«XXVIII Yay Olimpiya Oyunlarına
hazırlıq haqqında» Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il 5 iyun tarixli, 1238 nömrəli
Sərəncamının icrasının təmin edilməsi
barədə
Azərbaycan
Respublİkası Nazİrlər Kabİnetİnİn
Sərəncamı
«XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyun tarixli, 1238 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə:
1. «Azərbaycan Respublikası idmançılarının XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq Konsepsiyası» təsdiq edilsin (1 nömrəli əlavə).
2. «Dayaq idman qurğuları və bazalarının Siyahısı» təsdiq edilsin (2 nömrəli əlavə).
3. «2004-cü ildə Olimpiya Oyunlarında iştirak etməyə namizəd olan idmançıların hazırlığı və Olimpiadada iştirakının idman forması və maddi-texniki avadanlıq ilə təminat planı» təsdiq edilsin (3 nömrəli əlavə).
4. Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi:
Azərbaycan Respublikası idmançılarının XXVIII Yay Olimpiya Oyunlarında iştirakı ilə əlaqədar idman növlərinin, namizəd idmançıların, məşqçi heyətlərinin siyahılarını və 2003 — 2004-cü illər üçün hazırlıq planlarını təsdiq etsin; Olimpiya Oyunları ilə bağlı planlaşdırılmış bütün tədbirlərin həyata keçirilməsi üçün müvafiq nazirliklərin fəaliyyətinin əlaqələndirilməsini təmin etsin; Milli Olimpiya Komitəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə 2004-cü ildə yeniyetmələrin IV respublika oyunlarını keçirsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
XXVIII Yay Olimpiya Oyunlarına hazırlığın 2003-cü ilin mərkəzləşdirilmiş xərclərində «Bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin xərcləri» köməkçi bölməsi üzrə Gənclər, İdman və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait dairəsində təqdim edilən xərclər smetasına əsasən vaxtında maliyyələşdirilməsini təmin etsin; Gənclər, İdman və Turizm Nazirliyi ilə razılaşdırmaqla 2004-cü ilin dövlət büdcəsində Olimpiya Oyunlarına hazırlıqla bağlı müvafiq məbləğdə vəsait proqnozlaşdırsın.
6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Olimpiya Oyunlarına namizədlərin hazırlığı işini xüsusi tibbi nəzarətdə saxlasın, onları hazırlıq planlarına uyğun olaraq xüsusi vitaminlər, farmakoloji preparatlar və bərpaedici vasitələrlə təmin etsin ( 4 nömrəli əlavə).
7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Komissarlığı Olimpiya Oyunlarına hazırlıq dövründə respublika yığma komandalarının beynəlxalq yarışlarda təqdim olunan təqvimə müvafiq olaraq iştirakını təmin etmək üçün lazımi kömək göstərsinlər.
8. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Rabitə Nazirliyi, Abşeron Regional Səhmdar Su Cəmiyyəti Olimpiya Oyunlarına hazırlıq dövründə (2003 — 2004-cü illər) dayaq idman qurğuları və bazalarına bütün növ xidmətlər və enerji daşıyıcılarının ödəniş haqlarına büdcə təşkilatları üçün müəyyən edilmiş tarifin tətbiq edilməsini təmin etsinlər.
9. Azərbaycan Respublikasının Rabitə Nazirliyi:
Olimpiya idman bazalarının, habelə Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançı və məşqçilərin mənzillərinin texniki imkanlar daxilində telefon xətti ilə təmin edilməsini həyata keçirsin; «Azərbaycan idmançıları Olimpiya Oyunlarında» mövzusuna həsr edilmiş poçt markalarının buraxılmasını təmin etsin.
10. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi XXVIII Yay Olimpiya Oyunlarının mədəni-kütləvi proqramlarında respublikanın gənc mədəniyyət və incəsənət nümayəndələrinin iştirakını təmin etsin, Rəssamlar İttifaqı ilə birlikdə «Olimpiya Oyunları» mövzusunda müsabiqələr keçirsin.
11. Azərbaycan Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, Mədəniyyət Nazirliyi və AzərTAc respublika idmançılarının Yay Olimpiya Oyunlarına hazırlığına və iştirakına dair materialların mütəmadi olaraq kütləvi informasiya vasitələrində verilməsini təmin etsinlər.
12. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini A. RASİZADƏ
Bakı şəhəri, 29 oktyabr 2003-cü il
¹ 213 s
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2003-cü il 29 oktyabr
tarixli, 213s nömrəli sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR
1 nömrəli
əlavə
Azərbaycan Respublikası idmançılarının XXVIII Yay
Olimpiya Oyunlarına
Hazırlıq konsepsİyası
I. Beynəlxalq
olİmpİya hərəkatının müasİr
dövrdə ənənələrİ
15 sentyabr — 1 oktyabr 2000-ci il tarixdə Avstraliyanın Sidney şəhərində keçirilmiş XXVII Yay Olimpiya Oyunları bütün Olimpiya hərəkatı tarixində özünün əhatəsi və miqyasına görə ən böyük Olimpiya Oyunları kimi qeydə alındı. XXVII Yay Olimpiya Oyunlarında 199 dövlət, 11.116 nəfər idmançı, 7978 nəfər rəsmi qonaq və digər şəxslər (o cümlədən təşkilatçılar, məşqçilər, alimlər, hakimlər) iştirak etmişdir. Bundan əvvəlki 1996-cı ilin XXVI Yay Olimpiya Oyunlarında həmin rəqəmlər aşağıdakı kimi olmuşdur:
197 ölkə, 10 min idmançı, 6,5 min nəfər rəsmi və digər şəxslər.
XXVII Yay Olimpiya Oyunlarında idmanın 40 növü üzrə 300 proqramda yarışlar keçirilmişdir (Atlanta Olimpiya Oyunlarında 33 idman növü üzrə 271 proqramda yarışlar keçirilmişdir).
Bu yarışlarda 928 medal (301 qızıl, 299 gümuş və 328 bürünc) uğrunda mübarizə aparılmışdır.
Artıq dünyanın inkişaf etmiş dövlətləri ilə birlikdə inkişaf yoluna yeni qədəm qoymuş bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da Olimpiya Oyunları ümummilli mahiyyətli hadisə kimi qəbul olunur. Oyunlara hazırlıq dövlət orqanlarının bilavasitə yaxından köməkliyi və iştirakı ilə aparılır. Bir sıra dövlətlərdə Olimpiya idmanı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi ölkənin daha yüksək sürətlə inkişafına xidmət edir.
Olimpiya Oyunları getdikcə daha çox televiziya kompaniyalarını və mətbuat orqanlarını özünə cəlb edir. Əgər Atlantada Oyunları kütləvi informasiya vasitələrinin 15 min nümayəndəsi işıqlandırırdısa, Sidney Olimpiadasında onların sayı 20 mindən artıq olmuşdur.
Oyunlara dünyanın iri sənaye-ticarət firmalarının təsiri daha da artmışdır. Sponsor fəaliyyətindən və reklamlardan götürülən böyük gəlirin indi daha çox hissəsi idman infrastrukturunun inkişafına və idmançılara yüksək qonorarların ödənilməsinə ayrılır.
Olimpiya Oyunlarında ayrı-ayrı idman növlərində idmançılar tərəfindən istifadə olunan xüsusi idman geyimləri, avadanlıqları və başqa ləvazimatlar istehsalçılarla federasiyalar arasında daha sıx əlaqələrin yaranmasına səbəb olmuşdur. Qalib idmançıların istifadə etdikləri xüsusi avadanlıqları istehsal edən müəssisələrin həmin idmançılara yüksək qonorar ayırmaları geniş hal almışdır.
İdmanın nəticələrinin daha da yüksəldilməsi üçün elmin, təbabətin, informatikanın və texnikanın son nailiyyətlərindən geniş istifadə olunur.
Məşhur idmançıların, xüsusilə Olimpiya çempionları və mükafatçılarının xalq arasında populyarlığı sürətlə artır.
Bir çox ölkələrdə siyasi və dövlət xadimləri bu amildən öz reytinqlərinin artması üçün bacarıqla istifadə edirlər.
Olimpiya Oyunları dünya xalqları arasında dostluğun, birliyin möhkəmləndirilməsinə, sülhün bərqərar olmasına getdikcə daha yaxından və əməli surətdə xidmət edir.
Sidney Olimpiadasının təntənəli açılış və bağlanış mərasimləri də «Sülh» və «Dostluq» prinsipləri fonunda idmanın sülhün elçisi olduğunu Olimpin yüksək zirvəsindən bütün bəşəriyyətə nümayiş etdirdi.
Azərbaycan Respublikasında Olimpiya hərəkatının daha geniş vüsət alması, Olimpiya proqramı üzrə təşkil edilən tədbirlərin ümumrespublika miqyasında həyata keçirilməsi, Olimpiya Oyunlarına respublika idmançılarının hazırlığının və iştirakının dövlət səviyyəsinə qaldırılması və ümummilli mahiyyətli hadisə kimi qəbul olunması 1996-cı ildən başlanmışdır.
Milli Olimpiya Komitəsinin Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi, idman təşkilatları və federasiyaları ilə birgə səmərəli əməkdaşlıq prinsipi üzrə fəaliyyət göstərməsi öz uğurlu nəticəsini XXVII Yay Olimpiya Oyunlarına hazırlıqda və iştirakda ən yüksək səviyyədə nümayiş etdirdi. Əvvəlki Oyunlardan fərqli olaraq, XXVII Yay Olimpiya Oyunlarına respublikanın 162 nəfər idmançısı idmanın 19 növü üzrə hazırlığa cəlb olundu. Bu idmançılardan 31 nəfəri idmanın 10 növü üzrə XXVII Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazandı.
Təhlil göstərir ki, respublikada fərdi idman növləri üzrə idmançıların hazırlıq səviyyəsi komandalarda oyun növləri üzrə məşğul olan idmançılardan yüksəkdir. Belə ki, XXVII Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımız idmanın sərbəst və yunan-roma güləşi, cüdo, ağırlıqqaldırma, yüngül atletika, stend və güllə atıcılığı, üzgüçülük və suyatullanma növlərinin nümayəndələri olmuşlar.
Yüngül atletika, güllə atıcılığı, üzgüçülük və suyatullanma idman növləri üzrə Olimpiya Oyunlarında respublikamızın təmsil olunması bu idman növlərinin heç də Azərbaycanda yüksək səviyyədə inkişafının nəticəsi kimi qəbul olunmamalıdır.
Olimpiya Oyunları proqramına daxil edilmiş idman növlərinin, xüsusən komanda oyun növlərinin, eləcə də su idman növlərinin respublikada inkişafı ilə 2003 — 2004-cü illər ərzində daha ciddi məşğul olunmalıdır.
Beynəlxalq Olimpiya hərəkatına qoşulmuş Azərbaycan Respublikası bu hərəkatın bütün sahələrində özünəməxsus mövqe tutmaq üzrədir. Bu məqsədlə Olimpiya hərəkatı ilə bağlı fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlarda Azərbaycanın təmsil olunması vacibdir.
XXVIII Yay Olimpiya Oyunlarına respublika idmançılarının hazırlığı və iştirakı artıq yalnız müvafiq təşkilatların deyil, ümummilli tədbir kimi bütün ictimaiyyətin iştirak etdiyi və maraqla izlədiyi bir hərəkata çevrilmişdir.
II. XXVİİ Yay
Olİmpİya Oyunlarının yekunlarına görə
dünyanın qabaqcıl İdman dövlətlərİ
arasında qüvvələr nİsbətİ
Əvvəlki Olimpiya Oyunlarında olduğu kimi, medallar uğrunda mübarizə, əsasən, ABŞ, Rusiya, Almaniya, Çin, Fransa, İtaliya, Kuba, Koreya və digər dövlətlərin komandaları arasında gözlənilirdi. Bu Oyunlarda daha çox idmançı ilə təmsil olunmuş Avstraliyanın Milli Olimpiya komandası (631 nəfər) dünyanın ən qabaqcıl 4 idman dövləti sırasına çıxa bildi.
