Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarət haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında
bələdiyyələrin fəaliyyətinə inzibati
nəzarətin həyata keçirilməsinin hüquqi
əsaslarını müəyyən edir.
I fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1.
Bələdiyyələrin fəaliyyətinə inzibati
nəzarət anlayışı
Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarət -
bələdiyyələr, bələdiyyə orqanları
və onların vəzifəli şəxsləri (bundan sonra –
“bələdiyyələr” adlandırılacaq)
tərəfindən Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına, Azərbaycan
Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarına
(Naxçıvan Muxtar Respublikasında isə həm də
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına,
qanunlarına və Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin
təmin olunması, bələdiyyələr
tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb
və şəraitin aradan qaldırılması
məqsədi ilə həyata keçirilən
fəaliyyətdir.[1]
Maddə 2.
Bələdiyyələrin fəaliyyətinə inzibati
nəzarət haqqında qanunvericilik
Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarət haqqında
qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən, "Bələdiyyələrin
statusu haqqında" Azərbaycan Respublikasının
Qanunundan, bu Qanundan, bələdiyyələrin
fəaliyyətini tənzimləyən digər qanunlardan
və normativ-hüquqi aktlardan ibarətdir.
Maddə 3.
Bələdiyyələrin fəaliyyətinə inzibati
nəzarəti həyata keçirən orqan
3.1. Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
həyata keçirir.
3.2. Bələdiyyələrin müvafiq
komissiyaları və seçicilər bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarətin həyata
keçirilməsinə cəlb edilə bilərlər.
3.3. Bələdiyyələrin
fəaliyyətinin inzibati nəzarət qaydasında
araşdırılmasının nəticələri
bələdiyyə tərəfindən əhaliyə elan edilir
və bələdiyyə binasının qarşısında
xüsusi lövhələrdə yerləşdirilir.[2]
Maddə 4. İnzibati
nəzarətin həyata keçirilməsinin
şərtləri
4.1. Bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarət yalnız Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları ilə
nəzərdə tutulmuş qaydada və hallarda həyata
keçirilir.
4.2. Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarət yalnız
qanunçuluğa əməl olunması baxımından
həyata keçirilir.
4.3. Qanunvericilik və icra
hakimiyyətləri tərəfindən Azərbaycan
Respublikası Konstitusiyasının 144-cü maddəsinin II
hissəsinə uyğun olaraq bələdiyyələrə verilən
əlavə səlahiyyətlərin həyata
keçirilməsinə nəzarəti həmin
hakimiyyətlər inzibati nəzarəti həyata
keçirən orqana həvalə edə bilərlər.
4.4. İnzibati nəzarət
bələdiyyələrin yerli əhəmiyyətli
məsələləri qanun çərçivəsində
müstəqil və sərbəst surətdə həll
etmək hüququnu məhdudlaşdıra bilməz.
4.5. İnzibati nəzarət həyata
keçirilərkən bələdiyyələrin fəaliyyətinə
edilən müdaxilə qanunda nəzərdə tutulan
məqsədə mütənasib olmalıdır.
4.6. Azərbaycan Respublikasının
Hesablama Palatası bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqanın sorğusu əsasında yerli
büdcənin maliyyə-büdcə ekspertizasını
keçirir, rəy hazırlayır, təkliflər verir
və zərurət yarandıqda audit yoxlamasını
həyata keçirir.[3]
II fəsil
İnzİbatİ
nəzarətİn həyata keçİrİlməsİ
qaydası
Maddə 5. İnzibati
nəzarət icraatının başlanması
üçün əsaslar
5.0. İnzibati nəzarət
icraatının başlanması üçün əsaslar
aşağıdakılardır:
5.0.1. bu Qanunun 6-cı
maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun
1-ci maddəsində göstərilən normativ hüquqi
aktlara zidd olduqda;[4]
5.0.2. hüquqlarına və ya qanuni
mənafelərinə bələdiyyə tərəfindən
zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi
şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda. [5]
Maddə 6. İnzibati
nəzarəti həyata keçirən orqana mütləq
təqdim olunan bələdiyyə aktları
6.1. Bu
Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş
əsas üzrə inzibati nəzarətin həyata
keçirilməsini təmin etmək məqsədi ilə
bələdiyyələr qəbul etdikləri
aşağıdakı aktların bir surətini həmin
aktların qəbul edildiyi andan 5
iş günündən gec olmayaraq inzibati nəzarəti
həyata keçirən orqana göndərməlidirlər: [6]
6.0.1. bələdiyyələrin normativ
aktları;[7]
6.1.2.
