Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasında təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbə üçün hər biri 210 (iki yüz on) manat məbləğində Prezident təqaüdü təsis edilsin.[1]

2. Müəyyən edilsin ki, Prezident təqaüdü Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qəbul edilir.

3. Müəyyən edilsin ki, Prezident təqaüdünün verilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin təhsil xərcləri maddəsi hesabına həyata keçirilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 3 sentyabr 2001-ci il

                   ¹ 564

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 sentyabr 2004-cü il tarixli 131 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 9, maddə 684)

2.       29 dekabr 2006-cı il tarixli 509 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1056)

3.       10 sentyabr 2008-ci il tarixli 824 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 sentyabr 2008-ci il, ¹ 203)

4.       14 sentyabr 2013-cü il tarixli 983 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 sentyabr 2013-cü il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 09, maddə 1049)

5.       15 may 2018-ci il tarixli 67 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 5, maddə 935)

6.       14 fevral 2019-cu il tarixli 528 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 fevral 2019-cu il, ¹ 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə 227)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 30 sentyabr 2004-cü il tarixli 131 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 9, maddə 684) ilə 1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 25 nəfər tələbə üçün hər biri 200 000 (iki yüz min) manat məbləğində Prezident təqaüdü təsis edilsin.

29 dekabr 2006-cı il tarixli 509 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1056) ilə birinci bəndində “100” rəqəmi “102” rəqəmi ilə əvəz edilmişdir.

10 sentyabr 2008-ci il tarixli 824 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 sentyabr 2008-ci il, ¹ 203) ilə "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" 1-ci bəndində "500.000 (beş yüz min) manat" sözləri "150 (yüz əlli) manat" sözləri ilə əvəz edilmişdir.

14 sentyabr 2013-cü il tarixli 983 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 sentyabr 2013-cü il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 09, maddə 1049) ilə Fərmanının 1-ci hissəsində “150 (yüz əlli)” sözləri “165 (yüz altmış beş)” sözləri ilə əvəz edilmişdir.

15 may 2018-ci il tarixli 67 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 5, maddə 935) ilə 1-ci hissəsində “165 (yüz altmış beş)” sözləri “185 (yüz səksən beş)” sözləri ilə əvəz edilmişdir.

14 fevral 2019-cu il tarixli 528 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 fevral 2019-cu il, ¹ 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə 227) ilə 1-ci hissədə “185 (yüz səksən beş)” sözləri “210 (iki yüz on)” sözləri ilə əvəz edilmişdir.