“Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının Qanununa və Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinə dəyişikliklər və əlavələr
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır:
I. “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹9, maddə
564; 2001-ci il, ¹5, maddə 298, ¹11, maddələr 676, 698; 2002-ci
il, ¹1, maddə 9, ¹8, maddə 463; 2003-cü il, ¹8, maddə 424;
2004-cü il, ¹2, maddə 57, ¹11, maddə 901; 2005-ci il, ¹4,
maddə 277, ¹10, maddə 874, ¹11, maddə 993; 2006-cı il, ¹12,
maddə 1027; 2007-ci il, ¹6, maddə 560, ¹11, maddələr 1053,
1091; 2008-ci il, ¹2, maddə 49, ¹6, maddələr 453, 463, ¹7,
maddə 602; 2009-cu il, ¹2, maddə 47, ¹4, maddə 210, ¹ 12,
maddə 948) aşağıdakı dəyişikliklər
və əlavələr edilsin:
1. 1-ci maddə üzrə:
1.1. 14-cü bənddə “,
piyadaların hərəkəti və ya dayanması”
sözləri “hərəkəti və ya dayanması,
eləcə də piyadaların hərəkəti” sözləri
ilə əvəz edilsin;
1.2. 39-cu bənd aşağıdakı
redaksiyada verilsin:
“39) ötmə - hərəkət etdiyi
zolağı dəyişməklə hərəkətdə
olan bir və ya bir neçə nəqliyyat vasitəsini
ötüb keçməkdir;”
1.3. aşağıdakı məzmunda
44-50-ci bəndlər əlavə edilsin:
“44) ümumi istifadədə olan
nəqliyyat vasitəsi - sərnişin daşınması
üçün nəzərdə tutulmuş,
müəyyən edilmiş marşrut üzrə təyin
edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat
vasitəsidir (avtobus, trolleybus, tramvay);
45) mütəşəkkil nəqliyyat
dəstəsi - qarşıda qırmızı və ya göy
sayrışan işıq və xüsusi səs siqnalı
ilə təchiz edilmiş operativ nəqliyyat vasitəsinin
müşayiəti ilə bir hərəkət
zolağında bir-birinin ardınca faraları
yandırılmış vəziyyətdə
hərəkət edən üç və ya daha artıq
mexaniki nəqliyyat vasitəsindən ibarət olan dəstədir;
46) avtoqatar - bir mexaniki nəqliyyat
vasitəsinə qoşularaq birlikdə hərəkət
edən bir neçə nəqliyyat vasitəsindən
ibarət tərkibdir;
47) icazə verilən maksimum
kütlə - istehsalçı müəssisə
tərəfindən müəyyən edilmiş, nəqliyyat
vasitəsinin sürücü, sərnişin və
yüklə birlikdə yol verilən kütləsinin yuxarı
həddidir. Avtoqatarın icazə verilən maksimum
kütləsi tərkibə daxil olan nəqliyyat
vasitələrinin icazə verilən maksimum
kütlələrinin cəmindən ibarətdir;
48) sutkanın qaranlıq vaxtı -
sutkanın günəş batandan günəş
çıxanadək olan müddətidir;
49) yaşayış məntəqəsi
- giriş və çıxışları müvafiq olaraq
5.22-5.25 nişanları ilə işarələnmiş,
əhalinin yığcam məskunlaşdığı
ərazidir. Ağ fonu olan 5.22 və 5.23 nişanları
yaşayış məntəqələrində
hərəkət qaydalarını tənzimləyən
müvafiq tələblərin tətbiq olunduğunu, göy
fonu olan 5.24 və 5.25 nişanları yaşayış
məntəqələrində hərəkət qaydalarını
tənzimləyən müvafiq tələblərin bu yolda
tətbiq olunmadığını göstərir;
50) yaşayış zonası –
yaşayış məntəqəsinin giriş və
çıxışları müvafiq olaraq 5.51 və 5.52
nişanları ilə işarələnmiş hissəsidir.”;
2. 4-cü maddənin 21-ci bəndində
“girov müqaviləsinin qeydiyyata alınması barədə
şəhadətnaməni” sözləri “ipoteka
müqaviləsinin qeydiyyata alınması ilə
əlaqədar daşınar əmlakın müvafiq rəsmi
reyestrindən çıxarışı” sözləri
ilə əvəz edilsin;
3. 27-ci maddə üzrə:
3.1. IV hissənin 3-cü bəndində
“girov qəbul edildiyi” sözləri “ipoteka müqaviləsi
bağlandığı” sözləri ilə əvəz
edilsin;
3.2. V hissənin birinci
cümləsində “bir gün” sözlərindən sonra “,
sənədlərin həqiqiliyinin şübhə
doğurduğu müstəsna hallarda üç gün”
sözləri ilə əvəz edilsin;
3.3. aşağıdakı məzmunda
V-I hissə əlavə edilsin:
“V-I. Nəqliyyat vasitəsinin
ipotekası haqqında müqavilənin və sonrakı ipoteka
haqqında müqavilənin dövlət qeydiyyatı,
habelə qanunla müəyyən edilmiş hallarda
ipotekanın əlavə qeydiyyatı “İpoteka haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada bu Qanunun 27-ci maddəsinin
ikinci hissəsində nəzərdə tutulmuş orqanlar
tərəfindən daşınar əmlakın müvafiq
rəsmi reyestrində aparılır və reyestrdən
çıxarış ipoteka saxlayana təqdim edilir.
