“Azərbaycan Respublikasının
ümumi istifadədə olan avtomobil yolları ilə
iriqabaritli və ağırçəkili nəqliyyat
vasitələrinin hərəkət etməsi və onların
hərəkətinə xüsusi icazənin verilməsi
Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi
istifadədə olan avtomobil yolları ilə iriqabaritli və
ağırçəkili avtonəqliyyat vasitələrinin
hərəkət etməsinə görə
ödənişlərin dərəcələri”nin və
“Azərbaycan Respublikasının ümumi istifadədə olan
avtomobil yolları ilə hərəkət edən
avtonəqliyyat vasitələrinin icazə verilən qabarit
və çəki parametrləri”nin təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli, 792 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının ümumi
istifadədə olan avtomobil yolları ilə iriqabaritli və
ağırçəkili nəqliyyat vasitələrinin
hərəkət etməsi və onların
hərəkətinə xüsusi icazənin verilməsi
Qaydası”, “Azərbaycan Respublikasının ümumi
istifadədə olan avtomobil yolları ilə iriqabaritli və
ağırçəkili avtonəqliyyat vasitələrinin
hərəkət etməsinə görə
ödənişlərin dərəcələri” və
“Azərbaycan Respublikasının ümumi istifadədə olan
avtomobil yolları ilə hərəkət edən
avtonəqliyyat vasitələrinin icazə verilən qabarit
və çəki parametrləri” təsdiq edilsin
(əlavə olunur)
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A. RASİZADƏ
Bakı
şəhəri, 7 iyul 2009-cu il
¹ 104
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli
qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Azərbaycan Respublikasının
ümumi istifadədə olan avtomobil yolları ilə
iriqabaritli və ağırçəkili nəqliyyat
vasitələrinin hərəkət etməsi və onların
hərəkətinə xüsusi icazənin verilməsi
QAYDASI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Azərbaycan Respublikasının ümumi
istifadədə olan avtomobil yolları ilə iriqabaritli və
ağırçəkili nəqliyyat vasitələrinin
hərəkət etməsi və onların
hərəkətinə xüsusi icazənin verilməsi
Qaydası (bundan sonra — Qayda) “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Avtomobil yolları haqqında”
Azərbaycan Respublikasının Qanununa, “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununa, “Müstəqil Dövlətlər Birliyinin
iştirakçısı olan dövlətlərin avtomobil
yollarında dövlətlərarası daşımaları
həyata keçirən nəqliyyat vasitələrinin
kütlə və ölçüləri haqqında”
Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa və
digər normativ hüquqi aktlarına, habelə bu sahədə
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin
müddəalarına uyğun olaraq
hazırlanmışdır.
1.2. Bu Qayda iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının ümumi istifadədə olan
avtomobil yolları, o cümlədən hərəkət
marşrutuna daxil edilmiş və Azərbaycan Respublikasının
ümumi istifadədə olan avtomobil yollarına müvafiq
qaydada aid edilmiş yaşayış
məntəqələrinin yolları, prospektləri və
küçələri (bundan sonra — avtomobil yolları) ilə
hərəkətini və onların avtomobil yolları ilə
hərəkətinə dair xüsusi icazənin verilməsi
qaydasını tənzimləyir.
1.3. Qabarit və çəki parametrlərini aşan
bölünən yüklə yüklənmiş ölkədaxili
və beynəlxalq yükdaşımalarını həyata
keçirən nəqliyyat vasitələrinin Azərbaycan
Respublikasının ümumi istifadədə olan avtomobil yolları
ilə hərəkəti qadağandır.
1.4. İriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələrinin
avtomobil yolları ilə hərəkət etməsinə bu
Qaydanın 1.9-cu bəndində göstərilən hallar
istisna olmaqla, hərəkət marşrutu
göstərilmiş xüsusi icazə əsasında yol
verilir.
1.5. Beynəlxalq və ölkədaxili yük
daşımalarını yerinə yetirən nəqliyyat
vasitələri ilə iriqabaritli və (və ya)
ağırçəkili, bölünən və ya
bölünməsi mümkün olmayan yüklərin
daşınması müvafiq qanunvericiliyin, habelə bu
Qaydanın tələblərinə uyğun olaraq həyata
keçirilir.
1.6. İriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələri ilə
təhlükəli yüklərin daşınması bu
Qaydaya, habelə Azərbaycan Respublikasının digər
müvafiq normativ hüquqi aktlarına uyğun olaraq həyata
keçirilir.
1.7. Beynəlxalq avtomobil daşımalarını
həyata keçirən iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının ərazisinə daxil
olmasına və tranzit keçidinə yalnız
hərəkət marşrutu göstərilmiş xüsusi
icazə əsasında yol verilir.
1.8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində
nəzərdə tutulmuş yol vergisindən başqa,
ümumi istifadədə olan avtomobil yollarında
müəyyən olunmuş qabarit və çəki
normalarını aşmaqla ölkədaxili və beynəlxalq
yük daşımalarını həyata keçirən
nəqliyyat vasitələrinə onların avtomobil yolları
və yol qurğularına vurduğu ziyana görə bu
qərara uyğun olaraq ödənişlər tətbiq edilir.
1.9. Bu Qaydanın müddəaları müdafiə
ehtiyacları, ictimai asayişin qorunması və
fövqəladə halların aradan qaldırılması
ilə əlaqədar olan iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələrinə
şamil olunmur. Bu halda hərəkət marşrutu haqqında
Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf
və Nəqliyyat Nazirliyinə operativ qaydada
məlumat verilir, nəqliyyat vasitələrinin avtomobil
yolları ilə hərəkəti və süni
qurğulardan keçməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinin məlumatları nəzərə
alınmaqla həyata keçirilir.[1]
2. AVTOMOBİL YOLLARI İLƏ
İRİQABARİTLİ VƏ (VƏ YA)
AĞIRÇƏKİLİ NƏQLİYYAT
VASİTƏLƏRİNİN HƏRƏKƏT ETMƏSİ
QAYDASI
2.1. İriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələrinin
ümumi istifadədə olan avtomobil yolları ilə
hərəkət etməsinə xüsusi icazənin rəsmiləşdirilməsi
və verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi tərəfindən hərəkət vaxtı və
hərəkət sürətinə münasibətdə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
ilə razılaşdırmaqla həyata
keçirilir.[2]
2.2. Xüsusi icazə daşınmadan əvvəl
alınmalı, sürücüdə və ya yükü
müşayiət edən şəxsdə olmalıdır.
2.3. Digər nəqliyyat vasitələrinin
hərəkətinə maneçilik və ya
ətrafdakılar üçün təhlükə yaradan
əlverişsiz yol-iqlim şəraitində, habelə yol
hərəkətinin intensiv olduğu hallarda iriqabaritli və
(və ya) ağırçəkili nəqliyyat
vasitələri ilə daşımaların həyata
keçirilməsinə yol verilmir.
2.4. İriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələrinin
ümumi istifadədə olan avtomobil yolları ilə
hərəkət etməsi yol hərəkəti qaydalarının
tələblərinə uyğun olaraq həyata keçirilir.
2.5. Aşağıda göstərilən hallardan biri
mövcud olarsa, bu Qaydanın 1.9-cu bəndində
göstərilən hallar istisna olmaqla, iriqabaritli və (və
ya) ağırçəkili nəqliyyat vasitələrinin
hərəkətinə hərəkət intensivliyinin ən
aşağı dövrlərində icazə verilir:
2.5.1. iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitəsinin ümumi
kütləsi 44 tondan artıq olduqda;
2.5.2. yüklə birlikdə nəqliyyat vasitəsinin
hündürlüyü 4 metrdən artıq olduqda;
2.5.3. yüklə birlikdə nəqliyyat vasitəsinin
eni 2,55 metrdən artıq olduqda;
2.5.4. yüklə birlikdə nəqliyyat vasitəsinin
uzunluğu 20 metrdən artıq olduqda.
2.6. Aşağıdakı hallarda iriqabaritli və
(və ya) ağırçəkili nəqliyyat
vasitələri hökmən müşayiət edilir:
2.6.1. mühafizə avtomobili ilə:
2.6.1.1. nəqliyyat vasitəsinin eni 2,55 metrdən
artıq olduqda;
2.6.1.2. nəqliyyat vasitəsinin
hündürlüyü 4 metrdən artıq olduqda;
2.6.1.3. nəqliyyat vasitəsinin uzunluğu 24
metrdən artıq olduqda;
2.6.1.4. nəqliyyat vasitəsinin ümumi kütləsi
50 tondan artıq olduqda;
2.6.2. müşayiət avtomobili ilə:
2.6.2.1. nəqliyyat vasitəsinin eni 3,5 metrdən
artıq olduqda;
2.6.2.2. nəqliyyat vasitəsinin avtoqatarın
uzunluğu 30 metrdən artıq olduqda;
2.6.2.3. nəqliyyat vasitəsinin ümumi kütləsi
80 tondan artıq olduqda;
2.6.2.4. hərəkət zamanı nəqliyyat
vasitəsi əks istiqamətdəki hərəkət
zolağını qismən tutduqda;
2.6.2.5. daşınma prosesində iriqabaritli və
(və ya) ağırçəkili nəqliyyat vasitəsinin
maneəsiz hərəkətinin təmin edilməsi
məqsədi ilə yol hərəkətinin
tənzimlənməsi üzrə əlavə
tədbirlərin həyata keçirilməsinə
zərurət olduqda.