dövlət büdcəsindən ayrılan maliyyə
vəsaitinin istifadəsi barədə aktlar;
6.1.3.
bələdiyyə mülkiyyətində olan əmlaka dair
mülkiyyət hüququnun həyata keçirilməsi
barədə aktlar;
6.1.4. birdəfəlik
yerli vergilərin və ödənişlərin
tətbiqi barədə aktlar; [8]
6.1.5. yerli
rəy sorğusunun nəticələrini əks etdirən
qərarlar.
6.1.6.
bələdiyyələr üçün xərclər
və maliyyə öhdəlikləri doğuran aktlar.
6.1.7.
bələdiyyələrin birləşməsi və
ayrılması ilə bağlı keçirilmiş
yığıncağın (yığıncaqların)
nəticələrinin rəsmiləşdirilməsinə dair
qərarlar.[9]
6.1.8.
qanunçuluq prinsiplərinə riayət olunmasının
təmin edilməsi ilə bağlı bələdiyyənin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqanın təklif və
tövsiyələrinin bələdiyyələrin
iclaslarında müzakirəsi barədə qərarlar.[10]
6.2. İnzibati nəzarəti
həyata keçirən orqan ona göndərilmiş
bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində
nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğunluğunu
müəyyənləşdirmək məqsədilə
həmin akta daxil olduğu tarixdən 15 iş günü
müddətində baxılmasını təmin edir. [11]
Maddə 7.
Müraciətlər üzrə həyata keçirilən
inzibati nəzarət
7.1. Bu Qanunun 5.0.2-ci maddəsində
nəzərdə tutulmuş müraciət
ərizəçinin hüquqlarının və ya qanuni
mənafelərinin pozulduğu, yaxud ona bu barədə məlum
olduğu gündən 6 ay ərzində verilə bilər.
7.2. İnzibati nəzarəti həyata
keçirən orqan müraciətə daxil olduğu
tarixdən 15 iş günü
müddətində, əlavə araşdırmalar
tələb olunarsa, 30 iş
günü müddətində baxır. İnzibati
nəzarət icraatı üzrə əhəmiyyət
kəsb edən halların müəyyən olunması
üçün bu maddədə nəzərdə tutulmuş
müddətdən daha artıq vaxt tələb olunduğu
hallarda inzibati nəzarət icraatının müddəti
inzibati nəzarəti həyata keçirən orqan
tərəfindən 30 iş
günü müddətinə uzadılır.
İnzibati nəzarət icraatının ümumi
müddəti 60 iş
günündən çox ola bilməz. İnzibati
nəzarəti həyata keçirən orqan
tərəfindən müddətin uzadılması
barədə ərizəçiyə üç iş günü ərzində
məlumat verilir. Müddətin uzadılmasına səbəb
olan hallar inzibati nəzarəti həyata keçirən orqan
tərəfindən əsaslandırılmalıdır.[12]
7.3. İnzibati nəzarəti həyata
keçirən orqan daxil olmuş müraciətə dair
aşağıdakı iki qərardan birini qəbul edir:
7.3.1. bu Qanunun 8-ci maddəsində
nəzərdə tutulmuş icraata başlayır;
7.3.2. müraciətə baxmaqdan imtina edir
və bu barədə müvafiq şəxsə və ya orqana
əsaslandırılmış yazılı cavab
göndərir.
