“Azərbaycan
Respublikasında ümumi təhsilin dövlət
standartları”nın təsdiq edilməsi haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.3-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan
Respublikasında ümumi təhsilin dövlət
standartları” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasında ümumi orta
təhsilin dövlət standartlarının təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 26 aprel tarixli, 72 nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 4, maddə 278; 2005-ci il, ¹ 8,
maddə 781) qüvvədən düşmüş hesab
edilsin.
3. “Azərbaycan Respublikasında ümumi orta
təhsilin dövlət standartlarının təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 26 aprel tarixli, 72 nömrəli
qərarında dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 4 avqust tarixli, 150 nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə 781)
qüvvədən düşmüş hesab edilsin.
4. “Azərbaycan Respublikasında ümumi təhsilin
konsepsiyasının (Milli Kurikulumun) təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 30 oktyabr tarixli, 233 nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 10, maddə 908)
qüvvədən düşmüş hesab edilsin.
5. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A. RASİ-ZADƏ
Bakı
şəhəri, 3 iyun 2010-cu il
¹ 103
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il
29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmişdir.[2] |
Azərbaycan
Respublikasında ümumi təhsilin dövlət
standartları
1.
Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasında
ümumi təhsilin dövlət standartları (bundan sonra -
dövlət standartları) “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının
qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13
nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası”na, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının ömürboyu təhsil
üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nə
əsasən hazırlanmışdır.
1.2. Dövlət standartları
aşağıdakıları müəyyən edir:
1.2.1. ümumi təhsilin məzmununu;
1.2.2. ümumi təhsilin idarə
olunmasını;
1.2.3. ümumi təhsilin maddi-texniki
və tədris bazasını;
1.2.4. ümumi təhsilin infrastrukturunu;
1.2.5. ümumi təhsil sistemində
təhsilverənlərin keyfiyyət göstəricilərini;
1.2.6. ümumi təhsil pilləsində təhsilalanların
bilik, bacarıq və vərdişlərinin səviyyəsini;
1.2.7. ümumi təhsil pilləsində
təhsilalanlarda formalaşdırılan
səriştələri;
1.2.8. ümumi təhsilin
səviyyələrində tədris edilən
məşğələ və fənləri;
1.2.9. məktəbəhazırlıqda,
ibtidai, ümumi orta və tam orta təhsil
səviyyələrində tədris edilən
məşğələ və fənlər üzrə
ümumi təlimin nəticələrini;
1.2.10. tam orta təhsil
səviyyəsində təhsilin təşkilini;
1.2.11. ümumi təhsilin
səviyyələri üzrə həftəlik dərs və
dərsdənkənar məşğələ
saatlarının ümumi miqdarını;
1.2.12. ümumi təhsilin
təşkilinə verilən ümumi pedaqoji
tələbləri;
1.2.13. ümumi təhsil sistemində
şagird nailiyyətlərinin qiymətləndirilməsi
və monitorinqi sistemini.
1.3. Dövlət standartları
məktəbəhazırlıq və ümumi təhsil
fənləri üzrə məzmun standartlarının və
kurikulumların hazırlanmasında əsas götürülür.
1.4. Dövlət standartları 5 il
müddətinə qüvvədədir.
2.
Ümumi təhsilin məzmunu
2.1. Ümumi təhsilin məzmununa dair
ümumi tələblər aşağıdakılardır:
2.1.1. fərdin, dövlətin,
cəmiyyətin dövrə uyğun sosial sifarişinin, maraq
və tələbatlarının nəzərə
alınması;
2.1.2. təhsilalanların yaşına,
fizioloji-psixoloji xüsusiyyətlərinə uyğun olaraq,
onların əqli, fiziki, mənəvi, estetik
inkişafının, müstəqil əmək və
təhsil həyatına hazırlanmasının,
cəmiyyətin fəal və təşəbbüskar
üzvü kimi formalaşdırılmasının təmin
olunması;
2.1.3. təhsilalanların zəruri
nəzəri və praktik biliklərlə yanaşı,
şəxsiyyətin formalaşdırılmasına
yönəldilmiş səriştələrə
yiyələnməsinin prioritet hesab edilməsi;
2.1.4. ümumi təhsil pilləsində
formalaşdırılmış səriştələrin
müstəqil həyatda təhsilalanlar üçün
faydalı olmasının təmin edilməsi;
2.1.5. potensialın
reallaşdırılması və inkişafı
üçün etibarlı zəmin yaradılması.
2.2. Ümumi təhsilin məzmunu milli
və ümumbəşəri dəyərləri əks
etdirməklə dünyəvilik,
şəxsiyyətyönümlülük,
şagirdyönümlülük,
nəticəyönümlülük, varislik və inteqrativlik
prinsipləri əsasında hazırlanır.
2.3. Ümumi təhsilin məzmununa
şagirdlərin ümumi inkişafına xidmət
etməyən, tətbiqi və tərbiyəvi xarakter
daşımayan, milli və ümumbəşəri mənəvi
dəyərlərə zidd olan, elmi cəhətdən
təsdiqini tapmayan, mübahisə doğuran, habelə
məzmunu ağırlaşdıran az əhəmiyyətli,
ikinci dərəcəli məsələlərin daxil
edilməsi yolverilməzdir.
3.
Ümumi təhsilin idarə olunması
3.1. Ümumi təhsilin idarə
olunması hesabatlılıq, məsuliyyətin
bölüşdürülməsi və inkişafın
monitorinqi prinsipləri əsasında həyata keçirilir.
Təhsil müəssisəsinin fəaliyyətinin
düzgün və səmərəli planlaşdırılması
idarəetmənin keyfiyyətini təmin edən başlıca
şərtlərdən biri hesab olunur.
3.2. Hesabatlılıq
müəssisənin fəaliyyətində iştirak edən
hər bir kollektiv üzvünün qarşılıqlı
hesabatvermə yolu ilə tapşırılmış iş
sahəsində cavabdehliyini və vəzifə
məsuliyyətini təmin edir.
3.3. Məsuliyyətin
bölüşdürülməsi idarəolunma prosesində
demokratiklik, şəffaflıq və sistemlilik yaratmaqla,
nəzərdə tutulan tədbirlərin icrasına çevik
nəzarət mexanizminin tətbiqinə xidmət
göstərir.
3.4. İnkişafın monitorinqi
həyata keçirilən fəaliyyətlərin
məqsədəuyğunluğunun aşkara
çıxarılması, şagird nailiyyətlərinin
və pedaqoji işçilərin peşəkarlıq
səviyyəsinin dinamikasının izlənilməsi yolu
ilə perspektivlərin
müəyyənləşdirilməsini, habelə zəruri
hallarda idarəetmə sistemində müvafiq
dəyişikliklərin aparılmasını təmin edir.
3.5. Ümumi təhsilin idarə
olunması dövlət-ictimai xarakter daşıyır.
3.6. Ümumi təhsil
müəssisələrində ali idarəetmə orqanı
ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji
Şuradır. Bununla yanaşı, idarəetmədə demokratikliyi
və şəffaflığı daha yüksək
səviyyədə təmin etmək məqsədilə
ümumi təhsil müəssisələrində ictimai
əsaslarla fəaliyyət göstərən
özünüidarə orqanları (məktəb
şurası, qəyyumlar (himayəçilər)
şurası, metodik şura, valideyn-məktəb
assosiasiyası, valideyn komitəsi, uşaq parlamenti və s.)
yaradıla bilər.
3.7. Ümumi təhsil
müəssisəsinə rəhbərliyi qanunvericiliklə
müəyyən olunmuş qaydada vəzifəyə təyin
edilmiş direktor həyata keçirir.
4.
Ümumi təhsilin maddi-texniki və tədris bazası
4.1. Ümumi təhsil
müəssisəsinin maddi-texniki və tədris bazasına
tədris laboratoriyaları, emalatxanalar, idman və akt
zalları, tibb otağı, bufet və ya yeməkxana,
təhsilalanlar və təhsilverənlər üçün
mebel avadanlığı, informasiya-kommunikasiya
texnologiyaları, audio-vizual avadanlıqlar, tədris-əyani
vəsaitlər, təlimin texniki vəsaitləri, dərslik
və elmi-bədii ədəbiyyat fondu və
tədris-təcrübə sahəsi daxildir.
5.
Ümumi təhsilin infrastrukturu
5.1. Ümumi təhsilin infrastrukturuna
təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla
təminat, təhsil fəaliyyəti üçün
zəruri imkanlara malik binalar, yardımçı binalar və
qurğular, sadə idman, təlim meydançaları və
qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb,
iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik
sistemləri və internet xidməti daxildir.
5.2. Ümumi təhsil
müəssisələrinin infrastrukturu qəbul edilmiş
standartlara cavab verməli və əlilliyi olan
şəxslər üçün əlçatan
olmalıdır.
6.
Ümumi təhsil sistemində təhsilverənlərin
keyfiyyət göstəriciləri
6.1. Ümumi təhsil
müəssisələrində müvafiq ixtisas üzrə
pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq
ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər
müəyyən edilmiş qaydada pedaqoji fəaliyyətlə
məşğul ola bilərlər.
6.2. Zəruri hallarda ucqar
yaşayış ərazilərindəki ümumi təhsil
müəssisələrində ixtisaslı pedaqoji kadr
çatışmadıqda, məzmun və mahiyyət
etibarilə yaxın fənlərin müvafiq ixtisas
müəllimi tərəfindən tədrisinə yol verilir.
6.3. Ümumi təhsil sistemində
çalışan təhsilverənlər, əsasən
aşağıdakı keyfiyyət
göstəricilərinə malik olmalıdırlar:
6.3.1. ixtisası üzrə
dövrün tələbatına uyğun elmi-nəzəri
biliklərə;
6.3.2. uşaqlarla həssas
ünsiyyətqurma və iş bacarığına;
6.3.3. əxlaqi-mənəvi
keyfiyyətlərə, pedaqoji etika və
mədəniyyətə;
6.3.4. əməkdaşlıq,
tədqiqatçılıq, özünütəhsil və
idarəçilik bacarıqlarına;
6.3.5. öz fəaliyyətini təqdim
etmək və qabaqcıl pedaqoji
təcrübələrdən bəhrələnmək
bacarığına;
6.3.6. ədalətlilik,
məsuliyyətlilik və cavabdehlik keyfiyyətlərinə;
6.3.7. işlədiyi məktəbdə,
ictimaiyyət arasında hörmətə və nüfuza;
6.3.8. yaradıcılıq və
sağlam rəqabət tələb edən
layihələrdə, müsabiqə və innovativ proqramlarda
iştirak qabiliyyətinə.
7.
Ümumi təhsil pilləsində təhsilalanların bilik,
bacarıq və vərdişlərinin səviyyəsi
7.1. Ümumi təhsil pilləsində təhsilalanların
bilik, bacarıq və vərdişlərinin səviyyəsi
ümumi təhsilin hər bir səviyyəsi üçün
təsdiq olunmuş təhsil proqramları üzrə qazandıqları
təlim nailiyyətlərinin səviyyəsi ilə
müəyyən edilir.
8.
Ümumi təhsil pilləsində təhsilalanlarda
formalaşdırılan səriştələr
8.1. Səriştə təhsil
prosesində və həyatda mənimsənilmiş, hər
hansı bir fəaliyyət sahəsi, eləcə də
şəxsi inkişaf, sosiallaşma və cəmiyyətə
inteqrasiya, məşğulluq, ömürboyu təhsil
üçün zəruri olan bilik, bacarıq, yanaşma
və dəyərlər məcmusudur. Səriştələr
ümumi təhsil səviyyəsində tədris olunan
fənlər və dərsdənkənar
məşğələlər vasitəsilə
formalaşdırılır.
8.2. Ümumi təhsil pilləsində
formalaşdırılan səriştələr
aşağıdakı təsnifata uyğun və
cədvəldə qeyd olunan təhsil səviyyələri üzrə
qruplaşdırılır:
8.2.1. təfəkkürlə
bağlı səriştələr - yaradıcılıq
(kreativlik), tənqidi təfəkkür, problem həlletmə,
qərar qəbuletmə, müstəqil öyrənmə;
8.2.2. fəaliyyətlə bağlı
səriştələr - ünsiyyət,
əməkdaşlıq, rəqəmsal savadlılıq,
informasiya savadlılığı, maliyyə savadlılığı;
8.2.3. dəyərlər - milli kimliyin
dərki və milli iftixar hissi, fəal vətəndaş
mövqeyi, şəxsi və sosial məsuliyyət, demokratiya
və insan hüquqlarına hörmət, mədəni
müxtəlifliyə hörmət.
|
Təsnifat |
Səriştələr |
Məktəbə-hazırlıqda |
İbtidai təhsil səviyyəsində |
Ümumi orta təhsil səviyyəsində |
Tam orta təhsil səviyyəsində |
|
Təfəkkür |
yaradıcılıq
(kreativlik) |
əşyalardan
qeyri-adi formada istifadə edir |
mövcud
olanlara orijinal əlavələr və
düzəlişlər edir |
qeyri-standart
yanaşma nümayiş etdirir |
innovativ
layihələr hazırlayır |
|
tənqidi
təfəkkür |
bildiyi
və yeni informasiya arasında eyniliyi və fərqləri
müəyyənləşdirir |
fikrini
əsaslandırmağı bacarır |
təhlil
edilən məsələlərdə uyğunsuzluqları
və ziddiyyətləri müəyyən edir |
qiymətləndirmə
zamanı dəlillərə və dəyərlərə
əsaslanır |
|
|
problem
həlletmə |
problemin
həlli ilə bağlı ehtimallar irəli sürə
bilir |
problemin
həlli üçün alqoritmlər qurur |
problemin
optimal həlli
yollarını müəyyən edir |
problemli
situasiyalarda emosional sabitlik nümayiş etdirir, problemi
konstruktiv şəkildə həll edir |
|
|
qərar
qəbuletmə |
qərar
qəbuletmədə iştirak edir |
qərarlarının
müsbət və mənfi nəticələrini
proqnozlaşdırır |
qərar
qəbulunda prioritetlərə əsaslanır |
əsaslandırılmış
qərarlar qəbul edir və nəticəsi
üçün məsuliyyət daşıyır |
|
|
müstəqil
öyrənmə |
müstəqil
öyrənməyə maraq nümayiş etdirir |
öyrənmə
mənbələrini (müşahidə, insanlar, kitablar,
internet və s.) ayırd edir |
öz
öyrənmə fəaliyyətini
müəyyənləşdirə,
istiqamətləndirə, tamamlaya bilir |
öz
öyrənmə fəaliyyətinin keyfiyyətini
qiymətləndirir |
|
|
Fəaliyyət |
ünsiyyət |
ünsiyyət
etiketlərinə riayət edir |
öz
fikirlərini ifadə etməyi və digərlərini
dinləməyi bacarır |
ana
dilində və xarici dildə ünsiyyət qurur |
ana
dilində və xarici dildə fikirlərə
münasibət bildirir, mülahizələrini
əsaslandırır |
|
əməkdaşlıq |
kollektiv
fəaliyyətdə iştirak qaydalarına bələddir |
kollektivdə
işləməyi bacarır |
kollektivin
ortaq məqsədləri üçün
çalışır |
kollektivdə
birgə fəaliyyət və liderlik bacarıqları
nümayiş etdirir |
|
|
rəqəmsal
savadlılıq |
informasiya-kommunikasiya
texnologiyalarını (İKT) tanıyır və
fərqləndirir |
İKT-dən
ilkin istifadə
bacarıqları nümayiş etdirir |
İKT-nin
imkanlarından məqsədyönlü istifadə edir |
cəmiyyətin
həyatında İKT-nin əhəmiyyətini
dəyərləndirir, fəal istifadəçi
bacarıqları nümayiş etdirir |
|
|
informasiya
savadlılığı |
informasiya
barədə ilkin biliklərə malikdir |
informasiya
axtarmağın və toplamağın yollarını bilir |
informasiyanın
xassələrini nəzərə almaqla, onu emal və
istifadə edir |
informasiyadan
fəaliyyətində məqsədyönlü istifadə
edir |
|
|
maliyyə
savadlılığı |
pul
və qənaət barədə məlumatlıdır |
şəxsi
büdcəsindən səmərəli istifadə edir |
səmərəli
istehlak davranışı nümayiş etdirir, resurslardan
qənaətlə istifadə
edir |
iqtisadi
layihələr qurur, sahibkarlıq ideyaları irəli
sürür |
|
|
Dəyərlər |
milli
kimliyin dərki və milli iftixar hissi |
dövlət
rəmzlərini tanıyır |
dövlət
rəmzlərinə hörmət nümayiş etdirir |
azərbaycançılıq
ideyalarını mənimsədiyini nümayiş etdirir |
azərbaycançılıq
ideyalarını təbliğ edir |
|
fəal
vətəndaş mövqeyi |
yaşadığı
bölgə və ölkə haqqında
məlumatlıdır |
dövlət
və dövlətçilik ənənələri
barədə məlumatlıdır |
dövlət
maraqlarının müdafiəsində öz rolunu dərk
edir |
dövlət
maraqlarını müdafiə edir |
|
|
şəxsi
və sosial məsuliyyət |
davranış
mədəniyyəti haqqında məlumatlıdır |
şəxsi
məsuliyyətini dərk edir |
şəxs-cəmiyyət
münasibətlərini şərh edir, cəmiyyət
qarşısında məsuliyyətini
dəyərləndirir |
cəmiyyət
qarşısında məsuliyyətini şərh edir, sosial
layihələrdə iştirak edir, könüllülük
fəaliyyəti ilə məşğul olur |
|
|
demokratiya
və insan hüquqlarına hörmət |
insan
hüquqları barədə təsəvvürə malikdir |
öz
hüquqlarını və vəzifələrini bilir,
digər insanların hüquq və
vəzifələrinə hörmət nümayiş etdirir |
insan
hüquq və azadlıqlarının mahiyyətini dərk
edir |
insan
hüquq və azadlıqlarını müdafiə edir |
|
|
mədəni
müxtəlifliyə hörmət |
mədəni
müxtəliflik barədə məlumatlıdır |
mədəni
müxtəlifliyi (müxtəlif etnik qruplar, dillər,
dinlər, irqlərə mənsub insanlar) qəbul edir |
birgə
yaşayış qaydalarına əməl edir |
ayrı-seçkiliyin
yolverilməzliyini əsaslandırır |
9.
