“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 12-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ

 

Bakı şəhəri, 6 aprel 2010-cu il

                   ¹ 55

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 6 aprel tarixli 55 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların

 

SİYAHISI

 

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi.

2. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.[1]

3. “Maliyyə və uçot jurnalı redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti.

4. “Bakı Konqres Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.[2]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 mart 2018-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 mart 2018-ci il, ¹ 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹3, maddə 601)

2.       1 dekabr 2025-ci il tarixli 355 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 dekabr 2025-ci il, “Xalq” qəzeti, 4 dekabr 2025-ci il, ¹ 256)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 dekabr 2025-ci il tarixli 355 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 dekabr 2025-ci il, “Xalq” qəzeti, 4 dekabr 2025-ci il, ¹ 256) ilə “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda 2-ci hissə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Məlumat-Hesablama Mərkəzi.

 

[2] 13 mart 2018-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 mart 2018-ci il, ¹ 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹3, maddə 601) ilə “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir.