Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun bələdiyyə
torpaqlarının idarə edilməsi
xüsusiyyətlərini nəzərə almaqla
mülkiyyətə, istifadəyə və icarəyə
verilməsinin ümumi qaydalarını, istifadəsi və
mühafizəsi sahəsində hüquq
münasibətlərini tənzimləyir.
I fəsil
Ümumİ
müddəalar
[1]
Bələdiyyə torpaqlarının
idarə edilməsi haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan
Respublikasının Torpaq və Mülki Məcəllələrindən,
"Bələdiyyələrin əraziləri və
torpaqları haqqında" və
"Şəhərsalmanın əsasları haqqında"
Azərbaycan Respublikası Qanunlarından və torpaq
münasibətlərini tənzimləyən Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarından
ibarətdir.
2.1. Müvafiq inzibati ərazi daxilində
qanunvericiliklə müəyyən olunmuş qaydada
dövlət mülkiyyətində saxlanılmış
və xüsusi mülkiyyətə verilmiş torpaqlar
çıxılmaqla qalan torpaqlar bələdiyyə
torpaqlarıdır.
2.2. İstifadə
xüsusiyyətlərinə görə bələdiyyə
torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş ümumi istifadədə olan
torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni
istifadəsində və icarəsində olan torpaqlara,
habelə ehtiyat fondu torpaqlarına bölünür.
2.3. Qanunla nəzərdə tutulmuş
hallar istisna olmaqla, məqsədli təyinatına və
hüquqi rejiminə görə bələdiyyə
torpaqlarının tərkibinə bütün kateqoriyalardan
olan torpaqlar daxil edilə bilər.
2.4. Müəyyən kateqoriyaya aid
edilmiş bələdiyyə torpaqlarının başqa
məqsədlər üçün istifadəsinə
yalnız məqsədli təyinatının dəyişdirilməsindən
sonra yol verilə bilər.
3.0. Bələdiyyə torpaqlarının
idarə edilməsi aşağıdakı prinsiplərə
əsaslanır:
3.0.1. torpaqların məqsədli
təyinatı üzrə istifadə edilməsi və
dövriyyədən əsassız
çıxarılmasına yol verilməməsi;
3.0.2. torpaqların münbit qatının
bərpası, artırılması, mühafizəsi, təbii
və antropogen təsirlərdən qorunması;
3.0.3. torpaqların xüsusi
mülkiyyətə, istifadəyə və
icarəyə verilməsində qanunvericiliyə və sosial
ədalət prinsiplərinə əməl edilməsi;
3.0.4. torpaqdan haqqı
ödənilməklə istifadə edilməsi;
3.0.5. müxtəlif məqsədlər
üçün mülki dövriyyəyə cəlb
edilən torpaqlar barədə əhalinin
məlumatlandırılması.
4.0. Torpaq münasibətlərinin
tənzimlənməsi sahəsində
bələdiyyələrin öz inzibati əraziləri
daxilində səlahiyyətləri
aşağıdakılardır:
4.0.1. qanunvericiliklə müəyyən
edilmiş qaydada bələdiyyə mülkiyyətində olan
torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə
sərəncam vermək;
4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək;[2]
4.0.3. yaşayış
məntəqəsinin baş planının, planlaşdırma
və tikinti layihələrinin, yerquruluşu və
təsərrüfat planlarının hazırlanmasını və
həyata keçirilməsini öz səlahiyyətləri
daxilində təşkil etmək;
4.0.4. bələdiyyə
torpaqlarının istifadəçilərindən torpaq
vergisini və icarə haqqını almaq;
4.0.5. ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq;[3]
4.0.6. bələdiyyə
torpaqlarının mühafizəsinə və
yaxşılaşdırılmasına dair proqramlar
hazırlamaq, təsdiq etmək və onları həyata
keçirmək;
4.0.7. hüquqi və fiziki
şəxslərin mülkiyyətinə, istifadəsinə
və icarəsinə verilən torpaq sahələrinin minimum
həddini müəyyən etmək;
4.0.8. bələdiyyə
mülkiyyətinə torpaq alınması zəruriyyəti
yarandığı hallarda torpaq hərraclarından və
xüsusi mülkiyyətçilərdən torpaq sahələri
almaq, habelə dövlət mülkiyyətindən torpaq
alınması barədə müvafiq icra hakimiyyəti
orqanları qarşısında vəsatət qaldırmaq;
4.0.9. bələdiyyə torpaqlarından
səmərəli istifadə olunmasına və onların
mühafizəsinə nəzarət etmək;
4.0.10. bələdiyyə torpaqlarına
dair məhkəmədən kənar qaydada həll olunmalı
mübahisələri həll etmək;
4.0.11. öz səlahiyyətləri
daxilində torpaq istifadəçilərinin və
icarəçilərinin hüquqlarını müdafiə
etmək;
4.0.12. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş digər
səlahiyyətləri həyata keçirmək.
5.1. Bələdiyyə
mülkiyyətində olan torpaqlara sərəncam verilməsi,
həmin torpaqların istifadəsi və mühafizəsi
sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin
müstəsna hüququdur.
5.2. Bələdiyyə
mülkiyyətində olan torpaq sahələrinin
hüdudları, növləri və ölçüləri
müəyyən edilən gündən "Torpaq islahatı
haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci
maddəsinin birinci hissəsi ilə bələdiyyə
torpaqlarının idarə olunması sahəsində
müvafiq icra hakimiyyəti orqanlarına verilmiş
səlahiyyətlər həyata keçirilə bilməz.
5.3. Müvafiq icra hakimiyyəti orqanları
tərəfindən bələdiyyə mülkiyyətində
olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar
barəsində sərəncam vermək sahəsində
bələdiyyələrin hüquqlarını
məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol
verilmir.
5.4. Müvafiq icra hakimiyyəti
orqanları, torpaq istifadəçiləri,
icarəçiləri və qeyri-hökumət
təşkilatları bələdiyyə torpaqlarına dair
münasibətlərdə yalnız Azərbaycan
Respublikasının qanunvericiliyi ilə onlara verilmiş
səlahiyyətlər daxilində iştirak edə
bilərlər.
II fəsil
Bələdİyyə
torpaqlarının mülkİyyətə,
İstİfadəyə və İcarəyə
verİlməsİnİn xüsusİyyətlərİ
6.1. Bələdiyyə
mülkiyyətində olan torpaqlar Azərbaycan
Respublikasının torpaq qanunvericiliyinə,
"Bələdiyyələrin əraziləri və
torpaqları haqqında" Azərbaycan Respublikasının
Qanununa və torpaq münasibətlərini
tənzimləyən digər normativ hüquqi aktlara uyğun
olaraq mülkiyyətə, istifadəyə və
icarəyə verilir.
6.2. Bələdiyyə
mülkiyyətində olan torpaqların hər hansı
hüquqla hüquqi və fiziki şəxslərə
verilməsi bələdiyyələrin qərarı və
tərəflər arasında bağlanmış
müqavilə əsasında həyata keçirilir.
Müqavilədə tərəflərin hüquqları və
vəzifələri, torpaq sahəsinin hüquqi statusu,
öhdəliklər, servitutlar və digər
məhdudiyyətlər, müqaviləyə xitam
verilməsinin əsasları və torpaqların istifadəsi
və mühafizəsi üzrə başqa şərtlər
nəzərdə tutulur.
6.3. Bələdiyyələrin ehtiyat
fondunun kənd təsərrüfatı təyinatlı
torpaqları yalnız məqsədli təyinatı
üzrə qanunvericilikdə nəzərdə tutulmuş
qaydalara əməl edilməklə istifadəyə və
icarəyə verilir.
