Azərbaycan
folkloru nümunələrinin hüquqi qorunması haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycanın mədəni
irsinin tərkib hissəsi olan milli folklor
nümunələrinin əqli mülkiyyətin xüsusi
növü kimi hüquqi qorunması, istifadəsi və
müdafiəsinin təminatı ilə əlaqədar yaranan
münasibətləri tənzimləyir.
I fəsil
Ümumİ
müddəalar
1.0. Bu Qanunda istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.0.1 Azərbaycan folkloru
nümunələri (bundan sonra - folklor nümunələri) -
Azərbaycan xalqı, onun ayrı-ayrı fərdləri
tərəfindən yaradılan və qorunub saxlanılan,
Azərbaycan xalqının ənənəvi-bədii
dəyərlərini, dünyagörüşünü,
ümid və arzularını, bədii irsin xarakterik
xüsusiyyətlərini özündə əks etdirən,
şifahi şəkildə yaradılan söz sənəti
nümunələri, xalq musiqisi, oyunları və
rəqsləri, xalq sənətkarlığı və
tətbiqi sənət nümunələri (maddi formada olanlar
və olmayanlar), eləcə də digər xalq
yaradıcılığı nümunələri;
1.0.2. folklor nümunələrinin
hüquqi qorunması -folklor nümunələrinin hər
hansı qeyri-qanuni istifadədən və onlara zərər
vuran digər hərəkətlərdən qorunması;
1.0.3. folklor nümunələrindən qeyri-qanuni istifadə folklor nümunələrindən istifadəyə dair bu Qanunla müəyyən edilən tələblərin pozulması;[1]
1.0.4. folklor nümunələrinə
zərər vuran hərəkətlər - folklor
nümunələrindən bu Qanunla müəyyən
edilən istifadə hallarında onun mənbəyinin, həmçinin
yarandığı yerin coğrafi adının və (və
ya) mənsub olduğu xalqın (cəmiyyətin) adının
dəqiq göstərilməməsi;
1.0.5. folklor nümunələrindən
ənənəvi istifadə -təbii mahiyyət, məzmun
və forma xüsusiyyətləri saxlanılmaqla folklor
nümunələrindən cəmiyyətin uzunmüddətli
təcrübəsinə əsaslanan istifadə;
1.0.6. folklor nümunələrindən adi
istifadə - folklor nümunələrindən cəmiyyətin
gündəlik tələbat və ehtiyaclarına uyğun
istifadə;
1.0.7. folklor nümunələrindən
ənənəvi və adi olmayan istifadə - folklor
nümunələrinin təbii mahiyyət, məzmun və ya
məqsəd, təyinat və bədii formasının
dəyişdirilməsi ilə istifadə;
1.0.8. folklor nümunələrindən
kommersiya məqsədi ilə istifadə - gəlir
götürmək məqsədi ilə folklor
nümunələrinin dərc olunması, surətinin çıxarılması,
nüsxələrinin yayılması, kütləvi
deklamasiyası və ifası, efirlə və ya kabellə
verilməsi, habelə kütləyə çatdırılmaq
üçün hər hansı kütləvi bildiriş
formasında istifadə.