Atlanta Oyunlarının nəticəsindən fərqli olaraq, Sidney Olimpiadasında yenə də birinci olan ABŞ idmançıları bu dəfə qızıl medalların sayına görə 2-ci yeri tutmuş Rusiya Federasiyasından çox da aralana bilmədilər.
Çin idmançıları qızıl medalların əldə edilməsində böyük uğurlar qazandılar. Atlanta Oyunlarında cəmi 16 çempionu olmuş çinlilər Sidneydə 28 çempionla ümumi komandalar siyahısında ABŞ və Rusiyadan sonra 3-cü ola bildilər.
Almaniya idmançıları üçün Sidney Olimpiadası uğurlu olmadı. Atlantada 20 qızıl medal qazanaraq ümumkomanda hesabında 3-cü olmuş almanlar, Sidney Oyunlarında cəmi 14 qızıl medal əldə edərək, nəticədə iki pillə aşağı enmiş və ümumkomanda hesabında 5-ci yeri tuta bilmişlər.
1 nömrəli cədvəldə (əlavə olunur) qabaqcıl idman dövlətlərinin XXVI və XXVII Yay Olimpiya Oyunlarında qazandıqları medallar haqqında ümumi məlumat verilir.
1 nömrəli
cədvəl
Sidney Olimpiya Oyunlarında 80 ölkənin nümayəndəsi Olimpiya medallarını qazana bildi (1992-ci il XXV Yay Olimpiya Oyunlarında 64 ölkə, 1996-cı il XXVI Yay Olimpiya Oyunlarında 79 ölkə).
Əvvəlki Olimpiya Oyunlarından fərqli olaraq, bir sıra qabaqcıl idman dövlətlərinin nümayəndələri, o cümlədən Meksika, Yuqoslaviya, Braziliya, Argentina, Koreya, Uruqvay, Portuqaliya Sidney Olimpiadasında zəif nəticələr göstərərək, medallar uğrunda mübarizədə 40 — 70-ci yerlərlə kifayətləndilər.
İdmançıların sayına görə bir sıra dövlətlər Olimpiya Oyunlarında böyük qüvvələrlə iştirak etsələr də, yüksək nəticələr əldə edə bilmədilər. Olimpiya Oyunlarında böyük tərkibdə nümayəndə ilə (920 nəfər) təmsil olunan Kanada 3 qızıl medal əldə edərək, 24-cü yerə çıxmışdır.
1 milyard əhalisi olan Hindistan Olimpiadada 140 nəfərlə təmsil olunsa da, nailiyyət baxımından zəif çıxış etmiş və 1 bürünc medal əldə edərək 70 — 80-ci yerləri, Belçika 247 nəfər nümayəndə ilə yarışlara qatılmağına baxmayaraq, 55-56-cı yerləri, Yuqoslaviya 240 nəfər iştirakçı ilə 42 — 43-cü yerləri bölüşdürmüşdür. Braziliya 644 nəfərlik nümayəndə ilə 52-ci yeri tuta bilmişdir. Bir sıra dövlətlər isə Olimpiadaya böyük sayda nümayəndə ilə qatılsalar da, medal əldə edə bilməmişlər. 249 nəfərlə çıxış edən Meksika, 478 nəfər nümayəndə ilə Yeni Zellandiya, 158 nəfər nümayəndə ilə iştirakçı olan Venesuela belə dövlətlərdəndir.
MDB dövlətləri arasında Tacikistanla Türkmənistandan başqa, qalan bütün ölkələrin nümayəndələri Olimpiya medalları uğrunda əzmlə mübarizə aparmışlar. Azərbaycan Respublikası bu ölkələr arasında daha az sayda idmançı ilə yarışlara qatılmağına baxmayaraq, yüksək nəticələr göstərərək 15 MDB dövləti arasında 6-cı yeri tuta bilmişdir (2 nömrəli cədvəl).
2 nömrəli
cədvəl
77 nəfər idmançı ilə təmsil olunmuş Özbəkistan Olimpiya Oyunlarında 41-ci, MDB dövlətləri arasında 7-ci, 49 idmançısı olan Qırğızıstan isə müvafiq olaraq 70-ci və 12-ci yerlərlə kifayətlənmişdir.
MDB dövlətlərindən yalnız 9-u XXVII Yay Olimpiya Oyunlarının qızıl me-dalçısı ola bilmişdir. Bu göstəriciyə görə Azərbaycan Litva Respublikası ilə 5-6-cı yerləri, Olimpiya Oyunlarında isə 33-34-cü yerləri bölüşdürmüşlər. Qızıl medalların nisbətinə görə müqayisədə respublikamızın Milli Olimpiya komandası MDB dövlətləri arasında 2-ci, 3-cü və 4-cü olmuş Ukrayna, Qazaxıstan və Belorusiya respublikalarından cəmi 1 medal az, yəni 2 qızıl medal qazanmışdır. Bu da respublikamızın idmançılarının hətta yuxarıda adları çəkilən qabaqcıl idman dövlətləri ilə bir səviyyədə beynəlxalq yarışlarda mübarizə aparmaq imkanlarına malik olduğunu bildirir.
III.
XXVİİİ Yay Olİmpİya Oyunlarına hazırlıq
dövrü ərzİndə Azərbaycan
Respüblİkasında bədən tərbİyəsİ
və İdmanın İnkİşaf perspektİvlərİ
və onların reallaşdırılmasında
ayrı-ayrı təşkİlatların konkret
vəzİfələrİ
«Bədən tərbiyəsi və idman» haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən respublikada bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissələrindən biridir.
Həmin Qanunun yerinə yetirilməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli, 255 nömrəli sərəncamı ilə «Bədən tərbiyəsi və idmanın inkişafının dövlət proqramı» təsdiq edilmişdir. Proqramda 2000-2004-cü illərdə bu sahədə görüləcək işlərin məzmunu və inkişaf yolları müəyyən edilmişdir. Dövlət proqramı bədən tərbiyəsi və idmanın inkişafı ilə məşğul olan, respublikada fəaliyyət göstərən bütün idman yönümlü təşkilatların, eləcə də aidiyyəti üzrə respublika nazirlikləri, komitələri, şirkətləri və baş idarələrinin, həmçinin ictimai birlik və təşkilatların qarşısında konkret vəzifələr qoymuşdur.
Beləliklə, 2001-2004-cü illər ərzində respublikada bədən tərbiyəsi və idmanın inkişafı (3 nömrəli cədvəl) əsasən, dövlət proqramına uyğun olaraq həyata keçirilir və gələcək perspektivləri müəyyənləşdirilir.
3 nömrəli
cədvəl
Məlum olduğu kimi, respublikada bədən tərbiyəsi və idmanın inkişafı, əsasən, iki sahə — kütləvi bədən tərbiyəsi-sağlamlıq və yüksək idman ustalığı üzrə aparılır.
Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsi göstərir ki, dövlət himayəsi və təminatı olmadan bədən tərbiyəsi və idmanın inkişafının tələb olunan səviyyədə həyata keçirilməsi qeyri-mümkündür. Bu məsələnin respublikamızda müsbət həlli məhz Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab Heydər Əliyevin dövlət rəhbərliyinə gəldiyi dövrə təsadüf edir. Onun bu sahədə atdığı əməli addımların qanunauyğun nəticəsi kimi, ilk dəfə olaraq «Bədən tərbiyəsi və idman haqqında» qəbul edilmiş Qanunu göstərmək olar. Bu Qanun xalqımızın sağlamlığının möhkəmləndirilməsi, yüksək səviyyəli idmançıların hazırlanması sahəsində dövlət orqanlarının və ictimai təşkilatların yerini, vəzifəsini və səlahiyyətlərini konkret olaraq müəyyən etmişdir.
Bununla əlaqədar olaraq, bu Konsepsiyada 2001 — 2004-cü illər ərzində Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafında bilavasitə iştirak edəcək dövlət və ictimai təşkilatlar arasında konkret vəzifə bölgüsü aparılmış, onların səlahiyyətləri və aralarındakı əlaqələri tənzimləyən prinsiplər müəyyənləşdirilmişdir.
Dövlət orqanlarının və ictimai təşkilatların respublikada bədən tərbiyəsi və idmanın inkişafındakı fəaliyyətlərinin prinsip və formaları respublika idmançılarının 2001-2004-cü illər ərzində beynəlxalq yarışlara, qitə və dünya çempionatlarına, ən başlıcası, XXVIII Yay Olimpiya Oyunlarına keyfiyyətli hazırlığının və uğurlu çıxışlarının təmin edilməsinə tam zəmin yaratmış olacaqdır.
Müasir mərhələdə Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı Gənclər, İdman və Turizm Nazirliyi, Milli Olimpiya Komitəsi və ictimai əsaslarla fəaliyyət göstərən idman təşkilatları, klubları, təhsil müəssisələri, idman növləri üzrə respublika federasiyaları və digər idman yönümlü təşkilatlar tərəfindən həyata keçirilir.
Bədən tərbiyəsi və idmanın inkişafının bir-biri ilə sıx bağlı olan iki prinsipi «Böyük idman» (Yüksək idman ustalığı) və «Kütləvi idman» (Kütləvi bədən tərbiyəsi, sağlamlıq və idman) təşkilatlarının fəaliyyətlərini müvafiq surətdə formalaşdırır və istiqamətləndirir. Onların fəaliyyətlərinin koordinasiyası və tənzimlənməsi, aralarındakı bağlılığın əlaqələndirilməsi, imkan və səylərindən düzgün və səmərəli istifadə olunması bədən tərbiyəsi və idmanın bütövlükdə inkişafının təmin edilməsində əsas və mühüm amillərdən biridir.
Əhalinin, xüsusən böyüməkdə olan gənc nəslin sağlamlığının möhkəmləndirilməsi, fiziki cəhətdən güclü olması, yüksək səviyyəli idmançıların hazırlanması ciddi problemlərlə, o cümlədən ilk növbədə maliyyə çatışmazlığı və maddi-texniki bazanın son dərəcə zəifləməsi ilə üzləşdiyi bir dövrdə bu sahədə fəaliyyət göstərən təşkilatlarla işin yeni prinsip və formalar əsasında qurulması tələb olunur.
Bu amilləri nəzərə alaraq, 2001 — 2004-cü illər ərzində Azərbaycan Respublikasının bədən tərbiyəsi və idman hərəkatında, XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq prosesində dövlət orqanları və ictimai təşkilatlar arasında səlahiyyət və vəzifələr aşağıdakı qaydada müəyyən olunur:
1. Xalqın
sağlamlığının möhkəmləndirilməsi
(bədən tərbiyəsi və idmanın
kütləviliyinin təmin edilməsi üzrə)
Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi:
Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafının dövlət proqramının yerinə yetirilməsini təmin edir; Azərbaycan xalqının milli mənəvi dəyərlərinə əsaslanan sağlam həyat tərzinin bədən tərbiyəsi və idman vasitəsi ilə əhali arasında aşılanmasını həyata keçirir; bu məqsədlərin həyata keçirilməsinin təmin edilməsinə rəhbərlik və nəzarət edir, direktiv sənədlər, normativ aktlar və s. sənədlərin hazırlanmasını həyata keçirir; respublikada kütləvi sağlamlıq məqsədli tədbirləri, kompleks spartakiadaları təşkil edir və maliyyələşdirir; bədən tərbiyəsi və idmanın təhsil sistemini yaradır, elmi tədqiqat işlərinin aparılmasını, kadr hazırlığını təmin edir; təhsil ocaqlarında, idarə və müəssisələrdə bədən tərbiyəsi və idmanın inkişafını təmin edən idman təşkilatları ilə sıx əlaqə yaradır, onların fəaliyyətini tənzimləyir və əlaqələndirir; idman təşkilatlarının yaradılmasında və fəaliyyətlərinin təşkilində bilavasitə iştirak edir; idman növlərinin inkişafına, yüksək səviyyəli idmançıların hazırlanmasına şərait yaradır, rəhbərlik və nəzarət edir.
