Xüsusi iqtisadi zonanın
administrasiyası ilə rezident arasında bağlanan xüsusi
iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin
icarə müqaviləsinin nümunəvi forması |
|||||||||||||||||
Xüsusi iqtisadi zonada dövlət mülkiyyətində
olan torpaq sahəsinin icarə müqaviləsi |
|||||||||||||||||
|
|||||||||||||||||
¹ ___ |
|||||||||||||||||
|
|||||||||||||||||
________________ şəhəri, |
“__”____________ 20____ il |
||||||||||||||||
|
|||||||||||||||||
“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun fəaliyyət göstərən
xüsusi iqtisadi zonanın administrasiyası, onun rəhbəri
(adı,
atasının adı və soyadı) şəxsində
bir tərəfdən, bundan sonra “İcarəyə verən”
adlandırılacaq, və Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun təsis edilmiş və _________
tarixdə dövlət qeydiyyatına alınmış
(Dövlət Qeydiyyat Nömrəsi _____) “____________” müəssisə,
onun ________________ (vəzifəsi, adı,
atasının adı və soyadı) şəxsində
(və ya fiziki şəxs adı, atasının adı və
soyadı) digər tərəfdən, bundan sonra
“İcarəçi” adlandırılacaq,
aşağıdakılar barədə razılığa gələrək
bu müqaviləni imzaladılar: |
|||||||||||||||||
|
|||||||||||||||||
I. Müqavilənin predmeti 1.1. Bu Müqaviləyə görə
İcarəyə verən Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsi yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən
verilmiş ___ saylı, _____ tarixli daşınmaz əmlakın
dövlət reyestrindən çıxarışa əsasən
dövlət mülkiyyətində olan və _____________
ünvanında yerləşən ___ ha torpaq sahəsini
(bundan sonra – “Obyekt”) operatorun təklifi əsasında
İcarəçinin müddətli istifadəsinə verməyi
öhdəsinə götürür, İcarəçi isə
həmin obyektin icarəsinə görə bu Müqavilə
ilə müəyyən edilmiş məbləğdə və
qaydada İcarəyə verənə icarə haqqı ödəməyi,
habelə Müqaviləyə xitam verildikdə obyekti İcarəyə
verənə qaytarmağı öz öhdəsinə
götürür. II. Müqavilənin qüvvəyə
minməsi və müqavilənin müddəti 2.1. Bu Müqavilə
notariat qaydasında təsdiq
edildiyi andan qüvvəyə minir. 2.2. Bu Müqavilə İcarəyə verən
və İcarəçi arasında _____ müddətinə
bağlanır. III. İcarə haqqı 3.1. İcarə haqqının məbləği 1 (bir)
ay üçün Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1998-ci il 27 aprel tarixli, 93 nömrəli qərarı
ilə təsdiq edilmiş “Özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin, habelə
hüquqi və fiziki şəxslər tərəfindən
inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi
dövlət torpaq sahələrinin normativ qiyməti
haqqında Əsasnamə”yə uyğun müəyyən
edilir. 3.2. İcarəçi aylıq icarə
haqqını həmin ayın __-dək İcarəyə verənə
ödəyir. IV. İcarəyə verənin hüquq
və vəzifələri 4.1. “İcarəyə
verən”in hüquqları: 4.1.1. icarəyə verilmiş torpaq sahələrinin təyinatı
üzrə istifadəsinə və icarə müqaviləsinin
şərtlərinə əməl edilməsinə nəzarət
etmək; 4.1.2. icarəyə verilmiş torpaq sahələrinin istifadəsi,
keyfiyyətinin yaxşılaşdırılması, qorunması
və mühafizəsi barədə icarəçilərdən
məlumatlar almaq; 4.1.3. icarə müqaviləsinin dəyişdirilməsi,
vaxtından əvvəl ləğv edilməsi, dayandırılması
və uzadılması barədə təkliflər vermək;
4.1.4. icarəçinin təqsiri üzündən icarəyə
verilmiş torpaqlara vurulmuş zərərin əvəzinin ödənilməsini
tələb etmək; 4.1.5. icarəyə verilmiş torpaqlarda icarəyə verənin
razılığı olmadan tikilmiş və quraşdırılmış
binaların, qurğuların sökülməsini tələb
etmək; 4.1.6. qanunvericiliklə nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək. 4.2. İcarəyə
verənin vəzifələri: 4.2.1. icarə
müqaviləsinin şərtlərinə əməl etmək,
müqavilənin müddəti qurtardıqda və ya
müqavilə vaxtından əvvəl ləğv edildikdə,
onun razılığı ilə icarəçinin vəsaiti
hesabına aparılmış tikinti işlərinin dəyərini
ödəmək; 4.2.2. icarəyə
verilən torpaq sahəsini icarə müqaviləsi və
torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada
icarəçiyə təhvil vermək; 4.2.3. qanunvericiliklə
nəzərdə tutulmuş digər vəzifələri həyata
keçirmək. V. İcarəçinin hüquq və
vəzifələri 5.1.
