“Rezidentura təhsilinin
məzmunu və təşkili Qaydaları”nın təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156
nömrəli
Fərmanının 1.14-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Rezidentura təhsilinin
məzmunu və təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri
A.Rasi-zadə
Bakı şəhəri, 18 mart 2010-cu il
¹ 50
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330
nömrəli qərarı ilə yeni redaksiyada təsdiq
edilmişdir[1] |
Rezidentura
təhsilinin məzmunu və təşkili
QAYDALARI
1. Ümumi
müddəalar
1.1. Bu Qaydalar “Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156
nömrəli
Fərmanına əsasən hazırlanmışdır və
rezidenturada təhsilin səviyyəsinə ümumi
tələbləri müəyyən edir, rezidentlərin
attestasiya şərtlərini müəyyən etməklə,
həkim-mütəxəssis hazırlığının
səmərəliliyinin artırılmasına, təhsilin
keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsili
sisteminin prinsiplərinə uyğunlaşdırılması ilə
Azərbaycan Respublikasının ali tibb təhsili sisteminin
dünya tibb təhsili məkanına inteqrasiyasına və
verilmiş tibb təhsili sənədlərinin beynəlxalq
məkanda tanınmasına şərait yaradır.
1.2. Bu Qaydalar Azərbaycan
Respublikasının bütün ali tibb təhsili, elmi və
tibb müəssisələrinə şamil edilir və
rezidenturada təhsilin məzmununa, ixtisaslar üzrə
müvafiq təhsil proqramlarına, təhsilalanların
hazırlıq səviyyəsinə qoyulan tələbləri
müəyyənləşdirir.
1.3. Bu Qaydaların
məqsədləri üçün aşağıdakı
anlayışlardan istifadə edilir:
1.3.1. rezidentura - tibb
ixtisasları üzrə əsas (baza ali) tibb təhsili əsasında
həkim-mütəxəssis hazırlığının
forması;[2]
1.3.2. rezident - rezidenturada
təhsil alan şəxs;
1.3.3. kurator - rezidentin müvafiq
ixtisas üzrə zəruri olan nəzəri biliklərə
və peşə vərdişlərinə
yiyələnməsini təmin edən, elmi
dərəcəsi, elmi adı olan və ya elmi
dərəcəsi, elmi adı olmayan, praktiki təcrübəsi
10 ildən çox olan mütəxəssis;
1.3.4. klinik baza - müasir
maddi-texniki bazası olan, təşkilati-metodiki, tədris, müalicə-diaqnostika
və elmi tədqiqat işlərinin müasir metodları
əsasında rezidentlərin hazırlığını
həyata keçirən tibb
müəssisəsi;[3]
1.3.5. stajorluq - rezidentin
ixtisası üzrə tibb müəssisəsində ilkin
iş təcrübəsi keçməsi;
1.3.6. klinik hal - tibbi praktikada bir
və ya bir neçə müştərək patologiya
ilə əlaqədar müşahidə olunan konkret kliniki
vəziyyət.
1.4. Rezidentura təhsili Azərbaycan
Respublikası Nazirlər Kabinetinin ali təhsilin rezidentura
səviyyəsi üzrə müəyyən etdiyi
ixtisasların təsnifatına uyğun olaraq
həkimmütəxəssis hazırlığının
ixtisaslaşmalar üzrə həyata keçirilməsini
təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar
həmin ixtisasın təhsil proqramında sahələr
üzrə müəyyən olunur.[4]
1.5. Azərbaycan
Respublikasının vətəndaşları
üçün rezidentura təhsili dövlət sifarişi
və ya ödənişli əsaslarla həyata keçirilir.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər rezidenturaya ödənişli
əsaslarla qəbul olunurlar. Sosial
müdafiəyə xüsusi ehtiyacı olan
şəxslərin ali təhsil
müəssisələrində ali təhsilin rezidentura səviyyəsində
ödənişli əsaslarla təhsil aldıqları
müddətdə onların təhsil haqqının
dövlət büdcəsinin vəsaiti hesabına
ödənilməsi “Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci və
14.8-2-ci maddələri ilə tənzimlənir. Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum olmuş uşaqlar
övladlığa götürüldükdə də bu
hüququ saxlayırlar. [5]
2. Rezidenturaya
qəbul
2.1. Azərbaycan Respublikası
vətəndaşlarının rezidenturaya müvafiq ixtisaslar üzrə qəbulu hər bir ixtisas üzrə
həkim-mütəxəssislərə ehtiyac
nəzərə alınmaqla, Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin təklifləri əsasında Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən
edilir.[6]
2.2. Rezidenturaya qəbul
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən
aparılır.[7]
2.3. Rezidenturaya qəbulun
aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. [8]
2.4. Dövlət sifarişi
əsasında rezidentura təhsili almış
şəxslər rezidenturanı bitirdikdən sonra əmək
fəaliyyətlərini 3 (üç) il müddətində
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
göndərişinə əsasən dövlət tibb
müəssisələrində davam etdirməlidirlər.