İdman cəmiyyətləri:
xidmət sahələri üzrə idarə və müəssisələrdə, əmək kollektivlərində, tədris müəssisələrində bədən tərbiyəsi və idmanın inkişafını təmin edir, bu məqsədlə təşkilatlarda xüsusi qurumların (bədən tərbiyəsi kollektivləri, idman klubları və s.) yaradılmasına kömək göstərir; bədən tərbiyəsi kollektivləri və idman klubları üzvlərinin, təhsil alan gənclərin sağlamlığının möhkəmləndirilməsini və onların müntəzəm idman məşğələlərinə cəlb edilməsini təmin edir; xidmət sahələri üzrə baş idarələrin sifarişləri əsasında onların kollektivləri arasında kompleks spartakiadalar, kütləvi bədən tərbiyəsi və sağlamlıq tədbirlərini planlaşdırır və keçirir; Gənclər, İdman və Turizm Nazirliyinin (idarələrinin), Milli Olimpiya Komitəsinin keçirdikləri tədbirlərdə öz nümayəndələrinin iştirakını təmin edir; idmanın kütləviliyinin təmin edilməsi məqsədi ilə uşaq-gənclər idman məktəbləri sistemini yaradır; idman qurğularından səmərəli istifadə olunmasını və qurğuların saxlanılmasını təmin edir.
İdarə və müəssisələr:
orada işləyənlərin və onların ailə üzvlərinin bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün tələb olunan şərait və imkanları yaradırlar; kollektiv üzv olduğu idman cəmiyyətləri ilə sıx əlaqə saxlayır, onlarla müvafiq müqavilə və sifarişlər əsasında iş qururlar; bədən tərbiyəsi-sağlamlıq və idman işlərini əsasən idarənin hesabına maliyyələşdirirlər.
2. Yüksək səviyyəli
idmançıların hazırlanması (XXVIII Yay Olimpiya Oyunlarına
hazırlıq məsələləri üzrə)
Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi:
yüksək səviyyəli idmançıların hazırlığının, onların qitə, dünya yarışlarında və Olimpiya Oyunlarında uğurlu çıxışlarının həyata keçirilməsini Gənclər, İdman və Turizm Nazirliyi, respublika idman federasiyaları və idman təşkilatları ilə birlikdə təmin edir; Gənclər, İdman və Turizm Nazirliyi federasiyalarla birlikdə ayrı-ayrı idmançıların yüksək səviyyədə hazırlanması üçün işləri idman təşkilatları ilə müqavilə (kontrakt) və sifariş əsasında həyata keçirir; Azərbaycan Respublikasının yığma komandalarını, onların Olimpiya Oyunlarına hazırlıq planlarını və məşqçilər heyətini təsdiq edir; hazırlıq planlarının həyata keçirilməsinə rəhbərlik və nəzarət edir; yığma komandaların üzvlərini, namizədləri və məşqçiləri xüsusi təqaüdlə (əmək haqqı) təmin edir, onların sosial-məişət məsələlərinin həllində bilavasitə iştirak edir; Olimpiya ehtiyatı hazırlığı işlərini əlaqələndirir, idman təşkilatlarının bu sahədəki fəaliyyətlərinə kömək göstərir və nəzarət edir; Olimpiya idman bazası və qurğularının yaradılması və genişləndirilməsi işlərini həyata keçirir.
Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi:
yüksək səviyyəli idmançıların hazırlanması sahəsində Milli Olimpiya Komitəsi, idman federasiyaları və idman təşkilatları ilə birlikdə fəaliyyət göstərir; respublikanın yığma komandalarının heyətlərinin, hazırlıq planlarının tərtibində və təsdiqində iştirak edir; ayrı-ayrı idman növləri üzrə müvafiq federasiyalarla birlikdə elmi-metodiki işçi qruplarını yaradır, respublika yarışlarının keçirilməsini təmin edir; Olimpiya dövrü üçün respublikanın vahid idman təsnifatını təsdiq edir, təsnifatın tələblərinə riayət edilməsini təmin edir; idman yarışlarının idman növlərinin qaydalarına uyğun əsasnamələrini təsdiq edir; respublikanın yığma komandalarının beynəlxalq yarışlardakı çıxışlarının yekunlarını təhlil və müzakirə edir, müvafiq qərarlar qəbul edir; yığma komandaların üzvləri və daha perspektivli idmançılar üçün təqaüdlər ayırır; yarış qaydalarının, müqavilələrin kobud surətdə pozulmasına, Azərbaycan idmanına xələl gətirən hərəkətlərə görə idman təşkilatlarına, komandalara, ayrı-ayrı idmançı, məşqçi və hakimlərə qarşı intizam sanksiyasını tətbiq edir.
İdman təşkilatları:
yüksək səviyyəli idmançıların hazırlığı ilə bilavasitə məşğul olur, respublikanın yığma komandalarına ehtiyat qüvvələrinin hazırlanmasını mütəmadi olaraq təmin edir (bu məsələlərlə daha sıx və peşəkar səviyyədə xüsusi qurumlar — ixtisaslaşdırılmış mərkəzlər, uşaq-gənclər idman məktəbləri və s. və idman klubları məşğul olur; adları çəkilən təşkilatlar bu sahədə öz fəaliyyətlərini Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyinin, eləcə də respublika idman federasiyalarının sifarişləri üzrə kontrakt əsasında qurur); respublikanın yığma komandalarına hazırlanmış idmançının yığma komandada hazırlıq prosesində iştirak edir, onun üçün proqnozlaşdırılmış nəticələrin reallaşdırılmasına məsuliyyət daşıyır; 2001-2004-cü illər üçün müəyyən edilmiş «Dayaq idman növləri»nin tələb olunan səviyyədə inkişafını təmin edir, əsas imkan, səy və diqqətlərini bu idman növləri üzrə yüksək səviyyəli idmançıların hazırlanmasına yönəldir; respublikanın yığma komandasının heyətinə təsdiq edilmiş idmançı və məşqçinin digər klublara keçid məsələlərini, bir qayda olaraq, Gənclər, İdman və Turizm Nazirliyi, Milli Olimpiya Komitəsi və idman növləri üzrə müvafiq respublika federasiyaları ilə razılaşdırır.
İdman növləri üzrə respublika federasiyaları:
müvafiq idman növünün respublikada inkişaf etdirilməsində, perspektivli və yüksək səviyyəli idmançıların hazırlanmasında, respublika yarışlarının keçirilməsində əsas rol oynayır; respublikanın yığma komandalarının tərkibini və məşqçilər heyətini komplektləşdirir, beynəlxalq yarışlara, Olimpiya Oyunlarına hazırlığın illik və perspektiv planlarını tərtib edir, Milli Olimpiya Komitəsinə, Gənclər, İdman və Turizm Nazirliyinə təsdiqə təqdim edir; yığma komandaların təlim-məşq prosesini təşkil edir, prosesin hazırlıq planlarına uyğun olaraq keçirilməsinə nəzarət edir; yığma komandaların və ayrı-ayrı idmançıların nəticələrini proqnozlaşdırır, hazırlıq səviyyələrini qiymətləndirir, yekunları təhlil edir; yığma komandalara yüksək səviyyəli idmançıların və ehtiyat qüvvələrin hazırlanması məqsədilə idman təşkilatları ilə birgə əməkdaşlıq göstərir, onlara bu işlərin təmin edilməsi üçün müvafiq sifarişlər təqdim edir; məşqçi-müəllimlərin peşə səviyyələrinin artırılması və təkmilləşdirilməsi üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının müvafiq kafedraları ilə birlikdə təcrübi seminarlar və kurslar təşkil edir; yığma komandalara sponsorların cəlb edilməsi sahəsində iş aparır, komandaların tələbatlarının ödənilməsi üçün kommersiya fəaliyyəti göstərir; yığma komandaların beynəlxalq yarışlara hazırlığı və iştirakını təmin edir, məşqçilərin və idmançıların əmək haqlarının müəyyən edilməsi və ayrılması məsələlərini həll edir; yığma komandaların idman geyimi və xüsusi idman avadanlığı ilə təchiz olunmalarını Gənclər, İdman və Turizm Nazirliyi və Milli Olimpiya Komitəsi ilə birlikdə həyata keçirir; yığma komandalara təsdiq edilmiş idmançıların başqa klublara keçid məsələlərinə nəzarət edir və öz rəylərini bildirirlər.
IV.
XXVİİİ Yay Olİmpİya Oyunlarına hazırlığın
əsas İstİqamətlərİ və
mərhələlərİ
Olimpiya Oyunlarına hazırlığın əsas istiqamətləri aşağıdakılardır: XXVIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının iştirak edəcəyi idman növlərinin müəyyənləşdirilməsi; Olimpiya Oyunlarında iştirak edəcək Olimpiya yığma komandasına namizədlərin təsdiq edilməsi; Olimpiya yığma komandasına daxil edilmiş idmançıların təşkilati, elmi-metodiki işlərinin, məişət məsələlərinin, maliyyə təminatının müvafiq qaydada və müntəzəm surətdə planlı şəkildə həyata keçirilməsi; təlim-məşq proseslərinin elmi-metodiki əsaslarla mərhələlər üzrə həyata keçirilməsinin təmin edilməsi; Olimpiya Oyunlarına hazırlığın həyata keçirildiyi idman qurğularının müasir tələblərə uyğun maddi-texniki təchizatının təmin edilməsi; Olimpiya yığma komandalarına namizəd və ehtiyat idmançılarla işləyən məşqçi və mütəxəssislərin ixtisas səviyyələrinin mütəmadi olaraq artırılması və təkmilləşdirilməsinin həyata keçirilməsi.
XXVIII Yay Olimpiya Oyunlarına hazırlığın aparılması, qarşıya qoyulmuş əsas məqsəd və vəzifələrin həyata keçirilməsi 3 mərhələdən ibarətdir:
I mərhələ 2001-ci ili əhatə etmişdir.
Bu mərhələdə əsas diqqət idmançıların məşq və yarış fəaliyyətlərinin müasir göstəricilərinin saxlanılmasına, Olimpiya Oyunları proqramında respublika idmançılarının iştirak edə biləcəyi idman növlərinin müəyyənləşdirilməsinə yönəldilmişdir. Həmin il ərzində Olimpiya Oyunlarına hazırlıq üzrə müəyyən edilmiş idman növləri üzrə milli yığma komandaların komplektləşdirilməsi, məşqçilər heyətinin, yığma komandaların hazırlanması və təsdiqi, ayrı-ayrı idmançıların illik və perspektiv hazırlıq planlarının təsdiqi, daha yüksək nəticələr əldə edilə biləcək idman növlərinin müəyyənləşdirilməsi, idmançıların məşq və yarış vaxtı fəaliyyətlərinin müasir parametrlərə uyğun formalaşdırılması, təlim-məşq prosesinin, toplanış və yarış günlərinin aylar və bütövlükdə mərhələ üzrə konkret bölüşdürülməsi işləri başa çatmışdır.
II mərhələ: 2002-ci il — oktyabr 2003-cü il
idmançıların funksional imkanlarının, eləcə də əvvəlki hazırlıq dövrlərində formalaşdırılmış fiziki, texniki, taktiki və xüsusi hazırlıq keyfiyyətlərinin saxlanılması, plan üzrə inkişaf etdirilməsi və təkmilləşdirilməsi; yığma komandaların heyətlərində daha ümidverici namizədlərin saxlanılması və onlarla intensiv hazırlığın davam etdirilməsi; Olimpiya Oyunlarında iştirak etmək hüququ qazana biləcək real idman növləri qruplarının müəyyənləşdirilməsi və bu idman növləri üzrə hazırlığı davam etdirən namizəd-idmançıların nəticələrinin ilkin proqnozlaşdırılması.