2.7. Mühafizə və ya müşayiət avtomobili
iriqabaritli və (və ya) ağırçəkili
nəqliyyat vasitəsinin qarşısında və ona
nisbətdə qismən sol tərəfə çıxmaqla
hərəkət etməlidir.
2.8. İriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitəsinin
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Baş Dövlət Yol Polisi İdarəsinin (bundan sonra —
BDYPİ) patrul xidməti avtomobili ilə müşayiət
edilməsinin təmin olunması üçün həmin
nəqliyyat vasitəsinin sahibi (istifadəçisi)
rəsmiləşdirilmiş xüsusi icazəyə malik
olmalıdır. İriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitəsinin sahibi
(istifadəçisi) həmin nəqliyyat vasitəsinin
BDYPİ ilə razılaşdırılmış
müddətdə hərəkətə başlamasını
təmin etməlidir.
2.9. Azərbaycan Respublikasının ümumi
istifadədə olan avtomobil yolları ilə iriqabaritli və
(və ya) ağırçəkili nəqliyyat
vasitələrinin BDYPİ patrul avtomobili ilə
müşayiət olunması üçün
daşıyıcı ilə şəhərdaxili (rayondaxili)
hərəkət marşrutları üzrə BDYPİ-nin
müvafiq ərazi bölməsi,
şəhərlərarası (rayonlararası)
hərəkət marşrutları üzrə isə BDYPİ
arasında müqavilə bağlanılır və
qanunvericiliklə müəyyən olunmuş xidmət
haqqı ödənilir.
2.10. Mühafizə avtomobilinin ekipajı iriqabaritli
və (və ya) ağırçəkili nəqliyyat
vasitəsini süni qurğuların altından və ya
üzərindən xüsusi icazədə
göstərilmiş qaydada keçməsini təmin
etməlidir. Mühafizə avtomobili ilə müşayiət
olunmayan iriqabaritli və (və ya) ağırçəkili
nəqliyyat vasitəsinin süni qurğuların altından
və ya üzərindən keçməsi xüsusi
icazədə göstərilmiş şərtlər
nəzərə alınmaqla, daşıyıcı
tərəfindən təmin edilir.
2.11. İriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitəsinin süni
qurğuların altından və ya üzərindən
keçməsi onların faktiki üfüqi və şaquli
aralıqları nəzərə alınmaqla həyata
keçirilir. Daşınma zamanı müşayiət
olunmayan yükün üzərindən süni qurğu
konstruksiyasına qədər ehtiyat məsafə 50 santimetr,
avtomobil yolu sahibinin nümayəndəsinin iştirakı
ilə həyata keçirilən daşınma zamanı
isə ehtiyat məsafə 15 santimetrdən az
olmamalıdır.
2.12. İriqabaritli və (və ya)
ağırçəkili yüklərin
daşınmasını həyata keçirən nəqliyyat
vasitəsi texniki, istismar, təhlükəsizlik və ekoloji
tələblərə və müvafiq standartlara uyğun olmalıdır.
2.13. İstehsalçı zavod tərəfindən
müəyyən edilmiş texniki xarakteristikalara uyğun
olmayan nəqliyyat vasitələrinin ümumi istifadədə
olan avtomobil yolları ilə hərəkəti
qadağandır.
3. İRİQABARİTLİ VƏ
(VƏ YA) AĞIRÇƏKİLİ NƏQLİYYAT
VASİTƏLƏRİNİN HƏRƏKƏTİNƏ
DAİR XÜSUSİ İCAZƏNİN VERİLMƏSİ
QAYDASI
3.1. İriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələrinin
hərəkətinə dair xüsusi icazəni almaq
üçün həmin nəqliyyat vasitələrinin
sahibləri (istifadəçiləri) tərəfindən Azərbaycan
Respublikasının Rəqəmsal
İnkişaf
və Nəqliyyat Nazirliyinə
aşağıdakı sənədlər təqdim edilir:
3.1.1. ərizə (bu Qaydanın 1 nömrəli
əlavəsində göstərilmiş formada);
3.1.2. avtoqatarın sxemi (daşınmada iştirak
edən bütün nəqliyyat vasitələri, onların
oxlarının və təkərlərinin sayı, oxlar
üzrə yüklənmənin paylanması təsvir
edilməklə);
3.1.3. yükün ayrı-ayrı hissələrə bölünməzliyini
təsdiq edən sənədlər.
3.2. Bu Qaydaya əsasən təqdim edilməsi
tələb olunan bütün sənədlər
ərizəyə əlavə olunur.
3.3. Ərizə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinə daxil olduğu
gündən qeydiyyata alınır və təqdim edilən
məlumatların dürüstlüyü
aşağıdakı qaydada yoxlanılır:
3.3.1. məlumatların tam olması;
3.3.2. nəqliyyat vasitəsinin, o cümlədən
yedək avtomobilinin və qoşqunun (yarımqoşqunun)
daşınması nəzərdə tutulan yükün texniki
xarakteristikasına uyğun olması;
3.3.3. daşıyıcı tərəfindən
təqdim edilən marşrut üzrə hərəkətin
mümkün olması.
3.4. Ərizədə düzəlişlər və
natamam məlumatlar olduqda və ya yükün
bölünməzliyi sənədlərlə
əsaslandırılmadıqda, Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi ərizənin qeydiyyata
alındığı gündən 5 iş günü
müddətində daşıyıcıya müvafiq
sorğu ilə müraciət edir.
3.5. Daşıyıcı 15 gün
müddətində tələb olunan məlumatları
təqdim edə bilməzsə, ərizəyə
baxılması dayandırılır.
3.6. Nəqliyyat vasitəsinin istehsalçı zavod
tərəfindən müəyyən edilmiş texniki
xarakteristikası ərizədə göstərilən
iriqabaritli və (və ya) ağırçəkili
yükün daşınmasına imkan vermirsə, habelə
həmin nəqliyyat vasitəsinin daşıyıcı
tərəfindən təqdim olunan marşrut üzrə
hərəkət etməsi mümkün deyildirsə,
daşıyıcıya xüsusi icazənin
verilməsindən imtina edilməsi barədə məlumat
verilir.
3.7. İriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitəsinin
hərəkətinə xüsusi icazənin alınması
barədə ərizəyə aşağıdakı hallarda
operativ qaydada baxılır:
3.7.1. xüsusi icazə verilmiş nəqliyyat
vasitəsi nasaz olduqda, onun dəyişdirilməsi ilə
əlaqədar yeni xüsusi icazənin
rəsmiləşdirilməsi zəruri olduqda;
3.7.2. yükgöndərən və yaxud yükalan
tərəfindən daşınma marşrutu
dəyişdirildikdə.
3.8. Ərizəçi fiziki şəxs olduqda,
ərizə onun soyadı, adı, atasının adı və
ünvanı göstərilməklə, şəxsi imzası
ilə təsdiq edilməli, şəxsiyyət
vəsiqəsinin surəti ərizəyə əlavə
olunmalıdır. Ərizə hüquqi şəxs
tərəfindən verildikdə, hüquqi şəxsin
adı, hüquqi ünvanı və ya olduğu yer
göstərilməklə, onun rəhbərinin və ya
səlahiyyətli nümayəndəsinin imzası və
möhürü ilə təsdiq edilməlidir.
3.9. Xüsusi icazəni
rəsmiləşdirərkən, Azərbaycan
Respublikasının Rəqəmsal
İnkişaf
və Nəqliyyat Nazirliyi tərəfindən hər bir halda
hərəkət marşrutunun
razılaşdırılmalı olduğu qurumların
siyahısı müəyyən edilir.
3.10. Zəruri hallarda daşınma
aşağıdakı qurumlarla
razılaşdırılır:
3.10.1. marşrut üzrə yolun və ya yol
qurğularının texniki parametrlərindən asılı
olaraq və yükün hündürlük üzrə qabariti
icazə verilən həddi aşdıqda — qazpaylayıcı
sistem operatoru, elektrik, rabitə, su, neft-qaz idarə və
təşkilatları ilə;[3]
3.10.2. daşınma marşrutu dəmir yolu
xətləri ilə bir səviyyədə
kəsişərkən nəqliyyat vasitəsinin yüklə
və ya yüksüz eni 2,55 metri, hündürlüyü
yolun səthindən 4 metri, uzunluğu bir qoşqu (və ya
yarımqoşqu) ilə 30 metri, habelə nəqliyyat
vasitəsinin ümumi kütləsi 44 tonu keçdikdə
və ya hərəkət sürəti saatda 8 kilometrdən az
olduqda — dəmir yolunun müvafiq qurumları ilə;
3.10.3. iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələri bu
Qaydanın 2.5.1 — 2.5.4-cü bəndlərində
göstərilən hədləri aşdıqda və
onların hərəkət marşrutuna daxil olan şəhər
və digər yaşayış məntəqələrinin
yolları, prospektləri və küçələri ilə
hərəkət etdikdə — şəhər və digər
yaşayış məntəqələrinin yollarının,
prospektlərinin və küçələrinin
mülkiyyətçiləri ilə;
3.10.4. iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələrinin
hərəkətinin təmin edilməsi üçün
mühafizə və ya müşayiət avtomobili ilə
müşayiət edilməsi tələb olunduqda — şəhərdaxili
(rayondaxili) hərəkət marşrutları üzrə
BDYPİ-nin müvafiq ərazi bölmələri ilə,
şəhərlərarası (rayonlararası) hərəkət
marşrutları üzrə isə BDYPİ ilə.