Dövlət sifarişi əsasında rezidenturaya qəbul
olunanların hüquq və öhdəlikləri onlarla
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
arasında bağlanılmış mülki-hüquq
müqaviləsi ilə tənzimlənir.
3. Rezidenturada
təhsilin məzmununa və təşkilinə qoyulan
tələblər
3.1. Rezidentura təhsili klinik
bazaya malik olan ali tibb təhsili və elmi
müəssisələrdə və ya Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi tərəfindən rezidentlərin
hazırlanması üçün klinik baza kimi
müəyyən edilən tibb
müəssisələrində (bundan sonra - klinik baza)
təşkil edilir.
3.2. Rezidenturada ayrı-ayrı
həkim-mütəxəssis ixtisasları üzrə
təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla müvafiq təhsil proqramları ilə müəyyən edilir.[9]
3.3. Rezidenturada təhsilin
məzmunu və ona qoyulan minimum tələblər
həkim-mütəxəssis hazırlığı prosesinin
planlaşdırılmasını, onun həyata keçirilməsinin
forma və metodlarını, tədris yükünün
həcmini, tədris növlərini və ixtisaslar üzrə
təhsil proqramlarına qoyulan tələbləri əhatə
edir. Rezidenturada təhsil proqramında auditoriya tədris
yükü həftədə 6 saatdan çox
olmamalıdır.
3.4. Rezidenturada təhsil alanlar
nəzəri təlim, həkim hazırlığı, ixtisas
və ixtisaslaşma fənlərinin mühazirə,
məşğələ, seminar, məsləhət,
eləcə də kuratorun rəhbərliyi və
nəzarəti altında müalicə-profilaktika
işlərinin aparılması, sərbəst stajorluq
formasında öyrənilməsi ilə təmin olunurlar.
3.5. Rezidenturada
təhsilalanların nəzəri biliklərinin və
müalicə-profilaktik işlərinin həcmi ixtisaslar
üzrə təhsil proqramlarına uyğun və
dövlət təhsil standartlarına əsasən
müəyyənləşdirilir.
3.6. Rezidentura təhsil
proqramları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla, Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
təsdiq edilir və bu təhsil proqramları əsasında
tədris planları hazırlanır. [10]
3.7. Hər bir rezidentin
hazırlığı onun fərdi iş planına müvafiq
həyata keçirilir. Fərdi iş planında tədris
yükünün həcmi, təsviri, müddəti və
növü, habelə müalicə-profilaktik işlərinin
həcmi müəyyən edilir. Fərdi iş planları
rezidentura hazırlığını həyata
keçirən müəssisələrin müvafiq elmi (tibbi)
şuralarının iclaslarında təsdiq edilir.
3.8. Rezidentin
hazırlığına bilavasitə rəhbərliyin
həyata keçirilməsi üçün klinik baza kimi
müəyyən edilmiş müəssisələrdə
kuratorlar təyin edilirlər. Bir kuratorun ikidən çox
rezidentə rəhbərlik etməsinə yol verilmir.
4. Rezidenturada
hazırlıq
4.1. Rezidenturada təhsil
əyani formada həyata keçirilir.