III mərhələ: noyabr 2003-cü il — 2004-cü il
idmançıların XXVIII Yay Olimpiya Oyunlarına hazırlığının son mərhələsində idmançıların hazırlığının mərhələlər üzrə ən yüksək göstəricilərlə həyata keçirilməsinin təmin edilməsi; beynəlxalq və Azərbaycan Respublikasının idman federasiyaları tərəfindən idmançıların yarış səviyyələrinin yoxlanılması, modelləşdirilməsi və proqnozlaşdırılması; seçmə yarışlarda Azərbaycan Olimpiya yığma komandalarının tərkibinin son variantda müəyyənləşdirilməsi və təsdiq edilməsi; Olimpiya Oyunlarına lisenziya verilməsi haqqında beynəlxalq federasiyaların müəyyən etdikləri şərtlər və normativlərin yerinə yetirilməsinin namizəd-idmançılar tərəfindən təmin olunması; əsas yarışqabağı hazırlıq mərhələsində Olimpiya yarışlarına qədər hərəkətverici və psixi potensialın yüksək səviyyədə inkişafına nail olmaq və yarışların gedişində onun reallaşdırılması; olimpiyaçıların hazırlığının ən yüksək zirvə mərhələsinə (pik formasına) çatdırılması.
İdman növləri üzrə yığma komandaların və onların fəaliyyətinin idarə olunması
XXVIII Yay Olimpiya Oyunlarına hazırlığın ilkin mərhələlərindən başlayaraq yığma komandaların tərkibinə bacarıqlı, ümidverici idmançıların cəlb olunmasının təmin edilməsi, onlarla aparılan hazırlıq işlərinin təşkilinin səmərəliliyini artırmaq məqsədi ilə aşağıdakı kompleks tədbirlərin həyata keçirilməsi vacibdir:
şəhər və rayonlarda gənclər və idman idarələri ilə birgə idman yönümlü təşkilatlarda Olimpiya dayaq idman növlərinin müəyyən edilməsi; dayaq idman növləri üzrə ehtiyat qüvvələrinin hazırlığı və idman ustalığının artırılması; tənəzzüldə olan idman növlərinin respublikada daha geniş təbliğini təmin etmək, bu növlər üzrə respublika miqyaslı yarışların sayını artırmaq, ümidverici idmançıları müəyyən edib, onların hazırlığının intensiv, elmi-metodiki prinsiplər əsasında xüsusi proqram üzrə aparılmasını təmin etmək; Azərbaycan Respublikasının yığma komandalarının və ehtiyat qüvvələrinin 2001 — 2004-cü illər ərzində hazırlığının Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, idman yönümlü təşkilatlar və respublika idman federasiyaları ilə birlikdə həyata keçirilməsini təmin etmək; yığma komanda üzvlərinin hərtərəfli hazırlığının qiymətləndirilməsi, Olimpiya dövrünün konkret yarışları üçün yığma komandaların tərkibinə daxil edilməsinin mümkünlüyü prinsiplərini müəyyən etmək; Olimpiya yığma komandalarına namizəd — üzvlərin aşağıdakı prinsiplər üzrə seçilməsinə nail olmaq: rəsmi yarışlarda nəticələri sabit olan idmançılar; çətin yarış şəraitində son həddən istifadə edən, möhkəm iradəli idmançılar; 2000 — 2001-ci illərdə əsas rəqibləri üzərində qələbə qazanan idmançılar və s.
V. Azərbaycan
İdmançılarının Yunanıstanın Afİna
şəhərİndə keçİrİləcək
XXVİİİ Yay Olİmpİya Oyunlarına
hazırlığının elmİ-metodİkİ
əsasları
Azərbaycan Respublikasının Olimpiya növləri üzrə yüksək ixtisaslı idmançılarının elmi-metodiki cəhətdən (tibbi-bioloji, texniki-taktiki, pedaqoji-psixoloji) hazırlığının əsasları aşağıdakılardır:
1. Yüksək nailiyyətlər əldə etmək məqsədi ilə idmançıların məşğələlərdən sonra fərdi olaraq orqanizmlərinin tam və hərtərəfli bərpa etdirilməsi üçün tibbi-bioloji təminatın yaradılması. Buraya aşağıdakılar daxildir:
kardioloji, farmakoloji, travmatoloji, fizioloji, biokimyəvi, psixoterapevtik sahələrin yüksək elmi dərəcəli mütəxəssislər və dərman preparatları ilə, həmçinin masajistlərlə təmin edilməsi.
2. Texniki-taktiki hazırlığa aşağıdakılar daxildir:
biomexanika elmi üzrə yüksək ixtisaslı mütəxəssislərin fəaliyyət göstərməsi; idmançıların hərəkətləri yerinə yetirərkən texniki və taktiki cəhətdən öz imkanlarından düzgün və səmərəli istifadə etmələri üçün (yəni az enerji sərf etməklə lazım olan nəticələri əldə etmək) idman növləri üzrə elmi-kompleks tədbirlər metodundan istifadə edilməsi; tenzometrik körpücük — hərəkətin icrası zamanı fazalararası vaxt üfüqi və şaquli səthə tətbiq olunan gücü müəyyənləşdirir; qonioqrafiya — hərəkətin icrası zamanı oynaqlarda olan əyrilikləri, bucağı təyin edir; spidoqrafiya — sürəti, sürətləndirmə və hərəkətin yolunu (trayektoriyanı) müəyyən edir; mioqrafiya — idman növündən asılı olaraq, hansı əsas əzələlərin və hansı rejimdə işdə iştirak etməsini, həmçinin əzələlərin ardıcıllıqla işə qoşulmasını müəyyənləşdirir; şleyf ossiloqrafı — qeydedici cihaz və s.
3. Pedaqoji-psixoloji hazırlığa aşağıdakılar daxildir:
idmançıların respublikamızı milli ruhda beynəlxalq aləmdə layiqincə təmsil etmələri və yüksək nəticələr qazanmaları üçün psixoloji hazırlığın olması; respublikada tanınmış pedaqoq və psixoloqların yığma komandaların və elmi-kompleks qrupların tərkibində fəaliyyət göstərməsi.
Azərbaycan idmançılarının idman növləri üzrə elmi-metodiki cəhətdən hazırlığının əsas prinsipləri aşağıdakılardır:
hərtərəfli hazırlığın vahid və funksional mexanizmi haqqında məlumat; təşkilati-metodiki göstəricilər, məşq və yarış prosesi, bərpaedici proses, elmi, tibbi, məlumatlandırıcı, maddi-texniki, sosial-iqtisadi təminat (4 nömrəli cədvəl);
4 nömrəli
cədvəl
2004-cü il XXVIII Yay Olimpiya Oyunlarında iştirak edəcək
idmançılar üçün hazırlıq sisteminin
Proqramı
Olimpiya Oyunlarına hazırlığın planlaşdırılması:
idmançıların fərdi hazırlığında hərtərəfli imkanların müəyyən edilməsi, idman məşğələlərinin müxtəlif mərhələlər və dövrlərdə bərpası, məşq proseslərinin daha səmərəli vasitə və metodlarının müəyyən edilməsi; Afinada keçiriləcək XXVIII Yay Olimpiya Oyunlarında yüksək nəticə əldə edə biləcək idmançıların məşq prosesində hazırlığının modelləşdirilməsi, hər bir idmançının fərdi olaraq texnikasını əks etdirən pasportların tərtib edilməsi və nəticələr barədə müntəzəm olaraq məlumatların qeyd olunması; idmançıların xüsusilə iş qabiliyyətinin daim kompleks şəkildə yoxlanılması və təkliflərin verilməsi; yarışlarda iştirak etdikdən sonra təhlil əsasında yenidən məşq prosesinin əlverişli şəraitdə qurulması və təkmilləşdirilərək davam etdirilməsi; idman məşqlərinin yeni, səmərəli vasitə, metod və formalarının təsdiq və tətbiq edilməsinin işlənib hazırlanması.
Yüksək səviyyəli idmançıların hazırlıq sisteminin fenomeni — hərəkətverici keyfiyyətlərin və qabiliyyətlərin maksimum səviyyəsinin ən yaxşı uyğunluqla və lazımi vaxtda — 4 illik dövrü ən əsas yarışlarında — XXVIII Yay Olimpiya Oyunlarında üzə çıxarılması zəruridir (5 nömrəli cədvəl).
5 nömrəli
cədvəl
Yüksək ixtisaslı idmançıların hazırlıq sisteminin funksional sxemi
2004-cü il Olimpiya Oyunlarının qalib və mükafatçıları üçün proqnozlaşdırılan idman nəticələri idmançıların hazırlığının dövrlər üzrə kompleks proqramıdır ki, bu da idman növləri üzrə hazırlığın hərtərəfli, məqsədyönlü və kompleks şəkildə aparılması, göstərilən tələblərin yüksək səviyyədə yerinə yetirilməsi ilə əks olunur.
İdman yarışlarının sistemi və hazırlığın mərhələləri
İdman yarışları qarşılıqlı mübarizə şəraitində yüksək idman nəticələrinin artırılmasına yönəldilmiş fəaliyyətdir.
İdmançının hazırlığının inkişaf etdirilməsi məqsədi ilə keçirilən yarışlar:
bunlar hazırlığın əsas mərhələsi, silsiləvi, dövri olan yarışlardır: həmin yarışlara Olimpiya Oyunları, dünya və Avropa Çempionatı və kubokları, ölkə çempionatları aiddir; XXVIII Yay Olimpiya Oyunları dövründə (2001 — 2004-cü illər) il ərzində idman növləri üzrə əsas yarışlar 2-dən 4-ə qədər nəzərdə tutulur; ən yüksək idman nəticələrinə nail olmaq bu yarışlarda qarşıya qoyulan məqsəddir; həmçinin, bu yarışlar idmançıların fiziki, texniki, faktiki, funksional və psixoloji keyfiyyətlərini üzə çıxarır və düzgün istiqamətə yönəldir.
Yarışlar — hazırlıq vasitəsidir.
Bu yarışlar məşqedici, yoxlama, seçmə və yekunlaşdırıcı xarakter daşıyır. Bu yarışlarda idmançıların iştirakı onların hazırlıq səviyyəsinə nəzarət etməyə imkan verir və idman ustalığının artırılmasına səbəb olur. İdmançıların hazırlığının planlaşdırılmasının xüsusiliyi, məşq proseslərinin 4 illik və illik mərhələləri iki əsas faktorla müəyyən edilir:
a) idman yarışlarının təqvim planı;
b) idmançıların idman ustalıqlarının artırılması və daim təkmilləşdirilməsi üçün psixo-pedaqoji və tibbi-bioloji qanunauyğunluqların olması. Burada maksimum qabiliyyətlərin üzə çıxarılması və yüksək idman nəticələrinin nümayiş etdirilməsi üçün idmançının yarışlarda iştirakının xüsusi hazırlıq vəziyyəti müəyyən edilir və müəyyən vaxtla formalaşır.
Hal-hazırda müxtəlif idman növlərində yüksək ixtisaslı idmançıların hazırlığının mərhələlərə bölünməsinin bir neçə variantı mövcuddur (1.1 nömrəli əlavə).
2002 — 2004-cü il Olimpiya Oyunlarına hazırlığın ayrı-ayrı illəri üçün məşq yüklərinin dinamikası 1.2 nömrəli əlavədə göstərilmişdir.
