Ahıllara
sosial xidmət haqqında [1]
AZƏRBAYCAN
RESPUBLİKASI QANUNU
Bu Qanun ahılların sosial
müdafiəsinin əsas istiqamətlərindən biri olan
sosial xidmət sahəsində yaranan münasibətləri
tənzimləyir, onlar üçün sosial, iqtisadi və
hüquqi təminatlar müəyyən edir.
I
fəsil
Ümumİ
müddəalar
1.0. Bu Qanunda istifadə
edilən əsas anlayışlar aşağıdakı
mənaları ifadə edir:
1.0.1. ahıl – yaşı
70-ə çatmış Azərbaycan Respublikası
vətəndaşı, habelə Azərbaycan Respublikasında
daimi yaşayan əcnəbi və vətəndaşlığı
olmayan şəxs;
1.0.2. ahıllara sosial xidmət
– ahılların sosial xidmətə olan
tələbatının ödənilməsinə
yönəldilən, onlara mülkiyyət növündən
və təşkilati-hüququ formasından asılı
olmayaraq sosial xidmət müəssisələrində və
evdə qulluq, iaşənin təşkili, tibbi, sosial,
psixoloji, hüquqi və digər yardımların
məcmusundan ibarət olan fəaliyyət.
Ahıllara sosial xidmət
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan,
digər normativ hüquqi aktlardan və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
Ahıllara sosial xidmət
(bundan sonra sosial xidmət) göstərilməsi dövlət
təminatı, qanunçuluq, humanistlik, insan və
vətəndaş hüquqlarına və azadlıqlarına
əməl edilməsi prinsipləri əsasında həyata
keçirilir.
II
fəsil
Sosİal
xİdmət sahəsİndə ahılların
hüquqları
4.1. Ahıllar müvafiq icra
hakimiyyəti orqanı, dövlət, bələdiyyə
və özəl sosial xidmət müəssisələri,
habelə sosial xidmət sahəsində peşəkar fəaliyyətlə
məşğul olan şəxslər tərəfindən
həyata keçirilən sosial xidmətlərdən
istifadə edə bilərlər.
4.2. Sosial xidmət müvafiq
icra hakimiyyəti orqanı və ya dövlət sosial
xidmət müəssisəsi tərəfindən
ahılların razılığı və müvafiq icra
hakimiyyəti orqanının qərarı ilə həyata
keçirilir.
4.3. Bələdiyyə və
ya özəl sosial xidmət müəssisələri,
habelə sosial xidmət sahəsində peşəkar
fəaliyyətlə məşğul olan şəxslər
tərəfindən sosial xidmət onlarla ahıllar
arasından bağlanmış müqavilə əsasında
göstərilir.
5.1. Sosial xidmət
sahəsində ahıllar aşağıdakı hüquqlara
malikdirlər:
5.1.1. müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada sosial xidmət müəssisəsini və
sosial xidmət növünü seçmək;
5.1.2. sosial xidmət
müəssisələrində sanitariya-gigiyena
tələblərinə cavab verən şəraitlə
təmin olunmaq;
5.1.3. sosial xidmət
müəssisələrinin işçiləri
tərəfindən şərəf və
ləyaqətlərinə hörmət olunmasını və
humanist münasibət bəslənilməsini tələb
etmək;
5.1.4 daxili qaydalar pozulmamaq
şərtilə dini ayinlərin icra edilməsi
üçün ayrıca yerlə təmin olunmaq;
5.1.5. sosial xidmət
göstərilməsi qaydaları, habelə öz hüquq
və vəzifələri barədə məlumat almaq;
5.1.6. kütləvi informasiya
vasitələri ilə təmin olunmaq;
5.1.7. sosial xidmət
göstərilməsinə razılıq vermək və ya
sosial xidmətdən imtina etmək;
5.1.8. sosial xidmət
göstərilən zaman şəxsi xarakterli
məlumatların məxfi saxlanılmasını tələb
etmək.
5.2. Azərbaycan
Respublikasında daimi yaşayan əcnəbi və
vətəndaşlığı olmayan ahıllar sosial
xidmət sahəsində, bu Qanunda nəzərdə
tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının
ahıl vətəndaşları ilə bərabər
hüquqlara malikdirlər.