3.11. Bu Qaydanın 3.10.1 — 3.10.4-cü
yarımbəndlərində göstərilən qurumlar
hərəkət marşrutunu iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələrinin
sahibləri (istifadəçiləri) və ya onların
səlahiyyətli nümayəndələri
tərəfindən bu Qaydanın 2 nömrəli
əlavəsinə uyğun formada olan razılaşdırma
vərəqinin təqdim edildiyi andan 5 iş günü
müddətində razılaşdırmalıdırlar.
3.12. İriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələrinin
hərəkət marşrutu daşınmanın
təhlükəsizliyinin təmin edilməsi üçün
avtomobil yollarının və yol qurğularının texniki
parametrləri nəzərə alınmaqla
müəyyənləşdirilir.
3.13. Ərizədə göstərilən iriqabaritli
və (və ya) ağırçəkili nəqliyyat
vasitəsinin müvafiq marşrut üzrə
hərəkətinə marşrut müayinə
edilmədən icazə verilməsi mümkün olmadıqda,
Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf
və Nəqliyyat Nazirliyi tərəfindən ərizənin daxil
olduğu gündən 5 iş günü müddətində
marşrut boyu yolda müayinə aparılmasının
zəruriliyi haqqında ərizəçiyə məlumat
verilməlidir.
3.14. Aşağıda
göstərilənlərdən ən azı biri olduqda,
hərəkət marşrutu müayinə edilməlidir:
3.14.1. iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitəsinin hər
hansı parametri qanunvericiliklə müəyyən edilmiş
hədlərdən artıq olduqda;
3.14.2. iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitəsinin ümumi
kütləsi hərəkət marşrutunda
yerləşən süni qurğuların yükgötürmə
qabiliyyətindən artıq olduqda.
3.15. Aparılmış müayinənin
nəticəsinə əsasən yol qurğularının
gücləndirilməsinə dair layihənin tərtib
edilməsi zəruriliyi müəyyən edilir. İriqabaritli
və (və ya) ağırçəkili nəqliyyat
vasitələrinin seçilmiş marşrut üzrə normal
hərəkətinə şərait yaradılması
üçün tərtib edilmiş layihə və digər
əlavə işlər daşıyıcının
(yükgöndərənin, yükalanın) vəsaiti
hesabına həyata keçirilir.
3.16. İriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitəsinin
hərəkətinə dair xüsusi icazə
aşağıdakı şərtlər yerinə
yetirildikdən sonra, 5 iş günü ərzində bu
Qaydanın 3 nömrəli əlavəsinə uyğun formada
nəqliyyat vasitəsinin sahibinə və ya onun
səlahiyyətli nümayəndəsinə verilir:
3.16.1. hərəkət marşrutu və
hərəkət şərtləri əlaqədar qurumlarla
razılaşdırıldıqdan sonra;
3.16.2. iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitəsinin
keçməsi üçün xüsusi layihənin
hazırlanması tələb olunarsa, layihədə nəzərdə
tutulmuş bütün tədbirlər həyata
keçirildikdən sonra.
3.17. Xüsusi icazə qüvvədə olma
müddəti 30 təqvim günü müəyyən
edilməklə, yalnız bir daşınmanın həyata
keçirilməsi üçün verilir.
3.18. Eyni növlü yüklərin müəyyən
edilmiş marşrut üzrə daşınması zamanı
daşınmanın həcmi və digər hallar
nəzərə alınmaqla, Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi tərəfindən müvafiq
müddət ərzində gedişlərin bir neçə
sayı üçün xüsusi icazə verilə bilər.
Bu halda iriqabaritli və (və ya) ağırçəkili
nəqliyyat vasitələrinin sahibləri
(istifadəçiləri) tərəfindən hər
gedişdə xüsusi icazədə qeydlər (getmə
tarixi, təşkilatın rəhbərinin imzası və
möhürü) aparılmalıdır. Göstərilən
qeydlər olmayan xüsusi icazə etibarsız hesab edilir.
3.19. Xüsusi icazəyə bu Qaydanın 4
nömrəli əlavəsi ilə müəyyən
edilmiş formada buraxılış vərəqəsi
əlavə olunur. Həmin vərəqə iriqabaritli və
(və ya) ağırçəkili nəqliyyat vasitəsinin
qabaq şüşəsinin aşağı sağ
hissəsində yerləşdirilir.
3.20. Xüsusi icazə blankları və
buraxılış vərəqələri Azərbaycan
Respublikası Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinin sifarişi ilə mətbəə
üsulu ilə çap edilir və xüsusi qoruyucu
nişanlara malik olmalıdır. Xüsusi icazə
blanklarının və buraxılış vərəqələrinin
saxlanılması, qeydiyyatı və hesabatının
aparılması qanunvericiliklə müəyyən edilmiş
qaydada həyata keçirilir.
3.21. Ümumi istifadədə olan avtomobil yolları
ilə iriqabaritli və ağırçəkili nəqliyyat
vasitələrinin hərəkətinə verilmiş icazə
üzrə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956
nömrəli Fərmanı ilə təsdiq
edilmiş “AYNA” informasiya sistemi haqqında
Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə
daxil edilir.[4]
4. İRİQABARİTLİ VƏ
(VƏ YA) AĞIRÇƏKİLİ NƏQLİYYAT
VASİTƏLƏRİNİN AVTOMOBİL YOLLARI İLƏ
HƏRƏKƏT ETMƏSİNƏ NƏZARƏT
4.1. İriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələrinin
avtomobil yolları ilə hərəkət etməsinə
nəzarət Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi tərəfindən qanunvericiliklə
müəyyən edilmiş qaydada həyata keçirilir.[5]
4.2. Hərəkətdə olan
iriqabaritli və (və ya) ağırçəkili
nəqliyyat vasitələrinin qabarit, çəki və
yüklə birlikdə oxa düşən kütlə
parametrlərini ölçən Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin elektron tərəziləri
və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi
texniki vasitələri ilə, habelə Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində nəzərdə tutulmuş halda
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
nəzarət məntəqələrində Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin
əməkdaşları tərəfindən saxlanılmaqla,
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
əməkdaşları ilə birgə xüsusi
ölçü alətləri, cihazları və
tərəzilər vasitəsilə yoxlanılır.[6]
4.2-1. Bütün elektron
tərəzilər və foto və ya video qeydiyyat
funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli
və ağırçəkili nəqliyyat vasitələrinin
hərəkətinə icazələrin verilməsi ilə
bağlı Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya
sistemi Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin
mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.[7]
4.3. Xüsusi ölçü alətlərinin,
cihazlarının və tərəzilərin standartlara
uyğun olmaları barədə sertifikatları
olmalıdır.
4.4. Bu Qaydanın pozulması hallarında Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi
tərəfindən pozuntuya yol vermiş hüquqi
və ya fiziki şəxslər barəsində Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş məsuliyyətə cəlb edilməklə,
aşağıdakı tədbirlər görülür:
4.4.1. xüsusi icazə olmadan iriqabaritli və (və
ya) ağırçəkili nəqliyyat vasitəsinin
hərəkət etməsi aşkar edildikdə, daşınma
dayandırılır, nəqliyyat vasitəsi yol
hərəkətindən kənarlaşdırılır,
iriqabaritli və (və ya) ağırçəkili
nəqliyyat vasitəsinin hərəkətinə görə
onun faktiki qət etdiyi marşrut boyu yola və yol
qurğularına vurulmuş ziyan müəyyən
edilir , yükgöndərən (daşıyıcı)
tərəfindən dövlət büdcəsinə
ödənilməsi təmin edilir və xüsusi icazə
alındıqdan sonra daşınma bərpa olunur;[8]
4.4.2. iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitəsi ilə
bölünən yüklərin daşınması zamanı
qabarit və çəki parametrlərinin pozulması halı
aşkar edildikdə, daşınma dayandırılır,
nəqliyyat vasitəsi yol hərəkətindən
kənarlaşdırılır, iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitəsinin
hərəkətinə görə onun faktiki qət etdiyi
marşrut boyu yola və yol qurğularına vurulmuş ziyan müəyyən edilir ,
yükgöndərən (daşıyıcı)
tərəfindən dövlət büdcəsinə
ödənildikdən və yükgöndərən
(daşıyıcı) tərəfindən Azərbaycan
Respublikasının ərazisində ümumi istifadədə
olan avtomobil yollarında nəqliyyat vasitələrinin
hərəkəti üçün icazə verilən qabarit
və (və ya) çəki parametrlərinə uyğun
olaraq nəqliyyat vasitəsindən normadan artıq
yükün boşaldılması və
digər nəqliyyat vasitəsilə daşınması
təmin edildikdən sonra xüsusi icazə verilmədən
daşınma bərpa edilir;[9]
4.4.3. iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitəsinin xüsusi
icazədə göstərilən hər hansı parametrinin
aşması faktı aşkar edildikdə, daşınma
dayandırılır, nəqliyyat vasitəsi yol
hərəkətindən kənarlaşdırılır
və iriqabaritli və (və ya) ağırçəkili
nəqliyyat vasitəsinin hərəkətinə görə
onun faktiki qət etdiyi marşrut boyu yola və yol
qurğularına vurulmuş ziyan müəyyən
edilir , yükgöndərən (daşıyıcı)
tərəfindən dövlət büdcəsinə
ödənilməsi təmin edilir və xüsusi icazə
alındıqdan sonra daşınma bərpa edilir;
4.4.4. iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitəsinin xüsusi
icazədə göstərilən hərəkət
marşrutundan kənara çıxması halı aşkar
edildikdə, daşınma dayandırılır, nəqliyyat
vasitəsi yol hərəkətindən
kənarlaşdırılır, iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitəsinin
hərəkətinə görə onun faktiki qət etdiyi
marşrut boyu yola və yol qurğularına vurulmuş ziyan müəyyən edilir ,
yükgöndərən (daşıyıcı)
tərəfindən dövlət büdcəsinə
ödənilməsi təmin edilir və təkrar xüsusi
icazə alındıqdan sonra daşınma bərpa edilir;
4.4.5. iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitəsinin
hərəkəti zamanı xüsusi icazədə
göstərilən müddətlərdən kənara çıxması
halı aşkar olunduqda, daşınma dayandırılır,
nəqliyyat vasitəsi yol hərəkətindən
kənarlaşdırılır, iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitəsinin
hərəkətinə görə onun faktiki qət etdiyi
marşrut boyu yola və yol qurğularına vurulmuş ziyan müəyyən edilir ,
yükgöndərən (daşıyıcı)
tərəfindən dövlət büdcəsinə
ödənilməsi təmin edilir və təkrar xüsusi
icazə alındıqdan sonra daşınma bərpa edilir.