İdman məşqlərinin metodiki aspektləri
Müasir mərhələdə idman məşqləri bütün idman növləri üçün xarakterik olan aşağıda göstərilən prinsip və müddəalara əsaslanır:
fiziki keyfiyyətlərin və hərəkətverici bacarığın inkişaf etdirilməsi xüsusi məşq vasitələri və metodlarının tətbiq edilməsi ilə və onların həcm və intensivliyə görə uyğunluğunun əldə edilməsi ilə, tapşırıqların mürəkkəbləşdirilməsi və yerinə yetirilməsi şərtləri ilə, texniki, taktiki səviyyə ilə və psixoloji gərginliklə əldə edilir; baza hazırlığı prosesi xüsusi fiziki hazırlığın yüksək səviyyəsidir, bu zaman texniki vərdişlərin geniş dairəsi, taktiki bilik və psixi təmkinlik formalaşır və proqnozlaşdırılan yarış fəaliyyətini üstələyir; hazırlıq yarışlarında iştirak edərək, bir illik və dörd illik dövrdə spesifik məşğələlərin sayının artırılması (1.3 nömrəli əlavə); məşq və yarış proseslərində verilən yükün vahidliyi və optimal uyğunluğu, bərpa üsulları, fiziki keyfiyyətlərin və hərəkət vərdişlərinin inkişaf etdirilməsinin və təkmilləşdirilməsinin metodlarının seçilməsi; böyük idmanda göstərilən nəticələrin daimi inkişaf etdirilməsi, ardıcıllıqla öyrənilməsi, nümunəvi, hərtərəfli təcrübənin yayılması, idman ləvazimatlarının və avadanlıqlarının müasirləşdirilməsi, idmanın metod və vasitələrinin səmərələşdirilməsi, idmançıların xüsusi iş qabiliyyətinin bərpa etdirilməsi və artırılması üçün tibbi preparatlardan istifadə edilməsi nəzərdə tutulan hazırlıq sisteminin əsasıdır (1.4 nömrəli əlavə).
İdman növləri üçün xarakterik olan prinsiplərlə yanaşı, müxtəlif idman növlərində yüksək səviyyəli idmançıların hazırlığı üçün bir sıra spesifik metodiki tələblər mövcuddur. Belə ki, hər bir idman növünün münasib yaş xüsusiyyətləri nailiyyətlərin artırılması üçün əsas şərtlərdəndir. Olimpiya idman növlərində nəticələrin səviyyəsinin sabitləşməsi, yüksəlməsi və aşağı enməsi yaş prinsipinə əsasən üç zonaya bölünmüşdür (1.5 nömrəli əlavə).
Sürət — güc idman növləri
2001 — 2004-cü il Olimpiya dövrü üçün müxtəlif idman növlərinin inkişafının əsas prinsipləri aşağıdakılardır:
fiziki keyfiyyətlərin və dayaq-hərəkət aparatının təkmilləşdirilməsi əsasında idman nəticələrinin sonrakı inkişafı; fiziki keyfiyyətlərin məqsədyönlü inkişafı əsasında texniki-taktiki ustalığın formalaşması, Olimpiya Oyunlarında əldə olunmuş nəticələrin səviyyəsini artıran xüsusi hazırlıq ehtiyatının yaradılması; idmançılarda yüksək sürət-gücün mövcudluğu, səmərəli idman texnikasında idman növündən asılı olaraq, əsas əzələlərin iş rejimində ardıcıllıqla işə qoşulmasında mühüm əhəmiyyət kəsb etməsi; yoxlama və nümunəvi məşqlər sistemində yarış fəaliyyətinin əsas cəhətlərinin çox sayda təkrar edilməsi; cari Olimpiya silsiləsində idman məşqlərinin təcrübəsinə əsaslanan müasir metod və vasitələrin tətbiq edilməsi; bu zaman məşqlərin əsas hissəsi rəqiblə qarşılıqlı rəqabət şəraitində keçirilməlidir.
Bir qayda olaraq, məşq prosesinin illik hazırlıq mərhələsinin bütün dövrlərində (keçid dövrü istisna olmaqla) yarışda yerinə yetirilən tapşırıqlardan üstün olan, lakin xarakterinə görə yarış fəaliyyətinə uyğun olan tapşırıqlar tətbiq edilir.
Mürəkkəb koordinasiyalı idman növləri
Hazırkı dövrdə mürəkkəb koordinasiyalı idman növləri üçün aşağıdakılar xarakterikdir:
yarış hərəkətlərinin çətinləşdirilməsinin nəzərə çarpacaq dərəcədə artırılması, idmançıların çıxış proqramına «cəhdi hərəkətlər»in daxil edilməsi, yeni, səmərəli hərəkətlərin tapılması və onların çətinləşdirilməsi; məşq prosesinin çətinliyi və psixoloji gərginliyin daim artırılması, idman texnikasının ustalıq səviyyəsinə çatdırılması.
İdmançıların yüksək səviyyədə hazırlığında əsas məqsəd idman yarışlarının ən çətin şəraitində də yüksək nəticənin əldə edilməsidir. Bunun üçün də, şübhəsiz ki, daha mürəkkəb tapşırıqları nəzəri və təcrübi mənimsəmək lazımdır. Burada əsas iş idmançıların 2004-cü il Olimpiya Oyunlarına çıxışlarını proqnozlaşdırmaq üçün yarış fəaliyyətinin öyrənilməsinə sərf edilir.
Beləliklə, məşq prosesində yeni vasitə və metodların axtarılıb tapılması və yüksək ixtisaslı idmançıların hazırlanması üçün idman təcrübəsinə daxil edilməsi, texniki ustalığın daha səmərəli təkmilləşdirilməsi üçün ayrı-ayrı məşq qurğularından, müxtəlif texniki cihazlardan geniş istifadə edilməsi nəzərdə tutulur. Eyni zamanda 2002 — 2004-cü il Olimpiya dövrünün hazırlıq mərhələsinə daxil edilmiş idmançıların kontingentinin müəyyən edilməsi üçün yarış proqramlarının üstün cəhətləri və onların təkmilləşdirilməsi nəzərə alınır.
Təkmübarizlik idman növləri
Təkmübarizlik idmanın müxtəlif növlərində idmançıların hazırlığının metodiki konsepsiyasına aşağıdakı əsas tələblər daxildir:
yüksək səviyyəli idmançıların yarış fəaliyyətinin quruluşunun müəyyən edilməsi; idmançıların Olimpiya Oyunlarında və başqa böyük miqyaslı yarışlarda qalib gəlmələri üçün zəruri olan texniki, taktiki, hərtərəfli, müxtəlif hərəkətlərin müəyyən edilməsi; qarşıdakı idman yarışlarının məşq şəraitinin müəyyən edilməsi; rəqibin texniki-taktiki hərəkətləri, ehtiyat qüvvələri, güclü tərəfləri, tutuşmaları tətbiq etməyin bütün mümkün yolları haqqında tam məlumatların toplanması (bu zaman məşq prosesində rəqibin üslubunu nümunə kimi götürən rəqib tərəfdaşlar seçilir); təkmübarizlik idman növlərində idmançıların xüsusi hazırlığı idman məşqlərinin bütün mərhələ və dövrlərində keçirilən funksional hazırlığın yüksək səviyyədə olmasına əsaslanır; idmançıların texniki-taktiki və müdafiə xarakterli hərəkətlərinin tərkibinin müəyyən edilməsi və təkmilləşdirilməsi hərəkətverici və fərdi xarakterlərin mövcudluğu ilə həyata keçirilir; təkmübarizlik döyüş növlərində yüksək səviyyəli idmançıların məşq prosesinin əlverişli olması idman məşqlərində yüksək intensivli vasitə və metodların və ikinci dərəcəli fəndlərin (bərpaedici) daha səmərəli uyğunluğunun tətbiq edilməsindən asılıdır; idmançıların psixoloji hazırlığında əsas yer müxtəlif vəziyyətlərin hərtərəfli hazırlanmasına, lazım olan anda düzgün qərarların qəbul edilməsinə və reallaşdırılmasına, eyni zamanda yarışlarda mürəkkəb vəziyyətlərin dəf edilməsi üçün idmançıların sərbəst hərəkət etməsinə verilir.
İdman oyunları
İdman oyunlarında yüksək səviyyəli idmançıların hazırlığının metodiki problemləri bir sıra prinsiplərə əsaslanır:
Olimpiya Oyunlarında və digər böyük yarışlarda müvəffəqiyyətlə çıxış edə biləcək idman komandasının formalaşdırılmasının çətinliyi; yüksək idman nəticələrinin və Olimpiya Oyunlarında nailiyyətlərin əldə edilməsinin əsasını aşağıdakı vəzifələrin həlli təşkil edir: 2002 — 2004-cü illərdə idman oyunlarının inkişaf ənənəsinin qiymətləndirilməsi, tərkibin qabaqcadan müəyyənləşdirilməsi, oyunun quruluşunun və strukturunun kompleks şəkildə müəyyənləşdirilməsi, fiziki keyfiyyətlərin inkişaf səviyyəsinin proqnozlaşdırılması, idmançıların və bütövlükdə komandanın texniki-taktiki hərəkətlərinin müxtəlifliyi və sabitliyi; yüksək səviyyəli idmançılar üçün xüsusi fiziki imkanların formalaşması yüksək atletik keyfiyyətlərlə xarakterizə edilir.
İdman oyunlarında məşq prosesinin istiqamətləndirilməsinə aşağıdakılar daxildir:
idmançıların əsas sıçrayış anlarında yaranan sıçrayış qüvvələrinin inkişaf etdirilməsi hesabına atletik hazırlıq səviyyəsinin zəruri olaraq artırılması; idmançıların fiziki, texniki-taktiki, psixoloji imkanlarını genişləndirmək, hərəkətləri icra edərkən idmançıların tutduğu vəziyyətlərdə qarşılıqlı əvəzetmələr; vaxtın qısalığı zamanı müvafiq qərarların qəbul edilməsi; ayrı-ayrı idmançıların və bütövlükdə komandanın texniki-taktiki cəhətdən fiziki hərəkətlərinin keyfiyyətcə səmərəli inkişaf etdirilərək artırılması; hal-hazırda idman oyunları növlərində psixo-emosional sabitliyə, çətinlikləri dəf etmə qabiliyyətinə, idman məlumatlarını operativ şəkildə hazırlamağa və qəbul etməyə əsaslanan psixoloji hazırlığa diqqət yetirilməsinə xüsusi əhəmiyyət verilməsi.
Azərbaycan idmançılarının elmi-metodiki,
tibbi və məlumatlandırıcı hazırlığı
Azərbaycan idmançılarının XXVIII Yay Olimpiya Oyunlarına və 2002 — 2004-cü illərdə Olimpiya dövrü ərzində digər böyük yarışlara hazırlıq — hazırlıq mərhələsində idmançıların xüsusi hazırlığının parametr və xarakteristikaları, idman-iş qabiliyyətinin, funksional hazırlığın dinamikasının, analitik məlumatların əsasında reallaşdırılır. Qeyd olunan göstəricilər, bir qayda olaraq, idmançıların hazırlıq sistemində elmi-metodiki, tibbi-bioloji və məlumatlandırıcı təlimatlarla müəyyən olunur.