6.4. Elektrik, rabitə, neft-qaz və
nəqliyyat xətləri və sənaye
müəssisələrinin sanitariya-mühafizə zonaları
altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli
çoxmənzilli, fərdi yaşayış və bağ
evlərinin, qarajların tikintisi və sahibkarlıq
fəaliyyəti məqsədilə zəruri tikililərin inşası
üçün, habelə çoxmənzilli
yaşayış evlərinə aid torpaq sahələrinin
kənar məqsədlər üçün xüsusi
mülkiyyətə, istifadəyə və icarəyə
verilməsinə yol verilmir.
6.5. Torpaq sahəsinin bələdiyyə
mülkiyyətində olan müəssisə, idarə və
təşkilatların istifadəsinə və ya fərdi
yaşayış evinin tikintisi üçün Azərbaycan
Respublikası vətəndaşının
mülkiyyətinə verilməsi barədə, habelə
hüquqi və fiziki şəxslərin mülkiyyətinə
(icarəsinə) verilməsi məqsədilə
hərracın (müsabiqənin) keçirilməsi
barədə bələdiyyənin qərarı sahənin
xüsusiyyətinə və torpağın ayrılma
məqsədinə, mövcud texniki normalara, habelə
yerquruluşu və şəhərsalma
sənədlərinə uyğun olaraq müvafiq icra
hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra
qəbul edilir. Torpaqayırma sənədlərinin
hazırlanması və razılaşdırılması
qaydaları Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən təsdiq edilən əsasnamə ilə
tənzimlənir.[4]
6.5-1. Bu Qanunun 6.5-ci maddəsinin birinci
cümləsində müəyyən edilmiş qayda təbii
fəlakət, texnogen qəza və ya hərbi əməliyyat
nəticəsində (işğaldan azad edilmiş
ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız
vəziyyətə düşmüş yaşayış
sahələrinin əvəzinə yeni yaşayış
evlərinin və çoxmənzilli yaşayış
binalarının tikintisi üçün torpaq
sahələrinin ayrılması halına şamil edilmir.[5]
6.6. Torpaq sahəsi əldə etmək
istəyən hüquqi və fiziki şəxslər
bələdiyyələrə ərizə ilə
müraciət edirlər. Ərizədə torpağın
ölçüsü, yeri və məqsədli
təyinatı göstərilməlidir.
6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.[6]
6.8. Torpaq sahələrinin
mülkiyyətə, istifadəyə və icarəyə
verilməsinə dair torpaqayırma sənədlərinin
hazırlanması torpaq almaq istəyən şəxsin vəsaiti
hesabına həyata keçirilir.
6.9. Bələdiyyə torpaqları
üzərində mülkiyyət, istifadə, icarə və
digər hüquqlar qanunvericiliklə müəyyən
edilmiş qaydada dövlət qeydiyyatına alınır.
6.10. Xüsusi mülkiyyətdə,
habelə istifadədə və icarədə olan
bələdiyyə torpaqları qanunla müəyyən
edilmiş qaydada dövlət ehtiyacları üçün
alına bilər.[7]
6.10-1. Təbii fəlakət, texnogen
qəza və ya hərbi əməliyyat nəticəsində
(işğaldan azad edilmiş ərazilər istisna olmaqla)
məhv olmuş, yaxud yararsız vəziyyətə
düşmüş yaşayış sahələrinin
yerləşdiyi torpaq sahələrində yeni
yaşayış sahələrinin tikilməsi Azərbaycan
Respublikası Torpaq Məcəlləsinin 74-cü maddəsinin
2-ci hissəsində müəyyən edilmiş hallar
əsasında məqsədəuyğun hesab edilmədikdə
və müvafiq məqsədlər üçün torpaq
sahələrinin dövlət ehtiyat fondu torpaqlarından
ayrılması mümkün olmadıqda torpaq sahələri
mütənasib dəyərdə bələdiyyə mülkiyyətində
olan torpaqlardan ayrılır.[8]
6.11. Bələdiyyələr
tərəfindən mülkiyyətə, istifadəyə
və icarəyə verilən torpaq sahələrinə
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
ilə müəyyən edilmiş öhdəliklər,
servitutlar və digər məhdudiyyətlər qoyula bilər.
7.1. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun
aşağıdakı torpaqları xüsusi
mülkiyyətə verilə bilər:
7.1.1. yaşayış
məntəqələrinin perspektiv inkişafı
üçün cəlb olunan torpaqlar;
7.1.2. kənd təsərrüfatına az
yararlı və yararsız torpaqlar;
7.1.3. hüquqi və fiziki
şəxslərin istifadəsinə və icarəsinə
verilmiş kənd təsərrüfatına az yararlı
və yararsız torpaqların öz vəsaiti hesabına
yararlı hala salınmış kənd təsərrüfatı
təyinatlı torpaqlar;
7.1.4. qeyri-kənd təsərrüfatı
məqsədləri üçün istifadəyə və
icarəyə verilmiş torpaqlar.
7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.[9]
7.3. Xüsusi mülkiyyətə
verilən bələdiyyə torpaqları
mülkiyyətində torpaq sahəsinin olub olmamasından
asılı olmayaraq haqqı ödənilməklə
aşağıdakılara verilir:
7.3.1. fərdi yaşayış və
bağ evlərinin tikintisi üçün Azərbaycan
Respublikasının vətəndaşlarına;
7.3.2. fərdi və kooperativ qarajların
tikintisi üçün Azərbaycan Respublikasının
vətəndaşlarına və onların
kooperativlərinə;
7.3.3. sahibkarlıq fəaliyyətini
həyata keçirmək üçün Azərbaycan
Respublikasının hüquqi və fiziki
şəxslərinə.
7.4. Müvafiq inzibati-ərazi vahidi
daxilində adambaşına düşən orta torpaq
norması və torpaq ehtiyatları azlıq təşkil etdiyi
hallarda bələdiyyələr torpaq sahəsinin ilk
növbədə öz ərazilərində yaşayan
vətəndaşlara və sahibkarlıq fəaliyyəti
göstərən hüquqi və fiziki şəxslərə
xüsusi mülkiyyətə verilməsi barədə
qərar qəbul edə bilərlər.
8.0. Xüsusi mülkiyyətə
verilən torpaq sahələrinin normaları müvafiq
inzibati-ərazi vahidi üzrə adambaşına
düşən orta torpaq norması, yerli şərait, əhalinin
sıxlığı, torpaq ehtiyatlarının miqdarı
və bu məqsədlə yaxın dövr üçün
tələbat nəzərə alınmaqla
aşağıdakı hədlər daxilində
bələdiyyələr tərəfindən
müəyyən edilir:
8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək;[10]
8.0.2. fərdi bağ evlərinin tikintisi
üçün - 0,12 hektaradək;
8.0.3. kənd təsərrüfatı
məqsədləri üçün inzibati-ərazi vahidi
üzrə adambaşına düşən orta torpaq
normasının kənd təsərrüfatına az
yararlı torpaqlardan - 500 mislinədək; yararsız
torpaqlardan - 600 mislinədək;
8.0.4. sənaye, nəqliyyat, rabitə
və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət,
digər obyektlərin, habelə fərdi və kooperativ
qarajların, inzibati və çoxmənzilli
çoxmərtəbəli binaların tikintisi
üçün - layihə sənədləri ilə
tələb olunan ölçüdə;
8.0.5. Azərbaycan Respublikasının
hüquqi və fiziki şəxslərinin istifadəsinə
və icarəsinə verilmiş kənd
təsərrüfatına az yararlı və yararsız torpaqların
yararlı hala salınmış hissəsi;
8.0.6. qeyri-kənd təsərrüfatı
məqsədləri üçün Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxslərinin
istifadəsinə və icarəsinə verilmiş torpaq
sahəsinin ayrılma məqsədi üzrə faktiki
istifadə olunan hissəsi.
9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.[11]
9.2. Bələdiyyə torpaqlarının
satışı ərazinin inkişaf planları,
yerquruluşu, yaşayış məntəqələrinin
baş planı və şəhərsalma sənədləri
əsasında qanunvericiliklə müəyyən edilmiş
qaydada yerli özünüidarə orqanları
tərəfindən həyata keçirilir.