Ümumi təhsilin səviyyələrində tədris
edilən məşğələ və fənlər
9.1. Məktəbəhazırlıqda:
“Ətraf aləmlə
tanışlıq”, “Savad təliminə hazırlıq və
nitq inkişafı”, “Bədii təfəkkürün
inkişafı”, “Məntiqi və riyazi təfəkkürün
inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və
“Fiziki mədəniyyət”.
9.2. İbtidai təhsil
səviyyəsində:
“Azərbaycan dili” (tədris Azərbaycan
dilində olan məktəblərdə), tədris digər
dillərdə olan məktəblərdə müvafiq dil,
“Azərbaycan dili – dövlət dili kimi” (tədris digər
dillərdə olan məktəblərdə), “Xarici dil”,
“Riyaziyyat”, “İnformatika”, “Həyat bilgisi”, “Texnologiya”, “Fiziki
tərbiyə”, “Musiqi” və “Təsviri incəsənət”.
9.3. Ümumi orta təhsil
səviyyəsində:
“Azərbaycan dili” (tədris Azərbaycan
dilində olan məktəblərdə), tədris digər
dillərdə olan məktəblərdə müvafiq dil,
“Azərbaycan dili-dövlət dili kimi” (tədris digər
dillərdə olan məktəblərdə),
“Ədəbiyyat”, “Xarici dil”, “İkinci xarici dil” (tədris
Azərbaycan dilində olan məktəblərdə),
“Riyaziyyat”, “İnformatika”, “Azərbaycan tarixi”, “Ümumi tarix”,
“Təbiət”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”,
“Texnologiya”, “Fiziki tərbiyə”, “Musiqi” və “Təsviri
incəsənət”.
9.4. Tam orta təhsil
səviyyəsində:
9.4.1. təmayül siniflərində -
təmayül fənləri[1], tədris dili, “Azərbaycan dili -
dövlət dili kimi” (tədris digər dillərdə olan
məktəblərdə), “Xarici dil”, “Riyaziyyat”,
“İnformatika”, “Azərbaycan tarixi”, “Fiziki tərbiyə”
və “Çağırışaqədərki
hazırlıq”;
9.4.2. qeyri-təmayül
siniflərində - “Azərbaycan dili” (tədris Azərbaycan
dilində olan məktəblərdə),tədris digər
dillərdə olan məktəblərdə müvafiq dil,
“Azərbaycan dili - dövlət dili kimi” (tədris digər
dillərdə olan məktəblərdə),
“Ədəbiyyat”, “Xarici dil”, “İkinci xarici dil” (tədris
Azərbaycan dilində olan məktəblərdə),
“Riyaziyyat”, “İnformatika”, “Azərbaycan tarixi”, “Ümumi tarix”,
“Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Fiziki tərbiyə”
və “Çağırışaqədərki hazırlıq”.
9.5. Ümumi təhsilin
səviyyələrində nəzərdə tutulmuş
fənlərin siniflər üzrə tədrisi hər dərs
ili üçün təsdiq edilən tədris planları
ilə tənzimlənir.
9.6. Azsaylı xalqların kompakt
yaşadığı bölgələrdə valideynlərin
arzusu və razılığı olduğu halda, həmin
azsaylı xalqın dili tədris edilir.
9.7. İstedadlı
şagirdlərdən komplektləşdirilmiş ümumi
təhsil müəssisələrinin (lisey, gimnaziya və s.)
tədris planlarında təhsilalanların seçdikləri
istiqamət üzrə bilik və bacarıqlarının,
potensial imkanlarının, ümumi
dünyagörüşünün inkişafına
yönəldilmiş xüsusi proqramlar nəzərdə
tutulur.
9.8. İqtisadi və maliyyə
savadlılığı, mənəviyyat, insan hüquq və
azadlıqları, həyat fəaliyyətinin
təhlükəsizliyi üzrə bilik və bacarıqların
mənimsənilməsinin təmin edilməsi həmçinin
müvafiq dərsdənkənar
məşğələlər vasitəsilə də
həyata keçirilə bilər.
10.
Məktəbəhazırlıqda, ibtidai, ümumi orta və
tam orta təhsil səviyyələrində tədris edilən
məşğələ və fənlər üzrə
ümumi təlim nəticələri
10.1. Məktəbəhazırlıqda:
10.1.1. verilmiş mövzu
ətrafında danışır, özü, ailəsi və
Vətəni haqqında kiçik təqdimatlar edir;
10.1.2. ətrafda baş verən
hadisələrə münasibət bildirir, kiçik
şifahi mətnlər qurur;
10.1.3. hərfləri tanıyır,
kəsmə əlifbadakı hərflərdən istifadə
edərək sözlər yaradır;
10.1.4. əşyalarla 10 dairəsində
riyazi əməliyyatlar yerinə yetirir;
10.1.5. həndəsi fiqurları
adlandırır, müqayisə edir və onlardan aidiyyəti
üzrə istifadə edir;
10.1.6. sadə kompozisiyalar qurur, təsvir
prosesində rəng çalarlarından istifadə edir;
10.1.7. ifaçılıq
bacarıqları nümayiş etdirir;
10.1.8. birgə fəaliyyət və
ünsiyyət etiketlərinə, gigiyena qaydalarına
riayət edir;
10.1.9. müəyyən olunmuş fiziki
hərəkətləri yerinə yetirir.
10.2. İbtidai təhsil səviyyəsində:
10.2.1. tədris dilləri (Azərbaycan dili və
digər dillər) üzrə:
1. müvafiq qaydalar əsasında oxuyur;
2. nitq etiketlərinə və dil
qaydalarına əməl edir;
3. oxuduqlarına və
dinlədiklərinə münasibət bildirir;
4. kiçikhəcmli sadə
mətnlər qurur;
5. fikirlərini şifahi və
yazılı ifadə edir;
10.2.2. “Azərbaycan dili - dövlət dili kimi”
fənni üzrə:
1. mövcud tələblər
daxilində oxuyur və yazır;
2. oxuduğu, dinlədiyi və
müşahidə etdikləri barədə danışır;
3. kiçikhəcmli sadə
mətnlər tərtib edir;
10.2.3. “Xarici dil” fənni üzrə:
1. kiçikhəcmli sadə
mətnləri oxuyub anladığını nümayiş
etdirir;
2. dinlədiyini və müşahidə
etdiklərini izah edir;
3. öyrəndiklərini şifahi
və yazılı ifadə edir;
4. lüğət ehtiyatından və
müvafiq nitq etiketlərindən istifadə edərək
ünsiyyət qurur;
10.2.4. “Riyaziyyat” fənni üzrə:
1. ədədlər üzərində
sadə hesab əməllərini yerinə yetirir;
2. təyinatına görə
kəmiyyətlərdən (uzunluq, sahə, həcm,
kütlə, zaman) istifadə edir;
3. müstəvi fiqurlar
üzərində ölçmə və hesablamalar
aparır;
4. məlumatlar toplayır, təhlil edir,
nəticələri riyazi modelləşmə ilə ifadə
edir;
5. həyati hadisələrlə
bağlı ehtimallarını bildirir;
10.2.5. “İnformatika” fənni üzrə:
1. informasiya (formaları,
mənbələri, xassələri, ötürülmə
vasitələri) haqqında təsəvvürə malik
olduğunu nümayiş etdirir;
2. kompüterdə sadə
əməliyyatlar icra edir;
3. sadə alqoritmlər qurur;
10.2.6. “Həyat bilgisi” fənni üzrə:
1. Vətən, dövlət
rəmzləri, uşaq hüquqları barədə
biliklərə, mənəvi-əxlaqi dəyərlərə
malik olduğunu nümayiş etdirir;
2. ətraf aləmdə baş verən
hadisələri müşahidə edir və onlara
münasibət bildirir;
3. məişətdə, gündəlik
fəaliyyətdə və fövqəladə hadisələr
zamanı həyat və sağlamlığın
mühafizəsi ilə bağlı zəruri təhlükəsizlik
qaydalarını izah edir;
4. iqtisadi bilik və bacarıqlara
(qənaət, səmərəli istifadə və s.) malik
olduğunu nümayiş etdirir;
10.2.7. “Texnologiya” fənni üzrə:
1. materialları müqayisə edir
və çeşidləyir;
2. müvafiq texnologiyalardan istifadə
etməklə məmulatlar hazırlayır;
3. məişət xidmətlərini
yerinə yetirir;
4. təhlükəsizlik və gigiyena
qaydalarına əməl edir;
5. sadə model və layihələr
hazırlayır;
10.2.8. “Fiziki tərbiyə” fənni üzrə:
1. hərəkət komplekslərini
nümunələrə və normativlərə uyğun icra
edir;
2. mütəhərrik və idman
oyunlarında qaydalara əməl edir;
3. təhlükəsizlik və orqanizmi
möhkəmləndirmək qaydalarına riayət edir;
10.2.9. “Musiqi” fənni üzrə:
1. ifa qaydalarına əməl edir;
2. musiqi alətlərini
fərqləndirir;
3. musiqi əsərlərini
xarakterinə görə fərqləndirir;
4. musiqi notlarını adlandırır
və oxuyur;
5. Azərbaycanın görkəmli musiqi
xadimlərini və onların məşhur
əsərlərini tanıdığını nümayiş
etdirir;
10.2.10. “Təsviri incəsənət” fənni
üzrə:
1. həyati görüntüləri
praktik yolla təsvir edir;
2. əşya və hadisələrin
təsvirində uyğun rəng və rəng
çalarlarından istifadə edir;
3. kompozisiyalar qurur, tərtibat xarakterli
işlər yerinə yetirir;
4. Azərbaycanın görkəmli
təsviri sənət xadimlərini
tanıdığını nümayiş etdirir.
10.3. Ümumi orta təhsil səviyyəsində:
10.3.1. tədris dilləri (Azərbaycan dili və
digər dillər) üzrə:
1. mətnin üslubuna uyğun oxu
texnikası tətbiq edir;
2. nitqində dil qaydalarına
əməl edir;
3. oxuduğuna və
dinlədiklərinə münasibətini
əsaslandırır;
4. müxtəlif tipdə və formada
mətnlər qurur, yaradıcı yazılar yazır;
5. əməli yazı
nümunələri hazırlayır;
10.3.2. “Azərbaycan dili - dövlət dili kimi”
fənni üzrə:
1. oxu və yazı qaydalarına
riayət edir;
2. oxuduğunu, dinlədiyini və
müşahidə etdiklərini şərh edir;
3. fikirlərini ardıcıl və
aydın ifadə edir;
4. müxtəlif formada mətnlər
qurur;
10.3.3. “Ədəbiyyat” fənni üzrə:
1. bədii mətnləri hissi-emosional
xüsusiyyətlərinə görə ifadəli oxuyur;
2. oxuduğu ədəbi
nümunələri təhlil edir;
3. yazılı və şifahi
ədəbiyyatın, ədəbi janrların səciyyəvi
cəhətlərini izah edir;
4. bədii mətnlərdəki
ideyanı milli-mənəvi və ümumbəşəri
dəyərlərlə əlaqələndirir;
5. yazılı nitqində məzmuna
uyğun üslub müəyyənləşdirir;
6. görkəmli ədəbi simalar
və əsərlər haqqında məlumatlı olduğunu
nümayiş etdirir;
10.3.4. “Xarici dil” fənni üzrə:
1. müxtəlif mətnləri oxuyub
anladığını nümayiş etdirir;
2. dinlədiyinə və
müşahidə etdiklərinə münasibət bildirir;
3. fikirlərini şifahi və
yazılı ifadə edir;
4. öyrəndiyi dildə
ünsiyyətqurma bacarıqları nümayiş etdirir;
10.3.5. “İkinci xarici dil” fənni üzrə:
1. oxuduğu mətnləri və
dinlədiklərini anladığını nümayiş
etdirir;
2. müşahidə etdiklərini
şifahi şərh edir;
3. sadə yazılı mətnlər
qurur;
4. sadə ünsiyyət
bacarıqları nümayiş etdirir;
10.3.6. “Riyaziyyat” fənni üzrə:
1. riyazi alqoritmlər üzrə
şifahi və yazılı hesablamalar aparır;
2. kəmiyyətlər arasındakı
funksional asılılığı
müəyyənləşdirir və riyazi dillə ifadə
edir;
3. müstəvi və fəza
fiqurlarının xassələrini tətbiq edir,
həndəsi ölçmələr və qurmalar aparır;
4. müxtəlifməzmunlu məlumatlar
toplayır, onları təhlil edərək
sistemləşdirir, nəticələrini riyazi dildə
təqdim edir;
5. ehtimal və proqnozlar irəli
sürür, mülahizələrini əsaslandırır;
10.3.7. “İnformatika” fənni üzrə:
1. informasiyanı toplayır, emal edir
və məqsədyönlü istifadə edir;
2. standart riyazi alqoritmləri tətbiq
edir, həyati məsələlərin alqoritmik həllini
təqdim edir;
3. proqramlaşdırma dillərindən
istifadə edir;
4. internet xidmətlərindən
(servislərindən) istifadə edir;
10.3.8. “Azərbaycan tarixi” fənni üzrə:
1. tarixi hadisələrin mahiyyətini
izah edir, onların başvermə səbəblərinə
və nəticələrinə münasibət bildirir;
2. tarixi dövrləri fərqləndirir
və dünya ölkələrinin müvafiq dövrləri
ilə müqayisə etməklə şərh edir;
3. dünya mədəniyyətinin
inkişafında Azərbaycanın rolunu və mövqeyini izah
edir;
4. insan hüquqları kontekstində
Azərbaycan Respublikası Konstitusiyasının
müddəalarını şərh edir;
5. Azərbaycan tarixinin görkəmli
şəxsiyyətləri və tarixi abidələri
haqqında məlumatlı olduğunu nümayiş etdirir;
10.3.9. “Ümumi tarix” fənni üzrə:
1. tarixi proseslər və
hadisələr arasında səbəb-nəticə
əlaqələrini izah edir;
2. ayrı-ayrı dövlətləri
dünya mədəniyyətinin inkişafındakı roluna
görə fərqləndirir;
3. tarixi dövrlər üzrə ictimai,
iqtisadi, siyasi, dini və mədəni prosesləri
müqayisə edir və dəyərləndirir;
10.3.10. “Təbiət” fənni üzrə:
1. canlı və cansız
təbiətin xüsusiyyətlərini şərh edir;
2. təbiətdə baş verən
hadisə və prosesləri fərqləndirir;
3. insanın təbiətə təsiri
nəticəsində yaranan problemlərin həllinə,
ətraf mühitin qorunmasına dair mülahizələrini
bildirir;
10.3.11. “Fizika” fənni üzrə:
1. fiziki hadisələri
müşahidə edir, təcrübələr aparır,
nəticələri ümumiləşdirir və
mülahizələr irəli sürür;
2. təbiət hadisələrinin
başvermə səbəblərini müvafiq fiziki qanunlar
əsasında şərh edir;
3. fiziki kəmiyyətləri
ölçür və nəticələrindən
gündəlik həyatda istifadə edir;
4. fizika elminin həyatla əlaqəsini
şərh edir;
10.3.12. “Kimya” fənni üzrə:
1. maddələri tərkibinə və
quruluşuna görə fərqləndirir;
2. xassələrinə görə
maddələrin tətbiq sahələrini izah edir;
3. maddələrdə baş verən
dəyişikliklərin səbəblərini və
nəticələrini şərh edir;
10.3.13. “Biologiya” fənni üzrə:
1. canlıları
xüsusiyyətlərinə görə müqayisə edir;
2. canlılarda baş verən
dəyişiklikləri müşahidə edir,
nəticələri ümumiləşdirir və onları
şərh edir;
3. canlıların quruluşunu və
onlarda gedən bioloji prosesləri izah edir;
4. ətraf aləmin və
sağlamlığın qorunması yollarını
şərh edir, mülahizələr irəli sürür;
10.3.14. “Coğrafiya” fənni üzrə:
1. coğrafi hadisə və
proseslərin mahiyyətini izah edir;
2. kartoqrafik bacarıqlar nümayiş
etdirir;
3. coğrafi hesablamaların
nəticələrinin tətbiq sahələrini şərh
edir;
4. ölkənin coğrafi
xüsusiyyətlərini və iqtisadi inkişaf
potensialını şərh edir;
10.3.15. “Texnologiya” fənni üzrə:
1. texniki və texnoloji bilikləri, qrafik
bacarıqları tətbiq edir;
2. becərmə, bəsləmə,
tədarük və emaletmə bacarıqları nümayiş
etdirir;
3. məişət mədəniyyəti
nümayiş etdirir;
4. əmək təhlükəsizliyi
qaydalarına riayət edir;
5. model və layihələr
hazırlayır;
10.3.16. “Fiziki tərbiyə” fənni üzrə:
1. hərəki qabiliyyətlər
üzrə normativləri yerinə yetirir;
2. hərəki qabiliyyətləri
inkişaf etdirən hərəkətləri seçir və
onlardan məqsədli istifadə edir;
3. hərəki fəaliyyət zamanı
təhlükəsizlik qaydalarına və tibbi-gigiyenik
tələblərə əməl edir;
4. fərdi və komanda oyunlarında
psixoloji dayanıqlılıq, dözümlülük,
ümumi mənafeyə xidmət keyfiyyətləri
nümayiş etdirir;
10.3.17. “Musiqi” fənni üzrə:
1. fərdi, qrup və kollektiv
şəkildə ifa bacarıqları nümayiş etdirir;
2. musiqi alətlərini və musiqi
kollektivlərini fərqləndirir;
3. musiqi əsərlərini janr və
melodik xüsusiyyətlərinə görə
fərqləndirir;
4. musiqi melodiyalarını notla ifa edir;
5. görkəmli musiqi xadimləri və
məşhur musiqi əsərlərini
tanıdığını nümayiş etdirir;
10.3.18. “Təsviri incəsənət” fənni
üzrə:
1. həyati görüntüləri real
və abstrakt tərzdə təsvir edir;
2. təsviri sənət növlərini
fərqləndirir;
3. bədii tərtibat və dizayn
bacarıqları nümayiş etdirir;
4. görkəmli təsviri sənət
xadimlərini və məşhur təsviri sənət
əsərlərini tanıdığını nümayiş
etdirir.
