Polis haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I fəsil
Ümumİ
müddəalar
Maddə 1. Əsas
anlayışlar
Bu qanunda aşağıdakı
anlayışlardan istifadə olunur:
polis – Azərbaycan
Respublikasının icra hakimiyyətinə mənsub olan vahid
mərkəzləşdirilmiş, hüquq-mühafizə
orqanıdır;
polis
əməkdaşı – polis orqanlarında müəyyən vəzifə
tutan və bu qanunla müəyyənləşdirilmiş
səlahiyyətləri həyata keçirən dövlət
qulluqçusudur;
tutulma – Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş hallarda və qaydada
şəxsin azadlığının qısa
müddətə məhdudlaşdırılmaqla onun
müvəqqəti saxlanılma yerində
saxlanılmasıdır;
həbs – inzibati xətanın
törədilməsinə görə inzibati tənbeh kimi
və ya qətimkan tədbiri qismində Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəllə-sində nəzərdə tutulmuş hallarda
və qaydada şəxsin azadlığım
müvəqqəti məhdudlaşdırmaqla müvafiq
həbsdə saxlanılma yerində saxlanılmasıdır;[1]
fiziki
qüvvə – insan
əzələlərinin gərilməsi nəticəsində
yaranan güc vasitəsi ilə mexaniki təsir
göstərmək qabiliyyətidir;
xüsusi
vasitələr –
dəyənəklər, əl-qolu bağlama və
elektroşok
vasitələri, xüsusi təyinatlı
gözyaşardıcı qazlar, rezin güllələr, suatan
vasitələr, nəqliyyatın məcburi dayandırma
vasitələri və Azərbaycan Respublikasının
qanunları ilə müəyyənləşdirilmiş
digər xüsusi vasitələrdir;[2]
yaşayış yeri
– bir və ya bir neçə şəxsin yaşaması
üçün müvəqqəti, yaxud daimi istifadə
edilən yer, o cümlədən ev, mənzil, bağ evi,
mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət
evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə
bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi
istifadə üçün yerlər (onların istirahət,
əmlak saxlamaq, yaxud insanların digər
tələbatlarını təmin etmək üçün
istifadə olunan digər tərkib hissələri),
çoxmənzilli evdən başqa tikililərin zirzəmisi
və çardağı, habelə dəniz gəmisinin kayutu
və ya uzaq səfərdə olan qatarın kupesidir (bunlardan
əlavə bu Qanunun məqsədləri üçün
yaşayış yeri anlayışı fiziki şəxsin
xidməti kabinetini, ona məxsus çəpərli torpaq
sahəsini, avtomobili, çay və dəniz gəmisini
əhatə edir).[3]
Maddə 2. Polis
haqqında qanunvericilik
Polis haqqında qanunvericilik Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarından,
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
Maddə 3. Polis
təyinatı və əsas vəzifələri
I. Azərbaycan Respublikasında polisin
təyinatı insanların həyatını,
sağlamlığını, hüquq və
azadlıqlarını, dövlətin, fiziki və hüquqi
şəxslərin qanuni mənafelərini və
mülkiyyətini hüquqa zidd əməllərdən
qorumaqdan ibarətdir.
II. Polisin əsas vəzifələri
aşağıdakılardır:
1) ictimai qaydanı qorumaq və ictimai
təhlükəsizliyi təmin etmək;
2) cinayətlərin və digər
xətaların qarşısının alınması
üçün tədbirlər görmək;
2-1) yetkinlik yaşına
çatmayanların hüquq pozuntularının
qarşısının alınması sahəsində
fəaliyyət göstərmək;[4]
3) şəxsiyyəti, insan hüquq və
azadlıqlarını və mülkiyyəti hüquqa zidd
əməllərdən qorumaq;
4) Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş
hallarda dövlət idarələrini və digər
obyektləri mühafizə etmək;
5) törədilmiş cinayətləri
açmaq;
6) cinayətlərin qeydiyyatını
və uçotunu aparmaq;
7) cinayətkarları aşkara
çıxarmaq və tutmaq;
8) səlahiyyətlərinə aid
edilmiş işlər üzrə təhqiqat və istintaq
aparmaq;
9) Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş
səlahiyyətlər daxilində inzibati tənbeh və ya
başqa təsir tədbirləri tətbiq etmək,
tutulmuş və inzibati xətaya görə həbsə
alınmış şəxsləri saxlamaq;[5]
10) Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada əməliyyat-axtarış fəaliyyətini
həyata keçirmək;
11) kriminalistik və başqa
tədqiqatların aparılmasını təmin etmək;
12) Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada istintaq
təcridxanalarında əməliyyat-axtarış
fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı ilə
birgə həyata keçirmək;[6]
13) hüquqi və fiziki
şəxslərin əmlakını hüquqa zidd
əməllərdən qorumaq məqsədi ilə
müqavilələr bağlamaq;
14) Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş
icazə-qeydiyyat işlərini aparmaq;
15) yol hərəkəti qaydalarına
və hərəkət təhlükəsizliyinə riayət
olunmasına nəzarət etmək;
16) yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi üçün
tədbirlər görmək;
17) yol hərəkəti və onun
təhlükəsizliyi göstəricilərinin vahid
dövlət uçotu sistemini təşkil etmək.
III. Polisi bu Qanunla müəyyən
edilməmiş vəzifələrin icrasına cəlb
etmək qadağandır.
Maddə 4. Polisin
fəaliyyət prinsipləri və istiqamətləri
I. Polis insan və vətəndaş
hüquqlarına və azadlıqlarına hörmət,
qanunçuluq, humanistlik və təkbaşçılıq
prinsipləri əsasında fəaliyyət göstərir.
II. Polisin fəaliyyətinin əsas
istiqamətləri aşağıdakılardır:
1) ictimai qaydanın qorunması və
ictimai təhlükəsizliyin təmin edilməsi;
2) cinayətlərin və digər
xətaların qarşısının alınması və
açılması;[7]
3) yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi.
Maddə 5. İnsan
və vətəndaş hüquq və
azadlıqlarının müdafiəsi sahəsində polisin
fəaliyyəti
I. Polis öz vəzifələrini
yerinə yetirərkən irqindən, milliyyətindən,
dinindən, dilindən, cinsindən, mənşəyindən,
əmlak vəziyyətindən, qulluq mövqeyindən,
əqidəsindən, siyasi partiyalara, həmkarlar
ittifaqlarına və digər ictimai birliklərə
mənsubiyyətindən asılı olmayaraq bütün
şəxslərin Azərbaycan Respublikasının
Konstitusiyasında və tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələrdə nəzərdə tutulmuş
hüquqlarını və qanuni mənafelərini hüquqa
zidd əməllərdən qoruyur.
II. Polisin hər hansı şəxslə
insanın ləyaqətini alçaldan şəkildə
rəftar etməsi yolverilməzdir. Cinayət
törədən və ya törətməkdə
şübhələnilən şəxsləri məlumat
verməyə və ya cinayət əməlini
törətməkdə təqsirini etiraf etməyə
məcbur etmək, bu məqsədlə onları və
digər şəxsləri hədələmək,
işgəncəyə məruz qoymaq, onlara hər hansı
fiziki və ya mənəvi təsir göstərmək qadağandır.
III. Şəxsin hüquq və
azadlıqlarına qarşı polis tərəfindən bu
Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsinə yalnız Azərbaycan Respublikasının
qanunları ilə müəyyən olunmuş əsaslarla
və qaydada yol verilir.
IV. Hər hansı şəxsin hüquq
və azadlıqları məhdudlaşdırıldıqda
polis əməkdaşı məhdudlaşdırmanın
əsaslarını və səbəblərini, habelə
bununla əlaqədar həmin şəxsin hüquq və
vəzifələrini ona izah etməlidir.
V. Polis tutulan və ya həbsə
alınan şəxsin hüquqlarının həyata
keçirilməsini təmin edir.
VI. Şəxsin hüquqları,
azadlıqları və qanuni mənafeləri polis
əməkdaşları tərəfindən pozulduqda polis
orqanı həmin şəxsin pozulmuş
hüquqlarının, azadlıqlarının və qanuni
mənafelərinin bərpa olunması üçün
zəruri tədbirlər görməyə, vurulan ziyanı
ödəməyə borcludur.
VII. Polis əməkdaşlarının
qanuna zidd hərəkətləri nəticəsində
vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən olunan qaydada ödənilir.
Maddə 6. Polisin
fəaliyyətində aşkarlıq
I. Polis öz fəaliyyəti haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş qaydada dövlət
orqanlarına və əhaliyə məlumat verir.
II. Polisə dövlət, ailə, peşə və kommersiya
sirrini, prokurorun, müstəntiqin və ya məhkəmənin
müvafiq icazəsi olmadan ibtidai və məhkəmə
istintaq materiallarını, habelə insanların şəxsi
həyatına, fiziki və hüquqi şəxslərin qanuni
mənafelərinə toxunan, onların ləyaqətini
alçalda bilən məlumatları açıqlamaq
qadağandır.[8]
III. Fiziki və hüquqi şəxslər
haqqında polisin yaydığı məlumatların
həqiqətə uyğun olmadığı
müəyyənləşdirildikdə polis bir ay
müddətində həmin məlumatları onların
yayıldığı formada təkzib etməlidir.
Maddə 7. Polisin qanuni
tələblərinin icrasının məcburiliyi
I. Polis əməkdaşı bu qanunla
müəyyənləşdirilmiş səlahiyyətləri
yerinə yetirərkən dövlət hakimiyyətinin
nümayəndəsi kimi çıxış edir.
II. Azərbaycan Respublikasının
ərazisində olan bütün hüquqi və fiziki
şəxslər polis əməkdaşının qanuni
tələblərini icra etməlidirlər.
III. Polis əməkdaşının qanuni
tələblərinə tabe olmamaq, ona müqavimət
göstərmək və zor işlətmək və ya onu
təhqir etmək Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş
məsuliyyətə səbəb olur.
Maddə 8. Polisin
fəaliyyətinə müdaxilənin yolverilməzliyi
Qanunla səlahiyyət verilmiş
şəxslərdən başqa, hər hansı şəxsin
istənilən səbəbdən polisin qanuni
fəaliyyətinə məhdudiyyət qoyması, təsir
və müdaxilə etməsi yolverilməzdir və
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
qaydada məsuliyyətə səbəb olur.
Maddə 9. Polisin
tərkib hissələri və tabeliyi
Polis xidmətlərinin yaradılması,
yenidən qurulması və ləğvi, polisin
fəaliyyətinə rəhbərlik, polis orqanlarında
vəzifəyə təyin və vəzifədən azad
etmə Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının müəyyənləşdirdiyi
qaydada həyata keçirilir.
Maddə 10. Polisin
vəzifələrinin yerinə yetirilməsində
dövlət orqanlarının, yerli
özünüidarəetmə orqanlarının və
ayrı-ayrı şəxslərin iştirakı[9]
I. Dövlət hakimiyyəti orqanları
və yerli özünüidarətmə orqanları polisə
öz vəzifələrini yerinə yetirməkdə
kömək göstərməlidirlər.
II. Hər bir şəxs polisə öz
vəzifələrini yerinə yetirməkdə kömək
göstərə bilər. Polis, üzərinə
düşən vəzifələri yerinə yetirmək
üçün, heç kəsi
əməkdaşlığa məcburi cəlb edə
bilməz.
III. Hazırlanan, törədilən və
ya törədilmiş cinayət barəsində xəbəri
olan hər bir şəxs bu barədə polisə məlumat
verməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyənləşdirilmiş hallarda bu
məlumatların verilməməsi cinayət
məsuliyyətinə səbəb olur.
IV. Polis əməkdaşı olmayan
dövlət hakimiyyəti orqanlarının
əməkdaşları Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada ictimai asayişin və təhlükəsizliyin təmin
olunması işinə cəlb edildikdə bu sahədə
polisin vəzifələri onların da üzərinə
qoyulur. Belə olduğu halda polis əməkdaşları
üçün nəzərdə tutulan hüquqi, maddi və
sosial təminatlar onlara da şamil edilir.
V.
Yaşayış yeri üzrə ictimai asayişin və
ictimai təhlükəsizliyin təmin edilməsi ilə
bağlı yaranan sosial problemlərin birgə həlli
üçün ayrı-ayrı şəxslər
könüllülük əsasında polis orqanları
tərəfindən ictimai asayişin və
təhlükəsizliyin təmin olunması işinə
cəlb edilə bilərlər. İctimai asayişin və
təhlükəsizliyin təmin olunmasında
könüllü olaraq iştirak edən şəxslərin
fəaliyyətinin əlaqələndirilməsi
üçün yerli polis orqanlarının yanında ictimai
şuralar yaradıla bilər.
İctimai
asayişin və təhlükəsizliyin təmin olunması
üzrə könüllü ictimai fəaliyyət
aşağıdakı istiqamətlərdə həyata
keçirilir:
1)
hüquqazidd və cəmiyyətə qarşı
hörmətsiz davranışın qarşısının
alınması məqsədilə maarifləndirmə və
təbliğat işinin aparılması;
2)
narkomaniyanın və alkoqolizmin, həmçinin yetkinlik
yaşına çatmayanların
baxımsızlığının və hüquq
pozuntularının profilaktikası;
3)
cinayətlərin və digər hüquqpozmaların
qarşısının alınmasını və
araşdırılmasını təmin etmək
məqsədilə zəruri məlumatların polis
orqanlarına verilməsi.
Cinayət
törətdiyinə görə əvvəllər məhkum
olunmuş, psixi xəstəliklə, narkomanlıqla,
alkoqolizmlə bağlı müalicə-profilaktika
müəssisələrində qeydiyyatda olan, fəaliyyət
qabiliyyətsizliyi və ya məhdud fəaliyyət
qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı ilə təsdiq edilmiş
şəxslər ictimai asayişin və
təhlükəsizliyin təmin olunması üzrə
könüllü ictimai fəaliyyətə cəlb edilə
bilməzlər.
