Azərbaycan Respublikasında arıçılıqla
bağlı bəzi normativ hüquqi aktların təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Arıçılıq haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli
Fərmanının 1.4-cü, 1.5-ci, 1.6-cı, 1.7-ci, 1.9-cu,
1.10-cu, 1.11-ci, 1.14-cü və 1.16-cı bəndlərinin
icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Həvəskar və peşəkar
arıçılıqla məşğul olma Qaydası”, “Arıxanalara
baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin)
verilmə Qaydası
və Forması”, “Bal
arısı cinslərinin və populyasiyalarının
rayonlaşdırılması Qaydası”, “Dövlət seleksiya-damazlıq
(genofond) arıxanalarının yaradılması Qaydası”, “Arıçılıq
təsərrüfatlarının qeydiyyatı
Qaydası”, “Arıçılığa
dair statistik məlumatların tərtibi və təqdim
edilməsi Qaydası
və Forması”, “Arı ailəsinin standart
gücünün müəyyən edilməsi Qaydası”, “Rayonlaşdırılmamış
an cinslərinin Azərbaycan Respublikasının
ərazisinə gətirilməsi Qaydası” və “Arı xəstəliklərinin
müalicəsində istifadə edilən dərman
vasitələrinin Siyahısı” təsdiq
edilsin (əlavə olunur).[1]
2. Bu qərar imzalandığı
gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A. RASİZADƏ
Bakı şəhəri, 5 avqust 2009-cu
il
¹ 116
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli qərarı
ilə təsdiq edilmişdir |
Həvəskar və peşəkar
arıçılıqla məşğul olma Qaydası
1. Ümumi müddəa
Bu Qayda “Arıçılıq
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 14 aprel tarixli 82 nömrəli
Fərmanının 1.4-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə
hazırlanmışdı, həvəskar və peşəkar
arıçılıqla məşğul olma qaydasını
müəyyən edir.
2. Həvəskar arıçılıqla
məşğul olma
2.1. Azərbaycan
Respublikasının vətəndaşları, hüquqi və
fiziki şəxsləri, əcnəbilər,
vətəndaşlığı olmayan şəxslər,
xarici hüquqi şəxslər həvəskar və
peşəkar arıçılıqla məşğul ola
bilərlər.
2.2. Əsas
iş yerindən əlavə, məşğuliyyət kimi
özəl təsərrüfatında standart gücə
uyğun arıxanası olan şəxslər həvəskar
arıçılardır.
2.3. Həvəskar
arıçılar arıçılıqla əlaqədar
bilikləri, qulluq və saxlama qaydalarını onlar
üçün təşkil edilmiş kurslarda,
peşəkar arıçılardan, bu sahəyə aid
ədəbiyyatlardan və təlimatlardan öyrənirlər.
2.4. Həvəskar
arıçı “Arıçılıq
haqqında” Azərbaycan Respublikasının
Qanununda göstərilən
tələblərə ciddi əməl edir.
2.5. Həvəskar
arıçılıq təsərrüfatlarına
baytarlıq (baytar sanitariya) pasportu (şəhadətnaməsi)
verilir. [2]
3. Peşəkar arıçılıqla
məşğul olma
3.1. Peşəkar
arıçılara arıçılıq sahəsində
kursları, ali, orta və peşə məktəblərini
bitirən, standart gücə uyğun arı ailəsi saxlayan
fiziki və hüquqi şəxslər daxildirlər.
3.2. Peşəkar
arıçı arıxanada damazlıq-seleksiya
işlərini aparır, bu sahəyə elmin
nailiyyətləri və qabaqcıl təcrübəni
tətbiq edir, damazlıq işini yaxşılaşdırmaq
məqsədi ilə ana arıları və arı
ailələri yetişdirib satır.
3.3. Yüzdən
artıq arı ailəsi olan, qida
təhlükəsizliyi sahəsində texniki normativ hüquqi
aktların tələblərinə cavab verən, 100 faiz
arı genofonduna uyğun təmizlikdə yetişdirilən,
arıxanada arı ailəsinin 40 faizi yüksək bonitirə
sinfinə aid olan və hər an ailəsindən 15-20 kq bal
alan təsərrüfatlar peşəkar
arıçının arıxanası hesab edilir. [3]
3.4. “Azərbaycan
Respublikasında damazlıqla bağlı bəzi normativ
hüquqi aktların təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 31 iyul tarixli 175 nömrəli
qərarına əsasən özəl damazlıq işi
ilə məşğul olan peşəkar
arıçının arıxanası standart gücə
malik arı ailələrindən ibarət olduğu
təqdirdə, dövlət reyestrinə daxil edilir və
onlara Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin şəhadətnaməsi
verilir.
3.5. Bütün
peşəkar arıçılıqla məşğul olan
təsərrüfatlara baytarlıq-sanitariya pasportu
(şəhadətnaməsi) verilir.
3.6. Peşəkar
arıçının təsərrüfatı
əmtəəlik arıçılıq məhsulları
istehsal edir, onun satışı ilə məşğul olur,
yarmarkalarda və sərgilərdə iştirak edir.
3.7. Peşəkar
arıçının damazlıq təsərrüfatı
əsasən yüksək məhsuldar ana arılarının
və ailələrinin yetişdirilməsi, reproduksiya
edilməsi və təkrar istehsalı ilə məşğul
olur.
3.8. Peşəkar
arıçılıq təsərrüfatları “Arıçılıq haqqında”
Azərbaycan Respublikası Qanununun 5.0.2-ci maddəsi ilə
müəyyən edilmiş tələblərə riayət
edilməsi, arıçılıq sahəsində
dövlət nəzarətinin həyata keçirilməsi
üçün zəruri şərait yaratmaq və
nəzarət orqanının verdiyi göstərişləri
icra etmək, aidiyyəti üzrə statistik məlumatları
(sənədləri) təqdim etmək vəzifələrini
və digər tələbləri yerinə yetirirlər. [4]
|
|
|
Arıxanalara baytarlıq-sanitariya pasportunun
(şəhadətnaməsinin) verilmə Qaydası və
Forması[5]
1. Ümumi müddəalar
1.1. Bu Qayda
«Arıçılıq haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə»
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82
nömrəli Fərmanının 1.5-ci bəndinə
əsasən hazırlanmışdır və arıxanalara
baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin)
(bundan sonra — pasport (şəhadətnamə)) verilmə
qaydasını və formasını müəyyən edir.
1.2. Mülkiyyət
formasından asılı olmayaraq, uçota alınmış
arıxanalarda müalicə-profilaktika tədbirlərinin
həyata keçirilməsi məqsədi ilə arıxanalara
baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi) verilir.
1.3 Pasport (şəhadətnamə)
Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və onun
yerli orqanları tərəfindən verilir.[6]
2. Arıxanalara baytarlıq-sanitariya pasportunun
(şəhadətnaməsinin) verilməsi qaydası
2.1. Pasport (şəhadətnamə)
almaq üçün hüquqi və ya fiziki
şəxslər (bundan sonra - ərizəçi) müvafiq
dövlət baytarlıq orqanına ərizə ilə müraciət
edirlər.