10.4. Tam orta təhsil səviyyəsində:
10.4.1. tədris dilləri (Azərbaycan dili və
digər dillər) üzrə:
1. nitqində ədəbi dil
normalarına riayət edir;
2. oxuduğu və dinlədiyi
mətnləri ideya və üslub baxımından təhlil
edir;
3. verilmiş mətnləri dil və
üslub cəhətdən təkmilləşdirir;
4. əməli yazı
nümunələri üzrə praktik bacarığa
yiyələndiyini nümayiş etdirir;
10.4.2. “Azərbaycan dili - dövlət dili kimi”
fənni üzrə:
1. nitqində ədəbi dilin
normalarına riayət edir;
2. oxuduğu, dinlədiyi və
müşahidə etdikləri ilə bağlı
mülahizələr irəli sürür;
3. müxtəlif üslublarda
yazılı mətnlər qurur;
10.4.3. “Ədəbiyyat” fənni üzrə:
1. bədii əsərlərin təhlili
əsasında müqayisə və
ümumiləşdirmələr aparır, rəy və
mülahizələr irəli sürür;
2. müxtəlif janrlarda
yazılmış əsərləri fərqləndirir və
səciyyəvi cəhətlərini şərh edir;
3. ədəbi simalara və onların
yaradıcılığına yaşadıqları
dövrdəki ictimai-siyasi və əxlaqi-etik
dəyərlər zəminində münasibət bildirir;
4. müxtəlif ədəbi
üslublarda yaradıcı yazılar yazır;
5. ədəbi simalar, əsərlər,
ədəbi hadisələr və dövrlər haqqında
məlumatlı olduğunu nümayiş etdirir;
10.4.4. “Xarici dil” fənni üzrə:
1. müxtəlif üslublu
mətnləri oxuyub anlayır, mətnə münasibət
bildirir;
2. dinlədiyi və müşahidə
etdikləri barədə fikirlərini spontan
(hazırlıqsız) ifadə edir;
3. mətnqurma bacarıqları
nümayiş etdirir;
4. öyrəndiyi dildə sərbəst
ünsiyyət qurur;
10.4.5. “İkinci xarici dil” fənni üzrə:
1. oxuduğu və dinlədiyi
mətnlərin məzmununu şərh edir;
2. müşahidə etdiklərini
şifahi və yazılı şərh edir;
3. sadə mətnqurma bacarıqları
nümayiş etdirir;
4. öyrəndiyi dildə
ünsiyyət qurur;
10.4.6. “Riyaziyyat” fənni üzrə:
1. alqoritmlər qurur,
nəticələrini dəyərləndirir;
2. problem həllində funksional
asılılıqlardan və onların müxtəlif formada
ifadələrindən istifadə edir;
3. fəza
təsəvvürlərindən müxtəlif
təsvirlərin yaradılmasında istifadə edir;
4. ətraf aləmdəki
qanunauyğunluqları ehtimal və statistika əsasında izah
edir, hadisələrin ehtimalını hesablayır və
onların baş verməsi haqqında proqnozlar irəli
sürür;
5. mühakimələrini riyazi faktlarla
əsaslandırır, isbat olunmuş təklifi ehtimal və
fərz olunandan fərqləndirir;
10.4.7. “İnformatika” fənni üzrə:
1. müxtəlif əməliyyat
sistemlərində və tətbiqi proqramlarda işləyir;
2. sadə proqramlar hazırlayır;
3. informasiya cəmiyyətinin
formalaşdırılmasının əhəmiyyətini
dəyərləndirir;
10.4.8. “Azərbaycan tarixi” fənni üzrə:
1. Azərbaycan tarixində və
müasir dövrdə baş verən əlamətdar
hadisələri şərh edir, onlara münasibət bildirir;
2. Azərbaycan tarixində baş
verən əsas hadisə və proseslərin mahiyyətini
konkret dövrün xüsusiyyətləri baxımından
izah edir və onlara münasibət bildirir;
3. tarixi hadisələrlə
bağlı fərziyyə və mülahizələr
irəli sürür, proqnozlar verir;
4. Azərbaycan cəmiyyətində
hüquqi-siyasi dəyərlərin (demokratiya,
şəxsiyyət azadlığı və s.)
reallaşmasına münasibət bildirir;
5. tarixi məlumatları toplayır,
sistemləşdirir, təhlil edir və nəticələrini
dəyərləndirir;
10.4.9. “Ümumi tarix” fənni üzrə:
1. müxtəlif tarixi
dövrlərdə baş vermiş hadisələrin oxşar
və fərqli cəhətlərinin mahiyyətini izah edir;
2. aparıcı dünya
dövlətlərindəki tarixi hadisə və prosesləri,
müxtəlif sahələr üzrə inkişaf
tendensiyalarını müqayisə edir və müvafiq dəyərləndirmə
aparır;
3. sivilizasiyanın inkişafında
islahat və inqilabların roluna münasibət bildirir;
10.4.10. “Fizika” fənni üzrə:
1. fiziki qanun və
qanunauyğunluqların mahiyyətini və
xüsusiyyətlərini izah edir;
2. fiziki qanunların tətbiqi
sahələrini şərh edir;
3. təcrübi və fikri
eksperimentlərin nəticələrini dəyərləndirir;
10.4.11. “Kimya” fənni üzrə:
1. kimyəvi qanun və
qanunauyğunluqların mahiyyətini izah edir;
2. maddələrin tətbiq
sahələrini proqnozlaşdırır;
3. ekoloji problemlərin həllində
kimyanın rolunu dəyərləndirir;
10.4.12. “Biologiya” fənni üzrə:
1. canlıların quruluşunu və
bioloji proseslərin qanunauyğunluqlarını şərh
edir;
2. canlıların bir-biri ilə və
cansız aləmlə qarşılıqlı əlaqəsini
şərh edir;
3. ekoloji problemlərin həlli və
sağlamlığın mühafizəsi yolları ilə
bağlı mülahizələr irəli sürür;
10.4.13. “Coğrafiya” fənni üzrə:
1. coğrafi hadisə və prosesləri
əlaqələndirir;
2. fiziki-coğrafi və
iqtisadi-coğrafi qanunauyğunluqları şərh edir;
3. müxtəlifməzmunlu kartoqrafik
vasitələr tərtib edir;
4. coğrafi məlumatların
müqayisəli təhlilini aparır və proqnozlar verir;
5. geosiyasi dəyişiklikləri
təhlil edir, ümumiləşdirmələr aparır, bu
dəyişikliklərin ölkəyə təsiri
barədə mülahizələr irəli sürür;
10.4.14. “Fiziki tərbiyə” fənni üzrə:
1. hərəkət komplekslərini
müstəqil icra edir;
2. qabiliyyətlərin inkişafı
üçün zəruri metodlar seçir və tətbiq
edir;
3. hərəkətlərin
əlverişli icra üsullarını tətbiq edir;
4. hərəki fəaliyyət zamanı
təhlükəsizlik qaydalarına və tibbi-gigiyenik
tələblərə əməl edir;
5. idman etikasına riayət edir;
10.4.15. “Çağırışaqədərki
hazırlıq” fənni üzrə:
1. hərbi texnikaları, silah və
sursatları fərqləndirir, onlardan istifadə
qaydalarını izah edir;
2. hərbi texnika, silah və sursatlarla
təhlükəsiz davranış qaydalarına riayət edir;
3. sıra təlimi, taktiki
hazırlıq, mülki müdafiə və tibbi yardım
üzrə bacarıqlara yiyələndiyini nümayiş
etdirir;
4. Azərbaycanın hərb tarixi,
ənənələri, qonşu dövlətlərin
orduları haqqında məlumatlara malik olduğunu
nümayiş etdirir.
11.
Tam orta təhsil səviyyəsində təhsilin
təşkili
11.1. Tam orta təhsil
səviyyəsində təhsil aşağıdakı
istiqamətlər üzrə təşkil olunur:
11.1.1. mövcud qanunvericiliyə uyğun
olaraq, meyil və maraqları, potensial imkanları
nəzərə alınmaqla şagirdlər üçün
müxtəlif təmayül istiqamətləri üzrə;
11.1.2. təmayülləşmə
tətbiq olunmayan istiqamət üzrə.
11.2. Bu və ya digər təmayül
istiqamətlərinə daxil olan təmayül
fənlərinin və başqa fənlərin məzmunu
varislik prinsipi əsasında icbari ümumi orta təhsil səviyyəsi
üzrə müvafiq fənn kurikulumlarında təsbit
olunmuş ümumi təlim nəticələri mövcud
tələbata uyğun inkişaf etdirilməklə
müəyyənləşdirilir və mahiyyət etibarilə
şagirdlərin ali təhsil pilləsində təhsil almaq
imkanlarının reallaşdırılmasına
yönəldilir.
11.3. Hər bir təmayül fənninin
məzmunu şagirdlərin həmin fənn üzrə
biliklərinin dərinləşməsinə,
dünyagörüşünün genişlən-məsinə,
ünsiyyət, idraki, sosial və digər həyati
bacarıqların təkmilləşdirilməsinə
xidmət edir.
11.4. Təmayülləşmə
tətbiq olunmayan istiqamət üzrə təşkil
edilən tam orta təhsilin məzmunu icbari ümumi orta
təhsil səviyyəsini bitirən şagirdlərin əldə
etdikləri zəruri bilik və həyati bacarıqların
təkmilləşdirilməsinə, onların
cəmiyyətə çevik inteqrasiyasına və malik
olduqları potensiala uyğun müvafiq peşələrə
istiqamətləndirilməsinə xidmət edir.
11.5. Təmayül və
qeyri-təmayül istiqamətləri üzrə
nümunəvi tədris planlarındakı fənlərin
məzmunu müvafiq tədris proqramları ilə
müəyyən olunur.
12.
Ümumi təhsilin səviyyələri üzrə
həftəlik dərs və dərsdənkənar
məşğələ saatlarının ümumi miqdarı
|
Tədris dilləri |
Məktəbəhazırlıq |
İbtidai təhsil səviyyəsi, I-IV siniflər |
Ümumi orta təhsil səviyyəsi, V-IX siniflər |
Tam orta təhsil səviyyəsi, X-XI siniflər |
Yekun, I-XI siniflər |
|
Azərbaycan
dili |
12 |
99 |
164 |
74 |
337 |
|
Digər
dillər |
12 |
107 |
174 |
78 |
359 |
Qeydlər:
1. Dərsdənkənar
məşğələ saatlarının miqdarı
həftəlik saatların maksimal miqdarının 20
faizindən çox ola bilməz.
2. Zəruri hallarda dərsdənkənar
məşğələ saatlarından fənnin
(fənlərin) tədrisinə ayrıla bilər.
3. Məktəbəhazırlıqda 1
məşğələ saatı 30 dəqiqədir.
12.1. Ümumi təhsil
müəssisələrində siniflər şagirdlərin
sayı 20 nəfərdən az olmamaqla təşkil edilir.
Təmayül sinifləri şagirdlərin sayı 15 nəfərdən
az və 20 nəfərdən çox olmamaqla
komplektləşdirilir.
12.2. Ümumi təhsil
müəssisəsi üzrə bir sinifdə şagirdlərin
ümumi sayı 20 nəfərə çatmadıqda,
mövcud şagird sayı ilə sinif təşkil olunmasına
yol verilir.
12.3. Eyni bir sinifdə şagirdlərin
sayı 30 nəfərdən çox olduqda və ya
şagirdlərin bir sinifdə tədrisinə sinif
otağının ölçüsü imkan vermədikdə,
həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.
12.4. Tədris ilinin birinci
yarısında hər hansı bir səbəbdən
siniflərdə şagirdlərin sayı 3 nəfərdən
çox azaldıqda və ya artdıqda, siniflər bu dövlət
standartlarının müvafiq olaraq 12.1-ci, 12.2-ci və
12.3-cü bəndləri ilə müəyyən edilmiş
say həddində birləşdirilir və ya paralel sinif
təşkil edilir.
13.
Ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji
tələblər
13.1. Ümumi təhsil sistemində
təlim-tərbiyə prosesinin təşkili
öyrədənlərlə öyrənənlər
arasında “subyekt-subyekt” prinsipinə uyğun
qarşılıqlı əməkdaşlıq
əsasında aşağıdakı tələblər
nəzərə alınmaqla qurulur:
13.1.1. pedaqoji prosesin tamlığı –
təhsil məqsədlərinin öyrədici,
tərbiyəedici və inkişafetdirici xarakter
daşıması;
13.1.2. təhsildə bərabər
imkanların yaradılması – müəssisənin təhsil
infrastrukturuna uyğun olaraq, təhsilalanlar üçün
eyni təlim şəraitinin təmin edilməsi, təhsil
prosesinin şagirdlərin meyil-marağı və potensial
imkanları nəzərə alınmaqla
tənzimlənməsi;
13.1.3.
şəxsiyyətyönümlülük -
təhsilalanların idraki, ünsiyyət və psixomotor
fəaliyyətləri əsasında həyati
bacarıqlarını inkişaf etdirməklə, onlarda milli
və bəşəri dəyərlərin
formalaşdırılması;
13.1.4. şagirdyönümlülük -
təhsil fəaliyyətlərinin bilavasitə
təhsilalanların mənafeyinin müdafiəsinə,
təhsil tələbatlarının ödənilməsinə,
istedadlarının reallaşmasına,
şəxsiyyətlərinin formalaşmasına
yönəldilməsi;
13.1.5. inkişafyönümlülük
- şagirdlərin təhsil nailiyyətlərinin
təhlilindən alınan nəticələr əsasında
onların inkişaf perspektivlərini ehtiva edən kompleks
tədbirlərin həyata keçirilməsi;
13.1.6. fəaliyyətin
stimullaşdırılması - təhsil prosesinin
səmərəliliyinin artırılması,
şagirdlərin təlim marağının
yüksəldilməsi üçün onların
nailiyyətlərinin izlənilməsi və
dəyərləndirilməsi istiqamətində
tədbirlərin görülməsi;
13.1.7. dəstəkləyici mühitin
yaradılması - təhsilin keyfiyyət
göstəricilərinin yaxşılaşdırılması
üçün zəruri infrastrukturun, sağlam mənəvi-psixoloji
mühitin, yaradıcı və təhlükəsiz təhsil
şəraitinin təmin edilməsi;
13.1.8. inklüzivlik - fiziki, psixi,
intellektual xüsusiyyətlərindən və sağlamlıq
imkanlarından asılı olmayaraq təhsilin bütün
uşaqlar üçün əlçatan olması;
13.1.9. məktəb-valideyn
əlaqələrinin tənzimlənməsi - təhsil
müəssisəsinin idarə edilməsində,
təlim-tərbiyə prosesinin təşkili ilə
bağlı problemlərin aradan qaldırılmasında,
müəssisənin inkişaf perspektivlərinin
müəyyənləşdirilməsində valideynlərin
rolunun təmin edilməsi.