9.3. Bələdiyyənin ehtiyat fondunun
özəlləşdirilən torpaqları barədə
alqı-satqı əqdləri, yerli normativlər
nəzərə alınmaqla aşkarlıq şəraitində
bağlanılır.
9.4. Ərazi
planlaşdırılması əsasında yaşayış
məntəqəsinin infrastrukturu sahələrinin
yaradılması üçün nəzərdə tutulan,
habelə xüsusi şəhərsalma
əhəmiyyətinə malik bələdiyyə
torpaqlarının satışı , bir qayda olaraq, torpaq
hərracları və ya müsabiqələri
vasitəsilə həyata keçirilir.
9.5. Kənd təsərrüfatı
torpaqlarının, onlar üzərində istifadə və
icarə hüquqlarının əldə edilməsində,
habelə kənd təsərrüfatına az yararlı və
yararsız torpaqların kənd təsərrüfatına
və onunla bağlı olan dövriyyəyə cəlb
edilməsi məqsədilə satın alınmasında
üstünlük hüququ, bu torpaqların əvvəlki
istifadəçilərinə və
icarəçilərinə, torpaqlardan istifadə
etməklə ailə kəndli təsərrüfatı kimi
fəaliyyət göstərmək istəyən müvafiq
yaşayış məntəqəsində daimi yaşayan
və qeydiyyatda olan torpaq payı almamış
vətəndaşlara və istefaya çıxmış
hərbi qulluqçulara, habelə satışa
çıxarılan sahələrlə həmsərhəd
yerləşən kənd təsərrüfatı məhsulları
istehsalçılarına verilir. Bu torpaq sahələrinə
tələb təklifi üstələdiyi hallarda satış
hərrac və ya müsabiqə yolu ilə həyata keçirilir.
9.6. Bələdiyyə torpaqlarının
özgəninkiləşdirilməsi, istifadəyə və
icarəyə verilməsi müvafiq müqavilə ilə
rəsmiləşdirilir.[12]
9.7. Bələdiyyələr satışa
çıxarılan torpaq sahələri və bu
torpaqların ölçüləri, təyinatı,
qiyməti, olduğu yeri göstərilməklə elanlar
vasitəsilə əhalini əvvəlcədən
məlumatlandırır, ildə bir dəfə torpaqların
dövriyyəsi və istifadə olunması barədə
məlumatları seçicilərə çatdırırlar.
9.8.
“Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikasının
Qanununda və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdə müəyyən edilən hallar
istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən
edilmiş əsaslarla mülkiyyətinə fərdi
yaşayış evinin tikintisi üçün torpaq
sahəsi əldə etmiş şəxs həmin torpaq
sahəsini beş il müddətində
özgəninkiləşdirə bilməz. Belə
məhdudiyyət bələdiyyənin qərarında və
bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər
arasında bağlanmalı olan müqavilədə
nəzərdə tutulmalıdır.[13]
KMQ1
10.1. Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.[14]
10.2. Bələdiyyələrin kənd
təsərrüfatına az yararlı və yararsız
torpaqları öz vəsaitləri hesabına yararlı hala
salaraq kənd təsərrüfatı məhsulları istehsal
edən Azərbaycan Respublikasının hüquqi və fiziki
şəxslərinə satıldıqda bu torpaqlarda torpaq
qanunvericiliyi ilə müəyyən edilmiş qiymət
güzəştləri tətbiq olunur.
10.3. Satışa çıxarılan
bələdiyyə torpaqlarının qiymətinin
formalaşmasının şərtləri Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
11.1. Bələdiyyə torpaqları
ümumi istifadəyə, habelə daimi və ya
müvəqqəti istifadəyə verilir.
11.2. Torpaqların istifadəyə
verilməsi qaydaları və şərtləri Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə
tənzimlənir.
11.3. Bələdiyyə
mülkiyyətində olan bütün torpaqlar
qanunvericiliklə müəyyən edilmiş qaydada
icarəyə verilə bilər.
Müvafiq yaşayış
məntəqəsində daimi yaşayan və qeydiyyatda olan
torpaq payı almamış vətəndaşlar və istefaya
çıxmış hərbi qulluqçular torpaqlardan
istifadə etməklə ailə kəndli
təsərrüfatı kimi fəaliyyət
göstərmək istədikdə torpağı
icarəyə götürməkdə üstünlük
hüququna malikdirlər.[15]
11.4. Xüsusi şəhərsalma
əhəmiyyətinə malik bələdiyyə torpaqları
ayrıldıqda yaxud layihələrlə birlikdə yalnız
torpaq müsabiqələri və ya hərracları
vasitəsilə icarəyə verilə bilər.
11.5. Bələdiyyələrin ehtiyat
fondundan yaşayış məntəqələrinin perspektiv
inkişafı üçün ayrılan torpaqlar hüquqi
və fiziki şəxslərin icarəsinə yalnız
qısa müddətə verilir.
11.6. Bələdiyyə torpaqları
mənfəət əldə etmək məqsədilə
fəaliyyət göstərən hüquqi və fiziki
şəxslərə icarə əsasında verilir.
11.7. Ümumi istifadədə olan
bələdiyyə torpaqlarının bütövlükdə
icarəyə verilməsinə yol verilmir.
11.8. Ümumi istifadədə olan bələdiyyə torpaqlarında yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə, əyləncə, idman obyektlərinin və digər zəruri tikililərin müvəqqəti quraşdırılması üçün sahələr hüquqi və fiziki şəxslərin icarəsinə bələdiyyələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qısa müddətə verilir. Belə məqsədlər üçün icarəyə verilən sahələrin ölçüsü layihə sənədlərində nəzərdə tutulan ölçüdən çox ola bilməz.[16]
11.9. Bələdiyyə torpaqlarının
icarəyə verilməsi şərtləri, müddəti
və icarə haqqı tərəflərin
razılığı ilə müəyyən edilir və
bələdiyyələr ilə həmin torpaqların
icarəçiləri arasında qanunvericiliklə
müəyyən edilmiş qaydada bağlanılan
müqavilədə təsbit olunur.
11.10. Torpağın icarəsinə dair
müqavilənin qüvvədə olduğu müddət
qurtardıqdan sonra icarəçinin həmin müqaviləni
təzələmək üçün üstünlük
hüququ vardır.
11.11. İcarəçi icarəyə
götürdüyü torpaq sahəsini subicarəyə
yalnız bələdiyyələrin razılığı
ilə verə bilər.
11.12. İcarə müddəti tamam
olanadək icarəçi öldükdə torpaq
sahəsinə icarə hüququ onun
vərəsələrindən birinə keçir.
11.13. Torpaq icarəsinə dair
münasibətlər Azərbaycan Respublikasının torpaq
və mülki qanunvericiliyi ilə tənzimlənir.
11.14. İstifadəyə və
icarəyə verilən bələdiyyə torpaqlarının
ölçüsü inzibati-ərazi vahidi üzrə
adambaşına düşən orta torpaq norması, yerli
şərait, əhalinin əsas məşğuliyyəti,
torpaq ehtiyatının miqdarı nəzərə alınmaqla
müvafiq bələdiyyə tərəfindən
müəyyən edilir.
III fəsil
Bələdİyyə
torpaqlarından İstİfadə edİlməsİnİn
ümumİ qaydaları
12.1. Kənd təsərrüfatı
ehtiyacları üçün verilmiş və ya bu
məqsədlər üçün nəzərdə tutulan
torpaqlar bələdiyyənin kənd təsərrüfatı
təyinatlı torpaqları sayılır.
12.2. Kənd təsərrüfatı
təyinatlı torpaqlardan istifadə qaydaları və
şərtləri Azərbaycan Respublikasının torpaq
və aqrar qanunvericiliyi ilə tənzimlənir.