Maddə 11. Polisin
beynəlxalq əlaqələri
Azərbaycan Respublikasının polis
orqanlarının xarici ölkələrin polis orqanları
və beynəlxalq polis təşkilatları ilə
əməkdaşlığı Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələr, xarici ölkələrin polis orqanları
ilə Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanın bağladığı
müqavilələr, habelə Azərbaycan
Respublikasının üzv olduğu beynəlxalq polis
təşkilatlarının nizamnamələri və
əsasnamələri ilə tənzimlənir.
Maddə 12. Polisin
fəaliyyətinə nəzarət
I. Bu qanunun müddəalarının
icrasına idarədaxili və idarədənkənar
nəzarət həyata keçirilir.
II. Polisin fəaliyyətinə
idarədaxili nəzarəti Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş
səlahiyyətlər çərçivəsində
müvafiq icra hakimiyyəti orqanı, idarədənkənar
nəzarəti isə müvafiq icra hakimiyyəti həyata
keçirir. Polis orqanlarında qanunların icrasına
nəzarəti qanunla müəyyən edilmiş səlahiyyətləri
daxilində məhkəmələr və prokurorluq
orqanları həyata keçirir.
II fəsil
Polİs
əməkdaşının səlahİyyətlərİ
Maddə 13. Polis
əməkdaşının ümumi vəzifələri
I. Polis əməkdaşının
ümumi vəzifələri aşağıdakılardır:
1) Hazırlanan cinayət və ya digər
hüquqpozmaların qarşısının alınması
üçün təxirəsalınmaz tədbirlər
görmək;
2) cinayət və ya digər hüquqpozmalar
törətmiş şəxsin tutulması və polisə
gətirilməsi üçün tədbirlər
görmək;
3) cinayətin baş verdiyi hadisə yerinin
mühafizəsini təşkil etmək və şahidlərin
müəyyənləşdirilməsi üçün
tədbirlər görmək;
4) cinayətdən və digər
hüquqpozmalardan, bədbəxt hadisədən
zərərçəkmişlərə, həmçinin
köməksiz, həyatı və sağlamlığı
üçün təhlükəli vəziyyətə
düşmüş şəxsə kömək və ilk
tibbi yardımın göstərilməsini təmin etmək;
5) tutulmuş və ya həbsə
alınmış şəxsin hüquqlarının və
qanuni mənafelərinin pozulmamasını təmin etmək;
6) təbii fəlakətlər, qəzalar
və digər fövqəladə hallar baş verdikdə
insanların və əmlakın xilasetmə
tədbirlərində iştirak etmək;
6-1) yetkinlik yaşına
çatmayanların hüquq pozuntularının
qarşısının alınmasına yönəldilmiş
tədbirlər həyata keçirmək;[10]
7) səlahiyyətlərini həyata
keçirərkən Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş davranış qaydalarına riayət
etmək.
II. Polis əməkdaşları öz
vəzifələrini həyata keçirərkən ayrıca
əmr və ya göstəriş gözləmədən
əməkdaşlıq etməyə, qarşılıqlı
fəaliyyət göstərməyə və bir-birinə
hərtərəfli kömək etməyə borcludurlar.
III. Hər hansı şəxsə
müraciət edərkən polis əməkdaşı
adını, soyadını, rütbəsini bildirməli
və xidməti vəsiqəsini göstərməklə
özünü təqdim etməlidir.
IV. Polis əməkdaşı öz
səlahiyyətlərini həyata keçirərkən
bilavasitə və birbaşa rəisinə tabedir.
V. Polis əməkdaşı
həmçinin tabeçilik üzrə yuxarı rəisin
əmr və göstərişlərini icra etməyə
borcludur.
VI. Hər hansı vəzifələrin
yerinə yetirilməsinə cəlb edildikdə, polis
əməkdaşı xidmət üzrə tabeliyi olmayan
polisin yuxarı rütbəli şəxsinin əmr və
göstərişlərini icra etməyə borcludur.
VII. Polis əməkdaşı
açıq-aşkar qanuna zidd əmr və ya
göstəriş aldıqda qanunu rəhbər tutmalı, bu
barədə polisin rəhbərliyinə məlumat verməlidir.
VIII. Açıq-aşkar qanunsuz əmri
və ya göstərişi icra etməmək
məsuliyyətə səbəb olmur. Belə əmri və
ya göstərişi icra edən polis əməkdaşı
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş qaydada məsuliyyət
daşıyır.
Maddə 14. İctimai
qaydanın qorunması və ictimai təhlükəsizliyin
təmin edilməsi sahəsində polis
əməkdaşının vəzifələri
İctimai qaydanın qorunması və
ictimai təhlükəsizliyin təmin edilməsi
sahəsində polis əməkdaşının
vəzifələri aşağıdakılardır:
1) Hər bir şəxsin
təhlükəsizliyini təmin etmək;
2) Azərbaycan Respublikasının
qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş
inzibati xətalara dair işlər üzrə icraatı
aparmaq;[11]
3) Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda
təhqiqat, istintaq orqanlarının, məhkəmələrin,
müvafiq icra hakimiyyəti orqanının icra və probasiya
qurumlarının qərarlarını icra etmək; [12]
4) Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsi,
“Həbs yerlərində saxlanılan şəxslərin
hüquq və azadlıqlarının təmin edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş hallarda və
müddətlərdə tutulmuş və ya həbs edilmiş
şəxsi müvəqqəti saxlama yerində saxlamaq;[13]
5) Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş
əşyaların, o cümlədən odlu silahın,
döyüş sursatının, zəhərli
maddələrin və sair zərərli materialların
əldə edilməsi, saxlanması, gəzdirilməsi,
daşınması üçün
müəyyənləşdirilmiş qaydada icazə
vermək, dövriyyəsinə nəzarət etmək,
çoxaldıcı rəngli qurğuların (kseroksların)
qeydiyyatını aparmaq;
6) Azərbaycan Respublikasının
bütün ərazisində və ya ayrı-ayrı
yerlərində tətbiq edilən fövqəladə və
ya hərbi vəziyyət rejimini təmin etmək, epidemiya zamanı, habelə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) iştirakı ilə epizootiya zamanı karantin
tədbirlərinin həyata keçirilməsində
iştirak etmək;[14]
7) kütləvi tədbirlər zamanı
ictimai asayişi təmin etmək;
7-1) kütləvi idman
tədbirlərinin və idman yarışlarının
keçirilməsi zamanı idman obyektlərində,
tamaşaçılar üçün nəzərdə
tutulmuş yerlərdə, eləcə də idman
obyektlərinə bitişik ərazilərdə və
təxliyyə yollarında zorakılığın qarşısını
almaq, yarış iştirakçılarının və
tamaşaçıların təhlükəsizliyini və
ictimai asayişi təmin etmək;[15]
8) müvafiq dövlət orqanlarına
və vəzifəli şəxslərə, yaxud qanuni
sahiblərinə təhvil verilənədək sahibsiz
əmlakın və dəfinələrin, habelə
tapılmış və polisə təhvil verilmiş
sənədlərin, əşyaların və digər
əmlakın saxlanılmasını və mühafizəsini
təmin etmək;
9) Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş hallarda qeydiyyat və uçot
işlərini aparmaq;
10) digər dövlət orqanları və
ictimai təşkilatlarla birlikdə azyaşlılar
arasında hüquq qaydasının pozulmasının və
nəzarətsizliyin qarşısının alınmasında
iştirak etmək;
11) cinayət prosesində iştirak
edən şəxslərin dövlət müdafiəsini
təmin etmək;
12) hüquqi və fiziki
şəxslərin əmlakını hüquqa zidd
əməllərdən qorumaq;
13) Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş digər
vəzifələri yerinə yetirmək.
Maddə 15.
Cinayətlərin və digər hüquqpozmaların
qarşısının alınması və onların
açılması sahəsində polis
əməkdaşının vəzifələri
Cinayətlərin və digər
hüquqpozmaların qarşısının alınması
və onların açılması sahəsində polis
əməkdaşının vəzifələri aşağıdakılardır:
1) cinayətin və digər
hüquqpozmanın qarşısının alınması,
baş vermiş cinayət hadisəsinin aşkara
çıxarılması və onu törədən şəxsin
müəyyənləşdirilməsi, cinayəti doğuran
səbəblərin öyrənilməsi və aradan
qaldırılması üçün tədbirlər
görmək;
2) cinayət və digər hüquqpozmalar
haqqında daxil olan ərizələrin və
məlumatların qəbul edilməsini, qeydiyyatdan
keçirilməsini və Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada tədbirlərin görülməsini təmin etmək;
3) Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyənləşdirilmiş hallarda və
qaydada cinayət işlərini başlamaq, təhqiqat və
istintaq aparmaq;
4) Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada əməliyyat-axtarış fəaliyyətini
həyata keçirmək;
5) bu maddənin 1-4-cü
bəndlərində göstərilən
məsələlər üzrə məhkəmənin
(hakimin) və ya prokurorun qərarlarını, habelə
müstəntiqin və ya təhqiqatçının
qərarlarını və yazılı
tapşırıqlarını icra etmək.
Maddə 15-1.
Yetkinlik yaşına
çatmayanların hüquq pozuntularının
qarşısının alınması sahəsində polis
əməkdaşının vəzifələri[16]
Yetkinlik yaşına
çatmayanların hüquq pozuntularının
qarşısının alınması sahəsində polis
əməkdaşının vəzifələri
aşağıdakılardır:
1) yetkinlik yaşına
çatmayanların baxımsızlığının və
hüquq pozuntularının profilaktikası haqqında
qanunvericilikdə göstərilmiş yetkinlik yaşına
çatmayanlar, habelə onların tərbiyəsi, təhsili
və saxlanması üzrə öz vəzifələrini üzrlü səbəblər
olmadan yerinə yetirməyən
və ya onların davranışına mənfi təsir
göstərən, yaxud onlarla qəddar rəftar edən
valideynlər və ya digər qanuni nümayəndələr
barəsində profilaktik iş aparmaq;[17]
2) yetkinlik yaşına
çatmayanların qapalı tipli xüsusi
təlim-tərbiyə müəssisəsinə
göndərilməsi barədə məhkəmənin
qərarını yetkinlik yaşına çatmayanın
qapalı tipli xüsusi təlim-tərbiyə
müəssisəsinə çatdırılması
hissəsində icra etmək;
3) inzibati məsuliyyətə
və ya cinayət məsuliyyətinə cəlb olunması
üçün Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş yaş həddinə
çatmamış yetkinlik yaşına çatmayanlar
tərəfindən ictimai təhlükəli
əməllərin törədilməsi, habelə yetkinlik
yaşına çatmayanların tərbiyəsi, təhsili
və saxlanılması üzrə öz
vəzifələrini yerinə yetirməyən və ya
lazımınca yerinə yetirməyən valideynlər və
ya digər qanuni nümayəndələr, yaxud vəzifəli
şəxslər barəsində müraciətlərə
öz səlahiyyətləri daxilində baxmaq;
4) müvafiq dövlət
orqanlarına və müəssisələrə yetkinlik
yaşına çatmayanların
baxımsızlığına, qanunazidd əməllər
törətməsinə imkan yaradan səbəb və hallar
barədə məlumat vermək.
Maddə 16. Yol
hərəkəti təhlükəsizliyinin təmin
edilməsi sahəsində polis əməkdaşının
vəzifələri
Yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi sahəsində
polis əməkdaşının vəzifələri
aşağıdakılardır:
1) nəqliyyatın və piyadaların
hərəkətini nizama salmaq sürücülər və
piyadalar tərəfindən yol hərəkəti
qaydalarının gözlənilməsinə nəzarət
etmək, yol hərəkətinin təhlükəsizliyini
təmin etmək;
2) yolların təmiri, tikintisi,
layihələşdirilməsi, istismarı və onlara
xidmət zamanı yol hərəkəti
təhlükəsizliyinin tələbləri ilə bağlı
qüvvədə olan qaydalara, normativlərə və
standartlara əməl olunmasına nəzarət
sahəsində öz səlahiyyətləri daxilində
müvafiq tədbirlər görmək;
3) nəqliyyat vasitələrinin texniki
vəziyyətinə nəzarət etmək;
4) təşkilati-hüquqi formasından
asılı olmayaraq bütün müəssisələr,
idarələr, təşkilatlar və fiziki şəxslər
tərəfindən yol hərəkəti
təhlükəsizliyinin təmin olunması, avtonəqliyyat
vasitələrinin zərərli tullantılarından ətraf
mühitin qorunması sahəsində qüvvədə olan
qaydaların, normativlərin və standartların
tələblərinə riayət edilməsində
dövlət nəzarətini təmin etmək;
5) yol hərəkəti qaydalarının
pozulması və yol nəqliyyat hadisələri üzrə
təhqiqat aparmaq, səlahiyyətləri
çərçivəsində inzibati tənbeh tədbirləri
tətbiq etmək;
6) yol hərəkəti qaydaları və sürücülük
vərdişləri üzrə imtahanlar qəbul etmək
və nəqliyyat vasitələrini idarə etmək hüququ
verən sürücülük vəsiqələrini vermək;
7) nəqliyyat vasitələrinin və
qoşquların qeydiyyatını aparmaq, onlara dövlət
nömrə nişanlarını vermək.