4.5. Yükgöndərən
(daşıyıcı) avtomobil yoluna və yol
qurğularına vurulmuş ziyanı dövlət
büdcəsinə ödəməkdən imtina etdikdə,
dəymiş ziyanın ödənilməsi məhkəmə
qaydasında tələb edilir.[10]
4.6. Bu Qaydanın 4.4.1 — 4.4.5-ci bəndlərində
nəzərdə tutulmuş hallarda xüsusi icazə
alınanadək və ya müvafiq pozuntular aradan
qaldırılanadək yol hərəkətindən
kənarlaşdırılmış iriqabaritli və (və
ya) ağırçəkili nəqliyyat vasitəsinin
hərəkətinin qarşısının alınması
üçün Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi tərəfindən zəruri
tədbirlər görülür.
4.7. Xüsusi icazə olmadan iriqabaritli və
ağırçəkili nəqliyyat vasitələrinin
hərəkət etməsinə görə və ya bu
Qaydanın digər tələblərinin pozulmasına
görə hüquqi, fiziki və vəzifəli
şəxslər qanunvericilikdə nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
|
“Azərbaycan Respublikasının
ümumi istifadədə olan avtomobil yolları ilə
iriqabaritli və ağırçəkili nəqliyyat
vasitələrinin hərəkət etməsi və onların
hərəkətinə xüsusi icazənin verilməsi
Qaydası”na 1 nömrəli ƏLAVƏ Azərbaycan Respublikasının Azərbaycan Respublikasının
ümumi istifadədə olan avtomobil yolları ilə
iriqabaritli və (və ya) ağırçəkili
nəqliyyat vasitəsinin hərəkətinə dair
xüsusi icazənin verilməsi üçün ƏRİZƏ |
|
Xahiş edirəm,
iriqabaritli və (və ya) ağırçəkili
nəqliyyat vasitəsinin __________________________ marşrutu
üzrə hərəkət etməsinə xüsusi
icazə verəsiniz. Daşıyıcı______________________________________________________________________________ (soyadı, adı, ünvanı, telefon
nömrəsi) Yük avtomobilinin
markası, modeli, dövlət qeydiyyat nişanı
_______________________________ _____________________________________________________________________________________ _____________________________________________________________________________________ Qoşqunun və
(və ya) yarımqoşqunun markası, modeli, dövlət
qeydiyyat nişanı _____________________________________________________________________________________ _____________________________________________________________________________________ Daşınan
yükün
növü__________________________________________________________________ Yükün
çəkisi _________________ t Nəqliyyat
vasitəsinin parametrləri (yüklə birlikdə): Uzunluğu
____________________ m Eni ____ m, yolun
hərəkət hissəsinin səthindən yüklə
birlikdə hündürlüyü
____ m Ümumi
kütləsi (dartıcı + qoşqu + yük)
____________________________________ t Oxlara
düşən yük _________________________________ t Oxlar
arasındakı məsafə _________________________ m İkimeyilli və
birmeyilli oxların nömrələri:
_______________________________ (oxun nömrəsini göstərən rəqəmin
yanında: b — birmeyilli, i — ikimeyilli, n — oxda olan təkərlərin sayı: oxlar
arasındakı məsafə 0,7 m-dən artıq olduqda — 4
və daha çox, oxlar arasındakı məsafə 0,7
m-dən az olduqda — 6 və daha çox) Daşınmanın
müddəti__________________________________________________________________ Xüsusi
icazənin rəsmiləşdirilməsinə məsul
şəxs _____________________________________________________________________________________ (soyadı, adı, atasının
adı, telefon /faks) Əlavə
edilmiş sənədlərin siyahısı:
_______________________________________________________ _____________________________________________________________________________________ _____________________________________________________________________________________ Ərizəçi |
|
|
______________________________ |
_______________________________________________ |
|
(imza) |
(vəzifəsi, soyadı, adı,
atasının adı) |
|
M.Y. |
Tarix: “____” _____________ 20____
il |
|
(hüquqi şəxslər üçün) |
|
|
“Azərbaycan Respublikasının
ümumi istifadədə olan avtomobil yolları ilə
iriqabaritli və ağırçəkili nəqliyyat
vasitələrinin hərəkət etməsi və onların
hərəkətinə xüsusi icazənin verilməsi
Qaydası”na 2 nömrəli ƏLAVƏ İriqabaritli
və (və ya) ağırçəkili nəqliyyat
vasitəsinin avtomobil yolları ilə
hərəkətinə dair xüsusi icazənin
alınması üçün RAZILAŞDIRMA
VƏRƏQƏSİ |
|
Xahiş edirəm
iriqabaritli və (və ya) ağırçəkili
nəqliyyat vasitəsinin hərəkət marşrutunu
razılaşdırasınız: Daşıyıcı
_____________________________________________________________________________ (soyadı, adı, ünvanı, telefon
nömrəsi) Yük avtomobilinin
markası, modeli, dövlət qeydiyyat nişanı
_______________________________ _____________________________________________________________________________________ Qoşqunun və
(və ya) yarımqoşqunun markası, modeli, dövlət
qeydiyyat nişanı ______________ _____________________________________________________________________________________ Daşınan
yükün növü _______________________ Daşınan
yükün çəkisi ___________________ t Nəqliyyat
vasitəsinin parametrləri (yüklə birlikdə): Uzunluğu
______________ m Eni ___________________
m Yüklə
birlikdə hündürlüyü _____________________ m Ümumi
kütləsi (yedəkçi + qoşqu + yük)
______________________________ t Oxlara
düşən yük ________________________ t Oxlar
arasındakı məsafə ______________________ m Daşınmanın
müddəti
_________________________________________________________________ |
|
|
Ərizəçi
________________________ |
_______________________________________________ |
|
(imza) |
(vəzifəsi, soyadı, adı,
atasının adı) |
|
M.Y. (hüquqi şəxslər üçün) |
|
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi ilə ilkin
razılaşdırma[12]
|
İriqabaritli
və (və ya) ağırçəkili nəqliyyat
vasitəsinin hərəkət marşrutu _____________________________________________________________________________________ _____________________________________________________________________________________ |
|||
|
______________________ |
_____________________________________________________ |
||
|
(imza) |
(vəzifəsi, soyadı, adı,
atasının adı) |
||
|
Tarix: “___” ______________ 20____
il Daşınmanın
razılaşdırıldığı qurumlar: _____________________________________________________________________________________ (qazpaylayıcı sistem operatoru,
elektrik, rabitə, su, neft-qaz idarə və
təşkilatları)[13] _____________________________________________________________________________________ (dəmir yolunun müvafiq qurumları) _____________________________________________________________________________________ (şəhər və digər
yaşayış məntəqələrinin
yollarının, prospektlərinin və
küçələrinin mülkiyyətçiləri) BDYPİ ilə
razılaşdırma
________________________________________________________________ (BDYPİ bölməsinin adı) Hərəkətə
saat ______-dan saat ______-dək, ________ km/saat sürətlə
icazə verilir. Xüsusi
şərtlər: _____________________________________________________________________________________ Razılaşdırma
____ 20__ il tarixindən _____ 20__ il tarixinədək
etibarlıdır. |
|||
|
_____________________ |
______________________________________________ |
||
|
(imza) |
(vəzifəsi, soyadı, adı,
atasının adı) |
||
|
M.Y. |
Tarix: “___” ______________ 20 ___
il |
||
|
“Azərbaycan Respublikasının
ümumi istifadədə olan avtomobil yolları ilə
iriqabaritli və ağırçəkili nəqliyyat
vasitələrinin hərəkət etməsi və onların
hərəkətinə xüsusi icazənin verilməsi
Qaydası”na 3 nömrəli ƏLAVƏ Azərbaycan
Respublikasının Rəqəmsal
İnkişaf
və Nəqliyyat Nazirliyi[14] İriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitəsinin ümumi
istifadədə olan avtomobil yolları ilə
hərəkətinə dair Xüsusi icazə ¹ _____ |
|
Nəqliyyat
vasitəsi _____________________________________________________________________________________ (markası, modeli, nəqliyyat
vasitəsinin/qoşqunun (yarımqoşqunun) dövlət
qeydiyyat nişanı) Daşıyıcı
_____________________________________________________________________________ (adı, ünvanı və telefon
nömrəsi) Nəqliyyat
vasitəsinin növü
_________________________________________________ Yükün
çəkisi ______________________ t Yükün
növü __________________________ Reyslərin
sayı ______________________ Daşınmanın
müddəti ______________________________________________ Nəqliyyat
vasitəsinin parametrləri (yüklə birlikdə): Uzunluğu
_______________ m, eni ______________ m, hündürlüyü
_______________ m Ümumi
kütləsi _______________________________ t Oxlara
düşən yük ___________________________ t Oxlar
arasındakı məsafə _____________________ m Hərəkət
marşrutu_____________________________________________________________________ Müşayiətin