Forması müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən
çıxarışda ipotekanın dövlət qeydiyyatını
aparan orqanın adı, qeydiyyatın yeri, vaxtı (tarixi və
saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayan və ipoteka
qoyan barədə, habelə ipoteka predmetinin eyniləşdirilməsi
üçün zəruri məlumatlar göstərilir.
İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi
və ya məhkəmənin qərarı əsasında
qeydiyyat orqanı tərəfindən ləğv edilir.
Nəqliyyat vasitəsinin ipoteka ilə yüklü olması
nəqliyyat vasitəsinin qeydiyyat
şəhadətnaməsində qeyd edilir və ipotekaya xitam
verildikdə bu qeyd ləğv edilir.”;
3.4. XIII hissədə “qeydiyyatdan”
sözü “təkrar dövlət qeydiyyatından”
sözləri ilə əvəz edilsin;
4. 33-cü maddə üzrə:
4.1. II hissə aşağıdakı
redaksiyada verilsin:
“II. Azərbaycan Respublikası
ərazisindəki yollarda nəqliyyat vasitələrini
idarə etmək hüququ aşağıdakı yaşlardan
yaranır:
1) velosipedi və ya arabanı
idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi
və “A1” kateqoriyasına daxil olan nəqliyyat
vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
3) “A”, “B” və “C” kateqoriyasına daxil
olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 18
yaşdan;
4) “BE” - kateqoriyasına daxil olan
nəqliyyat vasitələrini idarəetmə hüququ - 19
yaşdan;
5) tramvayları, trolleybusları, “CE”
və “D” kateqoriyasına daxil olan nəqliyyat
vasitələrini idarəetmə hüququ - 21 yaşdan;
6) “DE” - kateqoriyasına daxil olan
nəqliyyat vasitələrini idarəetmə hüququ - 24
yaşdan.
“B” kateqoriyasına daxil olan nəqliyyat
vasitələrini ən azı bir il idarəetmə
təcrübəsinə malik olan şəxslər “BE”
kateqoriyasına, “C” və ya “D” kateqoriyasına daxil olan
nəqliyyat vasitələrini ən azı üç il idarəetmə
təcrübəsinə malik olan şəxslər isə
müvafiq olaraq “CE” və ya “DE” kateqoriyasına daxil olan
nəqliyyat vasitələrini idarə etmək hüququna
malikdirlər.
Hərbi qulluqçular “CE”, “D” və
“DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini
idarəetmə hüququnu qanunvericiliklə müəyyən
edilmiş qaydada 19 yaşdan əldə edə
bilərlər.”;
4.2. IV hissədə “Bu maddənin ikinci
hissəsinin 1-ci və 2-ci bəndləri” sözləri
“Velosiped, araba, asma mühərrikli velosiped və moped”
sözləri ilə əvəz edilsin;
5. 34-cü maddənin IV hissəsi
aşağıdakı redaksiyada verilsin:
“IV. Avtomobilləri və motosikletləri
idarə etmək üçün verilən
sürücülük vəsiqələrində, bu
maddənin üçüncü hissəsində
nəzərdə tutulmuş məlumatlardan başqa, idarə
etmə hüququnun qüvvəsinin şamil edildiyi
nəqliyyat vasitələrinin aşağıdakı
kateqoriyaları göstərilir:
1) “A1” - mühərrikinin işçi
həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11
kVt-dan çox olmayan motosikletləri idarə etmək
üçün;
2) “A” - bütün növ
motosikletləri idarə etmək üçün;
3) “B” - aşağıdakı
nəqliyyat vasitələrini idarə etmək
üçün:
“A” kateqoriyasına aid edilməyən,
icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq
yerlərinin sayı sürücü oturacağından
əlavə 8-dən artıq olmayan avtomobilləri;
qoşqusunun icazə verilən maksimum
kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan
avtomobilləri;
qoşqusunun icazə verilən maksimal
kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz
kütləsindən çox olmayan və
bütövlükdə belə tərkibin icazə verilən
maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından
olan avtomobilləri;