4.2. Rezidenturada təhsil
dövründə rezident:
4.2.1. fərdi iş
planını yerinə yetirir;
4.2.2. fərdi iş
planının, kuratorun tövsiyə və
tapşırıqlarının yerinə yetirilməsini
əks etdirən gündəlik aparır;
4.2.3. fərdi iş
planının yerinə yetirilməsi ilə bağlı
hər tədris ilinin sonunda kuratorun iştirakı ilə
təhsil aldığı müəssisənin elmi (tibbi)
şurası qarşısında hesabat verir. Hesabatda il
ərzində görülmüş işlər əks
etdirilməlidir. Hesabat yazılı təqdim edilir, onun
səsləndirilməsi üçün rezidentə 15
dəqiqə vaxt ayrılır. Hesabatı məqbul hesab
edilən rezident dövri attestasiyaya buraxılır.
4.3. Dövri attestasiya
yazılı test formasında həyata keçirilir və
rezident 2 (iki) saat ərzində 50 test sualına cavab verir. Test
suallarına hər düzgün cavab 2 (iki) balla
qiymətləndirilir. Səhv cavablar və ya sualın
cavabsız qoyulması sıfır bala bərabərdir. Testin
yekununa görə 60 və ya daha çox bal toplayan
rezidentlər dövri attestasiyadan keçmiş hesab olunurlar.
4.4. Dövri attestasiyadan
keçə bilməyən rezidentlər 1 (bir) aydan tez
olmayaraq, növbəti 2 (iki) ay müddətində təkrar
attestasiya edilirlər.
4.5. Fərdi iş
planının yerinə yetirilməsi və attestasiyanın
nəticələri rezidentin gündəliyində əks
etdirilir.
4.6. Rezidenturada
hazırlığın son ilində rezidentlər ixtisas
üzrə təhsil proqramında müəyyən edilmiş
müddətə uyğun olaraq stajorluq keçirlər. Bunun üçün
rezident Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
tərəfindən müvafiq tibb ixtisası üzrə
ölkənin tibb müəssisələrinin birinə
stajorluğa göndərilir.
4.7. Təhsil müddəti
başa çatdıqda, fərdi iş planını tam
həcmdə yerinə yetirmiş rezidentlər yekun attestasiyaya
buraxılırlar. Rezidentlərin yekun attestasiyası
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq
etdiyi Attestasiya Komissiyası tərəfindən ali tibb
təhsili müəssisəsində aparılır.
4.8. Yekun attestasiya iki
mərhələdə (yazılı test və praktiki komponent
üzrə) həyata keçirilir. Birinci
mərhələdə rezident 3 (üç) saat
ərzində 50 test sualına cavab verir. Test informasiya
texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə
oxunan sual vərəqəsi üzrə aparılır. Test
suallarına hər düzgün cavab 1 (bir) balla
qiymətləndirilir. Səhv cavablar və ya sualın
cavabsız qoyulması sıfır bala bərabər tutulur.
Testin yekununa görə 40 və ya daha çox bal toplayan
rezidentlər yekun attestasiyanın ikinci mərhələsinə
buraxılırlar.
4.9. İkinci
mərhələdə rezident tərəfindən 5 (beş)
müxtəlif klinik hal araşdırılır. Klinik
halların araşdırılmasına diaqnostik
müayinələrin sərbəst aparılması və
təhlili, müalicə tədbirlərinin
planlaşdırılması, xəstələrin reabilitasiyası,
profilaktik tədbirlərin aparılması, xəstəliyin
gedişinin proqnozlaşdırılması kimi aspektlər
aiddir. Klinik halların hər biri meyarları ali tibb təhsili
müəssisəsində təyin edilən 10 (on) bal
çərçivəsində qiymətləndirilir. Bu
mərhələnin yekununa görə 30 (otuz) və ya daha
çox bal toplamış rezident yekun attestasiyadan
müvəffəqiyyətlə keçmiş hesab edilir.
4.10. Yekun attestasiyanın hər
hansı mərhələsindən keçə
bilməyən rezidentlər həmin mərhələ
üzrə növbəti ildə yekun attestasiyadan
keçməlidirlər.
4.11. Yekun attestasiyadan
müvəffəqiyyətlə keçərək
rezidenturanı bitirənlərə Attestasiya
Komissiyasının qərarı əsasında müvafiq
ixtisas üzrə "həkim-mütəxəssis" ali
peşə-ixtisas dərəcəsi və müvafiq
dövlət nümunəli diplom verilir.