2.1. Bu Qanunda qorunan folklor
nümunələri bədii xalq
yaradııcılığı, xalq
sənətkardığı və tətbiqi sənət
nümunələrindən ibarət olan
aşağıdakı əsərlərdir:
2.1.1. bədii söz sənətinə aid
olan əmək, mərasim və uşaq folkloru
nümunələri, miflər, əfsanələr,
rəvayətlər, nağıllar, dastanlar, lətifələr,
xalq dramları, atalar sözləri,
zərbi-məsəllər, tapmacalar, xalq və aşıq
poeziyası nümunələri, bayatılar və başqa
şifahi söz nümunələri;
2.1.2. xalq mahnıları və rəqs
melodiyaları, xalq-professional musiqisinə aid aşıq
havaları, muğam-dəstgahlar, zərbi-muğamlar,
təsniflər, rənglər və başqa folklor musiqisi
nümunələri;
2.1.3. xalq rəqsləri, yallılar,
oyunlar, mərasim və bayramlar və başqa
hərəkətli nümunələr;
2.1.4. duyulan tətbiqi sənət və
xalq sənətkarlığı nümunələri, o
cümlədən qrafik sənət-şəkillər,
rəsmlər, silsilə təsvirlər, kölgə
rəsmləri, döymə və oyma işləri,
heykəltəraşlıq, keramika, gil məmulatı, mozaika,
metal üzərində işləmə, mis və
bürünc tökmə məmulatları, ipəkçilik,
xalçaçılıq, misgərlik, zərgərlik,
dabbaqçılıq, tikmə, səbəthörmə
sənəti işləri, gəbələr, butalar,
geyimlər kimi folklor sənəti nümunələri,
ornamentlər, naxışlar, musiqi alətləri,
xarratlıq, memarlıq işləri və bu qəbildən
olan başqa nümunələr.
2.2. Bu qanunun 2.1-ci maddəsində
göstərilən qorunan folklor nümunələrinin
yaranması zamanla və məkanla məhdudlaşmır, yeni
yaranan folklor nümunələri də qorunanların sırasına
daxil edilir və onların hüquqi qorunması
müddətsizdir.
3.1. Folklor nümunələrinin hüquqi
qorunması haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan
və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
3.2. Bu Qanunla Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr arasında ziddiyyət
yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq
olunur.
Bu Qanun Azərbaycan xalqı, onun
ayrı-ayrı fərdləri tərəfindən yaradılan
və qorunub saxlanılan, bu Qanunun 2-ci maddəsində
göstərilən folklor nümunələrinə şamil
edilir.
5.1. Folklor nümunələrinin hüquqi
qorunması sahəsində dövlət siyasətinin əsas
istiqamətləri aşağıdakılardır:
5.1.1. folklor nümunələrinin qorunub
saxlanılması, inkişaf etdirilməsi və
gələcək nəsillərə
çatdırılması;
5.1.2. folklor nümunələrinin
hüquqi qorunmasını təmin edən qanunvericilik
bazasının yaradılması;
5.1.3. Azərbaycan xalqına məxsus
folklor nümunələrinin xarici dövlətlərin
ərazilərində hüquqi qorunması məqsədi
ilə beynəlxalq əməkdaşlığa şərait
yaradılması.
5.2. Folklor nümunələrinin hüquqi
qorunması məqsədi ilə müvafiq icra hakimiyyəti
orqanı öz səlahiyyətləri
çərçivəsində:[2]
5.2.1. beynəlxalq təcrübəyə
uyğun olaraq mövcud qanunvericiliyin
təkmilləşdirilməsinə dair təkliflər
hazırlayır;
5.2.2. folklor nümunələrinin
hüquqi qorunması üzrə beynəlxalq
təşkilatlarda Azərbaycan Respublikasını təmsil
edir və bu sahədə əməkdaşlığı təşkil
edir;
5.2.3. folklor nümunələrindən
istifadəyə bu Qanunla qoyulan tələblərin
pozulması hallarında dövlətin maraqlarını
təmsil və müdafiə edir.
II
fəsil
Folklor
nümunələrİndən İstİfadə qaydaları
6.1. Folklor nümunələrindən
Azərbaycan Respublikası ərazisində ənənəvi
və adi, o cümlədən kommersiya məqsədi ilə
istifadə formaları sərbəstdir.