12.3. İstifadəsində və ya
icarəsində kənd təsərrüfatı
təyinatlı bələdiyyə torpaqları olan hüquqi
və fiziki şəxslər torpaqların münbitliyinin
və digər faydalı xassələrinin qorunması və
yüksəldilməsi üçün müvafiq
mədəni-texniki, meliorativ və aqrotexniki tədbirlər
görməlidirlər.
13.1. Yaşayış
məntəqələrinin torpaqlarının tərkibinə
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
18-ci maddəsinin ikinci hissəsi ilə müəyyən
olunmuş torpaqlar daxildir.
13.2. Yaşayış
məntəqələrinin perspektiv inkişafı
üçün ayrılmış bələdiyyə
torpaqlarından şəhərlərin,
qəsəbələrin və kəndlərin baş
planlarına, ərazinin planlaşdırılması və
tikintisi layihələrinə və eləcə də
yer-təsərrüfat quruluşu planlarına müvafiq
surətdə istifadə edilir.
13.3. Şəhər, qəsəbə
və kənd yaşayış məntəqələrinin
hüdudları dəyişdirilərkən və ya orada
tikinti üçün torpaq sahələri ayrılarkən
yaşayış məntəqəsinin baş planı ilə
müəyyən edilmiş şəhərsalma norma, qayda
və reqlamentlərinə əməl olunmalıdır.
13.4. Yaşayış
məntəqələrinin ümumi istifadədə olan
bələdiyyə torpaqlarında əhalinin ictimai
tələbatının ödənilməsinə xidmət
edən ticarət, ictimai-iaşə, məişət və
digər obyektlər istisna olmaqla, başqa məqsədlər
daşıyan obyektlərin tikintisinə yol verilmir.
13.5. Ümumi istifadədə olan
bələdiyyə torpaqlarında əhalinin ictimai
tələbatının ödənilməsinə xidmət
etmək üçün müvəqqəti inşa edilən
səyyar köşklər və digər tikililər
şəhərsalma və memarlıq norma və qaydalarına
uyğun olmalı, ərazinin məqsədli istifadəsinə
və ahəngdar fəaliyyətinə maneçilik
törətməməlidir.
13.6. Şəhərətrafı
zonaların bələdiyyə mülkiyyətinə aid
torpaqları bu zonaların təsdiq edilmiş
planlaşdırma layihəsinə uyğun olaraq istifadə
edilir. Bu torpaqlar xüsusi mühafizə olunur və orada
sanitariya-gigiyena, sağlamlaşdırma funksiyaları və
əhalinin istirahətinin təşkili məqsədləri
ilə bir araya sığmayan tikili və qurğuların
inşa edilməsinə yol verilmir.
13.7. Şəhərlərin,
qəsəbələrin və kənd yaşayış
məntəqələrinin bələdiyyə torpaqlarından
istifadə qaydaları Azərbaycan Respublikasının torpaq
qanunvericiliyi, "Şəhərsalmanın əsasları
haqqında", "Bələdiyyələrin
əraziləri və torpaqları haqqında" Azərbaycan
Respublikasının Qanunları ilə, habelə onlara
uyğun olaraq qəbul olunmuş müvafiq normativ hüquqi
aktlarla müəyyən edilir.
14.1. Bələdiyyə
mülkiyyətinə aid torpaqlarda yerləşən
sənaye, nəqliyyat, rabitə, boru kəməri
xətləri, dağ-mədən və digər qeyri-kənd
təsərrüfatı məqsədləri üçün
ayrılmış və onların ətrafında
yaradılmış xüsusi hüquqi rejimli mühafizə
zonalarında torpaqlardan istifadə qaydaları və
şərtləri, habelə həmin torpaqlarda abadlıq
işlərinin aparılması, yaşayış, inzibati,
mədəni-məişət və digər binaların tikintisi
və qurğuların quraşdırılması
işləri bələdiyyələrin
razılığı ilə həyata keçirilir.
14.2. Elektrik, rabitə, neft-qaz və
nəqliyyat xətləri, habelə sənaye obyektlərinin
sanitariya-mühafizə zonalarının altındakı
bələdiyyə torpaqları, bu torpaqların və
obyektlərin mülkiyyətçilərinin və
istifadəçilərinin razılığı ilə
yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada
kənd təsərrüfatı məqsədləri
üçün istifadə edilə bilər.
14.3. Geodeziya, geoloji, arxeoloji, neft-qaz
kəşfiyyat və qazma işlərinin aparılması
nəticəsində yararsızlaşmış torpaq
sahələri bu işləri aparan idarə və
təşkilatlar tərəfindən qanunvericilikdə
müəyyən olunmuş qaydada
abadlaşdırılmalı və yararlı
vəziyyətə gətirilməlidir.
14.4. Radioaktiv və kimyəvi
çirklənməyə məruz qalmış, insanların
sağlamlığına təhlükə yarada bilən,
habelə məhsul istehsalı üçün sanitariya
tələblərinə cavab verməyən torpaqlar müvafiq
icra hakimiyyəti orqanlarının
mütəxəssislərinin ekspert rəyi əsasında
bələdiyyələrin qərarı ilə
təsərrüfat dövriyyəsindən
müvəqqəti çıxarılır, konservasiya edilir
və bərpa olunmaq üçün ehtiyat torpaq fonduna
keçirilir.
14.5. Sənaye, nəqliyyat, rabitə,
müdafiə və digər təyinatlı torpaqlardan
istifadənin başqa şərtləri və qaydaları
Azərbaycan Respublikasının müvafiq normativ hüquqi
aktları ilə müəyyən edilir.
Başqa kateqoriyalara aid edilmiş
bələdiyyə torpaqlarından istifadə Azərbaycan
Respublikasının müvafiq normativ hüquqi aktları
ilə tənzimlənir.
16.1. Qeyri-qanuni istifadə edilən
(özbaşına tutulmuş) bələdiyyə
torpaqları qanunvericiliklə müəyyən edilmiş
qaydada mülkiyyətə, istifadəyə və icarəyə
verilməmiş, habelə rəsmiləşdirilmiş
ölçüdən artıq istifadə edilən
torpaqlardır.
16.2. Qeyri-qanuni istifadə edilən
(özbaşına tutulmuş) torpaq sahələri
Azərbaycan Respublikasının torpaq və mülki
qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri
qaytarılmalıdır.
16.3. Bu Qanun qüvvəyə
minənədək fərdi yaşayış və bağ
evlərinin, qarajların, habelə sahibkarlıq
fəaliyyətini həyata keçirmək məqsədilə
zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni
istifadə edilən bələdiyyə torpaqlarının geri
qaytarılması mümkün olmadığı hallarda, bu
torpaq sahələri qanunvericilikdə nəzərdə
tutulmuş qaydada onları istifadə edən
vətəndaşların və hüquqi şəxslərin
mülkiyyətinə və ya icarəsinə verilir, eyni
zamanda torpaq vergisinə cəlb edilir.
16.4. Torpaq üzərində
mülkiyyət, istifadə və icarə
hüquqlarını təsdiq edən sənədlərdə
göstərilən ölçüdən artıq
istifadə edilən torpaq sahəsinin geri alınması
mümkün olmadığı hallarda isə artıq
sahələr eyni hüquq əsasında həmin
şəxslərin adına rəsmiləşdirilir.
IV fəsil
Torpaq
haqqının bələdİyyələr
tərəfİndən müəyyən edİlməsİ
17.1. Azərbaycan Respublikasında torpaqdan
istifadə pulludur.
17.2. Torpaq haqqı torpaq vergisi və
icarə haqqı formalarında müəyyən edilir.
18.1. Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər.
18.2. Torpaq vergisi torpaq
mülkiyyətçilərinin və ya
istifadəçilərinin təsərrüfat
fəaliyyətinin nəticələrindən asılı
olmayaraq torpaq sahəsinə görə hər il sabit
tədiyyə formasında hesablanır.
