Vaqif Əlibala oğlu Axundovun Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vaqif Əlibala oğlu Axundov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi təyin edilsin.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyun 2003-cü il
№ 874