Elmi-metodiki təminat aşağıdakı kimi nəzərdə tutulur:
XXVIII Yay Olimpiya Oyunlarına qədər (2002 — 2004-cü illər) Olimpiya Oyunlarına hazırlıq mərhələlərinin müxtəlif formalarının müəyyən edilməsi; bu proseslərdə, hazırlığın gedişində müxtəlif idman növləri üzrə keçiriləcək tədbirlərdə iştirakın müəyyənləşdirilməsi; ayrı-ayrı idman növləri üzrə göstərilən nəticələrin təhlili və bu fəaliyyətin müxtəlif yollarla təkmilləşdirilməsi; idmançıların hərtərəfli hazırlığının fiziki, texniki-taktiki, funksional, psixoloji cəhətdən araşdırılaraq təkmilləşdirilməsi; məşq yüklərinin araşdırılması və hazırlıqla əlaqədar məşğələlərin idman nəticələrinə yönəldilməsi, idman hazırlığının planlaşdırılması və proqnozlaşdırılması; elmi-metodiki təminat üzrə təcrübi işlər — idmançıların məşq proseslərinin quruluş səviyyəsinin, hazırlığının düzgün planlaşdırılması və aparılması, idmançıların məşq vaxtı fərdi olaraq vəziyyətlərinin yoxlanılıb düzgün, yeni metod və vasitələrdən istifadə olunması, işgörmə qabiliyyətlərinin bərpa edilməsi və artırılması, eyni zamanda hər bir konkret idmançının orqanizmi üçün yeni vasitə və metodların təsirinin yoxlanılması (1.6 nömrəli əlavə); elmi-metodiki təminatın tətbiq edilməsi və həyata keçirilməsi üçün xüsusi elmi mərkəzlərin yaradılması, müasir tələblərə uyğun olan avadanlıqlar və kompüterlərlə təmin edilməsi; elmi-metodiki təminat proqramının təcrübədən keçirilməsində müxtəlif idman növləri üzrə yığma komandaların xüsusi kompleks metodlarla yanaşı, tələb olunan qaydada — idmanın oxşar növləri ilə əlaqələndirilən müqayisəli məlumatlar almağa imkan verən hərtərəfli metodlardan istifadə olunması; Olimpiya Oyunlarına respublika yığma komandalarının hazırlığına elmi-metodiki təminat yığma komandaların məşqçilər şurasının, idman növləri üzrə respublika idman federasiyalarının sifarişləri əsasında formalaşdırılması, xüsusi olaraq dövlət və təşkilatlar tərəfindən ayrılmış maliyyə vəsaitindən maliyyələşdirilməsi; elmi-metodiki iş üzrə ümumi təşkilati və əlaqələndirici fəaliyyətin işçi qrupu tərəfindən həyata keçirilməsi; tibbi təminat üzrə təcrübi işlərin yığma komandaya daxil olan həkimlər və masajistlər tərəfindən həyata keçirilməsi, idmançıların bu sahədə hazırlığına xüsusi elmi-metodiki və tibbi mərkəzlər tərəfindən nəzarət edilməsi.
Dopinq əleyhinə nəzarət
Milli yığma komandaların hazırlıq prosesində vacib məsələlərdən biri idmançıların orqanizmlərinin bərpası üçün qadağan olunmuş farmakoloji hormonal preparatlardan, qızışdırıcılardan və s. istifadə edilməməsi üçün ciddi nəzarətin təşkilindən ibarətdir. Bu sahədə, əsasən, yığma komandaların məşqçiləri böyük məsuliyyət daşıyırlar. 2001-ci ildən rəsmi yarışlarda beynəlxalq federasiyalar tərəfindən dopinqə qarşı keçirilən yoxlamalarda Azərbaycanın yığma komandalarının idmançılarının dopinqdən istifadə etmə halları qeydə alınmamışdır. Bu işin davam etdirilməsi üçün məşq proseslərində, təlim-məşq toplanışlarında məşqçilərin idmançılara ciddi nəzarəti tələb olunur.
Azərbaycan Respublikası keçmiş SSRİ-nin tərkibində olarkən, dopinqə qarşı yoxlamalar Moskva şəhərində həyata keçirilirdi. Lakin 1991-ci ildən — respublikamız müstəqil dövlət kimi tanındıqdan sonra idmançılarımız respublika çempionat və birinciliklərindən sonra birbaşa beynəlxalq yarışlara ezam olunurlar. Hal-hazırda respublikamızda dopinq nəzarətinə qarşı laboratoriyanın olmaması əvvəlcədən bu yoxlamaları həyata keçirməyə imkan vermir.
Dopinq əleyhinə xüsusi laboratoriyanın yaradılması və mütəxəssislərlə təmin edilməsi, cihaz və avadanlıqların respublikamıza alınıb gətirilməsi istiqamətində işlər görülməsi ən vacib məsələlərdəndir.
İdman növləri üzrə ehtiyat qüvvələrin hazırlığı
Olimpiya Oyunlarında Azərbaycan milli yığma komandası idmançılarının müvəffəqiyyətli çıxışları çox zaman Olimpiya ehtiyatları hazırlığının kompleks şəkildə hərtərəfli təkmilləşməsindən və yüksək səviyyəli idmançıların tərbiyə olunmasından asılı olur.
Hazırda müxtəlif idman növləri üzrə ehtiyat qüvvələrin yaradılması üçün idman klublarına, cəmiyyətlərinə, uşaq-gənclər idman məktəblərinə, Olimpiya ehtiyatı məktəblərinə gənc, yeniyetmə və hazırlıqlı idmançılar daxil edilməlidir.
İdman növlərində idmançıların hazırlığında əsas vəzifələr aşağıdakılardır:
müasir proqramlara görə məşq və yarış yüklərinin yerinə yetirilməsi; idman fəaliyyətinə professional münasibət üçün əsas istiqamətlərin tərbiyə edilməsi; Azərbaycan yığma komandalarının yeniyetmə və gənclərdən ibarət heyətinə daxil olmaq üçün nəzərdə tutulmuş idman nəticələrinin əldə edilməsi.
Yüksək idman ustalığı mərhələsi
Bu mərhələdə:
dünya miqyaslı idmançılar üçün xarakterik olan məşq və yarış yüklərinin yerinə yetirilməsi; dünya səviyyəsinə uyğun idman nəticələrinin əldə edilməsi; 2004-cü il Olimpiya Oyunlarında iştirak etməyə əsas namizəd olan idmançıların müəyyənləşdirilməsi, yığma komanda üçün hazırlanan gənclərdən və yeniyetmələrdən ibarət ehtiyat qrupların sayının artırılması nəzərdə tutulur.
Tərbiyəvi iş və psixoloji hazırlıq
Azərbaycan idmançılarının hazırlıq sisteminə vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım hisslərinin tərbiyə edilməsi və s. daxil edilmişdir.
Yüksək idman nailiyyətlərinin qazanılması üçün, hər şeydən əvvəl, idman komandalarında işgüzarlıq, professionallıq, qələbə qazanmağa can atmaq kimi mənəvi-psixoloji mühitin formalaşması tələbləri qoyulur. Bu zaman daha mühüm vəzifələr kimi — idmançıların və məşqçilərin sosial müdafiəsi və cəmiyyət arasında nüfuzunun yüksəldilməsi, maddi, sosial və mənəvi stimulların nəinki qazanılmış nəticələrdən, eyni zamanda fərdi planların, məşq tapşırıqlarının və məişət intizamının yerinə yetirilməsindən asılı olaraq tətbiq edilməsi irəli sürülür.
Bütün bunların əsasında idmançının idman fəaliyyətinin subyekti kimi şəxsiyyətin tanınması və hörmət edilməsi amili durur. Məşqçi və idmançının qarşılıqlı əlaqəsi əvvəllər mövcud olmuş təcrübəni davam etdirən bərabər münasibətlər prinsipi üzərində qurulur. Yalnız bu zaman məşqçi idmançıda öz fəaliyyətinin müəyyən müsbət cəhətlərini görür.
Azərbaycan idmançılarının idman mübarizəsində başlıca silahı ruh yüksəkliyi, onun vətənpərvərlik hissləridir. İdmançının şəxsi keyfiyyətləri, ailə-məişət problemləri, dünyagörüşü haqqında da düşünmək lazımdır.
Yüksək ixtisaslı idmançıların hazırlığının psixoloji cəhətdən təmin edilməsi — idmançıların fizioloji imkanlarının üzə çıxmasının və onlardan maksimum istifadənin və hətta çətin şəraitlərdə də özünüidarəetmənin, maksimum yüklərdən sonra psixoloji cəhətdən bərpasının nisbətən təmin edilməsinə şərait yaradır (1.7 nömrəli əlavə).
Məşqçi-mütəxəssislərin ixtisaslarının artırılması
Yüksək səviyyəli idmançıların hazırlıq sisteminin müasir tələblərə uyğun qurulması qarşıya professional məşqçilərin hazırlanması tələbini qoyur. Bu proses idman məşğələlərinin metodikası və nəzəriyyəsi sahəsində professional səviyyəli mütəxəssislərin möhkəm, hərtərəfli biliklərə yiyələnmək sistemini nəzərdə tutur.
Dərin nəzəri və elmi-metodiki hazırlıq məşqçiyə imkan verir ki, idmançıların hazırlığı haqqında yeni məlumatları məqsədəuyğun surətdə mənimsəsin, yüksək səviyyəli idmançıların hazırlığının əsas problemlərinin həllində bir-biri ilə əlaqəli növlərin əhəmiyyətini və rolunu obyektiv qiymətləndirsin, şəxsi pedaqoji yaradıcılıq üçün məlumatların elmə əsaslanan bazasını yaratsın. Bunun əsasında Milli Olimpiya komandalarının məşqçilərinin peşəkar hazırlığı, ixtisaslarının artırılması sistemi qurulur. Burada aşağıdakı vəzifələr əsas götürülür:
yüksək səviyyəli idmançıların hazırlanması üçün nəzəri və elmi-metodiki biliklər əsasında məşqçilərin maarifləndirilməsi; idman məşğələlərinin müasir metodikasının mənimsənilməsi və idmançıların hazırlığında təcrübi yeniliklərin təkmilləşdirilməsi.
Ardıcıl maarifləndirmə sistemində isə aşağıdakılar nəzərdə tutulur:
Olimpiya yığma komandalarının məşqçiləri və onların ehtiyat qüvvələri üçün Olimpiya dövrünün başlanğıcında məruzələr edilməsi, yüksək səviyyəli idmançılarla işləmək üçün lisenziyaların verilməsi və ixtisasartırma fakültələrində tədris; illik elmi-metodiki konfranslarda iştirak etmək; masajistlər, həkimlər, psixoloqlar üçün ixtisaslaşdırılmış institutlarda 5 ildən bir yenidən təkmilləşmə; ixtisasların artırılması sistemində xarici komandalarla birgə idman mərkəzlərində təcrübələrdə iştirak etmək (1.8 nömrəli əlavə).
Maddi-texniki və maliyyə təminatı
2004-cü ilin XXVIII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının müvəffəqiyyətlə çıxış etməsi müasir maddi-texniki və maliyyə təminatı ilə sıx bağlıdır. Bu problemlərin həlli aşağıdakılara yönəldilmişdir:
yüksək ixtisaslı kadrların — idmançıların, məşqçilərin və digər mütəxəssislərin müdafiəsi; idman qurğularının, ixtisaslaşdırılmış kompleks avadanlıqların lazımi səviyyədə qorunub saxlanılması; məşğələlərin yeni, müasir vasitə və metodlarının işlənib hazırlanması və idmançıların ağır fiziki və psixi-emosional yüklərdən sonra bərpa edilməsi; burada hər şeydən əvvəl idmançıların yüksək enerji potensialının bərpa edilməsini təmin edən kompleks vitaminlərlə və təbii mənşəli qidalandırıcı ərzaqlarla təmin edilməsi nəzərdə tutulur; müasir idman inventarları və avadanlıqlarının, məşq vasitələrinin və elmi tədqiqat aparatlarının əldə edilməsi; müasir tələblərə cavab verən bazalarda təlim-məşq toplanışlarının keçirilməsi; idmançıların hazırlığı üçün tibbi və sanitar-gigiyenik xidmətin təmin edilməsi; idmançıların fiziki, psixoloji vəziyyətlərinə kompleks şəkildə nəzarət edilməsi; idmançıların maariflənməsi və mədəni inkişafı üçün şəraitin təmin edilməsi.
Bütün bu tədbirlər Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi, idman növləri üzrə federasiyalar, cəmiyyətlər və yerli idman təşkilatları və idman bazalarının mütəxəssislərini cəlb etməklə dispanserlər, bədən tərbiyəsi üzrə ali məktəblərin elmi işçiləri və digər təşkilatlar tərəfindən təşkil edilir və həyata keçirilir.