4) “C” - “D” kateqoriyasına aid
edilməyən, icazə verilən maksimum kütləsi 3.500
kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun
icazə verilən maksimum kütləsi 750 kq-dan artıq
olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək
üçün;
5) “D” - sərnişin
daşınması üçün nəzərdə tutulan
və oturacaq yerlərinin sayı, sürücü
oturacağından əlavə, 8-dən artıq olan
avtomobilləri, habelə qoşqusunun icazə verilən
maksimum kütləsi 750 kq-dan artıq olmayan “D”
kateqoriyasından olan avtomobilləri idarə etmək
üçün;
6) “BE” - qoşqusunun icazə verilən
maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin
yüksüz kütləsindən çox olan “B”
kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun
icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və
bütövlükdə belə tərkibin icazə verilən
maksimum kütləsi 3500 kq-dan artıq olan “B” kateqoriyasından
olan avtomobilləri idarə etmək üçün;
7) “CE” - qoşqusunun icazə verilən
maksimum kütləsi 750 kq-dan artıq olan “C” kateqoriyasından
olan avtomobilləri idarə etmək üçün;
8) “DE” - qoşqusunun icazə verilən
maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından
olan avtomobilləri idarə etmək üçün;
9) “Tramvay” - tramvayları idarə
etmək üçün;
10) “Trolleybus” - trolleybusları idarə
etmək üçün.”;
6. 37-ci maddə üzrə:
6.1. I hissənin 7-ci bəndi
aşağıdakı redaksiyada verilsin:
“7) üstün keçid hüququ olan,
qırmızı və ya göy sayrışan işıq
və xüsusi səs siqnalı ilə işarə verən
nəqliyyat vasitəsi yaxınlaşdıqda, sağa
dönmə işıq göstəricisini yandırmalı,
həmin nəqliyyat vasitələri üçün
zolağı boşaltmalı və ya yol qırağına
mümkün qədər yaxın hərəkət etməli,
zərurət olduqda isə nəqliyyat vasitəsini
dayandırmalıdır, üstün keçid hüququ olan,
qırmızı və ya göy sayrışan işıq
və xüsusi səs siqnalı ilə işarə verən
nəqliyyat vasitəsinin müşayiət etdiyi
mütəşəkkil nəqliyyat dəstəsinə
qoşularaq hərəkət etməməlidir;”;
6.2. V hissənin 2-ci bəndində
“sükan arxasında telefonla danışmaq” sözləri
“nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu
əldə saxlamaqla ondan istifadə etmək” sözləri
ilə əvəz edilsin;
7. 40-cı maddənin I hissəsinin 7-ci
bəndində “qırmızı və ya göy
sayrışan işıq və xüsusi səs siqnalı
qoşulmuş” sözləri “üstün keçid hüququ
olan, qırmızı və ya göy sayrışan
işıq və xüsusi səs siqnalı ilə
işarə verən” sözləri ilə əvəz edilsin;
8. 43-cü maddənin II hissəsinin
3-cü bəndində “dayanmaq” sözündən sonra “və
ya durmaq” sözləri əlavə edilsin;
9. 48-ci maddə üzrə:
9.1. II hissədə
“saxlamalıdırlar” sözü “dayandırmalıdırlar”
sözü ilə əvəz edilsin;
9.2. II hissəyə
aşağıdakı məzmunda ikinci cümlə
əlavə edilsin:
“Üstün keçid hüququ olan,
qırmızı və ya göy sayrışan işıq
və xüsusi səs siqnalı ilə işarə verən
nəqliyyat vasitəsinin müşayiət etdiyi
mütəşəkkil nəqliyyat dəstəsinə daxil
olmayan nəqliyyat vasitəsinin belə
mütəşəkkil nəqliyyat dəstəsinə
qoşularaq hərəkət etməsi qadağandır.”;
10. 49-cu maddənin I hissəsinə
aşağıdakı məzmunda ikinci cümlə
əlavə olunsun:
“Yaşayış
məntəqələrindən kənarda, habelə
yaşayış məntəqələrində 5.1 və ya
5.3 nişanları ilə işarələnmiş yolun
hərəkət hissəsində hərəkət
istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla
hərəkət etmək qadağandır.”;
11. 50-ci maddənin II hissəsinin 1-ci
bəndində “çox ola bilməz)” sözlərindən
sonra “, yaşayış zonalarında və həyət
ərazilərində isə saatda 20 kilometrdən çox