növü _____________________________________________________________________________________ (mühafizə və
müşayiət avtomobilinin markası, modeli, dövlət
qeydiyyat nişanı) Avtomobil yolları
ilə hərəkətin xüsusi şərtləri
____________________________________________ _____________________________________________________________________________________ _____________________________________________________________________________________ Yol
hərəkəti təhlükəsizliyinin təmin
edilməsinin xüsusi şərtləri
_____________________________ _____________________________________________________________________________________ İriqabaritli
və (və ya) ağırçəkili yükün və
ya marşrutun xüsusiyyətlərindən asılı
olaraq ehtiyat avtomobilin nəzərdə tutulması
_________________________________________________________ Daşınmanın
razılaşdırıldığı qurumlar: _____________________________________________________________________________________ _____________________________________________________________________________________ _____________________________________________________________________________________ _____________________________________________________________________________________ Azərbaycan
Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin vəzifəli şəxsi _____________________________________________________________________________________ (vəzifəsi, soyadı, adı,
atasının adı) |
|
|
_____________________________________ |
Tarix: “___” ______________ 20 ___
il |
|
(imza) |
|
|
M.Y. Hərəkət
şərtləri və xüsusi icazənin
tələbləri ilə tanış oldular: Yük avtomobilinin
sürücüsü (sürücüləri) _____________________________________________________________________________________ (soyadı, adı, atasının
adı, tarix, imza) Yükü
müşayiət edən şəxs _____________________________________________________________________________________ (soyadı, adı, atasının
adı, təşkilatın adı, tarix, imza) İriqabaritli
və (və ya) ağırçəkili nəqliyyat
vasitəsinin reysə çıxması barədə
qeydlər (təşkilat rəhbərinin və ya
nümayəndəsinin imzası, möhürü və
reysin tarixi) |
|
|
“Azərbaycan Respublikasının
ümumi istifadədə olan avtomobil yolları ilə
iriqabaritli və ağırçəkili nəqliyyat
vasitələrinin hərəkət etməsi və onların
hərəkətinə xüsusi icazənin verilməsi
Qaydası”na 4 nömrəli ƏLAVƏ Azərbaycan
Respublikasının Rəqəmsal
İnkişaf
və Nəqliyyat Nazirliyi[15] İriqabaritli
və (və ya) ağırçəkili nəqliyyat
vasitəsinin ümumi istifadədə olan avtomobil yolları
ilə hərəkətinə dair BURAXILIŞ VƏRƏQƏSİ |
|
Xüsusi
icazənin nömrəsi və tarixi:
______________________________________________________ Nəqliyyat
vasitəsi _____________________________________________________________________________________ (markası, modeli, nəqliyyat
vasitəsinin/qoşqunun (yarımqoşqunun) dövlət
qeydiyyat nişanı) _____________________________________________________________________________________ (daşıyıcının
soyadı, adı, ünvanı və telefon nömrəsi) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin vəzifəli şəxsi _____________________________________________________________________________________ (vəzifəsi, soyadı, adı,
atasının adı) İmza
_________________ M.Y. |
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli
qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Azərbaycan Respublikasının
ümumi istifadədə olan avtomobil yolları ilə
iriqabaritli və ağırçəkili avtonəqliyyat
vasitələrinin hərəkət etməsinə görə
ödənişlərin
DƏRƏCƏLƏRİ
İriqabaritli və (və ya)
ağırçəkili avtonəqliyyat vasitələrinin
hərəkət etməsinə görə
ödənişlərin dərəcələri “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilir.
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli
qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Azərbaycan Respublikasının
ümumi istifadədə olan avtomobil yolları ilə
hərəkət edən avtonəqliyyat vasitələrinin
icazə verilən
QABARİT VƏ ÇƏKİ
PARAMETRLƏRİ
1. ÜMUMİ MÜDDƏALAR
1.1. “Azərbaycan Respublikasının ümumi
istifadədə olan avtomobil yolları ilə
hərəkət edən avtonəqliyyat vasitələrinin
icazə verilən qabarit və çəki parametrləri” “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Avtomobil yolları haqqında”
Azərbaycan Respublikasının Qanununa, “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununa, “Müstəqil Dövlətlər Birliyinin
iştirakçısı olan dövlətlərin avtomobil
yollarında dövlətlərarası daşımaları
həyata keçirən nəqliyyat vasitələrinin
kütlə və ölçüləri haqqında”
Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa və
digər normativ hüquqi aktlarına, habelə bu sahədə
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin
müddəalarına uyğun olaraq
hazırlanmışdır.
1.2. “Azərbaycan Respublikasının ümumi
istifadədə olan avtomobil yolları ilə
hərəkət edən avtonəqliyyat vasitələrinin
icazə verilən qabarit və çəki parametrləri”
avtomobil yollarında hərəkət edən avtomobil
nəqliyyatı vasitələrinin müxtəlif
növləri üzrə onların icazə verilən
ümumi kütləsini, qabarit parametrlərini,
həmçinin həmin nəqliyyat vasitələrinin
oxlarına düşən yükün icazə verilən
kütləsini müəyyən edir.
1.3. Müəyyən edilmiş qabarit və
çəki parametrlərinə uyğun olmayan nəqliyyat
vasitələri Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilmiş xüsusi
icazəyə malik olmalı və həmin xüsusi
icazədə göstərilmiş şərtlər və
marşrut üzrə hərəkət etməlidir.[16]
2. NƏQLİYYAT
VASİTƏSİNİN İCAZƏ VERİLƏN
QABARİTLƏRİ
Nəqliyyat vasitəsinin icazə verilən
qabaritləri 1 nömrəli cədvəllə
müəyyən edilmiş hədləri
aşmamalıdır:
1 nömrəli cədvəl
|
1. Maksimal uzunluq: |
|
|
yük avtomobili üçün |
12,00
m |
|
avtobus üçün |
12,00
m |
|
qoşqu üçün |
12,00
m |
|
birləşdirilmiş nəqliyyat
vasitəsi üçün |
20,00
m |
|
birləşdirilmiş avtobus
üçün |
18,00
m |
|
avtoqatar üçün |
20,00
m |
|
2. Maksimal en: |
|
|
bütün nəqliyyat
vasitələri üçün |
2,55
m |
|
nəqliyyat vasitələrinin izotermik
kuzov banı üçün |
2,60
m |
|
3. Maksimal hündürlük |
4,00
m |
Qeydlər:
1. Bu cədvəlin 1-ci bəndində
göstərilmiş nəqliyyat vasitələrinin maksimal
ölçülərinə, çıxarıla bilən
kuzovların və yük üçün taraların, o
cümlədən konteynerlərin ölçüləri
də daxildir.
2. Hər hansı bir nəqliyyat
vasitəsi hərəkət zamanı xarici radiusu 12,5 m və
daxili radiusu 5,3 m olan bir sahənin çərçivəsi
daxilində dönmək imkanına malik olmalıdır.
3. Kombinə edilmiş nəqliyyat
vasitəsinin ilişdirici qurğusunun ox bağlantısı
və arxa hissəsi arasında maksimal məsafə 12,0
m-dən çox olmamalıdır.
4. Avtoqatarın uzunluq oxu ilə paralel
olaraq, ölçülmüş kuzovun xarici ön
nöqtəsindən və ya kabina arxasında yükün
quraşdırılması üçün platformadan
qoşqunun arxa xarici nöqtəsinə kimi,
dartıcının arxa hissəsi ilə qoşqunun qabaq
hissəsi arasında olan məsafəni çıxmaq
şərtilə, maksimal məsafə 17,0 m-dən çox
olmamalıdır.
5. Avtoqatarın uzunluq oxu ilə paralel
olaraq ölçülmüş kuzovun xarici ön
nöqtəsindən və ya kabina arxasında yükün
quraşdırılması üçün platformadan
qoşqunun arxa xarici nöqtəsinə kimi maksimal
məsafə 16,4 m-dən çox olmamalıdır.
6. Nəqliyyat vasitəsinin kuzovunda
quraşdırılmış yük, avtomobilin arxa xarici
nöqtəsindən və ya qoşqudan 2,0 m-dən çox
kənara çıxmamalıdır.
7. Yük avtomobilinin arxa oxu və
qoşqunun qabaq oxu arasında məsafə 3,0 m-dən az
olmamalıdır.
8. Yarımqoşqunun
şarnirlərlə bərkidilən oxu ilə
yarımqoşqunun hər hansı bir qabaq nöqtəsi
arasında üfüqi olaraq ölçülmüş
məsafə 2,04 m-dən çox olmamalıdır.
9. Nəqliyyat vasitəsinin uzunluğu
İSO 612-1978 standartının 6.1-ci bəndinə müvafiq
olaraq ölçülməlidir. Uzunluğu
ölçərkən nəqliyyat vasitəsinə
bərkidilmiş aşağıdakı qurğular
nəzərə alınmır:
- şüşətəmizləyici
qurğular, palçıqdan qoruyan fartuklar və
brızqoviklər;
- qabaq və yan markalanma plastinaları;
- plomblama və onun mühafizəsi
üçün qurğular;
- brezent bərkidilməsi və onun
mühafizəsi üçün qurğular;
- işıqlandırma qurğuları;
- arxanı göstərən
güzgülər və avtomobilin arxasına nəzarət
üçün qurğular;
- hava ötürən borular;
- qoşqu və ya sökülən
kuzovla birləşmə üçün klapan və
sökülən hissələrin uzunluğu;
- kuzova qalxmaq üçün
pillələr, ehtiyat şin üçün
qaldırıcı;
- işlək halda 200 mm-dən çox
olmayan qaldırıcı platformalar, keçid
üçün pillə və digər analoji avadanlıqlar
elə hazırlanmalıdır ki, onlar avtomobilin istehsalçı
zavod tərəfindən müəyyən edilmiş icazə
verilən yüklənmə kütləsini artıra
bilməsin.