Maddə 8. İnzibati
nəzarət icraatı
8.1. İnzibati nəzarəti həyata
keçirən orqan daxil olmuş müraciətə
baxarkən həmin müraciətdə göstərilmiş
və mübahisə doğuran bələdiyyə
aktının, habelə əlavə sənədlərin
və ya məlumatların ona göndərilməsi
barədə müvafiq bələdiyyəyə
müraciət edir.
Bələdiyyə bu sənədləri və ya
məlumatları həmin sorğunu aldığı andan 5 iş günü
ərzində inzibati nəzarəti həyata keçirən
orqana təqdim etməlidir.[13]
8.1-1. İnzibati nəzarət
icraatının həyata keçirilməsi zamanı inzibati
nəzarəti həyata keçirən orqan dövlət
orqanlarına (qurumlarına) sorğular verə və
məlumatlar ala bilər.[14]
8.2. İnzibati nəzarəti
həyata keçirən orqan inzibati nəzarət icraatı
zamanı işin düzgün həlli üçün
əhəmiyyət kəsb edən bütün faktiki
halların hərtərəfli, tam və obyektiv
öyrənilməsi üçün yerində
araşdırma aparmaq və bələdiyyələrin
vəzifəli şəxslərindən, bələdiyyə
qulluqçularından və digər aidiyyəti
şəxslərdən bununla bağlı yazılı
şəkildə məlumatlar, arayışlar almaq hüququna
malikdir. Bu cür araşdırmalar
aparılmasına bələdiyyələr
tərəfindən maneə törədilməməlidir.[15]
8.3.
İnzibati nəzarəti həyata keçirən orqan
müraciətin araşdırılması
nəticəsində bələdiyyənin fəaliyyətinin
qanunazidd olduğunu aşkar etdikdə, həmin
fəaliyyətin dayandırılması və vurulmuş
ziyanın aradan qaldırılması barədə 5 iş
günü müddətində müvafiq
bələdiyyəyə müraciət edir. Bələdiyyə
tərəfindən həmin müraciətə 5 iş
günü müddətində bələdiyyə
iclasında baxılaraq nəticəsi barədə inzibati
nəzarəti həyata keçirən orqana məlumat verilir.
8.4. İnzibati nəzarəti
həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində
nəzərdə tutulmuş hallarda və ya daxil olmuş
müraciətin araşdırılması nəticəsində
bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində
göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu
aşkar etdikdə, həmin aktın dəyişdirilməsi
və ya ləğv edilməsi barədə 5 iş
günü müddətində müvafiq
bələdiyyəyə müraciət edir.
Bələdiyyə tərəfindən həmin
müraciətə 5 iş günü müddətində
bələdiyyə iclasında baxılaraq nəticəsi
barədə inzibati nəzarəti həyata keçirən
orqana məlumat verilir.[16]
8.5. İnzibati nəzarəti həyata
keçirən orqanın müraciəti bu Qanunun 8.3 və
8.4-cü maddələrində müəyyən olunmuş
müddət ərzində müvafiq bələdiyyə
tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə
müraciət etdiyi gündən 15 iş
günü ərzində məhkəməyə müraciət
edir. Məhkəməyə müraciət edilməsi
barədə müvafiq bələdiyyəyə dərhal
məlumat verilməlidir.[17]
8.6. Hər hansı bələdiyyə
aktı və ya bələdiyyənin fəaliyyəti
dövlət mənafelərinə və ya ictimai
mənafelərə ağır ziyan vura bilərsə,
inzibati nəzarəti həyata keçirən orqan müvafiq
bələdiyyəyə dərhal həmin aktın
ləğv edilməsini (dəyişdirilməsini)
və ya həmin fəaliyyətə xitam verilməsini
təklif edir. Bu təklif 3 iş
günü müddətində yerinə
yetirilmədikdə, inzibati nəzarəti həyata
keçirən orqan dərhal məhkəməyə
müraciət edir və həmin iddianın təmin
edilməsi ilə bağlı qanunvericilikdə
müəyyən edilmiş qaydada müvafiq qərar
çıxarılmasını məhkəmədən
xahiş edir.[18]
8.7. Bələdiyyənin
fəaliyyətində cinayət əlamətlərini
aşkar etdikdə, inzibati nəzarəti həyata
keçirən orqan müvafiq tədbirlər