18.3. Rezident və qeyri-rezident fiziki
şəxslər torpaq sahələri barədə
özlərinin mülkiyyət və istifadə
hüquqlarını təsdiq edən sənədləri aldıqdan
sonra ərazi üzrə müvafiq
bələdiyyələrdə bir ay ərzində uçota
durmalıdırlar.
18.4. Bələdiyyələr öz
ərazilərində Azərbaycan Respublikasının Vergi
Məcəlləsi ilə müəyyən edilən
hədlərdə torpaq vergisinin dərəcələrini
və vergi güzəştlərini müəyyən
edirlər.
18.5. Torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal üçün 0,06 manat həcmində müəyyən olunur. [17]
18.6. Kadastr qiymət rayonları və ora
daxil olan inzibati rayonlar üzrə kənd
təsərrüfatı torpaqlarının təyinatı,
coğrafi yerləşməsi və keyfiyyəti nəzərə
alınmaqla şərti balların
müəyyənləşdirilməsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
18.7. Digər təyinatlı
bələdiyyə torpaqları üzrə torpaq sahəsinin hər 100
(yüz) kvadratmetrinə görə şərti maliyyə
vahidinin misli ilə müəyyən olunan dərəcələri Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə
müəyyən olunmuş vergi
dərəcələri tətbiq edilir.[18]
18.8. Bələdiyyə
mülkiyyətində olan aşağıdakı torpaqlar
torpaq vergisinə cəlb edilmir:
18.8.1. yaşayış
məntəqələrinin ümumi istifadədə olan
torpaqları;
18.8.2. bələdiyyələrin
mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
18.8.3. istehsal fəaliyyətinə cəlb
edilməmiş bələdiyyələrin meşə fondu, su
fondu və digər kateqoriyalara aid edilmiş torpaqları.
18.9. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği on manat azaldılır. Torpaq vergisinə belə güzəştlər tətbiq edilən şəxslərin mülkiyyətində ayrıca qeydiyyata alınmış iki və daha çox torpaq sahəsi olarsa vergi güzəştləri mülkiyyətçinin arzusu ilə bu sahələrin birinə, yaşayış fondlarının torpaqlarında isə həmin şəxsin yaşayış yer üzrə qeydiyyatda olduğu evin, habelə həyətyanı sahənin altında olan torpağa şamil edilir.[19]
18.10. Torpaq vergisi torpaq barəsində
mülkiyyət və ya istifadə hüququnu təsdiq
edən sənədlər əsasında müəyyən
edilir. Tikililərin və qurğuların altında olan
torpaqlara, həmçinin obyektlərin sanitariya-mühafizə
zonalarının torpaq sahələrinə görə torpaq
vergisi tutulur.
18.11. Bələdiyyələr
tərəfindən hər il iyulun 1-dək fiziki
şəxslərə torpaq vergisi hesablanılır və
tədiyyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara
elektron qaydada çatdırılır.[20]
18.12. Ayrılıqda bir neçə fiziki
şəxsin mülkiyyətində və ya
istifadəsində olan tikililərin altında qalan və ya
onlara xidmət üçün ayrılmış torpaq
sahələrinə görə vergi onlara məxsus tikili
sahələrinə mütənasib surətdə
hesablanır.
18.13. Torpaq vergisi bərabər
məbləğlərdə 15 avqust və 15 noyabr
tarixlərindən gec olmayaraq bələdiyyə
büdcəsinə ödənilir.
19.1. Torpağın icarə haqqı
torpaqdan müddətli istifadəyə görə
icarəçinin icarəyəverənə ödədiyi
vəsaitdir.
19.2. İcarəyəverən torpaq vergisi
tədiyyəçisi olduqda, torpaq vergisi icarə
haqqının tərkibinə daxil edilir.
19.3. İcarəyəverən torpaq vergisi
tədiyyəçisi olmadıqda, icarə haqqının
tərkibində torpaq vergisi nəzərə alınmır.
19.4. Torpaqların icarə haqqı torpaq hərracının və ya müsabiqəsinin nəticəsində müəyyən edilir və icarə müqaviləsində təsbit olunur.[21]
19.5. Torpaqların icarə haqqının
aşağı həddi torpaq vergisinin 2 mislindən az ola
bilməz.
19.6. Hərraca çıxarılan bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda və kənd təsərrüfatına azyararlı və yararsız torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün icarəyə verildikdə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilir.[22]
20.1. Bələdiyyə
mülkiyyətində olan torpaqların alqı-satqısı,
ipotekası, nizamnamə (pay)
fonduna verilməsi, habelə mülkiyyət, istifadə
və icarə hüquqlarının digər formalarda
dəyişdirilməsi ilə bağlı
münasibətlər bələdiyyələrlə
müvafiq hüquqi və fiziki şəxslər arasında
bağlanılan müqavilələrlə
rəsmiləşdirilir.[23]
20.2. Torpaqla əlaqədar
əqdlərdən daxil olan vəsaitin müvafiq
bələdiyyə tərəfindən müəyyən
edilmiş hissəsi yeni torpaqların kənd
təsərrüfatı dövriyyəsinə cəlb
edilməsinə, torpaqların keyfiyyətinin
yaxşılaşdırılmasına, rekultivasiyasına,
torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar
digər tədbirlərin həyata keçirilməsinə
sərf edilir.
20.3. Torpaq ödəncləri üzrə
güzəştlər Azərbaycan Respublikasının
müvafiq normativ hüquqi aktları ilə müəyyən
edilir.
V fəsil
Bələdİyyə
torpaqlarının mühafİzəsİ
21.1. Bələdiyyə torpaqlarının
mühafizəsinin məqsədi onlardan səmərəli
istifadə edilməsini, torpaqların kənd
təsərrüfatı dövriyyəsindən əsassız
çıxarılmasına yol verilməməsini, onların
zərərli antropogen təsirlərindən
qorunmasını, torpaqların münbitliyinin
bərpasını və artırılmasını təmin
etməkdir.
21.2. Bələdiyyə torpaqlarının
istifadəçiləri və icarəçiləri
torpaqların mühafizəsi sahəsində
aşağıdakıları həyata keçirməlidirlər:
21.2.1. ərazinin səmərəli
təşkili;
21.2.2. torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yaxşılaşdırılması;
21.2.3. torpaqların su və külək
eroziyasından, sellərdən, su basmaqdan, bataqlaşmaqdan,
şoranlaşmadan, kimyəvi və radioaktiv
maddələrlə çirklənmədən, digər
dağıdıcı proseslərdən qorunmasını
təmin etmək;
21.2.4. kənd təsərrüfatı
bitkiləri altında olan torpaqları kol-kos basmaqdan,
torpaqların mədəni-texniki vəziyyətini, habelə
meliorasiya və irriqasiya sistemlərinin vəziyyətini
pisləşdirən digər proseslərdən qorunması;
21.2.5. yararsızlaşmış kənd
təsərrüfatı torpaqlarının münbitliyinin
bərpa edilməsi üçün onların konservasiya
edilməsi;
21.2.6. korlanmış torpaqların
yenidən yararlı hala salınması (rekultivasiyası);
21.2.7. təsərrüfat fəaliyyəti
nəticəsində torpaqların korlanması ehtimalı
labüd olarsa onların münbit qatının
götürülməsi və təkrar istifadə
edilməsi.
21.3. Bələdiyyə torpaqlarının
mühafizəsinin məzmunu və qaydaları,
bələdiyyələrin, habelə bələdiyyə
mülkiyyətində olan torpaqların istifadəçiləri
və icarəçilərinin torpaqların mühafizə
sahəsindəki vəzifələri Azərbaycan
Respublikasının torpaq qanunvericiliyi və digər normativ
hüquqi aktlarla müəyyən edilir.
22.1. Bələdiyyə torpaqlarından
səmərəli istifadə olunması və iqtisadi
cəhətdən stimullaşdırılması torpaq
mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin torpağın münbitliyinin
saxlanması və yüksəldilməsində marağın
artırılması, təsərrüfat fəaliyyətinin zərərli
təsirindən torpaqların qorunması məqsədilə
həyata keçirilir.