6.1. Tibbi-sosial ekspert
komissiyasının qərarına əsasən
özünün əsas həyati tələbatını
müstəqil təmin edə bilməyən hesab edilən,
əmək qabiliyyətli qohumlarının və ya qanuni
nümayəndələrinin həmin şəxslərə
qulluq edə bilməyəcəkləri barədə
yazılı ərizələri olan, habelə
qanunvericilikdə müəyyən olunmuş qaydada
fəaliyyət qabiliyyəti olmayan hesab edilən ahıllar
zərurət olduqda sosial xidmət müəssisəsinə
yerləşdirilə bilər.
6.2. Qanunvericilikdə
müəyyən olunmuş zəruri hallarda ahılın
sosial xidmət müəssisəsinə
yerləşdirilməsi müvafiq icra hakimiyyəti
orqanının müraciəti ilə məhkəmənin
qətnaməsi əsasında həyata keçirilir.
7.1. Sosial xidmət
müəssisələrində yaşayan və bu Qanunun
6-cı maddəsində nəzərdə tutulmuş
kateqoriyalara aid olmayan ahıllar sosial xidmət
müəssisələrinin xidmətindən imtina etmək
hüququna malikdirlər.
7.2. Tibbi-sosial ekspert
komissiyasının qərarına əsasən
özünün əsas heyati tələbatını
müstəqil təmin edə bilməyən hesab edilən
ahılların sosial xidmət müəssisələrində
yerləşdirilməsindən imtina etmələrinə onlara
qulluq etməyi öhdəsinə götürən
əmək qabiliyyətli qohumlarının və ya qanuni
nümayəndələrinin ərizəsi əsasında yol
verilir.
7.3. Evdə sosial
xidmətdən imtinaya əsas sosial xidmət
müəssisəsinin rəhbərliyinin və tibbi-sosial
ekspert komissiyasının birgə qərarıdır.
III
fəsil
Sosİal
xİdmətİn formaları və göstərİlmə
qaydaları
8.0. Sosial xidmətin
aşağıdakı formaları var:
8.0.1. evdə sosial xidmət;
8.0.2. yarımstasionar sosial
xidmət;
8.0.3. stasionar sosial xidmət;
8.0.4. fərdi qaydada
peşəkar sosial xidmət;
8.0.5. sosial-məsləhət
yardımı.
9.1. Əmək qabiliyyətli
qohumları və ya qanuni nümayəndələri ilə
eyni rayonda (şəhərdə) yaşamayan və sosial
xidmətə ehtiyacı olan tək ahıllara, ahıl
ər-arvadlara evdə sosial xidmət göstərilir.
9.2. Evdə sosial xidmətə
aşağıdakılar aiddir:
9.2.1. dərman
vasitələrini, zəruri ərzaq və əsas
tələbat mallarını almağa kömək
göstərilməsi;
9.2.2. istirahətin
təşkil olunmasında, qida qəbul edilməsində
və digər məişət xidmətlərinin
göstərilməsində kömək edilməsi;
9.2.3. tibbi yardım almaqla
kömək göstərilməsi və ahılın tibb
müəssisəsinə müşaiyət olunması;
9.2.4. yaşayış
şəraitinin sanitariya-gigiyena tələblərinə
uyğunlaşdırılması;
9.2.5. hüquqi
məsləhət alınmasına kömək
göstərilməsi.
10.1. Yarımstasionar sosial
xidmət sosial-məişət, tibbi və mədəni
xidmətdən, ahılların qidalanmasının və
istirahətinin təşkil olunmasından, onların münasib
əmək fəaliyyətinə cəlb olunmasından
ibarətdir.
10.2. Yarımstasionar sosial
xidmət bu Qanunun 6-cı maddəsində nəzərdə
tutulan kateqoriyalara aid olmayan ahıllara göstərilir.
10.3. Ahıllara yarımstasionar
sosial xidmət haqqında qərar onun ərizəsi və
sağlamlığının vəziyyəti barədə
tibb müəssisəsinin arayışı əsasında
sosial xidmət müəssisəsinin rəhbərliyi
tərəfində qəbul edilir.