İcarəçinin hüquqları 5.1.1. torpaq sahələrindən
icarə müqaviləsi ilə müəyyən edilmiş
qaydada sərbəst istifadə etmək; 5.1.2. icarə
obyekti başqasına istifadəyə və ya icarəyə
verildiyi halda həmin obyektə qoyulmuş investisiyanı
qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə
verəndən tələb etmək; 5.1.3. icarə
müqaviləsinin uzadılması üçün icarəyə
verənə təklif vermək; 5.1.4. icarəyə
verənin razılığı ilə icarəyə
götürülmüş torpaq sahələrində
torpaqdan təyinatı üzrə səmərəli istifadə
etmək məqsədilə tikililər və avadanlıqlar
quraşdırmaq; 5.1.5. icarəyə
götürülmüş torpağın keyfiyyətinin təbii
proseslər nəticəsində pisləşdiyi halda icarə
haqqının azaldılmasını icarəyə verənlə
razılaşdırmaq; 5.1.6. qonşu
torpaq mülkiyyətçilərinin və istifadəçilərinin
torpaq sahələrinə torpaq qanunvericiliyi ilə müəyyən
edilmiş hallarda və qaydada servitut qoyulmasını tələb
etmək; 5.1.7. qanunvericiliklə
nəzərdə tutulmuş digər hüquqları həyata
keçirmək. 5.2.
İcarəçinin vəzifələri 5.2.1. icarəyə
götürülmüş torpaqlardan icarə müqavilələrinə
və qanuna uyğun olaraq təyinatı üzrə istifadə
etmək; 5.2.2. icarə
müqaviləsinin şərtlərinə və torpaq
qanunvericiliyinin tələblərinə riayət etmək; 5.2.3. icarəyə
götürülmüş torpaq sahələrini müqavilənin
müddəti başa çatdıqdan sonra vaxtında geri
qaytarmaq; 5.2.4. icarəyə
götürülmüş torpaq sahəsinə, ətraf
mühitə və əhalinin sağlamlığına ziyan
vurmamaq; 5.2.5. torpaq sahəsindən
istifadəyə görə icarə haqqını, digər
tədiyyələri vaxtında ödəmək; 5.2.6. qanunvericiliklə
nəzərdə tutulmuş digər vəzifələri həyata
keçirmək. VI. Obyektin icarəyə verilməsi 6.1. Müqavilə qüvvəyə mindikdən
3 (üç) iş günü ərzində İcarəyə
verən obyekti, habelə ona dair texniki pasportun və üzərində
icarə hüquqlarını təsdiq edən
çıxarışın surətlərini İcarəçiyə
verir. 6.2. Obyektin, ona dair sənədlərin surətlərinin
verilməsi İcarəyə verənlə İcarəçi
arasında imzalanan akt ilə rəsmiləşdirilir. Aktda
obyektlə birgə verilən ləvazimatların, digər əmlakın
tərkibi müəyyənləşdirilir. Aktın
imzalanması tarixi icarə münasibətlərinin
başlanması tarixi hesab olunur. 6.3. Müqaviləyə xitam verilməsi
haqqında razılaşma imzalanan sonra 3 (üç) iş
günü ərzində İcarəçi obyekti, habelə
ona dair sənədlərin surətlərini İcarəyə
verənə qaytarır və bununla bağlı tərəflər
arasında müvafiq akt imzalanır. VII. Tərəflərin məsuliyyəti 7.1. İcarəçi, icarə münasibətlərinə
xitam verilərkən bu Müqavilədə göstərilən
müddətdə obyekti
