“Xüsusi təyinatlı təhsil
müəssisələrinin təsis edilməsi Qaydaları”nın
və “Xüsusi təyinatlı təhsil müəssisələrinin
siyahısı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq qərara alıram:
1. “Xüsusi təyinatlı
təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”
təsdiq edilsin (əlavə
olunur).
2. “Xüsusi təyinatlı
təhsil müəssisələrinin siyahısı” təsdiq
edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə tapşırılsın
ki, üç ay müddətində:
3.1. qüvvədə
olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması
barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
bu Fərmana uyğunlaşdırılmasını təmin etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
3.3. bu Fərmandan
irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 24 may 2010-cu il
¹ 274
|
|
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 274 nömrəli Fərmanı ilə |
Xüsusi təyinatlı təhsil
müəssisələrinin təsis edilməsi
QAYDALARI
1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq xüsusi təyinatlı təhsil müəssisələrinin
təsis edilməsi qaydalarını tənzimləyir.
2. Xüsusi təyinatlı
təhsil müəssisələri mərkəzi icra hakimiyyəti
orqanlarının tabeliyində təsis edilir.
3. Xüsusi təyinatlı
ali təhsil müəssisələri, ali təhsil əsasında
əlavə təhsil müəssisələri Azərbaycan Respublikası
Nazirlər Kabinetinin və ya müvafiq mərkəzi icra hakimiyyəti
orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının
Prezidenti tərəfindən, orta ixtisas təhsili, ümumi təhsil
müəssisələri, orta ixtisas təhsili əsasında əlavə
təhsil müəssisələri Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən
təsis edilir.
4. Bu Qaydaların
3-cü bəndinə uyğun olaraq təqdim edilən vəsatətə,
həmin vəsatətdə xüsusi təyinatlı təhsil
müəssisəsinin təsis edilməsi zərurəti əsaslandırılmaqla,
aşağıdakılara dair məlumatlar (sənədlər)
əlavə edilməlidir:
4.1. xüsusi təyinatlı
təhsil müəssisəsinin fəaliyyəti üçün
mövcud olan və ya tələb olunan zəruri kadr potensialı,
maddi-texniki baza və təhsil infrastrukturu barədə;
4.2. xüsusi təyinatlı
təhsil müəssisəsinin nizamnaməsinin layihəsi;
4.3. xüsusi təyinatlı
təhsil müəssisəsinin ştat cədvəlinin layihəsi;
4.4. kadrlara olan cari
və perspektiv tələbat barədə;
4.5. mövcud olduğu
halda, komplektləşdirilmiş tədris qruplarının sayı
barədə;
4.6. mövcud olduğu
halda, ayrı-ayrı struktur bölmələri üzrə kursantların
(müdavimlərin), dinləyicilərin və digər təhsilalanların
sayı barədə;
4.7. xüsusi təyinatlı
təhsil müəssisəsinin yerləşməsi təklif olunan
mövcud və ya yerləşməsi üçün zəruri
hesab edilən binaların (otaqların) sayı, sahəsi, yerləşmə
ərazisi barədə;
4.8. xüsusi təyinatlı
təhsil müəssisəsinin yerləşməsi təklif olunan
binanın tədris və təlim-tərbiyə prosesinin həyata
keçirilməsi üçün yararlılığı barədə
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin,
sanitariya-gigiyena normalarına uyğunluğu barədə Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin, binanın balansdan-balansa
verilməsi zərurəti yarandıqda isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət Xidmətinin razılığı. [1]
5. Xüsusi təyinatlı
təhsil müəssisələrinin kadr potensialı, maddi-texniki
bazası və təhsil infrastrukturu bu tipli təhsil müəssisələri
təsis olunduqdan sonra da formalaşdırıla bilər.
6. Xüsusi təyinatlı
təhsil müəssisəsinin nizamnaməsində həmin təhsil
müəssisəsinin adı, fəaliyyətinin məqsədi,
olduğu yer, fəaliyyət istiqamətləri, hüquq və
vəzifələri, strukturu və idarə edilməsi, tədris
işinin təşkili və elmi-tədqiqat fəaliyyəti, daimi
və dəyişən heyəti, maliyyə-təsərrüfat
fəaliyyəti, yenidən təşkili və ləğvi qaydası
və “Təhsil
haqqında”
Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi
aktlara uyğun olaraq fəaliyyətinin təşkili ilə bağlı
digər məsələlər müəyyənləşdirilir.
7. Xüsusi təyinatlı
təhsil müəssisəsinin nizamnaməsi həmin təhsil
müəssisəsinin təsisçisi tərəfindən təsdiq
edilir.