olmayan sürətlə” sözləri əlavə edilsin;
12. 51-ci maddə üzrə:
12.1. I hissənin 3-cü bəndində
“qarşıdan gələn” sözlərindən sonra “və
bu zolaqda gedən” sözləri əlavə edilsin;
12.2. II hissənin birinci
cümləsində “Eyni istiqamətdə hərəkət
üçün iki və daha artıq zolaq olmadığı
halda relssiz” sözləri “Relssiz” sözü ilə əvəz
edilsin;
13. 52-ci maddə üzrə:
13.1. IV hissənin 7-ci bəndi
aşağıdakı redaksiyada verilsin:
“7) dayanacaq meydançasına,
meydança olmadıqda isə ümumi istifadədə olan
nəqliyyat vasitələrinin dayanacaq yerini işarə
edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az
yaxınlıqda;”;
13.2. IV hissənin 10-cu bəndi
aşağıdakı redaksiyada verilsin:
“10) 3.27 yol nişanının və 1.4
nişanlanma xəttinin təsir zonalarında;”;
13.3. IV hissəyə
aşağıdakı məzmunda 11-ci bənd əlavə
edilsin:
“11) avtomagistrallarda və ya 5.3
nişanı ilə işarələnmiş yollarda 5.15 və
ya 6.11 nişanları ilə işarələnmiş
xüsusi dayanacaq meydançalarından kənarda dayanma
qadağandır.”;
13.4. aşağıdakı məzmunda
IV-I hissə əlavə edilsin:
“IV-I. Ümumi istifadədə olan
nəqliyyat vasitəsi sürücüsünün
sərnişinləri mindirmək və
düşürtmək üçün nəqliyyat
vasitəsini bu məqsədlə xüsusi olaraq
müəyyən edilmiş dayanacaq meydançalarından
və ya 5.12, 5.13 nişanları ilə
işarələnmiş dayanacaq yerlərindən kənar
dayandırması qadağandır. Taksilərin bu
məqsədlə xüsusi olaraq müəyyən edilmiş
və 5.14 nişanı ilə işarələnmiş duracaq
yerlərindən kənar yerlərdə sifariş qəbul
etmək məqsədilə durması qadağandır.”;
13.5. VI hissənin 6-cı bəndində
“3.28 yol nişanının” sözlərindən sonra “və
1.10 nişanlanma xəttinin” sözləri əlavə olunsun;
14. 54-cü maddənin I hissəsinə
aşağıdakı məzmunda ikinci və
üçüncü cümlələr əlavə edilsin:
“Əgər piyada keçidində
nəqliyyat vasitələrinin hərəkəti
nizamlayıcı tərəfindən və ya svetofor
vasitəsilə nizamlanmırsa, sürücü keçidə
yaxınlaşarkən sürəti lazımınca
azaltmalıdır ki, yolu keçməyə
başlamış piyadaları təhlükəyə
məruz qoymasın. Əgər piyada keçidə daxil
olmuşdursa və ya daxil olmaqdadırsa sürücü
nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol
verməlidir.”;
15. 56-cı maddənin III hissəsi
aşağıdakı redaksiyada verilsin:
“III. Bort platforması olan yük
avtomobili aşağıdakı qaydada təchiz edildikdə
onun banında adamların daşınmasına yol verilir:
1) yük avtomobilinin banında oturacaqlar
döşəmədən 0,3-0,5 metr hündürlükdə,
bortun üst hissəsindən ən azı 0,3 metr
aşağıda bərkidilməlidir;
2) arxa və yan bortlar boyu
yerləşən oturacaqların söykənəcək
hissəsi möhkəm olmalıdır.”;
16. 66-cı maddə üzrə:
16.1. II hissənin üçüncü
cümləsində “, ağ fon yaşayış
məntəqəsi əlaməti” sözləri
çıxarılsın;
16.2. II hissənin dördüncü
cümləsi beşinci cümlə hesab edilsin və
aşağıdakı məzmunda dördüncü
cümlə əlavə edilsin:
“Ağ fonu olan 5.22 və 5.23
nişanları yaşayış
məntəqələrində hərəkət
qaydalarını tənzimləyən müvafiq
tələblərin tətbiq olunduğunu, göy fonu olan 5.24
və 5.25 nişanları yaşayış
məntəqələrində hərəkət
qaydalarını tənzimləyən müvafiq tələblərin
bu yolda tətbiq olunmadığını göstərir.”;
17. 73-cü maddə üzrə:
17.1. III hissənin 1-ci bəndində
“qabarit işıqları” sözlərindən sonra “,
velosipedlərdə - faralar və ya fənərlər, at
arabalarında - fənərlər” sözləri əlavə
olunsun;
17.2. III hissəsinin 2-ci bəndində
“qoşqularda” sözündən sonra ”və yedəyə