Konsepsiyanın reallaşdırılmasının yoxlanılması sistemi
Olimpiya yarışlarına hazırlıq dövründə yüksək səviyyəli idmançıların hazırlığı və onların yarışlarda göstərdikləri nəticələri idman növlərinin inkişafı üzrə konsepsiyanın həyata keçirilməsi və ona nəzarətin reallaşdırılması üçün konkret göstəricilərdir.
2004-cü ildə XXVIII Yay Olimpiya Oyunlarına Azərbaycan yığma komandalarının idmançılarının hazırlığı üzrə bütün strukturların fəaliyyətinin koordinasiyası və Olimpiya dövründə idman hazırlığı sisteminin kompleks təhlili işçi qrupu tərəfindən həyata keçirilir.
1.1 nömrəli
əlavə
Yüksək İxtİsaslı
İdmançıların hazırlığının
planlaşdırılması
1. Yarış fəaliyyətinin planlaşdırılmasının daha tipik iki variantı 6 nömrəli cədvəldə göstərilmişdir.
I variant. Mövsüm üçün «əsas startla» idman yarışlarının təqvimi iki mərhələdə qurulur:
1-ci mərhələ: Olimpiya Oyunları, dünya və Avropa çempionatları: buraya əsas dövrləri hazırlıq və yarış olan, digər mərhələlər isə seçmə və bilavasitə yarışa hazırlıq mərhələsini özünə daxil edən idman məşqlərinin xüsusi olaraq iki dövrü aid edilir (məsələn, payız-qış və yaz-yay); 2-ci mərhələ: idman formasının müntəzəm inkişafı prinsipi üzrə formalaşdırılmış, yüksək ixtisaslı idmançıların hazırlığının planlaşdırılması: burada da yarış dövrlərinin (qış və yay) 1-ci mərhələdə olduğu kimi, təxminən eyni ardıcıllığı vardır. Lakin yarışlar mərhələlərdə bərabər bölüşdürülmüşdür, hazırlıq dövrlərinin keçirilməsi də 1-ci mərhələdəki kimidir.
II variant. İllik silsilə idmançıların hazırlığının planlaşdırılmasının bu variantına idman oyunları növlərində idman məşqlərinin dövrləşməsi uyğun gəlir. Bu zaman idman dövrlərinə təqvim oyunları (matçlar) uyğunlaşdırılır, onların arasındakı fasilədə isə hazırlıq dövrləri (mikro) geniş keçirilir.
6 nömrəli
cədvəl
Yüksək ixtisaslı idmançıların hazırlığının çoxillik planlaşdırılmasının daha məqsədəuyğun variantını aşağıdakı ardıcıllıqla reallaşdırılan qoşalaşmış yarış dövrü təşkil edir:
idman formasının müntəzəm inkişafı variantı, onun məqsədli təyin edilməsi; yarış hazırlığının formalaşdırılması və inkişafı; «Əsas start» variantı.
Bu, hərəkətverici imkanların qazanılmış səviyyəsinin reallaşdırılması mərhələsidir.
İllik hazırlıq dövrünün planlaşdırılmasının təxmini sxemi 7 nömrəli cədvəldə əks olunmuşdur.
7 nömrəli
cədvəl
1.2 nömrəli
əlavə
Olİmpİya dövrünün
İllərİ üzrə müxtəlİf
İstİqamətlİ məşq yüklərİnİn
dİnamİkası
(orta statistik məlumatlar faizlə göstərilmişdir)
1. Yarışa yaxın və yarış intensivliyi ilə yerinə yetirilən tapşırıqlar (maksimumdan başlayaraq 96-100%) praktiki olaraq, idmançıların əsas hərəkətinin bütün müvəqqəti hallarını aradan qaldırır. Ümumi inkişafetdirici «məşq vasitələri» olan bu vasitələrdən, əsasən, yarışlarda istifadə edilir. Bu qrup məşq tapşırıqlarına yarışı yüksəldən intensivliklə yerinə yetirilən bütün tapşırıqlar daxil edilir.
2. Məşq yüklərinin intensivliyinin illik artırılması (8 nömrəli cədvəl, 1-ci bənd) bərpaedici xarakterli yüklərin həcminin nəzərəçarpacaq dərəcədə artırılmasını zəruri edir.
Atletik hazırlıq (ümumi fiziki hazırlıq) yüksək ixtisaslı idmançıların xüsusi iş qabiliyyətinin formalaşması üçün baza təşkil edir. Bu da öz növbəsində Olimpiya dövrünün müxtəlif illərində ümumi inkişafetdirici tapşırıqların həcminin nəzərəçarpacaq dərəcədə artırılmasının əsasını təşkil edir (8 nömrəli cədvəl).
8 nömrəli
cədvəl
1.3 nömrəli
əlavə
Dünya sәviyyәli idmançıların illik
məşq və yarış yüklərinin
münasib parametrləri
(2001-2004)
1.4 nömrəli əlavə
İdmançıların
hazırlığının ümumİ sİstemİndə
dərman preparatları vasİtələrİndən
İstİfadə olunmasının əsas prİnsİplərİ
Preparatların əsas qrupu (10-20 fərd üçün seçilmiş və sınaqdan keçirilmiş) iki yerə bölünür:
Strateji: nesteriodnan quruluşlu anobiozlaşdırıcı vasitələr (xarici şəraitin təsiri ilə orqanizmdə həyat fəaliyyətinin müvafiq olaraq dayanması və ya zəifləməsi), aktoprotektor, psixostimulayatorlar (psixi reaksiya törədən səbəb), zülal-pepton hormonları (Olimpiya Komitəsinin tibb komissiyası tərəfindən qadağan olunmamış preparatlardan istifadə etmək).
Taktiki: vitaminlər və komplekslər, enerji törədən ərzaqlar — karbohidrat-zülal-pepton qarışığı, adoptogenlər (uyğunlaşdırıcı), nootroplar və antioksidantlar (oksidləşmə), immunomodulyator, qepatoprotektorlar, eyni zamanda orqanizm sistemini və orqanların funksiyasını düzəldən preparatlar.
Dərman preparatları vasitələrinin qəbul edilməsi idmançının sağlamlıq səviyyəsi ilə (bu və ya digər xroniki xəstəliklərin mövcudluğu) və eyni zamanda hazırlığın dövr və mərhələləri ilə sıx əlaqədə olmalıdır.
Hazırlığın mərhələlərində dərman preparatları vasitələrinin dəyişdirilməsinin prinsipial sxemi (idman nümunəsində möhkəmliyin üstün göstəriciləri)
Dərman preparatları qrupu |
Hərəkət mexanizmi |
1 |
2 |
Vitaminlər, kofermentlər Adoptogenlər (uyğunlaşdırıcılar) Parenteral qidalanma Psixomodulyator İmmunmodulyator Fərdi göstəricilər üzrə preparatlar Vitaminlər, kofermentlər Adoptogenlər Enerji ərzaqları, intermediatlar Parenteral qidalanma Adoptogenlər Enerji yaradan ərzaqlar,
intermediatlar |
1. Bərpaedici mikrodövr Orqanizmdə biokimyəvi reaksiyaları katalizləşdirir, vitamin çatışmazlığını aradan qaldırır Adaptasiya (uyğunlaşma) prosesini sürətləndirir, orqanizmin mərkəzi əsəb və endokrin sisteminin funksional vəziyyətini tənzimləyir Orqanizmin metobolik paslardan təmizlənməsinə səbəb olur, zülal-karbohidrat və elektrolit mübadiləsi komponentlərinin çatışmazlığını müvazinətləşdirir Əhəmiyyətli psixoemosional yüklərdən sonra mərkəzi əsəb sisteminin funksional vəziyyətini normallaşdırır Hüceyrə-humoral immunitet yaradır Funksional vəziyyəti tənzimləyir, orqanizmin bir-birinə uyğun orqan və sistemlərinə müalicəvi səmərə kimi təsir göstərir 2. Yarışlara bilavasitə
hazırlıq mərhələsi Karbohidrat və lipid metobolizasiyasını tənzimləyir Orqanizmin adaptasiya (uyğunlaşma) və bərpaetmə prosesini sürətləndirir (xüsusilə xarici mühitin xoşagəlməz şəraitində hüceyrə zonalarının kəskin dəyişilməsi zamanı) Enerji «depo»su yaradır, lipolizi sürətləndirir, əzələlərin yığılma funksiyalarını yüksəldir Müəyyən vəziyyətlərdə orqanizmdə qlikogen və lipid «depo»sunu yaradır 3. Yarış dövründə Mərkəzi əsəb sisteminin funksional vəziyyətini stimullaşdırır, eyni zamanda psixoreaksiya törədən hərəkətə sahib olur, bərpaetmə proseslərini gücləndirir Əzələ liflərinin yüksək yığılma funksiyasını təmin edir, təcili bərpaetmə proseslərini sürətləndirir |
1.5 nömrəli əlavə
1.6 nömrəli
əlavə
İdman
hazırlığının İdarə edİlməsİ
Yüksək ixtisaslı idmançıların hazırlıq sisteminin əlverişli olması üçün müsbət təsiredici vasitələrin işlənib hazırlanması və bilavasitə onların məşq prosesinə tətbiq edilməsi vacibdir. Bu elmi-metodiki təşkilat proqramı idmançıların məşq prosesinin idarə edilməsinin əsasını təşkil edir. Aşağıda yüksək ixtisaslı idmançıların hazırlığının idarə edilməsinin sxemi verilmişdir.
Yüksək ixtisaslı idmançıların 2004-cü ildə keçiriləcək XXVIII Yay Olimpiya Oyunlarına hazırlığının idarə edilməsinə metodiki yanaşma idman məşqlərinin «müəyyən məqsədlər üzrə» idarə edilməsi zamanı bir-biri ilə qarşılaşdırılan «olmalıdır — var» prinsipinin tətbiqinə əsaslanır. Burada problemlər iki qrupa ayrılır:
Planlaşdırıcı blok: məşq proqramlarının və hazırlığının planlaşdırılmasının işlənib hazırlanması; Təshihedici blok: idman təcrübəsində plan və proqramların reallaşmasına uyğun gələn nümunə ilə idmançıların hazırlığı.
İdmançıların iş qabiliyyətlərinin real göstəricilərinin və nümunəvi məşq yüklərinin mənimsənilməsinin uzlaşdırılması hazırlığın müxtəlif mərhələlərində plan və proqramların əsasını təşkil edir. Əks əlaqənin mövcudluğu (sxemin 3-cü bloku) idmançıların hazırlığının real gedişinin ideal varianta uyğun olmasını təmin etməyə imkan verir.
1.7 nömrəli
əlavə
Seçİlmİş
İdmançıların psİxolojİ
hazırlığının təmİn edİlməsİ
İdmançıların Olimpiya Oyunlarına psixoloji hazırlığının təmin edilməsi idman məşqləri sisteminin quruluş komponentini təşkil edir və əsas elementləri — psixodiaqnostikanı, psixoproqnostikanı, psixoprofilaktikanı, psixokorreksiyanı özündə birləşdirir.