8. Xüsusi təyinatlı
təhsil müəssisəsi bu Qaydaların 3-cü bəndinə
uyğun olaraq təsis edildikdən və qanunvericiliyə uyğun
olaraq dövlət qeydiyyatına alındıqdan sonra tabeliyində
bu tipli təhsil müəssisəsi təsis edilmiş mərkəzi
icra hakimiyyəti orqanı səlahiyyətləri daxilində həmin
təhsil müəssisəsinə münasibətdə idarəetməni
həyata keçirməyə başlayır, xüsusi təyinatlı
təhsil müəssisəsinin strukturunu və ştat cədvəlini
təsdiq edir, onun fəaliyyətinin təşkili, kadr potensialının
və maddi-texniki bazasının yaradılması, o cümlədən
tədris, elmi, elmi-metodiki, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal tədris resursları
və digər texniki vasitələrlə təminatı istiqamətində
zəruri tədbirləri həyata keçirir.[2]
9. Tabeliyində
xüsusi təyinatlı təhsil müəssisəsi təsis
edilmiş mərkəzi icra hakimiyyəti orqanının həmin
təhsil müəssisəsinə münasibətdə səlahiyyət
dairəsi “Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanunu və digər normativ hüquqi aktlarla müəyyən edilir.
10. Xüsusi təyinatlı
təhsil müəssisələrinin fəaliyyəti, hüquq
və vəzifələri “Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanunu və digər normativ hüquqi aktlar nəzərə alınmaqla,
həmin təhsil müəssisələrinin nizamnamələri
ilə müəyyən edilir.
11. Təhsilin məzmununa
və təşkilinə dair tələblərə əməl
olunmaqla, xüsusi təyinatlı təhsil müəssisələrində
maddi-texniki bazanın, təhsil proqramlarının, kadr potensialının,
maliyyə resurslarının və təhsil infrastrukturunun normativ
hüquqi aktların tələblərinə və dövlət
standartlarına uyğunluğu təmin edilir.
12. Xüsusi təyinatlı
təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil
infrastrukturu qanunvericiliklə müəyyən edilmiş normativlərdən
aşağı olmamalıdır.
13. Xüsusi təyinatlı
təhsil müəssisələrinin fəaliyyətinin təşkili,
saxlanma xərcləri, tədris və elmi fəaliyyəti, o cümlədən
maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycan
Respublikasının dövlət büdcəsi və qanunvericilikdə
nəzərdə tutulan digər mənbələr hesabına
maliyyələşdirilir.
14. Xüsusi təyinatlı
təhsil müəssisəsinin filialının (filiallarının)
açılması barədə bu Qaydalara uyğun olaraq vəsatət
qaldırıla bilər.
|
|
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 274 nömrəli Fərmanı ilə |
Xüsusi təyinatlı təhsil
müəssisələrinin siyahısı
1. Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin strukturunda:
Milli Müdafiə
Universiteti:
Hərbi Elmi Tədqiqat
İnstitutu;
Hərbi İdarəetmə
İnstitutu;
Heydər Əliyev
adına Hərbi İnstitut;
Azərbaycan Ordusunun
Təlim və Tədris Mərkəzi;
Bakı
Hərbi Kolleci;
Gəncə
Hərbi Kolleci;
Naxçıvan
Hərbi Kolleci;[3]
Cəmşid Naxçıvanski
adına Hərbi Lisey;
Heydər Əliyev
adına Hərbi Lisey.[4]
2. Azərbaycan Respublikası
Dövlət
Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev
adına Akademiyası.[5]
3. Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası.
4. Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin strukturunda:
4.1. Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Polis Akademiyası;[6]
4.2. Azərbaycan
Respublikasının Daxili işlər Nazirliyi Daxili Qoşunlarının
Hərbi
İnstitutu;[7]
4.3. Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Arif Heydərov adına
Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbi;
4.4. Naxçıvan
Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi.[8]
5. Azərbaycan Respublikası
Fövqəladə Hallar Nazirliyinin Akademiyası.
6.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
strukturunda:[9]
6.1.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
Akademiyası;
6.2.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
Xüsusi Məktəbi.
7. Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin Akademiyası.[10]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
14 iyul 2010-cu il tarixli 300 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 15 iyul 2010-cu il, ¹ 150, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 619)
2.
8 may 2012-ci il tarixli 629 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 12 may 2012-ci il, ¹ 103, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə 422)
3.
11 dekabr 2012-ci il tarixli 759 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹ 12, maddə 1233)
4.
22 may 2014-cü
il tarixli 170 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 05, maddə 483)
5.
7 sentyabr 2016-cı
il tarixli 1039 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti,
8 sentyabr 2016-cı
il, ¹ 197, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə
1476)
6.
18 dekabr 2017-ci
il tarixli 1739 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2017-ci il, ¹ 280, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2307)
7.
5 fevral 2021-ci
il tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 6 fevral 2021-ci il, ¹ 27,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
2 maddə 123)
8.
5 mart 2022-ci il tarixli 1625 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 3 maddə 213)
9.
28 dekabr 2022-ci
il tarixli 1931 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Xalq” qəzeti, 29 dekabr 2022-ci il, ¹ 286,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
12, maddə 1441)
10.
8 sentyabr 2023-cü
il tarixli nömrəli 2319 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 8 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 9 sentyabr
2023-cü il, ¹ 194, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 9, maddə
1289)
11.