alınan nəqliyyat vasitələrində” sözləri
əlavə olunsun;
17.3. V hissə aşağıdakı
redaksiyada verilsin:
“V. Sutkanın işıqlı
vaxtında hərəkət edən nəqliyyat vasitəsini
göstərmək məqsədilə aşağıdakı
nəqliyyat vasitələrində faranın yaxın
işıqları yandırılmalıdır:
1) motosiklet və mopedlərdə;
2) uşaq dəstələrini
daşıyan avtobus və mikroavtobuslarda;
3) mütəşəkkil nəqliyyat
dəstəsində hərəkət edən nəqliyyat
vasitələrində;
4) digər nəqliyyat vasitələrini
yedəyə alan nəqliyyat vasitələrində;
5) təhlükəli, ağır
çəkili və iri qabaritli yük daşıyan
nəqliyyat vasitələrində;
6) xüsusi olaraq ayrılmış
zolaqla nəqliyyat vasitələrinin axınına
qarşı hərəkət edən ümumi
istifadədə olan nəqliyyat vasitələrində.”;
17.4. aşağıdakı məzmunda
V-I hissə əlavə olunsun:
“V-I. Duman faralarından
aşağıdakı hallarda istifadə oluna bilər:
1) məhdudiyyətli görünmə
şəraitində - həm ayrıca, həm də faranın
yaxın və ya uzaq işıqları ilə birlikdə;
2) sutkanın qaranlıq vaxtı yolun
işıqlandırılmamış sahələrində -
faraların yaxın və uzaq işıqları ilə
birlikdə;
3) bu Qanunun 73-cü maddəsinin V
hissəsində nəzərdə tutulmuş hallarda müvafiq
nəqliyyat vasitələrində faranın yaxın
işıqlarının əvəzinə.”;
17.5. X hissə aşağıdakı
redaksiyada verilsin:
“X. “Avtoqatar” tanınma nişanı
avtoqatar hərəkət etdiyi, sutkanın qaranlıq vaxtı
və ya məhdudiyyətli görünmə
şəraitində isə, həm də dayandığı
və ya durduğu müddətdə yanmalıdır.”;
18. 74-cü maddənin III
hissəsində “yolun hərəkət hissəsini
boşaltmalı” sözləri “sağa dönmə
işıq göstəricisini yandırmalı, üstün
keçid hüququ olan nəqliyyat vasitələri
üçün zolağı boşaltmalı” sözləri ilə,
“saxlamalıdırlar” sözü “dayandırmalıdırlar”
sözü ilə əvəz edilsin;
19. 84-cü maddəyə
aşağıdakı məzmunda 6-1-ci bənd əlavə
edilsin:
“6-1) tərəfindən aşkar
edilmiş hər bir inzibati xətaya dair məlumatı -
müvafiq xətanın aşkar edildiyi vaxtdan 1 gün
ərzində, həmin inzibati xəta haqqında iş
üzrə icraat zamanı qəbul olunan qərarlar və
tətbiq olunan inzibati tənbeh tədbirləri barədə
məlumatı - müvafiq qərar qəbul olunduğu vaxtdan 1
gün ərzində, inzibati tənbeh tətbiq etmə
haqqında qərarın icra olunması barədə
məlumatı - müvafiq qərarın icrası başa
çatdığı vaxtdan 1 gün ərzində texniki
vasitələrdən istifadə etməklə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada mərkəzi məlumat sisteminə
ötürmək;”;
20. 85-ci maddə üzrə:
20.1. 2-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“2) nəqliyyat vasitəsini idarə
edən şəxslərdən aşağıdakı hallarda
nəqliyyat vasitəsini dayandırmağı tələb edir:
nəqliyyat vasitəsini idarə edən
şəxs tərəfindən yol hərəkəti
qaydalarının və ya yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi qaydalarının
pozulduğu vizual şəkildə aşkar edildikdə və
ya xüsusi texniki vasitələrdən istifadə
etməklə müəyyən olunduqda, habelə nəqliyyat
vasitəsini idarə edən şəxs tərəfindən
inzibati xətanın törədilməsi barədə
radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının
digər əməkdaşından məlumat daxil olduqda;
nəqliyyat vasitəsi axtarışda
olduqda;
nəqliyyat vasitəsini idarə edən
şəxs və ya onunla birlikdə olan sərnişin
tərəfindən cinayətin törədilməsi və ya
cinayətin törədilməsində
şübhələnilməsi haqqında dəqiq məlumat
olduqda;
bu Qanunun 37-ci maddəsinin III
hissəsində nəzərdə tutulmuş hallarda bu
nəqliyyat vasitəsindən istifadə etmək
zərurəti yarandıqda.