Ərizədə
aşağıdakılar öz əksini tapmalıdır:
hüquqi şəxslər
üçün - hüquqi şəxsin adı, hüquqi
ünvanı;
fiziki şəxslər üçün
- soyadı, adı, atasının adı, şəxsiyyəti
təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya,
nömrə, nə vaxt və kim tərəfindən
verilmişdir, ünvanı).
Ərizə ilə birlikdə
aşağıdakı sənədlər təqdim
olunmalıdır:
- arıçılıq
təsərrüfatları barədə məlumat;
- arı
ailələrinin miqdarı (hər növ üzrə)
barədə məlumat;
- arıçılıq
təsərrüfatlarının uçota alınması
barədə bildiriş;
- arıçılıq
təsərrüfatlarının yerləşdiyi yer
barədə məlumat.
2.2. Ərizəçidən bu Qaydada
nəzərdə tutulmayan sənədlərin tələb
olunmasına yol verilmir.
2.3. Pasport
(şəhadətnamə) aşağıdakı hallarda
verilir:
2.3.1. bu
Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş
sənədlər təqdim edildikdə;
2.3.2. müvafiq
dövlət baytarlıq orqanı tərəfindən
qanunvericilikdə nəzərdə tutulmuş qaydada
arıxanaya baxış keçirildikdən sonra.
2.4.
Arıçılıq təsərrüfatlarına pasport
(şəhadətnamə) almaq üçün təqdim
edilən sənədlər pasport (şəhadətnamə)
verən orqan tərəfindən qəbul edilir, qeydə
alınır. Ərizə daxil olduğu gündən 10
gün müddətində arıxanaya baxış
keçirildikdən sonra çatışmazlıqlar və ya
imtina üçün əsas olmadıqda, pasport
(şəhadətnamə) həmin gün verilir.
2.5. Pasport (şəhadətnamə) bu
Qaydanın əlavəsində göstərilən Formaya
uyğun tərtib edilir və kötüyü
qaytanlanmış jurnalda qeyd edilməklə saxlanılır.
2.6. Pasportda
(şəhadətnamədə) dəyişiklik və
düzəlişlərin aparılmasına yol verilmir.
2.7. Arıçılıq
təsərrüfatının rəhbəri ona verilmiş
pasportdan (şəhadətnamədən) yalnız özü
istifadə edə bilər.
2.8. Pasport
(şəhadətnamə) müvafiq blanklarda tərtib edilir.
Bu pasport (şəhadətnamə) onu verən orqanın
rəhbəri və ya onun həvalə etdiyi vəzifəli
şəxs tərəfindən imzalanır və imza həmin
orqanın möhürü ilə təsdiq edilir.
2.9. Pasportda
(şəhadətnamədə) arıçılıq
təsərrüfatının rəhbərinin imzası olur.
2.10. Pasport
(şəhadətnamə) Azərbaycan dilində tərtib
edilir.
2.11. Pasport
(şəhadətnamə) və ya onun surəti
müxtəlif xətlə, rənglə və şriftlə
yazıldıqda, düzəliş edildikdə,
möhürsüz olduqda, yaxud möhür aydın
oxunmadıqda, sənədi imzalayan mütəxəssisin
vəzifəsi və soyadı, adı, atasının adı,
imzası qeyd edilmədikdə və sənədin verilmə
tarixi, həmçinin tələb olunan digər məlumatlar
göstərilmədikdə, etibarsız sayılır.
2.12. Pasportun
(şəhadətnamənin) verilməsindən imtina
edildikdə, bu barədə ərizəçiyə
imtinanın səbəbləri göstərilməklə, 3
(üç) iş günü müddətində
yazılı məlumat verilir.
2.13. Pasportun
(şəhadətnamənin) verilməsindən imtina
barədə qərardan qanunvericiliyə uyğun olaraq,
aidiyyəti dövlət orqanına və ya
məhkəməyə şikayət verilə bilər.
2.14. Hüquqi şəxs ləğv
edildikdə, həmin şəxsə verilən müvafiq
pasport (şəhadətnamə) öz hüquqi
qüvvəsini itirir.
Vəfat etmiş fiziki şəxsin
adına verilən pasport (şəhadətnamə) onun
varisləri üçün həmin sənədlərdə
göstərilən müddət və şərtlərlə
öz qüvvəsini saxlayır.
2.15. Hüquqi
şəxs yenidən təşkil edildikdə, onun adı
və fiziki şəxsin şəxsiyyət
sənədinə dair məlumatlar (seriya, nömrə, kim
tərəfindən və nə vaxt verilmişdir,
ünvanı) dəyişdikdə, yaxud pasport
(şəhadətnamə) itirildikdə, ərizəçi 10
(on) gün müddətində pasportun
(şəhadətnamənin) bu Qaydaya uyğun yenidən
rəsmiləşdirilməsi üçün ərizə
təqdim etməlidir.
2.16. Pasport
(şəhadətnamə) yenidən rəsmiləşdirildiyi
müddətdə ərizəçi öz fəaliyyətini
əvvəlki pasport (şəhadətnamə) əsasında,
pasport (şəhadətnamə) itirildikdə isə
müvafiq dövlət orqanlarının verdiyi dublikat
əsasında həyata keçirir.
2.17. Pasport
(şəhadətnamə) və ya onun dublikatı müvafiq
dövlət orqanının rəhbəri və ya onun
həvalə etdiyi vəzifəli şəxs
tərəfindən imzalanır və imza həmin orqanın
möhürü ilə təsdiq edilir.
2.18. Pasportu
(şəhadətnaməni) verən dövlət orqanı
verdiyi, qeydə aldığı və ləğv etdiyi
pasportun (şəhadətnamənin) bu məqsəd
üçün nəzərdə tutulmuş jurnalda
qeydiyyatım aparır. Jurnalda pasportun
(şəhadətnamənin) nömrəsi, müddəti,
fiziki və hüquqi şəxsin soyadı, adı və
atasının adı, ünvanı, baxışın tarixi,
arı ailələrinin miqdarı, arıxananın sanitar
vəziyyətinin qiymətləndirilməsi, onun epizootik
vəziyyəti və tövsiyə olunan baytarlıq
tədbirləri qeyd edilir.
2.19. Arıçılıq
təsərrüfatı ləğv edildikdə pasport
(şəhadətnamə) müvafiq dövlət baytarlıq
idarəsinə qaytarılır.
