Əməliyyat-axtarış
fəaliyyəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu qanun əməliyyat-axtarış
fəaliyyətinin həyata keçirilməsi ilə
bağlı hüquqi münasibətləri tənzimləyir
və əməliyyat-axtarış tədbirlərinin
tətbiqində hüquqi təminatlar sistemini
müəyyən edir.
Birinci fəsil
Ümumİ müddəalar
Maddə 1.
Əməliyyat-axtarış fəaliyyətinin
anlayışı, məqsədləri və
vəzifələri
I. Əməliyyat-axtarış
fəaliyyəti – müvafiq dövlət orqanları
tərəfindən aşkar və qeyri-aşkar üsullarla bu
qanunla müəyyən edilmiş tədbirlərin həyata
keçirilməsidir.
II. Əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir.[1]
III. Əməliyyat-axtarış
fəaliyyətinin vəzifələri
aşağıdakılardır:
1) hazırlanan və törədilən
cinayətlərin qarşısının alınması;
2) törədilmiş cinayətlərin
aşkar edilməsi və açılması;
3) cinayətləri hazırlayan,
törədən və ya törətmiş
şəxslərin müəyyən edilməsi;
4) məhkəmə, istintaq və
təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən
boyun qaçıran və ya itkin düşən
şəxslərin axtarılması;
5) naməlum meyitlərin
şəxsiyyətinin müəyyən edilməsi.
Maddə 2.
Əməliyyat-axtarış fəaliyyəti haqqında
qanunvericilik
I. Əməliyyat-axtarış
fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər
normativ hüquqi aktlarından, habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
II. Əməliyyat-axtarış
fəaliyyətini həyata keçirən orqanlar (bundan sonra
əməliyyat-axtarış fəaliyyətinin subyektləri
adlanacaq) öz səlahiyyətləri daxilində Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
əməliyyat-axtarış tədbirlərinin
təşkilini və taktikasını tənzimləyən
normativ hüquqi aktlar qəbul edirlər.
Maddə 3.
Əməliyyat-axtarış fəaliyyətinin prinsipləri
I. Əməliyyat-axtarış
fəaliyyəti qanunçuluq, humanistlik, insan hüquq və
azadlıqlarına hörmət, konspirasiya, aşkar və
gizli iş üsullarının uzlaşdırılması
prinsiplərinə əsaslanır.
II. Azərbaycan Respublikasının
qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa,
hər hansı şəxsin
vətəndaşlığı, milliyyəti, cinsi,
yaşayış yeri, sosial və əmlak vəziyyəti,
qulluq mövqeyi, ictimai birliklərə mənsubiyyəti,
dinə münasibəti və siyasi baxışları
əməliyyat-axtarış tədbirlərinin həyata
keçirilməsinə mane ola bilməz.
Maddə 4. İnsan və
vətəndaş hüquq və azadlıqlarının
təminatları
I. Əməliyyat-axtarış
fəaliyyətinin həyata keçirilməsi ilə
əlaqədar:
1) bu Qanunun 1-ci maddəsində
nəzərdə tutulmayan məqsədləri güdmək
və ya vəzifələri yerinə yetirmək;
2) hər hansı şəxsin razılığı
olmadan onun şəxsi həyatının
toxunulmazlığına, o cümlədən şəxsi
və ailə həyatının sirrinə, habelə onun
şərəf və ləyaqətinə dair əldə
edilmiş məlumatları yaymaq qadağandır.
II. Əməliyyat-axtarış
fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının
Konstitusiyasında nəzərdə tutulmuş insan və
vətəndaş hüquq və azadlıqlarını,
hüquqi şəxslərin qanuni mənafelərini pozmaq
qadağandır. Əməliyyat-axtarış
tədbirlərinin tətbiqi ilə bağlı insan və
vətəndaş hüquq və azadlıqlarının
müvəqqəti məhdudlaşdırılmasına
yalnız bu Qanunla müəyyən edilmiş qaydada
cinayətlərin qarşısının alınması,
onların açılması, məhkəmə, istintaq
və ya təhqiqat orqanlarından gizlənən, cəza
çəkməkdən boyun qaçıran
şəxslərin, itkin düşənlərin
axtarışı zamanı yol verilə bilər.
III. Əməliyyat-axtarış
fəaliyyəti subyektinin hər hansı bir siyasi partiyanın
və ya digər ictimai birliklərin mənafeyi naminə
hərəkətlər etməsi, qanunvericilik və ya
məhkəmə hakimiyyəti orqanlarının, habelə
qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan
keçmiş ictimai birliklərin və dini təşkilatların
işində onların qanuni fəaliyyətinə təsir
etmək məqsədilə məxfi iştirak etməsi
qadağandır.
IV. Əməliyyat-axtarış
fəaliyyəti subyektinin hərəkəti
nəticəsində hüquq və azadlıqları
pozulmuş hər bir şəxs həmin
əməliyyat-axtarış fəaliyyətinin subyektinin tabe
olduğu yuxarı orqanının rəhbərinə, prokurora
və ya məhkəməyə şikayət etmək
hüququna malikdir.
V. Belə şikayətin mahiyyəti üzrə qərar qəbul etmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq olaraq xidməti yoxlama və ya məhkəmə baxışı aparılmalıdır. Onun hərtərəfliyini və dolğunluğunu təmin etmək məqsədi ilə əməliyyat-axtarış fəaliyyətinin subyekti məhkəmənin qərarına əsasən dövlət sirrinin və xidməti sirrinin yayılması və əməliyyat-axtarış fəaliyyətinin keçirilməsinə gizli surətdə yardım göstərən şəxslər haqqında məlumatlar istisna olmaqla, əməliyyat-qeydiyyat işinin məzmunu ilə şikayətçini tanış etməyə borcludur.[2]
Maddə 5.
Əməliyyat-axtarış fəaliyyətinin subyektləri
I. Əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir.[3]
II. Əməliyyat-axtarış tədbirlərin əməliyyat-axtarış fəaliyyətinin hansı subyekti tərəfindən və hansı həcmdə tətbiqinin mümkünlüyünü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.[4]
III. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkili olunmuş şəxsləri öz vəzifələrini yalnız bu orqanların səlahiyyətləri daxilində həyata keçirirlər.[5]
IV. Poçt göndərişlərinin,
teleqraf və digər məlumatların yoxlanılması,
mülkiyyət formasından asılı olmayaraq rabitə
xidmətləri göstərən, rabitə vasitələri
təqdim edən idarə, müəssisə və
təşkilatların, fiziki və hüquqi
şəxslərin stansiya avadanlığına qoşulmaqla
telefon danışıqlarının qulaqasması, texniki
rabitə kanallarından və digər texniki
vasitələrdən informasiyanın
çıxarılması ilə bağlı əməliyyat-axtarış
tədbirləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və ya korrupsiyaya
qarşı mübarizə sahəsində
ixtisaslaşmış prokurorluq orqanı tərəfindən tətbiq edilir.[6]
V. Korrupsiya ilə
bağlı cinayətlər üzrə
əməliyyat-axtarış tədbirlərini yalnız
korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış
prokurorluq orqanı, yaxud həmin prokurorluq orqanının
yazılı tapşırığı əsasında
təhqiqat orqanları həyata keçirirlər.[7]
Maddə 6.
Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin
vəzifələri
Bu Qanunun 1-ci maddəsində
göstərilən məqsədlərə nail olmaq
üçün əməliyyat-axtarış
fəaliyyəti subyektlərinin aşağıdakı
vəzifələri vardır:
1) insan və vətəndaş hüquq
və azadlıqlarının, fiziki və hüquqi
şəxslərin qanunla müdafiə olunan
mənafelərinin, ictimai və dövlət təhlükəsizliyinin
qorunması üçün öz səlahiyyətləri daxilində
bütün qanuni tədbirləri görmək;
2) əməliyyat-axtarış
tədbirlərinin keçirilməsinə dair
məhkəmə qərarlarını, istintaq
orqanlarının qərarlarını və ya cinayət
işləri üzrə yazılı
tapşırıqlarını, habelə
əməliyyat-axtarış fəaliyyətinin
səlahiyyətli subyektlərinin qərarlarını
yerinə yetirmək;
3) əməliyyat-axtarış
fəaliyyəti nəticəsində əldə edilmiş
məlumatları, onların mənbəyini və əldə
edilməsi üsullarını yaymadan, konkret cinayət işi
üzrə təhqiqatı və ya istintaqı aparan
şəxsə və yaxud məhkəməyə vermək;
4) Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə əsasən xarici
dövlətlərin hüquq-mühafizə orqanlarının
və müvafiq beynəlxalq təşkilatlarının
sorğularına cavab vermək;
5) Azərbaycan Respublikasının
ərazisində əməliyyat-axtarış fəaliyyətinin
digər subyektlərinin səlahiyyətinə aid olan
faktların aşkar edildiyi təqdirdə
təxirəsalınmaz tədbirlər keçirməklə
onları xəbərdar etmək və lazımi kömək
göstərmək;
6) əməliyyat-axtarış
fəaliyyətini həyata keçirərkən konspirasiya
qaydalarına riayət edilməsi üçün müvafiq
tədbirlər görmək;
7) öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərini “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirmək;[8]
8) öz əməkdaşlarının,
onların yaxın qohumlarının,
əməliyyat-axtarış fəaliyyəti
subyektlərinə kömək edən şəxslərin,
onların yaxın qohumlarının, habelə cinayət
prosesi iştirakçılarının, onların yaxın
qohumlarının şəxsi təhlükəsizliyini və
əmlakını hüquqazidd qəsdlərdən
qorunmasını təmin etmək;
9) hər hansı şəxslə
əməkdaşlığın məxfiliyini və
anonimliyini təmin etmək;
10) hadisələrin, faktların,
əşyaların və digər informasiya
mənbələrinin əməliyyat uçotunu aparmaq.
Maddə 7.
Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin
hüquqları
Əməliyyat-axtarış
fəaliyyətinin subyektləri öz
səlahiyyətlərini bilavasitə yerinə
yetirərkən aşağıdakı hüquqlara
malikdirlər:
1) bu Qanunun 10-cu maddəsində
nəzərdə tutulmuş qaydada
əməliyyat-axtarış tədbirlərini aşkar və
gizli üsullarla həyata keçirmək;
2) əməliyyat-axtarış
fəaliyyəti subyektlərinə məxfilik əsasında
kömək etməyə razılaşan
şəxslərlə əvəzli və ya əvəzsiz
qaydada əməkdaşlıq etmək;
3) əməliyyat-axtarış
fəaliyyətini təmin etmək üçün informasiya
sistemi yaratmaq və ondan istifadə etmək;
4) əməliyyat-axtarış
fəaliyyəti zamanı müqavilə və ya şifahi
razılığa əsasən fiziki və hüquqi
şəxslərin yaşayış və qeyri-yaşayış
binalarından və otaqlarından, nəqliyyat
vasitələrindən və digər əmlakından
istifadə etmək;
5) konspirasiya məqsədi ilə uydurma idarə,
müəssisə və ya təşkilat (hüquqi
şəxs) yaratmaq, bu məqsədlə
əməliyyat-axtarış fəaliyyəti subyektlərinin
müvəkkil edilmiş şəxslərinin
şəxsiyyətini, bu orqanların bölmə,
təşkilat, bina və nəqliyyat vasitələrinin
idarə mənsubiyyətini, eləcə də bu orqanlara
məxfilik əsasında əməkdaşlıq edən
vətəndaşların şəxsiyyətini
pərdələndirən sənədlərdən istifadə
etmək.
Maddə 8.
Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin
səlahiyyətlərinin həddi
I. Əməliyyat-axtarış
fəaliyyətinin subyektlərinə öz
səlahiyyətlərinin icra edilməsi zamanı:
1) insanların həyatını,
sağlamlığını, əmlakını və qanuni
mənafelərini təhlükə altına alan
hərəkətlərə yol vermək;
2) hər hansı şəxsi qanun
pozuntularına təhrik etmək;
3) zor işlətmək,
hədələmək və şantaj etmək, habelə insan
və vətəndaşların hüquq və
azadlıqlarını, qanunla müdafiə olunan
mənafelərini məhdudlaşdıran digər qanunsuz
tədbirlərə əl atmaq;
4) səlahiyyətindən kənara
çıxan tədbirləri həyata keçirmək
qadağan olunur.
Maddə 9.
Əməliyyat-axtarış fəaliyyətinin
subyektlərinə kömək göstərilməsi
I. Azərbaycan Respublikasının
dövlət və yerli özünüidarəetmə
orqanlarının vəzifəli şəxsləri
əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə
kömək göstərmək borcludurlar.
II. Azərbaycan Respublikasının
ərazisində olan hər bir şəxs
əməliyyat-axtarış fəaliyyətinin
subyektlərinə onların səlahiyyətlərinin
yerinə yetirilməsində kömək göstərə
bilər. Heç kəs əməliyyat-axtarış
fəaliyyətində məcburi qaydada iştirak
edilməsinə cəlb edilə bilməz.
III. Əməliyyat-axtarış
fəaliyyəti subyektlərinin vəzifəli
şəxslərinin qanuni tələblərinin yerinə
yetirilməməsi və ya onlara maneçilik
törədilməsi Azərbaycan Respublikası qanunvericiliyi
ilə nəzərdə tutulan məsuliyyətə
səbəb olur.
İkinci fəsil
Əməlİyyat-axtarış fəalİyyətİnİn
həyata keçİrİlməsİ
Maddə 10.
Əməliyyat-axtarış tədbirləri
I. Əməliyyat-axtarış
fəaliyyətinin subyektləri bu Qanunla müəyyən
edilmiş qaydada aşağıdakı
əməliyyat-axtarış tədbirləri tətbiq edə
bilərlər:
1) vətəndaşların sorğusu;
2) soraqlaşma;
3) telefon danışıqlarına
qulaqasma;
4) poçt, teleqraf və digər
göndərişlərin yoxlanılması;
5) texniki rabitə kanallarından və
digər texniki vasitələrdən informasiyanın
çıxarılması;
6) məhkumların məktublarının
yoxlanılması;
7) nəqliyyat vasitələrinə baxış
keçirilməsi;
8) binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə;[9]
9) binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi;[10]
10) insanların güdülməsi;
11) şəxsiyyətin
eyniləşdirilməsi;
12) nəzarət qaydasında mal
alınması;
13) əşya və sənədlərin
tədqiqi;
14) müqayisəli tədqiq
üçün nümunələrin toplanılması;
15) nəzarətli göndəriş;
16) cinayətkar qruplara və ya kriminogen
obyektlərə daxil edilməsi;
17) hüquqi şəxsin
yaradılması;
18) əməliyyat eksperimenti, yəni
cinayətkar fəaliyyəti təqlid edən davranış
modelinin tətbiqi.