Qeyd: Nəqliyyat vasitəsi bu Qanunun 37-ci
maddəsinin I hissəsinin 1-ci bəndində
nəzərdə tutulmuş sənədlərin
yoxlanılması məqsədilə yalnız stasionar postlarda
dayandırıla bilər. Nəqliyyat vasitəsinin
dayandırılması fit və jezllə işarə
verməklə və ya səsgücləndirici cihaz
vasitəsilə nəqliyyat vasitəsini idarə edən
şəxsin aydın görə və ya eşidə biləcəyi
şəkildə tələb edilməlidir. Nəqliyyat
vasitəsinin dayandırılması tələbi
sürücü tərəfindən yerinə
yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri,
nəqliyyat vasitəsinin markası, rəngi,
hərəkət istiqaməti, dövlət qeydiyyat
nişanı və digər mühüm əlamətləri
göstərilməklə müvafiq icra hakimiyyəti
orqanının digər əməkdaşlarına radio-cihaz
vasitəsilə məlumat verilir və bundan sonra yazılı
formada müvafiq raport tərtib edilir. Nəqliyyat vasitəsinin
dayandırılması tələbini yerinə
yetirməyən sürücü öz
hərəkətləri ilə insan həyatına və
sağlamlığına real təhlükə yaratdıqda
nəqliyyat vasitəsi təhlükəsizlik
şərtlərinə əməl edilməklə və
müvafiq icra hakimiyyəti orqanının yuxarı
vəzifəli şəxsinə radio-cihaz vasitəsilə
məlumat verilməklə təqib oluna bilər, həmin
nəqliyyat vasitəsinin dayandırılmasına başqa
imkan olmadıqda isə bu məqsədlə məcburi
dayandırma vasitələrindən istifadə oluna bilər.”;
20.2. 5-ci bəndin “Qeyd” hissəsinin
mətni ikinci abzas hesab edilsin və “Qeyd” hissəsinə
aşağıdakı məzmunda birinci abzas əlavə
edilsin:
“Beynəlxalq daşımaları
həyata keçirən sürücülər
tərəfindən inzibati xəta istirahət,
səsvermə, iş günü hesab olunmayan bayram
günləri və ümumxalq hüzn günündə
törədildikdə və sürücü barəsində
inzibati cərimə növündə inzibati tənbeh
tədbirinin tətbiq edilməsi barədə qərar
qəbul edildikdə, cəriməni banka və ya
səlahiyyətli kredit təşkilatına ödəmək
və ya köçürmək mümkün olmadıqda,
həmin cərimə səlahiyyətli vəzifəli
şəxsə ödənilə bilər. Bu halda inzibati
xəta törətmiş şəxsə bu Qanunun 85-ci
maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş
qaydada qəbz verilir.”;
20.3. 9-cu bənddə “yerində
olmadıqda” sözləri “olmadıqda” sözü ilə
əvəz edilsin və “dayandırılmış
nəqliyyat vasitəsi Azərbaycan Respublikasında bu Qanunla
müəyyən edilmiş qaydada qeydiyyatdan
keçirilmədikdə;” sözləri çıxarılsın;
21. Qanuna 1 saylı Əlavə
“Nəqliyyat vasitələrinin istismarının qadağan
edilməsinə səbəb olan nasazlıqların
siyahısı”nın VII bölməsinin 3-cü bəndinin
“Qeyd” hissəsinin üçüncü cümləsində
“arxa şüşələrində” sözləri “arxa şüşələrinə
örtük (pərdə və ya plyonka)
çəkməyə və ya” sözləri ilə
əvəz edilsin.
22. Qanuna 4 saylı Əlavə “Yol
nişanları”nın “V. Məlumatverici-göstərici
nişanlar” qrupunda:
22.1. 5.9, 5.10.1, 5.10.2, 5.10.3, 5.10.4 yol
nişanlarının adlarında “Marşrut” sözü
“Ümumi istifadədə olan” sözləri ilə
əvəz edilsin;
22.2. 5.14 yol nişanının adı
aşağıdakı redaksiyada verilsin:
“5.14. Minik taksilərinin duracaq yeri”;
22.3. 5.22 yol nişanının adı
aşağıdakı redaksiyada verilsin:
“5.22. Yaşayış
məntəqəsinin başlanğıcı
(yaşayış məntəqələrində
hərəkət qaydalarını tənzimləyən
müvafiq tələblərin tətbiq olunduğunu
göstərir)”;
22.4. 5.23 yol nişanının adı
aşağıdakı redaksiyada verilsin:
“5.23. 5.22 yol nişanı ilə
işarə edilmiş yaşayış məntəqəsinin
qurtaracağı”;
22.5. 5.24 yol nişanının adı
aşağıdakı redaksiyada verilsin:
“5.24. Yaşayış
məntəqəsinin başlanğıcı
(yaşayış məntəqələrində
hərəkət qaydalarını tənzimləyən
müvafiq tələblərin bu yolda tətbiq
olunmadığını göstərir”;
22.6. 5.25 yol nişanının adı
aşağıdakı redaksiyada verilsin:
“5.25. 5.24 yol nişanı ilə
işarə edilmiş yaşayış məntəqəsinin
qurtaracağı”;
II. Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, ¹8, I kitab, maddə 584; 2001-ci il,
¹1, maddə 24, ¹3, maddə 139, ¹7, maddə 455, ¹ 11, maddələr
680, 698, ¹12, maddə 731; 2002-ci il, ¹1, maddə 9, ¹4, I kitab,
maddə 165, ¹5, maddələr 234, 237, 239, ¹6, maddə 326, ¹8,
maddə 463, ¹12, maddə 692; 2003-cü il, ¹1, maddələr 3,
13, 23, ¹4, maddələr 177, 178, ¹5, maddə 228, ¹6,
maddələr 257, 276, 279, ¹8, maddələr 407, 425, ¹12, I
kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714;
2004-cü il, ¹1, maddələr 6, 7, 10, 13, ¹4, maddələr
200, 201, 204, ¹5, maddələr 313, 314, 317, 321, ¹6, maddə 397,
¹8, maddələr 596, 597, ¹10, maddələr 762, 779, ¹11, maddə
900, ¹12, maddə 973; 2005-ci il, ¹1, maddələr 5, 6, ¹2,
maddə 61, ¹4, maddələr 272, 273, 275, 278, ¹6,
maddələr 462, 466, ¹7, maddə 576, ¹8, maddələr 691,
692, ¹10, maddələr 875, 877, 904, ¹11, maddələr 993, 994,
995, ¹12, maddələr 1083, 1085; 2006-cı il, ¹2,