Maddə 17. Polis
əməkdaşının ümumi hüquqları
Üzərinə düşən
vəzifələrin yerinə yetirilməsi üçün
polis əməkdaşının aşağıdakı
hüquqları vardır:
1) hər bir şəxsdən
cinayətlərə və digər hüquqpozmalara,
şəxsiyyət və ictimai asayiş üçün
təhlükə törədən və onlara şərait
yaradan hərəkətlərə son qoyulmasını
tələb etmək;
2) cinayət və ya inzibati xəta
törətməkdə şübhə edilənlərin
şəxsiyyətini müəyyənləşdirmək
üçün sənədlərini yoxlamaq;[18]
3) qanunvericiliklə
müəyyən edilmiş hallarda və qaydada cinayət
və ya digər hüquqpozma törətmiş yaxud törədilməsində
şübhələnilən şəxsi tutmaq;
4) cinayətin və digər
hüquqpozmanın törədilməsinə şərait
yaradan halların aradan qaldırılması üçün
qanunla müəyyənləşdirilmiş qaydada
dövlət və qeyri-dövlət orqanlarına,
müəssisələrə, idarələrə,
təşkilatlara, siyasi partiyalara, ictimai birliklərə,
həmkarlar ittifaqları təşkilatlarına və
vəzifəli şəxslərə baxılması
məcburi olan təqdimatlar vermək;
5) qanunvericiliklə
müəyyən edilmiş hallarda və qaydada yaşayış
binalarına və ya digər tikililərə, torpaq
sahələrinə, müəssisə, idarə,
təşkilatların ərazilərinə və
tikililərinə daxil olmaq;[19]
6) xarici dövlətlərin diplomatik,
konsulluq və başqa nümayəndəliklərinə,
beynəlxalq təşkilatlara məxsus olan və xüsusi
təyinatlı nəqliyyat vasitələri istisna
edilməklə, son zərurət vəziyyətində
hüquqi və fiziki şəxslərə məxsus olan
nəqliyyat vasitələrində hadisə yerinə
getmək, təcili tibbi yardıma ehtiyacı olan
şəxsləri tibb müəssisələrinə
çatdırmaq və cinayət törətmiş
şəxsləri təqib etmək üçün bu
nəqliyyat vasitələrindən istifadə etmək (belə
hallarda nəqliyyat vasitələri sahiblərinin tələbi
ilə onlara dəymiş ziyan polis tərəfindən
ödənilməlidir);
7) dəbilqə, qalxan, zirehli köynək
və digər fərdi mühafizə vasitələrindən
istifadə etmək;
8) bu Qanunla
müəyyənləşdirilmiş qaydada və hallarda fiziki
qüvvə işlətmək, habelə xüsusi
vasitələr və odlu silah saxlamaq, gəzdirmək və
onları tətbiq etmək.
Maddə 18. İctimai
qaydanın və ictimai təhlükəsizliyin təmin
edilməsi sahəsində polis əməkdaşının
hüquqları
İctimai qaydanın və ictimai
təhlükəsizliyin təmin edilməsi sahəsində
polis əməkdaşının aşağıdakı
hüquqları vardır:
1) inzibati xətalara dair işlər
üzrə Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulan tədbirləri
görmək;
2) ictimai qayda və ya insanların
təhlükəsizliyi üçün təhlükə yarandıqda
ərazilərə və binalara girişi və orada
olmağı məhdudlaşdırmaq, aparılan işləri
dayandırmaq, nəqliyyatın hərəkətini
məhdudlaşdırmaq və ya qadağan etmək;
3) inzibati xəta törətmiş
şəxs barəsində protokol tərtib etmək,
şəxsi axtarış aparmaq,
əşyalarını yoxlamaq, Azərbaycan
Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş qaydada və
müddətdə onu polisdə saxlamaq;[20]
4) cinayət və ya inzibati xəta
törətməkdə şübhələnilən hərbi
qulluqçuları tutub hərbi patrullara, hərbi komendanta,
qoşun hissələrinin komandirlərinə və ya
hərbi komissarlara təhvil vermək;[21]
5) ictimai yerlərdə sərxoş
vəziyyətdə olan və müstəqil
hərəkət etmək qabiliyyətini itirən,
özünə və ya ətrafdakılara zərər
yetirə bilən şəxsi xüsusi tibb
müəssisələrinə gətirmək;
6) inzibati qaydada həbs edilmiş, inzibati
nəzarətdə olan, habelə polisdə profilaktika
uçotunda olan şəxslərin fotoşəkilini
çəkmək və qanunla müəyyən edilmiş
hallarda barmaq izlərini götürmək;[22]
7) Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş
hallarda və qaydada avaralıqla və ya
dilənçiliklə məşğul olan şəxsi
qəbuletmə-bölüşdürmə
məntəqəsinə gətirmək;
8) ictimai təhlükəli
əməllərə görə məhkəmənin
qərarı ilə təyin olunmuş tibbi xarakterli məcburi
tədbirlərdən yayınan ruhi xəstələri, xroniki
alkoqolikləri, narkomanları tutmaq və xüsusi tibb
müəssisələrinə gətirmək;
9) qanunla
müəyyənləşdirmiş hallarda və qaydada
təyin olunmuş tərbiyəvi xarakterli məcburi
tədbirlərdən yayınan yetkinlik yaşına
çatmayan şəxsi tutmaq və xüsusi tərbiyə
müəssisəsinə gətirmək;[23]
10) hüquqi və fiziki şəxslər
tərəfindən odlu silahın, döyüş
sursatının, zəhərli maddələrin və digər
zərərli materialların saxlandığı və
istifadə olunduğu yerlərə, habelə onların
dövriyyədə olduğu obyektlərə (hərbi
obyektlər istisna olmaqla) baxış keçirmək, bu
cür əşyaların, maddələrin və
materialların istifadəsi barədə
müəyyənləşdirilmiş qaydaların pozulduğu
aşkar edildikdə qüsurların aradan qaldırılması
haqqında icrası məcburi olan yazılı
göstərişlər vermək və Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulan digər tədbirləri görmək;
11) saxtalaşdırma əlaməti olan
sənədləri, habelə mülki dövriyyədən
çıxarılmış və xüsusi icazə olmadan
saxlanılan əşyaları, maddələri, materialları
və qurğuları götürmək, sahibsiz əmlakın
saxlanılmasını təmin etmək və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş qaydada onlar
barəsində məsələnin həll edilməsi
üçün tədbirlər görmək.
Maddə 19.
Cinayətlərin və digər hüquqpozmaların
qarşısının alınması və onların
açılması sahəsində polis
əməkdaşının hüquqları
Cinayətlərin və digər
hüquqpozmaların qarşısının alınması
və onların açılması sahəsində polis
əməkdaşının aşağıdakı
hüquqları vardır:
1) hazırlanan və törədilmiş
cinayətlər haqqında ərizə və
məlumatları yoxlamaq;
2) cinayətin açılması,
təhqiqatın və istintaqın aparılması ilə
əlaqədar hüquqi və fiziki şəxslərdən,
dövlət sirri təşkil edən sənədlər
istisna olmaqla, zəruri izahatlar, məlumatlar, arayışlar,
sənədlər almaq, cinayət törətməkdə
şübhələnilən şəxslərin barmaq
izlərini götürmək, Azərbaycan
Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş qaydada prosessual
hərəkətləri həyata keçirmək;
3) əməliyyat-axtarış
fəaliyyəti ilə əlaqədar Azərbaycan
Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş hüquqları
həyata keçirmək;
4) cinayətin törədilməsi
şəraitinin, onu törədən şəxsin,
zərərçəkənlərin və şahidlərin
müəyyənləşdirilməsi, gizlənən
cinayətkarların və xəbərsiz itkin
düşmüş şəxslərin axtarışı
üçün dövlət informasiya vasitələrinin
imkanlarından pulsuz istifadə etmək.
Maddə 19-1.
Yetkinlik yaşına
çatmayanların hüquq pozuntularının
qarşısının alınması sahəsində polis
əməkdaşının hüquqları[24]
Yetkinlik yaşına
çatmayanların hüquq pozuntularının
qarşısının alınması sahəsində polis
əməkdaşının aşağıdakı
hüquqları vardır:
1) yetkinlik yaşına
çatmayanları cinayətkar fəaliyyətə,
fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak
etməyə və ya digər əxlaqsız
əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına
çatmayanlar barəsində digər qanunazidd
əməllər törətmiş şəxsləri,
habelə yetkinlik yaşına çatmayanların
tərbiyəsi, təhsili və saxlanılması üzrə
öz vəzifələrini üzrlü
səbəblər olmadan
yerinə yetirməyən və ya lazımınca yerinə
yetirməyən valideynləri və ya digər qanuni
nümayəndələri, vəzifəli şəxsləri
aşkar etmək, onlar barəsində öz
səlahiyyətləri daxilində Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş tədbirlər görmək;[25]
2) yetkinlik yaşına çatmayanlar
tərəfindən hüquq pozuntularının törədilməsinə
şərait yaradan səbəb və halların aradan
qaldırılması üzrə öz
səlahiyyətləri daxilində tədbirlər
görmək, bu barədə müvafiq dövlət
orqanlarına, idarə, təşkilat və
müəssisələrə təkliflər vermək;
3) hüquq pozuntuları
törətmiş yetkinlik yaşına çatmayanlar
barəsində, habelə onların tərbiyəsi, təhsili
və saxlanılması üzrə öz
vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya
lazımınca yerinə yetirməyən və ya onların
tərbiyəsinə mənfi təsir göstərən, yaxud
onlarla qəddar rəftar edən valideynlər və ya
digər qanuni nümayəndələr, yaxud vəzifəli
şəxslər barəsində Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada tədbirlər görmək, habelə
müvafiq təsir tədbirlərinin tətbiq edilməsi
haqqında müvafiq dövlət orqanlarına
təkliflər vermək;
4) qanunla
müəyyənləşdirilmiş hallarda və qaydada
məhkəmənin qərarına əsasən yetkinlik
yaşına çatmayan şəxsi saxlamaq və yetkinlik
yaşına çatmayanlar üçün
müvəqqəti təcridetmə mərkəzinə
gətirmək, habelə qapalı tipli xüsusi
təlim-tərbiyə müəssisəsini icazəsiz
tərk etmiş yetkinlik yaşına çatmayan
şəxsin müəssisəyə qaytarılması
üçün tədbirlər görmək.
Maddə 20. Yol
hərəkəti təhlükəsizliyinin təmin
edilməsi sahəsində polis əməkdaşının
hüquqları
Yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi sahəsində polis
əməkdaşının aşağıdakı
hüquqları vardır:
1) Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş
hallarda və qaydada nəqliyyat vasitəsini saxlamaq, onu
idarə edən şəxsin sürücülük
hüququna dair sənədlərini və daşınan
yükün sənədlərini yoxlamaq;
2) nəqliyyat vasitəsini idarə edən
şəxsin sərxoş olub-olmadığını
müəyyənləşdirmək üçün texniki
vasitələrdən istifadə etmək və ya həmin
şəxsin tibbi müayinəsini təşkil etmək;
3) qanunla
müəyyənləşdirilmiş hallarda və qaydada
nəqliyyat vasitəsini idarə edən şəxsi və
nəqliyyat vasitəsini yol hərəkətində
iştirakdan kənarlaşdırmaq;
4) yol hərəkəti qaydalarını
pozanlardan, yol-nəqliyyat hadisəsinin
iştirakçılarından və şahidlərindən
izahat almaq və zəruri hallarda onları polisə çağırmaq;
5) yol hərəkəti qaydalarının
pozulmasına görə inzibati tənbeh tədbirləri
tətbiq etmək, sürücülük hüququndan
məhrum etmək barədə materialları
məhkəməyə göndərmək;
6) yol hərəkətinin
təhlükəsizliyi qaydalarına əməl
edilmədikdə yollarda təmir-tikinti və digər
işlərin görülməsini məhdudlaşdırmaq
və ya qadağan etmək;
7) təbii fəlakətlər zamanı,
habelə qəza təhlükəsinin aradan
qaldırılması ilə əlaqədar yol
hərəkətini məhdudlaşdırmaq və ya
qadağan etmək;
8) texniki vəziyyəti
müəyyənləşdirmiş tələblərə
uyğun gəlməyən nəqliyyat vasitələrinin
istismarını qadağan etmək;
9) nəqliyyat vasitəsini idarə edən
şəxsin və onunla birlikdə olan sərnişinlərin
cinayət törətdiyi və ya törədilməsində
şübhələnilməsi haqqında dəqiq
məlumatı olduqda, habelə nəqliyyat vasitəsinin
idarə olunması ilə cinayət
törədilməsinə real təhlükə yarandıqda
nəqliyyat vasitəsini təqib etmək.
III fəsil
Şəxsİn
azadlıq, mənzİl toxunulmazlığı
hüquqlarının məhdudlaşdırılması,
fİzİkİ qüvvənİn, xüsusİ
vasİtələrİn və ya odlu sİlahın
tətbİqİ İlə bağlı polİs
əməkdaşının səlahİyyətlərİ
Maddə 21. Polis
tərəfindən azadlıq hüququnun
məhdudlaşdırılması
I. Polis əməkdaşı şəxsin
azadlıq hüququnu hakimin qərarına əsasən tutulma
və həbsəalma yolu ilə yalnız
aşağıdakı hallarda məhdudlaşdıra bilər:KM
1) cinayət və ya inzibati hüquqpozma
törədilməsində şübhəli olduqda, yaxud
cinayət və ya inzibati hüquqpozma
törətməsinə görə həbs olunduqda;
2) yetkinlik yaşına
çatmamış şəxs üzərində
tərbiyəvi nəzarət həyata keçirildikdə
və ya səlahiyyətli orqana gətirildikdə;
3) yoluxucu xəstəliklərin
yayılmasının qarşısı alındıqda,
habelə ruhi xəstələr, alkoqoliklər, narkomanlar
və avaralıqla məşğul olanlar zərərsizləşdirildikdə;
4) şəxsin ölkəyə qanunsuz
gəlməsinin qarşısı alındıqda və ya
şəxs ölkədən çıxarıldıqda, yaxud
başqa dövlətə verildikdə;
5) təqsirləndirilən şəxsin,
cavabdehin, şahidin məhkəmə iclasına
gəlməsini təmin etdikdə, atalığın
müəyyənləşdirilməsi üçün test
keçirildikdə, psixi müayinə aparıldıqda və
ya hər hansı öhdəliyin yerinə yetirilməsi
(müqavilə öhdəlikləri istisna olmaqla) təmin
edildikdə.