10. Nəqliyyat vasitəsinin
hündürlüyü İSO 612-1978 standartının
6.3-cü bəndinə müvafiq olaraq
ölçülməlidir. Hündürlüyü
ölçərkən nəqliyyat vasitəsinə
bərkidilmiş antena, qaldırılmış
vəziyyətdə olan pantoqraf nəzərə
alınmır.
Oxunu qaldırmaq qurğusuna malik olan
nəqliyyat vasitələri üçün belə bir
qurğudan olan effekt nəzərə alınmalıdır.
11. Nəqliyyat vasitəsinin eni İSO
612-1978 standartının 6.2-ci bəndinə müvafiq olaraq
ölçülməlidir. Eni ölçərkən
nəqliyyat vasitəsinə bərkidilmiş
aşağıdakı qurğular nəzərə
alınmır:
- plomb, möhür və onların
mühafizəsi üçün qurğular;
- brezent bərkidilməsi və onun
mühafizəsi üçün qurğular;
- avtoşinlərin
zədələnməsini təyin edən qurğu;
- suçiləyənlərin kənara
çıxan hissəsi;
- işıqlandırma qurğuları;
- irəliyə və arxaya
yönəlmiş pilləkənlərin bucaqlarının
çevrilmə radiusu 5 mm-dən az olmayan, kənar xəttinin
çevrilmə radiusu isə 2,5 mm-dən az olmayan və
işlək vəziyyətdə olan nəqliyyat vasitəsinin
hər bir tərəfindən 10 mm-dən çox olmayaraq,
kənara çıxan pilləkənləri, asma
platformaları və digər analoji avadanlıqları;
- arxa tərəfin görünməsi
üçün güzgülər;
- şinlərdə təzyiq indikatoru;
- hərəkət zamanı
yığılan və ya bağlanılan pillələr
və nərdivanlar;
- avtoşinin yolun səthi ilə toxunma
nöqtəsindən kənara çıxan əyilmiş
hissəsi.
3. NƏQLİYYAT
VASİTƏSİNİN İCAZƏ VERİLƏN
ÜMUMİ KÜTLƏSİ
Nəqliyyat vasitəsinin icazə verilən ümumi
kütləsi (çəkisi) 2 nömrəli
cədvəllə müəyyən edilmiş hədləri
aşmamalıdır:
2 nömrəli cədvəl
|
1.
Yük avtomobilləri |
|
|
ikioxlu avtomobil üçün |
18 t |
|
üçoxlu avtomobil
üçün |
25 t |
|
aparıcı oxa malik olan
üçoxlu, hava və ya ona ekvivalent asqı ilə
təchiz olunmuş iki cüt təkərdən ibarət
olan avtomobil üçün |
26 t[17] |
|
dördoxlu, iki oxu aparıcı olan,
hər biri iki cüt təkərdən ibarət olan hava
və ya ona ekvivalent asqıya malik olan avtomobil |
32 t |
|
2.
Kombinə edilmiş nəqliyyat vasitəsinin bir hissəsini
təşkil edən nəqliyyat vasitələri |
|
|
ikioxlu qoşqu üçün |
18 t |
|
üçoxlu qoşqu
üçün |
24 t |
|
3.
Kombinə edilmiş nəqliyyat vasitələri |
|
|
3.1.
Yəhərli avtoqatarlar üçün: |
|
|
ikioxlu dartıcı ikioxlu
yarımqoşqu ilə yarımqoşqunun oxları
arasında məsafəsi 1,3 və ya daha çox, lakin 1,8
m-dən çox olmayan |
36 t |
|
ikioxlu dartıcı ikioxlu
yarımqoşqu ilə yarımqoşqunun oxları
arasında məsafəsi 1,8-dən çox olduqda |
38 t |
|
ikioxlu dartıcı üçoxlu
yarımqoşqu ilə |
40 t |
|
üçoxlu dartıcı ikioxlu
yanmqoşqu ilə |
40 t |
|
üçoxlu dartıcı
üçoxlu yanmqoşqu ilə |
40 t[18] |
|
üçoxlu dartıcı ikioxlu və ya
üçoxlu yarımqoşqu ilə uzunluğu 12,192 m, eni
2,438 m, hündürlüyü 2,438 m və ya 2,591 m, yaxud
2,896 m olan konteynerin (40 futluq konteyner) daşınması
zamanı |
44 t[19] |
|
3.2.
Qoşqulu avtoqatarlar üçün: |
|
|
ikioxlu yük avtomobili ikioxlu qoşqu
ilə |
36 t |
|
ikioxlu yük avtomobili üçoxlu
qoşqu ilə |
42 t |
|
üçoxlu yük avtomobili ikioxlu
qoşqu ilə |
42 t |
|
üçoxlu yük avtomobili
üçoxlu qoşqu ilə |
44 t |
|
üçoxlu yük avtomobili
dördoxlu qoşqu ilə |
44 t |
|
4.
Avtobuslar |
|
|
ikioxlu üçün |
18 t |
|
üçoxlu üçün |
24 t |
|
üçoxlu şarnirlə
birləşdirilmiş üçün |
28 t |
|
dördoxlu şarnirlə
birləşdirilmiş üçün |
28 t |
4. NƏQLİYYAT
VASİTƏSİNİN OXUNA DÜŞƏN YÜKÜN
İCAZƏ VERİLƏN KÜTLƏSİ
(ÇƏKİSİ)
4.1. Nəqliyyat vasitəsinin oxuna
düşən yükün icazə verilən kütləsi
(çəkisi) 3 nömrəli cədvəl ilə
müəyyən edilmiş hədləri aşmamalıdır:[20]
|
|
|
3 nömrəli
cədvəl |
|
Oxun
növü və oxlar arasındakı məsafə |
10 ton hesabi
yükə hesablanmış yüngülləşdirilmiş
və keçid tipli yol geyimlərində |
11,5 ton
hesabi yükə hesablanmış əsaslı tip yol geyimlərində |
|
İkioxlu nəqliyyat vasitələrində
bir ox üçün |
||
|
Aparan |
10 t |
11,5 t |
|
Aparılan |
10 t |
11,5 t |
|
Cütlənmiş
oxlar, ikimeyilli (bir oxun hər tərəfində iki təkər
olduqda) təkərlərə malik qoşqular və ya
yarımqoşqular üçün ox kütlələrinin
cəmi oxlararası aşağıdakı məsafələrə
uyğun olaraq aşağıdakı göstəriciləri
aşmamalıdır: |
||
|
0,5 m-dən 1 m-ə
qədər |
12 t |
12,5 t |
|
1 m-dən 1,3 m-ə
qədər |
14 t |
16 t |
|
1,3 m-dən 1,8 m-ə
qədər |
16 t |
18 t |
|
1,8 m-ə bərabər
və ya çox |
18 t |
20 t |
|
Cütlənmiş
oxlar, birmeyilli (bir oxun hər tərəfində bir təkər
olduqda) təkərlərə malik qoşqular və ya
yarımqoşqular üçün ox kütlələrinin
cəmi oxlararası aşağıdakı məsafələrə
uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır: |
||
|
0,5 m-dən 1 m-ə
qədər |
11 t |
11,5 t |
|
1 m-dən 1,3 m-ə
qədər |
13 t |
14 t |
|
1,3 m-dən 1,8 m-ə
qədər |
15 t |
17 t |
|
1,8 m-ə bərabər
və ya çox |
17 t |
18 t |
|
Üçoxlu
oxlar, ikimeyilli təkərlərə malik qoşqular və
ya yarımqoşqular üçün ox
kütlələrinin cəmi oxlararası
aşağıdakı məsafələrə uyğun
olaraq aşağıdakı göstəriciləri
aşmamalıdır: |
||
|
0,5 m-dən 1 m-ə
qədər |
16,5 t |
18 t |
|
1 m-dən 1,3 m-ə
qədər |
19,5 t |
21 t |
|
1,3 m-dən 1,8 m-ə
qədər |
22,5 t |
24 t |
|
1,8 m-ə bərabər
və ya çox |
25,5 t |
26 t |
|
Üçoxlu
oxlar, birmeyilli təkərlərə malik qoşqular və
ya yarımqoşqular üçün ox kütlələrinin
cəmi oxlararası aşağıdakı
məsafələrə uyğun olaraq
aşağıdakı göstəriciləri
aşmamalıdır: |
||
|
0,5 m-dən 1 m-ə
qədər |
15 t |
17 t |
|
1 m-dən 1,3 m-ə
qədər |
18,3 t |
20 t |
|
1,3 m-dən 1,8 m-ə
qədər |
21 t |
23,5 t |
|
1,8 m-ə bərabər
və ya çox |
24 t |
25 t |
|
İkimeyilli təkərləri
olan yük avtomobili və ya avtobusun cütlənmiş
aparıcı ox kütlələrinin cəmi
aşağıdakı məsafələrə uyğun
olaraq aşağıdakı göstəriciləri
aşmamalıdır: |
||
|
0,5 m-dən 1 m-ə
qədər |
12 t |
14 t |
|
1 m-dən 1,3 m-ə
qədər |
14 t |
16 t |
|
1,3 m-dən 1,8 m-ə
qədər, eləcə də hava asqısı və ya
ekvivalenti ilə bərkidiləndə |
16 t |
18 t |
|
17 t |
19 t |
|
|
1,8 m-ə bərabər
və ya çox, eləcə də hava asqısı və
ya ekvivalenti ilə bərkidiləndə |
18 t |
20 t |
|
19 t |
20 t |
|
|
Birmeyilli təkərləri
olan yük avtomobili və ya avtobusun cütlənmiş
aparıcı oxları üçün ox kütlələrinin
cəmi aşağıdakı məsafələrə
uyğun olaraq aşağıdakı göstəriciləri
aşmamalıdır: |
||
|
0,5 m-dən 1 m-ə
qədər |
11 t |
12 t |
|
1 m-dən 1,3 m-ə
qədər |
13 t |
14 t |
|
1,3 m-dən 1,8 m-ə
qədər, eləcə də hava asqısı və ya
ekvivalenti ilə bərkidiləndə |
15 t |
17 t |
|
16 t |
18 t |
|
|
1,8 m-ə bərabər
və ya çox, eləcə də hava asqısı və
ya ekvivalenti ilə bərkidiləndə |
17 t |
18 t |
|
18 t |
18 t |
|
4.2. Avtomobilin və ya kombinə edilmiş nəqliyyat
vasitəsinin aparıcı oxu və ya oxları
üzərinə düşən ağırlıq avtomobilin
və ya kombinə edilmiş nəqliyyat vasitələrinin
ümumi kütləsinin 25 faizindən az olmamalıdır.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 23 aprel 2014-cü il tarixli 110 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə 454)
2. 18 fevral 2016-cı il
tarixli 64 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 mart
2015-ci il, ¹ 52, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 03, maddə 591)
3. 26 yanvar 2017-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 27
yanvar 2017-ci il, ¹ 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 1, maddə 129)
4. 23 yanvar 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti 25
