"Antidopinq Konvensiyasına Əlavə Protokol"un təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 2002-ci il sentyabrın 12-də Varşava şəhərində qəbul edümiş "Antidopinq Konvensiyasına Əlavə Protokol" təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2003-cü il
№ 550-IIQ