görülməsi üçün səlahiyyətli
dövlət orqanına müraciət edir.[19]
Maddə 9. İnzibati
nəzarəti həyata keçirən orqanın illik
məruzəsi
İnzibati nəzarəti həyata
keçirən orqan hər ilin yekunu
üzrə öz fəaliyyəti haqqında Azərbaycan
Respublikasının Milli Məclisinə illik məruzə
təqdim edir. Bu məruzədə inzibati nəzarəti
həyata keçirən orqan bələdiyyələrin
fəaliyyətini tənzimləyən qanunlarda dəyişikliklərin edilməsi ilə
bağlı təkliflər verə bilər.[20]
Maddə 10.
Bələdiyyələrin fəaliyyətinə inzibati
nəzarəti həyata keçirən orqanın təklif
və tövsiyələri
10.1. Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqan bələdiyyələrin
fəaliyyətində qanunçuluq prinsipinə riayət
olunmasının təmin edilməsi ilə bağlı təhlil və ümumiləşdirmələr
aparır və onları öz
təklif və tövsiyələri ilə birlikdə
müvafiq bələdiyyələrə təqdim edir.[21]
10.2. Bu Qanunun 10.1-ci maddəsində
nəzərdə tutulmuş təklif və tövsiyələr alındığı gündən 5 iş günü
ərzində bələdiyyələrin iclaslarında
müzakirə olunur və müvafiq qərar qəbul olunur. [22]
III fəsil
YEKUN
MÜDDƏALAR
Maddə 11.
Bələdiyyələrin fəaliyyətinə inzibati
nəzarəti həyata keçirən orqanın
hərəkətlərindən şikayət verilməsi
Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqanın və onun vəzifəli
şəxslərinin qanuna zidd qərar və ya
hərəkətlərindən
(hərəkətsizliyindən) Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına və məhkəməyə
qanunla müəyyən edilmiş qaydada şikayət
verilə bilər.[23]
Maddə 12. Bu Qanunun
pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan
şəxslər qanuna
uyğun olaraq məsuliyyət daşıyırlar.[24]
Maddə 13. Qanunun
qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
Heydər
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 13 may 2003-cü il
¹ 454-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 23 dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 67)
2. 17 mart 2009-cu il tarixli 777-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel
2009-cu il, ¹ 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 04, maddə
213)
3. 25 oktyabr 2011-ci il tarixli 219-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr
2011-ci il, ¹ 278, “Azərbaycan” qəzeti, 30 dekabr 2011-ci il, ¹ 290,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹
12, maddə 1078)
4. 27 iyun 2019-cu il tarixli 1622-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 avqust 2019-cu il, ¹ 175, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹8, maddə
1365)
5. 9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 iyul 2019-cu il, ¹ 162, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1194)
6.
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2020-ci il, ¹ 134,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
7, maddə 855)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 7, maddə 855) ilə
1-ci
maddəyə “hallarının”
sözündən sonra “,
onları yaradan səbəb və şəraitin”
sözləri əlavə edilmişdir.
[2] 25 oktyabr
2011-ci il tarixli 219-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278, “Azərbaycan”
qəzeti, 30 dekabr 2011-ci il, ¹ 290, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1078) ilə yeni məzmunda 3.3-cü maddə əlavə
edilmişdir.