II. Bu maddənin I hissəsində
göstərilmiş əməliyyat-axtarış
tədbirlərin siyahısı yalnız Qanunla
dəyişdirilə bilər.
III. Bu maddənin I hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin IV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir.[11]
IV. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar
olduğu hallarda əməliyyat-axtarış
fəaliyyətinin subyektləri hakimin qərarı olmadan:
1) şəxsiyyət əleyhinə
ağır cinayətlərin və ya xüsusi
təhlükəli dövlət cinayətlərinin
qarşısının alınması üçün telefon
danışıqlarına qulaq asa, poçt, teleqraf və
digər göndərişlərini yoxlaya, texniki rabitə
kanallarından və digər texniki vasitələrdən
informasiyanı çıxara, habelə insanları
güdə bilərlər;
2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər.[12]
V. Bu maddənin IV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər.[13]
VI. Hər hansı bir şəxsə zor
işlədilməsi, hədə-qorxu ilə tələb
etmə və ya hüquqazidd digər hərəkətlər
tətbiq edilməsi təhlükəsinin aradan
qaldırılması üçün təxirəsalınmaz
tədbirlər görülməsi zərurəti olduqda
onların telefonu və ya digər danışıq
cihazları ilə aparılan danışıqlara həmin
şəxsin ərizəsi əsasında müvafiq
əməliyyat-axtarış fəaliyyətinin subyekti
tərəfindən qulaq asıla bilər.
VII. Bu maddənin I hissəsinin 16-cı
və 17-ci bəndlərində nəzərdə tutulmuş
əməliyyat-axtarış tədbirlərinin,
həmçinin narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının
nəzarətli göndərişinin tətbiqinə yalnız
mütəşəkkil cinayətkar qurumlar tərəfindən
hazırlanan və ya törədilən ağır
cinayətlərin, habelə xüsusi təhlükəli
dövlət cinayətlərin, cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərini və ya digər əmlakı
leqallaşdırma, terrorçuluğu
maliyyələşdirmə, korrupsiya cinayətləri və
iqtisadi sahədə olan digər cinayətlərin qarşısının
alınması, həmin cinayətlərin açılması
və onları hazırlayan, törədən və ya
törətmiş şəxslərin müəyyən
edilməsi ilə əlaqədar yol verilir.[14]
VIII. Bu Qanunla müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunması qadağandır.[15]
IX. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aiddir. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilər.[16]
X. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[17]
Qeyd: Bu Qanunun 10-cu və
digər maddələrində “yaşayış yeri”
dedikdə, Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinin 7.0.34-cü
maddəsində nəzərdə tutulmuş yerlər başa
düşülür.[18]
Maddə 11.
Əməliyyat-axtarış tədbirlərinin həyata
keçirilməsi üçün səbəblər və
əsaslar
I. Əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsi
üçün əməliyyat-axtarış
fəaliyyətinin subyektlərində bu maddədə
nəzərdə tutulmuş səbəblər və
əsaslar olmalıdır.
II. Əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsi
üçün səbəblər
aşağıdakılardır:
1) fiziki şəxslərin
ərizələri;
2) müəssisə, idarə,
təşkilatların vəzifəli şəxslərinin
müraciətləri;
3) mediada dərc olunmuş məlumatlar;[19]
4) əməliyyat-axtarış
fəaliyyəti subyektlərinin bilavasitə əldə
etdikləri məlumatlar;
5) əməliyyat-axtarış
fəaliyyətinin digər subyektlərinin yazılı
sorğuları;
6) Azərbaycan Respublikasının ali
dövlət hakimiyyəti orqanlarını və xüsusi
obyektlərini mühafizə edən orqanlarının
yazılı sorğuları;
7) cinayət işləri üzrə
təhqiqatı və ya istintaqı aparan şəxslərin
yazılı tapşırıqları;
8) xarici dövlətlərin
hüquq-mühafizə orqanlarının və ya müvafiq
beynəlxalq təşkilatlarının rəsmi
sorğuları.
9) kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin yazılı sorğuları.[20]
III. Əməliyyat-axtarış tədbirlərinin
həyata keçirilməsi üçün əsaslar
aşağıdakılardır:
1) məhkəmənin (hakimin)
qərarları;
2) istintaq orqanlarının
qərarları;
3) əməliyyat-axtarış
fəaliyyətinin səlahiyyətli subyektlərinin
qərarları.
IV. Əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsi barədə
məhkəmənin (hakimin), istintaq orqanının və ya
əməliyyat-axtarış fəaliyyətinin
səlahiyyətli subyektinin qərarı yalnız
aşağıdakı hallarda qəbul oluna bilər:
1) başlanmış cinayət işi
mövcud olduqda:
2) cinayət işi başlananadək
cinayət əlamətlərinin mövcudluğuna görə
ibtidai istintaqın aparılması məcburi olduqda;[21]
3) cinayət işinin başlanmasına
kifayət qədər əsaslar olmasa da, cinayət
hazırlayan, törədən və ya törətmiş
şəxs barəsində etimad doğuran, məlum və
qərəzsiz mənbədən məlumat daxil olduqda;
4) dövlət
təhlükəsizliyinə və ya müdafiə
qabiliyyətinə təhlükə yaradan hadisə baş
verdikdə, yaxud onun qarşısı alındıqda;
5) şəxs məhkəmə, istintaq
və ya təhqiqat orqanlarından gizləndikdə, cəza
çəkməkdən boyun qaçırdıqda, yaxud itkin
düşdükdə;
6) naməlum meyit aşkar edildikdə.
Maddə 12.
Əməliyyat-axtarış tədbirlərinin həyata
keçirilməsinə dair qərarlar, yazılı
tapşırıqlar və sorğular
I. Əməliyyat-axtarış
tədbirinin keçirilməsi barədə qərar,
yazılı tapşırıq və ya rəsmi sorğu
yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin
əsasında belə səlahiyyətə malik olan
şəxs tərəfindən verilə bilər.
II. Əməliyyat-axtarış
tədbirinin keçirilməsi barədə qərarda,
yazılı tapşırıqda və ya rəsmi sorğuda
belə tədbirin zəruriliyi əsaslandırılmalıdır.
III. Bu Qanunun 10-cu maddəsinin I hissəsinin 3 - 5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda bundan başqa aşağıdakılar mütləq öz əksini tapmalıdır:[22]
1) müvafiq tədbir keçirmək
təklifi verən əməkdaşın soyadı, adı,
atasının adı və vəzifəsi;
2) haqqında tədbir keçirilməsi
təklif edilən şəxsin soyadı, adı, atasının
adı və ya obyektin təsviri;
3) müdaxilə xarakterli üsul və
vasitələrin tətbiq olunması haqqında tələbi
əsaslandıran faktlar;
4) adi təhqiqat üsulu vasitəsi ilə
zəruri məlumatın alınmasının
qeyri-mümkünlüyünün
əsaslandırılması;
5) müdaxilə xarakterli üsul və
vasitələrin tətbiqinin nəzərdə tutulan
müddəti;
6) tədbir keçirməsi ilə
əlaqədar əldə edilə bilən nəticə.
Maddə 13.