II. Polis əməkdaşı hər
hansı şəxsi o vaxt tuta və ya həbsə ala
bilər ki, məhkəmənin (hakimin) qərarında
məhz həmin şəxsin azadlıq hüququnun
məhdudlaşdırılması nəzərdə tutulsun.
III. Polis əməkdaşı
tərəfindən məhkəmənin (hakimin) qərarı
olmadan hər hansı şəxsin təxirəsalınmadan
tutulmasına yalnız aşağıdakı hallarda yol
verilə bilər: [26]
1) şəxs cinayət və ya inzibati
xəta törədərkən, yaxud törətdikdən
bilavasitə sonra yaxalandıqda;
2) hadisəni bilavasitə
görənlər, o cümlədən zərər
çəkmiş şəxslər məhz həmin
şəxsin cinayət və ya inzibati xəta
törətdiyini göstərdikdə;[27]
3) şübhə edilən
şəxsdə və ya onun paltarında, ona məxsus
digər əşyalarda və ya yaşayış
yerində, nəqliyyat vasitəsində cinayətin
izləri tapıldıqda.[28]
III-I. Şəxsin inzibati qaydada
tutulması Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsi ilə müəyyən
edilmiş hallarda həyata keçirilir.[29]
IV. Cinayət və ya inzibati xəta
törədilməsi ilə əlaqədar tutulmuş və ya
həbsə alınmış şəxsin, onun
məsələsinə tezliklə məhkəmədə
baxılmasını tələb etmək hüququ vardır.[30]
V. Şəxsin qanunsuz tutulmasına və
ya həbsə alınmasına yol vermiş polis
əməkdaşı Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş
məsuliyyət daşıyır.
Maddə 22. Polis
tərəfindən azadlıq hüququnun
məhdudlaşdırılma müddətləri
I. Bu qanunun 21-ci maddəsinin I
hissəsində nəzərdə tutulmuş hallarda hər
hansı şəxsin azadlıq hüququnun
məhdudlaşdırılma müddəti yalnız qanunla
müəyyənləşdirilir.
II. Bu qanunun 21-ci maddəsinin III və III-I
hissələrində nəzərdə tutulmuş hallarda
hər hansı şəxsin azadlıq hüququnun
məhdudlaşdırılması müddətləri inzibati
xətanın törədilməsi ilə əlaqədar
Azərbaycan Respublikasının inzibati xətalar haqqında
qanunvericiliyi ilə, cinayətin törədilməsi ilə
əlaqədar isə Azərbaycan Respublikasının
cinayət-prosessual qanunvericiliyi ilə
müəyyənləşdirilir.[31]
Maddə 23. Azadlıq
hüququnun məhdudlaşdırılması ilə
bağlı polis əməkdaşının
vəzifələri
I. Azadlıq hüququnun
məhdudlaşdırılması ilə bağlı
səlahiyyətlərini həyata keçirən polis
əməkdaşı:
1) zəruri müdafiə və son
zərurət halları istisna olmaqla şəxsin tutulması
və ya həbsə alınması zamanı
təhlükəsiz üsul və vasitələrdən istifadə
etməlidir;
2) tutulan və ya həbsə alınan
şəxsə özünü təqdim etməklə
xidməti vəsiqəsini göstərməlidir;
3) tutulmadan dərhal sonra
şəxsə tutulmanın səbəbini,
şübhənin mahiyyətini bildirməli,
özünə və yaxın qohumlarına qarşı
ifadə verməmək, müdafiəçinin
yardımından istifadə etmək hüquqlarını ona aydın olan dildə izah etməlidir;[32]
4) tutulmuş və ya həbsə
alınmış şəxsi təxirəsalınmadan polis
orqanına gətirməli, tutulma və ya həbsəalma
faktını Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyənləşdirilmiş qaydada
protokollaşdırmalı, tutulmuş və ya həbsə
alınmış şəxsi bu protokolla tanış
etməli, hər bir tutulma və ya həbsə alma
faktını müvafiq polis orqanında qeydiyyatdan
keçirməlidir;
5) tutulmuş və ya həbs
edilmiş şəxs həbs yerinə gətirildikdən
dərhal sonra ona tutulduğu və ya həbsə
alındığı və harada saxlanıldığı barədə
yaxın qohumlarına və ya əlaqə saxlaması onun
üçün qanuni maraq doğuran digər
şəxslərə telefonla və ya digər
vasitələrlə məlumat vermək imkanını yaratmalıdır
(tutulmuş və ya həbs edilmiş şəxsin
qocalığı, yetkinlik yaşına çatmaması,
sağlamlıq və psixi vəziyyəti ilə bağlı
hallar istisna olmaqla, belə məlumatları öz
təşəbbüsü ilə verməməlidir);
əgər tutulmuş və ya həbs edilmiş şəxs
əcnəbi, yaxud vətəndaşlığı olmayan
şəxsdirsə, onun vətəndaşı olduğu
və ya daimi yaşadığı dövlətin
Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə
və ya konsulluğuna, yaxud ona himayədarlığı
öz üzərinə götürmüş milli, yaxud
beynəlxalq təşkilata bu barədə dərhal məlumat
verməli və bu cür məlumatın verildiyini qeydə
almalıdır;[33]
6) tutulmuş və ya həbsə
alınmış şəxsin tələbi ilə habelə
müdafiəçinin iştirakı məcburi olan hallarda
həmin şəxsin müdafiəçinin
köməyindən istifadə etmək hüququnu təmin
etməlidir;[34]
7) tutulmuş və ya həbsə
alınmış şəxslə davranışda onun
şəxsiyyətinə və ləyaqətinə
hörmətlə yanaşmalı, qadınlara, yetkinlik yaşına
çatmayanlara, qocalara, xəstələrə və əlilliyi olan
şəxslərə xüsusi diqqət
yetirməlidir; [35]
8) Azərbaycan Respublikasının
qanunları ilə müəyyənləşdirilmiş
tutulma və ya həbsəalma müddətlərinə
riayət etməli, bu müddətlər
keçənədək tutulan və ya həbsə alınan
şəxsi, onun tutulmasının və ya həbsə
alınmasının qanuniliyini
müəyyənləşdirmək üçün hakimin
yanına gətirməlidir;
9) 3 saatdan artıq müddətə
tutulmuş və ya həbsə alınmış şəxs
barədə onun tutulmasından və ya həbsə
alınmasından 24 saat keçənədək hakimə
yazılı məlumat verməlidir;[36]
10) məhkəmənin (hakimin)
qərarına əsasən, habelə tutulma və ya
həbsəalma müddətləri keçəndən sonra
tutulan və ya həbsə alınan şəxsi dərhal azad
etməlidir.
II. Polis əməkdaşı
tutulmuş və ya həbs edilmiş şəxsin
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş digər hüquqlarını
təmin edir.[37]
Maddə 24. Polis
tərəfindən mənzil toxunulmazlığı
hüququnun məhdudlaşdırılması
I. polis əməkdaşı
tərəfindən hər hansı şəxsin mənzil
toxunulmazlığı hüququnun
məhdudlaşdırmasına və yaşayış yerinə orada yaşayanların
iradəsi ziddinə daxil olmasına yalnız
aşağıdakı hallarda qanunvericiliklə
müəyyən edilmiş qaydada yol verilir:[38]
1) hakimin qərarı olduqda;
2) digər şəxslərin hüquq
və azadlıqlarının qorunması, ictimai qaydanın
və ictimai təhlükəsizliyin təmin olunması və
yaxud ağır cinayətlərin, bədbəxt
hadisələrin, təbii fəlakətlərin,
qəzaların, epidemiyaların və epizootiyaların
qarşısının alınması və onların
nəticələrinin aradan qaldırılması
məqsədi ilə təxirəsalınmaz tədbirlər
həyata keçirildikdə.
II.
Hakimin qərarı olmadan polis əməkdaşı
yaşayış yerinə orada yaşayanların iradəsi
ziddinə aşağıdakı əsaslardan birinin olması
barədə dəqiq məlumatı olduğu halda bu Qanunun
25-ci maddəsində müəyyən edilmiş qaydada daxil
olur:[39]
1)
şəxsiyyət və ya dövlət hakimiyyəti
əleyhinə cinayətin törədilməsinə və ya
həmin cinayətin törədilməsinə
hazırlığın aparılmasına dəlalət
edən əşya və ya sənədlərin
yaşayış yerində gizlədilməsi;
2)
şəxsiyyət və ya dövlət hakimiyyəti
əleyhinə cinayəti hazırlayan, törədən,
törətmiş, azadlıqdan məhrum etmə və ya
həbs yerlərindən, yaxud mühafizə altından
qaçmış şəxsin yaşayış yerində
gizlənməsi;
3)
yaşayış yerində insan meyitinin (meyit
hissələrinin) olması;
4)
yaşayış yerində insanın həyat və ya
səhhəti üçün real təhlükənin
olması;
5) cinayət törətmiş
şəxsin bilavasitə “isti izlərlə” təqib
edilməsi.
III. Məhkəmənin (hakimin)
qərarı və ya bu maddənin I və II
hissələrində göstərilmiş hallardan və
əsaslardan hər hansı biri olmadan mənzil toxunulmazlığı
hüququnu məqsədəuyğunluq, müvəqqəti
zərurilik və ya digər mülahizələrlə
məhdudlaşdırmaq qadağandır.
IV. Bu maddənin II hissəsinin
əsasında mənzilə orada yaşayanların iradəsi
ziddinə daxilolma faktı barəsində 24 saat ərzində
hakimə yazılı məlumat verilməlidir.[40]
V. Bu maddənin müddəaları fiziki
və ya hüquqi şəxslərə məxsus
qeyri-yaşayış binalarına, tikililərə, torpaq
sahələrinə və Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş
digər obyektlərinə daxilolma hallarına da şamil
edilir.
VI. Mənzil toxunulmazlığı
hüququnun qanunsuz məhdudlaşdırılmasına yol
vermiş polis əməkdaşı Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş
məsuliyyət daşıyır.
Maddə 25. Mənzil
toxunulmazlığı hüququnun
məhdudlaşdırılması ilə bağlı polis
əməkdaşının vəzifələri
I. Mənzil toxunulmazlığı
hüququnun məhdudlaşdırılması ilə
bağlı səlahiyyətlərini həyata keçirən
polis əməkdaşı:
1) Bu Qanunun 24-cü maddəsinin I və II
hissələrində göstərilmiş hallar və
əsaslar olmadan yaşayış
yerinə orada yaşayanların iradəsi ziddinə
əsassız daxil olmamalıdır;[41]
2) yaşayış
yerinə daxil olmazdan əvvəl orada yaşayan və ya
müvəqqəti qalan başqa şəxsə yaşayış yerinə
daxilolmanın əsaslarını bildirməlidir;
3) yaşayış
yerinə daxilolma ilə əlaqədar yaşayış yerində yaşayan
şəxsə onun hüquqlarını, həmin şəxs
yaşayış yerinə
daxil olmağa icazə vermədikdə isə onun qanuna zidd
hərəkət etdiyini izah etməlidir;[42]
4) yaşayış
yerinə orada yaşayanların iradəsi ziddinə
daxilolma zamanı zəruri müdafiə və ya son
zərurət halları istisna olmaqla, təhlükəsiz
üsul və vasitələrdən istifadə etməli, yaşayış yerində olan
şəxslərin şərəf və
ləyaqətinə, həyatı və
sağlamlığına, mülkiyyətinə
hörmətlə yanaşmalı, zərurət olmadan zərər
vurulmasına yol verməməlidir;
5) yaşayış
yerinə orada yaşayanların iradəsi ziddinə
daxilolma faktını Azərbaycan Respublikasının
qanunları ilə müəyyənləşdirilmiş
qaydada təxirəsalınmadan protokollaşdırmalı
və müvafiq polis orqanında qeydiyyatdan
keçirməlidir;
6) mənzilə orada yaşayanların
iradəsi ziddinə hər bir daxilolma faktı barəsində
24 saat ərzində hakimə yazılı məlumat
verməlidir;[43]
7) yaşayış
yerinə daxilolma ilə əlaqədar yaşayış yerində yaşayanların
şəxsi və ailə həyatının ona
məlum olmuş hallarını
açıqlamamalıdır.[44]
II. Polis
əməkdaşı mənzil toxunulmazlığı
hüququnun məhdudlaşdırılması ilə
bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsində və “Əməliyyat-axtarış
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş
digər vəzifələri yerinə yetirməlidir.[45]
Maddə 26. Polis
tərəfindən fiziki qüvvənin, xüsusi
vasitələrin və ya odlu silahın tətbiqi
I. Polis əməkdaşı onun qanuni
tələblərini icra etməyən hər hansı
şəxsə qarşı yalnız aşağıdakı
hallarda fiziki qüvvə tətbiq edə bilər:
1) hazırlanan və ya törədilən
cinayətin qarşısı alındıqda;
2) inzibati xətanı və ya cinayət
törədən şəxs tutulduqda;[46]
3) hər hansı hüquqpozmanın
törədilməsində güc işlədildikdə.