6.2. Folklor nümunələrindən kommersiya
məqsədi ilə ənənəvi və adi olmayan
istifadə zamanı hər hansı formada dərc olunması,
surətinin çıxarılması və
nüsxələrin yayılması, hər hansı
kütləvi deklamasiya və ya ifa, televiziya və radio proqramlar, habelə
kütləyə çatdırılma məqsədi ilə
hər hansı digər kütləvi bildiriş
formalarında onların təbii mahiyyət və məzmununa
xələl gətirməməklə, məqsədi,
təyinatı və bədii forması dəyişdirilə
bilər.[3]
6.3. Digər
dövlətlərin hüquqi və fiziki şəxsləri
Azərbaycan Respublikasının hüdudlarından kənarda
folklor nümunələrindən kommersiya məqsədi
ilə yalnız müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurumun icazəsi əsasında və istifadəyə
görə haqq ödəməklə istifadə edə
bilərlər. Həmin vəsait müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurumun hesabına
köçürülür və əqli
yaradıcılığın
həvəsləndirilməsinə, habelə folklor
nümunələrinin qorunub saxlanmasına və zənginləşdirilməsinə
sərf olunur.[4]
6.4. Digər dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə icazə verilməsi qaydasını və istifadəyə görə haqqın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.[5]
7.1. Aşağıdakı
məqsədlər üçün folklor
nümunələrinin istifadəsi ənənəvi və adi
olmayan forma kimi qəbul edilmir:
7.1.1. folklor nümunələri orijinal
müəllif (müəlliflər) əsərləri
yaradılması üçün işləndikdə;
7.1.2. folklor nümunələrindən
orijinal müəllif (müəlliflər) əsərində
istifadənin məqsədəmüvafiq həcmdə
illüstrasiya formasında istifadə edildikdə.
7.2. Folklor nümunələrinin
aşağıdakı təsadüfi istifadə formaları
ənənəvi və adi olmayan hesab edilmir:
7.2.1. fotoqrafiya, yayımlanma, səsli
yazılma vasitəsilə məlumat verilməsi
üçün bu cür istifadənin informasiya
məqsədinə lazım olan həcmdə işlədilməsi
şərti ilə hər hansı cari hadisə zamanı
görülə və eşidilə bilən xalq
yaradıcılığı nümunələrindən
istifadə edildikdə;
7.2.2. sərbəst giriş
üçün daim açıq olan yerlərdə
özündə folklor nümunələrini saxlayan
obyektlərin təsvirinin fotoqrafiya, film və ya televiziya proqramına daxil
edilməklə istifadəsi.[6]
8.1. Dərc olunmuş bütün
əsərlərdə, folklor nümunələrinin
kütləvi ifa və bildiriş hallarında onların
mənbəyi, həmçinin istifadə olunan folklor nümunəsinin
yarandığı yerin coğrafi adı və (və ya)
mənsub olduğu xalqın (cəmiyyətin) adı dəqiq
göstərilməlidir.
8.2. Folklor nümunələrindən bu
Qanunun 7-ci maddəsində göstərilən hallarda
istifadə edildikdə 8.1-ci maddənin tələbləri
tətbiq edilmir.
9.1. Fiziki və hüquqi şəxslər
tərəfindən folklor nümunələrindən
istifadə edildikdə aşağıdakı
hərəkətlər hüquq pozuntusu hesab edilir:
9.1.1. folklor nümunələrindən
istifadə edildikdə təsadüfi və ya
bilərəkdən edilməsindən asılı olmayaraq, bu
Qanunun 6.2-ci maddəsinin tələblərinin pozulması;
9.1.2. folklor nümunələrindən
istifadə edilərkən bilərəkdən və ya
ehtiyatsızlıqdan bu Qanunun 8.1-ci maddəsinin
tələblərinin pozulması;
9.1.3. birbaşa və ya dolayısı
ilə kütləyə çatdırılmış folklor
nümunələrini bilərəkdən
özününkü kimi qələmə verməklə
və ya folklor nümunələrinin yaranma
mənbəyinə münasibətdə kütləni
yanlış fikrə istiqamətləndirmək və ya
onları faktiki mənbəyi olmayan digər ölkənin nümunələri
kimi təqdim etməklə, folklor nümunələrindən
istifadə;
9.1.4. birbaşa və ya dolayısı
ilə kütləyə çatdırılmış folklor
nümunələrinin bilərəkdən təhrif olunmaqla,
ölkənin mədəni maraqlarına zərər vurulmaqla
istifadəsi.
