Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Valideynlərini itirmiş və valideyn himayəsindən, məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti nazirlik və təşkilatları dövlət himayəsində olan və olmayan, qəyyumluqda, himayədə olan, himayədar valideynlərə (himayədar ailəyə) və övladlığa verilən, habelə rəsmiləşdirilmədən yaxın qohumunun (baba, nənə, əmi, dayı, bibi, xala və s.) yanında yaşayıb tərbiyə olunan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üçün Qanunda nəzərdə tutulmuş güzəşt və imtiyazların həyata keçirilməsi ilə bağlı lazımi təşkilati tədbirlər görsünlər.[1]

2. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə:

valideynlərini itirmiş və valideyn “himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında (bundan sonra - AMEA) təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin və ya AMEA-nın vəsaiti hesabına təmin edilsin və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 50 manat müavinət verilsin;[2]

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət ümumi təhsil, peşə təhsili, orta iõtisas təhsili, ali təhsil müəssisələrini və AMEA-nı bitirdikləri zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnternat tipli ümumi təhsil müəssisələrində təhsilalanlar və dövlət və ya bələdiyyə tərəfindən yaradılan uşaq evləri, ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrində tərbiyə olunan uşaqların geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması haqqında” 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarına uyğun olaraq, müvafiq təhsil müəssisəsinin və ya AMEA-nın xərclər smetası hesabına 265 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunsunlar;[3]

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar.[4]

3. Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların təlim-tərbiyəsinin və maddi vəziyyətinin əsaslı yaxşılaşdırılması tədbirləri haqqında” 1987-ci il 13 oktyabr tarixli 371 nömrəli, habelə Azərbaycan SSR Nazirlər Sovetinin “Dövlət himayəsində olmayan yetim uşaqlara və valideyn himayəsindən məhrum uşaqlara kömək göstərilməsi tədbirləri haqqında” 1990-cı il 28 avqust tarixli 390 nömrəli qərarları və “Azərbaycan Respublikası internat tipli təlim-tərbiyə müəssisələrinin maddi təminatının, uşaq və şagirdlərin həyat şəraitinin yaxşılaşdırılması, yetim və valideyn himayəsindən məhrum uşaqların sosial müdafiəsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 29 dekabr tarixli 422 nömrəli qərarının 6-cı bəndi qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinə tapşırılsın.[5]

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 7 noyabr 2001-ci il

               ¹ 179

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 dekabr 2017-ci il tarixli 567 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2514)

2.       9 aprel 2020-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2020-ci il, ¹ 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹4, maddə 480)

3.       24 avqust 2020-ci il tarixli 305 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 avqust 2020-ci il, ¹ 169, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 8, maddə 1122)

4.       27 yanvar 2021-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, ¹ 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 1, maddə 97)

5.       17 yanvar 2022-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 yanvar 2022-ci il, ¹ 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 1, maddə 71)

6.       10 iyun 2022-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 iyun 2022-ci il, ¹ 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹6, maddə 668)

7.       21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 12, maddə 1552)

8.       6 dekabr 2023-cü il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 dekabr 2023-cü il, “Xalq” qəzeti, 8 dekabr 2023-cü il, ¹ 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, II kitab, maddə 1773)

9.       30 yanvar 2024-cü il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2024-cü il, “Xalq” qəzeti, 2 fevral 2024-cü il, ¹ 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 1, maddə 123)

10.    24 aprel 2024-cü il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 aprel 2024-cü il, “Xalq” qəzeti, 30 aprel 2024-cü il, ¹ 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 4, maddə 479)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 12, maddə 1552) ilə 1-ci hissədə Təhsil sözü Elm və Təhsil sözləri ilə əvəz edilmişdir.

30 yanvar 2024-cü il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2024-cü il, “Xalq” qəzeti, 2 fevral 2024-cü il, ¹ 22, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 1, maddə 123) ilə 1-ci hissəyə “övladlığa” sözündən əvvəl “himayədar valideynlərə (himayədar ailəyə) və” sözləri əlavə edilmişdir.