22.2. Bələdiyyə torpaqlarından
səmərəli istifadə və onların
mühafizəsinin iqtisadi cəhətdən
stimullaşdırılması aşağıdakı
tədbirlər vasitəsilə həyata keçirilir:
22.2.1. əvvəllər korlanmış
torpaqların bərpası üçün
bələdiyyə büdcələrindən vəsait
ayırmaq;
22.2.2. kənd təsərrüfatı
dövriyyəsinə yeni torpaq sahəsi vermək və ya
mövcud kənd təsərrüfatı torpaqlarının
yaxşılaşdırılması mərhələsində
- layihə üzrə işlərin görülməsi
üçün nəzərdə tutulmuş
müddətdə torpaq haqqından azad etmək;
22.2.3. torpaqlardan səmərəli
istifadə və onların mühafizəsi tədbirlərinin
həyata keçirilməsi üçün
güzəştlər tətbiq etmək;
22.2.4. torpaqların keyfiyyətinin
yaxşılaşdırılmasına və münbitliyinin
artırılmasına görə mükafatlandırma və
ya qanunvericiliklə müəyyən edilən hallarda
kompensasiya vermək.
22.3. Bələdiyyə torpaqlarının
mühafizəsi üzrə tədbirlər
bələdiyyələrin təsdiq etdiyi proqramlar
əsasında həyata keçirilir. Həmin proqramların həyata
keçirilməsinin maliyyələşdirilməsində
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən olunan qaydada dövlət büdcəsi
vəsaitindən istifadə edilə bilər.
23.1. Torpaqlardan səmərəli
istifadə olunmasına və onların mühafizəsinə
bələdiyyə nəzarətinin vəzifələri
istifadəyə və icarəyə verilmiş
bələdiyyə torpaqlarından səmərəli
istifadə edilməsi və mühafizəsi sahəsində
torpaq qanunvericiliyinin tələblərinə əməl
olunmasını təmin etməkdir.
23.2. Bələdiyyə
mülkiyyətində olan torpaqlardan istifadəyə və
onların mühafizəsinə nəzarəti
bələdiyyələr həyata keçirirlər.
23.3. Mülkiyyətində olan
torpaqların istifadəsinə və mühafizəsinə
nəzarət funksiyalarını bələdiyyələr
aşağıdakı yollarla həyata keçirirlər:
23.3.1. torpaqlardan səmərəsiz
istifadə edilməsi nəticəsində bələdiyyə
torpaqlarına vurulan zərərin və kənd
təsərrüfatı itkilərinin ödənilməsi,
habelə torpaq qanunvericiliyinin pozulması barədə
qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq
məhkəmələrə müraciət edilməsi və
iddialar qaldırılması;
23.3.2. öz əraziləri daxilində
torpaq qanunvericiliyinin və torpağın mühafizəsi
tələblərinin pozulması ilə həyata
keçirilən tikinti işlərinin, habelə faydalı
qazıntıların hasilatı, aqrokimyəvi,
meşə-meliorasiya, geoloji-kəşfiyyat və başqa
işlərin dayandırılması, aşkar edilən
pozuntuların aradan qaldırılmasına qədər
göstərilən işlərin qadağan edilməsi
təklifi ilə müvafiq icra hakimiyyəti orqanlarına
müraciət edilməsi;
23.3.3. torpaqların münbitliyinin
yaxşılaşdırılması, onların istifadəsi
və mühafizəsi üzrə investisiya
proqramlarının ekspertizasının həyata keçirilməsində
iştirak edilməsi;
23.3.4. qanunvericiliklə müəyyən
edilmiş digər məsələlərin həll
edilməsi.
Bələdiyyə torpaqlarının
monitorinqinin, torpaq kadastrının və yerquruluşu
işlərinin aparılması Azərbaycan
Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada həyata keçirilir.
VI fəsil
Bələdİyyə
torpaqlarının İdarə edİlməsİ haqqında
qanunverİcİlİyİn pozulmasına görə
məsulİyyət və mübahİsələrİn həllİ
Torpaq sahələrinin geri alınması
(məcburi satın alınması) və ya
müvəqqəti tutulması, habelə torpaq
mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin hüquqlarının
məhdudlaşdırılması, yaxud hüquqi və fiziki
şəxslərin fəaliyyəti nəticəsində
dəymiş zərər və əldən
çıxmış gəlir Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada bu itkilərə məruz qalmış torpaq
mülkiyyətçilərinə, habelə
bələdiyyə torpaqlarının
istifadəçilərinə və
icarəçilərinə tam həcmdə ödənilir.
Bələdiyyə torpaqlarının
idarə edilməsi haqqında qanunvericiliyin pozulmasında
təqsirkar olan hüquqi və fiziki şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
27.1. Bələdiyyə torpaqlarının
istifadəsi və mühafizəsi ilə bağlı
məhkəmədən kənar mübahisələr
bələdiyyələr tərəfindən həll edilir.
27.2. Bələdiyyə torpaqlarının
idarə edilməsi ilə bağlı, habelə
bələdiyyələr ilə torpaq
mülkiyyətçiləri, istifadəçiləri və
icarəçiləri arasında mübahisələr
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq məhkəmə qaydasında həll edilir.
Bu Qanunun 6.5-ci maddəsində
nəzərdə tutulmuş əsasnamə qəbul
edilənə qədər bələdiyyə torpaqları
üzrə torpaqayırma sənədlərinin hazırlanması
və razılaşdırılması qaydaları
Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə
tənzimlənir.
Azərbaycan
Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı
şəhəri, 29 iyun 2001-ci il
¹ 160-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
9 aprel 2004-cü il tarixli 622-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 5, maddə 314)
2.
30 dekabr 2004-cü il tarixli
819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 2, maddə 62)
3.
23 may 2006-cı il tarixli116-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 486)
4.
30 may 2006-cı il tarixli 122-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 657)
5.
10 oktyabr 2006-cı il tarixli
155-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 923)
6.
23 oktyabr 2007-ci il tarixli 466-IIIQD
nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1082)
7.
1 aprel
2008-ci il tarixli
588-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹5, maddə 348)
8.
2 iyun 2008-ci il tarixli 618-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 462)
9.
2 oktyabr 2008-ci il tarixli 698-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 13 noyabr
2008-ci il, ¹ 254, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹ 11, maddə 959)
10.
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048)
11.
25 oktyabr 2011-ci il tarixli 218-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 23 dekabr 2011-ci il, ¹ 278, “Azərbaycan”
qəzeti, 30 dekabr 2011-ci il, ¹ 290, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1077)
12.
20 aprel 2012-ci il tarixli 341-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 5 iyun 2012-ci il, ¹ 122, “Azərbaycan” qəzeti 6 iyun
2012-ci il, ¹ 123, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹6, maddə 507)
13.
30 sentyabr 2014-cü il tarixli 1051-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 21 oktyabr 2014-cü il, ¹ 228,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹10, maddə 1170)
14.
16 dekabr 2014-cü il tarixli 1145-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 7 fevral 2015-ci il, ¹ 029,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
¹2, maddə 85)
15.
30 sentyabr
2015-ci il tarixli 1327-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 6 noyabr 2015-ci il, ¹ 244,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
10, maddə 1091)
16.
29 dekabr 2017-ci il tarixli 961-VQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar 2017-ci il, ¹ 13, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə
29)
17.
19 iyun 2020-ci il tarixli 138-VIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
850)
18.
20 noyabr
2020-ci il tarixli 198-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 dekabr
2020-ci il, ¹ 273, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 12, I kitab, maddə 1423)
19.
22 dekabr
2020-ci il tarixli 230-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, ¹ 3,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
1, maddə 8)
20.
30 may
2023-cü il tarixli 885-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 iyun
2023-cü il, “Azərbaycan” qəzeti, 15 iyun 2023-cü il,
¹ 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, ¹ 6, maddə 749)
21.