II. Polis əməkdaşı onun qanuni
tələblərini icra etməyən hər hansı
şəxsə qarşı xüsusi vasitələri
aşağıdakı hallarda tətbiq edə bilər:
1) insan həyatına və
sağlamlığına real təhlükə yaradan
basqın və ya digər zorakılıq edildikdə;
2) qiyam və ya kütləvi
iğtişaşlar baş verdikdə;
3) girov saxlanılan şəxs və ya
zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq
sahələri və nəqliyyat vasitələri azad
edildikdə;
4) yaşayış binalarına, habelə
müəssisələrin, idarələrin,
təşkilatların binalarına qrup halında basqın
dəf edildikdə;
5) müqavimət göstərən və
ya insan həyatı və sağlamlığı, habelə
mülkiyyət əleyhinə cinayət törədən
şəxs yaxalandıqda və ya qaçmağa cəhd
göstərdikdə;
6) tutulan şəxs tərəfindən
silahlı müqavimət göstərildikdə və ya
göstərəcəyinə ehtimal etməyə kifayət
qədər əsas olduqda;
7) cinayət törədilməsində
şübhələndiyinə görə tutulmuş,
barəsində həbs qəti-imkan tədbiri seçilmiş
və ya müəyyən müddətə azadlıqdan
məhrum etmə yaxud ömürlük azadlıqdan məhrum
etmə növündə cəzaya məhkum olunmuş
şəxsin həbsdən qaçmasının
qarşısını aldıqda, habelə bu şəxsin
qanunsuz azad edilməsi üçün kənar
şəxslər tərəfindən güc
işlədildikdə;[47]
8) ictimai təhlükəli əməl
törətmiş şəxsi tutub polisə
gətirərkən onun müqavimət göstərə
biləcəyi və ya qaçma ehtimalı olduqda;
9) həbs olunanları müşayiət
etdikdə;
10) şəxsin təhlükəli
hərəkətləri ilə özünə və ya
ətrafındakılara zərər yetirə biləcəyi
ehtimalı olduqda;
11) ictimai təhlükəli əməl
törətmiş şəxs tutularkən onu binadan,
nəqliyyat vasitəsindən çıxmağa məcbur
etdikdə;
12) sürücü öz
hərəkətləri ilə insan həyatına və
sağlamlığına real təhlükə yaratdıqda,
nəqliyyat vasitəsini dayandırmaq haqqında polis əməkdaşının
aşkar olan dayanma tələbinə tabe olmadıqda və
onun saxlanılmasına başqa imkan olmadıqda (məcburi
dayandırma vasitələri).
III. 2-ci və 12-ci bəndləri istisna
olmaqla bu maddənin II hissəsində nəzərdə
tutulmuş hallarda polis əməkdaşı xidməti
itdən də istifadə edə bilər.
III-I.
Elektroşok vasitələri bu maddənin 2-ci hissəsinin
1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində
nəzərdə tutulmuş hallarda tətbiq edilə
bilər. Elektroşok vasitələrini saxlamaq,
gəzdirmək və təyinatı üzrə istifadə
etmək hüququ olan polis orqanlarının vəzifəli
şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.[48]
IV. Polis əməkdaşı Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada aşağıdakı hallarda odlu silah
tətbiq edə bilər:
1) bu maddənin II hissəsinin 1-ci, 2-ci,
3-cü və 4-cü bəndlərində nəzərdə
tutulmuş hallarda ictimai təhlükəli əməl odlu
silah işlədilməklə törədildikdə;
2) bu maddənin II hissəsinin 7-ci
bəndində nəzərdə tutulmuş hallar olduqda;
3) insan həyatına qəsd olunduqda
və məcburi dayandırma vasitələrinin tətbiqi
nəticə vermədikdə;
4) şəxs yaxalanarkən silahlı
müqavimət göstərdikdə;
5) insan həyatına real
təhlükə yaradan cinayətin qarşısı
alındıqda;
5-1) terrorçuluq və ya dini
ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla
dəyişdirilməsi ilə bağlı cinayətlərin
qarşısı alındıqda;[49]
6) odlu silahın digər şəxs
tərəfindən ələ keçirilməsinin
qarşısı alındıqda;
7) insana hücum edən və ya real
təhlükə yaradan heyvan məhv edildikdə.
V. Bu maddənin IV hissəsində
müəyyən edilən hallardan başqa, həmçinin
təhlükə və ya xəbərdarlıq siqnalı verildikdə,
habelə yardım çağırıldıqda odlu silahdan
istifadə edilə bilər.
VI. Bu qanunun tələblərinə
uyğun olaraq fiziki qüvvənin, xüsusi vasitələrin
və ya odlu silahın tam zəruri hallarda tətbiqi
yaranmış təhlükəyə mütənasib
olmalıdır. Fiziki qüvvənin, xüsusi
vasitələrin və ya odlu silahın tam zəruri hallarda
tətbiqi zamanı hər hansı şəxsin həyatdan
məhrum edilməsi yaşamaq hüququnun pozulması kimi
qiymətləndirilə bilməz.
VII. Polis əməkdaşı
tərəfindən fiziki qüvvənin, xüsusi
vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir
halda müvafiq polis orqanında xidməti yoxlama
aparılmalı və fiziki qüvvənin, xüsusi
vasitələrin, odlu silahın qanunauyğunluğu
barədə müvafiq rəy verilməlidir.
VIII. İnsanın anatomik
bütövlüyünə müxtəlif dərəcəli
xəsarətlər yetirməklə dağıdıcı
təsir göstərə bilən və ya özünü
doğrultmayan yüksək təhlükə mənbəyi
olan xüsusi vasitələrin polisin sərəncamına verilməsi
qadağandır.
IX. Fiziki qüvvənin, xüsusi
vasitələrin və odlu silahın qanunsuz tətbiqinə
yol verən polis əməkdaşı Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş
məsuliyyət daşıyır.
Maddə 27. Fiziki
qüvvənin, xüsusi vasitələrin və odlu silahın
tətbiqi ilə bağlı polis
əməkdaşının vəzifələri
Fiziki qüvvənin, xüsusi
vasitələrin və odlu silahın tətbiqi ilə
bağlı vəzifələrini həyata keçirən
polis əməkdaşı:
1) insana qarşı fiziki qüvvə,
xüsusi vasitələri və ya odlu silahı yalnız son
zərurət və ya zəruri müdafiə
vəziyyətində, bütün digər təsir imkanlarından
istifadə lazımi nəticə vermədikdə,
hüquqpozmanın ağırlıq dərəcəsindən
və ya onu törədənin şəxsiyyətindən
asılı olaraq tətbiq etməlidir;
2) odlu silah işlətməklə
basqın edildiyi və ya silahlı müqavimət
göstərildiyi hallar istisna olmaqla, fiziki qüvvə,
xüsusi vasitələr və odlu silah qadınlara, azyaşlılara,
yanında azyaşlı olan, əlilliyi, o cümlədən
sağlamlıq imkanlarının məhdudluğu və
digər fiziki və psixi pozuntuları aşkar bilinən
şəxslərə qarşı, habelə insanların
toplaşdığı yerlərdə kənar
şəxslərin zərər çəkə
biləcəyi hallarda odlu silahı tətbiq etməməlidir;[50]
3) yalnız real təhlükənin
qarşısı alınarkən odlu silah tətbiq edə
bilər;
4) odlu silahı tətbiq etməzdən
əvvəl şifahi xəbərdarlıq etməli və ya
xəbərdarlıq atəşi açmalıdır
(qəfil, yəni birdən-birə gözlənilməz
hücum baş verərsə, habelə hücum
üçün odlu silahdan, mexaniki nəqliyyat
vasitəsindən, təhlükə yaradan yırtıcı,
vəhşi və ya başqa heyvandan istifadə olunarsa, polis
əməkdaşı xəbərdarlıq etmədən odlu
silahı tətbiq edə bilər);
5) fiziki qüvvənin, xüsusi
vasitələrin, odlu silahın tətbiq edilməsi
nəticəsində zərərçəkənlərə
tibbi yardımın göstərilməsini təmin
etməlidir;
6) odlu silahın tətbiq edildiyi yerin
dəyişdirilməmiş saxlanılmasına
çalışmalıdır;
7) fiziki qüvvə, xüsusi
vasitələr və odlu silah tətbiq etdiyi hallar
barəsində polis əməkdaşı dərhal xidmət
etdiyi və ya odlu silahın tətbiq edildiyi ərazinin polis
orqanına yazılı məlumat verməlidir;
8) fiziki qüvvənin, xüsusi
vasitələrin, odlu silahın tətbiq edilməsi
barədə 24 saat ərzində müvafiq prokurora
yazılı məlumat verməlidir.
IV fəsil
Polİsdə
xİdmət keçmənİn əsasları
Maddə 28. Polis
əməkdaşının xidmətə qəbul edilməsi
I. Polisdə xidmətə
könüllülük əsasında, şəxsi və
iş keyfiyyətlərinə, fiziki hazırlığına,
sağlamlıq vəziyyətinə və təhsil
səviyyəsinə görə polisin üzərinə
düşən vəzifələri yerinə yetirməyə
qadir olan, hərbi xidmət keçmiş və ya polis
təhsil müəssisələrini bitirmiş, yaşı
20-dən aşağı olmayan və Azərbaycan
Respublikasının dövlət dilini sərbəst bilən
Azərbaycan Respublikasının vətəndaşları
qəbul olunurlar.[51]
II. Polisdə xidmətə qəbul
edilən şəxsin fiziki hazırlığı və
sağlamlığı Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının
müəyyənləşdirdiyi qaydada
yoxlanılmalıdır.
III. Polisə xidmətə qəbul
edilmiş şəxslər Azərbaycan Respublikası
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada hazırlıq kursları keçməlidirlər.
IV. İkili
vətəndaşlığı, digər dövlətlər
qarşısında öhdəlikləri olan
şəxslər, din xadimləri, fəaliyyət
qabiliyyətsizliyi və ya məhdud fəaliyyət
qabiliyyəti məhkəmə tərəfindən
müəyyənləşdirilmiş, cinayət
törətdiyinə görə əvvəllər məhkum
edilmiş, habelə barəsində cinayət işinin
icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş,
əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə
bir araya sığmayan fəaliyyətlə məşğul
olmasına, polisdə xidmətə tam yararsız olmasına,
polis əməkdaşının adına ləkə
gətirən ləyaqətsiz
hərəkətlərə görə polisdən və
digər hüquq-mühafizə orqanlarından xaric edilmiş
şəxslər polisdə xidmətə qəbul edilə
bilməzlər.
V. Daxili işlər orqanlarının
digər əməkdaşları, polis təhsil
müəssisələrinin kursantları
ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin
edilməsinə cəlb edildiyi halda polis
əməkdaşı sayılırlar.[52]
VI. Polisdə xidmətə qəbul
edilmiş şəxslər və polis təhsil
müəssisələrinin kursantları
hərbi qeydiyyatdan
çıxarılır və Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanında
xüsusi qeydiyyata alınırlar.[53]
VII. Hər bir polis əməkdaşına
nümunəsi Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti tərəfindən təsdiq edilən xidməti
vəsiqə verilir.
VIII. polisdə xidmətə qəbul
və xidmət keçmə qaydaları Azərbaycan
Respublikasının müvafiq qanunu ilə təsdiq edilən
əsasnamə ilə tənzimlənir.
Maddə 29. Polis
əməkdaşının andı
I. Polis əməkdaşı
vəzifəsinin icrasına başlamazdan əvvəl
təntənəli şəraitdə şəxsi heyətin yığıncağında
Azərbaycan Respublikasının Dövlət bayrağı
önündə aşağıdakı məzmunda and
içir:
“Mən,
polisdə xidmətə başlayan andan Azərbaycan
Respublikasına və Azərbaycan xalqına
sədaqətlə xidmət etməyə və daim sadiq
qalmağa, Azərbaycan Respublikasının Konstitusiyasını
və digər qanunlarını rəhbər tutmağa, insan
hüquq və azadlıqlarına hörmətlə
yanaşmağa, qanunçuluğa ciddi riayət
etməyə, xidməti vəzifələrimi namusla və
vicdanla yerinə yetirməyə, intizamlı olmağa, ictimai
qaydanı və ictimai təhlükəsizliyi mərdliklə
qorumağa və lazım gələrsə,
həyatımı belə əsirgəməməyə and
içirəm”.[54]
II. Polis əməkdaşının
səlahiyyətləri and içdiyi vaxtdan başlanır.
III. Polis əməkdaşı andın
mətnini imzalayır və bu sənəd onun şəxsi
işində saxlanılır.
Maddə 30. Polis
əməkdaşlarının xüsusi rütbələri
I. Polis əməkdaşlarına
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş xüsusi
rütbələr verilir.
II. Polis əməkdaşlarının
xüsusi rütbələrinin
müəyyənləşdirilməsi, verilməsi
əsasları və qaydaları ilə bağlı
məsələlər Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnaməyə uyğun
həll edilir.[55]
Maddə 31. Polis
əməkdaşının həvəsləndirilməsi
I. Polis əməkdaşı
vəzifələrinin nümunəvi yerinə
yetirilməsinə və xidmətdə əldə edilən
yüksək nəticələrə görə həvəsləndirilə
bilər.
II. Polis əməkdaşlarına
aşağıdakı həvəsləndirmə
növləri tətbiq edilir:
1) təşəkkür;
2) pul mükafatı;
3) qiymətli hədiyyə ilə
mükafatlandırma;
4) fəxri fərman ilə təltif
edilmə;
5) fəxri döş nişanı ilə
təltif edilmə;
6) şəxsi silahla mükafatlandırma;
7) vaxtından əvvəl növbəti
xüsusi rütbə verilmə;
8) xüsusi rütbənin vəzifə
ştatında nəzərdə tutulduğundan bir pillə
yuxarı verilməsi.
III. Həvəsləndirmə tədbiri
kimi, əvvəllər verilmiş intizam tənbehinin
vaxtından əvvəl çıxarılması tətbiq oluna
bilər.
IV. Polisin təhsil
müəssisələrində bu maddədə
göstərilən həvəsləndirmə
növlərindən başqa təqaüdün
miqdarının artırılması və kursantların təhsil müəssisəsinin
yerləşdiyi ərazidən növbədənkənar
buraxılması kimi həvəsləndirmələr də
tətbiq edilə bilər.[56]
V. Polis əməkdaşları
Azərbaycan Respublikasının Dövlət
mükafatları ilə təltif olunmasına təqdim
edilə bilərlər.