14.
Ümumi təhsil sistemində şagird nailiyyətlərinin
qiymətləndirilməsi və monitorinqi sistemi
14.1. Şagird nailiyyətlərinin
qiymətləndirilməsi təhsil fəaliyyətinin
zəruri tərkib hissəsi olaraq ardıcıl və sistemli
xarakter daşıyır, təhsilin keyfiyyətinin idarə
olunmasına xidmət edir.
14.2. Şagird nailiyyətlərinin qiymətləndirilməsi
şəffaflıq, etibarlılıq, obyektivlik,
qarşılıqlı əməkdaşlıq
prinsiplərinə əsaslanmaqla təhsilin inkişafına
yönəldilir.
14.3. Şagird nailiyyətlərinin
qiymətləndirilməsi aşağıdakı
fəaliyyətləri əhatə edir:
14.3.1. şagirdlərin təhsilə
münasibəti, mövcud təlim göstəriciləri,
müəllimlərin hazırlıq səviyyəsi, təhsil
standartlarının və kurikulumların
məqsədəuyğunluğu, tədris resursları ilə
təminat, idarəetmənin səmərəliliyi
barədə məlumatların toplanıb təhlil
edilərək dəyərləndirilməsi;
14.3.2. şagird və
müəllimlərin fəaliyyətinin, təhsil
proqramlarının icra vəziyyətinin müşahidə
olunmasından və nailiyyətlərin
qiymətləndirilməsini əks etdirən
sənədlərin təhlilindən əldə edilmiş
nəticələrə görə müvafiq qərarların
qəbul olunması.
14.4. Şagird nailiyyətlərinin
qiymətləndirilməsi attestasiya (məktəbdaxili
qiymətləndirmə), yekun attestasiya, milli və
beynəlxalq qiymətləndirmə növlərini əhatə
edir.
14.5. Attestasiya (məktəbdaxili
qiymətləndirmə) məqsədilə diaqnostik, formativ
və summativ qiymətləndirmələr keçirilir.
14.6. Diaqnostik qiymətləndirmə
dərs ilinin və ya fənn üzrə tədris
resurslarında nəzərdə tutulmuş hər
bölmənin əvvəlində şagirdlərin bilik və
bacarıqlarının, o cümlədən maraq və
motivasiyasının ilkin qiymətləndirilməsi
məqsədilə aparılır.
14.7. Formativ qiymətləndirmə
təhsilalanın hər bir fənn üzrə təhsil
proqramında (kurikulumda) müəyyənləşdirilmiş
məzmun standartlarının mənimsənilməsinə
yönəlmiş fəaliyyətlərini izləmək, bu
prosesdə onun qarşısına çıxan
çətinlikləri müəyyən edib onları aradan
qaldırmaq məqsədilə aparılır.
14.8. Summativ qiymətləndirmə
hər bir fənn üzrə təhsil proqramında
(kurikulumda) müəyyənləşdirilmiş məzmun
standartlarının mənimsənilməsi ilə bağlı
təhsilalanların əldə etdiyi nailiyyətlərin
müəyyən olunması məqsədilə
aparılır.
14.9. Ümumi təhsil
müəssisələrində təhsilalanların yekun
attestasiyası ümumi təhsil pilləsinin ümumi orta
və tam orta təhsil səviyyələrini başa vuran
təhsilalanların təhsildə nailiyyətlərinin
qiymətləndirilməsi məqsədilə həyata
keçirilir.
14.10. Milli qiymətləndirmə
müxtəlif siniflərdə ayrı-ayrı fənlər
üzrə keyfiyyət dəyişikliklərini
dəyərləndirmək məqsədilə 3-5 ildən bir
təşkil olunur.
14.11. Beynəlxalq
qiymətləndirmə şagirdlərin təlim
göstəriciləri əsasında ümumi təhsilin
mövcud vəziyyəti barədə təsəvvür
əldə etmək, problemləri aşkara çıxarıb
həlli yollarını müəyyənləşdirmək,
digər ölkələrlə müqayisələr aparıb
inkişaf perspektivlərini proqnozlaşdırmaq
üçün 3-5 ildən bir keçirilir.
15.
İnternat tipli ümumi təhsil müəssisələrinin
şagirdlərinin dövlət təminatları və
onların xüsusi hallarda təhsil
müəssisələrində saxlanılma
şərtləri[3]
15.1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 270 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Ümumi təhsil müəssisələrinin növlər
üzrə Meyarları”na uyğun olaraq xüsusi
ümumtəhsil məktəblərində və internat tipli
ümumi təhsil müəssisələrində
şagirdlər tam və ya qismən (yataqxana və qida ilə
təminat) dövlət təminatında saxlanılırlar
və onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müəyyən etdiyi normativlər və qaydalar üzrə
qida, paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları,
yumşaq inventar, dərslik, tədris ləvazimatları və
digər zəruri avadanlıqlarla təmin olunurlar.
15.2. İnternat tipli ümumi təhsil
müəssisələrini bitirən şagirdlərə
istifadələrində olan paltar və ayaqqabını
özləri ilə aparmalarına icazə verilir. İnternat
tipli ümumi təhsil müəssisələrinin valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
məzunlarına Valideyn
himayəsindən məhrum olmuş uşaqların sosial
müdafiəsinin yaxşılaşdırılması
tədbirləri haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarına uyğun olaraq birdəfəlik
müavinət verilir.[4]
15.3. Valideyn
himayəsindən məhrum olmuş məzunlar peşə,
orta ixtisas və digər təhsil
müəssisələrinə daxil olduqdan sonra “Məzun evi”
Sosial Müəssisəsinin balansında olan binada
yaşayış sahəsi ayrılanadək, qida ilə
təmin edilməklə ümumi təyinatlı internat tipli
ümumtəhsil məktəblərində qala bilərlər.[5]
15.4. Ümumi təyinatlı internat tipli
ümumtəhsil məktəblərinin məzunları
istehsalatda işləməyə gedərkən istehsalat
təlimi dövründə 6 (altı) ay, xroniki
xəstəlikləri olanlar isə yaşayış sahəsi
olmadıqda 1 (bir) il müddətinə həmin
məktəbdə saxlanıla bilərlər.
Yaşayış sahəsi olmayan, valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum olmuş
məzunların yetkinlik yaşına çatana qədər
bu məktəblərdə qalmasına icazə verilir.[6]
15.5. Yay tətili müddətində bu
və ya digər səbəblərlə əlaqədar
evə aparılmayan uşaqlar üçün həmin
müəssisələrdə yay-istirahət düşərgəsi
təşkil olunur. Uşaqların yay istirahətinin
təşkilində yerli icra hakimiyyətləri, ərazi
üzrə dövlət təhsil və tibb
müəssisələri tərəfindən internat tipli
ümumi təhsil müəssisələrinin
rəhbərliyinə müvafiq kömək göstərilir.
15.6. Yay tətili ilə yanaşı,
dərs ili ərzində olan bayram və digər tətil
günlərində də şagirdlər valideynin (yaxud
digər qanuni nümayəndənin) ərizəsinə
əsasən evə gedə bilərlər. Başqa
şəhər və rayonlara uşaqların valideynin (yaxud
digər qanuni nümayəndənin) müşayiəti olmadan
yola salınmasına icazə verilmir.
15.7. İnternat tipli ümumi təhsil
müəssisələrinin şagirdləri həmin
müəssisələrin yataqxanasında qalırlar.
Uşaqların ailədə yaşamaq hüququnun təmin
olunması məqsədilə (yaşadığı ev
yaxındadırsa, şəraitlə əlaqədar
uşağın valideynin yanında qalması
mümkündürsə, səhhəti ilə bağlı
gecələr valideyn nəzarətinə ehtiyacı varsa
və s.) valideynin ərizəsinə əsasən
müəssisənin bəzi şagirdlərinə
dərslər bitdikdən və ya axşam yeməyindən
sonra öz evlərində gecələmələrinə
icazə verilir. I-VI sinif şagirdlərinə valideynin və
ya digər qanuni nümayəndənin nəzarəti olmadan
müstəqil surətdə evə gedib-gəlməsinə
icazə verilmir.
15.8. İnternat tipli sanator ümumi
təhsil müəssisələrində
təlim-tərbiyə işləri ilə yanaşı,
müalicə-sağlamlıq tədbirləri də həyata
keçirilir.
15.9. İnternat tipli sanator
ümumtəhsil məktəblərinə qəbul edilmiş
şagirdlər müalicə başa çatdıqdan sonra
əvvəllər oxuduqları ümumi təhsil müəssisəsinə
qayıdırlar. Burada onlar internat tipli sanator ümumtəhsil
məktəblərinin verdiyi sənədlərə
əsasən əlavə yoxlama aparılmadan müvafiq
sinfə qəbul edilirlər.
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
1.
16 mart
2011-ci il tarixli 42
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə
235)
2.
19 yanvar 2012-ci
il tarixli 9 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 1, maddə 33)
3. 29 sentyabr
2020-ci il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 2 oktyabr
2020-ci il, ¹ 201, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1233)
4.
13 iyun 2024-cü il tarixli 301 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 iyun 2024-cü il, “Xalq” qəzeti, 15 iyun 2024-cü il, ¹ 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2024-cü il, ¹ 6, II kitab, maddə 721)
5. 18 sentyabr 2025-ci il tarixli 273 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 19 sentyabr
2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr
2025-ci il, ¹ 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2025-ci il, ¹ 9, maddə 873)
6. 25 iyun 2026-cı il tarixli 200
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
29 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, ¹ 112,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı
il, ¹ 6, maddə 592)
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1] Şagirdlərin meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə xüsusi tədris planı və proqramları əsasında tədris edilən fənlər.
[1] 29 sentyabr 2020-ci il tarixli 361
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 2 oktyabr 2020-ci il, ¹ 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 9, maddə 1233) ilə qərarın adında və 1-ci hissəsində “Ümumi təhsil pilləsinin
dövlət standartı və proqramları (kurikulumları)”
sözləri “Azərbaycan
Respublikasında ümumi təhsilin dövlət
standartları” sözləri ilə əvəz
edilmişdir.
[2] 16
mart 2011-ci il tarixli 42
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə
235) ilə təsdiq edilmiş “Ümumi təhsil
pilləsinin dövlət standartı və proqramları
(kurikulumları)”nın 11.1.3-cü bəndində “Azərbaycan dili” - dövlət
dili kimi (təlim digər dillərdə olan
məktəblərdə),” sözlərindən sonra “Ədəbiyyat,” sözü
əlavə edilmişdir.
19 yanvar 2012-ci il tarixli 9
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 1, maddə
33) ilə 12.1-ci bənd
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
12.1. Ümumi təhsil
müəssisələrində siniflər şagirdlərin
sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri
hallarda ümumi təhsil müəssisələrində
mövcud qanunvericiliyin tələbləri
gözlənilməklə, siniflər şagirdlərin
sayı 20 nəfərdən az olmaqla müəyyən
edilə bilər.
19 yanvar 2012-ci il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı ilə 12.2-ci-12.4-cü bəndlər
əlavə edilmişdir.
29 sentyabr 2020-ci il tarixli 361
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 2 oktyabr 2020-ci il, ¹ 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 9, maddə 1233) ilə qərarın
1-ci hissəsi ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartı
və proqramları (kurikulumları)” yeni redaksiyada təsdiq
edilmişdir.
Əvvəli redaksiyada deyilirdi:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Ümumi təhsil pilləsinin
DÖVLƏT STANDARTI VƏ PROQRAMLARI
(kurikulumları)
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Azərbaycan Respublikasında
ümumi təhsil pilləsinin dövlət standartları
və proqramları (kurikulumları) (bundan sonra — dövlət
standartları) "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununa əsasən
hazırlanmışdır.
1.2. Dövlət standartları
aşağıdakıları müəyyən edir:
ümumi təhsilin məzmununu;
ümumi təhsilin idarə
olunmasını;
ümumi təhsilin maddi-texniki və
tədris bazasını;
ümumi təhsilin infrastrukturunu;
ümumi təhsil sistemində
təhsilverənlərin keyfiyyət göstəricilərini;
ümumi təhsil sistemində
təhsilalanların bilik, bacarıq və
vərdişlərinin səviyyəsini.
1.3. Ümumi təhsil pilləsinin
dövlət standartları 5 il müddətinə
qüvvədədir.
2. ÜMUMİ TƏHSİLİN
MƏZMUNU
2.1. Ümumi təhsilin məzmunu
fərdin, cəmiyyətin, dövlətin maraq və
tələbatlarını, milli və ümumbəşəri
dəyərləri əks etdirməklə, humanistlik,
dünyəvilik, varislik, inteqrativlik prinsipləri
əsasında müəyyən edilir.
2.2. Ümumi təhsilin məzmunu
təhsilalanların yaş, fizioloji, psixoloji
xüsusiyyətləri nəzərə alınmaqla,
onların dünyagörüşünün və
şəxsiyyətinin formalaşmasını, bazar
münasibətlərinin tələblərinə uyğun
zəruri bilik və bacarıqlara yiyələnməsini,
əqli, fiziki, mənəvi, estetik inkişafını,
müstəqil əmək və təhsil həyatına
hazırlanmasını, cəmiyyətin faydalı və
məhsuldar üzvünə çevrilməsini təmin edir.
2.3. Ümumi təhsilin məzmununa dair
ümumi tələblər aşağıdakılardır:
təhsilin məzmununu təhsilalanın
və cəmiyyətin tələbatına, dövlətin
təhsil siyasətinə uyğunlaşdırmaq;
məzmunu
nəticəyönümlülük,
şəxsiyyətyönümlülük,
şagirdyönümlülük, inteqrativlik prinsipləri
əsasında müəyyənləşdirmək;
təhsilalanların təlim
marağını, potensial imkanlarını,
sağlamlığının təhlükəsizliyini
nəzərə almaqla onlara davamlı inkişaflarını
təmin edən, müstəqil həyatda lazım olan
zəruri biliklərin və əqli, informativ-kommunikativ,
psixomotor bacarıqların aşılanmasını təmin
etmək;
təhsilin məzmununa şagirdlərin
ümumi inkişafına xidmət etməyən, tətbiqi
xarakterdə olmayan, məzmunu ağırlaşdıran
məlumatyönümlü məsələlərin daxil
edilməsinə yol verməmək.
3. ÜMUMİ TƏHSİLİN
İDARƏ OLUNMASI
3.1. Ümumi təhsilin idarə
olunması hesabatlılıq, məsuliyyətin
bölüşdürülməsi və inkişafın
monitorinqi prinsipləri əsasında həyata keçirilir.
3.2. Hesabatlılıq nəticə
etibarilə ümumi təhsilin həyata keçirildiyi
müəssisədə kollektivin hər bir üzvünün
tapşırılmış iş sahəsində cavabdehliyini
təmin edir. Ümumi fəaliyyətin müntəzəm
hazırlanan və müzakirə edilən hesabatlarda əks
olunması müəssisədə hər bir fərdin
vəzifə funksiyalarına məsuliyyətlə
yanaşmasında mühüm rol oynayır.
3.3. Məsuliyyətin
bölüşdürülməsi ümumi təhsilin
idarə olunmasında demokratiklik, sistemlilik və
şəffaflıq yaradan mühüm amil kimi meydana
çıxır, ümumi fəaliyyətin
səmərəli planlaşdırılmasına və
nəzərdə tutulan tədbirlərin icrasına çevik
nəzarət mexanizminin
müəyyənləşdirilməsinə xidmət edir.
3.4. İnkişafın monitorinqi
mövcud idarəetmə sisteminin
məqsədyönlülük səviyyəsini aşkara
çıxarmaq və irəliləyişlərin
dinamikasını müəyyən etməklə,
planlaşdırma və icra sistemində zəruri
dəyişikliklər aparılmasını təmin edir.
3.5. Ümumi təhsilin idarə
olunması dövlət-ictimai xarakter daşıyır.
3.6. Ümumi təhsil
müəssisələrində ali idarəetmə orqanı
Pedaqoji Şura hesab olunur. Pedaqoji Şuranın
Əsasnaməsi Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən təsdiq edilir.