5. Rezidenturada
hazırlığın təşkili
5.1. Rezidenturada
hazırlığın təşkilinə nəzarət
və metodik rəhbərlik Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi tərəfindən həyata
keçirilir.
5.2. Rezidentlərə
hazırlıq keçdikləri müəssisənin daxili
intizam qaydaları şamil edilir.
5.3. Rezidentlərin iş rejimi,
habelə növbətçilik qaydası müvafiq təhsil
proqramı və əmək qanunvericiliyi ilə
tənzimlənir.
5.4. Klinik bazada
hazırlığın təşkilinə və
rezidentlərin hazırlanmasının keyfiyyətinə,
onların sərbəst praktiki fəaliyyətə yararlı
olmasına klinik bazanın rəhbəri cavabdehdir.
5.5. Kurator rezidentə
gündəlik rəhbərliyi həyata
keçirməklə, onun nəzəri biliklərə və
peşə vərdişlərinə yiyələnməsini,
fərdi iş planını yerinə yetirməsini
təşkil edir.
5.6. Sosial məzuniyyət,
əmək qabiliyyətini müvəqqəti itirmə və
hərbi xidmət üzrə çağırış
halları istisna olmaqla rezidenturada təhsil fasiləsizdir. Bu
müddətlər rezidenturada təhsil dövrünə aid
edilmir.
5.7. Rezidenturada hazırlıq
keçən şəxslərlə klinik baza
tərəfindən hər təhsil ili müddətinə
əmək müqaviləsi bağlanılır.
5.8. Rezidenturada təhsil
dövrü həkimin ümumi və ixtisas üzrə
əmək stajına daxil edilir və ona dövlət
büdcəsinin vəsaiti hesabına ümumi həkim
stajına və ixtisas dərəcəsinə uyğun olaraq
əməkhaqqı ödənilir.
5.9. Rezidentin nəzəri
biliklərə və peşə vərdişlərinə
yiyələnməsinə, fərdi iş planlarının
yerinə yetirilməsinə görə kuratorun vəzifə
maaşına hər bir rezident hazırlığı
üçün ayda 20 (iyirmi) manat əlavə haqq
ödənilir. Bu vəsait rezidenturada
həkim-mütəxəssis hazırlığı
aparılan ixtisaslar üzrə dövlət sifarişi ilə
hər bir təhsilalana dövlət büdcəsindən
ayrılan təhsil xərclərinin hesabına həyata
keçirilir.
5.10. Rezidentlər Azərbaycan
Respublikasının əmək qanunvericiliyinə müvafiq
olaraq əmək məzuniyyəti hüququna malikdirlər.
5.11. Bu Qaydaların xüsusiyyətləri
nəzərə alınmaqla, rezidentlə klinik baza arasında
əmək münasibətləri Azərbaycan
Respublikasının əmək qanunvericiliyinə,
müalicə-profilaktik işlərin həyata
keçirilməsi ilə bağlı yaranan
münasibətlər isə “Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq tənzimlənir.
5.12. Rezidentlər təhsil
aldıqları dövrdə əsas (baza ali) tibb təhsili əsasında tutulmasına icazə
verilən həkim vəzifələrində Azərbaycan
Respublikasının əmək qanunvericiliyinə uyğun
olaraq işləyə bilərlər.
6. Rezidentura
təhsilinə xitam verilməsi
6.1. Aşağıdakı
əsaslar olduqda rezidentin təhsilinə xitam verilir:
6.1.1. bu barədə rezident
yazılı ərizə verdikdə;
6.1.2. əmək qabiliyyətini
fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam
itirdikdə;
6.1.3. məhkəmə
qaydasında məhdud fəaliyyət qabiliyyətli hesab
edildikdə;
6.1.4. attestasiyadan təkrarən
keçmədikdə;
6.1.5. Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə əmək
müqaviləsinə xitam verilməsi üçün
müəyyən edilmiş hallarda;
6.1.6. ödənişli
əsaslarla təhsilalanlar müqavilə ilə
müəyyən edilmiş qaydada ödənişi həyata
keçirmədikdə;
6.1.7. həkim andını
və sirrini pozduqda.
|
|
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 22 sentyabr 2011-ci
il tarixli 148 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 9, maddə 858)
2. 7 mart 2013-cü
il tarixli 40 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 16 mart
2013-cü il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013-cü il, ¹ 03, maddə 335)
3. 24 oktyabr
2013-cü il tarixli 311
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 27 oktyabr 2013-cü il, ¹ 237; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 10,
maddə 1229)
4. 21 noyabr
2013-cü il tarixli 330
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 08 dekabr 2013-cü il, ¹ 271)
5. 23 dekabr 2016-cı
il tarixli 523 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı
il, ¹ 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 12, maddə 2239)
6. 18 aprel 2017-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 19
aprel 2017-ci il, ¹ 81, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 4, maddə 641)
7. 8 noyabr 2018-ci il tarixli 478 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 13
noyabr 2018-ci il, ¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2428)
8. 15 mart 2019-cu il tarixli 103 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 20
mart 2019-cu il, ¹ 64, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 03, maddə 537)
9. 30 noyabr 2020-ci il tarixli 469 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 3
dekabr 2020-ci il, ¹ 253,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
11, maddə 1412)
10. 22 fevral 2021-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 24
fevral 2021-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 2, maddə
205)
11. 21 dekabr 2022-ci il
tarixli 448 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi
internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 12, maddə 1552)
12. 5 sentyabr 2024-cü
il tarixli 395 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 sentyabr 2024-cü il, “Xalq”
qəzeti, 12 sentyabr 2024-cü il, ¹ 198, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, ¹ 9, maddə 1058)
13. 2 dekabr 2024-cü il tarixli 506 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2024-cü il, “Xalq” qəzeti, 5 dekabr 2024-cü il, ¹ 268, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, I
kitab, maddə 1311)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 24 oktyabr 2013-cü il tarixli 311 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 oktyabr
2013-cü il, ¹ 237; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 10, maddə 1229) ilə
"Rezidentura təhsilinin məzmunu və təşkili
Qaydaları"nın 1.5-ci bəndinə ikinci abzas
əlavə edilmişdir.
7 mart 2013-cü il tarixli 40 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 16 mart
2013-cü il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013-cü il, ¹ 03, maddə 335) ilə təsdiq
edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili
Qaydaları”nın 2.7-ci bəndində “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
tərəfindən müəyyənləşdirilir və
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən təsdiq edilir” sözləri “Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin təklifinə əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən Azərbaycan Respublikasının Prezidenti
yanında Təhsil üzrə Komissiyaya təqdim edilir”
sözləri ilə əvəz edilmişdir.
22 sentyabr 2011-ci il tarixli 148 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 9, maddə 858) ilə
təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və
təşkili Qaydaları”nın 2.8-ci bəndində “daxil edilir”
sözlərindən sonra “və
ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi
həkim stajına və ixtisas dərəcəsinə
uyğun olaraq əməkhaqqı ödənilir”
sözləri əlavə edilmişdir.
21 noyabr
2013-cü il tarixli 330
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 08 dekabr 2013-cü il, ¹ 271) ilə "Rezidentura
təhsilinin məzmunu və təşkili Qaydaları"
yeni redaksiyada təsdiq edilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 18 mart tarixli, 50 nömrəli qərarı
ilə
TƏSDİQ
EDİLMİŞDİR
Rezidentura
təhsilinin məzmunu və təşkili
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq hazırlanmışdır və rezidenturada
hazırlığın səviyyəsinə ümumi
tələblər qoymaqla, yüksəkixtisaslı
həkim-mütəxəssis hazırlığının
səmərəliliyinin artırılmasına təhsilin
keyfiyyət səviyyəsinin ümumavropa tibb təhsili
sisteminin prinsiplərinə uyğunlaşdırılması
şərtilə respublikanın ali tibb təhsili sisteminin
dünya tibb təhsili məkanına inteqrasiyasına və
respublikada verilmiş tibb təhsili sənədlərinin
beynəlxalq məkanda tanınmasına şərait
yaradır.