[3] 23 dekabr
2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 67) ilə 4.6-cı maddə əlavə
edilmişdir.
27 iyun 2019-cu il tarixli 1622-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 avqust 2019-cu il, ¹ 175, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹8, maddə
1365) ilə 4.6-cı maddə ləğv edilmişdir.
[4] 9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 iyul 2019-cu il, ¹ 162, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1194) ilə 5.0.1-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
5.0.1.
bələdiyyələrin normativ aktlarının və bu
Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş
aktların bu Qanunun 1-ci maddəsində göstərilən
normativ hüquqi aktlara zidd olması barədə kifayət
qədər əsas olduqda;
[5] 29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 7, maddə 855) ilə
5.0.2-ci
maddəyə “dövlət
orqanının” sözlərindən sonra “(qurumunun)” sözü əlavə edilmişdir.
[6] 29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 7, maddə 855) ilə
6.1-ci
maddədə “15 gündən”
sözləri “5 iş
günündən” sözləri ilə əvəz
edilmişdir.
[7] 9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 iyul 2019-cu il, ¹ 162, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1194) ilə 6.0.1-ci
maddə ləğv edilmişdir.
[8] 29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 7, maddə 855) ilə
6.1.4-cü
maddədən “birdəfəlik”
sözü çıxarılmışdır, həmin
maddədə “rüsumların”
sözü “ödənişlərin”
sözü ilə əvəz edilmişdir.
[9] 17 mart 2009-cu
il tarixli 777-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel
2009-cu il, ¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹ 04, maddə 213) ilə yeni məzmunda 6.0.7-ci maddə əlavə
edilmişdir.
[10] 25 oktyabr
2011-ci il tarixli 219-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278, “Azərbaycan”
qəzeti, 30 dekabr 2011-ci il, ¹ 290, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1078) ilə yeni məzmunda 6.0.8-ci maddə əlavə
edilmişdir.
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 7, maddə 855) ilə 6.0-cı, 6.0.2 – 6.0.8-ci
maddələr müvafiq olaraq 6.1-ci, 6.1.2 – 6.1.8-ci
maddələr hesab edilmişdir.
[11] 29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 7, maddə 855) ilə
yeni
məzmunda 6.2-ci maddə əlavə edilmişdir.
[12] 25 oktyabr
2011-ci il tarixli 219-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278, “Azərbaycan” qəzeti, 30
dekabr 2011-ci il, ¹ 290, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə 1078) ilə 7.2-ci maddə yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
7.2.
İnzibati nəzarəti həyata keçirən orqan
müraciətə daxil olduğu andan 15 gün
müddətində, əlavə araşdırmalar
tələb olunursa, 30 gün müddətində baxır.
Müraciətə baxılması müddətinin
uzadılması barədə ərizəçiyə
dərhal məlumat verilməlidir.
9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 iyul 2019-cu il, ¹ 162, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1194) ilə 7.2-ci
maddənin ikinci cümləsində “uzadıla bilər” sözləri “uzadılır” sözü ilə əvəz
edilmişdir.
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 7, maddə 855) ilə
7.2-ci
maddənin birinci (hər iki halda), ikinci və
dördüncü cümlələrində “gün” sözü “iş
günü” sözləri ilə, üçüncü
cümləsində isə “gündən”
sözü “iş
günündən” sözləri ilə əvəz
edilmişdir.
[13] 9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 iyul 2019-cu il, ¹ 162, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1194) ilə 8.1-ci
maddənin birinci cümləsində “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilmişdir.
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 7, maddə 855) ilə
8.1-ci
maddədə “15 gün”
sözləri “5 iş
günü” sözləri ilə əvəz edilmişdir.
[14] 29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 7, maddə 855) ilə
yeni
məzmunda 8.1-1-ci maddə əlavə edilmişdir.
[15] 9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 iyul 2019-cu il, ¹ 162, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1194) ilə 8.2-ci
maddənin birinci cümləsində “apara bilər” sözləri “aparır” sözü ilə əvəz
edilmişdir.