3. Arıxanalara verilən baytarlıq - sanitariya
pasportunun (şəhadətnaməsinin) ləğv edilməsi
3.1. Arıxanalara verilən pasport
(şəhadətnamə) aşağıdakı hallarda
ləğv edilir:
3.1.1. pasport
(şəhadətnamə) sahibi tərəfindən müvafiq
ərizə təqdim edildikdə;
3.1.2. pasport
(şəhadətnamə) sahibi tərəfindən bu
Qaydanın tələblərinə əməl
edilmədikdə;
3.1.3. pasportun
(şəhadətnamənin) verilməsi üçün
təqdim edilən sənədlərdə qeyri-dürüst
və təhrif olunmuş məlumat aşkar edildikdə;
3.1.4.
arıçılıq təsərrüfatlarının
məhsulları təhlükəsizlik və keyfiyyət
normalarına uyğun olmadıqda və bunun
nəticəsində insanların həyat və
sağlamlığına təhlükə törədə
biləcək hallar aşkar edildikdə;
3.1.5. ölkə
ərazisində epizootik vəziyyət dəyişdikdə;
3.1.6. məhkəmənin
müvafiq qərarı olduqda;
3.1.7. hüquqi
şəxs ləğv edildikdə;
3.2. Pasport (şəhadətnamə)
verən müvafiq dövlət baytarlıq orqanı pasportun
(şəhadətnamənin) ləğv edilməsi haqqında
qərar qəbul etdiyi andan 3 (üç) gün
müddətində yazılı surətdə pasportun
(şəhadətnamənin) sahibinə məlumat
göndərir.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli qərarı
ilə təsdiq edilmişdir |
Bal arısı cinslərinin və
populyasiyalarının rayonlaşdırılması Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Arıçılıq
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının
1.6-cı bəndinin icrasını təmin etmək
məqsədi ilə hazırlanmışdır və bal
arısı cinslərinin və populyasiyalarının
rayonlaşdırılması qaydasını
müəyyən edir.
1.2. Azərbaycan Respublikasında yerli bal
arısı genefonduna Bozdağ Qafqaz arı cinsinin
Qabaqtəpə və Qonaqkənd arı populyasiyaları,
Sarı Qafqaz arı cinsinin Azərbaycan, Naxçıvan
və Talış populyasiyaları daxildir.
2. Bal arısı cinslərinin və
populyasiyalarının rayonlaşdırılması
2.1. Arıçılıqda
damazlıq işini düzgün təşkil etmək və
onun məhsuldarlığını artırmaq, bal
arısı cinslərinin və populyasiyalarının genofondunun
qorunub saxlanılmasını,
təkmilləşdirilməsini, onların
çoxaldılmasını və istifadəsinin
yaxşılaşdırılmasını təmin etmək
üçün bal arısı cinsləri və
populyasiyaları rayonlaşdırılır, onların
ayrılıqda qeydiyyatı
aparılır. [7]
2.2. Bal
arısı cinslərini və onların
populyasiyalarını müxtəlif mövsümlərdə
illik nektar gəliri və su mənbələri ilə
fasiləsiz təmin etmək məqsədi ilə onların
respublikanın aran, dağətəyi və dağlıq
bölgələrinə il ərzində 4-5 dəfə
köçürülməsi nəzərə alınaraq, rayonlaşdırılması
təmin edilməlidir.
2.3. Təbii
coğrafi iqlim şəraitinə uyğunlaşması və
xəstəliklərə dözümlülüyü, eyni
zamanda bitki örtüyünə olan tələbatı
nəzərə alınaraq, arı ailələrini
köçürmək məqsədi ilə bal arısı
cinsləri və populyasiyaları aşağıdakı kimi
rayonlaşdırılmalıdır:
|
Bal arısı cinslərinin adı |
Bal arısı cinslərinin
populyasiyaları |
Rayonların (şəhərlərin) adları[8] |
Köçürülən
ərazilər |
|
Bozdağ Qafqaz |
Qabaqtəpə |
Qazax, Ağstafa,
Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən,
Göygöl, Goranboy, Bərdə, Tərtər, Füzuli,
Qubadlı, Zəngilan, Laçın və Cəbrayıl,
Əsgəran, Ağdərə, Şuşa, Xocalı,
Kəlbəcər |
Kiçik
Qafqazın dağlıq və dağətəyi
bölgələri: Gədəbəy, Daşkəsən,
Göygöl, Goranboy, Şəmkir, Qubadlı, Zəngilan,
Laçın, Cəbrayıl, Əsgəran,
Ağdərə, Şuşa, Xocalı, Füzuli,
Kəlbəcər, Samux Aran bölgələri: Qazax,
Ağstafa, Tovuz, Bərdə, Yevlax, Ağdaş,
Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan,
Saatlı, Sabirabad, İmişli |
|
Qonaqkənd |
Qusar, Quba,
Xaçmaz, Şabran,
Xızı, Siyəzən, Abşeron, Qobustan, Şamaxı,
Ağsu, İsmayıllı, Qəbələ, Şəki,
Oğuz, Qax, Zaqatala və Balakən[9] |
Böyük
Qafqazın dağlıq və dağətəyi
bölgələri: Quba, Qusar, Xızı, Qobustan,
Şamaxı, İsmayıllı, Qəbələ,
Şəki, Oğuz, Qax, Zaqatala, Balakən Aran
bölgələri: Xaçmaz, Şabran, Siyəzən, Abşeron |
|
|
Sarı Qafqaz |
Azərbaycan |
Yevlax,
Mingəçevir, Ağdaş, Göyçay,
Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Ucar,
Zərdab, Sabirabad, İmişli, Neftçala, Salyan,
Biləsuvar, Hacıqabul, Füzuli, Şirvan, Ağdam,
Xocavənd |
Aran
bölgələri: Yevlax, Ağdaş, Göyçay,
Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı,
Sabirabad, İmişli, Neftçala, Salyan, Biləsuvar,
Hacıqabul, Mingəçevir, Şirvan, Ağdam
Dağlıq və dağətəyi bölgələr:
Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy,
Şəmkir, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl,
Əsgəran, Ağdərə, Şuşa, Xocalı,
Füzuli, Xocavənd |
|
Talış |
Astara,
Lənkəran, Masallı, Lerik, Yardımlı və
Cəlilabad |
Talış
dağlarının dağlıq, dağətəyi və
aran bölgələri: Astara, Lənkəran, Masallı,
Lerik, Yardımlı və Cəlilabad |
|
|
Naxçıvan |
Naxçıvan
Muxtar Respublikası |
Naxçıvan
Muxtar Respublika-sının dağlıq, orta dağlıq
və düzənlik əraziləri: Ordubad, Şahbuz,
Sədərək, Babək, Culfa və Kəngərli |
|
|
Karnika[10] |
Peşeç |
Qusar, Quba, Xaçmaz, Şabran, Xızı,
Siyəzən, Abşeron, Qobustan, Şamaxı, Ağsu,
İsmayıllı, Qəbələ, Şəki, Oğuz,
Qax, Zaqatala, Balakən |
Quba, Qusar, Xızı, Qobustan, Şamaxı,
İsmayıllı, Qəbələ, Şəki, Oğuz,
Qax, Zaqatala, Balakən, Xaçmaz, Şabran, Siyəzən,
Abşeron, Laçın, Kəlbəcər |
|
Troyzek |
Astara, Lənkəran, Masallı, Lerik,
Yardımlı, Cəlilabad |
Astara, Lənkəran, Masallı, Lerik,
Yardımlı, Cəlilabad |
|
|
Perner |
Ordubad, Culfa, Babək, Kəngərli, Şərur,
Sədərək, Şahbuz |