maddələr 64, 68, ¹3, maddələr 219, 220, 223, 225, ¹5,
maddə 385, ¹6, maddə 478, ¹11, maddələr 923, 924, 932, ¹12,
maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹1, maddələr 3, 4,
¹2 maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401, 440, ¹ 6,
maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10,
maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049,
1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217,
1218, 1221; 2008-ci il, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152,
159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454,
460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605, ¹ 8, maddələr
699, 701, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957,
¹ 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, ¹ 2, maddələr
36, 45, 49, 52, 53, ¹ 5, maddələr 309, 315, ¹ 6, maddələr 404,
405, ¹7, maddələr 517, 518, 519, ¹ 8, maddə 611, ¹ 11,
maddə 878, ¹ 12, maddə 953, 954, 966, 971; 2010-cu il, ¹ 2,
maddələr 70, 71, ¹ 3, maddələr 167, 171, 178;
Azərbaycan Respublikasının 2010-cu il 5 mart tarixli 971-IIIQD
və 972-IIIQD nömrəli, 20 aprel tarixli 991-IIIQD və
992-IIIQD nömrəli, 11 may tarixli 1006-IIIQD nömrəli
qanunları) aşağıdakı əlavələr və
dəyişikliklər edilsin:
1. 151-ci maddə üzrə:
1.1. 151.1-ci maddədə “sürmə
təlimi keçmə” sözlərindən sonra “,
avtomagistralda və ya yaşayış zonasında
hərəkət etmə, əks istiqamətli
hərəkət zolağına çıxmadan ötmə
və ya manevr etmə” sözləri, “pozulmasına,”
sözündən sonra “ümumi istifadədə olan
nəqliyyat vasitələrinin dayanacaq meydançasında
və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az
yaxınlıqda digər nəqliyyat vasitələrinin
dayanmasına və ya durmasına, səkilərlə və
qanunla nəzərdə tutulmamış hallarda yolun
çiyini ilə hərəkət edilməsinə, piyada
keçidində nəqliyyat vasitələrinin
hərəkəti nizamlayıcı tərəfindən və
ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada
keçidinə daxil olmuş və ya daxil olmaqda olan piyadaya
sürücü tərəfindən nəqliyyat vasitəsini
dayandıraraq yol verilməməsinə,” sözləri əlavə
edilsin;
1.2. 151.2-ci maddədə:
1.2.1. “ötmə, manevr etmə”
sözləri “əks istiqamətli hərəkət
zolağına çıxmaqla ötmə və ya manevr
etmə” sözləri ilə əvəz edilsin;
1.2.2. “daxil olmasına,”
sözlərindən sonra “ümumi istifadədə olan
nəqliyyat vasitəsini sərnişinləri mindirmək
və ya düşürtmək üçün bu
məqsədlə xüsusi olaraq müəyyən edilmiş
dayanacaq meydançalarından və ya 5.12, 5.13
nişanları ilə işarələnmiş dayanacaq
yerlərindən kənarda dayandırılmasına,”
sözləri əlavə edilsin;
1.2.3. “yol verilməməsinə”
sözlərindən sonra “və ya belə nəqliyyat vasitəsinin
müşayiət etdiyi mütəşəkkil nəqliyyat
dəstəsinə qoşularaq hərəkət
edilməsinə” sözləri əlavə edilsin;
1.3. 151.4-cü maddədə
“151.3-cü,” sözündən sonra “152-1.1-ci” sözü
əlavə olunsun;
1.4. maddənin “Qeyd”ində:
1.4.1. maddənin “Qeyd”inin mətni 1-ci
hissə hesab edilsin;
1.4.2. maddənin “Qeyd”inə
aşağıdakı məzmunda 2-ci hissə əlavə
edilsin:
“2. Sürücülük
vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin
kateqoriyasına uyğun olmayan sürücü bu
Məcəllədə nəzərdə tutulmuş balla
qiymətləndirilən xətaları törətdikdə,
o, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan
nəqliyyat vasitəsinin idarə edilməsinə görə
inzibati məsuliyyətə cəlb edilir və ona
törətdiyi xətaya müvafiq bal təyin edilir.”;
2. 152.3-cü maddədə
“törədilməsinə” sözündən sonra “və ya
nəqliyyat vasitəsini idarə etmək hüququ
məhdudlaşdırılmış şəxs
tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə”
sözləri əlavə edilsin;
3. 154.1-ci maddədə “on beş manatdan
iyirmi manatadək miqdarda” sözləri “otuz manat miqdarında”
sözləri ilə əvəz edilsin;
4. 155-ci maddə üzrə:
4.1. 155.1.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“155.1.3. dövlət qeydiyyat
nişanlarından birinin yerində olmamasına;”;
4.2. 155.2.4-cü maddədə
“müvafiq icazə olmadan nəqliyyat vasitələrinin
xüsusi səs (çoxavazlı) və ya sayrışan
işıq siqnalları ilə və ya sürəti
ölçməyə maneçilik törədən, yaxud
ölçmə cihazlarının işinə mane olan
antiradar və yaxud operativ xidmətlərinin nəqliyyat
vasitələri üçün müəyyən edilmiş
rənglənmə sxemləri ilə təchiz edilməsinə,
habelə” sözləri “nəqliyyat vasitəsinin”
sözləri ilə əvəz edilsin;
4.3. aşağıdakı məzmunda
155.6 və 155.7-ci maddələr əlavə olunsun:
“155.6. Nəqliyyat vasitəsinin
hərəkəti zamanı sürücünün telefonu
əldə saxlamaqla ondan istifadə etməsinə görə
-
əlli manat miqdarında cərimə
edilir.