[15] 29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 7, maddə 855) ilə
8.2-ci
maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
8.2.
İnzibati nəzarəti həyata keçirən orqan ona
təqdim olunmuş müraciətə baxarkən zəruri
hallarda yerində araşdırmalar aparır.
[16] 9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 iyul 2019-cu il, ¹ 162, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1194) ilə 8.3-cü
və 8.4-cü maddələr yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
8.3. İnzibati nəzarəti həyata
keçirən orqan müraciətin
araşdırılması nəticəsində
bələdiyyənin fəaliyyətinin qanuna zidd olduğunu
aşkar etdikdə, həmin fəaliyyətin 15 gün
müddətində dayandırılması və vurulmuş
ziyanın aradan qaldırılması barədə müvafiq
bələdiyyəyə müraciət edir.
8.4.
İnzibati nəzarəti həyata keçirən orqan bu
Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş
hallarda və ya daxil olmuş müraciətin
araşdırılması nəticəsində
bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində
göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu
aşkar etdikdə, həmin aktın 15 gün ərzində
dəyişdirilməsi və ya ləğv edilməsi
barədə müvafiq bələdiyyəyə
müraciət edir.
[17] 9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 iyul 2019-cu il, ¹ 162, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1194) ilə 8.5-ci
maddəyə “
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 7, maddə 855) ilə
8.5-ci
və 8.6-cı maddələrdə “gün” sözü “iş
günü” sözləri ilə əvəz edilmişdir.
[18] 9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 iyul 2019-cu il, ¹ 162, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1194) ilə 8.6-cı
maddənin birinci cümləsindən “ağır” sözü
çıxarılmışdır və həmin
cümləyə “edilməsini”
sözündən sonra “(dəyişdirilməsini)”
sözü əlavə edilmişdir.
[19] 9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 iyul 2019-cu il, ¹ 162, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1194) ilə 8.7-ci
maddəyə “cinayət”
sözündən sonra “əlamətlərini”
sözü əlavə edilmişdir və həmin
maddədə “edə bilər”
sözləri “edir”
sözü ilə əvəz edilmişdir.
[20] 9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 iyul 2019-cu il, ¹ 162, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1194) ilə 9-cu
maddənin ikinci cümləsində “qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr” sözləri “qanunlarda dəyişikliklərin” sözləri
ilə əvəz edilmişdir.
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 7, maddə 855) ilə
9-cu
maddədə “sonunda”
sözü “yekunu üzrə”
sözləri ilə əvəz edilmişdir.
[21] 9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 iyul 2019-cu il, ¹ 162, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1194) ilə 10.1-ci
maddədə “apara və
onları öz təklif və tövsiyələri ilə
birlikdə müvafiq bələdiyyələrə təqdim
edə bilər” sözləri “aparır və onları öz təklif və
tövsiyələri ilə birlikdə müvafiq
bələdiyyələrə təqdim edir” sözləri
ilə əvəz edilmişdir.
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 7, maddə 855) ilə
10.1-ci
maddəyə “ümumiləşdirmələr”
sözündən əvvəl “təhlil
və” sözləri əlavə edilmişdir.
[22] 29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 7, maddə 855) ilə
10.2-ci
maddəyə “tövsiyələr”
sözündən sonra “alındığı
gündən 5 iş günü ərzində”
sözləri əlavə edilmişdir.
[23] 9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 iyul 2019-cu il, ¹ 162, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1194) ilə 11-ci
maddədə ikinci halda “və
ya” sözləri “və”
sözü ilə əvəz edilmişdir.
[24] 9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 iyul 2019-cu il, ¹ 162, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1194) ilə 12-ci
maddədə “Azərbaycan
Respublikasının qanunvericiliyinə” sözləri “qanuna” sözü ilə
əvəz edilmişdir.