 

[2] 20 dekabr 2017-ci il tarixli 567 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2514) ilə 2-ci hissənin ikinci abzasına “müəssisələrində” sözündən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında (bundan sonra - AMEA)” sözləri, “müəssisənin” sözündən sonra “və ya AMEA-nın” sözləri əlavə edilmişdir və həmin abzasda “180 min” sözləri “36 rəqəmi ilə əvəz edilmişdir.

24 avqust 2020-ci il tarixli 305 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 avqust 2020-ci il, ¹ 169, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 8, maddə 1122) ilə 2-ci hissənin ikinci abzasında “və orta ixtisas” sözləri “, orta ixtisas və peşə” sözləri ilə əvəz edilmişdir.

27 yanvar 2021-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, ¹ 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 1, maddə 97) ilə 2-ci hissənin ikinci abzasında “36” rəqəmləri “50” rəqəmləri ilə və üçüncü abzasında “27,5” rəqəmləri “265” rəqəmləri ilə əvəz edilmişdir.

6 dekabr 2023-cü il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 dekabr 2023-cü il, “Xalq” qəzeti, 8 dekabr 2023-cü il, ¹ 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 12, II kitab, maddə 1773) ilə 2-ci hissənin ikinci abzasından “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında (bundan sonra - AMEA)” və “və ya AMEA-nın” sözləri, üçüncü abzasından “və AMEA-nı” və “və ya AMEA-nın” sözləri çıxarılmışdır.

 

[3] 20 dekabr 2017-ci il tarixli 567 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2514) ilə 2-ci hissənin üçüncü abzasında “orta, orta peşə-ixtisas və ali peşə-ixtisas təhsil müəssisələrini” sözləri “ümumi təhsil, orta iõtisas təhsili, ali təhsil müəssisələrini və AMEA-nı” sözləri ilə, “tədris müəssisəsinin” sözləri “təhsil müəssisəsinin və ya AMEA-nın” sözləri ilə və “şərti maliyyə vahidinin 25 misli miqdarında” sözləri “27,5 manat məbləğində” sözləri ilə əvəz edilmişdir.

9 aprel 2020-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2020-ci il, ¹ 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹4, maddə 480) ilə 2-ci hissəsinin üçüncü abzasında “yetim” sözü “valideynlərini itirmiş” sözləri ilə əvəz edilmişdir.

24 avqust 2020-ci il tarixli 305 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 avqust 2020-ci il, ¹ 169, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 8, maddə 1122) ilə 2-ci hissənin üçüncü abzasına “ümumi təhsil,” sözlərindən sonra “peşə təhsili,” sözləri əlavə edilmişdir.

24 aprel 2024-cü il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 aprel 2024-cü il, “Xalq” qəzeti, 30 aprel 2024-cü il, ¹ 87) , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 4, maddə 479) ilə Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin” sözləri “İnternat tipli ümumi təhsil müəssisələrində təhsilalanlar və dövlət və ya bələdiyyə tərəfindən yaradılan uşaq evləri, ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrində tərbiyə olunan uşaqların” sözləri ilə əvəz edilmişdir.

 

[4] 17 yanvar 2022-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 yanvar 2022-ci il, ¹ 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 1, maddə 71) ilə 2-ci hissəsinin dördüncü abzasında Təhsil xərcləri sözləri Sosial müdafiə və sosial təminat sözləri ilə və Təhsil Nazirliyinə sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sözləri ilə əvəz edilmişdir.

10 iyun 2022-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 iyun 2022-ci il, ¹ 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹6, maddə 668) ilə 2-ci hissənin ikinci və üçüncü abzaslarından “dövlət” sözü çıxarılmışdır, dördüncü abzasına “uşaqlar” sözündən sonra “, habelə onların arasından olan şəxslər” sözləri, “avadanlıqla” sözündən sonra “və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə” sözləri əlavə edilmişdir.

 

[5] 20 dekabr 2017-ci il tarixli 567 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab, maddə 2514) ilə 4-cü hissədə “İşlər İdarəsinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinə” sözləri “Aparatının humanitar və sosial məsələlər şöbəsinə” sözləri ilə əvəz edilmişdir.

10 iyun 2022-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 iyun 2022-ci il, ¹ 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹6, maddə 668) ilə 4-cü hissədə “humanitar və sosial” sözləri “Sosial” sözü ilə əvəz edilmişdir.