Əməliyyat-axtarış tədbirlərinin tətbiqinin
şərtləri
I. Qanunla mühafizə edilən
yazışma, telefon, poçt-teleqraf və digər rabitə
üsulları ilə ötürülən məlumatların
sirrinin qorunması, eləcə də mənzil
toxunulmazlığı ilə əlaqədar
əməliyyat-axtarış tədbirlərinin
tətbiqinə ancaq cinayət hazırlayan, cinayət
törətməyə sui-qəsd edən, cinayət
törədən, həmçinin məhkəmə, istintaq
və ya təhqiqat orqanlarından gizlənən, cəza
çəkməkdən boyun qaçıran
şəxslər barədə məlumat toplamaq, habelə
oğurlanmış əmlakı tapmaq, dəlillərinin
gizlədilməsinin və məhv edilməsinin
qarşısını almaq məqsədi ilə tətbiq
edilən tədbirlər nəticəsində əldə
olunmuş məlumatların cinayət işi üzrə
sübut ola biləcəyini və axtarılan
şəxslərin tutula biləcəyini güman etmək
üçün kifayət qədər əsas olduğu halda
icazə verilir.
II. Telefon və digər danışıqlara qulaqasması və onların yazılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, poçt-teleqraf göndərişlərinin yoxlanılması və binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə baxış keçirilməsi ilə əlaqədar tətbiq edilən əməliyyat-axtarış tədbirlərdə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxslərində həmin tədbirlərin tətbiqinə dair qərar və özlərinin xidməti vəsiqələri olmalıdır.[23]
III. Şəxs tərəfindən
cinayətin törədilməsi və ya hazırlanması
barədəki kifayət qədər əsas olduqda onun
özü və əlaqələri haqqında məlumat almaq
məqsədilə tətbiq edilən
əməliyyat-axtarış tədbirində insanın
səhhətinə və ətraf mühitə ziyan vuran
texniki vasitə, psixotrop, kimyəvi və digər
maddələrdən istifadə edilməsi qadağandır.
IV. Əməliyyat-axtarış
tədbirlər tətbiq edilərkən
əməliyyat-axtarış fəaliyyəti subyektinin
müvəkkil edilmiş şəxsləri, həmin
tədbirlərin cinayətkar qəsdlərin dövlətin
və cəmiyyətin mənafeyinə vura biləcəyi
ziyanın ictimai təhlükəsizlik
dərəcəsinə uyğunluğunu
gözləməyə borcludurlar.
Maddə 14.
Əməliyyat-axtarış tədbirlərinin həyata
keçirilməsi
I. Əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsi
əməliyyat-axtarış fəaliyyəti subyektinin
rəhbərliyinin nəzarəti altında həyata
keçirilir.
II. Əməliyyat-axtarış
fəaliyyəti subyektinin müvəkkil edilmiş
şəxsi əməliyyat-axtarış tədbirinin
həyata keçirilməsi zamanı bilavasitə və
birbaşa rəisinə tabedir. Rəisindən açıq-aşkar
qanunsuz əmr və ya göstəriş aldıqda o qanunu
rəhbər tutmalı və əməliyyat-axtarış
fəaliyyəti subyektinin tabeliyi üzrə yuxarı
orqanına bu barədə məlumat verməlidir.
Əməliyyat-axtarış fəaliyyəti subyektinin
müvəkkil edilmiş şəxsi tərəfindən
rəisinin əmrini və yaxud göstərişini yerinə
yetirdiyi vaxtda cinayət baş verərsə və ya
verəcəyi ehtimal olunarsa, bu barədə
əməliyyat-axtarış fəaliyyəti subyektinin tabeliyi
üzrə yuxarı orqanına və yaxud
məhkəməyə şikayət verə bilər.
III. Qanunla birbaşa buna müvəkkil
edilmiş şəxslər istisna olmaqla
əməliyyat-axtarış fəaliyyəti subyektlərinin
və onların vəzifəli şəxslərin qanuni
hərəkətlərinə heç kəs müdaxilə
edə bilməz.
IV. Əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsi zamanı
informasiya sistemlərindən, video və səsyazmadan, kino
və fotoşəkillərdən, həmçinin
vətəndaşların həyatı və
sağlamlığına, ətraf mühitə zərər
vurmayan digər texniki və başqa vasitələrdən
istifadə edilə bilər.
V. Obyektiv səbəblərdən
əməliyyat-axtarış tədbirlərinin tətbiqini
qeyri-mümkün edən şərait yarandıqda
(qarşısı alına bilməyən fövqəladə
hadisə baş verdikdə və ya qarşısı alına
bilməyən qüvvə mane olduqda və yaxud ictimai
təhlükəsizliyə real təhlükə yarandıqda)
belə tədbirlərin həyata keçirilməsi
dayandırılır.
VI. Həyata keçirilən
əməliyyat-axtarış tədbirlərinə
aşağıdakı hallarda son qoyulur:
1) bu qanunun 1-ci maddəsində
nəzərdə tutulmuş məqsədlərə nail
olunduqda;
2) haqqında keçirilən
şəxsin hərəkətlərində cinayət
tərkibinin mövcudluğu 6 ay ərzində
müəyyən edilmədikdə.
VII. Əməliyyat
tapşırığını yerinə yetirərkən
əməliyyat-axtarış fəaliyyəti subyektlərinin
müvəkkil edilmiş şəxsin cinayətkar qrupların
və ya kriminogen obyektlərin daxilində olması, habelə
bu zaman zəruri özünümüdafiə və ya son
zərurət halında onun tərəfindən yol verilmiş
hərəkətlər Azərbaycan Respublikasının
cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydada cinayət tərkibini yaratmır.
VIII. Əməliyyat-axtarış tədbirlərinin təşkili və həyata keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyəti sahəsində qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatlar dövlət sirrinin bir növü kimi müvafiq qanunla müəyyən edilmiş qaydada mühafizə olunur.[24]
IX. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirərkən dövlət sirri və xidməti sirr sayılan, əməliyyat-axtarış fəaliyyətinin təşkilinə, əməliyyat məlumatların mənbəyinə, üsul və metodlarına, eləcə də vətəndaşların şəxsi və ailə həyatına aid olan məlumatlar aşkarlanmamalıdır.[25]
X. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə məxfi əməkdaşlıq etmiş və edən şəxslər barədə məlumatlar yalnız həmin şəxslərin yazılı razılığı ilə qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda aşkarlana bilərlər.[26]
Maddə 14-1.
Əks-kəşfiyyat
fəaliyyətində əməliyyat-axtarış
tədbirlərinin tətbiq edilməsi[27]
I. Əks-kəşfiyyat
fəaliyyətində əməliyyat-axtarış
tədbirlərinin tətbiq edilməsi bu Qanuna, “Kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununa və Azərbaycan
Respublikasının cinayət-prosessual qanunvericiliyinə
müvafiq həyata keçirilir.
II.
Əks-kəşfiyyat fəaliyyətində
əməliyyat-axtarış tədbirlərinin
keçirilməsi üçün səbəblər və
əsaslar, onların tətbiqi şərtləri, həyata
keçirilməsi, tətbiqinə nəzarət, bu
tədbirlərə dair qərarların, yazılı
tapşırıqların və sorğuların verilməsi,
habelə keçirilən tədbirlərin
nəticələrindən istifadə edilməsi qaydaları
bu Qanunla və digər qanunvericilik aktları ilə
tənzimlənir.
Maddə 14-2. Həbs
yerlərində və cəzaçəkmə
müəssisələrində əməliyyat-axtarış
fəaliyyəti[28]
I. Həbs yerlərində və
cəzaçəkmə müəssisələrində
əməliyyat-axtarış tədbirləri bu Qanunla
müəyyən edilmiş qaydada tətbiq edilir.