11.1. Stasionar sosial xidmət, bu
məqsədlə yaradılmış
müəssisədə ahılların fiziki durumuna və
səhhətinə uyğun olan həyata şəraitinin
yaradılmasından, tibbi və sosial reabilitasiya
tədbirlərinin həyata keçirilməsindən, qulluq
və istirahətin təşkilindən ibarətdir.
11.2. Stasionar sosial
xidmətə ehtiyacı olan psixi pozuntusu olan ahıllar
qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi
stasionar sosial xidmət müəssisəsində
yerləşdirilirlər.
12.0. Stasionar sosial xidmət
müəssisəsi rəhbərliyinin vəzifələri
aşağıdakılardır:
12.0.1. insan və
vətəndaş hüquqlarına və azadlıqlarına
riayət etmək;
12.0.2. ahılların
şəxsi toxunulmazlığını və
təhlükəsizliyini təmin etmək;
12.0.3. sosial xidmət
müəssisəsində yaşayan ahılların
hüquqları haqqında onlara məlumat vermək;
12.0.4. sosial xidmət
müəssisələrində yaşayan və ehtiyacı
olan ahıllar barəsində qanuni nümayəndə
təyin olunması üçün müvafiq icra
hakimiyyəti orqanına müraciət etmək;
12.0.5. sosial xidmət
müəssisələrində yaşayan ər-arvadları
ayrıca yaşayış sahəsi ilə təmin etmək;
12.0.6. ahılların
şəxsi və qiymətli əşyalarının
mühafizəsini təmin etmək;
12.0.7. qanunvericilikdə
müəyyən olunmuş digər vəzifələri
həyata keçirmək.
13.1. Sosial-məsləhət
yardımının məqsədi ahılların
cəmiyyətə adaptasiyasını, ailədə sağlam
münasibətlərin yaradılmasını təmin etməkdən
ibarətdir.
13.2. Sosial-məişət
yardımına aşağıdakılar aiddir:
13.2.1. qohumlarından və ya
qanuni nümayəndələrindən ayrı yaşayan
və sosial-məsləhət yardımına ehtiyacı olan
tək ahılların, ahıl ər-arvadların
müəyyənləşdirilməsi;
13.2.2. müxtəlif xarakterli
sosial-psixoloji pozuntuların profilaktikası;
13.2.3. ahılların
yaşadığı ailələrlə əlaqə
yaradılması;
13.2.4. ahılların
problemlərinin həllində dövlət,
bələdiyyə orqanlarının və ictimai
birliklərin fəaliyyətinin əlaqələndirilməsi;
13.2.5. sosial xidmət
üzrə məsləhətlərin verilməsi.
14.1. Ali və ya orta
peşə-ixtisas təhsili və müvafiq peşə
hazırlığı olan şəxslər qanunvericilikdə
müəyyən olunmuş qaydada sosial xidmət sahəsində
peşəkar fəaliyyətlə məşğul olmaq
hüququna malikdirlər.
14.2. Müvafiq icra
hakimiyyəti orqanı və ya sosial xidmət
müəssisələri ilə bağlanmış
əmək müqaviləsinin şərtlərinə
əsasən sosial-məişət xidmətləri
göstərmək üçün peşə
hazırlığı olmayan şəxslər də cəlb
oluna bilərlər.
15.1. Dövlət sosial
xidmət müəssisələrində sosial xidmət
ödənişsiz, qismən ödənişli və tam
şərtlərlə göstərilir.
15.2. Ödənişsiz sosial
xidmət əmək qabiliyyətli qohumlarının və ya
qanuni nümayəndələrinin himayəsindən məhrum
olan, habelə pensiyası yaşayış
minimumu səviyyəsindən aşağı
olan Azərbaycan Respublikası vətəndaşlarına
göstərilir. [3]
15.3. Ödənişsiz sosial
xidmətdən əlavə ahılların xahişi ilə
göstərilən sosial xidmətlərin haqqı onlar
tərəfindən ödənilir.
15.4. Digər ahıllara,
habelə ödənişsiz sosial xidmətdən əlavə
göstərilən stasionar sosial xidmət haqqının
ödənilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən
müəyyənləşdirilir.
15.5. Sosial xidmət
göstərilməsi nəticəsində əldə
edilən vəsait qanunvericilikdə müəyyən
olunmuş qaydada sosial xidmət sisteminin inkişafına və
sosial xidmət müəssisələri
işçilərinin maddi vəziyyətinin
yaxşılaşdırılmasına sərf edilir.