9.2. Folklor nümunələrindən istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qaldırılan iddia ərizələri əsasında folklor nümunələrindən bu Qanunla nəzərdə tutulan istifadə qaydalarının pozulmasına görə tutulan məbləğlər müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun hesabına köçürülür və əqli mülkiyyət sahəsində yaradıcılığın həvəsləndirilməsinə, əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsinə və folklor nümunələrinin hüquqi qorunmasına yönəldilir.[7]
III
fəsil
Folklor
nümunələrİnə əqlİ mülkİyyət
hüquqlarının müdafİəsİ
10.1. Müvafiq dövlət orqanları
folklor nümunələrindən qanuni istifadə
qaydalarını pozan və ya pozmaq təhlükəsi yaradan
hərəkətlərin dayandırılmasını
tələb etmək hüququna malikdirlər.
10.2. Folklor nümunələrinin
qorunması məqsədi ilə məhkəməyə
müraciət edilərkən, mülki-hüquqi
müdafiənin ümumi vasitələrindən başqa,
iddiaçının tələbi ilə aşağıdakılar
da tətbiq edilə bilər:
10.2.1. pozuntuya yol verən
şəxsdən hüquqların pozulması
nəticəsində əldə etdiyi gəlirin tutulması;
10.2.2. gəlirin tutulması əvəzinə yüz on manatdan əlli beş min manatadək məbləğdə kompensasiya ödənilməsi.[8]
10.3. Cinayət tərkibli pozuntulara
qarşı sanksiyalar mülki-hüquqi müdafiə
vasitələrinin tətbiqini istisna etmir.
Bu Qanunla folklor nümunələrinin istifadəsinə qoyulan tələblərin pozulması ilə hazırlanan (istehsal edilən) və yayılan hər hansı folklor obyekti nüsxələri pirat nüsxələr sayılır və qanunvericilikdə müəyyən olunmuş qaydada müsadirə edilir.[9]
Folklor nümunələrindən
istifadə zamanı bu Qanunda nəzərdə tutulan
tələblərin pozulmasında təqsirli olan
şəxslər mülki, inzibati və cinayət məsuliyyəti
daşıyırlar.
IV
fəsil
Yekun
müddəaları
Xarici dövlətlərin folklor
nümunələrinin Azərbaycan Respublikasında,
Azərbaycan folklor nümunələrinin xaricdə hüquqi
qorunması Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə əsasən tənzimlənir.
Bu Qanun müəllif-hüquq qanunvericiliyi,
əqli və sənaye mülkiyyətinin digər
növləri üzrə folklor nümunələrinə
tətbiq oluna bilən, həmçinin folklor nümunələrinin
qorunub saxlanılmasına aid digər normativ hüquqi aktlarda
və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdə nəzərdə tutulan qorunma
formalarını məhdudlaşdırmır.
Bu Qanunla müəyyən edilən
hüquqi qorunmanın folklor nümunələrinin
yaradılmasına və onlardan normal istifadəyə mane olan
forma kimi şərh edilməsi yolverilməzdir.
Bu Qanun dərc olunduğu gündən
qüvvəyə minir.
Heydər
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 16 may 2003-cü il
¹ 460-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
27 oktyabr 2009-cu il tarixli 929-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il)
2.
17 may 2011-ci il tarixli 124-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 09 iyun 2011-ci il, ¹ 117, “Azərbaycan” qəzeti, 12 iyun
2011-ci il, ¹ 126, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 6, maddə
462)
3.
30 aprel 2013-cü il tarixli 638-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2013-cü il, ¹ 108,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 05, maddə 484)
4.
4 may 2018-ci
il tarixli 1133-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyun 2018-ci il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹6, maddə 1172)
5.