Ordubad, Culfa, Babək, Kəngərli,
Sədərək, Şahbuz |
|
|
Karpat |
Dağ karpatı və Qaydar |
Qazax, Ağstafa, Tovuz, Şəmkir,
Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy,
Bərdə, Tərtər, Füzuli, Qubadlı, Zəngilan,
Laçın, Cəbrayıl, Ağdam, Şuşa,
Xocalı, Kəlbəcər |
Gədəbəy, Daşkəsən, Göygöl,
Goranboy, Şəmkir, Qubadlı, Zəngilan, Laçın,
Cəbrayıl, Ağdam, Şuşa, Xocalı, Füzuli,
Kəlbəcər, Samux, Qazax, Ağstafa, Tovuz, Bərdə,
Yevlax, Ağdaş, Göyçay, Kürdəmir,
Ağcabədi, Beyləqan, Saatlı, Sabirabad, İmişli |
|
İtalyan |
Bütün populyasiyalar |
Yevlax, Mingəçevir, Ağdaş,
Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan,
Saatlı, Ucar, Zərdab, Sabirabad, İmişli, Neftçala,
Salyan, Biləsuvar, Hacıqabul, Füzuli, Şirvan, Ağdam,
Xocavənd, Ordubad, Culfa, Babək, Kəngərli,
Şərur, Sədərək, Şahbuz |
Yevlax, Ağdaş, Göyçay, Kürdəmir,
Ağcabədi, Beyləqan, Saatlı, Sabirabad, İmişli,
Neftçala, Salyan, Biləsuvar, Hacıqabul,
Mingəçevir, Şirvan, Ağdam, Gədəbəy,
Daşkəsən, Göygöl, Goranboy, Şəmkir,
Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl,
Şuşa, Xocalı, Füzuli, Xocavənd,
Kəlbəcər, Ordubad, Culfa, Babək, Kəngərli,
Sədərək, Şahbuz |
|
Bakfast (hibrid cins) |
Bütün populyasiyalar |
Yevlax, Mingəçevir, Ağdaş,
Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan,
Saatlı, Ucar, Zərdab, Sabirabad, İmişli, Neftçala,
Salyan, Biləsuvar, Hacıqabul, Füzuli, Şirvan, Ağdam,
Xocavənd |
Yevlax, Ağdaş, Göyçay, Kürdəmir,
Ağcabədi, Beyləqan, Saatlı, Sabirabad, İmişli,
Neftçala, Salyan, Biləsuvar, Hacıqabul,
Mingəçevir, Şirvan, Ağdam, Gədəbəy,
Daşkəsən, Göygöl, Goranboy, Şəmkir,
Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl,
Kəlbəcər, Tərtər, Şuşa, Xocalı,
Füzuli, Xocavənd |
2.4.
Arıçılıq subyektləri (həvəskar
arıçılıqla məşğul olan subyektlər
istisna olmaqla) arı cinslərinin və onların
populyasiyalarının rayonlaşdırılması
prinsiplərinə riayət etməyə borcludurlar.
2.5. Bir rayonda bu
Qaydanın 2.3-cü bəndində qeyd olunan arı cinsləri
və onların populyasiyalarından başqa, digər
cinslərin yetişdirilməsinə və saxlanılmasına
yol verilmir.
2.6. Yerli arı
genofondunun mühafizəsi və arı
xəstəliklərinin yayılmasının
qarşısının alınması üçün
Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin razılığı olmadan bal arısının
Azərbaycan Respublikasının ərazisinə kənardan
gətirilməsi və Azərbaycan Respublikasının ərazisindən
çıxarılması qadağandır.
2.7. Nəticələrindən
asılı olaraq arıçılıq sahəsində
tövsiyələrin verilməsi məqsədi ilə
dünyada geniş yayılmış yüksək məhsuldar
bal arısı cinslərinin yerli şəraitə
uyğunlaşdırılması və onların
rayonlaşdırılması üzrə elmi tədqiqat və
sınaq tədbirlərinin həyata keçirilməsi
Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin razılığı və nəzarəti
altında elmi tədqiqat təşkilatlan tərəfindən
aparılır.
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli qərarı
ilə təsdiq edilmişdir |
Dövlət seleksiya-damazlıq (genofond)
arıxanalarının yaradılması Qaydası
1. Ümumi müddəa
Bu Qayda “Arıçılıq
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 14 aprel tarixli 82 nömrəli
Fərmanının 1.7-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə hazırlanmışdır
və arıçılıq sahəsində dövlət
seleksiya-damazlıq (genofond) arıxanalarının
yaradılması qaydasını müəyyən edir.
2. Dövlət seleksiya-damazlıq (genofond)
arıxanalarının təşkili
2.1. Yerli arı
genofondunun qorunub saxlanılması,
təkmilləşdirilməsi,
yaxşılaşdırılması, ölkə
arıçılığının təmiz cinsli,
yüksək məhsuldar an ailələrinə və ana
arıya olan tələbatının ödənilməsi
məqsədi ilə dövlət seleksiya-damazlıq (genofond)
arıxanaları yaradılır.
2.2. Dövlət
seleksiya-damazlıq (genofond) arıxanaları Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
təqdimatına əsasən Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarı ilə yaradılır.
2.3. Dövlət
seleksiya-damazlıq (genofond) arıxanaları dövlətin
mülkiyyətində saxlanılır və onların
maliyyə təminatı fəaliyyətlərindən
əldə olunan vəsaitlər, kreditlər, qrantlar,
hüquqi və fiziki şəxslər tərəfindən
verilən ianələr və qanunvericilikdə
nəzərdə tutulmuş digər mənbələr
hesabına formalaşır.
2.4. Dövlət
seleksiya-damazlıq (genofond) reproduktiv arıxanalarında
500-dən artıq arı ailəsi olmalıdır.
2.5. Dövlət
seleksiya-damazlıq (genofond) arıxanalarının hər
birinə çəmən-otlaq sahəsi təhkim olunur.
Arıxana su mənbəyi olan dağlıq,
dağətəyi və aran ərazilərində
yaradılır.
3. Dövlət seleksiya-damazlıq (genofond)
arıxanalarının vəzifələri
3.1. Seleksiya-damazlıq
proqramlarının həyata keçirilməsində
iştirak edən arıçılıq subyektləri
proqramda əks olunan tədbirlərin yerinə
yetirilməsinə borcludurlar.
3.2. Ana və
erkək arıların, arı ailələrinin bonitirəsi,
bal arısı cinslərinin və populyasiyalarının
aprobasiyası, təsdiq edilməsi, patentləşdirilməsi
və istifadəsi “Seleksiya
nailiyyətləri haqqında” və “Damazlıq
heyvandarlıq haqqında” Azərbaycan
Respublikasının qanunlarına uyğun həyata
keçirilir.
3.3. Azərbaycan
Respublikasında yetişdirilən arı cinsləri və
populyasiyalarının seleksiya qruplarına və damazlıq
özəklərinə mənsub arı ailələrinin
satış məqsədi ilə ixracı qanunvericilikdə
nəzərdə tutulmuş qaydada tənzimlənir.