II. Həbs yerlərində və
cəzaçəkmə müəssisələrində
əməliyyat-axtarış fəaliyyətini müvafiq
olaraq həbs yerlərinin və cəzaçəkmə
müəssisələrinin müdiriyyəti həyata
keçirir. Müvafiq icra hakimiyyəti
orqanları öz səlahiyyətlərinə aid edilmiş
cinayət işləri üzrə
əməliyyat-axtarış fəaliyyətini həbs
yerlərinin və ya cəzaçəkmə müəssisələrinin
müdiriyyəti ilə birgə həyata keçirirlər.
III. Həbs yerlərində
və cəzaçəkmə
müəssisələrində əməliyyat-axtarış
fəaliyyətinin həyata keçirilməsi zamanı
qanunların icrasına nəzarəti bu Qanunun 20-ci maddəsi
ilə müəyyən edilmiş qaydada prokurorluq orqanları
həyata keçirirlər.
Maddə 15.
Əməliyyat-qeydiyyat işi
I. Əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsi olduqda bu qanunun
11-ci maddəsinin III hissəsində nəzərdə
tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat
işi başlanılmalı və bu iş
əməliyyat-axtarış fəaliyyətinin subyekti
tərəfindən mütləq qeydiyyata
alınmalıdır.
II. Əməliyyat-axtarış
fəaliyyətinin subyektində məhkəmə, istintaq
və ya təhqiqat orqanlarından gizlənilən, cəza
çəkməkdən boyun qaçıran, cinayət
törətməkdə şübhəli olan və ya itkin
düşən şəxslər haqqında eyni hüquqazidd
hərəkətlərə görə yalnız bir
əməliyyat-qeydiyyat işi aparılmalıdır.
III. Əməliyyat-axtarış
tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat
işində əks edilməli və
sistemləşdirilməlidir.
IV. Əməliyyat-qeydiyyat işi onu aparan
əməliyyat-axtarış fəaliyyətinin subyektində
saxlanılır.
V. Ədalət mühakiməsi naminə
hallar istisna olunmaqla, cinayətin törədilməsində
qanunla müəyyən olunmuş qaydada təqsiri sübuta
yetirilməyən şəxs haqqında
əməliyyat-axtarış tədbirləri
nəticəsində əldə edilmiş materiallar bir il
müddətində saxlanılır, sonra isə məhv
edilir.
Maddə 16.
Əməliyyat-axtarış tədbirlərinin
nəticələrindən istifadə edilməsi
I. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.[29]
II. Əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsi
nəticəsində əldə edilmiş məlumatlar bu
tədbirlərin məqsədlərinə uyğun olmadıqda
onların aşkar edilməsi və ya hüquqi və fiziki
şəxslərin əleyhinə istifadə edilməsi
qadağandır.
III. Şəxs haqqında xüsusi
texnikanın köməyi ilə əldə edilmiş
məlumat açıqlandıqda həmin şəxs bu
məlumatın qanunsuz əldə edilməyinə və ya
əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində
xüsusi texnikanın tətbiqinə icazə
alınmamasına əsaslanaraq ifadələrindən imtina
və məhkəməyə şikayət edə bilər.
Belə vəziyyətdə məhkəmə
əməliyyat-axtarış tədbirinin həyata
keçirilməsi qanuniliyini araşdırıb
mübahisəli məlumatların qanuni yolla əldə
edilməsini və ya hüquqi baxımdan qüvvəsiz hesab
olunmasını elan edir.
IV. Bu qanunun tələblərinə
riayət olunmadan əldə edilmiş məlumatlar dərhal
məhv edilməlidir.
V. İnsanın şəxsi və ailə həyatına, şərəfinə və ya ləyaqətinə aid olan, lakin tərkibində qanunla qadağan edilməmiş hərəkətlərin törədilməsindən xəbər verən əməliyyat-axtarış tədbirlərinin nəticəsində əldə edilmiş məlumatlar saxlanıla bilməz və onlar məhv edilməlidir.[30]
VI. Açılmamış
cinayətlər üzrə insanların
təhlükəsizliyinə və ya istintaqa ziyan vura
biləcək əməliyyat-axtarış tədbirlərin
nəticəsində əldə edilmiş
məlumatlarını yaymaq qadağandır.
VII. Hər hansı cinayətin
törədilməsi ilə bağlı
əməliyyat-axtarış tədbirləri
nəticəsində əldə edilmiş məlumatlarla
tanış olmaq hüququ məlumatların mənbəyini
aşkarlamamaq şərti ilə yalnız həmin cinayət
işi üzrə istintaqı aparan şəxsə, prokurora
və ya məhkəməyə verilir.
Üçüncü
fəsil
Yekun müddəalar
Maddə 17.
Əməliyyat-axtarış fəaliyyəti subyektləri
ilə əməkdaşlıq edən şəxslərin
hüquqi və sosial müdafiəsi
I. Əməliyyat-axtarış
fəaliyyəti subyektləri ilə əməkdaşlıq
edən şəxslər dövlət tərəfindən
müdafiə olunurlar.
II. Əməliyyat-axtarış
tədbirlərində şəxslərin könüllü
iştirakı bağlanmış müqavilə
əsasında həyata keçirilə bilər.
III. Əməliyyat-axtarış
fəaliyyəti subyektləri ilə əməkdaşlıq
edən şəxslərin əmək haqqı, mükafat
və digər maddi təminatlar almaq hüququ vardır.
IV. Əməliyyat-axtarış
fəaliyyətində iştirak etmələri ilə
əlaqədar şəxslərin, eləcə də
onların yaxın qohumlarının həyatına,
sağlamlığına və əmlakına real
təhlükə yarandıqda səlahiyyətli orqanlar
onların mühafizəsi və dəymiş zərərin
ödənilməsi, həmçinin təqsirləndirilən
şəxslərin məsuliyyətə cəlb edilməsi
üçün zəruri tədbirlər görürlər.
V. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.[31]
VI. Əməliyyat-axtarış tədbirlərində iştirak edərkən həlak olmuş, yaxud əlilliyi müəyyən edilmiş şəxslərin ailəsinə müvafiq olaraq min yüz manat və beş yüz əlli manat birdəfəlik müavinət verilir. Həmin şəxslərin ailəsinə həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada pensiya təyin edilir.[32]
VII. Əməliyyat-axtarış
fəaliyyəti subyektləri ilə əməkdaşlıq
edən şəxslərin cinayətkar qruplara və ya
kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar
vəzifələrini yerinə yetirilməsi müddəti
və müvafiq surətdə onun maddi təminatı birin
üçə nisbəti hesabı ilə hesablanır.
VIII. Əməliyyat-axtarış
fəaliyyətinin subyekti ilə əməkdaşlığa
cəlb olunmuş və cinayətin açılmasında
fəal iştirak etmiş cinayətkar qrupun üzvü,
tərkibində cinayət əməlləri olan və
ağır nəticələrə səbəb olmayan
əməllər törədilibsə və vurulmuş
zərəri ödəyibsə, Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq
cinayət məsuliyyətindən azad olunur.
Maddə 18.
Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin
maddi-texniki və maliyyə təminatı
I. Əməliyyat-axtarış
fəaliyyətini və avtomatlaşdırılmış
informasiya sistemlərinin qurulmasını,
saxlanılmasını və mühafizəsini bu qanunun
tələblərinə uyğun surətdə həyata
keçirilməsi üçün
əməliyyat-axtarış fəaliyyətinin
subyektlərinə zəruri maliyyə vəsaitləri və
maddi-texniki təminat verilir.