22 may 2024-cü il tarixli 69 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 22 may
2024-cü il, “Xalq” qəzeti, 23 may 2024-cü
il, ¹ 107, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 5, I kitab, maddə 521)
12.
31 iyul
2024-cü il tarixli 166
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 31 iyul
2024-cü il, “Xalq” qəzeti, 1 avqust
2024-cü il, ¹ 161,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹7, maddə 825)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 28 dekabr 2022-ci il tarixli 1931 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 28 dekabr 2022-ci il, “Xalq” qəzeti, 29 dekabr 2022-ci il, ¹ 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 12, maddə 1441) ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi
Qaydaları”nın 4.8-ci bəndində “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidmətinin” sözləri ilə əvəz edilmişdir.
[2] 5 fevral 2021-ci il
tarixli 1281 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 6 fevral 2021-ci il, ¹ 27, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 2 maddə 123) ilə “Xüsusi
təyinatlı təhsil müəssisələrinin təsis edilməsi
Qaydaları”nın 8-ci hissəsinə “texnologiyaları” sözündən sonra “, rəqəmsal tədris resursları”
sözləri əlavə edilmişdir.
[3] 31 iyul 2024-cü il tarixli 166 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 iyul 2024-cü il, “Xalq” qəzeti, 1 avqust 2024-cü il, ¹ 161, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, ¹7, maddə 825) ilə “Xüsusi
təyinatlı təhsil müəssisələrinin
siyahısı”nın 1-ci hissəsinin yeddinci və
səkkizinci abzasları müvafiq olaraq onuncu və on birinci
abzaslar hesab olunmuşdur və yeni məzmunda yeddinci – doqquzuncu
abzaslar əlavə edilmişdir.
[4] 7 sentyabr 2016-cı il tarixli
1039 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2016-cı il, ¹ 197, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 9, maddə 1476) ilə
“Xüsusi
təyinatlı təhsil müəssisələrinin siyahısı”nın
1.4-cü və 1.5-ci bəndləri ləğv edilmişdir.
5 mart 2022-ci il
tarixli 1625 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 3 maddə 213) ilə “Xüsusi
təyinatlı təhsil müəssisələrinin siyahısı”nın
1-ci hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada
deyilirdi:
1. Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin strukturunda:
1.1. Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası;
1.2. Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris
Mərkəzi;
1.3. Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi;
1.4. Azərbaycan
Ali Hərbi Təyyarəçilik Məktəbi;
1.5. Azərbaycan
Ali Hərbi Dənizçilik Məktəbi;
1.6. Cəmşid
Naxçıvanski adına Hərbi Lisey;
1.7. Heydər Əliyev
adına Hərbi Lisey.
[5] 18 dekabr 2017-ci
il tarixli 1739 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2017-ci il, ¹ 280, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2307) ilə
“Xüsusi təyinatlı təhsil müəssisələrinin
siyahısı”nın 2-ci hissəsində “Milli Təhlükəsizlik
Nazirliyinin” sözləri “Dövlət
Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz
edilmişdir.
[6] 14 iyul 2010-cu il
tarixli 300 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 iyul 2010-cu il, ¹ 150, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 619)
ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil
müəssisələrinin siyahısı”nın 4.1-ci bəndi
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
4.1. Azərbaycan
Polis Akademiyası;
[7] 11
dekabr 2012-ci il tarixli 759 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹ 12, maddə 1233) ilə Xüsusi təyinatlı
təhsil müəssisələrinin siyahısı”nın 4.2-ci
bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
4.2.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının Orta ixtisas hərbi məktəbi;
22 may 2024-cü il tarixli 69 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 22 may
2024-cü il, “Xalq” qəzeti, 23 may 2024-cü
il, ¹ 107, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 5, I kitab, maddə 521) ilə “Xüsusi
təyinatlı təhsil müəssisələrinin
siyahısı”nın 4.2-ci bəndində “Ali Hərbi
Məktəbi” sözləri “Hərbi İnstitutu”
sözləri ilə əvəz edilmişdir.
[8] 8 sentyabr 2023-cü il tarixli
nömrəli 2319 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 8 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 9 sentyabr
2023-cü il, ¹ 194, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 9, maddə 1289) ilə “Xüsusi təyinatlı
təhsil müəssisələrinin siyahısı”nın 4.4-cü
bəndində “Sıravi və Kiçik
Rəis Heyəti Hazırlayan” sözləri “Orta İxtisas Polis” sözləri
ilə əvəz edilmişdir.
[9] 22 may 2014-cü il tarixli 170 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 05, maddə
483) ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin
siyahısı”nın 6-cı bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
6. Azərbaycan Respublikası
Dövlət Sərhəd Xidmətinin Akademiyası.
[10] 8
may 2012-ci il tarixli 629 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 12 may 2012-ci
il, ¹ 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci
il, ¹ 05, maddə 422) ilə “Xüsusi
təyinatlı təhsil müəssisələrinin siyahısı”na
yeni məzmunda 7-ci hissə əlavə edilmişdir.