3.4. Dövlət
seleksiya-damazlıq (genofond) arıxanaları:
3.4.1. dünyada geniş yayılmış
yüksək məhsuldar bal arısı cinslərinin və
onların populyasiyalarının yerli şəraitə
uyğunlaşmasını, yerli arı cinslərinin və
populyasiyalarının genofondunun
yaxşılaşdırılmasında onlardan istifadə
edilməsini və rayonlaşdırılmasını
sınaqdan keçirir, təcrübələr aparır,
nəticəsi barədə Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyinə
vaxtaşırı məlumat verir, digər
təsərrüfatlara seleksiya-damazlıq işləri
sahəsində tövsiyələr verir;
3.4.2. yüksək məhsuldarlıq
qabiliyyətinin gələcək nəslə
ötürülməsini təmin edən, xəstəliyə
dözümlü, yerli şəraitə uyğunlaşan və
az beçə verən damazlıq arı ailələrinin
yetişdirilməsini təmin edir;
3.4.3. arıxanada
arı ailələrinin miqdarım ildən-ilə
genişləndirir, onların məhsuldarlığını
yüksəldir və ekoloji cəhətdən keyfiyyətli
arıçılıq məhsulları istehsalını
artırır, arıçılığı geniş
təbliğ edir, elmin nailiyyətlərinin və
mütərəqqi texnologiyaların tətbiqinə nail olur;
3.4.4. arıçılığa
dair beynəlxalq sərgilərdə, yarmarkalarda, konfrans və
simpoziumlarda iştirak edir;
3.4.5. bölgədə yerləşən
əmtəəlik arıxananın rəhbərlərinin,
mütəxəssislərinin, habelə digər
işçilərin vaxtaşırı seminar-müşavirəsini
keçirir, seleksiya-damazlıq sahəsi üzrə
mütəxəssis kadrların yetişdirilib
hazırlanmasında, təkmilləşdirilməsində
iştirak edir.
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli qərarı
ilə təsdiq edilmişdir |
Arıçılıq
təsərrüfatlarının qeydiyyatı Qaydası
1. Bu Qayda “Arıçılıq
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının
1.9-cu bəndinə əsasən hazırlanmışdır
və arıçılıq
təsərrüfatlarının qeydiyyatı
qaydasını müəyyən edir.[11]
2.
Arıçılıq təsərrüfatlarının qeydiyyata alınması statistik
məlumatların hazırlanmasına, planlaşdırmanın
dəqiq aparılmasına, arıxanaların
köçürülməsinə nəzarət
edilməsinə, baytarlıq-sanitariya tədbirlərinin
həyata keçirilməsinə, arıxanaların
sığortalanmasına, kənd təsərrüfatı
bitkilərinin zərərvericiləri ilə mübarizə
apararkən arıçılara məlumat verilməsinə,
entomofil kənd təsərrüfatı bitkilərinin
tozlanması işinin yaxşılaşdırılmasına
xidmət edir.
3.
Arıçılıq təsərrüfatlarının qeydiyyatını müvafiq
ərazilər üzrə Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin müvafiq yerli qurumları
(bundan sonra - yerli qurum) həyata keçirir.
Arıçılıq
təsərrüfatının rəhbəri qeydiyyata durmaq üçün müvafiq ərazi
üzrə yerli quruma ərizə ilə müraciət
etməlidir. Ərizədə arıçılıq
təsərrüfatının rəhbərinin soyadı,
adı, atasının adı, yaşayış yeri və
arıçılıq təsərrüfatının
yerləşdiyi, yaz-yay və payız aylarında
köçürüldüyü ərazilərin adları,
arı ailələrinin sayı, onların orta
məhsuldarlığı, təsərrüfatın
sağlamlığı barədə baytar həkiminin
arayışı və aparılan baytarlıq
tədbirləri barədə məlumatlar
göstərilməlidir. Arıçılıq
təsərrüfatının rəhbərinin
şəxsiyyətini təsdiq edən sənədin surəti
ərizəyə əlavə edilməlidir.
Arıçılıq
təsərrüfatlarının qeydiyyatı
üçün ərizəyə əlavə olunan
sənədlərin və ya məlumatların Elektron
Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət orqanından (qurumundan) əldə edilməsi
mümkün olduqda, həmin sənədlər və ya məlumatlar
ərizəçidən tələb edilmir. Belə
sənədlərin və ya məlumatların Elektron
Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün olmadığı hallarda onların
təqdim edilməsi ərizəçinin
razılığı ilə sorğu əsasında
müvafiq dövlət orqanından (qurumundan) tələb olunur
və ya ərizəçi tərəfindən təmin
edilir.[12]
4. Arıçılıq
təsərrüfatlarının qeydiyyatını
aparan yerli qurum ərizəyə 2 gündən gec olmayaraq
baxmalıdır. Qeydiyyatı
aparan yerli qurum bu müddət ərzində
təsərrüfatın qeydiyyata
götürülməsi barədə onun rəhbərinə
bildiriş verir.
5. Arıçılıq
təsərrüfatlarının rəhbəri
dəyişdikdə, təsərrüfatın yeni
rəhbəri bu barədə onun qeydiyyatını
aparan yerli quruma 3 gün müddətində yazılı
məlumat verməlidir.
6. Arıçılıq
təsərrüfatlarının qeydiyyatının
aparılması üçün statistika orqanları
tərəfindən təsdiq edilmiş formaya uyğun yerli
qurum bu məqsəd üçün qeydiyyat kitabı tərtib edir. Qeydiyyat kitabında arıçılığa dair
məlumatlar qeyd edilir.
7. Arıçılıq
təsərrüfatları ləğv edildikdə,
həmçinin arı ailələri
özgəninkiləşdirildikdə və hər hansı
təbii fəlakət və xəstəliklər
nəticəsində məhv olduqda 5 gün
müddətində yerli quruma məlumat verilir və qeydiyyat kitabında müvafiq
qeydlər aparılır.
8. Hər bir yerli
qurum qeydiyyata
aldığı arıçılıq
təsərrüfatları barədə məlumatlan
Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin aparatına təqdim edir.
9. Arıçılıq
təsərrüfatlarının qeydiyyatını
aparan müvafiq yerli qurum hər rübdən sonrakı
ayın 10-dək uçota götürülmüş
təsərrüfatlar barədə müvafiq ərazi
statistika orqanına məlumat verməlidir.
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli qərarı
ilə təsdiq edilmişdir |
Arıçılığa dair statistik
məlumatların tərtibi və təqdim edilməsi
Qaydası və Forması
1. Ümumi müddəa
Bu Qayda və Forma “Arıçılıq
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 14 aprel tarixli 82 nömrəli
Fərmanının 1.10-cu bəndinin icrasını təmin
etmək məqsədi ilə hazırlanmışdır
və arıçılıq təsərrüfatlarında
statistik məlumatların tərtibi və təqdim edilməsi
qaydasını, onun formasını və ona daxil edilən
göstəriciləri müəyyən edir.
2. Arıçılıq
təsərrüfatlarında statistik məlumatların
tərtibi və təqdim edilməsi
2.1. Arıçılıq
təsərrüfatları tərəfindən hazırlanan
ilkin məlumatlar (arı ailələrinin sayı,
arıların cinsi, məhsuldarlığı, məhsul
istehsalı və s.) onun fəaliyyətini əks etdirən
əsas sənəddir.
2.2. Arıçılıq
təsərrüfatları arıxananın daimi
yerləşdiyi ərazidəki müvafiq dövlət
orqanlarına qanunvericilikdə nəzərdə tutulmuş
qaydada məlumatlar təqdim etməlidirlər.
2.3. Hər il
yanvarın 1-i vəziyyətinə mülkiyyət
formasından asılı olmayaraq, arıçılıq
təsərrüfatları, həvəskar və
peşəkar arıçılıqla məşğul olan
hüquqi və fiziki şəxslər Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin
müəyyən etdiyi Forma əsasında (əlavə olunur)
statistika orqanlarına hesabat təqdim edirlər.
2.4. Həvəskar
arıçılıqla məşğul olan
təsərrüfatlar haqqında məlumatlar Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin
apardığı seçmə müayinə üsulu ilə
ildə bir dəfə toplanır.
2.5. Statistik Hesabat
Formasında arıçılıq təsərrüfatı
üzrə aşağıdakı məlumatlar
olmalıdır:
- rayonun
adı;
- kənd
inzibati ərazi vahidi;
- kəndin
(qəsəbənin) adı;
- təsərrüfatın
mülkiyyət forması;
- təsərrüfat
rəhbərinin soyadı və adı, onun ünvanı
və telefon nömrəsi;
- arı
cinsinin adı;
- arı
cinsinin populyasiyasının adı;
- arı
ailələrinin və ana arıların sayı;
- yeni
alınmış arı ailələrinin sayı;
- il
ərzində xəstəlikdən məhv olmuş arı
ailələrinin sayı;
- bal
istehsalı (kq);
- mum
istehsalı (kq);
- vərəmum
istehsalı (kq);
- arı
südü (qr);
- çiçək
tozu (kq);
- güləm
istehsalı (kq).
2.6. Hər il yanvarın 1-i
vəziyyətinə olan arıçılıq
təsərrüfatlarının (payız baxışı
zamanı əldə edilmiş göstəricilər əsasında)
məlumatlarını rayon və şəhər statistika
idarələri Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsinə təqdim edirlər.
|
"Arıçılığa dair
statistik məlumatların tərtibi və təqdim
edilməsi Qaydası və Forması"na əlavə |
ARIÇILIĞA
DAİR STATİSTİK HESABAT FORMASI
1. Rayonun
adı
2. Ərazi
vahidi
3. Kəndin
(qəsəbənin) adı
4. Mülkiyyət
növü
5. Arı
cinsinin adı
6. Arı
cinsinin populyasiyasının adı
7. Arı
ailələrinin və ana arıların sayı
8. Yeni
alınmış arı ailələrinin sayı
9. İl
ərzində xəstəlikdən məhv olmuş an
ailələrinin sayı
|
Göstəricilər |
Ölçü
vahidi |
Sətrin kodu |
İlin əvvəlinə qalıq |
İl
ərzində cəmi istehsal (arı yemi üçün saxlanılan
bah daxil etməklə) |
Onlardan
satılmışdır(ilin əvvəlinə qalıq daxil
olmaqla) |
İlin axırına
qalıq (kq) |
|
|
miqdar (kq) |
dəyəri (manat) |
||||||
|
A |
|
B |
1 |
2 |
3 |
4 |
5 |
|
Bal Mum Vərəmum Arı
zəhəri Arı südü Çiçək
tozu Güləm |
kq kq kq q q kq kq |
01 02 03 04 05 06 07 |
|
|
l |
|
|
Təsərrüfat
rəhbərinin soyadı və adı ____________________________
Ünvanı,
telefon nömrəsi
____________________________
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli qərarı
ilə təsdiq edilmişdir |
Arı ailəsinin standart gücünün
müəyyən edilməsi Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Arıçılıq
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 14 aprel tarixli 82 nömrəli
Fərmanının 1.11-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə hazırlanmışdır
və arı ailəsinin standart gücünü
müəyyən edir.
1.2. Bal
arılarının məhsuldarlığı, arı
ailəsinin inkişafının artım sürəti,
erkən yazda yaşlı arıların yeniləri ilə
əvəz olunma müddətinin qısa olması və
xəstəliklərə dözümlülüyü
ailədə olan arıların miqdarından asılı
olduğundan, arı ailələrinin standart gücü
müəyyən edilir.
2. Arı ailəsinin standart gücünün
müəyyən edilməsi
2.1. Arı
ailələrinin sayının qeydiyyatı
onların standart gücü nəzərə alınmaqla
aparılır.[13]
2.2. Arı
ailələrinin müxtəlif mövsümlər
üzrə standart gücü aşağıdakı
göstəricilər əsasında müəyyən edilir:
- payız
dövründə, arı ailələri qışlamaya
qoyulduqda, pətəkdə 2,5-2,8 kq və ya 25-28 min arı,
20-25 kq ehtiyat qış yemi və iki yaşdan çox olmayan
ana arı olduqda;
- erkən yaz
dövründə, arı ailələri qışlamadan
çıxdıqda, pətəkdə 1,5-2 kq və ya 15-20 min
arı və 5-8 kq ehtiyat bal olduqda;
- yayda,
əsas nektar yığımı dövründə
pətəkdə 3-3,5 kq və ya 30-35 min arı olduqda.
2.3. Arı
ailələri yuxarıda müəyyən edilmiş standart
gücə malik olduqda, normal arı ailəsi hesab olunur.
2.4. Arı
ailələrinin sayının qeydiyyatı
onların standart gücü nəzərə alınmaqla,
Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin müvafiq yerli qurumları ilə birlikdə
arıçılıq təsərrüfatları
tərəfindən aparılır.
2.5. Standart
gücə uyğun gəlməyən zəif arı
ailələrinin qeydiyyatı
aparılarkən, onlar köməkçi arı ailəsi kimi
qeyd olunur. Ailədə azı 1-1,2 kq və ya 10-12 min an və
3-5 kq ehtiyat bal olduqda, həmin an ailəsi köməkçi
arı ailəsi hesab olunur.
2.6. Əsas
nektar yığımı dövründə
köməkçi arı ailələrinin bal toplama
qabiliyyətinin zəif olmasını nəzərə alaraq,
bal məhsuldarlığını artırmaq məqsədi
ilə 2 və ya 3 köməkçi arı ailəsi
birləşdirilərək, standart gücə
çatdırıla bilər.
2.7. Peşəkar
arıçılıqla məşğul olunan arıxanalarda
an ailələrinin standart gücü nəzərə
alınmaqla, bu məqsəd üçün tərtib
olunmuş jurnalda qeydlər aparılır.
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli qərarı
ilə təsdiq edilmişdir |
Rayonlaşdırılmamış arı cinslərinin
Azərbaycan Respublikasının ərazisinə
gətirilməsi Qaydası
1. Bu Qayda “Arıçılıq
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 14 aprel tarixli 82 nömrəli
Fərmanının 1.14-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə hazırlanmışdır
və rayonlaşdırılmamış arı cinslərinin
Azərbaycan Respublikasının ərazisinə
gətirilməsini tənzimləyir.
2. Arıçılıq
subyektləri ölkəyə
rayonlaşdırılmamış arı cinsləri
gətirməmişdən əvvəl Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı
Nazirliyinə ərizə ilə müraciət edir və
ərizədə arı cinsinin gətirilməsinin
məqsəd və səbəblərini göstərir.
