Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dayər vergisindən azad olunan malların siyahısı"na dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul
tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası ərazisinə gətirilən,
əlavə dəyər vergisindən azad olunan malların
siyahısı"ndan bu qərara əlavə olunmuş
siyahıda göstərilən malların əmtəə
kodları və onların adları çıxarılsın və
həmin siyahının "Qeyd" hissəsinin 2-ci bəndi
aşağıdakı məzmunda verilsin:
"Bu
siyahıda 84-cü və 85-ci mal qruplarında göstərilən
avadanlıqlar, texnologiya xətləri, qurğular,
maşınlar və mexanizmlərin istehsal-buraxılış
tarixindən 2 ildən artıq ötdüyü təqdirdə
əlavə dəyər vergisinə cəlb olunur."
2.
Müəyyən edilsin ki, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 13 iyul tarixli 124 nömrəli qərarı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
ərazisinə gətirilən, əlavə dəyər
vergisindən azad olunan malların siyahısı"nda
əlavə və dəyişikliklərin edilməsinə
yalnız sonrakı il üçün dövlət büdcəsinin layihəsi
hazırlandığı dövrdə baxıla bilər.
3. Bu
qərar 2004-cü il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı
şəhəri, 4 dekabr 2003-cü il
№ 155
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2003-cü il 4 dekabr tarixli 155 nömrəli qərarına
əlavə
"Azərbaycan Respublikası
ərazisinə gətirilən, əlavə dəyər
vergisindən
azad olunan malların
siyahısı"ndan çıxarılan bəzi malların
SİYAHISI
MDB
dövlətlərinin xarici iqtisadi fəaliyyətinin mal
nomenklaturasına uyğun malların kodu |
Malların
adı |
1 |
2 |
Qrup 23 |
|
230400000; |
Kənd
təsərrüfatında heyvanların və quşların
yemlənməsində istifadə olunan qarışıq
yemlər, onların komponentləri |
Qrup 25 |
|
250100310 |
Kimyəvi
çevrilmələr üçün (natrium və xlorun bölünməsi)
sənayedə istifadə edilən duz |
250100510 |
Denaturlaşdırılmış
və ya sənaye məqsədləri üçün duz |
250200000 |
Yanmamış
pirit |
250300 |
Kükürdün bütün
növləri (sublimirilləşdirilmiş, hopdurulmuş və
ya kolloidləşdirilmişdən başqa) |
2504 |
Təbii qrafit,
qrafit lövhələr |
250510000 |
Kvarslı
təbii qum-bütün növləri |
2506 |
Kvars (təbiii
qumdan başqa) |
250700 |
Kaolin və
kalsiumlaşdırılmış və ya
kalsiumlaşdırılmamış digər kaolin gilləri |
250830000 |
Odadavamlı gil |
2510 |
Təbii kalsium
fosfatları (fosforitlər), alüminium-kalsium fosfatları, fosfat
təbaşiri |
2511 |
Təbii bariy
sulfatı (barit); kalsiumlaşdırılmış və ya
kalsiumlaşdırılmamış təbii barium
karbonatı (viterit) (barium oksidindən başqa) |
252100000 |
Əhəng
və sement istehsalı üçün əhəng flyüsü |
2528 |
Təbii boratlar
və onların konsentratları |
253010100 |
Perlit |
Qrup 26 |
|
26 |
Filizlər və
şlaklar |
Qrup 28 |
|
28 |
Qeyri-üzvi kimya
məhsulları |
Qrup 29 |
|
29 |
Üzvi kimya
birləşmələri |
3601; 3602 |
Barıt,
partlayıcı maddələr (müdafiə sənayesi üçün
gətirilənlər istisna olmaqla) |
Qrup 38 |
|
3801 - 3804 |
Başqa
kimyəvi məhsullar |
Qrup 39 |
|
390110100; |
Polimer
materialları, o cümlədərl alçaq təzyiqli polietilen |
390120000; |
|
3902-3914; |
|
392030000 |
|
4001 - 4008 |
Kauçuk |
Qrup 44 |
|
4406 |
Dəmir yolu üçün
şpallar |