Maddə 32. Polisdə
xidmətlə bir araya sığmayan fəaliyyət
I. Polis əməkdaşı heç bir
başqa seçkili və təyinatlı vəzifə tuta
bilməzlər, elmi, pedaqoji və yaradıcılıq
fəaliyyətindən başqa heç bir sahibkarlıq,
kommersiya və digər ödənişli
fəaliyyətlə məşğul ola bilməzlər, əmək
haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq
fəaliyyətinə görə aldıqları
vəsaitdən başqa məvacib ala bilməz.
II. Polis əməkdaşı siyasi
fəaliyyətlə məşğul ola bilməz və siyasi
partiyanın üzvü ola bilməz.
Maddə 33. Polis
əməkdaşının məsuliyyəti
I. Polis əməkdaşı
aşağıdakı əsaslara görə intizam
məsuliyyətinə cəlb edilir:
1) xidmət apararkən hüquqa zidd
hərəkət etdikdə;
2) xidmət və icra intizamını
pozduqda;
3) polis əməkdaşı adına
ləkə gətirən ləyaqətsiz
hərəkət etdikdə.
4) “Korrupsiyaya qarşı
mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun
5.1-ci maddəsində müəyyən edilmiş
tələblərə əməl etmədikdə və ya həmin
Qanunun 9-cu maddəsində göstərilən
hüquqpozmaları törətdikdə (onlar inzibati və ya
cinayət məsuliyyəti yaratmadıqda).[57]
II. Polis əməkdaşına
aşağıdakı intizam tənbehləri tətbiq
edilə bilər:
1) məzəmmət;
2) töhmət;
3) şiddətli töhmət;
4) xidməti vəzifəyə tam uyğun
olmaması barədə xəbərdarlıq;
5) tutduğu vəzifədən
aşağı vəzifəyə keçirmə;
6) xüsusi rütbənin bir pillə
aşağı salınması;
7) xidmətdən xaric
edilmə.[58]
III. Polis təhsil
müəssisələrində bu maddənin II
hissəsində göstərilən intizam tənbeh
növlərindən başqa növbədənkənar
xidmət naryadını təyin etmə və polis təhsil
müəssisəsindən xaric etmə tənbeh
növləri tətbiq edilə bilər.
IV. Polis əməkdaşının intizam
məsuliyyətinə cəlb edilməsi qaydası
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilmiş
əsasnamə ilə tənzimlənir.
V. Polis əməkdaşı hüquqa zidd
hərəkətlərinə görə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.
Maddə 34. Polis
əməkdaşının xidmətdən xaric edilməsi
I. Polis əməkdaşı
aşağıdakı hallarda xidmətdən xaric edilə
bilər:
1) öz arzusu ilə polisdə
xidmətdən çıxmaq barəsində yazılı
ərizə verdikdə;
2) and içməkdən imtina etdikdə;
3) cinayət törətdiyinə
görə barəsində qanuni qüvvəyə minmiş
ittiham hökmü və ya tibbi xarakterli məcburi
tədbirlərin tətbiqi haqqında qərar olduqda;
4) polisdə xidmətlə bir araya
sığmayan fəaliyyətlə məşğul olduqda;
5) xidmətdə olmanın son yaş
həddinə çatdıqda;
6) səhhətinə görə, o
cümlədən uzunmüddətli (dörd aydan artıq)
xəstəliyi ilə əlaqədar vəzifəsini
yerinə yetirməsinin qeyri-mümkünlüyü
barədə xüsusi həkim komissiyasının rəyi
olduqda;
7) polisdə xidmətə tam yararsız
olması barəsində attestasiya komissiyasının rəyi
olduqda;
8) başqa dövlətin
vətəndaşlığını qəbul etdikdə,
Azərbaycan Respublikası vətəndaşlığına
xitam verildikdə
və ya digər dövlət qarşısında
öhdəlik götürdükdə; [59]
9) polis əməkdaşı adına
ləkə gətirən ləyaqətsiz
hərəkət etdikdə;[60]
10) intizam məsuliyyətinə cəlb
edildikdən sonra xidmət və icra intizamını il
ərzində yenidən kobudcasına pozduqda;
11) ştatlar ixtisar edildikdə;
12) fəaliyyət qabiliyyətsizliyi və
məhdud fəaliyyət qabiliyyəti məhkəmə
qaydasında müəyyənləşdirildikdə;
13) digər hüquq-mühafizə
orqanlarına işə keçdikdə.[61]
II. Polis əməkdaşı
xidmətdən xaric edilməsi barədə tabeliyi
üzrə yuxarı orqana və ya məhkəməyə
müraciət edə bilər.
III. Polis əməkdaşının
xidmətdən xaric edilməsi qaydası Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilmiş əsasnamə ilə
tənzimlənir.
IV. Vəfat edən, həlak
olan və məhkəmə qaydasında ölmüş
və ya xəbərsiz itkin düşmüş elan edilən
polis әmәkdaşları daxili işlər orqanları
əməkdaşlarının siyahısından
çıxarılırlar.[62]
V fəsil
Polİs
əməkdaşının maddİ və sosİal təmİnatları
Maddə 35. Polis
əməkdaşının əməyinin
ödənilməsi
I. Polis əməkdaşının
əmək haqqı onun vəzifəsi, xüsusi
rütbəsi, xidmət illəri nəzərə alınmaqla
müəyyənləşdirilən əsas maaşdan,
habelə istirahət,
səsvermə, iş günü hesab edilməyən bayram
günləri və ümumxalq hüzn günü,
gecə vaxtı və əsas iş vaxtından əlavə
işləməyə görə qanunvericiliyə müvafiq
surətdə müəyyənləşdirilən
əlavə haqqlardan ibarətdir. Polis əməkdaşına
xidmət şəraitinə görə əlavə haqqlar,
birdəfəlik müavinətlər və başqa
ödənişlər verilir.[63]
II. Polis əməkdaşının
əsas maaşını, əlavə haqqların,
kompensasiyaların, müavinətlərin və başqa
ödənişlərin məbləği və təyin
edilməsi qaydaları Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilir.
Maddə 36. Polis
əməkdaşının pensiyası və sosial
təminatı
Polis əməkdaşının
pensiyasının və sosial təminatının
məbləği və təyin edilməsi qaydası
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir.
Maddə 37. Polis
əməkdaşının dövlət tərəfindən
sığortalanması və ona dəyən zərərin
ödənilməsi
I. Polis əməkdaşının
həyat və sağlamlığı “Məhkəmə
və hüquq-mühafizə orqanları
işçilərinin dövlət icbari şəxsi sığortası
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq dövlət büdcəsinin vəsaiti hesabına
sığortalanır.[64]
II. Xidməti vəzifələrin
icrası zamanı həlak olmuş (vəfat etmiş),
xəsarət (yaralanma, travma, kontuziya) almış,
sağlamlığına digər zərər dəymiş
polis əməkdaşına və ya onun ailəsinə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilmiş
qaydada və həcmdə kompensasiya verilir.[65]
III. Xidməti vəzifələrinin
icrası zamanı polis əməkdaşının
əmlakına dəyən zərər dövlət
büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir.
Maddə 38. Polis
əməkdaşına verilən digər təminatlar
I. Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanları mənzil
şəraitinin yaxşılaşdırılmasına
ehtiyacı olan və ya yeni yerdə xidmətə
göndərilən polis əməkdaşlarının
mənzil ehtiyaclarının ödənilməsi
üçün zəruri tədbirlər
görməlidirlər.
II. Polisdə
xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan polis əməkdaşlarına
və onların ailə üzvlərinə xidmət
keçdiyi dövr ərzində müvəqqəti
mənzilin kirayəsi üçün yaşayış
məntəqəsindən asılı olaraq, qanunvericiliklə
müəyyən edilmiş məbləğdə və qaydada
pul kompensasiyası ödənilir.[66]
III. Polisdə xidmət yerinin
dəyişdirilməsi ilə əlaqədar köç pulu
və birdəfəlik kompensasiyalar Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanının
müəyyənləºdirdiyi qaydada və miqdarda verilir.
IV. Xidməti vəzifələrinin icrası
zamanı polis əməkdaşları Azərbaycan
Respublikasının ərazisində sərnişin
nəqliyyatının bütün növlərindən
(taksidən və şəhərlərarası nəqliyyatdan
başqa) pulsuz istifadə etmək hüququna malikdirlər.[67]
V. Xidməti ezamiyyətə
göndərilən polis əməkdaşının növbədənkənar
qaydada nəqliyyatın bütün növlərinə bilet
və mehmanxanada yer almaq hüququ vardır.
VI. Şəxsi nəqliyyat vasitəsini
xidməti məqsədlər üçün istifadə
edən polis əməkdaşına nəqliyyat vasitəsinin
istismarı üçün dövlət büdcəsinin
vəsaiti hesabına müəyyənləşdirilmiş
qaydada kompensasiya verilir.[68]
VII. Polis əməkdaşları və
onların ailə üzvləri dövlət tibb xidməti
ilə təmin edilir.
VIII. Xidməti vəzifələrinin
icrası ilə əlaqədar polis
əməkdaşının və onun ailə
üzvlərinin şəxsi və əmlak
təhlükəsizliyinə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada təminat verilir.
IX. Polis əməkdaşına
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş qaydada məzuniyyət
verilir.
X. Polis orqanlarının
əməkdaşları Azərbaycan Respublikasının ali
icra və qanunvericilik hakimiyyəti orqanlarına,
hüquq-mühafizə orqanlarının təşkilati
və qanunvericilik təminatı ilə bağlı
işə keçdikdə, maddi təminatlar istisna olmaqla polis
əməkdaşlarına verilən təminatlar onlara
şamil edilir.
VI fəsil
Polİsİn
fəalİyyətİnİn
malİyyələşdİrİlməsİ və
maddİ-texnİkİ təmİnatı
Maddə 39. Polisin
fəaliyyətinin maliyyələşdirilməsi
I. Polisin fəaliyyəti Azərbaycan
Respublikası dövlət büdcəsinin vəsaiti, qanunla
müəyyənləşdirilmiş qaydada
bağlanmış müqavilələr əsasında,
habelə dövlət və qeyri-dövlət
fondlarının vəsaiti hesabına
maliyyələşdirilir.
II. Azərbaycan Respublikası dövlət
büdcəsinin vəsaiti hesabına
maliyyələşdirilən polis
əməkdaşlarının sayını və onlara
çəkilən xərclərin məbləğini
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı müəyyənləşdirir.
Maddə 40. Polisin
fəaliyyətinin maddi-texniki təminatı
I. Polisin fəaliyyətinin maddi-texniki
təminatı qaydasını və normalarını
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı müəyyənləşdirir.
II. Azərbaycan Respublikasının polis
orqanları müəyyənləşdirilmiş normalar
əsasında xüsusi geyim forması, odlu silah,
döyüş sursatı, xüsusi vasitələr, texnika
və xüsusi təchiz olunmuş binalar və nəqliyyat
vasitələri ilə təmin edilirlər.
III. Xüsusi geyim formasının
nümunəsini Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı təsdiq edir.
IV. Polis qurumlarına xidmət
binalarını Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanları, dəmir yolu, hava və su
nəqliyyatı obyektlərində isə müvafiq
nəqliyyat idarələri əvəzi
ödənilmədən verirlər.
Keçİd
müddəaları
I. Bu qanun dərc edildiyi gündən
qüvvəyə minir.
II. Hakimlərin bu qanunun 21-ci maddəsinin
I-III hissələrində, 22-ci maddəsində, 23-cü
maddəsinin 8-10-cu bəndlərində, 24-cü maddəsinin
III hissəsinin 1-ci bəndində və II-IV
hissələrində, 25-ci maddəsinin 6-cı bəndində
nəzərdə tutulmuş azadlıq və mənzil toxunulmazlığı
hüquqlarının məhdudlaşdırılmasına dair
səlahiyyətləri yeni cinayət-prosessual qanunvericiliyi
qəbul olunduqdan, habelə “Məhkəmələr və
hakimlər haqqında” Azərbaycan Respublikası qanununa
uyğun olaraq hakimlər təyin edildikdən sonra
qüvvəyə minir.
III. Hakimlərin azadlıq və mənzil
toxunulmazlığı hüquqlarının
məhdudlaşdırılmasına dair
səlahiyyətləri qüvvəyə minənədək,
həmin səlahiyyətlər mövcud cinayət-prosessual
qanunvericiliyi ilə müəyyənləşdirilmiş
qaydada həyata keçirilir.
IV. Bu qanunun 18-ci maddəsinin 5 və 7-ci
bəndləri xüsusi tibb müəssisələri və
qəbuletmə-bölüşdürmə
məntəqələri olmayan inzibati-ərazi
vahidlərində yarandıqdan sonra tətbiq edilir. Həmin
müəssisə və məntəqələr olmayan
inzibati-ərazi vahidlərində mövcud qanunvericiliklə
nəzərdə tutulmuş qayda tətbiq edilir.
Azərbaycan
Respublikasının prezidenti HEYDƏR
ƏLİYEV
Bakı
şəhəri, 28 oktyabr 1999-cu il
¹ 727-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
12 oktyabr 2001-ci il tarixli 207-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 699)
2.
15 noyabr 2001-ci il tarixli 214-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 731)
3.
15 mart 2002-ci il tarixli 272-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 118)
4.
24 may 2002-ci il tarixli 333-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 6, maddə 328)
5.
24 dekabr 2002-ci il tarixli 408-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə 22)
6.
20 iyun 2003-cü il tarixli
484-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8, maddə 424)
7.
30 dekabr 2003-cü il tarixli
568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2, maddə 57)
8.
5 mart 2004-cü il tarixli
598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 133)
9.
30 dekabr 2005-ci il tarixli 49-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 74)
10.
30 dekabr 2005-ci il tarixli 50-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral
2006-cı il)
11.
10 oktyabr 2006-cı il tarixli
159-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 927)
12.
16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
756)
13.
1 aprel 2008-ci il tarixli 576-IIIQD
nömrəli Azərbaycan Respublikasının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 4, maddə 251)
14.
2 iyun 2008-ci il tarixli 622-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 8 avqust 2008-ci il, ¹ 174, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə
696)
15.
