları”nın 13-cü hissənin adında və 13.1-ci
bənddə “dövlət
nəzarəti” sözləri “nəzarət”
sözü ilə əvəz edilmişdir.
[15] 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27
avqust 2016-cı il, ¹
187, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹8, maddə
1449) ilə “İdman
mərc oyunlarının təşkili və keçirilməsi
Qaydaları”nın 13.2-ci bənddə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə”
sözləri “Maliyyə
Bazarlarına Nəzarət Palatasına” sözləri ilə əvəz edilmişdir.
[16] 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27
avqust 2016-cı il, ¹
187, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹8, maddə
1449) ilə “İdman
mərc oyunlarının təşkili və keçirilməsi
Qaydaları”nın 13.3-cü bənddə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi”
sözləri “Maliyyə
Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilmişdir.
[17] 2 iyun 2016-cı
il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 5 iyun 2016-cı il, ¹ 120, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 1187) ilə “İdman mərc
oyunlarının təşkili və keçirilməsi
Qaydaları”na yeni məzmunda 13.3-1-ci bənd əlavə edilmişdir.
[18] 26 sentyabr 2018-ci il tarixli 420 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 sentyabr 2018-ci
il, ¹ 217, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹9, maddə 1948) ilə “İdman mərc
oyunlarının təşkili və keçirilməsi
Qaydaları”na yeni məzmunda 13.3-2-ci bənd əlavə
edilmişdir.