yanvar 2018-ci il, ¹ 17, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə
139)
5. 21 yanvar
2019-cu il tarixli 17 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 25 yanvar 2019-cu il, ¹ 19,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
01, maddə 161)
6. 28 dekabr 2021-ci il tarixli 415 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 7 yanvar
2022-ci il, ¹ 2, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2021-ci il, ¹ 12, maddə 1539)
7. 4 aprel 2022-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, ¹ 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, ¹ 4, maddə 383)
8. 25 yanvar
2024-cü il tarixli 44 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 27 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 28 yanvar
2024-ci il, ¹ 18, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 1,
maddə 111)
9. 19 fevral 2025-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
20 fevral 2025-ci il,
“Xalq” qəzeti, 22
fevral 2025-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2025-ci il, ¹ 2, maddə 186)
10. 9 iyun 2026-cı il
tarixli 173 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 9 iyun 2026-cı
il, “Xalq” qəzeti, 12 iyun 2026-cı
il, ¹ 102, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 6, maddə 567)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 21 yanvar 2019-cu il tarixli 17 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 25 yanvar
2019-cu il, ¹ 19, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
161) ilə “Azərbaycan
Respublikasının ümumi istifadədə olan avtomobil
yolları ilə iriqabaritli və ağırçəkili
nəqliyyat vasitələrinin hərəkət etməsi
və onların hərəkətinə xüsusi icazənin
verilməsi Qaydası”nın 1.9-cu bəndin ikinci
cümləsində hər iki halda, 2.1-ci, 3.1-ci, 3.3-cü,
3.4-cü, 3.9-cu, 3.13-cü bəndlərdə, 3.18-ci və
3.20-ci bəndlərin birinci cümlələrində ismin
müvafiq hallarında “Nəqliyyat
Nazirliyi” sözləri ismin müvafiq hallarında “Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə
əvəz edilmişdir.
4 aprel 2022-ci il tarixli 133
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, ¹ 71,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
4, maddə 383) ilə “Azərbaycan Respublikasının ümumi istifadədə olan
avtomobil yolları ilə
iriqabaritli və ağırçəkili nəqliyyat
vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi
Qaydası”nın 1.9-cu bəndinin ikinci cümləsində (hər iki
halda), 2.1-ci, 3.1-ci, 3.3-cü, 3.4-cü, 3.9-cu, 3.13-cü
bəndlərində, 3.18-ci, 3.20-ci bəndlərinin birinci cümlələrində və
1, 2, 3, 4 nömrəli
əlavələrində “Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz
edilmişdir.
[2] 18 fevral 2016-cı il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 6 mart 2015-ci il, ¹ 52, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə 591) ilə “Azərbaycan
Respublikasının ümumi istifadədə olan avtomobil
yolları ilə iriqabaritli və ağırçəkili
nəqliyyat vasitələrinin hərəkət etməsi
və onların hərəkətinə xüsusi icazənin
verilməsi Qaydası”nın 2.1-ci bəndə “tərəfindən”
sözündən sonra “hərəkət
vaxtı və hərəkət sürətinə
münasibətdə Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi ilə razılaşdırmaqla”
sözləri əlavə edilmişdir.
[3] 9 iyun 2026-cı il tarixli 173
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 iyun 2026-cı il, “Xalq” qəzeti, 12 iyun 2026-cı il, ¹ 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2026-cı il, ¹ 6, maddə 567) ilə “Azərbaycan
Respublikasının ümumi istifadədə olan avtomobil
yolları ilə iriqabaritli və ağırçəkili
nəqliyyat vasitələrinin hərəkət etməsi
və onların hərəkətinə xüsusi icazənin
verilməsi Qaydası”nın 3.10.1-ci
yarımbəndində “elektrik, rabitə, su,
qazpaylayıcı” sözləri “qazpaylayıcı
sistem operatoru, elektrik, rabitə, su” sözləri ilə
əvəz edilmişdir.
[4] 25 yanvar
2024-cü il tarixli 44 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 27 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 28 yanvar
2024-ci il, ¹ 18, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 1,
maddə 111) ilə “Azərbaycan
Respublikasının ümumi istifadədə olan avtomobil
yolları ilə iriqabaritli və ağırçəkili
nəqliyyat vasitələrinin hərəkət etməsi
və onların hərəkətinə xüsusi icazənin
verilməsi Qaydası”na yeni məzmunda 3.21-ci bənd
əlavə edilmişdir.
[5] 18 fevral 2016-cı il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 6 mart 2015-ci il, ¹ 52, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə 591) ilə “Azərbaycan
Respublikasının ümumi istifadədə olan avtomobil
yolları ilə iriqabaritli və ağırçəkili
nəqliyyat vasitələrinin hərəkət etməsi
və onların hərəkətinə xüsusi icazənin
verilməsi Qaydası”nın 4.1-ci, 4.4-cü və 4.6-cı
bəndlərdə “Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi
tərəfindən səlahiyyətləri daxilində”
sözləri “Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi
tərəfindən” sözləri ilə əvəz edilmişdir.
[6] 23 aprel 2014-cü il tarixli 110 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə 454) ilə "Azərbaycan
Respublikasının ümumi istifadədə olan avtomobil
yolları ilə iriqabaritli və ağırçəkili
nəqliyyat vasitələrinin hərəkət etməsi
və onların hərəkətinə xüsusi icazənin
verilməsi Qaydası"nın 4.2-ci bəndinə "Nəqliyyat Nazirliyi"
sözlərindən sonra "və
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi"
sözləri əlavə edilmişdir.
18 fevral 2016-cı il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 6 mart 2015-ci il, ¹ 52, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03, maddə 591) ilə “Azərbaycan
Respublikasının ümumi istifadədə olan avtomobil
yolları ilə iriqabaritli və ağırçəkili
nəqliyyat vasitələrinin hərəkət etməsi
və onların hərəkətinə xüsusi icazənin
verilməsi Qaydası”nın 4.2-ci bənddən “Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi və” sözləri
çıxarılmışdır.
26 yanvar 2017-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 27
yanvar 2017-ci il, ¹ 18,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
1, maddə 129) ilə 4.2-ci bənd yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.2. İriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələrinin faktiki
qabarit ölçülərinin yoxlanılması xüsusi
ölçü alətləri və cihazları, ümumi
kütləsinin və oxlara düşən
ağırlığının təyin edilməsi isə
stasionar və daşına bilən xüsusi avtomobil
tərəziləri vasitəsilə avtomobil yollarının
istənilən sahəsində və nəzarət
postlarında (məntəqələrində) Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
23 yanvar 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti 25
yanvar 2018-ci il, ¹ 17, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə
139) ilə “Azərbaycan Respublikasının
ümumi istifadədə olan avtomobil yolları ilə
iriqabaritli və ağırçəkili nəqliyyat
vasitələrinin hərəkət etməsi və onların
hərəkətinə xüsusi icazənin verilməsi
Qaydası”nın 4.2-ci bəndində hər üç halda “Azəravtoyol” Açıq
Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin” sözləri ilə əvəz
edilmişdir.