31 may
2023-cü il tarixli 895-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 17 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 18 iyul
2023-cü il, ¹ 148, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 7, maddə 886)
22.
18 mart 2025-ci
il tarixli 158-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
15 aprel 2025-ci il,
“Azərbaycan”
qəzeti, 16 aprel 2025-ci il, ¹ 74, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 4, I kitab, maddə 315)
23. 24 iyun 2025-ci il tarixli 224-VIIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 11 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 12 iyul 2025-ci il, ¹ 141,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
7, maddə 618)
24.
14 iyul 2025-ci
il tarixli 244-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
4 avqust 2025-ci il,
“Azərbaycan”
qəzeti, 5 avqust 2025-ci il, ¹ 161, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2025-ci il, ¹ 8, maddə 738)
Konstitusiya
Məhkəməsinin Qərarları
KMQ1 “Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 9.8-ci maddəsinin torpaq sahəsinin
özgəninkiləşdirilməsinin məhdudlaşdırılması
ilə bağlı müddəası Azərbaycan
Respublikası Konstitusiyasının 29-cu maddəsinin VI
hissəsinin və Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 152.5-ci maddəsinin
tələblərinə uyğun olmaqla
mülkiyyətçinin hüququnu pozmur. (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin 27
avqust 2020-ci il tarixli
qərarı – “Respublika” qəzeti 23 sentyabr 2020-ci il, ¹ 193)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1]
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048)
ilə 3.0.3-cü maddədə ",
istifadəyə" sözü, 4.0.7-ci maddədə ", istifadəsinə"
sözü, 6.3-cü maddədə "istifadəyə və" sözləri,
9.6-cı maddədə ",
istifadəyə və" sözləri, 11.14-cü
maddədə "İstifadəyə
və" sözləri, 16.3-cü maddədə "və ya icarəsinə"
sözləri və 20.1-ci maddədə ", istifadə və" sözləri
çıxarılmışdır.
[2]
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 4.0.2-ci maddədə "hüquqi və fiziki
şəxslərin istifadəsinə, icarəsinə"
sözləri "bələdiyyə
mülkiyyətində olan müəssisə, idarə və
təşkilatların istifadəsinə, fiziki və hüquqi
şəxslərin icarəsinə" sözləri
ilə əvəz edilmişdir.
[3] 30 may 2006-cı
il tarixli 122-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 8, maddə 657) ilə 4.0.5-ci
maddə aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
4.0.5.
bələdiyyə ehtiyacları üçün torpaq
sahələrini Azərbaycan Respublikasının torpaq
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada geri
almaq;
[4] 30
dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 2, maddə
62) ilə 6.5-ci maddədə "razılığı" sözü "rəyi" sözü ilə
əvəz edilmişdir.
28
oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 6.5-ci maddənin birinci
cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Torpaq
sahəsinin mülkiyyətə, istifadəyə və
icarəyə verilməsi bələdiyyələrin
qərarı ilə sahənin xüsusiyyətinə və
torpağın ayrılma məqsədinə, mövcud texniki
normalara, habelə yerquruluşu və şəhərsalma
sənədlərinə uyğun olaraq müvafiq icra
hakimiyyəti orqanlarının rəyi
alındıqdan sonra torpaqayırma qaydasında həyata
keçirilir.
[5] 14 iyul 2025-ci il tarixli 244-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 4 avqust 2025-ci il, “Azərbaycan” qəzeti, 5 avqust
2025-ci il, ¹ 161,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
8, maddə 738) ilə yeni
məzmunda 6.5-1-ci maddə əlavə edilmişdir.
[6] 9 aprel 2004-cü il tarixli 622-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 5, maddə 314) ilə
6.7-ci maddəyə üçüncü cümlə
əlavə edilmişdir.
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 6.7-ci maddənin ikinci
cümləsi çıxarılmışdır, birinci
cümləsi isə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyalarda deyilirdi:
Bələdiyyələr on gün
müddətində ərizəyə baxır və
Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri
hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi
barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin
naturada (yerdə) ayrılması və torpaq
üzərində hüquqlara dair sənədlərin
verilməsi üçün əsasdır.
19
iyun 2020-ci il tarixli 138-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 iyul
2020-ci il, ¹ 134, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
850) ilə 6.7-ci
maddəsinin ikinci cümləsində “15 gündən” sözləri “5 iş günündən” sözləri ilə
əvəz edilmişdir.
[7] 30 may
2006-cı il tarixli 122-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 8, maddə 657) ilə 6.10-cu
maddəsində “,
bələdiyyə və” sözləri “ehtiyacları və ya” sözləri ilə
əvəz edilmişdir.
1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹5, maddə 348) ilə 6.10-cu maddəsindən "və ya ictimai ehtiyaclar" sözləri
çıxarılmışdır.
20
aprel 2012-ci il tarixli
341-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, ¹ 122, “Azərbaycan”
qəzeti 6 iyun 2012-ci il, ¹ 123, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹6, maddə 507) ilə 6.10-cu
maddəsində “dövlət
ehtiyacları üçün Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada geri alına bilər” sözləri “qanunla müəyyən edilmiş
qaydada dövlət ehtiyacları üçün alına
bilər” sözləri ilə əvəz edilmişdir.
[8] 14 iyul 2025-ci il tarixli 244-VIIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
4 avqust 2025-ci il,
“Azərbaycan”
qəzeti, 5 avqust 2025-ci il, ¹ 161, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2025-ci il, ¹ 8, maddə 738) ilə yeni
məzmunda 6.10-1-ci maddə əlavə edilmişdir.
[9]
25 oktyabr 2011-ci il tarixli 218-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 23 dekabr 2011-ci
il, ¹ 278, “Azərbaycan” qəzeti, 30 dekabr 2011-ci il, ¹ 290, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1077) ilə 7.2-ci maddəsində “Ümumi istifadədə olan” sözlərindən
sonra “küçələrin,
meydanların, yerli əhəmiyyətli və
təsərrüfatdaxili yolların, parkların, meşə
parkların, bulvarların, çimərliklərin,
sahillərin, keçidlərin, sututarların, stadionların
və idman meydançalarının altındakı torpaqlar,
tarlaqoruyucu meşə zolaqlarının, yerli
əhəmiyyətli su təsərrüfatı
obyektlərinin, hidrotexniki qurğuların, ümumi
istifadədə olan yerli əhəmiyyətli obyekt və
qurğuların yerləşdiyi torpaqlar, əhalinin
mal-qarası üçün istifadə olunan örüş
sahələrinin torpaqları” sözləri əlavə
edilmişdir.
30 sentyabr
2015-ci il tarixli 1327-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 6 noyabr 2015-ci il, ¹ 244, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 10, maddə
1091) ilə 7.2-ci
maddəsində “yerli
əhəmiyyətli və təsərrüfatdaxili
yolların” sözləri “bələdiyyə
yollarının və təsərrüfatdaxili yolların”
sözləri ilə əvəz edilmişdir.
29
dekabr 2017-ci il tarixli 961-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
19 yanvar 2017-ci il, ¹ 13, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə
29)
ilə
7.2-ci maddədə “stadionların
və idman meydançalarının” sözləri “stadionların, idman
meydançalarının və qəbiristanlıqların”
sözləri ilə əvəz edilmişdir.
[10] 2
oktyabr 2008-ci il tarixli 698-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 13 noyabr 2008-ci il, ¹ 254, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə
959) ilə 8.0.1-ci maddəsində "Əli Bayramlı" sözləri "Şirvan" sözü
ilə əvəz edilmişdir.
[11]
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 9.1-ci maddə yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
9.1. Azərbaycan
Respublikasında bələdiyyə torpaqları
üzərində mülkiyyət, istifadə və icarə
hüquqları yalnız torpaq hərracları və ya
müsabiqələri vasitəsilə əldə edilə
bilər.