II. Əməliyyat-axtarış fəaliyyətinin maddi-texniki və maliyyə təminatı Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər mənbələr hesabına maliyyələşdirilir. Bu vəsaitlərin xərclənməsi qaydalarını və normalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.[33]
III. Əməliyyat-axtarış
subyektlərinin maddi-texniki təminatının
qaydalarını və normalarını Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
IV. Əməliyyat-axtarış
fəaliyyəti subyektlərinə ayrılan maliyyə
vəsaitinin xərclənməsinə həmin subyektlərin rəhbərləri
tərəfindən nəzarət edilir.
Maddə 19.
Əməliyyat-axtarış tədbirlərinin həyata
keçirilməsində qanunçuluğun təminatı
Əməliyyat-axtarış
fəaliyyəti subyektlərinin rəhbərləri
əməliyyat-axtarış tədbirlərinin təşkili
və həyata keçirilməsi zamanı qanunçuluğa
əməl olunmasına nəzarət edirlər və buna
görə fərdi məsuliyyət daşıyırlar.
Maddə 19-1. Əməliyyat-axtarış
fəaliyyətinə məhkəmə nəzarəti[34]
Əməliyyat-axtarış
fəaliyyətinə məhkəmə nəzarəti
Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata
keçirilir.
Maddə 20.
Əməliyyat-axtarış fəaliyyətinə prokuror
nəzarəti
I. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir.[35]
II. Əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsi zamanı qanun
pozuntularına yol verilməsi barədə materiallar,
məlumatlar və ya vətəndaşların yazılı
ərizələri daxil olduqda, habelə
əməliyyat-axtarış tədbirlərinin həyata
keçirilməsinə dair müəyyən olunmuş
qaydalar və qəbul olunmuş qərarların qanuniliyi
yoxlanıldıqda, prokurorların sorğuları əsasında
əməliyyat-axtarış fəaliyyəti subyektlərinin
rəhbərləri əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsi
üçün səbəb və əsaslarına dair
sənədləri təqdim etməlidirlər.
III. Cinayət məsuliyyətinə cəlb olunması halları istisna edilməklə cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil olmuş şəxslərin, əməliyyat-axtarış subyektlərinin ştatdan kənar və məxfi əməkdaşlarının şəxsiyyəti haqqında məlumatlar həmin şəxslərin yazılı razılığı olduqda qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda prokuror nəzarətinin subyektinə təqdim edilə bilər.[36]
IV. Əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar (korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış tədbirləri ilə bağlı məlumatları istisna olmaqla) prokuror nəzarətinin predmetinə daxil deyil.[37]
V. Əməliyyat-axtarış
fəaliyyətinə nəzarəti həyata keçirən
Azərbaycan Respublikasının baş prokuroru və onun
tərəfindən müvəkkil edilmiş prokurorlar onlara
verilən sənədlərdə əks olunan
məlumatların məxfiliyini təmin etməlidirlər.
Maddə 21.
Əməliyyat-axtarış tədbirlərinin həyata
keçirilməsi zamanı qanunçuluğun pozulmasına
görə məsuliyyət
I. Əməliyyat-axtarış
fəaliyyətinin bu qanunla müəyyən edilmiş
məqsədlərə, əsaslara və ya
şərtlərə əməl edilmədən
təşkili və həyata keçirilməsi, onun
keçirilməsi üçün etibar olunmuş və ya
iş və xidmətlə əlaqədar belə məlumatlarla
tanış olmuş şəxslər onları yaymağa
görə Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş qaydada müvafiq olaraq
cinayət, inzibati və intizam məsuliyyəti
daşıyırlar.
II. İnsanın hüquq və
azadlıqları, hüquqi şəxslərin qanuni
mənafeləri pozulduqda, habelə haqqında
əməliyyat-axtarış tədbirləri
keçirilmiş şəxsin hüquqpozmaya aidiyyəti
təsdiq olunmadıqda əməliyyat-axtarış
fəaliyyətinin subyekti pozulmuş hüququ bərpa
etməyə və vurulmuş maddi və mənəvi
ziyanı ödəməyə borcludur.
III. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin tətbiqi istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq media subyektlərinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.[38]
Keçİd müddəaları
I. Bu qanun dərc edildiyi gündən
qüvvəyə minir.
II. Hakimlərin
əməliyyat-axtarış tədbirlərinin həyata
keçirilməsi ilə əlaqədar bu qanunda
nəzərdə tutulmuş səlahiyyətləri yeni
cinayət-prosessual qanunvericiliyi qəbul olunduqdan və “Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən hakimlər təyin
edildikdən sonra qüvvəyə minir.
II. Hakimlərin
əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi
ilə əlaqədar bu qanunda nəzərdə tutulmuş
səlahiyyətləri qüvvəyə minənədək,
həmin səlahiyyətlər mövcud cinayət-prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
həyata keçirilir.
Azərbaycan
Respublikasının prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 28
oktyabr 1999-cu il
¹ 728-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
17 may 2002-ci il tarixli 324-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə 250)
2.
24 may 2002-ci il tarixli 333-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 6, maddə 328)
3.
5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-ci il, ¹ 3, maddə 133)
4.
30 sentyabr 2005-ci il tarixli 1022-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 12, maddə 1079)
5.
23 dekabr 2005-ci il tarixli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 fevral 2006-cı il)
6.
23 dekabr 2005-ci il tarixli 32-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 64)
7.
20 oktyabr 2006-cı il tarixli 171-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 11, maddə 933)
8.
20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 12, maddə 1005)
9.
17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 6, maddə 560)
10.
1 aprel 2008-ci il tarixli 577-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 4, maddə
252)
11.
2 iyun 2008-ci il tarixli 618-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 462)
12.
12 fevral 2010-cu il tarixli 953-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 17 mart 2010-cu il, ¹ 60, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
172)
13.
31 may 2010-cu il tarixli 1015-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 5 iyun 2010-cu il, ¹ 120, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 6, maddə
487)
14.
4 mart 2011-ci il tarixli 77-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 22
aprel 2011-ci
il, ¹ 82 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 4, maddə 252)
15.
18 mart 2011-ci il tarixli 95-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il, ¹ 75, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 4, maddə
268)
16.
25 oktyabr 2011-ci il tarixli
214-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 noyabr 2011-ci il, ¹ 252;
“Azərbaycan” qəzeti, 24 noyabr 2011-ci il, ¹ 259; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 11, maddə
989)
17.
27
dekabr 2013-cü il tarixli 871-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 11 fevral 2014-cü il, ¹ 29, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 2,
maddə 88)
18.
20 iyun 2014-cü il tarixli 986-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 iyul 2014-cü il, ¹ 147; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07,
maddə 764)
19.
1 fevral
2016-cı il tarixli 121-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 28 fevral 2016-cı il, ¹ 46;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 02, II kitab, maddə 217)
20.
30 sentyabr
2016-cı il tarixli 327-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr
2016-cı il, ¹ 253,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 11, maddə 1759)
21.
30 noyabr 2018-ci il tarixli 1366-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr
2018-ci il, ¹ 271,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
11, maddə 2234)
22. 8 iyul 2022-ci il tarixli 582-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 19 avqust 2022-ci il,
“Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, ¹ 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹8, maddə
829)
23.
17 fevral 2023-cü il tarixli 816-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 8 aprel 2023-cü
il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, ¹ 73,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 4, maddə 454)
24.
26 dekabr
2023-cü il tarixli 1080-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2024-cü il, “Azərbaycan” qəzeti, 2 fevral
2024-cü il, ¹ 22,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 2, maddə 138)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 20
oktyabr 2006-cı il tarixli 171-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 933) ilə
1-ci maddəsinin II hissəsindən “və hərbi”
sözləri çıxarılmışdır.