22 dekabr
2020-ci il tarixli 230-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, ¹ 3,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
1, maddə 8)
6. 17 fevral
2023-cü il tarixli 812-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel
2023-cü il, ¹ 73,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 4, maddə 450)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 17 may 2011-ci il tarixli 124-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 09 iyun 2011-ci il, ¹ 117,
“Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, ¹ 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 6, maddə 462) ilə 1.0.3-cü maddədə “kommersiya məqsədi ilə
ənənəvi və adi olmayan istifadə hallarında”
sözləri “istifadəyə
dair” sözləri ilə əvəz edilmişdir.
[2] 4 may 2018-ci il tarixli 1133-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 iyun 2018-ci il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹6, maddə
1172) ilə 5.2-ci maddə ləğv
edilmişdir.
[3] 17 may 2011-ci il tarixli 124-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 09 iyun 2011-ci il, ¹ 117,
“Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, ¹ 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 6, maddə 462) ilə 6.2-ci maddədən “kommersiya məqsədi ilə”
sözləri çıxarılmışdır.
17 fevral 2023-cü il tarixli 812-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel
2023-cü il, ¹ 73,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 4, maddə 450) ilə 6.2-ci maddədə “efirlə və ya kabellə
verilişlər” sözləri “televiziya və radio proqramlar” sözləri ilə
əvəz edilmişdir.
[4] 4 may 2018-ci il tarixli 1133-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 iyun 2018-ci il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹6, maddə
1172) ilə 6.3-cü maddənin birinci
və ikinci cümlələrinə “orqanının” sözündən sonra “yaratdığı qurumun”
sözləri əlavə edilmişdir.
[5] 17 may 2011-ci il tarixli 124-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 09 iyun 2011-ci il, ¹ 117,
“Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, ¹ 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 6, maddə 462) ilə yeni məzmunda 6.3-cü
və 6.4-cü maddələr əlavə edilmişdir.
[6] 17 fevral 2023-cü il
tarixli 812-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel
2023-cü il, ¹ 73, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 4,
maddə 450) ilə
7.2.2-ci
maddədə “verilişinə”
sözü “proqramına”
sözü ilə əvəz edilmişdir.
[7] 17 may 2011-ci il tarixli 124-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 09 iyun 2011-ci
il, ¹ 117, “Azərbaycan”
qəzeti, 12 iyun 2011-ci il, ¹ 126,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹
6, maddə 462) ilə 9.2-ci maddədə “dövlət büdcəsinə
köçürülür və intellektual”
sözləri “müvafiq icra
hakimiyyəti orqanının hesabına
köçürülür və əqli” sözləri
ilə əvəz edilmişdir.
4 may 2018-ci il tarixli 1133-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyun
2018-ci il, ¹ 137, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹6, maddə 1172) ilə 9.2-ci
maddəyə “orqanının”
sözündən sonra “yaratdığı
qurumun” sözləri əlavə edilmişdir və 9.2-ci
maddədə “orqanı”
sözü “orqanının
yaratdığı qurum” sözləri ilə, “müəllif hüququ
sahəsində dövlət siyasətinin” sözləri “əqli mülkiyyət
hüquqları sahəsində dövlət siyasətinin
həyata keçirilməsinin” sözləri ilə
əvəz.
[8] 22 dekabr 2020-ci il tarixli 230-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 yanvar 2021-ci il, ¹ 3, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 1, maddə 8)
ilə 10.2.2-ci maddəsində “şərti maliyyə vahidinin yüz mislindən
əlli min mislinədək” sözləri “yüz on manatdan əlli beş min manatadək”
sözləri ilə əvəz edilmişdir.
[9] 27 oktyabr 2009-cu il tarixli 929-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, ¹289) ilə 11-ci
maddəsinin adında "Kontrafakt"
sözü "Pirat"
sözü ilə, mətnində "kontrafakt" sözü "pirat" sözü ilə əvəz edilmişdir.
30 aprel 2013-cü il tarixli 638-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 may 2013-cü il, ¹ 108,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 05, maddə 484) ilə 11-ci maddəsində “istehsal olunan və ya yayılan”
sözləri “hazırlanan
(istehsal edilən) və yayılan” sözləri ilə
əvəz edilmişdir.