1. Psixodiaqnostika
Psixodiaqnostika idmançıların fərdi xüsusiyyətlərinin qiymətləndirilməsi üçün standart metodlardan (testlərdən) sistemli və məqsədəuyğun surətdə istifadədən ibarətdir. Psixodiaqnostika sisteminə aşağıdakılar daxildir:
1.1. xüsusi idman qabiliyyətinin inkişaf səviyyəsi, psixoloji xassələr, temperament və xarakterin özünəməxsusluğu, idmançının şəxsiyyətinin xüsusiyyətləri haqqında diaqnoz;
1.2. məşq və yarış yüklərinin daşınmasının fərdi xüsusiyyətləri haqqında diaqnoz;
1.3. məşq prosesinin vəziyyətinin psixi komponentlərinin fərdi dinamikasının qiymətləndirilməsi;
1.4. yarış fəaliyyətinin qiymətləndirilməsi;
1.5. idman kollektivinin sosial-psixoloji metodları, komanda üzvlərinin qarşılıqlı təsir xarakteri, qrupdaxili aktivlik, bütünlükdə komandanın müəyyən məqsədə yönəldilməsinin quruluşu;
1.6. məşq və yarış şəraitində idmançının psixofunksional vəziyyətinin diaqnozu;
1.7. məşq şəraitində idmançının psixofizioloji iş qabiliyyətinin qiymətləndirilməsi;
1.8. idmançının məşq işinin müxtəlif növ və rejimlərinə meyilliyinin diaqnozu;
1.9. idmançının psixoloji və konkret yarışa hazırlığına nəzarət. Psixodiaqnostikanın məlumatlarına əsaslanaraq, idmançının psixoloji xarakteristikası və idman hazırlığı sisteminin təkmilləşdirilməsi üzrə metodiki tövsiyələr tərtib edilir.
2. Psixoproqnostika
Psixoproqnostika psixodiaqnostikanın nəticələri üzərində qurulur və özündə aşağıdakıları əks etdirir:
2.1. xüsusi qabiliyyətlərin perspektiv inkişafının proqnozlaşdırılmasını (əsasən, ilk dəfə milli komandaya düşən gənc idmançılara verilir);
2.2. fəaliyyətin fərdi üslubunun dinamikasının hazırlığın obyektiv və subyektiv faktorlarının təsiri ilə əlaqədar proqnozlaşdırılmasını;
2.3. yarışın çətin vəziyyətlərində sərbəst hərəkət etməyin proqnozlaşdırılmasını;
2.4. yarışqabağı hazırlığın sonuncu mərhələsində hazırlıq dinamikasının proqnozlaşdırılmasını;
2.5. idmançının psixologiyasına və yaxud komandanın sosial-psixoloji mühitinə müxtəlif təsir vasitələrinin səmərəliliyinin proqnozlaşdırılmasını.
3. Psixoprofilaktika
Profilaktik tədbirlər idmançının gündəlik həyatında, başlıca olaraq isə mərkəzləşdirilmiş hazırlıq zamanı (təkmilləşdirilmiş məşq sistemi şəraitində) tətbiq edilir və aşağıdakılar nəzərə alınır:
3.1. eyni məşq yüklərinin təsirindən yaranmış yorucu vəziyyətin profilaktikası (xüsusilə silsiləvi idman növlərində);
3.2. xüsusi tapşırıqların dəfələrlə yerinə yetirilməsində psixi darıxmanın profilaktikası (xüsusilə sürətli və çətin koordinasiyalı idman növlərində);
3.3. təlim-məşq toplanışları zamanı uzunmüddətli hazırlıq dövründə komandada partnyorlarla (sürətli fərdi idman növlərində gələcək rəqiblərlə), məşqçi və xidmət göstərən heyətlə uzun zaman ünsiyyət nəticəsində sosial şəxsi darıxmanın profilaktikası;
3.4. böyük məşq yükləri və məsuliyyətli startı gözləmə nəticəsində əmələ gələn həddindən artıq psixi gərginliyin profilaktikası.
Nəzərə almaq lazımdır ki, bir sıra hallarda müəyyən olunmuş hazırlıq mərhələsində psixi gərginlik müsbət xarakter daşıyır, idmançının psixi hazırlığının əsasını və psixi «maneələrin» dəf edilməsi şərtlərindən birini təşkil edir.
4. Psixokorreksiya
Psixokorreksiyanın vasitə və metodları əsasən idmançının xarakterinin dəyişilməsinə (təkmilləşməsinə), xüsusi qabiliyyətinin inkişafına və idmançının psixi durumunun optimallaşdırılmasına yönəldilir. Psixokorreksiya ümumi (gündəlik məşq prosesində tətbiq edilir) və xüsusi (bilavasitə yarışqabağı hazırlıq dövründə tətbiq edilir) növlərə bölünür.
Ümumi psixoloji hazırlıq aşağıdakı vəzifələri həll edir:
idman məşqləri motivlərinin təkmilləşdirilməsi; məşq prosesinə müsbət münasibətin yaradılması; idmançının xarakterinin yaxşı tərəflərinin inkişaf etdirilməsi və onun zəif cəhətlərinin müvazinətləşdirilməsi; taktiki yeniliklərin psixi komponentlərinin formalaşdırılması (başlıca olaraq, idman oyunlarında və təkmübarizlik idman növlərində); xüsusi idman qabiliyyətini müəyyən edən psixi keyfiyyətlərin inkişaf etdirilməsi; komandada sosial-psixoloji mühitin nikbinləşdirilməsi.
Xüsusi psixi hazırlıq aşağıdakı əsas vəzifəni həll edir:
məsuliyyətli yarışa hazırlıq prosesində idmançının psixoloji vəziyyətinin nikbinləşdirilməsi. Buraya müxtəlif yarış situasiyalarına (proqnozlaşdırılan) uyğunlaşma, idmançının şəxsi xüsusiyyətlərində neqativ halların aradan qaldırılması (həyəcanın yüksəlməsi, emosional coşğunluq), idmançıya daha çox uyğun olan sosial dəyərlərə bələdolma, idmançıda\ yaxud komandada «daxili psixi dayağın» formalaşdırılması, idmançının xarakter və temperamentinin «güclü» tərəflərinin nikbinləşməsi daxildir.
Psixoloji hazırlığın vasitə və metodları — səfərbəredici, təshihedici və relaksiyaedici kimi növlərə bölünür.
Psixoloji korreksiyanın konkret vasitə və metodlarının seçilməsinə yarışların vaxtı və keçirilmə yeri, komandada sosial-psixoloji mühit, idmançının fərdi xüsusiyyət faktorları, eyni zamanda korreksiya vasitələrini tətbiq edən şəxslər mühüm təsir göstərir. İdmançıya psixi təsirlərin daha real yolu psixoloq tərəfindən məsləhət üzrə məşqçinin tənzimedici üsullarını rasional şəkildə tətbiq etmək vasitəsidir.
1.8 nömrəli
əlavə
Məşqçİ kadrların
İxtİsasının artırılması
proqramı
(təlim-təhsil forması)
1. Mühazirələr (idmançıların hazırlığının nəzəri və elmi-metodiki aspektləri).
2. Seminar məşğələlər (yüksək ixtisaslı idmançıların və yaxın vaxtların idman ehtiyatlarının məşqlərinin idman-metodiki texnologiyasının mövzu və quruluşunun təhlili).
3. İşgüzar oyunlar (idman məşqlərinin konkret situasiyalarının təhlili, idmançıların hazırlığının «ideal» və real plan və proqramlarının işlənib hazırlanması).
4. Metodiki (təcrübi) məşğələlər (peşəkar və yüksək ixtisaslı aparıcı mütəxəssislər tərəfindən bilavasitə real idman məşqlərinin keçirilməsində tətbiq edilir).
5. Referat (məşqçilərin ixtisasının artırılması proqramı referatın idmançıların hazırlığı üzrə aktual mövzuda yazılmasını nəzərdə tutur və konkret idmançıya, yaxud komandaya aid edilir).
Məşqçilərin ixtisasının artırılmasının tematik (mövzu) planı
Məşqçilərin ixtisasının artırılmasının təlim-tədris proqramı
1. Müasir Olimpiya hərəkatı:
1.1. Olimpiya xartiyası (ictimai-siyasi cəhətdən əhəmiyyətli olan bəzi sənədlərin adı);
1.2. Olimpiya Oyunları proqramı;
1.3. idman növləri və idman fənləri.
2. Dünyada, regionda və ölkədə ayrı-ayrı idman növlərinin və idman fənlərinin inkişaf təmayülləri:
2.1. təşkilati strukturlar, yüksək ixtisaslı idmançıların hazırlığının metodiki, maddi-texniki və kadr təchizatı;
2.2. Olimpiya silsiləsində və illik hazırlıq dövründə idmançıların yarış və məşq yüklərinin dinamikası;
2.3. idmançıların hazırlığının elmi-metodiki və tibbi-bioloji müşayiəti.
3. Ayrı-ayrı idman növləri üzrə milli yığma komandaların seçilməsi və formalaşdırılması:
3.1. idmançıların yığma komandalara seçilməsinin prinsipləri;
3.2. Olimpiya Oyunlarında və digər böyük yarışlarda iştirak etmək üçün yığma komandaların formalaşdırılmasının prinsipləri.
4. Yüksək ixtisaslı idmançıların yarış fəaliyyəti:
4.1. yüksək ixtisaslı idmançıların yarışlarının miqdarı və dərəcəsi;
4.2. yarış — hazırlıq məqsədidir və yarış — idman məşqləri vasitəsidir;
4.3. idmançıların hazırlığının müxtəlif dövr və mərhələlərində yarış yüklərinin dinamikası;
4.4. yarış fəaliyyətinin modeli, onların təcrübi tətbiqi;
4.5. idman nəticələrinin proqnozlaşdırılması.
5. Ayrı-ayrı idman növlərində idman nəticələrinin quruluşu:
5.1. yüksək idman nailiyyətlərini müəyyən edən faktorlar;
5.2. idmançıların xüsusi fiziki, texniki-taktiki və funksional hazırlığının strukturu;
5.3. idmançıların yüksək nailiyyətlərinin psixoloji, tibbi-bioloji əsasları;
5.4. fiziki tapşırıqların biomexanikası.
6. Yüksək ixtisaslı idmançıların idman-məşq fəaliyyəti:
6.1. fiziki keyfiyyətlər və hərəkətverici qabiliyyətlər, təcrübi reallaşmanın və inkişafın səviyyəsi;
6.2. idman məşqlərinin vasitə və metodları:
a) fasiləsiz və interval metodlar;
b) ümumi və xüsusi inkişafın məşq vasitələri;
6.3. idman avadanlıqlarından istifadə edilməsi:
a) fiziki keyfiyyətlərin inkişafı üçün;
b) idmançının hərəkətverici fəaliyyətinin münasib texnikasının formalaşdırılması üçün.
7. Yüksək ixtisaslı idmançıların hazırlığının planlaşdırılması:
7.1. çoxillik planlaşdırma;
7.2. hazırlığın illik planlaşdırılmasının mərhələ və dövrləri;
7.3. hazırlığın mikrodövrlərinin qurulması;
7.4. bilavasitə yarışqabağı hazırlıq mərhələsi;
7.5. idmançıların hazırlığının məqsədli kompleks proqramı.
8. İdmançıların iş qabiliyyətinin bərpa edilməsi və artırılmasının vasitə və metodları:
8.1. bərpaedilmənin idman-pedaqoji vasitələri;
8.2. idmançıların xüsusi iş qabiliyyətinin bərpa edilməsinin və artırılmasının tibbi-bioloji, gigiyenik vasitə və metodları;
8.3. psixoloji vasitə və metodlar;
8.4. yüksək ixtisaslı idmançıların iş qabiliyyətinin dərman preparatları vasitəsi ilə bərpa edilməsi və artırılması.
9. Hazırlıq prosesinin idarə edilməsi:
9.1. məqsədli kompleks proqramların mövzu və strukturu;
9.2. idmançıların hərtərəfli hazırlığının nümunəvi xarakteristikasının mövzu və strukturu;
9.3. idmançıların xüsusi hazırlığının mövzu və metodlarının testləşdirilməsi, vəziyyətin qiymətləndirilməsi;
9.4. məşq prosesində təshihedici təsirlər.
10. Məşq prosesinin korreksiya və təhlilinin kompüter metodları:
10.1. idman hazırlığının modeli;
10.2. məşq prosesinin planlaşdırılması və proqramlaşdırılması;
10.3. qərarların qəbul edilməsinin nəzəriyyə və təcrübəsi.