19 fevral 2025-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
20 fevral 2025-ci il,
“Xalq” qəzeti, 22
fevral 2025-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2025-ci il, ¹ 2, maddə 186) ilə “Azərbaycan Respublikasının ümumi
istifadədə olan avtomobil yolları ilə iriqabaritli və
ağırçəkili nəqliyyat vasitələrinin
hərəkət etməsi və onların
hərəkətinə xüsusi icazənin verilməsi
Qaydası”nın 4.2-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.2. İriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələrinin faktiki
qabarit ölçüləri xüsusi ölçü
alətləri və cihazları, hərəkətdə olan
belə nəqliyyat vasitələrinin çəki və
kütlə parametrləri isə yol örtüyünün
altında yerləşdirilmiş Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin
texniki vasitələri (elektron tərəziləri)
vasitəsilə, habelə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində
nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin nəzarət
məntəqələrində Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin əməkdaşları
tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinin əməkdaşları ilə
birlikdə yoxlanılır.
[7] 19 fevral 2025-ci il tarixli 25
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 22 fevral 2025-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 2, maddə
186) ilə “Azərbaycan
Respublikasının ümumi istifadədə olan avtomobil
yolları ilə iriqabaritli və ağırçəkili
nəqliyyat vasitələrinin hərəkət etməsi
və onların hərəkətinə xüsusi icazənin
verilməsi Qaydası”na yeni məzmunda 4.2-1-ci bənd
əlavə edilmişdir.
[8] 26 yanvar 2017-ci il tarixli 16
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 27 yanvar 2017-ci il, ¹
18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 1, maddə 129) ilə 4.4.1-ci, 4.4.3-cü, 4.4.4-cü
və 4.4.5-ci yarımbəndlərdə “müəyyən edilərək” sözləri “müəyyən edilir”
sözləri ilə əvəz edilmişdir və həmin
yarımbəndlərdən “,
yükgöndərən (daşıyıcı)
tərəfindən dövlət büdcəsinə
ödənilməsi təmin edilir” sözləri
çıxarılmışdır.
[9] 26 yanvar 2017-ci il tarixli 16
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 27 yanvar 2017-ci il, ¹
18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 1, maddə 129) ilə 4.4.2-ci yarımbənd
üzrə:
1. “müəyyən
edilərək” sözləri “müəyyən
edilir” sözləri ilə əvəz edilmişdir.
2. “,
yükgöndərən (daşıyıcı)
tərəfindən dövlət büdcəsinə
ödənildikdən” sözləri
çıxarılmışdır.
3. “boşaldılması”
sözündən sonra “və
digər nəqliyyat vasitəsilə daşınması”
sözləri əlavə edilmişdir.
[10] 26 yanvar 2017-ci il tarixli 16
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 27 yanvar 2017-ci il, ¹
18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 1, maddə 129) ilə 4.5-ci bənd yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.5. Yükgöndərən (daşıyıcı)
avtomobil yoluna və yol qurğularına vurulmuş ziyanı
ödəməkdən imtina etdikdə, dəymiş
ziyanın ödənilməsi qanunvericiliklə
müəyyən edilmiş qaydada təmin edilir və
nəqliyyat vasitəsinin hərəkətinə yalnız
bundan sonra icazə verilir.
[11] 21 yanvar 2019-cu il tarixli 17 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 25 yanvar
2019-cu il, ¹ 19, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
161) ilə Qaydaya
1 nömrəli əlavədə “Nəqliyyat Nazirliyinə” sözləri “Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinə” sözləri
ilə əvəz edilmişdir.
[12] 21 yanvar 2019-cu il tarixli 17 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 25 yanvar
2019-cu il, ¹ 19, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
161) ilə Qaydaya
2 nömrəli əlavədə “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[13] 9 iyun 2026-cı il tarixli 173
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 iyun 2026-cı il, “Xalq” qəzeti, 12 iyun 2026-cı il, ¹ 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2026-cı il, ¹ 6, maddə 567) “Azərbaycan
Respublikasının ümumi istifadədə olan avtomobil
yolları ilə iriqabaritli və ağırçəkili
nəqliyyat vasitələrinin hərəkət etməsi
və onların hərəkətinə xüsusi icazənin
verilməsi Qayda”ya 2 nömrəli Əlavədə “elektrik,
rabitə, su, qazpaylayıcı” sözləri “qazpaylayıcı
sistem operatoru, elektrik, rabitə, su” sözləri ilə
əvəz edilmişdir.
[14] 21 yanvar 2019-cu il tarixli 17 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 25 yanvar
2019-cu il, ¹ 19, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
161) ilə Qaydaya
3 nömrəli əlavədə ismin müvafiq hallarında “Nəqliyyat Nazirliyi”
sözləri “Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi”
sözləri ilə əvəz edilmişdir.
[15] 21 yanvar 2019-cu il tarixli 17 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 25 yanvar
2019-cu il, ¹ 19, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
161) ilə Qaydaya
4 nömrəli əlavədə ismin müvafiq hallarında “Nəqliyyat Nazirliyi”
sözləri “Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi”
sözləri ilə əvəz edilmişdir.
[16] 21 yanvar 2019-cu il tarixli 17 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 25 yanvar
2019-cu il, ¹ 19, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
161) ilə “Azərbaycan
Respublikasının ümumi istifadədə olan avtomobil
yolları ilə hərəkət edən avtonəqliyyat
vasitələrinin icazə verilən qabarit və
çəki parametrləri”nin 1.3-cü bəndində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar” sözləri ilə əvəz
edilmişdir.
4 aprel 2022-ci il tarixli 133
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, ¹ 71,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
4, maddə 383) ilə “Azərbaycan Respublikasının ümumi istifadədə olan
avtomobil yolları ilə
hərəkət edən avtonəqliyyat vasitələrinin
icazə verilən qabarit və çəki parametrləri”nin 1.3-cü bəndində
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz
edilmişdir.
[17] 28 dekabr 2021-ci il tarixli 415
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 7 yanvar 2022-ci il, ¹ 2,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1539) ilə “Azərbaycan Respublikasının ümumi
istifadədə olan avtomobil yolları ilə
hərəkət edən avtonəqliyyat vasitələrinin
icazə verilən qabarit və çəki
parametrləri”ndə 3-cü hissənin 2 nömrəli
cədvəli üzrə 1-ci hissənin ikinci abzasında “24” rəqəmləri “25” rəqəmləri ilə
və üçüncü abzasında “25” rəqəmləri “26”
rəqəmləri ilə əvəz edilmişdir.
[18] 28 dekabr 2021-ci il tarixli 415
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 7 yanvar 2022-ci il, ¹ 2,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1539) ilə “Azərbaycan Respublikasının ümumi
istifadədə olan avtomobil yolları ilə
hərəkət edən avtonəqliyyat vasitələrinin
icazə verilən qabarit və çəki parametrləri”ndə
3-cü hissənin 2 nömrəli cədvəli üzrə
3.1-ci bəndin üçüncü, dördüncü
və beşinci abzaslarında “38”
rəqəmləri müvafiq olaraq “40” rəqəmləri ilə əvəz
edilmişdir.
[19] 28 dekabr 2021-ci il tarixli 415
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 7 yanvar 2022-ci il, ¹ 2,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1539) ilə “Azərbaycan Respublikasının ümumi
istifadədə olan avtomobil yolları ilə
hərəkət edən avtonəqliyyat vasitələrinin
icazə verilən qabarit və çəki
parametrləri”ndə 3-cü hissənin 2 nömrəli
cədvəli üzrə 3.1-ci bəndə yeni məzmunda
altıncı abzas əlavə edilmişdir.
[20] 28 dekabr 2021-ci il tarixli 415
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 7 yanvar 2022-ci il, ¹ 2,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1539) ilə “Azərbaycan Respublikasının ümumi
istifadədə olan avtomobil yolları ilə
hərəkət edən avtonəqliyyat vasitələrinin
icazə verilən qabarit və çəki parametrləri”ndə
4.1-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.1. Nəqliyyat vasitəsinin oxuna
düşən yükün icazə verilən kütləsi
(çəkisi) 3 nömrəli cədvəllə
müəyyən edilmiş hədləri aşmamalıdır:
3 nömrəli cədvəl
|
|
|
|
|
|
|
|
|
Cütlənmiş oxlar, ikimeyilli (bir
oxun hər tərəfində iki təkər olduqda)
təkərlərə malik qoşqular və ya
yarımqoşqular üçün ox kütlələrinin cəmi
oxlararası məsafələrə uyğun olaraq
aşağıdakı göstəriciləri
aşmamalıdır:
|
|
|
|
|
|
|
|
|
|
|
|
Cütlənmiş oxlar, birmeyilli (bir
oxun hər tərəfində bir təkər olduqda)
təkərlərə malik qoşqular və ya
yarımqoşqular üçün ox kütlələrinin
cəmi oxlararası aşağıdakı
məsafələrə uyğun olaraq aşağıdakı
göstəriciləri aşmamalıdır:
|
|
|
|
|
|
|
|
|
|
|
|
Üçoxlu oxlar, ikimeyilli
təkərlərə malik qoşqular və ya
yarımqoşqular üçün ox kütlələrinin
cəmi oxlararası aşağıdakı göstəriciləri
aşmamalıdır:
|
|
|
|
|
|
|
|
|
|
|
|
Üçoxlu oxlar, birmeyilli
təkərlərə malik qoşqular və ya
yarımqoşqular üçün oxlararası məsafə:
|
|
|
|
|
|
|
|
|
|
|
|
İkimeyilli təkərləri olan
yük avtomobili və ya avtobusun cütlənmiş
aparıcı ox kütlələrinin cəmi
aşağıda göstərildiyindən çox
olmamalıdır:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Birmeyilli təkərləri olan yük
avtomobili və ya avtobusun cütlənmiş aparıcı
oxları üçün ox kütlələrinin cəmi
aşağıda göstərildiyindən çox
olmamalıdır:
|
|
|
|
|
|
|
|
|