Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan
folkloru nümunələrinin hüquqi qorunması haqqında”
Azərbaycan Respublikasının Qanununda və “Məlumat
toplularının hüquqi qorunması haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
“Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il,
¹ 12, maddə 740; 2002-ci il, ¹ 12, maddə 706; 2003-cü il, ¹ 1,
maddə 23, ¹ 8, maddə 428, ¹ 12, I kitab, maddələr 676, 698;
2005-ci il, ¹ 1, maddə 1, ¹ 6, maddə 462, ¹ 8, maddə 684, ¹ 10,
maddələr 873, 905, ¹ 12, maddə 1083; 2006-cı il, ¹ 3,
maddələr 223, 225, ¹ 6, maddə 481, ¹ 12, maddələr
1015, 1029; 2007-ci il, ¹ 2, maddə 80, ¹ 12, maddə 1203; 2008-ci il,
¹ 3, maddə 158, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹ 12, maddə
1047; 2009-cu il, ¹ 1, maddə 5, ¹ 2, maddə 56, ¹ 3, maddə 160, ¹
7, maddə 519, ¹ 12, maddə 947) 18.64.1-ci
və 18.64.2-ci maddələrində “xüsusi qoruma”
sözləri “müəlliflik
hüququ və ya xüsusi qorunma” sözləri ilə
əvəz edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 11 may 2010-cu il
¹
1011-IIIQD