Ərizəyə həmin arı cinsinin
məhsuldarlığını və bioloji
xüsusiyyətlərini əks etdirən məlumatlar
əlavə olunur. Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin icazəsindən sonra,
xarici ölkələrdən Azərbaycan Respublikasına
arı cinsləri idxal edilə bilər.
3. Arı
ailələrində keçici arı xəstəlikləri
olan ölkələrdən arı cinslərinin və
onların populyasiyalarının gətirilməsinə yol
verilmir.
4.
Rayonlaşdırılmamış arı cinslərinin və
onların populyasiyalarının idxalından əvvəl
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar
Xidmətlər Agentliyinin tələblərinə uyğun
olaraq qanunvericilikdə nəzərdə tutulmuş
sənədlər təqdim olunur (“İnzibati icraat haqqında”
Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin
tələbləri nəzərə alınmaqla).[14]
5. Azərbaycan
Respublikasına xarici ölkələrdən
rayonlaşdırılmamış arı cinsləri və
onların populyasiyaları Akademik F.Ə.Məlikov adına
Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu,
Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu, Azərbaycan Respublikası Elm
və Təhsil Nazirliyinin müvafiq institutları və
müqavilə əsasında layihələrin həyata
keçirilməsi ilə əlaqədar digər müvafiq
təşkilatlar tərəfindən elmi tədqiqatlar aparmaq və
onları sınaqdan keçirmək məqsədi ilə
gətirilə bilər.[15]
6. Ölkəyə
idxal olunmuş arı cinsləri, onların ailələri
dövlət damazlıq və baytarlıq qanunvericiliyinin
tələblərinə uyğun olaraq, yerli arıxanalardan
təcrid olunmuş formada saxlanılır.
7. Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin icazəsi ilə
xaricdən gətirilmiş, elmi tədqiqat sınaqlarından
keçmiş və respublikanın təbii-iqlim
şəraitinə uyğunlaşmış an cinslərinin
üzərində damazlıq-seleksiya işləri
aparılır.
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli qərarı
ilə təsdiq edilmişdir |
Arı xəstəliklərinin müalicəsində
istifadə edilən dərman vasitələrinin Siyahısı
1. Ümumi müddəalar
1.1. Bu Siyahı “Arıçılıq
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 14 aprel tarixli 82 nömrəli
Fərmanının 1.16-cı bəndinin icrasını
təmin etmək məqsədi ilə
hazırlanmışdır və arı
xəstəliklərinin müalicəsində istifadə edilən
dərman vasitələrinin siyahısını əhatə
edir.
1.2. Arı
xəstəliklərinin müalicəsində istifadə
edilən dərman vasitələrinin siyahısına
aşağıdakılar daxildir:
|
1. |
Akarasan |
|
2. |
Amipil |
|
3. |
Amipol |
|
4. |
Apiask |
|
5. |
Apilinol |
|
6. |
Apistin |
|
7. |
Apiprotekt |
|
8. |
Apitak |
|
9. |
Apifit |
|
10. |
Arı
poliviti |
|
11. |
Askozol |
|
12. |
Askonzal |
|
13. |
Askool |
|
14. |
Askopol |
|
15. |
Askosan |
|
16. |
Askosin |
|
17. |
Askostat |
|
18. |
Baktopol |
|
19. |
Bivar |
|
20. |
Bivarool |
|
21. |
Biovetin |
|
22. |
Biomitsin |
|
23. |
Bipin |
|
24. |
Varroaset |
|
25. |
Varroatin |
|
26. |
Varroabraulin |
|
27. |
Varroapol |
|
28. |
Varrool |
|
29. |
Vetsan |
|
30. |
Qanşqa
turşusu |
|
31. |
Quzuqulağı
turşusu |
|
32. |
Güveset |
|
33. |
Dikobin |
|
34. |
Dilabik |
|
35. |
Endonukliaza |
|
36. |
Enteroseptol |
|
37. |
Endoqlyukin |
|
38. |
Eritromitsin |
|
39. |
Etildixlorbenzilat |
|
40. |
Efirsulfonad |
|
41. |
Yantrin |
|
42. |
Yodoxlorin |
|
43. |
Kanvil |
|
44. |
Kanamitsin |
|
45. |
Keltan |
|
46. |
Kiresidin |
|
47. |
Klotrin |
|
48. |
Kovitsan |
|
49. |
Levomisetin |
|
50. |
Mentol |
|
51. |
Metilsalisilat |
|
52. |
Mikosan |
|
53. |
Monomitsin |
|
54. |
Muravinka |
|
55. |
Naftalin |
|
56. |
Neomitsin |
|
57. |
Nistatin |
|
58. |
Novarsenol |
|
59. |
Nozedin |
|
60. |
Nozemat |
|
61. |
Nozematol |
|
62. |
Norsulfazol
natri |
|
63. |
Oksivit |
|
64. |
Oksitetrasiklin |
|
65. |
Paqp |
|
66. |
Polizin |
|
67. |
Polisan |
|
68. |
Polisot |
|
69. |
Kas-81
preparatı |
|
70. |
Pçelka |
|
71. |
Rahəb-1 |
|
72. |
Rahəb-2 |
|
73. |
Ribonukleaza |
|
74. |
Sanazin |
|
75. |
Sintomitsin |
|
76. |
Stimovit |
|
77. |
Streptomitsin |
|
78. |
Natrium
sulsimit |
|
79. |
Sulfadimezin |
|
80. |
Sulfantrol |
|
81. |
Sulfapridin |
|
82. |
Süd
turşusu |
|
83 |
Tanis |
|
84. |
Teda |
|
85. |
Tedion |
|
86. |
Tetrasiklin |
|
87. |
Timol |
|
88. |
Unisan |
|
89. |
Fenotiazin |
|
90. |
Fitovarroasid |
|
91. |
Folbeks |
|
92. |
Formiset |
|
93. |
Fumagilin |
|
94. |
Fumisan |
|
95. |
Xarvin |
|
96. |
Xlortetrasiklin |
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 25 iyun 2010-cu il tarixli 122
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 6, maddə
566)
2. 13 fevral 2015-ci il tarixli 38
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 22 fevral 2015-ci il, ¹ 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, ¹2, maddə 227)
3. 23 may 2019-cu
il tarixli 238
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 26 may 2019-cu il, ¹ 115, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə
971)
4. 7 fevral 2020-ci il tarixli 37
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 12 fevral 2020-ci il, ¹ 31, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə
188)
5. 8 fevral 2024-cü il tarixli 76
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 11 fevral 2024-cü il, ¹ 30, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 2,
maddə 208)
6. 22 may 2024-cü il tarixli 275
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, ¹ 110,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 5, II kitab, maddə 612)
7.
1 dekabr 2025-ci il tarixli 360
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 dekabr
2025-ci il, “Xalq” qəzeti, 5 dekabr 2025-ci
il, ¹ 257,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
12, II kitab, maddə 1210)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 7 fevral 2020-ci il tarixli 37
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 12 fevral 2020-ci il, ¹ 31, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə
188) ilə 1-ci hissədə “uçotu” sözü “qeydiyyatı” sözü
ilə əvəz edilmişdir və həmin hissədən “Arıxanalara baytarlıq-sanitariya
pasportunun (şəhadətnaməsinin) verilmə Qaydası
və Forması”,” sözləri
çıxarılmışdır.