30 sentyabr
2014-cü il tarixli 1051-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 21 oktyabr 2014-cü il, ¹
228, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹10, maddə 1170) ilə 9.1-ci maddəsində “torpağın ayrılması”
sözlərindən sonra “,
habelə Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdən irəli gələn
öhdəlikləri yerinə yetirmək məqsədi ilə
torpağın dövlət mülkiyyətinə və ya
icarəsinə verilməsi” sözləri əlavə
edilmişdir.
16 dekabr 2014-cü
il tarixli 1145-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 7 fevral 2015-ci il, ¹ 029,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il,
¹2, maddə 85) ilə
9.1-ci maddədə “vətəndaşlarının
mülkiyyətinə” sözlərindən sonra “bu Qanunun 9.8-ci maddəsində
müəyyən edilmiş məhdudiyyət nəzərə
alınmaqla” sözləri əlavə edilmişdir.
30 may 2023-cü il tarixli 885-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 14 iyun 2023-cü il,
“Azərbaycan” qəzeti, 15 iyun 2023-cü il, ¹ 126, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 6,
maddə 749) ilə 9.1-ci
maddəsinə “verilməsi”
sözündən sonra “,
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan
hallarda və qaydada istismarına icazə verilməsi
üçün aparılmış müayinənin
nəticələrinə əsasən istismara hazırlığı
barədə müsbət rəy verilmiş tikinti obyektinin
yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi
şəxslərin mülkiyyətinə satılması
və ya icarəsinə verilməsi halları”
sözləri əlavə edilmişdir.
31 may 2023-cü il tarixli 895-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 17 iyul 2023-cü il, “Azərbaycan” qəzeti, 18 iyul
2023-cü il, ¹ 148, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 7, maddə 886) ilə 9.1-ci
maddəsinə ikinci halda “verilməsi”
sözündən sonra “,
“Elektrik enerjisi istehsalında bərpa olunan enerji
mənbələrindən istifadə haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji
mənbələri ərazisinin əhatə etdiyi torpaq
sahəsinin dövlət mülkiyyətinə və ya
icarəsinə, elektrik enerjisi istehsalçısının
icarəsinə verilməsi” sözləri əlavə edilmişdir.
14 iyul 2025-ci il tarixli 244-VIIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
4 avqust 2025-ci il,
“Azərbaycan”
qəzeti, 5 avqust 2025-ci il, ¹ 161, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2025-ci il, ¹ 8, maddə 738) ilə 9.1-ci
maddəyə “ayrılması,” sözündən sonra “təbii fəlakət, texnogen qəza
və ya hərbi əməliyyat nəticəsində
(işğaldan azad edilmiş ərazilər istisna olmaqla)
məhv olmuş, yaxud yararsız vəziyyətə
düşmüş yaşayış sahələrinin
əvəzinə yeni yaşayış evlərinin və
çoxmənzilli yaşayış binalarının tikintisi
üçün torpaq sahələrinin verilməsi,”
sözləri əlavə edilmişdir.
[12] 23
oktyabr 2007-ci il tarixli 466-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1082) ilə 9.6-cı maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Bələdiyyə tərəfindən
bilavasitə satılmış torpaq sahələri və onlar
üzərində istifadə və icarə hüquqlarına
dair alqı-satqı aktı tərtib edilir.
[13] 16
dekabr 2014-cü il tarixli 1145-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 7
fevral 2015-ci il, ¹ 029, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹2, maddə
85) ilə yeni məzmunda 9.8-ci maddə əlavə
edilmişdir.
[14]
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 10.1-ci maddədə "satıldıqda
qiymətlər" sözləri "fərdi yaşayış evinin tikintisi
üçün bilavasitə satıldıqda qiymətlər,
habelə hərraca və ya müsabiqəyə
çıxarılan bələdiyyə mülkiyyətində
olan torpaqların ilkin qiyməti (qiyməti)"
sözləri ilə əvəz edilmişdir.
18 mart 2025-ci
il tarixli 158-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
15 aprel 2025-ci il,
“Azərbaycan”
qəzeti, 16 aprel 2025-ci il, ¹ 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2025-ci il, ¹ 4, I kitab, maddə 315) ilə 10.1-ci maddədə “bələdiyyələr
tərəfindən” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq”
sözləri ilə əvəz edilmişdir.
[15] 28
oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 6.8-ci, 7.1.3-cü, 7.1.4-cü,
7.4-cü, 8.0.5-ci, 8.0.6-cı, 9.4-cü, 9.5-ci, 10.2-ci,
10.3-cü, 11.10-cu, 20.3-cü, 22.2.2-ci maddələr və
11.3-cü maddənin ikinci cümləsi çıxarılmışdır.
[16] 28
oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 11.8-ci maddədə "bələdiyyələr
tərəfindən" sözlərindən sonra "qanunvericiliklə
müəyyən edilmiş qaydada" sözləri
əlavə edilmişdir.
[17] 23 may
2006-cı il tarixli 116-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6,
maddə 486) ilə 18.5-ci maddədə
"aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,3
faizi" sözləri "şərti maliyyə vahidinin 5
faizi" sözləri ilə əvəz edilmişdir.
2 iyun 2008-ci il
tarixli 618-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 462) ilə 18.5-ci maddədə “şərti maliyyə vahidinin 5
faizi” sözləri “0,06 manat”
sözləri ilə əvəz edilmişdir.
[18]
23 may 2006-cı il tarixli 116-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6,
maddə 486) ilə 18.7-ci
maddədə "hər kvadratmetrinə görə aylıq
gəlirin vergi tutulmayan məbləğindən faizlə"
sözləri "hər 100 (yüz) kvadratmetrinə
görə şərti maliyyə vahidinin misli ilə"
sözləri ilə əvəz edilmişdir.
22 dekabr 2020-ci il tarixli 230-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 yanvar 2021-ci il, ¹ 3, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 1, maddə 8) ilə 18.7-ci maddəsindən “şərti maliyyə vahidinin
misli ilə müəyyən olunan dərəcələri”
sözləri çıxarılsın və həmin
maddədə “həcmdə”
sözü “vergi
dərəcələri” sözləri ilə əvəz
edilmişdir.
[19] 23 may 2006-cı il tarixli 116-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 486) ilə 18.9-cu maddədə "aylıq gəlirin vergi tutulmayan
məbləğinin 50 faizi" sözləri
"şərti maliyyə vahidinin 10 misli" sözləri
ilə əvəz edilmişdir.
2 iyun 2008-ci il
tarixli 618-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 462) ilə 18.9-cu maddəsinin birinci
cümləsində “şərti
maliyyə vahidinin 10 misli qədər” sözləri “on manat” sözləri ilə
əvəz edilmişdir.
[20] 24 iyun 2025-ci il tarixli 224-VIIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 11 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 12 iyul 2025-ci il, ¹ 141,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
7, maddə 618) ilə
18.11-ci maddəsinə “onlara” sözündən
sonra “elektron qaydada” sözləri
əlavə edilmişdir.
[21]
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 19.4-cü maddədə "tərəflərin
razılığı ilə" sözləri "torpaq hərracının
və ya müsabiqəsinin nəticəsində"
sözləri ilə əvəz edilmişdir.
[22]
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 19.6-cı maddə yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
19.6. Bələdiyyə
mülkiyyətində olan kənd təsərrüfatı
təyinatlı torpaqlara təklif tələbi
üstələdiyi hallarda və kənd
təsərrüfatına az yararlı və yararsız
torpaqlar kənd təsərrüfatı ehtiyacları
üçün icarəyə verildikdə icarə haqqı
güzəştli şərtlərlə tətbiq edilir.
[23] 20 noyabr 2020-ci il tarixli 198-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 26 dekabr 2020-ci il, ¹ 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 12, I kitab, maddə 1423) ilə 20.1-ci maddəsində “girov qoyulması (ipotekası)”
sözləri “ipotekası”
sözü ilə əvəz edilmişdir.