4901; 4902 |
Çap olunmuş
kitab, qəzet və jurnallar |
Qrup 69 |
|
6903 |
Odadavamlı
keramik məmulatlar |
7201 |
Çuqun |
7202 |
Ferroərintilər |
720310000 |
Dəmir filizinin
birbaşa bərpası üçün məhsul (okatiş) : |
740811000 |
Mis
məftilləri-en kəsiyi 6 mm-dən yuxarı |
Qrup 75 |
|
75 |
Nikel |
7601 - 7608; |
Alüminium və
alüminium lövhələri, rulonları, məftilləri |
Qrup 78 |
|
78 |
Qurğuşun |
Qrup 79 |
|
79 |
Sink |
Qrup 80 |
|
80 |
Qalay |
Qrup 81 |
|
81 |
Başqa adi
metallar (volfram, molibden, tantal kadmium, titan; sirkonium, xrom,
germanium) və onlardan hazırlanmış məmulatlar |
8401 - 8409 |
Mərkəzi
istilik sistem qazanları və onların yardımçı
avadanlıqları, qaz generatorları, turbinlər, daxili
yanacaq mühərrikləri, onların hissələri |
84134000 |
Betononasoslar |
841430 |
Kompressorlar |
841590100 |
Kondisioner
qurğularının hissələri |
841911000- |
Ətalətsiz su
qızdırıcıları və ya istilik su
yığıcıları (akkumulyatorlar) |
841989100- |
Soyuducu və
qızdırıcı qurğular |
8425 |
Qaldırıcı
qurğular |
8426 |
Gəmi-drek
kranları və digər qaldırıcı kranlar |
8427 |
Avtoyükləyicilər
və qaldırıcı və yükləmə-boşaltma
qurğuları olan digər avtoyükləyicilər |
8428 |
Qaldırıcı
və yer dəyişdirici maşınlar və qurğular
(məsələn liftlər, eskalatorlar, konveyerlər, kanat
yolları) |
8431 |
8425 - 8430 mal
mövqelərində göstərilən avadanlıqların
hissələri |
8439 - 8444 |
Bitki
mənşəli materialların liflərindən kütlənin
kağız, karton məmulatlarının istehsalı üçün
avadanlıqlar, mətbəə avadanlıqları |
8453-8466 |
Dəri
aşılamaq üçün avadanlıqlar, metal emalı üçün
dəzgahlar |
847130000; |
Hesablayıcı
maşınlar və onların bloklan
(zavod-buraxılış müddəti 1 ilə qədər olan) |
847160; |
|
847170 |
|
847330100 |
Elektron bloklar |
8474 |
Mineral
qazıntılar üçün avadanlıqlar |
8477 - 8480 |
Rezin və ya
plastmas, tütün istehsalı üçün avadanlıqlar, xüsusi
təyinatlı maşın, mexanizmlər, metal tökmə
formaları, modelləri |
8483 |
Transmisiya
valları, dişli təkərlər, reduksiya
mexanizmləri, muftalar və digər mexanizm hissələri) |
8484 - 8485 |
Metal aralıq
və doldurucuları, gəmi vintləri və onların
hissələri |
850120 |
Universal
dəyişən daimi cərəyan mühərrikləri (gücü
37,5 vt-dan yuxarı) |
850153100; |
Gücü 75 kvt-dan
yuxarı mühərriklər |
850153500; |
|
850153390; |
|
850153990 |
|
851790 |
Elektron bloklar,
hissələri və ləvazimatları |
850212 - 850213 |
Gücü 75 kvt-dan
yuxarı olan elektrogenerator qurğuları |
850240 |
Fırlanan elektrik
çeviriciləri |
8504 8505 |
Transformatorlar,
elektrik çeviriciləri, elektromaqnitlər |
851750100 |
Komutatorlar,
aparıcı tezlikdə xətti rabitə və ya
rəqəmli xətti rabitə sistemləri üçün
aparatlar və 851750100 mal mövqeyi üçün hissələr |
852990700 |
Elektron bloklar (8525
- 8528 mal mövqeləri üçün) |
8530 |
Elektrik siqnalizasiya
qurğuları |
8533 8536 |
Rezistorlar,
çoxsaylı çap sxemləri, elektrik qoruyucuları |
8540; |
Elektron
lampaları və boruları, tranzistorlar, inteqral və
mikrosxemlər, mikroprosessorlar, yaddaş qurğuları,
maşınlar və digər elektrik cihazları |
Nazirlər Kabineti Aparatının rəhbəri A. Hacıyev