3.7. Pedaqoji Şura iclaslarında,
əsasən, təhsil sahəsində dövlət
siyasətinə uyğun olaraq, təlim-tərbiyə prosesinin
təşkili və həyata keçirilməsi, təhsilin
keyfiyyətinin yüksəldilməsi, idarəetmənin
təkmilləşdirilməsi, innovativ pedaqoji ideyaların
məktəbdə tətbiqi, müəssisədə
sağlam psixoloji mühit və təhlükəsiz
şərait yaradılması, maddi-texniki və tədris
bazasının möhkəmləndirilməsi ilə
əlaqədar aktual məsələlər, ümumi
fəaliyyətin yaxşılaşdırılması
istiqamətində təkliflər və hesabatlar müzakirə
olunaraq, müvafiq qərarlar qəbul edilir.
3.8. İdarəetmədə demokratikliyi
və şəffaflığı daha da yüksəltmək
məqsədi ilə ümumi təhsil
müəssisələrində ictimai əsaslarla
fəaliyyət göstərən özünüidarə
orqanları (məktəb şurası, qəyyumlar,
himayəçilər şuraları, metodik şura,
valideyn-məktəb assosiasiyası, valideyn komitəsi, uşaq
parlamenti, qanunvericilik əsasında fəaliyyət
göstərən uşaq və gənclər
təşkilatlarının orqanları) yaradıla bilər.
3.9. Ümumi təhsil
müəssisəsinə rəhbərliyi qanunvericiliklə
müəyyən edilmiş qaydada təyin edilmiş direktor
həyata keçirir. Direktorun vəzifə funksiyaları
ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə
müəyyən edilir.
4. ÜMUMİ TƏHSİLİN
İNFRASTRUKTURU
4.1. Müəyyən edilmiş
dövlət standartlarına uyğun keyfiyyətli ümumi
təhsil almaq üçün müvafiq infrastrukturun
yaradılması mühüm şərt hesab edilir.
4.2. Ümumi təhsilin infrastrukturuna
təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla
təminat, təhsil fəaliyyəti üçün
zəruri imkanlara malik binalar, yardımçı bina və
qurğular, sadə idman meydançası və
qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb,
iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik
sistemləri, internet xidməti daxildir.
5. ÜMUMİ TƏHSİLİN
MADDİ-TEXNİKİ VƏ TƏDRİS BAZASI
5.1. Ümumi təhsil üzrə
dövlət təhsil proqramlarının (kurikulumların)
yerinə yetirilməsinə əlverişli şərait
yaratmaq məqsədi ilə ümumi təhsil
müəssisələri zəruri maddi-texniki və tədris
bazasına malik olmalıdır.
5.2. Ümumi təhsil
müəssisəsinin maddi-texniki və tədris bazasına
təchiz olunmuş tədris laboratoriyaları, emalatxanalar,
idman və akt zalları, təhsilalan və təhsilverənlər
üçün mebel avadanlığı,
informasiya-kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar,
tədris-əyani vəsaitləri, təlimin texniki
vəsaitləri, dərslik və elmi-bədii ədəbiyyat
fondu daxildir.
6. ÜMUMİ TƏHSİL
PİLLƏSİNDƏ TƏHSİLVERƏNLƏRİN
KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ
6.1. Ümumi təhsilin həyata
keçirildiyi müəssisələrə, bir qayda olaraq,
pedaqoji ali təhsilli mütəxəssislər qəbul
edilirlər.
6.2. Pedaqoji kadrlar ümumi təhsil
müəssisələrində işə bilavasitə öz
ixtisasları üzrə qəbul olunurlar.
6.3. Zəruri hallarda ucqar
yaşayış ərazilərində yerləşən
ümumi təhsil müəssisələrində pedaqoji
orta-ixtisas təhsilli şəxslərin qəbuluna, habelə
ixtisaslı pedaqoji kadr çatışmadığı
hallarda məzmun və mahiyyət etibarilə yaxın
fənlərin müvafiq ixtisas müəllimi
tərəfindən tədrisinə yol verilir.
6.4. Cinayət məsuliyyətinə
cəlb olunmuş təhsilverənlərin pedaqoji
fəaliyyəti davam etdirmələri, habelə
səhhətinin vəziyyətinə görə təhsilverənlərin
təlim-tərbiyə müəssisəsində
fəaliyyətdən kənarlaşdırılması
müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
6.5. Ümumi təhsil sistemində
çalışan təhsilverənlər, əsasən,
aşağıdakı keyfiyyət
göstəricilərinə malik olmalıdırlar:
ixtisası üzrə dövrün
tələbatına uyğun elmi-nəzəri biliklərə;
uşaqlarla həssas ünsiyyətqurma
və iş bacarığına;
əxlaqi-mənəvi
keyfiyyətlərə, pedaqoji etika və
mədəniyyətə;
əməkdaşlıq,
tədqiqatçılıq, özünütəhsil və
idarəçilik bacarıqlarına;
yaradıcılıq və sağlam
rəqabət tələb edən layihələrdə,
müsabiqə və innovativ proqramlarda iştirak etmək
qabiliyyətinə;
öz fəaliyyətini təqdim
etmək və qabaqcıl pedaqoji
təcrübələrdən bəhrələnmək
bacarığına;
ədalətlilik, məsuliyyətlilik,
cavabdehlik keyfiyyətlərinə;
işlədiyi məktəbdə və
ictimaiyyətdə hörmətə və nüfuza.
Təhsilverənlərin keyfiyyət
göstəriciləri Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq edilən
attestasiya qaydalarına əsasən müəyyən edilir.
7. ÜMUMİ TƏHSİL
PİLLƏSİNDƏ TƏHSİLALANLARIN BİLİK,
BACARIQ VƏ VƏRDİŞLƏRİNİN
SƏVİYYƏSİ
7.1. Ümumi təhsil pilləsində
təhsilalanların bilik, bacarıq və
vərdişlərinin səviyyəsi ümumi təhsilin
hər bir səviyyəsi üzrə təsdiq olunmuş təlim
nəticələri və fənlər üzrə məzmun
standartları ilə müəyyən edilir.
7.2. Təhsilalanların bilik, bacarıq
və vərdişlərinin səviyyəsini
müəyyən edən təlim nəticələri və
məzmun standartları aşağıdakı tələbləri
ehtiva edir:
fərdin, dövlətin,
cəmiyyətin maraq və tələbatının
ödənilməsi;
təhsilin
nəticəyönümlülük,
şagirdyönümlülük, inteqrativlik prinsipləri
əsasında qurulmasına didaktik zəmin yaradılması;
təhsilalanların həyati
bacarıqlara yiyələnməsinin prioritet hesab edilməsi;
keyfiyyətli təhsil almaq
üçün hamıya bərabər imkanların
yaradılması;
təhsil səviyyələri
üzrə təhsil proqramlarında (kurikulumlarda) varisliyin
təmin olunması;
şagird nailiyyətlərinin
qiymətləndirilməsi üzrə müvafiq
standartların müəyyən edilməsi üçün
etibarlı əsas yaradılması;
təhsilalanların
sağlamlığının qorunması məqsədi
ilə ağırlaşdırıcı tədris
materiallarının təlim prosesinə gətirilməsinin
qarşısının alınması.
8. TƏHSİL PROQRAMI (KURİKULUM)
8.1. Ümumi təhsil üzrə
təhsil proqramında (kurikulumda) aşağıdakılar
əhatəli şəkildə göstərilir:
ümumi təhsilin səviyyələri
üzrə təlim nəticələri və məzmun
standartları;
ümumi təhsilin hər bir
səviyyəsində tədris olunan fənlər;
ümumi təhsilin səviyyələri
üzrə həftəlik dərs və dərsdənkənar
məşğələ saatlarının miqdarı;
ümumi təhsil sistemində pedaqoji
prosesin təşkili prinsipləri;
təlim nailiyyətlərinin
(nəticələrinin) qiymətləndirilməsi və
monitorinqi.
8.2. Baza tədris planları və
proqramları Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən təsdiq edilir.
9. ÜMUMİ TƏHSİLİN
SƏVİYYƏLƏRİ ÜZRƏ TƏLİM
NƏTİCƏLƏRİ
9.1.
İbtidai təhsil üzrə ümumi təlim
nəticələri
İbtidai təhsili başa vurmuş
şagird aşağıdakıları bacarmalıdır:
yaşına uyğun bədii,
elmi-kütləvi və məlumat xarakterli mətnləri
müəyyən edilmiş qaydada oxumağı;
oxuduğu mətndəki əsas
məzmunu ayırmağı və ona öz fikrini
bildirməyi;
lüğətlərdən, məlumat
xarakterli vəsaitlərdən, kompüter texnikasından
istifadə etməyi;
öz fikirlərini şifahi və
yazılı formada aydın ifadə etməyi;
məntiqi düşünməyi, fikir
irəli sürməyi, başqasının fikrinə
münasibət bildirməyi;
zəruri riyazi bilikləri həyatda
tətbiq etməyi, sadə alqoritmləri yerinə
yetirməyi;
müşahidə etdiyi obyekt və
hadisələri təsvir etməyi, onları səciyyəvi
əlamətlərinə görə fərqləndirməyi;
ünsiyyət qurmağı,
əməkdaşlıq etməyi, komanda, kollektiv
tərkibində fəaliyyət göstərməyi;
sadə mədəni
davranışı, şəxsi gigiyena və zəruri
təhlükəsizlik qaydalarına əməl etməyi;
müəyyən olunmuş
normativlər çərçivəsində fiziki
hərəkətləri, bədii-estetik qabiliyyətini
nümayiş etdirməyi, sadə əmək vərdişlərini
tətbiq etməyi;
öz hüquqlarını
müdafiə etməyi, başqasının hüquqlarına
hörmət etməyi;
insanlara, təbiətə, şəxsi
və dövlət əmlakına, başqasının
əməyinə həssas, qayğıkeş və
ədalətli münasibət göstərməyi;
Azərbaycan xalqının
əxlaqi-mənəvi dəyərləri, tarixi,
mədəniyyəti, incəsənəti, görkəmli
şəxsiyyətləri haqqında qazandığı ilkin
bilikləri, habelə ölkəsinə qarşı
əks-mövqedə olan qüvvələri sadə formada
təqdim etməyi;
xarici dildə sadə ünsiyyət
bacarıqlarına yiyələndiyini nümayiş
etdirməyi.
9.2.
Ümumi orta təhsil üzrə ümumi təlim
nəticələri
Ümumi orta təhsili başa vurmuş
şagird aşağıdakıları bacarmalıdır:
dinlədiyi və oxuduğu
müxtəlif üslubda və janrda olan mətnləri
təhlil etməyi, onların məzmununu yığcam, həm
də qismən geniş formada başqasına çatdırmağı;
nitqin monoloq və dialoq formalarından
istifadə etməyi;
plan, tezis, icmal tərtib etməyi,
layihə, rəy hazırlamağı;
nümunələr və dəlillər
vasitəsilə fikirlərini məntiqi cəhətdən
əsaslandırmağı, müxtəlif fikirlərdə
ifadə olunan başlıca məqamları
ümumiləşdirməyi;
hesablamalar və proqnozlaşdırma
aparmağı, riyazi dildən istifadə etməyi,
alqoritmlər qurmağı, ehtimallar irəli sürməyi;
ətraf aləmi dərk etmək
üçün müşahidə, ölçmə,
hesablama, təcrübə, qiymətləndirmə üsul
və vasitələrindən istifadə etməyi;
təbiətdəki əsas
qanunauyğunluqların mahiyyətini və onların
qarşılıqlı əlaqəsini izah etməyi;
müxtəlif fakt, mülahizə və
dəlilləri müqayisə, təsnif və təqdim
etməyi;
təlim prosesində
yaradıcılıq tələb edən işləri
müstəqil yerinə yetirməyi;
təlim tapşırıqlarını
yerinə yetirmək üçün müxtəlif informasiya
mənbələrindən (lüğətlər,
ensiklopediyalar, kompüter, internet, dövri mətbuat və s.)
istifadə etməyi;
öz imkanlarını, meyil və
marağını şüurlu olaraq müəyyən
etməyi, iradi və qeyri-iradi keyfiyyətlərini
nümayiş etdirməyi;
gördüyü işlərin
nəticəsini qiymətləndirməyi,
qarşılaşdığı problemlərin optimal
həllini tapmağı;
sadə formada icraçılıq,
təşkilatçılıq və idarəetmə
bacarıqlarını nümayiş etdirməyi;
ictimai davranış, habelə
müvafiq təhlükəsizlik və tibbi-gigiyena
qaydalarına, sağlam həyat tərzi normalarına
əməl etməyi;
milli, əxlaqi-mənəvi, hüquqi,
etik, estetik dəyərlərə, vətəndaşlıq
mövqeyinə, liderlik keyfiyyətlərinə malik
olduğunu nümayiş etdirməyi;
problemlərin həllində birgə
fəaliyyət göstərməyi, kollektiv iş
prosesində özünün və başqalarının
fəaliyyətini qiymətləndirməyi;
xarici dildə ünsiyyət
qurmağı;
ana dilində yazılı və
şifahi ünsiyyət bacarıqlarına yiyələndiyini,
ölkəsinin ədəbiyyatı, tarixi,
mədəniyyəti, incəsənəti, görkəmli
şəxsiyyətləri barədə, habelə
vətəninə qarşı əks-mövqedə dayanan
qüvvələr haqqında müvafiq məlumatlara malik
olduğunu nümayiş etdirməyi.
9.3.
Tam orta təhsil üzrə ümumi təlim
nəticələri
Tam orta təhsili başa vurmuş
şagird aşağıdakıları bacarmalıdır:
dinlədiklərinə və
oxuduqlarına tənqidi və yaradıcı münasibət
bildirməyi, maraq dairəsinə görə onları yeni
məlumatlarla zənginləşdirməyi;
nitqin müxtəlif formalarından
məqamına görə istifadə etməyi;
fikirlərini yazılı formada
ifadə etməyi, yaradıcı yazılar (esse,
müşahidə və təəssürat xarakterli
yazılar və s.) yazmağı;
ictimai həyatda baş verən
hadisələrə və sosial-mədəni
sahələrdəki yeniliklərə yaş
səviyyəsinə uyğun olaraq münasibət
bildirməyi;
maraq dairəsinə görə
müstəqil məlumatlar toplamağı, onları
sistemləşdirməyi, təhlil və tətbiq etməyi;
informasiya-kommunikasiya texnologiyalarından
həyat fəaliyyətinin təşkili istiqamətində
istifadə etməyi;
qarşılaşdığı
həyati problemləri qiymətləndirməyi və
onların həlli istiqamətində optimal qərarlar
qəbul etməyi;
potensial imkanları daxilində mövcud
bilik və bacarıqlarını
təkmilləşdirməyi, mədəni və intellektual
səviyyəsini yüksəltməyi;
insan əməyini,
vətəndaşların hüquq və
azadlıqlarını dəyərləndirməyi, milli
əxlaqi-mənəvi dəyərlərə, habelə
ümumbəşəri dəyərlərə həssas
və tolerant münasibət bəsləməyi;
xarici dildə (dillərdə)
ünsiyyət saxlamağı;
icraçılıq,
təşkilatçılıq və idarəetmə ilə
bağlı funksiyaları yerinə yetirməyi və bu
proseslərdə liderlik xüsusiyyətlərini nümayiş
etdirməyi;
ana dilində yazılı və
şifahi nitq mədəniyyətinə yiyələndiyini,
ölkəsinin ədəbiyyatı, tarixi, coğrafiyası,
görkəmli şəxsiyyətləri, habelə
Vətənin mənafeyinə qarşı olan
əks-qüvvələr haqqında ətraflı
məlumatlara malik olduğunu nümayiş etdirməyi.
10. ÜMUMİ TƏHSİLİN
SƏVİYYƏLƏRİ ÜZRƏ MƏZMUN STANDARTLARI
10.1.
İbtidai təhsil səviyyəsində məzmun
standartları
"Azərbaycan
dili" (təlim Azərbaycan dilində olan
məktəblərdə), "Rus dili" (təlim rus
dilində olan məktəblərdə), "Gürcü
dili" (təlim gürcü dilində olan
məktəblərdə) fənləri üzrə
Şagird:
danışanın fikrinə
münasibət bildirir, öz fikirlərini sərbəst
və ardıcıl ifadə edir;
düzgün, sürətli,
şüurlu, ifadəli oxuyur, oxuduğu mətnlərə
münasibət bildirir;
kiçikhəcmli rabitəli
mətnlər qurur;
lüğətlərdən, məlumat
kitablarından istifadə edir;
Azərbaycan xalqının dili, tarixi,
əxlaqi-mənəvi dəyərləri,
incəsənəti, adət-ənənələri
haqqında öyrəndiyi məlumatları sadə formada
təqdim edir;
yazılı və şifahi nitqində
fonetik, leksik, qrammatik qaydalara yiyələndiyini nümayiş
etdirir.
"Azərbaycan
dili" (dövlət dili kimi)* fənni üzrə
Şagird:
dinlədiyi fikirləri
anladığını nümayiş etdirir;
müşahidə etdiyi əşya
və hadisələri təsvir edir;
kiçikhəcmli mətnləri
düzgün və sürətli oxuyur, məzmununu izah edir;
söz birləşməsi və
cümlə modellərindən kiçikhəcmli şifahi
və yazılı mətnlər qurur;
dialoqlarda zəruri nitq etiketlərinə
yiyələndiyini nümayiş etdirir;
məlumat xarakterli kiçikhəcmli
mətnləri lüğət vasitəsilə
tərcümə edir.