1.2. Bu Qaydalar
respublikanın bütün ali tibb təhsili və elmi
müəssisələrinə şamil edilməklə,
rezidenturada təhsilin məzmununa, ixtisaslar üzrə
müvafiq təhsil proqramlarına, təhsilalanların
hazırlıq səviyyəsinə qoyulan tələbləri
müəyyənləşdirir.
1.3. Rezidentura
tibb ixtisasları üzrə baza ali tibb təhsili
əsasında həkim-mütəxəssis
hazırlığı formasıdır və burada təhsil
dövlət təhsil standartı və proqramına uyğun
hazırlanmış tibb təhsili proqramları
əsasında Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən təsdiq edilmiş
həkim-mütəxəssis ixtisasları üzrə
aparılır.
1.4. Rezidenturada
baza ali təhsili olan Azərbaycan Respublikasının
vətəndaşları və əcnəbilər təhsil
ala bilərlər.
1.5.
Azərbaycan vətəndaşları üçün
rezidentura təhsili dövlət hesabına və ya
ödənişli əsaslarla aparılır.
Valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqlar, habelə
onların arasından olan şəxslər dövlət,
bələdiyyə və özəl ali təhsil müəssisələrində
ödənişli əsaslarla təhsil aldıqları
müddətdə təhsil haqqı dövlət
büdcəsinin vəsaiti hesabına ödənilir.
1.6. Rezidenturada
ayrı-ayrı həkim-mütəxəssis ixtisasları
üzrə təhsilin müddəti müvafiq təhsil
proqramları ilə müəyyənləşdirilir və 2
ildən 5 ilə qədər təşkil edir.
1.7.
Rezidenturanı bitirən şəxslərə ixtisası
üzrə “həkim-mütəxəssis” ali
peşə-ixtisas dərəcəsi verilir.
2. Rezidenturada təhsilin məzmununa və
təşkilinə qoyulan tələblər
2.1. Rezidenturada
təhsil əyani formada həyata keçirilir.
2.2. Rezidenturada
təhsilin məzmunu və ona qoyulan minimum tələblər
həkim-mütəxəssis hazırlığı prosesinin
planlaşdırılmasını, onun həyata keçirilməsinin
forma və metodlarını, tədris yükünün
həcmini, tədris növlərini və ixtisaslar üzrə
təhsil proqramlarına qoyulan tələbləri əhatə
edir. Rezidenturada təhsil proqramında auditoriya tədris
yükü həftədə 6 saatdan çox
olmamalıdır.
2.3. Rezidenturada
təhsil alanlar nəzəri təlim, həkim
hazırlığı, ixtisas və ixtisaslaşma
fənlərinin mühazirə, məşğələ,
seminar, məsləhət, sərbəst
müalicə-profilaktik işlərinin aparılması və
sairə formada öyrənilməsi ilə təmin olunur.
2.4. Rezidenturada
təhsilalanların nəzəri biliklərinin və
müalicə-profilaktik işlərinin həcmi tədris
proqramlarına uyğun və dövlət təhsil
standartlarına əsasən
müəyyənləşdirilir.
2.5. Rezidenturada
təhsilin tədris planı təhsil proqramları
əsasında hazırlanır və Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
təsdiq edilir.
2.6. Rezidenturada
həkim-mütəxəssis hazırlığı
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
tərəfindən baza kimi müəyyən edilmiş
təhsil, elm müəssisələrində və
aparıcı klinikalarda aparılır.
2.7.
Azərbaycan Respublikası vətəndaşlarının
rezidenturaya qəbul planı hər bir ixtisas üzrə
həkim-mütəxəssislərə ehtiyac
nəzərə alınmaqla, Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin təklifinə əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən Azərbaycan Respublikasının Prezidenti
yanında Təhsil üzrə Komissiyaya təqdim edilir.
2.8. Rezidenturada
təhsil dövrü həkimin ümumi və ixtisas üzrə
əmək stajına daxil edilir və ona dövlət
büdcəsinin vəsaiti hesabına ümumi həkim
stajına və ixtisas dərəcəsinə uyğun olaraq
əməkhaqqı ödənilir.
2.9.