13 iyun
2008-ci il tarixli
648-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹7, maddə 602)
16.
2 oktyabr 2008-ci il tarixli 690-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu ((“Azərbaycan” qəzeti, 29 oktyabr
2008-ci il, ¹ 241, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 10, maddə 883)
17.
28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
06, maddə 399)
18.
26 may 2009-cu il tarixli 818-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, ¹ 135, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
401)
19.
01 fevral 2010-cu il tarixli 944-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2010-cu il, ¹ 43, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə 74)
20.
1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, ¹ 62, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
171)
21.
27
dekabr 2013-cü il tarixli 870-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 11 fevral 2014-cü il, ¹ 29, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 2,
maddə 87)
22.
28 oktyabr 2014-cü il tarixli 1086-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 noyabr 2014-cü il, ¹ 248; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1360)
23.
03 aprel 2015-ci il tarixli 1239-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 05 may 2015-ci il, ¹ 095, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 5, maddə
486)
24.
06 oktyabr
2015-ci il tarixli 1370-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 21 noyabr 2015-ci il, ¹ 256,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1277)
25.
04 dekabr
2015-ci il tarixli 30-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 06 dekabr 2015-ci il, ¹ 269, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 12, maddə
1444)
26.
29 dekabr 2015-ci il tarixli 85-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 4 fevral 2016-cı il, ¹ 25;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 02, I kitab, maddə 197)
27.
1 fevral
2016-cı il tarixli 120-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 28 fevral 2016-cı il, ¹ 46;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 02, II kitab, maddə 216)
28.
23 fevral
2016-cı il tarixli 131-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,
4 mart 2016-cı il, ¹ 50,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 03, maddə 400)
29.
29 aprel 2016-cı il tarixli 214-VQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 may 2016-cı il, ¹ 102,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 5, maddə 838)
30.
2 oktyabr
2017-ci il tarixli 789-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 oktyabr 2017-ci
il, ¹ 230,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
10, maddə
1770)
31.
15 dekabr 2017-ci
il tarixli 933-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 3 fevral 2018-ci il, ¹ 25,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
1, maddə 15)
32.
29 iyun
2018-ci il tarixli 1210-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyul
2018-ci il, ¹ 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab, maddə 1426)
33.
19 may 2020-ci
il tarixli 110-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul
2020-ci il, ¹ 137, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 828)
34.
22 iyun
2021-ci il tarixli 350-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, ¹ 175, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 8, maddə 896)
35.
2 may
2023-cü il tarixli 868-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 iyun 2023-cü il, “Azərbaycan” qəzeti, 8 iyun
2023-cü il, ¹ 120,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 6,
maddə 743)
36. 24 oktyabr
2023-cü il tarixli 1009-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 dekabr 2023-cü il, “Azərbaycan”
qəzeti, 7 dekabr 2023-cü il, ¹ 267, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, I kitab, maddə 1594)
37. 22 dekabr
2023-cü il tarixli 1060-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 19 yanvar 2024-cü il, “Azərbaycan”
qəzeti, 20 yanvar 2024-cü il, ¹ 12, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 1, maddə 3)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 5
mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3,
maddə 133) ilə 1-ci maddənin
dördüncü və beşinci abzasları yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
tutulma - hər hansı şəxsin
azadlığının qısa müddətə
məhdudlaşdırılmasıdır;
həbs - inzibati xətanı
törədilməsinə görə inzibati tənbeh kimi
və ya cinayət işi üzrə qətimkan tədbiri kimi
şəxsin azadlığının
məhdudlaşdırılmasıdır;
[2] 28 oktyabr
2014-cü il tarixli 1086-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14 noyabr 2014-cü il, ¹
248; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 11, maddə 1360) ilə 1-ci maddənin 7-ci abzasında
“əl-qolu bağlama”
sözlərindən sonra “və
elektroşok” sözləri əlavə edilmişdir.
[3] 1 fevral 2016-cı il
tarixli 120-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28
fevral 2016-cı il, ¹ 46; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II
kitab, maddə 216) ilə 1-ci maddənin birinci
hissəsinin yeddinci abzasında nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda səkkizinci abzas
əlavə edilmişdir.
[4] 30 dekabr 2005-ci il tarixli
50-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral
2006-cı il) ilə 3-cü maddənin II hissəsinə
2-1-ci bənd əlavə edilmişdir.
[5] 30
dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2,
maddə 57) ilə 3-cü maddənin II hissəsinin 2-ci
və 9-cu bəndlərində “hüquqpozma"
sözü "xəta"
sözü ilə əvəz edilmişdir.
[6]
2 oktyabr 2008-ci il tarixli 690-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu ((“Azərbaycan” qəzeti,
29 oktyabr 2008-ci il, ¹ 241, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 10, maddə 883) ilə
3-cü maddəsinin II hissəsinin 12-ci bəndində "əməliyyat-axtarış
fəaliyyətini" sözlərindən sonra "müvafiq icra hakimiyyəti
orqanı ilə birgə" sözləri əlavə
edilmişdir.
[7] 30
dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2,
maddə 57) ilə 4-cü maddənin II hissəsinin 2-ci
bəndində "hüquqpozmaların"
sözü "xətaların"
sözü ilə əvəz edilmişdir.
[8] 5 mart
2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3,
maddə 133) ilə 6-cı maddənin
II hissəsinə "dövlət,"
sözündən sonra "ailə,"
sözü əlavə edilmişdir.
[9] 26 may 2009-cu il tarixli
818-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, ¹ 135, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
401) ilə 10-cu maddəsinə yeni məzmunda V hissə
əlavə edilmişdir.
[10] 30 dekabr 2005-ci il tarixli
50-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 fevral
2006-cı il) ilə 13-cü maddənin I hissəsinə
6-1-ci bənd əlavə edilmişdir.
[11] 30
dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2,
maddə 57) ilə 14-cü maddənin 2-ci bəndində
"hüquqpozma"
sözü "xəta"
sözü ilə əvəz edilmişdir.
[12]
29 iyun
2018-ci il tarixli 1210-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 iyul
2018-ci il, ¹ 153, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 7, I kitab, maddə 1426) ilə 14-cü maddənin birinci
hissəsinin 3-cü bəndində “və məhkəmələrin” sözləri “, məhkəmələrin,
müvafiq icra hakimiyyəti orqanının icra və probasiya
qurumlarının” sözləri ilə əvəz
edilmişdir.
[13] 27 dekabr 2013-cü il tarixli 870-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 fevral 2014-cü il, ¹
29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 87) ilə
14-cü
maddənin 4-cü bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
4) qanunla
müəyyənləşdirilmiş qaydada tutulan şəxsi
müvafiq orqanlara təhvil verilənədək saxlamaq;
[14] 2 may 2023-cü il tarixli 868-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 7 iyun 2023-cü il, “Azərbaycan” qəzeti, 8 iyun 2023-cü il, ¹ 120, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 6, maddə 743) ilə 14-cü maddəsinin
6-cı bəndində “və ya
epizootiya” sözləri “zamanı,
habelə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) iştirakı
ilə epizootiya” sözləri ilə əvəz
edilmişdir.
[15] 06 oktyabr 2015-ci il tarixli 1370-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 21 noyabr 2015-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹ 11, maddə 1277) ilə
14-cü maddəsinə yeni məzmunda 7-1-ci bənd
əlavə edilmişdir.
[16] 30 dekabr 2005-ci il tarixli 50-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 75) ilə Qanuna 15-1-ci maddə əlavə
edilmişdir.
[17] 29
dekabr 2015-ci il tarixli 85-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 4
fevral 2016-cı il, ¹ 25; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, I
kitab, maddə 197) ilə 15-1-ci maddəsinin 1-ci
bəndində və 19-1-ci maddəsinin 1-ci və 3-cü
bəndlərinə “öz
vəzifələrini” sözlərindən sonra “üzrlü səbəblər
olmadan” sözləri əlavə edilmişdir.
[18] 30
dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2,
maddə 57) ilə 17-ci maddənin 2-ci bəndində "hüquqpozma" sözü
"xəta" sözü
ilə əvəz edilmişdir.
[19] 5
mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3,
maddə 133) ilə 17-ci maddənin
3-cü və 5-ci bəndlərində "bu Qanunla müəyyənləşdirilmiş hallarda"
sözləri "qanunvericiliklə
müəyyən edilmiş hallarda və qaydada"
sözləri ilə əvəz edilmişdir.
[20] 15 dekabr 2017-ci il
tarixli 933-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 fevral
2018-ci il, ¹ 25, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə
15)
ilə 18-ci maddənin birinci
hissəsinin 3-cü bəndində “baxış keçirmək” sözləri “axtarış aparmaq”
sözləri ilə əvəz edilmişdir.
[21] 30
dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2,
maddə 57) ilə 18-ci maddənin 1-ci, 3-cü və
4-cü bəndlərində "hüquqpozma"
sözü "xəta"
sözü ilə əvəz edilmişdir.
[22] 12
oktyabr 2001-ci il tarixli 207-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
699) ilə 18-ci maddənin 6-cı bəndinə "fotoşəkilini
çəkmək və" sözlərindən sonra
"Qanunla müəyyən
edilmiş hallarda" sözləri əlavə
edilmişdir.
[23] 30 dekabr 2005-ci il tarixli 50-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 75) ilə 18-ci maddənin 9-cu bəndi
çıxarılmışdır.
[24] 30 dekabr 2005-ci il tarixli 50-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 75) ilə Qanuna 19-1-ci maddə əlavə
edilmişdir.
[25] 22 dekabr 2023-cü il
tarixli 1060-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
19 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 20 yanvar 2024-cü il, ¹ 12, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 1,
maddə 3) ilə 19-1-ci maddəsinin birinci
hissəsinin 1-ci bəndinə “fahişəliyə”
sözündən sonra “,
pornoqrafiya tamaşalarında iştirak etməyə”
sözləri əlavə edilmişdir.
KM 27 aprel 2001-ci il tarixli
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinin Qərarı (“Azərbaycan” qəzeti 27
aprel 2001-ci il, ¹ 96,Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Məlumatı ¹3/2001) ilə 1. «Polis
haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində
göstərilmiş tutulmanın 48 saatdan artıq olmayan
müddəti Cinayət-Prosessual Məcəlləsinin 148-ci
maddəsinə əsasən cinayət
törətməkdə şübhəli şəxsə
qarşı tam şamil edilir, inzibati xəta
törətmiş şəxsə qarşı isə bu
müddətin daxilində olan İnzibati Xətalar
Məcəlləsinin 399-cu maddəsində nəzərdə
tutulmuş müddətlərin hədləri əsas
götürülməlidir.
[26] 30 dekabr 2003-cü il
tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2,
maddə 57) ilə 21-ci maddənin III hissəsinin birinci
abzasından "48 saatdan artıq olmayan
müddətə" sözləri
çıxarılmışdır.
[27] 1 fevral 2016-cı il
tarixli 120-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28
fevral 2016-cı il, ¹ 46; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II
kitab, maddə 216) ilə 21-ci maddənin III
hissəsinin 1-ci və 2-ci bəndlərindən “və ya inzibati xəta”
sözləri çıxarılmışdır.
[28] 1 fevral 2016-cı il
tarixli 120-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28
fevral 2016-cı il, ¹ 46; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II
kitab, maddə 216) ilə 21-ci maddənin III
hissəsinin 3-cü bəndində “mənzilində cinayətin və ya inzibati
xətanın” sözləri “yaşayış
yerində, nəqliyyat vasitəsində cinayətin”
sözləri ilə əvəz edilmişdir.
[29] 1 fevral 2016-cı il
tarixli 120-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28
fevral 2016-cı il, ¹ 46; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II
kitab, maddə 216) ilə 21-ci maddəyə yeni
məzmunda III-I hissə əlavə edilmişdir.
[30] 5 mart 2004-cü il tarixli
598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 133) ilə 21-ci maddənin IV hissəsi çıxarılmışdır.
[31] 30
dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2,
maddə 57) ilə 22-ci maddənin II hissəsində "hüquqpozma" sözü
"xəta" sözü
ilə əvəz edilmişdir.
1 fevral
2016-cı il tarixli 120-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 28 fevral 2016-cı il, ¹ 46;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 02, II kitab, maddə 216) ilə 22-ci maddənin II
hissəsində “III
hissəsində” sözləri “III və III-I hissələrində” sözləri
ilə əvəz edilmişdir.
[32] 5
mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3,
maddə 133) ilə 23-cü maddənin
mətni I hissə hesab edilmiş, I hissənin 3-cü
bəndi isə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3) tutulan və ya həbsə
alınan anda müqavimət göstərən və ya
anlaqsızlıq vəziyyətində olan şəxslər
istisna olmaqla, hər hansı şəxsə onun tutulmasının
və ya həbsə alınmasının əsaslarını
bildirməli və hüquqlarını izah etməlidir;
29 aprel 2016-cı il tarixli 214-VQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 may 2016-cı il, ¹ 102, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə 838) ilə 23-cü maddəsinin I hissəsinin 3-cü
bəndində “əsaslarını”
sözü “səbəbini,
şübhənin mahiyyətini” sözləri ilə
əvəz edilmişdir və həmin bəndə “hüquqlarını”
sözündən sonra “ona
aydın olan dildə” sözləri əlavə
edilmişdir.
[33] 5 mart 2004-cü il tarixli
598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 133) ilə 23-cü maddənin I hissəsinin 5-ci
bəndindən "xüsusi
təhlükəli dövləti cinayət törətmiş
şəxs istisna olmaqla," sözləri
çıxarılmış və həmin bənddə
"məlumat verməlidir"
sözlərindən sonra "(qocaların,
yetkinlik yaşına çatmayanların və psixi
vəziyyətinə görə imkanı olmayan tutulmuş
şəxslərin ailə üzvlərinə
müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz
təşəbbüsü ilə xəbər verir) ;"
sözləri əlavə edilmişdir.
27 dekabr 2013-cü il tarixli 870-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 fevral 2014-cü il, ¹
29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 2, maddə 87) ilə
23-cü
maddənin 5-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
5) tutulmuş
və ya həbsə alınmış şəxsin yaxın
qohumlarına, onun tələbi ilə iş və ya təhsil
yerinə tutulması və ya həbsə alınması barədə
təxirəsalınmadan məlumat verməlidir (qocaların, yetkinlik yaşına
çatmayanların və psixi vəziyyətinə
görə imkanı olmayan tutulmuş şəxslərin
ailə üzvlərinə müvəqqəti saxlama
yerlərinin müdiriyyəti öz
təşəbbüsü ilə xəbər verir);
[34] 20
iyun 2003-cü il tarixli 484-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cüil, ¹ 8, maddə
424) ilə 23-cü maddənin 6-cı bəndində "onun" sözü "habelə müdafiəçinin
iştirakı məcburi olan hallarda həmin şəxsin"
sözləri ilə əvəz edilmişdir.
[35] 19 may 2020-ci
il tarixli 110-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul
2020-ci il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
7, maddə 828) ilə 23-cü maddənin
I hissəsinin 7-ci bəndində “əlillərə”
sözü “əlilliyi olan
şəxslərə” sözləri ilə əvəz
edilmişdir.
[36] 20 iyun
2003-cü il tarixli 484-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8, maddə
424) ilə 23-cü maddənin I
hissəsinin 8-ci və 9-cu bəndləri çıxarılmışdır.
[37] 5 mart 2004-cü il tarixli
598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 133) ilə 23-cü maddəyə II hissə əlavə edilmişdir.
[38] 5
mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3,
maddə 133) ilə 24-cü maddənin
I hissəsində "aşağıdakı
hallarda" sözlərindən sonra "qanunvericiliklə müəyyən edilmiş qaydada"
sözləri əlavə edilmişdir.
1 fevral
2016-cı il tarixli 120-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 28 fevral 2016-cı il, ¹ 46;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 02, II kitab, maddə 216) ilə 24-cü maddənin I
hissəsində “mənzilə”
sözü “yaşayış
yerinə” sözləri ilə əvəz edilmişdir.
[39] 5
mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3,
maddə 133) ilə 24-cü maddənin
II hissəsində "şübhələri
olduğu halda" sözlərindən sonra "qanunvericiliklə
müəyyən edilmiş qaydada" sözləri
əlavə edilmişdir.
24 may 2002-ci
il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 6, maddə
328) ilə 24-cü maddənin II hissəsinin 2-ci
bəndində "azadlıqdan
məhrum etmə yerlərindən" sözləri "cəzaçəkmə
müəssisələrindən" sözləri ilə
əvəz edilmişdir.
1 fevral
2016-cı il tarixli 120-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 28 fevral 2016-cı il, ¹ 46;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 02, II kitab, maddə 216) ilə 24-cü maddənin II
hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
II. Hakimin qərarı olmadan polis
əməkdaşı mənzilə orada yaşayanların
iradəsi ziddinə aşağıdakı əsaslardan birinin
olduğu barədə dəqiq məlumatı və ya
əsaslı şübhələri olduğu halda qanunvericiliklə müəyyən edilmiş
qaydada daxil ola bilər:
1) mənzildə şəxsiyyət
əleyhinə ağır cinayətin və ya xüsusi
təhlükəli dövləti cinayətin
törədilməsi;
2) cinayət törətmiş,
həbsdən və ya cəzaçəkmə
müəssisələrindən qaçmış
şəxsin həmin mənzildə gizlənməsi;
3) cinayət törətmiş
şəxsin bilavasitə “isti izlərlə” təqib
edilməsi;
4) mənzildə insan meyitinin olması;
5) mənzildə insan
həyatı və ya sağlamlığı
üçün real təhlükənin olması, habelə
Azərbaycan Respublikasının qanunvericiliyinə
əsasən cinayət məsuliyyətinə səbəb ola
bilən əxlaqsız hərəkətlərin edilməsi.
[40] 5 mart
2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3,
maddə 133) ilə 24-cü maddənin
IV hissəsi çıxarılmışdır.
[41] 1 fevral 2016-cı il
tarixli 120-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28
fevral 2016-cı il, ¹ 46; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II
kitab, maddə 216) ilə 25-ci maddədə I
hissənin 1-ci, 2-ci (hər iki halda) və 5-ci
bəndlərində “mənzilə”
sözü “yaşayış
yerinə” sözləri ilə əvəz edilmişdir.
[42] 1 fevral 2016-cı il
tarixli 120-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28
fevral 2016-cı il, ¹ 46; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II
kitab, maddə 216) ilə 25-ci maddədə I
hissənin 3-cü (hər iki halda), 4-cü və 7-ci
bəndlərində “mənzilə”
və “mənzildə”
sözləri müvafiq olaraq “yaşayış
yerinə” və “yaşayış
yerində” sözləri ilə əvəz edilmişdir.
[43] 5
mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3,
maddə 133) ilə 25-ci maddənin
mətni I hissə hesab edilmiş, I hissənin 6-cı
bəndi isə çıxarılmışdır.
[44] 5 mart 2004-cü il tarixli
598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 133) ilə 25-ci maddənin I hissəsinin 7-ci
bəndində "yaşayan
şəxslərin intim" sözləri "yaşayanların şəxsi
və ailə" sözləri ilə əvəz edilmişdir.
[45] 5 mart 2004-cü il tarixli
598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 133) ilə 25-ci maddəyə II hissə əlavə edilmişdir.
1 fevral 2016-cı il
tarixli 120-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28
fevral 2016-cı il, ¹ 46; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II
kitab, maddə 216) ilə 25-ci maddənin II
hissəsində “qanunvericiliyində”
sözü “Cinayət-Prosessual
Məcəlləsində və “Əməliyyat-axtarış
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununda” sözləri ilə əvəz edilmişdir.
[46] 30
dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2,
maddə 57) ilə 26-cı maddənin I hissəsinin 2-ci
bəndində "hüquqpozma"
sözü "xəta"
sözü ilə əvəz edilmişdir.
[47] 24 may 2002-ci il tarixli
333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 6, maddə 328) ilə
26-cı maddənin II hissəsinin 7-ci bəndində "azadlıqdan məhrum etmə
cəzasına" sözləri "müəyyən müddətə azadlıqdan
məhrum etmə yaxud ömürlük azadlıqdan məhrum
etmə növündə cəzaya" sözləri
ilə əvəz edilmişdir.
[48] 28 oktyabr
2014-cü il tarixli 1086-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 14 noyabr 2014-cü il, ¹
248; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 11, maddə 1360) ilə 26-cı maddəyə yeni
məzmunda III-I hissə əlavə edilmişdir.
[49] 04 dekabr 2015-ci il tarixli 30-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 06 dekabr 2015-ci il, ¹ 269, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 12, maddə
1444) ilə 26-cı maddəsinin IV hissəsində yeni
məzmunda 5-1-ci bənd əlavə edilmişdir.
[50] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹7, maddə 602) ilə 27-ci maddəsinin
2-ci bəndində “əlilliyi”
sözündən sonra “,
sağlamlıq imkanlarının məhdudluğu”
sözləri əlavə edilmişdir.
19 may 2020-ci
il tarixli 110-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul
2020-ci il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
7, maddə 828) ilə 27-ci
maddənin birinci hissəsinin 2-ci bəndinə “əlilliyi,” sözündən
sonra “o cümlədən”
sözləri əlavə edilmişdir və həmin bənddə “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilmişdir.
22 iyun
2021-ci il tarixli 350-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2021-ci il, ¹ 175, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 8, maddə 896) ilə 27-ci maddənin birinci
hissəsinin 2-ci bəndindən “,
o cümlədən sağlamlıq imkanlarının
məhdudluğu” sözləri
çıxarılmışdır.
[51] 28 aprel 2009-cu
il tarixli 807-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 iyun
2009-cu il, ¹ 137, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹ 06, maddə 399) ilə 28-ci maddəsinin I
hissəsində “aşağı
olmayan” sözlərindən sonra “və Azərbaycan Respublikasının dövlət
dilini sərbəst bilən” sözləri əlavə
edilmişdir.
[52] 24 oktyabr 2023-cü il
tarixli 1009-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
6 dekabr 2023-cü
il, “Azərbaycan” qəzeti, 7 dekabr 2023-cü il, ¹ 267, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, I
kitab, maddə 1594) ilə
28-ci
maddənin V və VI hissələrində “müdavimləri” sözü “kursantları” sözü ilə əvəz
edilmişdir.
[53] 23 fevral 2016-cı il
tarixli 131-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 4
mart 2016-cı il, ¹ 50, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03,
maddə 400) ilə 28-ci maddənin VI
hissəsində “mükəlləfiyyət
qeydiyyatından” sözləri “qeydiyyatdan” sözü ilə əvəz
edilmişdir.
[54] 01 fevral
2010-cu il tarixli 944-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral
2010-cu il, ¹ 43, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə
74) ilə 29-cu maddəsinin I hissəsinin ikinci abzasında
“Polisdə xidmətə
başlayan andan” sözləri “Mən, polisdə xidmətə başlayan andan
Azərbaycan Respublikasına və Azərbaycan xalqına
sədaqətlə xidmət etməyə və daim sadiq
qalmağa, ” sözləri ilə əvəz edilmişdir.
[55] 24
dekabr 2002-ci il tarixli 408-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1,
maddə 22) ilə 30-cu maddənin II hissəsində "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə"
sözləri "Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət
keçmə haqqında Əsasnaməyə"
sözləri ilə əvəz edilmişdir.
[56] 24 oktyabr 2023-cü il
tarixli 1009-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
6 dekabr 2023-cü
il, “Azərbaycan” qəzeti, 7 dekabr 2023-cü il, ¹ 267, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, I kitab,
maddə 1594) ilə
31-ci
maddənin IV hissəsində “müdavimlərin”
sözü “kursantların”
sözü ilə əvəz edilmişdir.
[57] 10
oktyabr 2006-cı il tarixli 159-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11,
maddə 927) ilə 33-cü maddəsinin I hissəsinə
yeni məzmunda 4-cü bənd əlavə edilmişdir.
[58] 24
dekabr 2002-ci il tarixli 408-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1,
maddə 22) ilə 33-cü maddənin II hissəsinə
7-ci bənd əlavə edilmişdir.
[59] 03 aprel 2015-ci il
tarixli 1239-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 05 may 2015-ci il, ¹ 095,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
5, maddə 486) ilə 34-cü maddəsinin I
hissəsinin 8-ci bəndində “vətəndaşlığından
çıxdıqda” sözləri “vətəndaşlığına xitam verildikdə”
sözləri ilə əvəz edilmişdir.
[60] 2 oktyabr 2017-ci il
tarixli 789-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 oktyabr
2017-ci il, ¹ 230, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 10, maddə
1770)
ilə 28-ci maddənin IV
hissəsindən, 33-cü maddənin I hissəsinin 3-cü
bəndindən və 34-cü maddənin I hissəsinin 9-cu
bəndindən “ləyaqətsiz”
sözü çıxarılmışdır.
[61] 24
dekabr 2002-ci il tarixli 408-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1,
maddə 22) ilə 34-cü maddənin I hissəsinin
13-cü bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
13) məhkəmə qaydasında
ölmüş elan edildikdə və ya xəbərsiz itkin
düşmüş sayıldıqda.
[62] 24 dekabr 2002-ci il tarixli
408-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə 22) ilə
34-cü maddəyə IV hissə əlavə edilmişdir.
[63] 16
iyun 2007-ci il tarixli 389-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 756) ilə 35-ci
maddəsinin I hissəsinin birinci cümləsində “bayram”
sözündən əvvəl “iş günü hesab
edilməyən” sözləri əlavə edilmişdir.
1 fevral 2010-cu il
tarixli 951-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il,
¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 03, maddə 171) ilə 35-ci maddəsinin I hissəsinin
birinci cümləsində “istirahət və iş
günü hesab edilməyən bayram günləri”
sözləri “istirahət, səsvermə, iş
günü hesab edilməyən bayram günləri və
ümumxalq hüzn günü” sözləri ilə
əvəz edilmişdir.
[64] 30 dekabr
2005-ci il tarixli 49-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 2, maddə 74) ilə 37-ci maddəsinin I hissəsinə
"həyat və
sağlamlığı" sözlərindən sonra
"Məhkəmə və
hüquq-mühafizə orqanları işçilərinin
dövlət icbari şəxsi sığortası
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq" sözləri əlavə edilmişdir.
[65] 2 iyun 2008-ci il
tarixli 622-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, ¹ 174,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹
8, maddə 696) ilə 37-ci maddəsinin II hissəsində “həlak olmuş, bədən
xəsarəti almış” sözləri “həlak olmuş (vəfat etmiş), xəsarət
(yaralanma, travma, kontuziya) almış” sözləri ilə
əvəz edilmişdir.
[66] 1 aprel 2008-ci
il tarixli 576-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 4, maddə 251) ilə "Polis
haqqında" Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinin II hissəsi
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
II. Polisdə
xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan və bu səbəbdən
kirayədə yaşamağa məcbur olan polis
əməkdaşı Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının
müəyyənləşdirdiyi miqdarda ödəniş ala
bilər.
[67] 15
noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
731) ilə 38-ci maddənin 4-cü bənd
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
IV. Polis əməkdaşının
Azərbaycan Respublikası ərazisində ictimai
nəqliyyatın bütün növlərindən (taksidən
və şəhərlərarası nəqliyyatdan başqa)
pulsuz istifadə etmək hüququ vardır.
15
mart 2002-ci il tarixli 272-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
118) ilə 38-ci maddəyə 4-cü bənd əlavə
edilmişdir.
[68] 15 noyabr
2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
731) ilə 38-ci maddənin 6-cı bənd
çıxarılmışdır.