155.7. Nəqliyyat vasitələrinin
müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs
və ya sayrışan işıq siqnalları və ya
operativ nəqliyyat vasitələri üçün
müəyyən edilmiş rənglənmə sxemləri,
yazılar və tanınma nişanları ilə təchiz
edilməsinə, habelə nəqliyyat vasitəsinin
sürətini ölçməyə maneçilik
törədən və ya ölçmə cihazlarının
işinə mane olan antiradar və digər texniki
vasitələrdən, yaxud əhalinin dincliyini
nümayişkaranə şəkildə pozan səs
siqnallarından istifadə edilməsinə görə -
inzibati xətanın
törədilməsində alət və ya inzibati
xətanın bilavasitə obyekti olmuş predmet müsadirə
edilməklə qırx manatdan altmış manatadək miqdarda
cərimə edilir.”;
5. 360.1-ci maddədə “155.4,”
rəqəmindən sonra “155.7,” rəqəmi əlavə
edilsin;
6. 397.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
“397.3. Fiziki şəxsin
gətirilməsi inzibati xətanın baxıldığı
yer üzrə məhkəmənin qərardadı
əsasında onun yaşadığı və ya olduğu yer
üzrə Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.”
7. 406-cı maddə üzrə:
7.1. 406.1.2-ci maddədən “yerində”
sözü çıxarılsın;
7.2. 406.1.4-cü maddə
çıxarılsın;
8. 409.1.1-ci maddədə “bilavasitə”
sözündən sonra “və ya xüsusi texniki
vasitələrin köməyi ilə” sözləri
əlavə edilsin;
9. aşağıdakı redaksiyada
415.5-ci maddə əlavə edilsin:
“415.5. İnzibati xəta haqqında
iş üzrə icraat dayandırıldıqda bu
Məcəllənin 36.1-ci maddəsində nəzərdə
tutulmuş müddətlərin axımı dayanır.
İnzibati xəta haqqında iş üzrə icraatın
müddətinin axımının dayandırılması bir
ildən artıq davam edə bilməz. Həmin müddət
bitdikdə inzibati xəta haqqında iş üzrə icraata
xitam verilməlidir.”;
10. 420.3-cü maddədə “işə
baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs)”
sözləri “inzibati xətanın baxıldığı yer
üzrə məhkəmə” sözləri ilə
əvəz olunsun;
11. 421.3-cü maddədə “nəqliyyat
vasitəsinin qeydiyyatda olduğu yer üzrə” sözləri
“müvafiq icra hakimiyyəti orqanının mərkəzi
məlumat sisteminin məlumatları nəzərə
alınmaqla bu Məcəllənin 421.1-ci maddəsində
nəzərdə tutulmuş qaydada” sözləri ilə
əvəz edilsin;
12. aşağıdakı məzmunda
451.7-ci maddə əlavə edilsin:
“451.7. Beynəlxalq daşımaları
həyata keçirən sürücülər
tərəfindən inzibati xəta istirahət,
səsvermə, iş günü hesab olunmayan bayram
günləri və ümumxalq hüzn günündə törədildikdə
və sürücü barəsində inzibati cərimə
növündə inzibati tənbeh tədbirinin tətbiq
edilməsi barədə qərar qəbul edildikdə cəriməni
banka və ya səlahiyyətli kredit təşkilatına
ödəmək və ya köçürmək
mümkün olmadıqda, həmin cərimə
səlahiyyətli vəzifəli şəxsə
ödənilə bilər. Bu halda inzibati xəta
törətmiş şəxsə bu Məcəllənin
452-ci maddəsində nəzərdə tutulmuş qaydada
qəbz verilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 22 iyun 2010-cu
il.
¹ 1045-IIIQD