[2] 20 oktyabr 2006-cı il
tarixli 171-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 11, maddə 933) ilə 4-cü maddəsinin V
hissəsindən “, hərbi” sözləri
çıxarılmışdır.
[3] 18 mart 2011-ci il
tarixli 95-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il,
¹ 75, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 4, maddə
268) ilə 5-ci maddənin I hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
I.
Əməliyyat-axtarış fəaliyyətini Azərbaycan
Respublikasının cinayət-prosessual qanunvericiliyində
nəzərdə tutulmuş təhqiqat orqanları həyata
keçirirlər.
[4] 18 mart 2011-ci il
tarixli 95-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il,
¹ 75, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 4, maddə
268) ilə 5-ci maddənin II hissəsində “hansı təhqiqat orqanı” sözləri “əməliyyat-axtarış
fəaliyyətinin hansı subyekti” sözləri ilə
əvəz edilmişdir.
[5] 18 mart 2011-ci il
tarixli 95-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il,
¹ 75, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 4, maddə
268) ilə 5-ci maddənin III hissəsində “Təhqiqat orqanlarının” sözləri “Əməliyyat-axtarış
fəaliyyəti subyektlərinin” sözləri ilə
əvəz edilmişdir.
[6] 18 mart 2011-ci il
tarixli 95-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il,
¹ 75, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 4, maddə
268) ilə 5-ci maddənin IV hissəsində “müvafiq icra hakimiyyəti orqanları”
sözlərindən sonra “və
ya korrupsiyaya qarşı mübarizə sahəsində
ixtisaslaşmış prokurorluq
orqanı” sözləri əlavə edilmişdir.
[7] 18 mart 2011-ci il
tarixli 95-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il,
¹ 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 4, maddə 268)
ilə 5-ci maddəyə yeni məzmunda V hissə
əlavə edilmişdir.
[8] 20 iyun 2014-cü il tarixli 986-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 iyul 2014-cü il, ¹ 147; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07,
maddə 764) ilə
6-cı maddəsinin birinci hissəsinin 7-ci bəndində “buraxılan şəxsləri
yoxlamaq” sözləri “buraxılacaq
şəxslər barədə yoxlama tədbirlərini
“Dövlət sirri haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq keçirmək”
sözləri ilə əvəz
edilmişdir.
[9] 1 fevral 2016-cı il
tarixli 121-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28
fevral 2016-cı il, ¹ 46; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II
kitab, maddə 217) ilə 8-ci bəndində “yaşayış binalarına,
habelə digər qapalı tikililərə” sözləri
“yaşayış
yerlərinə, hasarlanmış tikinti obyektlərinə”
sözləri ilə əvəz edilmişdir.
[10] 1 fevral 2016-cı il
tarixli 121-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28
fevral 2016-cı il, ¹ 46; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II
kitab, maddə 217) ilə 9-cu bəndində “yaşayış
binalarının, habelə digər qapalı tikililərin”
sözləri “yaşayış
yerlərinin, hasarlanmış tikinti obyektlərinin”
sözləri ilə əvəz edilmişdir.
[11] 1 fevral 2016-cı il
tarixli 121-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28
fevral 2016-cı il, ¹ 46; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II
kitab, maddə 217) ilə III hissə yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
III. Bu
maddənin I hissəsinin 3 - 5, 8 və 10-cu
bəndlərində nəzərdə tutulmuş
əməliyyat-axtarış tədbirləri bu Qanunun 1-ci
maddəsində nəzərdə tutulmuş
məqsədlərə başqa yolla nail ola bilmədikdə
məhkəmənin (hakimin) qərarı əsasında
həyata keçirilə bilər.
[12] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 6, maddə
328) ilə 10-cu maddənin IV hissəsinin 2-ci
bəndində "azadlıqdan
məhrum etmə yerlərindən" sözləri "cəzaçəkmə
müəssisələrindən" sözləri ilə
əvəz edilmişdir.
1 fevral 2016-cı il tarixli 121-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 fevral 2016-cı il, ¹ 46;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 02, II kitab, maddə 217)
ilə IV
hissənin 2-ci bəndində “yaşayış
binalarına, habelə digər qapalı tikililərə”
sözləri “yaşayış
yerlərinə, hasarlanmış tikinti obyektlərinə”
sözləri ilə əvəz edilmişdir.
30 sentyabr 2016-cı il tarixli 327-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2016-cı il, ¹ 253,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 11, maddə 1759) ilə
10-cu maddənin IV
hissəsinin 2-ci bəndində “cəzaçəkmə
müəssisələrindən və ya həbsdən”
sözləri “azadlıqdan
məhrum etmə və ya həbs yerlərindən, yaxud
mühafizə altından” sözləri ilə əvəz
edilmişdir.
[13] 5
mart 2004-cü il tarixli 598-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 3, maddə 133) ilə 10-cu
maddənin V hissəsində "məhkəməyə"
sözü "məhkəmə
nəzarətini həyata keçirən
məhkəməyə və ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurora"
sözləri ilə əvəz edilsin.
[14] 17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 6, maddə 560) ilə 10-cu maddəsinin VII
hissəsinə “əməliyyat-axtarış
tədbirlərinin” sözlərindən sonra “, həmçinin narkotik
vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının nəzarətli göndərişinin”
sözləri əlavə edilmişdir.
30 noyabr 2018-ci
il tarixli 1366-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 1
dekabr 2018-ci il, ¹ 271, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2234)
ilə
10-cu maddənin VII hissəsinə “dövlət cinayətlərin” sözlərindən
sonra “, cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərini və ya digər
əmlakı leqallaşdırma, terrorçuluğu
maliyyələşdirmə, korrupsiya cinayətləri və
iqtisadi sahədə olan digər cinayətlərin”
sözləri əlavə edilmişdir.
26 dekabr 2023-cü il tarixli
1080-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
1 fevral 2024-cü
il, “Azərbaycan” qəzeti, 2 fevral 2024-cü il, ¹ 22, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 2,
maddə 138) ilə
10-cu
maddəsinin VII hissəsindən “pul
vəsaitlərini və ya digər” sözləri
çıxarılmışdır.
[15] 31 may 2010-cu il
tarixli 1015-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyun 2010-cu il,
¹ 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 6, maddə 487) ilə 10-cu maddəsinin VIII hissənin birinci
cümləsində “xüsusi və digər texniki
vasitələrdən” sözləri “texniki
vasitələrdən (yəni əməliyyat-axtarış
tədbirləri çərçivəsində
informasiyanın gizli yolla əldə olunması
məqsədilə xüsusi olaraq yaradılmış,
işlənib hazırlanmış, istehsal olunmuş,
proqramlaşdırılmış, təkmilləşdirilmiş
avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və
digər texniki vasitələr)” sözləri ilə
əvəz edilmişdir.
[16] 4 mart 2011-ci il
tarixli 77-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2011-ci il,
¹ 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 4, maddə
252)
ilə 10-cu maddəsinin IX
hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
IX. Gizli qaydada
informasiya alınması üçün nəzərdə
tutulmuş texniki vasitələrin əməliyyat-axtarış
fəaliyyətinin həyata keçirilməsinə
müvəkkil edilməmiş fiziki və hüquqi
şəxslər tərəfindən işlənilməsi,
istehsalı, satışı, alınması,
ölkəyə gətirilməsi və ölkədən
çıxarılması Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada
lisenziyalaşdırılmalıdır.