Həkim-mütəxəssislərin hər ixtisas üzrə
hazırlığına müəssisənin rəhbərliyi
tərəfindən təyin olunmuş və Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
təsdiq edilmiş elmi dərəcəsi, elmi adı olan
və ya elmi dərəcəsi, elmi adı olmayan
yüksəkixtisaslı mütəxəssis
(rəhbər-kurator) cavabdehdir. Hər bir kuratora, iki
nəfərdən çox həkimə, eyni zamanda
rəhbərlik etməyə icazə verilmir.
2.10. Rezidenturada
təhsil alan fərdi iş planına müvafiq olaraq
təhsil aldığı müəssisənin elmi
şurası (tibbi şurası) qarşısında hesabat
verir və hər təhsil ilinin sonunda şura
tərəfindən attestasiya olunur.
2.11. Rezidenturada
təhsil alanlar attestasiyadan keçmədikdə, rezidenturadan
xaric edilirlər.
2.12. Təhsil
müddəti başa çatdıqda, rezidenturada təhsil
alan həkimlərin yekun attestasiyası Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi attestasiya
komissiyası tərəfindən ali təhsil
müəssisəsində aparılır. Rezidenturanı
müvəffəqiyyətlə bitirənlərə
müvafiq dövlət nümunəli diplom verilir.
3. Rezidenturaya qəbul
Rezidenturaya
qəbul qanunvericiliklə müəyyən olunmuş qaydada
Azərbaycan Respublikasının Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası tərəfindən
aparılır.
[2] 8 noyabr 2018-ci il tarixli 478 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 13
noyabr 2018-ci il, ¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2428) ilə “Rezidentura təhsilinin məzmunu və
təşkili Qaydaları”nın 1.3.1-ci yarımbəndində
və 5.12-ci bəndində “baza
ali” sözləri “əsas
(baza ali)” sözləri ilə əvəz edilmişdir.
[3] 30 noyabr 2020-ci il tarixli 469
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 3 dekabr 2020-ci il, ¹ 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 11, maddə 1412) ilə “Rezidentura
təhsilinin məzmunu və təşkili Qaydaları”nın
1.3.4-cü yarımbəndində və 2.4-cü bəndinin
birinci cümləsində “səhiyyə”
sözü “tibb” sözü
ilə əvəz edilmişdir.
[4] 2 dekabr 2024-cü il tarixli 506
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2024-cü il, “Xalq” qəzeti, 5 dekabr 2024-cü il, ¹ 268, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, I
kitab, maddə 1311) ilə “Rezidentura təhsilinin məzmunu
və təşkili Qaydaları”nın 1.4-cü bəndi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.4. Rezidenturada təhsil
dövlət təhsil standartı və proqramlarına
uyğun olaraq hazırlanmış tibb təhsili proqramları
əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə
təsdiq edilmiş "Rezidenturada
həkim-mütəxəssis hazırlığı
aparılan ixtisasların Təsnifatı"nda qeyd olunan
həkim-mütəxəssis ixtisasları üzrə
aparılır.
[5] 22 fevral 2021-ci il tarixli 40
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 24 fevral 2021-ci il, ¹ 42,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2021-ci il, ¹ 2, maddə 205) ilə “Rezidentura
təhsilinin məzmunu və təşkili Qaydaları”nın
1.5-ci bəndinə yeni məzmunda dördüncü
cümlə əlavə edilmişdir.
5 sentyabr 2024-cü il tarixli 395 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 6 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 12 sentyabr 2024-cü il, ¹ 198, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, ¹ 9, maddə 1058) ilə “Rezidentura
təhsilinin məzmunu və təşkili Qaydaları”nın
1.5-ci bəndinin üçüncü cümləsi yeni
redaksiyada verilsin və dördüncü cümləsi
ləğv edilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqlar,
habelə onların arasından olan şəxslər
dövlət, bələdiyyə və özəl ali təhsil
müəssisələrində rezidenturada ödənişli
əsaslarla təhsil aldıqları müddətdə
təhsil haqqı dövlət büdcəsinin vəsaiti
hesabına ödənilir.