"Xarici
dil" fənni üzrə
Şagird:
dinlədiyi fikrin məzmununu izah edir;
gündəlik həyatda və
məişətdə istifadə olunan əşyaları,
onlara aid əlamət və hərəkətləri
adlandırır;
sadə nitq etiketləri əsasında
ünsiyyət yaradır, süjetli şəkillər
üzrə nitq nümunələri qurur;
ana dili ilə müqayisədə
öyrəndiyi dilin fərqli səslərini ayırır
və tələffüz edir;
kiçikhəcmli mətnləri oxuyur
və məzmununu izah edir;
öyrəndiyi söz
birləşməsi və cümlə modelləri
əsasında kiçikhəcmli şifahi və yazılı
mətnlər qurur;
qarşılaşdığı yeni
sözlərin mənasını lüğət
vasitəsilə müəyyən edir.
"Riyaziyyat"
fənni üzrə
Şagird:
sıfır da daxil olmaqla, milyon
dairəsində natural ədədlər üzərində
hesab əməllərini yerinə yetirir;
kəmiyyətlərdən (uzunluq,
sahə, həcm, zaman, kütlə, dəyər) həyati
məsələlərin həllində istifadə edir;
sadə müstəvi fiqurlar və
fəza cismlərinin xüsusiyyətlərini
müəyyən edir və onların əsasında
ölçmə və hesablamalar aparır;
məlumatları toplayıb
sistemləşdirir, təhlil edir və nəticələri
şərh edir.
"İnformatika"
fənni üzrə
Şagird:
eynicinsli obyektlər qrupunda
əşyanı artıq seçir, onları
əlamətlərinə görə ayırır və
müqayisə edir;
hərəkətlər
ardıcıllığında buraxılmış
addımı müəyyən edir;
qanunauyğunluqları müəyyən
edir və onların əsasında modellər qurur;
sadə riyazi alqoritmlər və
layihələr tərtib edir;
kompüterdə sadə
əməliyyatları icra edir;
qrafik redaktorda rəsmlər
çəkir, onları redaktə edir, rəsmlərə
mətn daxil edir, alqoritmlərdən istifadə edərək
mozaikalar qurur;
mətn redaktorunda sadə mətnlər
yığır, redaktə edir və onlara rəsmlər daxil
edir.
"Həyat
bilgisi" fənni üzrə
Şagird:
öz hüquqlarını dərk
etməsini, başqalarının hüquq və
azadlıqlarına hörmətlə yanaşmasını,
insanlara, təbiətə, ekologiyaya həssas və
qayğıkeş münasibət bəsləməsini
nümayiş etdirir, həmin məsələlərlə
bağlı şəxsi fikirlərini bildirir;
insan həyatı və
sağlamlığının qorunması ilə bağlı
ən zəruri təhlükəsizlik qaydalarını izah
edir;
mənəvi keyfiyyətlərin
(düzlük, ədalətlilik, humanistlik, rəhmdillik)
mahiyyəti barədə mülahizələrini şərh
edir, şəxsi həyatında bu keyfiyyətlərə
əməl etdiyini nümayiş etdirir;
iqtisadi biliklərdən
məişətdə istifadə edir;
təbiət hadisələri
üzərində müşahidələr aparır və
onlara münasibət bildirir;
cəmiyyətdə baş verən
hadisələri, insan-təbiət, insan-cəmiyyət
münasibətlərini öz yaş səviyyəsinə
uyğun şərh edir.
"Texnologiya"
fənni üzrə
Şagird:
materialları müqayisə edir və
çeşidləyir, müvafiq texnologiyalardan
(ölçmə, kəsmə, biçmə, tikmə,
toxuma, qatlama, yapma, birləşdirmə və s.) və texnoloji
vasitələrdən istifadə edir, sadə məmulatlar
hazırlayır;
sadə məişət
xidmətlərini yerinə yetirir;
birgəfəaliyyət bacarıqları
nümayiş etdirir, özünün və
başqalarının hazırladığı məmulatlara
münasibət bildirir;
təhlükəsizlik texnikası və
sanitariya-gigiyena qaydalarını şərh edir və praktik
fəaliyyətdə onlara riayət etdiyini nümayiş
etdirir;
yaradıcılıq tələb
edən sadə model və layihələr qurur.
"Fiziki
tərbiyə" fənni üzrə
Şagird:
hərəki qabiliyyətlərini
formalaşdıran oyunları və hərəkət
komplekslərini icra edir, müəyyən edilmiş
normativləri yerinə yetirir;
hərəki vərdiş və
bacarıqları formalaşdıran müxtəlif statik və
dinamik hərəkətləri sadə üsullarla icra edir;
idman oyunlarını, o
cümlədən milli idman oyunlarını və onların
növlərini təqdim edir;
şəxsi gigiyena və təbii
vasitələrlə orqanizmi möhkəmləndirmək
qaydalarını izah edir;
fiziki tərbiyə prosesində intizam
və rejim qaydalarına əməl edir, birgə
fəaliyyət bacarıqlarını nümayiş etdirir.
"Musiqi"
fənni üzrə
Şagird:
mahnı oxumaq qaydalarından istifadə
edir, mahnıların mətnlərini məzmununa görə
səhnələşdirir;
musiqi alətlərini
səslənməsinə, musiqi əsərlərini
xarakterinə görə fərqləndirir və onlara
münasibət bildirir;
musiqini emosional qavramasını onun
xarakterinə uyğun ritmik hərəkətlər
etməklə nümayiş etdirir;
musiqi notlarını adlandırır
və oxuyur, onları sadə musiqi alətlərində ifa
edir.
"Təsviri
incəsənət" fənni üzrə
Şagird:
əşyaları və
hadisələri praktik yolla təsvir edir;
yaş səviyyəsinə uyğun
təsviri sənət nümunələrini izah edir, onları
fərqləndirir;
əşyanın məzmunu və
forması arasındakı əlaqəni şərh edir;
rəng çalarlarını
ayırır, rəngləri emosional məna
çalarlarına görə müqayisə edir;
sadə kompozisiyalar qurur və onların
ayrı-ayrı hissələrini mütənasib qaydada
yerləşdirir;
sadə tərtibat xarakterli işləri
yerinə yetirir.
10.2.
Ümumi orta təhsil səviyyəsində məzmun
standartları
"Azərbaycan
dili" (təlim Azərbaycan dilində olan
məktəblərdə), "Rus dili" (təlim rus
dilində olan məktəblərdə), "Gürcü
dili" (təlim gürcü dilində olan
məktəblərdə) fənləri üzrə
Şagird:
dinlədiyi mətnlərə
münasibət bildirməklə, mövqeyini
əsaslandırır;
mətni düzgün və ifadəli
oxuyur, məzmun və strukturuna görə təhlil edir;
dil vahidlərindən istifadə
etməklə, müxtəlif tipli (nəqli, təsviri,
mühakimə) və formalı (inşa, esse, hekayə)
mətnlər qurur, onları təkmilləşdirir;
müxtəlif məzmunlu məlumatlar
əsasında təqdimatlar edir;
şifahi və yazılı nitqində
zəruri dil qaydalarını mənimsədiyini nümayiş
etdirir.
"Azərbaycan
dili" (dövlət dili kimi) fənni üzrə
Şagird:
dinlədiyi mətnin məzmununu izah
edir, ona münasibət bildirir;
şüurlu və ifadəli oxu
bacarıqlarını nümayiş etdirir;
müxtəlif formalı rabitəli
mətnlər qurur və təqdim edir;
öz fikirlərini sərbəst,
ardıcıl və aydın ifadə edir;
nitq bacarıqlarını inkişaf
etdirmək üçün müxtəlif
mənbələrdən istifadə edir, tərcümə
bacarığını nümayiş etdirir.
"Ədəbiyyat"
fənni üzrə
Şagird:
ədəbi-bədii
nümunələri onların məzmunundan irəli
gələn məna çalarlarına uyğun ifadəli
oxuyur, mətni bədii-emosional cəhətdən
qüvvətləndirən sözlərin mahiyyətini izah
edir;
yazılı nitqində məzmuna
uyğun üslub müəyyənləşdirir, orfoqrafiya
və orfoepiya qaydalarına əməl edir, söz
ehtiyatından səmərəli istifadə edir, fikirlərini
ardıcıl və məntiqli ifadə edir,
ümumiləşdirmələr aparır;
ədəbi nümunələrlə
bağlı fikirlərini aydın, ardıcıl,
məqsədyönlü, yığcam, yeri gəldikcə
bədii təsvir vasitələrindən istifadə etməklə
şərh edir;
müxtəlif janrlarda
yazılmış mətnlər üzərində
sərbəst işləyir, onlarda ifadə olunmuş əsas
ideyanı şərh edir, mətni məzmununa uyğun hissələrə
ayırır və müvafiq plan tərtib edir;
şifahi və yazılı
ədəbiyyatın oxşar və fərqli
cəhətlərini, xarakterik xüsusiyyətlərini konkret
nümunələrlə izah edir, öz fikirlərini
müqayisələr aparmaqla əsaslandırır;
ədəbi əsərləri məzmun
və ideya istiqamətinə, sənətkarlıq
cəhətlərinə, obrazların səciyyəsinə
görə təhlil edir, öz şəxsi münasibətini,
mülahizələrini bildirir;
ədəbi əsərlərin
müzakirəsi zamanı tolerantlıq, obyektivlik,
ədalətlilik, əsaslandırma və ümumi rəyə
gələ bilmək bacarıqlarını nümayiş
etdirir.
"Xarici
dil" fənni üzrə
Şagird:
dinlədiyi və oxuduğu
mətnlərin məzmununa münasibət bildirir;
dialoji və monoloji nitq
bacarıqlarını nümayiş etdirir;
dilin öyrənilməsi prosesində
ünsiyyət etiketi qaydalarına əməl edir,
yoldaşlarının nitqinə münasibət bildirir;
fikirlərini yazılı ifadə edir;
lüğətlərdən,
əlavə materiallardan, texnoloji vasitələrdən
istifadə edir, sadə mətnləri tərcümə edir.
"İkinci
xarici dil" fənni üzrə
Şagird:
dinlədiyi fikrin məzmununu izah edir;
əşya və hadisələri, onlara
aid əlamətləri ifadə edir;
sadə nitq etiketləri əsasında
ünsiyyət qurur;
yeni sözlərin mənasını
lüğət vasitəsilə müəyyən edir;
kiçik həcmli mətnləri oxuyur
və məzmununu izah edir;
kiçik həcmli şifahi və
yazılı mətnlər qurur.
"Riyaziyyat"
fənni üzrə
Şagird:
ölçmə və hesablama
ləvazimatlarından istifadə edir, şifahi, yazılı
formada dəqiq və ya təqribi hesablamalar aparır;
simvollarla ifadə olunmuş cəbri
dildən istifadə edir;
rasional ifadələr üzərində
eynilik çevrilmələri aparır, xətti və kvadrat
tənlikləri, xətti bərabərsizliklər sistemini
həll edir;
funksiya anlayışından və
qrafiklərdən real asılılıqların
öyrənilməsində və şərhində
istifadə edir;
müstəvi fiqurlarının və
sadə fəza cismlərinin xassələrini praktik
həndəsi məsələlərin həllində
tətbiq edir, sadə həndəsi qurmalar və
ölçmələr aparır;
riyazi və statistik məlumatları
toplayır, araşdırır, sistemləşdirir və
nəticəsini təqdim edir;
statistika və ehtimal əsasında
hadisənin başvermə mümkünlüyünü
proqnozlaşdırır;
mühakimələrini məntiqi
əsaslandırır, yazılı və şifahi nitqində
fikirlərini dəqiq, aydın və yığcam ifadə
edir;
müxtəlif həyati
məsələlərin həllində riyazi bilikləri
tətbiq edir;
fəaliyyətini layihələndirir,
onların əsasında alqoritmlər qurur,
nəticələri yoxlayır və qiymətləndirir.
"İnformatika"
fənni üzrə
Şagird:
informasiya və kommunikasiya
texnologiyalarının müasir cəmiyyətdə rolunu
və əhəmiyyətini şərh edir;
gündəlik həyatda və
məişətdə lazım olan məsələləri
kalkulyator rejimində həll edir;
kompüterdə istifadə olunan
əməliyyat sistemini tənzimləyir;
mətn redaktorunda sadə olmayan
mətnləri yığır və formatlaşdırır,
mətnə müxtəlif yaddaşlardan şəkillər
daxil edir;
qrafik redaktorda müəyyən
çətinlik dərəcəsinə malik
şəkillər hazırlayır, şəklin
atributlarını dəyişdirir, onlara müvafiq
mətnlər daxil edir;
obyektin xassələrini, parametrlərini
və mühitini təyin edir, obyektlər sistemini təsnif
edir;
obyektin informasiya modelini qurur və onun
təbii modelini təsvir edir;
informasiyanın xassələrini,
kodlaşdırılmasını, qəbul edilməsini və
ötürülməsini nümunələr əsasında
izah edir;
şəbəkə növləri
vasitəsilə məlumatları axtarır, toplayır,
sistemləşdirir və onlardan məqsədyönlü
istifadə edir;
müxtəlif təqdimatlar
hazırlayır və nümayiş etdirir;
elektron cədvəllərdən
istifadə etməklə, yeni sənədlər tərtib edir;
müxtəlif şəbəkə
növlərindən, şəbəkənin işini təmin
edən proqram təminatından istifadə edir, sadə
"Web" səhifələr yaradır.
"Azərbaycan
tarixi" fənni üzrə
Şagird:
tarixi hadisələri xronoloji əsasda
təsvir edir, onlar arasındakı səbəb və
nəticə əlaqələrini izah edir;
sivilizasiyaların formalaşmasında,
dünya mədəniyyətinin, incəsənətinin
inkişafında Azərbaycanın rolu və mövqeyi
barədə mülahizələrini şərh edir;
tarixi fakt və hadisələrə,
tarixi şəxsiyyətlərə və onların
fəaliyyətinə münasibət bildirir, onları
müvafiq dövr baxımından qiymətləndirir.
"Ümumi
tarix" fənni üzrə
Şagird:
tarixi dövrləri və
sivilizasiyaları xarakterik əlamətlərinə
görə fərqləndirir, tarixi
şəxsiyyətləri, hadisələri və faktları
dövr baxımından qiymətləndirir, onlara
münasibət bildirir;
tarixi paralellər aparmaq yolu ilə
ayrı-ayrı dövlətlərin inkişaf
tendensiyalarını, ictimai, iqtisadi, siyasi prosesləri
müqayisə edir, nəticə çıxarıb mülahizələrini
şərh edir;
müxtəlif tarixi mənbələri
araşdırmaqla, lazımi materialları toplayıb
sistemləşdirir və təqdim edir.
"Fizika"
fənni üzrə
Şagird:
təbiət hadisələrini
xarakterinə görə qruplaşdırır və
onların başvermə səbəblərini fiziki qanunlar
əsasında izah edir;
təbiət hadisələrinin
qanunauyğunluqları haqqında məlumatlar toplayır,
onları ümumiləşdirib şərh edir;
fiziki hadisələri müşahidə
edir, nəticələri ümumiləşdirir və onlar
haqqında mülahizələrini təqdim edir;
fiziki kəmiyyətləri
ölçür və nəticələrindən
gündəlik həyatda tətbiq üçün istifadə
edir, bu prosesdə təhlükəsizlik qaydalarına əməl
edir;
fizika elminin cəmiyyətin sosial-iqtisadi
tərəqqisində rolu və əhəmiyyəti,
görkəmli fizik-alimlərin yaradıcılığı
barədə təqdimatlar edir.
"Kimya"
fənni üzrə
Şagird:
kimyəvi hadisələrin mahiyyətini
dərk etmək üçün müşahidələr
və təcrübələr aparır, alınmış
nəticələr əsasında onlara münasibət
bildirir;
maddələrin quruluşunu,
xassələrini, onların çevrilməsinin
səbəblərini izah edir;
maddələrin çevrilməsini
tətbiq və idarə edir;
ətraf aləmə həssas və
qayğıkeş münasibət nümayiş etdirir,
müşahidə etdiyi hadisələri
ümumiləşdirib təqdim edir;
kimya sahəsində görkəmli
alimlər və onların xüsusi əhəmiyyətə
malik elmi kəşfləri, nailiyyətləri haqqında
məlumatların ötürülməsi və yayılmasında
iştirak edir.