[17] 31 may 2010-cu il
tarixli 1015-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyun 2010-cu il,
¹ 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 6, maddə 487) ilə 10-cu maddəsinin X hissədə “Gizli informasiya
alınması üçün nəzərdə tutulmuş
xüsusi texniki vasitələrin” sözləri “Gizli
qaydada informasiya alınması üçün
nəzərdə tutulmuş texniki vasitələrin”
sözləri ilə əvəz edilmişdir.
[18] 1 fevral 2016-cı il
tarixli 121-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28
fevral 2016-cı il, ¹ 46; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II
kitab, maddə 217) ilə yeni məzmunda “Qeyd” hissəsi əlavə
edilmişdir.
[19] 17
fevral 2023-cü il tarixli 816-VIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 8 aprel 2023-cü
il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, ¹ 73, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 4,
maddə 454) ilə 11-ci maddənin II
hissəsinin 3-cü bəndində “kütləvi informasiya vasitələrində”
sözləri “mediada”
sözü ilə əvəz edilmişdir.
[20] 30 sentyabr 2005-ci
il tarixli 1022-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 12, maddə
1079) ilə 11-ci maddənin II hissəsinə 9-cu bənd
əlavə edilmişdir.
[21] 5 mart
2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3,
maddə 133) ilə 11-ci maddənin IV
hissəsinin 2-ci bəndi çıxarılmışdır.
[22] 1 fevral 2016-cı il
tarixli 121-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28
fevral 2016-cı il, ¹ 46; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II
kitab, maddə 217) ilə 12-ci maddənin III
hissəsinə “
[23] 1 fevral 2016-cı il
tarixli 121-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28
fevral 2016-cı il, ¹ 46; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II
kitab, maddə 217) ilə 13-cü maddənin II
hissəsində “mənzillərə”
sözü “binalara, o
cümlədən yaşayış yerlərinə,
hasarlanmış tikinti obyektlərinə, qurğu və ya
torpaq sahələrinə” sözləri ilə əvəz
edilmişdir.
[24] 23 dekabr 2005-ci il tarixli 32-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 64) ilə 14-cü maddənin VIII hissəsində
"həyata
keçirilməsi" sözlərindən sonra ",habelə
əməliyyat-axtarış fəaliyyəti sahəsində
qanunvericilikdə nəzərdə tutulmuş digər
məlumatlar" sözləri əlavə edilmişdir.
[25] 20
oktyabr 2006-cı il tarixli 171-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11,
maddə 933) ilə 14-cü maddəsinin IX hissəsində
“, hərbi” sözü “sirri” sözü ilə
əvəz edilmişdir.
20 oktyabr
2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1005) ilə 14-cü
maddəsinin IX hissəsində "şəxsi" sözündən sonra "və ailə" sözü
əlavə edilmişdir.
[26] 23 dekabr 2005-ci il tarixli 32-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 64) ilə 14-cü maddənin X hissəsində
"və ya qanunda birbaşa
nəzərdə tutulmuş" sözləri "qanunvericiliklə
müəyyən edilmiş qaydada və" sözləri
ilə əvəz edilmişdir.
[27] 30 sentyabr 2005-ci il 1022-IIQD
nömrəli tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 12, maddə 1079) ilə Qanuna
14-1-ci maddə əlavə edilmişdir.
[28] 27 dekabr 2013-cü il tarixli 871-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 fevral 2014-cü il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 2, maddə 88) ilə 14-2-ci maddə
əlavə edilmişdir.
[29] 5 mart 2004-cü il tarixli 598-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 133) ilə 16-cı maddənin I hissəsi yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
I. Cinayət işi başlandıqdan sonra
təhqiqat və ya istintaq zamanı
əməliyyat-axtarış tədbirlərinin
nəticələri cinayət-prosessual qanunvericiliyinə
uyğun olaraq yoxlanıldıqdan sonra həmin cinayət
işində sübut kimi istifadə edilə bilər.
[30] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1005) ilə 16-cı maddəsinin V hissəsində
"şəxsi"
sözündən sonra "və
ailə" sözü əlavə edilmişdir.
[31] 1 aprel 2008-ci il
tarixli 577-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 4, maddə
252) ilə "Əməliyyat-axtarış fəaliyyəti
haqqında" Azərbaycan Respublikasının Qanununun 17-ci
maddəsinin V hissəsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
V. Əsas
fəaliyyət növü kimi şəxslərin
əməliyyat-axtarış fəaliyyətinin subyektləri
ilə əməkdaşlıq etdiyi dövr onların
əmək stajına daxil edilir və bu
şəxslərə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada pensiya
verilir.
[32] 2
iyun 2008-ci il tarixli 618-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 462) ilə 17-ci
maddəsinin VI hissəsinin birinci cümləsində “şərti maliyyə vahidinin bir
min misli miqdarında və beş yüz misli miqdarında”
sözləri “min yüz manat
və beş yüz əlli manat” sözləri ilə
əvəz edilmişdir.
8 iyul 2022-ci
il tarixli 582-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 19 avqust 2022-ci il,
“Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, ¹ 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹8, maddə
829) ilə 17-ci maddəsinin VI hissəsinin birinci cümləsində
“şikəst olmuş” sözləri “əlilliyi
müəyyən edilmiş” sözləri ilə
əvəz edilmişdir.
[33] 17 may 2002-ci il tarixli 324-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə 250) ilə 18-ci maddənin ikinci
hissəsinin birinci cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Əməliyyat-axtarış
fəaliyyəti Azərbaycan Respublikasının dövlət
büdcəsinin vəsaitləri hesabından
maliyyələşdirilir.
[34] 5 mart
2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü
il, ¹ 3, maddə 133) ilə 19-1-ci
maddə əlavə edilmişdir.
[35] 18 mart 2011-ci il
tarixli 95-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il,
¹ 75, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 4, maddə
268)
ilə 20-ci maddənin I hissəsinə yeni məzmunda ikinci
cümlə əlavə edilmişdir.
[36] 23 dekabr 2005-ci il tarixli 32-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 64) ilə 20-ci maddənin III hissəsində "razılığı olduqda"
sözlərindən sonra "qanunvericiliklə
müəyyən edilmiş qaydada və hallarda"
sözləri əlavə edilmişdir.
18 mart 2011-ci il tarixli 95-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il, ¹ 75, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 4, maddə
268) ilə 20-ci maddənin III hissəsində “prokurora” sözü “prokuror nəzarətinin subyektinə” sözləri ilə
əvəz edilmişdir.
[37] 25 oktyabr 2011-ci il tarixli 214-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 noyabr 2011-ci il, ¹ 252;
“Azərbaycan” qəzeti, 24 noyabr 2011-ci il, ¹ 259; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 11, maddə
989) ilə 20-ci maddəsinin IV
hissəsində “məlumatlar”
sözündən sonra “(korrupsiyaya
qarşı mübarizə sahəsində
ixtisaslaşmış prokurorluq orqanının
əməliyyat-axtarış tədbirləri ilə
bağlı məlumatları istisna olmaqla)” sözləri
əlavə edilmişdir.
[38] 12 fevral 2010-cu
il tarixli 953-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 mart 2010-cu il,
¹ 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 03, maddə 172) ilə 21-ci maddəsinə III hissə
əlavə edilmişdir. 23 dekabr 2005-ci il tarixli 32-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 64) ilə 20-ci maddənin III hissəsində "razılığı olduqda"
sözlərindən sonra "qanunvericiliklə
müəyyən edilmiş qaydada və hallarda"
sözləri əlavə edilmişdir.
17 fevral 2023-cü il tarixli 816-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, ¹ 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 4, maddə 454) ilə 21-ci maddənin III hissəsində “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə əvəz edilmişdir.