geri qaytarmadıqda, gecikdirilmiş hər gün
üçün __ manat məbləğində İcarəyə
verənə cərimə ödəyir. 7.2. Bu Müqavilənin 7.1-ci bəndində qeyd edilən
gecikdirilmiş günlərin sayı __ gün keçdikdə,
İcarəyə verən bu Müqaviləyə xitam verə
bilər. 7.3. Bu Müqaviləyə xitam verilməsi İcarəçini,
bu müqavilənin 7.1-ci bəndində müəyyən
edilən cərimələri ödəmək vəzifəsindən
azad etmir. 7.4. İcarəçi bu Müqavilədə nəzərdə
tutulmuş məbləğdə və müddətdə
icarə haqqını tam və ya qismən ödəmədikdə,
gecikdirilmiş hər gün üçün ödənilməmiş
məbləğin __% miqdarında İcarəyə verənə
cərimə ödəyir. Gecikdirilmiş günlərin
sayı __ keçdikdə və bu vaxt ödənilməmiş
məbləğ ___ çox olduqda, İcarəyə verən
birtərəfli qaydada bu Müqaviləyə xitam verə bilər.
VIII. Müqavilənin şərtlərinin
dəyişdirilməsi, müqaviləyə xitam verilməsi 8.1. İcarəyə verən və
İcarəçi, qarşılıqlı
razılaşmaya əsasən, bu Müqavilənin şərtlərinə
əlavə və dəyişiklik etdiyi halda, bu Müqavilənin
tərkib hissəsi olan, protokol onlar arasında imzalanır. 8.2. Bu Müqaviləyə
aşağıdakı hallarda xitam verilir: 8.2.1. Bu Müqavilənin müddəti
bitdikdə; 8.2.2. İcarəyə verən və
İcarəçi Müqaviləyə vaxtından əvvəl
xitam verilməsi barədə razılıq əldə etdikdə; 8.2.3. Bu Müqavilənin 7.2 və 7.4-cü
bəndlərində göstərilmiş hallarda; IX. Mübahisələrin həlli 9.1. Bu Müqavilənin yerinə yetirilməsi
zamanı yaranmış mübahisələr
danışıqlar yolu ilə həll edilir. 9.2. Mübahisələri
danışıqlar yolu ilə həll etmək mümkün
olmadıqda, bu mübahisələrə Azərbaycan
Respublikasının qanunvericiliyi əsasında Azərbaycan
Respublikasının X. Qüvvədə olan qanunvericilik 10. Bu Müqavilə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə tənzimlənir və
onun əsasında tərtib olunmuşdur. XI. Müqavilənin dili 11. Bu Müqavilə Azərbaycan dilində
4 (dörd) nüsxədə tərtib olunur. Onlardan 1 (bir)
nüsxə xüsusi iqtisadi zonanın yaradılması və
fəaliyyəti sahəsində səlahiyyətli orqanda, 1
(bir) nüsxə xüsusi iqtisadi zonanın administrasiyasında,
1 (bir) nüsxə xüsusi iqtisadi zonanın operatorunda və
1 (bir) nüsxə xüsusi iqtisadi zonanın rezidentində
qalır.
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
2 dekabr 2019-cu il tarixli 9 nömrəli Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin
Kollegiyasının Qərarı
BÜLLETENƏ
EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 2
dekabr 2019-cu il tarixli 9
nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
Kollegiyasının Qərarı ilə 9.2-ci bənddən “iqtisad” sözü
çıxarılmışdır.