[6] 18 aprel 2017-ci il tarixli 157
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 19 aprel 2017-ci il, ¹ 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 4, maddə
641) ilə “Rezidentura təhsilinin
məzmunu və təşkili Qaydaları”nın 2.1-ci
bəndində “və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatı
əsasında Azərbaycan Respublikasının Prezidenti
yanında Təhsil üzrə Komissiya” sözləri “əsasında Azərbaycan
Respublikasının Nazirlər Kabineti” sözləri
ilə əvəz edilmişdir.
8 noyabr 2018-ci il tarixli 478 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 13
noyabr 2018-ci il, ¹ 255, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2428) ilə “Rezidentura təhsilinin məzmunu və
təşkili Qaydaları”nın 2.1-ci bəndində “qəbul planı”
sözləri “müvafiq
ixtisaslar üzrə qəbulu” sözləri ilə
əvəz edilmişdir.
[7] 23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 27 dekabr 2016-cı il, ¹ 288, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2239) ilə “Rezidentura
təhsilinin məzmunu və təşkili Qaydaları”nın
2.2-ci bənddə “Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası”
sözləri “Dövlət
İmtahan Mərkəzi” sözləri ilə əvəz
edilmişdir.
[8] 23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 27 dekabr 2016-cı il, ¹ 288, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2239) ilə “Rezidentura
təhsilinin məzmunu və təşkili Qaydaları”nın
2.3-cü bənddə “Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası
tərəfindən Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi ilə
razılaşdırılmaqla” sözləri “Nazirlər Kabineti tərəfindən” sözləri
ilə əvəz edilmişdir.
[9] 2 dekabr 2024-cü il tarixli 506
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2024-cü il, “Xalq” qəzeti, 5 dekabr 2024-cü il, ¹ 268, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, I
kitab, maddə 1311) ilə “Rezidentura təhsilinin məzmunu
və təşkili Qaydaları”nın 3.2-ci bəndində “, bu Qaydaların əlavəsi”
sözləri “müvafiq
təhsil proqramları” sözləri ilə əvəz
edilmişdir.
[10] 21 dekabr 2022-ci il tarixli 448
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23
dekabr 2022-ci il, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 12, maddə 1552) ilə “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 3.6-cı bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.
[11] 2 dekabr 2024-cü il tarixli 506
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2024-cü il, “Xalq” qəzeti, 5 dekabr 2024-cü il, ¹ 268, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, I
kitab, maddə 1311) ilə “Rezidentura təhsilinin məzmunu
və təşkili Qaydaları”na əlavə - “Rezidenturada
həkim-mütəxəssis hazırlığı
aparılan ixtisaslar üzrə təhsilin müddəti”
ləğv edilmişdir.
[12] 15 mart 2019-cu il tarixli 103 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, ¹
64, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 03, maddə 537) ilə “Rezidentura təhsilinin məzmunu və
təşkili Qaydaları”nın Əlavəsinin “
[13] 15 mart 2019-cu il tarixli 103 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, ¹
64, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 03, maddə 537) ilə “Rezidentura təhsilinin məzmunu və
təşkili Qaydaları”nın Əlavəsinin “
[14] 15 mart 2019-cu il tarixli 103 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, ¹
64, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 03, maddə 537) ilə “Rezidentura təhsilinin məzmunu və
təşkili Qaydaları”nın Əlavəsinin “
[15] 15 mart 2019-cu il tarixli 103 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, ¹
64, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 03, maddə 537) ilə “Rezidentura təhsilinin məzmunu və
təşkili Qaydaları”nın Əlavəsinin “
[16] 15 mart 2019-cu il tarixli 103 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, ¹
64, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 03, maddə 537) ilə “Rezidentura təhsilinin məzmunu və
təşkili Qaydaları”nın Əlavəsinin “
[17] 15 mart 2019-cu il tarixli 103 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, ¹
64, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 03, maddə 537) ilə “Rezidentura təhsilinin məzmunu və
təşkili Qaydaları”nın Əlavəsinin “
[18] 15 mart 2019-cu il tarixli 103 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, ¹
64, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 03, maddə 537) ilə “Rezidentura təhsilinin məzmunu və
təşkili Qaydaları”nın Əlavəsinin “
[19] 15 mart 2019-cu il tarixli 103 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, ¹
64, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 03, maddə 537) ilə “Rezidentura təhsilinin məzmunu və
təşkili Qaydaları”nın Əlavəsinin “