Azərbaycan Respublikasının
İsmayıllı rayonunun inzibati ərazi
bölgüsündə qismən dəyişikliklər
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının İsmayıllı
rayonunun inzibati ərazi bölgüsündə
aşağıdakı dəyişikliklər edilsin:
Qalacıq kənd inzibati ərazi dairəsi
tərkibində mövcud olan yaşayış
məntəqələri müvafiq olaraq Çəmənli
və Elabad kəndləri adlandırılsın və
Azərbaycan Respublikasının ərazi vahidlərinin və
inzibati ərazi dairələrinin Dövlət reyestrinə
daxil edilsin.[1]
Bizlan və Zərgəran kəndləri Tircan kənd
inzibati ərazi dairəsi tərkibindən ayrılaraq,
mərkəzi Bizlan kəndi olmaqla, Bizlan kənd inzibati
ərazi dairəsi yaradılsın və Azərbaycan
Respublikasının ərazi vahidlərinin və inzibati
ərazi dairələrinin Dövlət reyestrinə daxil
edilsin.
Xanagah kəndi Qalınçaq kənd inzibati ərazi
dairəsi tərkibindən ayrılaraq, həmin kənd
mərkəz olmaqla, Xanagah kənd inzibati ərazi dairəsi
yaradılsın və Azərbaycan Respublikasının
ərazi vahidlərinin və inzibati ərazi
dairələrinin Dövlət reyestrinə daxil edilsin.
İstisu, Çayqovuşan və Elabad kəndləri
Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən
ayrılaraq, mərkəzi İstisu kəndi olmaqla, İstisu
kənd inzibati ərazi dairəsi yaradılsın və
Azərbaycan Respublikasının ərazi vahidlərinin və
inzibati ərazi dairələrinin Dövlət reyestrinə
daxil edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 iyun 2009-cu il
¹ 851-IIIQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
1 fevral 2010-cu il tarixli 948-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 mart 2010-cu il,
¹ 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 03, maddə 169)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1]
1 fevral 2010-cu
il tarixli 948-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 mart 2010-cu il,
¹ 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 03, maddə 169) ilə mətnindən “və
inzibati ərazi dairələrinin” sözləri
çıxarılmışdır.