[2] 7 fevral 2020-ci il tarixli 37
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 12 fevral 2020-ci il, ¹ 31, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə
188) ilə “Həvəskar və
peşəkar arıçılıqla məşğul olma
Qaydası”nın 2.5-ci və 3.5-ci bəndlər ləğv
edilmişdir.
[3] 7 fevral 2020-ci il tarixli 37
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 12 fevral 2020-ci il, ¹ 31, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə
188) ilə “Həvəskar və
peşəkar arıçılıqla məşğul olma
Qaydası”nın 3.3-cü bəndində “mövcud yerli standartlara” sözləri “qida təhlükəsizliyi
sahəsində texniki normativ hüquqi aktların
tələblərinə” sözləri ilə əvəz
edilmişdir.
[4] 7 fevral 2020-ci il tarixli 37
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 12 fevral 2020-ci il, ¹ 31, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə
188) ilə “Həvəskar və
peşəkar arıçılıqla məşğul olma
Qaydası”nın 3.8-ci bəndində “arıçılığa dair normativ
sənədlərin tələblərinə, baytarlıq
(baytarlıq-sanitariya) qaydalarına” sözləri “Arıçılıq
haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.2-ci
maddəsi ilə müəyyən edilmiş
tələblərə” sözləri ilə əvəz
edilmişdir.
[5] 7 fevral 2020-ci il tarixli 37
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 12 fevral 2020-ci il, ¹ 31, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə
188) ilə “Arıxanalara
baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin)
verilmə Qaydası və Forması” və ona əlavə
ləğv edilmişdir.
[6] 13 fevral 2015-ci il tarixli 38
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 22 fevral 2015-ci il, ¹ 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, ¹2, maddə 227) ilə “Arıxanalara
baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin)
verilmə Qaydası və Forması”nın 1.3-cü
bəndində “Dövlət
Baytarlıq Xidməti” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti”
sözləri ilə əvəz edilmişdir.
23 may 2019-cu
il tarixli 238
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 26 may 2019-cu il, ¹ 115, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə
971) ilə “Arıxanalara
baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin)
verilmə Qaydası və Forması”nın 1.3-cü
bəndində “Dövlət
Baytarlıq Nəzarəti Xidməti” sözləri “Aqrar Xidmətlər Agentliyi”
sözləri ilə əvəz edilmişdir.
[7] 7 fevral 2020-ci il tarixli 37
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 12 fevral 2020-ci il, ¹ 31, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə
188) ilə “Bal arısı
cinslərinin və populyasiyalarının
rayonlaşdırılması Qaydası”nın 2.1-ci
bəndində “uçotu”
sözü “qeydiyyatı”
sözü ilə əvəz edilmişdir.
[8] 1 dekabr 2025-ci il tarixli 360
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 dekabr
2025-ci il, “Xalq” qəzeti, 5 dekabr 2025-ci
il, ¹ 257,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
12, II kitab, maddə 1210) ilə
“Bal
arısı cinslərinin və populyasiyalarının
rayonlaşdırılması Qaydası”nın 2.3-cü
bəndində cədvəlin “Rayonların adları”
sütununun adında “Rayonların”
sözü “Rayonların
(şəhərlərin)” sözləri ilə əvəz
edilmişdir.
[9] 25 iyun 2010-cu il tarixli 122
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 6, maddə
566) ilə təsdiq edilmiş “Bal arısı
cinslərinin və populyasiyalarının
rayonlaşdırılması Qaydası”nın 2.3-cü
bəndinin “Rayonların adları” və “Köçürülən
ərazilər” sütunlarında “Dəvəçi”
sözü “Şabran” sözü ilə əvəz
edilmişdir.
[10] 1 dekabr 2025-ci il tarixli 360
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 dekabr
2025-ci il, “Xalq” qəzeti, 5 dekabr 2025-ci
il, ¹ 257,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
12, II kitab, maddə 1210) ilə
“Bal
arısı cinslərinin və populyasiyalarının
rayonlaşdırılması Qaydası”nın 2.3-cü
bəndində cədvəlin sonuna yeni məzmunda
sətirlər əlavə edilmişdir.
[11] 7 fevral 2020-ci il tarixli 37
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 12 fevral 2020-ci il, ¹ 31, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə
188) ilə “Arıçılıq
təsərrüfatlarının uçotu Qaydası”nın
adında, 1-9-cu hissələrində ismin müvafiq
hallarında “uçot”
sözü ismin müvafiq hallarında “qeydiyyat” sözü ilə əvəz edilmişdir.
[12] 22 may 2024-cü il tarixli 275
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, ¹ 110,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 5, II kitab, maddə 612) ilə “Arıçılıq
təsərrüfatlarının uçotu Qaydası”nın
3-cü hissəsinə yeni məzmunda üçüncü
abzas əlavə edilmişdir.
[13] 7 fevral 2020-ci il tarixli 37
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 12 fevral 2020-ci il, ¹ 31, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə
188) ilə “Arı ailəsinin standart
gücünün müəyyən edilməsi
Qaydası”nın 2.1-ci, 2.4-cü bəndlərində və
2.5-ci bəndinin birinci cümləsində “uçotu” sözü “qeydiyyatı”
sözü ilə əvəz edilmişdir.
[14] 13 fevral 2015-ci il tarixli 38
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 22 fevral 2015-ci il, ¹ 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, ¹2, maddə 227) ilə “Rayonlaşdırılmamış
arı cinslərinin Azərbaycan Respublikasının
ərazisinə gətirilməsi Qaydası”nın 4-cü
hissəsində “Dövlət
Baytarlıq Xidmətinin” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin”
sözləri ilə əvəz edilmişdir.
23 may 2019-cu
il tarixli 238
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 26 may 2019-cu il, ¹ 115, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə
971) ilə “Rayonlaşdırılmamış
arı cinslərinin Azərbaycan Respublikasının
ərazisinə gətirilməsi Qaydası”nın 4-cü
hissəsində “Nazirliyinin
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin”
sözləri “Nazirliyi
yanında Aqrar Xidmətlər Agentliyinin” sözləri
ilə əvəz edilmişdir.
22 may 2024-cü il tarixli 275
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, ¹ 110,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 5, II kitab, maddə 612) ilə “Rayonlaşdırılmamış
arı cinslərinin Azərbaycan Respublikasının
ərazisinə gətirilməsi Qaydası”nın 4-cü
hissəsinə “təqdim olunur” sözlərindən
sonra “(“İnzibati icraat haqqında”
Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin
tələbləri nəzərə alınmaqla)”
sözləri əlavə edilmişdir.
[15] 8 fevral 2024-cü il tarixli 76
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 11 fevral 2024-cü il, ¹ 30,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 2, maddə 208) ilə “Rayonlaşdırılmamış
arı cinslərinin Azərbaycan Respublikasının
ərazisinə gətirilməsi Qaydası”nın 5-ci
hissəsində “Milli Elmlər
Akademiyasının” sözləri “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin”
sözləri ilə əvəz edilmişdir.