Azərbaycan Respublikasında lotereya
fəaliyyətinin təkmilləşdirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
Respublikasında lotereya fəaliyyətini
təkmilləşdirmək, vətəndaşların
hüquqlarının və qanuni mənafelərinin
qorunmasını ardıcıl təmin etmək,
lotereyaların keçirilməsindən dövlət
büdcəsinə daxilolmaların artırılmasını
və lotereya fəaliyyəti sahəsində dövlət
nəzəratini daha da gücləndirmək məqsədi
ilə qərara alıram:
1.
"Azərlotereya" Açıq Tipli Səhmdar
Cəmiyyəti yaradılsın.
2.
"Azərlotereya" Açıq Tipli Səhmdar
Cəmiyyətinin təsisçisi kimi Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
müəyyən edilsin.[1]
3. Müəyyən
edilsin ki:
(Çıxarılıb) [2]
bütün növ lotereyaların
buraxılmasına, təşkilinə və
keçirilməsinə nəzarəti
Azərbaycan Respublikasmın Prezidenti yanında Maliyyə Bazarlarına Nəzarət
Palatası həyata keçirir; [3]
(Çıxarılıb)
[4]
4. Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyinə
tapşırılsın ki, Azərbaycan Respublikasının Prezidenti
yanında Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi ilə birlikdə bir ay
müddətində: [5]
"Azərlotereya"
Açıq Tipli Səhmdar Cəmiyyətinin nizamnaməsini
hazırlayıb təsdiq etsinlər və qanunvericiliklə
müəyyən edilmiş qaydada dövlət qeydiyyatına
alınması üçün təqdim etsinlər;
"Azərlotereya"
Açıq Tipli Səhmdar Cəmiyyətinin nizamnamə
kapitalının həcminin müəyyən edilməsi
və formalaşdırılması ilə bağlı zəruri
tədbirləri həyata keçirsinlər.
5.
(Çıxarılıb) [6]
6.(Çıxarılıb) [7]
7. Azərbaycan
Respublikasının Nazirlər Kabineti və Azərbaycan
Respublikasının Prezidenti yanında Maliyyə Bazarlarına Nəzarət
Palatası bu Fərmandan irəli gələn
məsələləri həll etsin.[8]
8. Bu Fərman
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 23 noyabr 2001-ci
il
¹ 599
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 oktyabr
2003-cü il tarixli 980 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 585)
2.
10 dekabr
2004-cü il tarixli 158 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 12, maddə 1004)
3.
5 mart 2009-cu il
tarixli 71 nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 6 mart
2009-cu il, ¹ 52, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹03, maddə 163)
4.
27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 29 iyun 2014-cü il, ¹ 136, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹6,
maddə 644)
5.
11 iyul 2016-cı il tarixli 981 nömrəli
Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 13 iyul 2016-cı il, ¹ 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 7, maddə 1252)
6.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika” qəzeti, 17
avqust 2016-cı il, ¹ 178, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1384)
FƏRMANA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, ¹ 136, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹6,
maddə 644) ilə 2-ci hissəsində “İqtisadi
İnkişaf” sözləri “İqtisadiyyat
və Sənaye” sözləri ilə əvəz
edilmişdir.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika” qəzeti, 17
avqust 2016-cı il, ¹ 178, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1384) ilə
2-ci hissədən “və Sənaye” sözləri
çıxarılmışdır.
[2] 10 dekabr
2004-cü il tarixli 158 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 12, maddə 1004) ilə 3-cü bəndin
ikinci abzası çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
Azərbaycan
Respublikasının ərazisində bütün növ
lotereyaların (malların satışı və (və ya)
xidmətlərin göstərilməsi ilə
müşayiət olunan lotereyalar istisna olmaqla)
buraxılması, təşkili və keçirilməsi
fəaliyyətini "Azərlotereya" Açıq Tipli
Səhmdar Cəmiyyəti həyata keçirir;
[3] 11 iyul
2016-cı il tarixli 981
nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 13 iyul 2016-cı il, ¹ 148, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 7,
maddə 1252) ilə 3-cü
hissədə “dövlət nəzarətini” sözləri
“nəzarəti” sözü
ilə, “Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi”
sözləri “Maliyyə
Bazarlarına Nəzarət Palatası” sözləri
ilə əvəz edilmişdir.
[4] 23 oktyabr 2003-cü il
tarixli 980 nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 10,
maddə 585) ilə 3-cü bəndinin dördüncü
abzası çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
bütün
növ lotereyaların buraxılmasına, təşkilinə
və keçirilməsinə Azərbaycan
Respublikasının Prezidenti yanında Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi
tərəfindən verilmiş xüsusi razılıqlar
(lisenziyalar) onların müddətləri bitənədək
qüvvədədir.
[5] 5 mart 2009-cu il tarixli 71 nömrəli
Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti
6 mart 2009-cu il, ¹ 52, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹03, maddə 163) ilə 3-cü
bəndinin üçüncü abzasından və 7-ci
bəndindən “Prezidenti
yanında” sözləri
çıxarılmışdır.
[6] 10
dekabr 2004-cü il tarixli 158 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 12, maddə 1004) ilə 5-ci bənd
çıxarılmışdır.
Əvvəlki redaksiyada
deyilirdi:
5.
"Azərbaycan Respublikasında bəzi sahibkarlıq
fəaliyyəti növlərinə xüsusi razılıqq
(lisenziya) verilməsinin təkmilləşdirilməsi
tədbirləri haqqında" Azərbaycan
Respublikasının Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli
Fərmanına aşağıdakı əlavələr
edilsin:
3-cü
bənddə "kosmik-peyk rabitə vasitələrinin"
sözlərindən əvvəl "bütün
lotereyaların (malların satışı və (və ya)
xidmətlərin göstərilməsi ilə
müşayiət olunan lotereyalar istisna olmaqla)
buraxılması, təşkili və keçirilməsi"
sözləri əlavə edilsin.
[7] 23 oktyabr
2003-cü il tarixli 980 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 10, maddə 585) ilə 6-cı bənd
çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
6.
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixii
637 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Xüsusi razılıq (lisenziya) tələb olunan
fəaliyyət növlərinin və onları verən icra
hakimiyyəti orqanlarının Siyahısı"nda 31-ci
bənd aşağıdakı redaksiyada verilsin:
|
|
|
[8] 11 iyul
2016-cı il tarixli 981
nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 13 iyul 2016-cı il, ¹ 148, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 7,
maddə 1252) ilə 7-ci
hissədə “Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi”
sözləri “Maliyyə
Bazarlarına Nəzarət Palatası” sözləri
ilə əvəz edilmişdir.