"Biologiya"
fənni üzrə
Şagird:
canlılar aləmini təşkil
edən varlıqları səciyyəvi
xüsusiyyətlərinə görə müqayisə edir, bu
barədə mülahizələrini şərh edir;
bioloji varlıqlarda baş verən
dəyişiklikləri müşahidə edir,
nəticələri ümumiləşdirir, onları
şərh edir;
canlı varlıqlarda maddələr
mübadiləsinin qanunauyğunluqlarını izah edir;
bitkilərin əkilməsi,
becərilməsi, ev heyvanlarının, quşların və
digər heyvanların bəslənməsi və onlardan
məhsul alınması texnologiyasını məişətdə
tətbiq edir;
fiziki, kimyəvi, bioloji amillərin
canlı varlıqlara mənfi təsiri barədə
nəzəri biliklərdən ekoloji problemlərin aradan
qaldırılmasında istifadə edir;
zədələnmələr zamanı
ilk tibbi yardım göstərir, xəstəliklər
zamanı profilaktik tədbirlər görür.
"Coğrafiya"
fənni üzrə
Şagird:
təbii mühiti təşkil edən
komponentlərin əsas xüsusiyyətlərini,
təbiətdəki coğrafi hadisələrin başvermə
səbəblərini və yerləşmə qanunauyğunluqlarını
izah edir, onların əsasında müqayisələr
aparır, nəticələri ümumiləşdirir,
yazılı və şifahi təqdim edir;
coğrafi təbəqənin
əhəmiyyətini və onun mühafizəsinin həyat
üçün vacibliyini müvafiq dəlillər
əsasında şərh edir;
müxtəlif şərait və
vəziyyətlərdə ətraf mühitin
öyrənilməsində coğrafi cihazlardan istifadə edir;
müəyyən ərazinin kartoqrafik
təsvirini verir, xəritə və plan üzrə
təhlillər aparır, xəritədən, coğrafi
məlumatlardan, statistikadan istifadə edərək, müvafiq
hesablamalar aparır və nəticələrə dair
diaqramlar, cədvəllər qurur;
Azərbaycanın, eləcə də
müxtəlif ölkələrin təbiəti, təbii
ehtiyatları, əhalisi, iqtisadi inkişaf meyilləri
haqqında əlavə məlumatlar toplayır, sistemləşdirir,
onların əsasında təqdimatlar edir.
"Həyat
bilgisi" fənni üzrə
Şagird:
müvafiq normativ hüquqi
sənədlərdə təsbit olunmuş insan hüquq
və azadlıqlarına dair müddəaların
mahiyyətini konkret tarixi hadisələrin, faktların, ədəbi
əsərlərin nümunəsində şərh edir,
özünün və başqalarının hüquqlarına
hörmətlə yanaşdığını nümayiş
etdirir;
zərərli vərdişlərin insan
həyatı üçün təhlükəli olduğunu
və ağır nəticələr verdiyini konkret
nümunələr əsasında şərh edir, sağlam
həyat tərzi keçirdiyini gündəlik
fəaliyyətində nümayiş etdirir;
həyat fəaliyyətinin
təhlükəsizliyi qaydalarına yiyələndiyini
yazılı və şifahi təqdimatlarında,
təlim-məşq tədbirlərində nümayiş
etdirir;
mənəvi-əxlaqi mövzulara
həsr olunmuş müzakirələrdə, diskussiyalarda
və digər tədbirlərdə müvafiq
problemlərlə bağlı rəy və mülahizələrini
bildirir, hadisə və faktları mahiyyətinə
görə qiymətləndirməklə şəxsi
mövqeyini və münasibətini büruzə verir;
gündəlik həyatda iqtisadi
səmərəliliyə dair kiçik layihələr qurur,
onları təqdim və tətbiq edir;
təbiət və cəmiyyət
hadisələri ilə bağlı qanunauyğunluqların
mahiyyətini izah edir, həmin məsələlərlə
əlaqədar bu fənn daxilində əldə etdiyi
məlumatları digər fənlərdəki eyni məzmunlu
məlumatlarla müqayisə edir, onları sistemləşdirir
və ümumiləşdirmələr aparır.
"Texnologiya"
fənni üzrə
Şagird:
müstəqil həyatda zəruri
sayılan ilkin texniki və texnoloji bilikləri tətbiq edir,
təhlükəsizlik texnikası qaydalarına riayət
etməklə, gündəlik məişətdə vacib olan
texnoloji işləri yerinə yetirir, sadə məmulatlar
hazırlayır;
sadə layihələr tərtib edib
onları həyata keçirir, məmulatların
hazırlanmasında dizayn tələblərinə əməl
edir, mürəkkəb olmayan təmir-tikinti işlərini
yerinə yetirir;
texnoloji proseslərə aid
informasiyaları toplayıb sistemləşdirir,
məmulatların hazırlanmasında onlardan istifadə edir;
şəraitə və təbii imkanlara
uyğun olaraq becərmə, bəsləmə, tədarük
və emaletmə bacarıqlarını nümayiş etdirir;
əmək fəaliyyətini
planlaşdırır və idarə edir;
iş prosesində birgə
fəaliyyət bacarıqlarını nümayiş etdirir.
"Fiziki
tərbiyə" fənni üzrə
Şagird:
ayrı-ayrı hərəki
qabiliyyətlərinin inkişafı üçün
hərəkətlər kompleksi seçir və onları
müvafiq rejim və üsullarla yerinə yetirir;
fiziki hazırlığını
təkmilləşdirmək və
sağlamlığını möhkəmləndirmək
üçün vasitə və tədbirlər
müəyyənləşdirib icra edir, hərəki
qabiliyyətləri üzrə müəyyən edilmiş
normativləri yerinə yetirir;
hərəki fəaliyyət
prosesində müvafiq təhlükəsizlik qaydalarına,
tibbi-gigiyenik tələblərə, gün rejiminə
əməl edir;
kollektiv fəaliyyət zamanı öz
yerini və rolunu müəyyənləşdirir, zəruri
məqamlarda qabaqcıl və həlledici mövqe tutur,
hərəki potensialını reallaşdırır,
əməkdaşlıq bacarıqlarını nümayiş
etdirir.
"Musiqi"
fənni üzrə
Şagird:
Azərbaycanın görkəmli klassik
və müasir musiqi xadimləri, dünya musiqi
sənətinin tanınmış nümayəndələri,
onların geniş yayılmış məşhur
əsərləri haqqında təqdimatlar edir;
folklor musiqi nümunələrini,
aşıq havalarını, muğamları və onların
tərkib hissələrini tanıyır, musiqi
əsərlərini ifa vasitələrinə görə
müqayisə edir, onları janr və formasına görə
fərqləndirir;
musiqi əsərlərini melodik, ritmik
və poetik xüsusiyyətlərinə görə təhlil
edir;
musiqi melodiyalarını notla oxuyur;
fərdi, qrup və kollektiv daxilində
ifaçılıq bacarığını nümayiş
etdirir.
"Təsviri
incəsənət" fənni üzrə
Şagird:
təsviri incəsənətin
cəmiyyət həyatında əhəmiyyətini izah edir;
Azərbaycanın, dünya
incəsənətinin görkəmli
nümayəndələri və onların əsərləri
haqqında məlumatları şərh və təqdim edir;
təsviri sənət növlərini,
onları təşkil edən əsas janrları
ayırır, bunların xarakterik xüsusiyyətlərini izah
edir;
həyati görüntüləri real,
habelə abstrakt tərzdə təsvir edir;
bədii sənət
əsərlərini milli-üslubi cəhətlərinə
görə müqayisə və izah edir;
bədii tərtibat və dizayn
bacarıqlarını nümayiş etdirir.
10.3.
Tam orta təhsil səviyyəsində məzmun standartları
"Azərbaycan
dili" (təlim Azərbaycan dilində olan
məktəblərdə), "Rus dili" (təlim rus
dilində olan məktəblərdə), "Gürcü
dili" (təlim gürcü dilində olan
məktəblərdə) fənləri üzrə
Şagird:
müxtəlif mənbələrdən
aldığı məlumatları təhlil edir və onlara
münasibət bildirir;
mətnləri üslubi-struktur
xüsusiyyətlərinə görə təhlil edir və
qiymətləndirir;
mənbələrdən istifadə
etməklə, müxtəlif üslublu mətnlər qurur;
müzakirə, görüş,
diskussiya və s. tədbirlər üçün
məruzə, təqdimat və ssenarilər hazırlayır;
nitqin dəqiqliyi,
düzgünlüyü və ifadəliliyi üçün
zəruri olan normaları şifahi və yazılı
nitqində tətbiq edir.
"Azərbaycan
dili" (dövlət dili kimi) fənni üzrə
Şagird:
dinlədiyi fikirlərlə bağlı
mühakimələrini əsaslandırır;
Azərbaycan dilində aparılan
tədbirlərdə çıxış və təqdimatlar
edir;
oxuduğu mətnlərin məzmunu
və üslubu haqqında rəy və
mülahizələrini bildirir;
nitqin müxtəlif üslub və
tiplərində mətnlər qurur;
sərbəst tərcümə
bacarığını nümayiş etdirir.
"Ədəbiyyat"
fənni üzrə
Şagird:
oxuduğu ədəbi
nümunələri bədii-emosional və obrazlı
qavradığını nümayiş etdirir;
ayrı-ayrı mövzulara dair
müvafiq üslublarda yaradıcı xarakterli yazılar
təqdim edir;
mövzu, süjet, kompozisiya, bədii
təsvir və ifadə vasitələrinin
müəyyənləşdirilməsi baxımından
ədəbi nümunələr üzərində araşdırmalar
aparır;
ədəbi nümunələri
mövzu, janr, problem baxımından müqayisə edir,
əsaslandırılmış rəy bildirir;
ədəbi əsərin məzmununa
və ideyasına onun yarandığı dövrdə
mövcud olan ictimai-siyasi və əxlaqi-etik
dəyərlər kontekstində qiymət verir;
ədəbi mövzulara aid
tədbirlərin təşkilində iştirak edir,
ədəbi nailiyyətlərə münasibət bildirir;
mənbələr üzərində
işləyir, görkəmli ədəbi
şəxsiyyətlər, ədəbiyyat və
mədəniyyət sahəsindəki nailiyyətlər
barədə materiallar toplayır, müxtəlif ədəbi
mövzularda təqdimatlar hazırlayır.
"Xarici
dil" fənni üzrə
Şagird:
dinlədiyi nitqin məzmununa
münasibət bildirir;
müxtəlif cümlə
konstruksiyalarından istifadə etməklə fikirlərini izah
edir;
müzakirə və diskussiyalarda
fikirlərini əsaslandırır;
oxunmuş mətnin planını
tərtib edir, qısa məzmununu yazır;
sadə süjetli yazılı
mətnlər qurur;
dilin öyrənilməsi prosesində
müxtəlif mənbələrdən istifadə edir.
"İkinci
xarici dil" fənni üzrə
Şagird:
dinlədiyi və oxuduğu
mətnlərin məzmununa münasibət bildirir;
dialoji və monoloji nitq
bacarıqlarını nümayiş etdirir;
mətnləri oxuyur, planını
tərtib edir, qısa məzmununu yazır;
öz fikrini şifahi və
yazılı ifadə edir;
sadə mətnləri
lüğətlər vasitəsilə tərcümə edir.
"Riyaziyyat"
fənni üzrə
Şagird:
riyazi materiallara aid alqoritmləri
yerinə yetirir, real həyatda riyazi anlayış və
düsturlardan istifadə edir;
kəmiyyətlər arasındakı
asılılığı müəyyənləşdirir
və riyazi dillə ifadə edir;
cəbri çevrilmələrdən
və funksional asılılıqlardan yaxın fənlərin
öyrənilməsində və ətraf aləmin mövcud
qanunauyğunluqlarının araşdırılmasında
istifadə edir;
genişləndirilmiş fəza
təsəvvürlərindən çertyoj, şəkil
və sxemlərin çəkilməsində, ətraf
aləmdəki əşyaların təsvirində istifadə
edir;
ətraf aləmdəki ehtimal və
statistikanın qanunauyğunluqlarının mövcudluğu
haqqında məlumatları izah edir, ehtimalın klassik
modelinə əsasən hadisələrin baş verməsini
proqnozlaşdırır;
ölçmə və hesablama
vasitələrindən istifadə edir, yazılı və
şifahi əməliyyatlar aparır;
mühakimələrini riyazi faktlarla
əsaslandırır və məntiqi nəticələrini
şərh edir, isbat olunmuş təklifi ehtimal və fərz
olunandan fərqləndirir.
"İnformatika"
fənni üzrə
Şagird:
informasiyaları ölçür,
təsvir edir və informasiya daşıyıcıları
ilə işləyir;
sadə məsələlərin
həlli üçün müxtəlif strukturlu alqoritmlər
tərtib edir, proqramlar hazırlayır və icra edir;
sadə informasiya modellərinə
uyğun informasiyaların işlənməsi alqoritmlərini
qurur və qurulmuş modeli kompüterdə tədqiq edir;
kompüterdə istifadə olunan
əməliyyat sistemini tənzimləyir və lazımi
əməliyyatları icra edir;
qrafik redaktorda müxtəlif
təsvirlərin hissələrindən istifadə
edərək yeni təsvir yaradır, mətn redaktorunda
cədvəl-mətnlər yığır,
formatlaşdırır, cədvəllər üzərində
hesablamalar aparır, sənədləri çap edir;
müxtəlif təqdimatlar
hazırlayır, redaktə edir və ona multimedia
effektlərini əlavə edir;
elektron cədvəl prosessorunda və
verilənlər bazasında müvafiq əməliyyatları
icra edir;
internetin əsas xidmətlərindən
istifadə edir, müxtəlif dizaynlı "Web"
səhifələr yaradır.
"Azərbaycan
tarixi" fənni üzrə
Şagird:
Azərbaycanın tarixi keçmişi
və müasir dövrü haqqında zəruri
biliklərə malik olduğunu nümayiş etdirir;
tarixi hadisə və proseslərin
mahiyyətini konkret dövrün xüsusiyyətləri
baxımından izah edir və ona münasibət bildirir;
tarixi informasiyaları toplayır,
sistemləşdirir, təhlil edir və nəticələr
barədə təqdimatlar hazırlayır; tarixi
hadisələrlə bağlı fərziyyə və mülahizələr
irəli sürür, proqnozlar verir;
debatlarda, diskussiyalarda,
müzakirələrdə Azərbaycan haqqında ictimai
rəy formalaşdıran təkliflərlə
çıxış edir, Azərbaycan cəmiyyətində
hüquqi-siyasi dəyərlərin (demokratiya,
şəxsiyyət azadlığı və s.)
reallaşmasına münasibət bildirir.
"Ümumi
tarix" fənni üzrə
Şagird:
mənbələr əsasında
müxtəlif tarixi hadisələri təhlil edir, onlar
arasındakı oxşarlıq və ziddiyyətlərin
səbəblərini izah edir, konkret tarixi hadisələrə
dair əlavə məlumat toplayır, onları
sistemləşdirir və təqdim edir, şəxsi
mülahizələri əsasında referat, məruzə,
tezislər hazırlayır;
dünya tarixinin hadisə və
proseslərini Azərbaycan tarixinin eyni dövrləri ilə
tarixi kontekstdə müqayisə edir, təhlillər aparır
və öz mülahizələrini bildirir;
tarixi mövzulardakı dialoqlarda,
keçmiş və müasir dövrün hadisə və
proseslərinin müzakirəsində öz mövqeyini bildirir
və əsaslandırır;
cəmiyyətlərin inkişafında
islahat və inqilabların rolunu fərqləndirir, onlara öz
münasibətini bildirir;
aqrar (ənənəvi), sənaye və
informasiya cəmiyyətlərini müqayisə edir, onların
xarakterik cəhətlərini izah edir;
tarixi proseslər və hadisələr
arasında səbəb-nəticə əlaqələrini
müəyyənləşdirir;
müasir dövrün qlobal
problemlərini şərh edir, onların aradan
qaldırılması ilə bağlı öz
fərziyyələrini bildirir.
"Fizika"
fənni üzrə
Şagird:
fiziki qanunların mahiyyətini və
xarakterik xüsusiyyətlərini izah edir;
fiziki hadisələrin müəyyən
qanun və qanunauyğunluqlarla əlaqəsini və tətbiqi
yollarını şərh edir;
nəzəri biliklərin həyatda
reallaşdırılması imkanlarını nümayiş
etdirir.
"Kimya"
fənni üzrə
Şagird:
qeyri-üzvi və üzvi
maddələri fərqləndirir, onların xarakterik
cəhətlərini izah edir;
kimyəvi hadisələri
məişətdə tətbiq edir;
kimyəvi qanun və
qanunauyğunluqların mahiyyətini dərk etmək
üçün eksperimentlər və
müşahidələr aparır, nəticələrini
ümumiləşdirir və bu barədə şifahi və
yazılı təqdimatlar hazırlayır;
ekoloji problemlərin həlli ilə
bağlı kiçik layihələr hazırlayır və
təqdim edir.