15.6. Sosial xidmət
müəssisələri ahıllar və ya onların qanuni
nümayəndələri ilə göstərilən
ödənişli sosial xidmətin növlərini, həcmini,
müddətini və ödəniş qaydasının
müəyyənləşdirən müqavilə
bağlamalıdırlar.
16.1. Sosial xidmət sistemi
dövlət, bələdiyyə və özəl sosial
xidmət müəssisələrindən ibarətdir.
16.2. Sosial xidmət
müəssisələri qanunvericilikdə müəyyən
olunmuş qaydada yaradılır, fəaliyyət
göstərir, yenidən təşkil edilir və ləğv
olunur.
16.3. Ödənişsiz
şərtlərlə xidmət göstərən sosial
xidmət müəssisələri üçün
qanunvericilikdə müəyyən olunmuş qaydada
güzəştlər müəyyən edilə bilər.
Sosial xidmət
müəssisələri dövlət və yerli
büdcələrin vəsaiti, hüquqi və fiziki
şəxslərin ianələri, qrantlar və
qanunvericilikdə qadağan edilməyən digər
mənbələr hesabına maliyyələşdirilir.
18.1. Sosial xidmət
göstərilməsi ilə əlaqədar sosial
işçilərin hüquqları
aşağıdakılardır:
18.1.2.
İşəgötürənlə əmək
müqaviləsi (kontraktı) bağlamaq;
18.1.3. işə qəbul
olunarkən büdcə vəsaitləri hesabına
dövlət və ya bələdiyyə tibb
müəssisələrində profilaktik baxış və
müayinədən keçmək;
18.1.4.
işəgötürənin vəsaiti hesabına
ixtisasını artırmaq;
18.1.5. xidməti
vəzifəsini yerinə yetirərkən xüsusi geyim və
avadanlıqla təmin olunmaq və ya bunları əldə
etmək və nəqliyyat xərcləri üçün müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
pul kompensasiyası almaq.
18.2. Sosial xidmət
göstərilməsi ilə əlaqədar sosial
işçilərin vəzifələri
aşağıdakılardır:
18.2.1. professional etika
normalarını rəhbər tutmaq, ahılların
ləyaqətinə və hüquqlarına hörmətlə
yanaşmaq;
18.2.2. sosial xidmət
göstərərkən ahıllara münasibətdə
ayrı-seçkiliyə və qeyri-humanistliyə yol
verməmək;
18.2.3. qulluq etdikləri
ahıllara sosial xidmətin növləri barədə
məlumat vermək;
18.2.4. öz
vəzifələrini yerinə yetirərkən əldə
etdikləri məlumatların konfidensiallığını
təmin etmək.
IV
fəsil
Yekun
müddəaları
Sosial xidmət
müəssisələri və qanunvericilikdə
müəyyən olunmuş qaydada sosial xidmət
sahəsində peşəkar fəaliyyətlə
məşğul olan şəxslər tərəfindən
göstərilən sosial xidmətin keyfiyyətinə,
səmərəliyinə, dövlət standartlarına və
tələblərə əməl olunmasına nəzarət
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
Bu Qanunu pozan hüquqi və
fiziki şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən olunmuş qaydada
məsuliyyət daşıyırlar.
Bu Qanun dərc edildiyi
gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR
ƏLİYEV
Bakı şəhəri, 22
iyun 2001-ci il
¹ 158-IIQ
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 30
dekabr 2011-ci il tarixli 275-IVQ nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti 16 mart 2012-ci il, ¹ 61, “Azərbaycan” qəzeti 17 mart
2012-ci il, ¹ 62, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹ 03, maddə 191) ilə ləğv
edilmişdir.
[2] 6 mart
2007-ci il tarixli 260-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 401) ilə 11.3-cü maddə
yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
11.3. Stasionar sosial xidmət
müəssisələrində yaşayan ahılların
pensiyalarının verilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
[3] 6 mart
2007-ci il tarixli 260-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 401) ilə 15.2-ci maddədə
"minimum dolanacaq
xərclərindən" sözləri "yaşayış minimumu
səviyyəsindən" sözləri ilə
əvəz edilmişdir.