"Biologiya"
fənni üzrə
Şagird:
bioloji varlıqların yaranması
və inkişafı ilə bağlı, habelə canlı
orqanizmlərdə gedən bioloji prosesləri şərh
və izah edir;
insanın əmələ
gəlməsi, irqlərin yaranması, irsiyyət, qlobal ekoloji
problemlərin başvermə səbəbləri və aradan
qaldırılması yolları barədə materiallar
toplayır, sistemləşdirir, müqayisə və təhlil
edərək qiymətləndirir;
irsiyyətin qanunauyğunluqlarını
məsələ həlli yolu ilə əsaslandırır
və nəticələrini şərh edir;
seleksiyanın nailiyyətlərinin
ayrı-ayrı sahələrdə əhəmiyyətini
və tətbiqi yollarını izah edir.
"Coğrafiya"
fənni üzrə
Şagird:
coğrafi təbəqənin tərkib
hissələrinin inkişaf qanunauyğunluqlarını,
onların qarşılıqlı əlaqəsini, ətraf
mühitə təsirinin nəticələrini izah edir,
təbii komplekslərin müqayisəli təhlilini aparır,
onlarda baş verən dəyişikliklərin
səbəblərini nümunələr əsasında
şərh edir;
ətraf mühitin dəyişilməsi
prosesini müşahidə etmək üçün
təcrübələr aparır, sınaqlar keçirir,
onların nəticələrini ümumiləşdirib
təqdim edir;
müvafiq nəzəri biliklər
əsasında iqtisadi səmərəliliyin təmin
olunması ilə bağlı fərdi qaydada, habelə qrup
daxilində kiçik layihələr hazırlayır,
hesablamalar aparır, nəticələrin tətbiqi
üzrə mülahizələr irəli sürür;
müxtəlif məzmunlu plan və
xəritələr hazırlayır, ayrı-ayrı
sahələr üzrə coğrafi hesablamalar aparır və
müvafiq diaqramlar, sxem və cədvəllər tərtib
edir;
geosiyasi dəyişiklikləri təhlil
edir və ümumiləşdirmələr aparır, bu
dəyişikliklərin ölkəmizə təsiri
barədə mülahizələr irəli sürür;
öz biliyini və məlumat
dairəsini genişləndirmək üçün
əlavə materiallar toplayır, onları sistemləşdirib
yazılı və şifahi təqdim edir.
"Fiziki
tərbiyə" fənni üzrə
Şagird:
hərəki qabiliyyətlərin
inkişafı üzrə müəyyən edilmiş
normativləri yerinə yetirir;
fiziki tərbiyə prosesinə aid
nəzəri məlumatları izah edir və bu məlumatlardan
praktik fəaliyyətin qurulmasında məqsədyönlü
istifadə edir;
seçdiyi idman növünün
xüsusiyyətlərinə uyğun hərəkətlər
kompleksi müəyyənləşdirir və icra edir;
fərdi, yaxud komanda tərkibində
fəaliyyət zamanı təşkilatçılıq,
psixoloji dayanıqlıq, dözümlülük,
mübarizlik, ümumi mənafeyə xidmət etmək
keyfiyyətlərini nümayiş etdirir;
fiziki hazırlıq və
sağlamlığın möhkəmləndirilməsi ilə
bağlı zəruri vasitələri seçir və
tətbiq edir;
zəruri şəraitdə ilk tibbi
yardım göstərir.
"Çağırışaqədərki
hazırlıq" fənni üzrə
Şagird:
Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin tarixi, tərkibi, inkişafı
haqqında məlumatları, hərbi xidmət barədə
qanunun tələblərini şərh edir;
Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində istifadə olunan hərbi
texnika və sursatlar haqqında zəruri məlumatlara malik
olduğunu nümayiş etdirir, Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin nizamnamələrində
təsbit olunmuş əsas müddəaları
mənimsədiyini, tibbi yardım və mülki müdafiə
bacarıqlarına, topoqrafik vərdişlərə
yiyələndiyini nümayiş etdirir;
qeyri-müəyyən şərait
və hallarla əlaqədar yaranmış
vəziyyətlərdə problemləri həll etmək
üçün üsul və vasitələrdən
istifadə edir;
mülki müdafiə, sıra təlimi
və fiziki hazırlığa aid normativləri yerinə
yetirir, onların icrası zamanı qrup və komanda
tərkibində əlaqəli fəaliyyət göstərir.
11. ÜMUMİ TƏHSİL
PİLLƏSİNDƏ TƏDRİS EDİLƏN
FƏNLƏR
11.1.
Ümumi təhsil pilləsində tədris edilən
fənlər aşağıdakılardır:
11.1.1. İbtidai təhsil
səviyyəsində:
"Azərbaycan dili" (təlim
Azərbaycan dilində olan məktəblərdə), "Rus
dili" (təlim rus dilində olan məktəblərdə),
"Gürcü dili" (təlim gürcü dilində olan
məktəblərdə), "Azərbaycan dili" —
dövlət dili kimi (təlim digər dillərdə olan
məktəblərdə), "Xarici dil",
"Riyaziyyat", "İnformatika", "Həyat
bilgisi", "Texnologiya", "Fiziki tərbiyə",
"Musiqi", "Təsviri incəsənət";
11.1.2. ümumi orta təhsil
səviyyəsində:
"Azərbaycan dili" (təlim
Azərbaycan dilində olan məktəblərdə), "Rus
dili" (təlim rus dilində olan məktəblərdə),
"Gürcü dili" (təlim gürcü dilində olan
məktəblərdə), "Azərbaycan dili" —
dövlət dili kimi (təlim digər dillərdə olan
məktəblərdə), "Ədəbiyyat", "Xarici
dil", "İkinci xarici dil", "Riyaziyyat",
"İnformatika", "Azərbaycan tarixi",
"Ümumi tarix", "Fizika", "Kimya",
"Biologiya", "Coğrafiya", "Həyat
bilgisi", "Texnologiya", "Fiziki tərbiyə",
"Musiqi", "Təsviri incəsənət";
11.1.3. tam orta təhsil
səviyyəsində:
"Azərbaycan dili" (təlim
Azərbaycan dilində olan məktəblərdə), "Rus
dili" (təlim rus dilində olan məktəblərdə),
gürcü dili (təlim gürcü dilində olan
məktəblərdə), “Azərbaycan dili” - dövlət
dili kimi (təlim digər dillərdə olan
məktəblərdə), “Ədəbiyyat”, "Xarici
dil", "İkinci xarici dil", "Riyaziyyat",
"İnformatika", "Azərbaycan tarixi",
"Ümumi tarix", "Fizika", "Kimya",
"Biologiya", "Coğrafiya", "Fiziki
tərbiyə",
"Çağırışaqədərki
hazırlıq".
12. ÜMUMİ TƏHSİLİN
SƏVİYYƏLƏRİ ÜZRƏ HƏFTƏLİK
DƏRS VƏ DƏRSDƏNKƏNAR MƏŞĞƏLƏ
SAATLARININ MAKSİMUM MİQDARI
|
|
|
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeydlər:
1. Kəsrin surətindəki ədəd
dərs saatlarının, məxrəcindəki ədəd
isə dərsdənkənar məşğələ
saatlarının miqdarını əks etdirir.
2. Zəruri hallarda dərsdənkənar
məşğələ saatlarından digər fənnin
(fənlərin) tədrisinə ayrıla bilər.
12.1. Ümumi
təhsil müəssisələrində siniflər
şagirdlərin sayı 20 nəfər olmaqla
müəyyən edilir.
12.2. Ümumi
təhsil müəssisəsi üzrə bir sinifdə
şagirdlərin ümumi sayı 20 nəfərə
çatmadıqda, mövcud şagird sayı ilə sinif
təşkil olunmasına yol verilir.
12.3. Eyni bir
sinifdə şagirdlərin sayı 30 nəfərdən
çox olduqda və ya şagirdlərin bir sinifdə
tədrisinə sinif otağının ölçüsü
imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel
sinif təşkil edilir.
12.4. Tədris
ilinin birinci yarısında hər hansı bir
səbəbdən siniflərdə şagirdlərin sayı
azaldıqda və ya artdıqda, siniflər bu dövlət
standartlarının müvafiq olaraq 12.1-ci-12.3-cü
bəndləri ilə müəyyən edilmiş say
həddində birləşdirilir və ya paralel sinif
təşkil edilir.
13. ÜMUMİ TƏHSİL
SİSTEMİNDƏ PEDAQOJİ PROSESİN
TƏŞKİLİ PRİNSİPLƏRİ
13.1. Pedaqoji proses
əvvəlcədən müəyyən olunmuş
nəticələri əldə etmək üçün
müəllimlərin əlaqələndirici,
istiqamətverici, məsləhətçi, şagirdlərin
isə tədqiqatçı, təcrübəçi,
yaradıcı subyektlər kimi qarşılıqlı
əməkdaşlıq fəaliyyətləri əsasında
aşağıdakı prinsiplər nəzərə
alınmaqla qurulur:
13.2. pedaqoji
prosesin tamlığı — pedaqoji prosesdə təlimin
məqsədləri kompleks şəkildə
(inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata
keçirilir, real nəticələrlə yekunlaşan
müəllim və şagird fəaliyyətini əhatə
edir;
13.3. təlimdə
bərabər imkanların yaradılması — bütün
şagirdlərə eyni təlim şəraiti yaradılır
və pedaqoji proses onların potensial imkanları
nəzərə alınmaqla tənzimlənir;
13.4. şagirdyönümlülük
— şagird pedaqoji prosesin mərkəzində dayanır.
Bütün tədris və təlim işi şagirdlərin
maraq və tələbatlarının
ödənilməsinə, onların istedad və
qabiliyyətlərinin, potensial imkanlarının
inkişafına yönəldilir;
13.5. inkişafyönümlülük
— şagirdlərin əqli fəallığı
izlənilir, nailiyyətləri təhlil edilir, bilik, bacarıq
və vərdişlərinin inkişaf səviyyəsi
tənzimlənir;
13.6. fəaliyyətin
stimullaşdırılması — pedaqoji prosesin
səmərəli və effektiv qurulması, şagirdlərin
təlimə marağının artırılması
üçün onların fəaliyyətindəki
bütün irəliləyişlər qeyd olunur və
dəyərləndirilir, nəticə etibarilə
şagirdlərin daha uğurlu təlim
nəticələrinə istiqamətləndirilməsi
təmin olunur;
13.7. dəstəkləyici
mühitin yaradılması — pedaqoji prosesin münasib
maddi-texniki baza əsasında və sağlam
mənəvi-psixoloji mühitdə təşkil edilməsi
keyfiyyətin və səmərəliliyin
yüksəldilməsi üçün əlverişli və
təhlükəsiz təlim şəraiti yaradır.
14. TƏLİM
NAİLİYYƏTLƏRİNİN
(NƏTİCƏLƏRİNİN)
QİYMƏTLƏNDİRİLMƏSİ VƏ
MONİTORİNQİ
14.1. Təlim nailiyyətlərinin
qiymətləndirilməsi:
təlim fəaliyyətinin ayrılmaz
tərkib hissəsi kimi ardıcıl və sistemli xarakter
daşıyır, təhsilin keyfiyyətinin
dəyərləndirilməsinə və yüksəldilməsinə
xidmət edir, təhsilin keyfiyyəti və inkişafı
haqqında müvafiq məlumatların (şagirdlərin
təlimə münasibətləri və onların
nailiyyətləri, müəllimlərin hazırlıq
səviyyəsi, kurikulumların
məqsədəmüvafiqliyi, təlim resursları ilə
təminatı və idarəetmə üsulları)
toplanması və onların təhlili ilə
müşayiət olunur;
məqsədəmüvafiqlik,
qarşılıqlı dəyərləndirmə və
etibarlılıq, inkişafyönümlülük,
şəffaflıq və qarşılıqlı əməkdaşlıq
prinsiplərinə əsaslanır;
test tapşırıqlarının
verilməsi və yoxlanması, sinifdə
müşahidələrin aparılması, fənn
kurikulumlarının icra vəziyyətinin, şagird və
müəllimlərin fəaliyyətinin müşahidə
olunması, qiymət cədvəllərinin və digər
məktəb sənədlərinin təhlili və digər
üsullarla həyata keçirilir;
məktəbdaxili, milli və
beynəlxalq istiqamətlərdə aparılır;
14.2. Məktəbdaxili
qiymətləndirmə 3 komponent üzrə həyata
keçirilir:
şagird irəliləyişinin
monitorinqi — məktəb səviyyəsində müəllim
və məktəb rəhbərləri tərəfindən
həyata keçirilir, bu mərhələdə
şagirdlərin nailiyyətləri formativ
(müntəzəm, davamlı), mikrosummativ (bəhs və
bölmələr üzrə) və makrosummativ
(yarımilliklər üzrə) formalarda yazılı və
şifahi aparılır;
kurikulum üzrə
qiymətləndirmə — şagirdlərin təlim
nəticələrinin müvafiq məzmun standartlarına
uyğunluğunu müəyyənləşdirmək
məqsədi ilə aparılır;
təhsil səviyyələri (orta
və tam orta) üzrə yekun qiymətləndirmə —
mərkəzləşmiş qaydada aparılan
buraxılış imtahanları formasında həyata
keçirilir və müvafiq təhsil sənədinin
verilməsi ilə başa çatır. Tam orta təhsil
pilləsində şagirdlərin müvafiq
təmayüllər üzrə təhsil almaları ümumi
orta təhsil səviyyəsində keçirilmiş yekun
qiymətləndirmənin nəticələrinə
görə müəyyən olunur;
14.3. Milli qiymətləndirmə, bir
qayda olaraq, 4-5 ildən bir keçirilir. Təhsil prosesinin
təşkili, planlaşdırılması və
aparıldığı şərait haqqında toplanmış
məlumatlar vasitəsilə kurikulumların keyfiyyətini
və ümumi təhsil sistemində baş verən
dəyişiklikləri dəyərləndirmək
məqsədi ilə aparılır;
14.4. Beynəlxalq qiymətləndirmə
aşağıdakı məqsədlərlə
aparılır:
bir qayda olaraq, hər üç
ildən bir seçmə yolla şagirdlərin təlim
göstəriciləri əsasında təhsilin
vəziyyəti barədə təsəvvür əldə etmək;
müvafiq məlumatları təhlil
etməklə problemləri aşkara çıxarmaq və
onların həlli yollarını
müəyyənləşdirmək;
mövcud vəziyyəti digər
ölkələrlə müqayisə etmək və perspektiv
inkişaf istiqamətlərini proqnozlaşdırmaq;
14.5. Toplanmış məlumatların
təhlili aparılır, nəticədə ölkədə
təhsil sisteminin qurulması və gələcək
inkişaf perspektivlərinin müəyyənləşdirilməsi
məqsədi ilə istifadə edilir.
* Təlim digər dillərdə aparılan
məktəblərdə tədris edilir.
[3] 13 iyun 2024-cü il tarixli 301
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 iyun 2024-cü il, “Xalq” qəzeti, 15 iyun 2024-cü il, ¹ 126,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 6, II kitab, maddə 721) ilə “Azərbaycan Respublikasında ümumi
təhsilin dövlət standartları”na yeni məzmunda 15-ci
hissə əlavə edilmişdir.
[4] 18 sentyabr 2025-ci il tarixli 273 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
19 sentyabr 2025-ci il, “Xalq”
qəzeti, 30 sentyabr 2025-ci il, ¹ 209, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2025-ci il, ¹ 9, maddə 873) ilə “Azərbaycan
Respublikasında ümumi təhsilin dövlət
standartları”nın 15.2-ci bəndinin ikinci
cümləsində “qanunvericilikdə nəzərdə
tutulmuş qaydada mövsümi paltar və ayaqqabıdan
əlavə, yataq ləvazimatı və müəyyən
edilmiş məbləğdə birdəfəlik pul vəsaiti”
sözləri “Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsinin
yaxşılaşdırılması tədbirləri
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarına uyğun
olaraq birdəfəlik müavinət” sözləri
ilə əvəz edilmişdir.
25 iyun 2026-cı il tarixli 200
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, ¹ 112, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 6, maddə 592) ilə “Azərbaycan Respublikasında ümumi
təhsilin dövlət standartları”nın 15.2-ci bəndinin
ikinci cümləsindən “valideynlərini itirmiş və”
sözləri çıxarılmışdır və
həmin bəndində “Valideynlərini itirmiş və
valideyn” sözləri “Valideyn”
sözü ilə əvəz edilmişdir.
[5] 25 iyun 2026-cı il tarixli 200
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, ¹ 112, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 6, maddə 592) ilə “Azərbaycan Respublikasında ümumi
təhsilin dövlət standartları”nın 15.3-cü
bəndində “Valideynlərini itirmiş və valideyn”
sözləri “Valideyn” sözü
ilə əvəz edilmişdir.
[6] 25 iyun 2026-cı il tarixli 200
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, ¹ 112, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 6, maddə 592) ilə “Azərbaycan Respublikasında ümumi
təhsilin dövlət standartları”nın 15.4-cü
bəndinin ikinci cümləsindən “valideynlərini
itirmiş və” sözləri
çıxarılmışdır.